yoqam jurnali 29 dekabr, 2014

58
Müәllif Hüquqları Qorunur. Copyright © 2015 http://yoqam.com Email: info@ yoqam.com İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 1

Upload: khanum-khatun

Post on 07-Apr-2016

241 views

Category:

Documents


4 download

DESCRIPTION

www.fb.com/yoqam - Yoqa Jurnalının II Buraxılışı - 29.12.2014. Oxu və Həyatını Dəyiş! 2 Ədəd Pulsuz 70 Dəqiqəlik Dərs Kuponu! Şansı Qaçırma!

TRANSCRIPT

Page 1: Yoqam Jurnali 29 dekabr, 2014

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email:

[email protected] İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53.

1

Page 2: Yoqam Jurnali 29 dekabr, 2014

http://Yoqam.com

Azәrbaycanın İlk Yoqa Jurnalı

İkinci Hәftәlik Buraxılış:

29. 12. 2014 ­ 04. 01. 2015

Bütün müәllif hüquqları qorunur.

Copyright © 2015

Jurnalın heç bir mәqalәsi müәllifin yazılı icazәsi olmadan hәr hansı bir şәkildә istifadә oluna bilmәz.

Jurnalın Layihә Rәhbәri, Müәllifi vә Baş Redaktoru:

Arzu Kәrimova

NLP Amerika Birliyinin Üzvü ­ Beynәlxalq Sertifikatlı Hәyat Tәlimçisi (Life Coach), Beynәlxalq Sertifikatlı Yoqa İnstruktoru

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 2

Page 3: Yoqam Jurnali 29 dekabr, 2014

MӘZMUN:

Ağrıkәsici Restorativ Yoqa ………………………………………………....4

Uşaqlar Üçün Yoqanın Top 10 Faydası ………………………………….8

Şәfalı Ayurveda: Gözәlliyiniz üçün 3 Sadә vә Effektiv Qızılgül Resepti………………………………………………………………………....17

Yoqa İlә Vaxta Asanlıqla Qәnaәt Etmәyin 10 Sirri …………………....23

İmmunitet Üçün Meditasiyanın Bilmәdiyiniz 5 Üstünlüyü………….34

Hәftәlik Sınaq: 7x8 Dәfә Mәhsuldar Olun ……………………………...39

Qәbul Etdiyiniz Qidaların Bәdәninizdәki 7 Enerji Mәrkәzinә Tәsiri…………………………………………………………………………47

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 3

Page 4: Yoqam Jurnali 29 dekabr, 2014

Ağrıkәsici Restorativ Yoqa Budәfәki “Asanalar” rubrikasında bәrpaedici yoqa vә onun saysız­hesabsız faydalarından bәhs edәcәyik.

Müasir dövrdә hәyat o qәdәr sürәtlә axıb gedir ki, beynimiz dә artıq bu sürәtlә ayaqlaşmalı olur. Qısa zamanda daha çox şey әldә etmәyә çalışarkәn әvvәl­axır әsәb sistemimiz bu ağlasığmaz “yarışma”ya, qaçaqaça tab gәtirmir. Sonda özümüzü yorğun, sarsılmış hiss edirik, stress vә xәstәliklәr hәyatımıza hücum etmәy başlayır. Әn pisi dә odur ki, insan bu vәziyyәtә alışır, onu “normal” hal kimi qәbul edir vә “Hәr kәs necә, mәn dә elә” prinsipi ilә yaşayır.

Әgәr siz dә sürәkli alışmağa çalışdığınız, amma heç cür öyrәşә bilmәdiyiniz bu hәyat tәrziylә uğraşırsınızsa, özünüzü heç yormayın vә çәtin yol әvәzinә asan hәll yolunu seçin. Yәni başqa sözlә, bәrpaedici yoqa ilә hәyatınızı vә sağlamlığınızı tam bir balans halına gәtirin.

Bunu hәr kәs ev şәraitindә asanlıqla edә bilәr. Xüsusәn xroniki, kәskin xәstәliklәrdәn әziyyәt çәkәnlәr vә ya müәyyәn xәsarәtdәn sonra bәrpa dövrünü yaşayanlar üçün mütәmadi restorativ yoqa mәşqlәri әvәzsizdir. Ağrılar bir tәrәfә, bu narahatçılıqların gәtirdiyi stressi aradan qaldırmaqda yoqanın bu növü olduqca effektivdir.

Bәrpaedici vә ya Restorativ Yoqa Orqanizmә Necә Kömәk Edә Bilәr?

Bu yoqa növünün әsas özәlliyi odur ki, asanaları yerinә yetirәrkәn heç bir әzәlә gәrilmir. Çoxlarımız düşünürük ki, elastikliyi artırmaq üçün bәdәnimiz o ki var, “işlәmәlidir”. Әslindә isә bәdәnimizin müxtәlif nahiyәlәrindәki gәrginlikdәn qurtulmaq üçün sadәcә, әzәlәlәrimizi yumşaltmağa vә boşaltmağa ehtiyac var. Ona görә dә aktiv asanalardan fәrqli olaraq, bu yoqa hәrәkәtlәri istәnilәn yaş qrupu üçün, xüsusәn idmanı sevmәyәnlәr üçün әsl tapıntıdır. Bәrpaedici yoqa mәşqi zamanı bәdәniniz yüncülcә dartılır, amma gәrilmir. Belәliklә, bütün bәdәn rahatlamış vә boşalmış hal alır vә sizi uzun müddәt narahat edәn xroniki ağrı vә ya gәrginlik yavaş­yavaş yox olub gedir. Bunun sadә sirri ondan ibarәtdir ki,

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 4

Page 5: Yoqam Jurnali 29 dekabr, 2014

bütün bәdәnimizi aldığı siqnallar әsasında idarә edәn beynimiz bu dәfә orqanizmdәn “Mәn tam rahatam” mesajını alır vә nәticәdә fiziki, әqli vә ruhi bir balans yaranır. Tarazlıq olan yerdә isә nә gәrginlik, nә dә ağrı olar. Elә deyilmi? Bәlkә dә, elә bu sәbәbdәn, bәrpaedici yoqa hәrәkәtlәrinә “aktiv relaksasiya” adı verilmişdir. Restorativ Yoqanın Faydaları:

­ Elastikliyi artırır; ­ Bәdәn әzәlәlәrini tamamilә boşaldır; ­ Daxilәn tәbii şәfa vә balans qabiliyyәtini artırır; ­ Yuxusuzluğa qalib gәlir; ­ İmmun sistemi güclәndirir; ­ Şәfqәt (mәrhәmәt) hissini artırır, elәcә dә özünü vә başqalarını daha yaxşı

anlamağa imkan verir; ­ Әhval­ruhiyyәni yaxşılaşdırır.

Dayaqlı Geriyә Әyilmә Pozası

Dayaqlı Geriyә Әyilmә Pozası ürәk çakrasını (insan bәdәnindә 7 enerji mәrkәzindәn biri) açmağa kömәk edir. Bu asana ilә insan öz hәyatını necә varsa, elә qәbul edәrәk daxili gücünü artırır vә istәnilәn çәtinliyә (o cümlәdәn ağrıya) rәğmәn, yaşamaq istәyindәn qәtiyyәn vaz keçmir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 5

Page 6: Yoqam Jurnali 29 dekabr, 2014

Bu pozanın daha bir faydası ondan ibarәtdir ki, o, sükan, kompüter vә ya masa arxasında hәddәn artıq әylәşmәkdәn yaranan xroniki bel vә çiyin ağrılarını yüngüllәşdirir.

Yerinә Yetirilmә Qaydası:

­ Yerdә uzanın. ­ Yüngülcә qatlanmış dizlәrinizin altına mütәkkә vә ya әdyal / yastıq qoyun. ­ Belinizin altına bir әdәd qatlanmış yastıq vә ya yumrulanmış әdyal / dәsmalı elә

qoyun ki, geriyә uzanarkәn belinizin aşağı nahiyәsinә deyil, yuxarı döş qәfәsinә dayaq olsun.

­ Başınızın altına yumrulanmış dәsmal vә ya әdyalı elә hündürlükdә yerlәşdirin ki, baş vә boyun әzәlәlәri tamamilә rahatlansın.

­ Bir neçә dәfә dәrindәn nәfәs alıb verin.

Bu poza yuxarı sinә, yuxarı döş qәfәsi vә qarın nahiyәlәrindә hava axınını güclәndirir. Dәrindәn nәfәs alıb verdikcә hava axınının bәdәniniz boyunca necә hәrәkәt etdiyini hiss etmәyә çalışın. Tәsәvvür edin ki, mәhz ürәk nahiyәsiylә tәnәffüs edirsiniz. Gözlәrinizi qapayaraq nәfәs aldıqda hava axınının necә ürәyinizdәn ağciyәrlәrinizә doğru vә nәfәsi verdikdә isә ağciyәrlәrinizdәn geriyә ­ qәlbinizә doğru hәrәkәt etdiyini xәyal edin.

Yuxarıda tәsvir olunan asananı dәqiq yerinә yetirin vә sonra gözlәrinizi açmadan hisslәrinizi dinlәyin. Nә hiss edirsiniz? O qәdәr rahatlamısınız ki, artıq fiziki bәdәninizi hiss etmirsiniz? Bir anlığa xatırlamağa çalışın. Hәr birimizin hәyatında belә anlar olub: daxiliniz o qәdәr rahatlıq vә xoşbәxtliklә dolur ki, beyninizdәki şübhәlәrin o biri tәrәfindә, sadәcә, sizә gülümsәyәn bir hәyatın olduğunu görürsünüz vә siz dә bütün ruhunuzla bu hәyatı, yaşamağı qәbul edib әtrafınızda baş verәn hәr şeyi üzünüzdә tәbәssümlә izlәyirsiniz. Bax elә bu an anlayırsınız, daha doğrusu, qorxu vә şübhәlәrlә doldurğunuz beyniniz sizә mesaj göndәrir: “Bilirsәn ki, hәyat budur, nә artıq, nә dә әksik. Necә varsa, elә! Nәyisә vә ya kimisә qәbul etmәyә vә ya rәdd etmәyә ehtiyac yoxdur...”. İnsan, sözün әsl mәnasında, o zaman YAŞAYIR ki, aldığı nәfәs kimi HӘYAT da hәr an onun damarlarından axır, özünü hәyatın, yaşadığı bu kainatın ayrılmaz bir parçası kimi hiss edir. Әsl XOŞBӘXTLİK dә elә budur! Yaşadıqca anlayır insan.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 6

Page 7: Yoqam Jurnali 29 dekabr, 2014

Xoşbәxtlik kimәsә vә ya nәyәsә bağlı bir şey deyil, nә dә çoxlarının düşündüyü kimi “anlardan ibarәt” deyil. Xoşbәxtlik bizim daima daxilimizdәdir. Yoqa, sadәcә, onu kәşf etmәyimizә yardımçı olur.

Belәliklә, restorativ yoqanın çoxsaylı hәrәkәtlәrindәn yalnız biri olan dәstәkli geriyә әyilmә pozasında hisslәrinizә diqqәtlә qulaq asın vә özünüzә bu sualı verin: “HӘYAT hәr nәfәs alıb­verdikcә ürәyimә dolub damarlarımdan axır, yoxsa, sadәcә, yanımdan ötüb keçir?”. İnanıram ki, budәfәki “Asanalar” rubrikası hәtta idmandan müxtәlif bәhanәlәrlә qaçanları da yoqa etmәyә ruhlandıracaq. Ümid edirәm, HӘYATIN yanınızdan ötüb keçmәsinә imkan vermәdәn, elә bu an sözün әsl mәnasında YAŞAMAĞA başlayacaqsınız.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 7

Page 8: Yoqam Jurnali 29 dekabr, 2014

Uşaqlar Üçün Yoqanın Top 10 Faydası

Ruh vә bәdәn arasında vәhdәt yaradan 5000 illik qәdim tarixә malik yoqa müasir dövrdә tәkcә böyüklәrin deyil, uşaqların da hәyatını müsbәtә doğru dәyişmәkdәdir. Bu sәbәbdәn, dünyanın hәr yerindә müxtәlif yaş qrupuna aid uşaqlar arasında yoqa praktikası sürәtlә yayılmaqdadır.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 8

Page 9: Yoqam Jurnali 29 dekabr, 2014

Öz övladıma 4 yaşından bәri keçdiyim yoqa tәlimlәri zamanı әldә etdiyim tәcrübәyә әsasәn onu qeyd edә bilәrәm ki, xaos dolu bu dünyada baş çıxarmaq üçün bütün ailәnizә verә bilәcәyiniz әn gözәl hәdiyyәdir ­ YOQA. Bu idman növünün uşaqlar üçün saysız­hesabsız faydalarından bәhs etmәk olar. Amma bu “Sağlıq” rubrikasını Yoqanın Uşaqlar üçün Top 10 Faydasına hәsr etmәyi qәrara aldım.

Uşaqlar Üçün Yoqanın TOP 10 Faydası:

1. Elastikliyi Qoruyub Saxlayır vә İnkişafda olan Bәdәni Daha Da Güclәndirir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 9

Page 10: Yoqam Jurnali 29 dekabr, 2014

Uşaqlar anadangәlmә elastikliyi ilә fәrqlәnir vә yoqa pozaları tәbiәtdәn gәlәn bu nemәti qoruyub saxlamağa imkan verir. Xüsusәn Döyüşçü I vә II (Warrior One and Two) asanaları böyümәkdә olan әzәlәlәr vә bәdәnә әn yaxşı dәstәkdir. Bәdәnin artan gücü vә elastikliyi sayәsindә uşaqlar idman, oyun vә s. digәr әylәncә dolu mәşğuliyyәtlәr zamanı daha az vә daha yüngül zәdәlәr alır.

2. Diqqәti Cәmlәmә Qabiliyyәtini Güclәndirir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 10

Page 11: Yoqam Jurnali 29 dekabr, 2014

Uşaqlarla yoqa mәşqlәri elә qurulur ki, bәzi pozalar daha sürәtlә, bәzilәri isә daha asta templә yerinә yetirilir. Bu da hәr bir uşağa özünә hakim olmağı öyrәdir, fikrini toplamaq vә özünü dәrketmәk qabiliyyәtini inkişaf etdirir. Mәsәlәn, Uçan Quş Pozasından (Warrior III vә ya Döyüşçü III) bәdәni tarazlayan Ağac pozasına keçid almaq diqqәti güclәndirmәk üçün olduqca praktik vasitәdir. Çünki diqqәti qoruyub saxlamaq ­ sürәtlә dәyişәn dünyamızda vә xüsusәn, tәlim mühitindә olduqca vacib bir bacarıqdır.

3. Özünә Güvәnc Hissini Artırır.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 11

Page 12: Yoqam Jurnali 29 dekabr, 2014

Uşaq yoqa mәşqlәri zamanı güc, diqqәt vә elastiklik nümayiş etdirdiyi zaman, bu, onda özünә әminlik hissi aşılayır. O, özünü erkәn yaşlarından kәşf etmәyә vә inkişaf etdirmәyә alışır. Mәsәlәn, düzgün yerinә yetirilmiş Qarğa pozası müvazinәti vә enerjini artırır. Bu da uşaqların öz daxili güclәrinә inam hissini möhkәmlәndirir. Başqa sözlә, yoqa uşaqlara hәyatın istәnilәn sahәsindә әzmkar olmağı öyrәdir.

4. “İndiki Anda” Yaşama Vәrdişi Formalaşdırır.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 12

Page 13: Yoqam Jurnali 29 dekabr, 2014

Yoqa fәlsәfәsinә görә, insan bütün keçmiş vә gәlәcәyi beynindәn bir kәnara atıb, sadәcә, bugünlә, hәtta indiki anla yaşamalıdır. Başqa sözlә, fikirlәr bizi keçmişә vә ya gәlәcәyә apardıqda hәyatımızın әn qiymәtli anı olan indiki zamanı, yәni “İNDİ vә BURADA” yaşamağı unuduruq. Uşaqlar da yoqa tәlimi zamanı әylәncә vә maraq dolu fәaliyyәtә diqqәtlәrini cәmlәdikdә indi vә burada yaşamağa alışırlar. Tәcrübәli yoqa müәllimi çalışır ki, tәlimlәr zamanı öyrәdәcәyi bu qiymәtli bacarıq uşaqlarda ömür boyu faydalanacaqları bir vәrdişә çevrilsin.

5. Fiziki vә Әqli Cәhәtdәn Sakitlik vә Rahatlıq Bәxş Edir.

Bütün yoqa mәşqlәri adәtәn “Dәrin Relaksasiya” adlı mürgülәmәni xatırladan bir vәziyyәtlә yekunlaşır. Hәtta böyüklәrin dә sevimli asanası olan “Heç Nә Etmә” adlı bu yoqa hәrәkәti zamanı uşaqlar beliüstә uzanaraq, gözlәri qapalı şәkildә vә bәzәn musiqi sәdaları altında öz daxili sakitliklәrinә qovuşurlar vә ya müәllimin tәlimatı әsasında

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 13

Page 14: Yoqam Jurnali 29 dekabr, 2014

vizualizasiya edirlәr. Bu pozada cәmi 3­5 dәq. qalmaqla uşaqlar erkәn yaşdan daxili dincliyin nә olduğunu hiss edәrәk onun vacibliyini anlayır vә gündәlik hәyatda da onu qoruyub saxlamağa çalışırlar.

6. Streslә Mübarizәdә Kömәk Edir.

Mütәmadi yoqa praktikası uşaqlarda stress vә depressiya sәviyyәsini dәrhal aşağı salır. Belә ki, fiziki mәşqlәr zamanı xoşbәxtlik hormonu olan endorfinlәr ifraz olunur. Müxtәlif tәnәffüs hәrәkәtlәri ürәk ritmini azaldır, relaksasiya mәşqlәri isә eyni zamanda bәdәn, ruh vә beyni rahatladır. Yoqa nә özünü, nә dә başqalarını mühakimә etmәmәyi vә rәqib kimi görmәmәyi aşılayır. Bu isә uşaqlara hәyatda әn çәtin vәziyyәtlәrdә belә, özlәrini itirmәmәyә vәsilә olur.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 14

Page 15: Yoqam Jurnali 29 dekabr, 2014

7. Kreativliyi Üzә Çıxarır.

Böyüklәr üçün olan yoqa dәrslәrindәn fәrqli olaraq, uşaqlar üçün nәzәrdә tutulmuş tәlimlәr adәtәn hәr dәfә müxtәlif maraqlı vә mәzәli mövzularda hazırlanır. Mәsәlәn “Çimәrliyә sәyahәt”, “Parlaq Günәş” vә s. bu kimi әylәncәli dәrslәr. Belә kreativ tәlimlәr zamanı uşaqlar hәtta öz tәsәvvürlәrindәki hәrәkәtlәri yerinә yetirmәklә yaradıcı qabiliyyәtlәrini inkişaf etdirmiş olurlar. Nәticәdә, onlar hәyatın istәnilәn sferasında sәrbәst vә kreativ şәkildә özlәrini ifadә etmәyi bacarırlar.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 15

Page 16: Yoqam Jurnali 29 dekabr, 2014

8. Uşaqlar Arasında Qarşılıqlı Anlaşma vә Ünsiyyәti Güclәndirir.

Yoqa uşaqlara daxilәn hәr kәsin bәrabәr olduğunu öyrәdir, hәtta zahiri görünüş, din vә irq fәrqi olarsa belә. Yoqa bu baxımdan sosial mühitә uyğunlaşmanı tәmin edir vә uşaqlara mәrhәmәtli, şәfqәtli vә sәbirli olmağı aşılayır.

9. Uşaqlar Erkәn Yaşdan Öz Bәdәnlәrinә Bәlәd Olurlar.

Yoqa pozaları müxtәlif cürdür: balans yaradan, güclәndirәn, burulmalar, geriyә әyilmәlәr vә tәrsinә çevrilmәlәr. Bu asanaları yerinә yetirәrkәn uşaqlar öz bәdәnlәri haqqında daha çox şey öyrәnirlәr: hәrәkәt etdirdiklәri nahiyәdә hissiyatlarını dinlәyirlәr. Bir sözlә, onlarda erkәn yaşlarından öz “bәdәnlәrindәn agah olmaq” qabiliyyәti formalaşır. Bu isә hәyatın bütün dövrlәrindә vә hәr bir yaşda hәr kәsә lazımdır.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 16

Page 17: Yoqam Jurnali 29 dekabr, 2014

10. İntizam vә Mәsuliyyәti Tәlqin Edir.

Yoqa, әslindә, әldә edilәcәk bir hәdәf deyil. Әksinә o, bir ömür boyu bitmәyәcәk maraqlı vә faydalı bir SӘYAHӘTDİR. Daima davam edәn bu sәyahәt insanı tam intizamlı edir. Bu isә uşaqlar üçün xüsusilә vacibdir. Onlar kiçik yaşlardan gündәlik hәyatda atdıqları addımlar üçün mәsuliyyәt daşımağı vә nizam­intizamlı olmağı öyrәnmәlidirlәr. Uşaqlar mәşqlәr zamanı anlayır ki, yoqada olduğu kimi hәyat yolunda da hәm çәtinliklәr, hәm dә sevincli günlәr bir­birini әvәzlәyir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 17

Page 18: Yoqam Jurnali 29 dekabr, 2014

Şәfalı Ayurveda: Gözәlliyiniz üçün 3 Sadә vә Effektiv

Qızılgül Resepti

“Ayurveda” ­ sanskrit dilindә iki sözün birlәşmәsindәn yaranıb: “Ayuh” ­ hәyat, “veda” ­ bilik demәkdir. “Hәyat Elmi” vә ya “Hәyatın Hikmәti” mәnasını verәn Ayurveda prinsiplәri tәbiәtlә sıx bağlı olub hәyatın bütün sferalarını әhatә edir. Hindistanda yaranmış bu qәdim alternativ tәbabәt elmi bitkilәrlә müalicә, müalicәvi massaj ilә yanaşı, yoqa, meditasiya, pranayama (tәnәffüs gimnastikası) kimi bir sıra praktikaları özündә birlәşdirir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 18

Page 19: Yoqam Jurnali 29 dekabr, 2014

Әslindә, eyni ağacın şaxәlәrindәn olan hәm yoqa, hәm dә Ayurveda haqqında geniş yazmaq olar. Hәr biri dәrin vә qiymәtli bir elmdir. Bu rubrikada qısaca onu qeyd edә bilәrәm ki, nә yoqa tәkcә asanalardan, nә dә Ayurveda tәkcә bitki ilә müalicәdәn ibarәtdir. Onlar hәr ikisi bütünlüklә hәyat demәkdir. Dolğun hәyat!!! 5000 ildәn artıq tarixә malik Ayurveda fәlsәfәsinә görә, hәyat gücü 3 müxtәlif enerji vә ya doşa formasında özünü büruzә verir: vata, pitta vә kapha. Hәr birimiz bu üç gücün unikal kombinasiyasından ibarәtik. Baxmayaraq ki, hәr kәsdә bu 3 enerji birgә mövcuddur, әksәr adamlarda yalnız bir vә ya iki doşanın üstünlük tәşkil etdiyini görmәk olar. Bu unikal kombinasiya, әslindә, insan hәlә ana bәtnindә rüşeym halında olarkәn müәyyәnlәşir vә hәr kәsin özünәmәxsus tәbiәti (prakriti) formalaşır. Yaşadıqca, hәyatda irәlilәdikcә, әtraf mühit, qidalanma, fәsillәr, iqlim, yaş vә digәr amillәrdәn asılı olaraq 3 doşanın bir­birinә nisbәti daima dәyişir. Onlar balansdan çıxdıqda vә ya balansa düşdükdә orqanizmin sağlamlığı, enerji sәviyyәsi vә hәtta әhval­ruhiyyә nәzәrәçarpacaq dәrәcәdә dәyişir. Bu buraxılışın Gözәllik rubrikasında qızılgülün az mәlum olan faydalarından vә ayurvedik reseptlәrindәn bәhs olunacaq.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 19

Page 20: Yoqam Jurnali 29 dekabr, 2014

Hәlә min illәr bundan әvvәl, Ayurveda tәbiblәri qızılgülü әzib, şirәsini çıxarıb, qurudub, toz halına salıb müxtәlif bitki vasitәlәri, dәri baxımı üçün mәhsullar, çaylar vә efir yağlarının hazırlanmasında geniş istifadә edirdilәr. Qәdim tәbiblәr bu bitkidәn od, istilik, qәzәb, ambisiya vә stress ilә bağlı olan pitta doşasını (әqli­fiziki güc) nizamlamaq üçün istifadә edәrdilәr. Baxmayaraq ki, bәzi insanlarda pitta enerji sәviyyәsi hәmişә tarazlıqdan çıxmağa meyllidir, әksәriyyәtimizdә bu doşanın tәsirini yay fәslindә hiss etmәk olar. Ümumilikdә isә qızılgül il boyu hәr kәsin faydalana bilәcәyi qiymәtli bir bitkidir.

Әksәr xanımlar qızılgülün qırışları azaltması vә yaşlanma әlamәtlәrini aradan qaldırmasından xәbәrdardır.

Amma aşağıdakı faydalarından necә?

Ayurveda Tәbabәtinә Әsasәn Qızılgülün 9 Şәfaverici Xüsusiyyәti:

Hәzm sistemini sakitlәşdirir; Emosiyaları tarazlayır; Bәdәni toksinlәrdәn tәmizlәyir; İltihablı dәrini sakitlәşdirir; Bütün 7 bәdәn toxumasını (sanskrit dilindә “dhatus”) qidalandırır; Qanda istiliyin miqdarını tarazlayır; Hormonal balans yaradır; Dәrin, rahatladıcı yuxu gәtirir; Qәlbi isidir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 20

Page 21: Yoqam Jurnali 29 dekabr, 2014

Qızılgüldәn ayurveda gözәllik mәhsullarında geniş istifadә olunur. Çünki bu bitki brajaka­pitta adlı subdoşanın fәaliyyәtinә cavabdehdir. Bu subdoşa dәridә gedәn biokimyәvi proseslәri nizamlayır. Ona görә dә qızılgül tәrkibli losyon, sabun, nәmlәndiricilәrdәn istifadә etmәklә dәrinizi daha hamar saxlaya bilәrsiniz. Әgәr hal­hazırda istifadә etdiyiniz dәri baxımı mәhsullarının tәrkibindә bu bitkinin ekstraktından yoxdursa, onlara bir neçә damcı qızılgül efir yağından әlavә etmәyiniz kifayәtdir.

Üç Tәbii Gözәllik Resepti

1. Qızılgül Lәçәyi vә Zәfәrandan ibarәt Maska Zәfәranın istilikgәtirici xüsusiyyәti qızılgülün sәrinlәşdirici xassәsi ilә birlәşdikdә bütün dәri tiplәri üçün gözәl bir maska alınır. Hәftәdә iki dәfә istifadә etmәk olar. Resept:

1/2 fincan qırmızı qızılgül lәçәklәri; 1 çay qaşığı bal; Bir çimdik zәfәran.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 21

Page 22: Yoqam Jurnali 29 dekabr, 2014

Qızılgül lәçәklәrini hәvәngdәstәdә әzib әldә olunan pastanı bal vә zәfәranla qarışdırın. Maskanı üz vә boynunuza çәkib 10 dәqiqә sonra sәrin vә ya ilıq su ilә yuyun.

2. Qızılgül Suyu Resepti

6 fincan qızılgül lәçәyini 4 fincan suda 15 dәqiqә dәmlәyin. Soyutduqdan sonra mәhlulu şüşә butulkaya töküb soyuducuda saxlayın.

Bu tәbii vasitәdәn 3 mәqsәdlә istifadә edә bilәrsiniz:

­ Göynәyәn gözlәri sakitlәşdirin:

İki pambıq yastıqcığı otaq temperaturunda olan qızılgül suyunda isladıb göz qapaqlarınız üzәrindә 10 dәqiqә saxlayın.

- Stressi atmaq üçün vanna qәbul edin:

Vanna qәbul edәrkәn qızılgül suyundan bir neçә damcı suya әlavә etsәniz, hәm gözәl çiçәk әtri stressinizi aparar, hәm dә bütün bәdәninizi tәravәtlәndirәr. Vanna qәbulundan sonra isә qızılgül suyundan bәdәninizә sıçradın ki, dәrinizi nәmlәndirsin vә sudan dәrinizin üzәrinә çökmüş elementlәrdәn qorusun.

- Әhval­ruhiyyәnizi yüksәldin.

Qızılgül suyunu burnunuza yaxınlaşdırıb, dәrin nәfәs alaraq әtrini içinizә çәkin. Hәtta çay içmәzdәn öncә fincanınıza hәmin mәhluldan 1­2 damcı әlavә etsәniz, hәm bәdәninizi, hәm dә ruhunuzu rahatlatmış olarsınız. 3. Aromaterapiya Meditasiyanın tәsirini qızılgül efir yağından istifadә etmәklә daha da güclәndirә bilәrsiniz. Bunun üçün sadәcә, alnınıza, qaşlar arasındakı nahiyәyә meditasiyadan öncә bir damcı efir yağı çәkmәk kifayәtdir.

­ Daha rahat vә dәrin yuxu istәyirsinizsә, yastığınıza bir neçә damcı qızılgül efir yağından damcıladın.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 22

Page 23: Yoqam Jurnali 29 dekabr, 2014

­ Hәyәcanlı, narahat vә ya kefsiz olduqda, әl dәsmalına bir neçә damcı bu aroma yağından çәkәrәk qoxulayın vә sakitlәşin.

Apteklәrdә satılan qızılgül efir yağını almağa tәlәsmәyin. Әgәr hәqiqi efir yağından istifadә edilmәzsә, gözlәdiyiniz nәticәlәr әldә edә bilmәyәcәksiniz. Ona görә dә yalnız xalis efir yağlarından istifadә edin. Mәn vә ailәm Vivasan (İsveçrә) istehsalı olan bir sıra efir yağlarından, o cümlәdәn Mәrakeş qızılgülündәn xüsusi üsulla hazırlanmış efir yağından faydalanırıq.

Mağazalarda satışda olmayan bu mәhsulu әldә etmәk üçün bizimlә әlaqә saxlaya bilәrsiniz:

http://gozelik.biz/elaqe

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 23

Page 24: Yoqam Jurnali 29 dekabr, 2014

Yoqa İlә Vaxta Asanlıqla Qәnaәt Etmәyin 10 Sirri

vә ya

Yoqa İlә Gününüzә 1 Saat Әlavә Edin!

“Yoqa vaxt almır, әksinә, vaxt qazandırır”.

Qanqa Uayt (Ganga White)

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 24

Page 25: Yoqam Jurnali 29 dekabr, 2014

Gündәlik 24 saatınıza 1 saat da әlavә etmәk istәrdinizmi? Necә? Hәr gün cәmisi 15 dәqiqәnizi yoqa vә meditasiyaya ayırmaqla daha çox enerji vә stresdәn uzaq daha tәmiz beyin sayәsindә daha artıq işin öhdәsindәn gәlәr bilәrsiniz. Әldә etdiyiniz nәticәlәrdәn hiss edәcәksiniz ki, mәhsuldarlığınız birdәn­birә 200%, hәtta bәzәn 400% artmışdır.

Yoqa İlә Vaxta Asanlıqla Qәnaәt Etmәyin 10 Praktik Sirri:

1. Doğru Hәdәflәr Seçin.

Qarşınıza müәyyәn mәqsәdlәr qoyduqda “satya”nı düzgün dәyәrlәndirin. Sanskrit dilindә “hәqiqәt” mәnasını verәn satya ­ yoqa elmindә 5 yamasdan (“yamas” ­ düzgün yaşamaq prinsiplәri) biridir. Başqa sözlә, bu hәyatda, hәqiqәtәn, nә әldә etmәk istәyirsinizsә, әvvәlcә onu beyninizdә aydınlaşdırın vә sonra qarşınıza real, әldә edilә bilәcәk mәqsәdlәr qoyun. Gündәlik kiçik addımlarla hәdәfinizә doğru irәlilәyin.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 25

Page 26: Yoqam Jurnali 29 dekabr, 2014

2. Özünüzü Mәcbur Etmәyin.

Qısa zamanda daha çox şey әldә etmәk üçün özümüzü fiziki vә emosional cәhәtdәn tükәndirmәyә heç dә vaxta qәnaәt vә ya mәhsuldarlıq adı verilә bilmәz. Hәr günü “ahimsa” yaması üzrә yaşamaq lazımdır. Ahimsa ­ qeyri­zorakılıq demәkdir. Özümüzü qısa zamanda hәddәn artıq iş görmәyә mәcbur etmәk lazım deyil. Bu yolla, hәm fiziki, hәm emosional stressdәn qurtulmuş olarıq. Unutmayın ki, ruhumuza hakim olan stress hәyatımızın hәr bir sahәsini lәngidir.

3. Tәvәkkül Edin.

Yoqa vә hinduizmdә “ishvara pranidhana”, dinimiz islamda isә “tәvәkkül” adlanan prinsipi hәyatınızın bir parçasına çevirin. Mәncә, hәyatın istәnilәn anında qeyd­şәrtsiz xoşbәxtlik vә uğurun sadә sirri budur: TӘVӘKKÜL ETMӘK. Başqa sözlә, hәr gün hәdәfinizә çatmaq üçün görülәsi işlәr siyahısını yerinә yetirib bir­bir

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 26

Page 27: Yoqam Jurnali 29 dekabr, 2014

tamamlanmış tapşırıqların üstündәn xәtt çәkәrkәn onların istәdiyiniz nәticәlәr gәtirib­gәtirmәyәcәyi barәdә narahat olmayın. Qәtiyyәn! Sadәcә, әlinizdәn gәlәni edin, bütün bilik, bacarıq vә tәcrübәnizi nümayiş etdirin vә heç bir gözlәnti ilә yaşamayın. Çünki özünüzü kainatla vә ilahi qüvvә ilә vәhdәt şәklindә hiss etdikcә gözlәdiyiniz vә istәdiyiniz nәticәlәrdәn daha artıq uğurlarınız olacaq. Hәyatın yazılmayan qanunu budur!

Belәliklә, enerjinizi әbәs yerә narahatçılıq vә şübhәlәrә itirmәk әvәzinә, daha çox iş görmüş olacaqsınız. Effektiv fәaliyyәt әn yaxşı taym menecment metodudur.

4. Prioritetlәri Müәyyәnlәşdirin.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 27

Page 28: Yoqam Jurnali 29 dekabr, 2014

İstәr yoqa hәrәkәtlәri yerinә yetirәrkәn, istәrsә dә gündәlik hәyatda fәaliyyәt zamanı prioritetlәri müәyylәnlәşdirmәk olduqca vacibdir. Әslindә, bütün uğurlu insanların başlıca sirlәrindәn biri elә budur.

Әksәriyyәtimiz, elә mәn özüm dә eyni zamanda bir neçә işi yerinә yetirmәklә daha çox vaxta qәnaәt etmәyә çalışırıq. Amma artıq bu vәrdişi yenisiylә әvәzlәmәk mәqsәdilә xüsusi fәaliyyәt proqramı qurmuşam vә ona riayәt etmәyә çalışıram. Çünki istәr praktika, istәr son elmi araşdırmalar, istәrsә dә 5000 ildәn artıq zәngin tarixә malik yoqa sübut edir ki, beynimiz eyni zamanda yalnız bir fikir / fәaliyyәt üzәrindә diqqәtini cәmlәyә bilir. Heç fikir vermisinizmi: beyninizә eyni zamanda yalnız bir fikir hakim olur, daha bir neçә fikir deyil. Bir fikir bitir, sonra yerinә o birisi gәlir. Elә deyilmi? Bizim gördüyümüz işlәr dә eyni qayda ilә beynә tam diqqәtini toplaması üçün siqnallar göndәrir.

Ona görә günә başlarkәn tapşırıq siyahınızda top 2­3 işi prioritet olaraq seçin vә onların hәr birinә müәyyәn zaman ayıraraq bütün enerjinizi vә diqqәtinizi hәmin işә yönәldin. Әks tәqdirdә, diqqәti yayındıran fikirlәr vә ya fәaliyyәtlәr enerjinizin yalnız boşuna itmәsinә sәbәb olacaq. Günün sonunda isә minimum nәticә әldә etmiş olacaqsınız.

5. Prioritetlәrinizdәn Yayınmamaq Üçün Müxtәlif Proqramlardan İstifadә Edin.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 28

Page 29: Yoqam Jurnali 29 dekabr, 2014

İnternetdә iş mәhsuldarlığını artıran müxtәlif proqramlara rast gәlmәk mümkündür. İstәsәniz seçdiyiniz proqramı kompüterinizә yüklәyә, istәsәniz onlayn proqramlardan istifadә edә bilәrsiniz. Mәn son zamanlar daha sadә vә effektiv üsullara üstünlük verdiyim üçün onlayn rejimdә olduqca sadә, lakin çox sәmәrәli NowDoThis.com ­ “Bunu İndi Et” proqramından istifadә edirәm vә hәr kәsә tövsiyә edirәm. Orada tapşırıq siyahısını (to­do list) qeyd etdikdәn sonra әn başda hansı iş gәlirsә, yalnız o, qalın şriftlәrlә tәmiz bir sәhifәdә aydın şәkildә qeyd olunur. Yalnız o tapşırığı bitirdikdәn sonra “Done” (“Bitirdim”) düymәsini basdıqda, artıq növbәti işә keçә bilәrsiniz.

6. Meditasiya İlә Vaxt Qazanın.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 29

Page 30: Yoqam Jurnali 29 dekabr, 2014

Gündәlik meditasiya etmәk (hәtta cәmi 5 dәqiqә olsa belә), beyindә xaotik şәkildә bir­birini әvәzlәyәn fikirlәri “qaydasına salır” vә belәliklә dә, insan öz mәqsәdi ilә vәhdәt halına gәlir. Yoqanın 8 mühüm şaxәsindәn biri olan meditasiya sayәsindә beyni eyni zamanda yalnız bir iş üçün proqramlaşdırmaq mümkündür. Belә әqli fәaliyyәt bütün fikir vә hadisәlәri bir kәnara ataraq enerjimizi vahid bir tapşırığa yönәldir vә belәliklә, daha effektiv nәticә әldә edirik.

7. Yoqa vә Meditasiyadan Dәrhal Sonra Fәaliyyәtә Keçin.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 30

Page 31: Yoqam Jurnali 29 dekabr, 2014

Yoqa vә meditasiya praktikasından sonra bәdәn, beyin vә ruh o qәdәr rahatlayır vә ideal bir balans yaranır ki, әn mәhsuldar nәticәlәri elә bu zaman almaq mümkün olur. Bu sәbәbdәn, mәşqdәn dәrhal sonra görülәsi işlәr siyahısında әn başda gәlәn vacib tapşırıqdan başlayın.

8. Özünüz Üçün Tam Sakit Bir Mühit Yaradın.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 31

Page 32: Yoqam Jurnali 29 dekabr, 2014

Әgәr yoqa ilә mәşğul olmursunuzsa, onda әn azından istәr evdә, istәrsә dә ofisdә işә başlamazdan öncә tam sakit vә ideal bir mühit yaradın. Hәmin mühitdә diqqәti yayındıracaq heç nә olmamalıdır. Nә telefon zәnglәri, nә facebook mesajları, nә whatsapp yazışmaları, nә işdәn kәnar söhbәtlәr! Әn azı 30­60 dәqiqә әrzindә tam olaraq iş üzәrindә fokuslaşmağa vәrdiş edin.

9. “Yoqa Etmәk Üçün Vaxtım Yoxdur...”

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 32

Page 33: Yoqam Jurnali 29 dekabr, 2014

Әgәr belә düşünürsünüzsә, o zaman sizә, sadәcә, bir sualım var: hәr gün dişlәrinizi yumağa, yemәk yemәyә, sosial media vә xәbәr saytlarını ziyarәt etmәyә, telefon danışıqlarına, günboyu müxtәlif söhbәtlәrә vaxt tapırsınızmı?

Bәli?! O zaman hәyatınızı tamamilә müsbәtә doğru dәyişdirәcәk vә ruhunuzu qidalandıracaq yoqaya bir neçә dәqiqәnizi ayırmaq vaxt itkisi deyil, әksinә, böyük qazancdır.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 33

Page 34: Yoqam Jurnali 29 dekabr, 2014

10.Özünüz Olun.

Yoqanın әn çox sevdiyim cәhәti insana özünü vә hәyatı necә varsa, elә qәbul etmәyi tәlqin etmәsidir. Yoqa asanalarını mәşq edәrkәn onları dәqiq, ideal şәkildә deyil, sadәcә, özünüz hiss etdiyiniz kimi, bәdәn vә ruhunuzun sizә imkan verdiyi kimi yerinә yetirmәk tövsiyә olunur. Yoqa vә elә yaşadığın bu hәyat öz unikallığını vә yaradıcı qabiliyyәtini üzә çıxarmaq demәkdir. Kimәsә bәnzәmәyә, kiminlәsә yarışmağa vә ya müqayisәlәr aparıb tәәssüflәnmәyә gәrәk yoxdur. Buna sәrf edәcәyiniz o qiymәtli mental enerjinizi, sadәcә, özünüzә mәxsus hәyat yaşamağa vә tәkrarolunmaz nәticәlәr әldә etmәyә yönәldin.

Yoqa insana nәfәs alıb verdikcә yaşadığın hәr anı hiss edәrәk, içdәn yaşamağı öyrәdir. Hәr keçәn saniyәni kainatla vәhdәt şәklindә yaşadıqca insan zamanın bәrәkәtini, hәqiqәtәn, hiss edir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 34

Page 35: Yoqam Jurnali 29 dekabr, 2014

Nәticә: Eynşteyn nәzәriyyәsini unutmayın: hәr şey bu hәyatda nisbi olduğu kimi, zaman anlamı da nisbidir. Bәzәn sürәtlә axıb gedәr, bәzәn dә bizimlә dostluq edәr. Zamanı idarә etmәyә çalışmayın, әksinә, onunla bütövlәşib bir tam olaraq yaşamağa cәhd edin. Onda 24 saat әrzindә әvvәllәr bir hәftә boyu görә bilmәdiyiniz xeyli işin öhdәsindәn gәlәcәksiniz. Çünki hәyata baxışınız tamamilә dәyişәcәk. İnanıram ki, bu mәqalәdә verilәn tövsiyәlәrdәn faydalanaraq tezliklә daha mәhsuldar hәyat tәrzinә başlayacaqsınız.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 35

Page 36: Yoqam Jurnali 29 dekabr, 2014

İmmunitet Üçün Meditasiyanın Bilmәdiyiniz 5 Üstünlüyü

Dәrmanlar Әvәzinә Meditasiya ilә İmmunitetinizi Güclәndirmәk

İstәrdinizmi?

Mürәkkәb bioloji struktur vә proseslәrdәn ibarәt olan immun sistemimiz bizi әtraf mühitin müxtәlif xarici tәsirlәrinә (virus, bakteriyaya vә s.) qarşı qoruyur. Bu sistem pozulduqda

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 36

Page 37: Yoqam Jurnali 29 dekabr, 2014

isә tәbii ki, orqanizm normal fәaliyyәt göstәrә bilmir vә bir sıra xәstәliklәr bәdәnә hücum etmәyә başlayır. Meditasiya isә kompleks şәkildә immuniteti güclәndirir. Meditasiya Haqqında Bilmәdiklәriniz: 1. Meditasiya Anticisimlәri Güclәndirir.

Son araşdırmalar nәticәsindә mәlum olmuşdur ki, 8 hәftә әrzindә hәftәlik meditasiya edәn 48 biotexnologiya işçisindә digәr qrupla müqayisәdә anticisim sәviyyәsindә olduqca yüksәk artım müşahidә olunmuşdur. Qeyd edәk ki, virus vә bakteriyaları zәrәrsizlәşdirәn bu xüsusi zülal molekulları immun sistem üçün birinci dәrәcәli әhәmiyyәt kәsb edir. Belәliklә, meditasiya etmәklә biz orqanizmi xәstәliklәrdәn qorumaq üçün profilaktik tәdbir görmüş oluruq. 2. Meditasiya Stressi Bәdәndәn “Yuyub Aparır”.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 37

Page 38: Yoqam Jurnali 29 dekabr, 2014

Bәli, mәhz “yuyub aparır”. Çünki orqanizmdә toplanan gündәlik stress tәdricәn immuniteti sıradan çıxarır. Ona görә dә gündәlik meditasiya streslә mübarizәdә әn yaxşı vasitәdir. Belә ki, meditasiya zamanı diqqәti cәmlәyәrkәn mәnfi fikirlәr beyni tәrk edir vә nәticәdә, bütövlükdә bәdәn, beyin vә emosiyalar gündәlik gәrginlikdәn qurtulur. Bu isә insanda daha yüksәk әhval­ruhiyyә yaradır, hüceyrәlәr daha bol oksigen mәnimsәyir vә qan dövranı yaxşılaşır. Hәtta cәmisi 5 dәqiqәlik meditasiyadan dәrhal sonra hiss edecәksiniz ki, stressin әvәzinә rahatlıq, dinclik vә gümrahlıq gәlmişdir. 3. Meditasiya Beynin İmmunitetә Nәzarәt Edәn Funksional Nahiyәlәrini Stimullaşdırır.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 38

Page 39: Yoqam Jurnali 29 dekabr, 2014

Meditasiya beynin prefrontal korteks, sağ ön insula vә sağ hipokampus bölgәlәrindә elektrik aktivliyi artırır. Bu mәrkәzlәr gün әrzindә pozitiv emosiyalar, ayıqlıq vә narahatlıq kimi hallara nәzarәt edir. Bundan әlavә, beynin bu nahiyәlәri immun sistem üçün bir növ komanda verәn mәrkәz rolunu oynayır. Onları stimullaşdırdıqda, tәbii ki, immunitet dә möhkәmlәnir. 4. İmmun Sistem Fikirlәrimizlә Sıx Bağlıdır. Elmә hәlә dә tam mәlum olmayan sәbәblәrdәn, immunitet nә mәnfi, nә dә müsbәt fikirlәrә laqeyd qalır. Ona görә dә fikirlәrimizi nizamlayan meditasiya immun sistemimizi dә düzәnlәyir. Nәticә etibarilә, özümüzü daha sağlam, daha çox enerjili vә daha xoşbәxt hiss edirik. Bu isә heç kәsә sirr deyil ki, dolğun hәyat tәrzinin әsas şәrtlәrindәndir. 5. Kim Xoşbәxt vә Sağlam Olmaq İstәmәz ki?!

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 39

Page 40: Yoqam Jurnali 29 dekabr, 2014

Hәr kәs istәr! Elә deyilmi? Meditasiyanın gözәl cәhәti odur ki, eyni zamanda hәr ikisini bәxş edir. Necә? Belә ki, siz meditasiya edәrkәn özünüzü daha xoşbәxt hiss edirsiniz, stressiniz azalır vә beyniniz dә, öz növbәsindә, immun sistemi daha da fәallaşdırır. Bütün bunların sayәsindә dә özünüzü daha sağlam vә gümrah hiss edirsiniz. Nәticә: İndi әmin oldunuz ki, heç bir hәb, dәrman vә ya eliksir, hәtta cәrrahiyyә әmәliyyatı bütün bunların eyni zamanda öhdәsindәn gәlә bilmәz? Yalnız meditasiya sayәsindә sizә uzun illәr boyu xidmәt edәcәk güclü immunitet formalaşdıra bilәrsiniz.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 40

Page 41: Yoqam Jurnali 29 dekabr, 2014

Hәftәlik Sınaq: 7x8 Dәfә Mәhsuldar Olun

“Yoqam” jurnalının hәr sәhifәsini sevә­sevә hazırlasam da, etiraf edim ki, “Hәftәnin Sınağı” bölümü mәnim üçün әn sevimli rubrikadır :). Çünki bu unikal rubrikanın mәqsәdi hәyatımızın hәr bir sahәsini daha dolğun etmәkdir. Bir anlığa tәsәvvür edin: hәr gün, hәr hәftә, hәr ay vә hәr il dolğun keçәrsә, nәlәr dәyişәr hәyatımızda?

Hәr hәftә Bu 7 Günlük Sadә Sınaqlara Qoşulmaqla Nә Eldә

Edәcәksiniz?

Bu maraqlı hәftәlik sınaqlar sizә aşağıdakıları verәcәk:

Hәr gün özünü uğura proqramlaşdırmaq; İş vә gündәlik hәyatınızda istәdiyiniz nәticәlәri әldә etmәk üçün özünüzә mәxsus

sadә sistem yaratmaq; İstәnilәn vәziyyәtdә dәyişikliklәrә tez uyğunlaşaraq hәdәflәrinizә sadiq qalmaq; Diqqәtinizi vә enerjinizi bir yerә toplayıb bacarıqlarınızla birlәşdirmәk; Güclü tәrәflәrinizi üzә çıxarıb hәdәfinizә gedәn yolda onları praktik üstünlüklәrә

çevirmәk vә bununla da başqalarından fәrqlәnmәk;

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 41

Page 42: Yoqam Jurnali 29 dekabr, 2014

Sizә daha xidmәt etmәyәn vә ya zәrәr verәn vәrdişlәri dәyişmәk vә yenilәrinә sadiq qalmaq;

İşiniz vә şәxsi hәyatınız arasında balans yaratmaq vә sevdiyiniz mәşğuliyyәtlәrә vә işlәrә daha çox vaxt ayırmaq.

İndi isә bu hәftәnin sınağını tәqdim edirәm (İlk sınaqla maraqlananlar jurnalın birinci buraxılışına nәzәr sala bilәrlәr).

İkinci Hәftәlik Sınaq: Vaxtınızı 7x8 Dәfә Artırın

1. Gününüzün xronoloji tәhlilini aparın.

Bir hәftә әrzindә hәr günün әtraflı xronologiyasını tәrtib edin. Taym­menecment elmindә xronologiya ­ sәrf etdiyin hәr saatı vә günü nәyә hәsr etdiyini yazılı şәkildә qeyd etmәkdir. Bu nәyә gәrәkdir? Belәcә, hәr gün vә hәr hәftә vaxtınızı necә bölüşdürdüyünüzü kәnardan obyektiv olaraq görә bilәcәksiniz. İlk vaxtlar cansıxıcı bir

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 42

Page 43: Yoqam Jurnali 29 dekabr, 2014

tәhlilә bәnzәsә dә, әslindә, çox maraqlı bir işdir: 7 gün sonra tәhlillәr apararkәn nәyә vә nә qәdәr vaxtınızı İTİRDİYİNİZİ, nәdә MӘHSULDAR olduğunuzu aydın şәkildә görәcәksiniz. Heç ağlınıza gәlmәyәn elә işlәr (xüsusәn mәişәt fәaliyyәti) olacaq ki, onların nә qәdәr qiymәtli vaxtınızı aldığını aşkarlayacaqsınız. Bu, xüsusәn biz xanımlara aiddir. Tәhlildәn sonra әgәr hәr hansı fәaliyyәt üçün “ÜMUMİYYӘTLӘ, BUNA VAXT İTİRMӘYӘ DӘYMӘZ” deyirsinizsә, o zaman onu dәrhal minimuma endirin vә ya başqasına tapşırın (autsorsinq ­ outsourcing).

2. Hәr gün görülәsi iş siyahısını NowDoThis.com ­ da qeyd edin.

Bu onlayn proqramda yalnız 3­5 iş qeyd edin: özü dә әn vaciblәrini top üçlüyә salın. Birinci işi bitirdikdәn sonra “Done” (“Bitirdim”) düymәsinә kliklәyin vә yalnız bundan sonra ikinci tapşırığa keçin. Bu minvalla bütün siyahını yerinә yetirin. Mәsәlәn, mәnim bugün, dekabrın 29­u üçün görülәsi top 3 iş sihayımda әn birincisi ­ indi oxumaqda olduğunuz “Yoqam” jurnalının ikinci hәftәlik buraxılışını bitirib internetdә dәrc etmәkdir.

3. Hәr gün minimum 30­60 dәqiqә fasilәsiz bir iş üzәrindә fokuslanın.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 43

Page 44: Yoqam Jurnali 29 dekabr, 2014

Hәr gün eyni saatda yalnız bir fәaliyyәt ilә mәşğul olun. Xüsusәn yüksәk mәhsuldarlıq tәlәb edәn zehni fәaliyyәti erkәn sәhәr vaxtı hәyata keçirin. Bütün diqqәtyayındıran amillәri “blok” edib 30 vә ya 60 dәqiqә fasilәsiz işlәyin. Bu, beyninizi diqqәti daha yaxşı cәmlәmәyә proqramlaşdıracaq.

4. Mәhsuldarlığınızı artıracaq musiqilәr dinlәyin. Әgәr iş fәaliyyәtiniz daha çox kompüterlә bağlıdırsa, Youtube­da “music for productivity”, “music for creativity”, “music for focus” sözlәri üzrә axtarış versәniz, yüzlәrlә musiqi videoları çıxacaq. Onlardan işlәyәrkәn fon kimi istifadә edә bilәrsiniz. Mәn hal­hazırda bu jurnalı aşağıdakı musiqinin sәdaları altında hazırlayıram:

Qeyd edim ki, bu musiqi silsilәsi xüsusi elmi araşdırmalar әsasında hazırlanmışdır vә istәr iş, istәrsә dә zeyni fәaliyyәt zamanı mәhsuldarlığı 400% artıra bilir. Çünki xüsusi instrumental ardıcıllıq әsasında bәstәlәnmiş belә musiqi beynin limbik sistemini (motivasiya, emosiya, öyrәnmә vә yaddaşa nәzarәt edәn hissә) fasilәsiz fokuslanmağa yönәldir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 44

Page 45: Yoqam Jurnali 29 dekabr, 2014

Öz praktikamdan onu söylәyә bilәrәm ki, әtrafda hәtta kәnar sәslәr olsa belә, bu musiqinin sәsi beynә tam hakim olur vә işlәmә sürәtini artırır.

5. Hәr gün 3 vacib işi tamamlayın. Uzun siyahılar tutmaqdan әl çәkin. Bu yolla effektiv ola bilmәzsiniz. Әksinә, hәr gün sadә bir siyahı hazırlayın ­ gününüzü 3 mühüm işә sәrf edin. Sonra artıq vaxt vә enerji qalarsa, әlavә tapşırıqları yerinә yetirә bilәrsiniz.

6. Uğur gündәliyi tutun.

Hәr günün sonunda әldә etdiyiniz kiçik nailiyyәtlәri, qәlәbәlәrinizi yazılı şәkildә qeyd edin. Belәcә hәr sәhәr günә başlamazdan öncә, kiçik olsa belә, әldә etdiyiniz uğurlara nәzәr saldıqda daxilinizә böyük bir motivasiya hakim kәsilәcәk. Motivasiya

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 45

Page 46: Yoqam Jurnali 29 dekabr, 2014

olan yerdә isә zaman hәmişә insanın lehinә işlәyir, çünki o qәdәr böyük hәvәslә vә inamla işә girişirsiniz ki, qısa zamanda daha çox nәticә әldә etmiş olursunuz. Xatırlamağa çalışın, sonuncu dәfә bu, hәyatınızda nә zaman baş verib?

7. Hәr sәhәr yoqa vә meditasiya edin.

Yoqa vә meditasiya vaxtını, әslindә, günün әn pik saatı adlandırmaq olar. Niyә? Çünki telefonunuzun enerjisi bitdikdә onu yenidәn doldurduğunuz kimi, eynәn bәdәn vә ruhunuz tükәnmiş enerjisini yoqa vә meditasiya zamanı bәrpa edir. 7 gün әrzindә cәmisi 10 dәqiqә yoqa vә ardınca 5 dәqiqә meditasiya edin. Vә hәftә sonu orqanizminizdә vә hәyatınızda nәlәrin dәyişdiyinә diqqәt edin.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 46

Page 47: Yoqam Jurnali 29 dekabr, 2014

8. Hәr Gün Bol Su için.

Tәәccüblәnә bilәrsiniz ki, suyun taym menecmentә nә dәxli var?! Mәsәlә burasındadır ki, hәr gün lazımi miqdarda su qәbul etdikdә iki vacib proses baş verir: a) bәdәn toksinlәrdәn (zәhәrli maddәlәrdәn) tәbii şәkildә tәmizlәnir, daha gümrah vә enerjili olur; b) Bol su beyin fәaliyyәtini, o cümlәdәn yaddaşı vә diqqәti toplama qabiliyyәtini güclәndirir. Bu hәftәlik sınaq zamanı hәr gün minimum bir litr (4 fincan) su qәbul etmәyә çalışın. Düzdür, adәtәn gündәlik 2 litr su içmәk tövsiyә olunur. Amma yaxşı olardı ki, ilk vaxtlar daha az miqdarla başlayasanız. Sonra necә davam edәcәyinizi artıq orqanizm özü sizә söylәyәcәk. Onu diqqәtlә dinlәyin. Belәliklә, 7 gün әrzindә yuxarıda sadalanan 8 sadә addımı yerinә yetirmәklә, mәncә, hәr kәs bu mәhsuldarlığı 7x8 dәfә artırmağa әn azından cәhd edә bilәr.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 47

Page 48: Yoqam Jurnali 29 dekabr, 2014

7 gündәn sonra әldә etdiyiniz nәticәlәrinizi, hәyat tәrzinizdә baş verәn dәyişikliklәri, hәr hansı inkişafı bizimlә bölüşә bilәrsiniz. Bu, bir neçә cümlә, vә ya qısa bir mәqalә vә yaxud video ola bilәr. Qeyd edim ki, mәqalә vә videolar http://gozelik.biz vә http://yoqam.com saytlarında, elәcә dә jurnalın növbәti buraxılışlarında oxuculara hәsr olunacaq rubrikada dәrc olunacaq. email: [email protected] vә ya Facebook sәhifәmizdә https://www.fb.com/yoqam Bundan әlavә, bu jurnaldan öyrәndiklәri sayәsindә әldә etdiyi uğurlarını bizimlә paylaşan oxucular arasından mütәmadi olaraq qaliblәr seçilәcәk vә onlara HӘDİYYӘ olaraq 2 PULSUZ 70 dәqiqәlik Yoqa Dәrsi üçün xüsusi kupon verilәcәk (dәyәri 2 x 10 AZN = 20 AZN).

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 48

Page 49: Yoqam Jurnali 29 dekabr, 2014

Qәbul Etdiyiniz Qidaların Bәdәninizdәki 7 Enerji Mәrkәzinә Tәsiri

Heç Bilirsinizmi: Hәr Gün Qәbul Etdiyiniz Qidalar Sizin Çakralanıza Necә Tәsir Edir?

Çakra Nәdir?

Bu, әslindә, geniş mövzudur. Amma qısa vә sadә şәkildә desәk, çakralar ­ bәdәnimizdә mövcud enerji mәrkәzlәridir. Hәr biri özünәmәxsus rәngә malik enerji spiralını xatırladan bu 7 çakra orqanizmin daxili balansına nәzarәt edir. Gündәlik hәyat tәrzimiz, o cümlәdәn qәbul etdiyimiz qidalar bu çakraları aça da bilәr, qapalı saxlaya da bilәr. Çakralarda zәiflik vә ya qapanma meydana çıxarsa, o zaman fiziki vә ruhi balans pozulduğundan bәdәnimizdә müxtәlif xәstәliklәr baş qaldırır.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 49

Page 50: Yoqam Jurnali 29 dekabr, 2014

Bәdәnimizdәki 7 enerji mәrkәzi olan çakraların balansını qorumaq üçün üçün tәkcә yoqa vә meditasiya mәşqlәri kifayәt deyil. Gәlin etiraf edәk ki, bәzәn gündәlik hәyatda hәr birimiz özümüzü sәbәbsiz yerә yorğun, motivasiyasız, ruhdan duşmüş, depressiv, narahat, emosional vә s. hiss edirik. Bu isә ilk baxışdan sәbәbsiz görünsә dә, әslindә, orqanizmdә hansısa enerji mәrkәzinin düzәndәn çıxmasını göstәrir. Bu zaman daxili hissiyatımıza diqqәtlә qulaq asıb qәbul etdiyimiz qidaları düzgün seçsәk, dәrman vә ya hәr hansı bir terapiyaya ehtiyac qalmadan hәr şey öz yoluna düşәr.

Rәngarәng qida rasionunun orqanizm üçün nә qәdәr vacib olduğunu hәr kәs bilir. Amma yediyiniz meyvә, tәrәvәz vә s. qida növlәrinin sizin enerji mәrkәzlәrinә necә tәsir etdiyindәn xәbәrdarsınızmı? Heç bilirdinizmi ki, 7 müxtәlif rәngli çakranı müәyyәn rәng çalarında olan qidalar nizamlayır?

Elә isә bu rubrika hәr kәs üçün maraqlı olacaq.

Yeddi Rәngli Qidalanma Sistemi:

Qırmızı (Tәmәl Çakra) ­ Enerji: pomidor, çiyәlәk, moruq, çuğundur vә s.

Әgәr özünüzü tükәnmiş, yorğun, süst hiss edirsinizsә, bu qırmızı rәngli meyvә vә tәrәvәzlәrdәn bol yeyin. Onlar sizin enerjinizi yüksәldәcәk vә bәdәn temperaturunu nizamlayacaq.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 50

Page 51: Yoqam Jurnali 29 dekabr, 2014

NARINCI (Kreativlik Çakrası) ­ Әminlik vә Özünә Hörmәt: naringi, portağal, kök, balqabaq vә s.

Әgәr özünüzә әminlik hissi zәifdirsә, daima tәrәddüdlәr içindәsinizsә, özünüzә az dәyәr verirsinizsә, bir qәdәr narıncı meyvә­tәrәvәzdәn qәbul etmәyә ehtiyacınız var. Onlar sizin hisslәrinizә böyük tәsir göstәrәcәk vә özünüzә olan sevginizi artıracaq.

SARI (Günәş Kәlәfi Çakrası) ­ Sevinc : ananas, banan, sarı bibәr vә s.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 51

Page 52: Yoqam Jurnali 29 dekabr, 2014

Әgәr özünüzü mәyus, ruhdan düşmüş vә ya hәddәn artıq emosional hiss edirsinizsә, әhvalınızı sarı rәngli tәbii qidalar yüksәldәcәk. Çünki sarı rәng әhval­ruhiyyәni qaldıran effektiv tәbii vasitәdir. Ona görә dә anti­depressant qәbul etmәk әvәzinә, gündәlik rasionunuzu bu rәngdә olan meyvә­tәrәvәzlә zәnginlәşdirin.

YAŞIL (Ürәk Çakrası) ­ Cavanlaşma, yenidәn tәravәtlәnmә: göyәrti (xüsusәn ispanaq vә kәrәvüz), kahı, brakkoli, kale (yarpaq kәlәm), kәlәm vә s.

İşdәn yorğun, stress vә gәrginlik içindә gәlmisinizsә, hәddәn artıq әzgin vә yorğunsunuzsa, vә ya bәdәninizi toksinlәrdәn tәmizlәmәyә ehtiyac duyursunuzsa, yaşıl rәngi seçin. Xüsusәn indi qış mövsümündә daha çox istifadә etmәli olduğumuz yaşıl tәrәvәzlәrdәn dadlı vә faydalı salat hazırlayıb yemәkdәn öncә qәbul edin. Yaşıl rәnglә

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 52

Page 53: Yoqam Jurnali 29 dekabr, 2014

orqanizmә daxil olan canlı fermentlәr, oksigen vә xlorofil dәrhal stress vә yorğunluğunuzu azaldaraq yox edәcәk.

TÜND MAVİ/QARA (Boğaz Çakrası) ­ Sakitlik, dinclik: qarağat, böyürtkәn, qaragilә vә s.

Narahat vә hәyәcanlısınız? Auditoriya qarşısında daha sәrbәst danışmaq istәyirsiniz? O zaman bir boşqab qarağat vә ya böyürtkәn yeyin ki, böyrәklәrinizin tonusunu qaldırasınız vә eyni zamanda sәrbәst ünsiyyәt qurararaq öz hәqiqәtinizi insanlara çatdırasınız. Әbәs yerә, bu çakra hәqiqәt carçısı hesab olunmur.

BӘNÖVŞӘYİ (Üçüncü Göz Çakrası) ­ Sülh: bәnövşәyi kәlәm, bönәvşәyi kök, badımcan vә s.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 53

Page 54: Yoqam Jurnali 29 dekabr, 2014

Bu qidalar sizә sakitlәşmәyә kömәk edәcәk. Әgәr hәddәn artıq hәr şeyә qıcıqlanırsınızsa, әsәbisinizsә vә ya insanların sәhvlәrini bağışlaya bilmirsinizsә, demәli, sizin bu 6­cı çakranızı nizamlamağınız gәrәkdir. Yuxarıda sadalanan bәnövşәyi tәrәvәzlәri rasionunuzdan әksik etmәyin.

AĞ (Tac Çakrası) ­ Güc: göbәlәk, zәncәfil, sarımsaq, soğan, kokos, vә digәr tropik meyvәlәr sizә әlavә güc verәcәk.

Özünüzü mәğlub kimi vә ya rәqabәtdә geri qalmış kimi hiss edirsinizsә, ağrәngli qidalarla daxili gücünüzü artırın.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 54

Page 55: Yoqam Jurnali 29 dekabr, 2014

Azәrbaycanda İlk Dәfә Hәyat Üzrә Beynәlxalq Sertifikatlı Tәlimçi

Tәrәfindәn Xanımlar Üçün Master­Klass Yoqa Tәlimlәri

Azәrbaycanda İlk Dәfә Xanımlar Üçün Master­Klass Yoqa Tәlimlәri

Hәyat üzrә Beynәlxalq Sertifikatlı Tәlimçi vә Sertifikatlı Yoqa İnstruktoru Arzu Kәrimova Tәrәfindәn Keçirilir

Әgәr özünüzü tam üzgün, gücsuz ve yorğun, hәyatdan küskün, stress vә depressiya halında, tәrәddüdlәr içindә hiss edirsinizsә, qәrarlar vermәkdә çәtinlik çәkirsinizsә, ruhunuza әziyyәt verәn neqativ düşüncәlәrdәn qurtulmaq, özünüzü yenidәn kәşf etmәk, xoşbәxtlik, uğur vә harmoniya dolu bir hәyata başlamaq istәyirsinizsә,

Azәrbaycanda İlk Dәfә Olaraq Sertifikatlı Yoqa İnstruktoru vә Hәyat Üzrә Beynәlxalq Sertifikatlı Mәşqçi Heyatını Dәyişmәk İstәyәn Hәr Bir Xanımı Yoqa

Master­Klass tәlimlәrinә dәvәt edir.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 55

Page 56: Yoqam Jurnali 29 dekabr, 2014

Olduqca qısa olan bu hәyatın yanınızdan ötüb keçmәsinә imkan vermәyin! İlk pulsuz dәrsimizә baş çәkmәklә bu gözәl hәyatın damarlarınızdan necә axdığına özünüz şahid olun. Yoqa әslindә, sadәcә, idman deyil, xoşbәxt vә dolğun bir hәyat tәrzidir. Yoqa ilә siz nәinki bәdәninizi, hәm dә ruhunuzu vә beyninizi mәşq etdirәrәk daha da möhkәmlәtmiş olacaqsınız. Özünüzü dünyaya yenidәn gәlmiş kimi hiss edәcәksiniz. “Nәdәn Sizin Yoqa Dәrslәrinә Gәlim? Sizi Başqalarından Fәrqlәndirәn Nәdir?” vә s. bu kimi sualların cavabı sizi maraqlandırırsa, o zaman tәlimlәrimiz barәdә aşağıdakıları bilmәyiniz kifayәtdir:

1. Fәrdi Yanaşma – hәr bir müştәrinin tәlәb vә tәkliflәri, elәcә dә fiziki vә mәnәvi problemlәri nәzәrә alınır.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 56

Page 57: Yoqam Jurnali 29 dekabr, 2014

2. Müştәrilәrlә Daima Sorğu әsasında yoqa tәlimlәrimiz haqqında onların rәyi vә istәklәri öyrәnilir vә xidmәtimizi tәkmillәşdirmәk mәqsәdilә mütlәq nәzәrә alınır.

3. 70 dәqiqә davam etsә dә, hәr treninqimiz 2 saat davam edәn tәlimlәrdәn daha

effektiv vә mәhsuldar nәticә әldә etmәyә imkan verir. Belәliklә, Hәr Tәlim Dәrsi 7 Mәrhәlәdәn İbarәtdir:

Pranayama (Tәnәffüs Gimnastikası) Asanalar (Bәdәn vә Üz üçün Fiziki Mәşq); Enerji mәrkәzlәrinin (çakralar) açılması; Meditasiya; Vizualizasiya; Relaksasiya (Bәdәni rahatlama); Ruhu qidalandıran vә düşündürәn mәnәvi söhbәtlәr.

4. Qәbul Mәhdud Sayda Aparılır. Hәlәlik xanımlar üçün cәmisi 3 qrup vә usaqlar

üçün 2 qrup tәşkil olunacaq. Hәr qrupda 10 nәfәr olacaq. Keçirәcәyimiz 100% unikal vә peşәkar yoqa dәrslәrinin aylıq qiymәti dә sәrfәlidir: Böyüklәr üçün 8 dәrs cәmisi 60 azn, uşaqlar üçün isә 80 azn­dir. 5. Sәrfәli Endirim Vә Bonus Proqramı hәr kәsin ürәyincә olacaq. Özüylә yoqa tәliminә әlavә 2 nәfәr cәlb edәn hәr kәs 25% endirim, 4 nәfәr cәlb edәn isә 50% endirim әldә edәcәk. Başqa sözlә, әziz xanımlar, әgәr özünüzlә iki rәfiqәnizi dә kursumuza yazdırsanız, sizin aylıq ödәnişiniz 60 azn deyil, cәmisi 45 AZN, 4 nәfәr cәlb etsәniz, cәmisi 30 AZN olacaq. Eyni bonus sistemi usaqlar üçün nәzәrdә tutulmuş tәlimlәrә dә tәtbiq olunur. Qeyd edәk ki, usaqlar üçün yoqa tәlimini Azәrbaycanın ilk 7­yaşlı Beynәlxalq Sertifikatlı Yoqa İnstruktoru verәcәk.

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 57

Page 58: Yoqam Jurnali 29 dekabr, 2014

6. Tamamilә PULSUZ olan ilk dәrs bu tәlimlәrin mәhz sizin üçün olub olmadığına qәrar vermәyiniz üçün nәzәrdә tutulub. Yoqa mәşqlәrinә qәbul başlanmışdır. Yığım 30 gün davam edәcәk, amma qısa zamanda xanımlardan ibarәt 2 qrup toplanarsa, tәlimlәrә daha tez başlayacağıq. Kursa yazılmaq istәyәn hәr bir xanım adı, soyadı vә yaşını qeyd edib “Yoqa Kursu” başlığı ilә bizә aşağıdakı rabitә vasitәlәrindәn biri ilә göndәrә bilәr. Mәlumatı aldıqdan sonra sizinlә tezliklә әlaqә saxlayacağıq. Qәbul üçün Әlaqә Mәlumatı: (+994 70) 862 44 77 (zәng vә ya sms) (+994 50) 636 84 30 (Whatsapp) Email: [email protected]

Müәllif Hüquqları Qorunur. Copyright © 2015 ­ http://yoqam.com Email: [email protected]

İLK DӘRS PULSUZ! YOQA KURSUNA MӘHDUD SAYDA QӘBUL ­ CӘMİ 30 NӘFӘR! Әtraflı: sәh. 53. 58