uşaqlar üçün müqəddəs kitab

28
İsanın Möcüzələri Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir

Upload: others

Post on 16-Oct-2021

16 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Uşaqlar üçün Müqəddəs Kitab

İsanın Möcüzələri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir

Page 2: Uşaqlar üçün Müqəddəs Kitab

Müəllif: Edward Hughes

İllüstrasiya edən: Byron Unger; Lazarus

Uyğunlaşdıran: E. Frischbutter; Sarah S.

Tərcümə edən: Günay Əsədova

Alastair Paterson

Təqdim edən: Bible for Childrenwww.M1914.org

©2020 Bible for Children, Inc.Lisenziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini çıxarda bilmək hüququna maliksiniz.

Page 3: Uşaqlar üçün Müqəddəs Kitab

İsa çoxlu möcüzələr etdi. Möcüzələr İsanın həqiqətən Allahın Oğlu olduğunu göstərmək üçün əlamət idi.

Page 4: Uşaqlar üçün Müqəddəs Kitab

İlk möcüzə toy ziyafətində baş verdi. Problem yarandı. Orada hamı üçün kifayət qədər şərab yox idi.

Page 5: Uşaqlar üçün Müqəddəs Kitab

İsanın anası Məryəm Ona problem haqqında dedi, sonra xidmətçilərə İsa nə deyərsə, onu yerinə yetirmələrini tapşırdı.

Page 6: Uşaqlar üçün Müqəddəs Kitab

İsa dedi: “Bu küpləri su ilə doldurun”. Yəqin ki, onlar soruşdular: “Su?” Bəli, İsa su

gətirmələrini tələb etdi.

Page 7: Uşaqlar üçün Müqəddəs Kitab

Sonra İsa xidmətçiyə dedi ki, o böyük küpdən bir az götürsün və dadına baxması üçün toyağasına aparsın. Su şəraba çevrilmişdi! Yaxşı şəraba! Ən yaxşı şəraba!

Page 8: Uşaqlar üçün Müqəddəs Kitab

Xidmətçilər heyrətləndilər. İsa suyu şəraba çevirdi. Yalnız Allah belə möcüzə edə bilərdi.

Page 9: Uşaqlar üçün Müqəddəs Kitab

İsa başqa möcüzələr də etdi. Bir dəfə axşam İsa və Onun şagirdləri Peterin evinə

getdilər. Peterin qayınanası çox xəstələnmişdi, qızdırma

içində idi.

Page 10: Uşaqlar üçün Müqəddəs Kitab

İsa xəstə qadının əlinə toxundu. Həmin an qadın sağaldı. O, ayağa qalxıb İsaya və Onun şagirdlərinə xidmət etməyə başladı.

Page 11: Uşaqlar üçün Müqəddəs Kitab

O axşam elə bil ki, bütün şəhər qapıda toplaşmışdı. Kor, kar, lal, şikəst – xəstə adamlar gəldilər. Hətta daxillərində cin olan adamlar da İsanı əhatəyə almışdılar. O, bu qədər adama kömək edə bilərdimi?

Page 12: Uşaqlar üçün Müqəddəs Kitab

Allahın Oğlu İsa edə bilərdi. İsa kömək etdi. Onun yanına gələn hər bir kəs şəfa aldı. Həyatı boyu qoltuqağacı ilə özlərini zorla dartan adamlar indi yeriyir, qaçır və

hoppanırdılar.

Page 13: Uşaqlar üçün Müqəddəs Kitab

Cüzama tutulmuş digərləri də gəldilər.

Page 14: Uşaqlar üçün Müqəddəs Kitab

İsa onlara şəfa verəndə onlar da sağlam və təmiz

oldular.

Page 15: Uşaqlar üçün Müqəddəs Kitab

Cinlərdən əzab çəkən kişi və qadınlar İsanın qarşısına gəldilər. O, onları tərk etmələrini cinlərə əmr etdi.

Page 16: Uşaqlar üçün Müqəddəs Kitab

Cinlər itaət etdikcə, qorxu içində olan bu bədbəxt adamlar sakitləşir və sevinclə dolurdular.

Page 17: Uşaqlar üçün Müqəddəs Kitab

İzdihamın arxasındakı dörd kişi İsanın onların xəstə dostlarına kömək etməsinə çalışırdı. Amma onlar yaxınlaşa bilmirdilər. Onlar nə edə bilərdilər?

Page 18: Uşaqlar üçün Müqəddəs Kitab

Xəstə adamı evin damınaqaldıraraq, dörd sadiq

dost evin damınısökdülər və

onu ...

Page 19: Uşaqlar üçün Müqəddəs Kitab

... damdan aşağı saldılar.Artıq o, İsaya

yaxın idi.

Page 20: Uşaqlar üçün Müqəddəs Kitab

İsa gördü ki, bu dörd dostun imanı var. O, xəstə adama dedi: “Sənin günahların bağışlandı. Yatağını götür və yeri”. Adam sağlam və güclü halda ayağa qalxdı. İsa ona şəfa verdi.

Page 21: Uşaqlar üçün Müqəddəs Kitab

Qısa vaxtdan sonra İsaşagirdləri ilə qayıqda

idi. Dənizdə vahiməlibir fırtına qalxdı.

İsa yuxuyagetmişdi.

Page 22: Uşaqlar üçün Müqəddəs Kitab

Qorxmuş şagirdlər Onuoyatdılar. Onlar ucadan

dedilər: “Rəbb,bizi xilas et. Biz

məhv oluruq!”

Page 23: Uşaqlar üçün Müqəddəs Kitab

İsa dalğalara əmr etdi: “Sakit olun”. Dəniz dərhal sakitləşdi. Onun şagirdləri öz aralarında pıçıldadı: “Bu Adam kimdir?” Hətta dəniz də Ona itaət edir. Onlar İsanın Allahın Oğlu olduğuna inandılar, çünki Onun möcüzələri Onun izzətini göstərirdi.

Page 24: Uşaqlar üçün Müqəddəs Kitab

Şagirdlər bunu bilmirdilər, lakin İsa insanlar arasında Allaha xidmət etdikcə onlar İsanın daha böyük möcüzələr yaradacağını görəcəklər.

Page 25: Uşaqlar üçün Müqəddəs Kitab

İsanın Möcüzələri

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Matta 8-9, Mark 1-2, Mark 4, Luka 4, Luka 8, Yəhya 2

“Kəlamının açıqlanması nur saçır”. Məzmur 119:130

Page 26: Uşaqlar üçün Müqəddəs Kitab

Son

Page 27: Uşaqlar üçün Müqəddəs Kitab

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə

Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya

inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və

daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Page 28: Uşaqlar üçün Müqəddəs Kitab

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və

mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki,

mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət

etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqәddәs Kitabı oxu vә hәr gün Allahla danış! Yәhya 3:16