socar ın ödənişli yay təcrübə proqramı

29
SOCAR-da Ödənişli Yay Təcrübə Proqramı Leyla Əliyeva

Upload: ulduz-haciyeva

Post on 15-Jun-2015

1.155 views

Category:

Education


5 download

DESCRIPTION

Leyla Eliyeva SOCAR-ın Ödənişli Yay Təcrübə Proqramı.pptx

TRANSCRIPT

Page 1: Socar ın ödənişli yay təcrübə proqramı

SOCAR-da Ödənişli Yay Təcrübə

Proqramı

Leyla Əliyeva

Page 2: Socar ın ödənişli yay təcrübə proqramı

SOCAR Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 13 sentyabr 1992-ci il tarixində yaradılmışdır;

SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 22 struktur bölməsi var;

Şirkətin iştirakı ilə yaradılmış birgə, alyanslar, Əməliyyat Şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir;

Page 3: Socar ın ödənişli yay təcrübə proqramı

Şirkətin fəaliyyətiAzərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi; neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli; neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı; ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı.

Page 4: Socar ın ödənişli yay təcrübə proqramı

NümayəndəliklərGürcüstanTürkiyəRumıniyaAvstriyaİsveçrəQazaxıstanB.BritaniyaİranAlmaniya Ukraynada

Treydinq şirkətləriİsveçrəSinqapurVyetnamNigeriya və s.

Page 5: Socar ın ödənişli yay təcrübə proqramı

SOCAR-ın tələbələr üçün təşkil etdiyi

proqramlar Xarici Təqaüd Proqramı Daxili Təqaüd Proqramı Ödənişli Yay Təcrübəsi Yay Məktəbi

Page 6: Socar ın ödənişli yay təcrübə proqramı

Daxili Təqaüd ProqramıDaxili təqaüd proqramı

nədir?

ARDNŞ təqaüdü ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində müəyyən ixtisaslar üzrə təhsil alan tələbələrinə ARDNŞ tərəfindən müəyyən olunmuş tələblərə müvafiq qaydada verilir.

Page 7: Socar ın ödənişli yay təcrübə proqramı

Proqramın Məqsədləri

o ARDNŞ üçün vacib olan ixtisaslara gəncləri cəlb etmək; o ali təhsilin nüfuzunu möhkəmləndirmək; o tələbələrin bilik və təcrübəsini artırmağa həvəsləndirmək; o istedadlı tələbələrin tədris planlarında nəzərdə tutulan istehsalat təcrübələrini ARDNŞ-nin müəssisələrində keçməsinə şərait yaratmaq; o Ali məktəbi müvəffəqiyyətlə bitirmiş yüksək bilikli məzunları ARDNŞ-də ixtisası üzrə işlə təmin etmək.

Page 8: Socar ın ödənişli yay təcrübə proqramı

QaydalarTəqaüd tələbəyə sonuncu

sessiya imtahanından sonrakı semestr müddətinə təyin olunur və hər ay ödənilir;

Təqaüd Tələbələrin seçilməsi üzrə ARDNŞ-nin Müsabiqə Komissiyasının təşkil etdiyi müsabiqədən müvəffəqiyyətlə keçən Tələbələrə verilir;

Page 9: Socar ın ödənişli yay təcrübə proqramı

Təqaüd Təqaüdçüyə fərdi plastik bank kartı vasitəsilə ödənilir;

Təqaüdçü üçün fərdi plastik bank kartının açılması ARDNŞ-nin hesabına təmin edilir;

Təqaüdün məbləği 100 manat təyin olunub;

Page 10: Socar ın ödənişli yay təcrübə proqramı

Təqaüdün ödənilməsi hansı hallarda dayandırılır?

Tələbə akademik məzuniyyətə çıxdıqda;

ali məktəbdən xaric olunduqda;

başqa ali təhsil müəssisəsinə keçdikdə/köçürüldükdə;

başqa kommersiya təşkilatının təqaüdünü aldıqda.

Page 11: Socar ın ödənişli yay təcrübə proqramı

Təqaüd almaq üçün iddiaçılara qoyulan tələblər

Müsabiqə ali təhsil müəssisələrində qeyd olunmuş ixtisaslar üzrə təhsil alan tələbələr arasında aparılır;

Tələb olunan ixtisasların siyahısı ARDNŞ rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər;

Təqaüd üçün iddiaçıların sənədləri hər semestr bitdikdən sonra növbəti 3 həftə ərzində qəbul edilir;

Təqaüd almaq üçün tələbə fərdi qaydada elektron qeydiyyatdan keçməlidir.

Page 12: Socar ın ödənişli yay təcrübə proqramı

Təqaüd almağa iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir: • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;• tələb olunan ixtisaslar üzrə əyani (magistratura

pilləsi üçün əyani və qiyabi) şöbədə təhsil almalıdır;• son 2 semestrdə "kafi" qiyməti olmamaq şərtilə,

bütün təhsil müddətində 2-dən artıq "kafi" qiyməti olmamalı, qalan bütün qiymətləri "yaxşı" və ya "əla" olmalıdır; • başqa kommersiya təşkilatının təqaüdünü

almamalıdır;• ARDNŞ-nin işçisi olmamalıdır.

3 4 5

Page 13: Socar ın ödənişli yay təcrübə proqramı

Müsabiqənin keçirilmə qaydaları

Müsabiqənin keçirilməsi ilə bağlı elan ARDNŞ-nin veb-səhifəsində və elanlar bölməsində yerləşdirilir;

Müsabiqəyə buraxılan tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir;

Müsabiqəyə buraxılan iddiaçılara şəxsiyyət vəsiqəsi, tələbə bileti və qiymət kitabçasının əsli lazımdır;

Page 14: Socar ın ödənişli yay təcrübə proqramı

Müsabiqə 2 turda - məntiq üzrə test imtahani (1-ci tur) və ARDNŞ-də müsahibə (2-ci tur) yolu ilə keçirilir.

1-ci turda tələb olunan balı toplayan namizədlər 2-ci tura buraxılır;

2-ci turda namizədlər ARDNŞ-nin xüsusi komissiyası tərəfindən müsahibə olunur;

Komissiya üzvləri iddiaçıların hazırlığını 5 (beş) ballıq sistemlə qiymətləndirirlər;

Page 15: Socar ın ödənişli yay təcrübə proqramı

Üstünlük verilir

Qiymətləndirmə zamanı neft, neft-kimya, energetika, kompüter mühəndisliyi ixtisaslarından olan;

ixtisası üzrə müxtəlif ölkədaxili və xarici tədbirlərdə, elmi-praktiki konfranslarda fəal iştirak edən;

elmi tədqiqatlara həvəs göstərən;

Page 16: Socar ın ödənişli yay təcrübə proqramı

istedadlı, liderlik keyfiyyəti, təşkilatçılıq qabiliyyəti, komandada işləmək bacarığı, işgüzarlığı və çalışqanlığı ilə seçilən;

təcrübə rəhbəri tərəfindən yaxşı xarakterizə olunan;

ixtisası üzrə işləmək həvəsi olan;

nizam-intizama riayət edən iddiaçılara;

1-ci turda toplanan ballar 2-ci turda nəzərə alınmır.

Page 17: Socar ın ödənişli yay təcrübə proqramı

Hər bir iddiaçı üçün orta bal müəyyən olunur.

Hər kursdan "4"-dən aşağı olmamaq şərti ilə ən çox orta bal toplamış 30 nəfərədək namizəd Təqaüdçü seçilir.

Komissiya tərəfindən seçilmiş Təqaüdçülərin siyahısı təsdiq edilmək üçün ARDNŞ-nin prezidentinə təqdim olunur.

ARDNŞ-nin prezidenti tərəfindən təsdiq olunduqdan sonra Təqaüdçülərin siyahısı təqaüdçülər bölməsində yerləşdirilir.

Page 18: Socar ın ödənişli yay təcrübə proqramı

S/n İxtisaslar

1İstehsal proseslərinin avtomatlaşdırılması (neft və qaz sənayesi üzrə)

2 Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri (neft və qaz sənayesi üzrə)

3 Avtomatlaşdırılmış layihələndirmə sistemləri, informasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (neft və qaz sənayesi üzrə)

4 Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı

5 Kompüter elmi və mühəndisliyi

6 Məlumatların mühafizəsinin texnologiyası və təşkili, kompüter təhlükəsizliyi

7 İnşaat mühəndisliyi və menecment

8Dəniz hidrotexniki qurğular, onların tikintisi (neft və qaz sənayesi üzrə)

9 Rabitə qovşaqları və kommutasiya sistemləri

10Mühasibat uçotu, vergi işi, maliyyə, mühəndis-iqtisad, beynəlxalq iqtisadi münasibətlər, neft və qaz sənayesi üzrə menecment

Page 19: Socar ın ödənişli yay təcrübə proqramı

Ödənişli Yay TəcrübəsiÖdənişli Yay Təcrübəsi

nədir?

ARDNŞ-nin Ödənişli Tay Təcrübəsi proqramı tələbələr üçün ARDNŞ tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

Page 20: Socar ın ödənişli yay təcrübə proqramı

Proqramın Məqsədləri

• Tələbələrin təcrübi biliklərinin artırılması;

• Tələbələrin real iş şəraiti ilə yaxından tanış olmaları;

• Tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi;

• İş keyfiyyətləri barədə daha dolğun informasiyanın toplanması.

Page 21: Socar ın ödənişli yay təcrübə proqramı

QaydalarTəcrübə tələbənin istəyindən asılı olaraq 1 və ya 2 ay

davam edə bilər;Təcrübəyə qəbul edilən tələbə ilə müvafiq iş yerində

müvəqqəti əmək müqaviləsi bağlanılır. Təcrübəçi müəssisədə bütün digər işçilərin iş rejimi ilə işləyir;

Təcrübəçinin əmək haqqı iş yerindən asılı olaraq 300 və ya 500 manat arası dəyişə bilər:

Hər bir təcrübəçi barədə iş yerlərindən verilən rəy Baş ofisdə toplanılır və gələcəkdə həmin tələbə ARDNŞ-ə işə qəbul olunmaq üçün müraciət etdikdə, nəzərə alınır.

Page 22: Socar ın ödənişli yay təcrübə proqramı

Proqramda iddiaçıya qoyulan tələblər

Təcrübəyə müvafiq ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələr müraciət edə bilərlər

Page 23: Socar ın ödənişli yay təcrübə proqramı

Şərtlər• Azərbaycan Respublikasının vətəndaşı

olmalıdır;• Tələb olunan ixtisaslar üzrə əyani

(magistratura pilləsi üçün əyani və qiyabi) şöbədə təhsil almalıdır; • Ali təhsil müəssisələrinin bakalavriat pilləsi

üzrə 2, 3, 4-cü kurs, magistratura pilləsi üzrə isə 1 və 2-ci kurs tələbələsi olmalıdır; • Son 2 semestrdə və ümumilikdə bütün təhsil

müddətində 2-dən artıq "kafi" qiyməti olmamalıdır.• ARDNŞ-nin işçisi olmamalıdır;• Proqramda iştirak etmək üçün elektron

qeydiyyatdan keçməlidir;

Page 24: Socar ın ödənişli yay təcrübə proqramı

Üstünlük verilir

◦Sonuncu təqaüd müsabiqəsinin qalibləri;

◦Əvvəlki semestrlərdə ARDNŞ təqaüdçüsu olmuş tələbələr;

◦Mühəndis ixtisası üzrə təhsil alanlar (rəsmi transkript əsasında).ARDNŞ-nin təqaüd

müsabiqələrində iştirak etməmiş tələbələrin seçimi rəsmi transkript əsasında aparılır.

Page 25: Socar ın ödənişli yay təcrübə proqramı

Ödənişli Yay Təcrübəsinin keçirilmə qaydaları

Sənəd qəbulu ilə bağlı elan ARDNŞ-nin veb-səhifəsində və elanlar bölməsində yerləşdirilir;

Müraciət edən tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir.

Şərtlərə cavab verən namizədlər təyin olunduqdan sonra yekun siyahı saytda yerləşdirilir.

Page 26: Socar ın ödənişli yay təcrübə proqramı

Kadrlar şöbəsinə müraciətMüraciət zamanı şəxsiyyət vəsiqəsi və

rəsmi transkript təqdim olunur. Transkriptin yuxarısında tələbənin soyadı,

adı və atasının adı, təhsil aldığı ali məktəbin, fakültənin, ixtisasın adı qeyd olunmalı və sənəd dekan tərəfindən imzalanmalı və möhürlənməlidir.

Page 27: Socar ın ödənişli yay təcrübə proqramı

Transkriptdəki qiymətlər axırıncı (yaz) semestr istisna olmaqla, bütün əvvəlki semestrləri əhatə etməlidir.

Tələb olunan digər sənədləri təqdim etdikdən sonra İşə düzəlmənin rəsmiləşdirilməsi həyata keçirilir.

Page 28: Socar ın ödənişli yay təcrübə proqramı

Faydalı linklərwww.socar.az – SOCAR-ın rəsmi saytıwww.socar.az/tehsil – SOCAR-ın təhsillə bağlı proqramları[email protected] – İnsan resursları departamenti, Təlim və inkişaf şöbəsihttp://careers.socar.az/VacancyList.aspx – Vakansiyalar http://www.socar.az/ishe_qebul_prosesi.pdf – İşə qəbul prosesiHər hansı sualınız varsa – [email protected]

Page 29: Socar ın ödənişli yay təcrübə proqramı

DİQQƏTİNİZƏ GÖRƏ

TƏŞƏKKÜRLƏR !