manat möhkəmlənib - transparency azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx ·...

123
Xəbər bülleteni № 22 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az Fevral 2016 Manat möhkəmlənib 01.02.2016 Fevralın 1-də Mərkəzi Bank Azərbaycan manatının dollara məzənnəsini möhkəmləndirib. Transparency.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,6008 manatdan 1,5972 manata düşüb. 1 avro isə yanvarın sonuncu iş günü ilə müqayisədə 1,7495 manatdan 1,7326 manata enib. Tam siyahı Azərbaycanın beynəlxalq kredit reytinqi enib 01.02.2016

Upload: others

Post on 14-Mar-2021

0 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Xəbər bülleteni № 22http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38

E-mail: info©transparency.az

Fevral 2016

Manat möhkəmlənib01.02.2016

Fevralın 1-də Mərkəzi Bank Azərbaycan manatının dollara məzənnəsini möhkəmləndirib. Transparency.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,6008 manatdan 1,5972 manata düşüb.

1 avro isə yanvarın sonuncu iş günü ilə müqayisədə 1,7495 manatdan 1,7326 manata enib.

Tam siyahıAzərbaycanın beynəlxalq kredit reytinqi enib01.02.2016

Page 2: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“Standard & Poor’s” reytinq agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Xəbəri Maliyyə Nazirliyi yayıb. Nazirlik qeyd edir ki, 31 iyul 2015-ci ildə agentlik Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində təsdiqləmiş, proqnozu isə “mənfi” saxlamışdı: “Agentliyin 29 yanvar hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir. Maliyyə Nazirliyi “Standard & Poor’s” agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Nazirlik ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən “Standard & Poor’s” agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək”.

Transparency.az qeyd edir ki, dünyada kredit reytinqini qiymətləndirən üç əsas reytinq agentliyi var: “Moody’s”, “Standard & Poor’s”, “Fitch” (Beynəlxalq kredit reytinqi cədvəli). Ölkələrin kredit reytinqi investisiya mühitinin risk səviyyəsini ifadə edir. Beynəlxalq reytinq təşkilatları qiymətləndirmədə ölkənin maliyyə keçmişini, iqtisadi durumunu, borclarını nəzərə alır.Agentliklər şərti hərfləndirmə sistemi ilə kredit notu verirlər və qiymətləndirmə dövri olaraq dəyişir. Məsələn, “Standard & Poor’s” agentliyi “BBB-“ səviyyəsi və ondan yuxarı səviyyələri investisiya ediləcək səviyyə kimi qəbul edir. Ondan aşağı olan “BB+” və sonrakı səviyyələr investisiya edilməyən səviyyə adlandırılır. Azərbaycan “BBB-“ səviyyəsindən 1 pillə aşağı düşdüyü üçün investisiya səviyyəsini itirib.

Energetika naziri: “Heç bir iqtisadiyyat bu vəziyyətə dözmür”01.02.2016

Page 3: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli artım olacaq”. AZƏRTAC-ın məlumatına görə, energetika naziri Natiq Əliyev belə deyib.

Nazir qeyd edib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır: “Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə təsir edir. Lakin bu belə davam edə bilməz. Çünki qiymətin ucuzlaşması nəinki xam neft hasilatçısı, o cümlədən də istehlakçı ölkələrin iqtisadiyyatına təsir göstərir. Hesab edirəm ki, bu ilin sonlarında neftin qiymətində çox böyük dəyişikliklər olacaq. Çünki heç bir iqtisadiyyat bu vəziyyətə dözmür”.

SOCAR özəlləşdirilmir01.02.2016

Energetika naziri Natiq Əliyev hazırda SOCAR-ın özəlləşdirilməsinin gündəmdə olmadığını bəyan edib. O deyib ki, SOCAR nəinki Azərbaycanın iqtisadiyyatında, o cümlədən ölkənin xarici siyasətində mühüm rol oynayır.

AZƏRTAC-ın məlumatına görə, energetika naziri qeyd edib ki, Azərbaycanın enerji sektorunda istehsalçı yox, əsasən köməkçi müəssisələr özlləşdirilməlidir: “Enerji sahəsindəki paylayıcı şəbəkələr isə çox köhnədirlər. Həmin şəbəkələrdə böyük itkilər var və onların özəlləşdirilməsi iri həcmdə investisiyalar tələb edir. Bu paylayıcı sistemləri müasir vəziyyətə gətirmək üçün təxminən 4 milyard

Page 4: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

dollar vəsait lazımdır. Təkcə fiziki şəxslər bunu edə bilməz, bu prosesdə böyük şirkətlər iştirak etməlidirlər”.

Corc Soros Hillari Klintona 6 milyon dollar bağışlayıb01.02.2016

Amerikalı milyarder Corc Soros ABŞ-ın sabiq dövlət katibi, hazırda Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq uğrunda mübarizə aparan Hillari Klintonun seçki kampaniyası üçün 6 milyon dollar bağışlayıb.

Novator.az xəbər verir ki, milyarderin bu məbləği bağışladığı Klintonun seçki qərargahının yığılan vəsaitlərlə bağlı dərc etdiyi hesabatdan bəlli olub. Hesabatda göstərilir ki, Corc Soros sözügedən vəsaiti 2015-ci ilin dekabrında ayırıb.

2015-ci ilin üçüncü rübündə Klintonun seçki qərargahı 25 milyon 800 min dollar xərcləyib. Onun xərclənməmiş 33 milyonu qalıb. Dördüncü rübdə bu məbləğin daha da artdığı bildirilir.

ABŞ-da prezident seçkisi 2016-cı ilin noyabrında keçiriləcək. Ehtimal olunur ki, Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton, Respublikaçılar Partiyasının namizədi isə milyarder Donald Tramp olacaq. Partiyaların kimi namizəd irəli sürəcəyi yayda bilinəcək.

Əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq asanlaşdı01.02.2016

Page 5: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə imkanları genişlənib. Rəsmi məlumata görə, nazirlik əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə əldə oluna bilməsinə də imkan yaradıb: “Artıq vətəndaşlar Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş müayinənin nəticəsi barədə nazirliyin 142 — “Çağrı mərkəzi” vasitəsilə də məlumat əldə edə bilərlər. Tibbi-Sosial Ekspert Komissiyalarında əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığmalıdır. Bundan sonra şəxs özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edir.

Daxil edilən rəqəmlər səsləndirilərək düzgünlüyü təsdiqləndikdən sonra əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat vətəndaşın diqqətinə çatdırılır. Əgər şəxsə əlillik təyin olunmayıbsa, informasiya sistemində onunla bağlı məlumat olmadığı bildirilir.

“Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidməti aparılmış əlillik müayinəsinin nəticəsi barədə məlumat əldə etməyə, habelə hər hansı quruma təqdim etmək üçün əlilliyə dair elektron arayışlar formalaşdırmağa yönəlib. Həmin e-xidmətdən vətəndaşların heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan da istifadə proseduru sadələşdirilərək elektron yolla da müvafiq məlumatın əldə olunmasına şərait yaradılıb”.

Benzinin ucuzlaşması nələrə gətirər?01.02.2016

Page 6: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

İqtisadçı ekspert Vüqar Bayramov benzini ucuzlaşdırmaq təklifi verib. Transparency.az-ın məlumatına görə, ekspert dünya bazarında neftin qiyməti düşəndən bir sıra ölkələrin bu addımı atdığını misal gətirib: “Neft ucuzlaşandan benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16, avro ekvivalentində Polşada 30, Norveçdə 22 faiz azalıb. Avro zonasının demək olar bütün dövlətlərində yanacağın qiyməti enib.

Azərbaycanda isə qiymət dəyişməyib. İndiki halda 30 faiz ucuzlaşma mümkündür. Benzinin 1 litrinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki bu, digər sahələrdən qazanılan əlavə dəyərin artmasına imkan verəcək. Tarif Şurası benzinə tətbiq edilən vergiləri azaltsa, ucuzlaşma mümkündür. Yanacağın və benzinin xərc strukturuna diqqət yetirsək bəlli olur ki, əsas xərc vergidir. Dövlət Neft Şirkəti üçün bir barrel neftin orta qiyməti 15 dollardır. Şirkətdə bir barrel neftin xərci dünya bazar qiymətindən aşağı olduğu üçün benzinin qiymətinin endirilməsi qurumun gəlirlərinə təsir göstərməyəcək”.

Ekspertin qənaətinə görə, yeni yaradılmış dəyər hesabına başqa sektorlardan gələn vergi ödənişlərinin həcmini artırmaq mümkündür: “Ölkədə 1 milyon 200 mindən artıq avtomobil istifadəçisi var, deməli, onların xərcləri azalacaq. Avtomobillərin ehtiyat hissələri xaricdən idxal olunur və onların qiymətində artımlar var.

Benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcini də azaldacaq. Aqrar sektorda yanacaqdan çox istifadə edildiyi üçün bu sahəyə də müsbət təsir olacaq. Həm fermerlər üçün yeni imkanlar yaranacaq, xərclər azalacaq, həm də istehsal olunan məhsullar ucuzlaşacaq. Məhsul ucuzluğu ixrac imkanlarını artıracaq. Bu, digər xidmət sahələrində də ucuzlaşmaya gətirib çıxaracaq. Nəqliyyatda, beynəlxalq yükdaşımalarda, iqtisadiyyatın digər sektorlarında büdcə ödənişlərinin həcminin artması benzinin ucuzlaşması ilə azalan birbaşa gəlirləri mexaniki kompensasiya edəcək”.

Page 7: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Rusiya mediasında ən çox kimlərin adı çəkilir?01.02.2016

Rusiyanın “İnterfaks” agentliyi “Xəbərlərin kompleks analizi sistemi” çərçivəsində ölkənin kütləvi informasiya vasitələrində ən çox adı hallanan şəxslərin reytinqini tərtib edib.

Novator.az xəbər verir ki, siyahının ilk pilləsində Rusiya prezidenti Vladimir Putin dayanır. “İnterfaks”ın təhlilinə görə, bu ilin yanvar ayında ölkə mediasının siyasi və iqtisadi materiallarında Putinin adı 133 min 316 dəfə hallanıb.

İkinci yerdə Ukrayna prezidenti Pyotr Poroşenko gəlir. Onun adı 37 min 20 dəfə çəkilib. Üçüncü yeri Rusiyanın baş naziri Dmitri Medvedyev tutur (36 min 602 dəfə).

Yanvar ayında Rusiya mediasının siyasi və iqtisadi materiallarında ən çox adı hallanan şəxslərin ilk onluğunda sonrakı sıralama belədir: ABŞ prezidenti Barak Obama (24 min 769 dəfə), Ukraynanın baş naziri Arseni Yatsenyuk (22 min 566 dəfə), Almaniya kansleri Angela Merkel (17 min 307 dəfə), Rusiyanın xarici işlər naziri Sergey Lavrov (15 min 976 dəfə), Suriya prezident Bəşər Əsəd (14 min 986 dəfə), ABŞ-ın dövlət katibi Con Kerri (14 min 371 dəfə) və Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov (13 min 849 dəfə).

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərindədir01.02.2016

Prezident İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib. Abu Dabinin Prezident hava limanında rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin ali baş komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanla geniş tərkibdə görüşü olub.

Page 8: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

AZƏRTAC xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirə aparılıb. Dövlət başçısı məlumat verib ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizini Ermənistan silahlı qüvvələri işğal edib, bunun da nəticəsində 1 milyondan çox şəxs qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İlham Əliyev münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Bu ilin ən populyar adları açıqlanıb01.02.2016

2016-cı ilin ilk ayında Azərbaycanda doğulmuş uşaqlara ən çox hansı adların qoyulduğu bəlli olub. Transparency.az Ədliyyə Nazirliyinin saytına istinadla bildirir ki, oğlan adları içində ən populyar ad Yusif adıdır. Yanvar ayında doğulmuş 65 uşağa Yusif adı verilib.

İkinci yerdə Hüseyn adı (50 uşaq), üçüncü yerdə Əli adı (44) gəlir. Populyar adlar beşliyini Ömər adı (37) və Murad adı (32) qapayır.

2016-cı ilin populyar qız adları içində ilk yeri Nuray adı götürüb. 57 uşağa Nuray adı qoyulub. İlk beşlikdə sonrakı yerləri bu adlar tutur:

Zəhra – 51 uşaq

Zeynəb – 43

Fatimə  – 40

Məryəm – 40.

Yaz sessiyasının ilk iclası keçirilib01.02.2016

Page 9: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin intizam komissiyasının təşkil edilməsi, hesablayıcı komissiyanın yenidən təşkil olunması, parlamentin komitələrinin yeni üzvlərinin seçilməsi, 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlərə baxılıb.

Bəzi beynəlxalq sənədlərin təsdiqindən sonra deputatlar Miqrasiya Məcəlləsində, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda, “Polis haqqında” qanunda, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri müzakirə ediblər.

Mərkəzi Bank 16,670 milyon ABŞ dolları satdı01.02.2016

Fevralın 1-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Qurumdan Transparency.az-a verilən məlumata görə, bu gün 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Hərracda iştirak edən 5 bankın məcmu tələbi 16,670 milyon ABŞ dolları təşkil edib və sifariş 100 faiz təmin olunub.

Page 10: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb01.02.2016

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında 2016-cı ildə Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədli birgə tədbirlər planı imzalanıb. Plana əsasən, keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

Xəbəri Mod.gov.az yayıb.

Rusiyada işsizlərin rəsmi sayı 1 milyonu keçib01.02.2016

Rusiyada rəsmi qeydiyyata alınmış işsizlərin sayı yanvar ayının son həftəsində 3,4% artaraq 1 milyonu keçib. Novator.az xəbər verir ki, hesabatı fevralın 1-də Rusiyanın Əmək Nazirliyi yayıb.

Page 11: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Nazirliyin hesabatında bildirilir ki, yanvarın 20-dən 27-nə qədər rəsmi qeydiyyata alınmış işsizlərin sayı 3,4% artaraq 1 milyon 1000 nəfərə çatıb. 2016-cı ilin yanvarın 20-nə olan vəziyyətə görə, rəsmi işsizlərin sayı 968 min 639 nəfər olub.

Məlumatda işsizlərin sayının ölkənin 82 bölgəsində artdığı qeyd olunur. Komi, İnquşetiya respublikaları və Kirov vilayətində isə işsizlərin sayının aşağı düşdüyü bildirilir.

Ermənistana pul axını bir ildə 30 faiz azalıb01.02.2016

2015-ci ildə Rusiyadan Ermənistana şəxsi köçürmələr 36 faiz azalıb. Transparency.az xəbər verir ki, Ermənistanın Mərkəzi Bankı fevralın 1-də belə hesabat yayıb.

İl ərzində köçürmələrin 518,29 milyon dollar azalaraq 915,9 milyon dollar olduğu bildirilir. Əvəzində Ermənistandan Rusiyaya pul vəsaiti axını 0,6 faiz artaraq 204,57 milyon dollara çatıb.

Ermənistan Mərkəzi Bankının hesabatına görə, ölkəyə Rusiyadan göndərilən pulların həcmi ikinci ildir azalır. 2014-cü ildə 10,7 faiz azalma qeydə alınıb.

Bütövlükdə Ermənistana pul köçürmələri 2015-ci ildə 30 faiz və ya 520 milyon dollar azalıb. Ölkəyə bir ildə axan 1 milyard 728,5 milyon dolların 75,8 faizi Rusiyadan göndərilən pulun payına düşür.

Tiqran Sərkisyan Avrasiya İqtisadi Komissiyasına sədrlik etməyə başladı01.02.2016

Page 12: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Ermənistan təmsilçisi Tiqran Sərkisyan fevralın 1-dən Avrasiya İqtisadi Komissiyasına sədrlik etməyə başlayıb. Transparency.az xəbər verir ki, komissiyanın kollegiyasına hər üzv ölkədən iki nəfər daxil edilib. Onların səlahiyyət müddəti 4 ildir.

Avrasiya İqtisadi Komissiyası Avrasiya İqtisadi İttifaqının icra orqanıdır. 2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

1960-cı ildə doğulmuş Tiqran Sərkisyan 2008-2014-cü illərdə Ermənistanın baş naziri olub, daha sonra ABŞ-da səfir postunu tutub.

Dollar ucuzlaşıb, avro bahalaşıb02.02.2016

Fevralın 2-də Mərkəzi Bank Azərbaycan manatının dollara məzənnəsini dəyişib. 100 ABŞ dolları 159 manat 72 qəpikdən 159 manat 40 qəpiyə düşüb.

Transparency.az xəbər verir ki, 100 avro ötən günlə müqayisədə 173 manat 26 qəpikdən 174 manata qalxıb.

100 Rusiya rublu isə 2 manat 6 qəpiyə satılır.

Neftin qiyməti bir ildə nə qədər enib?

Page 13: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

02.02.2016

Dünya birjalarında neft yenə ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 2,18 dollar ucuzlaşaraq 30,91 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,25 dollar azalaraq 33,48 dollar olub.

AZƏRTAC-ın 2 fevral məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,28 dollar ucuzlaşaraq 35,78 dollara satılır.

Transparency.az bildirir ki, ötən ilin eyni günündə Nyu-York birjasında neftin bir barreli 48,24 dollara, London birjasında 52,99 dollara təklif olunurdu. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 50,89 dollar idi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatına rəhbər təyin olunub02.02.2016

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev Aparat rəhbəri vəzifəsinə təyin olunub.

Rəsmi təqdimatda bildirilir ki, Əli Abdullayev 1979-cu ildə anadan olub, Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib. 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində hüquq şöbəsinin

Page 14: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Ramin Quluzadə yanvarın 15-də rabitə və yüksək texnologiyalar naziri təyin edilib. O, ötən il noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsinə təyinat almışdı, həmin vaxtdan nazir vəzifəsini də icra edirdi.

“Texnikabank”ın lisenziyası ləğv edildi02.02.2016

“Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. Qərarı Mərkəzi Bankın İdarə Heyəti fevralın 1-də çıxarıb. Rəsmi məlumata əsasən, “Texnikabank” məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, onun məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olub, ASC kreditorları qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada qurmayıb.

Fevralın 2-dən banka müvəqqəti inzibatçı təyin edilib. Mərkəzi Bank bildirir ki, Əmanətlərin Sığortalanması Fondu “Texnikabank” ASC-də əhalinin qorunan əmanətləri üzrə kompensasiyaların ödənişini həyata keçirəcək.

Transparency.az-ın məlumatına görə, “Texnikabank” ASC 1994-cü ildə fəaliyyətə başlayıb, ASC-nin ilk adı “Rəşadbank” olub.

2016-cı ildə Mərkəzi Bank daha 6 bankın lisenziyasını ləğv edib: “Bank of Azerbaijan”, “Gəncəbank”, “Yunayted Kredit Bank”, “NBCBank”, “Atrabank” və Qafqaz İnkişaf Bankı.

Gənclərin məşğulluğu hesabatı verilib02.02.2016

Page 15: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən rəsmi məlumata görə, ötən il Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 29 min nəfər işsiz və işaxtaran şəxsin 40 faizi (11604 nəfər) gənclər olub: “Həmin dövrdə ödənişli ictimai işlərə cəlb olunan 1626 nəfərin 29 faizini (471 nəfər), əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən 4117 nəfərin 42,2 faizini (1738 nəfər) gənclər təşkil edib. Keçən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 4147 nəfər vətəndaşın 71,5 faizi (2964 nəfər) gənclərdir”.

Hesabatda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yaradılması həmin gənclərin peşə reabilitasiyası istiqamətində tədbirlərin xeyli güclənməsinə şərait yaradıb: “Mərkəzdə ötən müddətdə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub”.

Dövlət uşaq müəssisələrini bitirən, valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması məsələsinə toxunan nazirlik qeyd edir ki, ötən ilin noyabrında Abşeron rayonunun Masazır qəsəbəsində 120 mənzilli yaşayış binası istifadəyə verilib: “Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu binada qeyd olunan şəxslərin məşğulluğunun təminatı da diqqətdə saxlanıb. Müəssisədəki iş yerlərində (kafe, bərbərxana, ticarət salonu, stolüstü oyun və internet zalları, camaşırxana və s. ) burada yaşayan gənclərin özlərinin işləməsi nəzərdə tutulub və bununla da ümumilikdə 35 məzunun işlə təminatı üçün şərait yaradılıb.

Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə tədbirlər tələbə və məzunları da əhatə edir. Təkcə ötən il “Karyerada ilk addım” devizi altında 11 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə tələbə və

Page 16: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

məzunlara əmək bazarı barədə ətraflı məlumatlar verilərək onlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulması təmin olunub.

Bununla yanaşı son illərdə tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə praktik bacarıqlara malik olmaları üçün ali təhsil müəssisələrində virtual (təcrübə) müəssisələrinin yaradılmasına başlanıb. Gənclərin düzgün peşə seçiminin onların gələcəkdə uğurlu əmək fəaliyyəti üçün mühüm önəm kəsb edir və bu məqsədlə təkcə keçən il Dövlət Məşğulluq Xidməti 114,6 min nəfərə yaxın gəncə peşəyönümü məsləhətləri verib”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2016-cı il planı02.02.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafikini təsdiqləyib.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevralı əhatə edir. Qəbul imtahanının 1-ci mərhələsi 6 marta təyin olunub. Jurnalistika ixtisasını seçən bakalavların qeydiyyatı 11-20 apreldə, qabiliyyət imtahanı 26-29 apreldə, proqram seçimi 3-10 mayda olacaq.

Qəbul imtahanının 2-ci mərhələsi 5 iyunda, AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyunda, bakalavrların müsahibəsi 13, 14, 16, 17 iyunda, bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun-11 iyulda, boş qalan yerlərə ixtisaslaşma seçimi 8-14 avqustda, boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-25 avqustda aparılacaq.

Page 17: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 marta təyin edilib. Qəbul imtahanının 1-ci mərhələsi 3 apreldə, 2-ci mərhələsi 29 iyulda, ixtisaslaşma seçimi 1-7 avqustda, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-15 avqustda, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqustda, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqustda olacaq.

ABŞ Konqresinin üzvü İlham Əliyevə məktub yazıb02.02.2016

ABŞ Konqresinin üzvü, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Edvard Roys prezident İlham Əliyevə məktub yazıb. Azadliq.org-un məlumatına görə, məktubda deyilir: “Bir ildən artıqdır “Azad Avropa/Azadlıq” radiosunun Bakı bürosu məcburən bağlanıb, büronun aparıcı jurnalisti Xədicə İsmayıl isə həbsdə yatır: “Xədicə İsmayıl və digər jurnalistlərin həbsdə saxlanmasının, Bakı bürosunun isə bağlı qalmasının iki ölkənin münasibətlərinə ziyan vuracağından narahatlığımızı ifadə etmək istəyirik.

“Azad Avropa/Azadlıq” radiosunu ABŞ Konqresi maliyyələşdirir və güclü cəmiyyətin məhək daşı olan azad informasiya axınını dəstəkləyir. ABŞ Dövlət Departamenti sözçüsünün qeyd etdiyi kimi, Xədicə İsmayılın həbsi Azərbaycanda insan haqlarının getdikcə daha artıq məhdudlaşdırılmasına bir nümunədir. Buraya mətbuat azadlığının məhdudlaşdırılması da daxildir. Nəticədə Birləşmiş Ştatların aparıcı qəzetlərindən biri baş məqaləsində xəbərdarlıq edib ki, Azərbaycanda tənqidçi jurnalistlərə qarşı kampaniya davam edir. Bu yaxınlarda jurnalist Rauf Mirqədirovun casusluq ittihamı ilə həbsə atılması da bunu göstərir. Sizi Xədicə İsmayılı və digər şübhəli ittihamlarla

Page 18: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

saxlananları buraxmağa, “Azadlıq” radiosunun Bakı bürosunun işini bərpa etməsinə icazə verməyə çağırıram”.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub. Həmin il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın hökmünü qüvvədə saxlayıb.

Xədicə İsmayıl 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib. Bakı bürosunun ofisini 2014-cü il dekabrın 26-da prokurorluq orqanları möhürləyib.

ABŞ-da ilkin seçkilər02.02.2016

ABŞ-da prezidentliyə iddiaçıların ilkin seçki yarışı Ayova ştatından başlayıb. Novator.az-ın məlumatına görə, fevralın 1-i Ayovada keçirilmiş ilkin seçkini respublikaçılardan senator Ted Kruz udub. Milyarder Donald Tramp və senator Marko Rubio ondan bir az geri qalıblar.

Demokratlara gəlincə, sabiq dövlət katibi, 1993-2001-ci illərdə prezident postunu tutmuş Bill Klintonun xanımı Hillari Klinton Berni Sandersi cüzi fərqlə geridə qoyub. Martin O’Melli 0,6% səs toplayaraq yarışı tərk edib. Respublikaçı Mayk Hakabi də eyni addımı atıb.

Respublikaçılar prezidentliyə namizədi 18-21 iyul qurultayında, demokratlar 25-28 iyul qurultayında seçəcəklər. Namizəd olmaq üçün ilkin seçkilərdə

Page 19: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

respublikaçı iddiaçı qurultaya 1237, demokrat iddiaçı 2383 nümayəndə qazanmalıdır.

ABŞ-da prezident seçkisi 2016-cı ilin noyabrın 8-də keçiriləcək.

Məhkəmədə insident: zala qaz buraxıldı02.02.2016

Fevralın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist, ANN.TV-nin reportyoru Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin mühakimə prosesində insident baş verib. Nəticədə məhkəmə prosesi yarımçıq qalıb.

ANN.Az-ın məlumatına görə, hadisə hakim Eldar İsmayılov həkimlərin ifadə verməsinə dair vəsatəti təmin etməyəndən sonra olub. Dörd şahid dindiriləndən sonra zərərçəkən tərəfin vəkili Fariz Namazov həkimlərin məsuliyyəti və əlavə şahidlərin dindirilməsi üçün vəsatət qaldırıb. Hakim vəsatəti təmin etmədikdən sonra etiraz səsləri artmağa başlayıb.

Hakim Eldar İsmayılov vəsatətin təmin olunmadığını elan edən kimi mərhum jurnalistin valideynləri zalda stulların üzərinə çıxaraq qışqırmağa, hakim və məhkəmə heyətinə etiraz etməyə başlayıb. Elə bundan sonra Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də qışqırmağa, yumruqla divara və saxlandıqları dəmir barmaqlıqlara vurmağa başlayıblar. Hakim aranın sakitləşməsinə çalışsa da, buna müvəffəq olmayıb. Bundan sonra zala məhkəmə mühafizəçiləri gəlib, lakin onlar da valideynləri və ittiham olunanları sakitləşdirə bilməyiblər. Mühafizəçilər zala bibər qazı buraxıblar, boğucu qaz iyindən sonra zaldakı etirazçılar küçəyə çıxmağa məcbur olublar.

Page 20: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Etirazçılar küçədə də qışqırmağa və binanın qarşısındakı avtomobillərə zərbələr endirməyə başlayıblar.

Onlar məhkəməyə inanmadıqlarını, prosesin sifarişlə keçirildiyini deyiblər.

ANN.TV-nin reportyoru Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Page 21: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Onun işi ayrıca icraata ayrılıb. Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də araşdırılıb.

Yanvarın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə şahid ifadəsi verən Cavid Hüseynov deyib ki, Rasim Əliyevin döyülməsində heç bir rolu olmayıb.

İqtisadi Azadlıq İndeksi açıqlanıb02.02.2016

2016-cı il üçün İqtisadi Azadlıq İndeksi açıqlanıb. İndeksi “Wall Street Journal” qəzeti və “Heritage” Fondu birgə hazırlayıb.

Transparency.az xəbər verir ki, İqtisadi Azadlıq İndeksi 178 ölkəni əhatə edir. Azərbaycan bu siyahıda 91-ci yerdədir və qismən azad ölkə sayılır.

İqtisadi cəhətdən ən azad ölkələr siyahısında 5 ölkənin adı yer alır. 1-ci yerdə Honkonq, 2-ci yerdə Sinqapur, 3-cü yerdə Yeni Zelandiya, 4-cü yerdə İsveçrə, 5-ci yerdə Avstraliya gəlir.

Əsasən azad ölkələr qrupunda keçmiş SSRİ məkanından Estoniya (ümumi sıralamada 9-cu), Litva (13), Gürcüstan (23) və Latviya (36), digər dövlətlərdən Böyük Britaniya (10), ABŞ (11), Almaniya (17), Yaponiya (22) var.

Qismən azad ölkələrə reytinqin tərtibçiləri keçmiş SSRİ məkanından Ermənistanı (54), Qazaxıstanı (68), Azərbaycana qonşu ölkələrdən Türkiyəni (79) daxil ediblər.

İqtisadiyyatı əsasən azad olmayan ölkələr sırasında Qırğızıstanın (96), Moldovanın (117), Tacikistanın (149), Rusiyanın (153) adlarına rast gəlmək mümkündür.

Page 22: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

İqtisadiyyatı azad olmayan ölkələr sırasında Belarus (157), Ukrayna (162), Özbəkistan (166), İran (171), Türkmənistan (174) var.

Siyahının sonuncu pilləsi olan 178-ci yerdə Şimali Koreya dayanır.

142-yə 13455 müraciət daxil olub02.02.2016

Yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 — “Çağrı mərkəzi”nə vətəndaşlardan 13455 müraciət daxil olub. Müraciətlərin 95 faizi vətəndaşların əmək qanunvericiliyi, məşğulluq və sosial təminat məsələlərinə dair sorğularını əhatə edib. 691 müraciətdə rəy və təkliflər, eləcə də araşdırılması lazım gələn məsələlər əksini tapıb.

Ötən ay 142-yə daxil olan müraciətlərin 5161-i (38,3%) sosial təminat, 2887-si (21,4%) əmək qanunvericiliyi, 2187-si (16,2%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə bağlı olub. 1803 (13,4%) müraciətdə tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 1417 (10,5%) müraciətdə isə məşğulluq məsələləri əksini tapıb.

Mərkəzi Bank bir ildə 8 milyard 282 milyon 300 min dollar itirib02.02.2016

Page 23: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Fevralın 2-də Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarını açıqlayıb. Transparency.az xəbər verir ki, yanvarın 29-na olan hesabata görə, rəsmi valyuta ehtiyatları   4 milyard 398 milyon 500 min dollardır. Bu, 2015-ci il dekabrın 30-na olan hesabatla müqayisədə 618 milyon 200 min dollar azalma deməkdir.Ötən il yanvarın 31-də valyuta ehtiyatları 12 milyard 680 milyon 800 min dollar idi. Bir ildə 8 milyard 282 milyon 300 min dollar azalma qeydə alınıb.

Rusiyanın Ehtiyat Fondu əriyib02.02.2016

Rusiyanın Ehtiyat Fondunda vəsait ötən illə müqayisədə 36,4% azalıb. Novator.az xəbər verir ki, Maliyyə Nazirliyinin 2 fevral hesabatında belə deyilir. 2016-cı ilin fevralın 1-nə Ehtiyat Fondunda 3 trilyon 737 milyard rubl olub.

Dollarla hesablayanda illik itki 41,5% təşkil edib və fondun vəsaiti 49 milyard 720 milyon dollara enib.

Kənd Təsərrüfatı Nazirliyi: “101,5 kiloqramı banan məhv edilib”02.02.2016

Page 24: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Dövlət Fitosanitar Nəzarəti Xidməti ötən ay keyfiyyət göstəriciləri standartlara uyğun gəlməyən 105 min 17 kiloqram meyvə-tərəvəz məhsulunu dövriyyədən çıxararaq məhv edib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, məhv edilən məhsulun 101,5 kiloqramı banan meyvələri olub.

Qurum bildirir ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti son günlər banan meyvələrində qırmızı ləkələrə rast gəlinməsinin səbəbini müəyyən etmək üçün topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirib, bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən laboratoriya analizləri üçün nümunələr götürüb: “Nəticədə yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanan banan meyvələrində və vətəndaşların təqdim etdiyi iki nümunədə qanabənzər ləkələr aşkarlanıb. Ekspertiza nəticəsində qanabənzər ləkələrin bakterial mənşəli olduğu, amma bitki mənşəli bu xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və ölkənin bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib. “Pseudomonas celebensis Gaumann” adlanan bakteriya ilk dəfə 1920-ci ildə İndoneziyada cır banan üzərində aşkar olunub. Bakteriyalar əsasən məhsul uzun müddət və düzgün saxlanmadıqda onun daxilində inkişaf edə bilir. Xəstəlik torpaq, yağış suları və tozlandırıcı həşərat vasitəsilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır.

Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanan banan və digər meyvə-tərəvəzləri almamaq tövsiyə olunur”.

Manata süni nəfəs02.02.2016

Page 25: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb bankların dollara olan tələbatını süni şəkildə azaldır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə deyib. Ekspert düşünür ki, qurum bu yolla manata süni nəfəs verir: “Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard dollara düşüb. Bu da 2008-ci ilin mayından sonra ən aşağı səviyyədir. Bankın ehtiyatını müəyyən qədər Dövlət Neft Fondu qoruyub. Fond ötən ay təxminən 600 milyon dollara yaxın satış həyata keçirib. Ümumilikdə 1,2 milyard dollardan çox satış olub.

Son günlər bankların az dollar almasının səbəbini Mərkəzi Bankın rəsmi statistikası təsdiq edib. Yanvar ayında pul bazası birdən-birə 16% və ya 1,1 milyard manat azalıb, 2010-cu il həddinə düşüb. Pul bazasının azaldılması həmçinin inflyasiyanın cilovlanması üçün bir vasitədir. Ancaq bununla ölkədə iqtisadi aktivlik zəifləyir, sahibkarlığın inkişafı üçün maliyyə resursu məhdudlaşır”.Dubayda iqtisadi anlaşmalar oldu03.02.2016

Prezident İlham Əliyevin fevralın 2-si Dubayda bölgənin hakimi, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Page 26: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

AZƏRTAC-ın məlumatına görə, dünyada yaşanan iqtisadi böhrana və neftin qiymətinin kəskin düşməsinə toxunan Şeyx Məhəmməd bin Raşid Əl Məktum ölkəsində bununla bağlı həyata keçirilən məsələlərdən danışıb. İlham Əliyev dünyada baş verən bu proseslərlə əlaqədar Azərbaycanda da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bildirib ki, hazırda ölkədə yeni iqtisadi modelin müəyyənləşdirilməsi üzərində əsaslı iş aparılır və bu model iqtisadiyyatın geniş sahələrini əhatə edəcək.

Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan dövlət başçısı bu komissiyanın qarşılıqlı fəaliyyəti əsasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən investisiya qoyuluşu sahəsində işlərin həyata keçirilməsindən razılığını ifadə edib. Turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən prezident turizmin inkişafının Azərbaycanın prioritet sahəsi kimi səciyyələndirib, ölkənin regionlarında yüksək standartlara cavab verən aeroportların, turizm infrastrukturunun yaranmasının Azərbaycana turist axınının genişlənməsinə əlverişli şərait yaratdığını bildirib.

Şeyx Məhəmməd bin Raşid Əl Məktum Azərbaycanın kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik olduğunu deyib və ölkənin meyvə-tərəvəz məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracının artırılmasının önəmini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın infrastruktur, su təchizatı layihələrində, inşa olunan dəniz limanının və azad ticarət zonasının yaradılması işində və investisiya qoyuluşunda Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin iştirak etməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Page 27: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Söhbət zamanı istehsal, sənaye, logistika, hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş” və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Həmin gün İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başa çatıb.

3 fevral məzənnəsi03.02.2016

Fevralın 3-də 100 ABŞ dolları 158 manat 94 qəpiyə satılır. Mərkəzi Bank belə rəsmi məzənnə müəyyən edib. 100 ABŞ dolları ötən gün rəsmən 159 manat 40 qəpik idi.

Transparency.az xəbər verir ki, avro da fevralın 2-si ilə müqayisədə ucuzlaşıb. 100 avro 174 manatdan 173 manat 48 qəpiyə düşüb.

100 Rusiya rublunun rəsmi məzənnəsi isə bu gün 1 manat 99 qəpikdir.

Rəsmi məzənnə bülleteninə görə, fevralın 3-də manat Moldova leyi, yapon yeninə nisbətdə ucuzlaşıb, Yeni Zelandiya dollarına nəzərən sabit qalıb, qalan valyutalarla müqayisədə möhkəmlənib.

MəzənnələrƏli Həsənov: “Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər?”03.02.2016

Page 28: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır. Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Buna son qoyulmalıdır”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 2-si Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə belə deyib.

AZƏRTAC-ın məlumatına görə, görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əli Həsənov çıxışında 2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatların aparılacağını vurğulayıb: “Bir-birini təkrarlayan, səmərəsiz fəaliyyət göstərən strukturlar yenilənəcək, bəziləri birləşdiriləcək, işinin həcmi həddən çox olan qurumlar isə bir neçə struktura ayrılacaq. Məqsəd dövlət idarəçilik sisteminin tam modernləşdirilməsi və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması, daha çevik idarəetmə mexanizminin yaradılmasıdır.

İqtisadi islahatlara gəlincə, hər bir region, hər bir rayon üzrə yeni diferensial yanaşma tələbi ortaya qoyulub. Artıq hər bir təşəbbüsün, hər bir fəaliyyət istiqamətinin mərkəzdən gəlməsi prosesinə son qoyulmalıdır. Əsas təkliflər yerlərdən gəlməlidir. Yerli qurumlar, iş adamları, ictimaiyyətin nümayəndələri, yerli potensialı nəzərə alaraq mərkəzə təkliflər verməlidirlər. Məhz bunun sayəsində ölkə iqtisadiyyatının ümumi inkişaf meyllərinə uyğun olaraq hər bir rayonun yerli potensialı işə salınmalıdır. Ancaq yerli potensial işə salınanda dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər hansılardır? Dövlətimizin başçısının ortaya qoyduğu əsas tələblər insan resurslarından səmərəli istifadədir, əhalinin sosial-iqtisadi problemlərinin həllidir. Çünki Azərbaycanın

Page 29: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

dövlət siyasətinin mərkəzində insan amili, Azərbaycan vətəndaşı durur. Azərbaycan dövləti bütün səylərini vətəndaşların həm ümumi, həm də fərdi problemlərinin həllinə yönəldib”.

Azərbaycanın postneft dövrünə qədəm qoyduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib ki, indi qarşıda duran başlıca vəzifə daxili resursları işə salmaqdır: “Quba kimi işgüzar əhalisi, münbit torpağı, müasir infrastrukturu, abad yolları olan, dənizə yaxın məsafədə yerləşən bir rayon nə üçün dövlətin dotasiyası hesabına yaşamalıdır? Xaçmaz kimi böyük bir rayon nə vaxta qədər dövlətdən dotasiya almalıdır? Bu gün Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır. Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Buna son qoyulmalıdır. Hər rayonun potensialı nəzərə alınmalıdır. Quba rayonunun ümumi iqtisadi potensialının cəmi 50 faizi işə salınsa, bu rayonda bir dənə də olsun işsiz qalmaz. Rayonda təkcə bağçılıq məhsulları, meyvə-tərəvəz normal tədarük olunsa, yerində istehsala cəlb edilsə, son məhsul xarici bazarlara çıxarılsa, nəinki Quba özünün bütün maliyyə ehtiyaclarını təmin edə bilər, hətta gələcək nəsillər üçün milyonlarla manat vəsait ehtiyatı yarada bilər. Bunun üçün yerli hakimiyyət orqanları ictimaiyyətdən, iş adamlarından gələn təşəbbüsləri dəyərləndirməlidir. Bu təşəbbüslərin hansını yerlərdə icra etmək mümkündürsə, icra olunmalıdır, hansına kənardan dəstək göstərilməlidir, mərkəzə təkliflər verilməlidir.

Regional birliklər yaradılmalıdır. Nə vaxta qədər hərə özünün 15-20 sot torpağını çəpərləyib orada yalnız ailənin fərdi ehtiyacları üçün məhsul yetişdirəcək?! İndi artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü başlayıb. İnsan ona daha çox gəlir gətirən məhsulları becərməlidir. Qubada hansı məhsul daha çox gəlir gətirə bilər? Statistikaya nəzər salsaq görərik ki, 160 mindən artıq əhalisi olan Quba rayonuna son 10 ildə dövlət taxıl tədarükü üçün 10 milyon manatdan çox dotasiya verib. Həmçinin Sahibkarlığa Yardım Milli Fondundan, o cümlədən kənd təsərrüfatının kreditləşdirilməsi çərçivəsində son 10 ildə Qubada fərdi təsərrüfatlara, sahibkarlara — yəni, real sektora 40 milyon manatdan artıq sərmayə yönəldilib. Amma bunun əvəzində normal bir təsərrüfat yaradılmayıb. İstənilən nəticə əldə edilməyib.

Münbit torpaqların böyük bir qismi becərmədən kənarda qalıb, meyvə bağlarının məhsuldarlığı azalıb. Dövriyyəyə cəlb edilməli çoxlu torpaq sahələri var. Ancaq meliorasiya və irriqasiya tədbirlərinə məhəl qoyulmur. Halbuki bu işlərə dövlət

Page 30: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

milyonlarla manat vəsait xərcləyib. Ən ağrılı məsələlərdən biri də torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsidir”.

“NBCBank”ın lisenziyası qaytarıldı, öhdəlik götürüldü03.02.2016

“NBCBank” ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.

Mərkəzi Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib: “Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş öhdəliklərin icrasına başlanıb. Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq Mərkəzi Bankının İdarə Heyəti “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə 25 yanvar 2016-cı il qərarını ləğv edib. Konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək”.

2016-cı ildə Mərkəzi Bank “Bank of Azerbaijan”, “Gəncəbank”, “Yunayted Kredit Bank”, “Atrabank”, Qafqaz İnkişaf Bankı və “Texnikabank”ın lisenziyalarını ləğv edib.

Azərbaycan nefti 1,69 dollar ucuzlaşıb03.02.2016

Page 31: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“AzəriLayt” markalı neftin bir barreli 1,69 dollar ucuzlaşaraq 34,09 dollara düşüb. Xəbəri fevralın 3-də AZƏRTAC yayıb.

Dünya birjalarında da ucuzlaşma var. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,25 dollar ucuzlaşaraq 29,66 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,09 dollar azalaraq 32,39 dollar olub.

İspaniya kralı hökumət qurmaq səlahiyyətini sosialistlərə verdi03.02.2016

İspaniya kralı hökumət qurmaq səlahiyyətini Sosialist Fəhlə Partiyasının lideri Pedro Sançesə həvalə edib. Novator.az xəbər verir ki, baş nazir əvəzi olan Xalq Partiyasının lideri Mariano Rahoyun hökumət qurmaq səyləri boşa çıxdığı üçün belə addım atılıb. Yeni hökumətin qurulmasının azı üç həftə çəkəcəyi ehtimal olunur.

İspaniyada ötən il dekabrın 20-də keçirilmiş parlament seçkisində hakim Xalq Partiyası həm aşağı, həm də yuxarı palatada nisbi çoxluq qazanıb. Sosialist Fəhlə Partiyası, Podemos Partiyası, Vətəndaşlar Partiyası seçki yarışında sonrakı yerləri tutublar. 350 yerlik aşağı palatada heç bir partiyanın təkbaşına hökumət qurmaq imkanı yoxdur və koalisiya yaradılmalıdır.

Page 32: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Nardaranda əmək yarmarkası03.02.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakının Nardaran qəsəbəsində əmək yarmarkası təşkil edib. Rəsmi məlumata görə, yarmarkanın açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, prezident İlham Əliyevin yeni islahatlar kursunda məşğulluq imkanlarının artırılması, işsiz və işaxtaran iş yerləri ilə təmin olunması xüsusi yer tutur: “Dövlət başçısının tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri-dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin işəgötürənlərin vakant iş yerləri yaratması və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti üzrə məlumatların verilməsi nəzərdə tutulub. Artıq nazirliyə hansı işəgötürənin nə qədər vakant iş yeri yarada biləcəyi barədə məlumatlar da verilir. Bu proses məşğulluq mərkəzlərinə müraciət edən işsiz və işaxtaran insanların qısa müddətdə münasib iş yerləri ilə təminatında mühüm dəstək olacaq”.

Nazir Nardaran qəsəbəsində sosial infrastrukturun müasir tələblərə uyğun səviyyədə yeniləşdirlməsi, qəsəbənin abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin aparıldığını bildirib: “Nardaran qəsəbəsində yaşayan aztəminatlı ailələrə də ünvanlı dövlət sosial yardımı ödənilir. Eyni zamanda qəsəbənin işsiz və işaxtaran sakinlərinin məşğulluğunun təmin olunması bizim diqqətimizdədir. Cari il üzrə ilk əmək yarmarkası burada keçirilir. Yarmarkada boş (vakant) iş yerləri təklif olunmaqla yanaşı eyni zamanda müvafiq hallarda qəsəbə sakinlərinin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da təmin ediləcək”.

Page 33: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Nazirlikdən Transparency.az-a bildiriblər ki, yarmarkada işsiz və işaxtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə 87 müəssisə 215 boş iş yeri təklif edib. İşaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı ayrı-ayrı sakinlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Ekspert: “Hər manat ən yaxşı halda 30 qəpik əlavə pul yaradır”03.02.2016

“Yanvar ayında təkcə Mərkəzi Bankın ehtiyatı əriməyib, həm də iqtisadiyyatın pul bazası azalıb”. Transparency.az xəbər verir  ki, iqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın ehtiyatı ilə əlaqədar rəsmi hesabatı şərh edərkən belə deyib.

Yanvarın 29-na olan hesabata görə, rəsmi valyuta ehtiyatları 4 milyard 398 milyon 500 min dollardır. Bu, 2015-ci il dekabrın 30-na olan hesabatla müqayisədə 618 milyon 200 min dollar azalma deməkdir.Rövşən Ağayev bildirib ki, Mərkəzi Bank ehtiyatının bir ayda 12% əriməsi ilə yanaşı iqtisadiyyatın pul bazası da ay ərzində 16% (1,1 milyard manat) azalaraq 5,8 milyard manata enib: “Mexanizm aydındır – ölkəyə irimiqyaslı valyuta axınları dövründə təkcə dövlət büdcəsinin və Neft Fondunun büdcəsinin icrası məqsədilə hər il 13-14 milyard dollar valyuta manata konvertasiya edilirdi. Mərkəzi Bank dolları ehtiyata yığıb uyğun həcmdə manat kütləsini büdcə icrasına yönəldirdi. İndi əks proses gedir – Mərkəzi Bank öz ehtiyatlarını dövriyyədəki manat kütləsinə dəyişir, bazardan dollar müqabilində aldığı manatı isə anbarına yığır.

Manat kütləsini banklar vasitəsilə yenidən iqtisadiyyata qaytarmaq mümkündür, amma bundan ötrü iqtisadiyyat manat kütləsini istehlaka deyil, yeni dəyərin yaradılmasına, yəni istehsala yönəltmək potensialında olmalıdır. Həmin kütlənin

Page 34: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

əhəmiyyətli hissəsi birbaşa büdcə vasitəsilə maaş və sosial ödənişlərin artırılmasına yox, kredit və alınan avadanlıqlar, texnologiyalar qiyafəsində sahibkara gedib məhsul yaratmalı, həmin məhsulun dəyərinin bir hissəsi kimi əməkhaqqı formasında, məvacibdən ödənən sosial ödəmə formasında maaş və pensiyaya çevrilməlidir.

Hələ başqa tərəfi də var – əhalinin qazandığı pulu əmanət kimi etibar edib yatırdığı bank sektoru, qiymətli kağızlar bazarı olmalıdır ki, adamlar dollar almağa həvəslənməsin (ya da məcbur edilməsin). Aydındır ki, bu institutlar da yoxdur.

Mərkəzi Bank bilir ki, Azərbaycan iqtisadiyyatının hazırkı strukturu pulun yeni dəyər yaratmasına imkan vermir. Bunun aşkar sübutu “pul multiplikatoru” deyilən göstəricidir. Bu göstəricinin mahiyyəti odur ki, dövriyyəyə buraxılan milli valyuta vahidinin hər bir vahidi banklar vasitəsilə əlavə neçə vahid pul yarada bilir. Məsələn, hazırda Azərbaycanda Mərkəzi Bankın emissiya elədiyi hər manat ən yaxşı halda 30 qəpik əlavə pul yaradır. Yüksək inkişaf etmiş ölkələrdə 1 dollar ən azı 6-7 dollar, bəzi keçid ölkələrində isə ən azı 3-4 dollar yaradır”.

Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda pul bazasının ən yüksək həddi 2014-cü ilin yayında olub – 11,7 milyard manat: “Hazırkı səviyyə həmin həddən təxminən 2 dəfə azdır”. Ekspert bir müqayisə də apararaq deyir ki, 2014-cü ilin yayında dövriyyədə olan bütün manat kütləsini dollara çevirmək lazım gəlsəydi, bu, 15 milyard dollar edərdi: “Hazırkı manat kütləsi ilə isə maksimum 3,5 milyard dollar edir”. Ekspertin fikrincə, ona görə də Mərkəzi Bank ölkənin valyuta ehtiyatlarının tükənməsi tempini aşağı salmaq üçün manat qıtlığı yaradır, yəni valyuta bazarında dollar almağa nə qədər az manat olsa, dollar bir o qədər az tükənər: “Amma bir ayda iqtisadiyyatın pul bazası 16% məhdudlaşırsa, bu, iqtisadi fəallığın tamamilə aradan qalxdığını sübut edir. Manat kütləsinin görünməmiş dərəcədə məhdudlaşdırılması hökumətin iqtisadiyyatı stimullaşdırmaq imkanının görünməmiş dərəcədə məhdud olmasına sübutdur.

Yeri gəlmişkən, indiki şəraitdə manat kütləsinin məhdudlaşıdırılması bəlkə də ən doğru yoldur. Onsuz da hökumət genişmiqyaslı kreditləşmə proqramına start versə, həmin pullar yenə rəqabətli mühitdə fəaliyyət göstərən müstəqil sahibkarlara deyil, siyasi maraqları təmsil edən inhisarçı iqtisadi qrupların əlinə keçəcək.

Page 35: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Başqa bir müqayisə. Regionumuzun digər iki resurs ölkəsi iqtisadiyyatın “pulsuzlaşdırılması” siyasətindən qaçmağa çalışıb. Rusiyada 2014-cü ilin yayında nağd pul kütləsi 7,8 trilyon rubl olub, indi 8,5 trilyon rubldur. Qazaxıstanda 2014-cü ilin yayında nağd pul kütləsi 1,7 trilyon təngə olub, indi 1,5 trilyon təngədir, yəni azalma çox kiçikdir. Ən maraqlısı odur ki, 2014-cü ilin payızından indiyədək Qazaxıstan Mərkəzi Bankının və Neft Fondunun ehtiyatları cəmi 11% və ya 11 milyard dollar azalıb, 103 milyard dollardan 92 milyard dollara enib. Bu müddətdə Azərbaycanın məcmu ehtiyatları isə 16 milyard dollar və ya 30%-dək azalaraq təxminən 37 milyard dollar ətrafında qərarlaşıb.

Ən sadə səbəb odur ki, Rusiya və Qazaxıstanda puldan pul yaradan sahibkarlıq mühiti Azərbaycanla müqayisədə daha rəqabətli və əlverişlidir”.

Mərkəzi Bank 3 banka 31 milyon dollar satıb03.02.2016

Fevralın 3-də Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib, 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. AZƏRTAC-ın məlumatına görə, hərraca qatılan 3 bankın məcmu tələbi 31 milyon ABŞ dolları olub, sifarişlər 100 faiz təmin edilib.

Rusiyada ÜDM nə qədər azalıb?03.02.2016

2015-ci ildə Rusiyada ümumi daxili məhsul (ÜDM) 3,7 faiz azalıb. Novator.az-ın məlumatına görə, fevralın 3-də Federal Statistika Xidməti belə açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2014-cü ildə ÜDM 0,7 faiz artmışdı.

Page 36: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

2015-ci ildə iqtisadiyyatın nominal həcmi 1,33 trilyon dollar olub. 2014-cü ildə bu rəqəm 2,05 trilyon dollara bərabər idi.

İqtisadi fəaliyyətin 16 əsas növündən yalnız 4-də artım qeydə alınıb. Ən çox artım (3,5 faiz) kənd təsərrüfatında olub. Ən çox azalma isə ticarət sahəsindədir. Bu sektorda 10,1 faiz azalma var. Əsas səbəb kimi daxili tələbatın aşağı düşməsi göstərilir. Daxili istehlak 2015-ci ildə 7,9 faiz azalıb.

Gömrük ödənişindən külli miqdarda yayınma aşkarlanıb03.02.2016

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada deyilir: “Şirvan Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə Rusiya Federasiyasından gələn və Azərbaycan ərazisindən tranzit keçməklə İrana aparılacağı qeyd edilən taxta yüklü vaqonların Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlardan birinə satılması barədə məlumat daxil olub. Aparılan araşdırma zamanı bilinib ki, 2015-ci ilin dekabr ayının 30-da və 2016-ci ilin yanvar ayının 12-də Azərbaycan Respublikasının ərazisinə daxil olan 2 ədəd vaqondakı taxtanı “Tikinti Təminat” Ltd MMC-nin tranzit gömrük proseduru altında İran İslam Respublikasına aparacağı bildirilsə də, vaqonlar Sabirabad rayonun ərazisindəki “Sabir” dəmiryol stansiyasında qeyri-qanuni olaraq boşaldılıb.

Vaqonlardan boşaldılan taxta Sabirabad rayonu ərazisində tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Əkbərov Rahib Ağamusa oğluna 14 800 dollara satılıb. Gömrük ödənişindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq realizə olunub. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır”.

Page 37: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Ekoloji pozuntuların statistikası03.02.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti 16-31 yanvar arası ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumata əsasən, araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 97 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 16 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 37 iş üzrə 44230 manat məbləğində inzibati cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 46 iş üzrə 83926,51 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 191 iş üzrə 39112,88 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 6, icra qurumlarına və məhkəmələrə isə 16 iş göndərilib.

Prezident yanında Apellyasiya Şurası yaradıldı03.02.2016

Fevralın 3-də dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılmasına fərman verib. Qurumun sahibkarlıq

Page 38: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə yaradıldığı bəyan edilib.

Əsasnaməyə görə, Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır.

Şuranın tərkibini (sədri və digər səkkiz üzvü) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla prezident müəyyən edir.

Başqa bir fərmanla Azərbaycan Respublikasının mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılır.

Apellyasiya Şurası haqqında əsasnaməMərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi əsasnaməYerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi əsasnaməFərman: Maliyyə Bazarlarına Nəzarət Palatası qurulur03.02.2016

Page 39: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Fevralın 3-də prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Elə həmin gün dövlət başçısı ölkədə ilk publik hüquqi şəxsin — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına da fərman verib.

Fərmana görə, yeni palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası olacaq. Şura sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini ölkə prezidenti həyata keçirəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.

Yeni palatanın fəaliyyətinin təmin edilməsi üçün dövlət başçısının fərmanı ilə işçi qrupu yaradılıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı işçi qrupunun rəhbəri, “Xalq Bank”ın Müşahidə Şurasının sədri Asim Məmmədov, “Kapital Bank”ın Müşahidə Şurasının sədri Cəlal Qasımov, “Unibank”ın İdarə

Page 40: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Heyətinin sədri Faiq Hüseynov, Dövlət Neft Fondunun investisiya departamentinin direktoru Rövşən Cavadov, Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri Zəka Mirzəyev qrupun üzvləri təyin ediliblər.

İşçi qrupuna yeni palatanın nizamnaməsinin layihəsini, habelə palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb ölkə prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etməlidir.

Apellyasiya Şurasının sədri və üzvləri bəlli oldu03.02.2016

Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibini təyin edib. Şuranın sədri Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevdir (Prezident yanında Apellyasiya Şurası yaradıldı).Şuranın üzvləri bu şəxslər təyin olunub:

Feyruz Mustafayev — prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi

Vüsal İsayev — Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Page 41: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Bəhram Məmmədli — Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Nəsimi Məmmədov — Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi

Elturan Babayev — Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Niyaz Əliyev — Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Süleyman Qəmbərov — Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri

Anar Əliyev — İqtisadiyyat Nazirliyinin hüquq şöbəsinin müdiri.

21 nəfər hələ də itkindir03.02.2016

Xəzər dənizinin Türkmənistan sektorunda yanvarın 29-da aşkar edilmiş meyitin DNT analizinin nəticələri bilinib. Ekspertlərin rəyinə əsasən, meyit SOCAR-ın “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur. Məlumatı SOCAR-ın mətbuat xidməti fevralın 3-də yayıb.

2015-ci il dekabrın 4-ü Xəzərin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Özüldəki 63 işçidən 30-u itkin düşüb. İndiyədək 12 nəfərin meyiti tapılıb.

Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.

İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

Page 42: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“Şəffaflıq Azərbaycan”dan hökumətə yeni tövsiyələr03.02.2016

Fevralın 3-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Bakı Mətbuat Mərkəzində “Rəsmiləşdirilə bilinməyən daşınmaz əmlakın dövlət qeydiyyatı” mövzulu dəyirmi masa keçirib. Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəklədiyi tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədi daşıyıb.

Transparency.az xəbər verir ki, dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Vergilər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin, digər dövlət orqanlarının əməkdaşları, bələdiyyə üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

“Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva özbaşına tikililərin artmasının ölkədə ciddi sosial problemə çevrildiyini vurğulayıb, bu istiqamətdə bir sıra tədbirləri zəruri hesab etdiyini deyib. Dəyirmi masada daşınmaz əmlakın qeydiyyatı zamanı tətbiq olunan mövcud qanunvericilik, daşınmaz əmlakın qeydiyyatdan keçirilməməsi nəticəsində yaranan hüquqi və sosial problemlər, vətəndaşların üzləşdiyi çətinliklər müzakirə edilib.

“Şəffaflıq Azərbaycan” qeydiyyatdan keçə bilməyən evlərin müvafiq siyahısının hazırlanması, həmin evlərin qeydiyyat məsələlərinə baxan xüsusi komissiyanın yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və problemin həlli istiqamətində təkliflərini səsləndirib. Təşkilatın hazırladığı tövsiyələr paketi müvafiq dövlət qurumlarına təqdim edilib.

Transparency.az/cnews layihəsinin məlumatına görə, tövsiyələr paketində deyilir:

- Prezident İlham Əliyevin 2011-ci ildə sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı verdiyi tapşırıqlar üzrə iş gücləndirilməli və bu proses tezliklə başa çatdırılmalıdır. Müvafiq dövlət qurumları ictimaiyyəti indiyədək görülən və bundan sonra görüləcək işlərlə bağlı məlumatlandırmalıdır;

Page 43: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

- Özbaşına (qanunsuz) tikilən və ya digər səbəblərdən sənədləşdirilməmiş fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı qanunvericilik aktlarında zəruri dəyişikliklər edilməli, hüquqi baza formalaşdırılmalıdır;

- Əsasən sovet dövründə vətəndaşlara verilən yaşayış (fərdi) evləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı problemlər Mülki Məcəlləyə sonuncu dəyişikliklər və prezidentin 13 yanvar 2015-ci il fərmanı ilə təsdiqlənən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahisı” ilə öz həllini tapıb. Hesab edirik ki, bu uğurlu təcrübə hazırkı sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı problemin həlli üçün də tətbiq edilə bilər;

- “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun qüvvəyə minənədək (16 avqust 2001-ci il) zəbt olunan bələdiyyə torpaqlarının “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq rəsmiləşdirilməsi başa çatdırılmalıdır;

- Məhkəmələr özbaşına (qanunsuz) tikililərlə bağlı mübahisələr üzrə araşdırma apararkən mübahisəni mümkün qədər Mülki Məcəllənin 178.6-cı maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına müvafiq aparmalıdır; qanunsuz (özbaşına) tikintilərlə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilməli və ictimaiyyətə bu barədə məlumat verilməlidir;

- Barəsində icazə və məlumatlandırma icraatı tətbiq edilən tikintilər üzrə qaydalar bir qədər də sadələşdirilməli, korrupsiyaya imkan yarada biləcək hallar tamamilə aradan qaldırılmalıdır;

- İnzibati Xətalar Məcəlləsində barələrində məlumatlandırma və icazə icraatları tətbiq edilən tikintilər üzrə müraciətlərdən qanunsuz imtina və yayınmaya görə yüksək məbləğdə inzibati cərimələr müəyyən edilməlidir; barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinin və bağ evlərinin tikintisi, onların tikintisinə dövlət nəzarəti və tikilinin istismarı ilə bağlı vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dair inzibati məsuliyyət müəyyən edilməlidir;

- Cinayət Məcəlləsinə edilən sonuncu dəyişikliklərə qədər burada dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan edilən torpaq

Page 44: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

sahələrinə dair qanunsuz qərar qəbul etmə, qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə və qanunvericiliklə müəyyən olunan qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutulub. Lakin ötən dövrdə məcəllənin bu normaları həmişə tətbiq edilməyib. Bu da ötən dövrdə qanunsuz (özbaşına) tikililərin sürətlə artmasına imkan yaradıb. Hesab edirik ki, bu məsələnin də araşdırılmasına ehtiyac var və gələcəkdə qanunun hamıya eyni qaydada tətbiq edilməsi xüsusi diqqət mərkəzində olmalıdır;

- Əvvəllər bələdiyyələrin qanunsuz verdiyi və neft-qazçıxarma sahələrinə aid olan torpaq sahələrində aparılan özbaşına tikililər məhkəmə qərarları olmadan kütləvi şəkildə sökülür. Bu da həmin tikililərin sahibləri ilə müvafiq qurumlar arasında münaqişələrə gətirib çıxarır və nəticədə sökülən tikili sahibləri heç bir kompensasiya ilə təmin edilmir. Bu torpaq sahələrini həmin şəxslərə rəsmi və ya qeyri-rəsmi satan bələdiyyə sədrləri isə məsuliyyətdən kənarda qalırlar. Hesab edirik ki, bütün hallarda qanunsuz (özbaşına) tikintilər Mülki Məcəllənin 180.4-cü maddəsinə uyğun olaraq məhkəmə qərarı əsasında sökülməli və sökülən tikiliyə görə tikili sahibinə kompensasiya ödənilməsi üçün qanunvericiliyə müvafiq dəyişiklik və əlavələr edilməlidir.

Page 45: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Avro və rubl bahalaşıb, dolların kursu düşüb04.02.2016

Mərkəzi Bank dolların rəsmi məzənnəsini aşağı salıb. Fevralın 4-də 100 ABŞ dolları 158 manat 58 qəpiyə təklif olunur. 100 ABŞ dolları ötən gün rəsmən 158 manat 94 qəpiyə satılıb.

Transparency.az xəbər verir ki, avro fevralın 3-ü ilə müqayisədə bahalaşıb. 100 avro 173 manat 48 qəpikdən 175 manata 82 qəpiyə yüksəlib.

100 Rusiya rublunun rəsmi məzənnəsi isə bu gün 2 manat 6 qəpik müəyyən olunub. Dünənki rəsmi məzənnə 1 manat 99 qəpik idi.

“Sahibkarın prokurorluğa müraciət etmək hüququ yoxdur?”

Page 46: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

04.02.2016

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində hakimiyyəti islahat imitasiyasında ittiham edib. “Azadlıq” qəzetinin məlumatına görə, müxalif lider dövlət başçısı İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla yaradılmış Apellyasiya Şurasını səlahiyyətsiz qurum adlandırıb.

3 fevral fərmanında Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə yaradıldığı bəyan edilib.

Əsasnaməyə görə, Apellyasiya Şurası ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır. Şuranın tərkibini (sədri və digər səkkiz üzvü) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla prezident müəyyən edir.

Dövlət başçısının başqa bir fərman ilə mərkəzi və yeri icra hakimiyyəti orqanlarında da Apellyasiya Şuraları yaradılır.

AXCP sədri Əli Kərimli prezident fərmanına belə münasibət bildirib: “İslahat əvəzinə imitasiya siyasəti davam edir. İndi də guya sahibkarların şikayətlərinə baxmaq üçün Apellyasiya Şurası yaradıblar. Qanunların işləmədiyi, müstəqil məhkəmə hakimiyyətinin olmadığı, sahibkarlığı əzməyin dövlət siyasəti olduğu

Page 47: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

ölkədə Prezident Administrasiyası əməkdaşlarından ibarət yeni bir qurum yaratmaq nəyi dəyişə bilər? Şuranın da ən böyük səlahiyyəti bu olacaq ki, lazım gəlsə (?), prokurorluğa müraciət edəcək. Sahibkarın özünün prokurorluğa müraciət etmək hüququ yoxdur ki? Prokurorluq sahibkarın birbaşa müraciətinə niyə baxmamalıdır ki, hələ ona müraciət üçün də əlavə qurum yaradılsın? Ölkədə nazirliklər, komitələr, icra hakimiyyətləri, onların hamısına nəzarət edən Prezident Administrasiyası qanuni işləmiş olsalar, sahibkarların şikayətlərini qəbul etmək üçün əlavə bir qurum yaratmağa ehtiyac olmaz. Yox, bütün dövlət orqanları qanunsuzluğu, rüşvəti, korrupsiyanı, süründürməçiliyi gündəlik iş normasına çeviribsə, Prezident Administrasiyasının bir şöbəsi qədər səlahiyyəti olmayan yeni qurumun yaranması nəyi dəyişəcək?”

AXCP sədri qeyd edib ki, sahibkarlara problemi yalnız yerli icra hakimiyyətləri yaratmır: “Əlbəttə, yerli icra hakimiyyətləri də bacardığı qədər sahibkarları sıxır, onların qazanclarına şərik olur. Amma yerli icra hakimiyyətlərinin bu soyğunçuluğu özfəaliyyət deyil ki. Ölkədəki ümumi siyasətin tərkib hissəsidir”.

Müxalif lider hakimiyyəti sahibkarlardan qanunsuz vergi toplamaqda, inhisarçılığı himayə etməkdə, sahibkarlara hüquq mühafizə orqanlarının əli ilə basqılarda günahlandırıb: “Sahibkarlığa yaradılan maneələr rejimin mahiyyətindən doğur. Ölkədə rejim dəyişməyincə, hüququn aliliyi, demokratiya, ədalət prinsipləri bərqərar olmayınca, hakimiyyət seçki yolu ilə formalaşmayınca, müstəqil və peşəkar məhkəmə hakimiyyəti bərqərar olmayınca sahibkarlar da hamı kimi əziləcək”.

Prezident yanında Apellyasiya Şurasının sədri Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevdir. Şuranın 7 üzvü Prezident Administrasiyasında çalışır, 1 üzvü isə İqtisadiyyat Nazirliyini təmsil edir.

Dövlət sərhədində təxribat04.02.2016

Fevralın 3-ü saat 17:50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Page 48: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Rəsmi məlumatda qeyd olunur ki, Silahlı Qüvvələrin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti açıqlama yayıb04.02.2016

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti Apellyasiya Şurasının yaradılması ilə bağlı açıqlama yayıb. APA-nın məlumatına görə, açıqlamada bildirilir ki, şuranın yaradılması yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyətini bir qədər də artırıb: “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında əsasnamədə (Apellyasiya Şurası haqqında əsasnamə) şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün prezidentə müraciət etmək hüququnun, şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq hüququnun və şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək hüququnun təsbit edilməsi bunun bariz nümunəsidir.Sahibkarların hüquqlarının qorunması fonunda ölkə prezidentinin həyata keçirdiyi islahat sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaq”.

Açıqlamada o da bildirilir ki, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti görülmüş və görüləcək işlər barədə məlumatları mütəmadi olaraq ictimaiyyətə mətbuat vasitəsilə çatdıracaq.

Page 49: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti ötən ay yaradılıb. Yanvarın 25-də dövlət başçısı İlham Əliyev Natiq Əmirovu iqtisadi islahatlar üzrə köməkçi təyin edib. Natiq Əmirov həmin təyinata qədər vergilər nazirinin birinci müavini idi.

Açıqlamada prezidentin 3 fevral fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına da toxunulur. Qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası    qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq Azərbaycanda qiymətli kağızlar və sığorta bazarları, investisiya fondları, ödəniş sistemləri və kredit təşkilatları, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək, lisenziyalaşdırılma, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyəti də əlaqələndirəcək.Rusiyada ən çox istinad olunan KİV-lərin reytinqi açıqlanıb04.02.2016

Rusiyanın “Medialogiya” şirkəti 2015-ci ildə ölkənin ən çox istinad olunan KİV-lərinin reytinqini açıqlayıb. Novator.az xəbər verir ki, reytinq cədvəlində informasiya agentlikləri içərisində birinci pillədə TASS dayanır. Ən çox istinad olunan agentliklər beşliyində sonrakı yerləri “RİA Novosti”, “İnterfaks”, “Praym” və “Rosbalt” tutur.

Reytinq siyahısında qəzetlər arasında ilk üçlükdə “Kommersant”, “İzvestiya”, “Vedomosti” qərarlaşıb.

2015-ci ildə ən çox istinad olunan digər KİV-lər arasında “Forbes” jurnalı, “Lifenews” televiziya kanalı, “Rusiya Xəbərlər Xidməti” radiosu liderlik edir.

Reytinqin hesablanmasında 28 min Rusiya KİV-i – televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet mediası əsas götürülüb.

Page 50: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı sadələşdirilib04.02.2016

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ildən vətəndaşlara səyyar qaydada göstərilən xidmətlərin sayı artırılıb. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın texniki pasportunun hazırlanması, torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi üçün sənədlərin qəbuluna başlanıb.

Məlumata görə, ötən il səyyar xidmət qrupu 85 yaşayış məntəqəsində 1502 vətəndaşın müraciətinə baxıb. Səyyar xidmət zamanı yaşadıqları ərazidə vətəndaşların ərizələri qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib, elektron sistemə daxil edilərək texniki sənədlər hazırlanıb. Vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədləri – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, dövlət aktları, qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilib. Həmçinin ahıl, sağlamlıq imkanları məhdud insanlara onların yaşadıqları ünvanlarda xidmət göstərilir.

Torpaq sahəsinin istifadəsiz qalmasına qarşı qanun layihəsi hazırlanıb

Page 51: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

04.02.2016

Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə Torpaq Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər layihəsi hazırlayıb. Rəsmi məlumata görə, müvafiq qurumlarla razılaşdırılan layihələr Nazirlər Kabinetinə təqdim olunub.

Torpaq Məcəlləsinə təklif olunan maddədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir. Belə torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıcıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalmasının inzibati məsuliyyətə səbəb olması nəzərdə tutulur.

Təhsil Nazirliyinin qəbul portalı istifadəyə verilib04.02.2016

Page 52: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Fevralın 4-də Təhsil Nazirliyinin qəbul portalı təqdim olunub. Edu.gov.az-ın məlumatına görə, portal vəzifəli şəxslərin Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların qəbulunu asanlaşdırmaq, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün yaradılıb.

Portal vasitəsilə Təhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi təşkil edilir. Sayta daxil olan müraciətlərin statistikası aparılaraq təhlil edilir və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.

Azərbaycanın dərman bazarının təxminən 80%-i beş ölkəyə bağlıdır04.02.2016

İqtisadçı ekspert Rövşən Ağayev “UN Comtrade” bazasına istinadla sosial şəbəkədə yeni açıqlama yayıb.

Transparency.az xəbər verir ki, ekspertin açıqlaması Azərbaycanın dərman bazarı ilə bağlıdır. “UN Comtrade” bazasına əsaslanan ekspert bildirib ki,

Page 53: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Azərbaycanın dərman bazarının təxminən 80%-ni beş ölkə formalaşdırır: Almaniya, Macarıstan, Gürcüstan, Avstriya və Belçika.

Ekspert burada qonşu Gürcüstanın adının olmasına xüsusi diqqət çəkib. Statistikaya görə, 2014-cü ildə Gürcüstan dünyaya 105 milyon dollar dəyərində dərman preparatı ixrac edib ki, bunun da üçdə biri Azərbaycana gəlib.

“UN Comtrade” BMT-nin mal, əmtəə ticarəti üzrə statistik məlumatlar bazasıdır. 170 ölkə hər il bu məlumat bazasına öz hesabatını təqdim edir.

Azərbaycanın dərman bazarının təxminən 80%-i beş ölkəyə bağlıdır04.02.2016

İqtisadçı ekspert Rövşən Ağayev “UN Comtrade” bazasına istinadla sosial şəbəkədə yeni açıqlama yayıb.

Transparency.az xəbər verir ki, ekspertin açıqlaması Azərbaycanın dərman bazarı ilə bağlıdır. “UN Comtrade” bazasına əsaslanan ekspert bildirib ki, Azərbaycanın dərman bazarının təxminən 80%-ni beş ölkə formalaşdırır: Almaniya, Macarıstan, Gürcüstan, Avstriya və Belçika.

Ekspert burada qonşu Gürcüstanın adının olmasına xüsusi diqqət çəkib. Statistikaya görə, 2014-cü ildə Gürcüstan dünyaya 105 milyon dollar dəyərində dərman preparatı ixrac edib ki, bunun da üçdə biri Azərbaycana gəlib.

“UN Comtrade” BMT-nin mal, əmtəə ticarəti üzrə statistik məlumatlar bazasıdır. 170 ölkə hər il bu məlumat bazasına öz hesabatını təqdim edir.

Londonda Suriya konfransı04.02.2016

Page 54: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

AZƏRTAC xəbər verir ki, fevralın 4-ü Londonda “Suriyaya və regiona dəstək” konfransı keçirilir. Konfransa Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.

Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilir.

Avropa Məhkəməsi Azərbaycan dövlətini cərimələyib04.02.2016

Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun şikayəti üzrə qərarını açıqlayıb.

“Azadlıq” radiosunun məlumatına görə, məhkəmə Hilal Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb. Qərarda qeyd olunub ki, 2012-ci ilin iyununda həbs edilmiş Hilal Məmmədov saxlanılan zaman polis və

Page 55: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

mülki geyimli şəxslərin zorakılığına məruz qalıb. Qərara görə, onlar Hilal Məmmədovun etnik mənsubiyyətini təhqir ediblər.

Məhkəmə qərara alıb ki, 3-cü maddə Hilal Məmmədovla bağlı iki dəfə pozulub: işgəncələrə məruz qalıb və bu haqda şikayəti araşdırılmayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövlətinin Hilal Məmmədova mənəvi zərərə görə 13 min avro həcmində kompensasiya, məhkəmə xərclərinə görə isə 2 min 500 avro ödəməsi barədə qərar çıxarıb.

Hilal Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.

“Amnesty İnternational” Hilal Məmmədovu vicdan məhbusu kimi tanıyıb.

Protez-Ortopedik Bərpa Mərkəzində04.02.2016

Bakıdakı Protez-Ortopedik Bərpa Mərkəzi (Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 3) əlillərə xidmət göstərir. Müasir texnologiya əsasında protez-ortopedik məhsulların, reabilitasiya məmulatlarının istehsalı, diaqnostika və stasionar müalicəsi ilə məşğul olan müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir.

Transparency.az-a verilən rəsmi məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzi təkcə 2015-ci ildə 8 min 469 əlil vətəndaşı 34 min 75 reabilitasiya vasitəsi ilə təmin edib: “Əlil şəxslər mərkəzdən dövlət hesabına yuxarı və aşağı ətraf protezi, yuxarı və aşağı ətraf ortezi, bandaj məmulatı, bel nahiyəsi üçün korset, dirsəkaltı ağac, dördayaqlı dayaq vasitəsi, döş vəzisi protezi, əsa, ortopedik aparat, ortopedik ayaqqabı, protez ayaqqabı, qoltuqaltı ağac, reabilitasiya vasitəsi, o cümlədən əlil arabası, əlil arabası üçün yastıq, eşitmə aparatı əldə edə bilər. Məsələn, əlil arabası ilə təmin olunmaq üçün vətəndaş Protez-Ortopedik Bərpa Mərkəzinə və ya onun filiallarına şəxsiyyət vəsiqəsini, tibbi-sosial ekspert komissiyasının əlil arabasına aid qərarını, əlillik dərəcəsini təsdiq edən sənədi, öz koordinatlarını təqdim etməlidir”.

Page 56: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Mərkəzin direktoru Asif Məcidov Transparency.az-a deyib ki, əlillərin reabilitasiya vasitələri ilə təmin olunması növbəli şəkildə həyata keçirilir: “Bunun üçün mərkəz özü də daim əlillərlə əlaqə saxlayır. Əlil vətəndaşların elektron informasiya bazası onlarla daha asan və operativ əlaqə yaratmağa imkan verir”.

Direktorun bildirdiyinə görə, mərkəz əlillərə qayğını yüksəltmək üçün 2014-cü ildən səyyar xidmətlərə başlayıb: “Həmin il səyyar xidmətlər ayda bir dəfə təşkil edilirdi, 2015-ci ildən iki dəfəyə keçdik. Səyyar xidmətlər zamanı rayonlarda xəstələrlə görüşür, yerində müayinə aparır, ləvazimat gərək olduğu halda ölçü götürürük. Əgər xəstəyə protez və ya digər zəruri avadanlıq təyin edilirsə, hər birinə fərdi yanaşılır”.

Asif Məcidov qeyd edir ki, səyyar xidmətlər əlil təbəqəni bölgələrdən paytaxta gəlib-getmək əziyyətindən xilas etmək məqsədilə təşkil edilib: “Bu işdə mərkəzə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyaları, əhalinin sosial müdafiəsi mərkəzləri dəstək verir. Yəni əlil şəxslər həm mərkəzlər, həm də tibbi-sosial ekspert komissiyaları vasitəsilə məlumatlanıb Protez-Ortopedik Bərpa Mərkəzinin təşkil etdiyi səyyar xidmətlərdən yararlana bilər. Elektron informasiya bazası əsasında xəstələrlə təmas qurulur, əvvəlcədən gün, yer təyin edilir, xəstələr həmin ünvana dəvət olunur”.

Protez-Ortopedik Bərpa Mərkəzinin baş mühəndisi Elmira Əsədovanın Transparency.az-a dediyinə görə, paytaxtda yaşayan əlillərin reabilitasiya vasitələri də müəssisənin hesabına ünvanlara çatdırılır: “Xidmətimizə ehtiyacı olan əlil vətəndaşın mərkəzə gəlmək imkanı yoxdursa, ona öz hesabımıza kömək edirik”.

Protez-Ortopedik Bərpa Mərkəzinin nəzdində 60 çarpayılıq stasionar məntəqə fəaliyyət göstərir. Məntəqənin əsas xəstə kontingenti aşağı və yuxarı ətrafları amputasiya olunan və ya onurğa beyni zədələnən əlillərdir. Burada dayaq-hərəkət sistemi pozulan bütün kateqoriyalı əlillərin protezləşməsi, protezə hazırlıq və fiziki reabilitasiya müalicələri aparılır, dərman və fizioterapiya müalicələri həyata keçirilir.

Stasionar məntəqənin baş həkimi Şəmsəddin Xudaverdiyev Transparency.az-a deyib ki, reabilitasiya müalicəsi üzrə xəstələrə müddət təyin edilmir: “Elə xəstələr var ki, onun protezi bir ay ərzində hazırlanır. Amma diabet xəstəsi, yaşı çox olan ağır xəstələrin müalicəsi uzun çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi

Page 57: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Nazirliyinin nəzdində olan bütün reabilitasiya mərkəzləri kimi burada da dövlət hesabına xidmət yalnız əlillərə şamil olunur. Digər vətəndaşlara xidmət pulludur. Əlillər məntəqədə qida və dərman preparatları ilə təmin edilir. Xəstələrin məntəqəyə gətirilməsi və evə köçürülməsi ilə briqada məşğul olur”.

Transparency.az bildirir ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə sonuncu dəfə 2015-ci il dekabrın 30-da təsdiq edilib. Əsasnamə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemini təkmilləşdirməyə yönəlmiş prezident fərmanı əsasında yenilənib.Yeni qanunvericilikdə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər və digər müddəalar yer alıb.

Əlillərin protez-ortopediya məmulatları, reabilitasiya vasitələri ilə təmin edilməsi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən həyata keçirilir.

Page 58: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə
Page 59: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə
Page 60: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə
Page 61: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə
Page 62: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

İlham Əliyev London konfransında çıxış edib05.02.2016

Prezident İlham Əliyev fevralın 4-ü Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında çıxış edib. “Təhsil” mövzulu sessiyada danışan İlham Əliyev Azərbaycanın Suriya qaçqınlarının halına çox acıdığını deyib: “Müstəqillik illərində — 1990-cı illərin

Page 63: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Bu, həqiqətən də humanitar fəlakət idi. Səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq yaşayış imkanlarından məhrum olmuşdu. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq”.

Dövlət başçısı qeyd edib ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi müəyyən edilib, amma o vaxtdan bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmayıb: “BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq 20 ildən artıqdır Ermənistan bu qətnamələrə məhəl qoymur.

Lakin atəşkəs razılığının əldə olunması bizə inkişaf etmək imkanını verdi. O vaxtdan bəri Azərbaycanın inkişafı çox sürətli olub. Biz demək olar ki, 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir. Ümumilikdə işsizlik və yoxsulluq 5 faizdir”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Azərbaycan Suriyada humanitar inkişafa töhfə verən və verəcək ölkələr arasındadır: “Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır. Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar. Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik. Son onillikdə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb. Biz təhsil sahəsindəki təcrübəmizi də paylaşa bilərik. Ölkəmizdə 3 mindən çox məktəb inşa edilib və dediyim kimi, 100 faizlik savadlılıq səviyyəsinə nail olunub. Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi də paylaşa bilərik və biz bunu edəcəyik. Lakin ən önəmlisi sülhdür. Buna görə də Suriya

Page 64: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir”.

Dərman vasitələri ilə bağlı yeni qərar verildi, İrandan isə təklif gəldi05.02.2016

Tarif (qiymət) Şurasının 4 fevral iclasında 600-dən çox dərman vasitəsinin qiyməti müəyyən edilib. Rəsmi məlumatda bildirilir ki, ümumilikdə indiyədək 5651 dərman vasitəsinin (Siyahı) topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiqlənib: “3711 dərman vasitəsi yeni qiymətlərlə satışdadır. Digər 1940 dərman vasitəsinin yeni qiymətləri fevralın 25-dən qüvvəyə minəcək. İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin ümumilikdə 60%-nin qiymətləri endirilib. Tarif (qiymət) Şurasının qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər”.Economy.gov.az-ın məlumatına görə, fevralın 4-də iqtisadiyyat naziri Şahin Mustafayev İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Rza Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı “Darou pakhsh” şirkəti barədə məlumat verib. Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. İran tərəfi Azərbaycanda dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini təqdim edib. Təkliflərin öyrəniləcəyi və həyata keçirilməsi imkanları araşdırılacağı bildirilir.

Page 65: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Mərkəzi Bank dolları ucuzlaşdırıb05.02.2016

Azərbaycan Mərkəzi Bankının 5 fevral məzənnəsinə görə, 100 ABŞ dolları ötən günlə müqayisədə 5 qəpik ucuzlaşıb və 158 manat 53 qəpiyə təklif olunur.

Transparency.az xəbər verir ki, 100 avro fevralın 4-ü ilə müqayisədə bahalaşıb, 175 manata 82 qəpikdən 177 manat 49 qəpiyə qalxıb.

100 Rusiya rublunun rəsmi məzənnəsi isə 2 manat 7 qəpikdir. Dünənki kursla müqayisədə 1 qəpik bahalaşma var (Tam siyahı).İsa Qəmbərin rəhbərlik etdiyi təşkilat böhrandan çıxış layihəsi hazırlayıb05.02.2016

Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Böhrandan imkana yol xəritəsi” adlı layihə hazırlayıb. “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, MSDM-in bu haqda müraciətində deyilir ki, dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi korrupsiya, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaradıb: “İqtidar yarımçıq və ziddiyyətli addımları ilə əslində böhranın qarşısını almağa qadir olmadığını nümayiş etdirib. Beynəlxalq maliyyə mərkəzlərindən borc almaq cəhdləri də iqtidarın gücsüzlüyünün etirafıdır.

Page 66: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Bu ilin yanvar ayında bölgələrdə keçirilən etirazlar Azərbaycan tarixində sosial-iqtisadi tələbli ən yekcins, davamlı və sinxron kütləvi tədbirlər kimi dəyərləndirilməlidir. Etiraz aksiyalarının böyüməsi, sosial-iqtisadi narazılığın ictimai-siyasi gərginliyə çevrilməsi zaman məsələsidir. Xalq problemlərin həllinə ümid edir. Əks halda etirazların daha kütləvi və qarşısıalınmaz olacağı qaçılmazdır”.

“Böhrandan imkana yol xəritəsi” layihəsində təcili sosial, iqtisadi və siyasi təkliflərin əksini tapdığı vurğulanır. Açıqlamaya görə, müəlliflər 2016-cı ilin fevralında yeni konstitusiya layihəsi (və ya konstitusiyaya əlavə və dəyişikliklər layihəsi) hazırlanması məqsədilə Azərbaycan Konstitusiya Komitəsi yaradılmasını, yazda bundan ötrü referendum keçirilməsini təklif edir, ilin ikinci yarısında parlament, 2017-ci ildə isə prezident seçkilərinin keçirilməsi ideyası irəli sürülür.

Milli Strateji Düşüncə Mərkəzinə İsa Qəmbər sədrlik edir. Milli azadlıq hərəkatının liderlərindən olan İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri postunu tutub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib, 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı olub.

Maliyyə Nazirliyi 2015-ci ildəki pozuntularla bağlı hesabat yayıb05.02.2016

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2015-ci ildə apardığı nəzarət tədbirlərinin nəticələri barədə hesabat yayıb. Məlumata görə, mərkəzi aparatın apardığı yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin

Page 67: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 7949,47 min manat vəsaitin 7165,14 min manatının büdcəyə bərpası təmin edilib, Azərbaycan Texnologiya Universitetində 1502,79 min manat məbləğində mənimsəmə hallarına dair yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Hesabatda qeyd olunur ki, faktiki fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılmış 259,25 ştat vahidi ləğv edilib, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 297 nəfər azaldılıb, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Rəsmi məlumata əsasən, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin nəzarət tədbirləri ilə aşkar olunmuş 2392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1669,56 min manatı büdcəyə bərpa edilib, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux Rayon İcra Hakimiyyətinin Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Hesabata görə, Baş Prokurorluğun məktubları və məhkəmə orqanlarının qərarları əsasında 29 təşkilatla bağlı suallar yoxlanıb və cəmi 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunub: “Bununla yanaşı əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 1483,53 min manatının, o cümlədən Baş Prokurorluğa göndərilmiş obyektlər üzrə aparılan istintaq tədbirləri zamanı 1414,45 min manatın dövlət büdcəsinə bərpası təmin edilib”.

Page 68: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Rəsmi məlumatda qeyd olunur ki, 2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş 931 vəzifəli şəxsə 576 min manat məbləğində cərimələr tətbiq olunub, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıblar.

Valyuta hərracında 18,370 milyon dollar satıldı05.02.2016

Mərkəzi Bank fevralın 5-də növbəti valyuta hərracı keçirib. Transparency.az-a verilən məlumata görə, bu gün 200 milyon ABŞ dolları satışa çıxarılıb.

Hərracda iştirak edən 7 bankın məcmu tələbi 18,370 milyon ABŞ dolları təşkil edib və sifarişlər 100 faiz təmin olunub.

Pambığın satınalma qiyməti artır05.02.2016

İqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşüb. Rəsmi məlumata görə, görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi,

Page 69: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə edilib: “Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri daşıma xərclərinin qarşılanacağını və istehsal xərclərinin 90%-ni emalçıların avans olaraq verəcəyini vurğulayıb. Bütün bunların həyata keçirilməsi üçün güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə olunacaq. Bu il ötən illə müqayisədə 80% çox (30 min hektar) sahədə pambıq əkilməsi planlaşdırılır. Bu, 2 dəfə çox — 70 min ton xam pambıq tədarükünə, eləcə də pambığın alış qiymətinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq. Görülən işlər məşğulluq səviyyəsini yüksəldəcək, bu sahədə çalışanların sayı ötən illə müqayisədə 2 dəfəyə qədər artacaq.

Pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin ötən illə müqayisədə artırılacağını bildiriblər. Birinci növ pambığın bir tonu 500 manat (2015-ci ildə 410 manat), ikinci növ 470 manat (2015-ci ildə 390 manat), üçüncü növ 440 manat (2015-ci ildə 370 manat), dördüncü növ isə 400 manata (2015-ci ildə 350 manat) qəbul ediləcək”.

Maliyyə Bazarlarına Nəzarət Palatasından nə gözləmək olar?05.02.2016

        Samir ƏliyevDövlət başçısının 3 fevral fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Fərmana görə, bir ay ərzində palatanın nizamnaməsi təsdiq ediləcək və uzağı Novruz bayramına qədər qurum fəaliyyətə başlayacaq. Yeni qurum Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılır, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulur. Göründüyü kimi, qurumun fəaliyyəti əsasən üç

Page 70: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

istiqamətdə qurulacaq: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. Bununla da palata ölkədə baş tənzimləyici səlahiyyətinə malik olacaq.

Çox məsuliyyətli bir dəyişiklikdir. Bu dəyişikliyin məğzi indi çox aktual olan riskin həllinə – ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında son vaxtlar yaranmış soyuq müharibə, onlardan zəif olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin isə “offsayd”da qalması maliyyə bazarının dayanıqlılığı üçün təhlükə yaradırdı. Bu baxımdan maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünü təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaq kimi də qiymətləndirmək olar. Hər bir halda bu addımı postneft dövrünün atılmış ən əhəmiyyətli addımı saymaq mümkündür. Siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması qarşılıqlı nəzarət baxımından da dünyada uğurla sınaqdan çıxan təcrübədir.

Dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar var. Bu institutlar Mərkəzi Bank – Maliyyə Nazirliyi – ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Həmin qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətlərə sahib olur.

Avropa İttifaqında bazarlara Avropa Mərkəzi Bankı ilə yanaşı Maliyyə Nəzarəti Federal İdarəsi nəzarət edir. Qurum bankların əməliyyatlarına müdaxilə etmir, onların fəaliyyəti üçün tənzimləyici norma müəyyənləşdirir. Çində tənzimləmə və nəzarət işlərini Qiymətli Kağızlar Bazarının Tənzimlənməsi üzrə Komissiya və Çin Xalq Bankı, Avstraliyada Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Komissiya və Rezerv Bankı görürlər. ABŞ-da bu işə eyni zamanda bir neçə qurum – Qiymətli Kağızlar və Bazarlar üzrə Komissiya, Təcili Birja Ticarəti üzrə Komissiya və Federal Ehtiyat Sistemi məsuldur. İsveçrə və Kanadada isə bu funksiyanı ayrıca bir qurum icra edir.

Hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir. Ən geniş yayılan model inteqrasiya olunmuş modeldir. Yəni son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilir. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlılığının və etibarlılığının artırılması, sistem risklərini minimuma

Page 71: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır.

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının işə başlaması maliyyə bazarındakı problemləri həll edə biləcəkmi? Hələ ki, bu barədə fikir söyləmək tezdir. Çünki palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Söhbət qurumun müəyyən normaları yaratmaq səlahiyyətinin olub-olmayacağından gedir.

Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onların arasında gərginlik bankların zərərinə işləyər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər.

Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə palatanın üzərinə düşəcək. Elə buna görə də Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müqayisədə palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq.

Dövlət Sosial Müdafiə Fondunun elektron xidmət statistikası05.02.2016

Ötən il Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığortası üzrə elektron xidmətindən 314 min 79 nəfər yararlanaraq elektron hesabatlar təqdim edib. Fondun məlumatına görə, hazırda iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə fondun yerli orqanlarındakı “yardım masaları”nın xidmətindən yararlanır.

Page 72: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“Elektron hökumət” portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətləri ən çox istifadə olunanlar sırasındadır. Məlumata görə, ötən il fondun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərə 2,7 milyondan artıq istifadəçi üz tutub. Bu, 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.

Rusiyanın xarici ticarət dövriyyəsi 33,2% azalıb05.02.2016

Rusiyanın Federal Gömrük Xidməti 2015-ci il üzrə xarici ticarət göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, açıqlamada xarici ticarət əməliyyatlarının həcminin 2014-cü illə müqayisədə 33,2% azalaraq 530,4 milyard dollara düşdüyü bildirilir.

Rəsmi hesabatda qeyd olunur ki, xarici ticarətdə müsbət saldo bir ildə 23,3% azalıb. 2014-cü ildə Rusiyanın xarici ticarət əməliyyatlarında 210,3 milyard dollar müsbət saldo olub, ötən il bu göstərici 161,4 milyard dollara düşüb.

Nazirlikdə kollegiya iclası05.02.2016

Page 73: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Fevralın 5-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Transparency.az-a verilən məlumata görə, iclasda çıxış edən nazir Səlim Müslümov hesabat dövründə sosial müdafiə, məşğulluğun təminatı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, peşə hazırlığı və peşəyönümü işin təşkili sahələrində tədbirlərin ölkə əhalisinin ümumilikdə 1,2 milyon nəfərdən çox hissəsini əhatə etdiyini bildirib: “Bu dövrdə ünvanlı dövlət sosial yardımlarının ünvanlılıq və şəffaflıq prinsipləri əsasında təyinatına ciddi nəzarət davam etdirilib və ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü illə müqayisədə 8773 ailə (38334 nəfər ailə üzvü) və ya 7,2% azalaraq 2015-ci il üzrə orta hesabla 112662 ailə (492337 nəfər ailə üzvü) təşkil edib. Bu yardımların bir ailəyə düşən orta aylıq məbləği isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 152,6 manata çatıb”.

Müslümov diqqətə çatdırıb ki, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması ötən il nazirliyin həyatında mühüm islahatlardan biri olub: “Ünvanlı dövlət sosial yardımı üçün elektron şəkildə ediləcək müraciətlərə baxılması üçün ailələrlə bağlı tələb olunan məlumat və arayışların elektron qaydada əldə edilməsi məqsədilə sistemdə “Elektron hökumət” portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyası nəzərdə tutulur. Artıq iki rayonda sınaq işlərinə başladığımız bu sistem yaxın vaxtlarda bütün ölkə üzrə tətbiq olunacaq”.

Tibbi-sosial ekspertiza və reabilitasiya xidmətindən bəhs edən nazir hesabat dövründə ilkin olaraq əlil və sağlamlıq imkanları məhdud hesab edilənlərin

Page 74: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

sayının 2014-cü illə müqayisədə 7254 nəfər azaldığını deyib: “İlkin əlillik müəyyən edilməsi məqsədilə əlillik müayinəsi aparılan şəxslərdən əlillik təyin olunanların çəkisi 2015-ci ildə əvvəlki illə müqayisədə 79,6%-dən 75,9%-ə enib. Ümumilikdə ötən il ilkin əlillik təyin olunan vətəndaşların sayında əvvəlki ilə nisbətən 3969 nəfər, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilən 18 yaşadək uşaqların sayında isə 3285 nəfər azalma olub. Təkrar əlillik müayinəsi aparılan şəxslərdən 5340 nəfəri tam, 3345 nəfəri hissəvi reabilitasiya edilib”.

Nazir bildirib ki, ötən il nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması əlilliyin müəyyən olunması sahəsində məmur-vətəndaş təmaslarının minimuma enməsinə və şəffaflığın təminatına hesablanıb: “Bununla bağlı texniki işlər artıq yekunlaşır. Əlillik müayinəsi üçün müraciət edən vətəndaşdan hər hansı xəstəlik sənədi tələb olunmayacaq və bu, müvafiq qurumun informasiya bazasından elektron qaydada əldə olunacaq. Əlillik müayinəsinin nəticəsinə dair məlumatın öyrənilməsi üçün isə vətəndaşlara artıq geniş imkanlar yaradılıb. Yəni vətəndaş həm nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən istifadə etməklə, həm də daha asan şəkildə, sadəcə telefonla nazirliyin 142 – “Çağrı mərkəzi”nə müraciət etməklə bu məlumatı əldə edə bilir”.

Sosial cəhətdən həssas qruplardan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, maddi təminatlarının gücləndirilməsi yönündə aparılan işlərdən bəhs edən Müslümov ötən il ümumilikdə 281 müharibə əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini, 132 mənzilli yaşayış binasının gözdən əlillərin, 120 mənzilli yaşayış binasının valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin istifadəsinə verildiyini bildirib.

Nazir bildirib ki, ötən il 463932 nəfərə aylıq və birdəfəlik sosial müavinət, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8% çox, yəni 54 623 nəfərə prezident təqaüdü ödənilib.

Ötən il 29 min nəfər işsiz və işaxtaran vətəndaşın münasib iş yerləri, 4117 nəfər şəxsin müvəqqəti xarakterli işlərlə təmin olunduğunu qeyd edən Müslümov 1626 nəfərin haqqı ödənilən ictimai işlərə, 2014-cü illə müqayisədə 9,5% çox, yəni 4147 nəfərin peşə hazırlığına cəlb olunduğunu, 114,5 mindən çox gəncə peşəyönümü məsləhətləri verildiyini bildirib.

Page 75: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Nazir həmçinin diqqətə çatdırıb ki, ötən il vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5,5 milyon manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.

Kollegiya iclasında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanovun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin hesabatları dinlənilib.

Bədbəxt iqtisadiyyatlar reytinqi05.02.2016

Bloomberg.com 2016-cı il üzrə bədbəxt iqtisadiyyatlar reytinqi tərtib edib. Reytinq işsizlik və inflyasiya göstəricilərinə əsaslanır.

63 ölkəni əhatə edən reytinq cədvəlinə görə, bu il iqtisadi cəhətdən ən bədbəxt ölkə Venesueladır. 2016-cı ildə bu ölkədə işsizliyin 7,7%, inflyasiyanın 152% olacağı ehtimal edilir.Novator.az xəbər verir ki, işsizlik və inflyasiya baxımından bədbəxt iqtisadiyyatlar reytinqinin ilk onluğunda Argentina, Cənubi Afrika Respublikası, Yunanıstan, Ukrayna, İspaniya, Serbiya, Türkiyə, Braziliya və Qazaxıstan da yer alır.

Rusiya reytinq cədvəlinin 14-cü pilləsində gəlir. Keçmiş SSRİ məkanından Litva 63 ölkə arasında 23-cü, Latviya 24-cü, Estoniya 40-cı yerdədir.

Bloomberg.com-un reytinq cədvəlinə görə, işsizlik və inflyasiya göstəriciləri sarıdan ən yaxşı vəziyyət Tailand, Sinqapur və İsveçrədədir.

Əmanətlərin böyük qismi xarici valyutadadır

Page 76: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

05.02.2016

Fevralın 5-də Azərbaycan Mərkəzi Bankı fiziki şəxslərin əmanətlərinin strukturunu açıqlayıb. Transparency.az xəbər verir ki, 2016-cı ilin ilk gününə əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti olub. Bunun 1 milyard 420,2 milyonu milli valyuta ilə əmanətlərin, 8 milyard 53,7 milyonu xarici valyuta ilə olan əmanətlərin payına düşüb.

Əmanətlərin 5 milyard 929 milyon manatını qısamüddətli əmanətlər təşkil edib.

Mərkəzi Bank regionlar üzrə əmanətlərlə bağlı da məlumat yayıb. Statistikaya görə, 2016-cı il yanvarın 1-nə əmanətlərin 8 milyard 867,2 milyon manatı Bakı şəhərinin payına düşür. Abşeron iqtisadi rayonu üzrə əmanətlərin məbləği 198 milyon 516,4 min manatdır.

Aran iqtisadi rayonunda əhali banklara 85 milyon 418,4 min manat, Dağlıq Şirvanda 14 milyon 620,2 min manat, Gəncə-Qazaxda 145 milyon 762,8 min manat, Quba-Xaçmazda 40 milyon 795,9 min manat, Lənkəranda 41 milyon 802,4 min manat, Şəki-Zaqatalada 36 milyon 870,7 min manat, Naxçıvanda 23 milyon manat yatırıb.

Rəsmi açıqlamaya görə, əmanətlər üzrə orta faiz dərəcəsi 7,4% olub.

Ötən il 13 nəfər dövlət qulluğundan azad edilmə cəzası alıb05.02.2016

Page 77: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Ötən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib (Qanun dövlət qulluqçusuna nələri yasaqlayır?). APA-nın xəbərinə görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə hesabatında belə deyilir.Hesabatda bildirilir ki, intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub: “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 404 intizam tənbeh tədbirindən 357-si töhmət, 27-si vəzifə maaşının azaldılması, 13-ü dövlət qulluğundan azad edilmə, 7-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı vəzifəyə keçirilmə olub”.

Qanun dövlət qulluqçusuna nələri yasaqlayır?30.07.2015

Azərbaycan qanunvericiliyi dövlət qulluqçuna hansı yasaqlar qoyur? Transparency.az bu suala “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanundan çıxarışlarla aydınlıq gətirir.

2007-ci il mayın 31-də imzalanmış, sonralar üç dəyişiklik və əlavəyə məruz qalmış qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Tənqidə məhdudiyyət var“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna görə, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

Tərəf tutmaq olmaz

Page 78: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

Qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.

Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

Hədiyyədən çəkinməliDövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna

Page 79: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Şəxsi maraq arxa plandaDövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

Yalnız qanuni göstərişlərQanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən

Page 80: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

İntizam məsuliyyətiEtik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

- qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

- kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

Nazirlər Kabineti dəmir yolu nəqliyyatında yeniliklərə qərar verib08.02.2016

Nazirlər Kabineti qiyməti (tarifi) dövlətin qərarı ilə tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında dəyişiklik edib. Fevralın 7-də dərc olunan qərarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən qurulması barədə prezident fərmanına (18 sentyabr 2015-ci il) istinad olunur, ölkə ərazisində yük və sərnişin daşıma qiymətləri tənzimlənən xidmətlərin siyahısından çıxarılır.

Page 81: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Transparency.az xəbər verir ki, Nazirlər Kabinetinin başqa bir qərarı ilə mərkəzi icra hakimiyyəti orqanlarının göstərdiyi elektron xidmət növlərinin siyahısı dəyişib. Yenilik dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının ləğvini nəzərdə tutur.

Manatın kursu qalxıb08.02.2016

Fevralın 8-də Mərkəzi Bank manatın dollara məzənnəsində dəyişiklik edib. 100 ABŞ dolları ötən həftənin son iş günü ilə müqayisədə ucuzlaşıb, 158 manat 53 qəpikdən 158 manat 19 qəpiyə düşüb.

Transparency.az xəbər verir ki, avronun kursu da fevralın 5-i ilə müqayisədə enib. 100 avro 176 manat 10 qəpiyə təklif olunur. Üç gün öncə 100 avro 177 manat 49 qəpiyə satılırdı.

“Böhrandan imkana” yol xəritəsində nələr təklif olunur?08.02.2016

Fevralın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirən Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Böhrandan imkana” adlı yol xəritəsi layihəsini təsdiqləyib. Bastainfo.com-un məlumatına görə, Milli Strateji Düşüncə Mərkəzinin müraciətində deyilir ki, ölkədə sosial-iqtisadi böhran gündən-günə

Page 82: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

dərinləşir: “Dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi korrupsiya və inhisarçılığın, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaradıb. Yarımçıq, ziddiyyətli, kosmetik addımları ilə əslində böhranın qarşısını almağa qadir olmadığını nümayiş etdirən hakimiyyət beynəlxalq maliyyə mərkəzlərindən borc almaq cəhdləri ilə gücsüzlüyünü etiraf etmiş oldu. Yanvar ayında bölgələrdə əhalinin etirazları aydın şəkildə nümayiş etdirdi ki, aksiyaların böyüməsi, sosial-iqtisadi gərginliyin ictimai-siyasi gərginliyə çevrilməsi zaman məsələsidir.

Uzun illərdən bəri sərgilədiyi məsuliyyətsiz davranışını böhran şəraitində də davam etdirən hakimiyyətdən fərqli olaraq demokratik düşərgə bu mərhələdə də son dərəcə yetkin və məsuliyyətli mövqe nümayiş etdirdi. Əhalinin spontan etiraz aksiyalarına mənəvi-siyasi dəstək və informasiya dəstəyi verən müxalifət bu prosesin xaosa aparmasında maraqlı olmadığını əməli şəkildə sübut etdi. Eyni zamanda demokratik qüvvələr böhranın dərinləşməsinin qarşısını almaq, əhalini böhranın zərbələrindən qorumaq, ölkədə iqtisadi prosesləri inkişaf istiqamətinə yönəltmək yollarını cəmiyyətə və hakimiyyətə göstərdilər. Müsavat Partiyasının böhrandan çıxış yolları barədə təkliflər paketi, AXCP-nin, REAL-ın, digər qurumların və müstəqil ekspertlərin bir çox təklifləri, tövsiyələri, ideyaları kifayət qədər cəlbedici, inandırıcı və diqqətəlayiqdir”.

MSDM hesab edir ki, təklif etdiyi yol xəritəsi əhalinin böhrandan qorunması, iş adamlarına azad iqtisadi fəaliyyət, demokratik qüvvələrə öz potensialını gerçəkləşdirmək imkanı, rejimə isə hakimiyyətin dinc və tədrici şəkildə xalqa təhvil vermək şansı yarada bilər.

“Böhrandan imkana” yol xəritəsində əhaliyə, xüsusən aztəminatlı təbəqələrə yardım məqsədi ilə zəruri qərarların qəbul edilməsinə, devalvasiya nəticəsində kəskinləşmiş işsizlik, aşağı maaşlar, kredit borcu və digər problemlərin həlli üçün təxirəsalınmaz addımlara çağırış yer alır. MSDM hökumətin korrupsiya və inhisarçılığa son qoymağa, azad iqtisadiyyatın formalaşmasına, kiçik və orta biznesin dirçəldilməsinə, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrinin inkişafına münbit şəraitin yaranmasına yönəlmiş ilkin addımlar atmasını zəruri hesab edir.

Təcili siyasi tədbirlər bölümündə isə bu təkliflər var:

Page 83: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

- Siyasi məhbusların azad edilməsi, siyasi azadlıqların bərqərar edilməsinə, qeyri-hökumət təşkilatlarının və medianın normal fəaliyyətinə, siyasi partiyaların azad, bərabər hüquqlu rəqabətinə imkan yaradacaq addımlar atılması;

- Xarici siyasət sahəsində beynəlxalq birliyə yönəlmiş prinsipial mesajlar verilməsi: Azərbaycanda əsas siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməsi; Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq ölkənin avroatlantik inteqrasiya istiqamətində addımlar atacağının bəyan edilməsi, Avropa İttifaqına, NATO-ya üzvlüklə bağlı müraciət edilməsi və Dünya Ticarət Təşkilatı ilə üzvlük danışıqlarının sürətləndirilməsi;

- 2016-cı ilin fevralında yeni konstitusiya (və ya konstitusiyaya əlavə və dəyişikliklər) layihəsinin hazırlanması məqsədilə Konstitusiya Komitəsi yaradılması;

- 2016-cı ilin yazında yeni konstitusiya (və ya konstitusiyaya əlavə və dəyişikliklər) üçün referendum keçirilməsi;

- 2016-cı ilin ikinci yarısında parlament seçkisinin keçirilməsi;

- 2017-ci ildə prezident seçkisinin keçirilməsi.

Transparency.az bildirir ki, Milli Strateji Düşüncə Mərkəzinə İsa Qəmbər sədrlik edir. Milli azadlıq hərəkatının liderlərindən olan İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri postunu tutub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib, 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı olub.

20 milyonluq manat, 12 milyonluq dollar istiqrazı satılıb08.02.2016

Page 84: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışı ilə bağlı rəsmi məlumat yayıb. Qeyd olunur ki, fevralın 5-i manat və ABŞ dollarında olan dövlət istiqrazları “Bakı Fond Birjası” QSC-də hərraca çıxarılıb: “Ümumi həcmi 12 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə alınıb. Eyni zamanda ümumi həcmi 20 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib”.

Məlumata görə, Maliyyə Nazirliyi ilin sonunadək ümumi həcmi 500 milyon ABŞ dolları və 400 milyon manat məbləğində dövlət istiqrazları üzrə mütəmadi hərracların keçirilməsini təmin edəcək.

Məşğulluq siyasəti: Bakıda təlim-seminar başlayıb08.02.2016

Fevralın 8-i Bakıda “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri çərçivəsində “Məşğulluq siyasəti” mövzulu təlim-seminar başlayıb. Tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) təşkil edib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, dörd gün davam edəcək təlim-seminarın açılışına aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, Milli Məclisin, sosial tərəfdaşların, BƏT-in, BMT-nin Əhali Fondunun, Dünya Bankının və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

Page 85: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Azərbaycanda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, əmək bazarında sabitliyin təmin edilməsi, rəqabətə davamlı kadr potensialının formalaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, sosial məsuliyyət prinsipi əsasında sosial tərəfdaşlığın gücləndirilməsi dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətlərini təşkil edir: “Ötən dövrdə həyata keçirilən dövlət məşğulluq siyasəti, 1,5 milyondan çox yeni iş yerinin açılması nəticəsində işsizlik səviyyəsinin 2006-cı ildə 7,4%-dən 2015-ci ildə 4,9%-dək azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Həmçinin əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması üçün müvafiq tədbirlər həyata keçirilib”.

Nazir Azərbaycanın Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biri olduğunu qeyd edib: “Azərbaycanda 2005-2015-ci illə ərzində əhalinin sayı 13,6 faiz artıb. Hazırda əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır. Ölkə əhalisinin 28,1% faizini 15-29 yaşda gənclər təşkil edir və demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər olub”.

Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının hazırlanmasına toxunan nazir deyib: “Dövlət başçısının tapşırığının icrası olaraq konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq dövlət orqanlarının, sosial tərəfdaşların, qeyri-hökumət təşkilatlarının, ümumilikdə 21 qurumun nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur”.

Konsepsiyanın prioritet istiqamətlərinin də müəyyən olunduğunu qeyd edən Müslümov diqqətə çatdırıb ki, bu istiqamətlər sırasına makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir: “Həmçinin rəqabətə davamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyətin artırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsi və digər prioritet istiqamətlər yeni konsepsiyada əhatə olunacaq”.

Page 86: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Təlim-seminarda Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, BƏT-in məşğulluq siyasəti şöbəsinin sektor müdiri Aurelio Parisotto çıxış ediblər. Tədbir çərçivəsində keçiriləcək sessiyalarda əmək bazarında mövcud vəziyyət, məşğulluq problemləri və sosial tərəfdaşlarla birgə onların həll olunması yolları, məşğulluq siyasətinin formalaşdırılması üçün prioritetlərin müəyyən olunması, əmək bazarının inkişafı üzrə proqramların tərtibi və s. mövzularda beynəlxalq ekspertlərin iştirakı ilə təhlil və müzakirələrin aparılması nəzərdə tutulur.

Valyuta hərracına 6 bank qatıldı08.02.2016

Mərkəzi Bank fevralın 8-də keçirilən valyuta hərracı barədə məlumat yayıb. Məlumata görə, Mərkəzi Bank satışa 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Hərraca qatılan 6 bankın məcmu tələbi 11,9 milyon ABŞ dolları olub, sifarişlər 100 faiz təmin edilib.

Banklar iqtisadiyyata nə qədər pul qoyub?08.02.2016

Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı statistika açıqlayıb. Transparency.az xəbər verir ki,

Page 87: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

açıqlamaya görə, 2015-ci ildə banklar iqtisadiyyata 21 milyard 718 milyon manat krediti ayırıb.

Bunun 7 milyard 289 milyon manatı (33,6 faizi) dövlət banklarının payına düşür.

Özəl bankların iqtisadiyyata ayırdığı kredit 13 milyard 862 milyon manatdır (63,8 faiz).

Qeyri-bank kredit təşkilatları 2015-ci ildə iqtisadiyyata 566 milyon manat ayırıb, bu da ümumilikdə kredit qoyuluşlarının 2,6 faizi edir.

2014-cü ildə bankların iqtisadiyyata qoyduğu sərmayənin həcmi 18 milyard 542 milyon olub.

Vaxtı keçmiş kreditlərin məbləği milyard yarımı keçib08.02.2016

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 508 milyon 500 min manata çatıb. Transparency.az xəbər verir ki, Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir. Hesabat 2015-ci ilin sonuna olan vəziyyəti əhatə edir.

2014-cü ildə vaxtı keçmiş kreditlərin məbləği 976 milyon 300 min manat idi. 2015-ci ildə məbləğ 532 milyon 200 min manat artıb.

2015-ci ildəki problemli kreditlərin 840 milyon 200 min manatı milli valyutada olan kreditlərdir. Xarici valyutada olan kreditlərə gəlincə, bu sahədə vaxtı keçmiş kreditlər 2014-cü illə müqayisədə 208 milyon 800 min manatdan 668 milyon 300 min manata yüksəlib.

Page 88: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

2015-ci ilin yanvar ayında xarici valyutada olan kreditlərin 204 milyon 400 min manatı vaxtı keçmiş kreditlər olub. Devalvasiyanın başlandığı fevral ayında bu rəqəm 314 milyon 500 min manata qalxıb, yüksələn xətt üzrə gedib, oktyabr və noyabr aylarında düşmə qeydə alınıb, ilin sonunda isə kəskin çoxalma baş verib.

Səhiyyə Nazirliyi imtahan statistikası açıqlayıb08.02.2016

Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi ilə bağlı hesabat açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, 2015-ci ildə ümumilikdə 11607 şəxsi əhatə etmiş sertifikasiya imtahanları keçirilib. Ötən il 85-i ali təhsilli əczaçı olmaqla 3638 nəfər ali təhsilli mütəxəssis sertifikasiya imtahanı verib. İmtahan verənlərin 7969 nəfəri orta təhsilli şəxslərdir. Onların 26 nəfəri əczaçılıq fəaliyyəti ilə məşğul olub.

Hesabata görə, test imtahanlarında iştirak edənlərin əksəriyyəti terapiya, pediatriya, stomatologiya, cərrahiyə ixtisasları üzrə müraciət edənlərdir. Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.

Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.

Nazirlik dərslik layihələrini ictimai müzakirəyə çıxardı08.02.2016

Page 89: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəy kampaniyasına başlayıb. Rəsmi açıqlamada deyilir ki, 2016-2017-ci tədris ilində ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcək: “Çapa verilməzdən öncə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir. Sayta daxil olub “Bütün siyahı” düyməsini basdıqda yerləşdirilən bütün dərslik layihələri ilə tanış olmaq mümkündür. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud [email protected] elektron poçtuna göndərməklə bildirmək olar.Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.

Baş prokurorun illik hesabatı08.02.2016

2015-ci ildə prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verən 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 7 nəfər sistemdən çıxarılıb. Baş prokuror Zakir Qaralov illik məruzəsində belə deyib. Onun sözlərinə görə, ötən il Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti ilə birgə

Page 90: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

istintaq-əməliyyat tədbirləri nəticəsində 203 qəsdən adam öldürmə cinayətindən 194-nün isti izlərlə açılması təmin olunub: “Həmin cinayətlərin 95,5%-i açılıb. 2014-cü illə müqayisədə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə, açılmamış bu xarakterli cinayətlərin sayı isə 3 hadisə azalıb”.

Zakir Qaralov bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi “Müsəlman birliyi” adlı qurumun rəhbəri Taleh Bağırov və başqalarının istintaqını aparır: “Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Taleh Bağırov və onun rəhbərlik etdiyi qurumun təşkilatlanması və silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaları müəyyən edilib, mütəşəkkil dəstənin Bakı şəhəri və ətraf kəndlərdə 57 nəfər, Gəncə şəhəri və digər rayonlarda 11 nəfər fəal silahlı üzvü aşkar olunaraq həbs edilib”.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi və yol verilmiş digər qanunsuzluqlarla bağlı cinayət işindən söz açan baş prokuror deyib ki, iş üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib: “Həmin iş üzrə 130 epizod araşdırılıb, cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb”.

Zakir Qaralovun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2015-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlayaraq məhkəmələrə göndərib.

Baş prokuror fevralın 5-də keçirilən kollegiya iclasında əlavə edib ki, bu il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi süni qiymət artımı ilə əlaqədar 12 cinayət işi başladıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Zakir Qaralov deyib ki, 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 656 gənc hüquqşünas prokurorluğun kadr tərkibinin 58 faizini təşkil edir.

Page 91: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Dollar 1 manat 58 qəpikdən aşağı düşdü09.02.2016

Mərkəzi Bank Azərbaycan manatının ABŞ dollarına məzənnəsini qaldırıb. Fevralın 9-da 1 dollar ötən günlə müqayisədə ucuzlaşaraq 1,5819 manatdan 1,5787 manata düşüb.

Transparency.az xəbər verir ki, avronun kursu fevralın 8-i ilə müqayisədə yüksəlib. 1 avro 1,7695 manata təklif olunur. Ötən gün rəsmi məzənnə 1,7610 manat idi.

Digər valyutalara gəlincə, fevralın 9-da 1 ingilis funt sterlinqi 2,2765 manata, 1 İsveçrə frankı 1,6034 manata, 1 Küveyt dinarı 5,2583 manata, 1 Rusiya rublu 0,0201manata, 1 türk lirəsi 0,5344 manata satılır.

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb09.02.2016

Vergilər Nazirliyi Kollegiyasının iclası keçirilib. Taxes.gov.az xəbər verir ki, kollegiyada Vergilər Nazirliyində aparılan struktur islahatları da müzakirə olunub.

Page 92: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov dövlət başçısının tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mövcud vergi potensialının büdcəyə tam həcmdə cəlb olunması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığında çevikliyə nail olunması məqsədilə nazirliyin bir sıra struktur vahidlərində kadr və struktur dəyişikliyinin aparıldığıını qeyd edib. Nazirin əmri ilə Vergilər Nazirliyi Aparatında vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə yeni baş idarə yaradılıb, Beynəlxalq Münasibətlər və Maliyyə İnstitutlarında Vergi Monitorinqi idarələri mövcud ştat vahidləri hesabına bir baş idarədə birləşdirilib, bəzi struktur vahidlərinin rəhbərliyində dəyişikliklər aparılıb, bir neçə müşavir vəzifəsi ləğv edilib.

Fazil Məmmədov nazirliyin strukturunda funksiyaların təkrarlanmasına yol verilməməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi, nəzarət sisteminin və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Neft yenə ucuzlaşdı09.02.2016

AZƏRTAC-ın 9 fevral məlumatına görə, dünya birjalarında neft yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 29,97 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 32,89 dollara düşüb.

“AzəriLayt” markalı neftin bir barreli bu gün 34,26 dollara satılır.

Transparency.az bildirir ki, 2015-ci ilin eyni günündə Nyu-York birjasında neft 51,69 dollara, London birjasında 57,80 dollara idi. 2015-ci il fevralın 9-da “AzəriLayt” markalı neftin bir barreli London birjasında 60,07 dollara təklif olunurdu.

2014-cü ilin fevralında isə “AzəriLayt” 109,71 dollara satılırdı. İki ildə 75 dollar 45 sent ucuzlaşma var.

Page 93: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

İcbari tibbi müayinə statistikası açıqlanıb09.02.2016

Səhiyyə Nazirliyinin mətbuat xidməti bəyan edib ki, 1 iyun 2015-ci ildən bu il fevralın əvvəlinədək nikaha daxil olmaq istəyən 94400 nəfər icbari tibbi müayinədən keçib. 31 dekabr 2015-ci ilədək müayinələrdən keçmiş 84600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar üzə çıxıb. Keçən il müayinədən keçmiş 5534 nəfərin talassemiya daşıyıcısı olduğu bilinib, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkar olunub.

Bu ilin yanvar ayı ərzində 9800 nəfər tibbi müayinədən keçib. 246 nəfərin talassemiya daşıyıcısı olduğu üzə çıxıb, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkarlanıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Ailə Məcəlləsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.

Nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

DSMF-də qeydiyyat: ilin əvvəlindən 0,33 faiz artım var09.02.2016

Page 94: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

2016-cı il fevralın 1-nə olan statistikaya əsasən, yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu 10 514 sığortaolunana fərdi şəxsi hesab açıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olanların sayı 0,33 faiz artıb, 3 milyon 190 min 668 nəfərə yüksəlib.

Dövlət Sosial Müdafiə Fondunun rəsmi hesabatına görə, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22 faizi kişi, 40,78 faizi qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir: 801 289 nəfər.

Ömürlük prezident referendumu mayın 22-də olacaq09.02.2016

Tacikistan parlamentinin aşağı palatası konstitusiyaya dəyişikliklər referendumunun keçirilməsi haqda qanun qəbul edib. Referendum bu il mayın 22-də olacaq.

Novator.az xəbər verir ki, ana qanunda dəyişikliklər indiki dövlət başçısı İmaməli Rəhmana qeyri-məhdud sayda prezident seçilmək imkanı yaradır.

Parlamentin aşağı palatası konstitusiyaya düzəlişlər layihəsini yanvarın 22-də təsdiqləyib. Layihə fevralın 4-də Konstitusiya Məhkəməsindən keçib.

Page 95: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Konstitusiya yeniliyi təsdiqlənərsə, İmaməli Rəhman 2020-ci ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürə biləcək.

İmaməli Rəhman Tacikistana 1992-ci ildən rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur.

Lisenziyaları asanlaşdıran, zərərli idxalı cilovlayan qanunlar qəbul olunur09.02.2016

Fevralın 9-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Lisenziyalar və icazələr haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihələri müzakirə olunub.

Komitə sədri Ziyad Səmədzadə “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi haqqında danışaraq deyib ki, layihə Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin ayrı-ayrı fəaliyyət növlərini və hərəkətlərini (tədbirlərini) həyata keçirməsi üçün xüsusi razılıq (lisenziya) və icazə verilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, qanun layihəsi sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması, qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanaraq Milli Məclisə təqdim olunub.

Qanun layihəsi ikinci oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Page 96: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi zərərvurma təhlükəsi yaradan dempinqli və yaxud subsidiyalaşdırılan idxala, həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və yaxud ciddi zərərvurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyir.

Beş fəsil, 31 maddədən ibarət qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nazirin məhkəməyə çağırılması barədə vəsatət keçmədi09.02.2016

Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin mühakiməsini davam etdirir. Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev fevralın 9-da keçirilən prosesdə deyib ki, tibbi ekspertizanın rəyində ziddiyyət var. O, səhiyyə naziri Oqtay Şirəliyevin məhkəməyə dəvət olunmasını istəyib. Hakimlər vəsatəti təmin etməyib.

APA-nın məlumatına görə, təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev həkimlərin və əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Bu vəsatət də keçməyib. İlkin ekspertizanı keçirən Hadi Hüseynov və komisyon ekspertizanı keçirən Ziyafəddin Məmmədovun prosesə çağırılıb dindirilməsi barədə vəsatət isə təmin olunub.

Page 97: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Proses fevralın 16-da davam etdiriləcək.

ANN.TV-nin reportyoru olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.

Page 98: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Böhran Rusiyada əmək haqlarına necə təsir edib?09.02.2016

2015-ci ildə Rusiyada real əməkhaqqı məbləği iqtisadiyyatın zəiflədiyi 2009-2010 böhranı ilə müqayisədə 9,5% azalıb. Novator.az xəbər verir ki, Rusiyanın əmək naziri Maksim Toplin Avropa Biznesi Assosiasiyasının nümayəndələri ilə görüşdə belə deyib.

Toplin real əməkhaqqının ötən böhranla müqayisədə kəskin azaldığını vurğulayıb: “2000-ci illərin sonunda əmək haqları belə azalmamışdı”.

Nazir əvvəlki böhranla müqayisədə əmək bazarında sakitliyin hökm sürdüyünü də qeyd edib. O, işsizlərin sayının 2009-2010-cu illərin böhranı ilə müqayisədə 10 dəfə az olduğunu deyib.

Prezident Administrasiyasının şöbə müdiri idarəçilikdə yeniliklər anonsu verdi09.02.2016

Page 99: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AZƏRTAC-a müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik.

- Ötən ilin dekabrında “Publik hüquqi şəxslər haqqında” qanun qəbul edilib və Azərbaycanda yeni struktur – publik hüquqi şəxs yaradılır. Bununla bağlı məlumat verməyinizi xahiş edirik.

- Publik hüquqi şəxslər doktrinası hüququn digər doktrinaları ilə müqayisədə daha gəncdir. Mülki hüququn digər konsepsiyalarının, digər anlayışlarının min illik tarixi olsa da, publik hüquqi şəxs doktrinası təxminən 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində yaranıb. XIX əsrin axırından bir çox Avropa ölkələrində tətbiq olunub və nəhayət, 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya Mülki Məcəlləsində öz əksini tapıb.

Keçmiş SSRİ məkanında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada, Moldovada və Baltik ölkələrində qəbul olunub. Bir sıra ölkələrdə, məsələn, Yunanıstanda publik hüquqi şəxslərə konstitusion status verib.

Ümumiyyətlə, dövlət idarəetməsi bir sistem olaraq daim inkişafdadır. Bildiyiniz kimi, dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Burada heç bir dəyişiklik və düzəliş etmək mümkün deyil. Ona görə ki, bu, aksiomatik bir modeldir. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə

Page 100: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə başqa bir ödəniş tələb etməməlidir. Burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara, məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindəki müxtəlif laboratoriyaları, Əmlak Məsələləri Dövlət Komitəsində yer quruluşu işlərinin aparılması ilə bağlı xidmətləri aid etmək olar. Belə qurumların sayı kifayət qədərdir və onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyaları həyata keçirir. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir.

Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq onun kifayət qədər imtiyazı var. Birincisi, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Üçüncüsü, publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər, onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.

İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir. Məsələn, Almaniyada və digər Qərbi Avropa ölkələrində dəmir yolu korporasiyaları publik hüquqi şəxsdir. Yaxud Almaniya və Fransada mərkəzi banklar da publik hüquqi şəxsdir. Ona görə ki, onların funksiyaları dövlət hakimiyyəti orqanı funksiyalarından fərqlidir. Dövlət orqanı heç bir halda kredit verə və faiz hesabına gəlir götürə bilməz. Bu, dövlət hakimiyyətinin funksiyası deyil. Ona görə də həmin ölkələrdə mərkəzi banklar publik hüquqi şəxsdir.

Publik hüquqi şəxs Azərbaycan üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar

Page 101: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin.

- Prezident İlham Əlıyevin fərmanı ilə publik hüquqi şəxs — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Palatanın nizamnaməsi və strukturunun hazırlanması ilə bağlı işlər nə yerdədir?

- Nizamnamə layihəsi üzərində iş aparılır. Publik hüquqi şəxs statusunda yaradılan bu qurum özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək. Qeyd edim ki, heç bir dövlət orqanı özünü maliyyələşdirə bilməz və bütün xərclərini dövlət büdcəsi hesabına ödəyir. Lakin bu palata tam müstəqildir, dövlət büdcəsindən heç bir asılılığı yoxdur. Cənab prezidentin tapşırığı ilə bu qurumun nizamnaməsinin layihəsi bir aya hazır olacaq.

- Yeni qurumun funksiyaları ilə Mərkəzi Bankın funksiyaları üst-üstə düşməyəcək ki?

- Bütün funksiyalar bölünəcək. Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur.

“Mərkəzi Bank haqqında” qanunda bildirilir ki, Mərkəzi Bank dövlət orqanıdır. Belə olduğu halda o hansı hakimiyyət qoluna aiddir: qanunvericilik, icra və ya məhkəmə? Bəlkə bu, dövlət nəzəriyyəsində bir inqilabdır və yeni hakimiyyət qolunun ixtirasıdır? Azərbaycanın Konstitusiyasında Mərkəzi Bank heç bir dövlət hakimiyyəti qoluna aid edilməyib, ona görə ki, o, dövlət orqanı deyil. Məsələn, Rusiyada Mərkəzi Bank hüquqi şəxsdir. Əgər Azərbaycanda Mərkəzi Bank dövlət hakimiyyəti orqanıdırsa, onun işçilərinin vəzifələri də dövlət qulluqçularının təsnifatında olmalıdır. Lakin bu təsnifatda belə vəzifələr yoxdur. Əgər Mərkəzi Bank dövlət orqanıdırsa, dövlət hakimiyyəti orqanı məgər kredit verə bilərmi? Kreditlərdən faiz götürə bilərmi? Əlbəttə, yox. Deməli, Mərkəzi Bank dövlət hakimiyyəti orqanı deyil, dövlət hakimiyyətini həyata keçirməyən dövlət orqanı isə özü-özünü inkar edir.

Başqa misallar da gətirim. Azərbaycandakı 44 dövlət orqanının əsasnamələrində yazılıb ki, onlar ya mərkəzi icra hakimiyyəti orqanıdır, ya da onların statusu mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulur. Konstitusiyaya əsasən, bu

Page 102: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

qurumların rəhbərləri hökumətin üzvüdürlər. Hökumət üzvü funksiyalarını istənilən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin həyata keçirdiyinə baxsaq, bu funksiyaların kifayət qədər dar çərçivədə olduğunu görərik. Bunlar nazirlər, komitə sədrləri və bir sıra xidmət rəhbərləridir, misal üçün Dövlət Sərhəd Xidmətinin rəhbəri. Digərlərinin funksiyalarına baxsaq – məsələn, bu yaxınlarda ləğv olunan Dövlət Satınalmalar Agentliyi – görərik ki, onun statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər tutulurdu. Halbuki bu orqan satınalmaların təşkili və tenderlərlə məşğul olurdu. Sual yaranırdı ki, bu struktur hansı icra hakimiyyəti funksiyalarını həyata keçirir və hansı sahəyə rəhbərlik edirdi? Əslində belə qurumlar publik hüquqi şəxs olmalıdır. Onların icraedici funksiyaları yoxdur. Bu cür orqanlara mərkəzi icra hakimiyyəti orqanının statusunun verilməsi əlacsızlıqdan irəli gəlmişdi. Nazirlər Kabinetindən başqa idarəetmədə yalnız iki növ icra hakimiyyəti orqanı var – mərkəzi və yerli.

- Gözləmək olarmı ki, Nəzarət Palatası yaranandan sonra digər sferalarda, məsələn, təhsildə də publik hüquqi şəxs yaransın?

- Bəli, yarana bilər. Məktəblərin və ali təhsil müəssisələrinin nizamnamələrinə yenidən baxılır. Heç bir ölkədə universitetlər və təhsil ocaqları qeyri-kommersiya təşkilatı deyil. Ali təhsil ocaqları cəmiyyət və dövlət üçün çox mühüm bir sahə olan təhsillə məşğuldurlar. Qeyri-kommersiya fəaliyyəti isə tamamilə başqa bir sahədir. Orada bu cür məsuliyyət yoxdur.

- Yəni pulsuz təhsil olmayacaq?

- Yox, pulsuz təhsil də olacaq. Publik hüquqi şəxslər həm pullu, həm də pulsuz xidmət göstərə bilər. Dediyim kimi, onlar büdcədən maliyyələşə və maliyyələşməyə də bilər. Bu, dövlət idarəetməsində yeni tələbatları ödəyə biləcək çox çevik, elastik bir formadır ki, dövlətin imkanlarını daha da genişləndirir.

- Bununla bağlı yəqin ki, qanunvericilikdə də dəyişikliklər ediləcək.

- Əlbəttə, cənab prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, mövcud qanunvericiliyi onun imzaladığı müvafiq sənədlərə uyğunlaşdırılmasına dair təkliflərini təqdim etsin. Layihələr hazır olduqdan sonra, zərurət yaranarsa, Milli Məclisə təqdim ediləcək.

Page 103: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Milli Məclisin komitə sədri Ədliyyə Nazirliyini fəal olmağa çağırıb09.02.2016

Fevralın 9-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə vətəndaşların müraciəti haqqında danışaraq deyib ki, ötən il ümumilikdə 2093 müraciətə baxılıb: “107 müraciət tam, 20 müraciət isə qismən təmin olunub. Daxil olan müraciətlərdən 65-i hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib”.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bələdiyyələrin qanunvericilik səviyyəsində qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrup yaradılıb. APA-nın məlumatına görə, işçi qrupa regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib. Qrupa deputat Rüstəm Xəlilov rəhbərlik edəcək. Qrup bələdiyyə qanunvericiliyinə əlavə və dəyişikliklərlə əlaqədar təkliflər hazırlayacaq.

Arif Rəhimzadə qeyd edib ki, Bələdiyyələrlə İş Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır: “Artıq 16 ildir bələdiyyələr yaradılıb, fəaliyyət göstərir və müəyyən problemlərlə üzləşirlər. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də artıq bələdiyyələrin fəaliyyətinə başqa nöqteyi-nəzərdən yanaşmalıdır. Mərkəz bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır. Bu problemlərin bir hissəsinin həlli qanunvericiliklə bağlıdır və yaradılan işçi qrup bu məsələlərlə məşğul olacaq. Ancaq bələdiyyələrin

Page 104: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

fəaliyyətinə elə maneələr var ki, bunu Ədliyyə Nazirliyi digər nazirliklərlə qarşılıqlı şəkildə birgə aradan qaldıra bilər.

Bir məqamı da qeyd etmək istəyirəm. Telekanallarda bələdiyyələrlə bağlı bir veriliş yoxdur. İndiyə qədər Bələdiyyələrlə İş Mərkəzi ayda bir dəfə, iki dəfə belə bir verilişin hazırlanması üçün telekanallara müraciət edibmi? Müraciət edibsə, nəticəsi nə olub? Elə Milli Məclis də televiziyalara müraciət etməyib.

Ümumiyyətlə, ayrılıqda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi deyil, Ədliyyə Nazirliyi bütövlükdə bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalıdır. Biz hamımız bələdiyyələrə dəstək verməliyik”.

Ünvanlı sosial yardım göstəriciləri bəlli olub09.02.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, yanvar ayında 105497 aztəminatlı ailə (453372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Həmin ailələrin 29598-i və ya 28 faizi tərkibində üç və daha çox uşağı olan ailələrdir.

Ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 216529 nəfəri (47,7 faiz) yaşı 18-dək olan şəxslərdir. Qeyd olunan ailələrdə 5151 nəfər 1 yaşadək uşaq var, onların hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq aylıq sosial müavinət də ödənilir. Həmin müavinətin məbləği fevralın 1-dən 10 faiz artırılıb.

Page 105: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Yanvar ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 152 manata çatıb.

İqtisadiyyat Nazirliyi sahibkarlara yeni güzəştlər qərarı verib10.02.2016

İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, bu mənfi təsirləri minimuma endirmək istiqamətində görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə danışıb. İqtisadiyyat Nazirliyinin ötən il gördüyü işlərdən söz açan nazir qeyd edib ki, dövlət proqramlarının icrası davam etdirilib, bu çərçivədə müxtəlif sahələrdə layihələr həyata keçirilib: “Ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb”.

İclasda Azərbaycan prezidentinin kənd təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxladığı, sonuncu müşavirələrdə də kənd təsərrüfatı məhsulları ilə təminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verildiyi qeyd edilib. Bildirilib ki, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox sahədə

Page 106: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır, ötən illə müqayisədə 2 dəfədən çox sahədə isə tütün əkiləcək.

Nazir deyib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir: “Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda ilk mərhələ üzrə işlər yekunlaşmaq üzrədir”.İclasda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması imkanlarının araşdırılması barədə tapşırıqlar verilib.

Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsi, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri də müzakirə edilib. Vurğulanıb ki, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilıb, lisenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb, həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda isə dövlət rüsumu 4 dəfə az ödəniləcək.

İclasda qeyd olunub ki, prezident İlham Əliyevin təşəbbüsü ilə “Dövlət satınalmaları haqqında” qanunda edilmiş dəyişikliyə uyğun olaraq yerli sahibkarlara güzəştin 20%-dək yüksəldilməsi onların tender layihələrini qazanmaq imkanlarını artırmaqla yerli istehsalın genişlənməsinə əlavə dəstək verəcək.

Qeyri-neft məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Qeyd edilib ki, ötən il Azərbaycandan xarici ölkələrə 2477 adda məhsul ixrac olunub, bu isə əvvəlki illə müqayisədə 15,2% çoxdur. Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. İndiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.

Avro bahalaşıb10.02.2016

Page 107: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

Fevralın 10-da Azərbaycan Mərkəzi Bankı manatın ABŞ dollarına məzənnəsini dəyişib. 1 dollar ucuzlaşaraq 1,5787 manatdan 1,5702 manata düşüb.

Transparency.az xəbər verir ki, avronun kursu fevralın 9-u ilə müqayisədə qalxıb. 1 avro 1,7734 manata satılır. Ötən gün rəsmi məzənnə 1,7695 manat olub.

Tələbə təqaüdlərinə edilən dəyişikliklər müzakirə olunub10.02.2016

Fevralın 9-u Təhsil Nazirliyində ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktorları və mühasibləri ilə görüş keçirilib. Görüşdə tələbə təqaüdlərinə edilən dəyişikliklər müzakirə olunub.

Edu.gov.az-ın məlumatına görə, görüşdə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılmasını nəzərdə tutan prezident sərəncamından (Prezident tələbələrə və şagirdlərə verilən təqaüdləri artırdı) irəli gələn vəzifələr izah olunub. Bildirilib ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.Sərəncama müvafiq olaraq Nazirlər Kabinetinin qərarı ilə təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydası təsdiq olunub. Yeni qaydalara əsasən, birinci yarım ildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Nazirliyin fikrincə, yeni qaydalar aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaratmaqla

Page 108: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

yanaşı təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək.

Azərbaycan nefti 33 dollardan aşağı düşüb10.02.2016

Page 109: Manat möhkəmlənib - Transparency Azerbaijantransparency.az/alac/files/fevral (1) 2016.docx · Web viewBakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə

“AzəriLayt” markalı neftin bir barreli 1,65 dollar ucuzlaşaraq 32,61dollara düşüb. Xəbəri fevralın 10-da AZƏRTAC yayıb.

Məlumata görə, dünya birjalarında ucuzlaşma davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 28,53 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 30,97 dollara enib.

Transparency.az bildirir ki, Azərbaycanın 2016-cı il büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb. Hazırda dövlət büdcəsində dürüstləşmə aparılır və neftin baza qiyməti 25 dollardan hesablanacaq.