Əlverişli təbii-coğrafi şəraiti olan azərbaycan ərazisi … · web viewn az ə rbaycana...

43
Bəxtiyar Tuncay Ədalət Tahirzadənin qeydləri ən yeni tariximizi öyrənmək üçün ən etibarlı mənbələrdən biri kimi Dövrün ab-havasını daha dərindən başa düşmək üçün Ə. Tahirzadənin qeydləri də çox önəmlidir. Alim özünün «Meydan hərəkat: 4 il, 4 ay» adlı kitabının I fəslində yazır: « Bu g ü n 1988- inci il fevral ı n 27- sidir . Respublika q ə zetl ə rind ə “ Sov . İ KP MK - n ı n Ba ş katibi M . S . Qorba ç ovun Az ə rbaycan v ə Erm ə nistan z ə hm ə tke ş l ə rin ə, xalqlar ı na m ü raci ə ti d ə rc edilib . M ü raci ə td ə deyilir : Da ğ l ı q Qaraba ğ da v ə onun ə traf ı nda hadis ə l ə rl ə ə laq ə dar olaraq siz ə m ü raci ə t edir ə m ”. S ə n ə d bu c ü ml ə il ə bitir : “ A ğı l v ə kamalla h ə r ə k ə t etm ə k m ə qam ı d ı r ”» ( 9 ).

Upload: others

Post on 01-Jan-2020

12 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Bəxtiyar Tuncay

Ədalət Tahirzadənin qeydləri ən yeni tariximizi öyrənmək üçün ən etibarlı mənbələrdən biri kimi

Dövrün ab-havasını daha dərindən başa düşmək üçün Ə. Tahirzadənin qeydləri də çox önəmlidir. Alim özünün «Meydan hərəkat: 4 il, 4 ay» adlı kitabının I fəslində yazır: «Bu gün 1988-inci il fevralın 27-sidir. Respublika qəzetlərində “Sov. İKP MK-nın Baş katibi M. S. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciəti” dərc edilib. Müraciətdə deyilir: “Dağlıq Qarabağda və onun ətrafında hadisələrlə əlaqədar olaraq sizə müraciət edirəm”. Sənəd bu cümlə ilə bitir: “Ağıl və kamalla hərəkət etmək məqamıdır”» (9).

Ədalət Tahirzadə

Page 2: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Görəsən, Dağlıq Qarabağda nə olmuşdu? 1982-ci ildə “Oqonyok” jurnalında (№ 50) belə bir yazı getmişdi ki, (müəllifi Aşot Arzumanyan), heykəltaraş Akop Gürcüyan Şuşa şəhərində - Ermənistanın gözəl guşəsi Dağlıq Qarabağın mərkəzində anadan olub. 10 fevral 1983 tarixdə isə “Komsomolskaya pravda” qəzetində dərc olunan yazıda (“Əks təsir”; müəllifi İ. Ağacanyan) Dağlıq Qarabağda kənd kənd təsərrüfatı problemləri ilə bağlı vəziyyəti öyrənmək üçün Ermənistan rəhbərliyinin (nazirin) fikri öyrənilirdi. Belə məntiqi nəticə çıxırdı ki, Dağlıq Qarabağ Ermənistana baxır, ona görə həmin respublikaya müraciət edilib. Sonralar Azərbaycandan gedən çoxlu məktub və teleqrama əsasən hər iki redaksiya oxuculardan yol verilmiş səhvə görə üzr istədi (Onların redaksiyalarında, görünür, Dağlıq Qarabağın Azərbaycana aidliyini bilməyən savadsız şöbə müdirləri işləyirmiş. Hər halda, yəqinki, ən rəsmi cavab belə olardı). Yeri gəlmişkən, “Komsomolskaya pravda” qəzetinə cavab olaraq “Kommunist” qəzetində “Doğrudan da əks təsir” replikası çıxdı (13 fevral 1983) və həmin müəllifi sonradan Azərbaycan KP MK aparatı cəzalandırdı» (3).

Məlumat üçün bildirək ki, 1951 –ci ildə Qəbələ rayonunun Xırxatala kəndində dünyaya göz açmış Ədalət Şərif oğlu Tahirzadə 1981-ci ildə, aspiranturanı bitirdikdən sonra «Dilçilik İnstitutunda kiçik elmi işçi (yanvar 1981-oktyabr 1984) və baş elmi işçi (oktyabr 1984-yanvar 1986) vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1985-ci ilin avqustundan 1987-ci ilin iyununadək Azərbaycan EA-nın "Elm" qəzetinin ilk redaktoru olub. 1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi (fevral 1988-yanvar 1991), baş elmi işçi (yanvar 1991-fevral 1992) işləyib.

Ə. Tahirzadə «Azadlıq» qəzetinin qurucularındandır. Görkəmli jurnalist və ictimai xadim N. Nəcəfovun (1955-1999) baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda "QKÇP" vaxtı yenidən «Azadlğ»a qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub. 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabrınadək Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik!) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.

1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universiteti) baş müəllim keçən Ə. Tahirzadə və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur. Bir müddət Bakı Avrasiya Universitetinin 1-ci prorektoru - tədris işləri üzrə prorektoru işləyib (13 mart-16 sentyabr 2015). 2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.

Ə. Tahirzadə çox sayda dəyərli kitabın, 500-ə yaxın elmi, elmi-kütləvi və publisist yazının müəllifi, eləcə də Əbülfəz Elçibəyi "Mən qurtuluşçuyam!" kitabının tərtibçisi və ön sözünün müəllifidir (2).

Page 3: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Alimi haqqında bəhs etdiyimiz dövrün ən mükəmməl salnaməçisi kimi tanınır. Onun yazdığına görə, «1984-cü ilin oktyabrında beş erməni dığası Bakıda 106 nömrəli avtobusu partlatmaq istədi. Onlar təxminən Dağüstü parkın yanında avtobusa partlayıcı maddə qoyubmuş ki, Politexnik İnstitutun qarşısına çatanda partlayış baş versin (Hadisə axşama yaxın olub. Bu vaxt hamıişdən çı-xır, tələbələr isə dərsə yollanır, Politexnik İnstitutun qarşısı adamla dolur). Ancaq təxminən Əzizbəyovun heykəlinin yanında kiminsə ayağı ona dolaşıb, partlayış olmayıbsa da, iki nəfər ölüb (biri qadın; Akademiyanın Şərqşünaslıq İnstitutunda işləyirdi), bir-iki nəfər yaralanıb. Yarımçıq partlayışın səbəbkarını Moskvadan gələn dövlət təhlükəsizliyi əməkdaşları tapdılar.Bəlli oldu ki, təşkilatçı 17 yaşında erməni dığası imiş. Məqsədi əsasən azərbaycanlı tələbələri qırmaq olub. Özü də hadisə ermənilərin “genosid”i ilə bağlı təşkil edilmişdi. Xoşbəxt təsadüf  kütləvi qırğının qarşısını aldı» (9).

Maraqlıdır ki, müəllif kitabında təkcə öz xatirələrini yazmayıb, əlinə düşdükcə, kitaba ayrı-ayrı sənədlər, o cümlədən dövrü qəzetlərdə getmiş yazılardan fraqmentlər də daxil edib ki, ən yeni tariximizin tədqiqində onların da əhəmiyyəti əvəzsidir. Məsələn, onun yuxarıda təsvir edilən hadisə ilə bağlı dövrü mətbuatda getmiş bir məqalədən gətirdiyi sitat çox maraqlıdır: «Əziz Rəsulovun yadına salmaq istərdik ki, məhz onun DTK-nın istintaq şö bəsinin rəhbərişçisi olduğu və fəaliyyəti dövründə 1984-cü ildə Bakıda 106 nömrəli avtobusda partlayıştörətmiş Vartanov Henrix Surenoviç psixi cəhətdən qeyri-sağlam hesab olunaraq güllələnməcəzasından canını qurtara bilmişdir» (1).

Ə. Tahirzadə davam edir: «Bu hadisədən yarım il qabaq - 17 aprel 1984-də böyük xərclə təmir edilmiş (bəzək işlərinə 4kilodan artıq qızıl işlənmişdi) Akademik Opera və Balet Teatrı binasını da ermənilər (fəhlə Qazaryan) yandırdılar. Bu gün-sabah açılışı olacaq binanı heç nəylə söndürmək mümkün olmadı və onun quruca divarları qaldı. Bu yanğın insan vəhşiliyinin, azğınlığının, vandalizmin ən bariz örnəyi idi (Nə yaxşı ki, bizimkilərdə qeyrət tapıldı, Əliş Lənbəranski, Həsən Həsənov başda olmaqla qabaqkından da gözəl, əzəmətli, yaraşıqlı bina ucaltdılar. Düzdür, bina çöldən dəyişməz kimi görünür, ancaq bir ay bundan qabaq açılışı olan teatr binası, demək olar ki, özülündən yenidən tikilib).Bu ekstremist hadisələr xəbərdarlıq imiş... A.Şərifzadə küçəsindəki bina da terrorçuların əli ilə partladıldı və burada xeyli adam öldü» (9).

Tədqiqatçı bu məlumatını da sənədlə möhkəmləndirməyi unutmur: «Sov. İKP Mərkəzi Komitəsində Sov. İKP MK “Ermənistan respublika partiya təşkilatında Sov. İKP MK iyun (1983-cü il) plenumu qərarlarının yerinə yetirilməsi gedişi haqqında” qərar qəbul etmişdir. Qərarda deyilir ki, ... adamların tərbiyəsindəki qüsurlara bə zi partiya komitələrininmünasibətində siyasi kəskinlik və prinsipiallıq çatmır.... Ayrı-ayrı elmi tədqiqatlarda, bədii əsərlərdə tarixi hadisələrin və şəxsiyyətlərin qiymətləndirilməsinə qeyri-sinfi münasibət müşahidə olunur.... Rəhbər kadrların seçilməsində və yerləşdirilməsində əhalinin milli tərkibi daha tam şəkildənəzərə alınmalıdır.... Oğlan və qızlara yüksək ideya-mə nəvi keyfiyyətlər, dərin beynəlmiləlçilik ruhu aşılansın (6).

Ə. Tahirzadənin kitabına saldığı aşağıdakı sənəd də çox önəmlidir:

Page 4: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Paris erməniləri Abel Ağanbeqyanı salamlayırlar

Yenidənqurma haqqında kitabının çıxması münasibətilə Fransada olan sovet alimi Abel Ağanbeqyan bununla bağlı olaraq onun şərəfinə bazar ertəsi axşam Fransa Erməni İnstitutu və Erməni Veteranları Cəmiyyətinin verdiyi qəbulda iştirak etmişdir. Qızğın ab-hava öz xalqının ləyaqətli oğullarından birinin xidmətlərinə qürurdan qidalanırdı.

Ermənilər siyasi və fəlsəfi fərqlərə baxmayaraq öz ölkələrində yurdlaşmış vətənpərvərliyi Ermənistan Sovet Sosialist Respublikası kimi milli və mədəni ocağa sədaqətlə bir yerdə yaşatmağı davam etdirirlər. Həyəcanı əsrin başlanğıcındakı qırğın (genosid) vaxtı keçirilmiş əzablar haqqındakı xatirələrdə doğururdu. O (həyəcan - Ə.T.), bazar ertəsi “İnterkontinental” mehmanxanasının Manukyanvə onun yoldaşlarının ölümə məhkum edildikləri zalın yanındakı bu salonunda gücləndi.

Qəhrəmanın dul qadını Meline “ermənilər Qorbaçovla birlikdə yeniləşməyə tərəfdardırlar” bildirərək məşhur sovet iqtisadçısını salamladı. Yerevan ikinci paytaxtları kimi olan fransızlarda yenidənqurma maraq doğurdu. Ağanbeqyan sovet cəmiyyətinin bütün sahələrinin demokratikləşdirilməsinin bu qlobal islahat üçün nə qədər zəruri olduğundan danışdı. O, dinləyicilərinin diqqətini yenidənqurmanın beynəlxalq ticarət, iqtisadi əməkdaşlıq və qarışıq cəmiyyətlər qarşısında açmalı olduğu imkanlara cəlb etdi.

Tbilisidə doğulan, səkkiz yaşından müharibə dəhşətlərini görən akademik dilini bilmədiyi Ermənistanda heç vaxt yaşamayıb. Bu onun, yerini sovet əməkdaşlığında gördüyü bu torpaqla əlaqələrini zəiflətməyib. Öz sosialist federasiyasında SSRİ-nin müxtəlif respublikalarının əldə etdikləri qarşılıqlı fayda haqqında həddən artıq ehtiyatsızlıqla fikir söyləyən söhbətdaş qadınlardan birinə Ağanbeqyan belə cavab verdi. İqtisadçı göstərdi ki, Ermənistanda yenidənqurma çox ləng gedir və qeyd etdi ki, Yerevanın Ararat vadisinin və Sevan gölü tektonik çökəkliyinin müxtəlif ekoloji problemlərinin həlli yetişmişdir.

Azərbaycan respublikasına birləşdirilmiş qədim erməni torpaqları olan Qarabağ və Naxçıvan haqqında soruşanda Ağanbeqyan birinci haqqında “özünün şəxsi nöqteyi-nəzərini” ifadə etdi: “Mən istərdim ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ Ermənistanın olsun. İqtisadçı kimi mən belə hesab edirəm ki, o, Ermənistanla Azərbaycandan daha çox bağlıdır. Bu istiqamətdə mən bir təklif irəli sürmüşəm. əminəm ki, bu problem yenidənqurma və demokratiya şəraitində öz həllini tapacaqdır”.

Yeri gəlmişkən, Qorbaçov 2 noyabrdakı nitqində milli məsələdəki ləngimələrin vurduğu ziyanları qeyd etmişdir. Ağanbeqyan cənub-qərbdə Türkiyə sərhədi boyunca yerləşən Naxçıvan haqqında heç nə demədi. Həqiqətən bu anklavda erməni əhalisi lap azdır (7).

Erməni təxribatları Azərbaycan cəmiyyətində, o cümlədən Elmlər Akademiyasın alimləri arasında ciddi narazılıq və gərginlik yaratmışdı. Həmin dövrdə Elmlər Akademiyasında baş verənlər Ə. Tahirzadə tərəfindən günbəgün qeydə alınmışdır. Alim yazır ki, dekabrın əvvəllərində qəzetin çıxışı bizdə də məlum oldu və onun tərcüməsi xalq arasındageniş yayıldı. «Yenə də camaat Moskvaya kütləvi şəkildə məktublar, teleqramlar göndərməyə başladı. Yenə də Mərkəzi televiziya Ağanbeqyanın saatlarla çəkən müsahibələrini təşkil etdi (Onu da hökmən demək gərəkdir ki, M. S. Qorbaçovun 1987-ci ilin sonunda Vaşinqtona səfəri zamanı Raisa Maksimovna Qorbaçova da burada ermənilərlə görüşmüş və bildirmişdir ki, “erməni xalqı ilə sovet xalqı” dostdurlar, özü də bu sözləri bizim televiziya da vermişdi. Görünür, Ağanbeqyan da, bütün yerdə qalan ermənilər də bu sözlərdən ruhlanmışdılar. Çünki Amerika müxbirinə verdiyi müsahibədə M. S. Qorbaçov demişdi ki, mən bir çox məsələləri arvadımla müzakirə edirəm).

Page 5: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Akademik Ziya Bünyadov

17 dekabr 1987 tarixdə Akademiya partiya komitəsinin XVII konfransı keçirildi. Akademik Ziya Bünyadov çıxış edib, Ağanbeqyanın hərəkətlərinin qarşısını almağı yığıncaqda iştirak edən MK-nın ideoloji katibi Ramiz Mehdiyevdən tələb etdi. O, vəziyyətin ciddi olduğunu, erməniləri müdafiə edən bəzi konkret şəxslərin adını söylədi. Cavabında isə R. Mehdiyev bildirdi ki, Ağanbeqyanın çıxışı şəxsi fikirdir və şəxsi fikir bütün ermənilərin fikri demək deyil (Sonra Qorbaçovun iki xalqa müraciəti isə göstərdi ki, bu necə “şəxsi fikir” imiş!).

Ağanbeqyana ilkin etiraz səsini ucaldanlardan biri Anar, onun başçılıq etdiyi Yazıçılar İttifaqının üzvləri oldu. Onların kütləvi məktubundan sonra ali məktəblər və idarələr kollektiv imzalarla Moskvaya məktublar yollamağa başladılar (Dəqiqini deyə bilmərəm, ancaq eşitdiyimə görə, Bakıdan göndərilən məktublar Moskvaya getib çatmadı). Bu işin Akademiya sistemində təşkilini mən öz üzərimə götürdüm. İlk imzanı özüm qoydum, ilk Akademiya kollektivi də işlədiyim əlyazmalar İnstitutu oldu (Buradan cəmi 76 imza toplandı). Sonra bir-bir institutlara gedib (ya partkomların, ya da direktorların yanına) 4 məktub nümunəsi verərək əməkdaşlarınimza atmalarını xahiş etdim.

Yazıçı Anar

Page 6: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

İmza yığılması iki-üç gün çəkdi. Dekabrın 31-ində axşama yaxın məni evdən (yataqxanadan) EA partiya komitəsinə əlimyandı çağırdılar və bu işlə məşğul olmamağı “məsləhət bildilər”.

Yeni ilin ilk iş günlərində Əlyazmalar, Ədəbiyyat, Dilçilik, Fizika institutlarından, Akademiya kitabxanasından, xüsusi konstruktor-texnoloji bürosundan, Radiasiya Tədqiqatları Mərkəzindən və b. kollektivlərdən gələn (Tarix, Şərqşünaslıq, Geologiya institutları bildirdilər ki, imza toplayıblar, ancaq özlərinin məktublarını göndərəcəklər) 576 nəfərin qolladığı məktubu imzalarla birgə institutumuzun əməkdaşı Söhrab Bayramova verdim, o da aparıb poçtdan yola salaraq qəbzini mənə verdi. Yanvar ayı da Moskvaya beləcə kütləvi məktub və teleqram göndərmə  aylığı oldu (Aldığımız məlumata görə,  Dağlıq Qarabağ  Muxtar Vilayətinin  120 min  sakini, -  bunların içində  körpə  uşaqlar  da  var, imza toplayıb Moskvaya göndərib ki, biz Qarabağın Ermənistana verilməsini tələb edirik. Ancaq bizim respublika partiya, sovet təşkilatları, xüsusi orqanlar onda yuxulayırdılar. Ermənilər keçən ilin yayından imza toplamağa başlayanda biz arxayın-arxayın oturmuşduq).

15 yanvar 1988-ci il tarixdə “Ədəbiyyat və incəsənət” qəzetində akademik Ziya Bünyadovun “Doğruya zaval yoxdur” adlı məqaləsi dərc olundu. O, ermənilərin dəyirmanına su tökən alimləri tənqid edir, Qarabağın Azərbaycan torpağı olduğunu elmi əsaslarla izah edən Fəridə Məmmədovanı müdafiə edir. Yazının lap sonundakı bircə cümlədə Ağanbeqyanın fitnəkar hərəkətindən ayrıca danışılırdı. Məktub çox böyük əks-səda doğurdu və rayonlarımızda yatanları da ayıltdı. Eşitdiyimə görə, məqaləni qəzetin redaktoru Nəriman Həsənzadə vermək istəmirmiş. Ancaq Anar yazının dərc edilməsinə təkid göstərib və deyib ki, qəzet Yazıçılar İttifaqının orqanıdır, mən də bu təşkilatın başçısı. Əgər qorxursansa, sənin yerinə mən qol çəkib icazə verim. Nə isə,bu cür güclü təzyiqdən sonra çıxdı Ziya Bünyadov kimi Sovet İttifaqı Qəhrəmanının yazısıaşkarlıq dövründə. Bizim Mərkəzi Komitə isə Nəriman Həsənzadəyə sayıqlığını itirdiyinə görə töhmət verdi (İşini bilirmiş!..). 

Yazıçı Nəriman Həsənzadə

Page 7: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

1988-ci il fevralın təxminən 13-dən sonra Stepanakertdə qarmaqarışıqlıq başlandı. Aldığımız xəbərlərə görə, təkcə burada yox, Dağlıq Qarabağın ermənilər yaşayan bütün yerlərində Azərbaycanın bayraqları yerinə Ermənistan bayrağı asıblarmış (Hətta Əsgəran Rayon İcraiyyə Komitəsinin bu günlərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanıilə təltif edilmiş (!) sədri Əsgəranın hakimiyyət binasının üstünə daşnak (!) bayrağı6 sancıbmış. Vilayətdə azərbaycanlıları incitməyə, döyməyə, öz evlərindən qovmağa başlayıblar. Ən müxtəlif təşkilat və instansiyaların, ayrı-ayrı vəzifəli şəxslərin yardımı və vədləri, dünya ermənilərinin baş keşişi Vazgen, Ağanbeqyan və Balayan kimi “millət qəhrəmanları”nın təhriki, Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Dəmirçiyanın təşkilatçılıq qabiliyyəti sayəsində ruhlanan Qarabağ erməniləri ayağa qalxıb, Ermənistan SSR tabeliyinə keçmək istədiklərini bildirmişlər, nümayişlər təşkil etmişlər (Ən böyüyü fevralın 13-ündə olub).

Fevralın 20-də DQMV İcraiyyə Komitəsinin XX çağırış növbədənkənar sessiyası muxtar vilayətin Ermənistan SSR-ə keçdiyini qərara almışdı. “Sovetakan Karabax” - “Sovetski Karabax” qəzetləri də sessiyanın qərarını dərc edib (21 fevral 1988). Bundan sonra Qarabağ erməniləri artıq hər şeyin həll olunduğunu güman edib, Azərbaycanla bağlı heç kəslə əlaqə saxlamaq istəməmişlər…» (9).

Ədalət Tahirzədənin «Meydan Hərəkatı: 4 il . 3 ay» kitabı, fikrimizcə, həm də ona görə önəmlidir ki, hərəkat tariximizi öyrənmək baxımından dəyərli qaynaq hesab etdiyimiz digər iki kitabdan - M. H. Tantəkinin «Acı həqiqətlər» (4) və N. Pənahlının «Əbədiyyət yolunun yolçusu» (8) kitablarından daha müfəssəl və əhatəlidir. O biri iki qaynaq isə daha çox memuar xarakterlidir və müəlliflərin şəxsi həyat və mübarizə yolunu əks etdirir. Bu kitablarda həm M. H. Tantəkin, həm də N. Pənahlı bilavasitə özlərinin iştirakçısı və şahidi olduqları hadisələri əks etdirmiş, bəzi hadisələrin üstündən isə, onlara qətiyyən toxunmadan keçmişlər.

Professor C. Həsənli haqlı olaraq yazır ki, “Meydan: 4 il 4 ay” salnaməsi ən son tariximizi öyrənəcək tarixçilər üçün dəyərli məxəzdir. «Fikrimizcə, XX yüzillikdə milli mücadilə tariximiz, istiqlal savaşımız haqqında ilk yazılı salnamə olan bu kitab Sovet imperiyasının çökməsində son dərəcə mühüm rolu olmuş Azərbaycanın qurtuluş mübarizəsinin ləkəsiz güzgüsüdür. Sıravi iştirakçısı olduğu bütün hadisələri günbəgün, saatbasaat, dəqiqəbədəqiqə yazıya köçürən müəllif çox dəqiq xronologiya yaradıb. 1988 - 1992-ci illər arasındakı təxminən 4il yarımlıq müddətdə xalqımızın siyasi yaşamında baş verən elə mühüm bir hadisə yoxdur ki, Ə.Tahirzadənin nəzərindən qaçsın. O illərin mətbuatını, radio və televiziya verilişlərini və b. dadiqqətlə izləyərək o, həmin çağın geniş ictimai-siyasi panoramını yaratmağı bacarmışdır. Onun əsərində Azadlıq mübarizəsi və bu mübarizəni aparan Xalq olduqca qabarıq təsvir olunub» (5).

Ə. Tahirzadə sözügedən kitabının I fəslində «Çənlibel»in təşkilatçısı olduğu 16 və 18 may (1988) mitinqlərini M. H. Tantəkindən daha geniş və bir qədər obyektiv təsvir etmişdir. Fəqət onun yazdıqlarında yanlışlıqlara da rast gəlinir. Məsələn, Hatəmiyə istinadən mitinqin təşkilatçıları barədə məlumat versə də, bu nümayişin guya Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti tərəfindən təşkil

Page 8: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

edildiyini söyləyir. Onun bu iddiası qətiyyən doğru deyildir. Bununla belə, onun yazdıqları ən yeni tariximizi öyrənmək baxımından çox böyük önəmə sahibdir.

Alim yazır: «…Beləliklə, özünü təhqir edilmiş sayan xalq yenə qəzəb səsini ucaltmağı qərara aldı və mayın16-da başlıca olaraq tələbələrdən ibarət kütlə (onlara ziyalılar və müəyyən qədər də şəhər əhalisi qoşulmuşdu) etiraz mitinqinə toplaşdı. Toplanışın əsas səbəbi son günlər Ermənistanın Ararat (Vedi) rayonunun Şirazlı kəndində və başqa yerlərində azərbaycanlıların terror edilməsi, Dağlıq Qarabağda isə yerli əhalinin (azərbaycanlıların) kütləvi surətdə işdən çıxarılması, Moskvanın bizə düşmən münasibəti idi.

Səhər təxminən saat 12-də institutumuzun qarşısından tələbə axını keçməyə başladı. “Pozisiya”da erməniləri son dərəcə mütəşəkkil, emosional, bizim nümayişi isə ölüvay göstərdikləri üçün bu dəfə iştirakçılar “tənqiddən nəticə çıxarıb” böyük ruh yüksəkliyi göstərirdilər. Mən də onlara qoşulub Hökumət evinə doğru yol aldım. Bu dəfə camaatı şəhərin içi ilə yox, İçərişəhərdən keçirdilər. Karvansaranın qapısı ağzına çatanda başımı qaldırıb gördüm ki, MK-nın ideoloji katibi Ramiz Mehdiyevlə yanaşı addımlayıram, onun arxasınca isə Baksovetin sədri Oqtay Zeynalov, müavini və başqaları gəlirlər. Tez onlardan aralandım. Neftçilər prospektində böyük izdiham yaranmışdı.

Bu nümayiş tələsik təşkil edildiyindən şüarlar çox az idi. “Rədd olsun “Pozisiya” tərəfkeşliyi!”, “Səbrimiz tükənib!”, “Prekratit “ekonomiçeskie” bredni sentralnoy peçati!” (Mərkəzi mətbuatın «iqtisadi» cəfəngiyyatlarına son qoyulsun! – B. T), “Xəbərdarlıq edirik!”, “Ermənistandakı azərbaycanlılara muxtariyyət!”, “Erməni faşizminə son qoyulsun!”.

Xorla “Müs-lüm-za-də!”, “Sum-qa-yıt!”, “Təb-riz!”, “A-zad-lıq!” kimi şüarlar da çox tez-tez təkrar edilirdi. Saat 12.54-də Hökumət evinə çatdıq. Ancaq danışmaq üçün mikrofon yox idi. Kürsüdə Ramiz Mehdiyev, MK-nın şöbə müdirləri, Universitetin, İnşaat Mühəndisləri İnstitutunun rektorları ilə yanaşı Xəlil Rza, Nüsrət Kəsəmənli, ADU-nun müəllimi Firidun Cəlilov, coğrafiyaçı Ənvər Əliyev, şərqşünaslar, daimi iştirakçılar Mənsur Əliyev, Hatəmi Tantəkin, bizim institutda işləyən Bəy (Əbülfəz Əliyev) və bir çox rəsmi adamlar, şairlər, alimlər yığışmışdı.

MK işçilərinin gəlməsi nümayişə ruh vermək yox, onu imkan daxilində pozmaq idi, çünki saat 3-ə yeddi dəqiqə işləmişə kimi mikrofon verilmədi... Bizim televiziyanın işçiləri ilə yanaşı, Moskvadan olan (ancaq Bakıda işləyən) operator da nümayişi çəkirdi. Bizimkilərə “Dalğa” verilişində Salman Mümtazla bağlı məni də çəkən rejissor Vasif Babayev başçılıq edirdi. Şəhla Mümtazzadənin oğlu Şahin Qalabəyov da burada idi.

Xalq iki şey qışqırırdı: “Bəx-ti-yar!” və “mik-ro-fon!”. Bu aramsız tələbin yalnız yarısı 13.37-də yerinə yetdi - Bəxtiyar Vahabzadə Anarla birgə gəldi. Onların kürsüdə görünməsi sürəkli alqışla qarşılandı. Bəxtiyar müəllim dedi ki, narahat olmayın, hər şey bizim istədiyimiz kimi qurtaracaq, bircə sakitliyi gözləyin.

Saat 13.46-da izdihama APİ-nin tələbələri də gəlib qoşuldular (Ümumiyyətlə, bütün nümayişdə 25-30 min adam iştirak etdi). Mikrofon gözləyə-gözləyə hələlik meqafonla (səsucaldan) danışmağa başladılar. Əldə tutulub

Page 9: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

danışılan səsucaldanın səsi meydandakıların heç onda birinə çatmırdı, ancaq natiqlər vaxtı boş yerə keçirmək istəməyib tələblərini irəli sürdülər. Bir qız çıxışa başlayıb dedi ki, Qarabağı iki yerə parçalamaq gərək deyil. Dağlıq Qarabağın muxtariyyətini götürüb bütün Qarabağı qabaqkılar kimi birləşdirmək gərəkdir.

Şərqşünas Mənsur Əliyev Sumqayıtdakı məhkəmə prosesinin düzgün aparılmamasından,erməni daşnaklarının son vaxtlar fəallaşmasından danışdı. Saat 14.07-də üstündə səsgücləndiricilər qoyulmuş maşın meydana girdi. Ondan məftil çəkib kürsüdə mikrofon quraşdırdılar. Bu vaxta kimi bir cavan oğlan (yəqin ki, tələbə idi) dostlarının çiyninə çıxıb “Səbrimiz tükənib!” şüarını tribunanın divarına yapışdırdı.

Mikrofonda ilk söz Bəxtiyar Vahabzadəyə verildi. O dedi ki, mən məsləhət bilirəm ki, Ali Sovetə gedək, orada öz tələblərimizi partiya və hökumət nümayəndələrinə deyək. Bunun üçün siz də öz nümayəndələrinizi seçin. Ancaq nümayişçilər bu təkliflə razılaşmadılar, çünki bütün tələblərini burada demək, imkan olsa elə burada da cavab almaq istəyirdilər.

Anar söz aldı (14.12): Hər xalqın özünün fəxr etdiyi qabaqcıl ziyalıları var. Bu gün Bəxtiyar müəllim kimi sevimli şairimiz burada iştirak edir. O millətin ki qabaqda gedəni yoxdur, o,anarxiyaya uğrayar. Gəlin biz Bəxtiyar müəllimə qulaq asaq. Mən də məsləhət bilirəm ki, Ali Sovetdə öz sözümüzü deyək (Yerdən səslər ucaldı: “Elə burda, burda!”).

Anar artıq uzun müddət mikrofon tələb edib əsəbiləşmiş, günün altında təngnəfəslikdən darıxmış, yavaş-yavaş çılğınlaşmağa başlamış nümayişçilərə dedi:

- Bu ağır sınaq günlərində təmkinliliyimizi itirməməliyik. Biz sakit olmalıyıq. Yoxsa hər bir artıq hərəkətimizdən istifadə edib bizi bütün dünyaya vəhşi kimi tanıtmağa çalışırlar. Doğrudur, Ermənistandakı azərbaycanlıların vəziyyəti ağırdır. Ancaq bura yığışmaqdan məqsədimiz də elə onları müdafiə etməkdir. Hamı görəcək ki, biz haqqımızı tələb edə bilirik. Vəziyyət haqqında Moskvaya geniş məlumat verilir. Yəqin ki, hər şey də yaxşı nəticələnəcək. Ancaq bir azsəbriniz olsun.

14.15-də ağsaçlı bir kişi söz aldı: - Mən irəlisi gün Ermənistanın Vedi rayonundan gəlmişəm. Bizi incidiblər.

Mən bu gün şikayətimizi bildirmək üçün Moskvaya uçacağam. Mən Leninqradın fəxri vətəndaşı, onun müdafiəçisiyəm. Yəqin ki, Moskva da bizi müdafiə edər. Ona görə də dağılın, gedin evinizə (Kişinin sözünü fitə basdılar).

Bir tələbə mikrofona yanaşdı: - Bu hadisələr ona görə baş verdi ki, bizim qəzetlər, televiziyaxalqa heç bir 

məlumat  vermir. Mə lumat  olmayan  yerdə  də  şayiələr yaranır. Biz  tələb  edirik ki, kütləvi mə lumat vasitələri Ermənistanda, Qarabağda azərbaycanlılara qarşı olan hadisələri işıqlandırsın. Siz də bunu tələb edin. Ancaq hər bir tələbi sakitliklə deməli, ağılla, kamalla iş görməliyik ki, düşmənlərimiz hərəkətimizdən istifadə edə bilməsinlər

Saat 14.19-da Xəlil Rzaya söz verildi:- İki yüz ilə yaxındır ki, Azərbaycana xəyanət davam edir. Azərbaycan iki

yerə yox, iki yüz yerə parçalanıb. Azərbaycan dili sözdə yox, işdə dövlət dili olmalıdır. Dərbəndi, Borçalını, Göyçəni, Zəngəzuru... Azərbaycandan qoparıblar.

Page 10: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Biz RSFSR-də, Ermənistanda, Gürcüstanda yaşayan Azərbaycan türklərinə muxtariyyət tələb edirik! Dərbənddə vaxtilə Azərbaycan türkcəsində gənclər qəzeti buraxılırdı, indi isə bağlanıb. Həmin qəzet yenidən açılmalıdır. RSFSR-də, Ermənistanda, Gürcüstanda və başqa yerlərdə minlərlə anadilli toponimlərimiz darmadağın edilib. Onlar yenidən geri qaytarılmalıdır. Azərbaycan fəhləsi radiasiya içindədir. Torpağımıza radiasiya hopub. İki metr yarım dərinliyə belə radiasiya işləyib. Fəhlələrimizin, işçilərimizin əmək haqqı azdır. Mətbuat ölüdür, partiya ölü, televiziya ölü. Rədd olsun boşqab dibi yalayanlar! (Xəlil Rzanın danışığını kəsdilər. Camaat qışqırmağa başladı: “Xə-lil!,” “Xə-lil!”. Arada bir azqarışıqlıq yarandı).

Saat 3-ə 24 dəqiqə işləmişdi. Kimsə danışmaq istədi, ancaq qoymadılar. Nüsrət Kəsəmənli başladı:

- Düşmənlərimiz həmişə bizim olmayan birliyimizdən istifadə ediblər. Gəlin bu gün sıx birliyimizi göstərək. Mən təklif edirəm ki, Azərbaycan KP MK-da komissiya yaradılsın və o, təklifləri, vəziyyəti öyrənsin. Ermənistanda, Qarabağda yaşayan azərbaycanlıların vəziyyəti haqqında mətbuatda mə lumat verilsin. Jdanov, İmişli, Salyan,Qubadlı və başqa rayonlara Ermənistandan köçüb gəlməyə məcbur olmuş azərbaycanlıların sayı mətbuatda xəbər verilsin, onlar Dağlıq Qarabağda yerləşdirilsin (Alqışlar). Bütün bu məsələlər həll edilənə qədər, tam sakitlik yaranana qədər Sumqayıtda gedən məhkəmə dayandırılsın.

Sonradan adını öyrəndiyim Sevil Cahani adlı evdar qadın söz aldı (14.27):- Mən evdar qadınam, uşaq anasıyam. Üç aydır ki, dincliyim yoxdur. Niyə

ermənilər istədiklərini çap edirlər, bizim mətbuat isə susur? Onlara hər şey olar, bizə yox? Niyə Siyasi Büro bir xalqa üstünlük verir, o birinə yox? Bilmək istəyirəm ki, televiziya bizə niyə düzgün məlumat vermir? (Mərkəzi televiziyanı nəzərdə tuturdu). Hər dəfə Sumqayıtı göstərirlər, ancaq Qafan, Masis, Vedi, başqa yerlər, orada azərbaycanlıların başına açılan oyunlar yada düşmür.

Universitetin bir müəllimi dedi ki (14.29), Siyasi Bürodan tələb olunsun ki, bir ayadək erməni biabırçılığına son qoyulsun.

Saat 14.30-da bir kişi danışmağa başladı:- Mən Ermənistanın Vedi rayonunun Şirazlı kəndindən gəlmişəm. Düzdür,

bizi incidiblər, ancaq görəndə ki siz arxamızda durmusunuz, ürəklənirik. Sizə minnətdarıq.

Sonra dedi: - İstəyirsinizmi ki, biz yaxşı yaşayaq? (Səslər: “Bəli!”). İstəyirsinizmi ki,

Ermənistandakı azərbaycanlılar burada yerləşdirilsin? (Camaat: “Yox!”). Onun sözünü hay-küylə yarımçıq kəsdilər. 14.31-də Mənsur Əliyev danışmağa başladı: - Biz aşkarlıqdan istifadə edib mitinq və yığıncaqların keçirilməsi haqqında

respublika Ali Sovetinin qəbul etdiyi qərarın ləğv olunmasınıtələb edirik. Doğma Qarabağın inkişafı üçün ayrılan 400 milyon manat Azərbaycan büdcəsinə keçirilsin. Sumqayıtdakı hadisələrin əsl səbəbkarları, hadisələrin törənməsinə gətirib çıxaran hərəkətləri edənlər, oradakı hadisələrin iştirakçılarına “quldur” adı verənlər cəzalandırılsın. Balalarımızı tankın altında qoyub onlara “uf” da deməyənlərə ölüm!

Page 11: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Bir kişi (14.34): - Ermənilər 1894-üncü ildə Türkiyədə başlayan torpaq tələblərini bu gün

Azərbaycana köçürüblər. Onlar Türkiyədən torpaq ala bimədilər, indi isə bizdən almağa umud edirlər. Ermənilər bizi Ermənistandan, hətta Qarabağdan təmizləmək istəyirlər. Ancaq biz yatmamışıq. Müqavimət göstərməliyik. Yaşasın Azərbaycan xalqının birliyi!

Artıq bu vaxt kütlə coşmuşdu. Görünür, sakitlik yaratmaq üçün Bəxtiyar müəllim dedi (14.36):

- Gəlin Ali Sovetin iclas salonunda toplaşaq, öz tələblərimizi deyək. Biz getdik, siz də gəlin. Axı, sabaha kimi burada durmaq olmaz ki! Günün altında danışa-danışa durmağın nə mənası?

14.38-də bir alim qadın ürəyini boşaltdı: - Nə qədər vaxtdır ki, erməni ekstremistləri istədiklərini edirlər.

İdeologiyaya baxan yoldaşlar bunun qarşısını bir neçə il qabaq ala bilərdilər. Ancaq, əksinə, alimlərimizə imkan vermədilər ki, öz əsərlərində həqiqəti xalqa çatdırsınlar, ürək sözlərini desinlər. Mənim bir neçə sualım var: Niyə bu üç ildə, demokratiya başlanan bu müddətdə bizim respublikada aşkarlıq, demokratiya yoxdur?

Sumqayıt hadisələrini də erməni ekstremistləri törədiblər, ancaq onların adı niyə heç yerdə çəkilmir? Ermənistanda “Emosiyalar və kamal” məqaləsi çıxan bütün “Pravda”nın tirajını yandırdılar, ancaq ermənilərə niyə güldən ağır söz deyilmədi? Xankəndində (Stepanakertdə) pozğunluqları törədən elə Poğosyanın özüdür. O niyə katib işləyir? Müslümzadəni təcili cəzalandırdılar. Ancaq Dağlıq Qarabağda hadisələri törədən Kevorkovu oradan çıxardıb başqa vəzifəyə qoymuşuq. O, partiyaçıdır, Ali Sovetin deputatıdır. Niyə?

Azərbaycan SSR Ali Soveti Rəyasət Hey ətinin sədri Süleyman Tatlıyev danışmaq istədi (14.44). Ancaq keçən dəfə televiziya ilə xalqa müraciəti zamanı gözdən düşmüş, fəaliyyətsiz və biganə adam kimi tanınmış sədri danışmağa qoymadılar. Elə bir təhərlə başa saldı ki, nümayişçilər öz nümayəndələrini Ali Sovetə göndərsinlər, danışaq.

ADU-nun kitabxanaçılıq fakültəsinin I kurs tələbəsi Rəfiqə Bəyalıyeva: - Biz Sumqayıta nifrətlə baxmamalıyıq. Onlar Ermənistandakı, Qarabağdakı

haqsızlıqlara cavab veriblər. Ana dilimizə hörmət bəsləməli, onu hər yerdə işlətməliyik. Ancaq iclasda bir nəfər rus olanda bütün iclas rusca aparılır. Niyə? Vətən müqəddəsdir. Onun yolunda lazım gəlsə ölümə də getməyə hazırıq (14.51-də izdihamın üzərində vertolyot uçmağa başladı. Bu, adamlarda qabaqca anlaşılmaz təşviş yaratdı. Sonra başa düşdülər ki, deyəsən, şəkil çəkir, ona görə sakitləşdilər).

Rəsmiyyə adlı bir jurnalist tələbə də idarə və müəssisələrdə, yığıncaqlarda ana dilimizin sıxışdırılmasını, Konstitusiyanın pozulmasını kəskin tənqid etdi.

14.53-də bir qadın mikrofona yanaşdı: - Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti dözülməzdir. Onların

evlərini yandırırlar, özlərini təhqir edirlər, incidirlər, köçməyə məcbur etmək istəyirlər. Ermənistandakı azərbaycanlılara azadlıq! Biz onlara muxtariyyət verilməsinitələb edirik (Xalq “mux-ta-riy-yət!” qışqırmağa başladı).

Page 12: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

14.58-də Azərbaycan Dövlət Universitetinin rektoru Yəhya Məmmədov tələbələri sakitliyə çağırdı. Ona da sonadək danışmağa imkan vermədilər.

Əbülfəz Əliyev xalq içərisindəki nüfuzundan istifadə edib meydandan dağılmaq istəməyən cavanları yumşaltmağa çalışdı. O dedi ki, mətbuatda, televiziyada hadisələr düzgün işıqlandırılsaydı, belə vəziyyət yaranmazdı. İndi sözümüzü dedik, tədbir görməsələr yenə yığışarıq.

Saat 4-ə 1 dəqiqə işləmişdi. Şair Dəmir Gədəbəyliyə söz verildi. O, Şəhriyarın imzası ilə xalq içində geniş yayılmış “Ayağa qalx, Azərbaycan!” şerindən bir parçanı söylədi. Sonra səsinin əzəmətindən bacarıqla yararlanıb təsirini artırmağa çalışdı:

- Təmkinli, ağıllı olun. Hissləri cilovlayın. Sübut edin ki, Azərbaycan xalqının hissləri ilə oynamaq olmaz. “İzvestiya”, “Komsomolskaya pravda” və başqa qəzetlərdə ermənilər istədiklərini yazırlar, mərkəzi mətbuat onları açıq-aydın müdafiə edir. Biz özümüzə qarşı həqarətə dözə bilmərik.

Bir tələbə söz ala bildi (mikrofon uğrunda mübarizə gedirdi. Son dəqiqələrdə danışmaq üçün fiziki güc də lazım gəlirdi):

- Sumqayıtda üç nəfərə ölüm hökmü çıxarılıb. Bu qərar dəyişdirilməlidir.15.05-də APİ-nin müəllimi Tağı Xalisbəyli ağıllı olmağa çağırdı. Dedi:- Tələb edirik ki, Moskvadan səlahiyyətli bir şəxs gəlsin, birisi gün saat 11-

də burada olsun, ona öz tələblərimizi deyək. Tələbə Rəsmiyyə nümayiş iştirakçılarının kürsüyə göndərdiyi məktubları

(tələbləri) oxumağa başladı (15.07):- Şaumyanın Bakıdakı heykəli götürülsün. Onun adına respublikamızdakı üç

yer adı ləğv edilsin. Azərbaycan Neft və Kimya İnstitutunun rektoru cavab versin görək niyə tələbələrin nümayişə çıxmaması üçün institutun qapılarını bağlayıb? Kevorkov niyə işdədir? Bizə “millətçi” deyirlər. Ancaq Ermənistandakı 2 nəfər azərbaycanlı Ali Sovetin deputatı ilə bizdəki 38 nəfər erməni Ali Sovetin deputatlarını tutuşduraq. Baxaq görək bizdə nə qədər erməni rəhbər işçi var, onlarda nə qədər azərbaycanlı. Biz ən beynəlmiləlçi xalqıq. Avakyan küçəsinin, başqa bir çox erməni şəxsiyyətlərin adları ilə bağlı küçələrin adlarıdəyişdirilsin. Arvadı erməni olan rəhbər işçilərimiz vəzifədən götürülsünlər.

15.14-də universitetin tələbəsi başladı: - Babam Məhəmmədtağı Sidqinin Naxçıvanda heykəli var. O, xalqımızın

maariflənməsi, dilimizin çiçəklənməsi üçün əlindən gələni edib. Ancaq biz onun da uğrunda çalışdığı dilimizin nüfuzunu qoruya bilmir, çox yerdə rusca danışırıq. Dilimizi sevməliyik. O, xalqın ən birinci sərvətidir.

15.15-də gur səsli artist Nurəddin Quluyev (o, deyəsən,bugünkü nümayişin təşkilatçılarından biridir) camaatı ələ aldı:

- Bizim işimiz haqq işidir, ona görə də qalib gələcəyik. Başlıca üstünlüyümüz ondadır ki, bu gün hamımız bir yerdəyik. Azərbaycan xalqını daha heç kim yıxabilməz!

Sonra o, bir şer söylədi və şerdən sonra sürəkli, gurultulu alqış qopdu.15.18-də saqqallı bir oğlan başladı:

Page 13: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

- Bizə çox söz dedilər, hamısı yalan çıxdı. Hətta söz verib möhür də vursalar daha inanmamalıyıq. Gəlin gedək Mərkəzi Komitənin qabağına, orada öz sözümüzü deyək.

Şair Tofiq Bayram söz aldı (15.22): - Birisi gün saat 10-da bura gələk. Respublika rəhbərləri tələblərimizi burada

dinləsinlər. Bugünkü nümayiş birliyimizin nümayişidir.15.23-də Xaliq Hacıyev kütləni sakitləşməyə, daha doğrusu, toxdaqlıq

tapmağa çağırdı və dedi: - Biz Zori Balayan, Silva Kaputikyan, Abel Ağanbeqyan yolu ilə getsək,

fitnəkarlıqlar törətsək işimiz yaxşı olmaz. Ona görə də təmkinimizi əldən verməməliyik. Bizim rəhbərlərimiz xalqın qeydinə qalmırlar.

Saat 15.28-də mikrofon ADU-nun bir ağsaç müəlliminə verildi. Onu tanımırdım. Sonradan öyrəndim ki, hamı ona “Abbas” deyir. O, söz alıb danışmaq istədi, hətta, deyəsən, bir-iki cümlə danışa da bildi.

Bu vaxt yerdən - nümayişçilərin içindən bir oğlanı tribunaya dırmaşdırdılar. O,düz mikrofonun yanına çıxdı və danışmağa başladı ki, mən Ermənistandan gəlmişəm, orada bizi incidirlər, vəziyyətimiz ağırdır. Elə bunu demişdi ki, həmin Abbas müəllim bu oğlanı hirslə boğazlayıb yerə saldı. Nadanlıq və mədəniyyətsizliyin ən kobudcasına nümunəsini görən tələbələr qəzəblə irəli cummaq istədilər. Mən də tribunanın dibində, yerdə, mikrofonun tuşunda dayanıb qeydlər edirdim. Gördüm ki, izdiham üstümə doğru yeriyir və divara yapışıb öləcəyimi gözümün qabağına gətirdim. Bu bir neçə saniyənin içərisində düşdüyüm vəziyyəti maşının altından sağ-salamat çıxan adam təsəvvür edə bilər. Bir az da keçsəydi məndən başqa da xeyli adam divara sıxılıb, yaxud ayaq altında qalıb məhv ola bilərdi. Ancaq vəziyyəti Xəlil Rza ilə Əbülfəz Əliyev xilas etdilər. Onlar hər cür hərəkətlə, sözlə tələbələri sakitliyə, tribunaya axının təhlükəli olduğuna inandırdılar.

Xəlil bəy tələb etdi ki, nümayişi bizim televiziya, “Vremya” göstərsin. Əbülfəz bəy isə dedi ki (15.33), Azərbaycan torpağı uğrunda son damla qanımızadək vuruşacağıq. Torpaqdan pay olmur. Vətən müqəddəsdir. Xalq gücü böyük şeydir. Ancaq biz bir-birimizi eşitməyi də bacarmalıyıq. Biz yalnız ədalətlə qalib gələ bilərik. İğtişaşlar bizə baha başagəlir. Unutmayın. Biz Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti yaratmışıq (əslində bu nümayiş də elə o cəmiyyətin fəaliyyəti idi). Biz haqqımızı tələb edəcəyik.

Professor Nurəddin Rzayev danışmaq istədi (15.37), ancaq hay-küy ona danışmağa imkanvermədi. Bir dəqiqə sonra yuxarı bir tələbə də dırmaşdı, onu danışmağa qoymadılar. Bundan sonra meydanda ağız deyəni qulaq eşitmədi.

Rektor Yəhya Məmmədov vəziyyəti sakitləşdirməyə çalışdı (15.51): Biz kiməsə inanmalıyıq.Mənə inanın, respublika rəhbərliyindən əl çəkməyəcəyik, sizin bütün tələblərinizin nəticələrini onlardan istəyəcəyik. Elə işlər var ki, onların həllində bizim rəhbərliyə sizin köməyiniz də gərəkdir. Bugünkü yığıncaq Mərkəzi Komitəyə də kömək idi. İndi isə dağılışaq. Mitinq bağlı elan edilir.

Saat 15.53-də Xəlil Rza bildirdi ki, mayın 18-i səhər saat 10-da hamı toplaşmalıdır. İndi isə AliSovetə doğru intizamla addımlayıb tələblərimizi orada da irəli sürək.

Page 14: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

15.57-də Lenin meydanındakı 25-30 minlik izdiham dağılmağa başladı. Nümayişçilər Neftçilər prospekti ilə irəlilədikcə “Azərbaycan” mehmanxanasının balkonlarına çıxmış qonaqlar, KQB-nin pəncərələrindən baxan əməkdaşlar, binaların balkonlarından durub seyr edən qocalar və uşaqlar əl edir, camaata ruh verir, yol boyu dayanan bütün maşınlar gəlin aparanda olduğu kimi aramsız siqnal verir, nümayişçilərlə bir sırada olduqlarını bildirirdilər. Doğrudan da, əsl mübariz ruh, döyüşkənlik (yaxşı  mə nada) əzmi qarışmış  bayram  təntənəsi də  nümayişçilərin hamısına ləzzət verirdi.

Mən elə meydandan aralanmağa başlamışdım ki, institutumuzun qızlarından Gülnarə Qaiblini, Könül və İradəni gördüm. Onların hansısa rusca danışdığı üçün milisionerlərdən üçü bunlara söz atmağa, hətta, deyəsən, kobudlamağa başlayıb. Gülnarə dedi ki, Ədalət müəllim, xahiş edirik bizimlə gedəsiniz. Mən əhvalatı öyrənib milisionerlərlə danışmaq istəyəndə qoymadı. Nə isə, Ali Sovetədək onlarla getdik. Azərneft meydanına çatanda səhərdən günün altında beyni qaynayan, ac-susuz adamlar hərə bir yolla  - bəzisi Filarmoniya bağından keçib,  bə zisi Mərkəzi Komitənin yanından yuxarı qalmağa başladı. Biz də Filarmoniya ilə İncəsənət Muzeyinin arasındakı küçədən düz gedib Mərkəzi Komitənin üst tərəfindən keçdik. Burada qızlar İradəgilə gedib 4-5 dəqiqə fasilə etdilər, su içdilər. Axırı ki, saat 5-də Ali Sovetin qarşısına çatdıq. Meydan tamam dolmuşdu. Ancaq Ali Sovetin qarşısı hələ boş idi, orada 30-40 adam vardı. Mən də onların yanına getmək istədim, qızlarla xudahafizləşdim. Bu vaxt gördüm ki, Xəlil Rza da yuxarı qalxmağa yol axtarır. Ortadan, pilləkanlarla qalxmaq mümkün deyildi, ona görə adamları birtəhər yara-yara qırağa çıxdıq, yuxarı tərəfdən hərlənib keçdik. İki cərgə milis dəstəsi qabağımızı kəsmişdi. Nə isə, Xəlil bəyin şairliyi, mənim alimliyim dada çatdı, içəri girə bildik. Binanın içərisindən Bəxtiyar Vahabzadə çıxıb dedi ki, gəlin 500 nəfər nümayəndə seçək, öz tələblərimizi içəridə deyək. On-on beş dəqiqəlik müzakirədən sonra razılaşıldı. Bu vaxt Ali Sovetin qarşısın-dakı binaya aid meydançaya axın başladı, iki-üç dəqiqəyə bura tamam doldu, heç bir milis onların qarşısını kəsə bilmədi. Nümayəndələr yavaş-yavaş içəri girdilər. Mən də qapıya yaxınlaşdıqda milislərsaxlamaq istəyəndə artıq qapıdan keçməkdə olan Xəlil Rza görüb dedi ki, yoldaş alimdir, onu buraxın. Mən də keçdim.

İclas zalına girəndə 6-ya 23 dəqiqə işləmişdi. Gördüm ki, Firidun Cəlilov da buradadır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” yazılmış yerdə, ortada ikinci sırada onunla yanaşı oturdum. Bir kişi mikrofonu yoxlayırdı, işləyib-işləmədiyini bilmək üçün “raz”, “dva”, “raz”, “dva” edirdi. Bu vaxt universitetin filologiya fakültə-sinin qiyabi dekanlığında işləyən şəkili Aydın ona yaxınlaşıb bərkdən: “raz”, “dva” yox - “bir”, “iki!” dedi. Onun sözünə hamı əl çaldı. Kişi özünü itirdi. Sonra o da gülməyə başladı və o biri mikrofonları yoxlayanda “bir”, “iki” deyib Aydının üzünə baxdı. Ümumiyyətlə, bu günlər, bu anlar rusca deyilən hər bir yersiz söz adamların əsəblərini cırmaqlayırdı və cırmaqlamaqdadır.

Zalda rəyasət hey ətinin oturağının lap arxasında Lenin büstünün yanında üç nəfər: İnşaat Mühəndisləri İnstitutunun tələbəsi Eldar Zeynalov, ADU-nun I kurs tələbəsi Rəfiqə Bəyalıyeva və7 yaşlı Adilə əsədova Azərbaycanın bayrağını əllərində saxlayıb (üçü də yapışıb). Onların göydə qalan əllərindəki qüvvətə və üzlərində cüzi yorğunluq əlamətinin yoxluğuna adam heyran olur.

Page 15: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Bayraq (Azərb. SSR-in oraq-çəkicli, göy zolaqlı qırmızı bayrağı nəzərdə tutulur – B. T.) - Vətənin, xalqın birliyinin rəmzinə çevrilmiş bu adi qumaş parçası heç vaxt fikir vermədiyimiz dərəcədə müqəddəsləşib. Gənclərimizin bu qeyrət rəmzinə vurğunluğunu görəndə istər-istəməz ürəyin dağa dönür. Çox sevinirəm ki, xalq belə ayılıb, özünü duymağa, sevməyə, ən başlıcası isə bu sevgini göstərməyə başlayıb. Doğrudur, biz Dağlıq Qarabağda ayaqlar altında qalan, daşnak çəkmələri altında tapdanan bayraqlarımızı o vaxt murdar əllərin çirkindən təmizləyə bilmədik, ancaq bugünkü yığıncağın odu paklıq yaratdı -  axı od murdarı təmizləyir!

Bir azdan sonra başa düşdük ki, respublika bayrağının Ali Sovetdə saxlanması o qədər də yaxşı iş deyilmiş. Belə ki, 7-yə 15 dəqiqə işləmiş (salon dolandan sonra) Süleyman Tatlıyev, Ramiz Mehdiyev, Telman Orucov (MK katibi), Fuad Musayev (BK-nın I katibi), İlyas İsmayılov (respublika prokuroru), Məhəmməd Əsədov (MK inzibati orqanlar şö bəsinin müdiri), BəxtiyarVahabzadə və Naim Fətəliyev (Ali Sovet Rəyasət Hey əti sədrinin birinci müavini) içəri girdilər. Naim Fətəliyev bayraqdar uşaqların yanına gedib onlara əyləşməyi tapşırdı... Bayrağı saxlayanlar oturdusa da, bayraq dik saxlandı.

Adı çəkilənlər içəri girəndə Bəxtiyar müəllimin görünməsi ilə alqış səsləri başlandı. Bu vaxt Tatlıyev mikrofon qarşısında ayaq üstə durmuşdu. Bəxtiyar müəllim də yerinə çatıb oturdu. Camaat isə çəpiyi kəsmədi və ayağa durub onu alqışlamağa başladı. Tatlıyev elə bildi ki, ona əl çalırlar, yaxşı ki, tezliklə səhvini anladı. Bəxtiyar müəllim ayağa qalxıb minnətdarlığını bildirəndən sonra hamı əyləşdi və yığıncaq başlandı.

16 may 1988.(Ardı)18. 15. S. Tatlıyev: Kimin nə sualı var, desin. Büro üzvləri də MK-da gözləyirlər.

Qərar çıxarıb həll edəcəyik. Görün Ermənistanda necə planlı iş aparıblar (Salonda səs-küy). Belə olsa sizinlə danışığı kəsəcəyik. Ne ujeli (Yəni doğrudanı – B. T.) siz başa düşmürsünüz ki, sizin kimi biz də respublikanın qayğısına qalırıq?! Suallar verin, 1 dəqiqədən artıq olmasın.

Süleyman Tatlıyev

Paşayev İslam (ADU; Qubadlıdan):

Page 16: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

- 1) Niyə Balayan, Ağanbeqyan haqqında heç bir tədbir görülmür? 2) Niyə mətbuat hadisələri birtərəfli işıqlandırır?3) Müslümzadənin işi həll olundu. Kevorkov isə işə götürülüb. Niyə

Kevorkov heç bir cəzaalmayıb?Qubadlıdan daş qoyun heykəllərini aparıblar. Dedilər ki, başında qızıl var.Tatlıyev: Yoldaş Müslümzadənin işinə plenum baxacaq. Kevorkovun da

məsələsinə plenumda baxılacaq. Oğlan (tələbə): -Nümayişlərin, mitinqlərin keçirilməsi haqqında fərmanın Dağlıq Qarabağa

dəxli yoxdur? Niyə bu haqda bizə mə lumat verilmir? Z. Balayanın “Ocaq” əsəri ingiliscə çıxacaq, onda dünya qarşısında biabır olacağıq.

Tatlıyev: - Fərmanı Ermənistan da verib.Qadın: Z. Balayan “Mej dvux oqney” (İki od arasında – B. T.), Kaputikyan isə

…………….... əsərində Kolumbiyada və başqa yerlərdə olan ermənilərdən yazır. Ən dəhşətlisi (bizdə) Mərkəzi Komitənin xalqa münasibətidir.

S. Tatlıyev etiraz etdi. Qadın: Mı pozvolyayem (Biz imkan veririk – B. T.). Ermənilər Andraniki xalq

qəhrəmanı edir, biz sumqayıtlıları “cani” adlandırırıq.Başqa qadın: - Mənim evimdə kişi xeylağı yoxdur. Mən bu işlərə biganə qala bilmirəm.

On gün idi ki, Stepanakertdə ermənilər tətil edib. Hamı bilirdi. Gərək onda qarşısı alınaydı. Ermənilər partbileti yandırdılar, bizdə də elə bir kişi çıxaydı.

Əliyev Mənsur Mahmud oğlu (yazdığını oxudu):- Ermənilər hazırlaşıblar. Bizdə isə heç kəs qabaqcadan hazırlaşmayıb.

Günahkarlar erməni alim və jurnalistləridir. Balayan, Ağanbeqyan, Kaputikyan, Naqapetyan və başqaları Sumqayıt caniləri ilə yanaşı oturmalıdırlar.Təkər altında ölən azərbaycanlılar üçün kim cavab verəcək?

Ağayeva Güllü (ADU-nun mə zunu): - Hamı başa düşür. Nağıl danışmaq yox, tələb etmək lazımdır. Müslümzadə

çıxarılırsa, Azərbaycanda Bağırov, SSRİ-də Qorbaçov işdən çıxarılmalıdır. Xəlil Rza (18.40):- Səbri daşıb-tökülən, alçaqlığa, gədalığa, zülmə və s. e tiraz edənlərin

qüvvəsini görürəm. İki yüz ilə yaxındır ki, Azərbaycanın başı üstündə genosid qırğını, qılıncı asılıb. Xətayi dövründə 2 milyon 800 min kvadrat kilometr sahə idi Azərbaycan. İndi isə 2 milyonu yoxdur.Cənub haqqında şerləri kitabdan çıxarmaq velikorus şovinizmidir. Azərbaycanın ən yaxşı oğullarını ya pantürkçü, ya da panirançı adlandırıb qırıblar: Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu. (Əli bəyin şe rini söylədi). Fevralın 27-sində Ramiz Mehdiyevə dedim ki, hamımız qətrə-qətrə xəyanət edə-edə xalqı bu vəziyyətə gətirmişik. Eşq olsun o xalqa ki, bizim şerimizə inanmayıb. Ali Sovetə, Mərkəzi Komitəyə soxulanlar, deputat nişanlarını çirkaba atanlar... (Alqışlar). Bizim davamız yalnız Xankəndi deyil, manqurdçuluqdur. Hamı xəyanət edib. Bağırov dövründə 200 mindən artıq

Page 17: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Ermənistandan gələn azərbaycanlılar öldülər. 2 milyon adamdan 750 min adam müharibəyə getdi (200 min getməli idi)

Milli gəlirimizdən xəbərimiz yoxdur. Mətbuatımız azaldılır. SSRİ-də ən kiçik limit Azərbaycanın payınadır. Mətbuatın üstündən senzura götürülsün. Azərbaycan dili felən dövlət dili olsun. Azərbaycanca bilməyənlər vəzifəyə qoyulmasın. 140 min erməniyə Dağlıq Qarabağda muxtariyyət verilibsə Gürcüstan və Ermənistandakı 100 minlərlə azərbaycanlıya da muxtariyyət verilsin. Hava zəhərlidir, radiasiya içindəyik. Radiasiyaya son qoyulsun. Sərhəd rayonlarına gedib-gəlmək sərbəstləşsin. Ermənistandan qovulan azərbaycanlıların əzabına Mərkəzi Komitə, Ali Sovet son qoysun. Qoymasa biz darmadağın edəcəyik. Azərbaycan xalqı, ayın 25-inə kimi (tələb edirik) bu işlərə son qoyulmasa, ayağa qalxacağıq. 18 may saat 10-da hamı gəlməlidir. Siyasi Büro üzvlərindən biri gəlməyincə nümayiş edəcəyik.

18.58-də gəldilər: Eldar Salayev, Püstə Əzizbəyovə, Aslan Aslanov, Qəraş Mədətov, Nəriman Quluyev, Fuad Həsənov və başqaları.

Nəbiyev Yaşar (hüquqçu): - Dağlıq Qarabağ Muxtar Vilayəti sözündən “Dağlıq” sözü götürülsün.

Ermənistandan qovulanlar Qarabağda yerləşdirilsin. Gürcüstandakı azərbaycanlılara muxtariyyət verilsin.

Ermənistanlı qadın (Qazax rayonunun Eynallı kəndindən): - Qəhrəman anayam. Ana kimi xahiş edirəm ki, ananı bir yana, balanı bir

yana aparan kimi Qarabağı ermənilərə vermək biabırçılıqdır.19.04. Abbas Abdulla: - Azərbaycan xalqı son 30-40 ildə bir sıra imtahanlar qarşısında qalıb.

Bugün də imtahan qarşısındayıq. Biz gedib Borçalıdakı, Ermənistandakı azərbaycanlıları oradaqorumalıyıq.Mən Ali Sovetdən xahiş edirəm: yarananda muxtar vilayət olmayıb. Bu, aydınlaşdırılsın. 1819 -dan 1879-acan Azərbaycana bir milyon 300 min erməni köçürülüb. Mətbuata düşsün. Beynəlmiləlçilik adı altında kosmopolitizmə yol verdilər. Kirovun adına 300 yer var, 3 Şaumyan rayonu var - azaldılsın. Qax və Şəkidə Stalinin 3 heykəli var. Bizim Dağlıq Qarabağın katibi Poğosov 1 mayda çıxış edib deyib ki, mən sizi əmin edirəm ki, Ermənistana birləşmək arzunuz həyata keçəcək. Növbəti plenumda Müslümzadə ilə yanaşı Poğosovun da məsələsi müzakirə olunsun.

Babək Məmmədov:- 1) Ermənistandakı azərbaycanlılara verilən əzablara, evlərinin

yandırılmasına, terrora sonqoyulsun (Sov.İKP MK-dan tələb).2) Dağlıq Qarabağ azərbaycanlılarına əzab verilməsinə son qoyulsun.3) Bir Siyasi Büro üzvü (yaxşı olar ki, Liqaçov) Bakıya gəlsin.4) Dağlıq Qarabağdakı respublika rəhbərliyinin itirilmiş nüfuzu bərpa

edilsin.İlqar (rusca oxuyanda səs ucaldı. Qabaqca üzr istədi):…………………..2) Dağlıq Qarabağdakı ekstremistləri dağıtmaq üçün səlahiyyət verilsin. Stepanakertdə yaşayan azərbaycanlı incəsənət işçisi Dostuyev Məhəmməd:- “Krunk” cəmiyyəti açıq-açığına işləyir, DTK göz yumur, azərbaycanlılar

işləyən dəzgahların üstünə Ermənistanın bayrağını qoyurlar. Azərbaycanlılar

Page 18: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

işləyən (20-dən artıq) sexləri bağlayırlar. Stepanakertdə azərbaycanlıları incidirlər. Biz də onların siyasəti ilə işləməliyik. 206 nəfər azərbaycanlı, 95 erməni zibilxanada işləyir. Niyə maraqlanmırlar ki, təyinatla ora gedənlər niyə qayıdırlar? Bizi (azərbaycanlıları) qanunsuz saxlayırlar. İgid oğullarsınızsa gedək mənimlə, yaşayın orada. Başımın altında balta qoyub yatıram. Niyə? Azərbaycan televiziyasının redaktoru: Telman Orucov yoldaşı Qarabağdan qovmuşdular. Biz alimi yetişdiririk, sonra məhv edirik.

19.32. Püstə Əzizbəyova: -Mən həyəcanlıyam. Düzdür, Ağdamda narahatlıq var. Oğlum dedi ki,

Murtuzayev elə təşkil edib ki, cavanlar sakitləşib. Torpağı vermək olmaz. Moskvada erməni yoldaşlarla mübahisə etdik (mən, yazıçı M.İbrahimov, Tələt Qasımov). Dedilər ki, 4 min kv. km sahəni verməklə heç nə olmaz. Mən dedim ki, üç oğlumu verərəm, özümü alın, ancaq torpağı vermərik. 1921-inci il 4 iyulda Kavbüroda səsqoyma olub, 4 nəfər lehinə, 3 nəfər əleyhinə səs verib ki, Dağlıq Qarabağ  Ermənistana verilsin.  Ayın 5-ində Kavbüronun  iclasında Nərimanovun rəyi oxunur. Burada isə DQ yekdilliklə Azərbaycanda qaldı. 1918 - 20-də guya müsavatçılar erməniləri qırıb. Yanlışdır.

Mənə dedilər ki, Məşədi bəyin Ermənistanda heykəlini yıxıblar. Dəmirçiyandan soruşdum. Əzizbəyov kolxozunu Sayat-Nova kolxozu ediblər. Gəlin bu dərdlərə çarə qılaq. Hamımız danışaq. Ortada nə var? Tələb: DQMV Azərbaycanın torpağı olub və olaraq qalacaq. MT-da çıxışımdan sonra mənə məktublar gəlib - 99%-i təhqirdir. Əzizbəyovlar tayfasından bir kişi öz evində can verməyib. Oğlanlarım da əsgərdir. Hamınızı təmkinli olmağa çağırıram.

Hatəmi Tantəkin (Nizami muzeyi):-Aşağıdan atılan məktublara əsasən tələblər: 1. Sumqayıtda tutulanlar buraxılsın. 2. Rektorlar niyə qapıları bağlayır? 3. Erməni şəxslərlə bağlı yerlərin, küçələrin adları dəyişdirilsin. 4. Kəndlərimizin adı qaytarılsın. 5. Arvadı erməni olan rəhbər işçilər işdən götürülsün (Gurultulu alqışlar).6. Ermənilərin (Şaumyanın) heykəli götürülsün.İndi isə öz tələblərim. Bizim bütün tariximiz saxtalaşdırılıb. DQ-dakı bütün

kurqanlar türk kurqanlarıdır. Salayev söz verib, ancaq inanmıram, çünki Tarix İnstitutumuzun direktoru İqrar Əliyevdir. Azərbaycan dilinin pozulması Konstitusiyaya hörmətsizlikdir. Bağdakı abidə Nizamiyə böhtandır. Bir var ki, gəlini kəbinlə aparasan, bir də var ki, götürüb qaçasan. Ermənilər Qarabağı götürüb qaçırlar. Əldən verməməliyik. “Qnçak” Türkiyədən torpaq istəyirdi, “Daşnak” isə Rusiyada Ermənistan qurmaq istəyirdi; onlar qalib gəldi.

Oğlan: 4 ay davam edən hadisələr bizim Mərkəzi Komitənin ideoloji şö”bəsinindişsizliyindəndir.Siz Balayanın kitabı çıxanda dediniz ki, tədbir görəcəyik. Nə tədbir gördünüz? H.Borovik “Pozisiya” verilişini çəkəndə sizinlə görüşməyib?

R.Mehdiyev: - Yox!Oğlan: 

Page 19: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

- Deməli, sizin nüfuzunuz yoxdur. Cavab verəydiniz. Özünüz bacarmırsınız, bacarıqlı jurnalistlərimiz var, onlara yazdıraydınız. (Sürəkli alqışlar). Bahar bayramını niyə keçirmirik? Şıxəli Qurbanovu fiziki öldürdülər, Müslümzadəni mə nəvi. (Alqışlar).

B.Vahabzadə (20.03): - Bu gün büro olacaq. Burada deyilənlər orada müzakirə ediləcək. Xəlil,

qəzəbli baş lazım deyil bizə. Milləti qırğına vermək olmaz. (Xəlil Rza ilə mübahisəsi düşdü). Novruz bayramını Cəfər Cəfərov dayandırmadı. Cəbhə yaratmayaq. Əsəbiləşib əsədovun yanına gəldim. Mənə çoxlu sənəd göstərdi. Moskvaya çox müraciət ediblər. Ancaq birini bilirsiniz, birini yox, ürəyi çox açmaq olmur. Burda deyilərin 70 faizindən çoxu ilə razıyıq. Gürcüləri özümüzə düşmən edək? Bu Borçalı muxtariyyəti məsələsi nədir? Dərbənd məsələsi... Meydanda tək qalaqmı? Emosiyaları cilovlayaq. Siz bayıra çıxanda emosiya ilə danışsanız axşam bizi nə gözləyir? Sumqayıt baş versin? Yenə balalar tankın altında qalsın?

Mənsur: - Torpaq alanın torpağını almalı, cəza verənə cəza verilməlidir. Yaşasın

azadlıq! Bir kişi qərar layihəsi oxudu:- Küçə adları (Avakyan, Şaumyan və başqa -yan lar) dəyişdirilsin. Krunk

“Komitet Revolyuionnoqo Upravleniəya Naqornoqo Karabaxa” (Dağlıq Qarabağın inqilabi idarə komitəsi – B. T.) deməkdir.

Ağamalı Sadiq (“Ulduz” jurnalının işçisi):- Ermənistandakı azərbaycanlılara maddi yardım göstərək.Ermənistandan

gələn oğlan: Ayın 2-sindən dərdimizi Bakıda MK-ya demişik (200-dən çox adam). Dedilər tədbir görəcəyik. Ancaq heç nə yoxdur indiyədək. Kim tədbir görəcək?

Qaradağ rayonundan bir nənə: -Səbrli olun, ayıq olun.Püstə Əzizbəyova: - İçinizdən 11 nəfərlik komissiya yaradılsın. Onlar təklifləri işləyib

hazırlasın.Nurəddin Quluyev (artist): - Proqram qəbul edilsin: 1. Ermənistanda yaşayan azərbaycanlıların bugünü və taleyi. 2. Gürcüstandakı azərbaycanlıların taleyi. 3. Qarabağ məsələsi bütün ali məclislərdə Azərbaycanın xeyrinə həll edilsin.4. Mərkəzi mətbuatda jurnalistlərə yer verilsin.5. Azərbaycanın birləşməsi məsələsi gözdən keçirilsin.- Azərbaycan dili Xətayi dövründəki kimi dövlət dili olsun.- Ağanbeqyanın “Humanite”dəki çıxışı dövlətə xəyanət kimi

qiymətləndirilsin.- Siyasi Büroya tələblərimiz çatdırılsın.20.30-da camaat ayağa durdu.20.33. D.Gədəbəyli:

Page 20: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

Onlar (ermənilər - Ə.T.) kimi ağıllı olun. Heç yerdə iz qoymurlar. Ağıllı millətlər həmişə qalib gəlir. Siz Bəxtiyar müəllimə söz qaytarırsınız. Biz sizə inana bilərikmi?

20.37 İlyas İsmayılov (prokuror): - Ağıllı söz emosiya ilə deyiləndə eybəcər hala düşür. Bugünkü

yığıncağımız qanunsuzdur. Niyə elə düşünürsünüz ki, respublika rəhbərləri Qarabağın vəziyyətini düşünmürlər? Qarabağda kütləvi işdənçıxarma olub. İndi istintaq gedir. Gərək bir-birimizə hörmət edək. Xeyri şərdən seçə bilmiriksə işimiz uğurlu olmaz.

Qadın ona sual verdi: -DQ-da işə çıxmayanlara qarşı nə tədbir görülüb?Cavab: Cinayət tərkibi yoxdur, işdən çıxara bilərlər...Qızın sualı: Niyə Tanzaniyada daxma uçanda xəbərimiz olur, Sumqayıtdan

xəbərimiz yoxdur? Cavab: - Düz deyirsiniz.20.51. Tofiq Bayram: Biz haqqımızı tələb edirik. Rəhbərlərdən təminat

alaq: DQ-da anarxiyaya son qoyulacaqmı, Ermənistandakı azərbaycanlıların taleyinə qayğı göstəriləcəkmi?

20.56. S. Tatlıyev: - Çoxlu təkliflər oldu. Gecə səhərə kimi işləyəcəyik. Sizin təklifləriniz bu

gecə Moskvaya çatdırılacaq. Bəxtiyar müəllim getdi, niyə? Hamımız bir nöqtəyə vurmalıyıq.

20.59. Hamı dağılışmağa başladı.21.22-də camaat Ali Sovetin qarşısından dağıldı.Saat 21.49. N. Nərimanov prospektində provokasiya.Ayın 17-sində televiziyada “Publisist” studiyası: S.Tatlıyev, R.Mehdiyev,

İ.İsmayılov, Anar, F.Köçərli, İlqar Qasımov. Ayın 18-ində həmin verilişin təkrarı oldu.1988, mayın 19-undan 20-sinə keçən gecə, saat 4.10-9.21. 

18 MAY 1988. Lenin meydanı. Mitinq. Şüarlar: "Tələblərimiz həyata keçirilsin!""Ucalsın elin səsi, Qarabağın şikəstəsi!""Dağlıq Qarabağ azərbaycanlıları azadlıq istəyir!""Doloy "KRUNK!""Koroğlu qeyrətli, Babək hünərli yaşa, yaşa , Azərbaycan!""Biz millətçi deyilik, beynəlmiləlçiyik!""Ne dadim toptat sovetskie zakonı i konstitutsiyu!""Şuşa - tsentr Karabaxa!""Prekratit izdevatelsetva nad azerbaycaskim narodom!""Yaşa Azərbaycan!""Xankəndi"."Karabax bıl, yest i budet naşim!""Mixail Serqeeviç! Ostainovite massovıy şovinistiçeskiy psixoz v NKAO!""SSRİ vahid dövlətdir, onu parçalamağa yol vermərik!"

Page 21: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

100-dən artıq şüar var. O sıradan bunlar da: "Azərbaycan abidələrini qoruyaq!" "Azərbaycandili dövlət dili olmalıdır!""Boykot TV peredaçu "Pozitsiya!""NKAO - neotdelimaya çast Azerbaycana!""Yaşasın Lenin milli siyasəti!""Erməni şovinizminə, onun tərəfdarlarına ölum!""Prekratith antityurkskuyu politiku!""Polojit konets besçinstvam v Erevane!""Aqambeqyanları, Balayanları. Muradyaiları Sumqayıtda gedən məhkəməni

n müttəhimlərkürsüsünə!""Ermənistanda yaşayan 200 min azərbaycanlıya muxtariyyət!""Səbrimiz tükənib!"."Mı za reşenie Politbüro KPSS !""Prizıvaem prekratitv demaqoqiyu vokruq NKAO ""Dosta - dost, düşmənə - düşmən!""Qarabağdan əl çəkin"."Torpaqdan pay olmaz!""Şuşa Qarabağın mərkəzidir!""Yaşasın qədim Xankəndi!"“Dağliq Qarabağ bir vilayət kimi ləğv edilsin! ""Aqanbeqyana - na skamyu podsudimıx!""Za 70 let v Armenii bılo pereimenovano svışe 300 azerbaycanskix

qeoqrafiçeskix nazvaniy! ""Vosstanovit sovetskuyu vlasth v Karabaxe! ""Natsistskomu kursu Balayana - net!""Vernite Nizami rodinu k 850-letiyu GƏNCİ!""Millətçiliyə ar olsun!""Vremya" - pokaji nas, "Pravda" - pişi o nas ".Saat 9.42-də meydana, 10.14-də tribunaya çatdıq. Əzizə Cəfərzadə sakitliyə

çağırdı. Sonra Mənsur danışdı erməni millətçilərindən. 10.20. Tofiq Bayram: - Bu nümayişimizlə Azərbaycan xalqının birliyini, gücünü

nümayişetdirməyə yığışmışıq. Azərbaycana dair şerini oxudu.10.24-də helikopter (vertalyot) uçdu. Dənizin üstündə dövrə vurub yenə

gəldi.Saat 10.25-də ən azı 50 min adam var.10.29. Ədilə Namazova (akademik): - Azərbaycan xalqı mərd xalqdır. Biz sizinlə həmfikirik. Çox ağıllı, çox

inadkarlılıqla hərəkət etməliyik. Qarabağ bizimdir, onu heç kəsə verməyəçəyik! Torpaq hissi, vətən hissi, ana sevgisi çox yüksəkdir. Yaşasın bizim Azərbaycan torpağı!

10.31-də Heydər Əliyevin və Leninin portretləri göründü.10.32-də yenə helikopter (vertolyot) gəldi.10.33. Bəxtiyar müəllim gələcək. Hələlik isə şair Qabil danışır. (Nüsrət

Kəsəmənli aparır yığıncağı). Azərbaycan xalqı ağıllı və döyüşkən xalqdır.

Page 22: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

10.35-də yeni bir güclü axın gəldi (soldan).10.36. N. Kəsəmənli mitinqin tələblərini oxudu:1. Mətbuatda ünvanımıza yağdırılan böhtanlara son qoyulsun.2. Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilsin.3. Göyçə, Gorus, Masis azərbaycanlılarına dəyən zərər ödənilməlidir.4. Vazgen, Aqanbeqyan, Balayan və başqa ekstremistlər cəzalandırılmalı və

bu haqda məlumat verilməlidir.5. Balayanın "Oçaq” kitabı...6 .................................7. Ermənistanda dəyişdirilən Azərbaycan adları özünə qaytarılsın, SSRİAli

Sovetinin fərmanı ilə təsdiq edilsin.8. Stepanakert və Sumqayıtdakı məhkəmə prosesi əsassız sayılsın.

(Gurultulu, sürəklialqışlar).9. Peşkəş edilmiş torpaqlar geri qaytarılmalıdır. Gəliri Azərbaycan xalqına

verilsin.10. Borovik üzr istəsin.11. Kevorkov məhkəmə məsuliyyətinə çəlb edilsin.13. "Krunk"la elaqəyə son qoyulsun! 10.42. Məmməd İsmayıl: - Srağagün Ali Sovetə tələblər vermisiniz. Biz onlara əməli cavab gözləyirik.

Ermənistanda və başqa yerlərdə azərbaycanlıların taleyi bizə əzizdir. Bağırov Moskvaya gedib. Məsələlərdən biri Ermənistandakı azərbaycanlılara muxtariyyət verilməsidir. Bakıdakı küçələrə layiqli adlar qoyulmalıdır - Elmlər Akademiyasında bununla bağlı komissiyayaradılıb. Biz tələb edirik, "Kommunist" qəzetinin mövqeyini tənqid edirik.

10.46-da sağdan çox böyük izdiham gəlib qoşuldu.Məmməd İsmayıl: - Eşq olsun bu birliyə!10.47. Prof. Nurəddin Rzayev: - Azərbaycan xalqının sabahı olan gənclərimiz! Biz intizamlı olmalıyıq.

Çünki Sumqayıtda da nümayişdən sonra hadisələr baş verdi (10.49-da yenə helikopter (vertolyot).

10.50-də Bəxtiyarı gəclər çiyinlərində izdihamdan keçirib gətirdilər (çox böyük coşqunluq vardı).

10.51-də: "Bəxtiyar müəllim mikrofon qarşısındadır!".(Sürəkli alqışlar, "Bəx-ti-yar!").

Bəxtiyar: - Mən sizin hamınızı öpürəm. Sevinirəm ki, mənim millətim haqqı uğrunda

mübarizə apara bilir. Ancaq xahişim budur ki, özümüzü xalqımızın adına layiq aparaq. Bağırov yoldaş Moskvadadır. Tələblərimiz 70-80% ödəniləcək. Son dərəcə xahiş edirəm: qeyri-millətlərin başından bir tük də əskik olmamalıdır.

10.54. Tağı Xalisbəyli: - Azərbaycan xalqının monolit birliyinə eşq olsun! Bu birliyi biz yaratmışıq.

Var olsun bu birlik! Azərbaycan gənclərinin müraciətini oxuyuram. 200 ilə yaxındır Azərbaycanın şimalını cənubuna həsrət qoyublar. Unutmayın ki, aramızda

Page 23: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

qızışdırıcılar var, sakit olun. Yaşasın Azərbaycan xalqının monolit birliyi! Azərbaycan türklərinə eşq olsun! Rədd olsun daşnak partiyası! Balayan, Dəmirçiyan, Ağanbeqyan və başqaları cəzalandırılmalıdır.

10.59. Nüsrət Kəsəmənli: - Biz heç bir millətçi iş görmürük.Xankəndindən gələn Əhmədov: - Əziz balalar, müdrik atalar, sevimli analar, bacılar! Sizə Qarabağdan salam

gətirmişəm! Sizin hər bir hərəkətiniz orada bizə baha başa gələ bilər. Azərbaycan xalqı qəhrəman xalqdır. Stepanakertin yaxınlığındakı Kərkicahan kəndi Xankəndi olsun. (Etirazlar). (11.03-də yeni bir böyük dəstə sağdan gəlib qoşuldu)."Krunk" məhv olmalıdır. Yaşasın Azərbaycan xalqının birliyi!

11.04. N.Kəsəmənli: - Bu mitinqdə başqa yerlərdən də gələn var. Cənubdan olan Ədaləti Babək (həkim): - Yoldaşlar! Sizə Cənubi Azərbaycan xalqından salam gətirmişəm.(Xalq:

"Təb-riz", "Təb-riz!").Əsl azərbaycanlısınızsa erməni millətçiləri qarşısında öz təmkininizi göstərin. Ağsaqqallarımıza eşq olsun! Sizinlə ölümə də getməyə hazıram!("Təb-riz", "Təb-riz!"). Erməni daşnakları kimi özünüzü aparmayın. Deyirik, yoldaş Bağırov, Seyidov, Tatlıyev, Həsənov, xalq sizinlədir, siz də xalqla olun!(Alqışlar).***

11.09. Elan. Dəmirdəkilər yanaş-yavaş düşsünlər. Birinə bir iş olsa rəng verərlər.

11.10. Yeni bir dəstə (az) qoşuldu.Şuşadan Rəfiqə Yusifova: - Qeyrətinizə qurban olum! Şuşadan ətirli salam gətirmişəm! Dağlıq

Qarabağın bütün abı-havası buradadır. Xahişim var: ayın 14-15-ndə Şuşada nümayiş edib öz torpağımızı tələb edib, müraciət etdik. Şuşada 3 ayda bir hadisə olmadı. Ona görə elə edin ki, dilimiz gödək olmasın bu gün. Şərq mədəniyyətini qoruyaq. 1. Rədd olsun xalqlar arasında nifaq salan ekstremistlər! 2. Dağlıq Qarabağın muxtariyyəti ləğv edilsin! (Alqışlar).

11.16. Zakir Fəxri: - Biz Azərbaycan TV-nin dünənki verilişini alqışlayırıq. Azərbaycan

Kommunist Partyası rəhbərliyinin fəaliyyətini alqışlayırıq!11.17. Əhmədov: İntizamınız qarşısında baş əyirəm. Siz Babəkin

övladlarımız. Azərbaycan müharibədə neftin 95%-ni verirdi. Biz tələb edirik: millətçilər cəzalandırılmalıdır.

11.22. Şuşadan gələn Xavər Qasımova: - Şuşadan sizə salam gətirmişəm. İndiyədək olduğunuzkimi, indidə belə

təmkinli olun. Xahiş və tələblərimiz budur ki xalqları bir-birinə savaşdıranlar cəzalandırılsın! Yaşasın Qarabağ!

Sov. İKP-nin qərarı Ermənistandakı azərbaycanlılara da şamil edilsin! Azərbaycanda nə qədər erməni rəhbər varsa Ermənistanda da o qədər azərbaycanlı rəhbər işçi olmalıdır.

11.06. Şahmar Əkbərzadə (fit səsləri ucaldı nə üçünsə):

Page 24: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

- Mən sizin monolit birliyinizi öpürəm! Unutmayın ki, siz Babəkin ruhu ilə bura yığışmısınız. Sumbatlara ar olsun! Sumbatlar iradəmizi qıra bilməz. Biz Üzeyir bəyin yurduna yadları qoymamalıyıq. Biz Dağlıq Qarabağda işdən çıxarılmış azərbaycanlıları sizin gücünüzə geri qaytaracağıq. Zori Balayanları cəzalandıracağıq. SSRİ birliyinə yad toxumlar səpən şərəfsizlərə ar olsun! (11.31 Yeni bir böyük dəstə sağdan birləşdi) Yaşasın vahid Azərbaycan!

11.32. Bir qadın: - Mən vətən müharibəsi iştirakçısıyam. Əslim Şuşa qalasındadır. Vaqifin,

Üzeyirbəyin yurdu özümüzündür.Zeynəb Xanlarova: - Əzizlərim! Mən öyrənmişəm mikrofon qarşısında oxumağa. Bu xalqla

mikrofon da olacaq, mahnı da olacaq Mən Qarabağla bağlı yeni mahnılar oxuyacağam. Bu yaxınlarda ABŞ-dan gəlmişəm. Oradakı azərbaycanlılar sizə salam yetiriblər. Deyiblər ki, siz orada möhkəm durun, burada biz də canla başla hazırıq. (Oxudu) Bir qonaq gəl bizlərə Qarabağın maralı, Azərbaycan maralı

11.38. Raykom Xəlil Xəlilov:- 16-sı nümayişindəki tələblərimizə baxılıb. Bağirov yoldaş onlarla bağlı

Moskvaya gedib. Tələblərinizin hamısına baxılacaq! Xahiş edirəm ki, buradan dağılışanda hamı iş yerinə sakitliklə getsin. (Fit). Mən demirəm ki, gedin. Deyirəm ki, gedəndə intizamlı olun. Sumqayıtdakı hadisələrdən nəticə çıxarmalıyıq.

11.42. Şair katib (?): - Niyə partbilet yandıran (ermənilər) cəzalandırılmır?11.43. Aydın Məmmədov (alim): - Bu gün biz birliyimizi göstərməyə gəlmişik. Heç kəsin torpağını istəmirik.

Başqasının ocağını uçurub, özümüzə ocaq düzəltmirik. Hər bir xalq öz babalarına uyğun yaşamalıdır. Bugünkü birlik təsadüfi yaranmayıb. Siz bizi bütün dünyada təmsil etməlisiniz. Sizin simanızda xalqımıza eşq olsun!

11.47. Ermənistanın Kalinin rayonundan Əhliman Gülməmmədov: -Yaşasın Ermənistanda yaşayan azərbaycanlılar! Biz partiya rəhbərlərimizin

dalında durmuşuq. "Cəlaloqlu" "Stepanavan" olub. Ermənistandakı azərbaycanlılara muxtariyyət verilməlidir! Sağ olun! Sağolun!

11.48. Həsən Turabov: - Bu gün Azərbaycan xalqının bayramıdır. Azərbaycan xalqının birlik

bayramıdır. Dram teatrı artistləri də sizin qarşınızdadır. Ancaq çox intizamlı olmalıyıq. Hərc-mərcliyə yol verə bilmərik! Yaşasın Azərbaycan torpağı! (11.51-də sağdan çox böyük izdiham gəlib qoşuldu.)

11.52. Süleyman Tatlıyev. (Fitlər).- Əziz həmyerlilərim. Srağagün bu meydanda, Ali Sovetdə olarkən tələblər

irəli sürüldü. Bugün də lazımi məsələlər irəli sürüldü. Bu məsələlər Sov.İKP MK-da, bizdə həll olunur. Sizi əmin edirəm ki, bizi Qarabağdakı hadisələr narahat edir. Ermənistanda baş verən hadisələrə gəlincə Azərbaycan xalqına qarşı olan bütün hörmətsizliklər bizə məlumdur. SSRİ prokurorluğu iş aparır.

11.56. Tələbə Nüşabə Hacıyeva: - Biz buraya tələblərimizi irəli sürməyə gəlmişik. Tələblərimizəcavab

eşitmək istəyirik, onlar ödənilməyincə buradan getməyəcəyik.

Page 25: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

11.59. Bütün kütlə: "Bəx-ti-yar!". Bəxtiyar: - Mənim övladlarım! Mənim balalarım! Sizin istər srağagünkü, istər

bugünkü tələblərinizi Razumovskinin müavini Savçenko Moskvaya çatdıracaq. Gəlin əməyimizi puça verməyək. Əziz övladlarım. Mədəni xalqıq. Mədəniyyətimizi saxlayaq. Bu, kifayətdir.40 illik yaradıcılığımda mənə qarşı olan hücumlara baxmayaraq Azərbaycana aid yazmışam, yenə yazacağam.

12.03. Gədəbəydən gələn 96 yaşlı kişi: Siz salamat alasınız. (? - B. T.) Sizin qırılmamağınızı arzu edirəm.12.05. Ermənistandan deputat Xuraman Əkbərova (Səslər: "Lazım deyil!"):- Mənim doğma xalqım, millətim! Məni eşidin. Moskvaya getmək

istəyirdim. Siz də çox sağ olun ki, halımıza belə yanırsınız. Dağlıq Qarabağdakı hadisələrdən sonra mayın 11-indəki hadisədən yəqin hamınızın xəbəri var. Ölüm hadisəsi olmayıb - evlar yanıb. Elə etməyin ki, xalqımızın adı pis çıxsın. "Gunəş" komitəsindən salam gətirmişəm. Tələblərimizi Moskvaya aparıram. Bunlardır:

1. Ermənistandakı 200 minlik azərbaycanlılara muxtariyyət verilsin.2. Kənd və rayonlarımızın keçmiş adları qaytarılsın.3. Millətçilər ifşa olunsun!12.11-də izdihamdan bir oğlan çiyin üstündə söz istədi. İzdiham tələb etdi

ki, ona söz verilsin. İğtişaş düşdü (bir neçə dəqiqəlik). Tələbə Xuramanı istəyir.12.28. Bir qadın tələblər irəli sürdü:- Müslümzadə işə qaytarılmalıdır.- Ermənistandakı azərbaycanlılara azadlıq verilməlidir.Mənim iki oğlum var, onları bu xalqın yolunda qurban verərəm. Yaşasın

Azərbaycan!12.34. Kütlə: "Bəx-ti-yar!". Bəxtiyar: - Əziz övladlarım, mənə qulaq asın. Elə etməyin ki, bu gözəl işimiz

peşmançılıqla qurtarsın. Bu torbanın içində sizin tələbləriniz var, onlarla tanış oldum. Onlara əməl olunacaq. Biz vahid bir mərkəz yaradacağıq. Həmən mərkəzin başında mən duracağam. (Kütlə: "Bəx-ti-yar!"). Sizin tələblərinizi yerinə yetirməyə çalışaçağıq. Kevorkov kimi alçaqlar xalqın arasına nifaq saldılar. Ağanbeqyanlara, Balayanlara cavab yazmışıq, yenə yazaçağıq. Mən 40 ildir ki, Azərbaycan dilinin dövlət dili olmasına çalışmışam, yenə çalışacağam.

12.39. Dəmir Gədəbəyli: - And için! And için! Aid için! Azərbaycan xalqının torpağını, qeyrətini heç

kəsə verməyəcəyik! El bilir ki, sən mənimsən. Yurdum. yuvam, məskənimsən! (Bu bəndi sonadək, 2 dəfə təkrar edir). (Sürəkli alqışlar). Ağıllı sözü qışqıra-qışqıra deməzlər. (Şer söylədi). Gunəş altda qızmış başlar məni eşitsin: Azərbaycan xalqı bu gün yaranışını sübut etdi. Aranızdakı provokatorlardan uzaq olun. Bununla da izdihamımızı qurtaraq.

12.43. Qadın: - Mənim mükafatım sizin namusunuz, qeyrətinizdir. Soruşurlar ki, mən

haradayaşayıram? Mən Azərbaycanda yaşayıram. Mən sizəm. Bizə uçuz elm yaraşmaz. Biz ermənilər kimi özümüzü pula satmırıq. Türklər bizim qan qardaşlarımız! Yaşasın müsəlmanlar!

12.47. Qadın danışmaq istədi.

Page 26: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

12.49. Nurəddin Quliyev (artist): - Siz kiməsə inanmalısınız. Sakit olun. Heç kəs sizin qeyrətinizə şübhə

etmir. Ancaq elə etməyin ki, xalqımızın adı tarixə ləkəli düşsün. Bu cür hay-küylə heç nə etmək olmaz, heç kəs torpağınızı almır və ala da bilməz. Həqiqi kişiyiksə kişiliyimizi qoruyub saxlamalıyıq.

12.54. Qadın: Xahiş edirəm Koroğluya, Babəkə ləkə gətirməyək. Narahat olmayın. Qadınlar dalınızda dayanıb. (Guya Könül adlı bu qadın özünü azərbaycanlı kimi qələmə verən erməni idi; onu sonra ifşa etdilər - adı Rita imiş – Ə.T.)

12.55. Nurəddin: - Siz düşmənlərimizin əlinə fürsət verməyin. Bu boyda iş görmüsünüz, onu

bir qısa anda məhv edə bilərsiniz.13.10-da yavaş-yavaş dağılmağa başladı izdiham.14.31-də Cümşüd Nuruyevlə meydandan çıxdım. Meydanda 1000-dən artıq

adam qaldı.Bütünlükdə 800 mindən artıq adam var. Bu, indiyədək olmayan bir hadisə -

bütün millətin birliyinin yarandığı ilk böyük, əzəmətli çıxışdır…Gecə televiziya ilə mitinqi göstərdilər.Həmişə olduğu kimi bu gecə də "Kommunist" nəşriyyatına gedib qəzetlərin

sabahkı nömrələrini götürdüm ki, gətirib yataqxanada uşaqlara paylayım. (Yataqxanamızın sakinləri zarafatla deyirlər ki, sən bizi qəzetləri bir gün qabağdan oxumağa vərdiş etdirmisən). Nə isə, sabahkı "Molodyoj Azerbaydjana"nın başı bəlalı oldu. Belə ki, qözetin 58-inci (10426-cı) nömrəsində 1-inci səhifədə "Azərinformun məlumatı" dərc edildikdən sonra bütün tiraj yığışdırılıb məhv edildi. Uşaqlar həmin nəşrdən məna 5-6 nüsxə tapıb verdilər. Gecə evdə bu variantla həmin məlumatın yeni variantını müqayisə etdim. Birincisi, məlumat çox qısaldılıb; başlığı 4 sütun boyunca böyüdüblər, "Yeni xətt " adlı məlumat da əlavə olunub - ixtisarın yerini doldurmaq üçün. İkincisi isə, ilk variantda Bakıda ayın həm 16-sı, həm də 18-ində mitinqlər keçirilməsi göstərilsə də yeni nəşrdə yalnız 18-i saxlanılıb. Mitinqlərin çoxminli olması, onları gənclərin, tələbələrin, ziyalı nümayəndələrinin və əmək kollektivlərinin keçirməsi mətndən çıxarılıb. Üçüncüsü, Ermənistan SSR-nn Ararat rayonunun bir sıra yaşayış məntəqələrində yerli əhali arasında toqquşmalar baş verməsi haqqında (mayın 11-ində) məlumat bütünlüklə götürülüb. Məlumatın sonundakı "Qəbul edilən qərarlar haqqında ictimaiyyətə vaxtaşırı məlumat veriləcək" cümləsi də atılıb.Azərinformun bu məlumatını başqa qəzetlər dərc etməyib. "Molodyojka"nın bu nömrəsində 1-inci səhifənin ətəyində Nəcəf Adiloğlunun "Mı v otvete za çest naroda" ("Xalqın şərəfinə görə cavabdehik") adlı çox dəyərli məqaləsi də verilib» (9).

Qaynaqça

1. “Azərbaycan” qəz., 27 mart 1993.2. Əbülfəz Elçibəy: "Mən qurtuluşçuyam!". Tərtibçisi, ön sözün və

müsahibənin müəllifi Ədalət Tahirzadə’dir. Bakı: "Elçibəy kitabxanası" nəşriyyatı, 2002, 40 səh.

Page 27: Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi … · Web viewn Az ə rbaycana aidliyini bilm ə y ə n savads ı z şö b ə m ü dirl ə ri i ş l ə yirmi ş

3. Ədalət Tahirzadə. Vikipediya (https://az.wikipedia.org/wiki/%C6%8Fdal% C9%99t_Tahirzad%C9%99).

4. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006. 5. Həsənli C. Ön söz // Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.

scribd.com/doc/61649371 /Meydan-gundeliyi).6. “Kommunist” qəzeti, 21 oktyabr 1984.7. «L HUMANITE, MERCREDI, 18 novembre 1987.8. Pənahlı N. Əbədiyyət yolunun yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.9. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/doc/61649371

/Meydan-gundeliyi).