komputerin praflaktikasi

10
Kompüterin tekniki proflaktikasi

Upload: ulduz-haciyeva

Post on 21-Nov-2014

1.121 views

Category:

Documents


1 download

DESCRIPTION

 

TRANSCRIPT

Page 1: Komputerin praflaktikasi

Kompüterin tekniki proflaktikasi

Page 2: Komputerin praflaktikasi

1.Kompüterin yaxşı işləməsi üçün otaqda temperatur normal olmalıdır. Yüksək temperatur kontaktların turşulanmasına səbəb olur və bu da öz növbəsində mikrosxemi və digər elektron hissələri sıradan çıxarır. Temperaturun qalxıb düşməsi hard diskin işinə əngəl ola bilər. Kompüter olan otaqda temperaturun +15 və +32 C arasında olması məsləhətdir. 2.Cihazın müdafiəsi üçün fasiləsiz işləyən qida blokundan (UPS) istifadə olunur. Bu cihaz elektrik şəbəkəsində cərəyan kəsintisi baş verdikdə müəyyən vaxt ərzində işi davam etdirməyə imkan verir. Həmin vaxt ərzində siz sakitcə işinizi başa vuraraq kompüteri söndürə bilərsiniz. Bundan əlavə UPS elektrik sıçrayışlarının qarşısını alır. 3.Vaxtaşırı olaraq siçanın topunu təmizləyin. Orada yığılmış çirk siçanın normal işləməsinə mane olur. 4.Kompüterlə eyni rozetə soyuducu, kondissioner, qəhvəbişirən, kopyalama cihazları, lazer printerləri, elektrik qızdırıcıları, toz soranlar və güclü elektrik alətləri qoşmayın.

Page 3: Komputerin praflaktikasi

5.Əgər siz uzun zamandan bəri kompüteri qoşmamısınızsa, hər hansı bir məlumatı yadda saxlamazdan əvvəl hard diskin 15 deqiqədən çox işləməsini gözləyin. 6.Monitorun ekranını təmizləyici mayedə isladılmış salfetka ilə silin. Həmçinin monitorun korpusunu da təmizləyin. 7.Əgər monitorunuz (Degauss) maqnitsizləşdirmə vasitəsiylə təchiz olunubsa vaxtaşırı ondan istifadə edin. Monitorun elektron trubkasının ətrafında güclü maqnitlər quraşdırılmışdır, elə bu səbəbə görə də maqnetik informasiya daşıyıcılarını monitordan uzaq tutun. 8.Monitorun normal ventilyasiya olunmasına şərait yaradın. Monitorun üzərinə qovluqlar, kitablar və s. əşyaları qoymayın. Bunlar sistem blokuna da aiddir. Ventilyasiyanın olmaması prosessoru qızmasına və vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. 9.Monitorun qida blokunun, klaviaturanın, sıçanın kabeli və həmçinin şəbəkə kabeli dartılmamalı və burulmamalıdır

Page 4: Komputerin praflaktikasi

Kompüterdə proqram təchizatı və proflaktikası

Page 5: Komputerin praflaktikasi

Antiviruslarİlk olaraq sistemin normal işləməsi uçun kompüterə antivirus proqram təminatı yüklənməlidir. Antivirus proqramlardan Norton Antivirus, AVP məsləhət ğörülür. Nəzərə almaq lazımdır ki, proqramların son versiyaları həddən artiq çox sistem resursları tələb edir. Antivirusun iş prosesində özünün bazasının yenilənməsi, vaxtaşırı bütün sistemin viruslardan yoxlanilması, habelə antivirusun real monitorinq rejimində yüklənməsi əsas amillərdəndir. Kənardan daxil olan bütün daşıyıcılar (disketlər, CD, flash drive) viruslardan yoxlanmalıdır.

Page 6: Komputerin praflaktikasi

Müvəqəti faylların təmizlənməsiKompüterin resurslarının təmiz saxlanması uçün əməliyyat sistemi tərəfindən yaradılan bütün müvəqqəti faylların silinməsi məsləhətdir. Bir qayda olaraq bu fayllar aşağıdakı qovluqlarda saxlanılır 1.WINDOWS/Temp 2.Documents and Settings\Users\Local Settings\Temp Bu prosesi müxtəlif proqramlardan istifadə etməklə avtomatlaşdırmaq olar.

Page 7: Komputerin praflaktikasi

Proqramların asılmasına səbəb olan problemlərin aradan qaldırılmasıHərdən elə olur ki, proqram cavab vermir. Bunun səbəbi, kompüterın çox sayda proqramlardan istifadə etməsində, cihaz dəstləri (Printerlər, skanerlər və rəqəmli kameralar) və bir çox xidməti proqramların istifadəsindədir. Bütün proqramlar konfliktsiz işləməlidir. Lakin yenə də konfliktlər baş verir. Məsələn: Kompüterin resurslarından eyni vaxtda bir neçə cihazin istifadə etməsi üzündən konflikt baş verir. Bu zaman proqram klaviaturanın və ya siçanın komandaları vermir və proqram ekranda donur. Windows sistemi proqramların asılmasına qarşı özünün müdafiə vasitələrinə malikdir. Asılma vaxtı proqramı başa vuraraq Windows-un işini davam etmək mümkündür. Bunu belə etmək lazımdır

Page 8: Komputerin praflaktikasi

Eyni vaxta Ctrl+Alt+Delete düyməsinə basın Windows Security təhlükəsizlik dialoq pəncərəsində Task Manager-ə keçin (şəkil 1) Aplication bölməsində Windows Task Manager pəncərəsindəki proqramlara baxaraq buradakı Status sütununda "Not Responding" göstərildiyini yoxlayın. "Not Responding" sütununun qarşısındakı proqramın üzərinə basaraq eyni pəncərədəki End Task (Proqramı başa vur) düyməsini basın. Aşağısı 30 saniyə gözləyin. Windowsun daxili əməliyyatları başa vurması üçün vaxt lazımdır. Bu zaman çox güman ki, əməliyyat sistemini yenidən yükləmədən, komandalarınıza cavab verməyən proqramı bağlamanız mümkün olacaq. Əğər End Task düyməsini basaraq proqramı bağlaya biləcəyiniz barədə məlumat cıxarsa, o zaman buna əməl edin və donmuş proqramı bağlayaraq yenidən Ctrl+Alt+Delete düymələrinə basın. Sonra Task Manager düyməsini aktivləşdirin və proqramın cədvəldə qalıb qalmadığını yoxlayın. Əğər proqram hələ də siyahıdadırsa yuxarıdakı 4-6 addımlarını təkrarlayın

Page 9: Komputerin praflaktikasi

Startup-dan lazımsız proqramları silinKompüter isitifadiçiləri tez-tez bele problemlə üzləşirlər: Proqram öz-özünə yüklənir və bu da Windows-un gec açılmasına gətirib çıxarır. Bəzən bu o qədər uzun çəkir ki, adamın lap səbri tükənir. Proqramların avtomatik yüklənməsinin bir neçə yolu vardır.Belə proqramda bir-iki parametri dəyişərək proqramın Windows-la eyni vaxtda yüklənməsinin qarşısını almaq mümkündür.Adı çəkilən proqramı açın və onun avtomatik acılmamasına imkan verən funksiyanı tapmaq üçün parametirlərinə və konfiqurasiyasına nəzər yetirin. Məsələn: Run this program When Windows Starts

Əğər bu funksiyanı tapa bildinizsə o zaman həmin proqram sizə avtomatik yuklənməni dayandırmanın dəqiq yolunu göstərir. Lakin elə proqramlar var ki, bunlar Windows sisteminə qoşularaq onların avtomatik yüklənməsinin qarşısının alınmağı çətinləşdirir. Onlar öz yarlıklarını Start menyusundakı Startup-a yerləşdirilərək Windows-la eyni vaxta yüklənirlər. Siz Startup menyusuna baxaraq hansı proqramların avtomotik yükləndiklərini görə bilərsiniz.Start düyməsinə basaraq açılan menyuda kursoru Startup menyusunun üzərinə gətirərək siçanın sağ düyməsinə və sonra isə kontekst menyusunda Delete düyməsinə basın.

Lakin proqramların hamısı heç də Startup menyusundan istifadə etmir.

Page 10: Komputerin praflaktikasi

•Bəzi proqramlar özlərinin start komanda sətirlərini Windows reyestirnə (Windows əməliyyat sisteminin konfigurasiyasının informasiya bazası) yazırlar. Bu cür komanda sətrini silmək bir qədər çətin olur. 1.Start düyməsinə basaraq Run menyusunu seçin və msconfig komandasını Open bölməsinə daxil edərək Enter basın. 2.System Configuration Utility pəncərəsindən Startup bölməsindəki Startup İtem sütununda söndürmək istədiyiniz proqramın qarşısındakı quşu götürün.

Bu proqramların hansı vəzifəni yerinə yetirdikləri hər zaman aydın olmur. Ola bilsin ki, siz Command və Location sütunlarına baxaraq bunu ayıd edə bilərsiniz. Bu sizə, proqramın hansı qovluqda yerləşdiyini təyin etməyə kömək edər. 3.OK düyməsini, əğər sistemi yenidən yüklənməsi təklif olunarsa o zaman isə Restart düyməsinə basın