kitab.nur-az.com · web viewuğursuz plan. İslam İ. nqilabının . böyük rəhbər. i h. əzrət...

208
UĞURSUZ PLAN İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu il fitnəsi haqda çıxışlarından seçmələr Tərcümə edən: Məhəmmədəli Hərəndli

Upload: others

Post on 09-Oct-2020

0 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

UĞURSUZ PLANİslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu il fitnəsi haqda çıxışlarından seçmələr

Tərcümə edən: Məhəmmədəli Hərəndli

Page 2: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Birinci fəsil: Onuncu prezident seçkiləri

Ölkənin daxili məsələlərindən biri də qarşıdan gələn seçkilərdir; bu barədə də danışmaq istəyirəm. Əlbəttə, seçkilərə hələ qalıb, əgər yaşasaq, lazım bildiyim sözləri əziz xalqımıza deyəcəyəm; gec deyil. İndi isə bir neçə məqama toxunmaq istəyirəm.

Seçkilərin əhəmiyyətiSeçkilər İslam quruluşunun təməlidir!Əvvəla bizim ölkəmizdə seçkilər simvolik bir hərəkət deyil.

Bizim quruluşumuzun təməli bu seçkilərdir. Təməllərdən biri budur. Dini demokratiya sözlə hasil olmur. Dini demokratiya xalqın iştirakı, iradəsi, xalqın ölkənin hadisələri ilə düşüncə, ağıl və emosiya rabitəsi ilə yaranır. Bu da düzgün və ümumi bir seçkilər keçirilmədən və xalqın geniş iştirakı olmadan mümkün deyil. Bu demokratiya İran xalqının başucalığının amilidir.

Bu otuz il ərzində sizin böyük güclərin nərəsindən qorxmamanız, onların sizə əsaslı bir zərbə vura bilməməsi, ölkə gənclərinin müxtəlif sahələrdə belə şücaət və ixlas nümayiş etdirməsi dini demokratiyadan irəli gəlir. Mütləq bunun qədrini bilməliyik.

Seçkilər İran xalqının möhtəşəm sərmayə qoymasıdır. Sanki siz bankda böyük sərmayə yatırırsınız, bank onunla işləyir və siz qazancından istifadə edirsiniz. Seçkilər də belə bir şeydir. İran xalqı çoxlu sərmayə qoyur, böyük investisiya yatırır və onun qazancından bəhrələnir. Xalqın hər bir fərdinin səsi həmin sərmayə qoyuluşunda və investisiyada iştirak edir. Sizin qutuya saldığınız hər bir səs sanki investisiyanı təmin etdiyiniz pulun bir hissəsidir. Bir səs də əhəmiyyətilidir.

Seçkilər nə qədər fəal keçsə, İran xalqının müxalif və düşmənlərin qarşısındakı əzəməti daha çoxalacaq, İran xalqına daha çox hörmət edəcəklər, dünyadakı dostlarınız da sevinəcəklər. İran xalqının seçkilərdə iştirak etməsi onun əzəmətini nümayiş

Page 3: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

etdirir. Seçkilər budur. Mən bütün seçkilərdə xalqa birinci növbədə bunu deməyə çalışıram ki, sizin seçkidə iştirak etməniz mühüm məsələdir. Bu, İslam Respublikası quruluşunu təsdiq etmək və onu gücləndirməkdir.

Məsələ yalnız siyasi, fərdi və əxlaqi bir məsələ deyil, kompleks bir məsələdir. Seçkilər xalqın taleyi ilə əlaqədardır; xüsusən də prezident seçkiləri və ölkəni bir neçə il idarə etmək üçün icra hakimiyyətini bir nəfərə və bir qrupa tapşırmaq. Seçkilər bu qədər əhəmiyyətlidir.1

Ölkənin həssas, mühüm və taleyüklü məsələsi Seçkilər bizim ölkəmizin həssas, mühüm və taleyüklü

məsələsidir; istər parlament seçkiləri, istər Dini Ekspertlər Məclisinin seçkiləri, istər xüsusən də bir neçə gündən sonra keçiriləcək prezident seçkiləri. Mən seçkilərlə bağlı bir neçə məsələ haqda danışmaq istəyirəm.

Birinci məsələ budur ki, əcnəbi radiolar xalqı ruhdan salmaq üçün iki-üç ay öncədən ölkəmizdə keçirilən seçkiləri pisləməyə və gözdən salmağa başladılar. Bəzən dedilər ki, bu, seçki deyil, təyinatdır; bəzən dedilər ki, hökumət tərəfindən idarə olunan bir oyundur və namizədlərin özləri oyun oynayırlar; müxtəlif namizədlərin bir-biri ilə fikir ayrılıqlarının olduğunu görürsünüz, amma bunların hamısı yalandır, oyundur. Bəzən dedilər ki, seçkilər mütləq saxtalaşdırılacaq. Hər dəfə bir söz dedilər. Bütün bu təxribatlarda məqsəd bir şeydir: xalq seçkilərdə fəal iştirak etməsin. Onlar bunu istəyirlər. Mənim əzizlərim! Əziz İran xalqı! Ayıq və sayıq İran xalqı! Bu otuz ildə bütün çətin keçidlərdən keçən təcrübəli İran xalqı! Bilin ki, onlar sizin demokratiyanıza müxalifdirlər.2

İran xalqının düşmənlərin gözü önündə verdiyi böyük imtahanı

Bir səs də əhəmiyyətlidir. Seçkilər nə qədər fəal keçsə, İran xalqının müxalif və düşmənlərin gözündə əzəməti daha çoxalacaq, İran xalqına daha çox hörmət edəcəklər, dünyadakı dostlarınız da sevinəcəklər.3

Page 4: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Seçkilər İran xalqının düşmənlərin gözü önündə verdiyi böyük imtahanlarından biridir. Buna görə bizim seçkilərimiz üzərində bu qədər həssaslıq göstərirlər. İran xalqının düşmənlərinin informasiya şəbəkələri təxminən bir il öncədən mülayim şəkildə bu seçkilərin əleyhinə danışmağa və mətləb hazırlamağa başladılar. Təhlükəsizlik şəbəkələri də informasiya toplamaqla, fərziyyə və təklif irəli sürməklə məşğul oldular. Onlar bu seçkilər üzərində həssasdırlar. Siz bu gün də İran xalqına kin və ədavət bəsləyən müxtəlif xarici media qurumlarının xəbərlərinə baxsanız, bizim seçkilərimizə laqeyd qalmadıqlarını və öz qərəzlilikərini ortaya qoyduqlarını görərsiniz.4

Milli başucalığı Seçkilər bizim milli inkişaf göstəricilərimizdən biri və milli

başucalığımıza vasitədir. İran xalqının həvəs, şüur, kamil dərk və məlumatla seçki məntəqələrinə getməsinin mənası nədir? Mənası budur ki, xalq özü üçün səsvermə hüququ və gücü tanıyır, ölkənin gələcəyində rol oynamaq, ölkənin məmurlarını və əsas idarəçilərini seçmək istəyir.5

Əziz qardaş və bacılar! İslam başıuca və dinamik bir cəmiyyət yaratmaq üçün bəzi xüsusiyyətləri nəzərdə tutmuş və onlara çatmaq yolunu tarix boyu bütün müsəlman xalqlara və İslam ümmətinə izah etmişdir. Bu əlamət və xüsusiyyətlərdən biri milli başucalığıdır, izzətdir. Bir fərdin xar deyil, izzətli olmaq istədiyi kimi, bir xalqın böyük arzularından biri də izzətli olmaq və xar olmamaqdır. Milli başucalığı nədir? Milli başucalığı bir xalqın həqarət hissi keçirməməsindən ibarətdir. İzzət hissinin əksi həqarət hissidir. Bir xalq öz daxilinə - sərvətlərinə, tarixinə, tarixi irslərinə, özünün insan və düşüncə potensialına baxdıqda izzət və qürur hissi keçirsin, həqarət və xarlıq duymasın. Bu, bir xalq üçün mühüm məsələlərdəndir. Quran müxtəlif yerlərdə buna işarə vurmuşdur: "Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən izzətlilər (münafiqlər) ən xar olanları (Peyğəmbəri və ona iman gətirənləri) mütləq oradan çıxaracaqlar!” – deyirlər. Halbuki izzət yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!" Münafiqlər öz-özlərinə danışırlar ki, biz izzətliyik və xar

Page 5: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

olan müsəlmanları Mədinədən xaric edəcəyik. Allah Peyğəmbərə (s) vəhy etdi ki, bunlar belə deyirlər, lakin möminlərin izzətli olduğunu anlamır, bilmirlər; izzət Allaha, onun Peyğəmbərinə (s) və Allaha iman gətirənlərə məxsusdur. Bu, həmişə İslam ümmətinin gözü önündə durası parlaq bir tablodur: milli başucalığı. Əgər bir xalq başucalığı hissi keçirməsə, yəni öz sərvətlərinə, adət-ənənələrinə, dilinə, əlifbasına, tarixinə, fəxrlərinə və böyüklərinə həqarət gözü ilə baxsa, onları kiçik saysa, özünün bir şeyi olmadığını duysa, bu xalq asanlıqla əcnəbilərin istismarı altına düşəcək.

Müstəmləkəçilər 16-17-ci əsrlərdən, Şərq, o cümlədən müsəlman torpaqlarına daxil olduqları zamandan bu xalqların əl-ayaqlarını əsarət kəməndi ilə möhkəm bağlayıb özlərinə əsir etmək üçün onları öz keçmişlərinə, sərvətlərinə, məzhəblərinə, adət-ənənələrinə və geyimlərinə qarşı bədbin etməyə başladılar. Bunlar ibarətamiz məsələlərdir. İş elə bir yerə çatdı ki, Məşrutə dövrünün əvvəllərində bu ölkədə bir ziyalı dedi ki, iranlı başdan-ayağa avropalaşmalıdır; yəni dinini, əxlaqını, geyimini, əlifbasını, keçmişini və fəxrlərini kənara qoymalı, unutmalı, Qərb mədəniyyətini, Qərbin adət-ənənələrini, təfəkkürünü və davranış tərzini qəbul etməlidir. Dinə arxa çevirənlər ölkəmizdə bu rəzil sözü dedilər. Bəllidir ki, bir ölkə hər şeyini əldən verib daxilən boşaldıqda İngiltərə müstəmləkəsi onun hər bir şeyinə - neftinə, ordusuna, sərvətinə və siyasətinə asanlıqla hakim ola bilər. Pəhləvi dövründə iş elə bir həddə çatmışdı ki, xain şah kimisə Baş nazir təyin etmək istəyəndə İngiltərənin və sonralar Amerikanın səfiri ilə söhbət etməyə, əslində isə onlardan icazə almağa məcbur idi. Bu bizim dərdli keçmişimizdir. Bu, milli başucalığının əks tərəfidir. Asılı və fəsadçı diktatorların hakimiyyəti İran xalqını izzət kürsüsündən endirdi; nə onun elmini inkişaf etdirdilər, nə dünyasını abadlaşdırdılar, hətta axirətini də alıb əyninə əsarət donu geydirdilər. İslam inqilabı belə bir vəziyyətə qarşı qiyam etdi. İslam inqilabı və Böyük İmam belə böyük bir bəlanın qarşısında dayandı və İran xalqı bu yolda canını fəda edib qələbəyə çatdı.

Bir xalqa belə bir ruhiyyə hakim olduqda o ölkənin siyasi rejimi və həmin xalq təbii olaraq kölə kimi olur; öz xalqı qarşısında yırtıcı it və qaniçən canavar kimi, düşmənlər qarşısında isə sakit bir

Page 6: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

quzu kimi. Rza xan xüsusən şahlığının ikinci yarısında öz xalqına qarşı çox kobud rəftar edirdi, xalqın nəfəs almaq cürəti yox idi, öz evləri daxilində ata övlada və övlad ataya inanmırdı, amma ingilislərin "taxtdan en" mesajı ilə ölü bir siçan kimi hakimiyyəti buraxdı və ölkədən getdi; Məhəmmədrza Pəhləvi də həmçinin. Məhəmmədrza Pəhləvi altmış və yetmişinci illərdə bu xalqa, mübarizlərə və azadlıq istəyənlərə qarşı heç bir şeyi nəzərə almadan ən sərt və kobud təzyiqlər göstərdi, amma həmin adam ABŞ və İngiltərənin səfirləri önündə təzim edir, sözlərini dinləyirdi; bundan xoşlanmırdı, amma məcbur idi. Milli başucalığından məhrum olan bir xalqın hökuməti belə olur.

İslam inqilabının İran xalqına bəxş etdiyi ən əsas məsələlərdən biri izzət hissi idi. Bizim böyük imamımız izzətin timsalı idi. İmam aşkar şəkildə "Amerika heç bir qələt eləyə bilməz" - deyəndə dünyada Amerikanın siyasi və hərbi iqtidarının zirvə dövrü idi. İmam bu xalqa izzət hissini qaytardı; inqilab İran xalqına izzət hissini qaytardı. Bu gün iranlı özünün iranlı və müsəlman olması ilə fəxr edir. Bu gün dünya gücləri də etiraf edirlər ki, onların İran xalqına qarşı təhdidinin, hərbi və siyasi təbliğat kampaniyasının heç bir təsiri yoxdur. İran xalqı seçdiyi yolu qüdrətlə gedəcək və məqsədinə çatacaq.

Mühüm olan bu milli başucalığını qorumaqdır. Mənim qardaş və bacılarım! Əziz Kürdüstan əhalisi və böyük İran xalqı! Buna hamımız diqqət yetirək, bu milli başucalığını qoruyaq. Milli başucalığı yalnız dillə, iddia ilə və şüarla qorunmur. Əgər bu gün İran xalqı başıucadırsa, dünyanın böyük siyasi məsələlərində nüfuzu varsa, səbəbi onun imanında, əməlində, təşəbbüsçülüyündə, şücaətli hərəkətində, vəhdət və birliyindədir. Bu amillərin hansını əldən versək, bizim başucalığımız təhdid olunacaq. Əgər biz öz birliyimizi və imanımızı əldən versək, Allahın lütfü ilə bu gün bütün xalqda, xüsusən də gənc nəsildə duyulan iş və fəaliyyət həvəsini əldən versək, başucalığımızı əldən verəcəyik. Bu, siyasi hadisələrin xüsusən gənclər üçün təhlilinə dair mühüm bir məqamdır.6

İmamın tövsiyələrinə, şüarlarına, xalqdan, məmurlardan və bütün dünya müsəlmanlarından etdiyi tələblərə kompleks nəzər saldıqda onun əlində iki uca bayraq görürük. Bizim böyük imamımız

Page 7: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

ölkəmizdə və İslam dünyasında yaratdığı bu əzəmətli hərəkatda həqiqətən iki bayrağı ucaltdı və yüksəkdə saxladı: bir bayraq İslamın dirçəlişi, bu əzəmətli və tükənməz gücü fəallaşdırmaq bayrağı, ikinci bayraq isə İranın və iranlının izzət və başucalığı bayrağıdır. Bizim böyük imamımız qüdrətli əlləri ilə bu iki bayrağı ucaltdı. İmamın dəvətinin və hərəkatının bir cəhətini təşkil edən birinci bayraq böyük İslam ümmətinə aiddir. İkinci bayraq da İran xalqına, İrana və iranlıya aid olsa da, İslamın həyatverici rolunun əməli təcrübəsi kimi İslam ümməti üçün ümidverici və hərəkət oyadandır. Çünki bu böyük hərəkat İranda İslam oyanışının və İslamın həyata keçməsinin əməli təcrübəsi idi. Buna əsasən, birbaş İrana və iranlıya aid olsa da, onun nəticəsi yenə də İslam ümməti üçün dəyərli və əhəmiyyətlidir.

İkinci cəhət İranın və iranlının başucalığına aiddir. Bu ikinci hissədə bizim böyük imamımızın gördüyü ilk və ən mühüm iş həqarət hissini İran xalqında yox etmək, onların ruhundan silmək idi. Bu çox mühüm məsələdir. Bizim xalqımız 100-150 il öncədən müxtəlif amillər səbəbindən həqarət hissi keçirirdi, özünü kiçik sayırdı; Qacarlar dövründəki müharibələrdən, ağır məğlubiyyətlərdən və həmin dövrdə müxtəlif şəhərlərin itirilməsindən tutmuş Pəhləvi dövrünə, Rza xanın zamanına, heç kimə nəfəs almaq imkanı verməyən diktaturaya və xalqa qarşı zor tətbiqinə qədər, birinci Pəhləvi dövründən sonra Məhəmmədrza xanın dövrünə, amerikalıların müdaxiləsinə, SAVAK və Təhlükəsizlik komitəsinin yaradılmasına, xalqa qarşı kobud rəftara və xalqın daha heç bir gücünün qalmadığını hiss etməsinə qədər. İran xalqı bir neçə mühüm məsələdə məğlubiyyət hissi keçirdi; Məşrutə məsələsində qələbə çaldıqdan sonra məğlubiyyətə uğradı. Milli hərəkat məsələsində yenidən möhtəşəm bir hərəkət etdi, lakin başçı və rəhbərlər onu qoruya bilmədilər və İran xalqı məğlub oldu. Sonra 1954-cü ildən 1978-ci ilə qədər sürən 24 il ərzində xalqa ağır bir diktatura rejimi hakim oldu. Xalqda daha heç bir həvəs qalmamışdı.

Digər tərəfdən, əksəri zalım hökumətin işçiləri olan qərbpərəst ziyalılar öz sözləri və əməlləri ilə xalqı başa salmışdılar ki, sizin bacarığınız yoxdur, heç bir iş bacarmırsınız, gərək

Page 8: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

digərlərini yamsılayasınız; elmdə yamsılayasınız, sənayedə yamsılayasınız, mədəniyyətdə yamsılayasınız, geyimdə yamsılayasınız, yeməkdə yamsılayasınız, danışmaqda yamsılayasınız. Hətta iş elə bir həddə çatdı ki, bir dəfə "biz əlifbamızı dəyişdirməliyik" - dedilər. Görün bir xalq müstəqillikdən və başucalığından nə qədər uzaq olmalıdır ki, kimlərsə ona "əlifbanı dəyişdirməlisən" - deməyə cürət etsin. Yəni min il elmi irsimizin yazıldığı fars əlifbasını dəyişdirib avropalıların əlifbasını götürək və onları yamsılayaq; vəziyyət bu həddə çatmışdı. İmam gəlib bu həqarət ruhunu məhv etdi. İmam inqilabın qələbəsindən on beş il öncədən on il sonraya qədər müxtəlif formalarda bu xalqa daim özünəinam ruhu aşıladı: siz bacarırsınız, biz bacarırıq, siz qadirsiniz, siz böyüksünüz, siz güclüsünüz.

Bu milli özünəinam hər bir ölkənin inkişafının əsas iki şərtindən biridir. Bir şərt maddi imkanlardır, amma onlar təklikdə kifayət etmir. Bir xalqın böyük maddi imkanları ola, amma inkişaf və tərəqqidən uzaq qala bilər, başıuca və qüdrətli olmaya bilər. İnqilabdan öncə bizim bu neftimiz vardı, qazımız vardı, möhtəşəm və qiymətli filiz mədənlərimiz vardı, parlaq istedadlarımız və güclü insan kapitalımız vardı, amma eyni zamanda dünyada üçüncü dərəcəli, ad-sansız, böyük güclərin qapazı altında, fəsadçı, muzdur və düşmənlərdən asılı bir hökumətin boyunduruğu altında yaşayan bir xalq idik. Deməli, maddi imkanlar kifayət etmir, mənəvi şərtlər də lazımdır. Bu mənəvi şərtlərin ən önəmlilərindən biri özünəinam, bir xalqın öz bacarığına inanmasıdır. İmam bizim xalqımızda bu inamı yaratdı ki, duruş gətirə, müqavimət göstərə, ölkəsini azad edə, özünün yaratdığı quruluşu çox qüdrətlə qoruya, dünyaya və beynəlxalq siyasətlərə təsir göstərə bilər; elə də oldu. Bu, sözügedən milli başucalığıdır. Mən iyirmi gün öncə Sənəndəcdə kürd qardaşlarımızın yanında bu haqda danışdım. Bir ölkə üçün milli başucalığı çox mühüm məsələdir. Bu milli başucalığı yalnız sözdə deyil, həyatımızın bütün sahələrində onun əməli tərcüməsi var.

Ölkə idarəçiliyində milli başucalığı budur ki, bir hökumət, bir quruluş öz xalqına arxalansın, xalqa güvənsin.

Page 9: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İqtisadi məsələlərdə milli başucalığı budur ki, ölkə özünü təmin etməyə qadir olsun, dünyada ehtiyacı olanı ala bilsin. Həmçinin dünyanın da ona ehtiyacı olsun və qarşılığında ondan alsın; məğlub olmasın.

Elmdə milli başucalığı budur ki, xalqın tələbə gənci, tədqiqatçısı, araşdırıcı alimi çalışıb elmin sərhədlərini keçsin və elmi istehsal etsin. Biz bunu Proqramlaşdırma və elm istehsalı hərəkatı adlandırmışıq. Elmi bu həddə çatdıranlar orta istedad baxımından bizdən geridə olmasalar da, öndə olmamışlar. Tarixdə bizim əsrlərlə parlaq elmi keçmişimiz olub, bu gün də elmi istehsal edə bilməli, yaratmalı, kəşf etməliyik və dünya elmində əsas payımız olmalıdır. Bu olur başucalığı.

Müxtəlif siyasətlərdə, digər ölkə, hökumət və böyük güclərlə münasibətdə bir xalqın başucalığı budur ki, onun fikir müstəqilliyi olsun, böyük güclər heç bir məsələdə onu öz iradələrinə tabe etdirə bilməsinlər.

Mədəniyyət sahəsində milli başucalığı budur ki, bir xalq öz ənənələrinə sadiq olsun, dəyər göstərsin, əcnəbi və düşmən mədəniyyətlərin təqlidçisi olmasın. Təəssüf ki, ölkəmiz inqilabdan qabaqkı yüz əlli il, yaxud daha artıq bir müddətdə Qərb mədəniyyətinin dağıdıcı fırtınasına məruz qaldı. Biz hələ də onun təsirlərini görür, əziyyətlərini çəkirik. Milli başucalığı budur ki, bir xalq öz adət-ənənələrinə əhəmiyyətli yanaşsın, hörmət etsin, onlarla fəxr etsin, digərlərinin "siz mürtəcesiniz" deməsinə etina etməsin. Bu gün bəzi Avropa ölkələri elə işlər görürlər ki, onları ağıllı və normal bir insana göstərsəniz, yalnız istehzalı təbəssüm edə bilər. Biz deyirik ki, nə üçün belə edirsiniz? Deyirlər ki, bu bizim ənənəmizdir. Onlar özlərinin köhnə və çürük ənənələrinə sadiq qalırlar, digər xalqlar öz ənənələrinə hörmət edəndə isə onları ələ salırlar. Xeyr, bu özünə inamsızlıq milli başucalığına müxalifdir. Milli başucalığı odur ki, bir xalq digərlərinin mədəniyyəti qarşısında özünü itirməsin. Milli başucalığı budur. Milli başucalığı həyatın bütün sahələrində əks olunur, onun nümunələri görünür.

Ölkə idarəçiliyində və insanlarla münasibətdə milli başucalığı budur ki, bir cəmiyyətdə hər bir insana hörmət olunsun: "Ya sənin

Page 10: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

din qardaşındır, ya da yaranışda oxşarın (sənin kimi insan)".7 Sizinlə eyni dində olsa da, hörmət etməlisən, eyni dində olmasa da. Cəmiyyətdə kim insandırsa, ona hörmət olunmalıdır. Bu, milli başucalığı yaradır. İmam milli başucalığının bu müxtəlif cəhətlərini tövsiyə edirdi.

İslam quruluşu bu otuz ildə həmin özünəinamla işləmişdir. Düzdür, enişi-yoxuşu olmuş, yıxılıb-qalxmış, amma dayanmamışdır; xalq dayanmamışdır. Bizim xalqımızın bu başucalığı dünyada əks-səda doğurur. Mən bizim xalqımızın öz əsas və prinsiplərinə sadiqliyinə görə dünyada xar olduğunu, gözdən düşdüyünü güman edən şəxslərin sözünü qəbul etmirəm. Əsla belə deyil. Bizim düşmənimiz var. Bizim düşmənlərimiz dünyanın müdaxiləçi və hegemon güclərindən təşkil olunan vahid bir cəbhəni təşkil edirlər. Öz peykləri kimi orbitlərində saxladıqları ölkələrdən biri onların orbitindən xaric olduqda - məsələn, İran ölkəsi İslam inqilabından sonra onların orbitindən xaric oldu - onunla mübarizə aparmağa, onu əzməyə və təhqir etməyə çalışırlar. İnformasiya resursları da güclüdür. Bunun mənası o deyil ki, biz öz başucalığımızı əldən verdik. Xeyr, imamın və İran xalqının hörməti İslamın və İslam Respublikasının düşməni olan həmin şəxslərin ürəyində də özünə yer açmışdır.

İmamın söz və tövsiyələrinin yetirməsi olan bu böyük xalqımızın inkişaf və tərəqqinin zirvəsinə doğru gedən yolu bütün sahələrdə bu milli başucalığını qorumaqdan ibarətdir. Bu xalq tərəqqinin zirvəsinə nail ola bilər. Bir xalq güclənəndə, maddi və mənəvi cəhətdən yüksələndə onun təhlükəsizliyi də tam təmin olunur; yəni təhlükələr aradan qalxır və düşmənlər ona tamah salmırlar. Əgər bizim xalqımız tam təhlükəsiz olmaq, düşmənlərin daha onu təhdid etməyə cürət göstərməməsini istəyirsə, həmin yolla getməlidir; əgər inkişaf və ədalət istəyirsə, həmin yolla getməlidir. Ölkəmiz üçün böyük təhlükə xalqdan ayrılmaqdır, İslam dəyərlərindən ayrılmaqdır, imamın mübarək xəttindən ayrılmaqdır. Bunlar ölkəmiz üçün təhlükəlidir. Əgər inqilabın yaratdığı bu güclü skelet qorunsa, zaman ötdükcə müxtəlif problemlərin çoxunu həll etmək olar. Bu güclü skeletin dağılmasına qoymayın. Əgər dağılsa, daha heç bir yara sağalmayacaq, işdən düşən heç bir hissə

Page 11: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

düzəlməyəcək. İslam quruluşunun imamın bizə öyrətdiyi güclü skeletinin qorumalıyıq. Mən Allaha şükür edirəm ki, bu otuz il ərzində İran xalqı və ölkə məmurları öz imkanları həddində bu yolu davam etdirə bilmişlər. Düzdür, azı-çoxu olmuşdur, yıxılıb-qalxması olmuşdur; bir dövrdə daha yaxşı olub, bir dövrdə bir qədər zəif; amma bu hərəkət bu günə qədər dayanmadan davam etmişdir. Allahın yardımı və siz xalqın, xüsusən də siz gənclərin səyi ilə bu yol son qələbəyədək davam edəcək.8

Bizim milli inkişafımızın meyarıMənim əzizlərim! Bizim xalqımız bir neçə əsr boyu ölkənin

idarəsində təsirsiz bir qüvvə olmuşdu. Nə üçün? Çünki diktaturanın və şah üsul-idarələrinin xüsusiyyəti belədir; xalqın heç bir rolu yoxdur. Bu zaman xalqın vəziyyəti necə olur? Bu, yuxarıda əyləşən şəxsin insafından asılıdır. Əgər xalqın bəxti gətirsə və qəlbində bir qədər rəhmi olan bir diktator iş başında olsa, - bizim tariximizdə buna misal üçün Kərim xan Zəndin adını çəkirlər - xalqın vəziyyəti bir qədər yaxşı olacaq. Amma əgər quldur Rza xan, Nasirəddin şah və digər diktatorlar iş başında olsalar, bunlar ölkəni öz mülkləri, heç bir rolu olmayan xalqı da rəiyyətləri biləcəklər.

Tarixə baxın. Uzun əsrlərin tarixini demirəm, Məşrutə dövründən sonrakı tarixə baxın. Məşrutənin adı ölkədə yayıldı, amma Pəhləvi rejimi iş başına gələndən seçkilər tam simvolik bir hərəkətə çevrildi; milli hərəkatın qısa bir dövründən başqa. İkiillik dövrdə vəziyyət bir qədər yaxşı idi, amma onun da çoxlu problemləri vardı; parlamenti tətil etdilər, səlahiyyətlərini hökumətə verdilər və sair. Bunlar Müsəddiqin dövründə baş verdi. Digər dövrlərdə isə seçkilər əməlli-başlı teatr idi. Mən və mənim yaşımda olanların xatırladığı dövrdə seçkilərin əsla xalqın seçimi olmadığını hamı bilirdi. Hakim aparat – ozamankı saray bəzi şəxsləri seçirdi və onların arasında rəqabət aparılırdı; bir-biri ilə vuruşurdular da, amma onlar istədiklərini - müti, başıaşağı olan, onların maraqlarını təmin edən, onların qanunsuz maliyyə haqqını verən adamı gətirib parlamentdə oturdurdular. Xalq da özü üçün gedirdi. Bütün bu dövrün çox qısa bir dönəmində xalq səsvermədə iştirak etməli və ölkənin idarəsinə təsir göstərməli olduğunu hiss

Page 12: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

etdi. Əsla belə bir şey yox idi. Biz seçkilərin adını qəzetlərdə eşidirdik; yazırdılar ki, indi seçkilərdir, onun nə zaman keçiriləcəyini bilmirdik; xalq bilmirdi. Seçki zamanı bir yerdə bir neçə qutu qoyurdular. Özləri də bir qədər danışır, hay-küy salır, istədikləri işi görürdülər və məsələ bitirdi. Xalqın heç bir rolu yox idi.

İslam inqilabı vərəqi tamamilə çevirdi, xalqın roluna önəm verdi; yalnız parlament seçkilərində yox, prezident seçkilərində, rəhbəri seçməli olan Dini Ekspertlər Məclisinin seçkilərində, meri seçən bələdiyyələrin seçkilərində də. Bütün bu həssas mərhələlərdə xalqın fikri təyinedici oldu, konstitusiya bu əsasla yazıldı və bu gün inqilabdan otuz il ötür. Mən sizə deyirəm ki, bu iş bu günə qədər çox qüdrətlə davam etmişdir.

İnqilabdan öncə İran əcnəbilər üçün bir otlağa çevrilmişdi. İstismarçı və hakimlər buranın neftindən, bazarından, məhsullarından, canlı qüvvəsindən - nə vardısa, hər şeydən istifadə edirdilər; bir gün İngiltərə, bir gün ABŞ və sionistlər. İnqilab baş verəndə isə xalq iş başına gəldi, onların maraqları kəsildi. Odur ki, bu quruluşla düşmənlik etmələri təbiidir; otuz ildir düşmənlik edirlər.9

Törədilən əngəllərSeçkilərin boykot olunmasına, yaxud soyuq keçməsinə

cəhdBirinci növbədə məqsədləri seçkilərin boykot olunmasıdır; yəni

seçkilər keçirilməsin. Bir zaman müxtəlif hiylələrlə İslam Şurası Məclisinin seçkilərini pozmağa çalışdılar, ancaq Allah-Taala istəmədi, mömin insanların iradəsi qoymadı və bacarmadılar. Buna görə seçkiləri boykot etməkdən məyus oldular. Sonrakı mərhələdə məqsədləri seçkilərin zəif və soyuq keçməsidir; İran xalqının seçkilərdə fəal iştirak etməməsini istəyirlər. Əziz İran xalqı! Mən sizə deyirəm: Düşmənlərin istəyinin tam əksinə olaraq bizim hamımız seçkilərlərdə fəal iştirak etməliyik.10

Seçkiləri pisləmək və gözdən salmaq

Page 13: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İnqilabdan öncə İran əcnəbilər üçün bir otlağa çevrilmişdi. İstismarçı və hakimlər buranın neftindən, bazarından, məhsullarından, canlı qüvvəsindən - nə vardısa, hər şeydən istifadə edirdilər; bir gün İngiltərə, bir gün ABŞ və sionistlər. İnqilab baş verəndə isə xalq iş başına gəldi, onların maraqları kəsildi. Odur ki, bu quruluşla düşmənlik etmələri təbiidir; otuz ildir düşmənlik edirlər. Düşmənlər öz təbliğat şəbəkələrində xalqın bu dəyərli təsirini və ölkənin idarəsindəki rolunu inkar edir, yaxud görməzdən gəlirlər. Dəfələrlə açıq söhbətlərində və kinayəli sözlərində ölkəmizin seçkilərinə irad bildirmişlər. Xeyr, bizim ölkəmizin seçkiləri demokratiya iddiası edən ölkələrin əksərinin seçkilərindən daha azaddır, daha izdihamlı keçir. Həm də bu seçkilərdə xalq həvəslə iştirak edir, aktiv, yaxşı və sağlam seçkilər keçirilir. Düşmən isə irad bildirir. Düşməndən bundan başqa bir gözlənti də yoxdur. Nə gözlənilir?! Gözlənilməyən dostların, bu xalqdan olanların, həqiqəti görən, seçkilərin necə sağlam keçdiyini görən və eyni zamanda düşmənin sözünü danışanların hərəkətidir.11

Əcnəbi radiolar xalqı ruhdan salmaq üçün iki-üç ay öncədən ölkəmizdə keçiriləcək seçkiləri pisləməyə və gözdən salmağa başladılar. Bəzən dedilər ki, bu, seçki deyil, təyinatdır; bəzən dedilər ki, bu, hökumət tərəfindən idarə olunan bir oyundur və namizədlərin özləri oyun oynayırlar; müxtəlif namizədlərin bir-biri ilə fikir ayrılıqlarının olduğunu görürsünüz, amma bunların hamısı yalandır, oyundur. Bəzən dedilər ki, seçkilər mütləq saxtalaşdırılacaq. Hər dəfə bir söz dedilər. Bütün bu təxribatlarda məqsəd bir şeydir: xalq seçkilərdə aktiv iştirak etməsin. Onlar bunu istəyirlər. Mənim əzizlərim! Əziz İran xalqı! Ayıq və sayıq İran xalqı! Bu otuz ildə bütün çətin keçidlərdən keçən təcrübəli İran xalqı! Bilin ki, onlar sizin demokratiyanıza müxalifdirlər. Düşmən sizin bu fəallığınıza, bu seçiminizə müxalifdir. Onlar quruluşun xalqdan və xalqın səsindən ibarət olan dayağını məhv etmək istəyirlər. Onlar nə iş gördüklərini bilirlər.12

Xalqın vəzifəsiBütün gücü və fəallığı ilə seçkilərdə iştirak etmək

Page 14: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Seçkilər nə qədər fəal keçsə, İran xalqının müxalif və düşmənlərin gözündəki əzəməti daha çoxalacaq, İran xalqına daha çox hörmət edəcəklər, dünyadakı dostlarınız da sevinəcəklər. İran xalqının seçkilərdə iştirak etməsi onun əzəmətini nümayiş etdirir. Seçkilər budur. Mən bütün seçkilərdə xalqa birinci növbədə bunu deməyə çalışıram ki, sizin seçkidə iştirak etməniz mühüm məsələdir. Bu, İslam Respublikası quruluşunu təsdiq etmək və onu gücləndirməkdir.13

Əziz İran xalqı! Mən sizə deyirəm: Düşmənlərin istəyinin tam əksinə olaraq bizim hamımız seçkilərlərdə fəal iştirak etməliyik.

İran xalqının həvəs, şüur, kamil dərk və ayıqlıqla seçki məntəqələrinə getməsinin mənası nədir? Mənası budur ki, xalq özünə səsvermə hüququ və gücü tanıyır, ölkənin gələcəyində rol oynamaq, ölkə məmurlarını və əsas idarəçilərini seçmək istəyir. Prezidenti seçmək icra hakimiyyətinin başçısını və ölkənin əksər imkanlarının ixtiyarında olduğu şəxsi seçməkdir. Və görürsünüz ki, bir prezidentin fəallığı, həvəsi və iradəsi olsa, bu ölkəyə necə böyük xidmətlər edə bilər. Onlar bunun qarşısını almaq istəyirlər. Mən deyirəm: Hamınız seçkilərdə iştiraka israrlı olmalısınız. Mənim fikrimcə, seçkilərdə birinci məsələ bu və ya digər şəxsi seçmək yox, sizin fəal iştirakınızdır. Quruluşu və onun təməllərini möhkəmlədən, İran xalqının nüfuzunu artıran, ölkənin düşmənlər qarşısında müqavimətini çoxaldan, düşməni ölkəyə tamah salmaqdan, zərbə vurmaqdan, fəsad və iğtişaş törətməkdən daşındıran amil sizin iştirakınızdır. Bu çox əhəmiyyətli bir məsələdir. Deməli, birinci məsələ seçkilərdə iştirak etməkdir.14

Xalqın fəallığı düşməni məyus edə bildi. Əgər xalq bu otuz ildə seçkilərdə iştirak etməsəydi, 22 Bəhmən və Qüds günlərinin yürüşlərinə çıxmasaydı, müxtəlif mərasimlərdə iştirakını və İran xalqının böyük izdihamını düşmənlərə göstərməsəydi, şübhəsiz, İran xalqı bugünkü kimi güclü olmayacaqdı. Bu fəallığı qoruyun.

Bizim bütün seçkilərdə xalqın fəal olmasına və müxtəlif səhnələrdə iştirak etməsinə təkid göstərməyimiz bundan ötrüdür. Bu iştirak yalnız siyasət sahəsi və yalnız seçkilərlə məhdud olmur; quruculuq işlərində, iqtisadi işlərdə də xalq iştirak etməlidir.15

Page 15: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İran xalqı bu otuz ildə öz məmurlarını təyin etməsi ilə fəxr edir. Quruluşun ən yuxarıdan başlayaraq bütün yüksək rütbəli məmurları xalqın vasitəsi ilə seçilmişlər. Rəhbər də dini ekspertlər vasitəsi ilə xalq tərəfindən seçilir, prezident, İslam Şurası Məclisi və bələdiyyələr də. Bu, quruluşun fəxrlərindəndir. Quruluşun bununla gücləndiyini bildiklərinə görə bunu xalqdan almaq istəyirlər. Mən də sizə deyirəm: Kim bu quruluşun güclənməsini istəyirsə, kim İslamı və İran xalqını sevirsə, ağıl və şəriətin hökmü ilə mütləq bu seçkilərdə iştirak etməlidir.

Mənim xalqdan istədiyim budur ki, bütün gücü, qüvvəsi və fəallığı ilə seçki məntəqələrinə gedib səs versinlər. Allah-Taala düşünən, qərar verən, seçən, Allah üçün və Allah yolunda öz seçiminə əməl edən xalqladır.16

Adət üzrə mənim xalqdan istəyim budur ki, seçki başlayan kimi və səhər tezdən seçki məntəqələrinə getsinlər. Hamı gedib münasib bildiyi namizədə səs versin, ölkənin idarəsində və ali icra orqanını təyin etməkdə üzərinə düşən vəzifəni yerinə yetirsin. Bu bir hüquq və eyni zamanda bir vəzifədir. Fikir bildirmək bizim xalqımızın həm haqqı, həm də vəzifəsidir. Mənim fikrimcə, bu iş həm şəriət, həm də ağıl nöqteyi-nəzərindən vacib əməldir.17

Daha layiqli şəxsi seçməkƏn yaxşısı ölkənin dərdini anlayan, xalqın dərdini bilən, xalqa

doğma, səmimi, fəsaddan uzaq olan və öz aristokratlığı barədə düşünməyən şəxsdir. Aristokratlıq və dəbdəbəçilik bizim böyük bəlamızdır; bir məmur dəbdəbəçi və aristokrat olsa, xalqı aristokratlığa və israfa sarı sövq edər. Biz dedik ki, bu il İstehlak örnəyinin islahı ilidir. Yəni bu ildə İran xalqı israfla mübarizə aparmağa qərar verməlidir. Demirik ki, bir il ərzində bütün israflara son qoyulsun. Xeyr, biz bundan daha realistik. Bilirik ki, bu iş uzun illərin işidir. Lakin bu mədəniyyətin formalaşması üçün işləmək lazımdır. Gərək bu işə başlayaq.18

Bizim xalqımız, gənclərimiz, mütəfəkkirlərimiz, tələbələrimiz və gələcəyimizi quranlar Qərb ölkələrinin idarə üsullarının acizliyini görsünlər. İdarəçiliyin ən önəmli sahəsi olan iqtisadi idarəetmədə onların acizliyini görsünlər; mədəniyyət öz yerində, insani ənənələr

Page 16: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

öz yerində, insana etinasızlıq öz yerində, öz hakimiyyətləri daxilində etdikləri ayrıseçkiliklər öz yerində. Qərb mədəniyyəti bütün bu sahələrdə pis imtahan vermişdir. Buna görə də bizim xalqımız, məmurlarımız və xüsusən gənclərimiz bu prinsip əsasında düşünsünlər, ölkənin və bu böyük xalqın idarəsinin müxtəlif üsulları üçün yerli proqram və nüsxələr tapsınlar. Bunun üçün İslamı daha dəqiq araşdırmaq tələb olunur. İslamın insana, insaniyyətə və insani üsullara aydın və aydınlaşdırıcı baxışı var. Biz qapalı İslam tərəfdarı deyilik və bəzi İslam iddiaçıları kimi bütün məsələlərə çox dar baxışla yanaşan İslama dəvət etmirik. Biz əsl İslama dəvət edirik; insana xəbərdarlıq edən, insanı ağılla düşünməyə və fikirləşməyə yönəldən İslama, Quran İslamına, sünnə İslamına, Əhli-beyt (ə) İslamına; on illər sürən düşmən hökmranlığının çoxlu problemlərinə rəğmən, bizim böyük ölkəmizdə belə bir hərəkətə rəhbərlik etməyi bacaran, bu azadlığı və bu müstəqilliyi ərməğan edən İslama. Biz bu İslama dəvət edirik.

Bizim gənclərimiz, fikir adamlarımız, mədəniyyət xadimlərimiz düşünsünlər, dövlət məmurları İslam siyasətinə yaxınlaşsınlar. Bizim məmurlarımızın, yaxud indiki seçki ərəfəsində namizədlərimizin digərlərinin diqqətini cəlb etməkdən ötrü qərblilərin sözlərini təkrarlamaları heç bir üstünlük sayılmır. Üstünlük Qərbin sevdiyi sözü danışmaq deyil. Bunlar iranlı düşüncəsi ilə, İslam düşüncəsi ilə, İslam və iranlı kimliyinə müxalifdirlər. Allaha şükür edirik ki, İran xalqı bütün bu maneələrə qalib gələn inkişafı və lazımi ayıqlığı əldə etmişdir.19

Düşmənlər qarşısında əllərini qaldırıb İran xalqını rəzil etmək istəyən şəxslər xalqın səsi ilə iş başına gəlməsinlər; Qərbə, Qərb dövlətlərinə, hegemon və zorakı güclərə yaltaqlanmaqla beynəlxalq aləmdə özlərinə mövqe qazanmaq istəyən şəxslər iş başına gəlməsinlər. İran xalqı üçün bunların dəyəri yoxdur. İran xalqının düşmənlərinin xalqı bir-birindən ayırmağa, dinindən, prinsiplərindən və inqilab dəyərlərindən uzaqlaşdırmağa vasitə etmək istədiyi adamlar iş başına gəlməsinlər. Xalq ayıq olmalıdır.

Əgər müxtəlif siyasi, yaxud iqtisadi mərkəzlərdə imamın yolunu və imamın vasitəsi ilə təsvir olunmuş dəyər və prinsipləri davam etdirməyi düşünmək əvəzinə hansısa Qərb ölkəsinin, hansısa

Page 17: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

supergücün könlünü almaq barədə fikirləşən şəxslər iş başına gəlsələr, İran xalqı üçün fəlakət baş verəcək. Xalqa bu ayıqlıq lazımdır.20

Tərəfdarlar arasında dava-dalaş yaranmasından ehtiyatlı olmaq

Mənim əzizlərim! Müxtəlif namizədlərin hər birinin tərəfdarları, istəyənləri var. Bu namizədi sevənlər o biri namizədi sevənlərə etiraz edə bilməzlər ki, siz nə üçün onu sevir və mənim sevdiyim namizədi sevmirsiniz. Xeyr, bu bizim ölkəmizin fəxrlərindəndir. Müxtəlif şəxslər müxtəlif rəftarlarla, müxtəlif üsullarla, müxtəlif iş prinsipləri ilə xalqın qarşısına çıxırlar. Bir qrup bunu xoşlayır, bir qrup onu xoşlayır, bir qrup başqasını. Bu fəxrdir. Bu yaxşıdır. Möhtərəm namizədlərin hər birinin tərəfdarları var; bəziləri təəssübkeş tərəfdarlardır, öz namizədlərini çox sevirlər. Çox gözəl, eybi yoxdur, amma ehtiyatlı olun ki, bu sevgilər toqquşma ilə nəticələnməsin, iğtişaşa səbəb olmasın. Siz öz etiqadınız, öz imanınız üçün çalışırsınız; bu imanın və bu amalın düşməninin sizdən sui-istifadə etməsinə imkan verməyin.

Mən məlumat almışam ki, namizədlərin bəzi gənc tərəfdarları küçələrə çıxırlar. Mən indi küçələrə çıxmaq barədə bir söz demirəm, amma təkidlə deyirəm ki, bu işlər qarşıdurma, mücadilə, dava-dalaşla nəticələnməsin; ehtiyatlı olun. Əgər kiminsə iğtişaş və davaya israrlı olduğunu görsəniz, bilin ki, ya xaindir, ya da çox cahil.21

Son günlərdə və hətta bildiyim qədərincə gecələrdə də xalqın küçələrdə göstərdiyi bu fəallığa görə təşəkkür etməliyəm. Hər bir qrup öz istəyinə və fikrinə uyğun şüar verirdi, amma xalqın yetkinliyi və ayıqlığı xoşagəlməz hadisənin yaranmasına qoymadı; səhnədədirlər, şüarlarını verir, sevgilərini bildirirlər, lakin eyni zamanda öz yetkinliklərini, kamilliklərini və əqli inkişaflarını da göstərirlər. Seçkilərin təhlükəsizliyi çox mühüm məsələdir. Biz otuz ildir seçkilər keçiririk və Allaha şükür edirik ki, seçkilərdə həmişə təhlükəsizlik bərqərar olunmuşdur. Bu çox böyük nemətdir. Bu, ilahi lütfdən və bizim xalqımızın şüur və dərkindən irəli gəlir. Bu gün də mən ümidvaram və xalqdan xahiş edirəm ki, diqqətli

Page 18: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

olsunlar, həmin sabitlik, sakitlik, lazım olan həmin təmkin və vüqar yenə də onlarda mövcud olsun. Bəzi bədxahların seçki məntəqələrində iğtişaş yaratmağa çalışmaları mümkündür. Hər bir iğtişaş seçki məntəqəsinin zərərinə bitəcək; yəni xalqın və onun səsinin zərərinə. Əgər kimlərsə belə iğtişaş törətmək istəsələr, xalqın özü qoymasın, öz mətanəti, dözümlülüyü, səbri və vüqarı ilə bu xalqın bədxahlarının istəyinin həyata keçməsinə mane olsun.22

Namizədlərin vəzifələriTəbliğat və çıxışlarda İran xalqının iqtidarını qorumaqNamizədlər bilsinlər ki, seçkilər xalqın iqtidarını artırmaq və

onu başıuca etmək üçün bir vasitədir, yalnız hakimiyyətə gəlmək üçün yox. Əgər belədirsə, deməli, namizədlər buna əhəmiyyətli yanaşmalı, təbliğat və çıxışlarında riayət etməlidirlər. Namizədlər öz seçki fəaliyyətləri əsnasında düşməni tamaha salan rəftar və çıxışlar etməsinlər; rəqabət və sözləri insaflı olsun. Təbii ki, hər namizədin öz sözü var və tərəf-müqabilinin sözünü rədd edir. Öz-özlüyündə bu rədd etməyin və irad bildirməyin eybi yoxdur, amma bu şərtlə ki, insafsızlıq olmasın, həqiqət gizlədilməsin. Meydan hamıya açıqdır; gəlib özlərini xalqa təqdim etsinlər.23

Namizədlər sayıq olsunlar. Prezidentliyə namizədlər öz təbliğatlarında düşmənləri sevindirən sözlər danışmasınlar, Allahın razılığını nəzərə alsınlar, övliyaların razılığını nəzərə alsınlar. Xalqın müqavimətinə və möhkəmliyinə səbəb olan amil meyar seçilməlidir və o da İslama güclü bağlılıqdır.24

Özünü təsdiq etmək üçün digərini inkardan çəkinməkMöhtərəm namizədlər də ehtiyatlı olsunlar. Bir namizəd istər

təbliğat nitqlərində, istər söhbətlərdə, istər televiziyada, istər digər yerlərdə özünü təsdiq etmək üçün digərini inkardan, özü də müxtəlif formalarla inkardan istifadə etməməlidir. Mənim fikrimcə, bu düzgün deyil.25

Diskussiya və çıxışlarda şəriət çərçivələrinə riayət etməkHər kəsin özünə görə bir məsuliyyət və vəzifə hissi var;

məsuliyyət hiss edib səhnəyə çıxır. Mən diskussiya, mübahisə,

Page 19: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

müzakirə və tənqidə qarşı deyiləm, amma çalışın bu, şəriət və din çərçivələrində baş versin.26

Fikir ayrılıqlarının iğtişaşa və çəkişməyə çevrilməsinin qarşısını almaq

Ehtiyatlı olsunlar ki, bu çıxışlar, bu söhbətlər ədavətlə nəticələnməsin, qardaşlıq və mehribanlıq olsun. Əlbəttə, müxtəlif şəxsi və ümumi məsələlərdə fikir və üslub fərqi təbii bir məsələdir, eybi də yoxdur. Lakin bunun iğtişaşa çevrilməsinə qoymayın.27

Əməl və təbliğatda insafa riayət etməkNamizədlər bilsinlər ki, seçkilər xalqın iqtidarını artırmaq və

onu başıuca etmək üçün bir vasitədir, yalnız hakimiyyətə gəlmək üçün yox. Əgər belədirsə, deməli, namizədlər buna əhəmiyyətli yanaşmalı, təbliğat və çıxışlarında riayət etməlidirlər. Namizədlər öz seçki fəaliyyətləri əsnasında düşməni tamaha salan rəftar və çıxışlar etməsinlər; rəqabət və sözləri insaflı olsun. Təbii ki, hər namizədin öz sözü var və tərəf-müqabilinin sözünü rədd edir. Öz-özlüyündə bu rədd etməyin və irad bildirməyin eybi yoxdur, amma bu şərtlə ki, insafsızlıq olmasın, həqiqət gizlədilməsin.28

TəhdidlərBəzi dostların qədirbilməzliyi və seçkiləri gözdən salmaq

üçün düşmənin sözlərini təkrarlamasıAllahın lütfü, qüvvə və qüdrəti ilə seçkilər sağlam keçiriləcək.

Mən görürəm ki, bəzi adamlar iki-üç aydan sonra keçiriləcək seçkiləri indidən gözdən salmağa başlayıblar. Bu necə məntiqdir?! Bu necə düşüncədir?! Bu necə insafdır?! Bu otuz il ərzində təxminən otuz seçki keçirilib. Hər bir seçkidə məsul şəxslər rəsmi şəkildə öhdəlik götürmüş, seçkilərin doğruluğuna zəmanət vermişlər və seçkilər düzgün keçirilmişdir. Nə üçün əbəs yerə gözdən salır, xalqı məyus edir və şübhə yaradırlar? Əlbəttə, bizim əziz xalqımız bu sözlərlə şübhəyə düşməyəcək.29

Düşmən irad bildirir. Düşməndən bundan başqa bir gözlənti də yoxdur. Nə gözlənilir?! Gözlənilməyən dostların, bu xalqdan

Page 20: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

olanların, həqiqəti görən, seçkilərin necə sağlam keçdiyini bilən və eyni zamanda düşmənin sözünü danışanların hərəkətidir.

Düşmənlər öz təbliğat şəbəkələrində xalqın bu dəyərli təsirini və ölkənin idarəsindəki rolunu inkar edir, yaxud görməzdən gəlirlər. Dəfələrlə açıq söhbətlərində və kinayəli sözlərində ölkəmizin seçkilərinə irad bildirmişlər. Xeyr, bizim ölkəmizin seçkiləri demokratiya iddiası edən bu ölkələrin əksərinin seçkilərindən daha azaddır, daha izdihamlı keçir və xalq həvəslə səs verir.

İran xalqının yanında, İran xalqından olan və İran xalqının dəstəyini gözləyən şəxslər daha İran xalqının əleyhinə danışmasın, İran xalqının seçkilərini sual altına salmasın, daim təkrar etməsinlər ki, bu seçkilər sağlam deyil, seçki deyil. Nə üçün yalan deyirlər? Nə üçün insafsızlıq edirlər? Nə üçün həqiqətin əksinə danışırlar? Nə üçün bu xalqın və məmurların uzun illər çəkdikləri bütün bu zəhmətləri görməzliyə vururlar? Nə üçün? Nə üçün qədirbilməzlik edirlər?

Bundan qabaqkı seçkilər sağlam olmuşdur. Bəzi yerlərdə şübhə yaranmışsa, biz nümayəndələr göndərmişik, gedib araşdırmışlar.

Parlament seçkilərinin birində şayiə yayıldı ki, nəticələr saxtalaşdırılmışdır. Bəzi adamlar seçkilərin sağlam keçirilmədiyinə dair dəlil gətirdilər və sözlər danışdılar. Onlar bəzi mühüm şəhərlərdə, o cümlədən Tehranda nəticələrin ləğv olunmasını istəyirdilər. Biz peşəkar və məlumatlı şəxsləri göndərdik, araşdırıb gördülər ki, xeyr, seçkilərdə nöqsan yoxdur. Minlərlə qutunun üç-beşində nöqsanın olması mümkündür. Bu, seçkiləri korlamır. Bu da bəzən baş vermişdir.

Bəzən sizin tanıdığınız bu cinahlardan biri iş başında olub, lakin seçkilərin nəticəsi onların zərərinə və qarşı tərəfin xeyrinə bitib. Bu, dəfələrlə baş vermişdir.30

Prezident seçkilərində rəhbərin mövqeyiSiz əzizlərə və bütün əziz xalqımıza bunu da deyim ki,

seçkilərdə rəhbərin mövqeyi haqda təxmin və şayiələr həmişə olub və olacaq. Mənim bir səsim var, onu da qutuya salacaq və bir

Page 21: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

nəfərə səs verəcəyəm. Başqa heç kimə də deməyəcəyəm ki, kimə səs verin, kimə səs verməyin. Bu, xalqın öz seçimidir. Mən bəzən hökuməti dəstəkləyirəm, müdafiə edirəm. Bəzi adamlar bunun üçün yanlış məna qondarmaq istəyirlər. Xeyr, mən həmişə hökumətləri müdafiə edirəm. Lakin bir hökumət daha çox hücuma məruz qaldıqda və insafsız hücumların olunduğunu duyduğumda daha çox müdafiə edirəm. Mən insaf tərəfdarıyam; deyirəm ki, insaflı olmalıyıq. Gəlin əməllərə baxaq. Bunun seçkilərə dəxli yoxdur, insaf və insafsızlıq mövzusudur. Ölkəyə xidmət edənləri dəstəkləmək həm mənim vəzifəmdir, həm də hamının. Bunun seçki mövqeyi ilə əlaqəsi yoxdur. Mən hər bir yaxşı hərəkəti, hər bir yaxşı işi, hər bir inkişafı, xalqa göstərilən hər bir xidməti, məhrumlara edilən hər bir qayğını, zülm və hegemonluq qarşısında göstərilən hər bir müqaviməti yaxşı qarşılayıram, bu işləri görənlərə təşəkkür və minnətdarlıq edirəm; hansı hökumət olursa-olsun, hansı şəxs olursa-olsun. Bu mənim vəzifəmdir.31

Bu seçkilərdə mənim yalnız bir səsim var və məncə onu da heç kim bilmir. Kimlərsə təxmin vura bilərlər. Mən heç kimə demirəm, deməmişəm və deməyəcəyəm ki, kimə səs verin, kimə səs verməyin. Bu, xalqın işidir. Mənim səsim özümə aiddir. Mənim xalqdan istəyim budur ki, hamı seçki məntəqələrinə gedib səs versinlər.32

Şayiələrə çox qulaq asmayın. Mən gördüm ki, dünən göndərilən çoxlu mesajlarda guya mənim dediyim sözləri yayıblar. Bunların hamısı yalandır və həqiqət deyil. Səmimi və sağlam insanlar bu işləri görmürlər, qeyri-sağlam adamlar bu işləri görürlər. Bütün sahələrdə və bütün qruplarda az-çox pis niyyətli və qeyri-sağlam insanların olması mümkündür. Bu şayiələrə də diqqət yetirməsinlər. Bu gün də xalq arasında müxtəlif şayiələr dolaşa bilər. Əvvəldə və sonda birinci növbədə bizim inamımız Allahın lütfünə və ilahi yardımadır; Allah-Taaladan kömək istəyirik. İkinci növbədə isə xalqın ayıqlığına, yetkinliyinə və sayıqlığına arxalanırıq.33

Proqnoz: xalqın seçkilərdə həvəslə və səmimi iştirakı

Page 22: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Bütün İran xalqı düşmənlərin acığına qarşıdan gələn seçkilərdə də həvəslə və səmimi şəkildə seçki məntəqələrinə gedib düşmənləri qəzəbləndirən bir seçki nümayiş etdirəcəklər.34

Page 23: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İkinci fəsil: Rəhbərin seçkilərdən bir həftə sonra - 19 iyunda qıldığı cümə namazına qədərki fikirləri

Təhlil və izahlarİranın siyasi və psixoloji hücum qarşısında

toxunulmazlığı Əziz İran xalqı! Ayıq, şücaətli və zamanı tanıyan kişi və qadınlar!Allahın salam və rəhmətini qazanmaq üçün öz ləyaqətini isbat

edən sizlərə Allahın salamı olsun! Sizin qəhrəmanlıq yaratdığınız cüməniz heyrətamiz və misilsiz bir hadisə idi. Bu hadisədə İran xalqının siyasi yetkinliyi, qərarlı inqilabi çöhrəsi, mədəni iqtidar və potensialı gözəl və təntənəli formada bütün dünyaya nümayiş etdirildi.

Sizin vüqar, mətanət və kamilliyinizlə İran tarixinə yazdığınız iqtidar və izzət, düşmənin psixoloji müharibəsinin alovları altında bu təyinedici meydanda göstərdiyiniz sarsılmaz iradə elə böyük əhəmiyyətə malikdir ki, heç bir adi və normal vəsfə sığmır. Yalnız bunu demək olar ki, İran xalqı ilahi rəhmət amillərini qoruyub bu ölkənin inkişaf və ucalığını təmin etməkdə Allahın qüdrət əlini öz başı üzərində saxlaya bilmişdir.

22 Xordad (12 iyun) seçkiləri İran xalqının məharəti sayəsində milli seçkilərin uzun sırasında yeni bir rekord oldu. Xalqın səksən faizdən çoxunun seçki məntəqələrinə getməsi və qələbə çalmış namizədə iyirmi dörd milyon nəfərin səs verməsi Allahın qüvvə və qüdrəti ilə ölkənin inkişaf və ucalığını, milli təhlükəsizlik və aktivliyini təmin edən həqiqi bir bayramdır. Siz dünən sübuta yetirdiniz ki, İran torpağı İslam inqilabının şüar və dəyərləri sayəsində siyasi və psixoloji hücuma qarşı çox toxunulmaz və güclüdür; belə ki, bu ölkədə dini demokratiyanın yaranmasından otuz il sonra həmişəkindən daha enerjili və daha aktiv şəkildə səhnəyə çıxır, dost və düşmənləri öz işıqlı yolunu davam etdirməyə əmin edir.

Page 24: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Mən siz əziz xalqın iradə və imanına dərin hərmətimi ifadə edib, bu böyük uğur münasibətilə dövrün əzəmətli imamı həzrət Mehdini (ə), Böyük İmamın ruhunu və hər bir vətəndaşı təbrik edir, hamını bu ilahi lütfü uca tutmağa, Hikmətli və Elmli Rəbbimiz önündə şükür etməyə çağırıram.35

İslam quruluşunda demokratiyanın hakim olmasını bütün dünyaya nümayiş etdirmək

Biz bu seçkilərdə xalqın qırx milyona yaxın səsinə diqqət yetirməliyik. Bu mühüm məsələdir və düşünürəm ki, bizim hamımız bunu qorumağa borcluyuq. İslam quruluşunu açıq şəkildə dəstəkləyən bu milli birliyə əhəmiyyətsiz yanaşmaq olmaz. Bu çox mühüm məsələdir.36

Xalqın iğtişaşa yol vermədən küçələrə çıxmasıBu gün İslam quruluşu onda həqiqi demokratiyanın hakim

olduğunu göstərir. Xalq gəlib müxtəlif namizədlərin çıxışını dinləyir, təxminən 10-15 gün küçələrdə fəallıq göstərir. Mənim fikrimcə, bu çox mühüm məsələdir. Biz xalqın çoxlu gecələrdə Tehranın və digər şəhərlərin küçələrinə toplaşması, bəzilərinin bu, bəzilərinin isə digər namizədi dəstəkləyib şüar verməsi, amma aralarında heç bir iğtişaşın yaranmaması ilə fəxt etməliyik. Bu çox mühüm məsələdir. Bizim xalqımız budur: üslub fərqləri var, müxtəlif namizədlərə qarşı müxtəlif fikirlər var, amma bir-biri ilə həmkarlıq edirlər.37

Demokratiyanın şərti: əməldə çoxluğun azlıqdan önə keçməsi

Bir namizədə dəstək üçün toplaşan şəxslər başqa bir namizədə dəstək üçün toplaşan şəxslərlə eyni xalqdandırlar, bu xalqdan olan qruplardır. Biz bu baxışla baxmalıyıq. Fərqli fikirləri də var; bir dəstə buna səs verir, bir dəstə ona. Əlbəttə, demokratiyanın şərti budur ki, əməl məqamında çoxluq azlıqdan önə keçsin; yəni çoxluğun səsini qazanmış şəxs iş başına gəlsin. Bu, demokratiyanın şərtidir, təzad və düşmənlik yaratmaq deyil.38

Page 25: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Dini demokratiya - üçüncü yolMən çıxış və xütbələrdə öz dinləyicilərimlə mübaliğə ilə

danışmağı, yaxud onlara yaltaqlanmağı sevmirəm, amma bu seçkilərdə siz əziz xalqa müraciətlə deyirəm ki, nə qədər mübaliğə ilə danışsam, çox deyil. Siz böyük iş gördünüz. 22 Xordad (12 iyun) seçkiləri bizim xalqımızın ölkənin taleyi üçün məsuliyyət hissinin möhtəşəm nümayişi idi; xalqın öz ölkəsinin idarəsində iştirak etməsinin möhtəşəm nümayişi idi; xalqın öz quruluşuna sevgisinin möhtəşəm nümayişi idi. Mən ölkədə baş verən bu iş üçün bu gün dünyada və müxtəlif demokratik ölkələrdə - istər formal və yalançı, istərsə də həqiqətən xalqın səsinə müraciət olunan demokratik ölkələrdə həqiqətən bənzər tanımıram. İslam Respublikasında da sizin ötən cümə keçirdiyiniz bu seçkilərə 1979-cu ilin aprel referendumundan başqa heç bir bənzər yoxdur; təxminən səksən beş faizlik iştirak; təxminən qırx milyon nəfərin səs verməsi. İnsan belə böyük hadisələrin arxasında dövrün imamının mübarək əlini görür. Bu, Allah lütfünün əlamətidir. Mən bütün əziz xalqımıza səmimi hörmət və təşəkkürümü bildirirəm.

Xüsusən bizim gənc nəslimiz göstərdi ki, inqilabın birinci nəslində gördüyümüz siyasi fəallığa, siyasi şüura və siyasi məsuliyyətə malikdir. Bu fərqlə ki, inqilab dövründə inqilabın isti sobası ürəkləri həyəcana gətirirdi; sonra müharibə dövründə də başqa bir formada elə oldu. Bu gün bunlar yoxdur, amma eyni zamanda bizim indiki nəslimizdə bu öhdəlik, bu məsuliyyət hissi, bu fəallıq və şüur mövcuddur. Bunlar kiçik məsələlər deyil. Düzdür, xalq arasında fikir ayrılığı var, görüş fərqi var; bəziləri bir nəfəri və bir sözü qəbul edirlər, bəziləri də başqasını və başqa sözü. Bunlar var və təbiidir, lakin fikir fərqlərinə rəğmən, bütün xalqda ümumi bir öhdəlik duyulur; ölkə və quruluşlarını qorumaq üçün kollektiv bir öhdəlik. Hamı hərəkətə gəldi; böyük və kiçik şəhərlərdə, kəndlərdə müxtəlif milliyyətlər, müxtəlif məzhəblər, kişi və qadınlar, qoca və gənclər – hamı hərəkətə gəldi; hamı bu möhtəşəm kampaniyalarda iştirak etdi.

Mənim əzizlərim! Bu seçkilər sizin düşmənləriniz üçün siyasi bir zəlzələ, dünyanın müxtəlif yerlərində olan dostlarınız üçün isə həqiqi və tarixi bir bayram idi. İnqilabın otuzuncu ilində xalq bu

Page 26: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

quruluşa, bu inqilaba və Böyük İmama sədaqətini bu şəkildə ifadə etdi. Bu, imam və şəhidlərlə əhd-peymanı yeniləmək üçün xalqın ümumi hərəkatı, İslam Respublikası quruluşu üçün isə nəfəs təzələmək və yeni bir təkan götürmək üçün böyük bir fürsət idi. Bu seçkilər dini demokratiyanı bütün dünya xalqlarına nümayiş etdirdi. İslam Respublikası quruluşuna qarşı bədxahlıq edən bütün şəxslər dini demokratiyanın nə olduğunu gördülər. Bu, üçüncü yoldur. Bu bir tərəfdən diktatura və avtoritar quruluşlar və digər tərəfdən din və mənəviyyatdan uzaq demokratiyalar qarşısında dayanan dini demokratiyadır. Buna görə xalqın diqqətini cəlb edir və onları səhnəyə çəkir. Bu öz imtahanını verdi.39

Onuncu prezident seçkilərinin misilsiz olmasıSeçkilər bizim fəxrimizdir. Qırx milyon səs zarafat deyil. Bu

bizim indiyədək əldə etdiyimiz ən yüksək rekorddan nəzərəçarpacaq həddə çoxdur. Bu çox mühüm məsələdir. Otuz ildən sonra bizim xalqımızın İslam Respublikası quruluşuna sadiqliyi o həddədir ki, belə həvəs və rəğbətlə meydana atılır. Biz xəbərləri izləyirdik; xarici xəbər agentliklərinin hamısı ilk saatlardan dedilər ki, bu dəfə xalq möhtəşəm şəkildə iştirak edir. Bunu hamısı dedi. Gedib səs verdikdən sonra gördüklərini danışanlardan əlavə, xəbər agentlikləri və bəzi əcnəbi televiziya kanalları da işıqlandırdılar ki, xalqın iştirakı ciddi, fəal və izdihamlıdır. Bəzi xarici kanallar sıraya düzülüb növbə gözləyən insanları göstərdi. Bu, ölkə üçün fəxrdir; bunu gözdən salmayaq, korlamayaq. Bu, xalqındır.40

Ölkənin bədxahlar önündə köməyə ehtiyacı olduğu zaman xalqın seçki fəallığı

Həmişə görmüsünüz ki, ölkə məmurları və mənim özüm səsvermədə iştirak edənlərin artmasına təkidlə çalışmışıq. Xalqı həvəsləndirirdik, xalq da həssas zamanlarda sayıqlıqla hadisələrə qoşulurdu; ölkənin öz müxalifləri və dünyadakı bədxahları qarşısında uca fəryad qoparmağa ehtiyac olduğu vaxtlarda seçki məntəqələrinə gedib səs vermişlər. Mən seçki münasibəti ilə təbrik

Page 27: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

müraciətlərinin bir neçəsində bu cümləni təkrarlamışam: "Sayıq və zamanı tanıyan xalq".41

Xalqın ümidi, sevinci və İslam Respublikasına inamıXalq bu ölkədə inamla, ümidlə və milli sevinclə yaşayır. Bu,

sizin düşmənlərinizin qərəzli təbliğatlarında söylədikləri çoxlu sözlərin cavabıdır. Əgər xalqın gələcəyə ümidi olmasa, seçkilərdə iştirak etməz; əgər öz quruluşuna inanmasa, seçkilərdə iştirak etməz; əgər azadlıq hiss etməsə, seçkilərə yaxşı münasibət bəsləməz. İslam Respublikası quruluşuna inam bu seçkilərdə aşkara çıxdı.

Düşmənlər xalqın bu inamını hədəf seçmişlər; İran xalqının düşmənləri bu inamı məhv etmək, İslam Respublikasının ən böyük sərvəti olan bu inamı ondan almaq istəyirlər. Onlar bu inamı zəiflətmək üçün bu seçkilər və xalqın bu inamı barədə şübhə yayırlar.

İran xalqının düşmənləri bilirlər ki, inam olmayanda fəallıq zəifləyir və fəallıq zəifləyəndə quruluşun legitimliyi sarsılır. Onlar bunu istəyirlər. Düşmənin məqsədi budur. İnamı almaq istəyirlər ki, fəallığı alsınlar və İslam Respublikası legitimliyini itirsin. Bunun zərəri bank və avtobus yandırmaqdan daha çoxdur. Bu, başqa heç bir ziyanla müqayisəolunası deyil. Xalq belə bir möhtəşəm tədbirdə belə həvəslə iştirak edir, sonra ona deyilir ki, siz quruluşa inanmaqda səhv etdiniz, quruluş etimada layiq deyil. Dümən bunu istəyir.

Bu kampaniya seçkilərdən öncədən başladı; bundan iki-üç ay qabaqdan. Mən fərvərdin ayının 1-də (martın 21-də) Məşhəddə dedim ki, daim qulaqlara pıçıldayır və təkrar edirlər ki, seçkilər saxtalaşdırılacaq. Onlar şəraiti hazırlamaq istəyirdilər. Mən o zaman ölkə daxilində olan yaxşı dostlarımıza xəbərdarlıq etdim və dedim ki, düşmənin xalqın beyninə yeritmək istədiyi bu sözü deməyin. Xalq İslam Respublikası quruluşuna inanır. Bu inam asan əldə olunmayıb. İslam Respublikası quruluşu otuz ildir məmurları, əməlləri və çoxlu zəhmətləri ilə xalqın qəlbində bu inamı gücləndirə bilmişdir. Düşmən bu inamı alıb xalqı zəiflətmək istəyir.42

Page 28: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Bütün xalqın ümumi öhdəlik, gənclərin həvəs, siyasi öhdəlik və şüur nümayiş etdirməsi

Fikir fərqlərinə rəğmən, bütün xalqda ümumi bir öhdəlik duyulur; ölkə və quruluşlarını qorumaq üçün kollektiv bir öhdəlik. Hamı hərəkətə gəldi; böyük və kiçik şəhərlərdə, kəndlərdə müxtəlif milliyyətlər, müxtəlif məzhəblər, kişi və qadınlar, qoca və gənclər – hamı hərəkətə gəldi, hamı bu möhtəşəm kampaniyalarda iştirak etdi.

Xüsusən bizim gənc nəslimiz göstərdi ki, inqilabın birinci nəslində gördüyümüz siyasi fəallığa, siyasi şüura və siyasi məsuliyyətə malikdir. Bu fərqlə ki, inqilab dövründə inqilabın isti sobası ürəkləri həyəcana gətirirdi; müharibə dövründə də başqa bir formada belə oldu. Bu gün bunlar yoxdur, amma eyni zamanda bizim indiki nəslimizdə bu öhdəlik, bu məsuliyyət hissi, bu fəallıq və şüur mövcuddur. Bunlar kiçik məsələlər deyil.43

Dörd namizədin hər hansı birinə səs verənlərin inqilab cəbhəsindən olmaları

Bu dörd namizədə səs verənlərin hamısı savab qazandılar; inşallah ilahi savabları olacaq. Onların hamısı inqilab cəbhəsinin daxilində və quruluşa məxsusdurlar. Əgər Allaha yaxınlaşmaq niyyəti ilə səs vermiş olsalar, ibadət də etmişlər. İnqilabın qırx milyon səsi var. İnqilaba indiki prezidentə səs verən iyirmi dörd milyon yarım yox, qırx milyon nəfər səs verdi.44

Bütün namizədlərin quruluşa məxsus olması Ciddi rəqabətə qoşulan bu dörd nəfərin hamısı quruluşun

kadrlarından və quruluşa məxsus qüvvələr idilər; indi də belədirlər. Bunların biri bizim ölkəmizin xidmətçi, fəal, zəhmətkeş və etimadlı prezidentidir. Onların biri mənim prezidentlik dövrümdə səkkiz il Baş nazir olan şəxsdir. Daha birisi uzun illər Keşikçilər korpusunun komandanı və müqəddəs müdafiə dövrünün əsas komandirlərindən olmuşdur. Yerdə qalan bir nəfər də ölkənin qanunverici hakimiyyəti olan İslam Şurası Məclisinə iki dəfə sədrlik etmişdir. Bunlar quruluşun kadrlarıdır. Bunların hamısı quruluşa məxsusdurlar. Düzdür, fikir ayrılıqları var, proqram fərqləri var, müxtəlif siyasi

Page 29: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

istiqamətlərdə bir-biri ilə çoxlu düşüncə fərqləri var, amma hamısı quruluşa məxsusdur. Bu dörd nəfər quruluşun kadrlarıdır. Bu rəqabət quruluşun daxilində aparıldı, onun daxili ilə xarici arasında yox. Xəbis Sionizm radiosu, Amerika radiosu, İngiltərə radiosu və digərləri daim buna inandırmağa çalışırlar. Xeyr, bu rəqabət quruluşun daxilində və quruluşa məxsus qüvvələr arasında keçirildi. Hamısı bu quruluşun idi və qeyd etdiyim xidmət stajları var. Mən onların hamısını yaxından tanıyıram, düşüncələrini, üslublarını, davranış tərzlərini bilirəm, hamısı ilə yaxından işləmişəm.

Əlbəttə, mən bu cənabların bütün baxışlarını qəbul etmirəm. Bəzilərinin fikir və əməlləri mənim nəzərimdə şübhəsiz, tənqidə layiqdir; ölkəyə xidmət etmək üçün bəzilərini digərlərindən daha münasib bilirəm, amma seçim xalqındır və xalq seçdi. Mənim istəyim və seçimim nə xalqa deyildi, nə də xalqın ona əməl etməsi lazım idi. Xalqın özü öz meyarlarına uyğun şəkildə seçdi, hərəkət və əməl etdi; milyonlar bu tərəfə, milyonlar o tərəfə. Buna əsasən, məsələ quruluşun daxili məsələsidir. Məsələnin mahiyyətini dəyişmək mütləq qərəzli və pisdir. Mübarizə quruluşla onun xaricindəki qüvvələr arasında, inqilabla əksinqilab arasında deyil, quruluşun daxili qüvvələri arasında getdi.45

Rəqabətlərin azad, ciddi və şəffaf aparılmasıBu rəqabət və diskussiyalar mühüm və maraqlı yenilik idi, çox

açıq, çox şəffaf və çox ciddi aparıldı. Bu diskussiyalar xaricdən seçki rəqabətlərinin simvolik olduğunu və real olmadığını təbliğ edən şəxslərin ağzından vurdu. Gördülər ki, xeyr, realdır, ciddi şəkildə bir-birinin qarşısında dayanmışlar, bir-biri ilə mübahisə edir və diskussiya aparırlar. Bu baxımdan diskussiya və müzakirələr çox yaxşı təşəbbüs idi. Lakin ümumilikdə onun həm müsbət cəhətləri, həm də nöqsanları da vardı. İndi mən hər ikisini deyəcəyəm.

Diskussiyaların müsbət cəhətləriMüsbət cəhət bu idi ki, bu diskussiyalarda, müzakirələrdə, bu

teledebatlarda hamı şəffaf və rahat şəkildə danışdı, ürək sözlərini dedi. Tənqid fırtınası qopdu və hamı cavab verməyə məcbur oldu;

Page 30: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

tənqid olundular, cavab verdilər, özlərini müdafiə etdilər. Şəxs və qrupların mövqeləri heç bir qaranlıq olmadan şəffaf və çılpaq formada xalqa bəlli oldu; siyasətləri nədir, proqramları nədir, nəyə və hansı həddə inanırlar. Bunlar xalqa bəlli oldu, xalq mühakimə yürüdə bildi və İslam quruluşunda özgə sayılmadığını, quruluşda ögey-doğmanın olmadığını bildi. Hər şey xalqa aşkar oldu, bütün fikirlər xalqın qarşısında deyildi və bəlli oldu ki, xalqın səsi bu diqqət və mülahizələrdən doğacaq. Xalqın səsi bəzək üçün deyil, seçim haqqı həqiqətən xalqa məxsusdur. Xalq ayıq və məlumatlı şəkildə seçmək istəyir. Bu diskussiyalar bunu təmin etdi. Şübhəsiz, qabaqkı seçkilərin ən yüksək rekorduna nisbətən on milyon səsin artmasının səbəblərindən biri bu idi ki, xalqın beyni və düşüncəsi işlədildi, diqqətlə ölçüb-biçmə imkanı yarandı. Bu diskussiyalar küçə səviyyəsinə də çıxdı, evlərin içinə də girdi. Bunlar xalqın seçim qabiliyyətini yüksəldir. Belə mübahisə və müzakirələr zehinləri inkişaf etdirir və seçim qabiliyyətini artırır. Bu, İslam Respublikasına görə ideal bir şeydir.

Təbii ki, bu müzakirələr kin və ədavət həddinə çatmamalıdır. Əgər belə olsa, əks-təsir bağışlayacaq. Əgər ogünkü formada və həmin həddə qalsaydı, yaxşı idi; lakin daim dartılıb uzadılsa, tədricən kinə çevriləcək. Əlbəttə, çox yaxşı olar ki, sonra deyəcəyim nöqsanları çıxmaq şərti ilə belə diskussiyalar davam etdirilsin və məmurlar tənqid olunub cavab versinlər. Kimsə tənqid olunduqda onun üçün şübhələri aradan qaldırmaq, açıqlamaq və həqiqəti bəyan etmək imkanı yaranır. Bu çox yaxşıdır, amma mütləq qeyd edəcəyim nöqsanları çıxmaq şərti ilə. Əgər belə diskussiyalar il ərzində və dörd il boyunca davam etsə, daha seçki zamanı partlayışa səbəb olmaz. Bütün sözlər - tənqid və cavablar il boyu deyilmiş və eşidilmiş olar. Bunlar bu diskussiyaların çox gözəl cəhətləri idi. Lakin onun nöqsanları da vardı və bu nöqsanları aradan qaldırmaq lazımdır. Bəzən bu diskussiyalarda məntiq cəhətinin zəifliyi hiss olunur, əsəbi və emosional hal yaranır və gözdənsalma cəhəti üstün gəlirdi. Bu diskussiyalarda mövcud durumu ifratçı formada pisləmək göründü; orada ötən dövrləri həddən artıq pisləmək də müşahidə olundu. Bunların hər ikisi pisdir. Bu debatlarda heç bir yerdə sübuta yetməmiş ittihamlar irəli

Page 31: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

sürüldü, şayiələrə istinad olundu və bəzən insafsızlıqlar baş verdi; həm bu qədər xidmət göstərmiş indiki iqtidara qarşı insafsızlıq, həm də keçmiş iqtidarlara və otuzillik dövrə qarşı. Cənablar söhbət zamanı hissiyyata qapılır və yaxşı sözləri arasında yaxşı olmayan sözlər də deyirdilər. Mən də bütün xalq kimi televizor qarşısında oturub bu verilişlərə tamaşa etdim və söz azadlığından həzz aldım; İslam Respublikası quruluşunun xalqın köməyi ilə onun seçim qüvvəsini yüksəldə bilməsindən həzz aldım. Lakin məsələnin bu nöqsanlı hissələri məni kədərləndirdi. Həmin nöqsanlı hissələr, sataşmalar və bəzi açıq sözlər namizədlərin tərəfdarlarını da gərginləşdirdi və nigaran etdi. Bu hər iki tərəfdə göründü. Mən burada cümə namazı kürsüsündə və namazdan sayılan bir xütbədə həqiqətləri deməliyəm. Təəssüf ki, bu nöqsanda hər iki tərəfin payı var. Bir tərəfdən ölkənin qanuni prezidentinə qarşı ən açıq təhqirlərə yol verildi. Debatlardan 2-3 ay öncədən bəzi çıxışları mənə gətirirdilər, mən görür və bəzən eşidirdim ki, ittihamlar irəli sürür, sözlər danışırlar. Kimə qarşı? Xalq tərəfindən seçilmiş qanuni prezdentə qarşı. Yanlış nisbətlər verdilər, xalqın etimad göstərdiyi prezidenti yalançılıqda ittiham etdilər. Bunlar yaxşıdır?! Hökumət üçün yalan qovluqlar düzəldib orada-burada yaydılar. Biz işin içərisindəyik və bunların həqiqət olmadığını bilirik. Təhqirlər etdilər, prezidentə xurafatçılıq, falçılıq və digər rüsvayçı işlər aid etdilər; əxlaqı, qanunu və insafı ayaq altına atdılar.

Debatların eyib və nöqsanlarıHəmçinin bu tərəf də başqa bir formada oxşar işləri gördü.

İnqilabın otuzillik parlaq keçmişi zəif göstərildi. Bu quruluşun böyük şəxsiyyətlərinin, ömürlərini bu quruluşa həsr etmiş bəzi şəxslərin adları çəkildi. Mən cümə namazında heç zaman ad çəkməməyə çalışıram, amma ad çəkildiyinə görə mən də buna məcburam. Mən xüsusi olaraq cənab Haşimi Rəfsəncaninin və cənab Natiq Nurinin adlarını çəkməyi lazım bilirəm. Əlbəttə, heç kim bu cənabları maliyyə fəsadında ittiham etmədi. Qohum və yaxınlar haqda kimin nə iddiası varsa, qanuni yollarla sübut olunmalıdır və sübut olunmadan bunları kütləvi informasiya vasitələrinə çıxarmaq olmaz. Əgər nəsə isbat olunsa, insanlar

Page 32: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

arasında fərq yoxdur. Lakin isbat olunmadan bunları söyləmək və qəti şəkildə iddia etmək düzgün deyil. Belə sözlər deyiləndə cəmiyyətdə yanlış təsəvvürlər yaranır, gənclər ayrı cür düşünür və ayrı cür anlayırlar.

Cənab Haşimini hamı tanıyır. Mənim onunla tanışlığım inqilabdan sonraya və yüksək vəzifələrdə çalışdığı zamana aid deyil. Mən 1957-ci ildən – yəni 52 il öncədən onu yaxından tanıyıram. Cənab Haşimi mübarizələr dövründən hərəkatın ən mühüm fiqurlarından olmuşdur. O, inqilabdan öncəki dövrün ciddi və fəal mübarizlərindən idi. İnqilabın qələbəsindən sonra imamın kənarında və İslam Respublikasının ən təsirli şəxsiyyətlərindən oldu; imamın vəfatından sonra da bu günə qədər rəhbərin kənarında olmuşdur.

Bu insan dəfələrlə şəhidliyin bir addımlığına qədər getmişdir. İnqilabdan öncə öz sərvətini inqilab üçün xərcləyir və mübarizlərə verirdi. Gənclərin bunları bilməsi yaxşıdır. İnqilabdan sonra onun çoxlu vəzifələri olmuşdur: səkkiz il prezident olmuşdur, ondan öncə parlamentə rəhbərlik etmişdir, sonra da digər vəzifələrdə çalışmışdır. Biz bu müddət ərzində onun inqilabdan özü üçün nəsə topladığını görməmişik. Bunlar həqiqətdir. Bunları bilmək lazımdır. O, ən həssas dönəmlərdə inqilabın və quruluşun xidmətində durmuşdur.

Mənim bir çox məsələlərdə cənab Haşimi ilə fikir ayrılığım var; bu da təbiidir. Lakin xalq şübhəyə düşüb ayrı cür fikirləşməsin. Onunla cənab prezident arasında 2005-ci ilin prezident seçkilərindən bu günə qədər fikir ayrılığı olmuşdur, indi də var; həm xarici siyasətdə fikir ayrılıqları var, həm ictimai ədalətin icrası sahəsində, həm də bəzi mədəni məsələlərdə. Və cənab prezidentin fikri mənim fikrimə daha yaxındır.

Cənab Natiq Nuri də həmçinin. Cənab Natiq Nuri inqilaba xidmət göstərmiş şəxsiyyətlərdəndir. O həm çox xidmət göstərmişdir, həm də onun bu quruluşa və inqilaba sevgisində heç bir şübhə yoxdur.

Canlı teledebatlar yaxşıdır, lakin bu nöqsanlar aradan qaldırılmalıdır. Mən həmin vaxt – yəni debatdan sonra bunları cənab prezidentə də dedim, çünki onun əməl edəcəyini bilirdim.

Page 33: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Maliyyə fəsadı ilə mübarizə məsələsində quruluşun mövqeyi aydındır; ictimai ədalətə aid məsələlərdə quruluşun mövqeyi aydındır. Fəsad harada olursa-olsun, onunla mübarizə aparmaq lazımdır. Mənim demək istədiyim budur: Biz iddia etmirik ki, bizim quruluşumuzda maliyyə və iqtisadi fəsad yoxdur. Əgər olmasaydı, mən bir neçə il öncə üç hakimiyyət orqanının möhtərəm başçılarına müraciətlə səkkizmaddəlik məktubu yazmazdım və onun üzərində bu qədər təkid göstərməzdim. İqtisadi fəsad var, lakin mən demək istəyirəm ki, İslam Respublikası quruluşu bu gün dünyanın ən sağlam siyasi və ictimai quruluşlarından biridir. Bizim hansısa sionist mənbəyə istinadla quruluşu və ölkəni fəsadda ittiham etməyimiz əsla düzgün deyil; şəxsiyyətləri və məmurları dəlilsiz olaraq fəsad işində sual altına salmağımız da düzgün deyil. Maliyyə fəsadı İslam quruluşunda mühüm məsələlərdən biridir və onunla ciddi mübarizə aparmaq lazımdır. Həm icraçı hakimiyyətdə, həm məhkəmə hakimiyyətində, həm də qanunverici hakimiyyətdə hamı bununla mübarizə aparmağa borcludur. Əgər mübarizə aparılmasa, qarşısı alınmasa, genişlənəcək. Necə ki, dünyanın çoxlu ölkələri - maliyyə fəsadı, çirkli pulların yuyulması və bu kimi məsələlərlə mübarizədən dəm vuran bu Qərb ölkələri boğaza qədər fəsada batmışlar. Bu günlərdə İngiltərə hökumətinin və parlamentinin hadisələrini eşitdiniz və bütün dünya bildi. Bu, sözügedən fəsadın bir hissəsidir, əslində isə bunlardan da çoxdur.46

Təhdidlər1. Xalqın parçalanması fikriBizim bir qrupun, məsələn, 24 milyonun bir tərəfdə, 14

milyonun da başqa bir tərəfdə durduğunu düşünməyimiz mənim fikrimcə, çox böyük bir səvhdir. Məsələ belə deyil; hamı bir tərəfdə durur. Seçilmiş prezidentə səs verənlər inqilaba, ölkəyə və quruluşa ona səs verməyənlər qədər sadiqdirlər. Xalqın müxtəlif qrupları bu ölkənin övladlarıdır, bu xalqın övladlarıdır. Müxtəlif namizədlərə səs verən iki toplumu bir-birinə düşmən fərz etməyimiz səhvdir. Xeyr, bir məsələdə bunların fikirləri fərqli olmuşdur, lakin əsas məsələ olan quruluşa inamda və İslam Respublikasını dəstəkləməkdə hamı yekdildir. Biz bu seçkilərin 40

Page 34: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

milyona yaxın səsinə baxmalıyıq. Mühüm olan budur. Mən düşünürəm ki, hamımız bunu qorumağa borcluyuq.47

2. Seçkilərdən sonra demokratik şəraiti düşmənçiliyə çevirməkHamınız düşmənlik yaratmaqla mübarizə aparın. Bu, bir

namizədə, bir seçki qərargahına və bir qrupa məxsus deyil. Ədavətlə, düşmənçiliklə və kin-küdurətlə mübarizə aparmaq hamının borcudur. Burada qeyd olunduğu kimi, kimlərsə seçkilərdə müxtəlif prosedurlara dair nöqsan və etirazlar qeyd edə bilərlər. Bunun qanuni yolları vardır və mütləq araşdırılmalıdır. Cənablar bəzi nümunələri qeyd etdilər. Mən Ölkə nazirliyində və həmçinin Nəzarət şurasında çalışan şəxslərdən istəyirəm ki, bu nümunələri dəqiq araşdırsınlar. Əgər bəzi nöqsanlar hansısa qutuların yenidən sayılmasını tələb etsə, eybi yoxdur. İndi bir nümunəni cənablar dedilər; o şəxs deyib ki, filan namizədin səsi bu qədərdir, sayanda isə başqa rəqəm elan olunub. Çox gözəl, eybi yoxdur, nöqsanlı qutuları, yaxud təsadüfi şəkildə bəzi qutuları yenidən saysınlar, namizədlərin nümayəndələri də iştirak etsinlər və hamı üçün tam inam yaransın.

Sizin hamınız yüksək vəzifələrdə çalışırsınız, çalışmısınız və mənim adətimi bilirsiniz. Mənim özüm bütün seçkilər kimi bu seçkilərdə də ölkə məmurlarına - Ölkə nazirliyinə və Nəzarət şurasına etimad etdim. Bilirsiniz ki, bəzi məsələlərdə məmurların fikir ayrılığı var, lakin mən tanıdığım və iş üsulunu bildiyim məmura etimad edirəm. Bu dəfə də belədir. Lakin mənim bu etimadım səbəb olmur ki, kimlər üçünsə yaranmış şübhə araşdırılmasın və həqiqət aşkara çıxmasın. Xeyr, şübhələri ortadan qaldırın, lakin hər şeydən əhəmiyyətli olan budur ki, hamınız milli birliyi qorumağa çalışın; hər kəs öz vəzifəsinə uyğun şəkildə.48

3. Bəzi şəxslərin sabitliyi və milli birliyi pozmaq cəhdiBu məsələlərdə hamınız uğur qazandınız, hamınız qalib

oldunuz; çünki sevdiyiniz quruluşu gücləndirə bildiniz. Bütün xalq qalibdir; çünki bir əzəmət və izzət nümayiş etdirdi. Bəziləri bunu istəmirlər və təbii ki, pozuculuq edirlər, gərginlik yaradırlar,

Page 35: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bundan ona söz aparırlar, ondan buna; çox zaman da yalan. Mənə müxtəlif yerlərdən sözlər çatır. Görürəm ki, bəzən nə o tərəfin bu tərəf haqda dedikləri həqiqətə uyğundur, nə də bu tərəfin o tərəf haqda dedikləri. Bəllidir ki, ortada birliyin yaranmasını istəməyənlər var. Bu ən yaxşısıdır, pisi də sizin gördüyünüz pozucu işlərdir. Bu işlərin qarşısında dayanıb mövqe bildirməlidirlər. Hamı deməlidir.

Aparılan bu təxribatlar, görülən bu çirkin işlər, bəzən törədilən cinayətlər heç bir tərəfə məxsus deyil; xalqa məxsus deyil, namizədlərə məxsus deyil, təxribatçılara məxsusdur, iğtişaşçılara məxsusdur. Kimsə bu işlərin filan namizədin tərəfdarlarının törətdiyini düşünməsin. Xeyr, bunlar müsəlmanların arasında məzhəb ixtilafları salan qüvvələr kimidirlər. Biz dəfələrlə demişik ki, bunlar nə sünnidirlər, nə şiə; şiəni sünninin, sünnini də şiənin əleyhinə təhrik edirlər. Bizim böyük cəmiyyətimizin birliyi də belədir. Bir tərəfi o biri tərəfin əleyhinə təhrik edən, bir cinahın tərəfdarı kimi çıxış edib bəzi işlər görən şəxslər nə bu tərəfdəndirlər, nə o tərəfdən. Bunlar quruluşla, ölkənin sabitliyinə müxalif, gərginliyin və iğtişaşın tərəfdarı olan və sabitliyi pozmağa cəhd edən şəxslərdir.

Hakimiyyətə kim gəlsəydi və seçkilərin nəticəsi bundan fərqli olsaydı da, mən qəti şəkildə deyə bilərəm ki, bu hadisələr yenə baş verəcəkdi. Çünki onlar ölkədə sabitliyi pozmaq istəyirlər, ölkənin təhlükəsizliyini və dincliyini hədəf seçmişlər, onu məhv etmək istəyirlər. Heç kəs bu gərginliklərə və iğtişaşlara kömək etməməli, hamı onun qarşısında açıq mövqe bildirməlidir.49

4. Siyasi şəxsiyyətlərin ifratçılığının xalq arasında çox həssas nəticələri

Xalqın düşüncəsində hər növ aparıcılığı olan şəxslər – bəziləri bizdən söz eşidən siyasətçilər, partiya liderləri və siyasi cərəyanların rejissorları öz rəftarlarına və sözlərinə çox diqqət yetirməlidirlər. Əgər onlar bir az ifrata varsalar, bu ifratçılığın əhatəsi xalq arasında çox həssas və təhlükəli hadisələrə səbəb olacaq, sonra isə bəlkə özləri də bunu idarə edə bilməyəcəklər. Biz nümunələrini görmüşük. Cəmiyyətdə ifratçılıq yarandıqda hər bir

Page 36: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

ifratçı hərəkət digərlərinin ifratçılığına səbəb olur. Əgər siyasi elitanın nümayəndələri qanunu ayaq altına atsalar, yaxud qaş düzəldən yerdə vurub göz çıxarsalar, o zaman istəsələr də, istəməsələr də tökülən qanlar, kobudluqlar və hərc-mərcliklər üçün məsuliyyət daşıyacaqlar. Mən bu cənabların, bu qədim dost və qardaşların hamısına tövsiyə edirəm ki, özünüzə hakim olun, təmkinli olun, düşmənin əllərini, bu gün yavaş-yavaş üzlərindən diplomatiya niqabını götürüb həqiqi simalarını göstərən və pusquda dayanmış ac canavarları görün, onları yaddan çıxarmayın.50

TövsiyələrSeçilmilş prezidenti dəstəkələmək və ona kömək etmək Güman ki, düşmənlər bədxah təhriklərlə bu hadisənin

sevincini xalqdan almağa çalışacaqlar. Bütün xalqa, xüsusən də bu möhtəşəm hadisənin ən aktiv səbəbkarlarından olan əziz gənclərə tövsiyə edirəm ki, çox sayıq olsunlar.

Seçkilərin ertəsi günü həmişə mehribanlıq və dözüm günü olmalı, istər seçilmiş namizədin, istərsə də digər möhtərəm namizədlərin tərəfdarları hər bir təhrikedici və şübhəli söz və rəftardan çəkinməlidirlər. Seçilmiş möhtərəm prezident bütün İran xalqının prezidentidir və hamı, o cümlədən dünənki rəqiblər onu dəstəkləməli, ona kömək etməlidirlər. Şübhəsiz, bu da Allahın bir imtahanıdır. Bu imtahandan uğurlu çıxmaq Allah-Taalanın mərhəmətini ərməğan edər.51

Milli birliyi qorumaq, parçalanmağın və düşmənliyin

qarşısını almaqBiz seçkilərin parçalanma amili olamamasına çalışmalı və

bunu diqqətdə saxlamalıyıq. Mənim əsas sözüm budur və düşünürəm ki, hamımız bunu qorumağa borcluyuq; yəni İslam quruluşunu dəstəkləməyə dair bu milli birliyə əhəmiyyətsiz yanaşmayaq. Bu çox əhəmiyyətli məsələdir. Bu gün İslam quruluşu göstərir ki, onda həqiqi demokratiya hakimdir. Xalq müxtəlif namizədlərlə görüşlərdə iştirak edir, onların çıxışlarını dinləyir və təxminən 10-15 gün küçələrdə fəallıq göstərir. Bu mənim fikrimcə, çox mühüm məsələdir. Biz xalqın çoxlu gecələrdə Tehranın və digər

Page 37: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

şəhərlərin küçələrinə toplaşması, bəzilərinin bu, bəzilərinin isə digər namizədi dəstəkləyib şüar verməsi, amma aralarında heç bir iğtişaşın yaranmaması ilə fəxt etməliyik. Bu çox mühüm məsələdir. Bizim xalqımız budur: üslub fərqləri var, müxtəlif namizədlərə qarşı müxtəlif fikirlər var, amma bir-biri ilə həmkarlıq edirlər. Cənab Mühəndis Musəvi mənə danışırdı ki, bir xiyabanda maşınla gedərkən başqa bir maşın onunla yanaşı hərəkət edir. Onlar gülə-gülə cənab Musəvinin əleyhinə danışmağa və şüar verməyə başlayırlar. Cənab Musəvi deyir ki, mən də gülüb onlara əl etdim və keçdim. Bu çox yaxşı haldır. Bu vəziyyət seçkilərdən sonra ədavətə və qarşıdurmaya çevrilməməlidir. Bəzi qüvvələr cəmiyyətdə bunu reallaşdırmaq istəyirlər. Bu düzgün deyil.52

Gərginliyə kömək etməməkHeç kəs bu gərginliyə və iğtişaşa kömək etməməli, hamı onun

qarşısında açıq mövqe bildirməlidir. Necə ki, sizin həqiqi mövqeyiniz də məhz belədir. Gərək açıq mövqe bildirib desinlər ki, bunu istəmirlər. Eyni zamanda gərginlik yaradan heç bir iş görməsinlər; yəni bir-birini qəzəbləndirməsinlər.53

Səbir və dözüm və onun aparıcı şəxsiyyətlərin və xalqın arasında təbliği

Həm çoxluğun səsini qazanmış tərəf diqqətli olmalı, rəftar və hərəkətlərinə fikir verməlidir, həm də çoxluğun səsini qazanmayan tərəf. Hamı səbirli olmalıdır. İslam qaynaqlarında işlədilmiş "hilm" sözünün mənası dözümlülük və dözüm bacarığıdır. Hamıda dözüm bacarığı olmalı və dözə bilməlidir. Qələbəyə dözmək də asan deyil, məğlubiyyətə dözmək də. Dözmək, səbirli olmaq, qələbə və məğlubiyyət zamanı təmkinli olmaq bacarığı insani dəyərlərdəndir. Biz bunu həm aparıcı şəxsiyyətlər, həm də bütün xalq arasında təbliğ etməliyik.54

Açıq mövqe bildirmək Heç kəs bu gərginliyə və iğtişaşa kömək etməməli, hamı onun

qarşısında açıq mövqe bildirməlidir. Necə ki, sizin həqiqi

Page 38: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

mövqeyiniz də məhz belədir. Gərək açıq mövqe bildirib desinlər ki, bunu istəmirlər.55

Düşmənin təxribatlarıSeçkiləri quruluşun tərəfdarları ilə əleyhdarları arasında

savaş kimi göstərməyə çalışmaqBir neçə Qərb ölkəsinin indiyə qədər diplomatik

komplimentlərlə danışan məşhur diplomatları üzlərindən niqabı götürüb həqiqi simalarını göstərirlər: "Onların sizə qarşı ədavəti ağızlarından çıxan sözlərdən bəlli olur, ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür". Onlar İslam quruluşuna qarşı düşmənçiliklərini göstərirlər. Hamısından daha xəbis olan da İngiltərə hökumətidir.56

Mən son iki-üç həftədə Amerikanın və bir neçə Avropa ölkəsinin dövlət rəsmilərinin söz və işlərini izlədim. Seçkilərə yaxın həftələrdə, seçkilər günü, seçkilərdən sonrakı gecə və seçkilərdən iki-üç gün sonra onların dəyişkən və fərqli vəziyyətləri oldu. Seçkilərin başlanmasından öncə onların media orqanları və dövlət rəsmiləri xalqın iştirakını zəiflətmək üçün seçkilərin özünə qarşı şübhə yaradırdılar.57

Düşmənlər əksəri xəbis və rəzil sionistlərə məxsus olan müxtəlif informasiya şəbəkələrində belə göstərməyə çalışırlar ki, quruluşun tərəfdarlarına müxalifləri arasında savaş gedir. Xeyr, belə deyil. Onlar qələt edib bu sözü deyirlər. Bu, həqiqət deyil.58

Seçkiləri şübhə altına salmaq və xalqın quruluşa inamını qırmaq

Bizim bəzi düşmənlərimiz quruluşun bu mütləq qələbəsini şübhəli bir qələbəyə və hətta bəziləri milli bir məğlubiyyətə çevirməyə çalışdılar, sizin sevincinizi yox etmək və dünyanın ən yüksək faizli seçkisinin sizin adınıza yazılmasına mane olmaq istədilər.

Onlar inamı qırmaq, bununla xalqın fəallığını və onun ardınca İslam Respublikasının legitimliyini sarsıtmaq istəyirlər. Bunun zərəri bank və avtobus yandırmaqdan daha çoxdur. Bu, başqa heç bir ziyanla müqayisəolunası deyil. Xalq belə bir möhtəşəm tədbirdə

Page 39: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

belə həvəslə iştirak edir, sonra ona deyilir ki, siz quruluşa inanmaqda səhv etdiniz, quruluş etimada layiq deyildi. Düşmən bunu istəyir.

Bu kampaniya seçkilərdən öncədən başladı; bundan iki-üç ay qabaqdan. Mən fərvərdin ayının 1-də (martın 21-də) Məşhəddə dedim ki, daim qulaqlara pıçıldayır və təkrar edirlər ki, seçkilər saxtalaşdırılacaq. Onlar şəraiti hazırlamaq istəyirdilər. Mən o zaman ölkə daxilində olan yaxşı dostlarımıza xəbərdarlıq etdim və dedim ki, düşmənin xalqın beyninə yeritmək istədiyi bu sözü deməyin. Xalq İslam Respublikası quruluşuna inanır. Bu inam asan əldə olunmayıb. İslam Respublikası quruluşu otuz ildir məmurları, əməlləri və çoxlu zəhmətləri ilə xalqın qəlbində bu inamı gücləndirə bilmişdir. Düşmən bu inamı alıb xalqı zəiflətmək istəyir.59

Bəzi namizədlərin etirazını görüb təşəbbüsü ələ almağa çalışmaq

Bəzi namizədlərin etirazını gördükdə gözlənilmədən onlar üçün fürsət yarandığını düşündülər və onu fövtə verməyib təşəbbüsü ələ almağa çalışdılar. Şənbə və bazar günlərindən sözləri dəyişildi, gözləri namizədlərin dəvəti ilə küçələrdə keçirilən bəzi toplantılara düşdükdə həvəsləndilər, yavaş-yavaş niqabları kənara çəkildi və həqiqi simaları görünməyə başladı. Bir neçə Avropa ölkəsinin və Amerikanın dövlət başçıları və bir neçə Xarici işlər naziri iç üzlərini göstərən sözlər danışdılar. ABŞ prezidentinin belə dediyi söyləndi: "Biz xalqın küçələrə çıxdığı belə bir günü gözləyirdik". Bir tərəfdən məktub yazıb əlaqələri bərpa etmək istədiklərini deyir və İslam Respublikasına hörmət bildirirlər, bir tərəfdən də bu sözləri danışırlar. Biz hansına inanaq?

Xarici qüvvələrin ölkə daxilindəki ünsürləri də işə girişdilər və küçə iğtişaşları başlandı; iğtişaş törətmək, yandırmaq, ümumi yerləri odlamaq, xalqın işlədiyi yerlərdə təhlükəsizliyi pozmaq, dükanların şüşələrini sındırmaq, bəzi mağazaların mallarını oğurlamaq, xalqın can və mal təhlükəsizliyini pozmaq. Bunun xalqa və namizədlərin tərəfdarlarına aidiyyəti yoxdur. Bunlar bədxah və muzdurlardır. Bu işlər Qərbin və sionizmin casus şəbəkələrinin muzdurlarının işidir. Daxildə bəziləri tərəfindən naşıcasına görülən

Page 40: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bu iş onları tamahlandırdı. Elə bildilər ki, İran da Gürcüstandır. Bir neçə il öncə ABŞ sionistlərindən olan bir biznesmen KİV-də yayılan iddiasına görə on milyon dollar pul xərcləyib Gürcüstanda məxməri inqilab etdi, bir hökuməti devirib başqasını gətirdi. Axmaqlar elə bildilər ki, İslam Respublikası, İran və bu böyük xalq da ora kimidir. İranı hara ilə müqayisə edirsiniz?! Bizim düşmənlərimizin problemi budur ki, İran xalqını hələ də tanımırlar.60

Xatırlatmalarİki cinah və iki qrup bir-birini qəzəbləndirməsin!İki cinah və iki qrup bir-birini qəzəbləndirməsin; nə qələbə

çalan namizədi sevənlər əks tərəfi qəzəbləndirib yaralasınlar, nə də səs qazanmayan namizədi sevənlər. Xeyr, sizin hamınızın müştərək bir cəhətiniz var və o da bu seçkilərdə və İslam quruluşunu müdafiə işində fəal iştirak etmənizdən ibarətdir. Dövrün imamını razı salan əsas məsələ budur.61

Qırx milyonluq səsi gözdən salmamaqBəzi xarici kanallar növbəyə durmuş insanları göstərdi. Bu,

ölkə üçün fəxrdir. Biz bunu gözdən salmamalıyıq. Bu, xalqa məxsusdur. Hər iki tərəf – yəni həm seçilmiş namizədə səs verənlər, həm də başqa bir namizədə səs vermiş təxminən 14 milyon insan bu böyük qəhrəmanlığı birgə yaratdılar.62

İmamın son vəsiyyətlərini yada salmaqMən bu qardaşlara deyirəm ki, Allah-Taala qarşısındakı

məsuliyyət barədə fikirləşin; Allah qarşısında məsuliyyət daşıyırsınız, sizdən soruşacaqlar. İmamın son vəsiyyətlərini xatırlayın; qanun son sözdür. Qanunu son söz bilin. Ümumiyyətlə seçkilər nə üçündür? Seçkilər onun üçündür ki, bütün ixtilaflar seçki qutularında həll olunsun. Xalqın nə istədiyi və nəyi istəmədiyi seçki qutularında bəlli olmalıdır, küçələrdə yox.63

Düşmənin əllərini görməkMən bu cənabların, bu qədim dost və qardaşların hamısına

tövsiyə edirəm ki, özünüzə hakim olun, təmkinli olun, düşmənin

Page 41: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

əllərini, bu gün yavaş-yavaş diplomatiya niqabını da üzlərindən götürüb həqiqi simalarını göstərən və pusquda dayanmış ac canavarları görün. Bunları yaddan çıxarmayın.64

Xəbərdarlıqlar1. Səhvin qarşısını almaq üçün sayıqlıq və ehtiyatMənim müraciətim siyasi adamlara, namizədlərə, partiya və

cinah rəhbərlərinədir. Mən bu ağalara demək istəyirəm ki, bu gün ölkə üçün həssas və tarixi bir gündür. Dünyanın vəziyyətinə baxın. Orta Şərqin vəziyyətinə baxın. Dünyanın iqtisadi vəziyyətinə baxın. Bizim İraq, Əfqanıstan və Pakistan kimi qonşu ölkələrimizin vəziyyətinə baxın. Biz tarixin həssas bir nöqtəsində yerləşmişik. Bizim hamımızın vəzifəmiz budur ki, bu tarixi mərhələdə sayıq, diqqətli və ehtiyatlı olub səhvə yol verməyək.65

2. Küçə yürüşlərini dayandırmaqÜmumiyyətlə seçkilər nə üçündür? Seçkilər onun üçündür ki,

bütün ixtilaflar seçki qutularında həll olunsun. Xalqın nə istədiyi və nəyi istəmədiyi seçki qutularında bəlli olmalıdır, küçələrdə yox. Əgər hər bir seçkidən sonra uduzanlar küçələrdə düşərgə qursalar, tərəfdarlarını küçələrə çağırsalar, sonra udanlar da onlara cavab olaraq düşərgə qursalar və hamını küçəyə çıxarsalar, onda seçkilər nə üçün keçirilir? Xalqın təqsiri nədir?! Küçə xalqın iş-güc yeridir, get-gəl etdiyi yerdir, yaşadığı yerdir. Bu xalq nə günah etmişdir ki, biz öz tərəfdarlarımızı onlara göstərməyə çalışaq; o tərəfdə bir cür, bu tərəfdə bir cür?! Zərbə vurmaqdan ötrü aramıza girən terrorçu şəxs üçün siyasi məsələ mühüm deyil. Onun üçün yürüş edən, yaxud mitinq keçirən bu xalqın arasında gizlənməkdən daha yaxşı nə ola bilər?! Əgər bu toplantılar ona imkan yaradırsa, bunun məsuliyyəti kimin üzərinə düşür? Bu hadisələrdə adi camaatdan və Bəsicdən ödürülən bu bir neçə nəfərin cavabını kim verməlidir? Küçədə qarışıqlıqdan istifadə edirlər, Bəsici terror edirlər, polisi terror edirlər; hər halda bunlar bir reaksiyaya səbəb olacaq və bu reaksiya emosional olacaq. Bu reaksiyalar barədə kim düşünməlidir? Bəzi hadisələrə görə insanın bağrı qan olur. Universitet məhəlləsinə gedib gənc tələbələrə, özü də çaxnaşma

Page 42: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

yaradan yox, mömin və hizbullahçı tələbələrə hücum edir, eyni zamanda rəhbərin lehinə şüar verirlər. Bu hadisələrə görə insanın bağrı qan olur. Seçkilərdən sonra küçədə güc sınamaq düzgün deyil. Bu, seçkilərin və demokratiyanın özünə ziddir.

Mən hamıdan bu işə son qoymalarını istəyirəm. Bu düzgün üsul deyil. Əgər son qoymasalar, o zaman onun nəticələrinin və hərc-mərcliyinin məsuliyyəti onların üzərinə düşəcək.

Bəzi qüvvələr elə bilirlər ki, küçələrə çıxmaqla quruluşun əleyhinə təzyiq rıçaqı düzəldib öz istəklərini qəbul etdirəcəklər. Xeyr, bu da səhvdir. Əvvəla, təzyiq altında qanunsuz tələblərlə razılaşmağın özü diktaturanın başlanmasıdır. Bu, yanlış və səhv proqnozdur. Əgər onun acı nəticələri olsa, birbaşa səhnə arxasında duran komandirlərə yönələcək. Əgər lazım olsa, xalq onları da tanıyacaq.66

Çıxış yolu: Qanuni yolla araşdırmaqNəzarət şurasına təkidlə tapşırılıb ki, bu məktubu diqqətlə

araşdırsınlar. Sizin xislətiniz belə şəxslərlə fərqlidir; işləri təmkinlə və sakit

şəkildə davam etdirməniz lazımdır. Allahın köməyi ilə seçkilər güclü, düzgün və çox sabit şəkildə

keçdi. Siz də nəzərdə tutduğunuz məsələləri qanuni yolla araşdırın.67

Burada qeyd olunduğu kimi, kimlərsə seçkilərdə müxtəlif prosedurlara dair nöqsan və etirazlar qeyd edə bilərlər. Bunun qanuni yolları vardır. Bunlar mütləq araşdırılmalıdır. Cənablar bəzi nümunələri qeyd etdilər. Mən Ölkə nazirliyində və həmçinin Nəzarət şurasında çalışan şəxslərdən istəyirəm ki, bu nümunələri dəqiq araşdırsınlar. Əgər bəzi nöqsanlar hansısa qutuların yenidən sayılmasını tələb etsə, eybi yoxdur. İndi bir nümunəni cənablar dedilər; o şəxs deyib ki, filan namizədin səsi bu qədərdir, sayanda isə başqa rəqəm elan olunub. Çox gözəl, eybi yoxdur, nöqsanlı qutuları, yaxud təsadüfi şəkildə bəzi qutuları yenidən saysınlar. Namizədlərin nümayəndələri də iştirak etsinlər və hamı üçün tam inam yaransın.

Page 43: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Sizin hamınız yüksək vəzifələrdə çalışırsınız, çalışmısınız və mənim adətimi bilirsiniz. Mənim özüm bütün seçkilər kimi bu seçkilərdə də ölkə məmurlarına - Ölkə nazirliyinə və Nəzarət şurasına etimad etdim. Bilirsiniz ki, bəzi məsələlərdə məmurların fikir ayrılığı var, lakin mən tanıdığım və iş üsulunu bildiyim məmura etimad edirəm. Bu dəfə də belədir. Lakin mənim bu etimadım səbəb olmur ki, kimlər üçünsə yaranmış şübhə araşdırılmasın və həqiqət aşkara çıxmasın. Xeyr, şübhələri ortadan qaldırın, lakin hər şeydən əhəmiyyətli olan budur ki, hamınız milli birliyi qorumağa çalışın; hər kəs öz vəzifəsinə uyğun şəkildə.68

İslam Respublikası xalqın səsinə xəyanət etməz. Bizim ölkəmizdə seçki qanunları saxtakarlığa imkan vermir. Seçki işlərində çalışan və bu məsələlərdən xəbərdar olan hər bir kəs bunu təsdiq edər; özü də on bir milyon səs həddində. İki tərəf arasında yüz min, beş yüz min, bir milyon səs fərqi olsa, hansısa yolla saxtakarlıq edilməsi və səslərin yerdəyişməsi ehtimal oluna bilər. Bəs on bir milyonu necə saxtalaşdırmaq olar?! Eyni zamanda mən bunu dedim və möhtərəm Nəzarət şurası da qəbul edir ki, kimin şübhəsi varsa və sənəd göstərirsə, mütləq araşdırmaq lazımdır; sözsüz ki, qanuni yollarla. Yalnız qanuni yollarla araşdırma aparılmalıdır. Mən qanunsuz bidətlərə təslim olmayacağam. Əgər bu gün qanuni çərçivələr sındırılsa, gələcəkdə heç bir seçki təhlükəsiz olmayacaq. Hər halda, hər bir seçkidə bəziləri udur, bəziləri isə uduzur. Belə olsa, daha heç bir seçki mötəbər sayılmayacaq. Odur ki, hər şeylə məşğul olsunlar, işlər görülsün, qanuni prosedurlar həyata keçirilsin. Əgər həqiqətən şübhə varsa, qanuni yollarla araşdırılsın. Bu sahədə qanunlarda heç bir nöqsan yoxdur. Necə ki, namizədlərin nəzarət və şikayət hüququ təmin olundu və uyğun məsələlər də araşdırılacaq. Mən möhtərəm Nəzarət şurasından istədim ki, əgər haradasa seçki qutularını yenidən saymaq lazım olsa, namizədlərin nümayəndələrinin iştirakı ilə bu işi görsünlər. Özləri orada olsunlar, saysınlar, qeyd etsinlər və imzalasınlar.

Qanun son sözdür; onu son söz bilin.Bəzi qüvvələr elə bilirlər ki, küçələrə çıxmaqla quruluşun

əleyhinə təzyiq rıçaqı düzəldib öz istəklərini qəbul etdirəcəklər.

Page 44: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Xeyr, bu da səhvdir. Əvvəla, təzyiq altında qanunsuz tələblərlə razılaşmağın özü diktaturanın başlanmasıdır. Bu, yanlış və səhv proqnozdur. Əgər onun acı nəticələri olsa, birbaşa səhnə arxasında duran komandirlərə yönələcək. Əgər lazım olsa, xalq onları da tanıyacaq.

Mən bu dostların, bu qardaşların hamısından istəyirəm ki, qardaş olsunlar, anlaşsınlar, qanuna riayət etsinlər. Qanun yolu açıqdır, məhəbbət və səmimiyyət yolu açıqdır. Bu yolla gedin. Ümidvaram Allah-Taala bu yolla getmək üçün hamıya kömək edəcək. Bəli, hamı ölkənin inkişafını istəyir. Bu qardaşlar qırx milyonluq qələbə bayramını qeyd etsinlər və düşmənin bu bayramı pozmasına qoymasınlar. Düşmən bunu pozmaq istəyir. Əgər başqa yol seçsələr, onda mən yenə gələcək və xalqla bundan da açıq danışacağam.69

Page 45: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Üçüncü fəsil: Seçkilərdən sonrakı hadisələr

Seçkilərdən sonrakı hadisələrin mahiyyəti: FitnəBunlar fitnə şəraiti yaradır, vəziyyəti qarışdırırlar. Qanuna

tərəfdarlıq şüarı verirlər, lakin açıq şəkildə onun ziddinə işləyirlər. Şüarlarında imama tərəfdar olduqlarını bildirirlər, amma öz tərəfdarları arasında belə böyük bir günahın baş verməsinə imkan yaradırlar: imam təhqir olunur, imamın şəkli təhqir olunur. Bu, kiçik məsələ deyil. Düşmənlər buna çox sevinirlər. Yalnız sevinmirlər, təhlil də edir, o təhlilin əsasında qərar çıxarır, o qərar əsasında işləyir, milli maraqlarımızın və İran xalqının əleyhinə həvəslənirlər. Burada problemi yaradan amil həmin hiylə, mühitin dumanlı olması və Əmirəlmömininin (ə) sözündə olandır: bir haqq sözü bir nahaq sözlə qarışdırırlar və haqq onu sevənlərə tanınmaz olur. Aydınlatmaq, meyar və ayrıc müəyyən etmək burada mənasını tapır.70

Şübhəsiz ki, düşmən xalqı İslam quruluşundan ayırmaqda iflasa uğramışdır. Ötənilki seçkilərdə ölkənin qırx milyon əhalisi iştirak etdi; əslində İslam Respublikası quruluşunun və seçkilərin xeyrinə qırx milyonluq bir referendum keçirildi. Düşməni qəzəbləndirən bu idi. İğtişaşla onun təsirini məhv etmək istədilər, amma bacarmadılar. Xalq fitnənin qarşısında da dayandı. 2009-cu il fitnəsi ölkəni vaksinlədi, xalqı siyasi və ictimai mikroblar əleyhinə hazırladı, onun ayıqlığını artırdı.71

Fitnənin mənası Dumanlı şərait sözügedən fitnə zamanıdır. Fitnənin mənası

budur ki, bir qrup adam dost görkəmi və düşmən niyyəti ilə meydana atılıb mühiti qarışdırsın, bu qarışıq mühitdə əsl düşmən öz simasını gizlədib meydana atıla və zərbə vura bilsin. Əmirəlmöminin (ə) buyurub ki, nahaq çılpaq və xalis şəkildə gəlsə, haqqı istəyənlər çaşmazlar, onun nahaq olduğunu anlayarlar. Əgər haqq da açıq şəkildə meydana gəlsə, düşmən onu haqq olmadığına görə ittiham edə bilməz. Fitnəkar isə bir qədər haqdan və bir qədər

Page 46: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

nahaqdan götürüb bir-birinə qarışdırır. O zaman haqqı axtaran şəxslər də çaşır. Fitnə budur.

Bəs belə bir məsələ qarşısında çıxış yolu nədir? Sağlam ağıl və şəriət qətiyyətlə bəyan edir ki, çıxış yolu haqqı açıq şəkildə söyləməkdən ibarətdir. Siz seçki bəhanəsi ilə bir hərəkətin başlandığını, sonra bir düşmən adamının bu dumanlı şəraitə qoşulduğunu, sözü və şüarı daxilindən xəbər verən düşmən adamının meydana girdiyini gördüyünüzdə xətti müəyyən edin, sərhədi aydınlaşdırın. Hamının, ən çox da aparıcı şəxslərin üzərinə vəzifə düşür; aparıcı şəxslərin arasında da hamıdan çox dinləyicisi, hamıdan çox eşidəni olanların. Gərək sərhədlər aydınlaşsın və kimin nə dediyi bəlli olsun. Nahaq özünü meydanın toz-dumanı arasında gizlədib zərbə vura bilməsin və haqq cəbhəsi haradan zərbə vurulduğunu görsün. Buna görə aparıcı şəxslərin ikibaş danışması düzgün deyil. Aparıcı şəxslər sözlərini açıq deməlidirlər. Bu, xüsusi bir siyasi cinaha məxsus deyil, İslam quruluşu daxilində olan bütün cinahlar dünya hegemonlarının dəstəyinin məqbul olub-olmadığını açıq şəkildə müəyyən etsinlər. Hegemon başçılar, zalımlar, İslam ölkələrini işğal edənlər, Fələstində, İraqda, Əfqanıstanda və digər yerlərdə məzlum insanları qətlə yetirənlər gəlib meydana atıldıqda, danışdıqda, mövqe bildirdikdə İslam Respublikası quruluşunun aparıcı şəxslərinin buna qarşılıq mövqeyi bəlli olmalıdır. Ondan üz çevirib "mən sizin düşməninizəm", "mən sizə müxalifəm" - deməyə razıdırlarmı?

Fitnə mühitində kimlərsə dilləri ilə açıq şəkildə İslamı və İslam Respublikası quruluşunun şüarlarını inkar etdikdə, əməlləri də respublikanı və seçkiləri sual altına saldıqda, bu məsələ cəmiyyətdə aşkar olduqda aparıcı şəxslərdən gözlənilən budur ki, mövqelərini müəyyən etsinlər. İkibaşlı danışmaq fitnəni aradan qaldırmağa və şəffaflıq yaratmağa yox, mühitin dumanlanmasına kömək edir. Şəffaflıq düşmənin düşməni, ona maneədir, dumanlı mühit isə düşmənə kömək edir. Bunun özü bir meyardır. Kim şəffaflığa kömək edir və kim dumanlılığa kömək edir; hamı bunu nəzərə alsın və meyar seçsin.72

2009-cu il fitnəsi arxasındakı planlar

Page 47: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Mən sizə deyirəm: Bir neçə il ötəndən sonra beynəlxalq informasiya mənbələrinin qələmləri işə düşəcək və yazacaqlar. O gün bəlkə də mən olmayacağam, lakin sizlər olacaqsınız, 2009-cu il fitnəsinin arxasında necə böyük planların durduğunu eşidəcək və oxuyacaqsınız. Bu fitnə çox mühüm məsələ idi, məqsədləri çox böyük idi. Onlar İranı ələ keçirmək istəyirdilər. Fitnə amili olan bu şəxslər - küçələrə çıxanlar, yaxud onların bəzi sözçüləri əksərən bilmədən bu işə qoşulmuşdular. Lakin bəzi əllər bunları yönəldirdi və anlamırdılar. Bəzi adamların bu işə necə qoşulmasının və özləri bilmədən düşmənə necə kömək etməsinin dəqiq psixoloji təhlilləri var, amma həqiqət dediyim kimidir. Bu, çox böyük bir iş idi. Bu işi siz gənclər yoluna qoydunuz.73

Düşmənin planlaşdırdığı bu fitnənin müxtəlif cəhətlərini təhlil və izah etmək və aydınlatmaq üçün hələ çoxlu işlər görülməlidir. Düşmən çox dəqiq hesablamalar aparmışdı, lakin hesabları səhv çıxdı. Onlar İran xalqını tanımayıblar. Səhnə arxasındakı düşmən hər şeyi müşahidə etmişdi. Sizin fitnə başçıları adlandırdığınız bu şəxsləri düşmən səhnəyə itələmişdi. Təbii ki, günah etdilər. İnsan düşmənin oyuncağı olmamalı və tez məsələni anlamalıdır. Əgər əvvəldə diqqətsizlik etmişdilərsə də, sonradan anlayanda dərhal yolların dəyişməli idilər, amma dəyişmədilər. Lakin hər halda, əsas amil planları hazırlayan digər şəxslər idilər. Onlara görə İslam Respublikası məhv edilməli, yalnız dinin həqiqəti yox, hətta dini şüarlar da qalmamalı idi. Proqram belə idi. Qərara gəlmişdilər ki, əgər bacarsalar, hökuməti özləri istədikləri şəklə salsınlar; ondan sonrakı işləri də müəyyən etmişdilər. Əgər hökumətin formasını dəyişmək və öz istədikləri hökuməti yaratmaq baş tutmasaydı və mümkün olmasaydı, ölkəni iğtişaşa sürükləyəcəkdilər. Mən bir dəfə dedim ki, İslam inqilabının karikaturunu çəkmək istəyirlər; bir qəhrəmanı yamsılayan, qəhrəmanların və inqilabların ədasını çıxaran kölgələr kimi. Plan bu idi. İran xalqı bunların ağzından vurdu və bütün planlarını məhv etdi.74

2009-cu il fitnəsini boğmaqda gənclərin roluBu gün Allahın köməyi, qüvvə və qüdrəti ilə gənclər fəaldırlar,

səhnədədirlər. Bu çox böyük və əhəmiyyətli məsələdir. Siz gənclər

Page 48: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bu hərəkətin ön xəttindəsiniz; həm siyasi, həm iqtisadi, həm elmi işlərdə.

Siyasi sahədə 2009-cu il fitnəsini bizim gənclərimiz yatırtdılar. Müxtəlif amillərdən çox bizim gənclərimiz, siz şagirdlər, siz tələbələr rol oynadınız. O fitnə böyük bir fitnə idi.75

2009-cu il fitnəsi tərəqqi və inkişaf üçün bir ilahi imtahan idi!

İmtahan çətinlikdən keçməkdir. Bir insanın, yaxud bir xalqın qarşısına bir çətinlik və sıxıntı çıxır; bu çətinlikdən keçid imtahandır. Əgər keçə bilsə, məqsədinə çatacaq; əgər bacarmasa, öz istedadlarından istifadə edə, nəfsinə qalib gələ və sınaqdan keçə bilməsə, qalacaq. İmtahan budur. Allahın imtahanı bizi tanımaq, bizim hansı çəkidə və hansı həddə olduğumuzu bilmək üçün deyil. İmtahanın özü məqsədə sarı bir addımdır. Mənim və sizin imtahan edilməyimizin mənası budur ki, əgər bu çətinlikdən keçə bilsək, yeni vəziyyətə, yeni bir həyata və yeni bir mərhələyə çıxacağıq. Bu baxımdan bir xalqla bir şəxs arasında fərq yoxdur.

Ötən il İran xalqı bir imtahandan keçdi, bir fitnədən keçdi. Bunun mənası yalnız o deyil ki, hamı İran xalqının güclü olduğunu bildi; daha mühüm məsələ budur ki, bu hərəkətlə, fitnə və çətinlikdən bu keçid gücü ilə bu xalq üçün yeni bir vəziyyət, onda yeni bir bacarıq yarandı. İnsanın bütün ömrü və hər addımı imtahandır. Əgər biz öz nəfsimizə qalib gələ bilsək, öz ayıqlığımızı işlədib zamanı tanıya bilsək, lazımlı işin nə olduğunu bilsək və onu yerinə yetirsək, bu, bizi həyatın yeni bir pilləsinə qaldıracaq. Bu, bir yüksəliş və tərəqqidir.76

Ötənilki hadisələrdən sonra inqilab, İslam Respublikası, İran xalqı və bu ölkədə düzgün din xətti dəfələrlə gücləndi. Səbəb budur: Allah-Taala hər bir imtahanda bir qiymət verir. Bir şəxs, bir cəmiyyət və bir xalq bir imtahandan keçəndə Allah-Taala onlara qiymət verir. Qiymət verməsi belədir ki, onları ucaldır. Allahın imtahanları belədir. Əgər imtahanı pis verib kəsilsək, bu kəsilmə tənəzzül və süqutdan ibarət olacaq, insan olduğundan da pis vəziyyətə düşəcək. Qəbul olanda da belədir; xalqları ucaldır.

Page 49: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Bir zaman xalq bir imtahandan kəsildi və Əmirəlmöminin (ə) ibadət mehrabında qana boyandı. Bəli, pis imtahan idi. Nə üçün cəmiyyət elə bir vəziyyətə düşməlidir ki, ədalət, mənəviyyat və tövhid təcəssümü kimi bir şəxs bədbəxt bir insan tərəfindən qana boyansın? Bu, xalqın pis imtahan verdiyini göstərir. İmtahan verib kəsildilər. Odur ki, Allah onları aşağıya endirdi, vəziyyətləri elə bir həddə çatdı ki, Hüseyn ibn Əlini (ə) gözlərinin önündə öldürdülər.

Yaxşı imtahan verdikdə Allah insanı ucaldır. Bu gün ölkədə və xalq arasında İslam, Allaha iman və inqilab xətti fitnədən öncədən olduqca daha güclü, daha qabarıq və daha yüksəkdir. Nə üçün? Çünki xalq yaxşı imtahan verdi. Bu, Allahın qiymətidir. Bu bizim üçün düstur oldu. Bütün məsələlərdə belə etmək, düzgün görmək, düzgün ölçmək, düzgün hesablamaq lazımdır. Seçimdə səhvə düşməkdən ehtiyatlı olmalı, əsas məsələləri ikinci dərəcəli məsələlərə qarışdırmamalı, böyük və önəmli hadisələri kiçik görməməli və kiçik hadisələrə böyük gözlə baxmamalıyıq; gərək hər şeyi düzgün təyin edək. Bu birinci addımdır. Sonra da məsuliyyət hiss etməliyik. Canlı bir xalqın gözəl həyatı budur. Allah-Taalanın möminlərə söz verdiyi gözəl həyat budur; yəni hər gün müxtəlif imtahanlarda iştirak edib irəliləmək. Bu yolda dünyadan köçənlər Allaha qovuşur, yüksək səadət dərəcələrinə nail olurlar, dünyada qalanlar da maddi və mənəvi cəhətdən daim inkişaf edirlər. Burada maddi inkişaf da var.77

Hadisənin qısa şərhiSeçkilərdən sonrakı bir neçə ay ərzində baş verən hadisələrin

qısa şərhi budur ki, ölkənin və İslam Respublikası quruluşunun düşmənləri otuz ildən sonra bu inqilabı daxildən məhv etmək üçün bütün güc və qüvvələrini toplamışlar. Xalq bu böyük təxribatın və bu düşmən hərəkətinin qarşısında ayıqlıq, iradə və misilsiz dirənişlə düşməni məğlub edə bildi. Seçkilərdən 22 bəhmənə (11 fevrala) qədər sürən bu səkkiz ayda bu xalqın və bu ölkənin yaşadıqları həqiqətən İran xalqının başucalığına səbəb olan dərs və ibrət dolu bir təcrübədir.78

Page 50: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Düşmənin proqram və layihələrinin seçkilərdən öncə başlaması

Mənim fikrimcə, mənim təhlilimə görə, bu məsələ seçkilərdən sonra, yaxud seçkilər ərəfəsində başlamayıb, öncədən başlamışdır. Bu, qabaqcadan hazırlanmış və planlaşdırılmışdır. Mən bu işin içində olan şəxsləri əcnəbilərə, ingilislərə, yaxud amerikalılara çalışmaqda ittiham etmirəm. Mən bunu iddia etmirəm, çünki mənə sübut olunmayanı deyə bilmərəm. Lakin deyə biləcəyim budur ki, bu cərəyan onun öncülləri bilsələr də, bilməsələr də, planlaşdırılmış bir cərəyandır və təsadüfi deyil. Bütün əlamətlər göstərir ki, bu hadisələr planlaşdırılmış və düşünülmüş idi. Əlbəttə, planlaşdıranlar onun baş tutacağına əmin deyildilər.79

Bu kampaniya seçkilərdən öncədən başladı; bundan iki-üç ay qabaqdan. Mən fərvərdin ayının 1-də (martın 21-də) Məşhəddə dedim ki, daim qulaqlara pıçıldayır və təkrar edirlər ki, seçkilər saxtalaşdırılacaq. Onlar şəraiti hazırlamaq istəyirdilər. Mən o zaman ölkə daxilində olan yaxşı dostlarımıza xəbərdarlıq etdim və dedim ki, düşmənin xalqın beyninə yeritmək istədiyi bu sözü deməyin. Xalq İslam Respublikası quruluşuna inanır.80

İslam oyanışı sarıdan güclü təhdid olunan İslam və inqilab düşmənləri cəbhəsinin uzunmüddətli proqramının olmamasını qəbul etmək olmaz. Buna heç kəs inana bilməz. Buna inanmaq üçün çox sadəlövh və avam olmalıyıq. Mütləq uzunmüddətli proqramları var. Bəzən ölkədə baş verən və əcnəbi əlin göründüyü bu hadisələr birdəfəyə yaranmış şeylər deyil, bir anda ortaya çıxmır. Bunlar üçün də ortamüddətli və uzunmüddətli proqramları olmuşdur; proqram hazırlamışlar və o proqramın nəticəsi bu olub. Belə deyil ki, həmin gecə qərar versinlər və sabah işi görsünlər. Xeyr, mən 2009-cu il təxribatlarında bəzi dostlara fakt və əlamətlərini göstərdim. Ən azı 10-15 il öncədən proqram vardı; imamın vəfatından sonradan proqram hazırlamışdılar. O proqramların təsiri 1999-cu ildəki universitet məhəlləsi məsələlərində, çoxlarınızın xatırladığı, bəlkə də yaxşı yadda saxlamadığı hadisələrdə göründü. Ötən il baş verən hadisələr həmin proqramlar üçün yenidən canlanma oldu. Əlbəttə, vaxtı və müxtəlif cəhətləri nəzərə almaqla

Page 51: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bu işi görməyə çalışdılar, amma Allaha şükür olsun ki, məğlub oldular; belə də olmalı idi.81

Bir qrup Tehran əhalisinin nisbi dəstəyi Seçkilərdən sonra bəzi adamlar tərəfindən bəzi işlər

görüldükdə bir qrup Tehran əhalisi tərəfindən nisbi dəstək də verildi. Onlar bundan ümidlənib həvəsə gəldilər, istədiklərinin baş tutduğunu düşündülər. Buna görə bu orqanların, media qurumlarının, radioların, internet və peyk resurslarının səhnədə iştirakının necə şiddətləndiyini gördünüz; açıq şəkildə işə girişdilər.82

Heç bir dəlil olmadan xalqın seçkilərdə iştirakının sual altına düşməsi

Seçkilərin özünü sual altına salmaq ən böyük cinayətdir. Siz nə üçün bu cinayətə göz yumursunuz? Bu qədər zəhmət çəkilir, xalq gəlib belə möhtəşəm formada iştirak edir, dünyanın bu qədər iddia etdiyi demokratiyada rekordu təzələyir. Sonra seçkilərin ertəsi günü bir qrup adam gəlib dəlilsiz-filansız deyir ki, seçkilər yalandır. Bu kiçik işdir?! Bu kiçik cinayətdir?! Bu məsələlərdə bir qədər insaflı olmaq lazımdır. Əvvəlcə buna ümidləri yox idi, sonra baş tutduğunu görüb dərhal meydana atıldılar.83

Düşmən də bundan maksimum istifadə etdi. Ölkə daxilində də əvvəldən İslam Respublikası quruluşu ilə müvafiq olmayan bir qrup var; bu günün-dünənin məsələsi deyil, otuz ildir müvafiq deyillər. Onlar bu fürsətdən istifadə etdilər. Quruluşun özünə bağlı və quruluşun özündən olan qüvvələrin (quruluşun zərərinə) belə işlər gördüyünü görüb, fürsəti fövtə vermədilər, meydana atıldılar və nəticəni gördünüz.

Mən birinci gün bunu bu hadisələrin rejissorları olan həzrətlərə xəbər verdim. Mən ilk saatlarda onlara xüsusi xəbər yolladım. Mən əgər cümə namazında nə vaxtsa bir söz deyirəmsə, bu birinci dəfəsi deyil; xüsusi tərzdə deyilir, xüsusi mesaj göndərilir, lazımi nəsihət edilir, çarəsiz qaldıqda isə o sözü aşkarda söyləyirəm. Mən xəbər göndərib dedim ki, bunu siz başlayırsınız,

Page 52: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

lakin sona qədər nəzarətdə saxlaya bilməyəcəksiniz, digərləri gəlib sui-istifadə edəcəklər.

Siyasətə qoşulan şəxs mahir bir şahmatçı kimi hər bir gediş etdikdə ondan sonrakı üç-dörd gedişi öncədən görməlidir. Bir gediş edərkən rəqibin hansı gediş edəcəyini düşünməlisən. Əgər ikinci gedişdə aciz qalacaqsansa, bu gün bu gedişi etmə. Əgər etsən, naşısan; yaxşı ifadəsi budur: bu işdə, bu oyunda, bu gedişdə naşısan, nabələdsən. Bunlar nə etdiklərini anlamırlar. Bir gediş edirlər və diqqət yetirmirlər ki, sonrakı gedişlərdə necə aciz qalacaq, mat olacaqlar. Bunları hesablamalı idilər. Əsas məsələ bu idi: seçkilərin sual altına salınması, heç bir pis niyyəti olmadan seçkilərə qoşulan və əqidəsinə uyğun olaraq çox yaxşı rəftar edən xalqın bir hissəsini quruluşla, ölkə ilə, ölkənin ümumi hərəkəti ilə üz-üzə qoymaq. Bunlar kiçik işlər deyil.84

Düşmən, qarşısında kimin durduğunu bilsin, İslam quruluşu və İslam inqilabı haqda səhvə düşməsin. Elə bilməsinlər ki, İslam inqilabını və quruluşunu belə səfeh işlərlə diz çökürmək olar. İslam quruluşu canlıdır. Elə bilməsinlər ki, xalqın 1979-cu il inqilabındakı möhtəşəm iştirakına dair yanlış bir təqlidlə, o inqilabın bir karikaturu ilə İslam inqilabının və quruluşunun əzəmətinə zərbə vura bilərlər. Bu təcrübə düşmənin qarşısına çıxmış olmalıdır; səhv etməsinlər. İslam quruluşu bu işlərlə məğlub olmayacaq.

Bu xalq imanlı, sayıq və istedadlı xalqdır. Zirar məscidi ilə bu xalqı məğlub etmək olmaz. Tarixdə bizim özümüzün buna dair nümunələrimiz var: "(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldənlər..." Bizim ürəkdən, candan və bütün vücudu ilə Qurana bürünmüş böyük imamımızı - inqilabın əziz və əzəmətli rəhbərini yamsılamaqla bu xalqı aldatmaq olmaz. Bu xalqın qəlbi imanla işıqlanmışdır. Bu xalq ayıqdır. Bizim gənclərimiz ayıqdırlar.85

Düşmənin müdaxiləsiBəzi Qərb ölkələri prezident, Baş nazir, Xarici işlər naziri və

müxtəlif məmurlar miqyasında açıq şəkildə İran xalqının daxili

Page 53: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

işlərinə müdaxilə etdilər. Sizə nə aidiyyəti var?! Nə üçün İran xalqına aid olan bir işə qarışırsınız?! Daxili işlərimizə qarışırlar, sonra da deyirlər ki, biz qarışmırıq. Bəs qarışmanın mənası nədir?! İğtişaşçını həvəsləndirmək müdaxilə deyil?! İran xalqını iğtişaşçı tanıtdırmaq müdaxilə deyil?! Təhqir deyil?! Bir qrup bir namizədə səs verib, başqa bir qrup da başqa bir namizədə. Burada çoxluq və azlıq var, qaydalar var. Namizədləri yetərli səs qazanmayan şəxslərin kədərlənməsi və dilxor olması təbiidir, amma bunun mənası iğtişaş deyil. Bunlar iğtişaşçı deyillər. İğtişaşçılar azsaylı bir dəstədir. İğtişaşçılar bəzi Qərb dövlətlərinin İran daxilində ixtilaf yaratmaq üçün ayırdığı büdcəni alanlardır. Əksərən sionistlərin nəzarəti altında olan, İran xalqı, İslam və İslam Respublikası quruluşu ilə qatı düşmən olan Amerika və Avropa KİV-ləri İran xalqının bir qrupunun iğtişaşçı olduğunu bildirirlər.

Biz xəbərdarlıq edirik; İran xalqı ölkəsinin daxili bir məsələsindən onun əleyhinə istifadə etməyə çalışan bəzi ölkə başçılarına xəbərdarlıq edir: diqqətinizi toplayın, İran xalqı reaksiya verəcək.86

Xarici düşmən deyən kimi xaricilər tez məsum görkəmi ilə gəlirlər ki, yox, yox, biz müdaxilə etmirik, biz bir iş görmədik. Bu həyasızlıqdır. Axı hamı görür. Təhlükəsizlik qurumlarının və digərlərinin öyrəndiyi işlər bir yana, hamının müşahidə etdiyi faktlar var; son bir neçə onillikdə xalqların taleyində böyük rol oynamış media qurumları var.

Mən bir neçə il bundan qabaq burada xəbərdarlıq kimi dedim ki, hegemonizmə bağlı təbliğat və informasiya şəbəkələri xalqları iğtişaşa çəkmək və bununla hərəkət etdikləri yoldan daşındırmaq üçün onların istiqlaliyyətinin ən güclü düşmənləridir. Mən o zaman bir neçə ölkəni misal çəkdim. Bu gün isə informasiya vasitələri həmin sözləri dediyimiz bir neçə il öncəyə nisbətən daha böyük, geniş, əhatəli və rəngarəng olmuşdur. Düşmənlər işləyirlər, lakin deyirlər ki, biz heç bir iş görmürük.

Onların iğtişaş törədən cahil və nadan qruplara tapşırıqları öz informasiya vasitələrində açıq şəkildə yayımlanır: polislə belə vuruşun, Bəsic əleyhinə belə danışın, küçədə belə iğtişaş törədin, belə dağıdın, belə yandırın və sair. Bunlar müdaxilə deyil?! Bundan

Page 54: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

da açıq müdaxilə?! Bundan da aşkar müdaxilə?! Bunu bizim xalqımız öz gözü ilə gördü. Bunlar bizim xalqımız üçün təcrübədir. Kimsə düşünməsin ki, məsələn, Tehranda bir zibil qabını sındırmağa gücü çatan və bu işi görən, yaxud fərz edin xalqın malına - motosikletə, maşına, banka və dükana ziyan vuran bu kiçik qrup bu xalqdır. Xeyr, bu səhvdir; bu, xalq deyil. Bəli, dəstək vermək üçün hegemon tribunalardan onları xalq adlandırırlar. Bunlar xalqdır?! Xalq bu ziyanverici iğtişaşçıları səhnədə görən kimi kənara çəkilib onlara nifrətlə baxan, ümumi təhlükəsizliyi və ictimai sabitliyi pozanlara nifrətlə baxan milyonlardır.87

Bəzi namizədlərin etirazını gördükdə gözlənilmədən onlar üçün fürsət yarandığını düşündülər və onu fövtə verməyib təşəbbüsü ələ almağa çalışdılar. Şənbə və bazar günlərindən sözləri dəyişildi, gözləri namizədlərin dəvəti ilə küçələrdə keçirilən bəzi toplantılara düşdükdə həvəsləndilər, yavaş-yavaş niqabları kənara çəkildi və həqiqi simaları görünməyə başladı. Bir neçə Avropa ölkəsinin və ABŞ-ın dövlət başçıları və bir neçə Xarici işlər naziri iç üzlərini göstərən sözlər danışdılar. ABŞ prezidentinin belə dediyi söyləndi: "Biz xalqın küçələrə çıxdığı belə bir günü gözləyirdik". Bir tərəfdən məktub yazıb əlaqələri bərpa etmək istədiklərini deyir və İslam Respublikasına hörmət bildirirlər, bir tərəfdən də bu sözləri danışırlar. Biz hansına inanaq?88

Seçkilərdən sonrakı hadisələrdə baş verən bəzi cinayətlər və qanun pozuntuları

Bu hadisələrdə adi camaatdan və Bəsicdən ödürülən bu bir neçə nəfərin cavabını kim verməlidir? Küçədə qarışıqlıqdan istifadə edirlər, Bəsici terror edirlər, polisi terror edirlər; hər halda bunlar bir reaksiyaya səbəb olacaq və bu reaksiya emosional olacaq. Bu reaksiyalar barədə kim düşünməlidir? Bəzi hadisələrə görə insanın bağrı qan olur. Universitet məhəlləsinə gedib gənc tələbələrə, özü də çaxnaşma yaradan yox, mömin və hizbullahçı tələbələrə hücum edir, eyni zamanda rəhbərin lehinə şüar verirlər. Bu hadisələrə görə insanın bağrı qan olur.89

Page 55: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Seçkilərdən sonrakı hadisələri birinci və ikinci dərəcələrə bölmək

Bəzi adamlar seçkilərdən sonra baş verənləri, xalqa və İslam quruluşuna olunan zülmü, digər xalqlar qarşısında bəziləri tərəfindən quruluşa edilən hörmətsizliyi - bunların hamısını görməzdən gəlir, hansısa hadisəni, Kəhrizək zindanını, yaxud məhəllə hadisəsini seçkilərdən sonra bu günə qədərki dövrün əsas hadisəsi hesab edirlər. Bunun özü başqa bir zülmdür, əsas məsələ isə başqadır. Əsas məsələ budur ki, xalq möhtəşəm bir iş görmüş, aktiv, yaxşı və bənzəri az olan bir seçkilərdə iştirak etmiş və öz səsini qutulara salmışdır. Səksən beş faiz zarafatdır?! Bu seçkilər son bir-iki ildə bir-birinin ardınca iqtisadi, elmi, siyasi, təhlükəsizlik və beynəlxalq nailiyyətlər kəsb edən quruluşu imtiyaz və hörmətin yüksək səviyyəsinə çatdırır. Sonra bir də görürük ki, bu fəxri məhv etmək üçün bir hərəkət başlayır. Əsas məsələ budur.90

Mən adətən gündüzlər təxminən 16-17 qəzetə baxıram. Bütün səhifələrinə baxmıram, adətən başlıqlara və diqqətəlayiq baş məqaləsi olanda ona baxıram. Bizim qəzetlərimizin çoxu təəssüf ki, hadisələri işıqlandırmaqda zəif görünür, məsələləri əhəmiyyət baxımından dərəcələrə bölməkdə insafsız işləyirlər. Bu son məsələləri birinci-ikinci dərəcələrə bölmək lazımdır. Birinci dərəcəli məsələ və onun ətrafında ikinci dərəcəli məsələlər var. Bu o demək deyil ki, ikinci dərəcəli məsələlərin əhəmiyyəti azdır. Xeyr, az deyil, amma birinci dərəcəli məsələnin əhəmiyyəti daha artıqdır.

Bu son hadisələrdə birinci dərəcəli məsələ seçkilərin özü idi. Seçkilərin özünü sual altına salmaq ən böyük cinayətdir. Siz nə üçün bu cinayətə göz yumursunuz? Bu qədər zəhmət çəkilir, xalq gəlib belə möhtəşəm formada iştirak edir, dünyanın bu qədər iddia etdiyi demokratiyada rekordu təzələyir. Sonra seçkilərin ertəsi günü bir qrup adam gəlib dəlilsiz-filansız deyir ki, seçkilər yalandır. Bu kiçik işdir?! Bu kiçik cinayətdir?! Bu məsələlərdə bir qədər insaflı olmaq lazımdır.

Əsas məsələ bu idi: seçkilərin sual altına salınması, heç bir pis niyyəti olmadan seçkilərə qoşulan və əqidəsinə uyğun olaraq çox yaxşı rəftar edən xalqın bir hissəsini quruluşla, ölkə ilə, ölkənin ümumi hərəkəti ilə üz-üzə qoymaq. Bunlar kiçik işlər deyil. Əgər siz

Page 56: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

insaflısınızsa, ikinci dərəcəli hərəkətləri və hadisələri görün, əhəmiyyətini nəzərə alın, lakin bunun daha mühüm olmasını da diqqətdən qaçırmayın.91

Hadisənin iştirakçılarıXalq və aparıcı adamlarİran xalqının möhtəşəm şəkildə iştirak etdiyi izdihamlı 22

xordad seçkilərində böyük iş görüldü. Təxminən 40 milyon insanın, yəni səsvermə hüququ olanların 85 faizinin seçki məntəqələrinə getməsi dünyada bənzərsiz rəqəmlərdəndir. Bu, İran xalqı üçün böyük imic yaratdı, bu böyük xalq üçün böyük iqtidara və inqilab üçün hörmətə səbəb oldu; göstərdi ki, inqilab otuz ildən sonra xalqı bu şəkildə səhnəyə çıxarmaq gücünə malikdir.92

Bu seçkilərdə bəzi imtahanlar qarşıya çıxdı. Bir imtahan ümumi xalqın imtahanı idi. Mənim fikrimcə, xalq bu imtahandan qələbə ilə çıxdı, qəbul oldu. Xalqın seçkilərdə güclü iştirakı onu başıuca edən böyük bir imtahan idi. Xalqın və siyasi cinahların çoxu vəzifələrinə uyğun hərəkət etdilər, bəzi aparıcı şəxslər isə təbii ki, imtahandan kəsildilər. Bu imtahan bəziləri üçün uğursuz oldu. Həmişə sədaqətlə və sağlam şəkildə vəzifələrini yerinə yetirməyə çalışan bəzi gənclərimiz sayıq olmalarına rəğmən, bəzi yerlərdə səhv etdilər. Bu ölkənin çoxlu gəncləri də həmin iman və sədaqətlə düzgün hərəkət etdilər. Kiməsə inanıb səs verdilər; o şəxs ya qalib gəldi, ya da gəlmədi. Meyar bu deyil. Meyar budur ki, insan bir şeyə inansın və sayıq şəkildə, vəzifə və məsuliyyət hissi ilə uyğun siyasi əmələ və hərəkətə qoşulsun, sonra da hamı qanuna təslim olsun. Bizim xalqımızın böyük əksəriyyəti – imtahanı yaxşı verən gənclər, görkəmli şəxsiyyətlər və adi xalqdan olanlar bu sırada dururlar. Bir qrup da təbii ki, aldandı.93

2009-cu ildə xalq özünün misilsiz fəallığı ilə bizim inqilabımızın tarixində və təbii ki, həm də ölkəmizin böyük tarixində görünməyən və zirvə nöqtə sayılan seçkilər keçirdi. Seçkilərdən sonrakı aylarda da xalq böyük bir imtahanda, əzəmətli və taleyüklü bir məsələdə öz fəallığını, iradəsini, müqavimətini, milli əzmkarlığını və ayıqlığını göstərdi.

Page 57: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Seçkilərdən sonrakı bir neçə ay ərzində baş verən hadisələrin qısa şərhi budur ki, ölkənin və İslam Respublikası quruluşunun düşmənləri otuz ildən sonra bu inqilabı daxildən məhv etmək üçün bütün güc və qüvvələrini toplamışlar. Xalq bu böyük təxribatın və bu düşmən hərəkətinin qarşısında ayıqlıq, iradə və misilsiz dirənişlə düşməni məğlub edə bildi. Seçkilərdən 22 bəhmənə (11 fevrala) qədər sürən bu səkkiz ayda bu xalqın və bu ölkənin yaşadıqları həqiqətən İran xalqının başucalığına səbəb olan dərs və ibrət dolu bir təcrübədir.94

Ötən il ölkəmiz üçün çox önəmli bir il idi. Novruz bayramı münasibəti ilə İran xalqına müraciətimdə qeyd olunduğu kimi, 2009-cu il İran xalqının ili idi, İran xalqının qələbə ili, İslam quruluşunda və ölkəmizdə öz həyatının böyük sahələrində fəal iştirak etdiyi il idi. 22 Xordadda 40 milyon insan seçki məntəqələrinə getdi, xalq 85 faiz göstərici ilə seçkilərdə iştirak etdi. Bu çox mühüm məsələdir. Şübhəsiz ki, bir quruluşun legitimliyində xalqın iştirakı təsirlidir. Qərbdə öz legitimliklərinin xalqın iradəsindən qaynaqlandığını, başqa heç bir amilin təsirli olmadığını düşünən ölkələrdə belə fəallıq yoxdur. Bizim seçkilərimizlə təxminən eyni zamanda İngiltərədə seçki keçirildi, səsvermə hüququ olanların təxminən otuz faizi iştirak etdi. 85 faiz hara, 30 faiz hara! Xalqın bu hərəkəti və iştirakı çox əhəmiyyətli məsələdir. Dünyanın siyasi analitik və şərhçiləri bu məsələlərin yanından asanlıqla keçmirlər. Bunu mətbuat səhifələrində işıqlandırmaya bilərlər, siyasətçilər bunu deməyib gizlədə bilərlər, amma təsirlidir və anlayırlar.

Bu xalq öz sözünün üstündə durmuşdur. Bu, xalqımızın möhtəşəm bir hərəkəti idi. Xalq ölkənin tarixində bunu qeyd edə bildi: İslam quruluşunun – bu, İslamiyyət və respublikaçılıq əsasında qurulan bir quruluşdur və bunlar bir-birindən ayrılmazlar; bunları bir-birindən ayıranlar İslam Respublikasını tanımayıblar – yaranmasından otuz il sonra xalq bu quruluşun əsaslarına o qədər sadiqdir ki, bir seçkidə belə həvəslə, aktiv və izdihamla iştirak edir. Bu, möhtəşəm bir xalq hərəkəti idi. İran xalqının düşmənləri bu hərəkətin qarşısında planlar cızdılar, bu planları həyata keçirməyə başladılar. Əgər 2009-cu ilin 22 xordad seçkilərində sizin iştirakınız

Page 58: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

zəif olsaydı, əgər qırx milyonun yerinə, məsələn, otuz milyon səs versəydi, böyük ehtimalla sizin düşmənləriniz uğur qazanardılar.95

Etiraz edən namizədlər və onların tərəfdarlarıDaxildə də belədir. Siz görürsünüz ki, bir qrup insan qanunu

tapdadı, iğtişaş törətdi. Xalqı bacardıqları qədər quruluşun qarşısında dayanmağa həvəsləndirdilər. Düzdür, xəncərləri kəsmədi, istədikləri baş tutmadı, amma bu başqa bir məsələdir, onlar öz səylərini göstərdilər, inqilab və İslam düşmənlərinin dilini uzatdılar, onlara cəsarət verdilər. Elə etdilər ki, imamın düşmənləri - imama qarşı ürəklərində kin bəsləyənlər universitet məhəlləsinə gedib imamın şəklini təhqir etməyə cürətləndilər; məyus və ümidsiz düşmənin canlanmasına, həvəslənərək şübhəsiz ki, imamı və inqilabı sevən, ölkəyə, vətənlərinə və İslam Respublikasına xidmətə eşq bəsləyən tələbə izdihamı qarşısında belə bir təhqiri, belə böyük işi görməyə cürətləndilər.

O qanunsuz işləri, fitnə törətmələri, iğtişaşa həvələndirmələri və xalqı iğtişaşa çəkmələri, bu da nəticələri. Bu səhvlər baş verir; yanlış iş görülür, səhv iş görülür, sonra onun səhv olmasını gizlətməkdən ötrü barəsində fəlsəfə düzəldir, fəlsəfə toxuyur, onun üçün dəlil göstərirlər. İnsanların böyük imtahanlarından biri budur. Hamımız təhlükə altındayıq, gərək ehtiyatlı olaq. Səhvi edir, sonra vicdanımız önündə, xalqın sualı və soruşanların gözü önündə işimizi müdafiə etmək üçün ona bir fəlsəfə düzəldir, bir dəlil yonuruq.

Bunlar fitnə şəraiti yaradır, vəziyyəti qarışdırırlar. Qanuna tərəfdarlıq şüarı verirlər, lakin açıq şəkildə onun ziddinə işləyirlər. Şüarlarında imama tərəfdar olduqlarını bildirirlər, amma öz tərəfdarları arasında belə böyük bir günahın baş verməsinə imkan yaradırlar: imam təhqir olunur, imamın şəkli təhqir olunur. Bu, kiçik məsələ deyil. Düşmənlər buna çox sevinirlər. Yalnız sevinmirlər, təhlil də edir, o təhlilin əsasında qərar çıxarır, o qərar əsasında işləyir, milli maraqlarımızın və İran xalqının əleyhinə həvəslənirlər. Burada problemi yaradan amil həmin hiylə, mühitin dumanlı olması və Əmirəlmömininin (ə) sözündə olandır: bir haqq sözü bir nahaq sözlə qarışdırırlar və haqq onu sevənlərə tanınmaz

Page 59: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

olur. Aydınlatmaq, meyar və ayrıc müəyyən etmək burada mənasını tapır.

İnqilab, imam və İslam üçün çalışan şəxs onun sözünün və hərəkətinin bu prinsiplər əleyhinə bir istiqamətin yaranmasına bais olduğunu görən kimi cəld ayılmalıdır. Nə üçün ayılmırlar? İslam Respublikasının ən əsas şüarı olan "İstiqlaliyyət, Azadlıq, İslam Respublikası" şüarından "İslam" sözünün çıxarıldığını eşidən kimi özlərinə gəlməli, getdikləri yolun səhv olduğunu bilməli və kənara çəkilməlidirlər. Fələstinin xeyrinə və işğalçı sionizm rejiminin əleyhinə olan Qüds günündə işğalçı sionizm rejiminin xeyrinə və Fələstinin əleyhinə şüar verildiyini gördükdə ayılıb özlərini kənara çəkməli və deməlidirlər ki, xeyr, biz biz bu cərəyanla deyilik.

Dünyanın zalım və hegemon başçılarının, həm indi, həm də son 100-200 illik tarixdə zülmün tərənnümü olan ABŞ, Fransa, İngiltərə və bu kimi dövlət başçılarının bunları dəstəklədiklərini gördükdə ayılmalı və işlərində nöqsanın olduğunu anlamalıdırlar. Bütün azğın insanların – şah tərəfdarlarının, kommunistlərin, ölkədən qaçan rəqqas və sapqın müğənnilərin bunları dəstəklədiklərini gördükdə ayılmalı, gözləri açılmalı, anlamalı və işlərində nöqsanın olduğunu bilməlidirlər; dərhal dönüb deməlidirlər ki, xeyr, biz sizin dəstəyinizi istəmirik. Nədən çəkinirlər?!

Ağıllılıq bəhanəsilə bu aydın həqiqətləri görməzliyə vurmaq olar ki, biz ağıl işlədirik?! Bu xalqın, bu ölkənin, İslamın və inqilabın düşmənlərinin sizi özlərindən bilib əl çalmaları, sizin də bundan xoşlanmanız ağıllılıqdır?! Bu, ağlın qarşı nöqtəsidir. Ağıl budur ki, sizin iddia etdiyiniz əsasların əksinə bir şey görən kimi tez özünüzü kənara çəkib deyəsiniz ki, yox, biz yoxuq; imamın şəklinin təhqir olunduğunu görən kimi məsələni inkar etmək yerinə işi qınamalı və qınamaqdan da çox, məsələnin mahiyyətini, həqiqətini başa düşməlisiniz, düşmənin necə plan hazırladığını və məqsədinin nə olduğunu bilməlisiniz. Bu cənablar bunları bilməlidirlər. Mən təəccüb edirəm. Şah dövründə bu cənabların bəzisinə inqilaba görə bir şillə də dəyməyib, inqilabın sayəsində ad-san qazanıblar, hər şeyləri inqilabdandır. Gördünüz ki, inqilabın düşmənləri necə

Page 60: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

parladılar, hazır oldular, sevincək və gülə-gülə sıraya düzüldülər. Hər halda, bunları görürsünüz. Özünüzə gəlin, ayılın.

Siz bizim köhnə qardaşlarımızsınız. Bunların bəziləri bir zaman imamı müdafiə etdiklərinə görə təhqirlə də üzləşirdilər. Amma indi bunların adlarını şüar edənlər, bunların şəkillərini qaldıranlar, bunların adlarını uca tutanlar tam əks tərəfdə durub imamın, inqilabın və İslamın əleyhinə şüar deyir, ramazan ayında açıq-aşkar oruclarını yeyirlər. Bunları ki, görürsünüz; onda kənara çəkilin. Seçkilər bitdi. Seçkilər ümumi idi, düzgün idi və onda nöqsan tapıb sübut edə bilmədilər. İddia etdilər, fürsət verildi; dedik ki, gəlin göstərin, sübut edin; sübut edə bilmədilər, gəlmədilər və məsələ bitdi. Qanun tələb edir ki, insan seçilmiş prezidenti qəbul etməsə də, qanuna hörmət etməli və tabe olmalıdır. Təbii ki, heç kim seçilmiş prezidentin yüz faiz mütləq yaxşılıqdan və seçilməyən tərəfin mütləq qəbahətdən ibarət olduğunu deyə bilməz. Hamının yaxşı cəhəti də var, pis cəhəti də; bu tərəfin də, o tərəfin də. Qanun meyardır. Nə üçün belə olur? Nə üçün? Bu, nəfsin əməlidir.

Bunlar yalnız bu günə məxsus deyil. İnqilabın əvvəllərini xatırlayanlar bilirlər. İnqilabın ilk onilliyində və imamın həyatı dövründə onun dostlarından və yaxınlarından olan bəzi şəxslər imamın qarşısında dayandılar, imamla mübarizəyə qalxdılar, imamı diz çökürməyə, o böyük və ilahi insanın hərəkətinin səhv olduğunu sübut etməyə cəhd etdilər, lakin sonra təcrid olundular, inqilab bunları tərk etdi. İmamın yaxınlarından, dostlarından olan bu şəxslər ya düşmənə sığındılar, ya inqilaba qarşı çıxdılar, ya ona zərbə vurdular; bu qədər tənəzzül etdilər. Bunlar bizim hamımız üçün ibrət olmalıdır; başa düşməliyik.96

Düşmənin planlaşdırdığı bu fitnənin müxtəlif cəhətlərini təhlil və izah etmək və aydınlatmaq üçün hələ çoxlu işlər görülməlidir. Düşmən çox dəqiq hesablamalar aparmışdı, lakin hesabları səhv çıxdı. Onlar İran xalqını tanımayıblar. Səhnə arxasındakı düşmən hər şeyi müşahidə etmişdi. Sizin fitnə başçıları adlandırdığınız bu şəxsləri düşmən səhnəyə itələmişdi. Təbii ki, günah etdilər. İnsan düşmənin oyuncağı olmamalı və tez məsələni anlamalıdır. Əgər

Page 61: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

əvvəldə diqqətsizlik etmişdilərsə də, sonradan anlayanda dərhal yolların dəyişməli idilər, amma dəyişmədilər.97

İğtişaşçılarƏgər hər bir seçkidən sonra uduzanlar küçələrdə düşərgə

qursalar, tərəfdarlarını küçələrə çağırsalar, udanlar da onlara cavab olaraq düşərgə qursalar və hamını küçəyə çıxarsalar, onda seçkilər nə üçün keçirilir? Xalqın təqsiri nədir?! Küçə xalqın iş-güc yeridir, get-gəl etdiyi yerdir, yaşadığı yerdir. Bu xalq nə günah etmişdir ki, biz öz tərəfdarlarımızı onlara göstərməyə çalışaq; o tərəfdə bir cür, bu tərəfdə bir cür?! Zərbə vurmaqdan ötrü aramıza girən terrorçu üçün siyasi məsələ mühüm deyil. Onun üçün yürüş edən, yaxud mitinq keçirən bu xalqın arasında gizlənməkdən daha yaxşı nə ola bilər?! Əgər bu toplantılar ona imkan yaradırsa, bunun məsuliyyəti kimin üzərinə düşür? Bu hadisələrdə adi camaatdan və Bəsicdən ödürülən bu bir neçə nəfərin cavabını kim verməlidir? Küçədə qarışıqlıqdan istifadə edirlər, Bəsici terror edirlər, polisi terror edirlər; hər halda bunlar bir reaksiyaya səbəb olacaq və o reaksiya emosional olacaq.98

Düşmənin rolu Mən bir neçə il bundan qabaq burada xəbərdarlıq kimi dedim

ki, hegemonizmə bağlı təbliğat və informasiya şəbəkələri xalqları iğtişaşa çəkmək və bununla hərəkət etdikləri yoldan daşındırmaq üçün onların istiqlaliyyətinin ən güclü düşmənləridir. Mən o zaman bir neçə ölkəni misal çəkdim. Bu gün isə informasiya vasitələri həmin sözləri dediyimiz bir neçə il öncəyə nisbətən daha böyük, geniş, əhatəli və rəngarəng olmuşdur. Düşmənlər işləyirlər, lakin deyirlər ki, biz heç bir iş görmürük. Onların iğtişaş törədən cahil və nadan qruplara tapşırıqları öz informasiya vasitələrində açıq şəkildə yayımlanır: polislə belə vuruşun, Bəsic əleyhinə belə danışın, küçədə belə iğtişaş törədin, belə dağıdın, belə yandırın və sair. Bunlar müdaxilə deyil?! Bundan da açıq müdaxilə?! Bundan da aşkar müdaxilə?! Bunu bizim xalqımız öz gözü ilə gördü. Bunlar bizim xalqımız üçün təcrübədir. Kimsə düşünməsin ki, məsələn, Tehranda bir zibil qabını sındırmağa gücü çatan və bu işi görən,

Page 62: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

yaxud fərz edin xalqın malına - motosikletə, maşına, banka və dükana ziyan vuran bu kiçik qrup bu xalqdır. Xeyr, bu səhvdir; bu, xalq deyil. Bəli, dəstək vermək üçün hegemon tribunalardan onları xalq adlandırırlar. Bunlar xalqdır?! Xalq bu ziyanverici iğtişaşçıları səhnədə görən kimi kənara çəkilib onlara nifrətlə baxan, ümumi təhlükəsizliyi və ictimai sabitliyi pozanlara nifrətlə baxan milyonlardır.99

Öncədən bəzi planlar hazırlanmışdı. Mən heç kimi ittiham etmirəm, lakin düşmənin iş üsulunu bilir və görürəm, onu inkar edə bilmərəm. Düşmənin iş üsulu bəlli bir üsuldur. Buna bənzər işləri digər yerlərdə də gördülər. Hegemon güclər bir quruluşdan narazı olanda tutduqları yollardan biri budur ki, bir seçkini gözləyirlər, o seçkilərdə onların istəmədiyi şəxslər seçiləndə nümayişkaranə xalq hərəkəti ilə vəziyyəti dəyişməyə çalışırlar. Bəzi şüarlarla xalqın bir qrupunu səhnəyə çəkir, küçələrdə təzyiq göstərməklə qanunla əldə olunanı zorla dəyişmək istəyirlər. Bu, tanınmış bir plandır. Seçkilərdən sonra baş verən hadisələrin xalq tərəfindən, müstəqil, səmimi və peşəkar analitiklər tərəfindən xarici amillərə aid edilməsi bundan irəli gəlir. Əgər kiminsə səhnə arxasından heç bir xəbəri olmasa da, məlumat mənbələrinin verdiyi informasiyalar olmasa da, işin formasına baxanda onun xalqın düşmənlərinin və əcnəbilərin işi olduğunu anlayar. Seçki zamanı qanuni bir hərəkət baş verir və onun bir nəticəsi olur. Onlar bu nəticəni zorla dəyişdirmək istəyirlər. Bir qrupu səhnəyə çəkirlər, lazım olsa, kobudluq da edirlər; qanuni nəticələri dəyişməkdən ötrü yanğınlar törədirlər, bank yandırırlar, avtobus yandırırlar. Bu isə həm şəriətə və həm qanuna ziddir. Bəllidir ki, bu hərəkət əcnəbilər tərəfindən yönəldilir. Onlar ölkədə bu işləri görmək istəyirdilər.

Ölkə üçün mühüm sınaq idi; mən sizə deyirəm ki, mühüm sınaq idi; həm çoxlu ibrətləri vardı, həm də çoxlu dərsləri. İran xalqı bu sınaqdan qalib çıxdı. Onlar xalqı bir azlıqdan və bir çoxluqdan ibarət olan iki qrupa bölmək istəyirdilər. Seçkilərdə qələbə çalmış qrupu öz məqsədlərinə nail olmayan qrupla üz-üzə qoymaq istəyirdilər. Yəni xalq iki yerə bölünsün, bir qrup iğtişaşçı da meydana atılıb iğtişaş törətsin və daxili müharibə yaransın. Ümidləri bu idi, lakin xalq sayıq tərpəndi. Siz gördünüz ki, seçki

Page 63: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

günü xalq 13-14 milyonluq və 24-25 milyonluq bir qruplara bölündü. Qısa bir müddətdən sonra isə bu iki qrup birləşib qiyamçıların və iğtişaşçıların qarşısında dayandı. Xalqın sayıqlığı burada görünür. Onlar xalq arasında iğtişaş törətmək istəyirdilər. Otuz ildir inqilabın və bu xalqın əleyhinə bacardıqları hər bir işi görən bədxahlar da fürsəti fövtə verməyib öz təbliğatları ilə işə qoşuldular. Bundan artıq bir iş görə bilmirdilər. Əgər amerikalılar, ingiltərəlilər və sionistlər hərbi qüvvə ilə Tehran küçələrinə daxil ola bilsəydilər, əmin olun ki, bunu edərdilər. Əgər öz əlaltıları və muzdurları ilə hadisələri xaricdən yönəltmələri mümkün olsaydı, bunu edərdilər, lakin bilirdilər ki, bu iş onların zərərinə bitəcək. Bacardıqları yeganə iş bu idi ki, qiyamçılara və iğtişaş törədənlərə informasiya dəstəyi versinlər, beynəlxalq siyasətdə onları etsinlər. Hegemon ölkələrin prezidentləri bu işə qoşuldular, küçə iğtişaşçılarını və od vurmaqla özlərini göstərmək istəyən pozucu qüvvələri İran xalqı adlandırdılar. Onların məqsədi dünyanın və ölkəmizin ictimai rəyini özləri istədikləri kimi formalaşdırmaq idi, lakin iflasa uğradılar.100

Təhlükəsizlik orqanları, polis və BəsicMən fəaliyyətlərinə görə təhlükəsizlik polisimizə, nizam-

intizam polisimizə və Bəsic təşkilatına təşəkkür edirəm. Bunlar çox böyük və yaxşı işlər gördülər. Lakin bu başqa bir mövzudur. Əgər bu orqanlardan hər hansı birinə bağlı olan bir şəxs bir qanun pozuntusuna yol vermişsə, bir cinayət törətmişsə, o da ayrıca araşdırılmalıdır. Cinayətlərinə görə nə bunların xidmətini görməzdən gəlməliyik, nə də xidmətlərinə görə cinayətlərinin üstünü örtməliyik.101

Daxili media Söz və təbliğat ajiotajı problemlərin həllinə heç bir kömək

etmir; siz bunu gördünüz. Seçki təbliğatı seçkilərin başlanmasından bir ay, yaxud iyirmi gün öncədən başlayır, lakin novruz bayramından öncədən seçki təbliğatı başlandı. Bəzi dostların tənqid etdiyi bu televiziya da təəssüf ki, işıqlandırdı. Mən razı deyildim. Siz bunu da güman etməyin ki, Teleradio Verilişləri Şirkətinin

Page 64: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

rəisini mən təyin etidiyimdən onun bütün proqramlarını bir-bir gətirirlər və mən baxıb imzalayıram. Xeyr, mən radio və televiziyanın çoxlu proqramlarından razı deyiləm. O cümlədən seçkilərdən üç ay öncədən - seçkilər 22 xordadda (12 iyunda) idi - isfənd (fevral-mart) ayından, hətta ondan da tez başlayan bəzi təbliğat səfərləri, danışılan sözlər, keçirilən tədbirlər və mübahisələr televiziyadan yayımlandı. Təəssüf ki, televiziya azadfikirli olduğunu göstərmək üçün onları yayımladı. Bunlar xəyal, ölkə daxilində ajiotaj yaratmaqdır. Düşüncə ajiotajı düzgün mübahisələrdən fərqli bir şeydir. Mən dedim ki, universitetlərdə azad diskussiyalar təşkil edin. Siz gənclər nə üçün təşkil etmədiniz? Siz bu Tehran Universitetində, bu Şərif Universitetində, bu Əmir Kəbir Universitetində azad siyasi, etiqadi debatlar təşkil edin. Bir neçə tələbə gedib orada sözlərini danışsınlar, bir-birinin sözünü tənqid etsinlər, bir-biri ilə mübahisə etsinlər. Həqiqət orada özünü göstərəcək. Həqiqət birinin bir tənqidi tullaması ilə aşkarlanmır, düzgün anlaşılmır. Deyişmələrlə gərgin fikir mühiti yaratmaq ölkənin inkişafına heç bir kömək etmir. Siz bu sahədə bu qoca atanızın təcrübəsinə inanın. Ölkənin inkişafına kömək edən amil düşüncələrin həqiqi azadlığıdır; yəni azad şəkildə düşünmək, azad şəkildə sözünü demək, hay-küydən qorxmamaq, onun-bunun həvəsləndirməsinə də baxmamaq. Bir zaman siz elə bir söz danışırsınız ki, dünyanın bütünlüklə çirkinlik və xəbislikdən ibarət siyasi müşahidəçilərinin hamısının birdən-birə sizə əl çaldığını görürsünüz. Bununla həvəslənməyin, düzgün mübahisə edin, məntiqli mübahisə edin, bir sözü dinləyib bir sözü deyin, sonra oturub fikirləşin. Bu, Quranın göstərişidir: "Sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyan bəndələrimə müjdə ver!"102. Sözü eşidib ən yaxşısını seçmək lazımdır. Ajiotaj yaratmağın nəticəsi isə gördüyünüz kimi olur. Seçkilərdən öncəki və sonrakı ajiotajın nəticəsi budur; xüsusən də əcnəbi əli müdaxilə etdikdə. Siz hansı dəlil və izahla düşünürsünüz ki, dünyanın təbliğat maşınları İslam Respublikası quruluşunun zərərinə olduğunu düşündükləri hadisələri anbaan nəşr edir və yayırlar? Bu iş hansı hesabla baş verir? Bunu düşünmək lazım deyil?! Bunun üzərində araşdırma

Page 65: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

aparmaq lazım deyil?! Diqqət yetirməsi lazım olan məsələlər bunlardır.

Radio və televiziya ölkənin real vəziyyətini nümayiş etdirir? Xeyr, yarımçıq göstərir. Radio və televiziya çoxlu dəyərli və böyük inkişafları göstərmir. Dəlili də budur ki, müxtəlif hadisələrlə əlaqədə olan sizlər ölkənin çoxlu həqiqətlərindən və ölkə inkişaflarından xəbərdar deyilsiniz. Bu bizim radio və televiziyamızın nöqsanıdır. Əgər hansısa Qərb ölkəsinin çoxlu staj, təcrübə və incəsənətdən istifadə etməklə öz yalanlarını doğru göstərdiyi kimi, bizim radio və televiziyamız ölkə reallıqlarını düzgün əks etdirə bilsəydi, siz bilin ki, bu gün gənc nəslin ümidi, onun ölkəsinə, dininə və İslam Respublikası quruluşuna vurğunluğu indikindən dəfələrlə artıq olardı. Bu bizim radio və televiziyaya iradımızdır. Əgər ölkənin vəziyyətini düzgün əks etdirə bilsəydi, tamaşaçıların rəğbəti və sevinci bugünkündən dəfələrlə artıq olardı. Sevincə və razılığa səbəb olan çoxlu işlər görülməkdədir. Yalnız elmi sahələrdə yox, ictimai və siyasi sahələrdə də belədir; başucalığı gətirən işlər görülür. Bunu çoxları - yəni əksəriyyət bilmir. Mənim çox vaxt dövlət məmurlarına etirazım budur ki, siz nə üçün bəyan edə bilmirsiniz. Bəyan etmək də bir məharətdir. Xüsusən sənətkarcasına bəyan etmək böyük hünərdir. Bu onlarda yoxdur.

Bizim adətən bəzilərinə tutduğumuz iradlardan biri budur ki, özgənin dediyini qəbul edir, doğmanın dediyinə isə şübhə ilə yanaşırlar. Nə üçün? Bu yanaşma düzgün deyil, qeyri-sağlam yanaşmadır. Bunu islah etmək lazımdır. Siz yaxşı gənclər inşallah gəlib müxtəlif işlərə başlayın və ölkənin təbliğat işini əlinizə alın. Bizim mətbuatımız da belədir. Mən adətən gündüzlər təxminən 16-17 qəzetə baxıram. Bütün səhifələrinə baxmıram, adətən başlıqlara və diqqətəlayiq baş məqaləsi olanda ona baxıram. Bizim qəzetlərimizin çoxu təəssüf ki, hadisələri işıqlandırmaqda zəifdirlər, məsələləri əhəmiyyət baxımından dərəcələrə bölməkdə insafsızlıq edirlər.103

Bəziləri - istər mətbuat, istər digər müxtəlif qurumlar tövsiyə qəbul etmirlər. Onlar bizdən tövsiyə istəmirlər. Bəzi qurumların və media orqanlarının siyasətlərini kimin təyin etdiyi, haradan təyin

Page 66: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

olunduğu bəlli deyil. Onların çörəyi ixtilaf yaratmaqdan çıxır. Lakin ölkənin maraqlarını və həqiqətin hakim olmasını istəyənlərə tövsiyəm budur ki, bu cüzi və köksüz ixtilaflardan əl çəksinlər. Şayiə düzəltmək və yaymaq olmaz. İnsan görür ki, ölkə məmurlarına - ölkənin yükünü çiyninə götürən şəxslərə qarşı açıq-aşkar ittihamlar irəli sürür, şayiə yayırlar; fərqi də yoxdur - istər prezident olsun, istər parlamentin sədri, istər Quruluşun Məsləhətini Müəyyənləşdirən Qurumun başçısı, istər Ali Məhkəmənin sədri. Bunlar ölkənin məsul şəxsləridir. Ölkənin məsul şəxsləri bir sahənin rəhbərliyinin tapşırıldığı şəxslərdir. Xalqın bunlara etimadı olsun, inansın. Şayiə yaymaq lazım deyil. Düşmən bunu istəyir. Düşmən şayiə yaymaq, ürəkləri bir-birinə və məsul şəxslərə qarşı bədbin etmək istəyir.104

Çıxış yolları1. Qanuna tabe olmaqÖlkəmizin bütün məsələlərində qanunun meyar və son söz

sayılmasına ehtiyacımız var. Əgər biz qanunçu olsaq, bu, həqiqətən xalqın həyatını yaxşılaşdıracaq, yollarda qoyulan yaşıl və qırmızı işıqlar kimi olacaq. Görün bu məsələyə riayət etməmək nə qədər problem yaradır. Siz avtomobilinizlə dörd yol ayrıcına çatırsınız, bir-iki dəqiqə yaşıl çıraq yanırdı və hamı gedirdi, lakin siz çatan kimi qırmızı oldu. Hər halda çətindir, gərək burada bir qədər dayanasınız. Sizin öz rahatlığınıza və istəyinizə görə qadağan olunmuş bu əraziyə girməyiniz sizdən on dəfə çox olan insan və avtomobillərə problem yaranmasına bais olar, yolda dayanıb gediş-gəlişi nizama salan polis də çətinliyə düşər. Qanuna riayət edin ki, bütün bu problemlər yaranmasın. Baxın, bu hər gün üzləşdiyimiz və əksərən də riayət olunan aydın bir misaldır. Qanun hər yerdə belədir. Əgər qanuna riayət olunsa, işlər yaxşı gedər, əgər qanunsuzluq baş alsa, işlər korlanar. Qanunsuzluq üçün də hərənin özünə görə bir dəlili var; biri deyir ki, bu qanun mənim hüququmu pozur, bu qanun belədir, filandır. Lakin bu dəlillər məqbul deyil.

Əgər qanunsuzluq baş alsa, işlər düyünlənər, nəqliyyatın hərəkəti ağırlaşar, tıxac yaranar, camaatın işi korlanar və hüquqları pozular. Hamı qanuna hörmət etməlidir. Mən sizə deyirəm ki, digər

Page 67: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

işlər kimi bu işin mədəniyyəti də aparıcı şəxslərdən cəmiyyətə koçürülməlidir. Əgər aparıcı şəxslər olan sizlər qanuna riayət etməsəniz, adi camaatın qanuna riayət etməsini gözləməyin. Siyasi, yaxud elmi elita iddiası edib öz sahəmizdə qanuna etinasız yanaşmağımız düzgün deyil. Sözügedən məsələlərdə də mən qanunun icrasına israrlı idim, indi də israrlıyam və israrlı olacağam.105

Qanun tələb edir ki, insan seçilmiş prezidenti qəbul etməsə də, qanuna hörmət etsin və tabe olsun. Təbii ki, heç kim seçilmiş prezidentin mütləq yaxşılıqdan və seçilməyən tərəfin mütləq qəbahətdən ibarət olduğunu deyə bilməz. Hamının yaxşı cəhəti də var, pis cəhəti də; bu tərəfin də, o tərəfin də. Lakin meyar qanundur.106

Bir məsələni də əziz inqilabçı gənclərə, öz əziz övladlarlarıma, Bəsic üzvü olan qadın və kişilərə xatırlatmaq istəyirəm. Əcnəbilərin dini inanclarına təhqir etməsini eşidən, yaxud gözləri ilə görən gənclər qəzəblənirlər. Bir qrupun Aşura gününün hörmətini saxlamadıqlarını, İmam Hüseynə (ə) və hüseynçi əzadarlara hörmətsizlik etdiklərini görəndə ürəkləri ağrıyır, qəzəblə dolur. Sözsüz ki, bu təbiidir və onlar haqlıdırlar. Lakin mən demək istəyirəm ki, əziz gənclər ehtiyatlı olsunlar. Hər hansı düşünülməmiş iş düşmənə kömək ola bilər. Gənclər buraya zəng vururlar; mən bilirəm, oxuyuram. Çox zaman telefon zənglərini və məktubları xülasə edib gətirirlər və mən hər gün baxıram; görürəm ki, gənclər gileylidirlər, narahat olmuş və əsəbiləşmişlər. Bəzən məndən də gileylənirlər ki, nə üçün filankəs səbir edir, nə üçün bunlara dözür. Mən deyirəm: Düşmənin bütün varlığı və imkanları ilə bir fitnə hazırlayıb təhlükəli bir oyuna başladığı şəraitdə ehtiyatlı olmaq, həmin oyunda ona kömək etməmək, çox ehtiyatla, ağılla və öz zamanında qətiyyətlə davranmaq lazımdır. Aidiyyətli qurumlar var, qanun var. Qanun çox dəqiqliklə və qəti şəkildə icra olunmalıdır. Rəsmi vəzifə və məsuliyyəti olmayan şəxslər isə işləri korlayırlar. Allah-Taala bizə belə əmr etmişdir: "Hər hansı bir camaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır". Bəli, bir qrup düşmənlik, bir qrup xəbislik edir, bir qrup da xəbislik edənləri dəstəkləyir. Bunlar var,

Page 68: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

amma ehtiyatlı olmaq lazımdır. Əgər insan bəzi məsələlərdə diqqətsiz davransa, onlara nifrət edən günahsız insanlar da tapdanacaqlar. Bu baş verməməlidir. Mən əziz gəncləri, öz inqilabçı övladlarımı özbaşına bir iş görməkdən çəkinməyə çağırıram. Hər şey qanuni yolla həll olunmalıdır.107

2. Aparıcı şəxslərin quruluşa etimad göstərməsi Siyasi elita və aparıcı şəxslər öz sözlərinə və işlərinə diqqət

yetirsinlər. Bu, bütün aparıcı şəxslərə müraciətdir, xüsusi bir tərəfə, xüsusi bir cinaha yox. Hamı ehtiyatlı olmalıdır. Hamı bilsin ki, bu xalq bütöv bir xalqdır. Biri bu tərəfin hisslərini o tərəfin əleyhinə təhrik edir, o biri də o tərəfin hisslərini bu tərəfinə əleyhinə. Bunların faydası yoxdur. Siz bir olduqda, yekdil olduqda, ölkənizə və quruluşunuza etimad göstərdikdə beynəlxalq şeytanların, zalım, müdaxiləçi və insaniyyətdən uzaq siyasətçilərin vəsvəsələri sizə təsir etməyəcək.108

Seçkilərdən sonra yaradılan və dəstəklənən bütün bu çaxnaşmalar inqilabın ictimai dayağına zərbə vurmaq və onu inqilabdan almaq üçün idi. Mən dedim ki, xalqın bu quruluşa inanmasına sübut qırx milyon nəfərin seçkilərdə iştirak etməsidir. Əcnəbi radiolar və təəssüf ki, daxildən onların səsinə səs verənlər daim təkrar və təkid edirdilər ki, xalqın quruluşa inamı yoxdur. Bu, həmin sözün cavabıdır. Biz orada dedik ki, xalqın 85 faizinin seçkilərə qatılması, qırx milyon insanın seçki məntəqələrinə gəlib hər hansı bir namizədə səs verməsi xalqın quruluşa inamını göstərir. Həqiqətən də belədir. Bunlar bu sözün yalan olduğunu göstərmək üçün təkrar-təkrar təbliğat apardılar ki, xalqın inamı sarsılıb, nə edək? Bəzi adamlar da xeyirxah görkəmində dedilər ki, inamın qayıtması üçün nə edək? Xalq quruluşa inanır, quruluş da xalqa. İnşallah iki-üç ildən sonrakı seçkilərdə də bu xalq müxaliflərin, düşmənlərin, daxildəki qafil və bixəbərlərin həmin aktyorluğuna rəğmən, seçkilərdə yüksək səviyyədə iştirak edəcək.109

3. Ayıqlıq əldə etmək

Page 69: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Əgər sizə bir tövsiyə etmək istəsəm, o tövsiyə ayıqlığınızı artırmaq barədə olar. Xalqların başına gələn bəlalar çox zaman ayıqlığın olmamasından irəli gəlir. Görürsünüz ki, öz cəmiyyətimizdə də bəzi adi insanlar və daha çox aparıcı şəxslər səhvlər edirlər. Aparıcı şəxslərin daha az səhv etməsi gözlənilir, lakin səhvləri say baxımından olmasa da, nəticə etibarilə adi camaatın səhvlərindən çoxdur. Bəzi insanların bu səhvləri ayıqlığın olmamasına görədir; hamısını demirik, amma çoxları belədir.

Öz ayıqlığınızı artırın, yüksəldin. Mən Əmirəlmömininin (ə) zənnimcə Siffeyn döyüşündə buyurduğu bu sözünü dəfələrlə demişəm: "Bu bayraq yalnız ayıq və dözümlü insanlar tərəfindən götürülər". Bilirsiniz ki, Əmirəlmömininin (ə) işi bəzi cəhətlərinə görə Peyğəmbərin (s) işindən çətin idi. Çünki Peyğəmbərin (s) dövründə düşmən də bəlli idi, dost da. Əmirəlmömininin (ə) bayrağı altında olanların dost və ya düşmən olması isə o qədər də aydın deyildi; düşmən də dostun dediyi sözləri deyirdi. Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində Əmirəlmömininin (ə) düşərgəsində qılınan camaat namazından qarşı tərəfdəki düşərgədə də qılırdılar. Əgər siz olsanız, nə edərsiniz? Sizə deyirlər ki, qarşı tərəf haqsızdır. Siz deyirsiniz ki, belə namaz qılan və ibadət edən tərəf?! Onların bəziləri, məsələn, Xəvaricdən olanlar çox ibadət edirdilər. Əmirəlmöminin (ə) gecə qaranlıqda Xəvaricin düşərgəsində gəzərkən birisinin gözəl səslə Quranın bu ayələrini oxuduğunu eşitdi: "Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?!" Gecənin yarısı çox yanıqlı və təsirli səslə Quran oxuyurdu. Həzrət Əlinin (ə) yanında olan bir nəfər dedi ki, ey Əmirəlmöminin, bu ayəni belə gözəl şəkildə oxuyan bu şəxsin xoş halına! Kaş mən onun bədənində bir tük olub, sayəsində cənnətə gedəydim!

Nəhrəvan döyüşü başlandı. Düşmənlər məğlub edilib oldürüldükdən sonra Əmirəlmöminin (ə) düşmən ölülərinin yanından keçir, üzü üstə düşmüş bəzi cəsədləri qaldırmağı əmr edir və onlarla danışırdı. Onlar ölmüşdülər, amma öz səhabələrinin eşitməyi üçün belə edirdi. Birini də qaldırmalarını söylədi; qaldırdılar. O gecə imamın yanında olan şəxsə buyurdu ki, bunu

Page 70: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

tanıyırsanmı? Cavab verdi ki, xeyr. Dedi ki, bu, bədənində bir tük olmanı arzuladığın şəxsdir. O gecə Quranı elə yanıqlı oxuyurdu, amma burada canlı Quranın, yəni Əmirəlmöminin (ə) qarşısında qılınc çəkir; çünki ayıqlıq yoxdur, vəziyyəti dərk edə bilmir. Mən bu siyasi səhnələri dəfələrlə döyüş cəbhəsinə bənzətmişəm. Əgər siz hərbi döyüşdə coğrafi koordinatları bilməsəniz, böyük səhvlər yarana bilər. Məhz buna görə yerləri təyin etməyə gedirlər. Hərbdə mühüm işlərdən biri məlumatdır; dəqiq məlumat. Yəni gedib görsünlər ki, düşmən haradadır, necədir, mövqeyi necədir, törədə biləcəyi təhlükə nədir və ona qarşı nə etməlidirlər. Əgər kimdəsə bu məlumatlar olmasa, ərazini tanımasa, düşməni itirsə, bir də görərsiniz ki, raket və toplarını düşmənlərinin yox, dostlarının olduğu səmtə çevirib atəş açır; çünki bilmir. Siyasi səhnə də eynilə belədir. Əgər ayıqlığınız olmasa, dostu və düşməni tanımasanız, bir də görərsiniz ki, sizin təbliğat topunuzun atəşi, sizin söz və əməlləriniz dostlarınızın yerləşdiyi səmtə yönəlmişdir. İnsan düşməni tanımalıdır. Düşməni tanımaqda səhv etməməliyik və bunun üçün ayıqlıq lazımdır.110

4. Maarifləndirmə və aydınlatmaGörkəmli və aparıcı şəxslərin mühüm işlərindən biri

maarifləndirmədir. Onlar həqiqətləri təəssübsüz şəkildə, qrup və cinah maraqlarının təsiri olmadan aydınlatmalıdırlar. Bunlar zərərlidir. Cinah və bu kimi məsələləri kənara qoyub həqiqəti anlamaq lazımdır. Siffeyn döyüşündə cənab Əmmar Yasirin mühüm işlərindən biri həqiqəti başa salmaq idi. Çünki qarşıdakı Müaviyə cinahı müxtəlif təbliğatlar aparırdı. Bu gün psixoloji müharibə adlanan məsələ yeni kəşflərdən deyil, onun üsulları fərqlənmiş, özü isə əvvəldən olmuşdur. Onlar bu psixoloji müharibədə çox püxtələşmişdilər. İnsan onların işlərinə baxanda psixoloji müharibədə necə peşəkar olduqlarını görür. Digər tərəfdən də zehinləri çaşdırmaq onları bərpa etməkdən asandır. Sizə bir söz deyəndə qəlbinizdə şübhə yaranır. Bədgümanlıq yaratmaq asan, onu beyindən silmək isə çətindir. Onlar da şübhə yayır, bədgümanlıq yaradırdılar. Bu, asan idi. Bu tərəfdən özünü bu psixoloji müharibənin qarşısında dayanıb müqavimət göstərməyə

Page 71: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

borclu bilən şəxs cənab Əmmar Yasir idi. Siffeyn döyüşünün hadisələrində yazmışlar ki, atla cəbhənin o tərəf-bu tərəfinə və öz qoşunlarının müxtəilf sıralarına gedir, bugünkü sözlə desək, bir-birindən ayrı düzülmüş batalyon, yaxud alayların hansına çatırdısa, onların qarşısında dayanır, bir qədər söhbət edir, qaranlıq məsələləri aydınlaşdırır və təsir göstərirdi. Bir yerdə ixtilaf yarandığını və bir qrupun şübhəyə düşdüyünü görən kimi cəld özünü oraya çatdırır, onlarla söhbət edir, məsələni başa salır və işləri yoluna qoyurdu.111

5. Cəmiyyətdə sabitliyi qorumağa çalışmaqBu otuz ildə elə bir gün olmayıb ki, biz təcrübə toplamayaq və

bir şey öyrənməyək. Son hadisələrdə də çox şeylər öyrəndik, çox şeylər anladıq. Bu bizim xalqımız üçün təcrübə oldu. Hamı bildi ki, xalq sabit şəraitdə sürətlə hərəkət etdiyi zaman onun üçün plan hazırlayan düşmənləri unutmamalıdır. Hamı qırx milyonluq bir seçkidən, inqilabın əvvəlindən indiyədək görünməyən möhtəşəm işdən, otuz ildən sonra xalqın səhnədə qalmasından, xalqı cəlb edib quruluş üçün səhnəyə gətirmək gücündən danışdı. Bəli, bu bir əzəmət idi, amma diqqətsizlik yolverilməzdir. Hamı anladı ki, belə bir vəziyyətdə düşmənin pusqu qurub gözlədiyini unutmaq olmaz.

Bu gün cəmiyyəti iğtişaşa və çaxnaşmaya sövq edən şəxs bütün İran xalqının nəzərində mənfur insandır; kim olur-olsun. Bu xalq yalnız sabitlik və təhlükəsizlik şəraitində hər hansı bir məqsədə nail ola bilər. Təhlükəsizlik olduqda təhsil də var, elm də var, inkişaf da var, sənaye də var, sərvət də var, müxtəlif rahatlıqlar da var, ibadət də var. Dünya və axirət təhlükəsizliyin sayəsində əldə edilir. Xaos yarandıqda isə bunların hamısı sıradan çıxır. Bir xalqın təhlükəsizliyini pozmaq ən böyük günahdır. Təbii ki, bu barədə göstəriş alan muzdur buna qulaq asmayacaq. Biz bu sözləri ona demirik. Bizim müraciətimiz aparıcı şəxslərədir. Xalq sayıqdır; aparıcı adamlarımız da sayıq olsunlar.

Aparıcı şəxslər bilsinlər ki, onlara kömək edən hər bir söz, hər bir hərəkət və hər bir təhlil xalqın əksinə hərəkət etməkdir. Bizim hamımız çox ehtiyatlı olmalıyıq; çox ehtiyatlı olmalıyıq: danışığa, mövqe bildirməyə, nəyi deməyin və nəyi deməməyin lazım olduğuna

Page 72: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

diqqət yetirməliyik. Bəzi sözləri demək lazımdır; əgər deməsək, vəzifəmizə əməl etməmişik. Bəzi sözləri söyləməmək, deməmək lazımdır. Əgər desək, vəzifənin ziddinə əməl etmiş olarıq. Aparıcı şəxslər imtahan otağındadırlar. Böyük bir imtahan gedir. Bu imtahandan kəsilməyin nəticəsi yalnız bir il geri düşmək deyil, süqutdur. Əgər buna düçar olmaq istəmiriksə, insanı bəndəliyə dəvət edən ağlı meyar seçməliyik.

Ağıl bu siyasətbazlıqları tövsiyə etmir. Bunlar ağlın ziddinədir. Ağıl insanı doğru yola yönəldir. Siyasətbazlıqla ağıllı rəftar etdiklərini düşünənlər səhv edirlər. Xeyr, ağıl Allaha ibadət yolunu açan amildir. Özümüzlə Allah arasında meyar budur ki, bu sözü deməkdə ixlasımızın olub-olmadığına baxaq; görək Allahı düşünürük, yoxsa yox? Mən Allahdan ötrü və Allahın razılığı üçün danışıram, yoxsa sizin diqqətinizi cəlb etməkdən ötrü? Allahdan ötrüdür, yoxsa insanların ürəyindən ötrü? Meyar budur. Özümüzə müraciət edək. İnsan üçün ən yaxşı hakim onun özüdür. Özümüzü aldatmayaq, nə iş gördüyümüzü, nə dediyimizi və hansı hərəkəti etdiyimizi bilək.112

Bizim xalqımız mərhum imamı təhqir etmələrinə görə qəzəbləndi, onlara arxa çevirdi. Buna haqları da var; lazım və yaxşı idi, lakin təmkinli olsunlar. Tələbələrdən də bunu istəyirik: sabitliyi qoruyun. Sizin qarşınızda dayanan bu şəxslər köklü, qalası, bu xalqın və bu inqilabın qarşısında tab gətirəsi şəxslər deyillər. Hər şey sakit şəkildə həyata keçsin.

Əgər haçansa lazım olsa, məmurların, qanunun və qanun keşikçilərinin özləri vəzifələrini yerinə yetirəcəklər. Əlbəttə, bunları tanıtdırsınlar. Tələbələrin özləri universitetdə fəsad mənbəyi olan şəxsləri tanımağa və bu haqda digərlərini də məlumatlandırmağa borcludurlar. Bunun özü düzgün və doğru bir təbliğatdır. Ayıq etsinlər, bunların əlaqələrini, istiqamətlərini bilsinlər. Lakin hər şey sakit şəkildə görülsün.

Cəmiyyətdə gərginlik, iğtişaş və çəkişmənin yaranması məsləhət deyil. Düşmən bunu istəyir; düşmən cəmiyyətin qarışmasını istəyir. Təhlükəsizlik mühüm məsələdir. Xalqın təhlükəsizliyinin düşmənləri onun xaos vəziyyətində yaşamasını, narahat olmasını, bezməsini və əsəblərinin pozulmasını istəyirlər.

Page 73: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Biz bunu istəmirik. Biz istəyirik ki, xalq sakit həyat yaşasın; tələbə dərs oxuya, alim tədqiqat apara, sənətkar, əkinçi, tacir bütün işlərini görə bilsinlər. Universitet də dinc yer olmalıdır. Xalqın gəncləri bu universitetlərə toplaşmışlar. Xalq gənclərinin sakit mühitdə təhsil almasını istəyir. Universitetləri bu iğtişaşlarla qarışdıran şəxslər xalqa qarşı çıxırlar, onun önündə dayanırlar. Sözsüz ki, qanuni orqanların da üzərinə vəzifələr düşür. Onlar bu vəzifələrə əməl etməlidirlər.

Bilin ki, Quranın mübarək "Köpük heç bir şey olmadığı üçün uçub gedər, insanlara fayda verən bir şey isə yer üzündə qalar" ayəsinin sizin dövrünüzdə tam real bir nümunəsi var və siz bunu görəcəksiniz. Allahın lütfü ilə görəcəksiniz ki "insanlara fayda verən bir şey yer üzündə qalar". İlahi quruluş olan, bünövrəsi də ilahi bir insan tərəfindən qoyulan və bu böyük xalqın iradə və imanı ilə davam etdirilən bu uca quruluş möhkəm qalacaq, bu ağac inşallah günbəgün daha çox kök salacaq və siz bu müxaliflərin, bu quruluşa, bu haqqa və həqiqətə qarşı çıxan şəxslərin "köpük" olduğunu görəcəksiniz. Bunlar inşallah sizin gözünüz önündə məhv olacaqlar.113

6. İslam Respublikasında birliyi qorumaqİslam inqilabından doğan İslam Respublikası iki cəhətə malik

olan vahid bir sistemdir: İslam cəhəti və xalq cəhəti; həm İslam quruluşudur, həm xalq quruluşu. Ona görə xalq quruluşudur ki, İslam quruluşudur və İslam cəmiyyətin dinidir, ümumi məsuliyyət dinidir. İslam ayrı-ayrı fərdlərin dini deyil. O da var, lakin fərdlər cəmiyyət olaraq da İslamın müraciət tərəfidirlər. İslam bir xalq dinidir, ümumi məsuliyyət dinidir. Buna əsasən, xalq quruluşu olması İslam quruluşu olmasından irəli gəlir. Və ona görə İslam quruluşudur ki, Allah-Taala belə minnət qoymuşdur: "Sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuşdur". Bizə minnət qoymuş, bizi bu imana hidayət etmişdir. Allah bizim xalqımıza, bizim özümüzə minnət qoyub bizi bu dinə yönəltmişdir. Buna görə bizim toplumumuz İslamı istəyir və bu ilahi dini bizə verdiyinə görə Allaha şükür olsun! Deməli, İslam Respublikasıdır, bir sistemdir, bir topludur, yaxud bir-biri ilə

Page 74: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

mülahizə olunmalı, bir olmalı və bu birliyin qorunmalı olduğu vahid sistemdir. Bu cəhətlərin hansı zəifləsə, bütün toplu və sistem zəifləyəcək.

Vilayət və rəhbərlik məsələsi də həmin sistemə sadiq olmaqdır; istər məsumların vilayətinə, istər onun davamı olan fəqih vilayətinə. Ölkədə və quruluşda bu sistemə sadiqlik və onu qorumaq iradəsi var; təcrid olunmasın, onun üçün problem yaranmasın, nöqsan və ayrıseçkilik yaranmasın, kompelks şəkildə hərəkət və inkişaf etsin. İmamın buyurduğu əsl İslam məsələsi də budur. Çünki imam əsl İslamı Amerika İslamı qarşısında qoyurdu. Amerika İslamı yalnız Amerikanın bəyəndiyi İslam deyil, əsl İslamdan xaric olan hər bir şeydir; şahlıq İslamı da belədir, eklektik (qatqılı) İslam da belədir, kapitalist İslam da belədir, sosialist İslam da belədir; müxtəlif forma və rənglərlə təqdim olunan və əsas elementlərin mövcud olmadığı islamların hamısı əsl İslamın qarşısında durur və Amerika İslamıdır.

Bu otuz ildə bizim quruluşumuza qarşı aparılan mübarizələrdə müxtəlif islamlar iştirak etmişdir; həm eklektik İslam, həm şah İslamı, həm sosialist İslam. Bu müxtəlif islamlar İslam Respublikası quruluşu ilə mübarizə aparmışlar. İslama bu baxışda və İslam haqda bu dərkdə fərd və cəmiyyət birgə nəzərə alınır, mənəviyyat və ədalət birgə nəzərə alınır, şəriət və ağıl birgə nəzərə alınır, hissiyyata və qətiyyətə birgə baxılır. Bunların hamısı olmalıdır; qətiyyət öz yerində, emosiya öz yerində, şəriət öz yerində, şəriətdən xaric olmayan ağıl da öz yerində; hamısından bir-birinin kənarında istifadə olunmalıdır. Bu güclü sistemdən yayınma İslam quruluşundan yayınmaya bais olur.114

7. Cəmiyyətdə etimad və qardaşlıq ab-havası yaratmaqCəmiyyətdə qardaşlıq, mehribanlıq və etimad ab-havası

yaratmalıyıq. Mən cəmiyyətdə bədgümanlığın yayılması ilə əsla müvafiq deyiləm. Biz bu adətləri özümüzdən uzaqlaşdırmalıyıq. Təəssüf ki, bu gün günbəgün daha artmaqda, genişlənməkdə və mürəkkəbləşməkdə olan müxtəlif informasiya vasitələrinin, qəzetlərin və media qurumlarının bir-birini ittiham etməsi geniş yayılmışdır. Bu yaxşı hal deyil; bizim qəlbimizi qaraldır, həyatımızı

Page 75: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

zülmətə çevirir. Heç bir ziddiyyəti yoxdur ki, günahkar öz günahının cəzasını çəksin, lakin mühit günahlandırmaq, ittiham etmək, şayiə və xəyallarla digərlərini günahlandırmaq mühiti olmasın. Mən burada bunu da deyim: Televiziyadan yayımlanan məhkəmə iclaslarında bir müttəhimin başqa bir şəxs haqqında nəsə deməsi şəriət baxımından mötəbər sayılmır. Bəli, müttəhim məhkəmədə özü haqda nə desə, mötəbərdir; özü barədə etdiyi etiraflar mötəbər sayılır. Müttəhimin bir məhkəmədə kamera önündə, milyonlarla tamaşaçı qarşısında öz əleyhinə etdiyi bütün etiraflar şəriət və el adətləri baxımından məqbuldur, keçərlidir, digəri haqda dedikləri isə qəbul olunmur. Cəmiyyəti ittiham və şübhə ilə doldurmaq olmaz. Quran buyurur: "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?" Birinin ittiham edildiyini eşitdikdə nə üçün bir-birinizə qarşı bədbin olursunuz? İcra və məhkəmə orqanlarının vəzifəsi öz yerində. İcra orqanları cinayətkarı təqib etməli, məhkəmə orqanları isə qanunlarımızda göstərilən şəkildə cəzalandırmalıdırlar. Bu işdə səhlənkarlığa yol vermək olmaz. Lakin qanuni yollarla cinayəti sübut olunmuş cinayətkarın cəzalandırılması gümanla, xəyalla və böhtanla birini ittiham və bədnam etməmizdən, cəmiyyətdə ağızlara salmamızdan fərqli bir şeydir. Belə olmaz. Bu düzgün deyil. Yaxud digərləri – xaricilər, əcnəbilər və qərəzli televiziya kanalları bir şəxsin, yaxud şəxslərin əleyhinə danışır, filan yerdə xəyanət etdiyini, filan yerdə səhvə yol verdiyini iddia edirlər. Biz də onu eynilə yaymalıyıq?! Bu zülmdür, məqbul deyil. Əcnəbi informasiya vasitələrinin ürəyi bizə nə zaman yanmışdır?! Nə zaman bizim haqqımızda həqiqətləri söyləmişlər ki, indi də söyləmiş olsunlar?! Deyirlər, danışırlar, iddia edirlər. Bunları şəffaflıq adlandırmaq olmaz. Bu, şəffaflıq deyil, şübhə yaratmaqdır. Şəffaflığın mənası budur ki, İslam Respublikasında bir məmur öz işlərini açıq şəkildə xalqın ixtiyarına qoysun. Şəffaflığın mənası budur və bunu etməlidirlər. Lakin bizim sübut olunmadan onu-bunu ittiham etməyə, doğruluğu mümkün olan, lakin hələ sübuta yetməmiş məsələləri kiməsə aid etməyə haqqımız çatmır. Bu onu müttəhim edir, o bunu; əcnəbi mediadan, qərəzli İngiltərə mediasından

Page 76: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

faktlar göstərirlər, sonra da o tərəfdən biri peyda olub bütün quruluşu İslam quruluşuna yaraşmayan şəkildə ittiham edir. İslam quruluşunun məqamı bəzilərinin aid etdiklərindən olduqca ucadır. Bu irad onlara daha çox yapışır. Bir şəxsə böhtan atmaq günahdır, bir İslam quruluşuna, bir təşkilata böhtan atmaq isə olduqca böyük günahdır.115

Mənim təkidim budur ki, hamı, bütün İran xalqı, müxtəlif siyasi cinahlar bu inqilabın və ölkənin müstəqilliyinə qarşı çıxan, ölkəni ikiəlli ABŞ və hegemonizmə təqdim etmək istəyən azsaylı şəxslər qarşısında bir olsunlar. Bütün xalqların daxilində düşmənin belə ünsürləri var. Bizim xalqımızın arasında da belə insanlardan az da olsa, tapılır. Xalqın özünü, kütlələri, aparıcı və adi insanlardan ibarət olan böyük toplumu həmin azsaylı satqın ünsürlərdən ayırmaq lazımdır; səhv salınmamalıdır. Bəzi fikirlərdə, bəzi sözlərdə vəziyyət elə qarışdırılır ki, insanlar çaş-baş qalırlar, xalq bir-birinə, görkəmli şəxslərinə və məmurlarına bədbin olur. Bu düzgün deyil.

Bəziləri - istər mətbuat, istər müxtəlif qurumlar tövsiyə qəbul etmirlər, bizdən tövsiyə istəmirlər. Bəzi qurumların və media orqanlarının siyasətlərini kimin təyin etdiyi, haradan təyin olunduğu bəlli deyil. Onların çörəyi ixtilaf salmaqdan çıxır. Lakin ölkənin maraqlarını və həqiqətin hakim olmasını istəyənlərə tövsiyəm budur ki, bu cüzi və köksüz ixtilaflardan əl çəksinlər. Şayiə düzəltmək və yaymaq olmaz. İnsan görür ki, ölkə məmurlarına - ölkənin yükünü çiyninə götürən şəxslərə qarşı açıq-aşkar ittihamlar irəli sürür, şayiə yayırlar; fərqi də yoxdur - istər prezident olsun, istər parlamentin sədri, istər Quruluşun Məsləhətini Müəyyənləşdirən Qurumun başçısı, istər Ali Məhkəmənin sədri; bunlar ölkənin məsul şəxsləridir. Ölkənin məsul şəxsləri bir sahənin rəhbərliyinin tapşırıldığı şəxslərdir. Xalqın bunlara etimadı olsun, inansın. Şayiə yaymaq lazım deyil. Düşmən bunu istəyir. Düşmən şayiə yaymaq, ürəkləri bir-birinə və məsul şəxslərə qarşı bədbin etmək istəyir.116

8. Prinsipləri unutmamaqİslam, konstitusiya, imamın buyruqları, vəsiyyətnaməsi

və quruluşun ümumi siyasətləri

Page 77: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İnqilabın prinsipləri bəllidir. İnqilabın prinsipləri şəxsi üslublar deyil ki, hərə bir tərəfdən iddia qaldırsın, sonra o prinsiplərə baxdıqda inqilaba yad olduğunu görək. İnqilabın prinsipləri İslamdır, konstitusiyadır, imamın tövsiyələridir, imamın vəsiyyətnaməsidir, yazılması konstitusiyada müəyyən olunmuş ümumi siyasətlərdir. Bu çərçivədə fikir ayrılığı, üslub fərqi eyib deyil, yaxşıdır; zərərli deyil, faydalıdır. Belə çəkişmələrdə quruluş heç kimlə toqquşmur. İnsanlar prinsiplər çərçivəsində rəftar etdikləri, kobudluq göstərmədikləri, cəmiyyətin təhlükəsizliyini və sabitliyini pozmadıqları, belə yanlış işlər görmədikləri, yalan və şayiə yaymadıqları təqdirdə quruluşun heç kimlə bir problemi yoxdur. Müxaliflər var, onların öz fikirləri var və fikirlərini bəyan edirlər. Quruluşun bunlarla işi yoxdur.117

İnqilab, imam və İslam üçün çalışan şəxs onun sözünün və hərəkətinin bu prinsiplər əleyhinə bir istiqamətin yaranmasına bais olduğunu görən kimi cəld ayılmalıdır. Nə üçün ayılmırlar? İslam Respublikasının ən əsas şüarı olan "İstiqlaliyyət, Azadlıq, İslam Respublikası" şüarından "İslam" sözünün çıxarıldığını eşidən kimi özlərinə gəlməli, getdikləri yolun səhv olduğunu bilməli və kənara çəkilməlidirlər.118

9. Müxalif fikirlərlə düzgün rəftarMən ölkəmizin əhalisini, əziz xalqımızı iki hissəyə bölməklə,

bir qrupu başqa bir qrupun qarşısında qoymağa müxalifəm. Məsələ belə deyil. Çoxlu məsələlərdə xalqın baxışı və nəzəri bir deyil, amma bu, ziddiyyət, qarşıdurma, toqquşma və yaxalaşma sayılmır. Biz xalqımızı bir-biri ilə vuruşdurmamalıyıq. Mən hər iki tərəfə nəsihət verirəm ki, gənclərin hisslərini təhrik etməsinlər, xalqı bir-birinin qarşısında qoymasınlar. Xalq birdir, bir imanı, öz quruluşuna qarşı səmimi və yaxşı münasibəti var. Seçkilərdə belə iştirak etmələri bu yaxşı münasibətin əlamətidir. Əgər ümidvar olmasaydılar, əgər etimadları olmasaydı, səsvermədə iştirak etməzdilər. Deməli, bu xalqın öz quruluşu ilə heç bir problemi yoxdur. Bu vahid xalqı iki yerə parçalayıb bölmək, bir qrupu başqa bir qrup əleyhinə təhrik etmək olmaz.119

Page 78: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İndi bu ayələr oxundu: "Allahın sizə verdiyi nemətini xatırlayın. Bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi xilas etdi". Siz bir-birinizlə qardaş oldunuz, İslam sizi təfriqə alovundan xilas etdi. Unutdunuzmu?! Daim bu onda səhv tutsun, o bunda; ikinci dərəcəli olanları birinci dərəcəli edək, əsl məsələləri unudaq və həmişə aramızda ixtilaf olsun?! Quran buyurur ki, hamılıqla Allahın ipinə sarılın. Burada deyilən "hamı" eyni səviyyədə deyil; bəzisinin imanı güclüdür, bəzisininki zəifdir, bəzisinin əməli daha yaxşıdır, bəzisininki orta həddədir. Eyni zamanda Allah-Taala hamıya müraciətlə deyir ki, hamılıqla Allahın ipinə sarılın, bu işi birgə görün. Sən deyirsən ki, mən təklikdə Allahın ipinə sarıldım, amma o birisi sarılmadı; o da deyəcək ki, mən də təklikdə Allahın ipinə sarıldım. Belə olmaz. Bir-birinizə dözün. Təməl prinsiplər var, əsas məsələlər var. Əsas budur ki, bu prinsiplərdə yekdil olaq. İnsanların ikinci dərəcəli olan yüz məsələdə bir-biri ilə fikir ayrılığının olması mümkündür; bunun birliklə və birləşməklə ziddiyyəti yoxdur. Bunlar meyar olmalıdır. Sözlərimizdə diqqətli olaq. İkinci dərəcəli məsələlər üstündə digərlərini mütləq şəkildə rədd etmək məsləhət deyil. Bu gün İran xalqı yekdil xalqdır, bir xalqdır. Bu birliyin qədrini bilmək lazımdır. İxtilaf yaratmaq olmaz.

Mən son üç-dörd gündə baş verəh hadisələrdə də bəzi adamların daim ixtilafları artırmaq istədiklərini görürəm. Xeyr, ixtilaf yaranmamalıdır. Hamı bir-biri ilə qardaşdır, hamı bir-biri ilə həmkarlıq etməli, ölkəni qurmaq üçün bir-birinə kömək etməlidir. Əbəs yerə heç kimi ittiham etmək olmaz. Bir işdən ötrü kiminsə bütün səlahiyyətlərini əlindən almaq olmaz. İnsaflı olmaq, insafla əməl etmək, insafla danışmaq lazımdır. Allah-Taala düşmənlər barədə buyurur: "Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır". Əgər kiminləsə düşmənsinizsə, bu düşmənlik ona qarşı insafsızlıq və ədalətsizlik etməyə bais olmasın; hətta düşmən olsa belə. Burada isə düşmən də yoxdur. Hamı ədalətsizliyi kənara qoysun; hamı insafsızlığı kənara qoysun; hamı İslam quruluşunun və İslam Respublikasının bayrağı altına toplaşsın.

Page 79: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Prinsiplər var və hamı o prinsiplərə sadiqliyini elan etməlidir. Bir-birinin kənarında olsunlar; üslub fərqləri də olsa, eybi yoxdur. Üslub fərqi həmişə olmuşdur. Müxtəlif dövrlərdə olan bu üslub və dərk fərqləri harada nəfsi istəklərlə qarışmışsa, iş korlanmışdır. Nəfsdən çox ehtiyatlı olmaq lazımdır. Nəfsə aldanmaq məsələsində özümüzə bədgüman olmalıyıq. Baxıb görək harada bizim nəfsi istəklərimiz var və harada yoxdur. Həqiqətən vəzifə hiss etmək və vəzifə dairəsindən kənara qədəm qoymamaq üçün diqqətli olmaq lazımdır. İfratçılıq etmək olmaz. Bunlara əməl olunsa, bu günə qədər olduğu kimi, inşallah bundan sonra da Allahın lütfü bizimlə olacaq.120

10. Quruluşun və ölkənin müxalifləri qarşısında xalqın və siyasi cinahların birliyi

"Əmirəlmömininin (ə) fəzilətləri" adlı qalın kitabın bir sətri budur ki, bu həzrət özünün macəra dolu həyatı boyu bəzi məsələlərə, o cümlədən ədalət və birlik məsələsinə böyük əhəmiyyət göstərmişdir. Bunlar bizim üçün dərsdir. İslam ümmətinin birliyi Əmirəlmöminin (ə) üçün mühüm məsələ idi. İslam ümməti arasında ədalətin bərqərar olunması da Əmirəlmöminin (ə) üçün mühüm məsələ idi. O həzrətin haqsevərliyi hər iki yerdə özünü göstərir; həm ədalətdən ötrü öz həyatının ən çətin sınaqlarına dözdüyü yerdə, o çətinlikləri, ağır zəhmətləri və məcbur olduğu müharibələri edərkən (qısa hakimiyyəti dövründə üç müharibəyə getməli olur, çünki ədalət istəyir və burada da haqqı qətiyyətlə izləyir), həm də Allaha görə, İslamın mənafeyindən və müsəlmanların birliyindən ötrü özünün qəti haqqına göz yumub mübarizə etməyəndə. O, İslamı, müsəlmanları, İslam cəmiyyətini və İslam birliyini həmişə qoruyur.

"İslam məsələsinin, İslam mənafeyinin və İslam cəmiyyətinin maraqlarının ortada olduğunu gördükdə sükutu düzgün saymadım və birlik yaratmaq üçün meydana atıldım". Bu, Peyğəmbərin (s) vəfatından sonrakı birinci dövrə - Əmirəlmömininin (ə) çətin dövrünə aiddir. Orada da haqqı qətiyyətlə izləyir. Bu haqq burada birlikdir. Bunlar bizim üçün dərsdir.

Page 80: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İslam cəmiyyəti bütün dövrlərdə ədalətsizlikdən ziyan görmüşdür; insanların bir-birindən ayrılmasından, bir-birinin qarşısında dayanmasından, parçalanma və nifaqdan ziyan görmüşdür. İslam dünyası bu məsələlərdən ziyan görmüşdür. Siz İslam tarixinə, xüsusən də son əsrlərə baxsanız, bunu daha aydın görərsiniz. İslam dünyası birliyə ehtiyaclıdır. Əmirəlmöminin (ə) İslam dünyasının birlik amili ola bilər. İslam düşmənləri vəhdət və birlik amili olan Əmirəlmöminin (ə) vasitəsi ilə müsəlmanlar arasında ixtilaf yaratmaq istəyirlər. İslam dünyası sayıq olmalıdır.

İran xalqı da bu məsələyə diqqət yetirməlidir. Biz bir xalqıq; İslam bizi birləşdirdi, inqilab bizi oyatdı, qəlblərimizi bir-birinə yaxınlaşdırdı, maraqlarımızı bir-birinə düyünlədi. Biz İslam quruluşunun, İslamın, müsəlmanların və İranın düşmənləri qarşısında möhkəm və güclü bir yumruq olduq. Düşmən bu birliyi pozmaq üçün münasib zamanı gözləyir. Xalqın arasına təfriqə salmağa, ixtilaf toxumu səpməyə çalışır, qardaşları bir-birinin qarşısında qoyurlar. İran xalqı sayıq olmalıdır.

İran xalqının möhtəşəm şəkildə iştirak etdiyi izdihamlı 22 xordad seçkilərində böyük iş görüldü. Təxminən 40 milyon insanın, yəni səsvermə hüququ olanların 85 faizinin seçki məntəqələrinə getməsi dünyada bənzərsiz rəqəmlərdəndir. Bu, İran xalqı üçün böyük imic yaratdı, bu böyük xalq üçün böyük iqtidara və inqilab üçün hörmətə səbəb oldu; göstərdi ki, inqilab otuz ildən sonra xalqı bu şəkildə səhnəyə çıxarmaq gücünə malikdir. Düşmənlər xalqın arasında ixtilaf yaratmağa çalışdılar və müəyyən həddə uğur da qazandılar. Lakin xalq düşmənin hərəkətini zərəsizləşdirməlidir.

İslam Respublikası quruluşunun siyasəti aydındır. Prezidentliyə namizədlərin arasında rəqabət bizim fikrimizcə ailədaxili bir rəqabətdir. Bəzən qəzəblənmələr də olur. Ailə daxilində iki qardaşın bir-birinin qarşısında dayanması da mümkündür. Bunun düşmənə və özgəyə nə aidiyyəti var?! Siyasət və informasiya sahələrində əcnəbilərin niyyəti ixtilaf və parçalanma yaratmaq idi.

İslam Respublikası məmurlarının yüz məsələdə fikir ayrılıqları olsa da, düşmən qarşısında dayanmaqda, bu ölkənin müstəqilliyini qorumaqda hamısı yekdil və həmrəydirlər. Bunu düşmənlər

Page 81: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bilsinlər; elə bilməsinlər ki, xalqın arasında parçalanma yarada bilərlər.

Mənim bütün İran xalqına tövsiyəm budur: Bu gün bizə hər şeydən çox sayıqlıq, dostu və düşməni tanımaq lazımdır. Dostu düşmənlə səhv salmayın. Məbada dost və düşməni qarışdırasınız. Məbada düşmənlə lazım olan rəftarı dostla edəsiniz. Bu bütün cinahlara müraciətdir.

Məbada düşməni dostla qarışdırasınız. Dostu bir səhvinə görə düşmən edə və qarşı tərəfdən, bəzi adamlar qan düşmənlərini dost bilib sözlərini dinləyələr.

Sözsüz ki, məmurlar da, seçilmiş prezident də xalqın bu rəğbətinin dəyərini bilsin. Xalqın bu diqqətinin şükrü onun problemlərini həll etmək üçün tam və universal xidmətdən, ölkəni inkişaf etdirməkdən və böyük İran xalqının birliyini qorumağa çalışmaqdan ibarətdir. Bunlar mövcud həqiqətlərdir. Siz İran xalqı bu dönəmdə böyük iş gördünüz, böyük hərəkət etdiniz. Allah-Taala öz qüvvə və qüdrəti ilə bu hərəkətə bərəkət verəcək və onu gücləndirəcək.

Məmurların şükrü xidmət etməkdir, xalqın şükrü birliyi, vəhdəti, sayıqlığı və qardaşlığı qorumaq, bir-birinə mehriban baxmaqdır. Düşmən buna mane olmağa çalışır. Siz də düşməni qəzəbləndirən işi görməyə çalışın. Dövrün imamının müqəddəs qəlbini sevindirən amil İran xalqının birliyi, mehribanlığı, həmkarlığı, fəallığı və inqilabçı hərəkətidir.121

11. Məmurlar əleyhinə şayiə yaymaqdan çəkinmək və psixoloji hücum qarşısında dayanmaq

Şayiə düzəltmək və yaymaq olmaz. İnsan görür ki, ölkə məmurlarına - ölkənin yükünü çiyninə götürən şəxslərə qarşı açıq-aşkar ittihamlar irəli sürür, şayiə yayırlar; fərqi də yoxdur, istər prezident olsun, istər parlamentin sədri, istər Quruluşun Məsləhətini Müəyyənləşdirən Qurumun başçısı, istər Ali Məhkəmənin sədri; bunlar ölkənin məsul şəxsləridir. Ölkənin məsul şəxsləri bir sahənin rəhbərliyinin tapşırıldığı şəxslərdir. Xalqın bunlara etimadı olsun, inansın. Şayiə yaymaq lazım deyil. Düşmən

Page 82: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bunu istəyir. Düşmən şayiə yaymaq, ürəkləri bir-birinə və məsul şəxslərə qarşı bədbin etmək istəyir.122

Quruluşun mövqeyiEtirazları yalnız qanuni yolla araşdırmaq Bu məsələlərdə də mən qanunun icrasına israrlı idim, indi də

israrlıyam və israrlı olacağam; yəni ölkəmizin və İslam Respublikasının qanunlarından bir addım kənara çıxmayacağıq. Şübhəsiz, bu quruluş və bu xalq nəyin bahasına olursa-olsun, zoru qəbul etməyəcək. Qanunçuluğun və qanuna tabe olmağın əksi də diktatorluqdur. Bunu da dostlar mütləq bilirlər və əgər bilmirlərsə, bilsinlər ki, bizim hamımızın psixologiyamızda diktatorluğa bir meyl var; bunu cilovlamaq lazımdır. Qeyd etdiyimiz kimi, daxildəki bu məst fili qanun, din və bəndəlik çəkici ilə daim yolda saxlamalıyıq. Əgər biz özümüz çarə qılmasaq, çarəsi çətin olacaq. Əgər qanuna tabelik olmasa, diktatorluq ruhu yavaş-yavaş aşkara çıxacaq. Cəmiyyətlərdə diktatorluq belə yaranır.123

Bu fərdi və ictimai hadisələrin hamısında əgər qanun meyar olsa, ədalət təmin olunar. Son hadisələrdə də biz bunu dedik... Məsələləri çözmək üçün qanuni meyar mövcuddur. Əgər qanun hakim olmasa, qanunsuzluqdan hamının başına gələcək fəlakətlər qanunun icrasının bəziləri üçün yarada biləcəyi çətinlikdən olduqca ağır olacaq. Ədalət qanuna riayət etməyi tələb edir. Əgər biz qanuna riayət etməkdən sıxıntı keçirsək, qanuna razı olmaq istəməsək, qanunsuzluqdan bizim başımıza gələnlər qanuna dözməkdən dəfələrlə ağır olacaq. Buna hamı diqqət yetirsin.124

İğtişaş törədənlərə və cinayətkarlara qarşı tədbirİslam quruluşu xalqın təhlükəsizliyini pozanlara qarşı təbii ki,

tədbir görəcək. Bu, quruluşun vəzifəsidir. İslam quruluşu imkan verməyəcək ki, kimlərsə düşmənin hiylə və təxribatına uyub xalqın həyatını korlasınlar, asayişini pozsunlar, gənclərini təhdid etsinlər. Bu ölkənin övladları əzizdir; hamı əzizdir. Quruluş buna imkan verməyəcək.125

Page 83: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Hadisələrin pərdə arxasındakı cinayətkarlarına qarşı tədbir

Dostlarımızdan bir neçəsinin sözlərində olan mühüm bir məsələ son hadisələrin pərdə arxasındakı cinayətkarları barədə idi. Soruşurdular ki, bunlar nə üçün mühakimə olunmurlar? Nə üçün cəzalandırılmırlar? Nə üçün bunlara qarşı tədbir görülmür? Mən sizə deyim: belə əhəmiyyətli hadisələrdə təxminlə, gümanla, şayiə və bu kimi məsələlərlə hərəkət etmək olmaz. Biz bu inqilabı və bu əzəmətli quruluşu böyük bir xalqın mücahidliyinin, istər inqilab dövründə, istər müqəddəs müdafiə dövründə, istər ondan sonra bu günə qədər fədakarlıq göstərən gənclərin, müxtəlif sahələrdə çalışan və bəzən böyük işlər görən sizin özünüz kimi gənclərin möhtəşəm fədakarlıqlarının məhsulu bilirik. Biz bu quruluşun ümumi rəhbərlik qərarının lazım olduğu səviyyədə davamını və ümumi hərəkətini təxmin, güman və bu kimi məsələlərlə əsaslandıra bilmərik.

Siz bunu bilin ki, cinayətlərə heç bir güzəşt olunmayacaq. Lakin biz – ya mən, ya siz; fərqi yoxdur - istər tələbə olan, dilinizin açıq olduğu və rahat danışa bilən sizlərin, istərsə də uzun illərin təcrübəsini daşıyan mənim bu cəhətdən fərqimiz yoxdur. Biz əmr edə bilmərik ki, məhkəmə belə hökm çıxarsın. Xeyr, məhkəmə gərək baxsın; əgər bir şəxsin istər siyasi sahədə, istər iqtisadi sahədə, istər digər sahələrdə cinayəti üçün dəlillər tapsa, ona uyğun hökm etsin. Sizin eşitdiyiniz bu şayiələri mən də çox eşidirəm. Bu şayiələrin bir çoxunun həqiqətə uyğun olması və insanın onun üçün bəzi sübut və faktlar tapması da mümkündür. Lakin pərakəndə faktlar kiminsə əleyhinə bir cinayəti isbat edə bilməz; bunu yaddan çıxarmayın. Buna görə belə deyil ki, pərdə arxasında qəti bir cinayətkarın olduğunu və məhkəmənin hansısa səbəbdən onun cinayətindən keçməsini fərz edək.

Bunun kənarında başqa bir məqam var. Quruluşun geniş miqyasda bəzi məsələlərə dair gördüyü işlərdə bütün cəhətlər nəzərə alınmalıdır; məsələlərə bircəhətli baxmaq olmaz. Düşünürəm ki, siz belə baxsanız, indiyədək görülənlər və gələcəkdə görüləcək işlər hər bir insaflı zehni qane edəcək.126

Page 84: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Fiziki, maddi və mənəvi baxımdan zərərçəkənlərə dəstək Görülməli işlərdən biri ölkə məmurlarının bu son hadisələrdə

fiziki, maddi və yaxud mənəvi baxımdan zərərçəkənlərə kömək etməsidir. Zərərçəkənlər himayə olunmalı, zərər yetirənlər isə tapılıb cəzalandırılmalıdırlar; kim olurlar-olsunlar.127

Əcnəbilərin düşmən mövqelərinin və hərəkətlərinin gələcək münasibətlərdə nəzərə alınması

İslam Respublikası quruluşunun otuzillik müqavimət təcrübəsi hələ bunları oyatmamışdır. Bu xalqın hegemon və təcavüzkar başçılara vurduğu zərbələr bunları özlərinə gətirməmiş, ayıltmamışdır. Bunlar hələ də bizim ölkəmizə və xalqımıza tamah salırlar. Səhv edirlər və şübhəsiz ki, bu səhvlərinin cəzasını çəkəcəklər.

Biz bu dövlətlərin düşmən fikirlərini və rəftarlarını hesablayacaq, onların adına qeyd edəcəyik; bunu bilsinlər. Bu işlərin İslam Respublikasının bu müdaxiləçilərlə gələcək münasibətlərində şübhəsiz ki, mənfi təsiri olacaq. Bunu bilsinlər, anlasınlar ki, İran xalqı hegemonluğu qəbul edən xalq deyil, qüdrətli xalqdır; İslam Respublikası quruluşu köklü və möhkəm quruluşdur.128

Hadisələr zamanı törədilən cinayət və qanun pozuntularına qarşı tədbir

Dostların sözlərində olan başqa bir mövzu bu hadisələrdə naməlum qüvvələr tərəfindən baş verən qanun pozuntuları və hətta cinayətlərdir. Siz universitet məsələsi, yaxud bu qəbildən olan digər məsələlərə işarə vurdunuz - universitet məhəlləsini əziz tələbələrin bir neçəsi təkrar etdi; bu müddətdə universitet məhəlləsinə bənzər başqa hadisələr də baş vermişdir - yaxud məsələn, Kəhrizək hadisəsini dedilər. Bu hadisələr həqiqətən icraçı orqanların problemlərindən biridir. Əvvəla bunu qəti şəkildə bilin ki, bunlara qarşı tədbir görüləcək. İndi ajiotaj yaratmaq istəmirik ki, sərəncam verək, bu sərəncam mediada işıqlandırılsın, sonra bir əlavə vurulsun və sair. Mən belə təbliğatı uyğun saymıram, lakin ilk

Page 85: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

günlərdən sərəncam verilib və bəzi şəxslər bu işlərlə məşğuldurlar. İşlər isə düzgün, diqqətlə və ehtiyatla aparılmalıdır.

Bəlli gecədə Universitet məhəlləsində şübhəsiz, böyük qanun pozuntuları baş vermiş, pis işlər görülmüşdür. Biz demişik ki, bu iş üçün xüsusi iş açılsın, bununla dəqiq şəkildə məşğul olsunlar, cinayətkarları tapsınlar və tapandan sonra təşkilati əlaqələrinə əsla baxmadan cəzalandırsınlar. Bunu mən qətiyyətlə demişəm.

Mən fəaliyyətlərinə görə təhlükəsizlik polisimizə, nizam-intizam polisimizə və Bəsic təşkilatına təşəkkür edirəm. Bunlar çox böyük və yaxşı işlər gördülər. Lakin bu başqa bir mövzudur. Əgər bu orqanlardan hər hansı birinə bağlı olan bir şəxs bir qanun pozuntusuna yol vermişsə, bir cinayət törətmişsə, o da ayrıca araşdırılmalıdır. Cinayətlərinə görə nə bunların xidmətini görməzdən gəlməliyik, nə də xidmətlərinə görə cinayətlərinin üstünü örtməliyik. Mütləq araşdırılmalıdır və araşdırılacaq. Kəhrizək məsələsi də həmçinin elan olundu və yayımlandı. Universitet məhəlləsi hadisəsi ilə də məşğul olurlar. Hətta bu hadisədə yaxınları qətlə yetirilən - bunlar azdır - yaxud maddi zərər çəkən şəxslərin hər biri üçün ayrı iş açacaqlar. Fərman vermişik, demişik və bu məsələlərlə maraqlanacağıq.129

Bu hadisələrdə hər hansı bir şəxs tərəfindən hər hansı bir şəkildə zərər görən bütün şəxslər bilsinlər ki, quruluşun rəhm etmək niyyəti yoxdur. Quruluşa açıq şəkildə qarşı çıxan şəxslərlə yumşaq davranmadığımız, qanun və haqq mövqeyində durmağı düşündüyümüz kimi, quruluşa aid olan bir təşkilatda da qanun pozuntusu baş versə, pis bir iş görülsə, Allah eləməmiş, bir cinayət törədilsə, yenə də mənim fikrim budur. Biz qanun və haqq mövqeyində durmalıyıq. Allah-Taala kömək etsin və istədiyimiz işi görə bilək. Məmurlar da bu sahədə çalışırlar. İnşallah elə olacaq.130

Maksimum cəzb və minimum dəf etməkKiminsə müxalif fikri olsa, quruluşla işi olmasa, quruluşun

onunla işi olmaz. Bəzi adamlar deyirlər ki, quruluş fərqli düşünənlərlə necə rəftar edir? Quruluşun fərqli düşünənlərlə işi yoxdur. Bu qədər fərqli düşünən var. Siyasi cəhətdən fərqli düşünən hər halda, dini cəhətdən fərqli düşünəndən üstün deyil.

Page 86: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Bizdə fərqli düşünən dini azlıqlar var, İslam Şurası Məclisində təmsil olunurlar, müxtəlif vəzifələrdə də çalışırlar. Odur ki, söhbət fərqli düşünmədən yox, müxalifət, qarşı çıxmaq, zərbə vurmaq, quruluşun və inqilabın qarşısında xəncər çəkməkdən gedir. Quruluşun tədbir gördüyü budur. Amma fikir ayrılığı üslublarda olsa, zərərli deyil və faydalıdır.

Eybi yoxdur ki, ölkə məmurlarının, ölkənin vəzifəli şəxslərinin tənqidçiləri olsun, zəif cəhətlərini onlara göstərsinlər. İnsan rəqabət aparanda və tənqidçi qarşısında duranda daha yaxşı işləyir. Tənqidçilərin və hər hansı bir üsulu qəbul etməyən şəxslərin quruluşa ziyanı yoxdur, lakin quruluş çərçivəsində olmalıdır. Bunun eybi yoxdur və bu müxalifət zərərli müxalifət deyil. Quruluş da əsla belə müxalifətə qarşı çıxmır. Lakin tənqid prinsiplər çərçivəsində olmalıdır. İnqilabın prinsipləri bəllidir. İnqilabın prinsipləri şəxsi üslublar deyil ki, hərə bir tərəfdən iddia qaldırsın, sonra o prinsiplərə baxdıqda inqilaba yad olduğunu görək. İnqilabın prinsipləri İslamdır, konstitusiyadır, imamın tövsiyələridir, imamın vəsiyyətnaməsidir, yazılması konstitusiyada müəyyən olunmuş ümumi siyasətlərdir. Bu çərçivədə fikir ayrılığı, üslub fərqi eyib deyil, yaxşıdır; zərərli deyil, faydalıdır. Belə çəkişmələrdə quruluş heç kimlə toqquşmur. İnsanlar prinsiplər çərçivəsində rəftar etdikləri, kobudluq göstərmədikləri, cəmiyyətin təhlükəsizliyini və sabitliyini pozmadıqları, belə yanlış işlər görmədikləri, yalan və şayiə yaymadıqları təqdirdə quruluşun heç kimlə bir problemi yoxdur. Müxaliflər var, onların öz fikirləri var və fikirlərini bəyan edirlər. Quruluşun bunlarla işi yoxdur. Quruluş burada maksimum cəzb edib minimum dəf etməyi düşünür. Quruluşun üsulu budur; buna hamı diqqət yetirsin. Rəsmi nəzərlərə müxalif fikri olan şəxslər özlərini bu çərçivədə müqayisə edə bilərlər. Lakin kimsə quruluşun əsaslarına qarşı çıxsa, xalqın təhlükəsizliyinə müxalif olsa, quruluş ona qarşı tədbir görməyə məcburdur.131

Mən dəf etməyi əsla düzgün saymıram. Mən cümə namazında da dedim ki, fikrim maksimum cəzb etmək və minimum dəf etməkdir. Amma bəziləri sanki özləri quruluşdan uzaqlaşmaqda israrlıdırlar. Seçki mübarizələrindən ibarət olan ailədaxili, quruluşdaxili bir fikir ayrılığını bir qrup adam quruluşla mübarizəyə

Page 87: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

çevirdi. Əlbəttə, bunlar az, kiçik və İran xalqının əzəməti qarşısında sıfırdırlar. Lakin bunların lehinə şüar verirlər, bunlar da sevinirlər. Bu, ibrət olmalıdır.132

Mesajlar, təcrübələr, dərslərXalqı səhnəyə çıxarmaqda İslam Respublikasının qüdrətiBu seçkilərin ilk mesajı bu idi ki, İslam Respublikası otuz ildən

sonra xalqı normal dünya rekordlarını keçəcək həddə səhnəyə gətirmək və mili səfərbərlik yaratmaq gücünə malikdir. Bəzi qüvvələr bu illər ərzində İslam quruluşunun getdikcə köhnəlməsini, xalqın gözündən düşməsini və xalqı səfərbər etmək gücünü itirməsini gözləyirdilər. Bu seçkilər isə göstərdi ki, İslam quruluşunun xalqı səfərbər etmək gücü getdikcə artmış və xalqın etimadını qazanmaqda daha uğurlu olmuşdur. Bu çox mühüm məsələdir. Bəzi kənar hadisələr bu mühüm məsələləri nəzərdən qaçırır. Bu seçkilərdə aşkara çıxan həqiqət budur ki, İslam inqilabı və İslam quruluşu elə canlı, cazibəli və inkişafdadır ki, otuz il ötəndən sonra xalqı bu həddə səhnəyə çıxarmaq gücünə malikdir. Səksən beş faizli bir göstərici bütün dünya miqyasında misilsiz, yaxud ən azı misli az olan bir rekorddur.133

Bir quruluş üçün ən böyük nailiyyət budur ki, xalq onun arxasında dursun. Düşmənlər bu xalq hərəkətini pozmaq istədilər; dedilər ki, yürüş hökumətin yürüşü idi. Ağılsızlar anlamırlar ki, bu sözlə hökuməti tərifləyirlər. Bu necə hökumətdir ki, iki gün ərzində bütün ölkədə belə möhtəşəm milli səfərbərlik yarada bilir?! Aşurada, yəni bazar günü o çirkin işləri törətdilər, çərşənbə günü isə bu möhtəşəm yürüş keçrildi. Bu gün başqa hansı ölkənin və hansı hökumətin belə gücü var?! Dünyanın ən güclü və ən sərvətli hökumətləri - casus və terrorçu yetişdirmək və digər pozucu fəaliyyətlər üçün çoxlu pullar xərcləyən hökumətlər bütün səylərini toplasalar, iki gün ərzində şəhərlərinin, yaxud ölkənin küçələrinə yüz min adam çıxara bilməzlər. Ölkə boyu on milyonlarla insan küçələrə çıxdı. Əgər hökumətin tapşırığı ilə gəlmişlərsə, bu çox iqtidarlı hökumətdir. Belə səfərbərlik imkanına malik olan hökumət çox güclü hökumətdir. Lakin sözləri doğru deyil. Həqiqət budur ki, bizim ölkəmizdə hökumət və xalq ayrılığı yoxdur, hamısı birdir. Bu

Page 88: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bəndənizdən tutmuş digərlərinə qədər dövlət məmurlarının hər biri bu xalqın əzəmətli okeanında damlalardır.134

Quruluşun respublika olmasının isbatıBu izdihamlı və unudulmaz seçkilər göstərdi ki, İran xalqı

ölkənin idarəsi üçün məsuliyyət hiss edir, öz iradəsi, ixtiyarı ilə səhnəyə çıxır və ölkənin məmurlarını seçir. Bu, quruluş və inqilab üçün çox mühüm bir məsələdir. Bizim böyük xalqımız seçkilərdə 85 faiz iştirakı ilə əslində inqilabla yenidən beyət etdi, sonra da 25 milyona yaxın səslə prezidenti seçdi. Bu da bizim hökumət və prezidentlərimiz üçün yeni bir rekord idi. Bütün bunların mesajı var; həm 85 faizlik və 40 milyonluq iştirakın mesajları var, həm də 25 milyona yaxın bu seçimin. Bunların mesajı var və bu mesajları bilmək lazımdır. Əgər bir hökumət və məmurlar bu mesajları düzgün dərk etsələr, cəmiyyətin siyasi elitası və görkəmli şəxsiyyətləri bu mesajlara diqqətlə baxsalar, çoxlu problemlər həll olunar.

Bu seçkilərdə bizim xalqımız və daha doğrusu inqilabımız özünün respublika olmasını güclü şəkildə isbat etdi. Bu 85 faizlik iştirak daim inqilabın və İslamın əleyhinə danışan, quruluşun respublikaçılığının təməllərində səhv axtaran düşmənlərin başına respublikaçılıq zərbəsi idi. O izdihamlı iştirak bunu göstərirdi. Sonra da gördünüz ki, möhtərəm namizədlərin sözlərində əksərən imamın xəttini davam etdirmək, dəyərlərə təmayül və sevgi görünürdü. Bəzən bu ümumi xəttə uyğun olmayan sözlər də deyilirdi, lakin hamı sözlərində imamın yoluna, xəttinə, inqilaba və onun təməllərinə vurğun olduğunu göstərmək istəyirdi. Bu çox mühüm məsələdir. Bu onu göstərir ki, hamı İran xalqının bunlara meylli olduğunu hiss edir. Bu, İran xalqının ümumi hərəkət istiqamətini göstərir; yəni islamiyyət və ilahi əmr qarşısında itaət istiqaməti. Bizim böyük imamımız bunun timsalı idi. Buna əsasən, bu seçkilərdə quruluşun həm respublikaçılığı, həm də islamiyyəti möhkəmləndi, təsdiqləndi. Bunlar mühüm mesajlardır. Bunları dərk etmək lazımdır.135

Xalqla İslam quruluşu arasında qarşılıqlı etimad

Page 89: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Bu seçkilərin və xalqın bu möhtəşəm iştirakının başqa bir mesajı İslam quruluşu ilə xalq arasında qarşılıqlı etimadın olmasıdır. Bu seçkilərdə müxtəlif təmayüllü insanların dialoqu və rəqabətə qoşulması, eləcə də müxtəlif fikirləri səhnəyə gətirmək üçün imkan yarandı. Bu, quruluşun özünəinamının əlamətidir və onun öz xalqına etimadını göstərir. Qarşılıqlı olaraq xalq da quruluşa etimad etdi, gəlib öz səsini seçki qutularına saldı. Əgər quruluşa etimad olmasa, xalqın bu diqqəti olmaz. Xalqın etimadsızlığından dəm vuran bu şəxslər qərəzli olmasalar, qafildirlər. Bundan güclü hansı etimad ola bilər?! Xalq seçkilərdə iştirak edib quruluşuna və hökumətinə etimad göstərir, öz səsini onlara tapşırır və səsvermənin nəticələrinin elan olunmasını gözləyir. Bu, xalqın yüksək etimadıdır. Allahın yardımı və lütfü ilə bu etimad hələ də var. Biz ölkə məmurlarından və müxtəlif sahələrin məsul şəxslərindən gözləyirik ki, öz rəftarları ilə bu etimadı artırsınlar. Bu, İslam quruluşunun əsas sərvətidir.136

Bir qrup düşmən və bir qrup qafil insan tərəfindən yaradılmış kənar məsələlər qurtaracaq, əsas məsələ ilə qalacaq. Əsas məsələ odur ki, möhtəşəm bir seçkidə İran xalqının təxminən qırx milyonu iştirak etdi. Əsas məsələ budur. İnqilabdan otuz il sonra qırx milyon insan özünün quruluşa etimadını və gələcəyə ümidini bu formada göstərdi. Bu qalacaq. Əsas məsələ budur ki, xalqın iyirmi dörd milyondan artıq səsi ilə bir prezident seçilmişdir. Əsas məsələlər bunlardır. Kənar məsələlər, toz-dumanlar, qatqılar, düşməni sevindirən iş və sözlər bitəcək, amma bu həqiqət qalacaq: "Köpük heç bir şey olmadığı üçün uçub gedər, insanlara fayda verən bir şey isə yer üzündə qalar"137.

Seçkilərdən sonra yaradılan və dəstəklənən bütün bu çaxnaşmalar inqilabın ictimai dayağına zərbə vurmaq və onu inqilabdan almaq üçün idi. Mən dedim ki, xalqın bu quruluşa inamının dəlili qırx milyon nəfərin seçkilərdə iştirakıdır. Əcnəbi radiolar və təəssüf ki, daxildən onların səsinə səs verənlər daim təkrar və təkid edirdilər ki, xalqın quruluşa inamı yoxdur. Bu, həmin sözün cavabıdır. Biz orada dedik ki, xalqın 85 faizinin seçkilərə qatılması, qırx milyon insanın seçki məntəqələrinə gedib hər hansı bir namizədə səs verməsi xalqın quruluşa inamını

Page 90: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

göstərir. Həqiqətən də belədir. Bunlar bu sözün yalan olduğunu göstərmək üçün təkrar-təkrar təbliğat apardılar ki, xalqın inamı sarsılıb, nə edək? Bəzi adamlar da xeyirxah görkəmində dedilər ki, inamın qayıtması üçün nə edək? Xalq quruluşa inanır, quruluş da xalqa. İnşallah iki-üç ildən sonrakı seçkilərdə də bu xalq müxaliflərin, düşmənlərin, daxildəki qafil və bixəbərlərin həmin aktyorluğuna rəğmən, seçkilərdə yüksək səviyyədə iştirak edəcək.138

Xalqın ümidi və həvəsi Bu seçkilərdə başqa bir mesaj xalqda həvəs və ümidin

olmasıdır. Əlbəttə, bizim ölkəmizdə və cəmiyyətimizdə bu təbii bir məsələdir. Çünki ölkəmizin əksəriyyəti gənclərdən ibarətdir və gənclik dövrü həvəs və ümidin əsas dövrüdür. Ümidlə işə qoşuldular. Əgər gələcəyə ümid olmasa, ümidsiz və qəmli şəxs seçkilərə getməz. Xalqın və gənclərin iştirakı onların ümidli olmasını göstərir.139

Xalqın sayıqlığı Ötən ildəki fitnə düşmənlərin təxribatının bir nümunəsi idi.

Fitnə idi; yəni bəzi şəxslər haqlı şüarları tam nahaq məqsədlə və xalqı aldatmaq üçün irəli sürürdülər. Lakin uğursuz oldu. Fitnə yaratmaqda məqsəd xalqı azdırmaqdır. Siz baxın, fitnə ilə mübarizədə bizim xalqımızın özü ayağa qalxdı, 9 deydə (30 dekabrda) ölkənin hər bir yerində fitnəkarlara möhkəm zərbə vuruldu. Bu işi xalqın özü etdi. Natiqlərin, böyüklərin və hamının dəfələrlə dediyi kimi, bu hərəkət bir özfəaliyyət hərəkəti idi. Bu çox mənalıdır. Bu, xalqın ayıq-sayıq olduğunu göstərir. Bizim düşmənlərimiz bu mesajı almalıdırlar. Quruluşla xalqı bir-birindən ayıra biləcəklərini düşünən şəxslər baxıb görsünlər ki, bu quruluş xalqın özünün quruluşudur, xalqa məxsusdur. Bizim quruluşun üstün cəhəti onun xalqa məxsusluğudur. Bütün varlığı ilə bu ölkədə İslam Respublikası quruluşunu, İslamı və bu yüksəlmiş bayrağı saxlayan birinci növbədə xalqın özüdür. Bizim düşmənlərimiz bunu bilsinlər. Hegemon dövlətlərin və birinci növbədə Amerikanın başçıları bizim xalqımız əleyhinə danışır, təxribat aparır, bəzən

Page 91: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

şüar verir, bəzən aldadıcı sözlər deyir, bəzən açıq şəkildə düşmənlik edir, bəzən də pərdə arxasında gizlənirlər. Bunların hamısı İran məsələləri və İran xalqı barədə düzgün təhlillərinin olmamasına görədir. Bizim xalqımız ayıq və sayıq xalqdır.140

Hətta ən yaxşı şəraitlərdə də düşmənin zərbə vurmaq imkanı

Bu seçkilərin təcrübələri də oldu. Bizim xalqımız və məmurlarımız üçün bir təcrübə bu idi ki, inqilabın və müsəlman İranın düşmənlərinin həmişə, hətta ən yaxşı şəraitlərdə də bizə zərər yetirməsinin mümkünlüyünə inanaq. Mən təkid edirəm ki, hamımız bu təcrübəni ciddi sayaq; həm məmurlar ciddi saysınlar, həm də xalq. Düşmənin pusqu qurmasını həmişə diqqətdə saxlamalıyıq. İran xalqının ümumi hərəkətinə zərbə vurulmasının mümkünlüyünü unutmaq təhlükəli bir şeydir. Sayıq olun. Bu, Möminlər əmirinin tövsiyəsidir: "İnsan yatıbsa, (bilsin ki,) düşməni yatmamışdır". Siyasi həyatda yuxuya qalmayaq; səngərlərdə bizi yuxu aparmasın. Əgər sən yatsan, bil ki, düşmənin oyaq olması mümkündür. Bu, təhlil deyil, informasiyadır. İslam Respublikası quruluşunun düşmənləri İslam quruluşunun xalq üçün yaratdığı azad şəraitdə xalqa başağrısı və narahatlıq yaratmağa səy göstərdilər, çalışdılar, pul xərclədilər, çoxlu media qurumlarını işə saldılar, çoxlu qüvvələrini səfərbər etdilər ki, İran xalqı üçün böyük bir milli bayram hesab olunan bu vəziyyəti onun əleyhinə çevirsinlər; buna çalışdılar. Bu təcrübə bizim hamımız və bütün xalq üçün xəbərdaredici təcrübə olmalıdır. Əgər biz siyasi və ictimai həyatda bir-birimizə bədbin olsaq, bir-birimizə düşmən gözü ilə baxsaq, bizim həqiqi düşmənlərimiz üçün bu imkan yaranacaq. Əgər düşünməsək, ayıqlığımız olmasa, düşmənlərin inqilab üçün pusqu qurduğunu unutsaq, zərər görəcəyik. Bu, bizim üçün təcrübə oldu.

İnqilabın əvvəlindən bizdə heç zaman qırx milyonluq, səksən beş faizlik seçki keçirilməmişdi. Bu seçkilərdə ilk dəfə belə böyük fürsət qarşıya çıxdı. Amma bu böyük fürsətdə, bu böyük sevincdə bəzi əllər İran xalqına zərbə vurmağa qalxdılar. Ayıq olmaq lazımdır. Bu ayıqlıq yalnız dildə deyil, xalq, müxtəlif siyasi qruplar,

Page 92: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

ölkəni və İslam quruluşunu sevənlər, hamı və hamı sözün həqiqi mənasında ayıq olmalı və aldanmamalıdırlar.

Bir müddət öncədən bəzi əllər işləyir və seçki dövründən İran xalqı əleyhinə istifadə etmək üçün hazırlıq görürdülər. Xoşbəxtlikdən İran xalqı sayıq oldu və sayıqdır. Qarışıqlıq yaratdılar, ağızları bir qədər acılatdılar, amma istədikləri işi görə bilmədilər. Bu, siz xalqın sayıqlığına görə belə oldu. Bu, bizim üçün təcrübə oldu ki, düşmənimizin pusquda durduğunu bilək.141

Böyük qələbələrdən sonra böyük təhlükələrAdətən böyük qələbələrdən sonra böyük təhlükələr yaranır.

Baxın, Xürrəmşəhrin azad edilməsi çox böyük bir qələbə idi. Xatırlayanlar bilirlər ki, 1982-ci ildə baş verən bu qələbə çox möhtəşəm bir iş idi; həm siyasi cəhətdən mühüm idi, həm hərbi cəhətdən çox mürəkkəb və mühüm idi, həm də ictimai cəhətdən, ümumi baxış və ictimai rəy cəhətindən çox əhəmiyyətli və təsirli idi. Hər cəhətdən böyük iş idi. Müxtəlif yerlərdən çoxlu insanlar gəldilər. Mən o zaman prezident idim. Beş, altı və bəlkə də yeddi ölkənin prezidentləri gəlib burada bizimlə görüşdülər və açıq şəkildə dedilər ki, bu böyük qələbədən sonra sizin vəziyyətiniz fərqlənmişdir. Yəni bu hadisənin daxili və xarici cəhətləri bu qədər əzəmətli idi. İmam həqiqətən bir müəllim, əxlaq müəllimi idi. Bu qədər möhtəşəm və bu qədər böyük bir hadisə baş verəndə, o saat küçədə xalqın ruhiyyəsində təsiri görünən kimi imam dərdi hiss edib dərhal dərmanını verdi: "Xürrəmşəhri Allah azad etdi".

Bunun mənası o idi ki, bu qədər çətinlik görmüş, bu qədər əziyyət çəkmiş komandirlər - biz bu Beytülmüqəddəs əməliyyatının qələbəsində çoxlu yaxşı və böyük şəhidlər verdik - bütün bu zəhmətlərə və bu böyük işə görə qürurlanmasınlar. Hakimiyyətin başında oturan siyasilər bu sahədə yaranmış böyük qələbəyə görə məğrur olmasınlar: "(Ey Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı".

Mən və siz bir kimsə deyilik, işi görən Allahın qüdrət əlidir. Mən və siz yalnız vasitələrik; əgər ağlımızı və ixtiyarımızı işlətsək, bu məqsəddən ötrü bizdən istifadə olunacaq, fəxri və şərəfi də bizə

Page 93: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

qalacaq. Lakin əgər biz də olmasaq, "Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər".

Allahın işi yerdə qalmayacaq. Bu təbii bir hərəkət, təbiətin və tarixin qanunudur: "Allahın əvvəldən qoyduğu qayda-qanun belədir". Quranın müxtəlif yerlərində müxtəlif ibarələrlə belə deyilmişdir: "Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!" Bu, ilahi qanundur. "Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. (Ey Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun belədir". Bu bir yeridir. "Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!"; Yəni əgər siz meydana atılsanız, düşməninizə qələbə çalacaqsınız. Bu, Allahın qanunudur. Bu qələbə bir gündə, bir ildə baş verməyə bilər, amma sonu budur. Bu qələbə mütləq baş verəcək. Haqq cəbhəsində məğlubiyyətin mənası yoxdur. Yalnız haqq tərəfdarları meydanda olmadıqda və lazımi işi görmədikdə belə ola bilər. Odur ki, iş Allahın işidir: "(Ey Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı". Burada da belədir. Siz məmurlar, möhtərəm prezident və bu hərəkəti sevən bütün şəxslər günbəgün ilahi lütfün və xalqın qəlbini bu səmtə yönəldən qüdrət əlinin qədrini daha artıq bilin.142

Mənim fikrimcə, 2009-cu il fitnəsi də belə idi; bizim üçün bir zəng, bir həyəcan siqnalı idi. Bir seçkidə qırx milyon insan iştirak etdi. Bizim hamımız gecəyə qədər baxıb sevinirdik ki, xalq seçki məntəqələrinə gedir və səs verir. Düzdür, hələ say deyilməmişdi, amma hamı həzz alırdı. Birdən bir tərəfdən bir fitnə başladı. Bu bizi oyadır və deyir ki, yatmayın, qafil olmayın, sizin qarşısınızda təhlükələr var və o təhlükələr bunlardır. Mənim fikrimcə, bütün hadisələrə belə baxmaq lazımdır.143

İslam Respublikasına qarşı yumşaq müharibədə düşmənin prioritetinin dəyişməsi

Bu gün hamı bilir ki, hegemonizmin İslam Respublikası quruluşu ilə mübarizəsi inqilabın ilk onilliyində olduğu kimi deyil. Həmin mübarizədə güclərini sınayıb məğlub oldular. Ağır mübarizə idi; müharibə başlatdılar, çevriliş etməyə çalışdılar. İnqilabın

Page 94: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

əvvəlində çevrilişə cəhd etdilər, amma alınmadı; milli qarşıdurmalar yaratdılar, amma alınmadı, məğlub oldular. Səkkiz il sürən bir müharibəyə başladılar, amma məğlub oldular. Daha bu üsullara əl atmayacaqlar; yəni belə ehtimal zəifdir. Təbii ki, həmişə bütün ehtimallara hazır olmaq lazımdır, lakin bu, İslam quruluşuna qarşı mübarizədə hegemonizm üçün prioritet deyil. Prioritet bu gün yumşaq müharibə deyilən məsələdir; yəni mədəni üsullarla, yalanla və şayiə yaymaqla müharibə etmək; on il, on beş il, otuz il öncə mövcud olmayan və bu gün geniş yayılmış mütərəqqi üsullarla müharibə etmək. Yumşaq müharibə xalqın qəlbində və beynində şübhə yaratmaqdır.144

İndi çıxışlarda, televiziyada, informasiya vasitələrində, məhkəmədə “yumşaq müharibə” sözü hamının dilinə düşüb. Bu doğru sözdür. Bu bir həqiqətdir. Yəni indi müharibə gedir. Əlbəttə, bu sözü mən bu gün demirəm. Müharibədən sonra - 88-ci ildən sonra dəfələrlə bunu demişəm. Səbəb budur ki, mən səhnəni görürəm. Kimsə görmürsə, mən nə edim?! Mən səhnəni görürəm, təchizatı görürəm, sıraları görürəm, nifrət və qəzəblə açılan ağızları görürəm, inqilab əleyhinə, imam əleyhinə, bütün bu amalların və bu hərəkətə könül verən bütün şəxslərin əleyhinə qeyzlə sıxılmış dişləri görürəm. İnsan bunları görür, nə etsin?! Bu bitməyib və bitmədiyinə görə hamımızın üzərinə vəzifə düşür.145

Bu gün bizə qarşı hərbi müharibə çox da ehtimal olunmur. Demirik ki, əsla mümkün deyil, amma çox ehtimal olunmur. İndiki müharibənin təhlükəsi isə hərbi müharibədən çox olmasa da, az deyil; əgər daha çox ehtiyat tələb etmirsə, az ehtiyat tələb etmir. Hərbi müharibədə düşmən bizim sərhədlərimizdəki səngərlərə hücum edir, sərhədlərimizi yarıb keçməyə çalışır. Bu gün yumşaq müharibə adlanan psixoloji müharibədə isə düşmən mənəvi səngərləri dağıtmağa çalışır; imanlara, etiqadlara, iradələrə, bir quruluşun və bir ölkənin əsas təməllərinə hücum edir. Düşmən bunları dağıtmağa və öz təbliğatında müsbət cəhətləri mənfi cəhətlərə çevirməyə çalışır; bir quruluşun fürsətlərini təhdidə çevirmək istəyir. Onlar bu işi görürlər. Bu işdə təcrübələri var, çoxlu zəhmət çəkirlər, əllərində çoxlu imkanlar da var. Gərək düşmənin və düşmənliyin bütün cəhətlərini bilək və ona qalib

Page 95: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

gələk. Əlbəttə, bizdə Allahın yardımı var, şübhəsiz ki, qeybi köməklər var. İnsan bunu müşahidə edir, lakin ayıq şəkildə səhnədə olmayınca, lazımi tədbirləri almayınca ilahi yardım bizə şamil olmayacaq.146

Quruluşun və İslam inqilabının əzəmətinin düşmənə aşkarlanması

Mənim fikrimcə, bizim düşmənlərimiz də bu seçkilərdən bir təcrübə toplamalıdırlar; əgər toplamayıblarsa, toplasınlar. O təcrübə budur: Düşmən, qarşısında kimin durduğunu bilsin, İslam quruluşu və İslam inqilabı haqda səhvə düşməsin. Elə bilməsinlər ki, İslam inqilabını və quruluşunu belə səfeh işlərlə diz çökürmək olar. İslam quruluşu canlıdır. Elə bilməsinlər ki, xalqın 1979-cu il inqilabındakı möhtəşəm fəallığına dair yanlış bir təqlidlə, o inqilabın bir karikaturu ilə İslam inqilabının və quruluşunun əzəmətinə zərbə vura bilərlər. Bu təcrübə düşmənin qarşısına çıxmış olmalıdır; səhv etməsinlər. İslam quruluşu bu işlərlə məğlub olmayacaq.

Bu inqilabın və quruluşun əzəməti və İslam Respublikası quruluşunun gücü son bir-iki ayda baş verən hadisələrdə daha çox İslam Respublikasının düşmənlərinə aşkar oldu. Bu xalq imanlı, sayıq və istedadlı xalqdır. Zirar məscidi ilə bu xalqı məğlub etmək olmaz. Tarixdə bizim özümüzün buna dair nümunələrimiz var: "(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldənlər..." Bizim ürəkdən, candan və bütün vücudu ilə Qurana bürünmüş böyük imamımızı - inqilabın əziz və böyük rəhbərini yamsılamaqla bu xalqı aldatmaq olmaz. Bu xalqın qəlbi imanla işıqlanmışdır. Bu xalq ayıqdır. Bizim gənclərimiz ayıqdırlar. Bu, düşmən üçün bir təcrübədir.147

Kiçik səhvlərin böyük səhvlərə səbəb olması və insanın fəsada çəkilməsi

Siyasi fəalların, məmurların, iqtidarda olanların, müxtəlif vəzifə sahiblərinin və nüfuzlu şəxslərin ciddi şəkildə ehtiyatlanmalı

Page 96: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

olduğu başqa bir məsələ şəxsi yayınma və fəsada uğrama məsələsidir. Hamımız ehtiyatlı olmalıyıq. İnsanlar fəsad və yayınma təhlükəsi qarşısındadırlar. Bəzən kiçik səhvlər insanın böyük və daha böyük səhvlərə və bəzən dərin uçurumlara yuvarlanması ilə nəticələnir. Çox ehtiyatlı olmaq lazımdır. Quran xəbərdarlıq etmişdir. Quranın müxtəlif yerlərində bu xəbərdarlıq mövcuddur. Bir yerdə buyurur: "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu". Bəzi işlərin nəticəsi elədir ki, insan ilahi ayələri təkzib etməkdən ibarət olan ən pis yerə çatır. Bir yerdə buyurur: "(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı". Allaha verdikləri sözə əməl etmədilər və bu, qəlblərində nifaqın yaranmasına bais oldu. Yəni insan bir günah edir bu günah onu nifaqa çəkir. Nifaq daxili küfrdür. Quranda kafir və münafiqlərin adı yan-yana çəkilir. Başqa bir ayədə buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi". Bir qrupun düşmən qarşısında məğlub olub tab gətirmədiklərini və dayana bilmədiklərini görürsünüzsə, bu, onların qabaqca gördüyü işlərə görədir; öz daxillərini günah və xəta ilə qaraltmışlar. Səhvlər insanı fəsada çəkir, bu fəsad əməldə və bəzən etiqadda yayınma ilə nəticələnir. Bu da tədricən baş verir, birdən-birə olmur ki, biz bir nəfərin gecə mömin yatdığını və səhər yuxudan münafiq kimi oyandığını düşünək. Xeyr, tədricən və yavaş-yavaş baş verir. Bunun çarəsi özündən ehtiyatlı olmaqdır və bu, təqva adlanır. Deməli, əlacı təqva və muğayat olmaqdır. Yaxınlar muğayat olsunlar, xanımlar öz ərlərindən, ərlər öz həyat yoldaşlarından, yaxın dostlar bir-birindən: "Haqqa və dözümə tövsiyə edərlər". Bir-birimizdən muğayat olaq. Xalq məmurlara öyüd-nəsihət versin; onlara yazsınlar, desinlər, xəbər göndərsinlər ki, səhvə düşməsinlər. Məsul şəxslərin səhvlərinin quruluşa, ölkəyə və xalqa təhlükələri də çox olur. İnsan hərdən bəzi söz və hərəkətlərdə bunu hiss edir, belə bir yayınmanın əlamətləri müşahidə olunur. Allaha sığınmaq və Allahdan kömək istəmək lazımdır.148

Page 97: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Daxildə təxribatın mərkəzinə çevrilmiş şəxsin bunu bilməməsinin mümkünlüyü

Təxribat xəyal deyil, bir həqiqətdir; hər tərəfdə təxribat aparılır, ölkə daxilində o təxribat hərəkətlərinin mərkəzi olan şəxsin özünün ümumiyyətlə bilməməsi də mümkündür. Bunu dərk etmək də zəka istəyir. Bəzilərində bu zəka yoxdur. Biz insanları sınadıq; kimin sazına rəqs etdiklərini anlamırlar. Lakin bu, reallığı dəyişdirmir; onlar istər bilsinlər, istər bilməsinlər, istər anlasınlar, istər anlamasınlar, hər halda bu təxribatlar var.149

Mənim fikrimcə və mənim təhlilimə görə, bu məsələ seçkilərdən sonra, yaxud seçkilər ərəfəsində başlamayıb, öncədən başlamışdır. Bu, qabaqcadan hazırlanmış və planlaşdırılmışdır. Mən bu işin içində olan şəxsləri əcnəbilərə, ingilislərə, yaxud amerikalılara çalışmaqda ittiham etmirəm. Mən bunu iddia etmirəm, çünki mənə sübut olunmayanı deyə bilmərəm. Lakin deyə biləcəyim budur ki, bu cərəyan onun öncülləri bilsələr də, bilməsələr də, planlaşdırılmış bir cərəyandır və təsadüfi deyil. Bütün əlamətlər göstərir ki, bu hadisələr planlaşdırılmış və düşünülmüş idi. Əlbəttə, planlaşdıranlar onun baş tutacağına əmin deyildilər.150

Quruluşun düşmənlərin təxribatlarına qarşı zirehli quruma çevrilməsi

Mən görürəm ki, son siyasi hadisələrdə və bu otuz ilin bütün hadisələrində ölkə - yəni İslam Respublikası quruluşu tədricən toxunulmaz, və zirehli bir quruma çevrilmişdir. Zarafat deyil; siz dünyanın bu müxtəlif kəşfiyyat və təbliğat şəbəkələrinin casus, təbliğat və kəşfiyyat gücünə əhəmiyyətsiz yanaşmayın. Bunların hamısını hiss edirlər. Bunu hamı hiss edir. Bəlkə də müxtəlif sahələrdə dərin məlumatı olmayanlar az görürlər. Siz Hollivuda əhəmiyyətsiz baxmayın. Xanımların birinin dediyi kimi, Qərbdə incəsənətin təsir gücünə və Qərb dünyasında təbliğat hərflərinin çox dəqiq düzülüşünə əhəmiyyətsiz yanaşmayın. Bütün bu əzəmətli qüvvələr, üstəgəl tükənməz sərvət, üstəgəl nəhəng siyasi və təbliğat maşınları İslam Respublikasının canına düşdülər. Siz bu

Page 98: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

gün dünyada bu şəkildə hücumların hədəfinə çevrilən başqa bir ölkə tapa bilməzsiniz. İslam Respublikası isə müqavimət göstərməkdədir. Bu zarafatdır?! Bu yeddicanlı, möhkəm və toxunulmaz varlıq müqavimət göstərməkdədir. Bu kiçik məsələ deyil.

Eyni zamanda bu ölkə və bu quruluş nəinki zəifləmir, siz gənclərdən ibarət olan və inkişaf etmiş elmi cəmiyyəti on il öncədən aydın şəkildə irəlidə gedir. Bunun mənası nədir? Bunun mənası haqlılıqdır, prinsipallıqdır, köklü olmaqdır: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz gözəl bir ağac kimidir”151. Bizim etiqadımız budur. Biz etiqadla, ürəklə işləyirik. Biz çatışmazlıqları inkar etmirik. Mən çatışmazlıqları tənqidçilərin çoxundan artıq bilirəm. Lakin çatışmazlıqların aradan qaldırılmasının yolu güman edilən bu yollar deyil ki, gəlib elan verək. Xeyr, çox məsələlər elanla düzəlmir, işlə düzəlir.152

Amerikalılar ilk gündən İslam Respublikası əleyhinə təxribat aparıblar. Bu təxribatların təsirsiz olduğunu demək artıqdır; aydındır ki, təsirsiz olmuşdur. Əgər təsirsiz olmasaydı, indi İslam Respublikasından əsər-əlamət qalmazdı. Görürsünüz ki, bu gün İslam Respublikası ilk gündən on dəfələrlə daha güclüdür. Deməli, bu təxribatlar təsirsiz olmuşdur. Bu gün də daim yeni planlar hazırlayırlar, yenə təxribatlar aparırlar və ibrət almırlar. Mən təəccüb edirəm; bunlar keçmiş haqda fikirləşmirlər ki, bu qədər təxribat apardıq, İslam Respublikası əleyhinə bu qədər pullar xərclədik, bu qədər onu-bunu gördük, daxildə muzdur yetişdirdik, xaricdə onu-bunu İslam Respublikası əleyhinə səfərbər etdik, amma təsir etmədi?! İndi yenə oturub İslam Respublikasını məğlub etməkdən ötrü 45 milyon dollar büdcə ayırırlar; internet vasitəsi ilə İran inqilabını məhv etmək və İslam Respublikasını devirmək üçün büdcə ayırırlar.

Görün bu düşmən nə qədər acizdir. Siz indiyədək nə qədər 45 milyonlar xərclədiniz, İslam Repsublikasının məğlub etmək üçün diplomatik işlər gördünüz, iqtisadi embarqolar tətbiq etdiniz, müxtəlif təxribatlar apardınız, casus göndərdiniz, casus yetişdirdiniz; bunların nə faydası oldu ki, indi bu yolla işləmək və İran xalqını inqilabdan ayırmaq istəyirsiniz? Düşmən bunu anlamır.

Page 99: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Bu, Allahın qanunudur. Bu, Allah-Taalanın qafil düşmənin gözünü və qulağını bağlamasıdır ki, həqiqətləri anlamasın. Bu, düşməni qafil etməkdir: "Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaqlar". Pul xərcləyirlər və sonra onlar üçün həsrət olur; çünki faydasızdır. Mən bilmirəm bunlar Tehranda bir bəhanə ilə iğtişaş yaratmaqdan ötrü nə qədər layihələr hazırladılar və nə işlər gördülər. Allah bilir ki, bunlar nə zamandan işlər planlaşdırırlar. Nəticəsi nə oldu? Məgər xalq daha da oyanmadı?! Əgər kimsə meydana atılıb İslam Respublikası quruluşunu müdafiə etməyin lazım olmadığının düşünürdüsə, bu hadisələrdən sonra həmişə İslam Respublikasını müdafiə etməyə hazır olmağı düşünür.

Bəzən düşmənin çıxardığı bu oyunlar İslam Respublikasından bac almaqdan ötrü olur. İnqilabın əvvəlində də belə idi; bu gün-sabahların bəzisini ondan ötrü edirdilər ki, İslam Respublikası quruluşunu onları hakimiyyətə şərik etməyə vadar etsinlər. Halbuki buna haqları çatmır, xalq bunu istəmir və bunun ictimai dayağı da yoxdur. Bəzən belədir; bizim beynəlxalq düşmənlərimiz bu qalmaqalları yaradırlar ki, İslam Respublikasını bac verməyə məcbur etsinlər. Çoxlu dövlətlər belədir; bir təhlükə hiss edən kimi gedib böyük ərbabları qarşısında dayanır və bac ödəyirlər; pul verirlər, siyasi imtiyaz verirlər. İmam isə bac vermədi. Bunu hamı bilsin ki, biz də İran xalqı tərəfindən və öz tərəfimizdən heç kəsə bac verməyəcəyik.153

Zəif cəhətlərimizi görmək Seçkilər ərəfəsində, seçkilərdən sonra və öncə baş verən

hadisələr tipindən olan imtahanlarda gördük ki, bu sahələrdə zəifliyimiz və problemlərimiz var. Bu hadisələr zəif cəhətlərimizi bilməkdən ötrü bizim üçün böyük nemətdir. Bunlar silahlı qüvvələrin təlimlərinə bənzəyir. Təlim ondan ötrüdür ki, bir hərbi bölmə, hərbi təşkilat zəif cəhətlərini görsün. Bir hədəfi göstərib ona sarı hərəkət etmək əmri verilir - bütün təlimlərdə belədir - sonra peşəkar hərbçilər dayanıb yuxarıdan baxırlar. Görürlər ki, bəli, filan nöqtədə zəiflik var. Bəzən ardıcıl bacarıqsızlıqlar müşahidə olunur. Bu bizim üçün bir təlim məşqi oldu. Düzdür, bizim istəyimizlə baş vermədi, buna məcburən getdik, lakin yaxşı oldu,

Page 100: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

zəif cəhətlərimizi anladıq. Buna əsasən, bu amallar bizim başımız üzərindədir və onlara sarı hərəkət etməliyik. O zaman bu zəif cəhətlər aradan qalxacaq.154

AqibətHadisələrin quruluşda həll olunmasıGördünüz ki, ölkə bir dönəmdə çox təyinedici bir siyasi sınaqla

üz-üzə qaldı və bəzi dostların işarə vurduğu kimi, quruluş və ölkə hadisələri öz daxilində həll edə bildi. Mən öncə də dedim ki, belə hadisələrin qarşıya çıxması bizim üçün əsla gözləntidən kənar deyil. Yəni daha dəqiq ifadə etmək üçün məhz belə deməliyik: əsla gözləntidən kənar deyil. Bu qəbildən olan hadisələrin baş verməsi çox böyük ehtimalla gözlənilir. Bunun müxtəlif səbəbləri var; quruluş üçün tanıdığımız missiya, İslam üçün tanıdığımız missiya, İslam Respublikası üçün düşündüyümüz məna, İslam Respublikasının bu otuz ildə özü barədə bizə etdiyi tərif, xalqımızın və gənclərimizin sınaqdan çıxmış sayıqlığı, azadlığın mövcud olması və sair məsələlər bu hadisələri çox da gözlənilməz etmir. İslamın hökmünə əsasən ölkədə bu azadlıq olmalıdır və biz buna inanırıq.155

İslam Respublikası bu məsələlərdən daha güclü, daha dərin və daha köklüdür. İslam Respublikası olduqca daha ağır hadisələrlə üzləşmiş və hamısına üstün gəlmişdir. Ya sadəlövh, ya pis və çirkin niyyəti olan, ya da o qədər də pis niyyəti olmayan, lakin sadəlövhlük edən və məsələləri səhv anlayan dörd nəfər İslam Respublikasına qarşı çıxmışdır. Bunlar ölkəmizdə ABŞ üçün qırmızı xalça sərə bilməzlər. Bunu bilsinlər ki, İran xalqı möhkəm dayanmışdır.156

9 Dey (30 dekabr) qəhrəmanlığı Əmin olun ki, builki 9 dey də tarixdə qaldı, bu da fərqli bir gün

oldu. Bəlkə də demək olar ki, indiki qarışıq şəraitdə xalqın bu hərəkəti daha böyük əhəmiyyətə malik idi, daha böyük iş idi. İnsan hadisələr haqda nə qədər fikirləşirsə, Allah-Taalanın qüdrət əlini, vilayət əlini, Hüseyn ibn Əlinin (ə) ruhunu görür. Bu işlər bizim kimilərin iradəsi ilə görülən işlər deyil. Bu, Allahın işidir, ilahi qüdrətin işidir. Mən imamın həssas zamanlarda belə buyurduğunu dəfələrlə söyləmişəm: "Mən bütün bu müddətdə bu hadisələrin

Page 101: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

arxasında ilahi qüdrət əlini gördüm". O uzaqgörən və ayıq kişi, o Allah adamı düzgün görmüşdür.

İlin bütün günləri təbii olaraq və öz-özlüyündə eynidir. İnsanlar, bu iradə və mücahidliklər bir günü digər günlərin arasından çıxarıb qabardır, fərqləndirir və digərlərinə bələdçi olması üçün bir bayraq kimi ucaldır. Məhərrəm ayının onu olan Aşura günü öz-özlüyündə digər günlərdən fərqlənmir. Lakin Hüseyn ibn Əli (ə) bu günə can verir, məna verir, onu ərşə ucaldır; İmam Hüseynin (ə) yoldaşlarının mücahidliyi bu günə bu böyüklüyü və əhəmiyyəti bəxş edir. 19 Dey də belədir, builki 9 dey də belədir. Dey ayının doqquzu ilə onu arasında fərq yoxdur, lakin bu xalq birdən-birə bir hərəkətlə 9 deyi fərqləndirir. Bu hərəkət Qumun 19 deyini təşkil edən amillərdən - yəni ayıqlıqdan, düşməni tanımaqdan, zamanı tanımaqdan və cihada qoşulmaqdan irəli gəlmişdir.

Bütün ölkədə müxtəlif təbəqələrdən olan bu böyük xalq səhnəyə baxır, səhnəni tanıyır. Bu çox böyük və əhəmiyyətli məsələdir. Dey ayının doqquzunun tarixdə qalması buna görədir. Xalq oyaqdır. Sizin ölkənizi qoruyan amil budur, mənim əzizlərim, inqilabınızı qoruyan amil budur; hegemon başçıların İran xalqına hücum cürətini alıb onları qorxudan amil budur. İndi kimlərisə önə çıxarıb təbliğat atəşinə tuturlar, amma həqiqət başqa bir şeydir. Onların həqiqi düşməni İran xalqı, onun imanı və ayıqlığıdır. Onların həqiqi düşməni gənclərin coşan dini qeyrətidir. Bir zaman çətinliklə olsa da, dözürlər, bunu etməlidirlər də, lakin səhnədə olmaq zamanı səhnəyə çıxırlar.

Ölkəmizin cari hadisələri dünya hadisələrindən ayrı təhlil oluna bilməz. Dünyanın və regionun hadisələri bir-birinə birləşmişdir və bir hissəsi bizim ölkəmizə məxsusdur. Əlbəttə, o hissə əsas hissədir. Səbəb də budur ki, hegemonizm öz işlərinin zəifləməsinin səbəbini burada görür. Bu bir xalqın və bir cəmiyyətin hansı rolu ifa edə bildiyini göstərir. Bizim böyük imamızın daim İslam ümmətinə müraciət etməsi buna görə idi. Bir xalq oyandıqda hegemonizmin bütün proqnozlarını bu şəkildə poza, onların tikdiyi zavodu, öz hegemon məqsədlərini icra etmək üçün yaratdıqları istehsal xəttini belə zəiflədə, yaxud dayandıra bilər. Görün bütün

Page 102: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

müsəlman xalqlar səhnəyə çıxsalar, nə olar! Görün bütün müsəlman xalqlarda bu ayıqlıq, bu hazırlıq və fəallıq olsa, dünyada hansı hadisə baş verər! Bundan qorxurlar. Mənim və sizin səsimizin boğulmasını və digər xalqlara çatmamasını istəyirlər; digər xalqların bir xalqın oyanışının və ayıqlığının dünya hadisələrində nə qədər təsirli olduğunu bilməməsini istəyirlər.157

Zamanı tanımaq və ehtiyacı bilmək lazımdır. Kufədə qəlbləri İmam Hüseynə (ə) imanla dolu olan və Əhli-beytə (ə) məhəbbət bəsləyən insanlar vardı, lakin onlar bir neçə ay gec səhnəyə çıxdılar və hamısı şəhid oldular. Allahın yanında mükafatları da var, lakin görməli olduqları iş bu deyildi. Onlar zamanı tanımadılar, Aşuranı tanımadılar, işi zamanında görmədilər. Əgər təvvabin (tövbə edənlər) Aşuradan bir müddət sonra gördükləri işi cənab Müslimin Küfəyə gəldiyi zaman etsəydilər, vəziyyət dəyişərdi, hadisələr başqa məcrada hərəkət edərdi. Anları tanımaq və işi ehtiyac anında görmək çox mühüm məsələdir.

Allaha şükür olsun ki, sizin şuranız bu xüsusiyyətə malikdir. Bunun üçün çoxlu dəlillər də var. Sonuncusu bu 9 dey məsələsidir, ondan qabaqkı 10 il bundan əvvəl baş verən və burada işarə vurulan 23 tir hadisəsidir. O da anın ehtiyacı idi. Bu adi və normal bir iş deyildi. Bütün əzəməti ilə yanaşı 22 Bəhməndə xalqın yürüşü normal və tanınmış bir işdir; baş verməsi gözlənilir və baş verir. Lakin 1999-cu ilin 23 tiri adi və gözlənilən bir iş deyildi. Bu şuranın o şəraitdə bu işin lazım olduğunu bilməsi, anlaması və yerinə yetirməsi mühüm məsələ idi. Builki 9 dey hadisəsi də belədir. Zamanı tanımaq, ehtiyacı anlamaq, münasib və zəruri anda meydana atılmaq əsas məsələdir. Mömin belə olmalıdır ki, varlığı təsirli olsun və görməli olduğu görə bilsin. Allaha şükür olsun ki, Təbliğat komitəsinin Əlaqələndirmə şurası bu xüsusiyyətə malik olduğunu göstərmişdir. Həm birinci onillikdə o dövrün müxtəlif hadisələri zamanı - müqəddəs müdafiə dövründə, müqəddəs müdafiədən öncə və sonra, həm də imamın vəfatından sonrakı müxtəlif məsələlərdə. Bunlar bizim tariximizdə uca zirvələr yaratdı. Bu unudulmaz zirvələrdən biri builki 9 dey idi.158

2009-cu ilin Aşura günü təhrik olunmuş bir qrup tərəfindən İmam Hüseynə (ə) edilən hörmətsizlikdən iki gün ötməmiş xalq 9

Page 103: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

deydə (30 dekabrda) küçələrə çıxıb öz mövqeyini açıq şəkildə ortaya qoydu. Düşmən əlləri və təbliğatı xalqı nəinki dini hisslərindən uzaqlaşdıra bilmədi, hətta bu hisslər günbəgün daha gücləndi və bu inam daha dərinləşdi.159

Xalq ən güclü və son zərbəni 9 deydə və 22 bəhməndə vurdu. 22 bəhməndə İran xalqı möhtəşəm bir iş gördü; 9 deydə də həmçinin. Xalq öz birliyini nümayiş etdirdi. Siyasi məsələdə hər hansı bir namizədə səs vermiş bütün insanlar düşmənin səhnədə olduğunu, onun çirkin məqsədlərinin nə olduğunu anladıqda əvvəlcə nikbin yanaşdıqları şəxslər haqda da yenidən düşündülər; bildilər ki, inqilabın yolu budur, düzgün yol budur. 22 Bəhməndə xalq bir nəfər kimi və bir şüarla meydana çıxdı. Xalq arasında ikitirəlik yaratmağa çox çalışdılar, amma bacarmadılar və xalq möhkəm dayandı. Bu, xalqın qələbəsi idi. 22 Xordaddan 22 bəhmənə qədər sürən səkkiz ay İran xalqı üçün fəxr və ibrət dolu bir dövr idi. Bu bir dərs oldu, yeni ayıqlıq yarandı, İran xalqının ayıqlığında yeni səhifə açıldı. Bu olduqca mühüm bir təcrübədir. Bu təcrübə əsasında hərəkət etməliyik.160

22 Bəhmən qəhrəmanlığı - hamı üçün höccətin tamamlanması

Əzəmətli və heyrət doğuran İran xalqı!Möhkəm addımlarınız yorulmasın! İradə və azadlıq bayrağınız

var olsun! Allahın salamı olsun güclü iradənizə və misilsiz ayıqlığınıza! Həmişə ehtiyac anında bədxahlarla qarşıdurmanı haqqın qələbəsi ilə bitirir, izzət və əzəmət nümayiş etdirirsiniz.

Yaradana ürəkdən və candan şükürlər olsun! O, Özünün qüdrət əlini sizin iradənizdə, imanınızda və ayıqlığınızda aşkara çıxardı, İslam Respublikasının otuz birinci ildönümündə qədim bir xalqın imanına və özünəinamına arxalanan bu quruluşun gücünü və fəallığını düşmənlərə daha artıq göstərdi.

Bir neçə təkəbbürlü və hegemon dövlətin otuz bir illik sınağı və səhvi onları yuxudan oyatmağa, müsəlman İranı ələ keçirmək üçün səyin əbəs olmasını başa salmağa kifayət etmirmi?!

İnqilabın otuz birinci ildönümü bayramında on milyonlarla ayıq və məqsədli insanın fəallığı bəzən riyakarcasına xalqdan dəm

Page 104: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

vuran daxili düşmənləri və aldanmışları özünə gətirib onlara əsl Məhəmməd (s) İslamını və xalqın Böyük İmamın düzgün yolundan ibarət olan yolunu və istəyini göstərməyə kifayət etmirmi?! İran xalqının dostları və düşmənləri bilsinlər ki, bu xalq öz yolunu tutub, qərarını verib, inkişaf və səadətin zirvəsinə çatmaq üçün Allaha və Allahın bəxş etdiyi qüdrətə güvənərək qarşısındakı bütün maneələri ortadan götürəcək. Allahın yardımı və uğuru, eləcə də İmam Mehdinin (ə) duası onların dayağı olsun!161

Bu böyük ilahi möcüzənin baş verdiyi və xalqın möhtəşəm fəallığının gözləri qamaşdırdığı builki 22 bəhməndə düşmən və müxaliflər - istər inadkar, istər aldanmış müxaliflər ayrı cür fikirləşmişdilər, başqa plan cızmışdılar, başlarında ayrı hava vardı. Bir müddət öncədən çalışıb inqilabın ictimai dayağının əlamətlərindən olan 22 bəhmən tədbirlərini pozmaq, həm Tehranda, həm də digər şəhərlərdə xalq arasında çaxnaşma yaratmaq üçün işlər görmüşdülər. Bunu proqnoz etmişdilər; deyirdilər ki, 22 bəhməndə İranda daxili müharibə başlayacaq. Görün necə hazırlıq görmüşdülər ki, daxili müharibə gözləyirdilər. Bəziləri belə deyirdilər, bəziləri də 22 bəhməndə İslam Respublikası quruluşu əleyhinə müxalif üz göstərməyə ümidli idilər. Xalqın inqilabdan, İslam Respublikası quruluşundan uzaqlaşdığını və onun qarşısında dayandığını göstərmək istəyirdilər. Belə fikirləşmişdilər, belə hesablamışdılar. İran xalqı öz ayıqlığı, iradəsi və onların qəlbini oyadan ilahi qüdrət əli ilə bu müxaliflərin hamısının ağzından vurdu və onların hamısına höccəti tamamladı.162

İslam inqilabının həmişəyaşarlığının isbatı Bu gün inqilabın hərəkət və məqsədləri bizim böyük və

hikmətli imamızın ilk gündə təsvir etdikləridir. Bu məqsədlər xalqın fitrəti ilə uyğun olduğuna görə xalq onu götürdü. Əks təqdirdə, milyonlarla insanın qəlbini bir işə yönəltmək adi iş deyildi. Bir şəxs fitrətlə danışdıqda, Allahdan danışdıqda, fitrətlər ona sarı yönəlir: "Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi".

Page 105: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Qəlbləri bir səmtə yönəldən Allahın qüdrət əlidir; ona görə nəticə belə olur. 22 Bəhməndə İslam inqilabının otuz birinci ildönümü münasibəti ilə küçələrə çıxan cəmiyyət qabaqkı illərdən çoxdur; nəinki azalmamış, zəifləməmiş, hətta çoxalmış və güclənmişdir də. Bu, təbiət qaydalarının əksinədir. Siz suya bir daş atırsınız, orada bir dalğa yaranır. Bu dalğa anbaan kiçilir, azalır və tamamilə itir. Zaman ötdükcə ictimai dalğalar sönür. Bu necə həqiqətdir ki, Kərbəla hadisəsi kimi zaman onu söndürmür və hətta günbəgün daha da qabardır?! O zaman dostların olmadığı və düşmənlə dolu olan quru səhrada Hüseyn ibn Əli (ə) və yoldaşları şəhid olurlar, ailəsi əsir tutulur, onları aparırlar və iş bitir. On-on beş gün ərzində bütün əlamətlərinin itməli olduğu həmin hadisə bu gün əsrlər ötdükdən sonra görün nə qədər parlaqdır. Yalnız müxtəlif ölkələrdə yaşayan milyonlarla şiə arasında yox, yalnız müsəlmanların arasında yox, hətta qeyri-müsəlmanların arasında da Hüseyn ibn Əlinin (ə) adı günəş kimi parlayır, qəlblərə işıq saçır və yol göstərir. İnqilab da belədir. Bu inqilab zaman ötdükcə daha çox həqiqətləri işıqlandırmışdır.

Bu gün də belədir. İmamı görməyən, səkkizillik müdafiə dövrünü görməyən, bakiriləri görməyən, o zaman şəhid olan fədakar şəxsiyyətləri görməyən əziz gənclər o zaman 29 bəhməndə təbrizli gəncin meydana atıldığı, səkkizillik məcburi müharibə dövrü boyu müxtəlif cəbhələrdə qəhrəmanlıq və fədakarlıq göstərdiyi kimi qüdrətli, güclü və ayıq şəkildə səhnədədirlər. Bu gün bizim gənclərimiz belədirlər.

Bunun mənası nədir? Nə üçün? Məsələ nədir? Məsələni bu sözün haqlılığında axtarmaq lazımdır: "İnqilab sözü - haqq sözü". Bu, haqqın xüsusiyyətidir: "Xoş bir söz gözəl bir ağac kimidir". Bu, sağlam torpaqda böyüyən təmiz, sağlam və gözəl bir ağacdır; kökü möhkəm, budaqları hündür, meyvəsi də həmişəlikdir, hər bir fəsildə bar verir. Yəni dünyada baş verən bu hərəkətlərin çoxusu kimi bir dəfə istifadə üçün deyil. İnqilab, çevriliş, yaxud digər adlarla hökumətləri dəyişirlər, amma bir dəfə istifadə olunur, qısa bir dövrdən sonra vəziyyət qabaqkı kimi, yaxud ondan da pis olur. Haqq söz belə deyil. Haqq söz qalır.

Page 106: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Düşmən ayrı cür danışır. Bəzi adamlar da düşmənin sözünü deyir və onun dili ilə danışırlar. Bunu anlayıb-anlamadıqlarını Allah bilir, amma onun dili ilə danışırlar, inqilabın öz yolundan yayındığını göstərməyə çalışırlar. Xeyr, əgər yayınsaydı, inqilabın adı və xatirəsi ilə bu qədər insan hərəkətə gəlməzdi, bu qədər iman və duyğu səfərbər olunmazdı. Dünyada da belədir. Bu gün bu inqilabın təsirləri digər müsəlman xalqların qəlbində də duyulur. Bir neçə düşmən dövlətə baxmayın, xalqlar bu inqilabı uca tuturlar, ona hörmət bəsləyirlər, belə bir inqilabın həsrətini çəkirlər. Bunlar haqlılıq əlamətləridir, əbədilik əlamətləridir: "Hər bir fəsildə bar verir".

Mən və siz bu günə qədər Allahın yardımı ilə vəfalı qaldığımız kimi, yenə də vəfalı qala bilərik. Əgər bu vəfalılığı qorusaq, Allah böyük mükafat verəcək. Bu mükafat yalnız dünyaya və ya axirətə məxsus deyil; həm dünya, həm də axirət üçündür. Dünyada izzət, iqtidar, uca amallara nail olmaq, axirətdə də hər şeydən üstün olan ilahi mükafat və savabdır. Əgər Allah eləməmiş, əhdimizdə zəiflik göstərsək, sadiq olmasaq, yolun ortasında nəfsimizin istəkləri bizi o tərəf-bu tərəfə çəksə, o da bizim öz zərərimizə olacaq. İnqilab öz yolunu davam edəcək. İnqilabı buraxan, düşmənin istəyinə uyğun şəkildə inqilabın qarşısında dayanan şəxslər zərər etdilər. Elə bilməsinlər ki, oturub inqilab əleyhinə təxribat hazırladıqda, danışdıqda, təhrik etdikdə bir şeyə nail olacaqlar. Xeyr, səhv edirlər.163

İran xalqının duruş gətirməsinin isbatıƏlbəttə, dedik ki, xalq duruş gətirdi. Son nümunəsi də 2009-cu

il fitnəsi idi. Xalq müqavimət göstərdi. Seçilmiş prezidentdən başqa namizədə səs verən şəxslər onların önündə durdular. Buna görə 9 deydə və 22 bəhməndə hamı iştirak etdi, hamı gəldi. Bu onu göstərir ki, fitnəkarlar və fitnə törədənlər azlıqdır. Onlar yalan danışıb xalqı öz tərəflərinə çəkmək istədilər. Əvvəldə uğur da qazandılar, sonra həqiqi simaları tanındıqda, müxtəlif söz və işləri ilə niqabları düşdükdə xalq bunlardan üz çevirdi. Buna əsasən, xalq dayanmışdır. Bu, ölkənin vəziyyətinə dair bir məqamdır.164

Page 107: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İslam Respublikasının daha da güclənməsi Düşmənlərin planlaşdırdığı, sadəlövh və avam insanların da

kömək etdiyi hər bir işin nəticəsi İran xalqının müqaviməti sayəsində İslam Respublikasının daha da güclənməsi olmuşdur.

Siz gördünüz ki, bir fitnə törədildi, işlər görüldü, səylər göstərildi. ABŞ fitnəkarları müdafiə etdi, İngiltərə müdafiə etdi, Qərb hökumətləri müdafiə etdilər, münafiqlər müdafiə etdilər, şah tərəfdarları müdafiə etdilər. Nəticə nə oldu? Nəticə bu oldu ki, bütün bu uğursuz birliyin qarşısında bizim əziz və böyük xalqımız 9 deydə və 22 bəhməndə elə əzəmət nümayiş etdirdi ki, dünya məəttəl qaldı. Bugünkü İran, bugünkü gənc, bugünkü ali təhsillilər və bugünkü iranlılar elə vəziyyətdədirlər ki, düşmən İslam Respublikası quruluşu əleyhinə hansı təxribatı hazırlasa, Allahın yardımı ilə qarşısını alacaqlar. Lakin diqqətli olun; gərək təqvalı olasınız. Bizi gücləndirən, toxunulmaz edən, uca məqsədlərə çatana qədər bu yolu davam etdirməyə ümidli saxlayan amil təqvadır.165

İran xalqının ayıqlığında yeni fəslin açılması Xalq ən güclü və son zərbəni 9 deydə və 22 bəhməndə vurdu.

22 bəhməndə İran xalqı möhtəşəm bir iş gördü; 9 deydə də həmçinin. Xalq öz birliyini nümayiş etdirdi. Siyasi məsələdə hər hansı bir namizədə səs vermiş bütün insanlar düşmənin səhnədə olduğunu, onun çirkin məqsədlərinin nə olduğunu anladıqda əvvəlcə nikbin yanaşdıqları şəxslər haqda da yenidən düşündülər; bildilər ki, inqilabın yolu budur, düzgün yol budur. 22 Bəhməndə xalq bir nəfər kimi və bir şüarla meydana çıxdı. Xalq arasında ikitirəlik yaratmağa çox çalışdılar, amma bacarmadılar və xalq möhkəm dayandı. Bu, xalqın qələbəsi idi. 22 Xordaddan 22 bəhmənə qədər sürən səkkiz ay İran xalqı üçün fəxr və ibrət dolu bir dövr idi. Bu bir dərs oldu, yeni ayıqlıq yarandı, İran xalqının ayıqlığında yeni səhifə açıldı. Bu olduqca mühüm bir təcrübədir. Bu təcrübə əsasında hərəkət etməliyik.166

Şübhəsiz ki, düşmən xalqı İslam quruluşundan ayırmaqda iflasa uğramışdır. Ötənilki seçkilərdə ölkənin qırx milyon əhalisi iştirak etdi; əslində İslam Respublikası quruluşunun və seçkilərin xeyrinə qırx milyonluq bir referendum keçirildi. Düşməni

Page 108: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

qəzəbləndirən bu idi. İğtişaşla onun təsirini məhv etmək istədilər, amma bacarmadılar. Xalq fitnənin qarşısında da dayandı. 2009-cu il fitnəsi ölkəni vaksinlədi, xalqı siyasi və ictimai mikroblar əleyhinə hazırladı, xalqın ayıqlığını artırdı.167

Page 109: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Dördüncü fəsil: Ayıqlıq əldə etmək

Ayıqlığın məna və cəhətləri Gənclər fikirləşməli, düşünməli və öz ayıqlıqlarını

artırmalıdırlar. Bizim cəmiyyətimizdə mövcud olan öhdəçi adamlar və ruhani müəllimlər, elm və savad adamları, universitet və hövzə mənsubları ayıqlıq məsələsinə əhəmiyyətli yanaşsınlar; məqsəddə ayıqlıq, vasitədə ayıqlıq, düşməni tanımaqda ayıqlıq, yolun maneələrini tanımaqda ayıqlıq, bu maneələrin qarşısını almaq və onları ortadan götürmək yollarını tanımaqda ayıqlıq. Bu ayıqlıqlar lazımdır. Ayıqlıq olduqda siz kiminlə tərəf-müqabil olduğunuzu bilir və lazımi hazırlıqları görürsünüz. Siz küçədə yol yerimək istəsəniz, bunu adi paltar və başmaqla da etmək olar. Amma Dəmavənd dağının zirvəsinə çıxmaq istəsəniz, bunun öz imkanları lazımdır. Ayıqlıq odur ki, nə istədiyinizi və özünüzlə nəyi götürməli olduğunuzu biləsiniz.168

Ayıqlığın səviyyələri Ayıqlığı iki səviyyədə tərif edə bilərik. Bir səviyyə təməl

səviyyə və ayıqlığın dərin qatıdır. İnsan dünyagörüşü seçimində və tövhid məfhumlarının əsaslı dərkində təbiət aləminə qarşı tövhid baxışı ilə bir ayıqlıq əldə edir. Tövhid baxışı ilə maddi baxış arasında fərq bundadır: Tövhid baxışına görə bu dünya nizam-intizamlı bir məcmudur, təbiət məqsədlidir. Bu təbiətin bir hissəsi olan vücudumuz və həyatımız da məqsədlidir; məqsədsiz dünyaya gəlməmişik. Bu, tövhid baxışının nəticəsidir. Elmli və qüdrətli Allahın varlığına etiqadın mənası budur. Məqsədli olduğumuzu anladıqda o məqsədi axtarmağa başlayırıq. Bu axtarışın özü ümidverici bir səydir. Biz o məqsədi tapmağa çalışırıq. Məqsədi tapdıqda, onun nə olduğunu anladıqda ona çatmaq üçün fəaliyyət başlayır. Bu zaman bütün həyat fəaliyyətdən ibarət olur; özü də məqsədli və hədəfli fəaliyyətdən. Digər tərəfdən, bunu da bilirik ki, tövhid baxışına görə, məqsəd yolunda hər bir fəaliyyət və zəhmət insanı mütləq nəticəyə çatdırır. Bu nəticələrin dərəcələri var və

Page 110: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

şübhəsiz ki, gözəl bir nəticəyə çatdırır. Bu baxışla insanın həyatında daha məyusluq, ümidsizlik, çaşqınlıq və qüssə olmur. Siz vücudunuzun, yaranmanızın, həyatınızın və tənəffüsünüzün bir məqsədlə həyata keçdiyini bildikdə o məqsədi axtarırsınız, ona çatmaq üçün hərəkət edir və fəaliyyət göstərirsiniz. Varlığın Yaradanı olan Allah-Taalaya görə bu hərəkətin özünün də mükafatı və savabı var. Hansı nöqtəyə çatsanız, əslində məqsədə çatmısınız. Odur ki, tövhiddə mömin üçün ziyan və zərər ümumiyyətlə təsəvvür olunmur. Buyurub ki, iki ən yaxşı haldan biri bizi gözləyir: ya bu yolda öldürüləcəyik - bu ən yaxşıdır; ya da düşməni ortadan götürüb məqsədə çatacağıq - bu da ən yaxşıdır. Deməli, burada zərər yoxdur.

Bunun tam əksi maddi baxışdır. Maddi baxış əvvəla insanın yaranışını, dünyadakı varlığını məqsədsiz bilir. Ümumiyyətlə nə üçün dünyaya gəldiyini bilmir. Düzdür, dünyada özü üçün məqsədlər tərif edir: pul qazansın, eşqinə qovuşsun, vəzifəsi yüksəlsın, fiziki ləzzətlərə nail olsun, elmi ləzzətlərə nail olsun. Özü üçün belə məqsədlər tərif edə bilər, amma bunların heç biri təbii məqsəd deyil, zəruri olaraq onun vücudu ilə yanaşı deyil. Allaha etiqad olmadıqda əxlaq da mənasız olur, ədalət də; şəxsi ləzzət və maraqdan başqa heç bir şeyin mənası olmur. Əgər şəxsi mənafe yolunda insanın ayağı daşa dəyib əzilsə, zərər çəkmiş və xəsarət görmüşdür. Əgər mənafeyini təmin edə bilməsə, əgər çalışa bilməsə, növbə ümidsizliyə, məyusluğa, intihara və digər məntiqsiz işlərə çatır. Deməli, tövhid baxışı ilə maddi baxış arasındakı, ilahi inamla maddi inam arasındakı fərq budur. Bu, ayıqlığın ən əsas təməlidir.

Bu baxışla insan mübarizə apardıqda bu mübarizə müqəddəs bir iş olur. Əgər silahlı müharibə də olsa, belədir. Mübarizə ümumiyyətlə bədbinlik və bədxahlıq əsasında baş vermir. Mübarizə yalnız insanın özünün yox, bütün insaniyyətin xeyrə, kamiliyyə, rifaha və uca məqamlara nail olması üçündür. Bu baxışla həyat gözəl və bu geniş meydanda hərəkət etmək ürəkaçan olur. İnsanın yorğunluğu Allah-Taalanı yad etməklə və məqsədi yada salmaqla aradan qalxır. Bu, etiqadın əsas təməlidir; ayıqlığın əsas təməlidir. Bu ayıqlıq çox lazımdır. Biz buna malik olmalıyıq. Ayıqlıq əslində

Page 111: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

cəmiyyətdə bütün insani səy və mübarizələrin şərtidir. Bu, ayıqlığın bir səviyyəsidir.

Ayıqlığın bu geniş səviyyəsindən və dərin qatından əlavə müxtəlif hadisələrdə insan üçün ayıqlığın və avamlığın yaranması mümkündür. İnsan ayıqlıq əldə etməlidir. Bu ayıqlığın mənası nədir? Ayıqlıq əldə etmək nə deməkdir? İnsan bu ayıqlığı necə əldə edə bilər? Müxtəlif hadisələrdə lazım olan, Əmirəlmömininin (ə) hədis və kəlamlarında təkid göstərilən bu ayıqlığın mənası odur ki, insan ətrafında baş verən, qarşısına çıxan və onunla əlaqədar olan hadisələrdə fikirləşsin, onların yanından avam və bəsit şəkildə keçməməyə çalışsın, Əmirəlmömininin (ə) sözü ilə desək, nəticə çıxarsın: “Allah təfəkkür edib nəticə çıxaran insana rəhm eləsin!” Fikirləşsin və bu fikir əsasında nəticə çıxarsın, məsələləri müqayisə etsin və bu nəticə ilə ayıqlığa nail olsun. Hadisələrə düzgün baxmaq, düzgün nəticə çıxarmaq, onlar barədə fikirləşmək insanda ayıqlıq, yəni gözüaçıqlıq yaradır və insanın həqiqətə gözü açılır.

Əmirəlmöminin (ə) başqa bir yerdə buyurur: “Ayıq insan eşidən, fikirləşən və görən insandır”. Ayıq insan eşidən, qulağını bağlamayan, eşitdikdə düşünən və hər hansı bir şeyi eşidən kimi rədd, yaxud qəbul etməyən şəxsdir. Düşünmək, baxmaq və gözü açmaq lazımdır. Avamlıq uçurumlarından sürüşüb yıxılan bir çox insanların iradı budur ki, baxmadılar, gözlərini aydın həqiqətlərə yumdular. İnsan baxmalıdır; baxsa, görəcək. Biz çox zaman bəzi şeylərə ümumiyyətlə baxmaq istəmirik; ümumiyyətlə baxmaq istəməyən bəzi sapqın adamlar var. İnadkar düşmənlə işimiz yoxdur; bu barədə sonra danışacağıq: “Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər”. Bəzi adamlar məsələyə qərəzli şəkildə və inadla yanaşırlar. Düşmən düşməndir, söhbət ondan getmir; söhbət səhnədə olan məndən və sizdən gedir. Əgər biz ayıq olmaq istəyiriksə, gözümüzü açmalı və görməliyik; görüləsi şeylər çoxdur. Əgər biz onların yanından ötəri keçsək, onları görməsək, təbii ki, səhv edəcəyik.

Mən tarixdən bir misal çəkim. Siffeyn döyüşündə Müaviyənin ordusunun məğlub olmasına az qalırdı; tamamilə məhv edilməsinə bir şey qalmırdı. Canlarını xilas etmək üçün düşündülər ki,

Page 112: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Quranları nizələrə taxıb meydana gətirsinlər. Quran vərəqlərini nizələrə taxıb dedilər ki, Quran bizimlə sizin aranızda hakim olsun; Quran nə desə, onu edək. Bəli, avamların xoşuna gələn qəşəng bir iş idi. Qoşunun içindən sonralar Xəvaricdən (separatçılardan) olub Əmirəlmömininə (ə) qarşı xəncər çəkən bir qrup dedi ki, yaxşı sözdür, bunlar pis söz demirlər, Quranı hakim etmək istəyirlər. Baxın, bura sürüşkən yerdir. Burada insan ayağının altına baxmayanda sürüşür. Əgər sürüşsə, heç kəs onu bağışlamaz, çünki ayağının altına baxmayıb, ayağının altındakı yemiş qabığını görməyib. Onlar baxmadılar. Əgər həqiqəti anlamaq istəsəydilər, anlayardılar, çünki gözlərinin önündə idi. Quranın hakim edilməsinə və hökmünə tabe olmağa dəvət edən şəxs seçilmiş və itaəti vacib olan imamla vuruşur. O, Qurana necə inana bilər?! Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) bizim nəzərimizcə Peyğəmbər (s) tərəfindən təyin edilmiş xəlifədir. Amma bunu qəbul etməyən şəxslər də o zaman üçüncü xəlifədən sonra hamının onunla beyət və xilafətini qəbul etdiyini bilirdilər. O bu yolla imam və İslam cəmiyyətinin itaəti vacib olan hakimi olmuşdu. Onunla vuruşan, onun əleyhinə xəncər çəkən şəxslə vuruşmaq bütün müsəlmanların vəzifəsi idi. Əgər Quranı nizəyə taxan bu şəxs Qurana etiqadlıdırsa, Quran deyir ki, nə üçün Əli (ə) ilə vuruşursan? Əgər həqiqətən Qurana etiqadlıdırsa, əllərini qaldırıb "mən vuruşmuram" deməli və xəncərini yerə atmalıdır. Bunu görməli və anlamalı idilər. Bu, çətin məsələ idi?! Bu, dərki mümkün olmayan bir problem idi?! Səhlənkarlıq etdilər. Bu avamlıqdır. Əgər azca düşünüb fikirləşsəydilər, həqiqəti anlayardılar. Çünki bunların özləri Mədinədə Əmirəlmömininin (ə) səhabələri olmuşdular; Osmanın öldürülməsində Müaviyənin adamlarının və köməkçilərinin əlinin olduğunu görmüşdülər. Osmanın öldürülməsinə onlar şərait yaratdılar və sonra qisas məqsədilə köynəyini bayraq etdilər. Onların özləri bu işi gördülər, günahkar özləri idilər, amma günahkar axtarırdılar. Baxın, bu avamlıq diqqətsizlikdən irəli gəlir, baxmamaqdan irəli gəlir, aydın bir həqiqətə göz yummaqdan irəli gəlir.

Sonuncu iğtişaşlarda bəziləri səhv etdilər. Bu, avamlığa görə idi. Böyük və mühüm bir seçkilərdə saxtakarlıq iddiası etməyin yolu

Page 113: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bəllidir. Saxtakarlığın baş verdiyini düşünən şəxs əvvəla buna dəlil göstərməlidir. Bundan əlavə, dəlil göstərsə də, göstərməsə də, qanun yolu müəyyən etmişdir; şikayət edə bilər. Gərək yoxlanıb araşdırılsın, bitərəf şəxslər gəlib baxsınlar və saxtakarlığın edilib-edilmədiyi bəlli olsun. Yolu budur. Biz də buna çox kömək etdik. Mən qanuni müddəti uzatdım; hətta dedik ki, insanlar özləri kamera önünə gəlib saysınlar. Əgər kimsə bu yolu qəbul etmirsə, deməli, inadkarlıq edir... Burada məqsəd ötən hadisələr haqda fikir bildirmək deyil, misal çəkmək istəyirik. Deməli, ayıqlığa nail olmaq çətin iş deyil. Əgər siz baxıb məntiqli və qanuni bir yolun olduğunu görürsünüzsə və kimsə o məntiqli və qanuni yoldan imtina edib ölkə üçün zərərli olan, xalqın maraqlarına zərbə vuran bir iş görürsə, ədalətli, normal və tərəfsiz baxışla onun haqsız olduğu bəllidir. Bu aydın bir məsələdir, aydın bir mühakimədir. Buna görə görürsünüz ki, xalqın ayıq olmasını istəmək çətin və mümkünsüz bir işi istəmək deyil. Ayıqlığa nail olmaq çox çətin iş deyil. Ayıqlıq əldə etmək bu qədər lazımdır ki, insan müxtəlif tələlərə - dostluqların, düşmənliklərin, nəfsin istəklərinin və müxtəlif tələsik mühakimələrin tələsinə düşməsin. İnsan bu qədər baxıb fikirləşsə, həqiqəti görə bilər. Ayıqlıq bu fikirləşməkdən, bu baxmaqdan ibarətdir, artıq gözlənti deyil. Beləliklə, anlamaq olar ki, ayıqlığa nail olmaq hamının işidir; hamı ayıq ola bilər. Əlbəttə, bəzi adamlar inadkarlıq və bədxahlıq üzündən deyil, diqqətszilik üzündən avamlıq edirlər. İnsan öz canını çox istəsə də, bəzən maşın sürərkən bir an diqqətinin yayınması, yuxulaması və qəzaya düşməsi mümkündür. Bu sahədə baş verən yayınmaları günah saymaq olmaz, amma əgər davamlı olsa, avamlıqdır və məqbul deyil.169

Ayıqlığın əhəmiyyəti Ayıqlıq işıq saçan projektor, qibləni və qütbü göstərən

kompasdır. İnsan bir səhrada kompassız hərəkət etsə, təsadüfən məqsədə çatmaq ehtimalı azdır. Daha güclü ehtimal budur ki, yolu azıb çoxlu problem və çətinliklərə düşsün. Xüsusən qarşıda düşmən olduqda adama mütləq kompas lazımdır. Əgər kompas olmasa, siz yaraqsız vəziyyətdə düşmən mühasirəsinə düşərsiniz və daha

Page 114: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

əlinizdən bir şey gəlməz. Deməli, ayıqlıq kompas və projektordur. Ayıqlıq zülmətləri aydınlaşdırır və bizə yol göstərir.

Biz harada düzgün anlayıb yolu təyin edə bildiksə, yəni ayıqlığımız oldusa və onun ardınca öhdəlik və məsuliyyət hiss edib meydana atıldıqsa, qələbə bizimlə oldu: "Əgər daxil olsanız, onlara mütləq qələbə çalarsanız". Mübarizəyə iman və ayıqlıqla daxil olduğunuzda qələbə sizinlədir, siz qalibsiniz. Nə üçün? Çünki sizin qarşı tərəfinizin imanı yoxdur, dini yoxdur, güclü mənəviyyatı yoxdur. Onun adamları muzdurlar və aldanmışlar, plan hazırlayanların və idarə edənlərin özləri də imansız insanlardır. Siz imanla meydana daxil olduqda qələbə çalarsanız. Bu, İran xalqının təcrübəsidir.170

Əmirəlmömininin (ə) həyatı başdan-ayağa dərsdir. Əmirəlmömininin (ə) bir insanın və bir rəhbərin bütün yaxşı xislətlərinə şamil olan rəftarları arasında müşahidə olunan və bizim bu günümüz üçün bu xüsusiyyətlərin ən üstünü olan məsələ ayıqlığa ehtiyacı olan şəxsləri ayıq etmək və vəziyyəti aydınlatmaq məsələsidir. Bütün dövrlərdə bu sonsuz şücaət, bu əzəmətli fədakarlıq xalqı ayıq etməyə, xalqın düşüncələrini və imanını dərinləşdirməyə işlədilmişdir. Siffeyn döyüşündə məğlub olduğunu hiss edən qarşı tərəf müharibəni saxlamaq üçün Quranları nizəyə taxdı, bir qrup adam Əmirəlmömininin (ə) ətrafını sarıb dedilər ki, gərək təslim olub müharibəni bitirəsən, bunlar Quranı ortaya gətirmişlər. Hiyləgər və qəribə bir iş idi. Həzrət buyurdu ki, siz səhv edirsiniz, bunları tanımırsınız, bu gün Quranı hakimlik üçün gətirən bu şəxslərin Qurana etiqadı yoxdur. Mən bunları tanıyıram. Mən bunların uşaqlığını da görmüşəm, böyüklüyünü də. Onlar həm uşaqlıq zamanı, həm də böyüyəndən sonra ən pislər olmuşlar. Bunlar Qurana inanmırlar, sıxıntıda qaldıqları üçün Qurandan yapışmışlar. Təbii ki, onlar qulaq asmadılar, israr etdilər və İslam dünyası bunun ziyanını gördü. Əmirəlmöminin (ə) ayıqlıq bəxş edən bir insan idi.171

İslam bizə deyir ki, müsəlman cəmiyyət İslamın əmri ilə idarə olunmalı, hidayət edilməli və yaşamalıdır. İslam deyir ki, düşmənlər qarşısında qudrətlə dayanmaq lazımdır, onlarla aydın və şəffaf sərhəd yaranmalıdır. İslam deyir ki, düşmənlərə aldanmaq olmaz.

Page 115: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Bu, Əmirəlmömininin (ə) aydın xəttidir. Bu gün bizim də bu aydın xəttə ehtiyacımız var.

Əlbəttə, inqilabın sayəsində İran xalqı sayıq xalqdır. Bu ölkənin çoxlu problemləri xalqın ayıqlığı ilə həll olunmuşdur. Adi camaat çox zaman həqiqətləri bəzi görkəmli və aparıcı şəxslərdən də yaxşı görür və anlayırlar; çünki bağlantıları azdır. Bu, böyük nemətlərdəndir. Mənim əziz qardaş və bacılarım! Siz bilin və bütün İran xalqı bilsin: İran xalqı uca İslam amallarına sarı hərəkət yolunda öz möhkəmliyini göstərmişdir və Allahın yardımı ilə onu qoruyacaqdır.172

Ayıqlığın zəruriliyiDüşmən hiylələri qarşısında sayıqlıqBu gün bizim bu ayıqlığa ehtiyacımız var. Bu gün İslam

dünyasının və İslam birliyinin düşmənləri din və əxlaq vasitəsi ilə təxribatlar aparırlar; sayıq olmaq lazımdır. Onlar qeyri-müsəlmanların ictimai rəyini aldatmaq istəyəndə insan hüquqlarından, demokratiyadan danışırlar, İslam dünyasının ictimai rəyini aldatmaq istəyəndə də Quranın və İslamın adını çəkirlər. Halbuki nə İslama və Qurana etiqadları var, nə də insan haqlarına. İslam ümməti bunu bilməlidir. İran xalqı bu otuz bir il ərzində bunları sınamışdır. Bu gün də hamımız bunu bilməliyik. Əmirəlmöminin (ə) hiylə və fitnə anında öz dostlarına fəryad edir ki, öndə tutduğunuz bu haqq yolu və doğruçu hərəkəti əldən verməyin, buraxmayın, fitnəkarların və fitnə yaradanların sözləri ilə qəlbinizdə şübhə yaranmasın. Yolunuz düz yoldur. Dəfələrlə dediyimiz kimi, fitnə dövrünün xüsusiyyəti dumanlılıqdır, qarışıqlıqdır. Aparıcı şəxslər bəzən səhvlər edirlər. Burada meyar lazımdır. Meyar haqq, sədaqət və xalqın önündə olan dəlil-sübutlardır. Əmirəlmöminin (ə) xalqı ona yönəldirdi. Bu gün də bizim ona ehtiyacımız var.173

Hər bir ümumi hərəkətin ümumi ayıqlığa ehtiyacıDüzgün, məntiqli, ağıllı və eyni zamanda qətiyyətli bir

mübarizənin bir neçə amilə ehtiyacı var:

Page 116: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Biri imandan irəli gələn maraqdır. Bir xalqı və gəncləri əmrlə çətin bir meydanda duruş gətirməyə vadar etmək olmaz. Ürəkdən maraq oyanmalıdır; özü də imandan irəli gələn maraq. Bu gün bizim gənclərimizdə bu kifayət qədərdir. Mən xəbərdar olub deyirəm; gənc nəslimizlə və gənc təbəqəmizlə tanışlığa görə deyirəm. Bu gün bizim gənclərimizin maraqları 1978-ci ildə Amerikanın muzduru olan Pəhləvi rejiminin bu küçələrdə hücum etdiyi və qanını tökdüyü gənclərdən az deyil, çoxdur.

Bu gün bizim gənclərimizin maraqları bir qrup gəncin inqilab əleyhinə təxribatların mərkəzi olan ABŞ səfirliyini tutduğu zamandan çox olmasa da, az deyil. Səbəb də aydındır. Çünki bu xalqın tarixində otuzillik təcrübə qeyd olunmuşdur. Gəncin ayıq zehni və açıq gözü o günləri görməsə də, bu təcrübələri götürür. Bir xalqın təcrübələri nəsil-nəsil zənginləşir, dərinləşir və daha səmərəli olur. Deməli, maraq baxımından bizim bugünkü gənclərimizin çatışmazlığı yoxdur. Müxtəlif dəlillərə görə rahat həyatı və sülhü tərcih edən, yaxud düşmənin sazı ilə rəqs etməyi eyib bilməyən bir qrup yorğun və peşman inqilabçıdan başqa ölkə gəncliyində və əksəriyyətini gənclərin təşkil etdiyi xalqda bu dərin maraq var. Əgər bu gün ölkəmizdə səksəninci ildə baş verən məcburi müharibə kimi bir hadisə baş versə, gənclərin cəbhəyə getməsi, onların aşkar və üzbəüz düşmənlə qarşılaşmaq üçün könüllülüyü 80 və 81-ci ildən dəfələrlə çox olacaq.

Başqa bir lazımlı faktor ayıqlıqdır. Görürsünüz ki, mən müntəzəm olaraq gənclərlə, tələbələrlə və xalqın müxtəlif təbəqələri ilə görüşdə ayıqlıq üzərində təkid göstərirəm. Bu ona görədir ki, dünyanın bugünkü çox mühüm vəziyyətində və bizim əziz ölkəmizin dünyadakı üstün və müstəsna mövqeyində hər bir ümumi hərəkətin ümumi bir ayıqlığa ehtiyacı var. Əlbəttə, mən bunu da sizə deyim: bu gün bizim gənclərimizin ayıqlığı da inqilabın əvvəlində və inqilab ərəfəsindəki gənclərdən şübhəsiz, artıqdır. Siz bu gün çox şey bilirsiniz. Bu gün çox şey sizin üçün aydın məsələlərdəndir, lakin o zamanlar onları gənclərə izah etməli və danışmalı idik. Bu gün bizim gənclərimiz bunları bilirlər, ayıqlıq səviyyəsi yüksəkdir. Eyni zamanda mən ayıqlıq üzərində təkid edirəm.174

Page 117: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Bugünkü mürəkkəb ictimai həyatAllah-Taala çətin Məkkə dövründə Peyğəmbərinə (s) buyurur

ki, mən ayıqlıqla hökm edirəm: "(Ey Rəsulum!) De: “Bu mənim (dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) ayıqlıqla (insanları) Allaha çağırırıq". Peyğəmbərin (s) özü də ayıq şəkildə hərəkət edir, onun düşüncəsinin tərəfdarları da. Bu, Məkkə dövrünə aiddir. O zaman hələ hökumət yox idi, cəmiyyət yox idi, çətin idarəetmə yox idi, lakin ayıqlıq lazım idi. Mədinə dövründə isə daha çox lazımdır. Mənim son bir neçə ildə həmişə ayıqlıq üzərində təkid göstərməyimin səbəbi budur ki, bir xalq, bir ölkənin gəncləri ayıq olduqda, ayıq şəkildə hərəkət edib addım atdıqda onların qarşısında düşmənin bütün silahları zəifləyir. Ayıqlıq budur. Ayıqlıq olduqda fitnə dumanları onları azdırıb səhvə sala bilmir. Əgər ayıqlıq olmasa, insanın niyyəti yaxşı olsa da, bəzən pis yola qədəm qoyar. Siz döyüşdə yolu tanımasanız, xəritəni bilməsəniz, əlinizdə kompas olmasa, bir də görərsiniz ki, düşmənin mühasirəsinə düşmüsünüz, yolu səhv salmısınız, düşmən sizi əhatəyə almışdır. Bu kompas sözügedən ayıqlıqdır. Bugünkü mürəkkəb ictimai həyatda ayıqlıq olmadan hərəkət etmək olmaz.175

Dostu düşməndən ayırmaqƏgər sizə bir tövsiyə etmək istəsəm, o tövsiyə ayıqlığınızı

artırmaq barədə olar. Xalqların başına gələn bəlalar çox zaman ayıqlığın olmamasından irəli gəlir. Görürsünüz ki, öz cəmiyyətimizdə də bəzi adi insanlar və daha çox aparıcı şəxslər səhvlər edirlər. Aparıcı şəxslərin daha az səhv etməsi gözlənilir, lakin səhvləri say baxımından olmasa da, nəticə etibarilə adi camaatın səhvlərindən çoxdur. Bu, ayıqlığın olmamasına görədir.

Öz ayıqlığınızı artırın, yüksəldin. Mən Əmirəlmömininin (ə) zənnimcə Siffeyn döyüşündə buyurduğu bu sözünü dəfələrlə demişəm: "Bu bayraq yalnız ayıq və dözümlü insanlar tərəfindən götürülər". Bilirsiniz ki, Əmirəlmömininin (ə) işi bəzi cəhətlərinə görə Peyğəmbərin (s) işindən çətin idi. Çünki Peyğəmbərin (s) dövründə düşmən də bəlli idi, dost da. Əmirəlmömininin (ə) bayrağı altında olanların dost və ya düşmən olması isə o qədər də aydın

Page 118: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

deyildi; düşmən də dostun dediyi sözləri deyirdi. Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində Əmirəlmömininin (ə) düşərgəsində qılınan camaat namazından qarşı tərəfdəki düşərgədə də qılırdılar.

Əgər siz olsanız, nə edərsiniz? Sizə deyirlər ki, qarşı tərəf haqsızdır. Siz deyirsiniz ki, belə namaz qılan və ibadət edən tərəf?! Onların bəziləri, məsələn, Xəvaricdən olanlar çox ibadət edirdilər. Əmirəlmöminin (ə) gecə qaranlıqda Xəvaricin düşərgəsində gəzərkən birisinin gözəl səslə Quranın bu ayələrini oxuduğunu eşitdi: "Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?!" Gecənin yarısı çox yanıqlı və təsirli səslə Quran oxuyurdu. Həzrət Əlinin (ə) yanında olan bir nəfər dedi ki, ey Əmirəlmöminin, bu ayəni belə gözəl şəkildə oxuyan bu şəxsin xoş halına! Kaş mən onun bədənində bir tük olub, sayəsində cənnətə gedəydim!

Nəhrəvan döyüşü başlandı. Düşmənlər məğlub edilib oldürüldükdən sonra Əmirəlmöminin (ə) düşmən ölülərinin yanından keçir, üzü üstə düşmüş bəzi cəsədləri qaldırmağı əmr edir və onlarla danışırdı. Onlar ölmüşdülər, amma öz səhabələrinin eşitməyi üçün belə edirdi. Birini də qaldırmalarını söylədi; qaldırdılar. O gecə imamın yanında olan şəxsə buyurdu ki, bunu tanıyırsanmı? Cavab verdi ki, xeyr. Dedi ki, bu, bədənində bir tük olmanı arzuladığın şəxsdir. O gecə Quranı elə yanıqlı oxuyurdu, amma burada canlı Quranın, yəni Əmirəlmöminin (ə) qarşısında qılınc çəkir; çünki ayıqlıq yoxdur və vəziyyəti dərk edə bilmir.

Mən bu siyasi səhnələri dəfələrlə döyüş cəbhəsinə bənzətmişəm. Əgər siz hərbi döyüşdə coğrafi koordinatları bilməsəniz, böyük səhvlər baş verə bilər. Məhz buna görə yerləri təyin etməyə gedirlər. Hərbdə mühüm işlərdən biri məlumatdır; dəqiq məlumat. Yəni gedib görsünlər ki, düşmən haradadır, necədir, mövqeyi necədir, törədə biləcəyi təhlükə nədir və ona qarşı nə etməlidirlər. Əgər kimdəsə bu məlumatlar olmasa, ərazini tanımasa, düşməni itirsə, bir də görərsiniz ki, raket və toplarını düşmənlərinin yox, dostlarının olduğu səmtə çevirib atəş açır; çünki bilmir. Siyasi səhnə də eynilə belədir. Əgər ayıqlığınız olmasa, dostu və düşməni tanımasanız, bir də görərsiniz ki, sizin təbliğat

Page 119: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

topunuzun atəşi, sizin söz və əməlləriniz dostlarınızın yerləşdiyi səmtə yönəlmişdir. İnsan düşməni tanımalıdır. Düşməni tanımaqda səhv etməməliyik və bunun üçün ayıqlıq lazımdır.176

Haqq və batilin qarışmasıÖz ayıqlığınızı bacardığınız qədər artırmağa və

dərinləşdirməyə çalışın, düşmənlərin bizim avamlığımızdan istifadə etməsinə imkan verməyin. Düşmən dost kimi, haqq nahaq kimi və nahaq haqq libasında görünür. Əmirəlmöminin (ə) bir xütbədə cəmiyyətin ən mühüm problemlərindən biri kimi bunu qeyd edir. Buyurur ki, əgər haqq aşkar şəkildə xalqın qarşısına çıxsa, heç kim onun əleyhinə danışa bilməz; əgər nahaq da özünü aşkar formada göstərsə, xalq ona sarı getməz. Lakin xalqı azdırmaq istəyənlər nahağı çılpaq şəkildə gətirmirlər, onu haqla qarışdırırlar. O zaman haqq öz tərəfdarlarına da şübhəli görünür.177 Buna görə ayıqlıq bizim ilk vəzifəmizdir. Gərək haqq və nahağın səhv salınmasına qoymayaq.178

NümunələrHegemonizmi tanımaqAyıqlığın birinci şərti mübarizə aparmağın labüd olduğu

hegemonizmin nə olduğunu bilməkdir. Hegemonizm dünyada güc, yaxud güclərdir; onlar özlərinə baxıb pul, silah və təbliğat imkanlarına malik olduqlarını görür və bu səbəbdən digər ölkələrin və xalqların işlərinə amiranə müdaxiləni öz haqları bilirlər. Hegemonizmin mənası budur. İstismarçılıq ruhu inqilabdan öncə ölkəmizdə aydın formada görünürdü. Yəni ABŞ hegemoncasına bu böyük ölkəyə, bu zəngin tarixə malik olan bu böyük xalqa pəncə atmışdı, ölkəmizin mühüm və əsaslı işlərinə müdaxilə edirdi. Səbəb də bu idi ki, ölkənin başçıları fəsada uğramışdılar, xalq arasında yerləri yox idi, dayaq axtarır və Amerikaya söykənirdilər. Amerika da heç kəsə havayı bir şey vermir; onları himayə etməyi ölkələrinin işlərinə tam müdaxiləyə qarşılıq etmişdi. Sizin üçün bəlkə də təəccüblü olar, amma bilin ki, Şah Məhəmmədrza bir Baş naziri işdən çıxarıb başqasını təyin etmək üçün Amerikaya gedib iki-üç həftə orada qalmağa və onların razılığını cəlb etməyə məcbur

Page 120: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

olurdu. Ölkəmizin vəziyyəti bu həddə çatmışdı. Pəhləvi hökumətinin son illərində bundan da pis olmuşdu; daha Amerikaya getmək lazım olmurdu. ABŞ və İngiltərənin səfirləri burada şahın sarayına gedir və ona deyirdilər ki, siz neft işində belə edin, beynəlxalq münasibətlərdə belə edin, xalqla belə rəftar edin, mübarizlərlə belə rəftar edin; əmr edirdilər, şah da qəbul edirdi. Bir məmləkətin başçısı bu qədər zəif, bu qədər zəbun və əcnəbilər qarşısında bu qədər təslimçi olduqda digərlərinin vəziyyəti bəllidir. Ölkəmizin vəziyyəti belə idi. Hegemonizmin mənası budur.

ABŞ tam bir hegemondur. Bu yalnız bizim sözümüz deyil, bütün dünyanın və İslam dünyasının sözüdür. Amerikalılar bütün dünyaya qarşı hegemon ruha malikdirlər. İkinci Dünya Müharibəsində Yaponiyanı məğlub etdikdən sonra orada hərbi baza yaratdılar. Amerikalıların Yaponiyadakı bazası hələ də durur. Yaponlar bütün bu elmi inkişaflarla yanaşı hələ Amerikanın bazasını ölkələrindən çıxara bilməyiblər. Orada hərbi bazası var, xalqa zülm edirlər, əziyyət verirlər, qəzetlərə də çıxır, xəbər agentliklərində də deyirlər; namusa təcavüz və digər işlər görürlər, amma hələ də oradadırlar. Cənubi Koreyada da Amerikanın hərbi bazaları var. İraqda Amerikanın planı budur ki, baza qursun və əlli il, yüz il orada qalsın; Əfqanıstanda da həmçinin. Əfqanıstan elə bir yerdir ki, əgər orada hərbi bazaları olsa, Cənub-Qərbi Asiya ölkələrinə, Rusiyaya, Çinə, Hindistana, Pakistana və İrana nəzarət edə bilərlər. Onlar bütün bu səyləri göstərirlər ki, orada daimi bir baza qurub qalsınlar. Hegemonizmin mənası budur.

İran xalqı ABŞ-ın muzdur rejimini devirib onu bu ölkədən qovdu. Amerikalılar inqilabdan dərhal sonra özlərinə gəlib görə bilərdilər ki, bu xalq belə güclüdür; Şərqin və Qərbin dəstəklədiyi bir rejimi yerindən qopara bilir; 2500 illik tarixə malik olan bir şahlığı devirib tullaya bilir. Onlar İran xalqından üzr istəyə, bizim xalqımıza vurduqları ziyanların mümkün miqdarını düzəldə bilərdilər. Əgər bu işi görsəydilər, onların İranla problemi həll olunardı. Baxmayaraq ki, İslam Respublikası hələ də İslam dünyasında edilən zülmlərə görə etirazçı qalardı, lakin onlarla İslam Respublikası və İran xalqı arasında olan bu güclü ədavət bu formada olmazdı. Amma onlar bu işi görmədilər. Onlar nə üzr

Page 121: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

istədilər, nə şah üsul-idarəsinin süqutundan ibrət aldılar, hətta həmin ilk aylardan xəncəri üstdən bağladılar, səfirlikləri İslam Respublikasını çökürtmək və məğlub etmək üçün təxribat mərkəzi, casus yuvası, onu-bunu təhrik etmək üçün şübhəli əlaqələr mərkəzi oldu. Amerikalılar bu böyük səhvi, sonra da İslam Respublikasına, bizim əziz xalqımıza və ölkəmizə qarşı bacardıqlarını və əllərindən gələni etdilər. Onun bir nümunəsi Təbəsə hücumdur; bir nümunəsi Fars körfəzində üç yüzə yaxın insanın ölümünə səbəb olan sərnişin təyyarəmizi vurmalarıdır; sərnişin təyyarəsini vurub suya saldılar. Bir nümunəsi bizim neft platformalarımıza hücumdur; Reyqanın dövründə bizim Fars körfəzindəki neft platformalarımıza hücum etdilər. Bir nümunəsi xəbis Səddama hərtərəfli yardımlardır; müharibədə onu bizə qalib etmək və İslam Respublikasına zərbə vurmaq istəyirdilər. Əgər ABŞ-ın cinayətlərinə dair bu növ işlərin listini yazsaq, bir kitab olar. Bir dəfə ABŞ-ın Müdafiə nazirlərindən biri onların ürək sözünü dedi; dedi ki, biz İran xalqının kökünü kəsməliyik. Diqqət yetirirsiniz? İran xalqının kökünü, İran hökumətinin, İslam Respublikasının yox. O düzgün anlamışdı ki, İslam Respublikası xalqdır, İslam Respublikasının məmurları bütün İran xalqıdır. Buna görə deyirdi ki, İran xalqının kökünü kəsməliyik. Bu, amerikalıların üsulu idi. Onlar əllərindən gələn hər bir işi gördülər.

Tarixin həqiqətən müstəsna şəxsiyyəti olan böyük imamımız bunların hamısının qarşısında dedi: “Nə qədər təxribat hazırlasanız, öz zərərinizə bitəcək; İslam Respublikası geri çəkilməyəcək və Amerika heç bir qələt edə bilməyəcək”. İslam Respublikası heç bir dövlətdən utanıb-çəkinmir, əli ölkənin böyük maddi və insani qaynaqlarından kəsilən və bacardığı qədər təxribat aparan isə ABŞ dövləti idi. ABŞ dövləti İslam Respublikası quruluşu və İran xalqı əleyhinə otuz il təxribat aparmış, zərbə vurmuş, müxtəlif tədbirlər düşünmüş və bacardığı hər bir işi görmüşdür. Elə bir iş yoxdur ki, siz amerikalıların bacardığını, lakin etmədiyini düşünəsiniz. Onlar mümkün olan hər bir işi görmüşlər. İndi siz görürsünüz ki, bu qarşıdurmanın nəticəsi İran xalqının daha artıq çiçəklənməsi, İslam Respublikasının daha artıq inkişafı, bu ölkənin və bu quruluşun günbəgün güclənməsi olmuşdur, ziyan görən isə onlardır. Bu

Page 122: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

müddətdə hərdən zahirən barışıqçı olan bəzi sözlər də dedilər, amma nə zaman İslam Respublikası məmurlarının üzünə təbəssüm etdilərsə, diqqət edəndə arxalarında bir xəncər gizlətdiklərini, təhdiddən əl çəkmədiklərini və niyyətlərinin dəyişilmədiyini gördük. Taktiki gülüş, taktiki təbəssüm və gülərüzlülük isə yalnız uşaqları aldadır. Bu qədər təcrübəli olan böyük bir xalq və belə bir xalqın seçilmiş məmurları aldansalar, gərək çox sadəlövh olsunlar; ya gərək sadəlövh olsunlar, ya da nəfslərinin əsiri olub rahat, xoş və sağlam həyat arzulasınlar, düşmənlə razılaşmaq istəsinlər. Əks təqdirdə, ölkə məmurları sayıq, diqqətli, təcrübəli və püxtələşmiş olsalar, bütün varlıqları ilə xalqın mənafeyinə könül versələr, təbəssümə aldanmazlar. Amerikanın bu yeni prezidenti gözəl sözlər dedi, bizə də bir-birinin ardınca şifahi və yazılı xəbərlər yolladı ki, gəlin səhifəni çevirək, gəlin yeni vəziyyət düzəldək, gəlin dünya problemlərinin həllində bir-birimizlə həmkarlıq edək; hətta bu həddə. Biz də dedik ki, öncədən mühakimə yürütmürük, biz əmələ baxacağıq. Dedilər ki, dəyişiklik yaratmaq istəyirik. Dedik çox gözəl, dəyişikliyi görək. Fərvərdin ayının birində (21 martda) Məşhəddə etdiyim çıxışımda dedim ki, əgər çuqun pəncə üzərindən məxmər əlcək geyib əlinizi uzatsanız, biz əlimizi uzatmayacağıq. Mən orada bu xəbərdarlığı etdim. İndi səkkiz ay ötür. Bu səkkiz ayda bizim gördüyümüz bunların dildə bildirdiklərinin əksi olmuşdur. Məsələnin zahiri budur ki, gəlin müzakirə aparaq, lakin müzakirənin kənarında təhdid var: əgər müzakirə bu ideal nəticəyə çatmasa, belə olsun, elə olsun. Bu müzakirədir?! Bu, canavar və siçan münasibətidir. İmam dedi ki, canavar və siçan münasibətini istəmirik. Gəlin bizimlə bir stol arxasında oturub hansısa mövzu, məsələn, nüvə məsələsi barədə müzakirə aparın, lakin şərti bu olsun ki, bu müzakirə müəyyən nəticəyə çatsın, məsələn, ölkə nüvə fəaliyyətindən əl çəksin; əgər bu nəticəyə çatmasa, belə olsun, elə olsun. Bu təhdiddir.

Mən təəccüb edirəm ki, nə üçün keçmişdən ibrət almırlar, nə üçün bizim xalqımızı tanımaq istəmirlər. Məgər bilmirlər ki, bu xalq dünyada iki supergücün olduğu və yalnız İslam Respublikası ilə düşmənlikdən başqa təxminən bütün məsələlərdə bir-birinə müxalif olduqları zaman - bu iki supergüc, yəni ABŞ və keçmiş sovetlər

Page 123: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

İslam Respublikasına qarşı əlbir olmuşdular - onların qarşısında dayanan və hər iki supergücü diz çökürən xalqdır?! Siz nə üçün ibrət almırsınız? Bu gün siz ozamankı kimi qüdrətli deyilsiniz, İslam Respublikası isə ozamankından bir neçə dəfə qüdrətlidir, amma yenə bu dillə danışırsınız. Hegemonluq budur: bir xalqla təkəbbürlü mövqedən danışmaq, təhdidlə işlərini görmək; “əgər belə etməsəniz, belə olacaq”. Bizim xalqımız da deyir ki, biz müqavimət göstərəcəyik.

İslam Respublikasının istədiyi onun məntiqli hüququndan artıq deyil. İslam Respublikası öz müstəqilliyini istəyir, öz azadlığını istəyir, özünün milli maraqlarını istəyir, ölkədə elm və texnologiyanın inkişafını istəyir; bunlar bu xalqın hüquqlarıdır. Kim bu hüquqa əl uzatsa, İran xalqı bütün vücudu ilə onun qarşısında dayanacaq və onu diz çökürdəcək.

ABŞ hegemonluqdan, xalqların işlərinə yersiz müdaxilələrdən əl çəkəcəyi və digər dövlətlər kimi bir dövlət olacağı gün bizim üçün də digər dövlətlər kimi bir dövlət olacaq. Amma nə qədər ki, hələ də İrana qayıtmaq, keçən günləri qaytarmaq, tarixi dəyişdirmək və zamanı geri qaytarmaq tamahındadırlar, bizim ölkəyə hakim olmaq istəyirlər, bizim xalqımızı heç bir vasitə ilə geri çəkilməyə vadar edə bilməyəcəklər; bunu bilsinlər. Seçkilərdən sonra baş verən bu hadisələrlə də könüllərini xoş etməsinlər. İslam Respublikası bunlardan daha güclü, dərin və köklüdür. İslam Respublikası olduqca daha ağır hadisələrlə üzləşmiş və hamısına üstün gəlmişdir. Ya sadəlövh, ya pis və çirkin niyyəti olan, ya da o qədər də pis niyyəti olmayan, lakin sadəlövhlük edən və məsələləri səhv anlayan dörd nəfər İslam Respublikasına qarşı çıxmışdır. Bunlar bizim ölkəmizdə ABŞ üçün qırmızı xalça sərə bilməzlər. Bunu bilsinlər ki, İran xalqı möhkəm dayanmışdır.179

İslam Respublikasını və onun dünya siyasətinə gətirdiyi yeni sözü tanımaq

İslam Respublikası dünya siyasətinə yeni söz gətirdi. Bu yeni söz otuz il ötəndən sonra bu gün dünyanın siyasi leksikonunda hələ də yeni və cazibəli bir sözdür. Buna görə görürsünüz ki, xalqlar İslam Respublikasına qarşı əhəmiyyətli yanaşırlar, sevgi bəsləyirlər.

Page 124: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Siz 85 faizli bir seçki keçirəndə müxtəlif ölkələrdə yaşayan xalqlar və İslam Respublikasını sevənlər sevinir, şüar verir və bunu bildirirlər. Biz müxətəlif yollarla bunlardan xəbərdar oluruq. Düşmən bu seçkiləri, xalqın bu fəallığını, bu böyük siyasi qələbəni korlamaq üçün şayiə yayanda, böhtan atanda, ölkənin bir tərəfində iğtişaş törədəndə nigaran olduqlarını görürük. Xalqlar nigaran olurlar; Livanda, Pakistanda, Əfqanıstanda və başqa harada şiə varsa, harada ixlaslı müsəlman varsa, ölkəmizin vəziyyətinə görə nigaran olurlar. Bu, İslam Respublikası təfəkkürünün İslam dünyasında aktiv iştirakının göstəricisidir.

İslam Respublikasının iki hissəsi var: Respublikadır - yəni xalq hakimiyyətidir; İslam quruluşudur - yəni ilahi dəyərlərə və ilahi şəriətə əsaslanır.

Xalq quruluşudur - yəni bu quruluşun təşkil olunmasında, dövlət məmurlarının iş başına gəlməsində xalqın rolu var, məsuliyyət hiss edir və kənarda qalmır. Xalq quruluşudur - yəni quruluşun məmurları xalqdandırlar, xalqa yaxındırlar, aristokrat xislətləri yoxdur, xalqdan ayrılıq, xalqa etinasızlıq və təhqir xislətləri yoxdur. Bizim xalqımız uzun əsrlər boyu öz haqsız hakimlərində aristokratlıq, istibdad və diktatorluq xislətini təcrübə edib. Respublika dövrü isə belə ola bilməz. İslam Respublikası dövrü xalqdan, xalqla olan, xalq tərəfindən seçilən, xalqın yanında duran və rəftarı xalqın rəftarına bənzəyən insanların hakimiyyəti dövrüdür. Xalq hakimiyyətinin mənası budur. Xalq hakimiyyətidir - yəni xalqın etiqadlarına, heysiyyətinə, kimliyinə, şəxsiyyətinə və ucalığına hörmət göstərilir.

İslam quruluşudur - yəni bu dediklərimizin hamısının mənəvi dayağı var, sekulyar, dinə yad, dindən ayrı və bəzən antidin olan demokratik hökumətlərdən deyil. İslam quruluşudur - yəni xalq dünyası üçün işləyib çalışanda da əslində ilahi iş görür; cəmiyyət üçün işləyənlər, quruluşun güclənməsi üçün işləyənlər, bu quruluşun, bu ölkənin sözünün nüfuzu və bu quruluşun sözünün ucalması üçün işləyənlər Allah üçün işləyirlər. Bu çox dəyərli və yeni bir şeydir. Dünya peyğəmbərlərdən və erkən İslam çağından bu günə qədər belə bir şey görməyib. Bu kiçik məsələ deyil. Bunun düşmənləri var; dünya diktatorları bu quruluşla düşməndirlər;

Page 125: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

istismarçılar və xalqların hüququna təcavüz edənlər bu quruluşla düşməndirlər. Onların düşmənliyini gözləmək lazımdır. Lakin bu xalq bu düşmənliklərin onun müqavimətinə təsir göstərə bilmədiyini göstərmişdir. Düşmənlər otuz ildir düşmənlik edirlər və İran xalqı müqavimət göstərir. Bunun nəticəsində İran xalqı heyrətamiz şəkildə inkişaf etmişdir. Bu inkişaf bundan sonra da davam edəcək.180

İxtilaf yaratmaq istəyən düşməni unutmamaqDüşmənin əsas xətlərindən biri təfriqə məsələsidir. Siz haqlı

olaraq onun üzərində dayandınız, məruzədə də deyildi. Dini ekspertlərin son bəyanatında da birlik məsələsinə toxunulmuşdu. Bu çox mühüm məsələdir. Xalqın birliyi və təfriqə yaratmaq üçün görülən işlər çox mühüm məsələlərdir. Biz xalqın ümumi birliyinin əlamətlərini görməkdəyik. Siz ramazan ayında cümə namazlarını gördünüz, Qüds gününü gördünüz, Fitr bayramı namazlarını gördünüz. Necə möhtəşəm! Yalnız Tehranda yox, Məşhəddə, İsfahanda, Kermanda, Təbrizdə və müxtəlif bölgələrdə də misilsiz izdihamlar göründü. Bəlkə İslam tarixi boyu bir ölkənin müxtəlif yerlərində heç zaman Fitr bayramı namazı belə əzəmətli və möhtəşəm keçməmişdi. Bu gün bizdə bunlar var. Bunların hamısı xalqın birliyinin və həmrəyliyinin əlamətidir, xalqın cüzi fikir ayrılıqlarlarına rəğmən, təmayül və mənsubiyyətdə yekdil olduğu müştərək bir nöqtənin mövcudluğunu göstərir. Xalqın qəlbi bu nöqtəyə yönəlmişdir. Bu nöqtə də dindir, İslam prinsipləridir, uca dəyərlərdir, Allahın dinidir. Bu çox mühüm məsələdir.

Hamı bu birliyin qarşısında baş əyməlidir. Lakin təəssüf ki, cəhalət və qəflət səbəbindən bəzilərinin ayrılıqdan dəm vurduğunu görürük. Bu işlər həqiqətən digər səbəblərdən daha çox qafillikdən irəli gəlir. Bu, mühüm məsələdir. Dini birlik, milli birlik, siyasi üsul birliyi yaratmaq məsələsi mühüm məsələlərdir. Çalışmaq lazımdır. Düşmənin xətlərindən biri təfriqə salmaqdır. Harada imkanları çatsa, hansı səviyyədə bacarsalar, müxtəlif təbəqələrdə - məmurlarda, xalqda, ruhani qrupları arasında, universitet qrupları arasında, digər ictimai qrup, cəmiyyət və məzhəblər arasında ixtilaf

Page 126: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

yaratmaq istəyirlər. Siz cəmiyyətdə bunun çoxlu nümunələrini müşahidə edirsiniz. Düşmən təfriqə salmaq yolunu tutub.181

Dostu və düşməni tanımaqda səhvə yol veməməkBu gün bizə hər şeydən çox sayıqlıq, dostu və düşməni

tanımaq lazımdır. Dostu düşmənlə səhv salmayın. Məbada dost və düşməni qarışdırasınız. Məbada düşmənlə lazım olan rəftarı dostla edəsiniz. Bu bütün cinahlara müraciətdir.

İslam quruluşu xalqın təhlükəsizliyini pozanlara qarşı sözsüz ki, tədbir görəcək. Bu, quruluşun vəzifəsidir. İslam quruluşu imkan verməyəcək ki, kimlərsə düşmənin hiylə və təxribatına uyub xalqın həyatını korlasınlar, asayişini pozsunlar, gənclərini təhdid etsinlər. Bu ölkənin övladları əzizdir; hamı əzizdir. Quruluş buna imkan verməyəcək.

Məbada düşməni dostla qarışdırasınız. Dostu bir səhvinə görə düşmən edə və qarşı tərəfdən, bəzi adamlar qan düşmənlərini dost bilib sözlərini dinləsinlər.

Düşmən törətdiyi bu fitnələrdə suyu bulandırıb balıq tutmağa ümid bağlamışdı. Allaha şükür olsun ki, bu fitnələr bitdi. Haqqın və sayıq xalqın qarşısında hər bir fitnə məhv olacaq, toz-torpaq yatacaq. Həmişə belədir.

Bir qrup düşmən və bir qrup qafil insan tərəfindən yaradılmış kənar məsələlər qurtaracaq, əsas məsələ isə qalacaq. Əsas məsələ odur ki, möhtəşəm bir seçkidə İran xalqının təxminən qırx milyonu iştirak etdi. Əsas məsələ budur. İnqilabdan otuz il sonra qırx milyon insan özünün quruluşa etimadını və gələcəyə ümidini bu formada göstərdi. Bu qalacaq. Əsas məsələ budur ki, xalqın iyirmi dörd milyondan artıq səsi ilə bir prezident seçilmişdir. Əsas məsələlər bunlardır. Kənar məsələlər, toz-dumanlar, qatqılar, düşməni sevindirən iş və sözlər bitəcək, amma bu həqiqət qalacaq: "Köpük heç bir şey olmadığı üçün uçub gedər, insanlara fayda verən bir şey isə yer üzündə qalar"182.

Anı tanımaq Bəzi şəxs və təşkilatların problemi budur: imansız, həvəssiz və

sevgisiz deyillər, ancaq anı tanımırlar. Anı tanımaq və ehtiyacı

Page 127: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bilmək lazımdır. Kufədə qəlbləri İmam Hüseynə (ə) imanla dolu olan və Əhli-beytə (ə) məhəbbət bəsləyən insanlar vardı, lakin onlar bir neçə ay gec səhnəyə çıxdılar və hamısı şəhid oldular. Allahın yanında mükafatları da var, lakin görməli olduqları iş bu deyildi. Onlar zamanı tanımadılar, Aşuranı tanımadılar, işi zamanında görmədilər. Əgər təvvabin (tövbə edənlər) Aşuradan bir müddət sonra gördükləri işi cənab Müslimin Küfəyə gəldiyi zaman etsəydilər, vəziyyət dəyişərdi, hadisələr başqa məcrada hərəkət edərdi. Anları tanımaq və ehtiyac anında işi görmək çox mühüm məsələdir.

Bütün əzəməti ilə yanaşı 22 bəhməndə xalqın yürüşü normal və tanınmış bir işdir; baş verməsi gözlənilir və baş verir. Lakin 1999-cu ilin 23 tiri adi və gözlənilən bir iş deyildi. Bu şuranın o şəraitdə bu işin lazım olduğunu bilməsi, anlaması və onu yerinə yetirməsi mühüm məsələ idi. Builki 9 dey də belədir. Zamanı tanımaq, ehtiyacı anlamaq, münasib və ehtiyaclı anda meydana atılmaq əsas məsələdir. Mömin belə olmalıdır ki, varlığı təsirli olsun və görməli olduğu görə bilsin.

Allaha şükür olsun ki, Təbliğat komitəsinin Əlaqələndirmə şurası bu xüsusiyyətə malik olduğunu göstərmişdir. Həm birinci onillikdə o dövrün müxtəlif hadisələri zamanı - müqəddəs müdafiə dövründə, müqəddəs müdafiədən öncə və sonra, həm də imamın vəfatından sonrakı müxtəlif məsələlərdə. Bunlar bizim tariximizdə uca zirvələr yaratdı. Bu unudulmaz zirvələrdən biri builki 9 dey idi.183

İfrat və təfritdən çəkinməkBir məsələ də hövzənin aktiv və inqilabçı gənclərinə

müraciətdir. Hövzə əksərən həmin inqilabçı tələbələrdən və aktiv gənclərdən ibarətdir. Mənim əzizlərim! Gələcək sizə məxsusdur. Ölkənin ümidi sizsiniz. Siz çox ehtiyatlı olmalısınız. Düzdür, inqilabçı və gənc tələbə əməl adamıdır, iş adamıdır, bu gün-sabah edən deyil, amma ehtiyatlı olmaq lazımdır. İnqilabçı hərəkət elə olmalıdır ki, ona ifratçılıq damğası vurula bilməsin. İfrat və təfritdən çəkinmək lazımdır. İnqilabçı gənclər bilsinlər ki, kənara çəkilməyin, sükutun və laqeydliyin ziyan vurduğu kimi, ifratçılıq da

Page 128: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

ziyan vurur. Ehtiyatlı olun ki, ifratçılıq baş verməsin. Əgər bizə verilən məlumatlar – nə zamansa hövzənin bəzi müqəddəslərinə, böyüklərinə, bəzi təqlid müctəhidlərinə hörmətsizlik edilməsi düzgün olsa, bilin ki, bu, şübhəsiz, sapqınlıqdır, səhvdir. İnqilabçılıq bunları tələb etmir. İnqilabçı ayıq və diqqətli olmalı, dövrün şəraitini yaxşı dərk etməlidir. Məsələ bu qədər sadə deyil ki, birini rədd, birini təsdiq, birini qəbul edək. Belə olmaz. Siz diqqətli olmalı, inqilabçı fəallığını qorumalı, problemlərə dözməli, digərlərinin tənəsinə görə üz çevirməməli, amma xamlıq da etməməlisiniz; ethiyatlı olun, məyus olmayın, səhnədə qalın, amma diqqətli və ehtiyatlı olun ki, sizin fikrinizcə bəzi şəxslərin etiraza layiq hərəkətləri sizi qəzəbləndirməsin, özünüzdən çıxarmasın. Məntiqlə və ağılla rəftar etmək lazımdır. Əlbəttə, bunu da hamıya tövsiyə edirəm ki, inqilabçı qüvvələri ifratçılqda ittiham etməsinlər. Bəziləri bunu istəyirlər; inqilabçı qüvvəni, inqilabçı gənci, inqilabçı tələbəni, hər hansı səviyyədə olan inqilabçı alimi və müəllimi ifratçılıqda ittiham edirlər. Xeyr, bu da düşmənin idarə etdiyi bir işdir; aydın məsələdir. Deməli, nə o tərəfdən, nə bu tərəfdən.184

Avamlığın nəticələri1. Avamlıq səbəbindən xalqlar üçün problem və

səhvlərin yaranmasıXalqların başına gələn bəlalar çox zaman avamlıqdan irəli

gəlir. Görürsünüz ki, öz cəmiyyətimizdə də bəzi adi insanlar və daha çox aparıcı şəxslər səhvlər edirlər. Aparıcı şəxslərin daha az səhv etməsi gözlənilir, lakin səhvləri say baxımından olmasa da, nəticə etibarilə adi camaatın səhvlərindən çoxdur. Bəzi insanların bu səhvləri ayıqlığın olmamasına görədir; hamısını demirik, amma çoxları belədir.185

2. Avamlıq səbəbindən pis yola düşmək ehtimalıƏgər ayıqlıq olmasa, insanın niyyəti yaxşı olsa da, bəzən pis

yola qədəm qoyar. Siz döyüşdə yolu tanımasanız, xəritəni bilməsəniz, əlinizdə kompas olmasa, bir də görərsiniz ki, düşmənin mühasirəsinə düşmüsünüz, yolu səhv salmısınız, düşmən sizi əhatəyə almışdır. Bu kompas sözügedən ayıqlıqdır.186

Page 129: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

3. Pis niyyət olmadan düşmənin xeyrinə danışmaqAparıcı və görkəmli şəxslər yalnız özlərində yox, digərlərində

də bu ayıqlığı yaratsınlar. Təəssüf ki, hərdən bəzi görkəmli şəxslərin özlərinin də ayıqlıqdan uzaq olduğu görünür. Əsla anlamadan və bilmədən birdən-birə düşmənin - hər hansı bir yolla İslam Respublikasını məhv etməyə çalışan cəbhənin xeyrinə bir söz deyirlər. Aparıcı və görkəmli şəxsdir, pis adam da deyil, pis niyyəti də yoxdur, amma belədir. Bu, avamlığa görədir. Xüsusən siz gənclər yaxşı əsərlər oxumaqla, diqqətlə, etimadlı və püxtə insanlarla söhbət etməklə bu avamlığı yox edin. Əlbəttə, təqlidçi söhbətləri nəzərdə tutmuram; demirəm ki, nə desələr, qəbul edəsiniz. Lakin dəlillə insanı qane edən, insan zehnini razı salan şəxslər var.187

Ayıqlıq əldə etməyin şərtləriSayıqlığı daha çox qorumaq Amerikadan tutmuş bəzi Avropa ölkələrinə qədər dünyanın bir

çox hökumət başçılarının bütün problemləri qurtarıb və yalnız İran problemləri qalıb. İran xalqına aid olan sırf daxili bir məsələdə çənələrini tərpədir və absurd fikirlər bildirirlər. Bilmirlər ki, onlar hansı siyasi mövqeyə ayaqlarını qoysalar, İran xalqı oranı nəcis sayacaq.

Onların tərəfdarlığı əks nəticə verir. Xalq özündən soruşur ki, otuz ildir İslam inqilabı əleyhinə çalışan, bu ölkənin və bu xalqın əleyhinə bütün vasitə və imkanlardan istifadə edən bu düşmənlərin birdən-birə qayıkeş olmasına səbəb nədir? Xalq təxribatı anlayır. Bizim xalqımız xəbisliyi dərk edir. Onların problemi də budur. Əgər diqqətsiz və avam bir xalqla üz-üzə gəlsəydilər, problemləri olmazdı. Lakin sayıq və təcrübəli bir xalqla üz-üzə qalmışlar.

Bizim otuzillik təcrübələrimiz xalqı ayıq etmişdir; bunları tanıyırlar. Bunlar səkkizillik müqəddəs müdafiə dövründə bu xalqın əleyhinə cinayət törədiləndə, şəhərlər bombalananda, evlər dağıdılanda, kimyəvi bombalar atılanda və günahsız insanlar öldürüləndə nəinki İran xalqına ürəkləri yanmayan, hətta bu xalqın düşməninə kömək də edən dövlət və hökumətlərdir. Bizim xalqımız

Page 130: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bunu görmüşdür. Bunlar unudulası məsələlər deyil. İndi isə xeyirxah olmuşlar. Xalq bunların pəncələrindəki məzlum xalqlarla - Əfqanıstan, İraq, Pakistan və Fələstin xalqları ilə rəftarını görür. Bunların caynağı haraya batdısa, dırnaqları haraya ilişdisə, bacardıqları qədər zərbə vurdular. Bunlar xalqa rəhm etmirlər, bunlarda humanistlik yoxdur. İndi İran xalqına, ölkə daxilində kiməsə, yaxud kimlərəsə tərəfdar olmuşlar.

Bu işlərdə onların qərəz və məqsədlərinin nə olduğu bəllidir. Xalq bunu dərk edir. Siz əgər bir və həmrəy olsanız, inqilabın bizim xalqımıza verdiyi və xalqımızın otuz il qoruduğu bu güclü ruhiyyəni saxlasanız, onların hiylə və düşmənliyi sizə heç bir təsir göstərməz və onlar İran xalqına zərər yetirə bilməzlər.188

Bizim aparıcı adamlarımız da sayıq olsunlar. Aparıcı şəxslər bilsinlər ki, onlara kömək edən hər bir söz, hər bir hərəkət və hər bir təhlil xalqın əksinə hərəkət etməkdir. Bizim hamımız çox ehtiyatlı olmalıyıq; çox ehtiyatlı olmalıyıq: danışığa, mövqe bildirməyə, nəyi deməyin və nəyi deməməyin lazım olduğuna diqqət yetirməliyik. Bəzi sözləri demək lazımdır; əgər deməsək, vəzifəmizə əməl etməmişik. Bəzi sözləri söyləməmək, deməmək lazımdır. Əgər desək, vəzifənin ziddinə əməl etmiş olarıq. Aparıcı şəxslər imtahan otağındadırlar. Böyük bir imtahan gedir. Bu imtahandan kəsilməyin nəticəsi yalnız bir il geri düşmək deyil, süqutdur. Əgər buna düçar olmaq istəmiriksə, insanı bəndəliyə dəvət edən ağlı meyar seçməliyik.189

Universitet sayıq olmalıdır. Ölkəsini, ölkəsinin və öz nəslinin gələcəyini sevən mömin və müsəlman tələbə sayıq olmalıdır. Bilin ki, bunlar plan hazırlayır və əlbəttə ki, məğlub olurlar. Mən indi sizə deyirəm ki, bunlar sonda məğlub olacaqlar. Lakin mənim və sizin ayıqlıq və sayıqlıq dərəcəmiz onların vurduğu ziyanın miqdarına təsir göstərə bilər. Əgər sayıq olsaq, zərər yetirə bilməzlər; əgər diqqətsiz olsaq, hisslərə qapılsaq, düşünməmiş hərəkət etsək, yaxud yuxuya qalsaq və bu kimi vəziyyətlərə düşsək, sonda uğur qazana bilməsələr də, vurduqları zərər və ziyan yüksək olacaq.

Ehtiyatlı olun ki, universitet bu kiçik və dəyərsiz siyasi hadisələrdə təsir altına düşməsin, onun elmi işi zəifləməsin, bizim

Page 131: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

laboratoriyalarımız, siniflərimiz, tədqiqat mərkəzlərimiz ziyan görməsin; diqqətinizi toplayın. Yəni sizin qarşınızdakı mühüm məsələlərdən biri universitetlərdə elmi hərəkəti qorumaqdır. Düşmənlər çox istəyirdilər ki, bizim universitetlərimiz ən azı bir müddət tətil olsun, zəifləsin, orada iğtişaş yaransın. Bu həm siyasi baxımdan, həm də uzunmüddətli iş baxımından onlar üçün ideal bir nöqtədir. Sizin elminiz uzunmüddətli iş baxımından onların zərərinə olduğuna görə elmdən uzaqlaşmağımızı istəyirlər.190

Ayıq və sayıq olmaz lazımdır. Xalqlar həssas zamanlarda düşmənin nə iş gördüyünü bilməlidirlər. Hərbi yolla, təhdid və qorxutmalarla bir xalqın öhdəsindən gələ bilmədiklərini gördükdə başqa yollarla - ixtilaf yaratmaqla, düşmənlik salmaqla və digər bəhanələrlə pozuculuq törətməyə başlayırlar. Biz bunları anlamalıyıq.

Bu gün dünyanın hegemon təbliğatının mərkəzləşdiyi nöqtələrdən biri ölkə daxilindəki ixtilaflardır. Bəzi adamlar Allah qarşısında cavab verməlidirlər. Onlar elə işlər görürlər ki, düşmən ölkə daxilində parçalanmanın olduğunu düşünür və cürətlənir. Məsələ burasındadır ki, düşməni tanımalı, onun hiyləsini anlamalı, nə dediyimizi və düşmənin bizim bu sözümüzdən necə istifadə edib cürətlənə, həvəslənə, ruh yüksəkliyi əldə edə və öz müdaxiləsi üçün yollar aça biləcəyini bilməliyik. Bunlara diqqət yetirmək lazımdır.191

Dərkdə şücaət və fitnəkarlardan qorxmamaq Qorxu zamanı insanın dərkində yanlışlığın yaranmasıBizim yalnız əməldə şücaətə ehtiyacımız yoxdur, dərkdə də

şücaətə ehtiyacımız var. Fəqihcəsinə dərkdə şücaətə ehtiyac var. Əgər şücaət olmasa, hətta dərkdə - deduksiya müqəddimələrinə dair düzgün dərkdə də problemlər yaranacaq. Bəzən insan böyük müqəddiməni düzgün anlayır, amma kiçik müqəddimədə səhv edir. Din əsaslarına, dini mövzulara, həmin ümumi məfhumlara uyğun olan real nümunələrə - yəni deduktiv müqəddimələrə dair bu düzgün dərk üçün bizim şücaətli olmamız və qorxmamamız lazımdır. Əks təqdirdə, malımızdan, canımızdan, hörmətimizdən qorxu, düşmən qarşısında sükut, şəraitdən qorxu - əgər bu sözü desək, bizə qarşı çıxarlar; əgər bu sözü desək, bizə filan ləkə

Page 132: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

yapışar - bu qorxular insanın dərkini də pozur. Bəzən insan bu qorxulara və belə mülahizələrə görə məsələni düzgün anlamır, düzgün dərk və həll edə bilmir və səhvə düşür. Odur ki, "Allahdan başqa heç kəsdən qorxmazlar" məsələsi çox mühüm məsələdir. "O kəslər ki, Allahın risalətini təbliğ edər, Ondan qorxar və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir". Bu şərafətli ayədən bəlli olur ki, təbliğin şərti qorxmamaqdır: "Allahdan başqa heç kəsdən qorxmazlar". Deyirsən ki, bu işi görsəm, dünyada aldana bilərəm. Cavab budur: "Allah özü haqq-hesab çəkməyə kifayətdir". Hesabı Allaha tapşırın, qoyun Allah sizin üçün hesab çəksin.192

Təqvanın və fitnəkarlardan qorxmamağın zəruriliyiHesabı Allaha tapşırın, qoyun Allah sizin üçün hesab çəksin.

Əgər Allahdan qorxmaq əvəzinə xalqın mühakimələrindən qorxsaq, problem yaranacaq. Çünki Allah-Taaladan qorxmaq təqvadır. Əgər bunu kənara qoyub xalqdan qorxsaq, o zaman Allah-Taalanın dediyi "ayırd edən" də olmayacaq: "Əgər Allahdan qorxsanız, O sizə haqla-nahağı ayırd edən (bir nur) verər". Bu, təqvadan irəli gəlir. İnsan üçün həqiqətin aydın olması təqvanın nəticəsidir. Mənim fikrimcə bu çox mühüm məsələdir; maldan, candan, xalqın danışmasından, hörmətdən, dedi-qodulardan, sözlərdən, ittihamlardan və bu kimi şeylərdən qorxmaq çox mühüm məsələdir. Bu məsələ o qədər əhəmiyyətlidir ki, Allah-Taala Peyğəmbərinə (s) müraciət edib bu işdən çəkindirir: "(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (İslam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların "Peyğəmbər oğulluğunun boşadığı qadınla evlənir", – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (onu boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları xanımlarını boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik olmasın! Allahın hökmü mütləq yerinə yetər!" Xalqın danışmasını,

Page 133: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

irəli sürəcəkləri ittihamı nəzərə almaq olmaz: "Sənin qorxmalı olduğuna ən çox layiq Allahdır".193

İmam Xomeyninin şücaətiMənim fikrimcə, imamın müxtəlif zəfərlərini o həzrətə

ərməğan edən amilllərdən biri onun şücaəti idi. Bu şücaət onun elmi, mənəvi, siyasi və ictimai nailiyyətlərinə, qəlblərin cəlb olunmasına bais oldu. Bu həqiqətən möhtəşəm idi. Onun şücaəti elə bir həddə idi ki, heç bir şeyi nəzərə almırdı.194

Fitnəkarların və düşmənlərin aparıcı şəxsləri qorxutmağa çalışmaları

Hər halda, fitnə törədənlər görkəmli və aparıcı şəxslərin qəlbində Allah qorxusunun yerinə öz qorxularını oturtmaq, yəni onlardan qorxmalarını istəyirlər: "O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər" . Yəni daim bizə deyirlər: "Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!". Cavabı budur: "Allah bizə bəs edər. O nə gözəl vəkildir". Nəticəsi də budur: "Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər" . Bu hissin, bu dərkin, bu ruhi və mənəvi həqiqətin nəticəsi budur: "Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər". Deməli, bu şücaətə malik olmaq lazımdır. Düşmən müxtəlif işlər görür, müxtəlif fəaliyyətlər göstərir. Bu gün mənim zənnimcə düşmən təxribatlarının əsas hədəfi aparıcı şəxslərdir; düşmənin hədəfi aparıcı şəxslərdir. Oturub onların zehnini dəyişdirmək üçün planlar cızırlar ki, bununla xalqı özlərinə çəkə bilsinlər. Çünki aparıcı şəxslər nüfuzludurlar və xalq arasında sözləri keçir. Mənim fikrimcə bu gün bizim və sizin əsas vəzifələrimizdən biri budur: Biz müxtəlif məsələlərə qarşı həm özümüzün, həm də dinləyicilərimizin ayıqlığını gücləndirməliyik.

İslam inqilabı çox köklüdür, çox güclüdür, onun çox möhkəm təməlləri var, Allah-Taala da bizim dayağımızdır. Mən dəfələrlə

Page 134: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

imamın dilindən söyləmişəm ki, buyurub: "Mən bu işə başlayan zamandan həmişə bir qüdrət əlinin işləri apardığını hiss etmişəm". Həqiqətən belədir; insan bu ilahi qüdrət əlini görür. Əlbəttə, bu qüdrət əlinin bizimlə qohumluğu yoxdur; "Kim Allah üçün çalışsa, Allah da onun üçün çalışar"; "Əgər Allaha kömək etsəniz, O da sizə kömək edər"195; "Allah Ona yardım edənlərə mütləq yardım edər".196 Biz ixlasla bu yolun xidmətində durmalıyıq; nəyimiz varsa, bu yola təqdim edək; səyimizi və işimizi bu yola təqdim edək. Allah-Taala da mərhəmət göstərəcək, lütf edəcək. Bu gün də həmin iş görülüb. Allah-Taala mərhəmət göstərmiş, düşmənin daşı özünə qayıtmış, oxu özünə sarı yönəlmişdir. Onlar yaratdıqları təxribatdan bir nəticə əldə edə bilməmişlər.

Seçkilərdən sonrakı bu çaxnaşmalar ayıq və məlumatlı insanların fikrincə, şübhəsiz ki, düşünülmüş işlər idi. İnsan ölkənin və dünyanın məsələləri ilə tanış olan məlumatlı insanların hansi ilə söhbət edirsə, bunu anlayır. Mən srağagün ona dedim ki, bunlar düşünülmüş işlər idi. O da dedi ki, şübhəsiz. Yəni hamı başa düşür ki, bu iş planlaşdırılmışdı və qəfil bir iş deyildi. Məsələn, kimsə qəfildən ucadan danışmadı. Yox, bu iş planlaşdırılmışdı, bir mərkəzdən yönəldilirdi və uğursuz bitdi. İnşallah bu uğursuzluqları davam edəcək, lakin daim təxribat aparırlar.197

Fitnə zamanı kənara çəkilməkBunu da deyək: Bəziləri fitnə şəraitində "Fitnədə köşək kimi

ol; nə minməyə beli, nə sağmağa südü var" cümləsini səhv anlayırlar. Elə bilirlər ki, bunun mənası fitnə yarananda və vəziyyət qarışanda kənara çəkilməkdir. Bu cümlədə ümumiyyətlə kənara çəkilməkdən söhbət getmir. Bunun mənası odur ki, fitnəkar heç zaman və heç bir yolla səndən istifadə edə bilməsin; "nə minməyə beli, nə sağmağa südü var". Nə minə bilsinlər, nə də sağa bilsinlər; ehtiyatlı olmaq lazımdır. Siffeyn döyüşündə cənab Əmmar Yasir qoşunun o tərəf-bu tərəfində daim müxtəlif qruplarla söhbət edirdi; çünki orada həqiqətən fitnə vardı, iki müsəlman qoşun bir-birinin qarşısında dayanmışdı. Böyük bir fitnə vardı və bir qrup adam çaş-baş qalmışdı. Əmmar daim aydınlatmaq işi ilə məşğul olurdu, o tərəf-bu tərəfə gedib müxtəlif qruplarla söhbətlər edirdi. Bunlar

Page 135: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

qeyd olunub və hamısı tarixdə var. Digər tərəfdən də Abdullah ibn Məsudun səhabələrindən olan bir qrup həzrətin yanına gəlib deyir: "Ey Əmirəlmöminin – bundan belə çıxır ki, onun möminlərin əmiri olmasını qəbul edirdilər - biz bu döyüşdə şübhəyə düşmüşük". Biz çaş-baş qalmışıq. Bizi sərhədlərə göndər və icazə ver bu döyüşə qatılmayaq. Bu kənara çəkilmənin özü də sağılmadır, minilmədir. Bəzən sükut etmək, kənara çəkilmək, danışmamaq fitnəyə kömək edir. Fitnədə hamı aydınlatma işi görməli, hamının ayıqlığı olmalıdır. Ümidvarıq inşallah Allah-Taala bizi və sizi dediklərimizə və niyyətimizdə olanlara əməl edən etsin! Bunun üçün hamımıza uğur versin!198

Allah-Taalaya təvəkkül, etimad və inamBilin ki, qələbə sizinlədir, ilahi yardım sizinlədir. Təhdid edən

bu supergüclərin, – onların daxili ardıcılları öz yerində - hegemon və təhdid mərkəzlərinin iqtidarlı və imanlı bir xalq qarşısında geri çəkilməkdən başqa çarələri yoxdur. Allah-Taalaya etimad edin, Ona nikbin olun. Allah təkidlə buyurur: “Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”199 Şəksiz və şübhəsiz, Allah-Taala Onun dininə və məqsədlərinə kömək edənlərə kömək edəcək. Bu doğru sözdur, doğru vəddir. Buna etimad edin və iqtidarla, yetərli əzmkarlıqla, mənəvi paklıqla, həm elmi və həm əxlaqi baxımdan özünüzü islah etməklə irəliləyin.200

Ayıqlığı artırmağa çalışmaq Xüsusən siz gənclər yaxşı əsərlər oxumaqla, diqqətlə, etimadlı

və püxtə insanlarla söhbət etməklə bu avamlığı yox edin. Əlbəttə, təqlidçi söhbətləri nəzərdə tutmuram; demirəm ki, nə desələr, qəbul edəsiniz. Lakin dəlillə insanı qane edən, insan zehnini razı salan şəxslər var.201

Səy və çalışmaVəzifə çox ağır və böyükdür; ən mühüm vəzifə də təbliğat və

izah etməkdir: “Onlar ki, Allahın risalətini təbliğ edər, Ondan qorxar və Allahdan başqa heç kəsdən qorxmazlar”.202 Bu bir

Page 136: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

meyardır. Dərk etdiyiniz həqiqəti izah edin. Heç kim gözləmir ki, anladığınızın əksinə danışasınız. Xeyr, anladığınızı deyin, lakin anladığınızın düzgün olmasına çalışın. Çünki fitnə zamanı həqiqəti tapmaq, hadisənin ətrafını tanımaq, hücum edəni və müdafiə olunanı, zalımı və məzlumu, düşməni və dostu tanımaq çətin olur.203

Ağlı meyar seçmək Aparıcı şəxslər imtahan otağındadırlar. Böyük bir imtahan

gedir. Bu imtahandan kəsilməyin nəticəsi yalnız bir il geri düşmək deyil, süqutdur. Əgər buna düçar olmaq istəmiriksə, insanı bəndəliyə dəvət edən ağlı meyar seçməliyik.

Ağıl bu siyasətbazlıqları tövsiyə etmir. Bunlar ağlın ziddinədir. Ağıl insanı doğru yola yönəldir. Siyasətbazlıqla ağıllı rəftar etdiklərini düşünənlər səhv edirlər. Xeyr, ağıl Allaha ibadət yolunu açan amildir. Özümüzlə Allah arasında meyar budur ki, bu sözü deməkdə ixlasımızın olub-olmadığına baxaq; görək Allahı düşünürük, yoxsa yox? Mən Allahdan ötrü və Allahın razılığı üçün danışıram, yoxsa sizin diqqətinizi cəlb etməkdən ötrü? Allahdan ötrüdür, yoxsa insanların ürəyindən ötrü? Meyar budur. Özümüzə müraciət edək. İnsan üçün ən yaxşı hakim onun özüdür. Özümüzü aldatmayaq, nə iş gördüyümüzü, nə dediyimizi və hansı hərəkəti etdiyimizi bilək.204

Anı tanımaq Bəzi şəxs və təşkilatların problemi budur: imansız, həvəssiz və

sevgisiz deyillər, ancaq anı tanımırlar. Anı tanımaq və ehtiyacı bilmək lazımdır. Kufədə qəlbləri İmam Hüseynə (ə) imanla dolu olan və Əhli-beytə (ə) məhəbbət bəsləyən insanlar vardı, lakin onlar bir neçə ay gec səhnəyə çıxdılar və hamısı şəhid oldular. Allahın yanında mükafatları da var, lakin görməli olduqları iş bu deyildi. Onlar zamanı tanımadılar, Aşuranı tanımadılar, işi zamanında görmədilər. Əgər təvvabin (tövbə edənlər) Aşuradan bir müddət sonra gördükləri işi cənab Müslimin Küfəyə gəldiyi zaman etsəydilər, vəziyyət dəyişərdi, hadisələr başqa məcrada hərəkət edərdi. Anları tanımaq və ehtiyac anında işi görmək çox mühüm məsələdir.

Page 137: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Sonuncusu bu 9 dey məsələsidir, ondan qabaqkı 10 il bundan əvvəl baş verən və burada işarə vurulan 23 tir hadisəsidir. O da anın ehtiyacı idi. Bu adi və normal bir iş deyildi. Bütün əzəməti ilə yanaşı 22 Bəhməndə xalqın yürüşü normal və tanınmış bir işdir; baş verməsi gözlənilir və baş verir. Lakin 1999-cu ilin 23 tiri adi və gözlənilən bir iş deyildi. Bu şuranın o şəraitdə bu işin lazım olduğunu bilməsi, anlaması və yerinə yetirməsi mühüm məsələ idi.

Builki 9 dey hadisəsi də belədir. Zamanı tanımaq, ehtiyacı anlamaq, münasib və ehtiyaclı anda meydana atılmaq əsas məsələdir. Mömin belə olmalıdır ki, varlığı təsirli olsun və görməli olduğu görə bilsin. Allaha şükür olsun ki, Təbliğat komitəsinin Əlaqələndirmə şurası bu xüsusiyyətə malik olduğunu göstərmişdir. Həm birinci onillikdə o dövrün müxtəlif hadisələri zamanı - müqəddəs müdafiə dövründə, müqəddəs müdafiədən öncə və sonra, həm də imamın vəfatından sonrakı müxtəlif məsələlərdə. Bunlar bizim tariximizdə uca zirvələr yaratdı. Bu unudulmaz zirvələrdən biri builki 9 dey idi.205

Ayıqlıq əldə etmək üçün uzunmüddətli proqram hazırlamaq

Düşmən cəbhənin uzunmüddətli proqramı var. Onlar bu gün məğlub olduqlarına görə məyus olub əl çəkmirlər. Xeyr, növbəti on il, iyirmi il, qırx il üçün planlar hazırlayırlar. Gərək hazır olasınız.

Bizim uzunmüddətli proqramımız olmalıdır. Əlbəttə, uzunmüddətli proqram hazırlamağın yeri bura deyil. Düşüncə mərkəzləri, siyasi və mədəni mərkəzlər bu işlərlə məşğul olurlar. Onlar bu işləri görməlidirlər və görürlər də. Mənim ümumi şəkildə demək istədiyim budur ki, uzunmüddətli proqram üçün əsas şərt vardır. Mən bunu dəfələrlə demişəm. Burada da onun barəsində bir qədər söhbət etməyi lazım bilirəm. Bu, ayıqlıq məsələsidir.

Mən ayıqlıq barədə ötən il və ondan öncə çox söhbət etmişəm; digər şəxslər də bu haqda danışıblar. Gördüm ki, bəzi gənclər də bu sahədə çox yaxşı işlər görmüşlər. Mən yenə də ayıqlıq üzərində təkid etmək istəyirəm. Mənim təkidim əslində bu məqsədlədir ki, müraciət tərəfi, meydan sahibi və vəzifəyə məsuliyyətli olan sizin

Page 138: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

özünüz bu işlərlə və ayıqlıq əldə etməyə dair proqramlarla məşğul ola, bu mühüm ehtiyacı təmin edəsiniz.206

Meyar: Düşmənlərin qəzəblənməsinə, yaxud sevinməsinə diqqət yetirmək

Bu gün hələlik islamçılığın zirvəsi olan İslam Respublikası quruluşu qarşısında düşmən sıraları düzülmüşdür; qlobal hegemonizm o sıraların mərkəzindədir, sionizm o sıraların mərkəzindədir. Bunlar açıq şəkildə İslamın qan düşmənləridir. Deməli, İslam Respublikasının da qan düşmənləridir. Bu bir meyardır. Əgər bu düşmənin xeyrinə bir hərəkət etsək və bir iş görsək, qafiliksə, ayılmalı və yanlış yol getdiyimizi bilməliyik. Əgər bir hərəkət etsək və bu hərəkətin düşməni qəzəbləndirdiyini görsək, yolumuzün düz olduğunu bilməliyik. Düşmənin İran xalqının inkişafına, sizin uğurlarınıza, İslam quruluşunun güclənməsinə qəzəbi tutur. Siz görün bizim işlərimizin hansı düşməni qəzəbləndirir. Düşməni qəzəbləndirən iş düzgün, onu sevindirən, həvəsləndirən, təbliğatda və siyasətdə daim uğrunda təkidlə çalışdığı iş isə səhv işdir. Bu meyarları diqqətdə saxlayın. Bunlar həqiqəti aydınlaşdırır. Çox zaman səhvlər qarşıya çıxanda onları bu meyarlarla aradan qaldırmaq mümkündür.207

Aparıcı şəxslərin vəzifəsi: həqiqətləri anlamaq, izah etmək, özlərində və digərlərində ayıqlıq yaratmaq

Görkəmli və aparıcı şəxslərin mühüm işlərindən biri maarifləndirmədir. Onlar həqiqətləri təəssübsüz şəkildə, qrup və cinah maraqlarının təsiri olmadan aydınlatmalıdırlar. Bunlar zərərlidir. Cinah və bu kimi məsələləri kənara qoyub həqiqəti anlamaq lazımdır. Siffeyn döyüşündə cənab Əmmar Yasirin mühüm işlərindən biri həqiqəti başa salmaq idi. Çünki qarşıdakı Müaviyə cinahı müxtəlif təbliğatlar aparırdı. Bu gün psixoloji müharibə adlanan məsələ yeni kəşflərdən deyil, onun üsulları fərqlənmiş, özü isə əvvəldən olmuşdur. Onlar bu psixoloji müharibədə çox püxtələşmişdilər. İnsan onların işlərinə baxanda psixoloji müharibədə necə peşəkar olduqlarını görür. Digər tərəfdən də zehinləri çaşdırmaq onları bərpa etməkdən asandır. Sizə bir söz

Page 139: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

deyəndə qəlbinizdə şübhə yaranır. Bədgümanlıq yaratmaq asan, onu beyindən silmək isə çətindir. Onlar da şübhə yayır, bədgümanlıq yaradırdılar. Bu, asan idi. Bu tərəfdən özünü bu psixoloji müharibənin qarşısında dayanıb müqavimət göstərməyə borclu bilən şəxs cənab Əmmar Yasir idi. Siffeyn döyüşünün hadisələrində yazmışlar ki, atla cəbhənin o tərəf-bu tərəfinə və öz qoşunlarının müxtəilf sıralarına gedir, bugünkü sözlə desək, bir-birindən ayrı düzülmüş batalyon, yaxud alayların hansına çatırdısa, onların qarşısında dayanır, bir qədər söhbət edir, qaranlıq məsələləri aydınlaşdırır və təsir göstərirdi. Bir yerdə ixtilaf yarandığını və bir qrupun şübhəyə düşdüyünü görən kimi cəld özünü oraya çatdırır, onlarla söhbət edir, məsələni başa salır və işləri yoluna qoyurdu.208

Page 140: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Beşinci fəsil: Yumşaq müharibə

Yumşaq müharibənin hərbi müharibə qədər təhlükəli olması

Biz bu planın hər tərəfini aydın şəkildə görməli və göstərməliyik. Bizim vəzifəmiz budur. Bu gün bizə qarşı hərbi müharibə çox da ehtimal olunmur. Demirik ki, əsla mümkün deyil, amma çox ehtimal olunmur. İndiki müharibənin təhlükəsi isə hərbi müharibədən çox olmasa da, az deyil; əgər daha çox ehtiyat tələb etmirsə, az ehtiyat da tələb etmir. Hərbi müharibədə düşmən bizim sərhədlərimizdəki səngərlərə hücum edir, sərhədlərimizi yarıb keçməyə çalışır. Bu gün yumşaq müharibə adlanan psixoloji müharibədə isə düşmən mənəvi səngərləri dağıtmağa çalışır; imanlara, etiqadlara, iradələrə, bir quruluşun və bir ölkənin əsas təməllərinə hücum edir. Düşmən bunları dağıtmağa və öz təbliğatında müsbət cəhətləri mənfi cəhətlərə çevirməyə çalışır; bir quruluşun fürsətlərini təhdidə çevirmək istəyir.209

Yumşaq müharibənin mənşəyi: quruluşla ağır mübarizədə düşmənin məğlubiyyəti və İslam Respublikasının güclənməsi

Bu güc (İran) bütün hegemon istəklərlə və yer üzündə fəsad törədən nəhəng iqtisadi kompaniya və şəbəkələrə müxalifdir; istismarçı düzənə müxalifdir, istismarçılığa müxalifdir, zülmə müxalifdir. Bu, hegemon qüvvələr üçün çox əhəmiyyətli məsələdir. Hegemon qüvvələr yalnız Amerika Birləşmiş Ştatları, yaxud Amerikanın və ya hansısa Avropa ölkəsinin hansısa prezidenti və hökuməti deyil. Hegemon qüvvələr bunlara şamil olan daha möhtəşəm bir şəbəkədir; sionizm şəbəkəsidir, əsas beynəlxalq biznesmenlər şəbəkəsidir, dünyanın nəhəng valyuta mərkəzləridir. Dünya siyasətini planlaşdıran bunlardır; hökumətləri bunlar gətirirlər, bunlar aparırlar. Daxilində Amerika Birləşmiş Ştatları hökumətinin, Avropa hökumətlərinin və öz regionumuzun sərvətli neftyeyənlərinin çoxunun olduğu bu birlik inkişaf etməkdə,

Page 141: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

ucalmaqda və boy atmaqda olan belə bir güclə sərt müxalifdirlər. Buna görə onunla mübarizədə bacardıqları hər bir işi görürlər.210

İnqilabdan sonra İslam quruluşuna qarşı mübarizənin otuzillik bir keçmişi var, yeni bir şey deyil. Mübarizənin formaları müxtəlif olsa da, özü həmişə olmuşdur; güclü, yaxud zəif, bizim daxili vəziyyətimizlə münasib olmuşdur. Harada və nə vaxt güclü təsir göstərə biləcəklərini duymuşlarsa, bacardıqları zərbəni vurmuşlar. İnqilab bu otuz il ərzində bu zərbələrin qarşısında möhkəm dayanmış, nəinki zəifləməmiş, hətta Allahın lütfü ilə günbəgün güclənmişdir də. Lakin burada bir məqam var. O da budur ki, biz İslam Respublikası quruluşunda nə zaman güclənmiş, irəliləmiş və işlərimizi mürəkkəbləşdirmişiksə, düşmənin təxribatı da mürəkkəbləşmişdir. Buna diqqət yetirmək lazımdır.211

Yumşaq müharibənin mənası Həmişə bütün ehtimallara hazır olmaq lazımdır, lakin bu,

İslam quruluşuna qarşı mübarizədə hegemonizm üçün prioritet deyil. Prioritet bu gün yumşaq müharibə deyilən məsələdir; yəni mədəni üsullarla, yalanla və şayiə yaymaqla müharibə etmək; on il, on beş il, otuz il öncə mövcud olmayan və bu gün geniş yayılmış mütərəqqi üsullarla müharibə etmək. Yumşaq müharibə xalqın qəlbində və beynində şübhə yaratmaqdır.212

Düşmən oyaqdır. Dünyanın mühüm siyasi təhlükəsizlik mərkəzlərindən bizə çatan xəbərlər göstərir ki, böyük, əzəmətli və nəhəng qurumlar çoxlu büdcələrlə daim İslam Respublikası quruluşu üzərində işləyirlər. Onların məqsədləri deyilmişdir, bizə və sizə bəllidir. Onlar işləyir, hər gün bir layihə qəbul edir və İslam Respublikası qarşısında yeni bir problem yaradırlar. Onlar bu işləri görürlər; bu işdə təcrübələri var, çox çalışırlar, ixtiyarlarında çoxlu imkanlar da var.213

Yumşaq müharibədə düşmənin məqsədi Hərbi müharibədə düşmən bizim sərhədlərimizdəki səngərlərə

hücum edir, sərhədlərimizi yarıb keçməyə çalışır. Bu gün yumşaq müharibə adlanan psixoloji müharibədə isə düşmən mənəvi səngərləri dağıtmağa çalışır; imanlara, etiqadlara, iradələrə, bir

Page 142: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

quruluşun və bir ölkənin əsas təməllərinə hücum edir. Düşmən bunları dağıtmağa və öz təbliğatında müsbət cəhətləri mənfi cəhətlərə çevirməyə çalışır; bir quruluşun fürsətlərini təhdidə çevirmək istəyir.214

Yumşaq müharibədə əsas xətlərÖlkənin siyasi sabitliyini pozmaqBu gün yumşaq müharibədə düşmənin əsas işi ölkənin siyasi

mühitini bulaşdırmaqdır; bunu nəzərdən qaçırmayın. Bu gün düşmənin ən mühüm işi budur. Siyasi işlərlə məşğul olan və məlumatlı insanlar bilirlər ki, bu gün böyük güclərin qüdrəti atom bombalarından və banklarında yığılmış sərvətlərdən daha çox onların təbliğat imkanlarındadır, hər yerə çatan gur səslərindədir. Təbliğat üsullarını da yaxşı bilirlər; bu sahədə doğrudan da inkişaf etmişlər. Bu gün qərblilər - istər avropalılar, istər amerikalılar təbliğat işində modern və çox mütərəqqi üsullar bilirlər. Biz bu sahədə geridəyik. Onların ən əsas işlərindən biri təbliğatı bacarmalarıdır. Bu təbliğat üsulları ilə, ajiotajla, həqiqətin ziddinə olan söz yığını göndərməklə cəmiyyətlərin vəziyyətini dəyişdirməyə və təsir göstərməyə çalışırlar. Bu məsələyə diqqət yetirmək və bundan ehtiyatlı olmaq lazımdır. Bu gün bu baxımdan bizim gənclərimizin üzərinə ağır vəzifə düşür. Sizin yalnız özünüzün həqiqəti təyin etməniz kifayət etmir, öz ətraf mühitinizi də məlumatlandırmalı və onlar üçün də məsələləri aydınlaşdırmalısınız.

Bir mühüm məsələ budur ki, nahaq insanın qarşısında həmişə çılpaq görünmür ki, nahaq olduğu anlaşılsın. Nahaq çox zaman haqq libası ilə, yaxud haqqın bir parçası ilə meydana çıxır. Əmirəlmöminin (ə) buyurmuşdur ki, əgər haqq və nahaq açıq şəkildə və pərdəsiz meydana çıxsa, ixtilaf olmaz; hamı haqqı sevər və nahağa nifrət bəsləyər. Lakin haqqın bir hissəsini nahağın bir hissəsi ilə qarışdırırlar, tamamən nahaq olmasına qoymurlar. Odur ki, insanlar səhvə düşürlər. Bundan çox ehtiyatlı olmaq lazımdır. Bu gün beynəlxalq təbliğat şəbəkələri sizin ölkənizdə, cəmiyyətinizdə, sizin İslam quruluşunuzda həqiqətləri tərsinə göstərməkdə çox israrlıdır. Təbliğat imkanları da çoxdur, daim çalışırlar. Əlbəttə,

Page 143: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

bəzi şəxslər də bilərəkdən, bəziləri də bilmədən daxildə həmin sözləri təkrarlayır və işıqlandırırlar.215

Cəmiyyətdə ixtilaf və təfriqə yaratmaqYumşaq müharibənin yollarından biri bir cəmiyyətdə xalqı bir-

birinə qarşı bədbin etmək, ixtilaf yaratmaq, bir bəhanə tapıb onunla xalqın arasına təfriqə salmaqdır. Gördünüz ki, builki seçkilərdən sonra bir bəhanə tapıb xalq arasında ixtilaf yaratdılar. Xoşbəxtlikdən, bizim xalqımız ayıqdır. Belə bir iş digər ölkələrdə vəziyyəti tamamilə dəyişdirdi; digər yerlərdə xalqda bir-birinə qarşı şübhə yaratdı. Seçkiləri bəhanə edib şübhə yaratmağa, qəlblərdə bir-birinə qarşı nifrət oyatmağa, insanları bir-birinin qarşısında qoymağa cəhd etdilər. Sonra da muzdur, qərəzli və düşmən qüvvələri cinayət əməllərinə vadar etdilər ki, məmurlar kimin nə etdiyini bilməsinlər. Bu mühüm layihələrdəndir. Belə işlər planlaşdırırlar.216

İnkişafa tam zidd olan amillərdən biri ixtilaf və təfriqədir; xalq arasında təfriqə, məmurlar arasında təfriqə, quruluşun müxtəlif orqanları arasında təfriqə, quruluşla xalq arasında təfriqə. İniqlabın bizə verdiyi bu birlik və həmrəylik müqəddəs bir namus kimi qorunmalıdır. Düşmənin yumşaq müharibədə həmişə gördüyü və bu gün də görməkdə olduğu ən mühüm işlərdən biri bu birliyi zəiflədib paçalanma yaratmaqdır. Bunun üçün çalışır, şiə və sünni məzhəbləri arasında ixtilaflar yaradırlar, fars, ərəb, türk, kürd və digərləri arasında irqi ixtilaflar yaradırlar, bölgə ixtilafları yaradırlar, təşkilat və partiya ixtilafları yaradırlar.

Bunların hamısına qarşı tam diqqətlə, yəni bizim ayıqlıq adlandırdığımız amillə tədbir görmək lazımdır. Gərək harada olduğumuzu bilək, bu gün durduğumuz səngəri tanıyaq. Həssas bir səngərdə durub səngərinin nə qədər həssas, işinin və mövqeyinin nə qədər əhəmiyyətli olduğunu bilən bir əsgərlə həmin səngərdə duran, lakin onun nə qədər mühüm olduğunu bilməyən, yatan, diqqətsizlik edən, səngəri tərk edən, səngər daxilində yoldaşı ilə dalaşan şəxs arasında fərq vardır. Biz İran xalqının mövqeyinin nə qədər həssas olduğunu bilməliyik.217

Page 144: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Ümid əlamətlərini gözdən salmaq və cəmiyyətə ümidsizlik aşılamaq

Bizim düşmənlərimiz, inqilabın və İslam Respublikası quruluşunun düşmənləri bir neçə xətti əsas tutmuşlar. Bu onların təbliğatlarında və işlərində açıq-aydın görünür, gizli və məxfi məsələ deyil. Biz bunları daim diqqətdə saxlamalıyıq:

Biri ümid əlamətlərini qırıb sıradan çıxarmaqdır. Onların biri bu seçkilər idi. Xalqın 85 faizinin iştirak etməsi ümidverici bir haldır, mühüm bir işdir. Qeyd etdiyimiz kimi, bir inqilabdan otuz il sonra ölkənin əhalisi gəlib bu inqilabdan yaranmış quruluşa belə böyük səs verir. Bunun bu quruluşa etimaddan və onu sevməkdən başqa mənası yoxdur. Bu baş verdi. Yaxud prezidenti belə yüksək səslə seçmələri bənzərsiz bir şey idi. Bu iş baş verdi və ölkədə görüldü. Bu, əhəmiyyəti çox böyük olan müsbət cəhətdir. Onlar bu müsbət cəhəti mənfi cəhətə, ümid amilini şübhə və məyusluq amilinə çevirməyə çalışdılar. Bu iş qərəzlidir. Ölkədə ümid amilləri çoxdur. Bu gün ölkənin infrastrukturu çox güclüdür. Bu illərdə mühüm işlər görülmüşdür və bu gün ölkə inkişafa doğru sürətli bir hərəkətə hazırdır. Bu gün elmi inkişaflar çox nəzərə çarpır; digər ölkələrin siyasi qərəzi olmayan alimləri də bunu etiraf edirlər. Bir nümunəsini bu gecə televiziyada gördünüz. Kök hüceyrələr məsələsinə toxunaraq etiraf etdilər ki, İranın bu qədər inkişaf etdiyinə inanmazdıq. Deyir mən ötən il də bu elmi konfransda iştirak etdim, bu il də. Bu il ötən illə çox fərqlənmiş, böyük inkişaf yaranmışdır. Bu bir nümunəsidir. Onlarla belə nümunə var. Bunlar elmi inkişaflardır, ümid amilləridir. Bizim arxamızda və ixtiyarımızda otuzillik bir təcrübə dayanır. Enerjili və təhsilli gənc nəsil səhnədədir və onların hamısı ümid amilləri və müsbət cəhətlərdir. Həm təhsili, həm özünə inamı olan, həm də öz ölkəsini inkişaf etdirə biləcəyini duyan gənc nəslimiz var. Bizim bir mənzərə sənədimiz var və 2025-ci ilə qədər ölkənin inkiaşfları və maddi inkişaflar baxımından xəttimizin harada olduğunu müəyyən etmişdir. Bu çox mühüm məsələdir. Müəyyən edilmişdir ki, hansı mərhələyə çatmalı və hansı yolla hərəkət etməliyik. Bunlar ümid amilləridir, müsbət cəhətlərdir. Bunları məyusluq amillərinə çevirmək istəyirlər. Mənzərə sənədindən söhbət düşəndə deyirlər

Page 145: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

ki, bu sənədə baxan yoxdur; elmi inkişaflardan söhbət düşəndə deyirlər ki, bunlar çox əhəmiyyətli deyil; seçkilər barədə danışanda bu şübhə və iradları qarşıya qoyurlar; gənclər haqda söhbət gedəndə bir tərəfdə bir neçə gəncin qanun pozuntusuna işarə vururlar. Yəni bütün bu müsbət cəhətləri, hamısı ümidverici olan bütün bu dəyərli nailiyyətləri əhəmiyyətsiz göstərməyə çalışırlar. Digər tərəfdən, bunun qarşısında təbii ki, mövcud olan kiçik mənfi cəhətləri böyüdür, yaxud kiçik olmasa da, hər halda onları böyüdürlər, olduğundan bir neçə dəfə böyük göstərir, ümidsizlik yaradır, quruluşa qarşı bədbin təsəvvürləri gücləndirirlər. Özünüz görürsünüz ki, ümidsizliyi zorla cəmiyyyətə sırımaq istəyirlər. Cəmiyyət ümidsiz olanda hərəkətdən dayanır, yaradıcı və aparıcı adamlar, gənc və aktiv qüvvələr təcrid olunurlar, kənara çəkilirlər, əlləri işə getmir, həmkarlıqlar azalır, cəmiyyət dinamikliyini itirir. Düşmənin xətlərindən biri budur. Daim vəziyyətin çıxılmaz olduğunu təlqin edirlər. Bir zaman deyirdik ki, radiolarda təbliğat aparırlar, bu gün isə yalnız radio deyil. Bir zaman deyirdik ki, onlarla radio, bu gün isə söhbət minlərdən gedir; radio var, televiziya var, internet səhifələri var. Müəyyən mərkəzlərdən idarə olunan bütün bu təbliğatlar daim vəziyyətin çıxılmaz, böhranlı və ümidsiz olduğunu təlqin edirlər; nə qədər alınsa, nə qədər dinləyici cəlb etsələr və onlar üçün inanılası görünsə, bu sahədə işləyirlər. Bu, düşmənin xətlərindən biridir.218

Xalqın diqqətini düşmənlərdən yayındırmaqBizim fikrimizcə, düşmənin sərmayə qoyduğu başqa bir xətt

xalqın zehnini düşmənlərdən yayındırmaqdır. Biz cəmiyyətdə yaranan çoxlu problemlərdə və müxtəlif çatışmazlıqlarda daxildəki şəxsi və ictimai təqsirləri inkar etmirik; bunda heç bir şübhə yoxdur və kimsə bunu inkar etmir. "Sənə yetişən hər bir yaxşılıq Allahdan, sənə üz verən hər bir pislik isə özündəndir". Bu bəllidir. Düşmən bizə zərbə vurdusa və bu zərbə təsirli oldusa, bu da özümüzdəndir; bunda şübhə yoxdur. Ühüd döyüşündə düşmən hücum edib zərbə vuranda əslində müsəlmanlar özləri zərbə vurdular. Bu məlumdur, amma məsələ burasındadır ki, insan zərbə vurulmasını istəmirsə, düşmənin əlini görməlidir. Vurulmamaq üçün diqqətli olmağın

Page 146: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

şərtlərindən biri bizə zərbə vurmaq istəyən düşməni görməkdir. Bunu unutmaq olmaz. Xüsusən görkəmli və aparıcı şəxslərə düşmənin təsirini unutdurmaq düşmənin təlqin və təbliğ etdiyi xətlərdən biridir. Şübhəsiz ki, bu iş üçün müxtəlif yollar vardır. Kimsə düşməndən danışan kimi deyirlər ki, siz hər şeyi düşmənin boynuna atırsınız. Bəli, düşmən var, nə üçün onu görmürük? Nə üçün burada seçkilərdən sonra düşmənin bizim ixtilafımızdan, müxtəlif hadisə və müsibətlərdən yaranan böyük sevincini görmürük? Səbəbkar şəxsləri həvəsləndirirlər. Orada böyük bir ölkənin başçısı adamların adlarını çəkir. Bu, düşmənlik yaratmaq deyil, bəs nədir?! Quruluşun əleyhdarlarının adlarını çəkib tərifləyir və deyirlər ki, biz onun şücaətinə heyran olduq. Nə üçün? Çünki onların xoşuna gələn bir söz demişdir. Bunları görmək, bunlara diqqət yetirmək və düşmənin düşmənliyini yadda saxlamaq lazımdır. Əlbəttə, onun düşmənliyi gözləntidən kənar deyil, bizim diqqətsizliyimiz gözləntidən kənardır.219

Düşmənin yumşaq hücumuna qarşı mübarizənin yollarıAyıqlıq yaratmaq və ağıllı davranmaqDüşmən belə bir "puzzle" düzəldib ki, içindən bir söz çıxarsın.

Bu hərflərin bir neçəsini də biz qoyaq?! Bundan ehtiyatlı olmaq lazımdır. Söhbət bundan gedir. Biz düşmənin "puzzle" fiqurunu tamamlamamalıyıq. Düşmənin gördüyü və görmək istədiyi işi bilməli, açıq məqsədlərini və rolunu görməliyik.

...Bu gün düşmən və müxaliflər əleyhinə ən təsirli beynəlxalq silah təbliğat silahıdır, media silahıdır. Bu gün bu ən güclü silahdır, atom bombasından da pis və təhlükəlidir. Seçkilərdən sonrakı iğtişaşlarda düşmənin bu silahını görmədiniz? Düşmən bu silahla bizim hadisələrimizi anbaan izləyir və fitnəkarlara tövsiyələr verirdi: "Həqiqətən şeytanlar sizinlə mücadilə etmək üçün öz dostlarına ilham edirlər". Daim öz dostlarına ilham edirdilər. Bu düşmənin roludur. Düşmənin rolunu bundan da aydın və aşkar fərz etmək olarmı?!

Ayıq olmaq lazımdır. Cəmiyyətin aparıcı şəxslərindən, siyasi cərəyan və qruplardan gözlənilən budur ki, bu hadisələrlə, düşmənin bu xətləri ilə ayıq şəkildə rəftar etsinlər. Əgər ayıqlıq və

Page 147: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

mübarizə əzmi olsa, bizim rəftarlarımızın çoxu dəyişə bilər. O zaman vəziyyət daha yaxşı olar. Bəzi işlər ayıqlığın olmamasına görədir.220

İnqilabın və ölkənin müstəqilliyinin müxalifləri qarşısında xalqın birliyi

Mənim təkidim budur ki, hamı, bütün İran xalqı, müxtəlif siyasi cinahlar bu inqilabın və ölkənin müstəqilliyinə qarşı çıxan, ölkəni ikiəlli ABŞ və hegemonizmə təqdim etmək istəyən azsaylı şəxslər qarşısında bir olsunlar. Bütün xalqların daxilində düşmənin belə ünsürləri var. Bizim xalqımızın arasında da belə insanlardan az da olsa, tapılır. Xalqın özünü, kütlələri, aparıcı və adi insanlardan ibarət olan böyük toplumu həmin azsaylı satqın ünsürlərdən ayırmaq lazımdır; səhv salınmamalıdır. Bəzi fikirlərdə, bəzi sözlərdə vəziyyət elə qarışdırılır ki, insanlar çaş-baş qalırlar, xalq bir-birinə, görkəmli şəxslərinə və məmurlarına bədbin olur. Bu düzgün deyil.221

Tələbələr - yumşaq müharibədə cəbhənin gənc zabitləriZabitliyin mənası Biz düşmən tərəfindən yumşaq müharibəyə məruz qalmışıq.

Əlbəttə, gənclərin özü də bunu təkrar-təkrar deyirdilər. Məndən öncə onlar bunu dəfələrlə dedilər və hamısı bilirdilər. Mənim əlavə etdiyim bu idi ki, dedim: "Bu yumşaq müharibədə siz tələbə gənclər bu cəbhənin gənc zabitlərisiniz". Demədim ki, əsgərləri; çünki əsgər gözləyir ki, ona “irəli” desinlər, o da irəliyə getsin, “geri çəkil” desinlər, o da geri çəkilsin. Yəni əsgər heç zaman özü qərar vermir, iradə göstərmir, komandirin dediyini icra edir. Həm də demədik ki, böyük qərargahların əməliyyatçı zabitlərisiniz. Çünki onlar irimiqyaslı planlar hazırlayırlar. Gənc zabit isə səhnədədir; həm əmri icra edir, həm səhnəni yaxşı görür, öz cismi və canı ilə səhnəni sınayır. Odur ki, bunlar gənc zabitlərdir. Tələbənin yeri budur. Həqiqətən gənc zabitlərin düşüncəsi də var, əməli də var, səhnədədirlər, vəziyyəti də görür və çərçivə daxilində işləyirlər.222

Yumşaq müharibə cəbhəsində zabitliyin şərtləri

Page 148: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

Nə iş görməli olduğunuzu, necə etməli olduğunuzu, necə açıqlamalı olduğunuzu mən yazmalı və deməli deyiləm. Sizin özünüz iclaslarınızda, düşüncə mərkəzlərinizdə və fikir otaqlarınızda oturub bunların yollarını tapmalısınız. Lakin məqsəd bəllidir. Məqsəd şiddətə, hiyləyə, pula, əzəmətli və mütərəqqi elm və media imkanlarına arxalanan kompleks bir hücum qarşısında İslam quruluşunu və İslam Respublikasını mudafiə etməkdir. Bu təhlükəli şeytani cərəyanla vuruşmaq lazımdır.

...Burada sizə deyirəm ki, ehtiyatlı olun, universitet bu kiçik və dəyərsiz siyasi hadisələrin təsiri altına düşməsin, onun elmi işi zəifləməsin, bizim laboratoriyalarımıza, siniflərimizə, tədqiqat mərkəzlərimizə ziyan toxunmasın; diqqətinizi toplayın. Yəni sizin qarşınızdakı mühüm məsələlərdən biri universitetlərin elmi hərəkətini qorumaqdır. Düşmənlər çox istəyirdilər ki, bizim universitetlərimiz ən azı bir müddət tətil olsun, onda iğtişaşlar törədilsin və müxtəlif ziyanlara uğrasın. Bu həm siyasi baxımdan, həm də uzunmüddətli iş baxımından onlar üçün ideal bir məsələdir. Çünki sizin elminiz uzunmüddətli iş baxımından onların zərərinədir və buna görə elmdən uzaqlaşmağınızı istəyirlər.

Dedik ki, siz gənclər yumşaq müharibədə gənc zabitlərsiniz. Məndən soruşmayın ki, indiki zirar məscidini uçurmaqda biz tələbələrin rolu nədir; özünüz axtarıb tapın. Yaxud yeni nifaqla mübarizə necə olmalıdır və ya ədalətin tərifi nədir. Mən də gəlib burada fəlsəfi bir mövzu açım ki, ədalətin bir neçə şaxəsi var, filan.223

Yumşaq müharibənin komandirləri olan müəllimlərin rolu

Əgər ictimai məsələlərdə, siyasi məsələlərdə, ölkə hadisələrində, açıq gözə və yetərli ayıqlığa ehtiyac olan yerlərdə bizim tələbə gəncimiz gənc zabitdirsə, onun müəllimləri olan sizin rütbəniz daha yüksəkdir. Siz irimiqyaslı məsələləri görməli olan komandirsiniz; düşməni düzgün təyin edin, onun məqsədlərini öyrənin, bəzən düşmənin xəbəri olmadan onun qərargahlarına baş çəkin, bunun əsasında irimiqyaslı planlar hazırlayın və bu planlarla

Page 149: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

hərəkət edin. Müxtəlif rütbələrdə yüksək komandirlər bu rolları ifa edirlər.

Bu rolu ifa etməyi bacaran müəllim İslam Respublikası quruluşunun indisi və gələcəyi üçün layiqli müəllimdir. Möhtərəm müəllimlərdən gözlənilən budur. Gənclərə diqqət yetirin. Məqsədim bu deyil ki, oturub siyasətçiləri onlara tanıtdırasınız. Xeyr, mən əsla bununla müvafiq deyiləm. Kimlərinsə adını çəkmək problemin həllinə kömək etmir. Bunlarda təhlil qabiliyyəti yaradın, bunlara iş bacarığı verin və işə həvəs aşılayın. Necə? Ümid verməklə, ümid bağışlamaqla. Sinfi, dərs otağını və universiteti gələcəyə ümid məkanı edin. Bir ölkədə bir nəsil üçün ən pis bəla ümidsizlikdir, məyusluqdur; yəni desinlər ki, cənab, faydasızdır. “Faydasızdır” düşüncəsi və gələcəyə ümidsizlik bütün fəaliyyətlər üçün - istər ictimai və siyasi fəaliyyətlər üçün, istər hətta elm və tədqiqat fəaliyyətləri üçün həlakedici zəhərdir. Təcrübi elmlərdə və müxtəlif fənlərdə böyük kəşfləri etmiş şəxslər nəticəyə ümidsiz olsaydılar, şübhəsiz, buna nail olmazdılar. Ümid insanı irəliyə doğru aparan möhtəşəm qüvvədir. Bizim gəncimizi ölkəsinə, inqilabına, gələcəyinə, hökumətinə, universitetinə, elmi və peşə gələcəyinə ümidsiz etmək istəyirlər. Bu çox zərərlidir. Bu, bizim düşmənlərimizin və quruluşun müxaliflərinin proqramlarında var. Mənim fikrimcə, əsaslı işlərdən biri budur: tələbələri həvəskar, ümidli və inkişafa inanan yetişdirin.

Müxtəlif ictimai, siyasi və elmi sahələrdə görülməsi lazım olan işlərdən biri də fikir bildirməsi üçün tələbəyə imkan yaratmaqdır. Fikir bildirməkdən qorxmaq lazım deyil. Universitetlərdə bizim dediyimiz bu azad düşüncə kürsüləri həyata keçməli və təşkil olunmalıdır. Əgər siyasi, ictimai, hətta düşüncə və din kimi müxtəlif sahələrdə mühüm ixtisaslı mövzular sağlam mühitlərdə və uyğun mövzuda güclü şəxslər tərəfindən incələnsə, daha ümumi və ictimai yerlərdə müzakirə olunmaz, bəlli ziyanlar da baş verməz. Adi camaatla üz-üzə gələndə hamı özünü qoruya bilmir. Adi camaatla üzləşmək insanları yayınmalara, tənəzzülə və çoxlu səhvlərə düçar edir. Təəssüf ki, biz bunları görmüşük. Siz çoxlarını görürsünüz ki, adi camaat qaşrısında bəlkə də ürəklərində çox da inanmadıqları bir sözü deyirlər; bəzilərinin təbirincə desək, məclisə düşürlər. Bu

Page 150: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

çox pis haldır. Əgər xüsusi çevrələrdə, azad düşüncə mühitlərində bu ixtisaslı, elmi və problemli məsələlər bəhs olunsa, şübhəsiz, az hallarda ziyanlı olacaq.224

Son nöqtə: inkişaf etmək və kompleks iqtidara yiyələnmək

İnkişaf dedikdə məqsəd kompleks inkişafdır. Bu xalq ölkənin bütün sahələrində inkişafa layiqdir: milli sərvətin istehsalında, elm və texnologiyada, milli iqtidarda və beynəlxalq başucalığında, əxlaq və mənəviyyatda, ölkənin ictimai və əxlaqi təhlükəsizliyində, xidmət səviyyəsinin yüksəldilməsində. Xidmət səviyyəsinin yüksəldilməsinin mənası budur ki, biz malik olduqlarımızdan ən yaxşı şəkildə istifadə edə bilək; neftdən, qazdan, zavoddan, yoldan və ixtiyarımızda olan digər amillərdən maksimum və ən yaxşı şəkildə bəhrələnək. Həmçinin qanunçuluqda və ictimai nizam-intizamda inkişaf edək. Əgər bir xalq qanunsuzluğa düçar olsa, xalqın zehninə və əməlinə qanunu pozmaq ruhu hakim olsa, o xalqa və o ölkəyə heç bir ağıllı və düzgün inkişaf nəsib olmaz. Biri də vəhdətdə və milli birlikdə inkişafdır. Düşmənlər inqilabın əvvəlindən bunu pozmağa çalışmışlar, lakin xoşbəxtlikdən bizim xalqımız sui-istifadəyə yararlı olan bütün sahələrdə öz birliyini qorumuşdur. Biz bunu bacardıqca artırmalı və yüksəltməliyik. İnkişafın başqa birisi ümumi rifahda inkişafdır. Bütün təbəqələr rifah içərisində yaşamalıdırlar. Bir inkişaf siyasi səviyyədə inkişafdır. Bizim xalqımız kimi böyük bir cəmiyyət üçün siyasi dərk, siyasi yetkinlik və siyasi təhlil qabiliyyəti düşmənlərin bədxahlığı qarşısında polad bir hasar kimidir. Odur ki, biz öz siyasi yetkinliyimizi yüksəltməliyik. Bizim xalqımız siyasi yetkinlik baxımından bu gün də çoxlu xalqlardan öndədir, amma yenə də inkişaf etməliyik. Məsuliyyət qəbul etmək, milli əzmkarlıq, iradə və digər sahələrdə də inkişaf etmək lazımdır.225

Həm tələbələrin, həm əziz universitet mənsublarının, həm bütün xalqın, xüsusən də alim və ziyalıların diqqət yetirməli olduğu əsas məsələ budur ki, İslam Respublikası quruluşu bu bacarığa və bu iqtidara malikdir; necə ki, bu günə qədər bu otuz il boyu dayana bilmişdir. Onların bütün səyləri İslam Respublikasını məhv etməyə

Page 151: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

yönəlmişdi, lakin nəinki məhv olmadı, hətta günbəgün müxtəlif sahələrdə gücləndi də. Hegemonizmin siyasətləri, Amerikanın siyasətləri, aydın dəlillərə əsasən ilk düşmənlik hədəfi İslam Respublikasından ibarət olan dünya sionist şəbəkəsinin siyasətləri İslam Respublikasını ayaqdan sala bilməz; nəinki ayaqdan sala bilməz, heç zəiflədə də bilməz. Biz sürətlə öz hərəkətimizi davam etdirə bilərik. Sözsüz ki, düşmənin hiyləsini gözləyirik. Bu hiylələr bir dövrə qədər davam edəcək. O dövr ölkənin hərtərəfli iqtidarından ibarətdir və bu siz tələbələrin, siz gənc nəslin işidir. Siz ölkəni elmi və iqtisadi iqtidara çatdırdıqda və ölkə üçün elmi izzəti təmin etdikdə, o zaman sözsüz ki, hiylələr azalacaq, məyus olacaqlar. O nöqtəyə çatmayınca hiylələri gözləmək və onlara qarşı mübarizəyə hazır olmaq lazımdır. İnşallah zaman ötdükcə siz daha güclü, düşməniniz isə daha zəif olacaq. Son qələbənin xalqa nəsib olacağı gün uzaqda deyil.226

Page 152: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

1 Həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin böyük toplantısındakı çıxışdan: 2009.2 İmam Xomeyninin vəfatının iyirmci ildönümü mərasimində çıxışından: 2009.3 Həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin böyük toplantısındakı çıxışdan: 2009.4 Sənəndəc şəhərinin Azadlıq meydanında Kürdüstan vilayətinin əhalisi ilə görüşdə çıxışından: 2009.5 Yenə orada. 6 Yenə orada.7 Hədis İmam Əlidəndir (ə).8 İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışından: 2009. 9 Müəllim, feldşer və fəhlələrlə görüşdə çıxışından: 2009.10 Sənəndəc şəhərinin Azadlıq meydanında Kürdüstan vilayətinin əhalisi ilə görüşdə çıxışından: 2009.11 Müəllim, feldşer və fəhlələrlə görüşdə çıxışından: 2009.12 İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışından: 2009.13 Həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin böyük toplantısındakı çıxışdan: 2009.14 Sənəndəc şəhərinin Azadlıq meydanında Kürdüstan vilayətinin əhalisi ilə görüşdə çıxışından: 2009.15 Bicar əhalisi ilə görüşdə çıxışından: 2009.16 İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışından: 2009.17 İnqilab rəhbərinin səs verdikdən sonrakı müsahibəsindən: 2009. 18 Sənəndəc şəhərinin Azadlıq meydanında Kürdüstan vilayətinin əhalisi ilə görüşdə çıxışından: 2009. 19 Mərivan əhalisi ilə görüşdə çıxışından: 2009.20 Bicar əhalisi ilə görüşdə çıxışından: 2009.21 İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışından: 2009.22 İnqilab rəhbərinin səs verdikdən sonrakı müsahibəsindən: 2009.23 Həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin böyük toplantısındakı çıxışdan: 2009.24 Şəhid ailələri ilə görüşdə çıxışından: 2009. 25 İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışından: 2009.26 Yenə orada. 27 Yenə orada.28 Həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin böyük toplantısındakı çıxışdan: 2009.29 Yenə orada. 30 Müəllim, feldşer və fəhlələrlə görüşdə çıxışından: 2009. 31 Həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin böyük toplantısındakı çıxışdan: 2009.32 İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışından: 2009. 33 İnqilab rəhbərinin səs verdikdən sonrakı müsahibəsindən: 2009.34 Müəllim, feldşer və fəhlələrlə görüşdə çıxışından: 2009.35 İran xalqına müraciətdən: 2009.36 Prezidentliyə namizədlərin nümayəndələri ilə görüşdə çıxışından: 2009.

Page 153: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

37 Yenə orada.38 Yenə orada.39 Tehranın cümə namazı xütbələrindən: 2009. 40 Prezidentliyə namizədlərin nümayəndələri ilə görüşdə çıxışından: 2009. 41 Yenə orada.42 Tehranın cümə namazı xütbələrindən: 2009.43 Yenə orada.44 Yenə orada.45 Yenə orada.46 Yenə orada.47 Prezidentliyə namizədlərin nümayəndələri ilə görüşdə çıxışından: 2009. 48 Yenə orada.49 Yenə orada.50 Tehranın cümə namazı xütbələrindən: 2009.51 İslam İnqilabının Böyük Rəhbərinin onuncu prezident seçkiləri haqda xalqa müraciətindən: 2009. 52 Prezidentliyə namizədlərin nümayəndələri ilə görüşdə çıxışından: 2009. 53 Yenə orada.54 Yenə orada.55 Yenə orada.56 Tehranın cümə namazı xütbələrindən: 2009. 57 Yenə orada.58 Yenə orada.59 Yenə orada.60 Yenə orada.61 Prezidentliyə namizədlərin nümayəndələri ilə görüşdə çıxışından: 2009. 62 Yenə orada.63 Tehranın cümə namazı xütbələrindən: 2009.64 Yenə orada.65 Yenə orada.66 Yenə orada.67 Cənab Mirhüseyn Musəvi ilə görüşdə söhbətlərindən: 2009. 68 Prezidentliyə namizədlərin nümayəndələri ilə görüşdə çıxışından: 2009. 69 Tehranın cümə namazı xütbələrindən: 2009. 70 Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından: 2009. 71 Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.72 İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri ilə görüşdə çıxışından: 2010.73 13 Aban (4 noyabr) ərəfəsində şagirdlərlə görüşdə çıxışından: 2010. 74 19 Dey (9 yanvar) qiyamının ildönümündə Qum əhalisi ilə görüşdə çıxışından: 2011. 75 13 Aban (4 noyabr) ərəfəsində şagirdlərlə görüşdə çıxışından: 2010.76 Qurban bayramında İsfahan xalqı ilə görüşdə çıxışından: 2010. 77 19 Dey (9 yanvar) qiyamının ildönümündə Qum əhalisi ilə görüşdə çıxışından: 2011. 78 Növruz bayramı münasibəti ilə müraciətdən: 2010. 79 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.80 Tehranın cümə namazı xütbələrindən: 2009.81 Qum vilayətinin tələbə və gəncləri ilə görüşdə çıxışından: 201082 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.83 Ölkənin elmi elitasının nümayəndələri ilə görüşdə çıxışından: 2009.84 Yenə orada.

Page 154: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

85 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışından: 2009.86 Əmirəlmömininin (ə) doğum günü tədbirində çıxışından: 2009. 87 Məbəs bayramında çıxışdan: 2009.88 Tehranın cümə namazı xütbələrindən: 2009.89 Yenə orada.90 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.91 Ölkənin elmi elitasının nümayəndələri ilə görüşdə çıxışından: 2009.92 Əmirəlmömininin (ə) doğum günü tədbirində çıxışından: 2009.93 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışından: 2009. 94 Novruz bayramı münasibətilə müraciətdən: 2010.95 İmam Rzanın (ə) müqəddəs məqbərəsinin ziyarətçilərinin toplantısındakı çıxışdan: 2010. 96 Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından: 2009.97 19 Dey (9 yanvar) qiyamının ildönümündə Qum əhalisi ilə görüşdə çıxışından: 2011. 98 Tehranın cümə namazı xütbələrindən: 2009.99 Məbəs bayramında çıxışdan: 2009. 100 İmam Rzanın (ə) müqəddəs məqbərəsinin ziyarətçilərinin toplantısındakı çıxışdan: 2010.101 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009. 102 Zümər/17-18.103 Ölkənin elmi elitasının nümayəndələri ilə görüşdə çıxışından: 2009.104 Ölkənin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2009. 105 Millət vəkilləri ilə görüşdə çıxışından: 2009. 106 Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından: 2009.107 Qum əhalisinin qiyamının ildönümündə çıxışından: 2010. 108 Ali Məhkəmənin sədri və məsul işçiləri ilə görüşdə çıxışından: 2009. 109 Tehranın cümə namazı xütbələrindən: 2009. 110 Rəhbər qvardiyasının üzvləri ilə görüşdə çıxışından: 2009. 111Yenə orada. 112 Məbəs bayramında çıxışdan: 2009.113 Ruhani və hövzə tələbələri ilə görüşdə çıxışından: 2009. 114 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009. 115 Fitr bayramı namazının xütbələrindən: 2009. 116 Ölkənin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2009. 117 Tehranın cümə namazı xütbələrindən: 2009. 118 Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından: 2009.119 Ali Məhkəmənin sədri və məsul işçiləri ilə görüşdə çıxışından: 2009. 120 Quran yarışlarının iştirakçıları ilə görüşdə çıxışından: 2009.121 Həzrət Əmirəlmömininin (ə) doğum günü tədbirində çıxışından: 2009. 122 Ölkənin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2009. 123 İslam Şurası Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.124 Ali Məhkəmənin sədri və məsul işçiləri ilə görüşdə çıxışından: 2009. 125 Həzrət Əmirəlmömininin (ə) doğum günü tədbirində çıxışından: 2009. 126 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.127 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışından: 2009.128 Həzrət Əmirəlmömininin (ə) doğum günü tədbirində çıxışından: 2009. 129 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.

Page 155: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

130 Universitet müəllimləri ilə görüş zamanı Doktor Ruhuləmininin sözlərinə cavabdan: 2009. 131 Tehranın cümə namazı xütbələrindən: 2009. 132 Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından: 2009. 133 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışından: 2009. 134 Qum əhalisinin qiyamının ildönümündə çıxışından: 2010. 135 Dövlət Şurası ilə görüşdə çıxışından: 2009. 136 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışından: 2009. 137 Əmirəlmömininin (ə) doğum günü tədbirində çıxışından: 2009. 138 Tehranın cümə namazı xütbələrindən: 2009. 139 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışından: 2009. 140 Gilan vilayətinin minlərlə əhalisi ilə görüşdə çıxışından: 2010. 141 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışından: 2009. 142 Dövlət Şurasının üzvləri ilə görüşdə çıxışından: 2009. 143 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2010. 144 Ölkənin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2009. 145 Şairlərlə görüşdə çıxışından: 2009.146 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009. 147 Onuncu prezidentin tənfiz (prezidentliyi təsdiqetmə) mərasimində çıxışından: 2009.148 Tehranın cümə namazı xütbələrindən: 2009. 149 Ölkənin elmi elitasının nümayəndələri ilə görüşdə çıxışından: 2009.150 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.151 İbrahim/24.152 Ölkənin elmi elitasının nümayəndələri ilə görüşdə çıxışından: 2009.153 Amul əhalisi ilə görüşdə çıxışından: 2010. 154 Şairlərlə görüşdə çıxışından: 2009.155 Universitet müəllimləri ilə görüşdə çıxışından: 2009.156 Tələbə və şagirdlərlə görüşdə çıxışından: 2009. 157 Qum əhalisi ilə görüşdə çıxışından: 2010. 158 İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri ilə görüşdə çıxışından: 2010. 159 Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.160 İmam Rzanın (ə) müqəddəs məqbərəsinin ziyarətçilərinin toplantısındakı çıxışdan: 2010.161 İran xalqına təşəkkür müraciətindən: 2010. 162 Azərbaycan əhalisi ilə görüşdə çıxışından: 2010. 163 Təbriz əhalisi ilə görüşdə çıxışından: 2010. 164 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2010. 165 İmam Xomeyninin məqbərəsində Tehranın cümə namazı xütbələrindən: 2010. 166 İmam Rzanın (ə) müqəddəs məqbərəsinin ziyarətçilərinin toplantısındakı çıxışdan: 2010.167 Qum əhalisinin böyük toplantısında çıxışdan: 2010.168 Çalus və Noşəhr əhalisi ilə görüşdə çıxışından: 2009. 169 Qum vilayətinin tələbə və gəncləri ilə görüşdə çıxışından: 2010170 19 Dey (9 yanvar) qiyamının ildönümündə Qum əhalisi ilə görüşdə çıxışından: 2011.

Page 156: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

171 İmam Əlinin (ə) doğum günündə Buşəhr əhalisi ilə görüşdə çıxışından: 2010. 172 Yenə orada.173 Yenə orada.174 13 Aban (4 noyabr) ərəfəsində şagirdlərlə görüşdə çıxışından: 2009.175 Çalus və Noşəhr əhalisi ilə görüşdə çıxışından: 2009. 176 Rəhbər qvardiyasının üzvləri ilə görüşdə çıxışından: 2009. 177 Bax: Nəhcül-bəlağə, xütbə: 50.178 Çalus və Noşəhr əhalisi ilə görüşdə çıxışından: 2009. 179 13 Aban (4 noyabr) ərəfəsində şagirdlərlə görüşdə çıxışından: 2009.180 Çalus və Nöşəhr əhalisi ilə görüşdə çıxışından: 2009. 181 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009. 182 Əmirəlmömininin (ə) doğum günü tədbirində çıxışından: 2009. 183 İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri ilə görüşdə çıxışından: 2010.184 Qum Elmi Hövzəsinin tələbə, alim və müəllimləri ilə görüşdə çıxışından: 2010.185 Rəhbər qvardiyasının üzvləri ilə görüşdə çıxışından: 2009. 186 Çalus və Noşəhr əhalisi ilə görüşdə çıxışından: 2009. 187 Rəhbər qvardiyasının üzvləri ilə görüşdə çıxışından: 2009.188 Ali Məhkəmənin məsul işçiləri ilə görüşdə çıxışından: 2009. 189 Məbəs bayramında çıxışdan: 2009.190 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009. 191 Qədir-Xum bayramındakı çıxışdan: 2009. 192 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009. 193 Yenə orada.194 Yenə orada.195 Məhəmməd/7.196 Həcc/40.197 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.198 Yenə orada.199 Həcc/40.200 13 Aban (4 noyabr) ərəfəsində şagirdlərlə görüşdə çıxışından: 2009.201 Rəhbərin ordusunun üzvləri ilə görüşdə çıxışından: 2009.202 Əhzab/39.203 Şairlərlə görüşdə çıxışından: 2009.204 Məbəs bayramında çıxışdan: 2009.205 İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri ilə görüşdə çıxışından: 2010.206 Qum vilayətinin tələbə və gəncləri ilə görüşdə çıxışından: 2010207 Çalus və Noşəhr əhalisi ilə görüşdə çıxışından: 2009. 208 Rəhbər qvardiyasının üzvləri ilə görüşdə çıxışından: 2009.209 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009. 210 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009. 211 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.212 Ölkənin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2009. 213 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.214 Yenə orada.215 Qum vilayətinin tələbə və gəncləri ilə görüşdə çıxışından: 2010216 Ölkənin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2009. 217 Ordunun Hərbi Hava Qüvvələrinin komandirləri və pilotları ilə görüşdə çıxışından: 2011. 218 Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdə çıxışından: 2009.

Page 157: kitab.nur-az.com · Web viewUğursuz plan. İslam İ. nqilabının . Böyük Rəhbər. i H. əzrət . Ayətullah S. eyid Əli Xameneinin 2009-cu il fitnəsi . haqda. çıxışlarından

219 Yenə orada.220 Yenə orada.221 Ölkənin Bəsic üzvləri ilə görüşdə çıxışından: 2009. 222 Universitet müəllimləri ilə görüşdə çıxışından: 2009.223 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışından: 2009.224 Universitet müəllimləri ilə görüşdə çıxışından: 2009.225 Həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin böyük toplantısında çıxışdan: 2009. 226 Elm və Sənaye Universtetində müəllim və tələbələrlə görüşdə çıxışından: 2008.