kimya qarışıqlar

13
KIMYA 8 MÖVZU: ATOMUN Q URULUŞU

Upload: yusif-ibrahimov

Post on 25-Jun-2015

513 views

Category:

Education


6 download

DESCRIPTION

Kimya

TRANSCRIPT

KIMYA8

MÖVZU:ATOMUN

QURULUŞU

İBRAHIMOV YUSİF

Şəki şəhər 5 saylı tam orta məktəbin IXb sinif şagirdi

Salam!İlk əvvəl keçmiş dərsə nəzər salaq

Qarışıq nədir?

Qarışıqların neçə növü

var?

Emulsiya nədir?Suspenziya nədir?

Sizcə təbiətdə ən kiçik varlıq

var?

Sizcə bölünməz deyilən bir şey

var?

Dərsimiz:Atom və onun quruluşu

Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) „bölünməz") kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyidir.Elmin inkişaf tarixi böyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq b.e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir.

Atom materiyanın bir hissəsidir. Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur. Məsələn, alovda atomlar daha itidir, buna görə də o yanma qabiliyyətinə malikdir. Bərk cisimlərdə onlar kələ-kötürdülər, ona görə də, onlar bir-biri ilə möhkəm əlaqədə olurlar, suda onlar hamardırlar, bu da suyun axmasına imkan verir. İnsan qəlbi də Demokritə görə atomlardan təşkil olunmuşdur

Atom təqribən 0.2 - 0.5 nm ölçüyə malikdir. Buna görə də onun adi işıqda və adi mikroskop vasitəsilə görünməsi mümkün deyil. Lakin müxtəlif təcrübələr atomun mövcudiyyətini aşkar etməyə imkan verir.

Atomlar normal halda elektroneytral olur. Bu zaman protonların və elektronların sayı bərabər olur. Atomda bu balans pozulduqda o iona çevrilir. Bu çevrilməyə ionlaşma deyilir. Atom əlavə elektron alırsa bu zaman atom mənfi yüklənmiş olur və anion adlanır. Atom bir və ya bir neçə elektron itirdikdə o müsbət yüklənmiş olur və kation adlanır.Bir kimyəvi elementin atomları fərqli sayda neytrona malik ola bilir. Atomda protonların sayı əvvəlki kimi qalıb, neytronların sayı dəyişdikdə alınan atom izotop (Yunan dilindən: iso - bərabər, topos - yer deməkdir) adlanır. Protonların sayı dəyişməz qaldığı üçün izotoplar orijinal elementlərin növləri sayılırlar.Hidrogen atomunun nüvəsi bir protondan ibarətdir. Bu formada o, hidrogenin ən çox yayılmış Hidrogen-1 izotopudur, başqa sözlə həm də protium adlanır. Bu elementin digər növüHidrogen-2 izotopu və ya deyteriumdur. Hidrogen-2 bir protona və bir neytrona malikdir. Bu izotop radioaktiv və zəhərli deyil. İki deyterium atomunun bir oksigen atomu ilə birləşməsindən yaranan su ağır su adlanır.

Ev Tapşırığı

§4-§5

Atom və onun quruluşu

Diqqətiniə görə təşəkkür edirəm