inforex weekly#87

11
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°87 DEKABR 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 8

Upload: inforex

Post on 06-Apr-2016

228 views

Category:

Documents


1 download

DESCRIPTION

Inforex Weekly#87: treyderlər üçün həftəlik online Forex icmalı

TRANSCRIPT

Page 1: Inforex Weekly#87

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°87 DEKABR 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ8

Page 2: Inforex Weekly#87

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Avro|dollar eniş trendindən yuxarıda möhkəmlənməyə çalışır. Müqavimətlər hazırda 1.2490,1.2580,ilkin dəstək 1.2380 nöqtəsindən keçir.

Page 3: Inforex Weekly#87

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Barclays Capital: avro/dolları qalxışda satın

Barclays Capital hesab edir ki,tatktiki strategiyaya əməl edən treyderlər avro/dolları qalxışda satmalıdırlar. «Bizim fikrimizcə hazırki korreksiya davamsız olacaq ,belə ki,fundamental şəkil aptrendin bərpa oluanacğına işarə edir.Biz fikirləşirik ki,Fomc bu həftə “uzun müddət” ifadəsini “statistik göstəricilərdən asılıdır” ifadəsi ilə əvəz edəcək.Neftin qiymətinin aşağı düşməsi Avropa ixracatçılarına dəstək verir,amma de-flyasiya təzyiqini gücləndirir,bu da Avrozonada kütləvi zəiflədilmənin işə salınmasının xeyrinə işləyir » -deyə bank ekspertləri yazırlar.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

BNP Paribas -Fransanın dövlət borcu 2017-ci ildə maksimuma çata bilər

Fitch Fransanın kredit reytinqini АА + -dan АА -a salıb. BNP Paribas bununla bağlı daha da pessimist proqnoz verir və bildirir ki,ölkənin dövlət borcu 2017-ci ildə ÜDM-in 100%-i, Fitch -in fikrincə isə 99,4% -i olacaq.

Dünya bazarları bir həftəyə $1,2 trilyon itirib

Dünya maaliyyə bazarlarında artıq hər şeyin qiyməti düşür.Ümumi neqativə indi də Amerika bazarı qoşulub. Dow Jones indeksi üçün ötən həftə 2011-ci ildən bəri ən pis həftə olub. Bloomberg bildirir ki,qlobal ticarət meydanları ötən həftə ərzində $1,2 tri-lyon itki ilə üzləşiblər.трлн, пишет Bloomberg. Çox ekspertlər enişi neftin qiymətinin aşağı düşməsi ilə bağlayırlar,amma tək bu səbəb ola bilməz.Məsələ bundadır ki,ucuz neft dünya iqtisadiyyatı üçün kolossal drayverdir,axı enerji daşıyıcıları sərfiyyatı korporasiyaların xərclərinin əsasıdır.Ucuz neft özlüyündə QE deməkdir,amma mone-tar stimullaşdırmada pullar maaliyyə bazarlarına yönəlir,bu da şirkətlərin özəlləşdirmə xərclərini aşağı salır,ucuz neft isə onlara xərclərini azaltmağa kömək edir. Bazarda hazırda baş verən eniş Federal Rezervin və digər Mərkəzi Bankların apardığı siyasətin işə yaramadığını göstərir.

AMB faiz dərəcələrinin nə qədər aşağı salsa da,deflyasiya prosessləri daha da pisləşir,Yaponiyada cəna Abe isə deflyasiyanı dayandırmaq və iqtisadiyatı dirçəltmək üçün pul çap maşının işə salsa da,satışlara vergilərin artırılması bütün cəhdləri boşa çıxardı.

2008-ci il böhranından 5 il keçib,əksər ölkələrin iqtisadiyyatı isə göstəricilərini yaxşılaşdırmaq yerinə daha da pisləşdirdi.Başqa sözlə deyilərsə,Fedrzerv son illərdə nə edibsə,fond aktivlərin dəyərinin artırılması hesabına elitanın zənginləşdirilməsinə səbəb olub.Bütün bu proqramlar başqa heç nə etməyiblər.

Bundan başqa FRS faiz dərəcələrini qaldırarsa amerika iqtisadiyyatının özünü necə aparacağı məlum deyil.Ümumiyyətlə dünyada formal olaraq yeni və digərlərindən fərqli böhran yaranıb və ABŞ-ın aqressiv xarici siyasəti ilə müşaiyət olunur.

Page 4: Inforex Weekly#87

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Qızılı satmaq üçün 3 səbəb

Qızıl artıq ikinci həftəni “yaşıl” zonada başa çatdırdı (XAU/USD) .Bunun əsas səbəbkarı Amerika valyutası oldu.

BU həftə investorlar bu metaldan azad olmağa çalışacaqlar.Birinci ona görə ki,dünyada infliyasiya gözləmələri neft bazarındakı ayı rallisinin güclənməsi hesabına zəifləyib. İkinci,17 dekabrda Ştatlar infliyasiya barədə reliz açıqlayacaq,proqnozlara görə bu rəqəm 1.5% aşağı düşəcək.Üçüncü,elə həmin gün həftənin əsas hadisəsi ola-caq-FRS-in iclas nəticələri açıqlanacaq.

Əvvəlki iclasdan sonra hazırda pul-kredit siyasətinin dəyişdirilməsi üçün drayver müşahidə olunmur.İnfliyasiya gözləmələri zəıifləyib,məşğulluq səviyyəsi isə artıb. Tarixə baxsaq,qızlın keçmiş iclas ərəfəsində ayıların hökmü altında olduğunu və bir günə 2.15% arıqladğını görərik.

Bununla əlaqədar XAU/USD -un 1230/1245 ətrafına qalxışını tarqet 1200 olmaqla satışlar üçün istifadə olunması əlverişlidir.

TREYDERLƏR ÜÇÜN FORUM

Page 5: Inforex Weekly#87

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Trendin potensialının təyin edilməsi: neft “Brent”

Həftəlik qrafik: Yalnız ağılsızcasına həddindən artıq satılma 52 ətrafına hərəkətə mane ola bilər.Texniki sapma zonası - 73.20. Korreksiya üçün maksimal zona 90.00.Bu cür sapmalardan sonra yəqin ki,ayı dalğası başlayacaq.

EUR/USD - Hədəf 1.2589

Günlük qrafik: Buğalar qalxı perspektivinə malik olsalar da ADX stabildir.Bollincer xətləri stabildir,ona görə də yxarı xətdə (1.2589) güclü müqavimət gözləmək olar,oradan orta xəttə qayıdış (1.2435) sonra isə 26-cı fiqur ətrafına hücum gözləmək olar.

Page 6: Inforex Weekly#87

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

GBP/USD şimala hazırlaşan flet

Günlük qrafik: Bollincer konverti daxilində flet gözləmək olar (1.5598-1.5792),amma ona ümumilikdə buğa konvergensiyasına hazırlıq kimi də baxmaq olar.

Bazar barədə fikrin dəyişdirlməsi metodu ilə ticarətBu metod xarici parılrıdan uzaq ,amma sağlam düşüncəyə malik metoddur.Burada treyder əvvəldən təyin edilmiş hədəflər olmadan işləyir,amma əməliyyatı bazarda istiqamətin dəyişəcəyi barədə fkrində əmin olana qədər saxlayır.

Növbəti dayanacaqlar (trailing stops),əməliyyatların bağlanması vaxtını təyin etmək üçün ən mürəkkəb,amma eyni zamanda ən ağıllı üsullardan biridir.Bu metoda əsaslanaraq maksimumda satmaq və ya minimumda alamq imkanı olmur,ub üsul qədim birja principinə əssalanır:əməliyyat nə qədər ki,gəlir gətirir,onu bağlama.

Əks fikir (contrary opinion) bazarda əksəriyyətin qiymətin hələ də qalxacağını güman etdiyi halda , əməliyat açmaq istəyənlərin,artıq onu açmasından yaranır. Artıq yeni alıcıların olmaması bazarda eniş korreksiyasının başlamasına səbəb olur.Bu vəziyyət analoji olaraq əksəriyyətin satdığı zaman yaranır.Əks fikir qiymətləndirilməsi investisiya şirkətlərinin şərhləri, və ya hazırki fikirlərin bazarın əhvalını əks etdirməməsini hesab edən treyderlərin özünü aparmasından yaranır.

Əks fikrin sağlam nəzəri konsepsiya olmasına baxmayaraq ,bazar əhvalının qiymətləndirilməsinin çətinliyi bu metodun zəif damarıdır.Bu metod bazarı anlamaq üçün istifadə edilıən yeganə metod olmadığı zamanlarda vacib informasiya verə bilər.

Page 7: Inforex Weekly#87

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

Texniki baxış

NZD/USD

Cütlük 0.7600 yaxınlığında minimumu yeniləyib ,sonra isə 50-günlük SMA ətrafına sıçrayıb.Kəskin sıçrayışı və MACD-da ikiqat divergensiyanı nəzərə alsaq,uzunmüddətli eniş trendinin döndüyünü və 0.8030-0.8070 ətrafına qədər davam edə biləcəyini gözləmək olar.

GBP/USD

Qalxış məhdud xarakter daşıyır və buna görə qısamüddətli vəziyyət qeyri-müəyyəndir.Eyni zamanda hazırki səviyyələrdən 1.5850 ətrafına qalxış və ya 1.55 yaxınlığının yoxlanmasını gözləmək olar.

Page 8: Inforex Weekly#87

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

EUR/USD

Cütlük hələ ki, 1.2360 dəstəyindən yuxarıdadır və qalxış riskləri qalır.Eyni zamanda 1.3000 ətrafına qalxmaq üçün 50-günlük SMA-dan yuxarıda möhkəmlənmək lazımdır.

Trend izləyən standart sistemlərin 10 ümumi problemi

Oxşar sistemlərin çoxluğu. Çoxsaylı müxtəlif sistemlər oxşar siqnallar verir.Ona görə də trendi izləyən bir neçə sis-temin eyni periodda oxşar siqnallar verməsinə çox rast gəlinir.Çünki əksər bazar iştiraklçıları öz qərarlarını trend izləyən sistemə əssalandırırlar və ümumi qərarlar axını yaranır.Bu şəraitdə treyderlər bu cür sistemlərdən istifadə edərkən stop və ya açılış verilməsi zamanı gecikmələrə rast gələ bilərlər. «Mişar».Trend izləyən sistemlər bütün iri həcmli trendlərdə siqnallar verirlər,amma problem bundadır ki,onlar çox sayda da yalnış siqnallar verirlər.Bu zaman treyderlərin üzləşdiyi əsas xoşagəlməzlik bundadır ki,qiymət siqnalın yaranması itiqamətində güclü am-plituta ilə hərəkət edə bilər,sonra isə qəfildən istiqaməti dəyişə bilər.B xoşagəlməzlik bir neçə dəfə ardıcıl yarana bilər,buradan da “mişar” termini yaranıb. Uzunmüddətli qiymət trendlərinin natamam istifadəsi.

Trend izləyən baza sistemlərində əməliyyat həcmlərinin dəyişməzliyini nəzərdə tutur.Bu halda uzunmüddəltli trenddə bu sistem trend istiqamətində sabit həcmli bir əməliyyat açır və əməliyyatı bütün trend boyu saxlayır.Bu zaman sistem trendin uzunluğunu nəzərə alaraq müəyyən nöqtələrdə əməliiay həcmini çoxaltsaydı gəlirlilik daha da çox olardı.

Həssalığı az olan (yavaş) sistemlər gəlirin müəyyən hissəsini itirə bilərlər. Amma yavaş ticarət sistemləri adətən yaxşı işləyir.Bazar diapazonda olarkən gəlir götürməyin mümkünsüzlüyü. Trend izləyən sistemlərin konsolidasiya zamanı edə biləcəyi ən yaxşı şey itirməməkdir,yəni siqnal tutmamaqdır.Eyni zamanda qiymət ticarət diapazo-nunun daxilində oynayarsa trend izləyən sistemlərin çoxu “mişar”a düşür.Bu çox vacib məqamdır,belə ki,əksər bazarlar əsasən diapazonda hərəkət edir.

Müvəqqəti iri həcmli itkilər. Hətta ən yaxşı sistem belə açıq orderlərdə itkilərə gətirə bilər.Bu cür hadisələr əvvəlki orderlərdə gəlir əldə etmiş treyderlər üçün olduqca neqativ ola bilər,amma siqnallara əməl etmyə yeni başlayan treyderlər üçün isə katastrofik ola bilər.Gəlirli sistemlərin artan volatilliyi.Bəzi hallarda treyder görür ki,trend izləyən sistemlərin ən gəlirlisi yüksək risk nəticəsində itkili ola bilər.Sistem testlərdə yaxşı nəticə göstərir,sonra isə “xarab olur”.Bu,oxşar sistemlər istiufadə edən treyderlərin çoxluğu nəticəsində mümkün olur.

Prametrlərin dəyişməsi. Çox hallarda treyder yaxşı sistem tapmaq üçün əvvəl araşdırılmış sistemlərə yenidən baxır və görrü ki,belə sistemlər sonrakı dövrlərdə pis nəticələr verir. Sürüşmə. Başqa bir yayılmış vəziyyət:sistem nəzəriyyədə axşı nəticələr verir,real ticarətdə sə itkilərə səbəb olur.

Page 9: Inforex Weekly#87

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY 2014-cü il avqust ayı üçün

EUR/USD

Mümkün variantlardan biri , (E) of [B] eniş ziqzaqının yaranmasını ehtimal edir.Hazırda A of (E) korreksiyasının başa çatması və B of (E) qalxış korreksiyasının inkişaf etməsi ehtimal olunur.

GBP/USD

İri (С) diaqonalının 4 of (C) ziqzaqının inkişaf etməsi ehtimal olunur . [a] of 4 eniş diaqonalının başa çatmasından sonra [b] of 4 qalxış korreksiyasının başlaması gözlənilir.

Page 10: Inforex Weekly#87

INFOREX WEEKLY09 DALGA ANALIZI

USD/CHF

Mümkün sıralamalardan birinə görə E son qalxış dalğası yaranır və iri ziqzaq forması ala bilər. [a] of E impulsu başa çata bilər və sonra [b] of E eniş korreksiyasının başlaması mümkündür.

USD/JPY

(A) qalxış impulsunun başa çatması ehtimal olunur.Bu ehtimala üstünlük verilərsə, (B) iri eniş korreksiyası gözləmək olar.

Page 11: Inforex Weekly#87

INFOREX WEEKLY 10DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal