inforex weekly#65

11
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°65 IYUL 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 07

Upload: inforex

Post on 01-Apr-2016

229 views

Category:

Documents


1 download

DESCRIPTION

Inforex Weekly#65: treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#65

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°65 IYUL 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ07

Page 2: Inforex Weekly#65

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Cütlük 1.3580 nöqtəsini növbəti dəfə yoxladı. Bu dəstək yenə də diqqət mərkəzindədir,qırıla bilməzsə,qalxış dinamikası gözləmək olar.İlkin hədəf yenə də 1.3674 nöqtəsindədir,ardınca 1.3780 səviyyyəsi götürülə bilər.1.3580-50 dəstəyinin qırılacağı halda 1.3515 və 1.3470 ətrafına yol açılacaq.

Page 3: Inforex Weekly#65

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Deutsche Bank həftəlik icmalında GBP/USD cütlüyünü satmağı tövsiyyə edir

«Böyük Britaniyada ÜDM 2-ci rübdə eniş nümayiş etdirə bilər.Cütlük həddindən artıq alınmış vəziyyətdədir », bankda bildirirlər.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Scotiabank avro/dollarda proqnozu təstiq edibAvropa MB-nın son iclası xaraktecə neytral olduğuna görə Scotiabank-da bildirirlər ki,AMB iqtisadi siyasəti ABŞ -da pul-kredit siyasətində gözlənilən dəyişikliklərdən zəifdir və bu da avronun xeyrinə işləməyəcək.Bank,cütlüyün ilin sonunda $1.3000 ətrafında ticarət aparacağını gözləyir.

Qızılın qiyməti son 7 ay ərzində ən güclü enişə məruz qalıb

Son zamanlarda qızlın qiyməti geosiyasi vəziyyətdən və FRS-in faiz dərəcələrini gec artıracağı fikirləri fonun-da durmadan artırdı ,amma J.Ellenin çıxışı ərəfəsində yaranan narahatlıq gəlirlərin fiksasiyasına yol açır. Texniki baxımdan qızıl 50,100 və 200 günlük MA-ların keçdiyi 1280.00-1300.00 dəstəyinə çatıb.Qırılma və aşağıda möhkəmlənmə 1240.00 və 1200.00 ətrafına yol açacaq. Amma 1280.00-1300.00 dəstəyinin davam gətirəcəyi halda 1392.00 və 1433.00 ətrafına qalxış mümkündür.

AMB kompüterləşdirilmiş valyuta ticarətlərinə görə narahatdır Avropa MB -ın bəzi rəhbərləri keçirilmiş iclasda investorların ticarətlər üçün istifadə etdiyi mürəkkəb kompüter proqramlarının kütləviləşməyindən narahat olduqlarını bildiriblər. AMB rəhbərliyi və valyuta əməliyyatları aparan bankirlər bank texnologiyasının investorların əmrlərin telefon vasitəsilə deyil,alqoritmlərlə həyata keçirlmsinə marağının kəskin artmasını müzakirə ediblər. Onlar həmçinin bunun bank texnologiyalarının qiymətlərində dəyişmələrə səbəb ola biləcəyini qeyd ediblər.«Bu metodlar əmrlərin həyata keçirilməsini tezləşdiriməsi ilə diqqət çəkir.Amma bank strukturları bu arağın artmasını təmin etmək üçün kifayət qədər güclüdürmü ?», — mənbə bildirir. Son vaxtlarda keçirilən iclaslarda ilk dəfədir ki,bu mövzu müzakirəyə çıxarılır.

Bu həftə hadisələrlə zəngindirÇərşənbə axşamı Böyük Britaniyada infliyasiya hesabatı,pərakəndə satış rəqəmləri ,evlərin qiymətlərindəki dəyişmələr və Almaniya ZEW rəqəmləri diqqət mərkəzində olacaq.ABŞ-da pərakəndə satış qiymətləri həftənin əsas hadisələrindəndir. “AMB sədri Nuaye istehlak kreditləşməsi barədə suallara cavab verəcək,İngiltərə Bankının sərdi Karni və daha üç nəfər maaliyyə stabilliyinə dair məsələlərə aydınlıq gətirəcək .Bu həftə Avropa parlamentinin Lüksemburq baş naziri Yunkerin Avropa Komissiyasının sədri olacağına dair səsvermə keçiriləcək.FedRezerv sədri C.Ellen Senatın Bank komitəsi qarşısında çıxışı gözlənilir.Ellen FRS -in yeni addımları barədə suallara cavab verəcək

FRS faiz dərəcələrini vaxtından əvvəl qaldıra bilərBank of Tokyo Mitsubishi UFJ valyuta analitiki L.Hardman FRS-in faiz dərəcələrini vaxtından əvvəl qaldıracağını düşünür.ABŞ iqtisadi artımının ləngiməsi ABŞ pul-kredit siyasəti üçün iki nəticəə səbəb ola bilər.Neytral faiz dərəcələri aşağı salına bilər ,həmçinin FRS federal fondlarla bağlı faiz dərəcələrini gözləniləndən daha az qaldıra bilər.

Page 4: Inforex Weekly#65

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

EUR/USD

Cütlüyün vəziyyəti dəyişilməzdir . O 1.3600 ətrafında konsolidasiya edir.Eyni zamanda 1.3475-1.3500 dəstəyinə eniş mümkündür ki,buradan aşağıda möhkəmlənmə 1.3300 və 1.3100 yaxınlığına yol açacaq. İstənilən qalxış cəhdləri 1.3700 ətrafında müqavimətlə qarşılaşa bilər,nisbətən aşağıda 200-günlük SMA və 38.2%-lik korreksiya səviyyəsi yerləşir. 1.3730-1.3745 müqavimətinin yuxarı qırılması 1.3800 ətrafına qalxışa səbəb ola bilər,qalxışın daha dayuxarı davamı mümkünsüz görünür .

Texniki baxış

EUR/USD

Cütlük 1.7060-1.7080 yaxın dəstəyi ətrafına korreksiya edib. Aşağı qırılma trendin dönüşü üçün siqnal olacaq və cütlük 1.6920-1.6950 yaxınlığına eniş hərəkətinə başlayacaq . Enişin davamı 100-günlük SMA -nın keçdiyi 1.6690 yaxınlığına enişinə yol açacaq. Daha dərin korreksiya ehtimalı kiçikdir. Eyni zamanda,trendin yuxarı dönüş ehtimalına da baxmaq lazımdır,bu həm hazırki səviyyələrdən,həm də 1.6920-1.6950 ətrafından mümkündür. Bu halda uzunmüddətli qalxış hədəfi 2.0000,ortamüddətli hədəf isə 1.7200 nöqtəsində götürülə bilər.

Page 5: Inforex Weekly#65

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Ticarət qeydiyyatları gündəliyi - olmalıdır ya yox?…Bəzi yeni başlayanlar belə bir sual verirlər:ticarət gündəliyi aparmaq vacibdirmi,orada hansı qeydiyatları aparmaq lazımdır və ən əsası bunu necə etmək lazımdır? Təcrübəli treyderlər belə bir gündəliyin olmasını vacib hesab edirlər.Bu barədə verilən tövsiyyələrdən bu bəndləri seçmək olar: Gündəlik А4 formatında iri dəftərdə aparıla bilər. Əlbəttə elektron fomada qeydiyyat da aparmaq mümkündür,amma əllə yazılma faktı yaddaşda saxlanılma və əməliyyatların avtomatik analizi üçün əhəmiyyətli təsirə malikdir.

Ticarət gündəliyinin hədəfləri

Belə bir gündəliyin aparılmasında məqsəd sadəcə ticarət prossesinə nəzarət etmək və özünü nizam-intizamlı treyder etmək deyil,ilk növbədə səhvlərdən nəticə çıxarmağı öyrənməkdir.Treyder hansı analiz metodundan asılı olmayaraq əsas diqqətini təkrarlanan qiymət modelində cəmləməli ,qiymətin müxtəlif hallarda necə reaksiya verməsini izləməlidir.Ticarət gündəliyinin aparılması əsasən yeni başlayan treyderlər üçün vacibdir. Nədən başlamaq lazımdır?

İlk növbədə ticarət planı olmalıdır.Plan olduqda siz ticarətlərə bazardakı vəziyyəti qiymətlənədirmək və siqnal ax-tarmaqla başlayırsınız.Gündəlikdə ilk növbədə bu gün hansı valyuta cütlüyündə ticarət aparmağı planlaşdırdığınızı yazın.Həmçinin siqnal yarananan qədər bazara daxil olub olmayacağınızı və ya siqnal yaranana qədər stop-satış/alış əmrlərini yerləşdirəcəyiniz barədə planları və qərarları yaza bilərsiniz.

Ardı növbəti sayda...

Ötən həftə FRS-in faiz dərəcələrini artıracağı vaxtı ilə bağlı yaranan fikirlər fonunda spekulyasiyaların təsiri altında keçib Valyuta bazarında ötən həftə investorların riskdən qaçışı və FRS-in faiz dərəcələrini artıra biləcəyi fikrilərindən yaranan spekulyasiya fonunda keçib .Həftənin nəticələrinə görə EUR/USD və GBP/USD nisbətən az dəyişilib , USD/JPY 0,8% aşağı düşüb, USD/CAD isə 0,8% möhkəmlənib.

Həftə Federal Rezerv sisteminin deyilən addımının müzakirəsi fonunda spekulyasiyaların güclənməsi ilə başlayıb.Buna əsasən ABŞ əmək bazarı rəqəmlərinın pozitiv olması səbəb olub.Əksər banklar bu gözləməyə dair proqno-zlara yenidən baxdılar. JPMorgan və Goldman Sachs 2015-ci ilin 3-cü rübü,2016-cı ilin isə 1-ci rübünə , Bank of Tokyo-Mitsubishi - 2015-ci ilin iyununa olan proqnozlara yenidən baxıb.

İnvestorların riskdən qaçışı Avropanın bank sektorunda problemlərə dair narahatlıqları artırıb.Bu narahatlıqların güclənməsinə regionun banklarından birinin- Banco Espirito Santo bankının defolt elan edəcəyi ilə bağlı açıqlanan məlumat səbəb olub. Bu məlumat avronun zəifləməsinə və $1,3580/60 ətrafına enişinə səbəb olub. Gold-man Sachs analitiklərinin Portuqaliyanın bank sistemindəlkki problemlərin Avrozonaya ciddi təsir etməyəcəyini açıqlaması , Deutsche Bank-ın isə AMB-nin vəziyyətə nəzarəti tezliklə ələ alacağı ilə bağlı fikriləri vəziyyətin nisbətən stabilləşməsinə səbəb olub.

Bütün bunlar yenaya tələbin artmasına və onun güclənməsinə kömək etdi.

Ötən həftənin son əsas hadisəsi Kanada əmək bazarı rəqəmləri oldu və bu rəqəmlər sarsıdıcı olması ilə yadda qaldı.Əmək bazarının zəif rəqəmləri Kanada Bankının pul-kredit siyasətinə dair neytral tonunu dəyişməsinə səbəb ola bilər.MB-ın növbəti iclası bu həftə olacaq.

Page 6: Inforex Weekly#65

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

EUR/JPY

Cütlük ortamüddətli eniş trendində ticarət aparırvə bu trendin başa çatması ehtimal olunur.Bunu ossilyator-larda divergensiya və eniş klini təstiq edir. Klinin aşağı hissəsini formalaşması qiymətin aşağı sıçrayışını ehtimal edir,ardınca qalxış və trendin yuxarı dönüşünü təstiq edən davamlı möhkəmlənmə gözlənilir ki,bu da klinin yuxarı səviyyəsinin yaranmasını təmin edəcək.

USD/CAD

Cütlük 1.0600 yaxınlığından dönüb və dinamik artıma başlayıb,bu 1.0820 səviyyəsinin yoxlanma ehtimalını gücləndirir. Ardıncabu müqavimətdən 1.0560-1.0590 dəstəyinə istiqamətlənmiş hərəkət gözləmək olar.Amma,əgər cütlük 200-günlük SMA-nı yuxarı qıra bilərsə, 1.0930-1.0960 müqavimətinin yoxlanması müm-kündür.

Page 7: Inforex Weekly#65
Page 8: Inforex Weekly#65

Dalğa+Fibo analizi

EUR/USD

Eniş dalğası hədəfləri :

1,3558 – 11,4% -lik Fibo

1,3524 – 100,0% lik Fibo

Qalxış dalğası hədəfləri :

1,3689 – 38,2% lik Fibo

İzahat və tövsiyyələr:

Cütlük trendin eniş sahəsini qurmağa davam edir. Qalxış dalğası daxilində qiymətin 1,3689 ( 38,2%) ,eniş dalğası daxilində aşağı istiqamətli hərəkəti davam etdirərək 1,3558 və 1,3524 (11,4% və 100,0% -lik Fibo səviyyələrinə müvafiq olaraq) ətrafını yoxlayacağını gözləmək olar. Trendin eniş sektorunun dalğa strukturu mürəkkəb forma lır və uzana bilər.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Page 9: Inforex Weekly#65

INFOREX WEEKLY 08DALGA ANALIZI

GBP/USD

Eniş dalğasının işlənməsi üçün hədəflər:

1,7079 – 161,8% lik Fibo

1,7029 – 127,2% lik Fibo

Qalxış dalğası hədəfləri:

1,7211 – 161,8% lik Fibo

1,7300

İzahat və tövsiyyələr:

Britaniya valıyutası trendin qalxış sahəsini işləyir.Qalxış dalğası daxilində cütlük hədəflər 1,7211,(161,8% ) və 73 -cü fiqur olmaqla dinamikanı davam etdirə bilər.

Eniş dalğası daxilində 1,7079 və 1,7029 (161,8%, 127,2% ) hədəfləri yoxlana bilər.

Ehtimal olunan 5 dalğası uzanan və mürəkkəb forma ala bilər.Qalxış dəhlizi trendin qalxış sahəsini yaratmaq ehtimalını gücləndirir.Aşağı sərhədin qırılması eniş dalğa strukturunu yaradacaq.

Page 10: Inforex Weekly#65

INFOREX WEEKLYDALGA ANALIZI09

USD/JPY

Eniş dalğası hədəfləri:

101,07 – 100,0% lik Fibo

100,00

Qalxış dalğası hədəfləri:

101,67 – 11,4% lik Fibo

102,01 — 23,6% lik Fibo

İzahat və tövsiyyələr:

Cütlük mürəkkəb və qeyri standart görünən dalğa strukturunu dəyişib.Qiymətin qalxışı trendin yeni qalxış sahəsinin ilk dalğası daxilində davam edə bilər.Hədəflər 101,67 , 102,01 (11,4% и 23,6%) ətrafındadır.

Eniş korreksiyası dalğası daxilində qiymət 101,07 (100,0% Fibo ) yaxınlığına düşə bilər. Bu dalğa sıralamasına üstünlük verilərsə,trendin eniş sahəsinin qurulmasının başa çatdığı ehtimal edilə bilər.

Page 11: Inforex Weekly#65

INFOREX WEEKLY 14DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal