heydƏrƏlİyev İlham Əlİyev novruz bayraminiz …evrikaliseyi.az/files/file88.pdf · slaydlar,...

4
Мяктяб гязети Тящсил миллятин эяляжяйидир. Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təh- silə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır. hEYDƏr ƏlİYEV Bu gün inkişaf daha çox bilikdən asılıdır. Çünki bu gün biz informasiya-kommunikasiya texnologiyaları dövründə yaşayırıq... Bu gün hər bir ölkənin gələcəyini cəmiyyətdə olan biliyin səviyyəsi müəyyən edir. Bu, aksiomadır. Biz hamımız əlbəttə ki, dövlət və vətəndaşlar çalışmalıyıq ki, Azərbaycanda ümumi səviyyə yüksək olsun və eyni za- manda, istedadlı gənclər, insanlar ön plana çıxsınlar. İlhaM ƏlİYEV Azərbaycan Respublikasının Prezidenti Ötən ilin yekunları, bu il görüləcək işlər, tətbiq ediləcək yeniliklər... BиZиM MЦЯLLиMLЯRиMиZ Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın baş- landığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü ses- siyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramında çərşənbələr Bəzi qədim inanclara görə, kainat 4 ünsür- dən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşmə- sindən əvvəl qeyd olunur: • Su çərşənbəsi • Od çərşənbəsi • Yel çərşənbəsi • Torpaq çərşənbəsi. Novruz adətləri Papaq atmaq, qulaq falına çıxmaq, tonqal- dan tullanmaq (tonqaldan tullanarkən deyərlər: "Ağırlığım - uğurluğum odda yansın"), üzük falına baxmaq, səməni yetişdirmək (yazın gəlişinə və bitkilərin oyanmasına işarədir). xonça bəzəmək, yumurta boyamaq və döyüş- dürmək, qonaq getmək, şam yandırmaq (ailə üzvlərinin sayı qədər), küsülülərin barışması, yallı getmək (qədim dövrlərdən bəri ifa eilən xalq rəqsdir, insanların birliyini ifadə edir), xoruz döyüşdürmək (bunun üçün xüsusi döyüş xoru- zları böyüdülür), xalq oyunları oynamaq (məsə- lən, “ənzəli”, “haxışta”, “bənövşə”, “kos-kosa”) Novruz adətləridir. Novruz bayramı qabağı, adətən, evdə hə- yətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qo- ğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkər- çörəyi və s.) və plov bişirilir. Novruz dünya xalqlarının bayramı kimi Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaradıb. Novruz Azərbaycanla yanaşı İranda, Türk- mənistanda, Tacikistanda, Özbəkistanda, Paki- standa, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur - su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə. Novruz azərbaycanda Azərbaycanda, adətə görə, Novruz bayra- mında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzu- lamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə et- mişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Beynəlmiləl təhsil ocağı Teatr haqqında nə bilirsiniz? 2 3 4 4 MART, 2015, № 1 (02). Məktəbimiz Əziz məktəbimiz, idrakımıza Nur saçan günəşsən, işıq məbədi. Əziz məktəbimiz, yollarımıza Şəfəq bəxş edirsən – sönməz,əbədi. Biz daim möhtəşəm yüksəkliklərə Can atan yolçuyuq, sən – yol göstərən. Bizi hey qoruyub nəvazişinlə Yüksəliş yolunda sağ-sol göstərən. Qarışıq fikrimiz, duyğularımız Sənin köməyinlə durulur hər gün. Nə qədər cavabsız suallarımız Səndə cavab tapıb, yox olur hər gün. Sən böyük dünyaya açıq pəncərə, Ona qovuşmağa yönəltdin bizi. Əlimizdən tutub müdrikcəsinə, Təhsili, həyatı öyrətdin bizə. Sənin şəfəqlərin ürəyimizdə, Zirvədən-zirvəyə apardın bizi. Səni unutmarıq, ey məktəbimiz, Sənə bağlamışıq biz qəlbimizi. Əminə İBrahİMlİ HИmn NOVRUZ BAYRAMINIZ МЦБАРЯК!

Upload: truonganh

Post on 18-Feb-2018

265 views

Category:

Documents


2 download

TRANSCRIPT

Page 1: hEYDƏrƏlİYEV İlhaM ƏlİYEV NOVRUZ BAYRAMINIZ …evrikaliseyi.az/files/file88.pdf · slaydlar, ana dili haqqında videoçarxlar izlənildi. Narkomaniyaya yox deyək! n liseyimizdə

Мяктяб гязети

Тящсил миллятин эяляжяйидир.

Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafınıtəmin etsin, öz millətinin elmini, mədəniyyətini dünyastandartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təh-silə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir,təhsil üçün bütün imkanları yaratmalıdır.

hEYDƏr ƏlİYEV

Bu gün inkişaf daha çox bilikdən asılıdır. Çünki bu gün biz informasiya-kommunikasiyatexnologiyaları dövründə yaşayırıq... Bu gün hər bir ölkənin gələcəyini cəmiyyətdəolan biliyin səviyyəsi müəyyən edir. Bu, aksiomadır. Biz hamımız əlbəttə ki, dövlət vəvətəndaşlar çalışmalıyıq ki, Azərbaycanda ümumi səviyyə yüksək olsun və eyni za-manda, istedadlı gənclər, insanlar ön plana çıxsınlar.

İlhaM ƏlİYEVAzərbaycan Respublikasının Prezidenti

Ötən ilin yekunları,bu il görüləcək işlər,

tətbiq ediləcək yeniliklər...

BиZиM MЦЯLLиMLЯRиMиZ

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın baş-

landığı, gecə-gündüz bərabərliyi günündə(martın 20-si, 21-i və ya 22-sində) keçirilir.

2009-cu il sentyabrın 30-da NovruzYUNESKO tərəfindən qeyri-maddi mədəni irssiyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildəisə BMT Baş Assambleyasının 64-cü ses-siyasının iclasında mart ayının 21-i "BeynəlxalqNovruz Günü" elan edilmişdir.

Novruz bayramında çərşənbələrBəzi qədim inanclara görə, kainat 4 ünsür -

dən – su, od, torpaq və küləkdən yaranıb. Hər il4 çərşənbə Novruzdan, günün bərabərləşmə -sindən əvvəl qeyd olunur:

• Su çərşənbəsi • Od çərşənbəsi • Yel çərşənbəsi • Torpaq çərşənbəsi.

Novruz adətləri Papaq atmaq, qulaq falına çıxmaq, tonqal-

dan tullanmaq (tonqaldan tullanarkən deyərlər:"Ağırlığım - uğurluğum odda yansın"), üzükfalına baxmaq, səməni yetişdirmək (yazıngəlişinə və bitkilərin oyanmasına işarədir).xonça bəzəmək, yumurta boyamaq və döyüş -dürmək, qonaq getmək, şam yandırmaq (ailəüzvlərinin sayı qədər), küsülülərin barışması,yallı getmək (qədim dövrlərdən bəri ifa eilənxalq rəqsdir, insanların birliyini ifadə edir), xoruzdöyüşdürmək (bunun üçün xüsusi döyüş xoru-zları böyüdülür), xalq oyunları oynamaq (məsə -

lən, “ənzəli”, “haxışta”, “bənövşə”, “kos-kosa”)Novruz adətləridir.

Novruz bayramı qabağı, adətən, evdə hə -yətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilirvə s. Novruz bayramında şiriniyyat növləri (qo -ğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkər -çörəyi və s.) və plov bişirilir.

Novruz dünya xalqlarının bayramı kimiNovruzu qeyd edən hər bir xalq bu bayramla

bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun,özünəməxsus mövsum və mərasim nəğmələriyaradıb.

Novruz Azərbaycanla yanaşı İranda, Türk-mənistanda, Tacikistanda, Özbəkistanda, Paki-standa, Qazaxıstanda, Qırğızıstanda xüsusitəntənə ilə qeyd edilir.

Adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7növ ərzaq qoyulur - su, süd, səməni, sünbül,sucuq, siyənək balığı, süzmə.

Novruz azərbaycandaAzərbaycanda, adətə görə, Novruz bayra-

mında göyərdilən səməni yazın gəlməsinin,təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.Azərbaycan kəndlisi səməni göyərtməklənövbəti təssərrüfat ilinə bərəkət, bolluq arzu-lamış, bayrama dörd həftə qalmış, hər çərşənbəaxşamı və bayram günü tonqal qalamaqla,mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda,atəşə, günəşə olan etiqad və inamını ifadə et-mişdir. Bütün bu mərasimlər İslamdan çox-çoxəvvəl mövcud olmuş qədim şərq ənənələrinindavamıdır.

Beynəlmiləl təhsil ocağı

Teatr haqqındanə bilirsiniz?

2

3

4

4

MART, 2015, № 1 (02).

Məktəbimiz

Əziz məktəbimiz, idrakımıza

Nur saçan günəşsən, işıq məbədi.

Əziz məktəbimiz, yollarımıza

Şəfəq bəxş edirsən – sönməz,əbədi.

Biz daim möhtəşəm yüksəkliklərə

Can atan yolçuyuq, sən – yol

göstərən.

Bizi hey qoruyub nəvazişinlə

Yüksəliş yolunda sağ-sol göstərən.

Qarışıq fikrimiz, duyğularımız

Sənin köməyinlə durulur hər gün.

Nə qədər cavabsız suallarımız

Səndə cavab tapıb, yox olur hər gün.

Sən böyük dünyaya açıq pəncərə,

Ona qovuşmağa yönəltdin bizi.

Əlimizdən tutub müdrikcəsinə,

Təhsili, həyatı öyrətdin bizə.

Sənin şəfəqlərin ürəyimizdə,

Zirvədən-zirvəyə apardın bizi.

Səni unutmarıq, ey məktəbimiz,

Sənə bağlamışıq biz qəlbimizi.

Əminə İBrahİMlİ

H И m n

NOVRUZ BAYRAMINIZ МЦБАРЯК!

Page 2: hEYDƏrƏlİYEV İlhaM ƏlİYEV NOVRUZ BAYRAMINIZ …evrikaliseyi.az/files/file88.pdf · slaydlar, ana dili haqqında videoçarxlar izlənildi. Narkomaniyaya yox deyək! n liseyimizdə

Rəsm sərgisin Fevral 28-də Müasir İncəsənət Mərkəzində liseyimizin təşəbbüsü ilə

“hər uşaq bir rəssamdır” devizi altında şagirdlərimizin əl işlərindənibarət sərgi keçirilib. Sərgidə 100-ə yaxın rəsm və müxtəlif əl işlərinümayiş etdirilib.

Kağız və vitraj (şüşə)üzərində işlədikləri rəsmlərdəşagirdlərimiz təkcə Azərbay-canın deyil, digər ölkələrin dətəbiətini, tarixini və memarlıqabidələrini əks etdirməyəçalışıblar. Layihənin əsasməqsədi müasir incəsənətstrategiyası kontekstində tar-ixi-mədəni irsin qorunub sax -lanması və aktuallaş dırılması,həmçinin sağlam vətəndaşcəmiyyəti şərait ində yaradıcışagirdləri mizin təcrübəsininvə səviy yəsinin yüksəldilməsiidi.

Hər uşaq bir rəssam dır.Onların hər birinin özünəməx-sus rəngli dün yası var.Uşaqlar bizim döyünən ürə -yimizdir və hər gizli döyün-tüdə bir istedad gizlənir.

20 Yanvar qan yaddaşımızdır

n Yanvarın 19-da lisey də 20 Yanvar şəhidlərinin anımməra simi keçirilib. Müəllimlərin təşkilatçılığı ilə şa-girdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil edilib.

Liseyin aktzalında da vamedən anımmərasimin də 20yanvar faciəsi,xal - qımızınbaşına gətirilənm ü s i b ə t l ə r ,ş ə h i d l ə r i m i zhaqqında liseyin

tarix mü əllimi geniş məlumat verib. Şagird lə r bu mövzuya həsredilmiş şeirlər səsləndiriblər. Həmin dövrü əks etdirən videoçarxizlənilib.

Soyqırımı qurbanlarının xatirəsi yad edilib

n Fevralın 26-da liseydə xocalı soyqırımının 23-cüildönümü anılıb. Şagirdlər xocalı abi dəsini ziyarət edi-blər. Soy qırımı qurbanlarının xa tirəsi yad olu nub.

ŞagirdlərXocalı soy qı -rımına həsredilmiş şeirlərs ö y l ə d i l ə r,səh nəciklərcanlan dı r dı -lar. Soy qırı -mını əks et -dirən video -çarxlar iz lə -nilib.

Hazırda liseyimizdə 22 siniffəaliyyət göstərir. Liseydə şa-girdlərin təhsil alması üçün hər cürşərait yaradılıb.Təlimin keyfiyyə-tinin yüksəldilməsi məqsədilə li -seydə müntəzəm olaraqmüsa hi bələr və açıq dərslər keçir-ilir. Artıq dərs ilinin yarısı arxadaqalıb. Birinci yarımilliyi 59 şa-girdimiz əlaçı, 97 şagirdimiz isə 4və 5 qiymətlərlə başa çatdırıb.

Şagirdlərin maariflənməsiməq sədilə ötən il liseydə bir-birindən maraqlı tədbirlər keçirilib.

Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin14 yanvar 2014-cü il tarixli sərən-camını əsas götürərək, liseydəNaxçıvan Muxtar respublikasıyaradılmasının 90 illiyinə həsrolunmuş yubiley tədbiri keçirilib.Tədbirdə Naxçıvanın tarixi vəmaddi-mənəvi dəyərləri haqqındaAzərbacan, rus, ingilis dillərindəçıxışlar dinlənilib.

Ötən ilə dönüb nəzər salanda,Bilik Günü xoş bir xatirə kimiyaddaşımızda təzələnir. 1 -ci və 4-cü siniflərin iştirakı ilə keçən təd-birdə rəhbərlik və müəllimkol lektivi ilə yanaşı rayon təhsilşöbəsinin nümayəndələri, vali -deynlər iştirak edirdilər. HəmçininFilarmoniyanın rəqs ansamblıliseyimizə qonaq gəlmişdi. Hamışagirdləri təbrik etdi, onlarauğurlar arzuladı. Sonda liseyin ilkzəngi səsləndi və şagirdləri özsinif otqalarına qalxmağa səslədi.Şagirdlər öz müəllimləri ilə sinifotaqlarına qalxdılar.

Müəllimlərimiz bizim gələcəy-imizi istiqamətləndirən, bizə savadverən, bizə doğru yol göstərən

şəxslərdir. Onların bu fədakarlığınınəzərə alaraq, liseyin akt zalında5 oktyabr – Beynəlxalq Müəllim-lər Günü qeyd olundu. Şagirdlərbir-birindən maraqlı çıxışları iləmüəllimlərini təbrik etdilər. Onlarhəm xarici, həm də milli rəqslər ifaetdilər. Lisey müəllimlərinin təhsilfəaliyyətini əks etdirən video çarxnümayiş etdirildi. Tədbirdə H.Ca-vidin “Qız məktəbində” şeiri səh-nələşdirildi. Sonda direktorumuzOfeliya xanım bütün təhsil işçilərinitəbrik etdi,onlara uğurlar arzuladı.

Ötən ilin ən yadda qalan təd-birlərindən biri də 18 oktyabr –Müstəqillik Günü ilə əlaqədarkeçirilən tədbir oldu. Tədbirinəvvəlində müstəqillik yolundacanından keçmiş şəhidlərimizinxatirəsi birdəqiqəlik sükutla yadedildi. Şagirdlər Müstəqillik Günü -nə həsr edilmiş şeir və mahnılarlaçıxış etdilər. Əsgər marşı ifa ol-undu. Müstəqillik Gününə həsredilmiş videoçarx izlənildi. Şa-girdlər tariximiz, müstəqilliyə ge -dən yolda apardığımız mübarizəhaqqında geniş məlumatlandırıldı.

Oktyabrın sonunda lisey şa-girdləri halloween bayramı ke -çirdilər. Belə bir tədbir keçirməkdəməqsəd şagirdləri həm də dünyaxalqlarının bayramları ilə tanış et-məkdir. Şagirdlər Halloween iləəlaqədar hazırladıqları rəqsləri,mahnıları, şeirləri, səhnəcikləri ifaetdilər. Sonda 1-ci, 2-ci, 3-cü yerəlayiq görülmüş şagirdlər mükafat-landırıldı.

Milli atributlarımız bizim müs -təqilliyimizin, tariximizin şanlısəhifəsidir. Noyabr ayında bizBayraq Günü, Konstitusiya

Günü, Dirçəliş Günü ilə əlaqədartədbirlər təşkil etdik. Şagirdlərimizimaarifləndirmək üçün onlarınDövlət Bayrağı meydanına ek-skursiyası təşkil edildi. Tədbirdövlət televiziyaları tərəfindənişıqlandırıldı. Tədbirdə bayra -ğımızın müqəddəsliyindən, tar-ixindən, rənglərinin mənasından,bəhs edildi. Tədbirdə lisey şa-girdləri mahnılar, şeirlər, maraqlısəhnəciklərlə çıxışlar etdilər.Dövlət bayrağı ilə əlaqədar hazır-lanmış videoçarx izlənildi.

Otən ilin ən yaddaqalan tədbir-lərindən biri də Rusiya Federa si -yasının Azərbaycandakı sə fir li -yinin dəstəyi ilə hüseyn Cavidin“Şeyx Sənan” əsərinin 100 il-liyinin keçi rilməsi oldu. Tədbirdəsəfirliyinin, Rus Mədə niyyətiMərkəzinin, Təhsil Nazirliyinin nü-mayəndələri, rus dili müəllimləriiştirak edirdi. “Şeyx Sənan” əsərişagirdlərin iştirakı ilə canlandırıldı.Tədbir Dövlət Televiziyaları va-sitəsilə işıqlandırıldı. Tədbir rusdilində keçdi ,“İblis” əsəri isə həriki dildə Azərbaycan və rus dilindəsəsləndirildi.

Tədbir yüksək səviyyədə keç -diyinə görə Rusiya Federasi -yasının Azərbaycandakı səfirliyitərəfindən təşəkkür məktubu vəsertifikat aldıq, həmçinin liseyi -mizə 10 ədəd kitab hədiyyə edildi.

Şagirdlərimizin dil biliklərinizənginləşdirmək üçün bu il lisey-imizdə “Conversation” təşkil ol-unub.

Bu il liseyimizdə tətbiq edilə -cək yeniliklərdən biri “Kiçikakademiya” yaratmaqdır. Məq -sədimiz xüsusi istedada malik şa-girdlərimizi aşkara çıxarmaq,onların bilik yarışlarında iştirakınıtəmin etmək, onlarda sadə tədqi -qatçılıq bacarıq və vərdişləri for-malaşdırmaq, istedadlıları düzgünistiqamətləndirməkdir.

n Təhsilimiz bütün həyatımız boyu bizi istiqamətləndirən əsas me-yardır. Biz çalışırıq ki, liseydə təhsil alan hər bir şagirdi gələcəyinintelektual, mədəni, hərtərəfli, xalqının dilini, əxlaqi-mənəvi dəyər-lərini, milli adət-ənənələrini, tarixini, mədəniyyətini, incəsənətinidərindən bilən bir şəxs kimi yetişdirək. İnsanlara, təbiətə, əməyə,şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibətbəsləməyi, gerçəkliyi estetik qavramağı biz onlara öyrədirik.

Ötən ilin yekunları, bu il görüləcək işlər, tətbiq ediləcək yeniliklər...

Мяктяб гязети

MART, 2015, № 1 (02).

2

BİlİK GÜNÜ

“ŞEYx SƏNaN” ƏSƏrİNİN 100 İllİYİ

hallOwEEN BaYraMı

Ana dilimizi qoruyaq!n Fevralın 20-də liseydə “ana dilimizi qoruyaq” devizi ilə Bey nəlxalq

ana Dili Günü qeyd olu nub. Şagirdlər tə rə findən müx təlif dillərdə (rus, al man, ingilis, fransız) şeirlər

səsləndirib, səhnəciklər can landırıblar. Şagirdlər “Şirin dil” mahnısını oxudular, nəlbəki rəqsini ifa etdilər. Tədbirdə

şagirdlərin daha əvvəl miniatür kitablar mu zeyinə ekskursiyasını əks etdirənslaydlar, ana dili haqqında videoçarxlar izlənildi.

Narkomaniyaya yox deyək!

n liseyimizdə tez-tez maarifləndirici tədbirlər keçirilir.Yanvarın 24-də keçirdiyimiz növbəti tədbir narko-maniya qarşı mübarizəyə həsr olunmuşdu.Narkomaniya bəşəriyyətin ümumi faciəsi, cəmiyyətin

əsas mübarizə hədəflərindən biridir. Tədbirdə narkomaniyaəleyhinə videoçarxlar, şagirdlərimizin bu mövzuya aid çəkdiyişəkillər, “Yaşa özün və başaqalarının yaşamasına imkanver” adlı stend sərgiləndi.

Tədbirdə Nərimanov Rayon Polis idarəsinin əməkdaşıNicat Rəhimov, Bakı Şəhər Narkoloji Dispanserin psixiatr-narkoloqu Elçin Aslanov və “Psixoloq” qəzetinin redaktoruTahir Heydərov iştirak edirdilər. Onlar bu zərərli vərdiş vəona qarşı mübarizə yollarından danışdılar.

Tədbirin sonunda liseyin direktoru Ofeliya Muradovanarkomaniya əleyhinə rəsmlər çəkmiş şagirdləri Fəxri Fər-manla təltif etdi.

Hər bir gənc gələcəyin savadlı şəxsiyyəti, dövlətimizinaparıcı siması ola bilər: onları bütün zərərli vərdişlərdənqoruyaq, belə sosial bəlalara qarşı birgə mübarizə aparaq,sağlam gələcəyə sağlam düşüncə ilə addımlayaq!

Page 3: hEYDƏrƏlİYEV İlhaM ƏlİYEV NOVRUZ BAYRAMINIZ …evrikaliseyi.az/files/file88.pdf · slaydlar, ana dili haqqında videoçarxlar izlənildi. Narkomaniyaya yox deyək! n liseyimizdə

Nadejda Mixaylovna MaTSKUS Rus bölməsi üzrə 1c sinfi

-Hər birimizə məlumdur ki, insanın əsas təhsilinin təməli orta mək-təbdə qoyulur.Ona görə də biz çalışırıq ki, şagirdlərimizə hərtərəfli təhsilverək. Hər bir uşaq fərqlidir, onun meyil, ba carıq və qabiliyyətləri də fərq-lidir. Mən onların hər birinə fərdi yana şıram. Bizi dövlət məktəb lərindənfərq ləndirən əsas cə hət budur ki, siniflərdə şagird sayı maksimum 15nəfər təşkil edir. Bu da imkan verir ki, dərs müddətində mən hər bir şa-girdlə fərdi məşğul ola bilim. Bizdə dərslər kurikulum üsulu ilə keçirilir,kompyuterdən, proyektordan, slaydlardan istifadə olunur.

Mən fikirləşirəm ki, müəllimin bilikləri bir tərəfdən elmə,digər tərəfdənonu öyrənən şagirdlərə doğru yönəlməlidir. L.N.Tolstoyun bu sözlərinimən həmişə diqqətdə saxlayıram “İşinə və şagirdlərinə məhəbbəti bir-ləşdirməyi bacaran şəxs əsil müəllimdir”.

MÜDrİKlƏr DEYİB:

Müəllim bir şama bənzər,özünü əridərək başqalarınaişıq verər.

(M.K.Atatürk)

n

Mən dünyada müəllimlik -dən yüksək ad tanımıram.

(H.Əliyev)

n

Müəllim, bir zəkanı tama mi -lə hazır məlumatlarla dol -duran təlimçi deyil, tə lə -bələr öz özlərinə fikirləriniinkişaf etdirmələri üçün on-ları cəlb edən bir insan ol-malıdır.

(A.Karrel)

n

Pis müəllim şagirdinə hə -qiqəti çatdırır, yaxşı müəl-lim isə onu tapmağıöy rədir.

(Adolf Disterveq)

n

atam məni bu dünyayagətirib, amma müəllimimisə mənə bu dünyadahəqiqi səadət yolunu tap-maqda yol göstərib.

(Aristotel)

n

həyatda ən çox güvən -diyim şəxs müəllimdir,çünki onun silahı kitabdırvə bu silahla istənilən düş -məni çökdürmək mümkün -dür.

(Oqyüst Kant)

Bİr DƏ DEYİrlƏr Kİ:

n həyatda insanın dördmüəllimi olur – valideyn-ləri, müəllimləri, şəxsitəcrübələri və təbiət. On-lardan biri körpəlikdə,biri uşaqlıqda, biri gən-clikdə, biri də qocalıqdamüəllimlik edir!

n Özü öyrənən tələbə mü -əlliminə kömək edir!

n Yaxşı şagirdlər müəllim-lərə övladlarından yaxınolur!

n Öyrədərkən özü öyrən-məyən əsl müəllim de -yil!

n Müəllimlər özlərinin yox,şagirdlərinin qabiliyyətiilə fəxr edirlər!

Səbinə hƏSƏNOVa Rus bölməsi üzrə 1D sinfi

- Dövlətimizin, təhsili mizin inkişafı şagirdləri mizin bugünkü təhsi -lindən, onların savadlı, mədəni və vətənpərvər yetişməsindən birbaşaasılıdır. Biz daim çalışırıq ki, şagirdlərimiz el min hər sahəsindən məlu -matlı olsunlar. Çalışıram ki, şa girdlərim müstəqil və mən tiqi düşünməyi,cəmiy yətə münasibət bildirməyi bacarsınlar.Mən öz metodikamı onlarlaəməkdaşlıq prinsipi əsasında qururam. Şagirdləri kiçik qruplara bölür,hər bir şagirdin materialı mənimsəmə dərəcəsini müşahidə edir, onlaraçətin situasiyalardan çıxmağa kömək edirəm. Dərslərimi İKT-nın mən-imsənilməsi istiqamətində təşkil etməyə üstünlük verirəm.

Elnarə ƏMİraSlaNOVaRus bölməsi üzrə 1B sinfi

- Orta məktəb təhsili bizim ən yadda qalan təhsilimizdir. Bu təhsilmühi tində həm müəllimin, həm də uşağın istəyi öz əksini tapmalıdır.Bizim məq sə dimiz uşaqlarda məntiqi və yaradıcı təfəkkür element ləriniformalaşdırmaq, is tedadlı uşaqların erkən ya şdan üzə çıxarılmasını vəinkişafını təmin etməkdir. Biz öz təlim sistemimizi elə qururuq ki buradahəm kompyuterdən, həm ağıllı lövhələrdən, o cümlədən Təhsil Nazir-liyinin proqramlarından əlavə,rus bölməsi üçün Seldman, Moro, Peter-son və s. müəlliflərin dərsliklərindən də istifadə edirik. Mən çalışıram kionlar həm təhsilli, həm də vətənpərvər kimi yetişsinlər.

Nuridə MƏMMƏDOVa Azərbaycan bölməsi üzrə 2A sinfi

- Mən istəyirəm Viktor Hüqonun bu sözlərini xatırlayaq. “Müəllim in-sanları aydınlığa çıxaran işığa bənzəyir. Şagirdlərimiz bizim işıqlıgələcəyimizdir.

Mən çalışıram ki, şagirdlər arasında sağlam rəqabət olsun, onlarelmə, təhsilə daha ma raqla yanaşsınlar. Çalışıram ki, təlimdə şa-girdlərin fərdi və yaş xüsusiyyətlərini nəzərə alım.

Səbinə hƏSƏNOVa Azərbaycan bölməsi üzrə 3A sinfi

- Biz öz metodikamızı “müəllim-şagird-valideyn” prinsipi üzərində qu-ruruq. Müəllim yoldaşlarım kimi mən də çalışıram ki şagirdin mükəmməl,hərtərəfli insan kimi yetişməsində valideynlərləbirgə işləyim. Hər həftəsonu mütləq əlavə testlər təşkil edirəm. Hər fənn üzrə xüsusi testlərüzərində çalışırıq. Mən öz şagirdlərimi həvəsləndirmək üçün həryarımilin sonunda əlaçı şagirdləri mükafatlandırıram

Güləndam OrUCOVa Azərbaycan bölməsi üzrə 1A sinfi

- Bizim sevimli müəllimimiz Güləndam müəllimə - mən çalışıram ki,şagirdlər nəzəriyyəni təcrübə ilə əlaqələndirməyi bacarsınlar. Onlardünyaya,həyata öz baxışları ilə baxıb qiymətləndirməyi bacarsınlar.Özlərinə güvənməyi bacarsınlar. Bizdə “müəllim–şagird–dərslik” mo -delinə kompyuterin də əlavə edilməsi şagirdin dərsə marağını və istəyiniartırır.

İnqa SMOTrOVarus bölməsi üzrə 2B sinfi

-Mən həmişə bu pedaqoji fikrə istinad edirəm: “Şagirdin qəlbi tarınsarı simi kimidir. Onu tapıb, ona toxunmağı bacarmaq lazımdır”. Kuriku-lum sistemi imkan verir ki, bizdə şagirdlər təlimin əsas iştirakçısı kimiçıxış etsinlər.

BиZиM MЦЯLLиMLЯRиMиZ

Мяктяб гязети

MART, 2015, № 1 (02).

3

Page 4: hEYDƏrƏlİYEV İlhaM ƏlİYEV NOVRUZ BAYRAMINIZ …evrikaliseyi.az/files/file88.pdf · slaydlar, ana dili haqqında videoçarxlar izlənildi. Narkomaniyaya yox deyək! n liseyimizdə

n Şagirdlərimizin bilik və dün -yagörünüşünü yoxlamaq,on ların meyil və maraq la rı -nın istiqamətlərini müəy yən -ləşdirmək məqsədilə tez-tezonlar arasında müxtəlif sa -hələr üzrə sorğular keçiririk.həmin sorğuların nəticə -sində biz öz şagirdlərimizidaha yaxşı tanıyır, onlaramüstəqil fikir söyləmək im -kanı yaradırıq.Bu dəfəki sorğumuz teatr

mövzusu oldu. Tanınmış dra-maturqumuz İlyas Əfəndiyevdeyərdi: “Teatr həmişə mənəviyüksəliş aynası olmuşdur”. Məlum-dur ki, günümüzdə kompütertexnologiyasının inkişafı şagirdlərədaha çox və geniş informasiyaəldə etmək imkanı yaradır. Lakinbizim məqsədimiz onlarda milli-mənəvi hissləri daha da dərin-ləşdirmək, onları həyatın vəza manın sınaqlarına hazırla-maqdır.

Beləliklə 1-ci və 2-ci sinif şa-girdlərindən soruşanda ki, siz teatrhaqqında nə bilirsiniz? Onlar çoxsərbəst şəkildə, öz yaş səviy -yələrinə, dünyagörüşlərinə uyğunmaraqlı, məntiqli cavablar ver-məyə çalışdılar. “Teatr böyük vəgözəl yerdir, orada nağıl göstərir-lər, teatr maraqlıdır, gülməlidir,”kimi cavablar verdilər. Müəllim on-lardan soruşanda ki, bəs siz teatragetmisinizmi, hansı tamaşalarabaxmısınız? Onlar cavab verdilərki, “Tıq-tıq xanım”, “Göyçək Fat -

ma”, “Cırtdan” tamaşalarını seyrediblər.

3-cü və 4-cü siniflərə eynisualı ünvanladıqda isə nisbətəndaha dolğun cavablar aldıq. Şa-girdlər səhnə dekorasiyasındantutmuş, aktyor və aktrisalarıngeyim tərzi haqqında fikir bil -dirdilər. 3B sinif şagirdləri Amin,Fidan teatrın növlərini sadaladılar,teatrın romantik, fantastik, sər -güzəştli olduğunu qeyd etdilər.Hətta valideynləri ilə teatra ge -dərkən gül dəstələri aldıqlarını vəaktrisalara təqdim etdiklərini vur -ğuladılar. Onlardan soruşanda ki,bəs siz teatra baxıb nə nəticəçıxarırsınız? Onlar cavab verdilərki, cəmiyyətdə özünü necə apar -maq lazım olduğunu, mədəni ol-

mağı öyrənirlər.5, 6, 7 və 8-ci siniflərdən isə

biz daha ətraflı cavablar aldıq. 6Bsinif şagirdləri cavab verdilər ki,filmdən fərqli olaraq, teatr həyatıdaha doğru göstərir. ŞagirdlərdənNazim “teatr cəmiyyəti xarakterizəedir”, Elmar “biz teatrda gülürük,ağlayırıq, nəticə çıxarırıq”, Riad“insanlar teatrda özlərini tapırlar”kimi maraqlı cavablar verdilər.Ümumi şagirdlərin fikirləri isə beləoldu ki, teatr kollektiv işdir, teatrdaistedad lazımdır. Biz teatra ba -xanda cəmiyyətin mənfi və müsbəttərəflərini görür, nəticə çıxarırıq.

9, 10 və 11-ci siniflər isə teatrıbir həyat məktəbi, ibrət dərsi alı-nan yer,keçmiş və bugün arasındabir körpü kimi xarakterizə etdilər.

Teatr haqqında nə bilirsiniz?

Rusiya şəhərlərinə qiyabi səyahət: OMSK

n Martın 4-də liseyində “rusiya şəhərlərinə qiyabi səyahət” layi-həsi çərçivəsində Omsk şəhərinə həsr olunmuş tədbir keçir-ilib.Tədbirə başlamazdan

əvvəl liseyin foyesindəOmska həsr olunmuş şa-girdlərin yaradıcı əl işləri,Omsk haqqında albomlar,referatlar, inşa yazılarısərgilənib. Omsk şəhəri -nin tarixi, tarixi-mədəniabidələri, görkəmli adam -ları, şəhər adət-ənənələri,milli geyimləri, milli mət-bəxi, folkloru, rəqsləri təd-birdə öz əksini tapıb.

Tədbirdə Rusiya Mədəniyyət və İnformasiya Mərkəzindən vəRusiyanın Azərbaycandakı səfirliyindən nümayəndələr, valideynlər,məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Beynəlmiləl təhsil ocağı

n “Evrika” liseyi şagirdlərin yetkin bir fərd, şəxsiyyət olaraqyetişmələrinin ancaq təhsillə təmin edilə biləcəyinə inanır.Bizim liseyimiz beynəlmiləl təhsil ocağıdır. Burada azərbaycanlılarla

yanaşı digər millətlərin övladları da təhsil alır. Onların hərtərəfli təhsil almasıüçün hər şərait yaradılıb.

Liseyimizdə xarici dillərdən rus dili, ingilis dili, fransız dili, alman dili busahədə ixtisaslaşmış müəllimlər tərəfindən tədris olunur, bu da bizə imkanverir ki, liseyimizdə digər millətlərin nümayəndəsi də təhsil alsın.

Qəzetimizin budəfəki sayında həmin şagirdlərimizdən bir neçəsinin dəşəklini verməyi özümüzə borc bildik. Şagirdlərimiz bizim uğurlu gələcəy-imizdir.Onların hər birinə müvəffəqiyyətlər arzulayırıq.

TElEFONlarıMıZ:

012-464-84-88

055-208-95-03

ÜNVaNıMıZ:Bakı şəhəri,

Nərimanov rayonu,Əhməd rəcəbli küçəsi, 1/6.

ElEKTrON POÇTUMUZ:[email protected]

wEB ÜNVaNıMıZ:http://evrikaliseyi.az/

İşçi heyəti:

Eylazova Tünzalə - 03.03.1978Nəsibova alimə - 10.03.1973 İsmayılzadə aysel - 10.03.1993Məmmədov rafiq - 11.03.1960abbasova Əminə - 16.03.1958 Qəhrəmanova xəyalə - 18.03.1977Səlimova Sevinc - 18.03.1973rzayeva Samirə - 19.03.1987Məmmədova həqiqə - 20.03.1946rüstəmli Sübhan - 21.03.1969rəhimli Nərgiz - 30.03.1988

Şagirdlər:

1c - Yusubova Nuranə - 02.03.20082c - Şahbazlı Nihad - 03.03.20074a - Məmmədov Tamerlan - 04.03.20054a - Əsgərli leyla - 12.03.20051d - rzayev hüseyn - 13.03.20081b - Əlizadə ayxan - 14.03.20087a - Musayev Ülvi - 18.03.20027b - İbrahimli Kamil - 18.03.20021d - Əhədzadə Gülgün - 19.03.20085b - Əfəndiyev Nicat - 27.03.20044b - Əhmədzadə Nəzrin - 29.03.20051b - adıgözəlli Fariz - 29.03.20089a - Əsgərli Nihal - 31.03.200010 a - Quliyev Səmərxan - 31.03.1999

aD GÜNÜNÜZ MÜBarƏK!

2015/2016-cı tədris ili üçün

“EVrıKa” lıSEYıNƏ SƏNƏD QƏBUlU

1 aprel 2015-ci il tarixdən 30 aprel 2015-ci il tarixinədək davam edəcək.

Müsabiqə hər iki bölmə (Azərbaycan və rus bölmələri) və I-X siniflər üzrə keçiriləcək.

ıı-x siniflər üzrə imtahan 17 may 2015-ci il tarixdə saat 11.00-da

ı siniflər üzrə müsabiqə24 may 2015-ci il tarixdə saat 11.00-da keçiriləcək.

lazım olan sənədlər:

I siniflər üçün:3x4 şəkil, doğum haqqında şəhadətnamənin surəti,

sağlamlıq haqqında arayış

II-X siniflər üçün:3x4 şəkil, doğum haqqında şəhadətnamənin surəti

İmtahan aşağıdakı fənlər üzrə keçiriləcək:

II,III,IV siniflər üzrə: Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi

V,VI,VII,VIII,IX,X siniflər üzrə:Azərbaycan dili, Riyaziyyat, Azərbaycan tarixi,

İngilis dili

İmtahan “Evrika” liseyinin binasında keçiriləcək. İmtahan binasında saat 10.00-da olmalı. İmtahan 1 saat 30 dəq davam edəcək.

Qeyd:II tur 18 avqust 2015-ci il tarixdən

3 sentyabr 2015-ci il tarixədək keçiriləcək.

E L A N

Buraxılışa məsul: Sübhan rüstəmliMətnlərin müəllifi: Vəfa abdullayeva

Мяктяб гязети

MART, 2015, № 1 (02).

4

BİZİM SOrĞU

lİSEY ŞaGİrDlƏrİNİN h.CaVİDİN “ŞEYx SƏNaN” PYESİNDƏN haZırlaDıQları SƏhNƏ.

Gültəkin aydan Yıldırım Kasenov Daur leyla atəş Fərhad xədicə Taşoğlu

Şagirdlərimiz rəsm müsabiqəsində

uğur qazanıblarn Bu günlərdə Nəsimi rayon

İcra hakimiyyətinin təşəb-büsü, azər baycan respub-likasının Gənclər və İdmanNazirliyinin təşkilatı dəstəyiilə "Sağlam, narkotiksizhəyat seç!" möv zusunadair rəsm müsabiqəsi keçir-ilib.Müsabiqədə liseyimizi 7b sinif

şagirdi Ləman Əfəndiyeva və 8a

sinif şagirdi Həsən Feyzullayevdə iştirak ediblər. Onların "Narko-maniyaya yox deyək!" mövzu -sunda çəkdikləri rəsmlər “Yaxşıideyaya görə” nominasiyasındasertifikata layiq görülüb.

Şagirdlərimizi təbrik edir, on-lara təhsildə və yaradıcılıqdauğurlar arzulayırıq!