elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf ·...
TRANSCRIPT
![Page 1: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/1.jpg)
Azərbaycan Respublikasının
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin
və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi
şöbəsi
Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif “Fizika” dərslik komplektində verilmiş materiallara dair
İLKİN RƏY
![Page 2: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/2.jpg)
Respublikanın ümumtəhsil məktəblərinin
8-ci sinifləri üçün
“Fizika” dərslik komplekti
Müəlliflər:
Mirzəli Murquzov
Rasim Abdurazaqov
Rövşən Əliyev
Dilbər Əliyeva
BAKI NƏŞR- 2015.
![Page 3: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/3.jpg)
Məzmun xətləri:
1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər
3. Eksperimental fizika və müasir həyat
məzmun xətləri üzrə 5 əsas və 16 alt standartın
reallaşdırılmasına yönəlmişdir.
![Page 4: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/4.jpg)
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
1.1.Fiziki hadisələrə dair bilik və bacarıq nümayiş etdirir.
1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini vəonlrın başvermə səbəblərini şərh edir.
1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aidməsələlər qurur və həll edir.
1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətinişərh edir.
1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həlledir.
1.1.5.İstilik hərəkəti və elektrik hadisələrininqanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir.
![Page 5: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/5.jpg)
Məzmun xətləri üzrə əsas və alt standartlar
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər
2.1. Materiyanın formalarına dair bilik və bacarıqlarını
nümayiş etdirir.
2.1.1.Maddələri fiziki xassələrinə görə fərqləndirir.
2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur həll
edir.
2.1.3.Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri
izah edir.
2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.
![Page 6: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/6.jpg)
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri
mənimsədiyini nümayiş etdirir.
2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü,
hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir. Təbiətdəki
əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah
edir.
2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı
təsirinin rolunu izah edir.
2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair
məsələlər qurur və həll edir.
![Page 7: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/7.jpg)
Məzmun xətləri üzrə əsas və alt standartlar
3. Eksperimental fizika və müasir həyat
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə
edir.
3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür,
hesablamalar aparmaqla nəticələri təqdim edir.
3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu nümayiş
etdirir.
3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və
alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsiplərini izah
edir.
3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin
rolunu dəyərləndirir.
![Page 8: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/8.jpg)
Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə
olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki
monitorinqi 5 parametr üzrə həyata keçirilir:
1. Məzmunun işlənməsi baxımından
2. Dil və yazı üslubu baxımından
3. Dizayn və bədii tərtibat baxımından
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
5.“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
![Page 9: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/9.jpg)
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.1. Təhsil proqramı (kurikulum) standartlarına uyğunluğu
1.2. Materialların elmiliyi və müasir elmi baxışlara
uyğunluğu
1.3. Materialların elmi-metodiki baxımdan mübahisə
doğurmaması
1.4. Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt standartın
reallaşdıracağı bacarığın məqsədə çevrilməsinin
mümkünlüyü
1.5. Materialların verilişində sadədən mürəkkəbə prinsipinin
gözlənilməsi
![Page 10: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/10.jpg)
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.6. 45 dəqiqə vaxt baxımından mövzunun dərsin məqsədinə
nail olmağa imkan verməsi
1.7. Materialların şagirdin müstəqil təliminə imkan verməsi
1.8. Verilən nəzəri materiallarla müstəqil təlimi inkişaf etdirən
fəaliyyət xətləri arasında mütənasibliyin gözlənilməsi
1.9. Fəndaxili və fənlərarası inteqrasiya
1.10. Materialların seçilməsində didaktik tələblərin
(tətbiqyönümlük, nəticəyönümlük, tərbiyəvilik) nəzərə alınması
![Page 11: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/11.jpg)
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.11. Dərsliyin strukturu ilə məzmun standartları arasındakı
uyğunluq
1.12. Pedaqoji və metodiki baxımdan mövzuların xronoloji
və metodiki baxımdan vaxtında verilməsi
1.13. Yeni termin və sözlərin göstəricisinin təmin olunması
1.14. Materiallarda milli ənənələrə, gender, irq, etnik və sosial
inklüziya, tolerantlıq prinsiplərinin təmin olunması
1.15. Digər xalqların adət-ənənələrinə, mədəniyyətinə və tarixinə
hörmətin gözlənilməsi
1.16. Ətraf mühiti qorumağın və təbii sərvətlərdən səmərəli
istifadənin təbliğ olunması
![Page 12: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/12.jpg)
Parametrlər üzrə monitorinq meyarları
2. Dil və yazı üslubu baxımından
2.1. Materialların dilinin və üslubunun, mətnlərdəki fikirlərin,
onların ifadə tərzinin şagirdlərin yaş səviyyəsinə uyğunluğu
2.2. Yeni termin və sözlərin onların izahı ilə verilməsi. Bir dərs
üçün nəzərdə tutulmuş materialda yeni termin və sözlərin sayının
həddindən artıq olmaması
2.3. Qrammatik və orfoqrafik qaydalara əməl olunması
2.4. Materialların şagirdlərin dünyagörüşünün
formalaşdırılmasına, söz ehtiyatının və nitq mədəniyyətinin
inkişafına təsir səviyyəsi
![Page 13: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/13.jpg)
Parametrlər üzrə monitorinq meyarları
3. Dizayn və bədii tərtibat baxımından
3.1. Üz qabığının tərtibatı, orada verilmiş illüstrasiyaların
dərsliyin məzmununa uyğunluğu
3.2. Səhifələrin tərtibatının məzmunun asanlıqla
mənimsənilməsinə köməkliyi
3.3. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğunluğu
3.4. İllüstrasiyalarla mətnin həcm nisbətinin məqsədəuyğunluğu
![Page 14: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/14.jpg)
3. Dizayn və bədii tərtibat baxımından
3.5. İllüstrasiyaların orjinallığı, rəngarəngliyi və onların reallığı
əks etdirməsi
3.6. İllüstrasiyaların ifadəli və dəqiq olması
3.7. Yeni anlayışların izahında illüstrasiyalardan istifadə olunması
3.8. Vahid dizaynın qorunması
Parametrlər üzrə monitorinq meyarları
![Page 15: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/15.jpg)
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
4.1. Tapşırıqların mövzularla uyğunluğu
4.2. Biliklərin tətbiqini tələb edən idraki bacarıqların
formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilməsi
4.3. Şagirdin özünü müstəqil qiymətləndirə bilməsi üçün
tapşırıqların verilməsi
4.4. Qapalı, açıq və yarımaçıq tapşırıqların sayının mütənasibliyi
4.5. Tapşırıqlardakı nümunələrin reallığı əks etdirməsi, elmiliyi,
gündəlik həyatdan götürülməsi
Parametrlər üzrə monitorinq meyarları
![Page 16: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/16.jpg)
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
1. Giriş
1.1. Dərslik və MMV-dən istifadə qaydaları, məzmun xəritəsi,
tədris vahidləri, bölmələr üzrə struktur, standartların şərhi,
tövsiyə olunan iş planı
1.2. Təlim texnologiyaları haqqında məlumat
1.3. Mövzular üzrə alt standartların xəritəsi
![Page 17: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/17.jpg)
“Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun
işlənməsi baxımından
2. Planlaşdırma
2.1. Hər bir dərsin təlim məqsədlərinin müəyyən olunması
2.2. Hər bir dərsdə yeni materiala keçərkən əvvəl öyrənilmiş
materiallarla əlaqənin təmin olunması
2.3. İstifadə olunan təlim texnologiyasının idrak
taksonomiyasının mərhələləri ilə əlaqələndirilməsi
2.4. Hər bir mövzu üzrə istifadə olunan fəaliyyət növlərinin
koqnitiv, psixomotor və sosial vərdişlərin inkişafına yönəlməsi
![Page 18: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/18.jpg)
“Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun
işlənməsi baxımından
2. Planlaşdırma
2.5. Dərs zamanı əlavə vəsaitlərdən ( elektron resurslar, xəritələr,
sxemlər, atlaslar və s.) istifadənin nəzərdə tutulması
2.6. İllik və gündəlik planlaşdırma nümunəsi
2.7. Məzmun standartlarının reallaşdırılması cədvəli
2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr
![Page 19: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/19.jpg)
“Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun
işlənməsi baxımından
3. Mövzuların tədrisi texnologiyası
4. Qiymətləndirmə
5. Əlavə materialların verilməsi
6. İstifadə olunan mənbələr
![Page 20: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/20.jpg)
Dərslik komplekti dərslik və müəllim üçün metodik
vəsaitdən ibarətdir. Dərslik yeni təhsil proqramına
(kurikulum) əsasən hazırlanmış və təlim materialları 3
məzmun xətti (“Fiziki hadisələr, qanunauyğunluqlar,
qanunlar”, “Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər”, “Eksperimental fizika və müasir həyat”)
üzrə 5 əsas və 16 alt standartın reallaşdırılmasına
yönəlmişdir.
Məzmunun işlənməsi baxımından
![Page 21: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/21.jpg)
Dərslik 6 tədris vahidi üzrə (“Molekulların istilik
hərəkəti. Daxili enerji”, “İstilik hadisələrində
enerjinin saxlanması qanunu”, “Maddənin aqreqat
hallarının dəyişməsi”, “İstilik mühərrikləri”,
“Elektrik yükü. Elektrik sahəsi” “Elektrik
cərəyanı”) 48 mövzu və 200 səhifədən ibarətdir.
Dərslikdə həmçinin “Maraqoyatma”, “Araşdırma”,
“İzahlar”, “Məsələ həlli”, “Bilirsinizmi?”,
“Öyrəndiklərinizi tətbiq edin”, “Nə öyrəndiniz”,
“Açar sözlər”, “Öyrəndiklərinizi yoxlayın”,
“Layihə”, “Ümumiləşdirici tapşırıqlar” kimi bölmələr
verilmişdir.
![Page 22: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/22.jpg)
Dərslikdə bütün məzmun standartlarının tələbləri yerinə
yetirilmişdir. Materialların sadədən mürəkkəbə doğru
ardıcıllıq prinsipinə əməl edilmişdir. Dərslikdəki materiallar
interaktiv təlimə zəmin yaradır. Təlim materiallarında
elmilik, dəqiqlik, fəndaxili və fənlərarası inteqrasiya əsasən
gözlənilmişdir.
Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi
müraciətinə əsasən dərslik komplektinin qiymətləndirilməsi
ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi
bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi
qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol
verilmişdir. Bunlar aşağıdakılardır:
![Page 23: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/23.jpg)
2HOm2Hm
Səhifə 10. “Öyrəndiklərinizi tətbiq edin”
bölməsində cədvəldə “Verilir” hissəsində hidrogen
molekulunun kütləsi “ ” deyil,“ ” kimi yazılmalıdır.
Səhifə 13. 3-cü abzasdakı “Belə ki, bərk cisimlərin istidən
genişlənməsi böyük təsir qüvvələri ilə müşayiət olunur”
cümləsinin “Belə ki, bərk cisimlərin istidən genişlənməsi
zamanı cisim digər cisimlərə böyük qüvvə ilə təsir edə bilər”
kimi yazılması məqsədəuyğundur.
Səhifə 11. “Araşdırma -1” bölməsində “Qurğunun əsas hissəsi
bimetal çubuqdan (1) ibarətdir” cümləsində “bimetal” sözünün
“metal” sözü ilə əvəz edilməsi məqsədəuyğundur. Çünki bimetal
lövhə iki müxtəlif metalın bir – birinə yapışdırılmasından alınır.
![Page 24: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/24.jpg)
Səhifə 17. “Temperatur
şkalaları” yarımbaşlığında
Faranheyt və Selsi şkalalarının
müqayisəli şəklində Selsi
şkalasında 20°C-yə uygun
Faranheyt temperaturu düzgün
göstərilməmişdir. Burada 70°F
deyil, 68°F olmalıdır.
![Page 25: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/25.jpg)
Səhifə 25. 3-cü abzasda “İstiliyin isti cisimdən (və ya
cismin hissəsindən) soyuq cismə (və ya cismin
hissəsinə) verilmə prosesi istilikvermə adlanır”
cümləsinin “Üzərində iş görülmədən cismin daxili
enerjisinin dəyişməsi prosesinə istilikvermə deyilir” kimi
yazılması tövsiyə edilir.
![Page 26: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/26.jpg)
Səhifə 41. “Araşdırma-1”də bir çox anlaşılmaz məqamlar
mövcuddur. Belə ki, tapşırıqda verilmiş yastı alüminium
qabın rolu aydın deyil. Stəkandakı suyun temperaturu
alüminium qabdakı suyun temperaturundan fərqli deyil, eyni
olmalıdır, suyun kütləsi müxtəlif olduğundan, aldıqları istilik
miqdarı müxtəlif olar. Lakin mətndə temperaturlar müxtəlif,
istilik miqdarı eyni olmağı yazılmışdır. Həmçinin
termometrlərin temperaturu göstərilməmişdir.
![Page 27: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/27.jpg)
Səhifə 43. “Araşdırma-2”də eyni yastı alüminium qabda
yerləşdirilmiş qablarda temperatur eyni olmalıdır. Qablarda olan
maddələr fərqli olduğundan, onlara verilən istilik miqdarları
müxtəlif olacaqdır.
![Page 28: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/28.jpg)
Səhifə 45. “Diqqət!” bölməsində “Q=cm(t1-t2)” düsturu
“Q=cm(t2-t1)” kimi verilməlidir.
Səhifə 76. 1-ci abzasda “Onların yaranmasına səbəb suyun
tərkibində həmişə həll olmuş havanın və asılı bərk cisim
hissəciklərinin olmasıdır” cümləsində verilmiş “asılı bərk cisim
hissəciklərinin” rolunun mövzuda tam olaraq izah edilməməsi
qaynama prosesinin şagirdlər tərəfindən mənimsənilməsinə
çətinlik yaradacaqdır.
Səhifə 149. 2-ci abzasda “Birinci şərt keçiricilərdə ödənir:
metallarda yükdaşıyıcılar – sərbəst elektronlar, məhlullarda isə
- müsbət və mənfi ionlardır” cümləsinin “Birinci şərt keçiricilərdə
ödənir: metallarda yükdaşıyıcılar – sərbəst elektronlar, elektrik
cərəyanını keçirən məhlullarda isə - müsbət və mənfi ionlardır”
kimi yazılması tövsiyə edilir. Çünki heç də bütün məhlullar elektrik
cərəyanını keçirmir.
![Page 29: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/29.jpg)
Səhifə 153. 1-ci abzasda “Təcrübələrdən məlum olmuşdur ki, mis
elektrod turşu ilə kimyəvi reaksiyaya girdikdə elektronlarını
itirərək müsbət yüklə elektriklənir” cümləsinin “Elektrodlarla turşu
məhlulu arasında gedən kimyəvi reaksiyalar nəticəsində mənbənin
qütblərindən biri müsbət, digəri isə mənfi yüklə yüklənir” kimi
yazılması tövsiyə edilir.
Səhifə 156. “Cədvəl 6.1”də “Torpaqlama” sözünün çıxarılması
məqsədəuyğundur. Çünki fizikada bu termin istifadə edilmir.
Səhifə 160. 4-cü abzasdan “Cərəyanın istilik və kimyəvi təsirləri heç
də həmişə müşahidə olunmur: məsələn, elektriki yaxşı keçirən mis
naqildən zəif cərəyan keçdikdə onda istilik təsiri hiss edilmir”
cümləsinin çıxarılması məqsədəuyğundur. Çünki naqildən cərəyan
axan zaman istilik ayrılması həmişə müşahidə olunur.
![Page 30: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/30.jpg)
Səhifə 175. 3-cü abzasda “Xüsusi müqavimət -
uzunluğu 1 m, en kəsiyinin sahəsi 1 m2 olan naqilin
müqavimətidir” cümləsinin “Xüsusi müqavimət ədədi
qiymətcə uzunluğu 1 m, en kəsiyinin sahəsi 1 m2 olan
naqilin en kəsiyinə perpendikulyar istiqamətdə cərəyan
keçərkən onun malik olduğu müqavimətə bərabər olan
fiziki kəmiyyətdir” kimi yazılması tövsiyə edilir.
![Page 31: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/31.jpg)
Səhifə 192. Mövzunun 1-ci abzasında “Elektrik cərəyanının
gücü - elektrik enerjisinin verilmə yeyinliyi və ya elektrik
enerjisinin digər enerji növlərinə çevrilmə yeyinliyini göstərən
fiziki kəmiyyətdir” cümləsinin “Elektrik cərəyanının gücü – elektrik
cərəyanının vahid zamanda işgörmə qabiliyyətini göstərən fiziki
kəmiyyətdir” kimi yazılması məqsədəuyğundur.
Səhifə 193. Mətnin sonunda elektrik enerjisinin tarif qiyməti
göstərilmişdir. Tarif dəyişə bilər. Odur ki, dərslikdə qiymətin
göstərilməsi məqsədəuyğun deyil. Yaxşı olar ki, bu məsələ şəklində
verilsin.
![Page 32: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/32.jpg)
Dil və yazı üslubu baxımından
Dərslik komplektində verilmiş təlim materialları dil və yazı üslubu
baxımından şagirdlərin yaş səviyyəsinə əsasən uyğundur. Yeni termin
və sözlər izahı ilə verilmişdir. Dərslik komplektində dil qaydalarına
qismən əməl olunmuşdur.
Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar
aşağıdakılardır:
Səhifə 23. “Araşdırma-1”nin təchizat hissəsində “porşenlə təchiz
olunmuş qalındivarlı orqşüşə (pleksiqlas) sınaq şüşəsi” ifadəsi
“porşenlə təchiz olunmuş üzvi şüşədən (pleksiqlas) hazırlanmış
qalındivarlı sınaq şüşəsi” kimi verilməsi məqsədəuyğundur.
![Page 33: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/33.jpg)
Səhifə 24. “Araşdırma-2”in təchizat hissəsində və səhifə 33–də
“Araşdırma-1”də “şlanq” sözünün “rezin boru” ilə əvəz
edilməsi tövsiyə edilir.
Səhifə 25. 1-ci abzasda “Buz parçalarını stəkana atdıqda su
soyuyur” cümləsinin “Buz parçalarını içərisində su olan stəkana
atdıqda su soyuyur” kimi yazılması məqsədəuyğundur.
Səhifə 45. 2-ci abzasda “Xüsusi istilik tutumu ilə cismin
kütləsinin hasilinə bərabər fiziki kəmiyyət maddənin istilik
tutumu (C) adlanır” cümləsində “maddənin istilik tutumu”
ifadəsinin “cismin istilik tutumu” ilə əvəz edilməsi
məqsədəuyğundur.
![Page 34: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/34.jpg)
Səhifə 49. 1-ci abzasda “Beləliklə, insan orqanizmindəyanacaq onun hazır şəkildə qəbul etdiyi qidadır”cümləsi “Beləliklə, insan orqanizmində yanacaq rolunuonun hazır şəkildə qəbul etdiyi qida oynayır” kimiyazılmalıdır.
Səhifə 55. Sondan 2-ci abzasda “Təcrid olunmuşsistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, busistemin daxili enerjisi saxlanılır” cümləsinin “Təcridolunmuş sistemlərdə cisimlər arasında yalnız istilikverməprosesi baş verirsə, bu sistemin daxili enerjisi saxlanılır”kimi yazılması tövsiyə edilir.
![Page 35: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/35.jpg)
![Page 36: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/36.jpg)
Dizayn və bədii tərtibat baxımından
Dərslik komplektinin tərtibatında şagird marağının nəzərə alınması
müsbət haldır. Mətnə görə şəkillər uyğun yerləşdirilib və vahid dizayn
üslubu gözlənilmişdir. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna
uyğun olması təqdirəlayiqdir.
Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar
aşağıdakılardır:
Rəsm və illüstrasiyalarda orijinallıq qismən gözlənilmişdir. Bəzi
rəsmlər aydın verilməmişdir. Bu da şagirdlərə mövzunun
mənimsənilməsində çətinlik yaradır. Üz qabığının tərtibatı isə dərsliyin
məzmununa tam olaraq uyğun deyil.
![Page 37: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/37.jpg)
Səhifə 12. “İşin gedişi” bölməsində 1-ci bənddə şəkil (b) - yə deyil,
(a) - ya istinad olmalıdır, 2-ci bənddə isə (b) olmalıdır. 1-ci bəndin
ikinci cümləsində əqrəbin şkalanın sağ (və ya sol) kənar hissəsində
olması şərtinə ehtiyac yoxdur. Çünki əqrəbin şəkildəki kimi ortada
olması daha məqsədəuyğundur.
Səhifə 91. Şəkildə “işçi cisim” düzgün göstərilməmişdir. İşçi cisim
porşendən yuxarıda olan qazdır.
![Page 38: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/38.jpg)
Səhifə 115. (e) və (f) şəkilləri düzgün verilməmişdir.
(e) şəklində çubuqlar bir-birini itələdiyi halda, ipin
sağa meylləndiyi göstərilməlidir.
![Page 39: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/39.jpg)
Səhifə 155. Şəkil (c) və (d)-də cərəyan mənbələrinin (-)
qütbü göstərilməmişdir.
![Page 40: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/40.jpg)
Səhifə 186. (e) sxeminə əsasən qurulmuş (f) elektrik
dövrəsi fərqlidir. Sxemdə elektrik mənbəyi batareya və
açar verilib. Elektrik dövrəsində isə onların yerinə elektrik
tənzimləyicisinin şəkli verilmişdir. Ampermetrin və
voltmetrin göstəriciləri aydın deyil.
![Page 41: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/41.jpg)
Tapşırıqların elmi-metodiki uyğunluğu
baxımındanQapalı, açıq və yarımaçıq tipli tapşırıqların say nisbətində
mütənasiblik, tapşırıq və çalışmaların rəngarəngliyi, onların yaradıcı
xarakterdə olması əsasən nəzərə alınmışdır. Bununla yanaşı, müəyyən
qüsurlara da rast gəlinir:
Səhifə 44. “Araşdırma-1”də 2-ci məsələnin şərtində temperatur
dəyişməsi baş verməsinə baxmayaraq, istilik miqdarının temperatur
dəyişməsindən necə asılı olduğu soruşulur. Bu düzgün deyil.
Məsələnin şərtində kütləni eyni verib, temperaturun dəyişdirilməsi
tövsiyə edilir.
Səhifə 49. “Araşdırma-2”də “Məsələləri həll edin” şərti altında
verilmiş 1-ci tapşırıq məsələ deyil, sadəcə sualdır.
![Page 42: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/42.jpg)
Səhifə 54. “Araşdırma-2”də “Məsələni həll edin”
cümləsinə ehtiyac yoxdur. Çünki verilmiş tapşırıq məsələ
deyil. Verilmiş tapşırıqda qabdakı qazın kütləsi
dəyişdiyinə görə daxili enerji artır və daxili enerjinin bir
hissəsi tıxacın atilmasında görülən işə sərf olunur. Odur
ki, bu məsələni həll etmək mümkün deyil.
Səhifə 87. “Çalışma-5”dəki 2-ci tapşırığı həll etmək üçün
həddən artıq çox vaxt tələb olunur. Onun qısa və
məntiqyönümlü bir çalışma ilə əvəz edilməsi tövsiyə
edilir.
![Page 43: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/43.jpg)
Səhifə 56. “Araşdırma”da verilən kəmiyyətlərin
içərisində c-nin qiymətinin “(csu=4200 C/ kq∙°C)”
verilməsinə ehtiyac yoxdur. Çünki məsələnin həllində bu
kəmiyyət istifadə olunmur.
Səhifə 118. “Araşdırma”da 2-ci məsələnin şərtində
“q= 1Kl” , cavabda “q=16 Kl”, həmçinin “Nəticəni
müzakirə edin” hissəsindəki verilmiş yükün qiyməti (q=-
16 Kl) çox böyükdür. Yükün qiymətinin azaldılması
tövsiyə edilir.
![Page 44: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/44.jpg)
Səhifə 127. “Öyrəndiklərinizi yoxlayın” bölməsindəki
2-ci tapşırıq düzgün qoyulmayıb. Çünki elektroskopların
heç birinin elektrik yükünün işarəsi məlum deyil.
Tapşırığın şərtində elektroskopların birinin yükü
verilməlidir.
![Page 45: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/45.jpg)
Səhifə 146. “Ümumiləşdirici tapşırıqlar”da 4-cü
çalışma düzgün deyil. Çünki cavab bəndləri arasında
doğru cavab yoxdur. Verilmiş şərtə görə doğru cavab
yalnız 3 olmalıdır. 5-ci çalışmanın şərtində isə yükün
qiymətinin “q=8Kl” deyil,“q=-8mkKl” kimi verilməsi
məqsədəuyğundur.
Səhifə 194. “Çalışma-11”də 5-ci çalışmanın şərti
korrekt deyil. Hansı halda gücün müəyyən edilməsinin
soruşulduğu başa düşülmür. Odur ki, birinci dövrənin
şəklinin aşağısında “a)”, ikinci şəkildə isə “b)”
yazılmalıdır.
![Page 46: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/46.jpg)
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Müəllim üçün metodiki vəsait 200 səhifədən ibarətdir. Burada“Dərslik komplekti haqqında”, “Dərsliyin tədris vahidləriüzrə məzmunu”, “Dərslik komplektinin mövzular üzrəstrukturu”, “Fizika fənn kurikulumu haqqında”, “VIII sinifüzrə məzmun standartları”, “Fənn üzrə məzmunstandartlarının reallaşma cədvəli”, “İllik planlaşdırmanümunəsi”, “Fənlərarası inteqrasiya”, “Fənlərarasıinteqrasiya cədvəli”, “Fizikadərslərində müasir təlimtexnologiyaları”, “Müasir qiymətləndirmə”, “Mövzular üzrətəlim materialları ilə iş texnologiyasının şərhi”, “Mənbələr”verilmişdir.
![Page 47: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/47.jpg)
Səhifə 31. “D” blokunda “Öyrəndiklərini tətbiq et”hissəsində verilmiş məsələnin həlli cədvəlin hesablanmahissəsində “ ∙ 10-21C” və “ ∙10-21 C” kimi dəqiqbərabərliklər şəklində verilmişdir. “ ∙10-21 C və ∙10-21 C”kimi təxmini bərabərlik şəklində yazılması tövsiyə edilir.
Səhifə 145. “Ümumiləşdirici tapşırıqlar”da 2-citapşırığın şərtində “8∙106 Kl” deyil, “8∙10-6 Kl”yazılmalıdır. Bundan başqa, 4-cü tapşırıqda doğru cavabkimi “1 və 3” qeyd edilmişdir. Bu cavab doğru deyil. Bucavabin doğru olması üçün tapşırığın 1-ci bəndindəverilmiş “A və D çubuqlarının yükləri əksişarəlidir”deyil, “A və D çubuqlarının yükləri eyni işarəlidir” qeydedilməlidir.
![Page 48: elmi-metodiki monitorinqiderslik.edu.az/news/prezentasiyalar/dk_fizika_8_2015_teqdimat.pdf · “Temperatur şkalaları”yarımbalığında Faranheyt və Selsi kalalarının müqayisəli](https://reader035.vdocuments.mx/reader035/viewer/2022062913/5e397811dc0d5122f7662459/html5/thumbnails/48.jpg)
Səhifə 168. 1-ci cədvəlin sonuncu sütununda “Naqilin
hazırlandığı maddədən” ifadəsinin “Naqilin xüsusi
müqavimətindən” kimi yazılması məqsədəuyğundur.
Səhifə 170. “VI tədris vahidi üzrə I kiçik summativ
qiymətləndirmə” bölməsində 3-cü çalışmada “Cihaz xətası nə
qədərdir?” sual cümləsinin “Cihazın mütləq xətası nə
qədərdir?” kimi yazılması məqsədəuyğundur.