diploma programs city & guilds, london

23

Upload: others

Post on 13-Feb-2022

9 views

Category:

Documents


0 download

TRANSCRIPT

Təsisçinin Salamlama Mesajı

Ümumi baxış

Akkreditasiyalar

CÀSÀ Heyəti

CÀSÀ-da keçirilən proqramlar

Staj proqramı

Mündəricat

TƏSİSÇİNİN SALAMLAMA MESAJI

Qonaqpərvərlik sektorundakı həyatınız buradan başlayır

CÀSÀ olaraq bizim baxışımız Azərbaycanın talantlı insanlarına zərif

kulinariya bacarıqlarını inkişaf etdirmək imkanlarını təmin etməkdir. Bu

imkanlar təkcə bacarıqlı/təlim keçmiş aşpazlara gündən-günə artan

tələbatlara cavab verməyə kömək etmir, həm də, Azərbaycan mətbəxini

tamamilə yeni səviyyəyə qaldırır və qlobal kulinariya sənəti xəritəsində

Azərbaycan mətbəxinin yerini möhkəmləndirir.

Məqsədimiz – praktik yanaşmalar vasitəsilə tələbələrimizə kulinariya təhsili

sahəsində ən yüksək səviyyədə akademik uğura nail olmaq şansı vermək və

beləliklə, tələbələrimizi karyera qurduqları bütün yerlərdə işləmək üçün yaxşı

hazırlaşdırmaqdır.

Əminəm ki, tələbələr “CÀSÀ”- dakı səyahətləri boyunca istər fərdi

sahibkarlıq, istərsə də yüksək səviyyəli müəssisələrdə işə düzəlməklə, qida-

içki və qonaqpərvərlik sektorlarında müvəffəqiyyət əldə edə biləcəklər.

Kelvin ÇongTəsisçi və Direktor

ÜMUMİ BAXIŞ

CÀSÀ keçmiş MDB ölkələri arasında ilk Kulinariya Sənətlərimərkəzidir və Londonda yerləşən, Dünyada Tanınmış City & GuildsBeynəlxalq Təşkilatı tərəfindən akkreditasiya olunmuşdur.City & Guilds 8500-dən çox məktəb və mərkəzə akkreditasiyavermişdir və onlardan bəziləri 100-dən çox ölkədə kulinariyatəhsili verməkdədir. City & Guilds Diplomu treninq institutununadından və yerindən asılı olmayaraq bütün dünyada qəbul olunurvə etibarlıdır.CÀSÀ-nın məqsədi kulinariya sənətini və qonaqpərvərliksahəsində treninqləri canlandırmaq və sağlam və innovativproqramlar vasitəsilə bu sənaye sektorunu yerli və beynəlxalqsəviyyədə inqilabiləşdirməkdir.

CÀSÀ tərəfindən təklif olunan proqramlar London

İnstitutunun City & Guilds təşkilatı tərəfindən akkreditasiya

olunmuşdur, eyni zamanda, CÀSÀ yüksək səviyyədə təhsil və

peşəkar ixtisaslaşma ilə yanaşı dünyada tanınmış UK

diplomu əldə etmək şansı verir.

CÀSÀ kulinariya mərkəzi Peşə Təhsili üzrə Dövlət Agentliyi

ilə əməkdaşlıq edir və otel/restoran sektorunda

bacarıqlarını və karyerasını inkişaf etdirmək istəyənlər

üçün müxtəlif treninq sessiyaları təşkil edir.

AKKREDİTASİYA VƏ BİRGƏ PROQRAMLAR

Hər il bu məktəblərdən 1 milyon məzun təxminən, 500 fərqli peşə sahələrində çalışmağa başlayır.

Dünyada məşhur olan bir çox aşpazlar City & Guilds sertifikatına malikdir.

Bir sıra məşhur icraçı aşpazlar arasında Mişlen ulduzlu Jamie Oliver, Gordon Ramsey və Heston

Blumenthalı nümunə göstərə bilərik.

CÀSÀ KULİNARİYA HEYƏTİ

Lüter Meytlənd

Kulinariya üzrə Tədris Hissə Müdiri

Lüter Meytlənd restoran sahəsində karyerasına Şotlandiyada, Peat Inn adlı Mişlen ulduzlurestoranda başlamışdır. Səkkiz il ərzində o, mətbəx köməkçisi işindən Mətbəx Bölmə Şefi vəzifəsinəyüksəlmişdir. Karyerası boyunca aşpaz kimi bir çox məşhurlar, hətta Baş Nazir üçün çalışmışdır.Məqsədyönlü və əzmkar bir şəxs olduğu üçün o, elmi dərəcə almaq məqsədilə universitet təhsilialmış və daha sonra London, Dubay və Pakistanda City & Guilds kollecləri üçün namizəd kimi irəlisürülmüşdür.

Frederik Daleyne

Qənnadı məmulatları üzrə Baş Müəllim

Frederik karyerasına 16 yaşında Fransanın, Normandiya şəhərində ənənəvi qənnadı məmulatlarımağazasında başlamışdır. Çörəkçilik, dondurma və iaşə kimi sahələrdə peşəkarlığı sayəsində Parisdə 2 Mişlen ulduzlu “Ghislaine Arabian’s Le Restaurant” və “La Maison Cochet” də daxil olmaqla, çox sayda nüfuzlu fabrik və mehmanxanalarda çalışmışdır. Frederik uzun müddət Tokioda yaşamış və “Cordon Bleu” Yaponiya üçün qənnadı ustası – mühazirəçi kimi fəaliyyət göstərmişdir.

rəfd

Aşp

az

Angela Agrati-Prange

40 illik təcrübəsi olan Angela “Vegeterian yeməkləri üzrə aşpaz” və “Sağlam Mətbəx”mövzusunda baş müəllimdir. Son 30 il ərzində veqan, vegeterian və qlütensiz qidarestoranlarında, sağlamlıq kurortlarında və alternativ tibb mərkəzlərində öz biliklərinipaylaşmış və, eləcə də, dünya məşhurlarının xüsusi aşpazı kimi fəaliyyətgöstərmişdizənginləşdirmişr. Son illərdə İsveç, Getenburqda ‘Happy M kitchen”, İngiltərə“Uimbledon-Londonda Lu-Ma” kafe və İspaniya, Madriddə “Green Shelters” kimiqurumların kulinariya üzrə təlimçisi və məsləhətçisi vəzifələrində çalışmışdır. 17 ilərzində İngiltərə, Şotlandiya və İtaliyada keçirilən beynəlxalq festivallarda baş icraçı aşpaz

olaraq yeməklər bişirmiş, təşkilatçılıq fəaliyyətini həyata keçirmişdir.

Frederic Jaunault

Frederikin bu sahəyə olan böyük həvəsi ona Parisin Qida bazarında (Les Halles deParis) topdansatış işi ilə məşğul olan fermer babasından və aşpaz olan Bretonluatasından miras qalmışdır. 1996-cı ildə "Fraich'attitude" emalatxanalarınıyaratmışdır. 1999-cu ildə sağlam qidalanma üzrə milli planın həyata keçirilməsindəKənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq etmiş və 2000-ci ildə kənd təsərrüfatındaxidmətlərinə görə mükafatla təltif edilmişdir.2011-ci ildə “Fruitier-Primeur” kateqoriyasında Meilleur Ouvrier de France(MOF) titulunu qazanmışdır. Frédéric zəngin şəxsiyyətə, böyük ixtiraçılıqqabiliyyətinə və hüdudsuz marağa sahib olan bir insansdır.

Jeff brend aşpaz kimi üstün bacarıqlara, yüksək liderliyə və ünsiyyət bacarıqlarına sahib olanməqsədyönlü peşəkardır. Cənub-Şərqi Asiya, Müasir Çin mətbəxi və Molekul Qastronomiyasımətbəxləri də daxil olmaqla, restoran, qida xidməti və mehmanxana biznesi kimi sahələrdə 30 ildən artıq ixtisaslaşmış kulinariya təcrübəsinə sahibdir. Jeffin nailiyyətlər və mükafatlarsiyahısında BBG Goods Food (Faydalı Yeməklər) jurnalı tərəfindən 2020-ci ildə tanınmış“Qərbi Londonda ən yaxşı yemək məkanı” mükafatını göstərmək olar. 2011-ci ildə o, “Hakkasan Mayfair” Restoranı üçün 1 ulduzla mükafatlandırılmışdır.

rəfd

Aşp

az

Jeff Tan Seng Han

Niko VonqSənət əsəri yaratmaq – Niko bu işi görür. O, hər nə bişirsə, bunu sevgi və həvəslə edir. Niko bişirməyi çox sevir və uşaqlıqdan anasına kömək edirdi, zamanla artıq hər şeyi özü bişirməyəbaşladı. Orta məktəbdə oxuyarkən, o, xəmir məmulatlarının hazırlanması kursuna getdi və o vaxtdan bəri, bütün biliyini və həvəsini gözəl və dadlı kulinariya sənət nümunələri yaratmağasərf edir. Şərq şirniyyatlarının hazırlanması ilə yanaşı, Niko həm də, dim sum, buxarda bişmişbulka, ay piroqu, Peranakan Çin şirniyyatı, Malayziya qənnadı məmulatları, eləcə də, yeməkbəzəmə, oyma-kəsmə, kalliqrafiya və yeməklərin fotosu üzrə mütəxəssisdir.

Kin İngiltərənin London şəhərində 20 illik iş təcrübəsinə malik aşpazdır. Əsasən Dim Sam aşpazı kimi püxtələşmişdir. Dim Sam kiçik düşbərələrdən və digər qəlyanaltıyeməklərindən ibarət olan ənənəvi Çin yeməyidir. Dim Sam hazırlamaq bacarıq tələbedən, çətin bir işdir və bu işə yiyələnmək üçün uzun illərin təcrübəsi tələb olunur. Londondakı nüfuzlu restoranlardan birində (“Park Chinois, Mayfair”) Dim Sam üzrə başaşpaz olaraq, Kin festival Dim Sam menyusunun yaradılması və Dim Sam üzrə ustaddərslərinin keçilməsi də daxil olmaqla, restoranın marketinq və tanıtmaqfəaliyyətlərinə yardım etmişdir. Onun imza atdığı yeməklər arasında Qara kürülü Pekin Ördəyi və ev üsulu pankeyk, Black truffle Xiao long Bao, Venison puff, Wagyu Cheungfun, əllə yığılmış krabla Sichuan damplinq və s. daxildir. Kin həmişə ənənəvi vəmüasir mətbəx arasında balans yaratmağa çalışmışdır.

rəfd

Aşp

az

Kin Min Hau

Turgut Tokgöz Dipwest

Aqustina Argenitada anadan olmuş və təhsil almışdır. Siyasi Elmlər üzrə Universitet təhsilini başavurduqdan sonra o, 5 qitəni gəzmiş və sonda 2006-cı ildə İstanbulda məskunlaşmışdır. 2016-cı ildəAgostina 3-cü Səviyyə WSET Şərab və Spirtli İçkilər üzrə Fərqlənmə Sertifikatı almışdır. 2019-cu ildə o,Oenotrian Şərab və Spirtli İçkilər üzrə Təlim Mərkəzinin birgə təsisçisi və WSET Sertifikatlı Şərab sahəsiüzrə 1-ci və 2-ci Səviyyə Təlimçi olmuşdur. Hazırda Agostina İngilis və İspan dillərində dünyanın həryerində gələn tələbələr üçün Şərab sahəsi üzrə dərs deyir.

Turqutun ömür boyu şərab sahəsinə olan həvəsi onun WSET Diplomu, CMS Başlanğıc Somelye və the WSGRhone Magistr Dərəcəli Sertifikatlar əldə etməsinə səbəb olmuşdur.O həmçinin, Şərab və Spirtli İçkilər sahəsində WSET sertifikatlı təlimçidir və Türkiyə Şərab Ekspertləri vəTəlimçiləri Cəmiyyətinin təsisçi Prezidentidir. Hazırda o, Beynəlxalq Şərab Yarışı və Şərab və Spirtli İçkilərüzrə Beynəlxalq Müsabiqədə hakimlik edir. Turqut Tokgöz uzun müddətdir ki, Şərab Assosasiyası Dostları,eləcə də, İstanbul Şərab Dadma Cəmiyyətinin üzvüdür.

Aqustina Da Kunha

Tatyana Selivanova

Tatyana Selivanova 2004-cü ildən şərab sektorunda çalışır. Şərab və Spirtli İçkilər üzrə Təhsil Fondu(London) nəzdində Beynəlxalq Şərab Məktəbinin diplomunu almışdır. O, Rusiyada şərab sahəsində ilkakademikdir (Weinakademie Ӧsterreich, Rust).2009-cu ildə Rusiyada “Wine People Trophy” somelye müsabiqəsinin qalibi olmuş, 2011, 2012, 2017-ciillərdə Wine People Trophy somelye müsabiqəsi; 2013, 2014-cü illərdə Fresh Faces somelye müsabiqəsi,2017, 2018-ci illərdə isə Rusiya Somelye Müqabiqəsində münsiflər heyətinin üzvü olmuşdur. Tatyana WSET2,3-cü Səviyyə üzrə Sertifikatlı Təlimçidir. Bundan başqa, Rusiyada Şərab Akademikləri Klubunun Sədri,Kaliforniya Şərab İnstitutunun Spikeri və Rusiyada VDP Səfiri kimi fəaliyyət göstərmişdir.

Qid

av

ə İ

çki

Sa

si

CÀSÀ PROQRAMLARI

m

CÀSÀ tələbələrin bütün səviyyələrdə hərtərəfli təcrübə qazanmasını təmin etmək məqsədilə öz bənzərsizproqramlarını ən müasir avadanlıq və ləvazimatlarla tamamlayır.

Uzun müddətli peşəkar Kulinariya təhsilini tamamlayan CÀSÀ tələbələri dünyanın ən böyük peşəkar təhsil akkreditasiya institutu olan City & Guilds diplomu əldə etmək hüququ qazanacaqlar. City & Guilds sistem və standartları çərçivəsində təhsil alan və təhsilini başa vuran CÀSÀ məzunları dünya səviyyəli Restoran və Otellərin mətbəxlərində işləyə biləcəklər.

➢ Peşəkar Proqramlar, City & Guilds, UK

• Kulinariya Sənəti – Qida Hazırlama sahəsində Diplom - Səviyyə 2

• Kulinariya Sənəti – Qənnadı Məmulatları sahəsində Diplom – Səviyyə 2

• Qida və İçki xidməti sahəsində Diplom – Səviyyə 2

• Kulinariya sənəti və idarəetmə sahəsində yüksək dərəcəli Diplom – Səviyyə 3

CÀSÀ tərəfindən təklif olunan diplom proqramları London, City & Guilds təşkilatı tərəfindən akkreditasiyaolunmuşdur və aşağıdakı şəxslər üçün nəzərdə tutulub:

▪ Yemək sahəsinə və kulinariya karyerasına həvəsi olan Ali Məktəb Məzunları▪ Artıq işləyən, lakin karyera dəyişikliyi istəyənlər▪ Artıq kulinariya sahəsində çalışan və bilik və bacarıqlarını artırmaq istəyənlər▪ Yemək bişirməyə böyük həvəsi olan və HORECA sektorunda kulinariya karyerası qurmaq istəyənlər üçün

Kvalifikasiya bütün dünya üzrə tanınmış aşpazlar və işəgötürənlərlə əməkdaşlıq nəticəsində yaradılmış Dünya Qonaqpərvərlik Sertifikatlaşdırılması, qonapərvərlik sənayesi üçün yeni dünya sertifikatlaşdırması ilə tənzimlənir. Bu vahid birləşmə yeni kvalifikasiyanı hazırkı sənaye təcrübələrinə uyğunlaşdırır.

KURSLAR VƏ PEŞƏKAR TƏLİMLƏR

▪ UK, City &Guilds təşkilatı tərəfindən Peşəkar Diplom Proqramı▪ Mətbəx və Bar avadanlıqlarından peşəkar istifadə, Bakinox, AZ▪ Qida Təhlükəsizliyi və Gigiyena – HACCP, Bureau Veritas, UK▪ Mətbəx qulluğu və Kimyəvi təmizlik vasitələrindən təhlükəsiz istifadə, Diversey, USA▪ Şərab sahəsi üzrə 2-ci səviyyə təltifnamə (Qida və İçki xidməti proqramı üçün)▪ Barista treninqi

IVQ Səviyyə 2 – Qida Hazırlama və Kulinariya Sənəti – Bişirmə bacarıqları Diplomu (8064-01), City & Guilds, London

ÜMUMİ BAXIŞ

Kulinariya sənəti üzrə Diplom qonaqpərvərlik sənayesi sahəsində çalışmaq istəyən və artıq mətbəx işində baza biliklərə malik olan və ya mövcud biliklərini inkişaf etdirmək üçün işləməyə və öyrənməyə böyük həvəsi olan namizədlər üçündür. Namizədlərdən qiymətləndirməni tamamlamaq üçün praktik bacarıqlarını və əlaqəli nəzəri biliklərini göstərmək tələb olunacaq.Karyeranızın sahibkarlıq sahəsində təhsil və kulinariya bacarıqları ilə birləşməsi aparıcı müəssisələrdə 6aylıq staj da daxil olmaqla, 1 il təşkil edir.600 saatdan çox mətbəx təcrübəsi ilə bu vahid kurs müvəffəqiyyət əldə etmiş tələbələrə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda baş aşpaz olmaq imkanı verir.

MÜDDƏT

▪ 12 ay- Mərkəzdə 6 ay (həftədə 20 saat)- İstehsalat təcrübəsi 6 ay (həftədə 20-25 saat)

KURS PLANI

▪ Qonaqpərvərlik sənayesini öyrənmək▪ Biznes uğurunu öyrənmək▪ Qonaq xidmətini təmin etmək▪ Qonaqpərvərlik sektorunda dayanıqlılıq haqqında məlumatlılıq

▪ Peşəkar iş yeri standartları

▪ Şəxsi inkişafda öz rolunu bilmək▪ Qida təhlükəsizliyi & Gigiyena & HACCP▪ Menyunun planlaşdırılması ilə qonaq tələbatlarının qarşılanması▪ Mizanplas▪ Bişirmə metodları, texnikaları və ləvazimatları: suda bişirmə, buğda bişirmə və buxarda bişirmə▪ Bişirmə metodları, texnikaları və ləvazimatları: buxarda bişirmə və pörtlətmə▪ Bişirmə metodları, texnikaları və ləvazimatları: sobada bişirmə, qızartma və qrildə qızartma▪ Bişirmə metodları, texnikaları və ləvazimatları: dərin (çox yağda) və səthi (az yağda) qızartma▪ Qida məhsullarını öyrənmək

PROQRAM QİYMƏTİ: 10500 AZN

IVQ Səviyyə 2 - Qida Hazırlama və Kulinariya Sənəti – Qənnadı məmulatlarının hazırlanması üzrə Diplom (8064-02), City & Guilds, London

ÜMUMİ BAXIŞ

IVQ Səviyyə 2 - Qida Hazırlama və Kulinariya Sənəti – Qənnadı məmulatlarının hazırlanması üzrə Diplomqonaqpərvərlik sənayesində çalışmaq və Şirniyyatların hazırlanmasında ixtisaslaşmaq istəyən namizədlər üçünnəzərdə tutulub.

Siz Qənnadı məmulatları sahəsində kulinariya sənəti üzrə mütəxəssis olmaq, yaradıcılıq bacarıqlarınızı inkişafetdirmək və ən yaxşı restoranlarda və şirniyyat mağazalarında təqdim olunan klassik və müasir desertləri yaratmaqüçün mövcud texnikaları öyrənmək məqsədilə tələb olunan bilikləri əldə edə biləcəksiniz.

Hər bir sinif üçün şirniyyat sahəsi üzrə təlimatçılar yaradıcılıq və dekorasiya işində əsas texnikaları göstərmək,istifadə etdikləri hər bir texnikanı izah etmək üçün zərif və fərqli şirniyyat növlərinə dair kulinariya nümayişiedəcəklər. Tələbələr daha sonra nümayiş zamanı öyrəndikləri texnikaları aşpaz-təlimçilərin rəhbərliyi ilə şirniyyatsahəsi üçün nəzərdə tutulan mətbəxlərimizdə fərdi iş sahələrində təcrübədən keçirə bilərlər.

MÜDDƏT

▪ 12 ay- Mərkəzdə 6 ay (həftədə 20 saat)- İstehsalat təcrübəsi 6 ay (həftədə 20-25 saat)

KURS PLANI

▪ Qonaqpərvərlik sənayesini öyrənmək▪ Biznes uğurunu öyrənmək▪ Qonaq xidmətini təmin etmək▪ Qonaqpərvərlik sektorunda dayanıqlılıq haqqında məlumatlılıq▪ Peşəkar iş yeri standartları▪ Şəxsi inkişafda öz rolunu bilmək▪ Qida təhlükəsizliyi & Gigiyena & HACCP▪ Menyunun planlaşdırılması ilə qonaq tələbatlarının qarşılanması▪ Mizanplas▪ Standartlaşdırılmış reseptlərdən istifadə edərək kekslər, biskvitlər və süngər teksturalı şirniyyatların hazırlanması,

bişirilməsi və yekunlaşdırılması▪ Standartlaşdırılmış reseptlərdən istifadə edərək şirniyyat məhsullarının hazırlanması, bişirilməsi və yekunlaşdırılması▪ Standartlaşdırılmış reseptlərdən istifadə edərək xəmir məhsullarının hazırlanması, bişirilməsi və yekunlaşdırılması▪ Standartlaşdırılmış reseptlərdən istifadə edərək isti desertlərin hazırlanması, bişirilməsi və yekunlaşdırılması▪ Standartlaşdırılmış reseptlərdən istifadə edərək sadə şokolad məhsullarının hazırlanması və yekunlaşdırılması

PROQRAM QİYMƏTİ: 10500 AZN

IVQ Səviyyə 2 – Qida və İçki Xidməti sahəsində Diplom (8064-03), City & Guilds, London

ÜMUMİ BAXIŞ

Qida və İçki Xidməti sahəsində 2-ci Səviyyə Diplom karyerasını qonaqpərvərlik sahəsində qurmaq və ya inkişaf etdirmək istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.Bu proqram namizədlərin yalnız spesifik vəzifə üçün deyil, həm də qonaqpərvərlik sahəsində karyeraqurması üçün işə hazır olmasını təmin edərək, işəgötürənlər tərəfindən təyin olunmuş ötürülə bilən və vəzifə öhdəliyinə dair xüsusi bacarıqları əhatə edir. Tələbələr şərab və spirtli içkilər sahəsində, eləcə də, ilkin olaraq yarımpeşəkar səviyyədə iaşə sektorunadair peşəkar bilirklərlə təchiz olunacaqlar. Peşəkar diplom əldə etdikdən və istehsalat təcrübəsi (staj) keçdikdən sonra məzunlar şərab və içki sahəsində və ya iaşə sektorunda karyera qura bilərlər.

MÜDDƏT

▪ 9 ay- Mərkəzdə 4,5 ay (həftədə 20 saat)- İstehsalat təcrübəsi 4,5 ay (həftədə 20-25 saat)

KURS PLANI

▪ Qonaqpərvərlik sənayesini öyrənmək▪ Biznes uğurunu öyrənmək▪ Qonaq xidmətini təmin etmək▪ Qonaqpərvərlik sektorunda dayanıqlılıq haqqında məlumatlılıq▪ Peşəkar iş yeri standartları▪ Şəxsi inkişafda özünün və HACCP rolunu bilmək▪ Qida təhlükəsizliyi və gigiyena▪ Menyu haqqında biliklər▪ Qida və içki xidmətinin göstərilməsi▪ Xidmət üçün içkilərin hazırlanması▪ İsti, spirtsiz və spirtli içkilər üçün məhsul haqqında biliklər▪ 2-ci Səviyyə Şərab sahəsi üzrə Təltifnamə▪ Barista Treninqi

PROQRAM QİYMƏTİ: 8000 AZN

IVQ Səviyyə 3 – Kulinariya Sənəti və Sektora nəzarətə dair Yüksək dərəcəli Diplom (8064-06), City & Guilds, London

ÜMUMİ BAXIŞ

Kulinariya Sənəti və Sektora nəzarətə dair 3-cü Səviyyə Yüksək dərəcəli Diplom artıq bir aşpaz kimi təcrübə qazanmış və mətbəxdə əməliyyatların və işçi heyətinin işinin planlaşdırılması və nəzarəti haqqında biliklərini inkişaf etdirmək istəyən, o cümlədən, daha geniş qonaqpərvərlik sektorunda uğurlu fəaliyyətə dair ümumi biliklərini genişləndirmək istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.

Tələbələrə dünya üzrə kulinariya sənəti və dünya mətbəxlərinə dair dərin biliklər ötürülür. Bu kurs tələbələridaha yüksək səviyyəli otellərin mətbəxlərinə qoşulmağa və rəqabət aparmağa, eləcə də, öz mətbəxbizneslərini qurmağa hazırlayır.

Kvalifikasiya qlobal təsirlər və əlaqədar treninq tələbatları ilə resursların təşkili də daxil olmaqla, qida təhlükəsizliyi və qida məhsullarının istehsalına nəzarəti, menyunun planlaşdırılması və nəzarət edilməsini əhatə edir.

MÜDDƏT

▪ 12 ay- Mərkəzdə 6 ay (həftədə 20 saat)- İstehsalat təcrübəsi 6 ay (həftədə 20-25 saat)

KURS PLANI

▪ Kulinariya sənayesində inkişaf üçün imkanların artırılması▪ Şəxsi bölməyə nəzarət və yoxlanılması▪ Biznes uğuruna kömək▪ Qonaq təcrübəsinə kömək▪ Peşəkar mətbəxlərdə dayanıqlılıq▪ Qida təhlükəsizliyinin yoxlanması və nəzarəti▪ Standartlaşdırılmış reseptlərdən istifadə edərək üstün

səviyyəli başlanğıc yeməklərin hazırlanması və təqdimedilməsi

▪ Standartlaşdırılmış reseptlərdən istifadə edərək

təkmilləşdirilmiş əsas yeməklərin hazırlanması və təqdim edilməsi

▪ Standartlaşdırılmış reseptlərdən istifadə edərək

təkmilləşdirilmiş desertlərin və xəmir məhsullarının hazırlanması və təqdim edilməsi

PROQRAM QİYMƏTİ: 11500 AZN

İSTEHSALAT TƏCRÜBƏSİ/ İŞ TƏCRÜBƏSİNƏ UYĞUN YERLƏŞDİRMƏ (IWEP)

CÀSÀ Mərkəzi Azərbaycanda 20-dən çox lüks restoran (www.saffron.az ), o cümlədən, 10-dan çox beş-ulduzlu otelləri(www.absheronhotelgroup.com) olan Böyük Holdinq Şirkətinin bir hissəsidir. CÀSÀ ən yüksək keyfiyyətdə sənayestandartlarına uyğun treninqlər təmin etmək və tələbə aşpazları ən son texnologiya və əməliyyat trendləri ilə tanışetmək üçün bir çox aparıcı restoranlar, otellər, təhsil mərkəzləri, təchizatçılar və istehsalçılarla əməkdaşlıq edir.

Təhsil mərkəzimizdən məzun olan tələbələr mərkəzdə yalnız nəzəri və praktiki təcrübə keçməyəcəklər, həmçinin,məşhur lüks restoran və otellərdə təcrübə qazanacaqlar.

Staj proqramını yekunlaşdırdıqdan sonra tələbələrə İstehsalat Təcrübəsinə dair Sertifikat və Tövsiyə

məktubu veriləcək.

Kulinariya və Qonaqpərvərlik sahəsində Karyera İmkanları:

İcraçı Aşpaz/ İcraçı Şirniyyatçı Aşpaz Aşpaz köməkçisiKulinariya üzrə RəhbərSouslar üzrə ixtisaslaşmış Aşpaz

Staj müddətini müvəffəqiyyətlə başa çatdırmaq eyni şirkətdə daimi işlə təmin olunmaq şansı verir.

Chef De CuisineMaster Chef/Qənnadı məmulatları üzrə Master chefŞəxsi Aşpaz

Qida və İçki xidməti Rəhbəri/ NəzarətçiKulinariya müəllimi

QONAQPƏRVƏRLİK SEKTORUNDAKI HƏYATINIZ BURADAN BAŞLAYIR!

Əlaqə üçün: 050 232 [email protected]