biologiya dünyasi

69
"BİOLOGİYA DÜNYASI" SSENARİ 1. Açılış (müəllim : Ülviyyə Mahmudova ) 2. məktəbin direktoru

Upload: timur-ulvi

Post on 18-Jul-2015

765 views

Category:

Education


2 download

TRANSCRIPT

Page 1: Biologiya dünyasi

"BİOLOGİYA DÜNYASI"

SSENARİ

1. Açılış (müəllim : Ülviyyə

Mahmudova )

2. məktəbin direktoru

Page 2: Biologiya dünyasi

Azərbaycanın himni

Page 3: Biologiya dünyasi

Mövzu : Biologiya nədir?ÇIXIŞ EDİR: DÜNYA

Page 4: Biologiya dünyasi

• Biologiya (Bios –canlı, logos – elm) – canlıtəbiət haqqında komplekselm- hal hazırda Yerüzərində mövcud olan vəməhv olmuş külli miqdardanöv müxtəlifliyi, onlarınquruluşu və funksiyası, mənşəyi, çoxalması vəinkişafı, canlı və cansıztəbiətlə əlaqəsi haqqındaelmdir. Biologiya həyatınxas olan ümumi və fərdiqanunauyğunluqlarımüəyyən edir. Biologiyanınçoxlu şöbələri var.

Page 5: Biologiya dünyasi

• Botanika —biologiyanın mühüm

tərkib hissəsi оlub, müstəqil bir еlm kimibitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çохalmasını, inkişafını, mənşəyini və s. tədqiqеdir.

Page 6: Biologiya dünyasi

Zoologiya (yunan. ζῷον; zoon

, "heyvan" + yunan. λόγος,

"loqos", "bilgi") Heyvanlar

aləmindən bəhs edən elm.

Zoologiya heyvanlar aləminin

müxtəlifliyini, onların bədən

quruluşunu və həyat

fəaliyyətini, yaşadığı mühitlə

əlaqəsini, fərdi və tarixi

inkişaf qanunauyğunluqlarını

öyrənir. Heyvanlar aləmində

ən ali sistematik

vahid tip adlanır. Hazırda

heyvanlar 23 tipə ayrılır.

Page 7: Biologiya dünyasi

ANATOMİYA

Anatomiya – (yunanca

anatemno – yarıram)

insan orqanizmin

mütənasibliyini,

kütləsini, boyunu, onun

hüceyrə, toxuma və

orqanlarının

quruluşunu öyrənir.

Page 8: Biologiya dünyasi

FİZİOLOGİYA

Fiziologiya – (phуsis –

təbiət, logos – elm) – tam

orqanizmin və onu təşkil

edən orqan toxumalar və

hüceyrələrin müxtəlif

funksiyalarını öyrənən

elmdir.

Page 9: Biologiya dünyasi

PSİXOLOGİYA

Psixologiya –

(yunanca psixo – ruh)

konkret şəxsin fərdi

xüsusiyyətlərini və psixi

proseslərin ümumi

qanunauyğunluqlarını

öyrənən elmdir.

Page 10: Biologiya dünyasi

GİGİYENA

Gigiyena – (yunanca

gigienos – sağlam)-

insanın sağlamlığını

qorumaq və orqanizmini

möhkəmləndirmək, onun

məişətini, əməyini və

istirahətini düzgün təşkil

etmək üçün zəruri olan

bilikləri öyrənir.

Page 11: Biologiya dünyasi

Gəlin canlılar aləminə səyahət edək

Page 12: Biologiya dünyasi

DOĞMA TƏBİƏTİMİZ.(könül)Təbiət gözəldir ağaclarıyla,

Min bir meyvəsiylə,çiçəkləriylə,

Nə gözəl mənzərə,nə gözəl hava

Bunların hamısı təbiətdədir.

Bizlərdən hamımız əl-ələ verək,

Təbiəti qoruyaq,təbiəti sevək,

Qoymayaq təbiətə bir xətər gəlsin

Onlara bizləri nümunə edək.

Təbiət bizim üçün ən gözəl həyat,

Ən gözəl xoşbəxtlik,ən gözəl səfa,

Lakin bunları bilməyənlər var

Gəlin onlara da bunları deyək.

Page 13: Biologiya dünyasi

Tənəffüs üçün O2 verir

Torpağın üst küləkdən və qurumadan qoruyur

Iqlimi tənzimləyir

Bütün canlılara qida verir

Insana qida verir

Tikinti materialı alınır

Parça və kağız alınır

BİTKİLƏRMusiqi alətləri, mebel alınır

Yaşayış yerləri yaşıllaşdırılır.

Dərman alınır

Page 14: Biologiya dünyasi
Page 15: Biologiya dünyasi

HEYVAN VƏ QUŞLARIN ƏHƏMİYYƏTİ

ÇIXIŞ EDİR: SƏFƏR

Page 16: Biologiya dünyasi

Təbiətdə yaşayan müxtəlif Heyvanlar ümumi canlılar ələminin təkamülündə bitkilərin çarpaztozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvimaddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitkiqalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitarfəaliyyəti göstərir.Heyvanlar insan həyatında da böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən, dərisindən, sümüyundən istifadə edirdilər. Zaman keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş vəonların nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül sənaye xammalı ilə təmin edir. Heyvanlar həmçinin təbiətəgözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunubsaxlanılması, artırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi çox vacib məsələdir.Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta insan səhhətinə zərər verənheyvanlar də az deyildir. Təbiət üçün və insana faydalı olan heyvanların sayını artırmaq, qorumaq vəonlara düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün heyvanlarınhəyatını və onların təbiətdəki rolunu yaxşı bilmək lazımdır. O da məlumdur ki, heyvanların insanhəyatında rolu zaman keçdikcə dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi kimiəhəmiyyəti xeyli azalmış, bunun əvəzində müxtəlif heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəstəliklərin törədiciləri(qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, öküz soliteri, exinokok və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübarizə aparmaq ücün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçünxeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması vəümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.

Page 17: Biologiya dünyasi

HEYVAN VƏ QUŞLAR ZÖVQÜMÜZÜ OXŞAYIR

Page 18: Biologiya dünyasi

SƏHNƏCİK : Meyvələrin söhbəti

Page 19: Biologiya dünyasi

Bizə meşə deyirlər, Meşəyik biz.Quzeylərə sərilənYorğanıq, döşəyik biz.Dağların zirvəsindəYaşıl qotazlı tacıq,Ehtiyacdan doğulmuşuq,Özümüz də bir qayğıyaMöhtacıq.Ömrümüz, həyatımızİnsan əlində.İstəsə yaşadar,İstəsə öldürər.Ağacıq, yaşayırıq bu sayaq,Yaşayırıq birtəhər.Meşəyik, meşə,Qulağımız səksəkədə,Ömrümüz təhlükədəHəmişə.Meşədən ağac da kəsilər,

Yerinə başqasdı da gələr...Dərdimiz bu dərd olsa,Nə var ki !..Qəlbimizi bu dərd alsa,Nə var ki !..Bir gözətçimiz var,Ürəyi çaylaq daşıdır,Əlibaltalının cibinəSalıb əlini,Ona tuşudurAğacların yaxşısını,Gözəlini.Bir ağacı yerə yıxır,Başqasının kölgəsindəSərinləyir.Soruşanda : nə gəzirsənBu meşədə?Qulağımız eşidə-eşidə“Bu ağacların keşiyiniÇəkirəm”, - deyir.

ÇIXIŞ EDİR, ZƏMİNƏ

Page 20: Biologiya dünyasi

BİZƏ PAY VERİLƏN, LƏZZƏTDİ TƏBİƏT,ONA QIYMAQ CİNAYƏTDİ, CİNAYƏTÜRƏYİNDƏ VARSA BİR AZ MƏRHƏMƏT,TƏBİƏTİ AĞLAMAĞA QOYMA SƏN,TƏBİƏTİ KÜSTÜRMƏYƏK AMANDI,MEŞƏLƏRSİZ HƏR HALIMIZ YAMANDIR,

BULAQ SUYU DAĞ HAVASI DƏRMANDI,BULAQLARI QURUMAĞA QOYMAYAQ!TƏBİƏTİ MƏHV OLMAĞA QOYMAYAQ!

ÇIXIŞEDİR SƏRXAN

Page 21: Biologiya dünyasi

DÜŞÜB ÜZÜ ÜSTƏ KÖRPƏ BİR AĞAC,KÖKÜNDƏN BİR ADDIM ARALI QALIB.BU KÖRPƏ AĞACA KİM QIYIB, ALLAHÖMRÜNƏ GÜNÜNƏ KİM BALTA ÇALIB?GÖZƏL AĞACLARI MƏHV EYLƏYƏNİN,ƏLLƏRİ BƏS DA.A DÖNMƏYİR NİYƏ?!AY ƏLİ BALTALI ƏLİN QURUSUN?GÖZƏL TƏBİƏTİ MƏHV EDƏN KİMİ!YENƏ BİR AĞACDA GÖZÜN QALIBSA,GƏL BALTALA MƏNİ, GƏL BUDA MƏNİ

ÇIXIŞ EDİR: ÇİNARƏ

Page 22: Biologiya dünyasi

TƏBİƏT ŞERİ: ÇIXIŞ EDİR KƏNAN

TƏBİƏT, TƏBİƏT ANA TƏBİƏTTƏKAMÜL BAĞININ MEYVƏSİ, BARI.TƏBİƏT ANADIR, BUDUR HƏQİQƏT, GƏLİN, ANAMIZI QORUYAQ BARI!

ƏSASƏN ANADIR, EVİN DİRƏYİ,BİR DİRƏK YIXILSA, BİR EV DAĞILAR!ANA TƏBİƏTİ İTİRSƏK ƏGƏR, MİN EV YOX, MİN KƏND YOX,

BİR DÜNYA BATAR!!!

Page 23: Biologiya dünyasi

YAŞILLIQLAR OLMASA HƏYAT OLMAZ

Page 24: Biologiya dünyasi

Təbiəti qorumaq borcumuzdur (YAQUB)• İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması

və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir.

• İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinəayaq qoyduqca, öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən daha çox mənfəət götürür, daha doğrusu, onu qırır, tökür, dağıdır, məhv edir, əvəzini isə çox az qaytarır.

• Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən canlı sərvətlərin qorunması hazırda dünya əhəmiyyətli bir məsələ hesab olunur.

• Doğma yurdumuz Azərbaycan mislsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir ki, yer üzərindəki 11 iqlim növünün 9-u Azərbaycanda mövcuddur.

• Hər bir iqlim qurşağının təbii gözəlliyini, bu gözəlliyin süfrəmizə bəxş etdiyi nemətləri ayrı-ayrılıqda sadalamaq, bunlarsız insan məişətinin qeyri-mümkünlüyündən təkrar-təkrar danışmaq olar. Ancaq bu “yanıqlı” danışıqlarla məsələ bitmir. Əsas məsələ ətraf mühitə ağıllı nəzərlərlə baxmaq, təbiətə duymaq, onun keşiyində durmaqdır. Təbiət elə gözəl “sənət əsəri”dir ki, bu əsəri korlamaq bir yana dursun, hətta onu duymamağın özü insanlıqdan kənardır. Bu gün biz hər hansı ağacdan bir budaq qırarkən onu yaralamağımızın fərqinə varmırıq. Axı ağac da canlıdır, o da yaşamaq istəyir.

• Təbiət bizim sərvətimizdir, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik. Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiqdir.

• Yunan əfsanələrinə görə, hər bir cavan oğlan evlənməzdən qabaq yeddi zeytun tingi basdırıb, onu bar verənə qədər becərməli və sonra evlənməlidir. Belə bir “qanun” indiyə qədər yunan xalqı arasında adət və ənənəyə çevrilmişdir.

• Nə demək olar, gözəl ənənədir, gözəl adətdir. Yaxşı olardı ki, bizdə də belə ənənələr olaydı. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün gənclərimizin hər biri bir uzunömürlü ağac basdırsa , çox yaxşı olar. Biz təbiətimiz nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir. Ata-babalarımızdan bizə yadigar qalan təbiəti, təbiət abidələrini qorumaq, onu gələcək nəslə yadigar qoymaq bizim borcumuzdur.

Page 25: Biologiya dünyasi

Külək eroziyası

Page 26: Biologiya dünyasi

Ekstensivəkinçilik

Page 27: Biologiya dünyasi

Su eroziyası

Page 28: Biologiya dünyasi

Faydalı qazıntıların çıxarılması

Page 29: Biologiya dünyasi

Sənaye müəssisələrindən atılan zəhərli qazlar

Atmosferi çirkləndirən mənbələr

Page 30: Biologiya dünyasi

Atom elektrik stansiyalarından atılan zəhərli qazlar

Atmosferi çirkləndirən mənbələr

Page 31: Biologiya dünyasi

Avtomobillərdən buraxılan zəhərli tüstülər

Atmosferi çirkləndirən mənbələr

Page 32: Biologiya dünyasi

Meşə yanğınları

Atmosferi çirkləndirən mənbələr

Page 33: Biologiya dünyasi

Çirkab sularının

axıdılması

Page 34: Biologiya dünyasi

Məişət

tullantıları

Hidrosferi çirkləndirən mənbələr

Page 35: Biologiya dünyasi

• Su hövzələrinin çirklənməsinin səbəbləri və nəticələri nələrdir?

Çayların və dənizlərin çirklənməsi nəinki su canlılarının ,həm də

insanların həyatı üçün bir təhlükədir.

Page 36: Biologiya dünyasi

BİR DƏ DÜNYADAKI BÜTÜN CANLILARI MƏHV EDƏN MÜHARIBƏLƏR.....

Page 37: Biologiya dünyasi
Page 38: Biologiya dünyasi

Təsir edən amillər

Neft tullantıları

Radioaktiv maddələr

Nət

icə

Canlılarda dəyişiklik və

onların məhvolma təhlükəsi

Kimyəvi tullantılar

Məişət tullantıları

Page 39: Biologiya dünyasi

İNSANIN ƏTRAF MÜHİTƏ VƏ CANLILARA ZƏRƏRİ

Page 40: Biologiya dünyasi
Page 41: Biologiya dünyasi
Page 42: Biologiya dünyasi
Page 43: Biologiya dünyasi

Bəsitçay Dövlət Təbiət Qoruğu

– Eldarşamı Dövlət Təbiət Qoruğu

– Göy-göl Dövlət Təbiət Qoruğu

– İlisu Dövlət Təbiət Qoruğu

– İsmayıllı Dövlət Təbiət Qoruğu

– Korçay Dövlət Təbiət Qoruğu

– Palçıq vulkanları Dövlət TəbiətQoruğu

– Pirqulu Dövlət Təbiət Qoruğu

– Qaragöl Dövlət Təbiət Qoruğu

– Qarayazı Dövlət Təbiət Qoruğu

– Qızılağac Dövlət Təbiət Qoruğu

– Şahbuz Dövlət Təbiət Qoruğu

– Şirvan Dövlət Təbiət Qoruğu

– Türyancay Dövlət Təbiət Qoruğu

– Zaqatala Dövlət Təbiət Qoruğu

• Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - Azərbaycan

Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan

vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi

dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub

olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması

və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

• Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və

nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5

balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140

bitki növü haqda məlumatı əks etdirir.

• Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2

kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir

növlər.

• Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində

(tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı

əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər

daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast

gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə

sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların

mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan

və bitki növləri də nadir növlər hesab olunur.

• Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı

Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub.

"Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.

• Azərbaycan Respublikasınn “Qırmızı Kitabı”na düşmüş nadir

bitki və heyvanlar bunlardır:

Page 44: Biologiya dünyasi

Dəmirağac• Azərbaycanın III dövr relikt bitkisi olub, Talış

dağlarının mərkəzi və cənub hissələrində rastgəlinir. Ağacın hündürlüyü 20-25 m.-dir. 200 iləqədər yaşayır. Yarpaqları qısa saplaqlı olub növbəlidüzülüşlüdür, dairəvi və ya yumurtavariformadadır. Ləçəkləri var, xüsusilə çiçəkləmə vaxtıqırmızı və bənövşəyi rəngə boyanmış erkəkciklərinhesabına çiçək daha da nəzərəçarpan olur. Meyvəsioduncaqlaşmış dairəvi ikidivarlı qutucuqdur.Dəmirağac möhkəm oduncağa malik olduğundanəsasən telefon və elektrik dirəkləri üçün, körpülərintikilməsində, maşın və alətlərin bəzi hissələrininhazırlanmasında istifadə olunur.

Page 45: Biologiya dünyasi

Şabalıdyarpaq palıd

• Azərbaycanda Talış meşələrində və İsmayıllı rayonunda rast gəlinir. Hündürlüyü 50 m., diametri isə 1.5 m. olur. Yarpaqların ölçü və forması bitdiyi yerdən asılı olaraq müxtəlif formada olur. Şabalıdyarpaq palıd Talış meşələrində əsas meşə əmələ gətirən bitki növüdür və xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunur: tikintidə, dəmiryol şpallarının hazırlanmasında və s.

Page 46: Biologiya dünyasi

Xəzər lələyi

•Arealı azalmaqda olan nadir

növdür. Azərbaycanda Astara (Maşxan və Alaşa k. ətrafı), Lənkəran (Alekseevka k.) rayonlarında bitir. Bu bitki, həmçinin İranda da bitir. Dənizkənarı ovalıqda, çay vadilərində və dəniz səviyyəsindən 150 m yüksəklikdə dağ ətəklərində yayılıb, qumsal torpaqda yaxşı bitir.

Page 47: Biologiya dünyasi

Turunc ağacı

• Şamaxı və Xaldan meşələrində bitir. Qədimdə xalq təbabətində şiş xəstəliyində işlədilirdi. Yarpaqları nanəyə oxşayır. Onun çubuğundan kəsib, bədənin xaricində əmələ gələn şişi deşib, çubuğu keçirərmişlər və 3-4 gün qaldıqdan sonra çubuğu çəkib çıxararmışlar. Beləliklə, şiş çəkilər, xəstə yaxşı olarmış.

Page 48: Biologiya dünyasi

Hirkan armudu

• Arealı kiçilməkdə olan nadir Hirkan növüdür. Astara (Şüvi, Astara), Yardımlı (Pirəmbəl), Lənkəran (Alekseyevka) rayonlarında yayılıb.

Page 49: Biologiya dünyasi

Laqodex acıçiçəyi

• Quba rayonunun Xınalıq kəndi, Zaqatala rayonu Talaçay yatağında yayılıb. Azərbaycandan kənarda Dağıstan və Gürcüstanda da bu bitkiyə rast gəlmək mümkündür.

Page 50: Biologiya dünyasi

Bundan başqa vətənimizdə bitən nadir bitkilərə aşağdakılar da daxildir:

Su zanbağı Naxçıvan gəvəni Şərq çinarı Xəzər zəfəranı

Araz palıdı Məxməri gərməşov Qafqaz xədicəgülü Qafqaz dəmirağacı

Page 51: Biologiya dünyasi

MEYVƏLƏRİN TƏBABƏTDƏ ƏHƏMİYYƏTİ: LALƏ

Page 52: Biologiya dünyasi

SƏHNƏCİK:KİMYƏVİ ELEMENTLƏR

BİOLOGİYA ELMİNİ KİMYASIZ TƏSƏVVÜR ETMƏK OLMAZ. ÇÜNKİ, 28 PARAQRAF SIRF

KİMYA İLƏ BAĞLIDI ONA GÖRƏ KİMYƏVİ ELEMENTLƏRİ TANIMAQ VƏ XASSƏLƏRİNİ

BİLMƏK HƏR BİOLOQ ÜÇÜN VACİBDİ.

Page 53: Biologiya dünyasi

İNSANIN ZƏRƏRLİ VƏRDİŞLƏRİ

ÇIXIŞ EDİR: LƏMAN

Page 54: Biologiya dünyasi
Page 55: Biologiya dünyasi
Page 56: Biologiya dünyasi
Page 57: Biologiya dünyasi

SİQARET, SPİRTLİ İÇKİLƏR, NORKOTİK ÖLDÜRÜR!!!

Page 58: Biologiya dünyasi

BİLİRSİNİZMİ? (ELDAR)• 1)Yorğunluq hissi 35-65% böyük ehtimalla gərginlikdən yaranır

2)Ürək-damar sisteminin fəaliyyət aktivliyi maksimum 18 saat, minimum isə 3-4 saatdır.3)Nəsil artırmanın bioloji keyfiyyətləri 1 uşaqdan 4 uşağa qədər artır, sonra isə azalır.4)Adi nəfəsalma zamanı insan 500 kub sm, nəfəsli alətdə ifa zamanı isə 3500 kub sm hava qəbul edir.5)Ağciyərlərin səthi 100 kvadrat metrdir.6)Ağ ciyərn sol payına nisbətən sağ payı daha çox hava tutur.7)Böyük adam gün ərzində, təxminən, 23 000 dəfə nəfəs alır və verir.8) Qan plazmasının tərkibi həyatın rüşüymlərinin qoyulduğu suyun tərkibini xatırladır.9)Ürək bir yığılmada 200 ml qan vurur.10)Qan, böyüklərdə 20-28 san, uşaqlarda 15 san, yeniyetmələrdə isə 18 san tam dövr edir. Qan bədəndə sutka ərzində 1,5-2 min dəfə dövr edir.11)1 kub mm dəridə 40 kapilyar, əzələdə 2500, ürək əzələsində isə 4000 kapilyar vardır.12)Həftədə 3 qüvvət məşqi nisbətən yaxşı effekt verir.13)Hərəkət aktivliyi norması 7-10 km-dir (10000-14000 addım).14)İnsan orqanizmində ən güclü əzələ dildir, ürək deyil. Ürək, ən dözümlü əzələdir.15)Gənc adamın enerji sərfiyyatı 3000 kkal-dır. Bunun 1700-ü əsas maddələr mübadiləsi, 170-i həzm prosesinə, 1130-u isə əzələ işinə sərf olunur.16)İnsanın saçı həyatı boyu 725 km uzanır.17)Əl barmaqların dırnaqları ayaqdakı dırnaqlardan təxminən 4 dəfə tez uzanır.18)Gün ərzində insandan bədənindən 33 l buzlu suyu qaynamaq həddinə çatdıran qədər istilik ayrılır.19)Hesablanmışdır ki, insan bütün həyatı boyu 2,5 t zülal, 1,3 t yağ, 17,5 t karbohidrat ve 75 t su sərf edir.20)Açıq gözlərlə asqırmaq mümkün deyil.21)Gündə 1 paket siqaret çəkən insan – ildə yarın fincan qatran içir (müqayisə)22)Insanın hər barmağı bütün ömrü boyu, təxminən, 25 mln dəfə bükülür.23)Qadınlar gözlərini kişilərdən, təxminən 2 dəfə çox qırpır.24)Diş emalını kobud şəkildəkvarsla müqayisə etmək olar.Hətta kəskin ( iti) bıçağın emala vurulduqdakütləşdiyi məlumdur.25)Dərinin 1 kv sm-ində 100 ağrı nöqtəsi olur, bütün səthdə isə onların sayı milyona yaxındır.26)Insanın baş beynində 1 saniyədə 100 000 kimyəvi reaksiya gedir.

Page 59: Biologiya dünyasi

Səhnəcik: “TOYDA HƏZM ORQANLARI “

İŞTİRAK EDİR: VII – VIII SİNİFLƏR

Page 60: Biologiya dünyasi

Rəqs LALƏLƏR: NƏRMİN, GÜLNAR

Page 61: Biologiya dünyasi

Müdrik fikirlər

İŞTİRAK EDİR, MƏKTƏBİN VI-XI SİNİF ŞAGİRDLƏRİ

Page 62: Biologiya dünyasi

AMAN OVÇU

Page 63: Biologiya dünyasi

Viktorina

Page 64: Biologiya dünyasi

LƏTİFƏLƏR VI SİNİF

Page 65: Biologiya dünyasi

ƏZİZ ŞAGİRDLƏR VƏ MÜƏLLİMLƏR SİZİ BU ŞƏRƏFLİ GÜN MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM. BÜTÜN ŞAGİRDLƏRİMİZƏ ÖLKƏMİZƏ, MİLLƏTİMİZƏ BU ÖLKƏNİ QURAN, CANLARINI FƏDA EDƏN ULU ÖNDƏRLƏRİMİZƏ LAYİQLİ ÖVLAD, VƏTƏNDAŞ OLMALARINI ARZULAYIRAM.

Page 66: Biologiya dünyasi

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ayfəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaqsəhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu,iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühümaddımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlərxalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpasıişində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasada, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bucümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə,Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir.

Heydər Əliyev

Page 67: Biologiya dünyasi

M.Ə.RəsulzadəƏlimərdan bəy Topçubaşov

Fətəli xanXoyski

N. YusifbəyliÜ. Hacıbəyli

Mirzə Cəlil

Y.V. ÇəmənzəminliƏliağa Şıxlinski Səməd bəy Mehmandarov

SABİR Həsən bəy Zərdabi

BU KİŞİLƏRİ VƏ BUNLARIN SİLAHDAŞLARINI YAXŞI TANIYIN, UŞAQLAR! ÇÜNKİ BUNLAR TARİXİ ÖZ QANLARI İLƏ YAZIBLAR!!! ALLAH SİZƏ RƏHMƏT ELƏSİN KİŞİLƏR!

Page 68: Biologiya dünyasi

Musiqi – AZƏRBAYCAN.

Page 69: Biologiya dünyasi

. Yekun (müəllimin son sözü)

DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM