azƏrbaycan respublİkasi tƏhsİl nazİrlİyİ a.s.sadiqov, … · biotik birliklər, qida...
TRANSCRIPT
1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
A.S.SADIQOV, İ.B.XƏLİLOV
EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
Dərs vəsaiti
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr
JSfe 510. 07.06. 2004-cü il.
2
BAKI-2004
Müəlliflər: texniki elmlər namizədi, dosent Sadıqov Ağa Səhliyalı oğlu,
coğrafiya elmləri namizədi Xəlilov İlqar Bəylər oğlu.
Elmi redaktor: biologiya elmləri doktoru, professor R.L.Sultanov
Rəyçilər: texniki elmlər doktoru, professor T.Ə.Səmədov biologiya elmləri
namizədi, Y.B.İsmayılov coğrafiya elmləri namizədi F.B.Eminov
Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri,
onlarla əlaqədar olan qanunvericilik aktlarının xülasəsi, ətraf mühitin
iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları
verilmişdir.
Dərs vəsaiti ali məktəblərin bakalavr pilləsinin toləbələri üçüh
yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizosi ilə məşğul olan
mütəxəssislor də istifadə edə bilərlər.
3
GİRİŞ
Bəşəriyyət yarandığı gündən hal-hazıradək onu əhatə edən mühitdən
öz mənafeyi üçün istifadə etmək məqsədilə ona hər cür təsir etməkdən
çəkinməmişdir. Bu vəziyyət elmi-tərəqqi əsri olan müasir dövrdə daha
kəskin xarakter almışdır. İnsanlar və təbiət üçün təhlükə yaradan müxtəlif
təhlükəli maddələrin ətraf mühitə daxil olaraq orada toplanması davam
etməkdədir. Ətraf mühitin çirkləndirilməsinin- günü-gündən artması yeni
texnologiyaların yaranması, yeni kimyəvi elementlərin istehsalı, istehsal
sahələrində ekoloji nəzarətin zəif olması, kimyəvi maddələrin beynəlxalq
miqyasda satışınm aparılması və s. ilə sıx əlaqədardır.
Müasir insan bu halların onun yaşayış tərzinə mənfi təsirini geniş
mənada hiss edərək özünün məsuliyyətini etiraf edir, hər hansı bir problemin
təbii qanunauyğunluq çərçivəsində həyata keçirilməsini əsas götürür. Hər
hansı bir yeni təklif tətbiq edilməzdən əwəl o ekoloji-sosial-iqtisadi
baxıımdan kompleks şəkildə yoxlanılıb qiymətləndirilməlidir. Bunlarla
əlaqədar olaraq müxtəlif elmi fənlərin ekologiyalaşması kimi yeni elmi
istiqamət formalaşmaqdadır.
Dünya miqyasında, keçən əsrin 90-cı illərindən başlayaraq görkəmli
alimlərin əsərlərində mövcud ekoloji vəziyyət, ekoloji krizis, ekoloji
təhlükəsizlik və s. mövzuları ətraflı tədqiq olunmaqdadır.
Ekoloji amillər nəzərə alınmaqla yeni texnikanın kompleks
qiymətləndirilməsi texniki tərəqqi qarşısında qoyulan tələbləri qabaqcadan
müəyyən edir.
Qeyd etmək lazımdır ki, çoxpilləli texnoloji prosesə malik olan
istehsalat sahələrində külli miqdarda məhsul itkisi baş verir. Tullantı adlanan
həmin məhsul bu və ya digər mühəndisi-texniki tədbirin tətbiqi ilə täm
4
istifadə olunmalıdır. Bu məqsədlə istehsalatın müxtəlif sahələrində qapalı
texnoloji dövrənin yaradılması günün ən aktual tələblərindən biridir.
Təqdım olunmuş bu dərs vəsaitində göstərilən məsələlərlə əlaqədar
olan ekoloji anlayış, respublikada ekoloji vəziyyət, ətraf mühiti çirkləndirən
mənbələr, onlara qarşı mübarizə usulları, onların zərərsizləşdirilməsi, bu
tədbirlərin həyata keçırılməsi üçün müəssisəyə dəyən ziyanın hesablama
metodları və ekolojı vəziyyətin dövlət tənzimlənməsi məsələləri ətrafiı
verilmişdir.
I FƏSİL. EKOLOGİYA VƏ ONUN İNKİŞAF TARİXİ
1.1. Ekologiyanın predmeti və vəzifələri
Ekologiya canlı orqanizmlərin mövcudluq şəraitini, onları ohatə edən
mühitlə qarşılıqlı əlaqə və münasibətlərini öyrənən elmdir. Yunan dilindən
ekologiya elminin tərcüməsi «oy-kos» - ev, daxma, «loqos» - elm
deməkdir>Bu səbəbdəndə bəzən ekologiyanı canlıların məskun sahələri ilə
əlaqələrini öyrənən elm kimi təqdim edirlər. Bu fikir onunla öz doğrulu-
ğunu göstərir ki, ətraf aləmi (məskun sahələrini) canlı orqanizmlərdən ayrı
tədqiq etmək düzgün deyil. Bunlar hər ikisi birgə - tam fəaliyyətin ayrılmaz
elementləridir. Ekologiyanı təkcə mühitin orqanizmə təsirini öyrənən elm
kimi vermək səhv fikirdir.
Ekologiya təbiət fənləri olan kimya, fizika, riyaziyyat, geologiya,
coğrafiya, torpaqşünaslıq elmləri ilə sıx əlaqədə biologiya elminin bir hissəsi
kimi öz inkişafını tapmışdır.
Ekologiyanm predmeti orqanizmlər ilə mühit arasında əlaqənin birliyi
və ya strukturundan ibarətdir. Ekologiyanm əsas tədqiqat obyekti ekoloji
sistemdir. Bundan başqa ekologiya ay-rı-ayrı orqanizmlərin növlərinin,
5
onların populyasiyalarının və ümumilikdə biosferin öyrənilməsi ilə də
məşğul olur.
Biologiya elminə daxil olan ekologiyanın əsas bölməsi Ümumi
ekologiyadır. 'Ümumi ekologiyanm struktur sxemi aşağıdakı kimi təqdim
edilə bilər (Şəkil 1.1.).
Ümumi ekologiya — ekosistemin biotik və abiotik kompo-
nentlərinin qarşılıqlı təsirlərinin qanunauyğunluqlarını və prinsiplərini
öyrənən elmdir. Burada əsasən strukturların formalaşma qanunları,
ekosistemin funksiyaları və inkişafı öyrənilir. Bu qlobal və tətbiqi
ekologiyanın nəzəri əsası hesab olunur. Ümumi ekologiyanın nəzəri əsasları
biotik birliklər, qida zənciri, maddələrin dövranı və ekosistemdə enerji,
populyasiya ekologiyası konsepsiyasını təşkil edir.
Şəkil 1.1.
Ümumi ekologiyanm struktur sxemi.
Qlobal ekologiya — bioloji növ olan insanın, onu əhatə edən mühitlə
qarşılıqlı münasibətlərinin tənzimlənməsinə, eyni zamanda dövlətlərarası
əməkdaşlığın yaradılmasına yönəldilmişdir. Bu əməkdaşlıq təkcə ətraf
mühitin mühafizəsini yox, eyni zamanda sosial-iqtisadi sahələridə əhatə edir.
6
Tətbiqi ekologiya — dövlət səviyyəsində təsərrüfat fəaliyyətinin əsas
elementi sayılır və təsərrüfat sahələrinin ekoloji təhlükəsizliyinin təminatını
tələb edir.
Xüsusi ekologiya — ayrı-ayrı növlərə, taksonlara, bioqeo-senozlara
ümumi ekologiya qanunlarının tətbiqini öyrənən elmdir.
Təbiətin mühafizəsi — canlı orqanizmlərin məskun olduğu mühitin
və təbii sərvətlərin texnogen, aqrogen və digər antropogen təsirdən
mühafızəsi üçün fəaliyyət nəzərdə tutulur.
Ətraf təbii mühit — bu litosfer, hidrosfer, atmosfer, biosfer və
yerətrafı kosmik fəza da daxil olmaqla insanların və digər canlı
orqanizmlərin məskun və fəaliyyət sahəsidir.
Təbiət dedikdə insanların təsirinə məruz qalmayan və ya cüzi
ıniqdarda məruz qalan təbii bir kompleks başa düşülür.
Ətraf təbii mühiti xarakterizə edən göstəricilərin məcmuu ümumi
keyliyyətini göstərir. Ətraf mühitin keyfiyyəti canlı aləmin mövcudluğu və
yaşayışına təsir edən əsas amildir.
'l'ətbiqi ekologiyada ətraf mühit dedikdə insanı əhatə edən atmosfer
havası, su və torpaq başa düşülür. Təbii mühitin vəziyyətinə nəzarət əsasən
insanların və bütün canlıların səmərəli yaşayışının təmin olunması üçün
aparılan analiz və tədqiqatlar nəticəsində standartlar hazırlamaq və onların
göstəricilərinə əməl etməkdən ibarətdir.
Beləliklə ətraf təbii mühitin mühafızəsi dedikdə təbii sərvətlərdən
səmərəli istifadəyə, təbii mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən
dövlət və ictimaiyyət tərəfindən təşkil olunmuş bir sistem başa düşülür.
«Təbiətin mühafizəsi» daima öz aktuallığını saxlayır. Bütün dünya bu
termini işlədir. Beynəlxalq Təbiəti və Təbii Sərvətlərin Mühafizəsi
İttifaqının (BTSMİ) təlimatında qeyd olunur ki, "Təbiətin və təbii sərvətlərin
7
mühafızəsi dedikdə insanların yaşadığı və təbii sərvətlərin yarandığı üzvü
aləmin (təbii mühitin) mühafızəsi nəzərdə tutulur».
Bundan başqa vaxt faktoru baxımından ekologiyanın tarixi və
evalyusiya hissələrinə ayırırlar.
Son zamanlar ekologiyada insanlar və onlarm ətraf mühitlə qarşılıqlı
əlaqəsi problemi geniş müzakirə olunur. Bu elmi-texniki tərəqqinin ətraf
mühitdə yaratdığı neqativ hallarla əlaqədardır.
Beləliklə müasir ekologiya biologiya fənni daxilində məh-
dudlaşmayaraq insan və ətraf mühit arasında yaranmış mürəkkəb
problemlərin həllinə yönəlmiş fənlər arası bir elmə çevrilmişdir. Bu
problemlərin aktuallığı və çoxşaxəliliyi bir çox təbiət, texniki və humanitar
elmlərin «ekologiyalaşmasına» gətirib çıxarmışdır. Bunlara misal
«mühəndisi ekologiya», «geo-ekologiya», «riyazi ekologiya», «kənd
təsərrüfatı ekologiyası», «kosmos ekologiyası» və s. göstənnək olar. Müasir
ekologiya siyasət, iqtisadiyyat, hüquq, psixologiya və pedaqogika ilə sıx
əlaqədə olaraq insanlarda yeni məzmunda ekoloji təfəkkürün yaranmasına
və onlarda təbiətə qarşı olan münasibətin dəyişməsinə səbəb olmuşdur.
Deyilənləri nəzərə alaraq ekologiya qarşısında duran aşağıdakı nəzəri
və tətbiqi məsələləri göstərmək olar:
— ekoloji sistemlərin dayanaqlığı üzrə ümumi nəzəriyyənin
işlənməsi;
— mühitə alışmanm mexanizminin öyrənilməsi;
— bioloji müxtəlifiiyin və onun mühafızə mexanizminin öyrənilməsi;
— biosferdə gedən proseslərin tədqiqi;
— insanların təsiri ilə ətraf mühitdə yaranan neqativ dəyişiklərin
proqnozlaşdırılması və qiymətləndirilməsi;
— ətraf mühitin keyfıyyətinin yaxşılaşdırılması;
8
— təbii resurslardan səmərəli istifadə;
— ekoloji qeyrisəmərəli mühitlərdə təhlükəsizliyin təmini üçün
mühəndisi, iqtisadi, təşkilati-hüquqi və sosial məsələlərin həllinin
optimallaşdırılması.
Ekologiyanın strateji məsələsi təbiət və cəmiyyət arasında olan nəzəri
qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsindən ibarətdir. Bu zaman insan və
cəmiyyət biosferin birgə ayrılmaz hissəsi hesab edilməlidir.
1.2. Ekologiyamn inkişaf tarixi
Canlı orqanizmlərin ətraf mühitlə münasibəti və onların qarşılıqlı
fəaliyyətinin öyrənilməsi tarixi uzaq keçmişə gedib çıxır. Hələ bizim eradan
əvvəl Aristotel (384-322) və onun tələbəsi Teofast (371-280), Böyük Pliniya
(23-79) məskun yerinin orqanizmlərin həyatına olan təsiri məsələsi ilə
məşğul olmuşlar.
Ümumiyyətlə ekologiya elminin inkişaf tarixini üç mərhələyə bölmək
olar.
Birinci mərhələ ekologiyanın bir elm kimi yaranması və təşəkkül
tapması (XIX əsrin 60-cı illərinə qədər) adlandırılır. Bu dövrə qədər canlı
orqanizmlərin məskun mühiti ilə qarşılıqlı əlaqələri üzrə mövcud olan
göstəricilər toplanmış və elmi cəhətdən ümumiləşdirilmişdir.
XVII-XVIII əsrlərdə A.Remyar (1734), A.Tamble (1744) və s.
bioloqların əsərlərində ekoloji məlumatlar verilmişdir. Rus alimlərindən
İ.İ.Lepexina, A.F.Middendorf, S.P.Kraşennikov, Fransız alimi İ.Büffon,
Alman alimi Q.Yeger öz tədqiqatlarında ekoloji problemlərə toxunmuşlar.
Bu dövrdə İ.B.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə
olaraq insanların təbiətə neqativ təsiri üzrə bəşəriyyəti xəbərdar etmişlər.
İkinci mərhələ ekologiyanın sərbəst elm kimi formalaşması
adlandırılır (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu dövrün
9
başlanğıcında rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-
1885), V.V.Dokuçayev (1846-1903) öz əsərlərində bir neçə ekoloji prinsip
və anlayışlar vermişlər. Bu prinsip və anlayışlar öz məna və qiymətini hal-
hazırda da itirməmişlər. Bu heç də təsadüfi deyil ki, Amerika ekoloqu
Y.Odum (1975), V.V.Dokucayevi ekologiya elminin yäradıcılarından biri
hesab etmişdir.
Canlı və bitki aləminin sistemli qeydiyyatı ilə müxtəlif naturalist
alimlər məşğul olmuşdur. Bu baxımdan Ç.Darvinin «Növlərin mənşəyi»
(1859) əsərini xüsusi qeyd etmək lazımdır. Ç.Darvin bu əsərində
orqanizmlərin qarşılıqlı münasibətlərinə xüsusi yer vermiş və bunu «yaşayış
uğrunda mübarizə» adlandırmışdır.
Alman bioloqu E.Hekkel (1834-1919) ilk dəfə olaraq biologiyanm
çox vacib və sərbəst bir sahəsi olmasmı və onun ekologiya adlandırılmasını
göstərmişdir (1866).
Ekologiya sərbəst bir elm kimi öz təşəkkürünü XX yüzilliyin
əvvəlində tapmışdır. Bu dövrdə amerikalı alim Ç.Adams (1913) ilk dəfə
olaraq ekologiya üzrə məlumatları nəşr etdirmişdir. Məşhur Rus alimi
V.İ.Vernadski (1843-1945) geoloji hadisələrdə və onlarm inkişafında canlı
orqanizmlərin və onların həyat fəaliyyətinin məhsullarının böyük rolunu
qeyd etmiş və biosfer anlayışının, onun mövcudluğunun, qanu
nauyğunluğunun möhkəmliyi və inkişafı haqqında elmin banisi olmuşdur.
İngilis alimi A.Tensli (1935) elmə «Ekosistem» terminini gətirmişdir.
Hal-hazırda bu anlayış ekologiyanın müəyyənedici anlayışıdır.
XX əsrin ikinci yarısında ətraf mühitin kəskin çirkləndirilməsi və
insanların təbiətə neqativ təsirinin yüksəlməsi ilə əlaqədar ekologiyaya
xüsusi bir tələbat yaranmışdır.
10
Üçüncü mərhələ ekologiyanın kompleks bir elmə çevrilməsi dövrü
adlandırıhr.
Müasir dövrdə dünya miqyasında ekologiyanın inkişafı böyük
alimlərdən Y.Odum, C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon,
A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, B.Nebel, Y.İzrael,
N.N.Moiseev, N.R.Naumov, S.S.Şvars və s. adları ilə bağlıdır.
Təbiətin mühafizəsinin elmi əsasları V.V.Dokuçayev, K.M.Ber,
Q.A.Kojevnikov, D.N.Anucin və başqa görkəmli alimlər tərəfındən
qoyulmuşdur.
Keçmiş Sovet dövlətində 26 oktyabr 1917-ci ildə qəbul olunmuş
«Torpaq haqqında Dekretdə» təbiətdən istifadənin əsası qoyulmuşdur. Məhz
bu andan təbiətin mühafızəsi məsələsi öz təşəkkülünü tapmışdır.
Keçmiş əsrin 50-ci illərindən başlayaraq istehsal qüvvələrinin inkişafı
insanların təbiətə olan neqativ təsirinin artmasına səbəb olmuşdur. Bu andan
başlayaraq cəmiyyət və təbiətin qarşılıqlı münasibətini tənzimləyən
«insanların məskun sahələrinin mühafızəsi» termini meydana gəlmişdir.
Azərbaycan Respublikasında təbiətin mühafızəsi üzrə bir neçə
qanunvericilik aktları qəbul edilmişdir. Lakin qəbul olunmuş bu
qanunvericilik aktları təbiətə olan antropogen təsirin qarşısının alınmasında
hələlik lazımi rol oynaya bilmir.
II FƏSİL. EKOLOJİ SİSTEMLƏR VƏ FAKTORLAR
2.1. Ekosistemin konsepsiyası
Ekosistem ekologiyanın əsas funksional vahididir. Bü haqda müxtəlif
təyinatlar olsada belə, onlarm hamısının mənası eynidir. Y.Oduma görə
«Canlı orqanizm və onları əhatə edən cansız aləm biri-birindən ayrılmaz
olaraq həmin sahədə daima qarşılıqlı əlaqədə və fəaliyyətdədirlər. Bunlar
arasında olan enerji axını onların biotik strukturunu, maddələrin dövrü siste-
11
mini dəqiq müəyyənləşdirir. Bax bu münasibət ekoloji sistem deməkdir».
Deməli ekoloji sistemi canlı aləmlə onların məskunlaşdığı mühit arasında
olan birgə fəalyyət təşkil edir. Bunlarda maddələr və enerji mübadiləsi
qarşılıqlı olaraq baş verir.
Ekosistem anlayışı birinci dəfə olaraq ingilis alimi A.Tensli tərəfindən
təklif olunmuşdur. Lakin orqanizmlə mühitin birgəliyi konsepsiyası çox
qədimdən məlum olmuşdur.
XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir ki, mühitdən
asılı olmayaraq təbiətdəki fəaliyyətlər eyni qanunauyğunluqla baş verir.
Məsələn, dəniz suyu, yeraltı su, içməli su təbiətcə vahidlik sistemi təşkil
edir.
Ekosistemin ekologiyası adlı yeni bir sistemin yaranması ümumi
sistem və sistemli analizə olan təlabatdan irəli gəlir. Bu sistemin baniləri
C.E.Xatçinski, R.Marqelf, K.Uatt, V.Petten, Y.Odum sayılır.
Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə və qarşılıqlı
təsirdə olan elementlərin birliyidir.
Sistemin hissələri onun elementləri adlandırılır. Sistemin elementləri
fıziki, kimyəvi, bioloji və ya qarışıq şəkildə ola bilər.
Sistemin strukturunu elementlərin qarşılıqlı təsir münasibətləri təyin
edir. Qarşılıqlı təsirin özü yeni sistemin yaranmasına səbəb ola bilər.
Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik tabeçiliyidir
(aşağı rütbələrin yuxarı rütbələrə tabe olması).Siyasət, iqtisadiyyat, hüquq,
psixologiya və pedaqogika ilə sıx əlaqədə olaraq insanlarda yeni məzmunda
ekoloji təfəkkürün yaranmasına və onlarda təbiətə qarşı olan münasibətin
dəyişməsinə səbəb olmuşdur.
Deyilənləri nəzərə alaraq ekologiya qarşısında duran aşağıdakı nəzəri
və tətbiqi məsələləri göstərmək olar:
12
— ekoloji sistemlərin dayanaqlığı üzrə ümumi nəzəriyyənin
işlənməsi;
— mühitə alışmanın mexanizminin öyrənilməsi;
— bioloji müxtəlifiiyin və onun mühafızə mexanizminin öyrənilməsi;
— biosferdə gedən proseslərin tədqiqi;
— insanların təsiri ilə ətraf mühitdə yaranan neqativ dəyişiklərin
proqnozlaşdırılması və qiymətləndirilməsi;
— ətraf mühitin keyfıyyətinin yaxşılaşdırılması;
— təbii resurslardan səmərəli istifadə;
— ekoloji qeyrisəmərəli mühitlərdə təhlükəsizliyin təmini üçün
mühəndisi, iqtisadi, təşkilati-hüquqi və sosial məsələlərin həllinin
optimallaşdınlması.
Ekologiyanm strateji məsələsi təbiət və cəmiyyət arasında olan nəzəri
qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsindən ibarətdir. Bu zaman insan və
cəmiyyət biosferin birgə ayrılmaz hissəsi hesab edilməlidir.
1.2. Ekologiyanın inkişaf tarixi
Canlı orqanizmlərin ətraf mühitlə münasibəti və onların qarşılıqlı
fəaliyyətinin öyrənilməsi tarixi uzaq keçmişə gedib çıxır. Hələ bizim eradan
əvvəl Aristotel (384-322) və onun tələbəsi Teofast (371-280), Böyük Pliniya
(23-79) məskun yerinin orqanizmlərin həyatına olan təsiri məsələsi ilə
məşğul olmuşlar.
Ümumiyyətlə ekologiya elminin inkişaf tarixini üç mərhələyə bölmək
olar.
Birinci mərhələ ekologiyanın bir elm kimi yaranması və təşəkkül
tapması (XIX əsrin 60-cı illərinə qədər) adlandırılır. Bu dövrə qədər canlı
orqanizmlərin məskun mühiti ilə qarşılıqlı əlaqələri üzrə mövcud olan
göstəricilər toplanmış və elmi cəhətdən ümumiləşdirilmişdir.
13
XVII-XVIII əsrlərdə A.Remyar (1734), A.Tamble (1744) və s.
bioloqların əsərlərində ekoloji məlumatlar verilmişdir. Rus alimlərindən
İ.İ.Lepexina, A.F.Middendorf, S.P.Kraşennikov, Fransız alimi İ.Büffon,
Alman alimi Q.Yeger öz tədqiqatlarında ekoloji problemlərə toxunmuşlar.
Bu dövrdə İ.B.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə
olaraq insanların təbiətə neqativ təsiri üzrə bəşəriyyəti xəbərdar etmişlər.
İkinci mərhələ ekologiyanın sərbəst elm kimi formalaşması
adlandırılır (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu dövrün
başlanğıcında rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-
1885), V.V.Dokuçayev (1846-1903) öz əsərlərində bir neçə ekoloji prinsip
və anlayışlar vermişlər. Bu prinsip və anlayışlar öz məna və qiymətini hal-
hazırda da itirməmişlər. Bu heç də təsadüfi deyil ki, Amerika ekoloqu
Y.Odum (1975), V.V.Dokucayevi ekologiya elminin yäradıcılarından biri
hesab etmişdir.
Canlı və bitki aləminin sistemli qeydiyyatı ilə müxtəlif namralist
alimlər məşğul olmuşdur. Bu baxımdan Ç.Darvinin «Növlərin mənşəyi»
(1859) əsərini xüsusi qeyd etmək lazımdır. Ç.Darvin bu əsərində
orqanizmlərin qarşılıqlı münasibətlərinə xüsusi yer vermiş və bunu «yaşayış
uğrunda mübarizə» adlandırmışdır.
Alman bioloqu E.Hekkel (1834-1919) ilk dəfə olaraq biologiyanın
çox vacib və sərbəst bir sahəsi olmasmı və onun ekologiya adlandırılmasını
göstərmişdir (1866).
Ekologiya sərbəst bir elm kimi öz təşəkkülünü XX yüzilliyin
əvvəlində tapmışdır. Bu dövrdə amerikalı alim Ç.Adams (1913) ilk dəfə
olaraq ekologiya üzrə məlumatları nəşr etdir-mişdir. Məşhur Rus alimi
V.İ.Vernadski (1843-1945) geoloji hadisələrdə və onlarm inkişafmda canh
orqanizmlərin və onla-nn həyat fəaliyyətinin məhsullarmm böyük rolunu
14
qeyd etmiş və biosfer anlayışmm, onun mövcudluğunun, qanunauyğunlu-
ğunun möhkəmliyi və inkişafı haqqmda elmin banisi olmuş-dur.
İngilis alimi A.Tensli (1935) elmə «Ekosistem». terminini gətirmişdir.
Hal-hazırda bu anlayış ekologiyanın müəyyənedi-ci anlayışıdır.
XX əsrin ikinci yarısında ətraf mühitin kəskin çirkləndiril-məsi və
insanlann təbiətə ncqativ təsirinin yüksəlməsi ilə əla-qədar ekologiyaya
xüsusi bir tələbat yaranmışdır.
Üçüncü mərhələ ekologiyanm kompleks bir elmə çevril-məsi dövrü
adlandırıhr.
Müasir dövrdə dünya miqyasında ekologiyanm inkişafı bö-yük
alimlərdən Y.Odum, C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon,
A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Mil-ler, B.Nebel, Y.İzrael,
N.N.Moiseev, N.R.Naumov, S.S.Şvars və s. adları ilə bağlıdır.
Təbiətin mühafizəsinin elmi əsasları V.V.Dokuçayev, K.M.Ber,
Q.A.Kojevnikov, D.N.Anucin və başqa görkəmli alimlər tərəfındən
qoyulmuşdur.
Keçmiş Sovet dövlətində 26 oktyabr 1917-ci ildə qəbul olunmuş
«Torpaq haqqmda Dekretdə» təbiətdən istifadənin əsası qoyulmuşdur. Məhz
bu andan təbiətin mühafızəsi məsə-ləsi öz təşəkkülünü tapmışdır.
Keçmiş əsrin 50-ci illərindən başlayaraq istehsal qüwələ-rinin inkişafı
insanlarm təbiətə olan neqativ təsirinin artmasma səbəb olmuşdur. Bu andan
başlayaraq cəmiyyət və təbiətin qarşıhqh münasibətini tənzimləyən
«insanların məskun sahələrinin mühafızəsi» termini meydana gəlmişdir.
Azərbaycan Respublikasında təbiətin mühafızəsi üzrə bir neçə
qanunvericilik aktları qəbul edilmişdir. Lakin qəbul olunmuş bu
qanunvericilik aktları təbiətə olan antropogen təsirin qarşısmın alınmasında
hələlik lazımi rol oynaya bilmir.
15
II FƏSİL. EKOLOJİ SİSTEMLƏR VƏ FAKTORLAR
2.1. Ekosistemin konsepsiyası
Ekosistem ekologiyanın əsas funksional vahididir. Bü haqda müxtəlif
təyinatlar olsada belə, onların hamısının mənası eynidir. Y.Oduma görə
«Canlı orqanizm və onları əhatə edən cansız aləm biri-birindən ayrılmaz
olaraq həmin sahədə daima qarşılıqlı əlaqədə və fəaliyyətdədirlər. Bunlar
arasında olan enerji axını onların biotik strukturunun, maddələrin dövrü
sistemini dəqiq müəyyənləşdirir. Bax bu münasibət ekoloji sistem
deməkdir». Deməli ekoloji sistemi canlı aləmlə onların məskunlaşdığı mühit
arasında olan birgə fəalyyət təşkil edir. Bunlarda maddələr və enerji
mübadiləsi qarşılıqlı olaraq baş verir.
Ekosistem anlayışı birinci dəfə olaraq ingilis alimi A.Tensli tərəfmdən
təklif olunmuşdur. Lakin orqanizmlə mühitin birgəliyi konsepsiyası çox
qədimdən məlum olmuşdur.
XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir ki, mühitdən
asılı olmayaraq təbiətdəki fəaliyyətlər eyni qanunauyğunluqla baş verir.
Məsələn, dəniz suyu, yeraltı su, içməli su təbiətcə vahidlik sistemi təşkil
edir.
Ekosistemin ekologiyası adlı yeni bir sistemin yaranması ümumi
sistem və sistemli analizə olan təlabatdan irəli gəlir. Bu sistemin baniləri
C.E.Xatçinski, R.Marqelf, K.Uatt, V.Petten, Y.Odum sayılır.
Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə və qarşılıqlı
təsirdə olan elementlərin birliyidir.
Sistemin hissələri onun elementləri adlandırılır. Sistemin elementləri
fıziki, kimyəvi, bioloji və ya qarışıq şəkildə ola bilər.
Sistemin strukturunu elementlərin qarşıhşlı tesir münasibətləri təyin
edir. Qarşılıqlı təsirin özü yeni sistemin yaranmasına səbəb ola bilər.
16
Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik tabeçiliyidir
(aşağı rütbələrin yuxarı rütbələrə tabe olması).
Ekologiyada elementar vahid fərdin populasiyasıdır.Populyasiyanı
cins, yaş, ərazi və digər növ strukturlara ayırırlar. Yaşa görə populyasiya
növü əsas göstəricilərdən biridir. Uzunömürlü populyasiyalar normal, doğub
törəmə prosesinə təsir edən mənfı faktorlar olduqda tez qocalama baş verən
populyasiyalar reqresiv və ya ölən populyasiya adlanır. Cavan populyasiya
«tətbiqolunan» populyasiya adlanır. Bu növ populyasiyalar təhlükə yaratmır,
onların artım ehtimah yüksək olur, lakin onların trafilki və digər əlaqələri
tam formalaşmış olmur. Əgər populyasiya normal və ya normal vəziyyətə
yaxınsa, onda insanlar həmin populyasiyadan istənilən qədər biokütlə götürə
bilər. Bu zaman populyasiyanın törəmə müddəti və vaxtı nəzərə alınmalıdır.
Populyasiyanın əsas xüsusiyyətlərindən biri onun fərdlərinin sayının
dinamikası və tənzimlənmə mexanizmidir. Fərdlərin sayının optimal saydan
fərqlənməsi onun mövcudluğuna tesir edən mənfi təsirdən asılıdır. Adətən
populyasiya mühitəalışma mexanizminə malik olur. Bu xüsusiyyət onun
optimal saydan artıq və ya az olmasmı yaradır.
Hər populyasiya və növ «biotik potensial» xüsusiyyətinə malikdir.
Yəni hər bir cüt fərddən bioloji olaraq yeni nəsl yaranmahdır. Orqanizmin
yaranma (təşkil) səviyyəsi aşağı olduqca biotik potensial yüksək olur.
Məsələn droj kletkaları bir neçə saatda surətlə artaraq yer üzərini tuta bilər.
İri orqanizmlər az biotik potensiala malik olduqları üçün onlarm artımı uzun
illər çəkir.
Populyasiya fərdlərinin sayının kəskin artması «populyasiya dalğası»,
«həyat dalğası», «say dalğası» adlandırılır. Belə dalğanın səbəbi hələ tam
aydınlaşdırılmamışdır. Bəzən, bunu iqlim şəraiti, yem, bəzən də günəşin
aktivliyi ilə izah edirlər.
17
Populyasiyanm dinamikasmı fərdlərin sıxlığından ya asılı və ya da
asılı olmadığını qeyd edirlər. Sıxlıqdan asılı olmamaq abiotik faktorun
nəticəsi kimi qəbul edilir (hava, yem, katastrof və s.). Bu faktorlar
nəticəsində populyasiya həm arta, həm də azala bilər. Hətta onların sayı
sıfıra bərabər ola bilər. Belə faktorlar «modifıkasiya olma» (lat.
modifıkasiya-dəyişmə) adlanırılır.
Populyasiyanın dinamikasının sıxlıqdan asılılığı «biotik faktorun»
nəticəsidir. Bunu «tənzimolunan» adlandırırlar.
Populyasiya və populyasiyaya oxşarlar assosasiya və ya birlik
sistemaltlarını yaradırlar. Elə buna görə də ekoloji elementləri ekoloji
populyasiya, birlik ekologiyası və biosenozların ekologiyasına ayırırlar.
Buradan belə nəticəyə gəlmək olar ki, ekosistemin tam xüsusiyyətlərini başa
düşmək üçün göstərilən elementlər arasında əlaqə və onların birgə fəaliyyə-
lini müəyyən etmək lazımdır.
Hər bir ekosistem açıq ekosistem adlandırılır. Yəni o, enerji almaq və
vermək qabiliyyətinə malik olmalıdır.
2.2. Biosenoz
Ekosistemə yaxın və ya onun analoqu olan anlayış biosenoz
anlayışıdır. Bununla məşğul olan elm biosenologiya adlandırılır. Yunanca
bios-həyat, koinos-ümumi deməkdir. Bu termin ilk dəfə alman alimi
K.Mebius tərəfmdən işlədilib.
N.P.Naumova görə biosenoz biosferdə tarixən toplanmış canlı əlaqəli
qrupdur ki, onlar ümumi bir yerdə toplanıb və konkret təbii şərait yaradırlar.
Ekosistem dedikdə biotik və abiotik komponentlər birgə düşünülür.
Biosenoz dedikdə isə yalnız canlı məskunlar nəzərdə tutulur. Biosenozda
adətən komponentlərin müəyyən şərait və məkandakı fəaliyyətləri ilə yanaşı
18
onların yerləşdiyi sahənin məhdudluğu göstərilir ki, buna da biotop deyilir.
Biosenoz və biotop birlikdə bioqeosenoz adlanır. V.N.Sukacevə görə
biogeosenoz yer üzərində olan eynicinsli təbii hadisələri (atmosfer, dağ
suxurları, bitki aləmi, canlılar, mikroorqanizmlər, torpaq və hidroqrafık
şərait) təşkil edən, daima hərəkətdə olan ayrı-ayrı komponentlərin qarşılıqlı
'təsiri, onlar arasında olan enerji mübadiləsi prosesləri deməkdir. Bu təyinat
ekosistem məvhumu ilə demək olar kı, eynidir.
Canlı orqanizmlər doğulur, böyüyür və inkişaf edir. Bu zaman onların
bioloji kütləsi artır. Avtotraflar vasitəsilə yaradılan kütlə ilkin məhsul
adlandırılır. Vahid zamanda yaranan bioloji kütlə ekoloji sistemin bioloji
məhsuldarlığı adlandırılır. Bitkilərdən fərqli olaraq bakteriyalar, göbələklər
və heyvanlar öz gövdələrini sadə kimyəvi maddələrdən qura bilmirlər. On-
lara daha yüksək enerjiyə malik maddələr lazımdır. Bunlar qida baxımından
heterotrof adlandırılır. Bu baxımdanda onlan ikinci «produsent»
adlandınrlar. Bunların əsas qida mənbəyi avtotraflardır.
Avtotrof və heterotroflar ikinci trafıki səviyyə olan «konsumetlər»
adlandırılır. Konsumentlər müxtəlif bioaktiv maddələr ifraz edirlər. Bu
maddələr digər orqanizmlərin məhvinə və ya stimullaşmasına səbəb olur.
Konsumentlər qrupunu üç yerə bölürlər. Birinci bölmə «Fitofaq»lar
adlandırılır. Fitofaqlara atmosfer tərəfındən yaradılan ilkin məhsulla
qidalanan heyvanlar aid edilir.
İkinci bölmə «zoofaqlar» adlandırılır. Bunlar əsasən fitofaq bölməsinə
daxil olan heyvanlarla qidalanan yırtıcılardır.
Üçüncü bölməyə ikinci bölmə konsumentlərlə qidalanan heyvanlar
aid edilir.
Ekosistemdə biosenozun fəaliyyətini təmin edən orqanizmlər, mineral
maddələr halına qədər çatmış çürüntü və məhv olmuş tullantılar redusentlər
19
adlandırılır. Lakin burada mineralların tərkibində təkcə redusentlər yox
konsumentlərində mövcudluğunu qeyd etmək lazımdır.
Ölmüş orqanizmlərin cürümə prosesində iştirak edən birinci qrup
konsumentlər Saprofaqlar adlandırılır. Bunlara əsasən onurğasızlar aid
edilir.
Yerüstü ekoloji sistemlərdə orqanizmlərin çürümə prosesi maddələrin
dövr etməsinə və onlarm enerjisinə böyük təsir edir.
Produsentlər, konsumentlər və redusentlər qruplarının görünüş
tərkibi müxtəlif ola bilər. Bu müxtəliflik yalnız ekosistemin növündən
(tipindən), coğrafı vəziyyətindən yox həmçinin onların qarşılıqlı müna
sibətlərindən də asılıdır. Görünüş tərkibə ilin fəsilləridə təsir edə bilir.
Hər bir qrupun ekosistemin fəaliyyətində xüsusi rolu olur. Məsələn,
maddələrin su hövzəsində dövrünə produsentlərin və redusentlərin təsiri
konsumentlərə nisbətən kifayət qədər azdır.
Müxtəlif qrup orqanizmlər məskən etdikləri mühitin antropogen
çirkləndirilməsinə müxtəlif münasibət göstərirlər. Məsələn, redusentlər
avtotraf və konsumentlərin həyatı üçün lazım olan antropogen maddələrin
nəinki fiziki, hətta kimyəvi dəyişməsinə təsir edirlər. Lakin bu proses həmişə
baş verə bilmir. Əgər antropogen çöküntü tərkibində müxtəlif toksik kim-
yəvi maddələr mövcuddursa resudentlər onların təmizlənməsinə həmişə tam
təsir etmək iqtidarında olmurlar. Bu zaman özözünü təmizləmə prosesi
pozulur ki, bu da ekosistemin dayanıqlığına təsir edir və onun dəyişməsinə
səbəb olur.
Buradan belə bir nəticəyə gəlmək olar ki, ekosistemin dəyişməsinə tək
insan fəaliyyəti yox, həmçinin orqanizmlərin daxilində gedən proseslərdə
böyük təsir göstərirlər.
2.3. Ekosistemin strukturu
20
Ekosistemlərin fəaliyyət göstərmələri üçün onlar özündən enerji
ayırmaqla maddələrin dövrü sistemi ilə əlaqədar olmalıdırlar. Ekosisiem
eyni zamanda xarici təsirə müqavimət göstərmək qabiliyyətinə malik
olmalıdır. Bu mexanizmləri açıqlamaq üçün ekosistemlərin aşağıdakı
struktur və digər xüsusiyyətləri ilə tanış olaq.
Ekosistemin blok modeli. Hər bir ekosistem iki blokdan ibarətdir.
Bunlardan biri canlı orqanizmlərin kompleks şəkildə qarşılıqlı əlaqəsidir
(biosenoz). İkinci, mühit blokudur (biotop və ya ekotop). Belə olan halda: :
Ekosistem = biosenos + biotop (ekotop)
V.H.Sukaçev bloklar modelini aşağıdakı sxem şəklində vermişdir.
Göründüyü kimi biogeosenoz özündə bütün blokları cəmləşdirir. O
cümlədən bitki aləmidə biosenoza daxil edilir. Bitki aləminin ekosistemdə
mövcud olmadığı hala rast gəlmək olar. Lakin belə halda bitkilərin
21
çürüntülərinin sistemdə iştirakı mövcud olur. Deməli, ekoşistem zoosenoz
və mikrobosenozdan ibarət olaraq maddələrin dövrü sistemini yarada bilər.
Buradan belə bir neticə əldə etmək olar ki, «Hər bir biogeosenoz ekosistem
adlandırıla bilər. Lakin hər bir ekosistem biogeosenoz adlandırıla bilməz».
Biogeosenoz və ekosistemi bir-birindən zaman faktoru fərqləndirir.
Lakin bununla belə bu məvhumlara sinonim kimi baxılmır.
Ekosistemin növ strukturu. Növ strukturu dedikdə ekosistemi təşkil
edən növlərin sayı və onların sayları arasında olan fərqlər nəzərdə tutulur.
Ekosistemdə növlərin sayı haqqında dəqiq məlumat yoxdur. Bu ekosistemdə
100-lərlə kiçik orqanizmlərin olması ilə izah olunur. Növlər müxtəlif
olduqda eksosistemdə şərait geniş olur. Növlərin müxtəlifliyi həmçinin
eksosistemin yaşından asılıdır. Yeni yaranmış ekosistem yaşa dolduqca
onlarda növlərin sayı artır. Yüksək dərəcədə formalaşmış ekosistemdə
çoxluğu təşkil edən növlər dominantlar adlandırılır (latınca dominantis -
hakim). Dominantlarla yanaşı edifıkatlar (latınca edifıkator-inşaatçı) da
mövcuddur. Bunlara əsasən mühiti yaradan növlər aid edilir. Adətən
dominant növ edifikator adlandırılır. Məsələn küknar meşəsində küknar do-
minant olmaqla bərabər yaratdıqları mühitə görə edifikatordur.
Növ müxtəlifliyi ekosistemin ən əsas xüsusiyyətlərindən biridir.
Növlərin müxtəlifliyi sistemdə dayanaqlığı mühafizə etmə qabiliyyətinə
malik ola bilər. Azlıq təşkil edən növlər müəyyən şərait yarandıqda öz
saylarını artırıb mühitdə dominantlıq yaradırlar.
Növ strukturu adətən bitki aləmində onun yarada biləcəyi
xüsusiyyətləri öyrənmək üçün istifadə olunur.
Ekosistemin «Trofiki» strukturu. Trofıka yunanca qida deməkdir.
Hər bir ekosistem özündə bir neçə trofiki səviyyə və yaxud bölmə
cəmləşdirir. Birinci səviyyə bitkilər tərəfindən yaradılan səviyyədir. Bu
22
səviyyə avtotrof və yaxud «produsent» adlandırılır. İkinci səviyyə heyvanlar
tərəfindən yaradılan səviyyədir. Bu səviyyə heterotrof və ya «konsumentlər»
adlandırılır. Axırıncı səviyyəyə ölmüş maddələrlə qidalanan
mikroorqanizmlər və göbələklər daxildir.
Trofık səviyyələr arasında olan qarşılıqlı əlaqə trofiki zəncir və ya
yem zənciri adlandırılır. Bu əlaqənin əsas xüsusiyyəti maddələrin dövrü
sisteminin yaradılmasından və onlarda olan üzvü birləşmə enerjisinin
ayrılmasından ibarətdir.
Ekosistemdə orqanizmlərin əlaqələri. Həyatda heç bir orqanizm
ətraf mühit və digər orqanizmlərlə əlaqəsiz yaşaya bilməz. Orqanizmlər
arasında qarşılıqlı əlaqə onların qidalanmaları əsasında yaraddır. Buna
görə də əlaqələr qida və ya «trofiki» əlaqə adlandırlır.
Eyni məkandan yaşayış üçün istifadə əlaqəsi «trofik» əlaqə
adlandırılır. Məsələn, heyvan və bitkilorin birgə məskünlaşması. Əgər bir
orqanizm başqalarının yayılmasında iştirak edirsə bu «forik» əlaqə
adlandırılır (toxum).
Bir orqanizm tərəfındən digərinin məhsulları istifadə olunarsa belə
əlaqə «fabrik> əlaqəsi adlandırılır (yuvaların tikilməsi).
Orqanizmlər arasında qarşılıqlı münasibətlər bir orqanizmin digəri
ilə təmasından yaranan əlaqələrdən ibarətdir. Riyazi işarələrlə bu əlaqələr
«+», «-» və «0» kimi qeyd olunur.
Əgər qarşılıqlı münasibətlər hər iki tərəf üçün əlverişlidirsə (+,+) belə
münasibətlər «simbioz» və ya «mutualizm» adlandırılır.
Əgər qarşılıqlı münasibətlər bir tərəf üçün əhəmiyyətli (+) digər tərəf
üçün ziyandırsa (-) onda bu münasibət «parazitizm» (+, -) adlandırılır.
Hər iki tərəf üçün sərfəli olmayan qarşılıqlı münasibət (-,-) «rəqabət»
adlandırılır.
23
Əgər qarşılıqlı münasibət biri üçün əlerişli digəri üçün fərq etməzsə
(+, 0) belə münasibətlər «kommensalizm» adlandırılır.
Bir tərəf üçün sərfəsiz, digər tərəf üçün fərqi olmayan (-, 0) münasibət
«amensalizm» adlandırılır. Hər iki tərəf üçün fərqi olmayan (0-0)
münasibətlər «neytralizm» adlandırılır.
2.4 Ekosistemin enerjisi
«Enerji» termini altında fizikada görülən iş başa düşülür.
Fizikanın enerjiyə aid bütün qanunları eyni zamanda bioloji sistemlərə
aid edilir.
Bütün canlı orqanizmlər doğulduğu gündən enerji ayrılması və enerji
daşıması prosesi ilə ömürlərini başa vururlar. Bu baxımdan ekologiyanın
əsas məsələlərindən biri işıq ilə ekosistem arasında olan əlaqəni
öyrənməkdən ibarətdir.
Yer üzərinə günəş işığının 47%-i gəlib çatır. Bu işıq axınının
təxminən yarısı fotosintezin əsasını təşkil edən enerjidir. Bu dalğaların
üzünlüğü 380-750 nm təşkil edir. Bu enerji Fotosintetik Aktiv Radiasiya
adlanır. Güneş radiasiyasının 40%-ə yaxınını məhz bu radiasiya təşkil edir.
Qalan spektir ultra-bənövşəyi və infraqırmızı radiasiyalara aid edilir ki,
bunlar da istilik effekti ilə əlaqədardır.
Adətən bitkilər fotosintez üçün günəş radiasiyasının 1%-ə qədərindən
istifadə edirlər. Bəzi ekosistemlərdə bu rəqəm 3-5%-ə qədər çatır (tropik
meşələr, qarğıdalı tarlaları).
Bitkilər digər orqanizmlərin enerji ilə təminatçısı hesab edilir. Enerji
bir trofıki səviyyədən digərinə qida vasitəsilə keçir. Konsumentlər tərəfindən
qəbul edilən qida şəkilindəki enerji onun həyatı üçün sərf olunur. Qəbul
24
olunan enerjinin bir hissəsi orqanizmlər tərəfındən ifraz olur, digər hissəsi
isə orqanizmin tələbatına uyğun onun özündə cəmləşir.
Gida və enerji balansı heyvanat aləmi üçün belə ifadə olunur.
burada Eq- qida ilə alınan enerji;
En- nəfəs alma, hərəkət, ürək döyünməsinə sərf olunan enerji;
Ein -inkişafa (orqanizm tərəfmdən saxlanılan) səri olunan enerji;
Exo -xaric olan maddələrə sərf olunan enerji.
Orqanizm tərəfindən sərf olunan enerji müxtəlif periodlarda müxtəlif
olur. O, bəzən orqanizmdə toplanır, bəzən isə tam sərf olunur. Enerjinin bir
trofiki səviyyədən digərinə keçidi qəbul edilən qida enerjisinin 10%-ni təşkil
edir. Bu ekologiyada «on faiz qaydası» adlandırılır.
Ekosistem və biosfer bütünlükdə termodinamikanın qanunlarına tabe
olaraq onlarla tənzim olunurlar. Canlı aləmin bu baxımdan cansız aləmdən
fərqi ondan ibarətdir ki, canlı orqanizmlər «özünübərpa» xassəsinə
malikdirlər.
Ekosistemdə enerji çevrilməsini yaxşı anlamaq üçün termo-
dinamikanın birinci və ikinci qanunlarına nəzər salaq.
Termodinamikanın birinci qanunu və yaxud enerjinin saxlanılması
qununu: Enerji bir formadan digərinə keçə bilər, o, nə yox olur nə də
yenidən yaranır. Termodinamikanın ikinci qanunuunda deyilir: Öz-özünə
çevrilmədə kinetik enerjinin potensial enerjiyə çevrilməsi 100%-dən
aşağı olur. Başqa sözlə desək enerjinin öz-özünə çevrilməsi prosesi mər-
kəzləşdirilmiş şəkildə yox, səpələnmiş şəkildə olur.
Termodinamikanın ikinci qanunu «entropiya» ilə əlaqədardır.
«Entropiya» latınca «entrofa» - çevrilmə, dönmə deməkdir. Entropiya
25
dedikdə əlaqəli enerjinin yayılaraq istifadə üçün əlçatmazlığının ölçüsü kimi
başa düşülür.
Ekosistem enerji çevrilməsini tənzimləmə qabiliyyətinə malikdir. O,
həmişə bu prosesdə entropiyanın minimal həddə saxlanılmasına çalışır.
2.5. Ekosistemin inkişaf dinamikası. Suksessiya
Hər bir ekosistem xarici mühitin dəyişməsinə uyğunlaşmaq üçün
daima dinamiki vəziyyətdə olur. Bu dinamiki vəziyyət ekosistemin ayrı-ayrı
bölmələrinə və yaxud bütünlükdə sistemin özünə aid edilə bilər. Bu zaman
dinamika ekosistemə təsir edərək onun dəyişməsinə və ya yenisinin
yaranmasına təsir edən faktorlara uyğunlaşma ilə əlaqədar ola bilər.
Dinamikanın ən sadə növü sutkalıq dinamikadır. Bu bitki aləminin
fotosintezi və suyun buxarlanmasının sutka ərzində dəyişməsi ilə
əlaqədardır. Dəyişmələr mövsüm xarakterli olduqda orqanizmlər
dəyişmələrə daha aktiv meyl göstərirlər.Dinamika vaxtaşırı təkrar olunduğu
üçün o, dövrü dinamika adlanır.. Ekosistemin inkişafına təsir edən dinamika
istiqamətlənmış dinamika adlandırılır.
Dövrü təkrar olan dinamika tsikllə dəyişən və ya «fuluktuasiya»
adlandırılır. İstiqamətlənmiş dinamika ekosistemin inkişaf dınamikası
adlandırılır. Bu dinamika ekosistemin və ya biosenozun dəyişməsi ilə
nəticələnir. Bu proses «suksessiya» adlandırılır.
«Suksessiya» iki hissəyə ayrılır - ilkin və ikinci.
Ilkin «suksessiya» inkişafını yaşayış mövcud olmayan obyektdən
başlayır.
Ikinci «suksessiya» isə yaşayış «sıfır» olan nöqtədən yox, ekosistemin
dağılması və ya digər dəyişiliklərdən, həyat tərzini dəyişməsindən yaranır.
«Suksessiya» prosesinin gedişatı üçün aşağıdakı ümumi
qanunauyğunluq mövcuddur.
26
1. «Suksessiya» inkişafının ilk dövrlərində onların növ müxtəlifliyi,
məhsuldarlığı və bioloji kutləsi cüzi olur. Suksesiyanın inkişafı ilə bu
göstəricilər artır.
2. «Suksessiya» cərgəlori inkişaf etdikcə orqanizmlər ara-lulda
qarşıhqh əlaqə artır.
3. Ayrı-ayrı növlərin sayının kəskin artması ehtimalı az olur.
4. Maddələrin dövretməsi, ekosistemin nəfəs alması və enerji
prosesləri intensiv olur.
5. «Suksessiya» prosesinin sürəti orqanizmlərin yaşayış müddətindən
və ekosistemin fəaliyyətindən asılı olur.
6. «Suksessiya» prosesinin sona çatması dinamiki yox tədrici xarakter
daşıyır.
2.6. Ekoloji faktorlar
Ətraf mühitin vəziyyətinə və canlı orqanizmlərə müxtəlif ekoloji
faktorlar güclü təsir göstərirlər. Canlı orqanizmlərə bilavasitə və ya bilvasitə
təsir edən hər hansı bir mühit ekoloji faktor adlandırılır. Ekoloji faktorları
üç kateqoriyaya bölürlər: 1) Cansız təbiət faktoru — abiotik faktor; 2) Canlı
təbiət faktoru — biotik faktor; 3) İnsan fəaliyyəti faktoru - antropogen
faktor.
Orqanizmlərin bu və ya digər faktor təsirinə uyğunlaşması həmin
təsirin (faktorun) dövrlülüyündən asılı olur. Birinci dövrü faktora yerin
firlanması, ilin fəsillərinin dəyişməsi, gündəlik işıq dəyişməsi və s. aid edilir.
Bu faktorlar hələ həyatm yaranması vaxtından əvvəl mövcud olmuşdur.
Yaranan orqanizmlər bu şəraitə uyğunlaşmaq məcburiyyətində qalaraq on
lara uyğunlaşmışlar.
İkinci dövrü faktora, ətraf mühitin temperaturu, nəmliyi, atmosfer
çöküntüləri və s. aid edilir.
27
Dövrü olmayan faktorlara təbii fəlakətlər və texnogen xarakterli
faktorlar aid edilir.
Yer üzərindəki abiotik faktorlar:
1. İşıq. İrəlidə göstərildiyi kimi günəşdən gələn şüanın 47%-ni
görünən spektr təşkil edir. Bu spektrdə dalğaların uzunluğu 380-750 nm-ə
bərabərdir. 45% günəş şüası narıncı qırmızı şüalardır ki, bunlar fotosintez
üçün böyük rol oynayırlar. Dalğasının uzunluğu 750 nm-dən çox olmayan
infra qırmızı şüalar heyvanlar və bitkilər tərəfındən hiss olunmamasına
baxmayaraq əsas istilik enerji mənbəyi sayılır. Günəş enerjisinin 7%-i
ultrabənövşəyi şüaların hesabına düşür ki, bu spektrdə dalğanın uzunluğu
400 nm-dən çox olur.
2. İonlaşdırıcı şüalar. Bu şüalar yüksək enerjiyə malikdirlər. Onlar
bir elementin atomundan onun elektronunu çıxarıb başqa bir elementə
birləşdirərək mənfi və müsbət ionlardan ibarət cüt yaradırlar.
İonlaşdırıcı şüaların mənbəyi radioaktiv maddələr və kosmik
şüalardır. Günəş radiasiyasının atmosferin yuxarı sərhəddindəki intensivliyi
1380 vt/m2 və ya 1,980 kal/(dəqiqə-sm2)çatır. Yer üzərinə çatan günəş
radiasiyası atmosferin yuxarı sərhəddinə nisbətən az olur.
Şüanın udulma dozası "ber" ilə ölçülür. Ber-rentgenin bioloji
ekvivalentidir. 1 ber 0,01 coul/kq-a bərabərdir. İnsan il ərzində orta hesabla
0,1 ber şüaya məruz qalır.
3. Atmosfer havasının nəmliyi. Ekoloji baxımdan ətraf mühitdə
mövcud olan su məhdudlaşdrrıcı fiziki faktordur. Su heyyvanat və bitki
aləminin əsas kütləsini təşkil edir. Canlı orqanizmlərin 50-80%-i sudan
ibarətdir. Bəzi heyvanlarda bu rəqəm hətta 95%-ə çatır. Atmosfer havasında
nəmlik dedikdə onun su buxarı ilə doyma dərəcəsi başa düşülür. İnsan həyatı
üçün havadakı su buxarının miqdarı 40-60% normal sayılır. Səhralarda
28
bitkilər nəmliyin qənaətlə işlədilməsinə adət edirlər. Onların kökləri uzun,
yarpaqları isə xırda olur. Səhra heyvanları su hövzəsinə çatmaq üçün uzun
məsafəyə sürətlə qaçmalı olurlar. Onlarda olan piy qatı daxili su mənbəyi
rolunu oynayır. Adətən 100 qr piy oksidləşdikdə ondan 100 qr su ayrılır.
4. Atmosfer çöküntüləri. Çöküntülər su buxarının kondensasiyası
nəticəsində yaranır. Bu çöküntülər yer üzərində suyun dövretməsində böyük
rol oynayırlar. Çöküntülərin miqdarından asılı olaraq yer üzərini iki zonaya
bölürlər - humid (nəm) və arid (quraqlıq) zonaları.
5. Atmosfer havası. Canlı və cansız aləmin mövcudluğunu təmin
edən oksigen və karbon qazının havadakı miqdarı müvafiq olaraq 21 və 0,3
% təşkil edir.
Bu baxımdan yerüstü ekosistemdə havanm tərkibi (atmosfer havası)
nisbətən sabit qalır. Havaya oksigen yaşıl bitkilərdən daxil olur. CO2 günəş
və yer üzərində gedən şüalanma proseslərindən yaranır. Atmosferin ozon
qatı yer kürəsini günəş spektrinin ultrabənövşəyi şüalardan mühafizə edir.
6. Ətraf mühitin temperaturu. Yer üzərində temperatur əsasən
atmosferin istilik rejimi və günəş şüaları ilə yaranır. Temperatur mühitin
məhdudlaşdırıcı faktorlarmdan biridir. Müxtəlif növlərin yer üzərində
yerləşməsi (yayılması) və populyasiyaların sayı temperatur faktorundan
köklü surətdə asılıdır. Yer üzərində bitki və heyvanların yerləşdiyi mühitin
optimal temperaturu 15-30° C həddində olur. Bəzi bakteriya, su bitkiləri
qaynar mühitdə, yəni 70-90°C temperamr mühitində yaşayırlar. Sərt soyuq
şərait bir çox cücülərin, balıqların və dəniz otlarının həyatlarının
dayanmasına səbəb olur (anabioz). Lakin yaz vaxtı don açılanda onlar öz
əvvəlki həyat tərzlərini davam etdirirlər. Canlıların öz bədənlərinin
temperaturu isə sabit qalır. Bunun üçün onlarda xarici mühitə alışma
qabiliyyəti mövcuddur.
29
7. Su hövzələrinin abiotik faktoru. Yer kürəsi səthinin 71%-i
okcanların payına düşür. Suyun sıxlığı havanın sıxlığından 800 dəfə,
özlülüyü isə 55 dəfə çoxdur. Su hövzəsi axarlığı, şəffaflığı, duzluluğu,
temperatur tutumluğu ilə başqa sahələrdən seçilir. Bu xüsusiyyət
bakteriyaların, planktonların fotosintez proseslərinə böyük təsir edir.
Ətraf mühitin biotik faktoru. Biotik faktor dedikdə bir orqanizmin
digərlərinin həyat fəaliyyətinə təsirləri başa düşülür.
Ətraf mühitin antropogen faktoru. Antropogen faktor dedikdə
insanlann istehsalat və məişət fəaliyyəti nəticəsində ətraf mühitə edilən təsiri
nəzərdə tutulur. İstehsalat fəaliyyəti dedikdə sənayedə, kənd təsərrüfatmda,
neft-qazçıxarma, dağ-mədən işlərində və s. göstərilən fəaliyyət nəzərdə
tutulur.
Məhdudlaşdırıcı faktorlar: minimum və tolerant. Minimum
qanunu 1840-cı ildə U.Libix tərəfındən irəli sürülmüşdür. Bu qanuna əsasən
bitkilərin inkişafi onların torpaqda çoxluq təşkil edən maddələr ilə yox,
orada olan elementlərinin cüzi miqdarı ilə limitləşdirilir (məhdudlaşdırılır).
Minimum haqqında qanun özünün doğruluğunu xüsusilə insanlarda və hey-
vanlarda sübut edir. Məsələn, insanların sağlamlığı onların bədənində cüzi
miqdarda olan maddələrdən - vitaminlərdən asılıdır.
Bütün canlı orqanizmlərə temperatur, nəmlik, qida ümumilikdə tam
yox, yalnız onların müəyyən həddi lazımdır. Ekoloji minimum ilə ekoloji
maksimum arasındakı diapazon dəyanətlılik həddi adlandırılır. Başqa sözlə
bu orqanizmin tolerantlığı (tolerant qanunu) adlandırılır. Bu qanun 1910-cu
ildə V.Şelferd lərəfindən irəli sürülmüşdür.
Məhdudiyyət faktorunun qiyməti ondan ibarətdir ki, o, ən mürəkkəb
ekoloji halların tədqiq edilməsinə imkan verir. Əgər orqanizm geniş tolerant
faktoru diapazonuna malikdirsə, onda belə faktor məhdudlaşdırıcı ola
30
bilməz. Orqanizm kiçik diapazon tolerantlığa malikdirsə, bu hal tədqiq
olunmalıdır.
III FƏSIL. EKOSISTEMDƏ MADDƏLƏRIN DÖVR ETMƏSİ.
3.1. Biosfer haqqında ümumi məlumat
Biosfer anlayışını elmi ədəbiyyata 1875-ci ildə avstriyalı geoloq-alim
Eduard Zyuss gətirmişdir. O, biosferə canlı orqanizmlərin mövcud olduğu
atmosfer, litosfer və hidrosfer sahələrini aid etmişdir.
Böyük rus alimi V.Y.Vernadski (1863-1945) keçmişdə canlı
orqanizmlərin mövcud olduqları sahələri də buraya əlavə edərək yeni analoji
ekologiya elmini yaratmışdır. V.İ.Vernadskiyə görə canlı orqanizmlərin
yaşadığı və ya vaxtı ilə yaşamış olduqları mühit biosfer kimi başa
düşülməlidir.
Biosferin hal-hazırda canlı orqanizmlər mövcud olan sahələri
neobiosfer, qədim zamanlarda canlı orqanizmlərin yaşadığı sahələr isə
paleobiosfer və ya ağ biosfer adlandırılır.
Neobiosferə atmosferin ozon qatına qədər olan sahəsi (qütblərdə 8-10
km, ekvatorda 17-18 km, yer səthinin qalan hissələrində 20-25 km) aid
edilir. Ozon qatından yuxarı hissədə kosmik ultrabənövşəyi şüaların təsiri
nəticəsində həyat mümkün deyil. Bütün hidrosfer, o cümlədən ən böyük
dərinliyə malik olan okeanın Marian çökəkliyi (11022 m) belə neobiosferə
aid olunur.
Litosferin yalnız münbit torpaq hissəsi neobiosferə aid edilir.
Paleobiosferin neoblosferlə atmosferdə olan sərhədləri üst-üstə düşür.
Hidrosferin dib hissəsində olan çöküntü süxurlar paleobiosferə aid olunur.
Yer qabığının bütün çökmə süxur sahələri paleobiosferə aid edilir.
Beləliklə, demək olar ki, biosfer canlı orqanizmin özünün və ya izinin
mövcüd olduğu sahə adlanır.
31
Biosfer bir sistem kimi bir neçə xüsusiyyətlərə malikdir. Bunlardan
başlıcası mərkəzləşdirilmiş sistemdir. Bu sistemin mərkəzi bölməsini canlı
orqanizmlər təşkil edir. Bu xüsusiyyət V.I.Vernadski tərəfindən hərtərəfli
təhlil edilmişdir.Biosferin və ya onun əsas bölməsinin mərkəzində ancaq
insan qoyulur (antroposentrizm)
Biosferin ikinci xüsusiyyəti onun açıq sistem olmasıdır. Ona kənardan
enerji daxil olur və o, kosmik təsirə məruz qalır. Bu təsirin əsasını günəş
aktivliyi təşkil edir. Müəyyən edilmişdir ki, yer kürəsində, o cümlədən
biosferdə baş verən hadisələrin əksəriyyəti günəşin aktivliyi ilə əlaqədardır.
Belə bir fikir mövcuddur ki, günəş aktivliyi bir çox geoloji proseslərin
(kataklizm, katastrof) yaranmasına səbəb olur.
1989-cu ildə 1,5-2,0 ay ərzində baş vermiş zəlzələ (İturup adasında),
Çelyabinski boru xəttindəki qəza, «Komsomoles» sualtı atom qayığının
məhv olması, Tbilisi hadisələri, Dağlıq Qarabağ müharibəsinin aktivləşməsi
hadisələrini yüksək güəş aktivliyinin baş verməsi ilə də izah edirlər.
Biosferin üçüncü bir xüsusiyyəti onun özünü tənzimləmə sisteminin
olmasıdır. Bu xüsusiyyət, «homeostazm» adlandırılır Özünütənzimləmə
sistemi baş vermiş hər hansı bir həyəcan və ya çaxnaşmanın qarşısını
müəyyən mexanizm vasitəsilə alır, yaranmış dəyişikliyi öz əvvəlki
vəziyyətinə qaytarır. Tarix boyu biosferdə belə hallar çox baş vermişdir.
Bunlara misal vulkan püskürməsini, asteroidlərlə qarşılaşma, zəlzələ, dağ-
əmələgəlmə və s. göstərmək olar.
«Homeostazm» hal-hazrrda «Le Şatelye-Brayn» prinsipi kimi
adlandırılır.
Bu prinsipə əsasən «Xarici qüvvə tərəfındən öz müvazinət
vəziyyətindən çıxan sistem qüvvənin az təsiri istiqaməti üzrə yerdəyişməyə
məruz qalır». Le-Şatale-Brayn prinsipinin müasir dövrdə ayrı-ayrı
32
regionlarda pozulması halı baş verir ki, bu da ekoloji krizisin yaranmasına
səbəb olur (məs. səhraların yaranması və s.)
Biosferin dördüncü xüsusiyyəti onun «müxtəlifliyidir». Yəni, o,
müxtəlif yaşayış məskəni (su hövzəsi, yerüstü, torpaqdaxili və s.), iqlim
xüsusiyyətinə görə fərqlənən müxtəlif təbii zonalar, geokimyəvi sahələr və s.
xüsusiyyətlərə malikdir.«Müxtəliflik» ekosistemin və biosferin dayanaqlığı
şərtlərindən biridir. Biosferin əsas xassələrindən biri onda olan ayrı-ayrı
maddələrin dövretməsini yaradan mexanizmin olmasıdır. Bu xassə biosferdə
ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin tükənməzliyini
təmin edir.j
3.2. Biosferdə maddəlirin dövretməsi
Maddələrin dövretməsini iki yerə ayırmaq olar:
— İrihəcmli və ya geoloji (quru vo okean arasında) və kiçik və ya
bioloji (ekosistem həddində).
Kiçik dövretməyə geoloji dövretmənin bir elementi kimi baxmaq olar.
Həyat üçün istifadə olunan, biosferdə dövr edən kimyəvi elementlərin və
qeyri-üzvü birləşmələrin hərəkətinə elementlərin dövr etməsi və ya biogen
elementlərin dövretməsi deyilir.
Dövretmə «dövretmə sürəti» və «dövr vaxtı» ilə xarakterizə olunur.
«Dövretmə sürəti» müəyyən zamanda əsas hissədən ayrılan maddənin
miqdarıdır. «Dövr vaxtı» maddənin tam dəyişilməsinə sərf olunan vaxtdır.
Məsələn, komponentin tərkibində 1000 ədəddən ibarət maddə varsa, ondan
bir saat ərzində 10 ədəd ayrılırsa, onda «dövrü sürət» 10/1000, yəni 1 %
olacaqdır. «Dövr vaxtı» isə 1000/10, yəni 100 saat olacaqdır.
Biosferin mövcudluğunun təmini baxımından biokimyəvi dövretməni
iki yerə bölürlər:
33
— Atmosferdə və hidrosferdə olan ehtiyat fondu ilə birlikdə qazşəkilli
məddələrin dövretməsi;
— Yer qabığının ehtiyat fondu ilə birlikdə çökmə dövrü. Ekosistemdə
maddələrin dövretməsi dedikdə əsasən maddələrin dövretməsi yox, onları
təşkil edən kimyəvi elementlərin: C, O, N və P dövretməsi başa düşülür. Bu
elementlər biogen, yəni həyat yaradan elementlər adlandırılır.
Karbonun dövretməsi. Karbon biosferin bütün sahələrində və bizi
əhatə edən bütün mühitdə mövcuddur. O, atmosferdə karbon qazı (CO2)
kimi mövcuddur.
Antropogen təsirdən atmosfer havasının tərkibində CO2-nin miqdarı
daima artır. Karbon yer üzərində olan bütün üzvü blrləşmələrin strukturuna
daxildir. Deməli, bütün canlıların tərkibində karbon mövcuddur. Həyat üçün
lazım olan enerjini almaq üçün orqanizmin üzvü maddələri oksidləşərək CO2
və CO2 yaradır Bu prosesi «nəfəsalma» adlandırırlar. Bütün canlı
orqanizmlər öldükdən sonra çürüməyə başlayırlar. Bu zaman ayrılan C
oksigenlə birləşərək CO2 şəklində «dövretmə sisteminə» daxil olur. Oksigen
çatışmazlığı səbəbindən karbonun dövretməsi dayana bilər. Bu zaman
torpağın tərkibində olan üzvü maddələr torf, daş kömür və ya neft şəklində
torpaqda toplana bilər. Hidrosferdə CO2 həll olmuş formada olur. O burada
kalsium duzu yarada bilir. Bu proses karbonun dövretməsinə mane olur.
Karbonun dövretməsi aşağıda göstərilən sxemdə daha aydın görünür: (Şəkil
3.1.)
34
Şəkil 3.1. Karbonun dövretmə sisteminin sxemi.
Karbonun dövretməsi üzrə iri həcmli tədqiqat «Beynəlxalq geosfer-
biosfer proqramı» çərçivəsində 1986-1996-cı illərdə aparılmışdır. Bu
tədqiqatda əsas məqsəd CO2-nin atmosferə tullanmasından «parnik»
effektinin yaranması və onun iqlim dəyişməsinə təsirini müəyyən etməkdən
ibarət olmuşdur. Hal-hazırda ekosistemdə karbonun dövretməsi təxmini
olaraq müvazinət vəziyyətindədir. Belə bir fikir irəli sürülür ki, yaxın
yüzillikdə atmosferə atılan CO2-nin artımı iqlimin istiləşməsi təsirindən
destruksiya prosesi ilə əlaqədar azala bilər.
Azotun dövr etməsi. Azot (N) karbon kimi atmosfer havasının
tərkibində molekul (N2) formasında yer tutur. Atmosfer havasınm 78%-ə
qədəri N2-dən ibarətdir.
Azotun dövretməsi sxemi aşağıda göstərilmişdir:
35
Şəkil 3.2. Azotun dövretmə sisteminin sxemi.
Oksigen kimi azot heyvanların nəfəsalması üçün əsas element sayılır.
Azot bir çox üzvü birləşmələrin, xüsusilə zülalların tərkibinə daxildir. Azot
zülalların tərkibində karbon və ya hidrogenlə möhkəm amid birləşməsi
yaradır. C-N amid əlaqəsi ZÜLAL molekullarının əsas sintez mexanizmidir.
Bu yer üzərində canlıların mövcudluğunun əsas şərtlərindəndir.
Azotun əsas mənbəyi atmosfer sayılır. Atmosferdən azot torpağa,
oradan da bitkilərin tərkibinə NO2 formasmda daxil olur.
Azotun ikinci mənbəyi üzvü maddələrin çürüməsidir. Üzvi
birləşmələrin çürüməsindən əvvəlcə ammiak (NH3) yaranır Ammiak nitratlı
bakteriyaların təsirindən nitrit (NO2) və nitrata (NO3) çevrilir.
Okeanlara kifayət qədər azot axıdılır. Bu azot su fotosintezləyici
orqanizmlər tərəfindən istifadə olunur. Həmin orqanizmlər dəniz heyvanları
tərəfindən qida şəklində istifadə olunur. Həmin heyvanlar tərəfındən bu
azotun bir hissəsi quruya qaytarılır. Okeanların dibinə çökən azotlu
birləşmələr dövrü sistemdə iştirak etmir. Bu azotun dövrü bir neçə milyon
36
ildən sonra baş verə bilər. Amerikan alimi Y.Oduma görə «bu itki vulkan
püskürməsindən ayrılan azot tərəfmdən bərpa olunur». Buna görə də yer
üzərində bütün vulkanlarm püskürməsinin qarşısı alınsa onda insanların
acından ölməsi baş verə bilər.
Azotun dövrü sistemi kifayət qədər öyrənilib. Müəyyən edilmişdir ki,
biosfer tərəfindən qəbul olunan 109 ton azotun 80%-i sudan və qurudan
dövrü sistemə daxil olur.
Gübrə şəklində istifadə olunan azotun cüzi hissəsi təkrar istifadəyə
qayıdır.
Kükürdün dövretməsi.
Kükürd ətraf mühiti çirkləndirən aqressiv maddə hesab olunur.
Tərkibində kükürdlü birləşmələr olan mikroorqanizmlər yarpağın üzvü
maddələri ilə reaksiyaya girib onlardan SO2 ayırırlar ki, bu da bitkilər
tərəfmdən udularaq dövrü sistemə qoşulur.
Kükürdün dövretmə sxemi aşağıda verilmişdir:
Şəkil 3.3. Kükürdün dövretmə sxemi
37
Su hövzələri dibində olan müxtəlif kimyəvi birləşmələr sulfat tərkibli
mikroorqanizmlərin təsirinə məruz qalaraq kükürdün regenerasiyasına səbəb
olur. Bu zaman su daxilində vertikal H2S axını yaranır.
Kükürdün dövretməsinə mənfi təsir göstərən amillərdən əsas kükürd
tərkibli maddələrin yanması ilə əlaqədardır. Belə maddələrin yanması ilə
əlaqədar atmosferə əsasən toksik maddə olan SO2 atılır. Yüksək aqressivliyə
malik olan SO2 qaz şəklində və ya turş yağışlar şəklində təbiətə və müxtəlif
obyektlərə dağıdıcı təsir göstərir.
Fosforun dövretməsi.
Fosfor canlı orqanizmlərin qidasında və bitkilərin inkişafında böyük rol
oynayan bir elementdir.
Fosforun əsas mənbəyi keçmiş geoloji əsrlərdə yaranrmş dağ süxurları
və digər çöküntülərdir. Mineral fosfor bir çox dağ süxurlarının tərkibinə
daxildir. Bu süxurlar eroziyaya məruz qaldıqda su hövzələrinə axıdılır və
orada lil şəklində çökür.
Fosfor canlı orqanizmlərin sümüklərinə və toxumalarına üzvi
birləşmələrin tərkib hissəsi kimi daxil olur.
Üzvü birləşmələrin minerallaşdırılması və canlı orqanizmlərin çürüməsi
(parçalanması) nəticəsində fosfor fosfat şəklində yenidən bitkilər tərəfindən
istifadə olunaraq dövrü sistemə qoşulur.
Fosforun dövrü sistemdən çıxmasına əsas səbəb onun dibdə
çökməsidir. Müəyyən edilibdir ki, fosforun dövrü sistemə kifayət qədər
qayıtmayan miqdarrını texnogen tullantılar belə əvəz edə bilmir.
Quş və balıq ovu təbiətin fosfor balansını pozur. Müəyyən edilmişdir
ki, ildə balıq ovundan 60000 ton fosfor quruya geri qayıdır. Gübrə üçün 1-2
mln ton fosforlu süxur çıxarılır. Bu fosforların çox hissəsi yuyularaq su
hövzələrinə axıdılır və beləliklə dövrü sistemdən çıxarılrr.
38
Həyatı əhəmiyyət kəsb edən fosforun dövretməsinin yaxşılaşdırılması
günün əsas tələblərindən biridir.
Suyun dövr etməsi.
Su biosferin əsas hissəsini təşkil edir. Bütün canlı orqanizmlərin
tərkibinin 90% -i sudan ibarətdir. Yer üzərində su okeanlarda, buzlaqlarda,
çaylarda, göllərdə, digər su hövzələində, litosferin yuxarı hissəsində
məsamələrdə və s. yerləşir.
Su bütün mənbələrdən buxarlanaraq atmosferə qalxır, orada
kondensasiya olaraq son nəticədə çöküntü formasında su obyektlərinə
qayıdır. Bu proses "Suyun böyük dövretməsi" adlanır. Buxarlanaraq öz
mənbəyinə qayıtmayan, lakin digər sahəyə çökən suyun dövrü "Kiçik
dövretmə" adlanır.
Biosenoz həddində suyun dövretməsində "Tutma", "Transpirasiya",
"infiltrasiya" və "yığılma" proseslərinin böyük əhəmiyyəti vardır.
"Transpirasiya" qrunt sularının bir hissəsnin buxarlanaraq atmosferə qayıtma
prosesidir. "Tutma" yağan çöküntünün yer üzərinə çatmamış bitkilər
tərəfmdən tutulmasıdır. «İnfıltrasiya» torpaq üzərində olan suyun torpağa
hopmasıdır. "Yığılma" dedikdə torpağın səthində toplanan su başa düşülür.
IV FƏSİL. SOSİAL VƏ TƏTBİQİ EKOLOGİYA
4.1. Sosial və tətbiqi ekologiyanın predmeti
«Sosial və tətbiqi ekologiya» «Ümumi ekologiya»nm təbii davamı
hesab edilir. «Ümumi ekologiya»da əsas fikir təsir faktorlarına, onların
ekoloji sistemə olan təsirinə yönəldilir. «Sosial və tətbiqi ekologiya» isə
antropogen faktorlar, onların təbiətə və sosial sistemlərə olan təsir
xüsusiyyətləri ilə məşğul olur.
«Sosial və tətbiqi ekologiya»nın əsas məqsədi ətraf mühitdə insanlar
tərəfindən yaradılan dəyişiklikləri qeyd etməkdən ibarət deyil. Onun ən əsas
39
məqsədi yaranmış dəyişikliklərin elmi cəhətdən əsaslandırılmış səbəblərini
öyrənmək və bu səbəblərin təsirlərini neytrallaşdırmaqdan ibarətdir. Ekoloji
problemlərin həllində texniki, təşkilati, iqtisadi, mənəvi və digər vasitələr və
metodların təsirlərinin qiymətləndirilməsi ən vacib məsələ sayılır.
Məlumdur ki, energetika mühiti çirkləndirən əsas sahələrdən biridir.
Amerika Birləşmiş Ştatlarının əhalisi dünya əhalisinin 6%-ni təşkil etməsinə
baxmayaraq inkişaf etmiş ölkələrdə yaşayan əhalinin istifadə etdikləri
enerjinin 2/3 hissəsi qədər enerji işlədir. Əgər yer üzərində yaşayan hər bir
insan ABŞ-da yaşayan 1 nəfər qədər qida qəbul edərsə onda dünyada
mövcud olan qida yalnız 2 mlyard əhalini qidalandıra bilər. Buradan belə bir
nəticə çıxır ki, bütün ölkələr enerji və məhsulun hər adam başına düşən
miqdarına görə ABŞ səviyyəsinə çatarlarsa onda biosferin belə bir yükə
davam gətirməsi çətin ki mümkün olar.
Buradan belə bir nəticə çrxarmaq düzgün olmaz ki, əgər insanların
həyat səviyyəsini inkişaf etməkdə olan ölkələr səviyyəsində saxlasaq onda
ekoloji problemlər həll olar. Yaddan çıxarmaq olmaz ki, bu ölkələrdə əhali
böyük sürətlə artır, onlarda köhnəlmiş texnologiyalar tətbiq olunur,
aqrotexniki səviyyə çox aşağıdır. Bütün bunların hamısı təbii ekosistemin
məhvinə
Yönəldilən amillərdir. Deməli ekoloji problemlərin həlli üçün digər
yollar axtarıb tapmaq lazımdır.
Ekoloji problemlərin həlli üçün insanlar öz fəaliyyətləri ilə təbiətin
imkanları arasında aşağıda göstərilən iki istiqamətdə uzlaşma
yaratmalıdırlar:
1) Texnoloji istiqamət: — Ekoloji qanun, qayda və normaıara cavab
verən yeni və təkmilləşdirilmiş texnologiya işləyib hazırlamaq;
40
2) Sosial istiqamət: — İstehsal olunan məhsullarm səmərəli istifadəsini
nəzərdə tutur. Bu hal üçün normaların bioloji və ekoloji cəhətdən
əsaslandınlması kriteriyası əsas götürülməlidir.
Bu məsələlərin səmərəli həlli qəbul olunmuş qayda və normaların
ümumi ekologiya qanunlanrıa nə dərəcədə uyğun gəlməsindən asılıdır.
Bunun üçün insanlar başa düşməlidirlərki yalnız və yalnrz onlar biosfer üçün
təhlükə yaradanlardır. Düşünülməmiş hərəkət həyat üçün təhlükə
mənbəyidir. İnsanlarla ətraf mühit arasında olan münasibətlərin uyğunsuzlu-
ğunun aradan qaldırılması kifayət qədər vəsait tələb edir.
Məsələn, insanlar tərəfindən son 20 ildə biosferə vurulan zərərin
neytrallaşdırılması üçün lazım olan xərcin həcmi dünya üzrə məhsul
istehsalına sərf olan xərcdən xeyli yüksəkdir. Belə xərclərin həcmi ilbə-il
artır. Bununla yanaşı sosial-tətbiqi ekologiya üzrə həlli tələb olunan
məsələlərin həcmi də genişlənir. Ümumi planda bu məsələləri 3 bölməyə
ayırmaq olar:
1) insanların biosferdə yeri və rolu, onların mühitə olan təsiri,
2) insanlar tərəfındən yaraddan ekoloji problemlər, onların məzmunu,
səbəbləri və nəticələri;
3) Ekoloji problemlərin həllinin mövcud və proqnozlaşdırılan yolları.
Göstərilənlərdən belə bir nəticəyə gəlmək olar ki, «Sosial və tətbiqi
ekologiya» yalnız «Ümumi ekologiya» ilə yox, həmçinin sosial
(mədəniyyət, iqtisadiyyat, sosiologiya, demoqrafıya), təbiət (biologiya,
kimya, coğrafiya) və tətbiqi (təbiətdən istifadə, energetika, şəhərsalma və s.)
elementlər və tədris fənləri ilə sıx əlaqədardır. «Sosial və tətbiqi ekologiya»
üzrə baş verən hadisələr və onların yaratdıqları problemlər dinamiki xarakter
daşıyır. Onların öyrənilməsi üçün yeni-yeni materiallar tələb olunur.
41
4.2. Sosial və tətbiqi ekologiyada istifadə olunan qanunlar,
qaydalar və prinsiplər
Sosial və tətbiqi ekologiyada tətbiq olunan qayda, norma və prinsiplər
əsasən digər elmlərdən götürülərək ekologiya prinsiplərinə
uyğunlaşdırılmışdır. Bu sahədə alimlərdən V.İ.Vernadski, N.F.Reymers,
B.Kommonerin böyük xidməti olmuşdur.
Sosial və tətbiqi ekologiyada xüsusi əhəmiyyət kəsb edən aşağıdakı
mövcud qayda, qanun və prinsipləri nəzərdən keçirək:
1. Hadisələrin kompleks formada analizi və ya xolizm. Hadisələrin
analizi əsasən reduksion və xolistik formada aparılır. Reduksion analizdə
mürəkkəb proseslər bir neçə əsas hissəyə ayrılır və hər hissə ayrılıqda analiz
edilir. Xolistik formada isə hadisə tam şəkildə analiz edilir. Reduksion
yanaşma əsasən qarşıya parametrləri dəqiq şəkildə qoyulmuş məsələ
həllində istifadə olunur. Xolistik yanaşma müxtəlif əlaqə və qarşılıqlı asılılıq
vəziyyətində olan təbii hadisələrin həllində istifadə olunur. Məşhur amerikan
alimi B.Kommoner belə hesab edir ki, ekoloji problemlərin həllinin
mürəkkəbliyi ondan ibarətdir ki, ekosferada (ekosistemdə, biosferdə)
proseslər bizim dərk etdiyimiz reduksion xaricində baş verir. İnsan konkret
səbəbdən yaranmış ayrı-ayrı hadisələrin tədqiqinə adət edib. Ekosferada baş
verən hər hansı bir hadisə digər hadisələrin yaranmasına səbəb olur.
Məsələn, heyvanat aləminin tullantıları bakteriyalar üçün yemdir.
Bakteriyaların həyat fəaliyyətinin məhsulları bitkilər üçün qidadır. Bitkilər
heyvanlar üçün qidadır. Göründüyü kimi proses dairə şəklində bağlanır.
Texnosferada bu formada ardıcıl proses baş vermir. İstehsal olunan
məhsul bir dəfə istifadə olunur və o, yenidən həmin məhsulun emalında
iştirak etmir. Bunların nəticəsində ətraf mühiti çirkləndirən tullantılar
yaranır.
42
Reduksion yanaşmanın daha dəqiq dərk edilməsi üçün bir neçə
məsələyə baxaq:
Müəyyən edilibdir ki, su hövzələrinə axıdılan üzvü birləşmələr suyun
tərkibində olan oksigenin azalmasına, onun istifadə xasssəsinin itirilməsinə,
yosunlarm yaranmasına səbəb olur. Bu halların baş verməməsi üçün sadəcə
olaraq su hövzələrinə üzvi maddələrin atılmasını dayandırmaq qərara alınır.
Hövzəyə su üzvü maddələrdən təmizləndikdən sonra axıdılır. Lakin bir
müddət keçdikdən sonra əvvəlki proses yenidən baş verir. Sonradan
müəyyən olunub ki, suda yosunların əmələ gəlməsinə üzvü maddələrin
təmizlənməsi zamanı onlardan ayrılan, azot və fosfor səbəb olub. Əmələ
gəlmiş su bitkiləri müəyyən müddətdən soraa məhv olaraq tərkibində üzvü
maddələr olan tullantı suların vəzifəsini ifa edirlər. Deməli tullantı sularını
tək üzvü maddələrdən yox, eyni zamanda mineral maddələrdən də
təmizləmək lazımdır.
Reduksion yanaşma materialların alınması üçün texniki məsələlərin
həllində tətbiq olunur. Bu zaman alınan materialın qiyməti ekologiyaya
mənfı təsir edən maddələrin neytrallaşdırılmasına sərf olunan vəsaitin
miqdarından asılı olur.
Xolistik yanaşmada bir dəfəlik bioloji üsulla təmizlənmə aparılır.
2. Təbii zəncir reaksiya prinsipi. Təbii zəncir reaksiyası dedikdə elə
təbii hadisələr nəzərdə tutulur ki, hər bir hadisə özü ilə əlaqədar olan digər
hadisəyə təsir edərək onda müəyyən dəyişiklik yaradır. Zəncir reaksiyası
ekosistemin müxtəlif cür təsiri ilə də yarana bilər. Onun yaranma ehtimalı
və mənfı nəticəsi antropogen faktorlar təsirindən kəskin artır. Yadda
saxlamaq lazımdrr ki, təbii proseslərə kəskin müdaxilə zəncir reakksiyası ilə
nəticələnir. İnsanların təbii sistemlərdə fəaliyyətlərinin səmərəliliyi onların
43
təbii zəncir reaksiyalarını tam dərk etmələrindən, onlara qarşı aparılan
mübarizə üsullarının necə seçilməsindən asılıdır.
Tətbiqi ekologiyada «təbii zəncir reaksiyası»nm əhəmiyyəti ümumi
ekologiyada olduğu kimidir.
Təbii zəncir reaksiyasına aid bir neçə misal göstərmək olar:
— Atmosferdə yığılan qazlar iqlimin istiləşməsinə səbəb olur. Bunun
nəticəsində daimi buzlaqlar əriyir, okeanlarda suyun səviyyəsi qalxır. Bu da
öz növbəsində suların quru sahələrini tutmasına, biosferdə hidrogeoloji və
başqa proseslərin fəaliyyətinin pozulmasına gətirib çıxarır.
— Azot və fosfor nitrat şəklində orqanizmlərin həyat fəaliyyətində
böyük rol oynayır. Lakin yuxarıda qeyd olunduğu kimi onlar suda göy-yaşıl
bakteriyalar, yosunlar yaradırlar. Üzvü maddələrin parçalanması suda
oksigenin azalmasına və ümumilikdə su ekosisteminin bataqlığa
çevrilməsinə səbəb olur.
— Şimal yanmkürəsində meşələrin qırılması torpağın kipliyinin
artmasına və onun səthində su yığılmasına səbəb olur. Belə sahələrdə suyu
özündə saxlayan bitkilər əmələ gəlir və həmin zona bataqlığa çevrilir.
Meşələrin qırılması nəticəsində torpağın sıxlığının artması yağış
sularının torpağa hopmasının qarşısnıı alır. Nəticədə bulaqların itməsi,
çayların quruması, sel sularının yaranması, torpaqda eroziya və s. proseslərin
baş verməsi müşahidə olunur.
3. Daxili dinamiki müvazinət qanunu. Zəncir reaksiyası daxili
dinamiki muvazimətin pozulmasına səbəb olur. Bu onunla izah olunur ki,
hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki
keyfıyyətləri bir-biri ilə o qədər sıx əlaqədə olurlar ki, onlann hər hansı
birində baş vermiş dəyişiklik digərində müəyyən dəyişikliyin yaranmasına
səbəb olur.
44
4. Təbiətdən istifadənin enerji effektivliyinin azalması qanunıı. Hər
hansı bir sistem ekoloji müvazinət halından, müəyyən güc təsirindən
çıxarıldıqda onun bərpası sərf olunan enerjidən artıq enerji tələb edir.
Məsələn, meşələrin qırılması, suya kimyəvi təsir və s. ilk növbədə müəyyən
effekt versədə belə onların əvvəlki vəziyyətə gətirilməsi, bərpası böyük
qüvvə və vəsait tələb edir.
5. Ekosistemdə informasiyaların tam olmaması prinsipi. Bu prinsipə
müqabil demək olar ki, ümumiyyətlə bizim ekosistem haqqında biliyimiz
kifayət qədər deyil. Bu əsasən ekosistemin çox komponentli olması,
əlaqələrin qarşılıqlı asılılıqların coxluğu və baş verən proseslərin dinamiki
olması ilə izah edilir. Bunların nəticəsində demək olar ki, hər bir ekosistem
öz-özlüyündə fərdi xarakter daşıyır. Deməli ekosistem üçün praktiki olaraq
analogiya prinsipi yaraya bilməz. Hər hansı bir layihənin hazırlanması
zamanı hər bir ekosistemin xarakterikk xüsusiyyətləri əlavə olaraq tədqiq
olunmalıdır.
6. Yalançı müvəffəqiyyət prinsipi. İnsan təbii proseslərə müdaxilə
etdikdə öncə onda müvəffəqiyyət yarana bilər. Lakin müdaxilənin sonu
səmərəsiz ola bilər. Adətən belə bir hal zəncirvari reaksiyanın sonunda baş
verir. Məsələn, vəhşi heyvanların məhvi, kimyəvi maddələrlə məhsuldarlığın
ilkin artımi vo s. müəyyən müddətdən sonra öz mənfı təsirini göstərir.
7. Bir və on faiz qaydası. Bir faiz qaydasına görə insanın ətrafa verdiyi
enerji fotosintezlə əlaqədar olan 1%-i keçməməlidir. Çiinki fotosintezə sərf
olunan enerji günəş enerjisinin yer kürəsinə gəlib çatdığı 1% enerjiyə yaxın
olur. Planetar miqyasda enerjinin 1%-dən artıq olması orta illik
temperaturun 2-2,5 dərəcə artmasına səbəb ola bilər ki, bu da fəlakətlə
nəticələnə bilir.
45
On faiz qaydasına görə trofıki səviyyəyə 10%-dən artıq enerji keçmir.
Bunu belə izah etmək olar ki, əgər heyvan 100 kilokalorilik enerjisi olan
qida qəbul edirsə onun 10%-i bədəndə qalır, qalan 90% ondan xaric olur. Bu
qayda təbiətdən istifadə sahələrində nisbi xarakter daşıyır.
8. Optimallıq prinsipi. Başqa sistemlər kimi ekoloji sistem də
müəyyən zaman və məkan həddində effektiv fəaliyyət göstərir. Haşqa sözlə
desək heç bir sistem sonsuzluğa qədər nə kiçilə, nədə böyüyə bilər. Ölçü
fəaliyyətə uyğun olmalıdır. Belə bir aforizm mövcuddur: — «Hər hansı bir
giqantizm məhvin əvvəlidir».
9. Adalarda növlərin xırdalığı prinsipi. Adalarda yaşayan hər hansı
bir növ materikdə yaşayan eyni növə nisbətən xırda ölçüyə malik olur.
Buradan belə bir nəticə çıxarmaq olar ki, növlərin saxlanılması,
çoxaldılması sahələri, qoruqlar və digər mühafızə sahələri kifayət qədər
böyük sahəyə malik olmalıdırlar.
10. Qida zəncirində çirkləndiricilərin toplanma prinsipi. Qeyd
etmək lazımdır ki, orqanizmlərin bütün ömrü boyu və ya müəyyən müddət
ərzində qəbul etdikləri qidanın həcmi orqanizmlər həcmindən çox olur.
Qəbul olunan qida daxilində olan çirkləndirici maddənin hamısı
orqanizmdən xaric olunur. Bunlar orqanizmdə yığılaraq çirkləndiricilərin
qatılığını artırırlar. Orqanizmdə gedən bu proses «Toplama effekti»
adlandırılır. «Toplama effekti» əsasən dayanıqlılığı olan çirkləndiricilərlə
əlaqədardır. Bunlara ağır metalları, üzvi birləşmələri və s. aid etmək olar.
Trofıki səviyyənin artması ilə orqanizmin ölçüsü və ömrü artıq olur.
Bununla yanaşı orqanizmdə maddələr mübadiləsi ləng gedir və onların
orqanizmdən xaric olma surəti azalır. Bu proses «Bioakkumliyasiya»
adlanır.
46
Məsələn «DDT» zəhərinin suda miqdarını vahid qəbul etsək orada olan
bakteriyalarda onun miqdarı 20-100 vahid, balıqlarda 5-12 min vahid,
balıqla qidalanan quşlarda 30-100 min vahidə bərabərdir.
İnsan qida zənciri vasitəsilə qidalandığı üçün hər qida tərkibində olan
çirkləndiricilər onun bədənində toplanıb qalır. Deməli insan özü-özünü zərər
vurduğu mühitdən aldığı qida ilə zəhərləyir.
11. Ekosistemin öz-özünü təmizləmə sistemi. Ekoloji sistem və onun
ayrı-ayrı mühitləri özünü təmizləmə xassəsinə malikdirlər.
Suda, havada və torpaqda baş verən özünütəmizləmə mexanizmi bir-
birindən kifayət qədər fərqlənir.
Atmosferin özünütəmizləmə qabiliyyəti onun surətlə hərəkət etməsi,
sıxlığa malik olması, torpaq və su muhitlərilə kontaktda olması ilə
əlaqədardır. Bu xüsusiyyətinə görə atmosferə daxil olan çirkləndiricilər
cazibə qüvvəsinin təsiri ilə ya suya, ya da torpağa düşərək dövri sistemə
qoşulurlar. Atmosfer ozonun, ulturabənövşəyi şuaların, atmosfer
çöküntülərinin, fotokimyəvi proseslərin və digər mexanizmlərin təsiri ilə də
zərərli maddələrdən təmizlənmə xüsusiyyətinə malikdir. Havada yaranan
durum bəzən onun özünü təmizləmə prosesinə mənfı təsir göstərir.
Su və torpaq mühitlərinin özünütəmizləmə qabiliyyəti canlı
orqanizmlərin fəaliyyətləri ilə əlaqədardır. Bu orqanizmlər çirkləndirici
maddələri sadə kimyəvi elementlərə qədər parçalayaraq öz bədənlərində
toplayır və onları dövrü hərəkətə qoşurlar.
Oliqotroflar (yoxsul həyat) alçaq parçalanma və aşağı özünütəmizləmə
potensialına malikdirlər.
Evtroflar (varlı həyat) yüksək parçalanma və özünü təmizləmə
potensialına malikdirlər.
47
Mühitin çirklilik dərəcəsi onun özünütəmizləmə qabiliyyətinə mənfı
təsir göstərir. Su mühiti belə təsirə daha həssas olur. Bu hal suyun tərkibində
olan oksigenin xarici təsirdən tez müddətdə asan azalması ilə izah edilir.
Ona görə də suyun təmizlənməsi zamanı ilk növbədə onun oksigenlə
zənginləşdirilmə prosesi aparılır. Suyun özünütəmizləmə prosesinə mənfi
təsir edən əsas amillərdən biri də onun atmosfer çöküntüləri ilə
turşululuğunun artmasıdır.
Torpaq suya nisbətən yüksək özünütəmizləmə qabiliyyətinə malikdir.
Torpağın özünütəmizləmə prosesinə onun sıxlığının artması, ağır
metallarla çirklənməsi, tərkibindəki suyun və turşunun çox olması mənfi
təsir göstərir.
Süni yaradılan mühitlərdə özünütəmizləmə prosesinin surəti aşağı olur.
Bu əsasən həmin mühitlərin kimyəvi, bioloji, səs-küy və digər
çirkləndiricilərinin birgə təsiri ilə izah edilir.
12. Mühitin çirkləndirilməsinin Buraxılabilən qatılıq həddi (BBQ).
Müvafıq bölmələrdə Buraxüabilən qatüıq haqqında məlumat verilmişdir.
BBQ həddində hər hansı bir zərərli maddə insana və onun nəslinə birbaşa və
ya bilavasitə təsir etdikdə onlarda mənfı dəyişikliklər yaranmır.
Suda, torpaqda və qida məhsullarında çirkləndirici maddələrin BBQ
aşağıdakı cədvəllərdə verilmişdir.
Su hövzəsində, mq/m3 suda
48
Cədvəl4.1
Maddə Sanitar məişət Balıq təsərrüfatı
Çivə 0,0005 0,001
Qurğuşun 0,03 0,1
Neft məhsulları 0,001 0,001
Benzol 0,5 0,5
Anilin o,ı 0,1
Xlorofos 0,05 0,0
Torpaq və qida məhsullarında, mq/kq məhsulda
Cədvəl 4.2.
Maddələr Torpaq Dənli
bitkilər
Çörək Tərəvəz
Çivə 2,1 0,03 0,02 0,05
Mışyak 2,0 0,2 0,2 0,2
Qurğuşun 32,0 0,3 0,3 0,3
Sürmə 4,5 0,1 0,1 0,3
Mıs 3,0 10,0 10,0 5,0
Sink 23,0 50,0 50,0 10,0
Nikel 4,0 0,5 0,5 0,5
Xrom 6,0 0,2 0,2 0,2
49
Göstərilən cədvəllərdə hər bir komponentin BBQ-göstərilmişdir.
Qarışıqda bir neçə komponent olarsa onların BBQ hesablanması müvafıq
bölmələrdə verilmişdir.
V FƏSİL. URBANİZASİYANIN EKOLOJİ PROBLEMLƏRİ
Urbanizasiya şəhərlərin kənd sahələrinin və əhalisinin hesabına
böyüməsi və inkişafi ilə baş verən və ictimaiyyətın inkişafınının
yüksəldilməsinə yönəldilmiş tarixi prosesdir.
Müasir şəhər təkcə külli miqdarda insanların yaşayış məntəqəsi yox, o,
həmçinin ətraf mühitə təsir edərək onun dəyişliməsinə səbəb olan güclü bir
sistemdir. Lakin, bu dəyişikliyin müsbət istiqamətdə olmasını demək olmaz.
Şəhər meşələrdən uzaqlaşır, torpaq çılpaqlaşır, çaylar suyunu şəhərlərə
verərək tanınmaz hala düşür. Yaxın keçmişdə bu prosesə vacib bir hal kimi
baxanlar hal-hazırda bunlara qarşı kəskin mübarizə aparmağın labüdlüyünü
qeyd edirlər.
Milyon əhalisi olan ilk şəhər 3000 il bundan əvvəl (eramızdan əvvəl
44-10-cu illərdə) Yuli Sezar vaxtmda Roma olmuşdur. Şəhərlərin yarandığı
tarixdən ətraf aləmin mühafizəsi qiydaları mövcud olmuşdur. Bu şəhərlərdə
təkmilləşdirilmiş su təchizatı sistemləri yaradılrmış, hətta özünəməxsus
kanalizasiya xətləri quraşdırılmışdır. Təxmini olaraq həmin illərdə təbiətin
mühafizəsi qanunu qəbul edilmişdir. Bu qanuna əsasən dəri emalı,
dəmirçıxarmalar və s. zərərli istehsalat müəssisələrinin yalnız şəhərdən
kənarda yerləşdirilməsi tələb olunurdu. Məqsəd «tüstü və hislə havanı
zəhərləməmək»dən ibarət idi.
Şəhərlərin meydana gəlməsinin başlıca məqsədi ticarətlə məşğul olmaq,
ən vacibi düşmənlərdən müdafıə olunmaq idi.Buna görə də şəhərlər strateji
məntəqələrdə (müdafıə məqsədilə) və ya dəniz və çayların sahillərində
50
(ticarət və rabitə əlerişli olduğu üçün) salınırdı. Sənayedə baş vermiş inqilab
urbanizasiya prosesini sürətləndirən əsas amillərdən biri olmuşdur.
Ümumiyyətlə şəhərlərin salınmasında onun arxitekturası, əhalinin rahat
yaşaması prinsipi əsas götürülür. Şəhərin yerləşdiyi sahədən və onun
əhəmiyyətlilik dərəcəsindən asılı olaraq hər bir küçəyə və ya meydana ciddi
tələblər qoyulur. 1800-cü ildə dünya əhalisinin yalnız 3 faizi şəhərlərdə
yaşayırdı. XX əsrə qədər hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə belə
əhalinin əksəriyyəti kənd yerlərində yaşayırdı. Onların əsas yaşayış
tələbatını kənd təsərrüfatı ödəyirdi.
BMT-nin məlumatına əsasən minilliklər ərzində əhalinin artımı çox
ləng getmişdir. Neolit dövründə dünyamn əhalisi 6-10 mln təşkil etmişdir.
Bu dövrdə əhali artımı 0,002%-ə qə-dər olmuşdur. Yalnız axırıncı yüzillikdə
bu rəqəm 0,1 faizə çatmışdır. Yeni eranın əvvəlində planetdə yaşayan
əhalinin sayı 300-400 mln-a çatmışdır. 1800-cü ildə bu roqəm bir milyard
nəfərə qədər olmuşdur. 1930-cu ildə əhalinin sayı 2 mlrd-a; 1960-cı ildə 3;
1975-ci ildə 4; 1987-ci ildə 5; 2000-ci ildə 6 -milyard nəfər olmuşdur.
1991-1995-ci illərdə yer üzərində doğulanların sayı gözlənilən saydan
29 mln az olmuşdur. BMT ekspertlərin fıkrincə dünyada əhali artımının orta
səviyyəsi sonrakı illərdə də gözləniləndən az olmuşdur. Bu hal bəzi
ölkəldərdə ölümün çox olması, Afrika ölkələrində isə müharibələrin və
SPİD-in təsiri ilə baş vermişdir. Şərqi Avropa və MDB ölkələrində isə əhali
artımının aşağı olmasının əsas səbəbi iqtisadi çətinlik olmuşdur.
BMT-nin məlumatma görə 2050-ci ildə yer üzərində əhalinin sayı 9
mlrd-a çatacaqdır. 50 ildən sonra Hindistan əhalisinin sayının 1,53 mlrd-a
qədər çatacağı gözlənilir. Hal-hazırda əhalinin sayına görə birinci yerdə olan
Çinin ikinci yerə enəcəyi gözlənilir. Bunun səbəbi dövlət tərəfındon irəli
sürülən «bir ailə - bir uşaq» prinsipidir. 1950-ci illərdə Çində hər bir ailəyə
51
orta hesabla 6,2 uşaq düşürdüsə 1999-cu ildə bu rəqəm 1,8-ə enmişdir.
BMT-nin ekspertləri belə hesab edirlər ki, əhali artımı əsasən inkişafda olan
ölkələrdə daha yüksək olacaqdır. Ən çox artım Pakistanda (156 mln-dan 345
mln-a) və Nigeriyada (112 mln-dan 244 mln-a) gözlənilir. Ümumiyyətlə in-
kişafda olan ölkələrdə əhalinin sayının 2050-ci ildə 4,8 mlrd-dan 7,8 mlrda
çatacağı gözlənilir. Belə artım bir çox problemlərin yarannmasına səbəb
olacaqdır. Bu problemlərə, qida məhsulları nın çatısmaması, ekoloji-krizis
və s. aid etmək olar. Eyni zamanda ekspertlər 30 ölkədə əhalinin sayının
azalacağı fıkrini irəli sürürlər. Bu ölkələrə Almaniya, Yaponiya, Rusiya
daxil edilmişdir.
Urbanizasiya prosesi demoqrafık artıma nisbətən daha sürətlə inkişaf
edir. 2000-ci ildə milyonçu şəhərlərin sayı 300-ə çatmışdır. Təxminən həmin
şəhərlərin yarıdan çoxunun əhalisi 3 mln -dan artıqdır. Əhalisi daha çox olan
şəhərlərə Mexiko 26,3 mln, San-Paulo 24 mln, Tokio- 17,1, Kəlkuttə - 16
mln, Nyu-York - 15,5 Şanxay - 13,3 mln aid edilir.V
2000- ci ildə Berlində keçirilmiş «Urban XXI» beynəlxalq
konfransında qeyd olunmuşdur ki, yer üzərində əhalinin çox hissəsi
şəhərlərdə yaşayacaqdır. Yaxın 25 il ərzində şəhər əhalisinin sayının 5 mlyd
artacağı, hər beş nəfərdən üçünün şəhərlərdə yaşayacağı gözlənilir. Bu
illərdə milyonçu şəhərlərin və 27 meqapolislərin (əhalisi 10 mln-dan çox
olan şəhərlər) höyük hissəsi inkişafda olan ölkələrdə olacaqdır.
Rusiya Federasiyasında son 10 il ərzində əhalinin sayı 2 mln. azalmış
dır. Burada əhalisi 1 mln-dan çox olan 13 şəhər vardır. Moskvada
yaşayanların sayı 9 mln-a bərabərdir. Milyonçu şəhərlər siyahısına Bakı da
aiddir. Burada 1,9 mln. nəfər əhali yaşayır (şəhər ətrafı ilə birlikdə 3,2 mln.
nəfər).
52
5.1. Ətraf mühit və şəhərlərdə əhalinin sağlamlığı
İri şəhərlərdə ekoloji vəziyyətin gərgin olması oraya olan antropogen
təsirin yüksək olması və əhalinin sıxlığı ilə əlaqədarır. Bir çox şəhərlərdə
əhalinin sıxlığı optimal həddi aşaraq 3000 adam / hektara çatmışdır. Bu say
hələ artmaqda davam edir. İstehsalın, energetika və kommunal təsərrüfat
sahələrinin inkişafı texnogen təsirin artmasına səbəb olur.İstehsal sahələri ilə
yaşayış məntəqələri arasında yerləşdirilməsi vacib olan sanitar qoruyucu
zonaların olmaması şəhər mühitinin çirklənmə səviyyəsinin artmasına səbəb
olur.» Sanitar qoruyucu zonalar istehsalatm məhsuldarlığından və emal
edilən məhsulun xüsusiyyətindən asılı olaraq beş sinifə bölünur. Birinci
sinifdə istehsalatla yaşayış məntəqəsi arasında olan zonanın eni 1000 metr
götürülür. İkinci sinifdə 500, üçüncü sinifdə 300, dördüncü sinifdə 100 və
beşinci sinifdə 50 metr nəzərdə tutu-lur. Bu məsafələr yaşayış məntəqələrini
istehsalatın tullantılarından qoruya bilmədiyi halda onlar 3 dəfədən artıq
olmamaq şərtilə müəyyən qədər artırıla bilər. Qoruyucu sanitar zonalarında
abadlıq və yaşıllaşdırma işləri aparılmadıqda onların şəhərlərin
çirkləndirilmədən mühafızə effekti aşağı olur.
Şəhərlərin sənaye tullantıları ilə çirkləndirilməsinin əsas səbəblərindən
biridə istehsal müəssiələrinin şəhər ətrafnda yerləşdirilməsi zamanı hakim
küləyin istiqamətinin və gücünün nəzərə alınmamasıdır.Küləyin istiqaməti
istehsalat tullantılarının yayılmasında (səpələnməsində), gücü isə bina və
tikintilərin uçub dağdmasında təsirini göstərir.
Küləyin gücü və istiqaməti meteoroloji tədqiqatlar nəticəsində toplanan
statistik materiallar əsasında qurulan qrafık və cədvəllərdən götürülür.
Çoxillik materiallar əsasında əldə olan məlumatlar həmin rayon üçün
dəyişməz hesab olunur. Küləyin istiqaməti üzrə qurulmuş qrafık onun
formasına görə «Külək gülü» adlandırılır.
53
İri şəhərlərdə nəqliyyat vasitələrinin hədsiz çox olması çirkləndirmə
dərəcəsinin artmasına səbəb olur. Avtomobil nəqliyyatı tərəfındən atmosferə
atılan çirkəlndiricilərin miqdarı ümumi çirkləndiricilərin 40-50%-ni təşkil
edir. Avtomobil nəqliyyatının gələcəkdə kəskin artması ətraf mühitin dahada
çox çirkəlndirilməsinə səbəb olacaqdır. Avtomobil nəqliyyatı hərəkətinin sıx
olduğu sahələrdə, xüsusilə mərkəzi küçələrdə tullantıların əsas tərkib hissəsi
azot oksidi, benz(a)piren, karbon oksidindən ibarətdir.
Qeyd etmək lazımdır ki, əksər hallarda istehsalın azaldılması mütənasib
olaraq ətrafa olan texnogen təsirin azalmasına səbəb olmur. Bu onunla izah
olunur ki, istehsalçılar çox hallarda təbiətin mühafızəsi tədbirlərinin və
təmizləyici qurğuların istifadəsini məhdudlaşdırırlar.
Zərərli maddələrin atmosferə atılmasının başlıca səbəblərındən biridə
köhnəlmiş və ekoloji cəhətdən təhlükəli olan texnologiya və avadanlıqlardan
istifadədən ibarətdir. Qaz təmizləyici qurğuların tətbiq edilməməsi və yaxud
effektiv olmaması şəhər havasını çirkləndirən əsas səbəblərdən biridir.
Sənaye tullantı suları vasitəsilə şəhərətrafı təbii su mənbələrinin
çiıkləndirilməsi baş verir. Tullantı suları küçə və meydanlara çökmüş sənaye
və nəqliyyat vasitələrinin tullantılarını yuyaraq su hövzələrinə aparır.
Şəhərlərdə mövcud olan kanalizasiya vasitələri əksər hallarda bu növ
mllantıların təmizlənməsini təmin edə bilmirlər. Şəhərlərdə yaranmış belə
bir ekoloji vəziyyət əhalinin sağlamlığının pisləşməsinə səbəb olur.Ekoloji
vəziyyətin pisləşməsi yaşlı adamlarda, qan-damar, nəfəsI yolları, böyrək
xəstəliklərinin artmasına səbəb olur, onkoloji xəstəlik nəticəsində ölüm
hallarının artması baş verir.
1999-cu ildə BMT-nin ekspertləri tərəfindən Çelyabinski vilayətinin
Karabaş şəhəri planetin ən çirkli yeri olduğu müəyyən edilmişdir. Bu əsasən
Karabaş şəhərində yerləşən mis emalı zavodunun fəaliyyəti ilə əlaqədardır.
54
Misin əridilməsi zamanı atmosferə atılan kükürd oksidi havada olan su bu-
xarları ilə birləşərək «turş yağışlar»ın yaranmasma və bitkilərin məhhvinə
səbəb olur.
Ətraf mühitə zərərli fıziki təsir göstərən amillərdən biri də səs- küydür.
İnkişaf etmiş ölkələrin şəhər zonalarında on milyonlarla insan səs-küydən
əziyyət çəkirlər.
Normal insan 16 hs-dən 20000 hs-ə qədər tezliyə malik olan səs
dalğalarını qavrayır. 16 hs-ə qədər olan səs dalğaları infra səslər, 20000 hs-
dən çox tezliyə malik olan səs dalğaları ultra səslər adlandırılır. İnfra və ultra
səs dalğaları adi səs kimi eşidilmir. Bu dalğalar insan orqanizminə ehtisaz və
titrəyiş kimi təsir edirlər. Səs-küyün insan orqanizminə təsiri onun
xarakterindən, səviyyəsindən, təsiretmə müddətindən və insanın fərdi
xüsusiyyətindən asılıdır. Bu təsir mürəkkəb fızioloji proses olub, insan
orqanizmində müxtəlif xroniki xəstəlikləri əmələ gəlməsinə səbəb ola bilir.
Mərkəzi əsəb sisteminin karlığın, ürək-damar, mədə-bağırsaq xəstəliklərinin
əmələ gəlməsinə və qanda şəkərin artmasında səs-küyün aktiv rolu qeyd
olunur. Səs-küy nisbətən zəif olduqda belə insanın əsəb sistemini
gərginləşdirir, ona psixoloji təsir göstərir.
Qeyd etmək lazımdır ki, səs səviyyəsi 70 dB-dən yüksəl olan səs-küy
insana müəyyən fizioloji təsir göstərərək orqanizmdə müəyyən mənfi
dəyişikliklərə səbəb olur. 85-90 dB səviyyəsində olan səs-küy ilk növbədə
insanın eşitmə orqanının həssaslığının azalmasına səbəb olur. 110-120 dB
səs səviyyəsi onun ağrı astanası adlandırılır və eşitmə orqanlarını dağıdıcı
təsir edir. Müəyyən edilmişdir ki, 180-190 dB səs pərçim və qaymaq
birləşməsini dağıtmaq qabliyyətinə malikdir.
55
Səs-küyün əsas yaranma mənbəyi nəqliyyat (avtomobil dəmiryol və
hava nəqliyyatı) və sənaye müəssisələridir. Ətraf mühitə ən çox səs-küy
təsiri avtomobil nəqliyyatı vasitəsilə edilir (ümumi səs-küyün 80%-i).
Aviasiya nəqliyyatı tərəfindən yaradılan səs-küydən milyonlarla insan
əziyyət çəkir. Müəyyən edilmişdir ki, İL-76 və İL-86 təyyarələrinin havaya
qalxması zamanı aeroportdan 11 km məsafədə səs-küyün səviyyəsi 75 dB-ə
çatır. İri sənaye şəhərlərində səs-küy kəskin ekoloji problemlərdən biri hesab
olunur. Tədqiqatlar göstərir ki, Qərbi Avropa əhalisinin yarıdan çox hissəsi
səviyyəsi 55-70 dB olan ses-küy rayonunda yaşayırlar. Uzunmüddətli səs-
küy təsiri insan ömrünün qısaldılmasına səbəb olur.
Məlumdur ki, elektromaqnit şüaları insan orqanizmiınə mənfı təsir
göstərir. Yapon alimləri müəyyən etmişlər ki, radio və televiziya verici
antenalar əhatəsində yaşayan əhalidə gözün mirvari suyu ilə xəstəliyi geniş
yayılmışdır. Odur ki göstərilən sahələrdə şəhər əhalisinin yerləşdirilməsi
sanitar norması hüdudunda olmalıdır.
Şəhərlərdə ekoloji təhlükəsizliyin təmini və ətraf aləmin mühafizəsinin
təşkili üçün Respublikanın regional siyasəti aşağıdakı istiqamətlərdən ibarət
olmalıdır:
litehsalatın hər hansı bir sahədə yerləşdirilməsinin ekoloji baxımdan
əsaslandırılması;
sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat, kommunal təsərrüfat
sahələrinin inkişaf etdirilməsi və genişləndirilməsində ekoloji təhlükəsizliyin
gözlənilməsi; — təbii ehtiyatlardan səmərəli istifadə;
fövqalədə halların yaranmasının xəbərdarlığı və onların ləğvi əlqədar
tədbirlərin hazırlanması;
ərazi problemlərinin həlli zamanı ekosistemin təbii inkişafının təmini
və nadir təbii komplekslərin bərpası;
56
ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahələrinin idarə
edilməsinin təkmilləşdirilməsi.
5.2. Şəhərsalmaya ayrılan ərazinin zonalara bölünməsi
Şəhərsalma fəaliyyəti əsasən Respublikada bu sahə üzrə mövcud olan
qanunvericilik əsasında təşkil olunur. Şəhərsalma fəaliyyəti üçün sahələr
zonalara ayrıldıqda əhalinin səməli həyat fəaliyyətinin təmini, sahələrin təbii
və texnogen təsirlərdən mühafızəsi, ətraf mühitin çirklənmədən mühafızəsi,
əhali və istehsal sahələrinin vahid sahədə sıx yerləşməməsi, təbii və mədəni-
tarixi sahələrin qorunması və s. əsas götürülməlidir.
Şəhər tikintilərinin aparılması zamanı aşağıdakı sahələrdən istifadə
məhdudlaşdırılır:
- mədəni abidələrin, tarixi-mədəni komplekslərin və obyektlərin,
şəhərətrafı qoruq zonalarının;
- xüsusi təbii qoruq sahələrinin;
- su mühafizə sahələrinin və sahil mühafizə zolağının;
- su təchizatı sahələrinin; təbii sərvətlər yataqlarının;
- fövqəladə və texnogen təsirə məruz qalan sahələrin;
- ekoloji təhlükəli zonaların;
— mürəkkəb təbii iqlim şəraiti sahələrinin.
Şəhərdə aparılan tikintilər şəhərin «Baş planı»na uyğun aparılır.
Tikinti zonalarının aşağıdakı növləri mövcuddur:
— yaşayış zonası;
— ictimai fəaliyyət zonası;
— istehsalat zonası;
— mühəndisi və nəqliyyat infrastrukturu;
— istirahət zonaları;
— xüsusi təyinat zonaları;
57
— xüsusi rejim zonaları və hərbi obyektlər
Hər bir zona altzonalara bölünə bilər. Lakin bu zaman Respublika
qanunvericiliyində ətraf mühitin mühafızəsi, tarixi abidələr və digər sahələrə
qoyulmuş məhdudiyyətlər nəzərə alınmalıdır.
Yaşayış zonalarında müxtəlif mərtəbəli evlərlə yanaşı sanitar
qoruyucu zona tələb olunmayan sosial, mədəni-məişət, kommunal təsərrufat
obyektlərinin yerləşdirilməsinə icazə verilir. Adətən bu obyektlər ətraf
mühitə zərərli təsir (səs-küy, titrəyiş, maqnit sahəsi, radiasiya təsiri və s.)
göstərməyən obyektlər hesab edilir.
İctimai fəaliyyət zonası tibbi, ticarət, mədəni, ictimai-iaşə, təhsil, elmi
tədqiqat, avtomobil dayanacaqları, maliyə və iş mərkəzləri və s. sahələrinə
məxsus zonalardır.
İstehsalat zonaları sənaye, kommunal, mühəndisi və nəqliyyat
infrastrukturlarından və sanitar qoruyucu zonalardan ibarətdir.
İstirahət zonaları əhalinin istirahətini təmin edən parklar, bağlar, şəhər
meşələri, çimərliklər və digər obyektlərdən ibarətdir.
Təbii qoruq sahələrindən istirahət zonası kimi istifadə etmək olar.
Xüsusi təyinat zonalarına qəbiristanlıqlar, məişət tullantıları
obyektləri aid edilir. Bu zonaların sahəsi şəhərsalma normativləri əsasında
müəyyən edilir.
Şəhər əhatəsində göstərilən zonaların yerləşdirilməsi, şəhərtikinti və
şəhərqurma normativləri əsasında Respublika İcra orqanı və yerli idarəetmə
orqanları tərəfindən müəyyən edilir.
5.3. Şəhərlərin yaşıllıq sahələri
Şəhərlərdə yaşıllıq sahələrinə ağaclar, güllər və otlar əkilən sahələr aid
edilir. Yaşıllıq sahələri şəhəri ekoloji cəhətdən mühafızə etməklə yanaşı
komfortluğu artırır və şəhərə estetik gözəllik verir.
58
Yaşıllıq sahələri müntəzəm və ardıcıl olmalıdır. Ümumi istifadə
yasıllıqlarına meşətipli parklar, təbiət parkları, bulvarlar, küçə əkinləri aid
edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar
tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan respublikasının təbiət
parklarının ümumi əsasnaməsi»ndə deyilir ki, «Təbiət parkları xüsusi
ekoloji və estetik dəyərə malik olan, təbiəti mühafizə və istirahət məqsədləri
üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafızə idarəli sta-
tuslu ərazilərdir».
Təbiət parkları respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə
olunan təbiət ərazilərinə aid edilə bilər. Yerli əhəmiyyətli təbiət parkları
bütövlükdə və ya qismən, məqsədli təyinatı üzrə, qanunvericilikdə nəzərdə
tutulmuş qaydada fiziki və hüququ şəxslərin idarəçiliyinə, istifadəsinə və
icarəsinə verilə bilər. Təbiət parklarının hər biri üçün hər 10 ildən bir pasport
hazırlanır və bu ərazilərin pasportu Azərbaycan Respublikasının Dövlət
Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınır. Hər bir
təbiət parkının əsasnaməsi Azərbaycan Respublikası Dövlət Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfındən təsdiq edilir. Parklar təbii mühiti təbii
landşaftları və rekreasiya resurslarını mühafizə edir, istirahət (rekreasiya)
üçün şərait yaradır, təbiəti mühafızənin effektliliyini artırır, rekreasiya
şəraitində ekoloji tarazlığı qoruyub saxlayır.
Təbiət parklarının ərazilərində rejim xüsusiyyətlərini nəzərə alaraq
aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:
— istirahət (rekreasiya) zonaları;
— tarixi mədəniyyət komplekslərinin və obyektlərinin mühafizə
zonaları;
— rekreasiyaya xidmət göstərilən zonalar;
59
— təbiət parkının fəaliyyətini təmin edən zonalar.
Təbiət parkının ərazisində onun ekoloji, istirahət və estetik
keyfiyyətinə mənfi təsir edən, tarixi-mədəniyyət abidələrinin, nadir ağac və
kolların abidə kimi qorunub saxlamlması rejimini və həmin abidələrin
varlığına təhlükə yaradan hər bir fəaliyyət qadağan edilir. Ümumi balansda
şəhər yaşılllıqlarının sahəsi 70%-dən az olmamalıdır.
Şəhər yaşıllıqları şəhər havasının təmizliyinin təmini ilə yanaşı
sakinləri səs küydən mühafızə edir. Botanik alimlər avtomobil yolları
boyunca 3 cərgədən ibarət ağac əkilməsi və bu zaman səsi udan ağac
növlərindən istifadə olunmasmı təklif edirlər. Onların fıkrincə yaşayış
massivində hündürlüyü 10 metri keçə biləcək ağaclar əkilməlidir. Bu ağaclar
evləri tozdan qorumaq qabiliyyətinə malik olurlar.
VI I ƏSİL. ƏTRAF MÜHİTİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR VƏ
MADDƏLƏR
6.1. Atmosferin çirkləndirilməsi
Atmosfer yer üzərində yaşayış üçün əsas şərtlərdən biridir. O planetdə
iqlimin yaranması, onun istilik rejiminin tənzim olunmasında iştirak edir.
Günəş şüalarının bir hissəsi atmosferdə udulur. Yerdə qalan hissəsi yer
üzərinə çataraq torpağa, su hövzələrinə daxil olur. Daxil olan enrerjinin bir
hissəsi yer üzərindən atmosferə əks etdirilir. Yer kürəsində cazibə qüvvəsi
nin mövcudluğu atmosferin onunla birgə hərəkət etməsinə səbəb olur.
Yerin atmosferi temperatur paylanmasından asılı olaraq aşağıda
göstərilən qatlara ayrılır:
60
Atmosferdə ən aktiv qaz oksigen sayılır. Onun miqdarı 20,94%-ə
bərabərdir. Atmosfer 0,03 %-ə qədər karbon qazı (CO2), 0,934% təsirsiz
qazlar, 78,09% azot qazından ibarətdir.
Atmosferdə qazlarla yanaşı maye, aerozol və ion şəkilində olan
müxtəlif maddələr də mövcüddür. Atmosfer həm şaquli və həm də üfüqi
istiqamətdə yekcins deyil. Bu xüsusiyyət onun yer üzərində hərəkət
istiqamətinin dəyişən olmasına səbəb olur. Atmosfer müxtəlif maddələrlə
çirkləndirilə bilir Çirkləndiricilər təbii və antropogen mənşəli olur.
Bəşəriyyət yarandığı gündən hal-hazıradək onu əhatə edən mühitdən öz
mənafeyi üçün istifadə etmək məqsədilə ona hər cür təsir etməkdən
çəkinməmişdir. Bu vəziyyət elmi-texniki tərəqqi əsri olan müasir dövrdə
daha kəskin xarakter almışdır.
Ətraf mühiti çirkləndirən komponentlərə, əsasən, kükürd oksidi,
hidrogen sulfıd, azot oksidi, karbohidrogenlər, dəm qazı və mexaniki
qarışıqları misal göstərmək olar.
61
Kükürd qazları ilə ətraf mühitin çirkləndirilməsi yüksək kükürdlü neft
və neft məhsullarının yanması zamanı baş verir. Qeyd etmək lazımdır ki,
SO2-nin atmosferdə paylanması qeyri müntəzəm olur. Bu hal onun
atmosferdə az müddət ərzində asılı vəziyyətdə qalması ilə izah edilir.
Məsələn, kontinental sahədə havada olan SO2 10 saatdan soraa tamamilə
başqa maddəyə, adətən sulfat turşusuna çevrilir. Kükürd qazlarının sulfatlara
çevrilməsi prosesi ammiakın iştirakı ilə getdikdə reaksiya daha sürətli gedir.
Havadakı nəmliyin artması kükürq turşusunun artmasına səbəb olur.
Hidrogen sulfıdin insan orqanizminə təsir edən konsentrasiyası 0,008
mq/m3 təşkil edir. Havada sulfatların miqdarının artması kükürd və onun
birləşmələrinin emalı zamanı da bas verir.
Atmosferə atılan çirkləndirici maddələrin hava ilə qarşılıqı təsiri
onların bir-birinə olan təsirlərindən daha çoxdur. Müəyyən edilmişdir ki,
işığı udan zərərli maddələr onun təsirindən parçalana bilərlər. Yer səthinə
çatan günəş şüalarının radiasiya dalğasının uzunluğu 2900 A°-dan az
deyildir. Bu onu göstərir ki, ilk fotokimyəvi reaksiya o maddələr arasında
gedə bilərki onların udulma sahəsi 2900 A° yuxarı olsun. Deməli, qaz emalı
zavodlarında kimyəvi çevrilmələrdə o maddələr iştirak edə bilər ki, onların
udma sahəsi 2900 A° yuxarıdır. Əldə olunana məlumata görə SO2 və H2S
ozon və qısa dalğalı radiasiya vasitəsilə oksidləşerək stratosferə qalxır və
aerozol hissəciklərini yaradırlar. Bu aerozol hissəciklərinin stratosferdə
ömrü 10-100 həftəyə qədər olur. Stratosferdə aerozol nüvəsinin saxlanması
troposferdən stratosferə yönəldilən daimi qaz axınının mövcudluğu ilə izah
edilir.
Kükürd anhidridi MnCL2 CuCI və s. katalizatorlarının təsiri ilə
atmosfer su buxarında həll olaraq yer səthinə çökürlər.
62
SO2 və SO3 qaz fazasında otaq temperaturunda və qaranlıqda gec
oksidləşir.İşıq təsirindən SO2 molekulları aktivləşərək oksidləşirlər.
Oksidləşmə spektrin ultrabənövşəyi zonasında baş verir. Miiəyyən
edilmişdir ki, S02-nin fotooksidləşməsi intensiv günəş işığında 0,1-0,2%.
saat sürətlə baş verir. Kükürd iki oksid su ilə daha sürətlə reaksiyaya girib
sulfat turşusu yaradır. Kükrd qazı günəş radiasiyasını dalğanın uzunluğu
2900-3000A° həddində intensiv udur. Lakin bu zaman fotonların enerjisi o
qədər kiçik olur ki, kükürd qazının mollekullarının dissosiasiyası baş vermir.
Ancaq bu zaman elektronların həycanlaması baş verir. Həyəcanlanan
molekullar başqalarına nisbətən havadakı oksigenə daha həssas olurlar.
Müxtəliff tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ağ
ciyər,xərçəng, dəri və digər patoloji xəstəliklər atmosfer havasının
çirkləndirilməsi ilə sıx əlaqədardır. Məsələn, havada kükürd qazının
konsentrasiyası 0,13 mq/m3 olduqda xroniki bronxit xəstəliyi 13%-ə, 0,78
mq/m3 konsentrasiyasında isə26,5 %-ə çatır.
Kükürd qazının konsentrasiyasının havada artması ilə uşaq
xəstəliklərinin miqdarının artması müşahidə olunur. Kansoregen maddələrin
insan orqanizmi ilə təması yeni hüceyrə sisteminin yaranmasına səbəb olur.
Orqanizmin belə bir sistemə uyğunlaşması müasir zamanda çətin müalicə
olunan xəstəliklərin yaranmasma səbəb olur.
Atmosferdə olan çirkləndirici maddələr bitki aləminə də böyük təsir
edir. Adətən bitkilər SO2-Ə çox həssas olur. O yarpaqların xlorofilini
dağıdaraq fotosintez prosesinin getməsini ləngidir. Kükürd qazlarının bitki
aləminə təsiri təkcə onun konsentrasiyasından yox, həmçinin bitkinin
özünün xüsusiyyətindən də asılıdır. S02-nin taxıla təsiri nəticəsində
məhsuldarlıq 30-40% aşağı düşür.
63
Dəm qazı (CO) insan həyatı üçün təhlükəli qazlardandır. Onun
atmosferə atılan miqdarı təbii yolla 500 mln. ton, antropogen yolla 304 mln.
ton təşkil edir.
İnsan həyatı üçün daha təhlükəli olan CO qazının zəhərləyici təsiri
bununla izah olunur ki, o, oksigenə nisbətən yüngül olduğu üçün qanın
hemoqlobini ilə əlaqəyə girib dayamqlj karboksihemoqlobin yaradır.
Beləliklə, orqanizmin oksigen çatışmazlığına səbəb olur. CO həmçinin ürək-
damar sisteminiııi fəaliyyətinin pozulmasına səbəb olur. Ürək-damar
xəstəliyi olan insanlar üçün CO öldürücü təhlükəyə malikdir.
Atmosferi çirkləndirən əsas qazlardan biri karbon qazıdırl (CO2). XX
əsrdə onun havada olan qatılığı 25% artmışdır. Son 10 il ərzində CO2
miqdarı atmosferdə 13% artmışdır. CO2 atmosferə atılması əsasən enerji
istehsalı və istehlakı sahələrində baş verir. Atmosferə atılan CO2 miqdarı
azalmazsa parnik effektinin təsirindən yer üzərində temperaturun artması
böyül fəlakət törədə bilər.
Temperaturun artması onunla izah edilir ki, günəşin ultrabənövşəyi
şüaları kifayət qədər CO2 və CH4 olan atmosfer qatını asanlıqla keçərək yer
üzərinə çatır. Yer səthində əks olunan infraqırmızı şüalar CO2 yüksək olan
atmosferdə saxlaınlıı ki, bu da temperaturun artmasına səbəb olur. Şimal
yarımkürəsində 1950-1980-cı illər arasında orta illik temperatur 0,4C0
artmışdır. Belə artımın 2050-ci ildə 2-4C° olacağı gözlənilir Buna görə də
Dünya okeanlarında suyun səviyyəsinin yaxın 25 ildə 10 sm artma ehtimalı
vardır.
Azot oksidləri (NxOy) təbiətdə meşə yanğınlarından yaranır və sənaye
müəssisələri ətrafında NxOy yaranması insan fəaliyyəti nəticəsində baş verir.
Küllü miqdarda azot oksidləri istilik elektrik stansiyalarından və daxili
64
yanacaq mühərriklərindən ayrılır. Bunlardan başqa metaləritmə və azot
turşuları ilə məşğul olan müəssisələrdəndə atmosferə azot oksidləri atılır.
Azot çirkləndirən azot oksidləri bunlardır: — N2O insanlara praktik
təsir edir, bu cərrahiyyə əməliyyatlarında istifadə olunur.
NO insanların mərkəzi sinir sisteminə təsir edir, onlarda iflic
yaranmasına, qanın qatılaşmasına təsir edir və oksigen çatışmazlığı yaradır.
NO2N2H4 - su ilə birləşdikdə 4N02+2H20 = 4HN03 azot turşusu yaradır
ki, bu da nəfəs yollarının zədələnməsinə və ağ ciyərin şişməsinə səbəb olur.
Azot oksidləri fotokimyəvi proseslərdə iştirak edir. Havada
fotokimyəvi çirklənmənin səviyyəsi avtomobil nəqliyyatının hərəkət rejimi
ilə sıx əlaqədardır. Səhər və axşam nəqliyyatın intensiv işi zamanı atmosferə
küllü miqdarda azot oksidi və karbohidrogen qazları atılır. Bunlar bir-biri ilə
reaksiyaya girərək havanı fotokimyəvi çirkləndirirlər. Ürək-damar və nəfəs
yolları xroniki xəstəliyi olan insanlar azot oksidlərinə çox həssas olurlar.
Atmosferə atılan tozların mənbəyi fırtınalar, torpağın eroziyası,
vulkan püskürməsi və dəniz tullantıları hesab olunur.
.....iNİbrə atılan tozlann və aerozollarm 10-20%-i insanlarm
lllyyotinin nəticəsidir. Tozlar əsasən tikinti materialları, sement
istehsalı, dağ-mədən işləri və tikinti işləri zamanı ətrafa atılır.
Tozlar və aerozollar təkcə insanların nəfəsalmalarını çətinləşdirmir. O,
həmçinin yerdən istiliyin qayıtmasına maneçilik törədir, yerə
istiqamətlənmiş günəş şualarını əks etdirir və bunlarda iqlim dəyişməsinə
səbəb olur.
Antropogen tullantılar yerətrafı ozon qatının dağılmasına səbəb olurlar.
Bu tullantıların əsas mənbəyi sənayedə və məişətdə istifadə olunan
soyuduculardan və kondisionerlərdən atmosferə atılan freon qazlarıdır.
65
Ozon stratosferin yuxarı və mezosferin aşağı qatında aşağıdakı reaksiya
nəticəsində yaranır.
Burada M - atmosferdə olan hər hansı bir komponentdir (oksigen və ya
azot).
Ozon və atom şəkilində olan oksigen atmosfer oksigeninin təsirinə
məruz qaldıqda aşağıdakı reaksiya baş verir.
Bu reaksiya «Çepmen sikli» adlandırılır. Ozonun ümumi miqdarı 4,1037
molekul təşkil edir. Ozon qatının qalınlığı normal şəraitdə 2,5-5 mm
arasında olur. Onun 40-50% azalması «Ozon yarığı» sahəsi adlandırılır.
Ozon qatının dağılma səbəbi stratosferə olan xlorflorkarbon (XFK)
birləşmələrinin təsiridir. Bu nəticəyə birinci dəfə 1974-cü ildə Amerikan
alimləri Ş.Roulend ve M.Molina gəlmiş və buna görədə onlara Nobel
mükafatı verilmişdir. XFK atmosferin yuxarı qatına qalxaraq ozon qatını
dağıdır. Ozon qatı yer kürəsini ultrabənövşəyi şualardan mühafızə edir.
Ozon qatının dağıdan Freon F-ll və F-12-nin təsir müddəti 70-100 ildir.
XFK yüksək stabilliyə malik olan birləşmədir. O, atmosferin aşağı
qatında günəş şüalarının uzun dalğalarını udmaq və onların təsirinə məruz
qalmaq qabliyyətinə malik deyillər. XFK atmosferin yuxarı qatına qalxaraq
qısa dalğalı şualar təsirindən öz tərkibində olan xloru ayırır. Ayrılmış xlor və
O3 reaksiyaya girir:
66
Ayrılmış bir atom Cl 100000 molekul O3 dağıtmaq qabliyyətinə
malikdir. Stratosferdə ozonun azalması insanlarda dəri xərçənginin və
gözlərdə katarakt xəstəliyinin yaranmasına səbəb olur. BMT-nin rəsmi
məlumatına görə ozon qatının 1% azalması 100 min katarakt xəstəlinin və
10 min dəri xərcənginin azalmasına səbəb olur.»Amerikan alimləri müəyyən
etmişlər ki, ozonun hər bir azalma faizi ekvator zonasında xəstəliklərin 4-
5% artmasına, insanların və heyvanların xəstəliklərə qarşı imunitetlərinin
azalmasına səbəb olur. Son 10 il ərzində Amerikada «melanoma»
adlandırılan dəri xərcənginə tutulanların sayı 3-7% artmışdır.
Ozonun azalması atmosferin parnik effektinin artmasına, torpağın
məhsuldarlığının azalmasına, ətraf mühitin ümumi çirklənməsinə səbəb olur.
I985-ci ildə Venada ozon qatının mühafızəsi haqqında Konvensiya
qəbul edilmişdir. 1987-ci ildə isə Monrealda ozondağıdıcı maddələrin
atmosferə atılmasının azaldılması haqqında protokol imzalanmışdır. Buna
baxmayaraq Dünya üzrə freonun 2/3 hissəsini işlədən Avropa ölkələri bu
qərarlara bu günə qədər tam riayət etmirlər.
Bir çox regionlarda stratosferin ozon qatının daha da çox azalmasının
baş verməsi qeydə alınmışdır. Məsələn, Antarktıdada 1979- 1992-ci illərdə
bu azalma 50% təşkil etmişdir.
1995-ci il fevral ayında «Rushidrometin» göstəricilərinə gorə Şimal
yarımkürəsində, xüsusilə Şərqi Sibirdən Urala qədər havada olan ozonun
miqdarının 40% azalması müşahidə edilmiş və bu hal 25 gün davam
etmişdir. 1995-ci ilin mart ayına qədər bu rəqəm 50 %-ə çatmışdrr.
Cənub yarım kürəsində «ozon yarığının» ümumi sahəsi 1995-ci ildə 10
mln km2 olmuşdur. Amerika mütəxəsisləri belə hesab edirlər ki, əgər bütün
ölkələr protokollara riayət etsələr onda freonun atmosferə daxil olması dayan
dırılar və XXI əsrin ortalarında 30 il bundan əvvəlki ozon qatı bərpa olunar.
67
Atmosferə atılan çirkləndirici maddələrin zəhərlilik dərəcələri və
onların təhlükə törətmə sinfi aşağıdakı cədvəldə verilmişdir.
Çirkləndiricilərin atmosferdə orta sutkalıq qatılığı
Cədvəl 6.1
Havanı cirkləndirən
Təhlükəlik Göstərilən konsentrasiyadan
əsas maddələr sinfi yuxarıda hava qatının vəziyyəti Təhlükə
törədə bilən
mq/m3
Təhlükəli
mq/m3
Fövqalədə
təhlükəli mq/m3
1 2 3 4 5
Qeyri üzvü
tozlar
IV 0,15 0,75 3,75
Kükürd qazı III 0,05 0,2 0,38
Azot oksidi II 0,085 0,255 0,765
Karbon oksidi IV 3,0 5,0 25,0
Karbohidrogenlər IV 1,5 7,5 37,5
His III 0,05 0,25 1,25
Fenol III 0,01 0,04 0,16
Qurğuşun I 0,0007 0,00126 0,00224
Hidrogen sulfıd II 0,008 0,024 0,072
Ammiak IV 0,02 1,0 5,0
Kükürd turşusu II 0,1 0,3 0,9
Xlor turşusu II 0,2 0,6 1,8
Formaldehidlər II 0,012 0,036 0,108
Civə I 0,0003 0,00054 0,00096
Flor birləşmələri II 0005 0,015 0,045
68
Ümumiyyətlə bütün maddələrin buraxıla bilən qatılığı üçün ən alçaq
qatılıq (təhlükə törədəbilən) götürülür. İki cür buraxıla bilən qatılıq istifadə
olunur. Maksimal birdəfəlik (20-30 dəqiqəlik) və orta sutkalıq.
Müəssisələrr üçün hər bir maddənin atmosferə atılan buraxıla bilən
həddi müəyyən edilir (ABH)
Atmosferə atılan buraxıla bilən hədd (ABH) aşağıdakı düsturlar
vasitəsilə hesablanır.
İsti tullantılar üçün:
Soyuq tullantılar üçün:
Bir neçə mənbəyin eyni zamanda tullantıları üçün:
Burada Vc=Vı+V2+.........Vn;
H mənbəyin yer səthindən məsafəsi, m;
Vq- Qaz qarışığının həcm sərfı, - m3/san.
∆ T-Tullantı qazın və havanın temperaturlar fərqi- C°
A-zərərli maddələrin üfuqi və şaquli çökməsini müəyyən edən
atmosferin temperatur qradientindan asılı əmsal (S-2/3 mq .0 C1/3)/q;
Zərərli maddələrin havada çökmə sürəti;
m və n -mənbədən qaz qarışığının çıxma şəraitindən asılı olan əmsal
69
D-mənbəyin diametri;
Vc - Qaz qarışığının həcmi, cəmi, m3/s;
V1, V2... Vn- hər bir mənbəydən atılan qazın həcmi sərfi.
Hesab zamanı fonda olan zərərli qazların qatılığıda nəzərə alınmalıdır.
Onda,
C+Cf<BBQ
olmalıdır.
Burada Cf - təmiz havada olan qazın qatılığı;
C - mənbədən atılan qazın qatılığıdır.
6.2. Hidrosferin çirkləndirilməsi
Hidrosfer dedikdə okeanlar, dənizlər, göllər, bataqlıqlar və yeraltı sular
başa düşülür. Hidrosfer planetin ən nazik qatı hesab olunur. O, planetin
çəkisinin 103%-ni təşkil edir.
Su həyat üçün vacib olan bir maddədir. Hər bir adam 1 ildə 1 tona
qədər su qəbul edir insan susuz 8 sutkadan artıq yaşaya bilmir. Bitkilərin
tərkibinin 90%-i sudan ibarətdir. Kənd təsərrüfatı içməli suyun əsas
istehlakçısıdrr. Su sənaye sahələri üçün lazım olan əsas vəsaitlərdən biridir.
Gücü 300 min KW olan bir elektrik stansiyası bir ildə 300 mln ton su işlədir.
İçməli su planetdə mövcud olan suların 2,5%-ni təşkil edir Dəniz
sularının 85%-ində duzluluq 35 q/l-ə qədərdir. İçməli sular planetdə qeyri-
bərabər şəkildə paylanmışdır. Onun 72,2%-i buzlaqlarda, 22,4%-i yeraltı
sularda, 0,35%-i atmosferdə, 5,05%-i göl və caylardadır. İnsanların
fəaliyyəti nəticəsində su hövzələri, çaylar qurudulur, kiçik çaylar yoxa çıxır,
yeraltı suların səviyyələri aşağı düşür.
70
Tərkibindəki duzların miqdarına görə sular 3 qrupa bölünur: 1) içməli
su (tərkibində l q/l-dən az duz olur), 2) duzlaşmış (25 q/l.- qədər) və duzlu
(25 q/l -dən çox) su
Okeanlarda duzun miqdarı 35q/l, Baltik dənizində 8-26 q/l, Xəzər
dənizində 11-13,5 q/l, Qara dənizdə 17-22 q/l təşkil edir.
Sularda mineral duzların miqdarı daima artır. Bunun səbəbi meşələrin
qırılmasında, sahələrin şumlanmasında, örüş sahələrin artmasında və s-dir.
Bu işlərin nəticəsində su torpaqda qalmayaraq onu nəmləndirmir, çaylar və
dənizlərə yol taparaq oraya axır. Belə proseslərin qarşısını almaq üçün süni
meşəsalmadan istifadə edilrlər.
Süni sututarlar mürəkkəb bir ekoloji sistem hesab edilir. Bu tutmalarda
ardıcıl olaraq hissəciklərin dəyişmə prosesi gedir.Müxtəlif hissəciklərin
yaranması hövzədə qeyri müvazinətlik yaradır.Bunun nəticəsində də suda
olan orqanizmlərin məhvi baş verir. Suda hissəciklərin tarazlığının
pozulması ekosistemin məhvinə gətirib çıxara bilir. Ekosistemin öz ilk
vəziyyətinə özünü təmizləmə prosesi adlandırılır. Bu proseslərdən ən
vaciblərinə aiddir:
-İri dispers hissəciklərin çökməsi və kolloidlərin kooqulyasiyası;
-Üzvi hissəciklərin oksidləşməsi (minerallaşma);
-Mineral hissəçiklərin oksidləşməsi;
-Turşuların neytrallaşdırdması;
- Ağır metalların duzlarının hidrolizi.
Su hövzələrinə axıdılan tullantı suları özünün temperaturu, mineral
tərkibi, oksigenin miqdarı, PH və zərərli hissəciklərin doyma dərəcələri ilə
xarakterizə edilir. Su hövzələrinin özünün hövzənin oksigen rejimindən
asılıdır. Tullantı suları göstəricilər ilə xarakterizə edilir:
71
-Suyun bulanıqlığı bu mutnometr vasitəsilə təyin edilir. Müqayisə üçün
etalon maye kaolinin suda həll olmuş məhlulu götürülür q/l -lə ölçülür.
Suyun rəngi. Bu dərəcə ilə ölçülür. Kobalt duzundan hazırlanmış
məhsulun rəngi əsasında təyin edilir;
Quru çöküntülər. Tam buxarlandıqdan soraa yerdə qalan duz və digər
bərk maddələrdən ibarətdir;
Suyun turşuluğu. PH sayı müəyyən edilir. Ph<7 olduqda mühit
turşuludur;
Suyun codluğu. Tərkibdə olan Ca2+ və Mg2+ duzlarrının miqdarından
asılıdır. Codluq üç növdən ibarət olur. Birinci,ümumi codluq - tərkibdəki
ionların sayından asılı olmayaraq kalsium və maqnezium duzlarının
miqdarından asılıdır. İkinci daimi codluq - 1 saat qaynadıldıqdan sonra
tərkibdə qalan Cl və SO2-4- müəyyən edilir (bunlar ayrılmırlar). Üçüncü,
codluq - müvəqqəti codluqdur ki, bu qaynadıldıqdan sonra aradan qaldırılır:
— Həll olmuş oksigen. Suyun temperaturundan və barometrik
təzyiqdən asdıdır, mq/l;
— Oksigenə olan bioloji tələbat. Tullantı sular tərkibində olan
mikroorqanizmlər tərəfindən udulan oksigendir. Bunun üçün kriteriya 20°C
temperaturda suda həll edilmiş oksigenin miqdarının 5 və ya 20 sutkadan
sonra azalma miqdarı götürlür.
Mənşəyinə görə tullantı suları 3 qrupa bölünür: məişət tullantı suları,
atmosfer və sənaye tullantı suları.
Su hövzələrində biokimyəvi proseslərin düzgün getməsi və suyun
özünü normal təmizləməsi üçün onda həll olmuş formada olan oksigenin
72
miqdarı kifayət qədər olmalıdır. Əks halda suda olan orqanizmlər məhv olar,
üzvü maddələr parçalanar və suyu cirkləndirən yeni maddələr əmələ gələr.
Sanitar normasına görə təbii su hövzələrində oksigenə olan bioloji
tələbat 3-6 mq O2/l H2O-dan artıq olmamalıdır. Tullantı sularında bu rəqəm
200-300 mq/1 həddində olur. Bu hal belə suların təmizlənməsi və ya ona
həlledicilərin əlavə edilməsin tələb edir.
Su hövzələrinə axıdılan tullantı suların yarısından çoxı demək olar ki,
təmizlənməmiş axidılır. Onların təmizlənməsi təmiz suyun əlavə edilməsi və
özünü təmizləmə prosesi ile baş verir. Məsələn, poluistrol emalı ilə məşğul
olan müəssisələrin tullantı suların zərərsizləşdirmək üçün ona 30 dəfədən
çox təmiz su qatmaq lazımdır. Sintetik kauçuk tullantı suları üçün isə 185
dəfə artıq təmiz su qatmaq lazımdır.
Onsuzda çatışmayan icməli suyun bu məqsədlə işlədilməsi böyük bir
problem yaradır. Dəniz və okeanların çirkləndirilməsi neft-qaz quyularının
qazılması və istismarı zamanı baş verir. Dəniz neft və qaz yataqlarının
işlənməsi zamanı neftlə dənizi çirkləndirmə mənbəyini iki yerə —
«istismar» və «qəza mənbələrinə ayırırlar. Qazma, istismar, neftin nəqlə
hazırlanması zamanı dənizə axıdılan cüzi miqdarda neft «istismar», tullanış,
açıq fantan, sualtı boru kəmərlərinin partlaması zamanı dənizə axıdılan
neftin mənbəyi «qəza» mənbəyi adlandırılır.
Məlumdur ki, dəniz neft yataqlarının kəşfı və işlənməsi zamanı kimyəvi
birləşmələrin tətbiqilə aparılan müxtəlif əməliyyatlar dənizi çirkləndirən
mənbələr rolunu oynayırlar. Bu hal xüsusilə quyuların qazılması
prosesinə#aid edilə bilər. Bioloji cəhətdən mürəkkəb olan yataqlarda
kəşfiyyat və istismar quyuları qazan zaman yuyucu məhlulun keyfiyyətinə
xüsusi tələb irəli sürülür. O, müxtəlif kimyəvi maddələrlə işlənilir və
hazırlaşdırılır.
73
Yuyucu mayenin struktur-mexaniki xassəsini tənzim etmək üçün üzvi
və qeyri-üzvi kimyəvi birləşmələrdən istifadə edilir. Bunlardan okzil, sunil,
nitroliqnin, KMS, PFLX, sulfanol, qrafit kaustik soda, paltar sodası,
kalsium-xlor, xrompik, gips alebastr və s. göstərmək olar. Yuyucu mayeləri
ağırlaşdırmaq üçün əsasən baritdən istifadə edilir. Baritin miqdarı yuyucu
mayenin lazım olan sıxlığından asılı olaraq götürülür və bu zaman 35%-ə
qədər çatır.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kimyəvi
işlənmiş və ağırlaşdırılımş yuyucu mayelər və həmçinin onların tərkibinə
daxil olan kimyəvi reagentlər və barit balıqlara və onların yem bazası olan
onurğasızlara məhvedici təsir göstərir.
Laboratoriya tədqiqatı nəticəsində müəyyən edilmişdir ki,qazılmış
süxur tərkibində, kimyəvi işlənmə intervalında 30-90% gil, 10-30%
ağırlaşdırıcı, 8%-ə qədər üzvi mənşəli kimyəvi reagent, o cümlədən 4 %-ə
qədər neft, 6%-ə qədər suda həll olan duzlar olur. Bu reagentlərin BBQ-ı
aşağıdakı hədd daxilində olmalıdır:
Gilli məhlul, q/1 0,5-1,0
Qazıma şlamı, q/1 0,5-dən az
Barit, q/1 0,5
KMS, mq/1 0,3 - 0,4
Nitroliqlin, mq/1 0,3 - 0,4
PFLX, mq/1 0,05 - 0,07
SSB m q/1 0,1-0,2
Xrompik, q/1 0,01-0,02
Əhəng, q/1 0,005-ə qədər
Xörək duzu, q/1 0,005-ə qədər
74
Tərkibində kimyəvi, işlənmiş və ağırlaşdırılmış yuyucu maye olan
qazılmış süxur dənizə titrəyən ələkdən və növ sisteminin təmizlənməsi
zamanı tökülə bilər. Kimyəvi işlənmiş yuyucu maye ilə çirklənmiş tullantı
sularının dənizə tökülməsi ələyin torunun və döşəmənin yuyulması və
həmçinin qazma nasosunun ştokunun soyudulması zamanı baş verir. Tul-
lantı suları tərkibində kimyəvi maddələrin miqdarı BBQ-dan yüksək olduqda
dəniz canlılarına məhvedici təsir göstərə bilər.
Dənizin çirklənməsinə başlıca səbəb təzahür, tullanış və açıq fantanla
əlaqədar olan qəzalardır. Təzahür və açıq fantanın qabağını almaq ətraf
mühitin mühafızəsinin əsas şərtlərindən biridir. Quyuların qazılması zamanı
təzahür, lay agentlərinin yuyucu məhlula daxil olaraq yer üzərinə
qalxmasıdır.
Açıq fantan quyuağzından neftin, qazın və suyun idarə olunmayan
axınıdır.
Qrifon, məhsuldar qatdan neftin, qazın və suyun çatlar və kanallar
vasitəsilə yer səthinə axmasıdır.
Açıq fontanın ləğvi müddəti müxtəlif faktorlardan aslıı olaraq, bir neçə
aya qədər davam edir. Bu başlıca olaraq fantanın mürəkkəbliyindən və
qrifon yaranmasından asılıdır. Fontan məhsulu olan neft küləyin və dəniz
dalğalarının təsirilə dəniz səthində yayılaraq, geniş sahəni əhatə edir. Açıq
fantan yer dərinliyinə və ətraf mühitə həddindən artıq ziyan vurur.
Okean və dənizlərin çirklənməsinin başlıca səbəblərindən biridə dəniz
neft nəqliyyat vasitələridir. 60-cı illərdən neftin dənizlə nəqli kəskin
artmışdır. 1967-ci ildə «Torrey Canion» tankerində baş verimiş qəzadan
Böyük Britaniyanın Cənubi-qərb sahilinə min ton neft axıdılmışdır. Bu
sahilkənarı fauna və floraya külli miqdarda ziyan vurmuşdur. Bu qəzadan
sonra dəniz-neft-nəqli sahəsinin təhlükəli olduğu hamı tərəfindən qəhul
75
edilmişdir. Bununla əlaqədar 1973-cü ildə “ MARPOL-73/78” konvensiyası
qəbul edilmişdir. Konvensiya dənizdə neftin nəqli üçün tələblər irəli
surmüşdür.
Sahil sularının AES tullantı suları vasitəsilə radioaktiv çirklənməsi baş
verir. Radioaktiv izotoplar su biotopları və dib çöküntüləri tərəfındən tez bir
zamanda mənimsənilir. Bunun nəticəsində suyun özündə radioaktivlik azalır.
Ancaq su fauna və floralarında radioaktivlik bir neçə dəfə normadan artıq
olur.
Radioakıiv maddələrin biotop və dib coküntüləri tərəfındən udulma
miqdarı suyun PH-dan, dib çöküntülərinin xassəsindən, ilin fəslindən,
temperaturdan və s. asılıdır.
Məsələn Co-60, Sr-90, Cs-197 su otları tərəfındən udulma dərəcələri
işıqdan asılıdır.
Bitkilərin canlı lifləri Fe-59-u özündə yaxşı saxlayır və s.
6.3. Litosferin çirkləndirilməsi
Yer kürəsinin quru hissəsinin sahəsi 149,1 mln kvadrat kilometrə
bərabərdir.,Bu sahənin yalnız 129 mln kvadrat kilometri, yəni 86,5%-i
torpaq sahəsidir. Torpaq sahəsinin 25%-i otlaq,10 %-i müxtəlif bitkilər,
qalan faiz isə əkinçilik üçün istifadə edilir (25-32 mln km2). Torpaq əsas
qida mənbəyidir. O, bərk, maye və qaz fazalarından ibarətdir. Dərinliyə
getdikcə torpaqda olan üzvü maddələrin və canlı orqanizmlərin miqdarı
azalır.
Torpağın bərk hissəsi mineral və üzvü maddələrdən ibarətdir. Dispres
halına görə mineral maddələr iki qrupa bölünürlər: diametri 0,001 mm-ə
bərabər və ondan kiçik olan mineral maddələr. Torpağın bərk hissəsinin
hava və ya su dolmuş hissəsinə onun məsaməliliyi deyilir. Torpağın mineral
76
hissəsi oksidləşmiş və ya duz şəkilində olan Si, Al, Fe, K, Na, Mg, Ca, P, S
və digər kimyəvi elementlərdən ibarətdir.
Torpağın tərkibinə daxil olan üzvü maddələr əsasən karbon, oksigen,
hidrogen, azot, fosfor, kükürd və s. birləşmələrdən ibarətdirlər. Əksər
kimyəvi elementlər torpaq məsamələrində olan sularının tərkibində həll
olmuş şəkildə olurlar. Məsaməliliyin boş qalan hissəsində hava yerləşir.
Torpağın səthinə yaxın olan hissəsində N2, O2, CO2 qazları toplanır.
Yaşıl bitkilər atmosferdən karbon qazını, torpaqdan su və mineral
maddələri udaraq, işıq enerjisindən istifadə edərək mineral birləşmələr
yaradırlar ki, bu da heyvanlar üçün əsas yem mənbəyi olur.
Heyvanat, bakteriya, üzvü maddələr fiziki və kimyəvi təisirdən
parçalanaraq torpaq «humusuna» çevrilir. Parçalanmaya məruz qalmayan
hissələr torpağın fauna və mikroorqanizmlərinin hərəkətinə şərait yaradır
(qaz mübadiləsi, istilik rejimi, nəmlik).
Münbit torpağın əmələ gəlməsi bir neçə yüz və ya min illər ərzində baş
verir. İnsanların fəaiiyyətinin nəticəsində münbit torpaqlar kəskin
çirkləndirilir, onların məhsuldarlığı xeylil aşağı düşür. Torpağın
məhsuldarhğının azalması əsasən aridləşmə və eroziya nəticəsində baş verir.
Aridləşmə torpağın nəmliyinin azalması üzrə kompleks təsirlərin nəticəsidir.
Eroziya külək, su, texniki təsir nəticəsində torpağın dağıdılmasıdır.
Şoranlaşma əsasən suvarma prosesində olan pozuntuların nəticəsində
yaranır.
Alimlərin fıkrinə görə bir nəfər insanı qidalandırmaq üçün 0,1 hektar
sahəni əkmək lazımdır. Hal-hazırda mövcud torpaq sahəsi 6 mlrq insanı
yedirtmək iqtidarına malikdir. Torpağın intensiv çirklənməsi, tullantılar
vasitəsilə onun tutulması əkin sahələrinin azalmasına gətirib çıxarır.
77
İri şəhərlərin, əlvan və qara metal, kimya və neft-kimya,
maşınqayırma, sənaye müəssisələri, istilik-elektrik stansiyalarının əhatə
etdikləri torpaq sahələri ağır metallarla, neft məhsulları, kükürd və digər
maddələrlə ciddi çirkləndirilir.
Quruda qazılan və istismar olunan neft quyuları torpağı çirkləndirən
əsas mənbələrdəndir.
Quyuların qazılması zamanı hər bir buruq sutka ərzində 100-120 m3 su
işlədir. Adətən quyu ətrafında kifayət həcmdə gil, yağlayıcı maddələr,
kimyəvi reagentlər, qazılmış süxurlar, duzlar və s.ilə çirklənmiş su yığnağına
rast gəlmək olur. Bu sular tullantı suları adlandırılır. Laboratoriya
tədqiqatları ilə müəyyən edilmişdir ki, tullantı sularının fıziki-kimyəvi
tərkibi əsasən onunla qarışmış qazma məhlulunun və kimyəvi reagentlərin
miqdarından asılıdır. Ukrayna METL-da müəyyən edilmişdir ki, qazma
tullantı sularında mexaniki qarışığın miqdarı 100-4618 mq/l,üzvi maddələrin
miqdarı 53-3052 mq/1 və neft məhsullarının miqdarı isə 8,8 - 210 mq/1
həddində dəyişir.
Tullantı suları tərkibində olan bioxromat oksidi 7,3-520 mq/O2 / l, başqa
maddələrin oksidləri isə 9,5-5191 mq/O2/l miqdarındadır. Bu tullantı suları
torpaq daxilində olan canlı orqanizmləri məhv etmək xüsusiyyətinə malik
olur.
Qeyd etmək lazımdır ki, qazma məhlulunun özü, xüsusilə neft əsaslı
qazma məhlulu ətraf mühit üçün kifayət dərəcədə təhlükəlidir. Adətən
çirklənmə qazma məhlulunun quyudan daşımasından, tullanışından, işlənmiş
məhlulun ətrafa dağılmasından və s.yaranır.
Neft və qaz quyularının istismarı, təmiri, neft və qazın yığılması zamanı
ətraf mühitin çirklənməsi baş verir. Quyuların istismarı zamanı hasilatın
sabit saxlanılması və ya artırılması üçün ardıcıl olaraq quyularda müxtəlif
78
geoloji texniki tədbirlər həyata keçirilir. Adətən bu tədbirlər müxtəlif üzvi və
sintetik kimyəvi maddələrdən istifadə etməklə aparılır. Quyuların istismarı
zamanı mürəkkəbləşmələrlə və texnoloji rejimin pozulmasıı ilə mübarizə
tədbirləri müxtəlif kimyəvi maddələrin tətbiqi və bir neçə texnoloji prosesin
həyata keçirilməsi aparılır. Bu əməliyyatların yerinə yetirilməsi zamanı ətraf
mühitin çirklənməsi baş verə bilər.
Dənizneftqaz tərəfindən quyuların istismarı zamanı ətraf mühiti
çirkləndirən maddələr aşağıdakı ardıcıllıqla verilmişdir
— neft;
— yanacaq sürtkü materialları;
— neftli qum;
— səthi aktiv maddələr (SAM);
— mədən tullantı suları;
— kimyəvi həlledicilər — absorbent, pirokondensit;
— turşular, duz, sirkə, flor turşusu;
— tərkibində neft olan lay suları;
— tərkibində kimyəvi işlənmiş məhlul olan tallantı suları;
— parafinlər.
Kimyəvi işlənmiş və ağırlaşdırdmış məhlullar, qazımadan fərqli olaraq
quyuların istismarı zamanı ətraf mühitin çirkləndirilməsinə daha çox təsir
göstərir.
Quyu məhsulu tərkibində böyük miqdarda lay suyu olduqda atqı
xəttində, boru kəmərində və nasos-kompressor borularında duz, qum və
parafin çökməsi təsadüf edilir. Buna qarşı mübarizə üçün kimyəvi üsuldan
istifadə edilir. Quyu döşəməsində tutucu vasitə olmadıqda ətraf neft, lay
suyu və turşu ilə çirklənir.
79
Quyudibi zonada keçiriciliyi artırmaq məqsədilə, hidroqum şırnağı,
turşu, termiki təsir və kimyəvi işləmə metodları tətbiq edilir. Bu əməliyyatlar
yeraltı avadanlığın bəzən qaldırılması prosesi ilə aparılır. Avadanlığın
qaldırılıb qaldırılmamasından asılı olmayaraq quyuətrafı zona gilli məhlul,
SAM, turşu və kimyəvi həlledicilərlə çirklənməyə məruz qalır.
Qeyd etmək lazımdır ki, ətraf mühitin çirklənməsi yer üzərinə neftin
təbii olaraq öz-özünə çıxması nəticəsində də baş verir. Bu hala cənubi
Kaliforniyada, Karib dənizində, Meksika və İran körfəzlərində, Azərbaycan
və Komidə rast gəlmək olar. Təbii yolla yer səthinə qalxan bu neftlər
çıxarılan neftdən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər.
Neft və qazın çıxarılması, hazırlanması, nəqli və saxlanılması zamanı
boru birləşmələrindən, hermetikliyin pozulma sahələrində siyirtmə və
kipgəclərdən sızma ətraf mühiti çirikləndirən potensial mənbə sayılır.Yığım
məntəqələri və mədən rezervuar parklarında neftin boşaldılmasi və ya
rezezrvuarlarin təmizlənməsi zamani neftn çirkli suyu kanalzasiya sisteminə
axıdılır ki, bu da çirkab sularinin çirklilik dərəcəsini daha da artirir.
Rezervuarlardan neftin sizması onların dibində yaranan karroziyanin
təsirindən baş verir.
Müasir dövürdə azkeçirici laylar daxilində təbii rezervuarlar qaziyaraq
orada neft və qaz məhsulları yiğilar.Lakin bu rezervuarlardan da sızma,
filitrasiya, buxarlanma baş verir ki, bu da su hövzələrini və torpaği
cirkləndirir.
Boru kəmərləri ətraf mühitin çirkləndirilməsi üçün daha təhlükəli
sayılır. Kəmərdən axan neft məhsulları bəzən hiss edilmədən davam edir.
Müəyyən edilib ki, 2 t axan neft 1000 m2 torpaq sahəsini əkinə yararsız edir.
Neftin neft-qaz yığım kollektorlarından və texnoloji qurğularindan qəza
nətiçəsində ətrafa dağılması xarakterik bir hadisə kimi qalmaqdadir.
80
Kanalizasiya sistemi olmadıqda və ya pis işlədikdə bu tip tullantılar yaxında
yerləşən su hövzələrinə bataqlığa axıdılır ki, bunun da nətiçəsində su
hövzələri və qrunt suları cirkləndirilir.
Beləliklə torpağın çirkləndirilməsi orada olan mikroorqanizmlərin
məhvinə səbəb olaraq torpaq məhsuldarliğını azalmasına səbəb olaraq torpaq
məhsuldarlığının azalmasına səbəb olmaqla yanaşı torpaqda potensial
şəkildə kanserogen maddələrin yığılıb qalmasıa səbəb olur.
VII FƏSİL. ƏTRAF MÜHİTİN TULLANTILARDAN
MUHAFİZƏSİ
Artıq məlumdur ki, ətraf mühitə istehsalatın çoxlu miqdar da qaz, maye
və bərk halında olan tallantıları atılır. Bu da suyu, torpağı və havanı
zəhərləyir, ətraf mühiti çirkləndirir və bununla da canlı aləmə böyük zərər
vurur . Ona görə də bütün dünya ictimaiyyəti qarşısısında duran və həllini
gözləyən bir nömrəli problem, ətraf mühitin mühafizəsi məsələsidir.
Ekoloji problemin həlli əsasən, iki istiqamətdə həyata keçirilir.
1. Sənayedə istehsal tullantılarının qarşısını alan texnoloji proseslərin
yaraddması. Burada tullantısız və az tullantılı texnologiyanın tətbiqi nəzərdə
tutulur.
2. Tullantıların zəhərləyiçi və cirkləndirici maddələrdə təmizlənməsi.
Bu proses üç istiqamətdə aparılır:
a) qaz halında olan tullantıların təmizlənməsi və onlardan istifadə
edilməsi;
b) istehsalatın çirkab sularının təmizlənməsi və onlarda təkrar istifadə
edilməsi;
c) bərk tullantıların təmizlənməsi və onlardan təkrar xarnmal kimi
istifadə olunması (qapalı texnologiyanın tətbiqi).
81
7 .1. Tullantı qazlarının təmizlənməsi və
zərərsizləşdirilməsi yolları
Atmosfer havasını cirkləndirən əsas mənbələrə sənaye müəssisələri,
nəqliyyat, istilik elektrik stansiyaları, kənd təsərüfatı kompleksləri aid edilir.
Sənaye müəssisələri tərəfindən atmosferə CO2, CO, NH3 S02, NOx, HF,
HCL, H2S, karbohidrogenlər və başqa zəhərli və zərərli maddələrin
atılmasına rast gəlmək olur.
Mənbələrdən məlumdur ki, cirkləndiriçi maddələr atmosferə ardıcıl və
ya dövri, ani və yaylım şəklində daxil ola bilir. Yayım şəklində atmosferə
tullanan maddələr qaz-buxar-bərk–maye qarışığından ibarət olur. Atmesferə
tullanan qazlar adətən ikifaizli sistemindən (asılı şəkildə bərk və maye)
ibarət olur. Əsas faza qaz, dispers faza isə bərk və maye hissəçiklərindən
ibarət olan aerozol adlanır.
Aerozallar toz, duman və tüstü şəklində olurlar.Adətən, tozların tərkibində
ölçüsü 5-50 mkm tüstülər isə ölçüsü 0,1-5 mkm bərk madddələdən ibarət
olur. Dumanlar qaz daxilində ölçüsü 0,3-5 mkm səpələnmiş maye
damcılardan ibarət olur.
Qeyd etmək lazımdır ki, isti və ya soyuq təmizlənmiş və ya
təmizlənməmiş qaz tullantıları mütəşəkkil və qeyri-mütəşəkkil şəkildə olur.
Atmosferin çirklənməsinin azaldılması üçün istehsaldaa texnoloji prosesin
təkmilləşdirilməsi, avadanlığm hermetikliyinin artırılması, pnevmatik
nəqliyyat vasitələrindən istifadə,müxtəlif təmizləyici qurğuların tətbiqi
metodlarından istifadə edilir. Tullantıların miqdarının azaldılması üçün ən
səmərəli sayılan istiqamətlərdən biri çıxarsız qapalı texnoloji prosesin tətbiq
edilməsidir. Lakin burada qazın özünün çirkləndirici maddələrdən
təmizlənməsi və zərərsizləşdirilməsi məsələsi əsas problemlərdən biri kimi
qalmaqdadır. Ayrılan qazı aerozoldan təmizləmək üçün tərkibində olan
82
maddələrin xassələrini və onların effektiv tutulması yollarmı bilmək
lazımdır.
Qaz tərkibində olan maddələrin effektiv tutulması, qaz təmizləyici
qurğuya vahid zamanda daxil olan qaz axını tərkibində olan materialın hansı
hissəsinin tutulmasmı göstərir.
Təmizləmə effektliliyi aşağıdakı düsturla təyin edilir.
burada - qaz tərkibindəki toz hissəciyinin aparata daxil olan
və xaric olan çəki sərfi, kq/san -aparata daxil olan və ondan çıxan
qazın həcmi sərfı, m3 /san; C /C//aparata daxil olan və ondan çıxan qaz
tərkibindəki hissəciklərin qatılığı, kq/m3; - tutulmuş tozun miqdarıdır,
kq/san.
Məlumdur kı, qazın hissəcıklərdən təmızlənmə erffektıvlıyi müxtəlifdir
və onların ölçülərindən asılıdır. İri fraksiyalar daha yaxşı tutulur.
Qazın tam təmizlənməsinə bir neçə ardıcıl qoşulmuş aparatlar vasitəsi
ilə nail olmaq olar. Belə təmizlilik dərəcəsi aşağıdakı düsturla tapılır:
burada η1, η2, ηn — müvafıq aparatda qazın təmizlənmə dərəcəsidir.
Müasir dövrdə, sənaye müəssisələri tərəfindən atmosferə atılan çirkli
qazlar quru mexaniki toz tutucular, filtr yaş toztutucular və elektrofıltrlər
vasitəsilə təmizlənir.\
Quru mexaniki toztutucularda əsasən tozların çökməsi «qravitasiya»,
«ətalət» və «mərkəzdənqaçma» mexanizmi ilə əldə edilir. Bu prinsipdə
işləyən aparatlarda tozun tutulmasi əksər hallarda kifayət dərəcədə olmadığı
üçün, bunlarda qazların ilkin təmizlənməsi prosesi aparılır.
83
«Qravitasiya» prinsipi ilə işləyən tozçökdürücü kameraların prinsipial
sxemləri aşağıda göstərilmişdir (şəkil 7.1).
a- sadə kamera; b -arakəsməli kamera; c – çoxtaxçalı kamera.
Qazın effektiv təmizlənnəsi üçün onun daxilində olan hissəciklərin
kamerada qalma müddəti mümkün qədər çox olmalıdır.
Stoks qanununa əsasən, çoxpilləli kamerada tozun hansı minimal
diametrinin çökəcəyi təyin edilir:
burada Vr –qazın həcmi sərfı, m3/m; μr — özlülüyün dinamik əmsalı, Pa. san;
B və L— kameranın eni və uzunluğudur, m;ρh ,ρq –hissəciyin və qazın
sıxlığıdır.
«Ətalət » prinsipli toztutucular. Qaz axınının istiqaməti birdən-birə
dəyisdikdə onun daxilində olan hissəciklər ətalət üzrə öz hərəkətini əvvəlki
istiqamətdə davam etdirir və qaz axının istiqaməti dəyişdikdən sonra
çökürlər (şəkil 7.2).
Belə aparatlarda ölçüsü 25-30 mkm olan hissəciklərin çökmə çökmə faizi
65-80 % həddində olur.
84
Şəkil 7.2. Ətalət toztutucusu:
a)- arakəsməli; b) — qaz axının səlist dönməsi; c)- genişlənən
konuslu; ç) — qazın yandan verilməsi
« Mrkəzdənqaçma» prinsipi ilə işləyən toztutuculara siklonları aid
etmək olar (şəkil 7.3). Şəkildən göründüyü kimi qaz siklon daxilində
fırlanaraq, əvvəl yuxarıdan aşağıya, sonra aşağıdan yuxarıya hərəkət edir.
Toz hissəcikləri mərkəzdən qaçma qüvvəsi ilə divara atılılr və divarla
siklonun dibinə sürüşərəkdən hərəkət edir. Bu qurğular hissəciklərin
ftıtulma, effektliyi η qaz axını sürəti ilə düz, siklonun diametri ilə tərs
mütənasibdir. Effektliyin artırılması üçün siklon diametrinin azalddması
daha məqsədəuyğundur.
Şəkil 7.3. Siklon:
85
a) — vahid; 1 — giriş borusu; 2 — atqı borusu; 3 — silindr formalı kamera;
4 — konusşəkilli kamera; 5 — tozçökdürən kamera; b) — qrup şəkilli; 1 —
giriş borusu; 2 — təmiz qaz kamerası; 3 — həlqəvi diffızor; 4 — siklon
elementi; 5 — bünker; 6 — toz qıfılı
«Mərkəzdənqaçma» prinsipi ilə işləyən toztutuculara «burulğan»
toztutanları da aid etmək olar (şəkil 7.4) Bu toztutanları siklonlardan
fərqləndirən əsas cəhət onlarda qaz axınını fırlanmağa məcbur edən əlavə
vasitənin prinsipi əsasında qazı hissəciklərdən təmizlənməsidir.
Şəkil 7.4. Dinamiki toztutucu:
1 -hələzun; 2 — siklon; 3 — tozyığılan tutum
Filtirdə qazın təmizlənməsi qaz axını məsaməli arakəsmədən keçdiyi
zaman daxilindəki hissəciklərin bu məsamələrdə saxlanması prinsipinə
əsaslanır.
Filtirləyici arakəsmələr lifli və danəli elementlərdən ibarət olurlar. Lifli
filtirlər parçalardan və mineral liflərdən ibarət olur. Bu filtrlərin ölçüsü 50-
10 mkm olan toz hissəciklərini tutmaq qabiliyyətinə malikdir. Bunlar əsasən
dispers fazanın konsentrasiyası 0,5 -5 mq/m3 olduqda tətbiq edilir.
Danəli filtirlər, əsasən yüksək temperatur və təzyiq şəraitində aqressiv
mühitlərdə işlədilir. Bu tip fıltrlərdə danələr müəyyən müddətdən sonra
təmizlənərək əvvəlki halını bərpa etmək qabiliyyətinə malikdir.
86
Elektrik filtirləri : Böyük həcmdə olan qazları toz və yağ
dumanlarından təmizləmək üçün istifadə edilir (şəkil 7.5).
Şəkil 7.5. Elektrik fıltrləri
a) Vertikal boru şəkilli birqütblü, birbölməli
b) Horizontal lövhə şəkilli birqütblü, bir bölməli
c) Horizontal birqütblü, iki bölməli.
1- elektrik qidalayıcısı. 2- izoləedici; 3- baş elektrod; 4- çökdürücü
elektrodlar; 5-ionizatorun mənfı elektrodları; 6-ionizatorun müsbət
elektrodları.
Elektrik filtrlərinin iş prinsipi toz hissəciklərinin elektrik sahəsində
çökməsinə əsaslanır.
Çirkli qaz gərginliyi 60000 V-a qədər olan elektrod ətrafından keçdikdə
onun daxilində olan tozlar ionlaşaraq elektriklə yüklənirlər. Yüklənmiş
hissəçiklər çökdürücü elektroda yaınlaşaraq onun üzərinə yığılır. Çökdürücü
87
elektrod quru olduqda onun üzərinə yığılan tozlar silkələnmə, yaş olduqda
yuma yolu ilə ondan ayrılır.
«Yaş toztutucularda» isladıcı maye rolunu su yerinə yetirir. Suyun
axına təsiri üsulundan aslıı olaraq, bu qurğular 8 növə bölünür:
1. İçərisi boş qazyuyucu.
2. Taxma maneəli.
3. Nimçəli.
4. Hərəkət edən taxmalı.
5. Zərbə-ətalət təsirli.
6. Mərkəzdənqaçma təsirli.
7. Mexaniki qazyuyucu.
8. Sürətli qazyuyucu.
Qaz axını mayeə ilə görüşdükdə fazalararası toxunma səthləri yaranır.
Bu səthlər qaz qabarcıqlarından, qaz və maye şırnağından, damcı və maye
pərdəsindən ibarət olur. Aşağıdakı sxemlərdən toztutucuların iş prinsipini
aydın görmək olar (Şökil 7.6, 7, 8).
Şəkd 7.6. Nəm toztutucu:
88
a) -içiboş forsunkaiı: 1-gövdə; 2- forsunka. b)-en kəsik boyunca
suvarma: 1- gövdə; 2-forsunka; 3-suvarıcı qurğu; 4 -şəbəkə; 5 -oymaq; 6-
şlamyığan.
Şəkil 7.6-dan göründüyü kimi oymaqlardan (5) çıxan qaz gələn su ilə
görüşür, toz islanaraq ağırlaşıb şlam şəklində şlamyığana çökür.
Şəkil 7.7-də çirkli qaz kürəşəkilli məhdudlaşdırıcılar zonasında su
şırnağı ilə görüşür və toz hissəciyi kürə qatından yuxarı qalxa bilmir.
Şəkil 7.7. Qazyuyucular:
a) -silindr qatlı; 1 -şəbəkə; 2- kürə oymaqlar; 3- məhdudlaşdırıcı şəbəkə; 4 -
suvarıcı; 5- tutucu; b,c)- konus qatlı: 1 -gövdə; 2 -şəbəkə; 3 - kürə qatı; 4--
tutucu; 5 - məhdudlaşdırıcı şəbəkə; 6 - forsunka; 7- tutum.
Şəkil 7.8-də verilmiş kopüktutucu qurğu boşalma (a) və daşma (b)
prinsipi ilə işləyir.
89
a)- boşalma prinsipi ilə işləyən; b)-daşma prinsipi ilə işləyən; 1- gövdə;
2 -nimçə; 3 - qəbul tıxacı; 4 -astana; 5 -boşaltma hissəsi; 6 -suvarıcı.
Absorbsiya metodu ilə qazların təmizlənməsi qaz və məhlulun qarşı
lıqlı təsiri prinsipinə əsaslanır.
Uducu və qazdan ayrılan komponentin qarşılıqlı təsirlərinin
xüsusiyyətlərindən asılı olaraq, absorbsiya fıziki və kimyəvi metodlara
bölünür. Maye fazasında kimyəvi reaksiya gedən zaman absorbsiya olan
komponent uducu ilə reaksiyaya girir. Fiziki absorbsiyaya nisbətən, sərhəd
səthlərində konsentrasiya artdığına görə, udulma sürəti artir. Bu zaman
kimyəvi reaksiyanm sürəti artdıqca absorbsiya sürəti artır. Bu artıma, həm-
çinin mayenin tarbulizasiyası dərəcəsi də təsir edir. Eyni zamanda iki qaz
absorbsiya olarsa, bu zaman absorbsiya sürəti azalır. Ayrılan qazları kükürd
iki oksidindən (SO2) təmizləmək üçün sudan, sulu məhlullardan, qələvi
duzlarının suspenziyalarından və qələvi metallardan istifadə edilir. Su SO2
absorbsiyası belə bir reaksiya ilə gedir:
90
SO2 suda zəif həll olduğu üçün təmizləməyə çox miqdarda absorber
lazım gəlir ki, bu da çox enerji sərfınə səbəb olur. Kükürd 2-oksid əhəng və
əhəngdaşı ilə daha effektli və az xərclə qazdan ayrılır. Təcrübədə əhəngdaşı,
lil, dolomit və melgeldən istifadə edilir.
Suspenziya kimi təmizləmədə üyüdülmüş əhəng daşından hazırlanmış
məhluldan istifadə edilir (şəkil 7.9). Bu metodda avadanlığın korroziyası və
eroziyası yaranır. Suspenziyaya karbonat turşusu və manqan-sulfat əlavə
etməklə (MnSO4) gips çökməsinin qarşısı alınır və proses əlverişli şəraitdə
gedir.
Qazların SO2 təmizlənməsi üçün istehsalatın qələvili tullantı sularından
da istifadə edilir. Kül suspenziyalarının tətbiqi ilə qazların təmizlənməsi
işlənib hazırlanmışdır.
Şəkil 7.9. Kükürd iki oksidin absorbsiyası:
a)- dəniz suyu ilə; 1- elektrofiltr; 2,3 -absorberlər; 4 -qızdırıcılar; 5 -
reaktor; b) -əhəngdaşı ilə: 1-absorber; 2-yığıcı; 3 -vakuum -filtr
Göstərilən təmizlənmə metodlarından başqa, absorbentlərin
regenerasiyası ilə gedən metodlar da tətbiq edilir. Burada əsasən, uducular
regenerasiya edilərək təkrar istifadə edilir, ayrılan komponentdən isə bu və
ya digər kükürd tərkibli maddə alınmasında istifadə edilir. Təbii qazlar, neft,
kokskimya qazları tərkibində H2S çox rast gəlinir. Bu qaz yüksək korroziya
91
yaradan qaz hesab edilir. Qazların H2S-dən təmizlənməsi üçün vakuum-
karbonat metodundan, fosfat prosesindən, mərgümüş-qələvi «stretford»
prosesindən, qələvi hidroxinin və s. metodlardan istifadə edilir.
Vakuum-karbonat metodunda H2S qaz tərkibindən natrium karbonat və
ya kalium-karbonat məhlulları ilə udularaq ayrılrr.
Fosfat prosesində H2S absorbsiyası 40-50 faiz kalium-fosfatla aparılır:
Mərgümüş qələvi metodunda absorbentdən asılı olaraq mərgümüş soda
və ya mərgümüş ammoniyak götürülür.
«Stretford» üsulundan absorbsiya üçün tərkibində vanadium, natri-
ammonium antroxinon olan qələvi tətbiq edilir.
Qazları CS2 və RSH (merkaptan)-dan təmizləmək üçün əvvəlcə onları
dəmir-xrom katalizatorlarının tətbiqi ilə 400-500°C qızdırıb H2S-ə çevirib,
sonra 22°C-də H2S ilə təmizləyirlər. Merkaptan az miqdarda olduqda qələvi
ilə onu təmizləmək mümkündür.
Neft-kimya sənayesində və yanacağın yanması zamanı ayrılan qazlar
tərkibində azot-oksidi mühüm yer tutur. Təcrübədə ən çox ayrılan qazlar NO
və NO2 qazlarıdır. Azot-oksidini qazdan ayırmaq üçün su və qələvi ilə
absorbsiya metodlarından istifadə edilir.
Kükürdlü yanacaqların yanmasından ayrılan qazların tərkibində kükürd
iki oksid və oksidlər olur. Bu qazları tutmaq üçün kompleks metodlardan
istifadə edilir.
Ayrılan qazları adsorbsiya üsulu ilə də təmizləyirlər. Bu metod
qazların tərkibində cüzi miqdarda qazşəkilli və buxarşəkilli qarışıq olduqda
tətbiq edilir. Absorbsiya metodundan fərqli olaraq, adsorbsiya metodu
92
qazlan yüksək temperaturda təmizləmək qabiliyyətinə malikdir. Adsorbsiya
metodu fiziki və kimyəvi metodlardan ibarətdir. Fiziki adsorbsiyada qazlar
və buxarların molekulları Vander-Vaals qüvvəsilə, kimyəvi adsorbsiyada isə
kimyəvi qüvvə ilə tutulub saxlanılır. Adsor-bent kimi məsaməli
materiallardan istifadə edilir. Sənayedə istifadə edilən adsorbemtlərə misal
aktiv kömürü, silkageli, alyumageli, seoliti və poniti göstərmək olar.
Göstərilən adsorbentİər zəhərli qarışıqları aşağı təzyiqlərdə udmaqla
onlarla reaksiyaya daxil olur.
Məsələn, etilbenzol istehsalında ayrılan benzolu və hidrogen-xloridi
tullantı qazların tərkibindən ayırmaq üçün adsorbent kimi aktiv kömür,
absorbent kimi yeyici qələvi məhlulu götürülür. Benzol buxarları aktiv
kömür tərəfindən, hidrogen-xlorid qazı isə məhlul vasitəsilə udulur. Sonra
kömürlə udulan benzol su buxarı ilə desorbsiya olunur, qurudulur və
istehsalata qaytarılır. Yeyici qələvi ilə hidrogen-xloridin qarşılıqlı təsirindən
əmələ gələn natrium-xlorid məhlulu isə xlor, kaustik soda və s. istehsalında
xammal kimi işlədilir. Beləliklə, həm tullantı qazlar zərərsizləşdirilir, həm
də tullantıdan ikinci xammal kimi istifadə olunur.
Adsorbsiya prosesləri həm fasiləli, həm də fasiləsiz ola bilər. Fasiləli
proseslərdə işlənmiş adsorbent ya yenisi ilə əvəz edilir, ya da su buxarı ilə
onun aktivliyi bərpa olunur.
Fasiləli proseslərə hipersorbsiya da deyilir. Bu halda adsorbent və
təmizlənmiş qaz qarışığı aparatda əks axın prinsipi üzrə hərəkət edir.
Katalitik təmizləmə üsulu da geniş yayılmışdır. Bu üsul qarışıqdakı
komponentlərdən birinin digəri ilə, yaxud hər hansı bir komponentin
katalizatorla qarşılıqlı təsirinə əsaslanır. Bu yolla əmələ gələn yeni maddələr
zərərsiz olmalı və qarışıqdan asan ayrılmalıdır. Bu üsul heterogen-katalitik
proseslə-rin qanunauyğunluqlarma əsaslamr. y
93
Əksər hallarda tullantı qazlarda olan faydalı qaz qarışıqlarını ayırmaq
üçün katalitik oksidləşmə metodundan istifadə olunur. Bu prosesdə tətbiq
olunan katalizator müxtəlif amillər nəzərə alınmaqla seçilir. Məsələn,
tullantı qazlarda karbohidrogenlər olduqda tətbiq olunan katalizatorları üç
qrupa bölmək olar:
1. Odadavamlı daşıyıcı üzərinə hopdurulmuş metal katalizatorlar
(platin, palladium, nikel, mis, gümüş).
2. Yarımkeçirici katalizatorlar (daşıyıcı üzərinə hopdurulmuş kobalt,
manqan, vanadium oksidləri, manqan 4- oksid, mis 2 -oksid qarışığı,
hipkalit, kobalt, mis və maqneziumun xromatları - şpinellər və s.).
3. Duzlar - sink-xlorid, bismut, qalay və kobaltın vanadatları.
Tullantı qazların tərkibi çoxkomponentli olduğuna görə katalizatoru
seçmək çətin olur. Oksidləşdirici katälizatorun aktivliyi əvvəlcədən təyin
edilir.
Hazrrda təkmilləşdirilmiş təmizləmə üsulları tətbiq etməklə
katalizatorun miqdarını azaltmaq mümkün olmuşdur.
Katalitiv təmizləmə proseslərinin gedişinə bir sıra amillər təsir göstərir.
Bunlardan katalizatorun təbiətini, tullantı qazların tərkibini və temperaturu
göstərmək olar. Temperaturun artması katalizatorun aktivliyini artırır və
təmizləmə prosesi daha dərin gedir.
7.2. İstehsalat sularının təmizlənməsi və
zərərsizləşdirilməsi yolları
Məlumdur ki, ətraf mühitin qorunması üçün həyata keçirilən sanitariya-
texniki tədbirlər arasında istehsalat sularının təmizlənməsi xüsusi yer tutur.
Bu sahədə tətbiq olunan bioloji təmizlənmənin ən müasir metodları belə
çirkab suların tam təmizlənməsini təmin etmir. Müxtəlif təmizləmə
metodlarının tətbiq edilməsinə baxmayaraq, davamlı çirkləndiricilər sudan
94
ayrılmır və su ilə birlikdə dənizlərə, göllərə və digər su hövzələrinə daxil
olur. Suların tam təmizlənə bilməməsinin əsas səbəbi, istehsalat sularını
çirkləndirən maddələrin həm tərkib, həm də xassələrinin tam
öyrənilməməsidir.
Təbii su hövzələrinə daxil olan suların metabolizm nəticəsində çoxlu
miqdarda eyni birləşmələri də əmələ gəlir. Bununla məsələ daha da
mürəkkəbləşir. Ona görə də belə bir nəticəyə gəlmək olur ki, sənayenin
indiki sürətlə inkişaf edib genişləndiyi bir zamanda həm çirkab sularının,
həm də su hövzələrinin tam təmizlənməsi problemi hələlik həll edilməmiş
qalır. Məlumdur ki, sututarlarının öz-özünə təmizlənmək qabiliyyəti vardır.
Lakin onları çirkləndirən mənbələrin çoxluğunu nəzərə aldıqda aydın olur
ki, bu proses su hövzələrinin standart normaya qədər təmizlənməsini təmin
edə bilməz. Sututarlannın öz-özünə təmizlənməsi çox çətin və məhdud
olduğundan oraya axıdılan suların onlarda olan zərərli maddələrin qatılığını
30000-300000 dəfə azaltdıqdan sonra buraxmaq olar.
Çirkab suların təmizlənməsi müxtəlif üsullarla həyata keçirilir. Bu
üsulların tətbiq edilməsi çirkabın təbiətindən və onun sudakı qatılığından
asılıdır.
1. Termiki üsul. Çirkab suların termiki üsulla təmizlənməsi- suda
olan üzvi birləşmələrin yüksək temperaturda oksidləşməsinə (yanmasına)
əsaslanır. Bu zaman yanma məhsulları zərərsiz qazlar, qalıq isə bəzən
sənayedə istifadə olunan bərk maddələr olur. Bu üsul çirkabın qatılığı çox
olan suyun təmizlənməsi üçün tətbiq olunur.
2. Mexaniki üsul. Bu üsulla suyun təmizlənməsi suyun «ələnməsi»
(suyun tordan və ələkdən keçirilməsi), saxlanması və süzülməsi ilə həyata
keçirilir. Kobud dispers hissəciklər suçökdürücülərdə saxlanmaqla
çökdürülür. İncə dispers hissəciklər koaqulyatorların (FeCl3 AICI3 və s.)
95
köməyi ilə kosqulayasiya etdirilir, alman çöküntülər isə süzgəcdən süzülür.
Sıxlığıı suyun sıxlığından az olan incə dispers hissəcikləri sudan ayırmaq
üçün su flotasiya edilir.
3. Fiziki-kimyəvi üsul. Bu üsulla suyu təmizləmək üçün koaqulantlar
və floqulyantlardan, sorbentlər və oksidləşdiricilərdən, iondəyişənlərdən və
s. istifadə edilir.
Məlumdur ki, suyun biokimyəvi yolla təmizlənməsi ən effektli
metodlardan biridir. Lakin çirkab sularda elə maddələr olur ki, onlar
asılqanlar əmələ gətirdiyi üçün biokimyəvi üsulla sudan ayrılmır. Ona görə
də fiziki-kimyəvi üsullardan istifadə edilir. Çətin oksidləşən üzvi maddələri,
biogen elementləri, ağır metalların ionlarını və bəzi zəhərli maddələri fiziki-
kimyəvi üsullarla təmizləmək daha səmərəlidir. Bu məqsədlə suya
koaqulyant və floqulyant kimi müxtəlif reagentlər əlavə olunur. Ona görə də
bu metodlara reagent metodlar deyilir.
Koaqulyant kimi əksər hallarda alüminium-sulfat, sulfat və. fosfat
turşuları, ammonyaklı su, dəmir 3 -hidroksid və dəmirin bir sıra duzları
götürülür. Bir qayda plaraq alüminium-sulfat suya toz halmda, bəzən də
məhlul kimi əlavə olunur. Təmizlənmiş alüminium-sulfatda susuz
alüminium-sulfatm qatıhğı 40 faizdən, təmizlənməmiş alüminium-sulfatda
isə 35,5 faizdən az olmamalıdır. Koaqulyant suda tam həll olunmalıdır. Tam
həll olmadıqda isə bu məqsədlə köməkçi vasitələrdən istifädə edilir.
Koaqulyantm miqdarı suyun analiz tərkibi məlum olduqdan sonra müəyyən
edilir. Bu məqsədlə xüsusi dozator-lardan istifadə olunur. Suyun təmizlənmə
dərəcəsinə koaqulyantın su ilə qarışma dərəcəsi böyük təsir göstərir.
Koaqulyantın su ilə qarışması qarışdırmanın sürət-qradi-yentinin
qarışdırmaya sərf olunan zamana hasili ilə ölçülür. Buna Kemp kriteriya
deyilir.
96
Suya koaqulyant daxil etdikdə sistemin aqresiya davamllığı azalir.
Buna səbəb odur ki, elektrolit ilə təsir edildikdə ionların hissəciklər
üzərində sorbsiyası başlanır və beləliklə də pis həll olan maddələr əmələ
gəlir ki, onlar da su fazasında ifrat doymuş məhlul əmələ gətirir.
Koaqulyatorun bərk fazasının ifrat doymuş məhluldan ayrılması
prosesini üç dövrə ayırmaq olar.
1. İnkubasiya dövrü.
2. Bərk faza hissəciklərinin böyümə dövrü.
3. Bərk fazanın qocalma dövrü.
İnkubasiya dövrü ilkin məhlulun ifrat doyması prosesinin bütün
dövrlərində müşahidə olunur. Bu dövr kristallizasiya çətinliklərindən
asılıdır. Kristallaşma mərkəzinin tez yaranması inkubasiya dövrünü qısaldır.
Kristallaşma mərkəzi real şəraitdə həll olan maddələrin qarışıqlar üzərinə
çökməsi ilə başlayır və onun yaranma sür'əti qarışdrrma sürətindən,
temperaturdan, qarışıqların sudakı qatılığından, səthi gərilmənin
qiymətindən asılıdır. Temperaturun yüksəlməsi və səthi gərilmənin azalma-
sı kristallaşma mərkəzinin yaranmasını sürətləndirir.
İnkubasiya dövründən sonra kristallaşma mərkəzləri böyüməyə
başlayır. Kristallaşmanın kinetikası kristallaşma mərkəzinin böyümə
sürətindən asılıdrr. Bu mərkəz böyüdükcə və sayı artdıqca aqreqasiya
başlayrr və koaqulyantla birlikdə suyu çirkləndirən qarışıqlar da çökür. Bərk
fazahissəciklərinin böyümə dövrü qarışdırmanm sürətindən, kristallaşma
mərkəzinin sayından, temperaturdan və s. asılıdır.
Koaqulyantla yaranan bərk fazanın sudan ayrılma prosesi onun
qocalma prosesidir. Qocalma dövründə bərk fazanın əmələgəlmə prosesləri
başa çatrr və maye fazadan aynlır.
97
Sistemə xarici elektrik və maqnit sahələri ilə təsir etməklə də
inkubasiya dövrünü uzatmaq olar. Xarici elektrik sahəsinin təsiri kristallaşan
maddənin elektrofıziki xassəsindən, xarici elektrik sahəsinin təsir effekti isə
sahənin gərginliyindən, tətbiq. olunan koaqulyantın təbiətindən və əmələ
gələn suspenziyanın elektrik və ya maqnit sahəsində qalma müddətindən
asılıdır. Koaquiyant kimi dəmir 3-hidroksid götürdükdə elektrik və maqnit
sahələri koaqulyasiya prosesini daha çox sürətləndirir. Bunun əsas səbəbi
odur ki, xarici elektrik və ya maqnit sahəsinin təsiri ilə dəmir 3-hidroksid
çox sürətlə aqlomerasiya edir və digər hissəciklər də onunla birlikdə sürətlə
çökməyə başlayır.
Son zamanlar suyu təmizləmək üçün flotasiya üsulu da geniş tətbiq
olunur. Bu üsulla istənilən tərkibli çirkab sularını təmizləmək olmur. Yəni
flotasiya üsulu seçici xarakterlidir. Bunu nəzərə alaraq müxtəlif flotasiya
üsullarından istifadə edilir. Bunlardan ən çox tətbiq olunanı elektrolit
flotasiya üsuludur. Bu üsulda elektroflotator, elektrokaqulyatorlardan istifa-
də edilir.
Elektrolit flotasiya aparatının iş prinsipi belədir: istehsalat suyuna əlavə
edilmiş elektrolit (koaqulyant) iştirakında su elektrolizə uğrayır və ayrılan
qaz qabarcıqları yuxarı qalxır. Yuxarıdan verilən çirklənmiş su ilə
görüşdükdə suda olan qatışıqlar da qabarcıqlarla birlikdə yuxarı qalxaraq
suyun səthinə toplamr. Oradan isə çıxış seksiyasından xaric olur.
İstehsalat sularının elektrolitik flotasiya üsulu ilə təmizlənməsinə suyun
elektrokimyəvi təmizlənməsi deyilir. Elektrokimyəvi təmizləmə prosesi bir
qayda olaraq elektrokoaqulya-torlarda aparılır. Elektrokoaqulyator həcmi 0,5
- 10,0 m3 olan və elektrodlarla təchiz olunan qabdır. Elektrodlar növbə ilədə
yerləşdirilən polad və alüminium materiallardan hazırlanır. Çirkab sularda
olan ağır metal ionları elektrod üzərində hidroksid ionları ilə birləşir.
98
Koaqulyantların tətbiqi ilə suyun təmizlənmə intensivliyi təmizlənəcək
suya flokulyantların əlavə edilməsi ilə artır.
Flokulyant iştirakında aparılan təmizlənmə prosesinin yüksək
effektliliyi onların istehsal miqdarını və onları almaq üçün lazım olan xam
mal mənbələrini genişləndirməyi tələb edir.
Çirkab sularından fenolları, yüksəkmolekullu turşuları və digər üzvi
birləşmələri ayırmaq üçün ekstraksiya üsulundan istifadə olunur. Ekstraksiya
üsulu ilə çirkab suları təmizləmək üçün suya çirkabı özündə həll edən, özü
isə suda həll olmayan həlledici əlavə edilir və su çalxalanır, həlledici çirkabı,
zərərli maddələri özündə həll edir (ekstrakt) və çirkabdan aynlmış suyun
(rafmatın) üzərində təbəqə əmələ gətirir. Ayırıcılar vasitəsilə ekstrakt
rafmatdan ayrılır, rafinata yenidən həlledici əlavə edilir və proses beləcə bir
neçə dəfə təkrarlanır. Nəticədə ekstraktlar birləşdirilir və distillə yolu ilə
həlledici zərərli maddələrdən ayrılır.
Fenolu sudan təmizləmək üçün ən yaxşı həlledici (ekstrakt) butilasetat,
etilasetat, diizopropil efiri və benzol hesab edilir. Fenolla birlikdə yağ
turşuları və hidrogen sulfıd də ayrılır. Bu məqsədlə ekstraksiya
kalonlarından, tozlandrrıcıdan və qarışdırıcı ekstraktorlardan istifadə edilir.
Evaporasiya üsulu ilə çirkab suları təmizləmək üçün çirkabı su buxarı
ilə qovurlar. Bu məqsədlə buxar-sirkulyasiya üsulu daha çox tətbiq olunur.
Bu halda buxar çirkabı sudan qovub çıxarır özü isə qələvi ilə yuyularaq
yenidən prosesə sirkulyasiya etdirilir.
Azeotrop qovma üsulu. Fiziki-kimyəvi təmizləmə üsuluna aid edilir.
Bu üsul bir çox kimyəvi maddələrin su ilə azeot-op qarışıq əmələ
gətirməsinə əsaslanır. Distillə kalonunda su buxarı ilə qızdırılan çirkab
suyun bir qismi çirkabla birlikdə azeotron qarışıq kimi buxar halında
kondensatora daxil olur və orada kondensləşir. Soyumuş kondensant
99
separatorda iki təbəqəyə ayrılır. Təmiz su təbəqəsi aşağıdan xaric olur.
Sudakı çirkləndirici maddələrin qatlıığı çox olduqda və onlar suda pis həll
olduqda azeotrop qovma üsulu daha effektli olur.
Adsorbsiya üsulu daha çox yayılmış üsullardan biridir. Bu üsulla
çirkab sulardakı qatılığı ən az olan zərərli maddələri sudan ayırmaq
mümkündür. Belə hallarda başqa üsulların tətbiqi ya çox baha başa gəlir, ya
da o üsulları tətbiq etmək mümkün olmur. Adsorbsiya üsulu ilə çirkab
sulardakı bütün üzvi maddələri ayırmaq mümkündür. Adsorbent kimi
aktivləşmiş kömür və sintetik qətranlar götürülür. Göstərilən adsorbentlər
hidrofob xassəlidir. Ən yaxşı adsorbent KAD markalı aktivləşdirilmiş kömür
hesab edilir.
Biokimyəvi üsul mikroorqanizmlərin köməyi ilə çirkabları zərərsiz
hala salmağa imkan verir. Oksidləşmə nəticəsində zərərli maddələr suya,
karbon qazma, sulfat və nitrat ionlarına çevrilir. Biokimyəvi təmizləmə
üsulunda iki metoddan istifadə edilir: aerob metodu (oksigenin iştirakı ilə),
anaerob metodu (oksigen olmayan mühitdə). Axırıncı üsul nisbətən az yayıl-
mışdır. Biokimyəvi üsullarla çirkab sularda həll olmuş mineral və üzvi
maddələr kənar edilir.
İstehsalat sularını biokimyəvi üsulla təmizləmək üçün tətbiq olunan
flokulyantlara bioflokulyantlar deyilir. Bioflokulyantlar bioloji metodlarla
alınır.
Bioflokulyant kimi aktiv lildən istifadə edilir. Aktiv lil mikroorqanizm
hüceyrələrindən və onlann metabolizm məhsullarından ibarətdir. Kimya,
mikrobiologiya çirkab sularımn təmizlənməsi zamanı çoxlu miqdarda aktiv
lil əməiə gəlir. Aktiv lil sorbsiya və flokulyasiya xassələrinə malik olduğuna
görə çirkab suların biokimyəvi təmizlənməsində ən çox işlənən reagentdir.
Aktiv lil vasitəsilə ən zərərli ağır metal ionlarını belə sorbsiya etmək olur.
100
Aktiv lilin flokulyasiya qabiliyyəti yüksək deyil və kimyəvi emal yolu ilə
onun bu xassəsini yüksəltmək mümkündür. Sintetik flokulyantların
təmizləmə effekti bioflokulyantların təmizləmə effektindən yüksək olsa da
flokulyantlarla təmizləmə prosesi baha başa gəlir. Çünki, bu flokulyantların
özlərini almaq üçün xüsusi istehsal prosesi tələb olunur. Ona görə də təbii
flokulyantlardan — mikro-orqanizmlərdən istifadə etmək daha səmərəli
hesab edilir.
Bəzən biolflokulyant almaq üçün aktiv lil fermentlərin köməyilə
hidroliz edilir. Hər üç mühitdə (turş, əsasi və neytral) aparılan proses 30-
50°C-də 5-50 saat davam edir.
Aktiv lilin özünü və ondan alınan sintetik bioflokulyantları tətbiq
etməklə istehsalat sularını zərərli maddələrdən tam təmizləmək olmur.
Suyun tərkibində olan və biokimyəvi yolla çətin oksidləşən çirkləndirici
maddələri sudan ayırmaq üçün aktiv lil ilə birlikdə oksigen də iştirak edir.
Bu prosesə aeroten təmizləmə deyilir.
Çirkləndirici maddə aktiv lil ilə oksigen iştirakında da oksidləşməyəndə
oksigen əvəzinə qüvvətli oksidləşdiricilərdən istifadə edilir. Bu halda proses
oksiten təmizləmə adlanır. Oksiten təmizləmə prosesi aeroten təmizləmə
prosesindən 2-2,5 dəfə intensiv olur. Suyun daha effektli təmizlənməsi üçün
aerob və anaerob prosesləri növbələşdirilir. Anaerob prosesi ağac qırıntıları
ilə doldurulmuş ayrıca biofiltrdə aparılır. Bu filtrlə su yüksək dərəcədə
təmizlənir, köpük əmələ gəlmir və pis iyi olmur.
Suyun bioloji təmizlənməsini sürətləndirmək üçün biosti-
mulyatorlardan istifadə edir, aerasiya sistemini təkmilləşdirirlər.
7.3. Bərk tullantı maddələrinin zərərsizləşdirmə yolları
Bərk tullantılar yer səthində daha çox sahə tutur. Bunlar üçün qazılan
xəndəklər yararlı torpaq sahəsini azaldır. Təkcə onu göstərmək kifayətdir ki,
101
hər il faydalı qazıntıların istismarı və emalı zamanı ətraf mühitə 8,5 milyard
ton bərk formalı tullantı maddələr atılır. Bu qədər tullantının cəmi 10
faizindən istifadə edilir. Bu tullantılar böyük torpaq sahələrini yararsız hala
salır. Digər tərəfdən həmin tullantıların tərkibində olan qiymətli
komponentlər fayda vermədən tullantıya çevrilir. Bərk tullantı maddələr
başlıca olaraq geoloji-kəşfiyyat işlərində və faydalı qazıntıların istismarı
zamanı əmələ gəlir. Geoloji-kəşfiyyat işlərinin aparılması zamanı külli
miqdarda torpaq fondu istifadəsiz qalır və ətraf mühit tullantılarla çirklənir.
Kəşfıyyat xəndəkləri bir tərəfdən torpaq fondunu azaldır, digər tərəfdən
həmin xəndəkləri doldurmadıqda əmələ gələn yarğanlar torpaq eroziyasma
səbəb olur. Xəndəklərin dərin qazılması yeraltı suların səviyyəsinə də təsir
edir. Xəndəkləri doldurmadıqda və təhlükəsizlik texnikası qaydalarına
düzgün əməl etmədikdə onlar insan və heyvanlar üçün təhlükəli quyulara
çevrilir. Kəşfıyyat işləri apanlarkən rekultivasiya işlərini səmərəli həyata
keçirmək üçün süxurların çıxanlması işini selektiv aparmaq lazımdır. Belə
olanda xəndəklər yalnız qeyri-məhsuldar süxarlar hesabına doldurulur. Bu
da iqtisadi cəhətdən faydalı olan mllantı komponentlərindən istifadə etməyə
imkan verir. Bərk tullantıların digər mənbələrindən sement, gips və əhəng
zavodların göstərmək olar.
Tullantılardan istifadə etmək problemi həllini gözləyən əsas məsələ
kimi qarşıya çıxmışdır. ,Bu məqsədlə faydah qazmtı yataqlarından kompleks
şəkildə istifadə edilir. Əmələ gələn tullantılardan həm dağ-mədən
sənayesində, həm də xalq təsərrüfatının başqa sahələrində istifadə olunur.\
Sənayenin inkişafı ilə əlaqədar olaraq tullantıxanaların sayı ildən-ilə artır.
Deməli, tullantılardan sənayedə ikinci xammal kimi istifadə etmək məsələsi
günün vacib probleminə çevrilmişdir. Bir neçə fakta nəzər salaq. Təkrar
102
emaldan sonra birillik sement itkisindən 30 min ton sement, gips itkisindən
1,2 min ton gips alınmışdır.
Bərk tullantıların ilkin mənbələri sənayeinin inkişaf etməsi ilə
genişlənir. Həmin mənbələrdən cəmiyyət xeyrinə istifadə edilmədikdə onlar
ətraf mühiti korlayır, ekoloji tarazlığı pozur, torpaq fondunu azaldır və
faydalı torpaq sahələrinin eroziyasını genişləndirir.
İndi mütəxəssislərə məlumdur ki, tulantılarda yığılıb qalmş faydalı
xammal yeni açılmış şaxtalardakı faydalı xammaldan çoxdur. Məsələn, qara
metallurgiya şlamların tərkibindəki dəmir təzə dəmir filizlərində olan
dəmirdən çoxdur. Bu belə bir nəticəyə gəlməyə imkan verir ki, yeni faydalı
qazmtılar axtarmaq, külli miqdarda xərc qoymaq, ətraf mühiti korlamaq
əvəzinə həmin tullantılardan istifadə etmək daha sərfəlidir.
Artıq tullantılardan ikinci xammal kimi istifadə etmək məsələsi iqtisadi
və ekoloji cəhətdən öz səmərəsini göstərmişdir. Sübut olunmuşdur ki,
tullantıdan istifadə olunma xərci, yeni xammalın əldə edilməsi xərcindən 2-3
dəfə azdır.
İnşaat materialları sənayesi və tikinti sənayesi hər il 3,5 mlrd. tondan
çox qeyri-fıliz xammalmdan istifadə edir. Halbuki mllantıardan istifadə
etməklə onun böyük bir qismi əvəz edilə bilərdi. Əvəzində isə bu
sənayelərin özləri böyük tullantı mənbələrinə çevrilməzdi.
Metallurgiya müəssisələri, kömür zənginləşdirən fabriklər, istilik
stansiyaları və yüzlərlə digər müəssisələr öz işlərini tulantılardan təkrar
istifadə etmək istiqamətində deyil, yeni tullantı yataqlari yaratmaq
istiqamətində qururlar. Bununla da ətraf mühitə həm iqtisadi, həm də ekoloji
cəhətdən böyük zərbə vururlar. Tullantıın müəssisədən uzaqlaşdırmaq üçün
əlavə nəqliyyat xərci tələb olunur. Digər tərəfdən həmin tullantı faydalı
torpaqları istifadəsiz edir və ətraf mühit zibilliyə çevrilir.
103
Mütəxəssislər və alimlər yaranmış vəziyyətdən yeganə çıxış yolunu
tullantısız və az tullantılı müəssisələrin yaradılmasında görürlər. Hazırda
belə müəssisələr artıq fəaliyyət göstərir. Belə müəssisələr çox profılli olmalı,
lazım olan xammal yataqlarına yaxın yerləşməlidir.
Hazırda domna şlakları əsasında şüşədən katalitik emal yolu ilə
şlakostallar alınır. Stallar yüksək fiziki, mexaniki və fıziki-kimyəvi xassələrə
malikdir. Bu xassələr onlardan qiymətli inşaat materialı kimi istifadə etməyə
imkan verir.
Son vaxtlar köhnəlmiş avtomobil şinlərindən təkrar istifadə edilməsi də
müəssiələrə böyük iqtisadi fayda verir. Bir çox müəssisələrdə köhnə rezin
şinlərin regenerasiyası prosesi həyata keçirilir. Bu yolla alınan material
kauçuku əvəz edir və inşaatda istifadə edilir.
Qeyd etmək lazımdır ki, hətta eyni adlı tullantılar belə bir-birindən
tərkiblərinə görə fərqlənirlər. Bu onların təkrar emalını çətinləşdirir. Ona
görə də müxtəlif metodların təsirilə onlar ayrı-ayrı komponentlərə ayrılır,
onlara lazımi görkəm verilir ki, onların sonrakı istifadesi nisbətən
asanlaşdırılsın.
Məlumdur ki, əksər kimyəvi diffuziya və biokimyəvi proseslərin
intensivliyi və effektliliyi maddələrin ölçüləri azaldıqca daha böyük olur. Bu
məqsədlə doğrama üsulrından istifadə edilir. «Doğrama» metodunda iri
ölçülü materiallar doğrayıcı maşınların köməyilə kəsiklərin ölçüsü 5 mm-ə
qədər olan hissəciklərə çevrilir.
Əgər emal texnologiyası daha xırda hissəciklərlə aparılırsa, onda
doğrama əməliyyatından çıxan material xırdalama maşınlarına verilir
(müxtəlif dəyirmanlar) və 5 mm-dən az ölçüyə qədər xırdalanır. Xırdalanma
maşınları vasitəsilə hissəciklərin ölçülərini 0,1-0,5 mm-ə çatdınnaq
mümkündür.
104
Materialların təkrar emalı fraksiyaların ölçülərindən və növündən asılı
olaraq aparılarsa, bu zaman təsnifat və növləşdirmə üsullarından istifadə
edilir. Bu üsulda hissəciklər ölçülərinə görə ayrı-ayrı fraksiyalara ayrılır.
Materialın fraksiyalara ayrılması ətalət-qravitasiya və mərkəzdənqaçma-
qravitasiya prinsipi əsasında aparılır.
Bərk halda tullantı maddələrindən təkcə onlarm xırdalanmasından yox
onların iri ölçülü parçalar şəklinə salınması təcrübəsindən istifadə edilir. Bu
növ əməliyyat əsasən inşaat materialları ilə aparılır. Məsələn, tozşəkilli
maddələrdən kürə və ya silindr formalı iri ölçülü hissələr alıb, onları
əlaqələndirici və ya sementləyici maddələrlə işləyib inşaat materialı şəklinə
salmaq olar.
Bərk tullantı maddələrin təkrar emalına tətbiq edilən metodlarda piroliz
(plastmas, ağac, rezin materialları, neft tullantıları), təkrar əritmə (metal
şlakları, metallom və s.), yandırma və yandırma yolu ilə yağsızlaşdırma
üsulları aid edilir. Təcrübədə bərk tullantı maddələrin təkrar emalı üçün on-
ların zənginlşdirilməsi metodundan istifadə edilir. Zənginləşdirmə metodu
qravitasiya, maqnit, elektrik, flotasiya və başqa üsullarla aparılır. Burada
əsas məqsəd eyni adlı maddələrin toplusunu bu və ya digər üsulun tətbiqi ilə
artırmaqdan ibarətdir. Təkrar emal zamanı fıziki-kimyəvi üsuldan istifadə
edilir. Bu metod əsasən qələviləşdirmə (ekstraksiya), həlletmə və
kristallaşdırma üsulundan ibarətdir. Metodun məğzi ondan ibarətdir ki,
qarışıq daxilində olan komponentlərdən biri və ya bir neçəsi müvafiq maye
həlledicilərdə həll olunaraq qarışıqdan ayrılır. Maye daxilində doymuş
şəkildə həll olmuş komponent soyuma, həlledicinin buxarlanması və ya hər
ikisinin tətbiqi ilə kristaliaşdrılır ki, bu kristallaşma üsulu adlandırılır.
Bərk tullantı maddələrin növləri onların mənbəyi və istifadə sahəsi
cədvəl 7.1-də göstərilmişdir.
105
Bəzi bərk tullantıların növləri və onlardan istifadə olunması
Cədvəl7.1.
Sənaye
növü
Tullantıların
mənbəyi
Tullantıların adı Tullantılardan istifadə olunması
1 2 3 4
Kimya
sənayesi
Fosforlu güb-
rələr istehsalı
Fosfogipslər Sement istehsahnda yapışdırıcı
material kimi və bundan tikinti
və məişət üçün məmulatlar
hazırlanmasında
Inşaat
materialiarı
sənayesi
İnşaat materil-
iarının çıxarıl-
ması, azbestin
alınması
Azbestli xırda-
vat və digər ya-
rarsız tullantılar
Azbest ehengli sement və
yumşaq örtük istehsalı üçün
komponent, linolium istehsa-
lında doldurucu kimi, asfalt
qarışığı, beton, rəng, odada-
vamlı materiallar hazırlan-
masında.
1 2 3 4
Qara
metalurgiya
sənayesi
Dəmir fılizi-
nin çıxarılma-
sı, zənginləş-
dirilməsi və
saflaşdırılması
Kvars tullan
tıları (dəmir
filizi 50 faiz)
0,15-5 mm öl
çülü fraksiya
0,14 mm
Monolit dəmir-beton və ağır
yığma beton konstruksiyalarında
doldurucu kimi, asfalt-beton
istehsalında və s. Ağır və məsa
məli beton, sili
ölçülü fraksiya. kat tərkibli ağır beton konst-
106
Tullantı süxur-
lar, demir kvar-
sitlər, fılizsiz
dağ süxurları,
təbaşir
ruksialarında və məhlullarda
doldurucu kimi. Ağır və xüsusi
ağır betonlarda doldurucu, habelə
avtomobil yolları inşaatında
ballast material kimi və s. Daş
kəsəndağ-mədən müəssiələrin
də xammal kimi.
Gillər Yüngül betonlarda doldurucu
kimi, keramik kanalizasiya
borularının hazırlanmasında
Qumlar Saflaşdırma olmadıqda silikat
kərpiclərin hazırlanması üçün,
saflaşdırdıqdan sonra betonlar da
doldurucu kimi, hörgü işlərində və
suvaqçılıqda məhlul kimi
Əhəngdaşı Flyüs kimi (Qaradağ, Qazax,
Küzdək dağ-mədən kombinatı),
metallurgiya proseslərində
Manqanlı
fılizlərin , çıxa
rılması, zəngin
ləşdirilməsi və
emalı
Manqan tərkibli
tullantılar Tul
lantı süxurları-
gillər və əhəng
daşı
Qəhvəyi rəngli kərpic istehsalı
üçün, qırmızı kərpic, keremzit,
divar materialları, əhəng istehsalı
üçün
Əlvan me-
tallurgiya
sənayesi
Alüminium
istehsalt
Nefclinli şlam Portlandsement istehsalı üçün əsas
komponent xammal kimi
107
Mis istehsalı Mis-molibden
fıliz tullantıları,
xüsusilə kü-
kurdlü tullantı-
lar, azqiymətli
kükürd tullantı-
ları
Yandırıldıqdan sonra keramzit və
üzlük plitələrin istehsalında,
odadavamlı kərpic almaq üçün
komponent kimi
Qurğuşun-sink
istehsalı
Açılış süxur
larının tullan
tıları
Üzlük plitələri və kərpic
istehsalında, suvaq və hörgü
məhlullarının hazırlanmasında
1 2 3 4
Volfram-mo-
libden istehsa-
lı
Kvars gilləri,
qumlar
Məmulat hazırlamaq üçün
formalar hazırlanmasında
Polimetal
istehsalı
Ağır suspen
ziyalı zəngin
ləşdirmədə yün
gül çınqıl
Muxtəlif mexaniki tökmə za-
vodlarında yüngül fraksiyalı çinqıl
kimi
Elektrik
stansiyaları
Istiiik elektrik
stansiyaları
Daş kömür
külü (əldə olan
külün 40 faizi
ni təşkil edir)
Sementsız material və kons-
truksiya sənayesində xammal kimi
Şistli kül Məsaməlı betonların istehsalında
xammal kimi
108
VIII FƏSİL. ƏTRAF MÜHİTİN MONİTORİNQİ
8.1. Ekoloji monitorinq haqqında ümumi məlumat və onun
vəzifələri
Monitorinq ətraf mühitin hərtərəfli analizi, onun ekoloji yəziyyətinin
qiymətləndirilməsi və ona təbii və antropogen təsirlərin öyrənilməsi
məqsədini daşıyır. Bu təsirlər özünəməxsus xüsusiyyətə malikdirlər.
Antropogen və təbii təsirlərin məhdudiyyət səviyyəsinin göstəricisi buraxıla
bilən ekoloji yükdür. (BBEY) Ekosistemin və biosferin normal fəaliyəti
yalnız BBEY səviyyəsində mümkündür.
Adətən təbii faktorların təsirindən vəziyyətini ardıcıl dəyişmiş biosfer
bir müddətdən sonra əvvəlki vəziyyətinə qayıdır. Məsələn, havanın və
torpağın temperaturu, təzyiqi, nəmliyi müəyyən sabit həddə dəyişir. İri
ekosistemlər təbiətdə gedən proseslər tərəfindən çox kiçik, zəif dəyişməyə
məruz qalırlar. Dünya miqyasında belə dəyişikliklərin gedişatına nəzarət
edən xüsusi ekoloji xidmət mövcuddur.
Biosferin antropogen faktorlar təsirindən dəyişməsi daha qısa müddətdə
baş verir. Buna görə də biosferin abiotik hissəsində antropogen təsirdən baş
verən dəyişikliyin ölçülməsi, qiymətləndirilməsi, proqnozlaşdrrılması və
biotun bu dəyişikliklərə reaksiyasnın öyrənilməsi üçün ekoloji monitorinqin
informasiya sistemi yaradılır.
Ekoloji monitorinq biosferin kompleks monitorinqidir. Buraya təbii və
antropogen təsirdən ətraf mühitdə baş vermiş dəyişikliklərə nəzarət aid
edilir.
Antropogen təsir üzrə ekoloji monitorinqin əsas məsələləri
aşağıdakdardan ibarətdir: '
— Antropogen təsir mənbələrinə nəzarət;
— Antropogen təsir faktorlarına nəzarət;
109
— Antropogen faktor təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
nəzarət;
— Təbii mühitin fiziki halının qiymətləndirilməsi;
— Antropogen faktorlar təsirindən təbii mühitin vəziyyətindəki
dəyişikliklərin proqnozlaşdırılması və bu proqnozun qiymətləndirilməsi
Monitorinq latınca monitor (nəzər salmaq) sözündən götürülmüşdür.
Monitorinq antropogen təsirdən hiosferdə və yaxud onuun ayrı-ayrı
elementlərində baş vermiş dəyişikliklərə nəzarət (ölçülməsi), onların
qiymətləndirilməsi və proqnozlaşdıriılmasından ibarətdir.
8.2. Monitorinqin siniflərə bölünməsi.
Monitorinq aşağıdakı praktiki istiqamətlərdən ibarətdir:
— Ətraf mühitin vəziyyətinə və ona təsir edən faktorlara nəzarət etmək;
— Ətraf mühitin faktiki vəziyyətini və çirklənmə səviyyəsini
qiymətləndirmək;
— Çirkləndiriçiələrin təsirindən ətraf mühitdə yarana biləcək
vəziyyətin proqnozu və bu vəziyyətin qiymətləndirilməsi.
Monitorinqin obyekti atmosfer (atmosferin yerüstü qatı və yuxarı qatı),
atmosfer çöküntüləri, yerüstü sular, okeanlar, dənizlər, yeraltı sular,
kriosferadan (iqlim sistemi) ibarətdir.
Monitorinq sistemi təsir faktoruna, mənbələrinə və miqyasına görə də
siniflərə ayrılırlar.
Monitorinqin təsir faktoru dedikdə müxtəlif kimyəvi çirkləndirici və
müxtəlif cür təbii və fiziki təsir faktorları (elektromaqnit şüaları, günəş
radiasiyası, səs-küy, titrəyiş) başa düşülür.
Çirkləndirici mənbələrin monitorinqi dedikdə yerini dəyişməyən, bir
nöqtədə yerləşən mənbəyin (zavod tüstü borusu), hərəkətdə olan nəqliyyat
vasitələrinin və müəyyən bir sahənin (şəhər) monitorinqi başa düşülür.
110
İnformasiyaların ümumiləşdirmə xarakterinə görə aşağıdakı monitorinq
sistemi mövcuddur:
— Qlobal monitorinq sistemi. Dünyada baş verən proseslərə və yer
kürəsinin biosferində bütün ekoloji komponentlərə nəzarətlə yanaşı
ekstremal vəziyyətlərin yaranacağı barədə xəbərdarlıq etmək rolunu yerinə
yetirir;
— Baza monitorinq sistemi. Təbiətdə baş verən hallara nəzarət
etməkdən ibarətdir. Bu zaman regional antropogen təsirlər nəzərə
alınmalıdır;
— Milli monitorinq sistemi. Ölkə miqyasında aparılan monitorinqdir;
— Regional monitorinq sistemi. Hər hansı bir region daxilində gedən
proseslərə nəzarət həyata keçirir;
— Lokal monitoriq sistemi. Konkret antropogen mənbəyin təsiri ilə
məşğul olur;
— İmpakt monitorinq sistemi. Regional və lokal antropogen təsirlərə
məruz qalan xüsusi təhlükəli zonaların rnonitorinqidir;
— Kimyəvi monitorinq. Atmosferin, atmosfer çöküntülərinin, yerüstü
və yeraltı suların, okean və dəniz sularınıın, torpağın, dib çöküntülərinin,
bitkilərin kimyəvi tərkibinə nəzarət və kimyəvi çirkləndiricilərin yayılma
dinamikasma nəzarətdən ibarətdir.
Kimyəvi monitorinq əsasən ətraf mühiti çirkləndirən aşağıda göstərilən
komponentlərə nəzarət edir (Cədvəl 8.1.)
Cədvəl8.1.
Ustünlük sinifı Çirkləndirici maddələr Mühit Olçü proqramının
növü
111
1 2 3 4
I Kükürd iki oksid və ası
lı vəziyyətdə olan hissə
ciklər
havada I, R,B,Q
Radioaktiv maddələr
(Sr-90, Cs-197)
Qidada I,R
II Ozon havada I,B
(stratosferdə)
DDT və başqa üzvü xlor Biot, insan İ,R
birləşmələri
Kadmium və onun birləş Qida,insan, su I
mələri
1 2 3 4
III Nitratlar, nitritlər İçməli su,
qida
I
Azot oksidi havada I
IV Civə və onun
birləşmələri
Qida, hava I,R
Qurğuşun Hava, qida I
Karbon iki oksid Hava B
V Karbon oksidi Hava I
Neft karbohidrogenləri Dəniz suyun
da
R,B
VI Flor birləşmələri İçməli su I
112
VII Azbest hava I
Mışyak İçməli su I
VIII Mikrotoksinlər Qida I,R
Mikrobioloji zəhər
lənrnə
Qida I,R
Reaktiv
karbohidrogenlər
Hava I
Qeyd: İ - impakt; R - regional; B - baza; Q - qlobal:
Fiziki monitorinq — ətraf mühitə təsir edən fıziki proseslərə nəzarət
(sel, vulkan, zəlzələ, quraqhq, torpağın eroziyası və s.).
Bioloji nıonitorinq — bioindikatorlar vasitəsilə aparılan monitorinq
(mühitdə dəyişikliklərə nəzarət).
Ekobiokimyəvi monitorinq — Ətraf mühitin kimyəvi və bioloji
vəziyyətinə nəzarət.
Məsafə monitorinqi — Radiometrik aparatlarla təchiz olunmuş uçan
aparatlarla kosmosda və istənilən sahəde aparılan monitorinq.
Kompleks ekoloji monitorinq — Bu universal monitorinq hesab
edilir. Burada ətraf mühit obyektlərinin vəziyyətinə, onların faktiki
çirklənməsinə nəzarətlə yanaşı, gözlənilən kritik simasiyalar, onların
insanlara, heyvanlara, bitkilərə zərərli təsiri haqda məlumat hazrrlanır. Bu
monitorinq lokal, regional və fon üzrə aparılrr.
Kompleks ekoloji monitorinq sistemi konkret olaraq aşağdakı
məsələlərlə məşğul olur:
— Nəzarət obyektinin seçilməsi;
— Ayrılmış nəzarət obyektinin müayinəsi;
113
— Nəzarət obyekti üçün informasiya modelinin seçilməsi;
— Ölçmə işlərinin planlaşdrrılması;
— Nəzarət obyektinin vəziyyətinin qiymətləndirilməsi və informasiya
modelinin dəqiqləşdirilməsi;
— Nəzarət obyektinin vəziyyətinin dəyişməsinin proqnozlaşdırılması;
— İstehlakçıya alınan nəticələr haqqında informasiyaların başa
düşüləcək şəkildə təqdim edilməsi.
Əldə edilmiş informasiyalar əsasında kompleks ekoloji monitorinqin
əsas vəzifəsi aşağıdakılardrr:
1) Ekoloji sistemin və insanların məskun sahələrinin fəaliyyəti və
vəziyyətlərinin qiymətləndirilməsi;
2) Göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbini müəyyən
etmək, bu dəyişikliklərin nə ilə nəticələnəcəyini qiymətləndirmək, ekoloji və
yaşayış sahələrinin diaqnostikasını keçirmək;
3) Yaranmış neqativ halların ləğvi və ya təsir dairələrinin azaldılması
üçün tədbirlər hazrrlamaq. Neqativ hallar haqda vaxtmda xəbərdarlıq etmək.
8.3. Ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi kriteriyaları.
Ətraf mühitin zərərli təsirlərdən mühafızəsi üçün Dövlət ekoloji
ekspertizası tərtib olunmuş layihələri, planları və tədbirləri hərtərəfli
ekspertizadan keçirir.
Bütün sahələrdə mövcud texnoloji proseslərin toksikoloji
xarakteristikası hazrlanır. İstehsal olunan maddələrin və materialların
zərərlilik dərəcəsi müəyyən olunur. Bu məqsədlə hər bir sahədə zərərli
maddələrin Buraxıla Bilən Qatüığı müəyyən edilir.
I Hava mühitində buraxıla bilən qatılıq:
— Maddələrin iş yerlərində (zonasında) buraxıla bilən qatılığı, mq/m3-
lə ölçülür. Buraxda bilən qatdıq elə bir qatdıqdır ki, işçi 8 saatlıq iş günü
114
ərzində (40 saatlıq iş həftəsində), bütün iş stajı ərzində həmin mühitdə
işlədikdə onun səhhətinə heç bir mənfi təsir olmur. İş zonası dedikdə iş yeri
döşəməsindən 2 m hündürlükdə olan zona götürülür.
— Yaşayış məntəqələri havasında zərərli maddələrin birdəfəlik
maksimal buraxıla bilən qatılığı, elə bir qatılıqdır ki, insanlar həmin şəraitdə
20 dəqiqə nəfəs aldıqda onlarda heç bir reflektor reaksiyası baş vermir.
— Yaşayış məntəqələri havasında zərərli maddələrin orta sutkalıq
buraxıla bilən qatılığı, insanın həmən mühitdə uzunmüddət, ardıcıl nəfəs
alması zamanı onda heç bir neqativ halın yaranmasına səbəb olmur.
II Su hövzələri üçün Buraxıla bilən qatılıq: Təsərrüfat-içməli və
mədəni-məişət sularında zərərli maddələrin buraxıla bilən qatılığı (mq/1),
bilavasitə və bilvasitə insan orqanizminə heç bir neqativ təsir etməyən,
suyun istifadəsi zamanı gigiyenik şəraiti dəyişməyən qatılıqdır.
III Torpaqda Buraxıla bilən qatılıq:
— Şum sahələrində zərərli maddələrin buraxda bilən qatılığı (mq/kq.)
insanlara mənfi təsir göstərməməklə yanaşı torpağın özünütəmizləmə
prosesinə də təsir etməməlidir.
Zərərli maddələrin mühitdəki qatılıqlarının buraxıla bilən qatılığa
nisbəti vahiddən kiçik və ya ona bərabər olmalıdır.
Eyni bir mühitdə müxtəlif komponentlər olarsa
olmalıdır.
Son zamanlar "Ekoloji buraxıla bilən yük" məfhumu irəli sürülmüşdür.
Bu istehsalat tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarını
xarakterizə edir. Bu müəssisələrin ekoloji pasportunda öz əksini tapmalıdır.
115
Monitorinq zamanı obyektin çirklənmə dərəcəsini müəyyən etmək üçün
çirklənmə əmsalı təyin edilir.
Burada CFAKT - zərərli maddənin müvafıq zonada faktiki qatılığı;
CBBQ – həmən maddənin buraxıla bilən qatılığıdır.
Bu əmsal əsasında zonanın çirklənmə xəritəsi tərtib edilir.
8.4. Ekoloji auditor fəaliyyəti
Ekoloji auditorun məqsədi ekoloji təhlükəsizliyin təmin olunması
məqsədi ilə təbiətdən istifadə edənlərin fəaliyyətinin Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə, ekoloji norma və standlartlara
uyğunluğunu müstəqil surətdə yoxlamaq, onlara fəaliyyətlərinin səmərəli
təşkili və ekoloji siyasətlərinin müəyyənləşdirilməsi ilə bağlı lazımi
məsləhətlər vermək, kömək göstərməkdir.
Ekoloji auditorun vəzifəsi aşağıdakılardan ibarətdir:
— ekoloji auditin aparılmasında Respublika qahunvericiliyinə riayət
etmək;
— auditor yoxlamalarını və məsləhətverməni qanunvericilik üzrə
aparmaq;
— təsərrüfat subyektlərində yoxlama zamanı şəxsi əmlak mənafeyi,
qarşüıqlı maraqları, müəssisə rəhbərinin hər hansı bir işi ilə birbaşa
qohumluq əlaqəsi olan, auditin aparılmasmda əvvəllər müəssisədə işləmiş
maraqlı şəxsin auditin apanlmasında iştirakının mümkün olmaması haqqında
sifarişçiyə məlumat vermək;
— mülkiyyət formasından aslı olmayaraq təbii resurslardan istifadə və
onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmaq;
116
— ekoloji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular,
maliyyə-mühasibat uçotunun aparılması və hesabatların tərtibi, ekoloji
tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar haqqında sifarişçinin
rəhbərliyinə rəsmi məlumat vermək;
— sifarişçinin tələbi ilə əldə olunan məlumatları məxfı saxlamaq;
— yoxlama apanlan sahənin tələbi ilə onlara müvafıq normativ və
qanunvericilik aktlar haqqında məlumat və tərtib olunmuş yoxlama
materiallarının şərhini vermək.
Ekoloji audit, təbiətdən istifadə edən müəssisə ilə ekoloji auditor
arasında bağlanmış müqavilə əsasında aparılır. Ekoloji auditor öz işini
yoxlama üçün tələb olunan ekoloji normativ sənədlər, təlimatlar, yoxlanüan
obyektin texniki sənədləri əsasında qurur. O, lazım gəldikdə ekoloji
laboratoriya xidmətindən və ya digər texniki yardımlardan istifadə etmək
hüququna malikdir. Ona həmçinin, yoxlamanın xüsusiyyətlərindən asdı
olaraq, müəyyən sahələr üzrə kənar təşkilatlardan mütəxəssis dəvət etmək
səlahiyyəti də verilir. Auditor müəssisəsinin gərgin ekoloji sahələrində
aparılan tədbirlərin yaxşılaşdırılmasına daha diqqətli olmalı və ətraf mühitə
zərərli təsirin mümkün qədər azaldılmasına nail olmalıdır. O, müəssisə
rəhbərlərinə və mütəxəssislərinə məsləhətlər verməlidir. Ekoloji auditin
nəticələri auditor rəyi şəkilində sifarişçiyə təqdim olunmalıdır.
Keçirilmiş yoxlamanın nəticəsini əks etdirən ekoloji auditor rəyi
Azərbaycan Respublikasının prosesual qanunvericilyinə uyğun olaraq təyin
edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.
Ekoloji auditor tərəfındən yerinə yetirilmiş iş sifarişçiyə akt əsasında
təqdim olunmaqla rəsmiləşdirilir.
Ekoloji auditor sifarişçinin şərtinə uyğun olaraq auditin forma və
metodlarını sərbəst seçmə hüququna malikdir. O, yoxlama aparılan
117
təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün
sənədlərlə tanış ola və lazım olan məlumatları ala bilər. Audit səlahiyyətli
dövlət orqanlarının sifarişi ilə aparılarsa onda auditor aşkar edilmiş
pozuntular və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırılır. Əgər
yoxlama aparılan müəssisə tərəfındən auditora lazımi sənədlər verilməzsə
onda o, yoxlamanın keçirilməsindən imtina edə bilər.
Ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq hüququ Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə müəyyənləşdirilmiş İcra Hakimiyyəti
orqanı tərəfındən verilir.
Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və
məsləhətlərin verilməsinə cəlb cdilə bilərlər.
IX FƏSİL. EKOLOJİ PASPORTLAŞDIRMA VƏ EKSPERTİZA
9.1. İstehsal və qeyri-istehsal sahələri üzrə müəssisənin ekoloji
pasportlaşdırdması
Sənaye müəssisələrinin ekoloji pasportu əsas normativ-texniki sənəd
hesab edilir. Ekoloji pasport özündə vəsaitlərin istifadə olunma
göstəricilərini, ətraf mühiti əks etdirir. Müəssisənin ekoloji pasportuna daxil
edilir:
— Müəssisədə istifadə olunan texnologiyalar haqda məlumat;
— İstifadə olunan vəsaitlərin (xammal, yanacaq, enerji) keyfiyyət və
kəmiyyət xarakteri;
— İstehsal olunan məhsulun kəmiyyət xarakteri;
— İstehsalat tullantılarının kəmiyyət və keyfıyyət xarakteri;
— Müəssisənin mövcud texnologiyaları ilə digər müəssisələrin və ya
xarici ölkələrdə istifadə olunan texnologiyaların müqayisəiərinin nəticələri.
Ekoloji pasporta daxil olunmuş məlumatlar aşağıdakı təbiətin
muhafizəsi məsələlərinin həllində istifadə olunur:
118
— Çirkləndirici tullantıların və istehsal olunan məhsulların ətraf mühitə
və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi;
— Çirkləndirici tullantıların buraxıla bilən normalarının müəyyən
edilməsi;
— Müəssisə tərəfındən təbiəti mühafızə tədbirlərinin planlaşdınlması
və onun effektliyinin qiymətləndirilməsi;
— Müəssisənin yenidənqurma layihələrinin ekspertizası;
— Müəssisə tərəfındən təbiətin mühafızəsi üzrə qanunvericiliyə necə
riayət olunmasma nəzarət.
Ekoloji pasport müəssisə layihə edilərkən layihəçi-təşkilat tərəfındən
işlənib hazırlanır.
Ekoloji pasport istehsalat müəssisəsi tərəfindən layihələndirilən
«Tullantıların buraxılabilən həddi» (TBH), qaz-su təmizləyici avadanlığın və
qurğuların xüsusiyyətləri, tullantılardan istifadə normativ-texniki sənədlər və
s. əsasında hazırlanır.
Tərtib olunmuş ekoloji pasport təbiətin mühafızəsi üzrə yerli təşkilatlar
ilə razılaşdırıhr. O, iki nüsxədə tərtib olunur. Bunun bir nüsxəsi müəssisədə,
digər nüsxəsi «Qulluq üçün istifadə olunur» qrifi ilə yerli təbiətin mühafızəsi
komitəsində saxlanılır.
Ekoloji pasportun birinci bölməsində müəssisənin yerləşdiyi yer və
onun əhatəsində olan obyektlərin xarakteri qeyd edilir, həmçinin
müəssisənin xəritə-sxemi verilir. Onun üzərində atmosferə atılan
çirkləndiricilərin mənbəyi, yerüstü sular, tullantılar toplanan anbar, sanitar
mühafizə zonasının sərhəddi, yaşayış massivi, kənd təsərrufat sahələri,
nəqliyyat magistral, istirahət zonası göstərilir.
İkinci bölmə «Müəssisənin yerləşdiyi rayonun təbii iqlim xarakteri»
adlandırılır. Bu bölmədə meteoroloji vəziyyətin xarakteri, çirkləndici
119
maddələrin yayılma istiqaməti və çirkləndirmə əmsalı, su təchizatı və
tullantı sularının mənbəyi haqqında məlumatlar qeyd olunur. Bu
məlumatlarıın hamısını Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
götürmək olar.
Üçüncü bölmə «Müəssisənin qısa xarakteristikası və məhsul haqqında
məlumat» adlandırılır. Burada xammal, ilkin istehsal, istehsalat proqramı,
buraxılan məhsulun növu və həcmi haqqında məlumat verilir. Hər bir
istehsal növü üzrə material axıının balans sxemi verilir.
Sxemdə atmosferi çirkləndirən mənbəyin nömrəsi dəyişməz qalmalıdır.
Yeni çirkləndirici mənbə aşkar edildikdə ona əvvəl istifadə olunmayan yeni
nömrə verilir. Mənbə ləğv olunduqda onun nömrəsi yenidən istifadə
olunmur. Mütəşəkkil tullantı mənbəyləri 0001-5999, qeyri mütəşəkkil
tullantı mənbələri 6001-9999 həddində nömrələnir.
Dördüncü bölmə «Məhsul növü üzrə enerji sərfi» adlandırılır. Burada
məhsulun növü və hər bir vahid məhsul üçün sərf olunan daş kömür və digər
yanacaqların növü göstərilir.
Beşinci böimə «Atmosferə atılan tullantıların xarakteristikası»
adlandırılır. Burada tullantılar haqqında və «TBH» layihə normasına uyğun
təmizləyici qurğular haqqında məlumat verilir.
Altıncı bölmə «Su təchızatı, tullantı sulann təmizlənməsi» adlandırılır.
Burada sudan istifadə üzrə balans sxemi ilə əlaqədar informasiya verilir.
Yeddinci bölmə «Müəssisədə yaranan tullantıların xarakteristikası»
adlanrr. Burada tullantının dəqiq adı, təhlükəlilik sinfı, miqdarı, birləşmədə
əsas kimyəvi element, onların yanğın-partlayış təhlükəsi, aqreqat halı
(tozşəkilli. iri dənəli və ya parçalı, maye, özlülüyü), həlloluna qabiliyyəti,
nəmlilik dərəcəsi göstərilir. Burada həmçinin müəssisədə xüsusi anbarlarda
saxlanılan tullantıların miqdarı, hesabat dövründə onlardan istifadə olunma
120
vəziyyəti, başqa müəssisələrə verilən miqdar, məhv edilən miqdar da
göstərilir.
Səkkizinci bölmə «Tullantıların saxlanılması, basdrrılma sahələrinin
xarakteristikası» adlanır. Burada müəssisənin balansında olan saxlanma və
basdırılma sahələrinin sayı, onların sahəsi, saxlanma həcmi, sanitar-
mühafızə zonasının ölçüləri, fəaliyyətə başlanma və nəzərdə tutulan
bağlanma vaxtı qeyd olunur. Bu bölmədə həmçinin anbar, torpağının
fıltrasiyası əleyhinə tətbiq olunan konstruksiya, həmin əhatənin mühitinə
nəzarət və saxlanılmaya sərf olunan vəsaitin miqdarı göstərilir.
Doqquzuncu bölmə «Çirklənməyə məruz qalmış torpaq sahəsinin
rekultivasiyası» adlandınlır. Burada müəssisənin tullantılarından
keyfıyyətini itirmiş torpaq sahəsinin ümumi sahəsi və onun
rekultivasiyasının vəziyyəti göstərilir.
Onuncu bölmə «Müəssisənin nəqliyyatı» adlandırılır. Burada
tullantıların nəqliyyat vasitəsilə daşınması və bu zaman ətraf mühitə olan
təsir göstərilir.
Onbirinci bölmə «Ətraf mühiti çirkləndirən maddələrin ətrafa atılması
və yerləşdirmə xərcləri» adlandırılır. Burada mövcud qaydalar əsasında ətraf
mühitə zərərli təsir üçün ödəmələr göstərilir.
9.2. Yaşayış sahələrinin ekoloji pasportlaşdınlmasının
xüsusiyyətləri.
Çirkləndirici mənbələrin şəhər əhatəsində qeyri müntəzəm
yerləşdirilməsinə görə ətraf mühitə olan texnogen təsir eyni dərəcədə olmur.
Təbii mühitin normal halında optimal ekoloji şəraitin yaradılmasına
ehtiyac duyulmur. Ətraf mühitin vəziyyəti qeyri-qənaətbəxş olduqda hər bir
konkret sahə üçün texnogen təsirə qarşı xüsusi tədbir işlənib hazırlanır.
121
Şəhərlərin ekoloji pasportlaşdırılması təbii-texnogen sistemlərin
təsirlərinin artıb azalması, proqnozlaşdırılması üçün əsas amillərdən biridir.
Pasportlaşdırma əsasında tərtib olunmuş «Şəhərin ekoloji pasportu»
aşağıdakı bölmələrdən ibarət olmalıdır:
— Şəhər əhatəsində ətraf mühitin fıziki-kimyəvi parametrlərini və
əhalinin sağlamlığının vəziyyətinin qiymətləndirilməsi;
— Mühəndisi-təsərriifat və kommunal-təsərrufat təsir nəticəsində ətraf
mühitdə baş verən dəyişiklərə nəzarət, onların qiymətləndirilməsi və nəticə
çıxarılması;
— Şəhər təsərrüfatının planlaşdırılması, idarəedilməsi, tikinti işləri,
təbii-texnogen sistemlərin istismarı işlərinin təbiətin mühafızəsi tədbirləri ilə
olan əlaqələrinin optimaliaşdırılması.
Şəhərin ekoloji pasportunun birinci bölməsində ətraf mühitin
paramctrlərinin (atmosfer, hidrosfer, geoloji mühit) və texnosferin mövcud
vəziyyətinin qiymətləndirilməsi göstərilir. Ətraf mühitin dəyişmə və onun
ekoloji nəticəsinin müəyyən edilməsi 3 mərhələdə aparılır:
— Şəhərin xüsusi analitik xəritəsinin tərtibi. Burada təbii-texnogen
faktorların və komponentlərin şəraitlori göstərilir;
— Tərtib olunmuş analitik xəritə əsasında sintetik kompleks xəritə
hazırlanır. Sonra antropogen təsirlərin göstəricilərinin anälizi aparılır;
— Sintetik xəritənin analizi nəticəsində ekoloji cəhətdən krizis rayonu
müəyyən cdilir. Təbii və texnogen şəraitin təsirindən şəhər üçün təhlükə
dərəcəsi müəyyən cdilir.
9.3. Ekoloji ekspertiza və onun maliyyəllməsiəşdirilməsi.
Ekoloji ekspertizada məqsəd istifadə olunan təbii resursların və onların
tullantılarının ətraf mühitə olan təsirini qiymətləndirməkdən ibarətdir.
122
Ekoloji ckspertiza istifadə olunan təbii resursların ətraf mühitə olan
mənfi təsiri haqqında istchlakçıya xəbərdarlıq etməklə yanaşı ondan bu
təsirlərin aradan qaldırılması üçün tədbir görməsini tələb edir.
Müəyyən bir sahədə qabaqcadan apanlan yoxlamalar xüsusi komissiya
tərəfındən aparılsa bu ekoloji ekspertiza hesab olunur.
Ekoloji ckspertizanın aşağıdakı formaları mövcuddur:
— Dövlət ekoloji ekspertizası: Dövlot ekoloji ekspertizası dövlət və
ekspert komissiyaları tərəfındən müxtəlif layihələrin. layihə-smetaların
normativ-texniki və normtiv-hüquqi sənədlərin, həmçinin yeni texnika,
texnologiya. material və maddələrin ekoloji norma, qayda və normativlərə
uyğunluğunu müəyyən edən bir təşkilatdır.
Ekoloji ekspertiza üçün ilkin material layihədən əvvəl və sonrakı
şəraitdə iqlim, geoloji, hidrogeoloji, genetik, torpağın özünütəmizlənməsi,
meşəlik, flora, fauna,əhali, sosial-iqtisadi və s. ilə əlaqədar olan gös
təricilərdir.
Ekspertiza aşağıdakı halların öyrənilməsi və analizi əsasında qurulur:
— Layihənin son məqsədi və onun rayon miqyasından regional
səviyyəyə qədər olan təsirinin əhəmiyyətliliyini müəyyən etmək;
— Layihənin həmin sahə üçün əhəmiyyətliliyini əsaslandırmaq;
— Texniki, torpaq və digər vəsaitlərin imkanları əsasında texniki-
iqtisadi hesabatı analiz etmək;
— Ətraf mühitin mühafızəsi üzrə layihələrin növlərinin etibarlılıq
dərəcəsini yoxlamaq;
— Ətraf mühitə olan mənfi təsirlərin azaldılması yollarını analiz etmək;
— Alternativ layihənin mövcudluğunu və onun tətbiqinin
mümkünlüyünü öyrənmək;
123
— Texniki imkanla ətraf mühitə vurulan zərər arasında olan optimal
çıxış yolunu müəyyən etmək və s.
Beynəlxalq konvensiya ilə Dövlət səviyyəsində aşağıdakı təsərrüfat
növlərində ətraf mühitə olan təsirin qiymətləndirilməsi müəyyən edilmişdir:
1. Məhsuldarlığı sütka ərzində 500 tondan artıq olan neftayırma
zavodları qaz qurğuları, yanacaq kimi daş kömür və bitumdan istifadə edən
müəssisələr;
2. Gücü 300 MW-dan yüksək olan istilik (İES) və AES;
3. Nüvə yanacağını istehsal və regenerasiya edən, onların tullantılarını
təkrar emal edən qurğular;
4. Əlvan metallurgiya istehsalatıənın domna və marten sobaları;
5. İllik hasilatı 200 tondan çox olan azbest istehsalı ilə məşğul olan
müəssisələr;
6. Kimya kombinatları;
7. Avtomobil, dəmiryol və aeroport yollanrın inşaatı ilə məşğul olan
müəssisələr;
8. İri diametrli neft-qaz kəmərləri;
9. Ticarət mərkəzləri (supermarket, hipermarketlər);
10. Tullantıları tutmaq üçün ayrılan qurğular, toksik və təhlükəli
maddələrin təkrar emalı və basdırılması ilə məşğul olan müəssisələr;
11. İri su anbarları və hövzələri;
12. İllik hasilatı 200 tondan çox olan kağız emalı ilə məşğul olan
müəssisələr;
13. Kontinental selfdə neft-qazçıxarma müəssisələri;
14. İri həcmli neft, neft-kimya və kimyəvi maddələr saxlanılan sahələr;
15. Böyük meşədə ağacqırma ilə məşğul olan sahələr Dövlət ekoloji
ekspertinin çıxardığı nəticələrə aidiyyatı orqanlar mütləq riayət etməlidirlər.
124
— Müvafiq idarələr tərəfindən aparılan ekoloji ekspertiza. Bu
komissiyanın çıxardığı nəticələr Dövlət ekoloji ekspertizasının nəticələrini
inkar etmirsə o, həmin idarə nəzdində qüvvədə olur.
— İctimai ekoloji ekspertiza. İctimaiyyətin öz istəyi ilə təşkil
olunmuş qeyri dövlət strukturudur. Onların çıxardıqları nəticələr məsləhət
(təklif) xarakteri daşıyrr.
— Elmi ekoloji ekspertiza elmi tədqiqat və ya tədris müəssisələri
tərəfindən aparılrr. Onların çıxardıqları nəticələr informasiya xarakteri
daşıyır.
Ekoloji ekspertiza öz fəaliyyətində faktları, elmi prinsipləri və qüvvədə
olan qanunvericiliyi əldə rəhbər tutur. O,ayrı-ayrı şəxslərin və ya
müəssisələrin yox, ətraf mühitin mühafızəsi prinsipini güdməlidir.
Dövlət ekoloji ekspertizası dövlət büdcəsi və sifarişçinin hesabına
maliyələşdirilir. Sənəd və materialların dövlət ekoloji ekspertizasının dəyəri
(D) aşağıdakı düsturla müəyyən edilir:
D= H •α1. α 2 . α 3. α 4 . α 5 +E
Burada H - daimi hesablama kəmiyyətidir;
α1 - sənədlərin növü və mərhələliyi üçün düzəliş əmsalıdır;
α 2 - layihəqabağı və layihə qərarlarının həyata keçiriləcəyi ərazidə
ekoloji şəraiti nəzərə alan əmsaldrr;
α 3 - obyektin ekoloji təhlükəsizlik səviyyəsini nəzərə alan əmsaldır;
α 4 - obyektlərin nadirliyini nəzərə alan əmsaldır;
α 5 - nəzərdə tutulan təsərrufat fəaliyyətinin ətraf mühitə olan təsirinin
dolğunluğunu nəzərə alan əmsaldır.
E- ekspertizanın qısa müddətdə yerinə yetirilməsinə görə əlavə
dəyərdir;
125
H obyektlər üçün sənədlərin hazırlanmasından və ya layihənin ümumi
smeta dəyərindən asılı olaraq aşağıdakı kimi təyin edilir:
1.10 milyon manata qədər olduqda bütün məbləğin 5 faizi;
2. 10 milyon manatdan 100 milyon manata qədər olduqda 1-ci bəndin
şərti üstəgəl hər növbəti 10 milyon manat üçün 100 min manat;
2-ci bəndin şərtlərinə hər növbəti 100 milyon manat üçün 300 min
manat əlavə olunur;
3. 1 milyard manatdan 10 milyard manata qədər olduqda 1-ci, 2-ci və 3-
cü şərtlər nəzərə alınaraq hər növbəti 1 milyard manat üçün əlavə 750 min
manat əlavə olunur.
α1 - ekspertizanın kateqoriyası, layihələşdirmənin mərhələsi və
sənədlərin növündən asılı olaraq götürülür.
I kateqoriya üzrə: - yeni, o cümlədən xaricdən daxil olan texnikanın,
texnologiyanın, materialların və maddələrin yaradılmasına dair sənədlər,
dövlət, sahə və regional səviyyəli layihəqabağı və planqabağı sənədlər, 0
cümlədən inkişafın konsepsiyaları, əsas istiqamətləri, proqramları,
perspektiv proqnozları, məhsuldar qüvvələrin yerləşdirilməsinin ərazi və
sahə sxemləri, regionların təbiətinin mühafızəsinin ərazi kompleks sxemləri,
ərazilərin,habelə işləyən müəssisələrin ekoloji vəziyyətinin qiy
mətləndirilməsinə dair digər materiallar və sənədlər, təsərrüfat fəaliyyətinin
ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan iri sənaye
obyektlərinin və komp-lekslərinin tikintisinə və genişləndirilməsinə aid
layihə və ƏMTQ (ətraf mühitin təsirinin qiymətləndirilməsi) sənədləri üçün
α1=3,0 götürülür.
II kateqoriya üzrə: - şəhərlərin və şəhər tipli qəsəbələrin inkişaf
sxemləri, rayonların planlaşdırılması sxemləri və layihələri, şəhərlərin baş
126
planları, yaşayış məntəqələrinin müfəssəl planlaşdırılması layihələri, sənaye
qovşaqlarının layihə, sxem və ƏMTQ sənədləri, təsərrüfat fəaliyyətinin
ekoloji cəhətdən təhlükəli növlərinin siyahısına daxil olan xırda obyektlərin
və daxil olmayan obyektlərin tikinti və genişləqdirilməsinə aid layihə və
ƏMTQ sənədləri üçün α1=2,0 götürülür.
III kateqoriya üzrə: - elmi tədqiqat və layihə-konstruktor sənədləri,
təbiətdən istifadəni tənzimləyən normativ hüquqi, normativ metodiki,
lisenziya və başqa sənədlər, təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən
təhlükəli növlərinin siyahısına daxil olmayan obyektlərin yenidənqurma,
müasirləşdirmə və ləğv olunmasma aid layihə və ƏMTQ sənədləri. 1-ci və
2-ci kateqoriyalar daxil edilməmiş sənədlər üçün α1 = l,0 götürülür.
burada α1.2, α 2.2, α 2.3,..., α2.n - təsərrüfat fəaliyyətinin həyata
keçirilməsinə şəraiti və ərazilərdən asılı əmsallardır.
Ekoloji fəlakət zonaları üzrə əsas ərazilər üçün α2.ı= 1,3, ərazidən 100
km məsafədə α2.ı= 1,15 götürülür.
Fövqəladə hal zonaları və xüsusi mühafizə edilən (qoruqlar istisna
olmaqla) ərazilər üzrə əsas ərazilər üçün α2.2 = 1,2, ərazidən 100 km
məsafədə α2.2=l,l götürülür.
Təbii mühitlərdən hər birinin çirklənməsi səviyyəsinin normativdən
yüksək olduğu regionlar, şəhərlər və yaşayış məntəqələri (ekspertiza
məqamından əvvəlki il üçün) əsas ərazi üçün α2.3 = 1,15, ərazidən 100 km
məsafədə α2.3 = 1,0 götürülür və sairə.
127
α3 -SN245-71 sanitar normas dərəcəsindən asılı götürülür. I dərəcə
üçün α3 =1,14, II dərəcə üçün α3 =1,13, III dərəcə üçün α3 =1,12, IV dərəcə
üçün α3 = 1,11 və V dərəcə üçün α3= 1,0 götürülür.
α4 birtipli layihələrə dair sənədlər üçün 1,2, fərdi layihələrə dair sənəd
lər üçün 1,3, layihə eksperiment qaydasmda hazırlandıqda 1,4 götürülür.
α3 - ƏMTQ bölməsinin yerinə yetirilmə səviyyəsindən asılı olaraq 1,
1,5; 1,8 və 2 götürülür.
Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza
İdarəsi tərəfindən ekspertiza işlərinin yerinə yetirilməsinə görə sifarişçidən
daxil olan Vəsait Komitənin büdcədənkənar vəsaitləri hesabına daxil olur və
ekspertiza üçün tələb olunan işlərdə istifadə olunur.
9.4. Təbiətdən istifadə üçün lisenziya, müqavilə və limitlər
Təbii mühitdən və təbii resurslardan istifadə qaydaları təbiətin
mühafizəsi, istifadə olunan təbii resursların tükənməməsi, cari dövr və
gələcək nəsillər üçün normal ekoloji və iqtisadi şəraitin yaradılması ətraf
mühitə nəzarət prinsiplərinə əsaslanır. Lisenziya, müqavilə və limitlər ətraf
təbii mühitin və təbii resurslardan səmərəli istifadənin iqtisadi əsası hesab
edilir.
Təbiətdən kompleks istifadə üçün lisenziya (icazə) mülkiyyətçiyə
müəyyən olunmuş müddətdə təbii resurslardan (torpaq, su, yerin təki və s.)
istifadə, həmçinin tullantıların yerləşdirilməsinə səlahiyyət verən sənəddir.
Təbiətdən kompleks istifadə üçün lisenziyaya daxil edilir:
— İstifadə olunan təbii resursların siyahısı, ondarın istifadə limiti və
normaları;
128
— Təbii sərvətlərin istehsal və məxaric normativləri;
— Çirkləndirici maddələrin siyahısı, onların tullantılarının normaları,
limiti və yerləşdirilmə qaydaları;
— Çirkləndirici maddə tullantıları və onların yerləşdirilməsi üçun
ödəmələr;
— Ekoloji tələblər və məhdudiyyətlərin qoyulması. Yerin təkindəki
ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsinə «Yerin təki
haqqında» Azərbaycan Respublikası qanununa müvafıq olaraq Azərbaycan
Respublikası Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi
lisenziyaya və Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təh-
lükəsiz Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Komitəsi tərəfındən
verilən «Dağ-mədən ayırması» statusuna əsasən icazə verilir.
Təbii mühitin qorunması və təbii resursların tükənməməzliyi kompleks
şəkildə təbiətdən istifadə zamanı mümkündür. Bu zaman bir sərvətdən
istifadə zamanı digərinə zərərli təsir göstərilmir. Buna görədə lisenziya alan
mülkiyyətçi (təbiətdən istifadəçi) görəcəyi iş üzrə təbiətdən kompleks
istifadə müqaviləsini bağlayır. Müqavilədə təbii resurslardan istifadə qayda-
ları, təbiətdən istifadəçinin hüquq və vəzifələri, təbiətdən istifadə üzrə
ödəmələr, tərəflərin məsuliyyəti, ziyanın ödəmə şərtləri göstərilir.
Ətraf mühitin mühafızəsi üzrə iqtisadi mexanizmin əsas hissələrindən
biri də təbiətdən istifadə üzrə limitlərdir.
Təbiətdən istifadə üzrə limit əsasən göstərilən müddət üçün təbii
resursların, tullantıların həcmi və onların yerləşdirilməsi üzrə müəyyən
edilir.
Təbii resurslardan yolverilən miqdardan artıq miqdarda istifadə
olunduqda istifadəsi əlavə vəsait ödəməlidir.
9.5. Təbii resursların və çirkləndiricilərin ekoloji-iqtisadi uçotu
129
Təbii resursların iqtisadi, ekoloji və digər göstəriciləri kadastr şəkilində
ümumiləşdirilir.
Kadastr müəyyən təbii resursların və ya hadisələrin miqdar və
keyfiyyətləri haqqında məlumatları sistemləşdirmək,bəzi hallarda onları
sosial-iqtisadi baxımdan qiymətləndirməkdir.
Torpaq, su, meşə, heyvanat aləmi, tibbi-bioloji, mədən və digər
kadastrları mövcuddur.
Dövlət torpaq kadastrı torpaqların monitorinqi və yerquruluşu haqqında
Respublika qanununa və digər qanunvericilik aktlarına müvafıq hazrrlanır.
Azərbaycan Respublikasmda dövlət torpaq kadastrını formalaşdıran vahid
torpaq kadastr sənədlər sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri
sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində
mülkiyyət, istifadə və icra hüquqlarını təsdiq edən aşağıdakılar hüquqi
kadastr sənədləri hcsab olunur:
— torpaq mülkiyyət hüququna dair dövlət aktı;
— torpaqdan daimi istifadə hüququna dair dövlət aktı;
— torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə;
— torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;
— notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə
müqavilələri.
Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına
uyğun olaraq «Dövlət torpaq kadastr fondu» yaradılır, ondan istifadə, onun
mühafızəsi qayda və şərtləri müəyyən edilir.
«Torpaq-kadastr sənədlərinin aparılması» və «Dövlət torpaq kadastr
fondunun yaradılması, istifadəsi və mühafızəsi» haqqında əsasnamələr
Azərbaycan Respublikası Nazirlər Kainetinin 1999-cu il 7 iyun tarixli 94
nömrəli qərarı ilə təsdiq edilmişdir.
130
Su kadastrı su obyektlərinin rejim, keyfiyyət, ondan istifadə
göstəricilərini sistemləşdirən hüquqi və texniki sənədlərin toplusudur. Su
kadastrı 3 sahəni əhatə edir: 1) Yerüstü suları; 2) Yeraltı suları ve 3) Sudan
istifadə sahələrini. Su kadastrının tərtibində hidroloji stansiyalar və
bölmələrin göstəricilərindən istifadə olunur.
Meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji,
iqtisadi, kəmiyyət və keyfıyyət cəhətdən qiymətləndirilməsidir.
Dövlət meşə kadastrı təbii sərvətlər kadastrının tərkib hissəsini təşkil
edən rəsmi dövlət sənədidir və meşə quruluşu, meşələrin inventarlaşdırılması
və digər müayinə-təftiş sənədlərinin əsasında aparılır.
Son zamanlarda ekoloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq
tullantıların toksiklik dərəcəsindən və tərkib hissəsindən asılı olaraq onların
yerləşdirilməsi üzrə qeydiyyatın apanlması zərurəti yaranmışdu. Bu
qeydiyyatlar potensial təhlükə yaradan maddələr üçün onların mənşəindən
asılı olmayaraq bütün dünya üzrə aparılır.
Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və
sertifikatlaşdırma haqqında Azərbaycan Respublikasmm Qanunu 8 iyun
1999-cu ildə Respublika prezidenti tərəfmdən təsdiq edilmişdir (N° 678İQ).
Ətraf mühitin mühafızəsi sahəsində standartlaşdırma və sertifıkatlaşdırma
obyektlərinə ekoloji təhlükəsizlik, əhalinin həyat və sağlamlığına, təbii
resursların bərpası və səmərəli istifadəsinə təhlükə yarada biləcək, Azər-
baycan Respublikasmda istehsal olunan və ya onun ərazisinə gətirilən
məhsullar (işlər, xidmətlər) və texnologiyalar aid edilir.
131
X FƏSİL. ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNİN
İQTİSADİYYATI
10.1. Ətraf mühitin mühafizəsinin iqtisadi mexanizmi
Müasir dövrdə iqtisadiyyatın inkişaf tempi təbii ehtiyatların məhdud
olması probleminin kəskinləşməsi ilə əlaqədar olaraq ekoloji tələbatın
yüksəlməsini irəli sürür. Qeyd etmək lazımdır ki, iqtisadi inkişaf daxilində
bir tərəfdən ekoloji problemin yaranması, digər tərəfdən həmin problemlərin
aradan qaldrrılması zərurəti yaranır. Bu iki ziddiyyətin yaranma səbəbini bil-
mək üçün ətraf mühit və ictimai istehsal arasmda olan əlaqəni müəyyən
etmək lazım gəlir. Lakin bu zaman «İqtisadiyyat-mühit» sisteminin heç
birinə ayrdıqda üstünlük vermək olmaz. Bu sistem arasmda elə bir əlaqə
yaratmaq lazımdır ki, istehsalın artması, iqtisadi inkişaf, xalın rifahının
yüksəlməsi ətraf mühitin bütünlükdə və ya onun ayrı-ayrı komponentlərinin
inkişafina və yaxşılaşdırılmasına uyğun gəlsin. Müasir ekoloji vəziyyət
təsərrüfat problemlərinin həllinə ətraf mühitin mühafizəsi ilə yanaşı
ictimaiyyətin iqtisadi inkişafinı da nəzərə almağı tələb edir.
Ətraf mühitin mühafizəsi siyasət, ideologiya, sosial mühit və ən əsası
iqtisadi inkişaf ilə sıx əlaqədardır.
İqtisadiyyatla ekologiya arasında yaranan qarşıdurma ətraf mühitin
mühafizəsinin əsas problemlərindən biridir. Əvvəllər bu problem inzibati
amirlik yolu ilə həll olunardı. Hal hazuda bu məsələ «Bäzar iqtisadiyyatı»
əsasında müxtəlif institutlar və eimi tədqiqat müəssisələri tərəfmdən həll
olunur. Bu müəssisələr tərəfmdən təbii kadastrlar, maliyyə və material-
texniki təchizat, təbii sərvətlərdən istifadə üçün ödəniş, ətraf mühitin
çirkləndirilməsi üzrə ödəmələr, vergiödəmə və ondan azad olma məsələləri
həll edilir.
132
Ekoloji məsələlərin həllində iqtisadi həvəsləndirmə məsələsi aşağıdakı
istiqamətdə aparılrr:
— iqtisadi sığorta, təbiətin mühafizəsi və istehsal fondları üzrə
amortizasiya normalarının artırılması, ekoloji təmiz ərzaqlara həvəsləndirici
qiymətlərin qoyulması, mühafizə sahələrinin kirayə verilməsi, ekoloji
xidmət bankının yaradılması və s.
10.2. Ətraf mühitin mühafizəsi üzrə iqtisadi tənzimləmə
Ətraf mühitin mühafızəsinin iqtisadiyyatı ekoloji təhlükəsizliyin təmini,
təbii resurslardan səmərəli istifadə, onların bərpa edilməsi və artırılması
tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi üzrə görülən işləri
əhatə edir. Bu məqsədlə ilk növbədə ətraf mühitin mühafizəsi üzrə tədbirlər
proqnozlaşdrılır ,onlar üçün maliyyələşdirilmə mənbələri, təbiətdən istifadə,
ətraf mühitin çirkləndirilməsi, iqtisadi maraqlandırma və s. işlər üzrə
ödəmələr müəyyən edilir.
Ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və
maliyyələşdirilməsi təbiətdən istifadənin müxtəlif istiqamətlər üzrə dövlət
proqramlarına və konsepsiyalarına daxil edilir.
Ətraf mühitin mühafizəsi sahəsində ekoloji proqramların və tədbirlərin
maliyyələşdirilməsi dövlət və yerli budcələr, ekoloji sığorta, təbiətdən
istifadəyə görə ödəmələr, hüquqi və fiziki şəxslərin könullü ianələri,
qrantlar, beynəlxalq qurumların ayırmaları hesabına həyata keçirilir.
Ətraf mühitin çirkləndirilməsinə və təbii resurslardan istifadəyə görə
ödəmələr müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan qanunvericilikdə
nəzərdə tutulmuş qaydada və məbləğdə almrr.
Ətraf mühitin mühafızəsinin stimullaşdırılması ekoloji yö-nümlü
subsidiyalar və digər stimullaşdırıcı tədbirlər vasitəsilə həyata keçirilir.
133
Ekoloji təhlükəli fəaliyyət növləri ilə məşğul olan hüquqi və fıziki
şəxslər qanunla nəzərdə tutulmuş qaydada məcburi sığortalanırlar. Ekoloji
sığorta ətraf mühitə və ya hər hansı bir şəxsə vurulan ziyanın ödənilməsində
istifadə olunur.
Ətraf mühitin təxirəsalınmaz tədbirlərinin, ona vurulan zərərin aradan
qaldırılmasının maliyyələşdirilməsi üçün dövlət və ictimaiyyət tərəfındən
xüsusi fond yaradıhr. Dövlət fondu təbiətdən istifadə ödəmələri, ətraf
mühitin çirkləndirilməsi üzrə cərimələr, qeyri-qanunu əldə' edilən
məhsullarm satışından daxil olan vəsaitlər, qrantlar, könüllü ianələr, və s.
hesabına təşkil olunur. Bu fondlar əsasən elmi-tədqiqat işlərilə, ekoloji təmiz
texnologiyanın tətbiqinə, təbiətin mühafızəsi obyektlərinin tikintisi və
yenidən qurma işlərinə, çirkləndiricilərin ətrafa və insanlara vurduğu ziyanın
bərpa olunmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, ekoiogiya üzrə
təlim-tərbiyə işlərinə, nadir fauna və floraların qorunmasına, ətraf mühitin
monitorinqinin təşkili və keçirilməsinə, mütəxəssislərin həvəsləndirilməsi və
stimullaşdırılmasına sərf olunur.
Ətraf mühitin mühafızəsinin ictimai fondları ictimai vəsait, qrantlar,
fiziki və hüquqi şəxslərin könüllü ianələri və s. hesabına təşkil olunur. Bu
fondlar ictimai birliklər tərəfındən ətraf mühitin mühafizəsi tədbirlərində
istifadə olunur.
10.3. Ətraf mühitin çirkləndirilməsindən yaranan iqtisadi ziyanın
hesablanması
İqtisadi ziyanı hesablamaq üçün 2 metoddan istifadə edilir: - fərdi
hesabat metodu və ümumiləşdirilmiş emprik metod.
Çirkləndirmədən yaranan ümumi illik iqtisadi ziyan Z (manat/il)
aşağıdakı düsturla hesablanır.
134
burada Zç - vahid tullantının ətraf mühitə vurduğu xüsusi ziyan,
manat/il, b-vahid məhsula düşən tullantının kütləsi, t/t; Qm - illik buraxılan
məhsul, t/il.
Mühitlər üzrə iqtisadi ziyan aşağıdakı düsturla hesablana bilər:
burada Ztt ayrı-ayrı mühitdən və ya müəssisələrdən ətraf mühitə atilan
tullanülardan dəyən illik ümumi iqtisadi ziyan, manat/il;
Zatm - Atmosferin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan,
manat/il;
Zs - Su mənbələrinin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan,
manat/il;
Zq - torpaq sərvətlərinin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan,
manat/il;
Zya - yeraltı sərvətlərin çirkləndirilməsindən və pozuntudan dəyən illik
iqtisadi zivan. manat/il:
ümumiləşdirilmiş hesabat metodunun həqiqilik dərəcəsini
müəyyən edən düzəliş əmsallandrır. Hər bir əmsal ümumi sahələrə dəyən
ziyanın ümumiləşdirilmiş hesabatından alınan nəticənin ayr-ayrı sahələr üzrə
hesablanan ziyanm nisbətindən asılı olaraq götürülür.
Bütün mənbələrdən atmosferə atılan çirkləndiricilər tərəfındən dəyən
iqtisadi ziyan ümumiləşdirilmiş hesabat düsturu ilə belə təyin edilir.
burada K - sabit əmsaldrr. O, qiymət dəyişməsindən asılıdır və dəyişə bilər,
manat/şərti ton; T - nisbi təhlükəlilik əmsalıdır və sahənin xüsusiyyətindən
asıh olaraq götürülür. Kurort və qoruq sonaları üçün 10, şəhərətrafı və
135
istirahət zonaları üçün 8, meşələr üçün 0,2 - 0,0025, əkin sahələri üçün 0,25,
bağlar üçün 0,5 götürülür.
F - ölçüsüz əmsaldır və hissəçiklərin atmosferdə yayılma
istiqamətindən asılıdır. Onun qiyməti hissəciklərin çökmə sürətindən, yer
səthindən olan hündürlüyündən, və temperaturundan asılıdır. Çökmə surəti
1-20 sm/san. olduqda f=0,89-4; lsm/san az olduqda isə f= 1-0,08 götürülür.
M - Mənbədən bir ildə atılan çirkləndiricilərin kütləsi, şərti ton/il.
Atmosferə atılan çirkləndiricilərin kütləsi (M) belə hesablanır:
burada N - Çirkləndiricilərin ümumi sayı;
Aı - i növü üçün hissəciyin nisbi aktivliyinin ölçüsüz göstəricisidir və
dəm qazı üçün 1, kükürd anhidridi üçün 22, hidrogen sulfid üçün —54,8,
tozlar üçün 100 və s. götürülür.
nii - i növlü zərərli tullantının illik kütləsi, ton/il;
Su mənbələrinə atılan çirkləndiricilər tərəfmdən dəyən iqtisadi ziyan
ümumiləşdirilmiş hesabat düsturu ilə belə təyin edilir.
burada K - sabit əmsaldır, manat/şərti ton
Tk - su təsərrüfatlarının növündən asılı əmsaldır. M-in qiyməti
aşağıdakı kimi hesablanır.
burada A) - tullantının nisbi təhlükəlilik əmsalıdır. m)-i növlü
tullantının illik kütləsidir, ton/il. A) -in qiyməti aşağıdakı düsturla tapılır
136
burada BBQblti - balıq təsərrüfat su hövzələrində i növlü maddənin
buraxılabilən qatılığıdır, q/m3,;
A) -in qiyməti suda asılı vəziyyətdə olan maddələr üçün 0,33; neft
məhsullan üçün 20, mis üçün 100 və s. götürülür.
Torpaq sərvətlərinə çirklənmədən dəyən illik iqtisadi ziyan
ümumiləşdirilmiş hesabat düsmru ilə belə təyin edilir:
burada Zatm - torpağın çirkləndirilməsindən atmosferə dəyən ziyan,
manat/(hektar. il);
Zs - torpağın çirkləndirilməsindən su hövzələrinə dəyən ziyan,
manat/(hektar.il);
Zt - çirkləndirilmiş torpağın verdiyi ziyan, manat/(hektar.il)
Sm - məhv olmuş torpağın sahəsi, hektar. Bu düstura daxil olan
göstəricilər aşağıdakı asıhlıqlarla təyin edilir:
burada Va - 1 hektar torpaq sahəsinə düşən toz-qaz tullantılarının həcmi,
ton/ (hektar.il);
Ca - tullantılardan dəyən illik ziyanın nisbi qiyməti, manat /ton;
K - sahənin xüsusiyyətini nəzərə alan əmsal; h - tullantının yer
səviyyəsindən olan məsafəsindən asılı olan əmsal;
Z - çirkləndirilmiş torpağın xassəsini nəzərə alan əmsal.
burada Vb - 1 hektar sahədən su hövzələrinə 1 ildə atılan çirk-
ləndiricilərin həcmi, ton/(hektar.il);
Cb - su hövzələrinə atdan çirkləndiricilərdən dəyən illik ziyanın nisbi
qiyməti, manat /ton;
137
burada n - kənd təsərrüfatı məhsulu növünün indeksi;
Pm - torpağın çirkləndirilməsi nəticəsində illik məhsul itkisi
ton/(hektar.il) -n növ məhsulun uyğun olaraq nəzarət və çirk-
ləndirilmiş zonalardakı maya dəyəri, manat/ton.
Çirkləndirilmə və pozunt nəticəsində yeraltı sərvətlərə dəyən illik
iqtisadi ziyanın ümumiləşdirilmiş hesabatı:
burada Zp - pozuntulardan dəyən ziyan, manat/il;
Zç - çirkləndirmədən dəyən ziyan, manat/il.
Ümumiləşdirilmiş metodla hesabat göstərir ki, havanın
çirkləndirilməsindən xalq təsərrüfatına dəyən iqtisadi ziyan 60%, su
hövzələrinin çirklənməsindən 30%, bərk tallantıların təsirindən 10% təşkil
edir.
Fərdi metodla iqtisadi ziyanın hesablanması küllü miqdarda ilkin
göstəricilər haqqında məlumat tələb edir. Bu göstəricilər mühəndisi - iqtisadi
araşdırma nəticəsində əldə edilə bilər.
Təbiətin mühafizəsi tədbirlərinin illik iqtisadi səmərəsi çirkləndirilmə
təsirindən yaranan illik iqtisadi ziyanla görülən tədbirlər nəticəsində həmən
ziyanın azalması fərqindən asılıdrır.
138
10.4. Təbiətin mühafizəsi tədbirlərinin iqtisadi səmərəliliyinin
hesablanması
Təbiətin mühafızəsi tədbirlərinin səmərəliliyi, həmin tədbirlərə sərf
olan xərclərlə və əldə olunan iqtisadi nəticələrin müqayisəsi ilə müəyyən
edilir.
Ümumi ıqtisadi səmərə Es illik ümumi səmərənin həyata keçirilən
tədbirlərə sərf olunan xərclərə olan nisbətinə bərabərdir.
burada E - il ərzində əldə edilən səmərə; C - il ərzində cari xərclər; K -
səmərəni müəyyən edən kapital qoyuluşu; N - kapital qoyuluşunun
səmərələliyinin normativ əmsalı. Əgər səmərə (E) uzunmüddət həyata
keçirilən tədbirlərin nətıcəsində əldə olunursa onda ümumi səmərə
müddəti üçün belə hesablanır.
Mühitə təsir edən çirkləndiricilərin mənfı təsirinin azaldılması
nətıcəsmdə ilkin səmərə belə hesablanır:
burada B - mühitə mənfı təsir edən zərərli maddələrin qatılıgının azalması
göstəricisidir.
İlkin səmərə həmçinin aşağıdakı kimi hesablana bilər;
139
burada P - ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasını xarakterizə edən
göstəricidir.
Təbiətin mühafizəsi tədbirlərinin iqtisadi səmərəliliyi müəssisənin
gəlirinin artması və ya məhsulun maya dəyərinin aşağı salmması vasitəsi ilə
də müəyyən edilə bilər. Müəssisəyə dəyən ziyanın azalması AY və gəlirinin
artması AP nəticəsində əldə edilən iqtisadi səmərə aşağıdakı düsturla hesab-
lanır:
Təbiətin mühafızəsi tədbirlərinə qoyulan əlavə kapital qoyuluşunun
mütləq səmərəsi:
asılıhğı ilə hesablanrr.
Təbiətin mühafızəsi tədbirlərinin mütləq iqtisadi səmərəsi belə
hesablanır:
burada Ey - j obyektində i növünün iqtisadi səmərəsi:
N - kapital qoyuluşunun səmərəliliyinin normativ əmsalı, 0,16.
Ətraf mühitin mühafizəsinə qoyulan kapitalm səmərəliliyı iki
istiqamətdə - xalq təsərrüfatı və təsərrüfat hesabı üzrə heablanılır.
Xalq təsərrüfatı üzrə səmərə sərvətlərin itkisinin azaldılmasına qarşı
aparılan tədbirlərdən əvvəl və sonrakı xərclərin fərqi kimi götürülür.
Təbii ehtiyatların itkisinin azalması və onların keyfiyyətinin aşağı
düşməsi üzrə təsərrüfathesabı səmərə gəlirə görə hesablanır.
140
Təbiətin mühafızəsi üzrə kapital qoyuluşunun səmərələliyinin qoyulan
xərcə görə təyin edilməsi məsləhət görülür. Sosial səmərə aşağıdakı
göstəricilərlə xarakterizə edilir: — Mühitin çirkliliyi təsirindən baş vermiş
xəstəlik nəticəsində yaranan məhsul itkisinin xərci:
burada Bx - xəstəliyə görə işləməyən işçilərin sayı;
Mi - 1 gün ərzində hər işçiyə düşən təmiz məhsulun həcmi, insan - 1
gün;
Qı, Q2 - işçinin xəstəlikdən əvvəl və sonra yerinə yetirdiyi işin həcmi,
insan-gün;
— Göstərilən səbəb üzündən sosial sığorta fondundan olan ödənişlərin
miqdarı
burada Bs - mühitin çirkləndirilməsi səbəbindən xəstələnərək müavinat alan
işçilərin sayı; K0 - müavinatın orta qiyməti.
— Mühitin çirkləndirilməsi səbəbindən xəstələnən işçilərin müalicə
xərcləri aşağıdakı düsmrla hesablanır.
burada Bp və Bb - uyğun olaraq poliklinika və xəstəxanada müalicə olanların
sayı;
Dp və Db - bir xəstənin orta müalicə müddəti;
Zp və Zb - bir xəstənin müalicəsinə poliklinika və ya xəstəxanada sərf
olunan xərcdir.
Təbiətin mühafızəsi üzrə həyata keçirilən tədbırlərın umumi iqtisadi
səmərəsinin hesablanmasna müxtəlif yanaşmalar mövcuddur. Hər hansı bir
metodun seçilməsində əsas krıteriya az vəsaitin sərf olunmasıdrr.
141
XI FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA ƏTRAF
MÜHİTİN MÜHAFİZƏSİ PROBLEMLƏRİ
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi məsələləri son
40 il ərzində daha da kəskinləşmişdir. Keçmiş SSRİ tərkibində
respublikamızın təbii sərvətlərindən kortəbii istifadə, ekoloji tutum nəzərə
alınmayaraq çirkli sənaye sahələrinin yerləşdirilməsi və onların təmizləyici
qurğularİa təchiz edilməməsi nəticəsində ətraf mühitə antropogen təsir
güclənmiş, bəzi ərazilərdə texnogen landşaftlar yaranmışdır. Kənd təsərrüfatı
sahələrində istifadə edilən zəhərli kimyəvi maddələrin normadan artıq tətbiq
edilməsi nəticəsində torpaqlar çirklənməyə məruz qalmışdır. Bütün bu
təsirlər nəticəsində torpaqların, su hövzələrinin, atmosferin, bitki və
heyvanat aləminin və ümumiyyətlə landşaft komplekslərinin mühafızəsi res-
publikamıın əsas ekoloji problemlərinə çevrilmişdir.
Rcspublikamızda ekoloji problemlər daha çox sənaye və kənd
təsərrüfatının inkişaf etdiyi rayonlar üçün xarakterikdir. Bu baxımdan
ekoloji problemlərin kəskinİəşdiyi ərazilərə, neftçıxarma sənayesinin inkişaf
etdiyi Xəzər dənizi, Abşeron yarımadası, cənub-şərqi Şirvan və Muğan
düzlərini; dağ-mədən sənayesinin inkişaf etdiyi Daşkəsən, Balakən və
Naxçıvan MR ərazilərini; iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə,
Əli-Bayramlı və Mingəçevirin texnogen pozulmuş torpaq sahələrini;
Respublikanın atmosfer və su hövzələrini; Kür-Araz ovalığının şorlaşrmş və
dağlarımızın eroziyaya uğramış torpaqlarıını ilbəil qıralaraq seyrəldilən və
məhv olma təhlükəsi altında olan düzən və dağ meşələrini və s. aid edə
bilərik. Bütün bu problemlər hazırda öz həllini gözləyir. Lakin iqtisadi və
sosial-iqtisadi problemlərin çoxluğu ekoloji məsələlərin həllini çətinləşdirir,
dövlətin ekoloji problemlərin həllinə yönəltdiyi vəsaitlər kifayət etmir
142
(Cədvəl 11.1). Bunu nəzərə alaraq ətraf mühitin sağlamlığına nail olmaq
,üçün məqsədli müəyyənləşdirmədən də istifadə edilməlidir. . •
Ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə
yönəldilmiş əsas investisiya qoyuluşu.
Cədvəl 11.1.
Sahələr 1995 1998 1999 2000 2001 2002
Cəmi, mln.
manat
26773,7 19153,0 6384,4 8613,5 6355,5 12024,5
0
cümlədən:
Atmosfer
havasının
mühafizəsinə
3410,6 3250,1 3269,0 4129,5 885,5' 7130,6
Su
ehtiyatlarının
mühafızəsinə
4133,0 12524,7 1020,3 3017,8 3826,4 44723,7
Torpaqların
mühafızəsinə
18975,8 3378,2 2095,1 1466,2 1643,6 170,2
Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması,
ekoloji təhlükəsizliyin təmin edilməsi üçün ilk növbədə atmosferin
mühafizəsinə diqqət yetirmək gərəkdir.
143
Respublikanın atmosfer havasının vəziyyəti gərgin olaraq qalmaqdadır.
Sənaye müəssisələrinin gücünün istifadə olunma miqyasından asılı olaraq
hava hövzəsinə atılan zərərli tullantıların illik miqdarı 620 min tondan 2,6
mln. ton arasında dəyişir.
Respublika Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
məlumatına görə sənaye müəssisələrinin tam gücü ilə işlədiyi dövrlərdə
ölkənin hava hövzəsinə 112 min ton toz hissəcikləri, 93 min ton kükürd 2-
oksid, 638 min ton karbon oksidi, 82 min ton azot oksidi, 1 mln. 665 min ton
karbohidrogenlər 37 min ton müxtəlif tərkibli kimyəvi maddələr atılmışdır.
1995-2002-ci illərdə respublikanın hava hövzəsinə atılan zərərli maddələrin
miqdarı dioqramda verilir (Şəkil 11.2.).
Atmosfer havasına atılan tullantıların həcminə və xüsusi çəkisinə görə
Bakı, Sumqayıt, Əli-Bayramlı, Gəncə və Mingəçevir şəhərləri öndə gedirlər.
Həmin şəhərlərin hava höv
144
Şəkil 11.2.
zəsini çirkləndirən əsas sənaye müəssisələri neftayırma, neft-kimya, kimya,
energetika, metallurgiya, tikinti materiallan sənayesi sahələri və avtomobil
nəqliyyatı hesab olunurlar. Bu sənaye müəssisələri nəinki atmosfer havasını,
eyni zamanda, bütövlükdə şəhərlərin ətraf mühitinin çirkləndirilməsinin baş-
lıca mənbəyi hesab olunurlar. Respublikanın atmosfer havasına 2002-ci ildə
atılan tullantdarın 110,3 min.tonu Bakı şəhərinin, 13,0 min tonu Sumqayıtın,
2,2 min tonu Gəncənin, 12,0 min tonu Mingəçevirin, 20,5 min tonu Əli-
Bayramlı şəhərinin payına düşür (Cədvəl 11-3).
İri sənaye şəhərləri üzrə stasionar mənbələrdən çirkləndirici maddələrin
atmosfer havasna atılması (min ton).
Cədvəl 11.3.
145
Şəhərlər Illər
1995 1997 1998 1999 2000 2001 2002
Bakı 623,9 306,7 358,6 326,6 333,8 306,8 110,3
Əli Bayramlı 27,8 26,2 22,7 31,7 28,6 27,6 20,5
Gəncə 4,8 2,1 0,8 1,6 5,7 3,
0
2,2
Mingəcevir 26,7 23,9 26,4 26,4 28,6 13,8 12,0
Sumqayıt 40,2 17,8 15,8 40,3 17,6 22,3 13,0
Naxçıvan 0,7 0,05 0,09 0,1 0,7 0,7 0,5
Respublikanın iri sənaye şəhərlərinin hava hövzəsinin
çirkləndirilməsinin əsas səbəbi son 40-50 il ərzində avadanlıq və
mövcud texnologiyaların dəyişdirilməməsi, təmizləyici qurğularla tam
təmin olunmaması, nəticədə avadanlığın köhnələrək yararsız vəziyyətə
düşməsi olmuşdur.
2002-ci ildə stasionar mənbələrdən ölkənin hava hövzəsinə atılan 217,4
min ton çirkləndirici maddələrin 29,4 min tonu bərk formalı, 118 min tonu
qaz və maye formalı olmuşdur. Onlardan 13,6 min tonu kükürd anhidridi
(SO2), 26,3 min tonu azot 4 oksid (NO2), 18,2 min tonu karbon 2 - oksid
(CO) olmuşdur. Respublika üzrə 9,8 rnin ton toksik mllantı yaranmışdır ki,
bunun da min tonu zərərsizləşdirilmiş və 0,7 min tonundan istifadə
edilmişdir.
Ekoloji vəziyyetlərin göstəricilerinə əsasən Abşeron yarımadası kəskin
ekoloji problemlər kompleksi olan zonaya aid edilir. Respublika sənaye
potensialının 70%-i bu zonada yerləşən Bakı və Sumqayıt şəhərlərində
146
cəmləşmişdir^Abşeron ekoloji zonasında 80-dən artıq böyük, 270 orta və
2000-dən artıq kiçik müəssisə yerləşdirilmişdir. Bütün Respublika üzrə
atmosfer hövzəsinə atılan tullantıların 2/3 hissəsindən çoxu Abşeron
zonasının payına düşür ki, bu da regionda ekoloji vəziyyətin nə qədər gərgin
olduğunu göstərir. Bu cəhətdən Bakı şəhərində atmosfer havasının vəziyyəti
daha ağrrdır. Belə ki, Bakı şəhəri üzrə atmosferə atılan zərərli maddələrin
110,3 min tonu stasionar mənbələrin və 182,9 min tonu avtomobil
nəqliyyatının payına düşür. Əsas çirkləndirici maddələrin 13,1 min tonunu
bərk formalı tullantılar, 255,0 min tonunu qaza oxşar və maye maddələr və s.
təşkil etmişdir. Qeyd etmək lazımdır ki, qazvari və maye formalı tullantıların
təmizləyici qurğularla tutulma faizləri 30%-ə yaxmdır. Zərərli tullantıların
qalan hissəsi isə birbaşa şəhərin hava hövzəsinə atılır.
Abşeron zonasında tullantıların ən yüksək miqdarı sənaye
müəssisələrinin tam gücü ilə işlədiyi 1990-cü ildə 1,5 mln. tona yaxm qeydə
alınmışdır. 2002-ci ildə isə həmin göstərici sənaye müəssisələrinin çoxunun
işlənməsi ilə əlaqədar olaraq 15,0 dəfə azalmışdır.
Abşeron zonasının ikinci iri sənaye şəhəri olan Sumqayıtda da ekoloji
vəziyyət gərgin olaraq qalmaqdadır. Sumqayıt şəhəri üzrə atmosfer havasına
buraxılan zərərli maddələrin 13,0 min tonu stasionar mənbələrin, 2,6 min
tonu avtomobil nəqliyyatının payına düşür. Zərərli tullantıların 3,7 min tonu
bərk formalı, 11,9 min tonu isə qazvari və maye formalı tullantıların
hesabına düşür. Bundan əlavə amonyak - 24,91 t/il, ftor -1782,88 t/il, xlor -
35,88 t/il, xlor hidrat - 7,78 t/il və s. şəhərlərin 'əsas çirkləndiriciləri
siyahısna daxildirlər. Buna baxmayaraq 1990-cı illə müqayisədə Sumqayıt
şəhəri üzrə tullantıların miqdarı 6 dəfə azalmışdır.
Abşeron zonası sənaye müəssisələrində ildə 97 min ton tərkibində
zəhərli maddələr olan bərk formalı tullantılar yaranır. Ən mürəkkəb vəziyyət
147
Sumqayıt şəhərində yaranmışdır. Burada ildə 52 adda 47 min tondan artıq
yaranan zəhərli sənaye tullantısının yalnız 39,5 min tonu təkrar istehsalatda
istifadə olunur. Ən gərgin vəziyyət tərkibində zəhərli maddələr olan
tullantıların istifadə olunma sahələrində yaranmışdrr. Sənaye tullantılarının
basdırılması üçün poliqonun olmaması səbəbindən şəhərin sənaye
müəssisələri yaranmış tullantıları öz ərazilərində saxlayır və ya təsadüfi
zibilxanalara atırlar. Məsələn, «Kimya sənaye» İstehsalat Birliyinin
ərazisində tərkibində civə olan 100 min tonlarla tullantı yığılıb qalmışdır ki,
bu da ekoloji mühit və əhalinin sağlamlığı üçün olduqca təhlükəlidir.
Respublikanın qərb zonasında yerləşən Gəncə və Mingəçevir
şəhərlərinin birlikdə atmosfer havasmı çirkləndirməkdə payları 6,5% təşkil
etməsinə baxmayaraq, ildə bu zonaya əlavə olaraq Gürcüstan və Ermənistan
respublikalarının ərazisindən hava axınları vasitəsi ilə 20-30 min ton tullantı
daxil olur. Bununla yanaşı Gəncə və Mingəçevir şəhərlərinin sənaye
müəssisələri də regionun hava hövzəsinə 14,2 min ton tullantı atmışdır. Son
illərdə «Qədim İpək Yolu»nun bərpası üzrə aparılan işlər nəticəsində Bakı-
Qazax yolunda yük avtomobillərinin miqdarının və hərəkət intensivliyinin
artması nəticəsində havanın çirklənməsinin 15-20% artması müşahidə edilir.
Qeyd etmək lazımdır ki, regionda atmosfer havasının əsas çirklənmə
mənbələri Gəncə Alüminium oksidi zavodu, Mingəçevir Dövlət Rayon
Elektrik Stansiyası hesab olunur.
Respublikanın Mərkəzi Aran bölgəsində yerləşən ən iri sənaye şəhəri
Əli-Bayramlıdır. Şəhərin sənaye müəssisələri 2002-ci ildə atmosfer
hövzəsinə 20,5 min ton tərkibində zərərli maddələr olan tullantılar atmışlar.
Qeyd etmək lazımdır ki, şəhərin əsas çirklənmə mənbəyi Əli-Bayramlı
DRES-dir. Sənaye müəssisələri vasitəsilə atmosferə atılan tullantıların
tərkibində kükürd anhidridi, karbon-2 oksid, azot - 4 oksid, karbohidrogenlər
148
və digər maddələr üstünlük təşkil etmişdir. Əli-Bayramlı şəhəri həm də
respublikanın əsas nəqliyyat qovşaqlarından biridir. Son illərdə bu regionda
da avtomobillərin hərəkət intensivliyi artmış və nəticədə avtomobil
nəqliyyatı vasitəsilə atmosferə ildə 25 min tondan artıq tullantı atılmışdır.
Qeyd etmək lazımdrr ki, intensiv hərəkət olan avtomobil yolları kənarlarında
tullantüarın təsiri nəticəsində torpaqlarda qurğuşunun və digər ağır
metalların miqdarı yol verilən norma həddindən 10 dəfələrlə yüksək olur.
Son illərdə blokada vəziyyətində olan Naxçıvan MR enerji və enerji
daşıyıcılarına böyük ehtiyac hiss edir. Naxçıvanda sənaye müəssisələrinin öz
gücünün 20-25% məhsuldarlığı ilə işləməsi nəticəsində 1995-ci illə
müqayisədə (0,7 min ton) at-mosferə atılan mllantılann həcmi 2002-ci ildə
1,4 dəfəyə qədər azalmışdu.
Respublikanın sənaye müəssisələri tərəfındən 1990-1991-ci illər
ərzində atmosfer hövzəsinə atdıqları zərərli tallantıların orta hesabla xüsusi
təzyiqi Bakıda 400, Sumqayıtda 1200, Əli-Bayramlıda 1000, Gəncədə 550,
Mingəçevirdə 480 ton/km2 olmuşdur. Azərbaycan üzrə bu göstərici orta
hesabla 24 ton/km2 təşkil etmişdir ki, bu da keçmiş ittifaq üzrə olan sə-
viyyədən 10 dəfə artıqdır. 2002-ci ildə respublikada sahə vahidinə düşən
zərərli tullantıların xüsusi çəkisi 3 ton, adambaşma düşən xüsusi çəkisi isə
27 kq təşkil etmişdir.
Məlumdur ki, iri sənaye müəssisələri tikilən zaman ekoloji
normativlərə əməl edilməlidir. İlk növbədə çirkli sənaye sahələri
yaradılarkən hakim küləklərin istiqamətləri nəzərə alınmalı, müəssisələr
yaşayış massivlərindən aralı tikilməli, sənaye müəssisələri ilə yaşayış
sahələri arasında sanitar qoruyucu meşə zolaqları salınmalıdır. Lakin
təəssüflə qeyd etməliyik ki, Azərbaycanda sənaye müəssisələri tikilərkən
yuxarıda qeyd edilən normaların heç biri nəzərə alrnmamışdır. Nəticədə
149
ətraf mühitə atılan bütün zərərli tallantılar birbaşa yaşayış sahələrinə təsir
etmiş və orada yaşayan insanların sağlamlığı təhlükə alında olmuşdur.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi sənaye müəssisələrinin
ətraf mühitə atdığı tallantdar içərisində karbon, kükürd və azot oksidləri
üstünlük təşkil edir. Atmosfer hövzəsinə atılan bu qazlar bir neçə saatdan
sonra daha kəskin mənfi nəticələr verən formalara keçirlər. Məsələn, kükürd
oksidləri havada olan su və su buxarı ilə reaksiyaya girərək sulfid və sulfat
tarşularına çevrilirlər ki, bu da tarş yağışların düşməsinə səbəb olur. Bunun
da nəticəsində torpağın məhsuldarlığı azalır, metal tərkibli qurğular, maşın
və başqa avadanlıqlar korroziyaya uğrayır, binalar, tarixi abidələr zədələnir,
əhalinin şəxsi təsərrüfatlarına böyük maddi zərər vurulur. Karbon qazınıın
atmosferdə çoxalması isə «İstixana effekti» yaradır və yerdə havanın orta
temperamrunun artmasına gətirib çıxarır. Azot oksidləri atmosferdə xlor və
digər qazlarla zəncirvari reaksiyaya girərək, azon təbəqəsini parçalayır.
Havada olan toz, his, qurum, aerozollar, havanın şəffaflığını azaldır və
şəhərİərdə dumanlı və tutqun havaların baş verməsinin sayını çoxaldırlar.
Havada bu hissəciklərin çoxluğu yerin albedosunu artırır.
Respublikanın hava hövzəsini mühafızə etmək üçün ilk növbədə
mövcud çirkləndirici sənaye sahələrini yenidən qurmaq, müasir texnoloji
qurğular, təmizləyicilər tətbiq etməklə, atmosferə atılan çirkləndirici
maddələrin ümumi miqdarınm azaldılmasına və zərərsizləşdirilməsinə nail
olmaq, az tullantılı- və tullantısız istehsalat sahələri yaratmaq lazımdır. Çirk-
ləndirici müəssisələrdə daha hündür borular tikmək, müəssisələrin ətrafında
qaz və tozların təsirinə davam gətirən, havadakı toz, his və müxtəlif qazlan
tutub saxlaya bilən ağac və kol bitkilərindən ibarət yaşıllıq-mühafizə
zolaqları yaratmaq da atmosferi mühafızə tədbirləri siyahısına daxildir.
150
Azərbaycan Respublikası məhdud su ehtiyatlarına malikdir.
Respublikamızın su təminatının belə zəif olmasına səbəb ilk növbədə
əlverişsiz təbii şəraitdir. Ümumi ərazinin yarıya qədərinin düzənlik və
yaylalardan ibarət olması, iqlim şəraiti, burada buxarlanmanın düşən
yağıntıdan çox olmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, bərpa
olunan su ehtiyatının yalnız 30%-i respublikanın daxili su axarlarının
hesabına formalaşır və ilin sululuğundan asüı olaraq 9,2; 7,3; 5,4 milyard m3
arasında dəyişir. Respublika ərazisindən buxarlanan suyun həcmi isə 26,66
km3 təşkil edir ki, bu da yerli su axınından 3-5 dəfəyə qədər yüksəkdir. Su
balansımn 70%-don çoxu qonşu dövlətlərin ərazisində formalaşan çay
axmları ilə əlaqədardrr. Həmin axınlar 29,7 km3, mülayim və quraqlıq illərdə
isə 25,5-20,7 km3 təşkil edir. Su ehtiyatlarımn müəy-yən hissəsi də təbii
göllərdə cəmlənmişdir.
Adam başına düşən su ehtiyatlarına görə Azərbaycan qonşu dövlətlər
içərisində axırıncı yeri tutur. Hər km2 ərazidə 1nəfərə düşən su ehtiyatların
həcminə görə Azərbaycan MDB ölkələrindən 1,8-2,0 dəfə, Gürcüstandan
7,0-8,0 dəfə, Ermənistandan isə 1,5-2,2 dəfə geri qalır.
Respublikaımzda adambaşına düşən suyun həcmi 1913-cü ildə 13,5 m3
təşkil edirdisə, əhalinin artması ilə əlaqədar bu göstərici 1999-cu ildə 3,4
dəfə azalaraq 4,0 m3-ə enmişdir. Su ehtiyatları respublikamızın fiziki-coğrafi
əraziləri üzrə də qeyri-bərabər paylanmışdır. Su ehtiyatları ilə yaxşı təmin
olunmuş ərazilərə Böyük Qafqazm şimal-şərq və cənub hissələri, Lənkəran
zonası, zəif təmin olunmuş ərazilərə isə Kür-Araz ovalığı, Ceyrançöl,
Abşeron-Qobustan və Naxçıvan MR ərazisi aid edilir. Respublikamızın su
ehtiyatının 5,1 km3-i yeraltı suların payına düşür. Yeraltı suların 31%-i
Qusar maili düzənliyi, 18,5-i Mil-Qarabağ zonası, 13,3%-i isə Qanıx-
151
Əyriçay vadisində toplanmışdır. Naxçıvan MR, Şirvan, Muğan-Salyan,
Arazboyu ərazilərində isə yeraltı suların 22%-i toplanmışdır.
Səth və yeraltı suların Respublika ərazisi üzrə qeyri-bərabər paylanması
nəticəsində onlardan suvarma, sənaye və məişət məqsədləri üçün istifadədə
problemlər yaranır. Bunu nəzərə alaraq su ehtiyatlan ilə zəif təmin olunmuş
ərazilərin su təchizatmı təmin etmək üçün Respublikamızm ərazisində 40-a
qədər su anbarı və kiçik sumtarlar yaradümışdrr. Həmin su anbarları
respublika ərazisinin 1,16%-ni tuturlar. Mingəçevir, Şəmkir, Yenikənd,
Varvara, Tərtər su anbarlarının və Naxçıvan MR ərazisindəki Araz su
qovşağının təsərrüfat, hidroenerji və s. əhəmiyyətləri böyükdür. Bütün su
anbarlarında toplanan 20,0 km3 su ilə respublikamızm 1400 min ha artıq
kənd təsərrüfatı sahələri suvanlrr.
Respublika üzrə kənd təsərrüfatı sahələrində il ərzində orta hesabla su
çatışmazlığı 3,7 km3, su qıtlığı olan illərdə isə 4,75 km3 təşkil edir.
Suvarmada istifadə olunan suyun 95,9%-i torpaq kanalla aparıldığı
üçün 2,5-3,0 milyard m3 su itir. Nəticədə yeraltı sularm səviyyəsi qalxu,
təkrar şorlaşma və bataqlıqlaşma yara-nrr. Kənd təsərrüfaü sahələrində
çəmən-bataqlıq əraziləri 279,6 min ha, şorlaşmış ərazilər isə 741,6 min ha
təşkil edir. Əgər respublikanın suvarma kanallarının faydallıq əmsalı 0,75-
0,8-ə çatdırılsa, onda əlavə 250-260 min ha əkin sahələrini suvarmaq olar.
Hər il respublikamızın su hövzələrindən 10 km3, yeraltı laylardan 1,1-
1,2 km3 şirin su götürülür. Respublikanın suya olan tələbatı isə 11,0-13,0
km3-dir. Götürülən suyun 20-25%-i sənaye və məişət məqsədləri üçün
istifadə olunur. Su obyektlərinə atılan tullantı sularının həcmi 160 mln.m3
təşkil edir. Respublikada su ehtiyatlarının mühafizəsi və onlardan səmərəli
istifadə göstəriciləri cədvəl 11.4 və 11.5-də verilmişdir.
152
2002-ci ildə su ehtiyatlarının mühafizəsini və səmərəli istifadə
edilməsini səciyyələndirən əsas göstəricilər (mln.m3)
Cədvəl 11.4.
Məntəqələr Su istehlakı
Təbii
mənbələr
dən götü
rülən su
Onlardan
Cəmi Məişət
içməli
məqsəd
lərə
Istehsal
ata
suvarm
aya
Kənd
təsərrüf
atının
su təchi
zatı
Başqa
məqsəd
lərə
Çirkab
suların
sututarl
ara atıl.
Nəql
zamanı
itkilər
Respublika
üzrə,cəmi
10075 6754 503 1977 4169 79 26 4601 3321
O
cümlədən
Bakı 155 480 317 157 0,4 -
5 462 74
Əli
Bayramlı
529 536 8 527 1 2336 1
Gəncə 24 21,1 17 4 0,5 -
11,4 1,8
153
Mingəçevir 2286 1266 16 1238 2 - 10 12,2 401
Sumqayıt 37 88 63 25 0,01 -
0,1 30
Naxçıvan
MR
359 261 6 0,05 250 5 98,7
Su ehtiyatlarından istifadəni səciyyələndirən əsas göstəricilər.
Cədvəl 11.5.
I l l ə r
1995 1997 1998 1999 2000 2001 2002
Su mənbələ
rindən götü
rülən su, mln.
m3
13
976
12514 10235 11968 11110 10012 10075
Su istehlakı,
mln. m3
10223 9037 7294 6610 6588 6414 6754
154
Çirkləndiril
miş çirka
bın səthi sutut
arlara atılma
sı, mln. m3
134 179 157 167 171 170 160
Hesablamalar göstərir ki, 1 km2 ərazidə hər 1 nəfərə düşən su
ehtiyatlarrnın həcminə görə ən aşağı göstərici Muğan-Salyan zonasındadır (3
və 7). Bu ehtiyatlar Abşeron yarmadasında 15-0,04, Araz ətrafı
düzənliklərdə 19-0,04, Mil-Qarabağda 39-0,5, Qazax rayonunda 74-1,3 və
Naxçıvanda 17-1,6 təşkil edir.
Məlumdur ki, respublikamızın su ehtiyatının 70%-ə qədəri tranzit
çaylarının payına düşür. Kür, Araz, Samur, Qanıx, Qabrri, Oxçu, Arpaçay və
s. kimi çaylar Gürcüstan, Ermənistan, Dağıstan ərazilərində ciddi
çirklənməyə məruz qalırlar. Onların üzərində su anbarların təsərrüfat
obyektləri yaradılrr ki, bu da həmin çaylar vasitəsi ilə respublika ərazisinə
gətirilən suyun miqdarını gələcəkdə ilbəil azaldacaqdır. Həmin çayların
keyfiyyət və kəmiyyətini normal saxlamaq üçün Gürcüstan, Ermənistan və
Dağıstanla dövlətlərarası müqavilələr bağlanmalıdır.
Respublikamızın suya olan tələbatının ödənilməsində Kür, Araz və d.
çayların mühüm əhəmiyyəti vardır. Kür çayının su balansının 74%-dən çoxu
respublikadan kənarda formalaşır və onun ekoloji vəziyyəti də qonşu
dövlətlərdən aslıdır. Kür çayı hövzəsinə Gürcüstan ərazisində orta hesabla
3,0 milyard m3
155
kommunal-məişət və Tbilisi, Rustavi, Qardabani və s. şəhərlərin sənaye
çirkab suları axıdılır.,Kür çayının çirklənməsi respublikamızın ərazisində də
davam edir. Hər gün Kürə respublika ərazisindən 200 min m3 çirkab suları
axıdılır. Nəticədə Kür suyunda misin orta miqdarı yol verilən qatılıq
həddindən 4,5-10,0 dəfə, neft məhsullarının miqdarı 1,5-2,2 dəfə, fenolun
orta qatılığı 4,0-4,5 dəfə yüksəkdir.
Respublikamızın ərazisində Kür çayının çirklənməsində . Gəncə və
Mingəçevir şəhərinin sənaye və kommunal-məişət çirkab sularının rolu daha
böyükdür. Belə ki, Gəncə şəhərində gün ərzində yäranan 60-65 min m3
çirkab sularının yalnız 30 min m3-ə qədəri mexaniki yolla təmizlənir.
Mingəçevir şəhərində isə 50 min m3/gün yaranan çirkab sularının yalmz 18
min m3-i təmizlənir. Qalan çirkab sularının hamısı təmizlənməmiş halda Kür
çayna axıdılır.
Ermənistan ərazisindən Ağstafaçay vasitəsi ilə tərkibində neft
məhsulları, kimyəvi boyaq maddələri, fenol, amonium duzları və s. kimi
zərərli kimyəvi maddələr olan ildə 1 milyon | m3 çirkab suları da Kür çayına
axıdılır.
Ən güclü çirklənməyə məruz qalan çaylardan biri də Arazdır. Araz çayı
dünyanın ən lilli çaylarından biridir, Bir il ərzin-də Kür çayına 18 mln. t asılı
hissəciklər gətirir. Araz çayı əsasən Ermənistan ərazisindən özünün sol
qolları olan Arpaçay, Razdan, Oxçuçay vasitəsi ilə çirklənir. Həmin çaylar
vasitəsi ilə Araza sanitar normalardan 10 dəfələrlə yüksək olan neft
məhsulları, fenol, amoniy və nitrit duzları, ağır metallar və s. 1 kimi
çirkləndiricilər axıdılr. Təkcə Oxçuçay vasitəsi ilə Araza ildə 150 mln.m3
Qafan-Qacaran mis-molibden kombinatının çirkab tullantı suları axıdılrr.
Nəticədə mis və molibden metalları ilə çirklənmiş sulardan suvarmada
istifadə etdikdə torpaqların həmin metallarla çirklənməsinə, kənd təsərrüfatı
156
bitkilərinin və heyvanlarının məhsuldarlığının aşağı düşməsinə, müxtəlif
xəstəliklərin artmasına səbəb olur. Hazırda düzənlik ərazilərdə yüksək
dərəcədə çirklənmiş və minerallaşmış Araz çayının suyundan suvarmada
istifadə nəticəsində 40 min ha artıq ərazi şorlaşmışdır./
Su ehtiyatları məhdud olan ərazilərimizdən biri də Naxçıvan MR-dır.
Uzun illər ərzində Naxçıvan MR blokadası orada istehsal sahələrinin 2/3
hissəsinin dayanmasna səbəb olmuş və nəticədə sənayedə sudan istifadə
azalmışdır. 2002-ci ildə su obyektlərindən 359 mln.m3 içməli su, o cümlədən
250 mln.m3 suvarma sisteminə, 0,05 mln.m3 sənaye təchizatına və 6 mln.m3
məişət-təsərrüfat tələbatları üçün götürülmüşdür. Sənayedə sudan istifadə
hazırda əsasən Naxçıvan şəhərinin payına düşür. Naxçıvan ərazisində
çirklənmiş sular müxtəlif yollarla Araz çayna axıdılır.
Böyük Qafqaz fiziki-coğrafi vilayətinin su ehtiyatları 2 milyard m3/il
təşkil edir və bu sulardan içməli su mənbələri kimi geniş istifadə edilir. Şəki-
Zaqatala, Quba-Xaçmax, Qəbələ-İsmayıllı ərazilərindəki çaylar isə yerli
sənaye, kənd təsərrüfatı və məişət tullantıları ilə çirklənməyə məruz qalırlar.
Respublikamızın dağ-mədən sənayesinin inkişaf etdiyi ərazilərdən axan
Qoşqarçay, Filizçay və s. çaylar ağır metal qarışıqlan ilə kəskin çirklənirlər.
Məsələn, Qoşqarçayın suyunda mis, dəmir birləşmələri yol verilən qatılıq
həddindən 20-22 dəfə, Filizçayın suyunda civə, mis, kükürd, molibden,
qurğuşun və s. kimi birləşmələrin miqdarı isə sanitar normalardan bir neçə
dəfə artıqdır.
Abşeron ərazisi Respublikamızda ən kəskin ekoloji vəziyyətə malik
olan bir zonadır. Bu zonanın su ehtiyatları 10,5 mln.m3/il həcmindədir.
Abşeronda Bakı və Sumqayıt kimi iri sənaye şəhərləri yerləşir. Bakı
şəhərində sənaye, məişət və kənd təsərrüfatı müəssisələri tərəfindən istifadə
olunan suyun miqdarı ildə 480 mln.m3 təşkil edir. Bakı şəhərinə su 11,92
157
m3/san. məhsuldarlığı olan Kürdən, gündə 340 min m3 isə Quba-Xaçmaz
bölgəsindən Şollar su kəməri vasitəsi ilə daxil olur. Bundan əlavə texniki
məqsədlər üçün ildə 1106,9 m3 Ceyranbatan su anbarından, 155 mln.m3-ə
yaxın yeraltı mənbələrdən və 150 mln.m3 dəniz suyu götürüİərək işlədilir.
Həmin suların 317 mln.m3-i içmək və məişət tələbatı üçün, 157 mln.m3-
i sənaye məqsədi üçün və 0,4 mln.m3-i suvarmada istifadə edilir. Qeyd
etmək vacibdir ki, ildə 74 mln.m3 suyun itkisinə yol verilir.
Abşeron ekoloji zonasında yerləşən Sumqayıt şəhəri 1950-ci illərin
sonunda kimya və neft kimyası sənaye mərkəzi kimi formalaşmış və hazırda
respublikanın ekoloji cəhətdən ən gərgin bölgəsi hesab olunur. Şəhərdə
sənaye və məişət ehtiyacları üçün 88 mln.m3 sudan istifadə edilir. Həmin
suyun 74,9 mln.m3-i texniki məqsədlərlə istifadə üçün Ceyranbatan su an-
barından, 11,9 mln.m3-i içmək üçün Şollar kəmərindən götürülmüşdür.
Sumqayıtın sənaye müəssisələri texniki məqsədlər üçün 25 mln.m3 sudan
istifadə edir. İstifadədən sonra yaranan tullantı sularının miqdarı 30 mln.m3
təşkil edir. Sənaye və bütün məişət çirkab suları təmizlənməmiş halda Xəzər
dənizinə axıdılır. Qeyd etmək lazımdır ki, hazırda Sumqayıt sənaye
müəssisələri yaranmış iqtisadi böhran üzündən öz məhsuldarlığının 15-20%-
i həcmində işləyir ki, bu da 1990-cı illə müqayisədə tullantılarını 15 dəfə
azalması deməkdir.
Abşeron yarımadasında 20-dən yuxarı daxili su hövzəsi -təbii və süni
göllər vardır. Neft-qaz yataqlarının istismarı ilə əlaqədar olaraq yaranan lay
sularının ətraf mühitə atılması nəticəsində çirkli göllər əmələ gəlmişdir. Neft
çirkab suları ilə yanaşı Abşeronun bir sıra yaşayış məntəqələrinin də məişət
çirkab suları həmin göllərə axıdlır. Nəticədə həmin göllər zəhərli kimyəvi
maddələr və bioloji elementlərlə çirklənmişdir. Belə göllərə Böyük-Şor,
158
Bülbülə, Qırmızı, Qızıl-Nohur, Çuxur-Dərə, Qanlıgöl, Hacı Həsən və
Masazır göllərini misal göstərmək olar.
Abşeron yarmadasının ən böyük içməli su hövzəsi Ceyranbatan su
anbarıdır. Su anbarı Samur-Abşeron kanalının 26 m3/san. məhsuldarlığı olan
su ilə qidalanır. Su anbarı Bakı və Sumqayıt şəhərlərinin, ceyranbatan,
Güzdək və d. qəsəbələrin texniki su mənbəyi kimi yaradılmışdır. Lakin son
illərdə Samur-Abşeron kanalnda su səviyyəsinin aşağı düşməsi, su anbarna
müxtəlif yollarla çirklənmiş suların axıdılması su hövzəsində ekoloji
vəziyyətin pisləşməsinə səbəb olur.
Ümumiyyətlə, Bakı sənaye rayonunda məişət-təsərrüfat sularını
təmizləmək üçün layihə gücü 940 min m3/gün, məhsuldarlığı 317 mln.m3
olan və yalnız 600 min m3/gün gücündə istifadə edilən Hövsan bioloji
təmizlənmə qurğusu yaradılmışdu. Hazırda bu qurğu öz gücünün 60%-i
həcmində fəaliyyət göstərir. Bundan əlavə hər birinin gücü 18,6 min m3/gün
olan Hacı Həsən və Mərdəkan-Şüvəlan, gücü 126,0 min m3/gün olan Zığ,
gücləri müvafıq olaraq 86,4; 152; 20,0 min m3/gün olan üç «Azerneftyağ»
mexaniki təmizləmə və gücü 17,6 min m3/gün olan «Şelflayihətikinti»
bioloji təmizləmə qurğusundan istifadə edilir. Buna baxmayaraq qurğuların
çoxunun köhnəlməsi, onlara öz gücündən artıq daxil olan çirkab sularını tam
təmizləyə bilməmələri nəticəsində su hövzələrinə xeyli miqdarda çirkab
suları axmaqda davam edir.
R.espublikamızm su ehtiyatları içərisində təbii göllərin də mühüm rolu
vardır. Göllərimiz dağ, dağətəyi və düzən gölləri qrupuna bölünürlər.
Respublika ərazisinin cəmi 0,5%-ni tutan bu göllərdə toplanan sularm
ümumi həcmi 40 km3-ə bərabər-dir. Həmin suyun yalnız 16-17 km3-i şirin,
qalanları isə şor sulardır.
159
Şirin sulu göllər daha çox Böyük və Kiçik Qafqaz dağlarında
cəmlənmişlər. Belə göllərdən Tufan, Ağ göllər, Böyük və Kiçik Alagöllər,
Qaragöl, Göy-Göl, Maralgöl və s. kimi göllərin bioloji məhsuldarlığı,
maddələr dövranı hövzələrin avtoxton (özündə yaranan) mənşəli üzvü
maddələrin öz-özünü təmizlənməsi sayəsində sabit qalmışlar. Lakin son 15-
20 ildə dağ göllərində suyun şəffaflığının azalması və antropogen mənşəli
üzvü maddələrlə zəif çirklənməsi qeyd edilir.
Respublikamızın ərazisində rast gəlinən 3500-ə qədər bulaq və
çeşmələr geotermal, mineral və içməli şirin su qruplarına bölünürlər. Onların
ümumi su ehtiyatı 2,25 km3-ə bərabərdir. Lakin hələlik bu sulardan kifayət
qədər səmərəli istifadə olunmur və zəif mühafızə olunduqlarından biogen
mənşəli maddələrlə çirkləndirilir. Belə çirklənməyə respublikamızın əsas
istirahət zonaları olan Hacıkənd, Kəlbəcər, Gədəbəy, Xızı, Şamaxı, Qəbələ,
Şəki, Lerik və Yardımlı rayonlarında daha çox rast gəlinir.
Azərbaycan Respublikası ərazisindəki 1000-dən çox su bulağının 300-ü
karbon qazlı, 220-si kükürdlü, 370-i metan qarışıqlı, 100-ü azotlu və 30-u
radonludur. Səmərəsiz istifadə olunan su ehtiyatlarının müəyyən hissəsi də
məhz bu sularının payna düşür. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ üzrə
istifadə və tətbiq əmsalına görə 1-ci sayılan Narzan tipli karbon qazlı suların
miqdarı və debitinə görə Azərbaycan birinci yerdə olmuşdur. Lakin bu tipli
suyun yalnız 0,5-0,6%-dən səmərəli istifadə olunur.
Azərbaycanda qeydə alınan yeraltı su mənbələrinin yarıya qədəri termal
(isti) sulardır. Termal sulardan müalicə, məişət və kommunal təsərrüfatı,
kənd təsərrüfatı, sənaye, enerji alınması və s. məqsədlərlə bütün dünyada
geniş istifadə olunmasma baxmayaraq Azərbaycanda hələlik bu sulardan çox
zəif istifadə olunur. Tcrmal sular Kür-Araz ovalığı, Abşeron yarımadası,
Quba-Xaçmaz, Lənkəran-Astara və d. bölgələrdə 50-90° temperaturda rast
160
gəlinir. Goləcəkdə termal sulardan sənayedə, binaların qızdırılmasında,
istixanalann yaradılmasında, elektrik enerjisinin artmasında və s. istifadə
etməklə milyon tonlarla yanacağa qənaət etmək olar. Nəticədə yanacağm
yandırılması nəticəsində atmosferə atılan kükürd, karbon, azot oksidlərinin
miqdarı azalar, torpaq və su hövzələri karbohidrogenlərlə, fenollarla
çirklənməz, gözəl dağ meşələrimiz qırılmaz.
Respublikamızın su hövzələri içərisində Xəzər dənizinin özünəməxsus
yeri vardır. (Xəzər 5 dövlətin dənizi olmasına baxmayaraq Azərbaycan üçün
həm təbii sərvətlər (mineral, bioloji) və həm də su mənbəyi hesab olunur.
Lakin vahid ekoloji sistem kimi Xəzərin hər hansı bir dövlətə mənsub hissə-
sində baş verən mənfi ekoloji nəticələr bütün hövzəni əhatə edir.
Son illərdə Xəzərin səviyyosinin qalxması ilə əlaqədar sahəsi 400 min
km2-ə qədər artmışdır. Xəzər Yer kürəsinin ən böyük axarsız gölüdür. Göl
hazırda beynəlxalq əhəmiyyət kəsb etmişdir. Gölün həcmi 80 min km3 olub,
Yer kürəsi göl-su ehtiyatının 44%-ni təşkil edir. Xəzərdə qədim fauna və
flora növləri bu günə qədər saxlanmışdır. !Dünya nərə balığı ehtiyatının
90%-i Xəzərdə cəmlənmişdir. Dünya nərə balıq ovunun 85%-i və qara kürü
istehsalının 90%-i Xəzərin payma düşmüşdür., Lakin son illərdə Xəzərin
kəskin çirklənməsi onun bioloji sərvətlərinə də təsir etmiş və qiymətli balıq
növlərinin ovlanması 9-10 dəfə azalmışdır.
Bütün Xəzər regionunun sosial-iqtisadi inkişafı, bütövlükdə Xəzər
ekosisteminin vəziyyətindən vo onun təbii ehtiyatlarından çox asılıdır. Bunu
nəzərə alaraq ilk növbədə Xəzərin ekoloji təmizliyinə nail olmaq lazımdır.
Çünki Xəzər hövzəsi ekosisteminin axarının olmaması nəticəsində Xəzərə
axıdılan çirkləndirici maddələr gölün dibinə toplanır. Xəzərin ekoloji
cəhətdən öz-özünə təmizlənməsi imkanı isə sıfra bərabərdir. Belə bir
vəziyyətdə Xəzər ekoloji zonası bütün regionun iqliminin tənzimlənməsinə
161
öz təsirini göstərir, Xəzərin bioloji sərvətlərinin ilbəil azalmasına və
bütövlükdə ətraf mühitinə ciddi zərər vurur.
Xəzər gölü akvatoriyasmın müxtəlif hissələrindən götürü-lən su
nümunələri analizinin noticələrinin təhlili göstərir ki, ıXəzər gölü əsasən neft
məhsullan, fenollar, səthi aktiv mad-dələr və s. ciddi şəkildə çirklənmişdir.
Xozər gölünə ildə 12,0 milyard m3 çirkab suları axıdıhrJL
Xəzərin əsas sərvəti olan neft onun demək olar ki, başına bəladır.
Hasilatına 1924-cü ildən dənizdən başlanmış neft Xəzər hövzəsinin ekoloji
vəziyyətini xeyli pisləşdirmişdir. Şuya tökülən neftin bir hissəsi onun
səthində nazik qat şəkilində qalır, digər bir hissəsi suya qanşaraq emulsiya
yaradır, ağır hissələr isə suyun dibinə çökür və müəyyən hissəsi dib və sahil
torpaqlarına adsorbsiya edirv Su səthində üzən neft qatı böyük sahəni əhatə
edə bilər. Müəyyən edilmişdir ki, bir damla neft su üzərində 0,25 kvadrat
metr sahəni örtə bilir. Bir ton neft isə 5000 hektar su səthini örtmə
qabiliyyətinə malikdir.
Su səthini örtən nazik neft qatı atmosfer oksigeninin suya daxil olmasna
mane olur. Əgər bu proses daimi olarsa onda suda olan canlı orqanizmlərin
məhvi baş verir. Neft və neft məhsulları mikroorqanizmlər vasitəsilə çətin
oksidləşən maddələrə aid olduqları üçün suyun neftdən özünütəmizləmə
prosesi çox ləng gedir.
Suda həll olunmuş emulsiyaşəkilli neft məhsulları canlı orqanizmlərə
mənfi təsir göstərir. Konsentrasiyası 2 mq/1 olan kükürdlü neft kiçik
balıqlara, 16 mq/1 isə iri balıqlara zərərli təsir göstərir.
Dənizə tökülən neftin 40 faizi onun dibinə çökür. Dibə çökən neft
məhsulları səthdəki neft məhsullarına nisbətən 10 dəfə gec oksidləşirlər.
Neftin tərkibində olan bir neçə komponentlər kəskin toksikliyə malik olur.
162
Neftin dənizə tökülməsi əsasən quyuların istismarı, neftin ilkin ayrılması və
nəqli zamanı baş verir.
Quyudan çıxarılan neftin tərkibində müəyyən qədər lay suyu olur.
Dənizin çirklənməsi neftin lay sularından ilkin təmizlənməsi zamanı istifadə
olunan ncfttutucu qurğuların beynəlxalq standartlara cavab verməməsi
üzündən baş vcrir.
Neftin nəqli zamanı onun dənizə tökülməsi əsasən gəmilərdə baş
vermiş qəza və onlardan müxtəlif səbəblərdən axıdılan neft hesabına baş
verir. Xəzər dənizinin coğrafı yerləşmə vəziyyəti onun yerüstü mənbələr və
çay suları vasitəsilə axıdılan tullantılar hesabına çirkləndirilməsinə də səbəb
olur .Xəzəri çirkləndirən neftin 26 faizi Volqa çayı, 10 faizi isə Bakının neft
emalı zavodlarının hesabına düşür.
Neft hasilatının intensivləşdirmə prosesi Xəzərin çirkləndirilməməsi
üçün irihəcməli problemlərin həllini tələb edir. Bu problemə Neftin dənizə
tökülməməsi üçün ayrı-ayrı texnoji proseslərin təkmilləşdirilməsi,
beynəlxalq standartlara cavab verən avadanlıqlardan istifadə və s. aid edilir.
Dənizin səthinə tökülən neftin bir hissəsi buxarlanaraq atmosferə daxil
olur. Bəzi təbii proseslər dənizə tökülmüş neftin miqdarının azalmasına təsir
edir. Bunlara aid edilir:
— Bakteriyalar vasitəsilə mikrobioloji oksidləşmə. Oksidləşmiş bəzi
neft komponentləri bakteriyalar üçün qida rolunu oynayır.
- Fotokimyəvi oksidləşmə. Tərkibində aromatik birləşmələri olan neft
tərəfindən günəş şüalarının qısadalğalı spektrinin udulmasından baş verir.
Bəzi ölkələrdə təbii oksidləşmə prosesinin sürətləndirilməsi və
onunlada dənizə tökülən neftin miqdarının azaldılması üzrə geniş tədqiqatlar
aparılır. Məsələn suyun səthində olan neft qatına günəş şüalarının təsirini
163
artırmaq üçün xüsusi katalizatorlardan istifadə olunur (Sakit okean instimtu,
Rusiya). Həmçinin bakteriyaların «iştahını» artırmaq üçün ozondan istifadə
edilir (ABŞ, Kaolsrue Universiteti; doktor Zontxaymer).
Qrunt sularına ozon təsiri ilə onda olan neftin miqdarını sıfıra endirmək
mümkün olmuşdur.
Neftin biokimyəvi parçalanması üzrə Fransa Neft İnstitutu tərəfındən
geniş tədqiqat aparılır. Fransızlar tərəfindən təklif olunan «BD-83» maddəsi
yüksək bioloji təsirə malikdir. Bu maddənin tərkibində azot və fosforun
miqdarı yüksək olmaqla bərabər, o alçaq toksikliyə malikdir.
M.Lomonosov adına MDU və UİETİ tərəfinıdən hazrrlanmış «Roder»
biopreparatı bataqlıqlar və qruntsularının neftdən təmizlənməsi üçün yaxşı
effektə malikdir.
Neftin bakteriyalar tərəfındən tam yığılmasına inanmaq düzgün
olmazdır. Azərbaycan və xarici alimlər tərəfındən müəyyən edilimşdir ki,
neftin tərkibində mikroorqanizmlərin artım prosesi təsadüfi hallarda baş
verir. Nefti oksidləşdirən bakteriyalar ümumiyyətlə qeyri neft sahələrində
mövcud olan bakteriyalardan da ibarət ola bilər. Nefti oksidləşdirən bakteri-
yaların kimyəvi tərkibi müəyyən edilmişdir. Belə bir qərara gəlinmişdir ki,
suda və ya qruntda bu tip bakteriyaların olması orada neftin olmasmı təsdiq
etmir.
Uzunmüddətli tədqiqatlar nəticəsində müəyyən edilmişdil ki Xəzər
dənizində neftoksidləşdirici bakteriyalar suyun sol hindən və dib
söküntülərindən ayrılırlar. Bu bakteriyyalanın ayrılma intensivliyi ilin
fəslindən və Xəzər dənizinin bölmələrindən asılıdır.
Xəzərin neft daşları və Bakı buxtası akvatoriyası «ölü zona»
adlandırılır. Burada neftin suda olan miqdarı 2,6-3,8 mq/l təşkil edir. Bu
164
rayonda neftoksidləşdirici bakteriyaların sayı hər millilitrdə 20000-ə
qədərdir.
Analiz göstərir ki, neftin mikrobioloji təmizlənməsi ən efektli
metodlardan biridir. Lakin alcaq texnologiyaya malik olduğu üçün bu
metodun tədbiq sahəsi məhduddur. Neftin sudaıı fiziki-kimyəvi üsulla
təmizlənməsi, yandırılması, yığılması, dispezhentlərin, sorbentlərin və digər
kimyəvi maddələrin istifadəsi ilə həyata keçirilir.
Suyun neftdən yandırılma üsulu ilə təmizlənməsi ucuz basa gəlir. Bu
üsul irimiqyaslı ekoloji təhlükə yarandıqda və sahilin geniş miqyasda
çirklənməsi baş verdikdə tətbiq olunur. Lakiıı bu balcla atmosfcrin yanma
matcrialından nə dərəcədə çirkləndirilməsi nəzərə alınmalıdır.
Neftin yandırılması üçün o nisbətən təzə olmal və onun qalnlığı 2-3
mm olmalıdır. Yandırma üçün lazımi qat əldə etmək üçün odadavamlı
bonlardan istifadə olunur.
Su səthində olan neftin alışdırılması üçün əsasən havadan səthə atılan
bcnzinlə doldurulmuş konteynerdən istifadə ediı lər. Neft ləkələrini lazer
şüaları vasitəsilə də yandırırlar. Alışdırma üçün sorbent və pirotexniki
qanşıqlardanda istifadə olıınur. Bu üsul daha effektli hesab edilir. Lakin bu
növ alışdırıcı daha baha olduğu üçün onun tətbiqi məhduddur. Neftin sıı
səhtindən yığılması üçün jelatinləşdirici reagentdən də istifadıt edilir. Bu
kimyəvi maddə maye şəkilində olan nefti bərk hala gətirir ki, bunun da su
səthindən yığılması bir o qədər çətinlik törətmir.
Suya tökülmüş neftin ləğvi üçün «neft yığıcılardan»da istifadə edilir.
«Neft yığıcı» suda həll olmayan səthi aktiv maddələrdən və həlledicidən
ibarətdir. Bu maddə su səthinə əlavə olunduqda səthdə yayılır neftə səthi
təsir edərək onun bir yerə yığılaraq qalınlığının artmasma səbəb olur. «Neft
yığıcı» əsasən əlcatmaz yerlərə toplanan neftlərin yığılması üçün və sahilin
165
neftlə çirkləndirilməsinin qarşısmı almaq üçün istifadə olunur. Xarici
ölkələrdə və keçmiş SSRİ miqyasında ən çox tətbiq olunan «CH-5» neft
yığıcısıdır. «CH-5» «neft yığıcısı» əsasən ətraf mühütün mühafızəsi üzrə
təcili tədbir görmək lazım gəldikdə tətbiq olunur.
Dənizə tökülmüş neftin ləğvi üçün ən çox yayılmış metod DTNL
(Dənizə Tökülmüş Neftin ləğvi) dispersləşdirmədir.
Xəzər dənizində əsasən «OM-6» və «Koreksit 9527» dis-pergentlərdən
istifadə olunur. Dispergentlərin təsir prinsipi müxtəlif səthi aktiv maddələrin
təsirilə irihəcmli neftin suda yayılmasnı yaratmaqdan ibarətdir. Göstərilən
dispergentlərin suyun toksikliyinin artırılması ilə əlaqədar alimlərin bunların
tətbiqi üzrə etirazlarnı qeyd etmək lazımdır.
«Britiş Petrolium» tərəfındən işlənib hazırlanmış «Sinper-nik OSD 20»
dispergenti daha təkmilləşmiş dispergentdir. Bu dispergentin toksiklik
dərəcəsi əvvəlkilərdən 2-3 dəfə azdır. Əvvəlki dispergentlərin yaratdıqları
emulsiyada neft damlasının diametri 0,01-1 mm təşkil edir. «Britiş
Petrolium» dispergentlərinin yaratdığı neft damlasının diametri 1 mkm təşkil
edir. Belə emulsiyada neft hətta quş lələyinə belə yapışa bilmir.
Su səthində olan neftin yığılmasmda fiziki-kimyəvi üsulla mexaniki
üsul arasmda yerləşən metod «Neftin sorbent üsulu» ilə yığılması
metodudur. Bu metod dənizə gəmilərdən, neft platformalarından, sahildən
tökülən neftlərin ləğvi zamanı istifadə olunur. Müxtəlif növ sorbentlərdən
istifadə olunur. Bunlardan «Matasorb» sorbentini, «Oil onlif», «Universal»,
«Ro,-CLEAN İNT A/S», «OLEOSORB» və s. göstərmək olar.
Su səthinə tökülən neftin yayılmasnın dərhal qarşısı alınmalıdır. Bu
məqsədlə bonlardan istifadə olunur. Bon suda üzən elə bir tərkibdir ki, su
səthində olan neftin onu aşaraq ondan kənara yayılmasına imkan vermir. Su
166
üzərinə dağılmış neftin həcm və xüsusiyyətindən asılı olaraq müxtəlif növ
bonlardan istifadə olunur.
Su üzərində olan neftin yığılması üçün həmçinin müxtəlif' növ
qurğulardan istifadə olunur. Belə qurğulardan skimmerbn göstərmək olar.
Bu qurğuların iş prinsipi su səthindən aşağı səthdə xüsusi tutumlar
yerləşdirilərək neftin oraya axmasından və oradan nasos vasitəsilə xüsusi
çənlərə yığılmasmdan ibarətdir.
Son 10-15 ildə Azərbaycan dövləti Xəzərə öz ərazisindən axıdılan
çirkli tullantı sularını təmizləmək üçün layihə gücü 1,28 mln.m3/gün olan
təmizləyici qurğular, 4,46 mln.m3 gücü olan təkrar və fasiləsiz-təkrar su
təchizatı sistemi istifadəyə vermişdir. Nəticədə Xəzərin ekoloji vəziyyətinə
mənfi təsir göstərən 0,5 mln.m3/gün çirkab sularınıın axıdılması azaldıl-
mışdır. Lakin görülən tədbirlərə baxmayaraq Azərbaycan ərazisindən Xəzərə
0,3 milyard m3 hədsiz dərəcədə çirkləndirilmiş su tullantısı, 300 mln m3
təmizlənmiş su, 4 min ton neft məhsulları 28 min ton asılı hissəciklər, 500-
550 min ton quru qalıq, 74 min ton sulfatlar, 155 min ton xloridlər, 300 ton
səthi aktiv maddələr, 5 ton fenol və digər ekoloji cəhətdən zərərli birləşmələr
atılmaqda davam edir. İstifadədən çıxarılmış mədənlər və tankerlər, 300-dən
artıq hidrotexniki qurğu Xəzərin ikinci çirklənmə mənbəyi hesab olunur.
1977-ci ildən başlayaraq Xəzərin səviyyəsinin 2,3 m qalxması sahilyanı
ərazilərin hədsiz yuyulmasma, tikinti və mühəndis qurğularının
dağıdılmasına, ərazilərin su altında qalmasına, çimərlik zonalarının öz
əhəmiyyətini itirməsinə səbəb olmuşdur. Texnogen ərazilərin su altında
qalması isə Xəzərin təkrar çirklənməsinə gətirib çıxarmışdır. Xəzərin
səviyyəsinin qalxması ilə əlaqədar bu günə qədər Respublikaya dəyən zərər
3-4 milyard ABŞ dolları məbləğində hesablanır.
167
Xəzər gölünün ekoloji təmizliyinə nail olmaq üçün bütün Xəzəryanı
dövlətlərin birgə əməkdaşlğı tələb olunur. Beynəlxalq müqaviləyə əsasən
birgə nəzarət aparmaq, Xəzərə axıdılan bütün suların yalnız təmizləndikdən
sonra atılmasna nail olmaq, Xəzərin təbii ehtiyatlarının mənimsənilməsi
zamanı ekoloji qaydalara tam rəayət olunmasına çalışmaq, birgə kompleks
elmi-tədqiqatlar aparmaq, Beynəlxalq Maliyyə Qurumlarını və Beynəlxalq
təşkilatları Xəzərin ekoloji təmizliyinə cəlb etmək və s. bu kimi tədbirləri
ardıcıl həyata keçirməklə gələcəkdə Xəzərin əvvəlki şöhrətini özünə
qaytarmaq olar. Bu vacib problemin həlli üçün 1991-ci ildə Bakıda Xəzərin
ekoloji problemlərinə həsr edilmiş Birinci Beynəlxalq Konfrans çağırmış və
onun yekun qətnaməsində Xəzərin gələcəyi ilə bağlı bütün tədbirlər sistemi
müəyyənləşdirilmişdir. Müəyyən xərc və vəsaitlə yerinə yetirilməsi mümkün
olan bəzi tədbirlər ekoloji, iqtisadi, istirahət baxımından çox faydalıdır.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fərmam ilə Bakı
buxtası sahillərindəki Dənizkənarı park «Milli park> elan olunmuşdur. Bakı
şəhəri əhalisinin əsas istirahət yeri olan bu ərazinin ekoloji təmizliyinə nail
olmaq üçün ilk növbədə Bakı buxtasmın müasir vəziyyətinə nəzər
yetirilməlidir.
Bakı buxtasının əsas çirklənmə mənbələri neftayırma zavodları,
Bibiheybət neftçıxarma mədənləri, şəhər kanalizasiyasının sənaye və məişət
çirkab suları, həmçinin neft daşıyan gəmilərin yuyulmasından yaranan
çirkab sularıdrr. Buxtanжт dib çöküntülərində toplanmış neft qalıqlarınтdan
ayrılan karbo-hidrogenlər də sahil sularının əsas çirklənmə mənbələrindən
biri hesab olunur. Hövsan su təmizləyici qurğusundan və Hövsan kanalından
axıdılan çirkab suları da dəniz cərəyanları, küləklər və s. vasitələrlə Bakı
buxtasının çirklənməsində iştirak edir.
168
Bakı buxtasının yerləşdiyi Abşeron yarımadası yayı isti və quru, qışı
mülayim və rümbətli iqlimdə yerləşdiyindən il ərzində günəşli günlərin
miqdarı çox olur ki, bu da bioloji aktivliyi, üzvi birləşmələrin və neft
çirklənməsinin bioloji tənəzzül prosesini gücləndirir.
Bakı buxtasında çirkabların toplanmasında cənub-qərb və cənub-şərq
küləklərinin, onlarm açıq dənizə apanlmasında isə şimal-şərq və şimal-qərb
küləklərinin xüsusi rolu vardır. Xəzər gölünün səviyyə tərəddüdü də
buxtanın çirklənməsinə təsir göstərir. Bakı buxtası yarımdairəvi formada
olduğundan və qarşısını Böyük Zirə adası kəsdiyindən cərəyanlar buxtaya
təsir edə bilmir və bu da çirkabların yığüıb qalmasına səbəb olur.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Bakı buxtası fiziki,
kimyəvi və bioloji yollarla çirklənir. Ümumiyyətlə, fiziki çirklənməyə
əsasən su hövzələrinə İEM və bəzi sənaye müəssisələrindən işlənib çıxmış
isti sularla çirklənmə aid edilir. Belə çirklənmə suların təbii rejiminin
dəyişməsinə, onların tərkibində oksigenin miqdarının azalmasına səbəb olur.
Nəticədə suların «çiçəklənməsi» prosesi baş verir. Radiaktiv tullantılar da
fıziki çirklənməyə səbəb olur.
Kimyəvi çirklənmə su hövzələrinə müxtəlif kimyəvi maddələrin və
onların birləşmələrinin çirkab suların tərkibində axıdılması nəticəsində baş
verir. Bu suların tərkibində olan metallardan qurğuşun və civə daha təhlükəli
hesab olunur. Digər xarakterik kimyəvi çirklənmə sulara nitratların
fosfatların, səthi fəal maddələrin, karbohidrogenlərin axıdılmasından baş
verir.
Bioloji çirklənmə isə sulara müxtəlif çirklənmə mənbələrindən axıdılan
xəstəliktörədici mikroorqanizmlər vasitəsilə baş verir.
Bakı buxtasmın əsas çirklənmə mənbələrindən biri olan və onun
yaxınlığında yerləşən Azərneftyağ zavodu öz çirkab sularını birbaşa Bakı
169
buxtasına axıdır. Zavodun çirkab sularını təmizləmək üçün mexaniki
təmizləmə qurğusu olmasına baxmayaraq qurğu şlamlarla dolduğu üçün
çirkablan təmizləyə bilmir və nəticədə ildə buxtaya Azərneftyağ zavodundan
200-500 ton karbohidrogenlər və 500 kq fenol axıdılır. Buxtaya axıddan
çirkab sularının tərkibində neft karbohidrogenlərinin miqdarı hər litrdə 35-
85 mq arasında dəyişir.
Bakı buxtasınm ikinci çirklənmə mənbəyi Bibiheybət neflçıxarma
buruqlarından suya axıdılan çirkablardır. Bibiheybət neft mədənləri
Azərbaycanın ən qədim neft çıxarma mədənlərindən biridir. Hazrrda bu
mədəndəki yataqlar tükənmək üzrədir. İldə bu yataqdan 130 min ton neft
çıxarılrr. Neftin köhnəlmiş qurğularla çıxarılması nəticəsində daim dənizə
neft axıdılır. Neft çıxarma zamanı yer səthinə çıxan lay suları Bakı buxtasna
axıdılır ki, bu da suyun ildə 1200-6000 ton karbohidrogenlə çirklənməsi
deməkdir. Bibiheybət neft mədənləri yaxnlığında yaşayan əhali də ekoloji
cəhətdən yararsız, yanğın təhlükəsi olan sahədə məskunlaşmışdır. Bu da
onların həyat şəraiti, sağlamlıqları üçün olduqca təhlükəlidir.
Bakı şəhər kanalizasiyası vasitəsilə gündə 400 min m3 tə-mizlənməmiş
sənaye və məişət çirkab suları Bakı buxtasına axıdılr. Həmin sular vasitəsilə
buxtaya ildə 500-1000 tona yaxın karbohidrogenlər, oksigenlə təmin
olunmamış 15 min ton çirkab suları daxil olur.
Bakı buxtasına neft daşıyan tankerlərin mllantılar və onların yuyub
təmizləyən zaman yaranan çirkab suları da axıdılır. Qapalı su hövzələrində
neft tankerlərinin yuyulması beynəlxalq konvensiyaya əsasən qadağan
olunsa da bu iş indi də davam etdirilir.
Son tədqiqatların nəticəsinə əsasən məlum olmuşdur ki, hazırda Bakı
buxtasına 5 yerdən çirkab suları axıdılır. Buxtaya axıdılan həmin çirkablar
cənub küləkləri dövründə sahil zonasma yığılaraq ekoloji dözülməz mənzərə
170
yaradır. Bununla yanaşı xarab olmuş, batmış gəmilərin, tullanmış neft
borularının sahil sularında yığılıb qalması da ətraf ərazilər üçün mənfi
ekoloji nəticələr yaradır. Hazırda buxtada 1990-cı ildən etibarən dəniz suları
altna atılmış 200 neft buruğu qalmışdır ki, bu da ciddi ekoloji nəticələrə
səbəb ola bilər.
Bakı buxtası sularının tərkibində karbohidrogenlərin və fenolun miqdan
suların keyfıyyət standartları üzrə olan miqdarını 3-6 dəfə ötüb keçir.
Keyfiyyət göstəricilərinə görə belə sular «təhlükəli» sular hesab olunur.
Bakı buxtasmın dib çöküntülərində neft karbohidrogenlərinin miqdarı 1
kq quru qalıqda 110 qr. təşkil etmişdir. Bu kəmiyyət buxta ərazisinin 40%-ni
əhatə edir. Dib çöküntülərinin çirklənmə sahələrinin qaltılığı 2 m-ə yaxın
təşkil cdir. Neftli karbohidrogenləri ilə çirklənmiş dib çöküntülərinin ümumi
həcmi 100-150 mln.m3 təşkil edir ki, onun da tərkibində 4-5 mln.t neft
karbohidrogenləri vardır. Həmin göstəricilər əsasında belə bir ümumi
nəticəyə gəlmək olar ki, Bakı buxtası sularındakı neft karbohidrogenlərinin
25-75%-i dib çöküntülərindən ayrılan karbohidrogenlərdir. Dənizin
içərilərinə doğru çirklənmənin tədricən azalması müşahidə edilir.
Bakı buxtası sularında apanlan analizlərin nəticələrinə əsasən sularda
neft məhsullarının miqdarının ayrı-ayrı məntəqələr üzrə 0,12-0,32 mq/1,
fenolların miqdarının 0,003-0,006 mq/1 arasında dəyişilməsi müşahidə
edilmişdir. Bu göstəricilərə əsasən neft məhsullarının və fenolların miqdarı
mümkün norma həddini 3-6 dəfə ötüb keçir. Buxta sularının tərkibində mis
elementinin miqdarının da mümkün norma həddindən 5-10 dəfə yüksək
olduğu müəyyən edilmişdir.
Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticəyə gəlmək olar ki, Bakı
buxtası daha çox neft karbohidrogenləri vasitəsi ilə çirklənir. Həmin neft
karbohidrogenlərinin 10-40%-i Bibiheybət neft mədənlərinin, 5-10%-i
171
neftayırma zavodlarının və şəhər kanalizasiyasının, 10%-i yaxına atılmış
neft qazma quyularının və gəmilərin yuyulmasmın, 25-75%-i isə dib
çöküntülərinin payına düşür.
Ümumiyyətlə, dəniz buxtasna daxil olan üzvi çirkləndiricilər sonradan
tərkib hissələrinə ayrılır və həmin biokimyəvi proseslərdə suda həll olunan
oksigen istifadə olunur. Çox çirklənmiş sularda oksigenin bərpa olunması
zəif getdiyindən, su hövzəsi özünütəmizləmə funksiyasını itirir. Nəticədə su
hövzəsinin canlılar aləmi məhv olur ki, bu da həmin sahənin açıq çirkab
mənbəyi olduğunu göstərir. Belə su sahələrində özünü-təmizləmə üçün vacib
olan mikroorqanizmlər məhv olur və nəticədə tədricən balıqların da
azalmasına və məhvinə gətirib çıxarır.
Qeyd etdiklərimizdən göründüyü kimi, sənaye müəssisələrindəki
istehsalat prosesləri zamanı yaranan və məişət çirkab sulan ətraf mühit üçün
zərərli sayılan müxtəlif növ zəhərli və həyat üçün təhlükəli kimyəvi
maddələr və birləşmələrlə zəngindir. Ona görə də, Bakı buxtasının
təmizliyinə nail olmaq məqsədilə 'lk növbədə ciddi mühafizə işlərini həyata
keçirmək lazımdır.
Bakı şəhəf əhalisinin 35%-nin məişət çirkab suları və bəzi
müəssisələrin sənaye çirkab suları təmizlənməmiş şəkildə birbaşa Bakı
buxtasına axıdılır. Həmin çirkab sularının tərkibində yüksək konsentrasiyası
ilə nəzərə çarpan sink, civə, qurğuşun kimi ağır metallara, fenollara, neft
karbohidrogenlərinə və digər zərərli birləşmələrə rast gəlinir. Bütün bu
çirkablar Bakı buxtasının əsas çirklənmə mənbələri olmaqla sahil sularının
öz təbii sabitliyinin itirilməsinə səbəb olmuşdur. Nəticədə suların tərikibində
ibtidai canlların azalması və oksigen çatışmaazlığı problemləri yaranmışdır.
Ümumiyyətlə, respublikamızın su ehtiyatlarından səmərəli istifadə
etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
172
a) su ehtiyatlarından səmərəli istifadə etmək, suların təmizliyinə nail
olmaq, su itkilərini azaltmaq üçün sudan istifadə haqqı müəyyənləşməlidir;
b) sulardan təkrar istifadəyə keçmək və bunun üçün müasir texnoloji
qurğular yaratmaqla işlənmiş və minerallaşmış suların təmizlənməsinə nail
olmaq;
c) ətraf su hövzələrinə təmizlənməmiş və ya az təmizlənmiş çirkab
suları axıdan müəssisələrə cerimə tətbiq etmək və əldə olunan gəlirlər
hesabına su təmizləyici qurğular yaratmaq;
ç) su ehtiyatlarından istifadəni yaxşılaşdırmaq üçün sənayedə su ilə
soyutmanı hava ilə əvəz etmək və s. bu yolla sənayedə istifadə edilən içməli
suya 200 mln.m3 qənaət etmək olar.
d) Bakı buxtasının ekoloji təmizliyinə nail olmaq üçün ilk növbədə
buxtaya axıdılan bütün çirkab sularını yalnız təmizlə dikdən sonra axıtmalı,
sənayedə dövriyyə su sistemi tətbiq eləməklə sulardan təkrar istifadə etmək,
gələcəkdə xarici investisiya cəlb etməklə buxtanın sularını və dib
çöküntülərini neft karbohidrogenlərindən təmizləmək lazımdır. Bunun üçün
buxta ətrafındakı köhnəlmiş qurğuları sökmək, Bibiheybət ncft mədənlərini
modemləşdirmək və ya bağlamaq, neftayırma zavodlarının tullantılarını
emal edən qurğular yaratmaq, neftayırma zavodlarını yenidən qurmaq və
digər tədbirləri həyata kcçirməklə Bakı buxtasının təmizliyinə nail olmaq
mümkündür.
Azərbaycan Respublikası toıpaq ehtiyatları ilə zəif təmiıı olunmuş
ölkələr siyahısına daxildir. Azərbaycanda torpaqlardan səmərəli istifadə,
onların mühafizəsi, münbitliyinin bərpası və nəticədə torpaqların təkrar
istehsal dövriyyəsinə qaytarılması qarşıda duran əsas vezifələrdəndir.
Azərbaycan Respublikasının torpaq fondu 8,6 mln. ha-dır. Torpaq
ehtiyatlarının 4,2 mln. ha-rı və ya 49%-i kənd təsərrüfatı üçün yararlı
173
torpaqlardır. Yararlı torpaqların 1,5 mln. ha-ya yaxını və ya 33%-i əkin, 0,3
mln. ha, yaxud 9,2%-i çoxillik bitkilər, 2,2 mln. ha və ya 53,2%-i
otlaqlardan ibarətdir.
Respublikarmzda hər adam başına 1,14 ha ümumi, 0,60 ha kənd
təsərrüfatı üçün yararlı sahə, 0,20 ha isə əkin sahəsi düşür.
Torpaqlarımızın1350 min ha-ı, o cümlədən 950 min ha əkin yeri suvarılır.
Respublika torpaq fondunun 1/3 hissəsı kənd təsərrüfatı işləri üçün yararsız
hesab edilir.
Son 40 il ərzində torpaq örtüyünə vurulan antropogen təsirlər gərgin
geoloji proses və hadisələrin geniş yayılmasına, ərazilərin müxtəlif dərəcədə
zədələnməsi və çirklənməsinə səbəb olmuşdur. Hazırda torpaq fondunun
0,86 mln. ha-ı texnogen pozulmuş torpaqlara aid edilir.
1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqillik əldə
etdikdən sonra torpaqlara münasibət də dəyişilmiş, müxtəlif mülkiyyət
formaları yaranmışdır. Respublikanın Milli Məclisi tərəfindən qəbul
olunmuş Torpaq Qanununa görə ümumi torpaq fondunun 3,8 mln. ha-ı və ya
44,2%-i dövlət mülkiyyətinə, 2,7 mln. ha-ı və ya 31,4%-i bələdiyyə
mülkiyyətinə, 2,1 mln. ha-ı və ya 24,4%-i isə özəlləşdirmə yolu ilə əhalinin
şəxsi mülkiyyətinə ayrılmışdrr.
Respublikamızm torpaq fondunun sıradan çıxmasının başlıca səbəbləri
eroziya, şorlaşma, texnogen dəyişikliklər və pozuntular, çirklənmə, torpaq
qatının kimyəvi tərkibinin dəyişməsi və s. proseslərdir.
Respublikamızın ərazisində külək və su mənşəli eroziyalar, torpaq
sürüşmələri geniş şəkildə yayılmışdrr. Son illərin göstəricilərinə görə
respublikada eroziyaya uğramış torpaq sahəsi 3685 min ha və ya ərazimizin
42,5%-ni təşkil edir. Respublika əkin sahələrinin 33,7%-i, yay otlaqlarının
68%-i, biçənəklərin 15%-i, bağların 16%-i, üzümlüklərin 24%-i, meşələ-
174
rimizin isə 26%-i müxtəlif dərəcəli eroziyaya uğramışdır. Ən geniş yayılmış
eroziya növləri səthi, yarğan və süni suvarma sistemi formalarıdır.
Ərazimizin 16%-i güclü, 14,8%-i orta və 31,2%-i zəif dərəcəli eroziya
proseslərinə məruz qalmışdrr.
Respublikamızın dağ yamacları və yüksəkliklərində yerləşən torpaq
sahələrindən səthi eroziya nəticəsində ildə 105-516 m3/ha torpaq yuyulur.
Sel və torpaq sürüşməsi nəticəsində isə müvafıq olaraq 310 km2 və 420 km2
torpaq sahələri korlanmışdır. Hər il 1,5 mln. ha artıq münbit torpaq qatı sel
sulan vasitəsiilə yuyulub aparılır. Torpaq sürüşməsi nəticəsində isə nəinki
torpaq qatı korlanır, hətta kənd təsərrüfatı, sənaye və mülki obyektlərə də
böyük zərər vurulur. Dağlıq ərazilərdə eroziya proseslərinin artmasının
başlıca səbəbi heyvandarlığın inkişafı, meşələrin sistemsiz şəkildə kütləvi
qırılması və sıldırım yamaclarla onların daşınmasıdır. Bunun nəticəsində dağ
yamacları çılpaqlaşır və yerüstü axar sularının miqdarı artır. Belə sahələrdə
torpağın yuyulmasının həcmi 246 m3/ha müəyyənləşmişdir.
Lənkəran-Astara zonasının dağətəyi yamaclarında bitki örtüyünün
məhv edilməsi eroziya proseslərini kəskin surətdə artırmışdır. Zonanın 63,5
min ha ərazisindən 22%-i orta və zəif, 10%-dən çoxu güclü eroziyaya məruz
qalmış, 30%-dən çox münbit torpaq örtüyü tamamilə yuyulmuşdur.
Ümumiyyətlə, eroziya proseslərinin ilbəil artması torpaq dan istifadənin
aşağı səviyyədə olması, bütün dağlıq vo dağətəyi təsərrüfatlarda
torpaqlardan istifadə də eroziya proseslərinin təhlükəsi və hər bir sahənin
relyef şəraitinin nəzərə alınması ilə bilavasitə bağlıdrr.
Eroziya prosesləri demək olar ki, meşəsiz olan Naxçıvan MR üçün
daha xarakterikdir. Naxçıyan MR torpağınm 19,9%-i zəif, 24%-i orta, 32%-i
isə güclü (şiddətli) eroziyaya uğramış və nəticədə 402 min ha torpaq sahəsi
bu və ya başqa dərəcədə öz münbit qatmı itirmişdir.
175
Respublikänın düzənlik ərazilərində torpaqların şumlanması,
gübrələnməsi, suvarma zamanı aqrotexniki qaydalanın pozulması
nəticəsində torpağın məhsuldar, humus qatının yuyulub aparılması prosesi
baş verir. Bu proses daha çox üzümçülük, pambıqçılıq və tərəvəzçilik
təsərrüfatlarında baş verir.
Kür-Araz ovalağında torpaqların vəziyyətinə su və külək eroziyaları
daha çox təsir göstərir. Burada 35%-dən artıq əkin sahəsi və 20% qış
otlaqları eroziyaya məruz qalmışdrr. 134 min ha torpaq az və ya çox
dərəcədə, 66 min ha artıq torpaq güclü eroziyaya uğramış, 400 min ha torpaq
qatı yuyulub aparılmışdır..
Respublika ərazisində külək eroziyası əsasən Abşeron yarımadası,
cənub-Şərqi Şirvan, Ceyrançöl və digər ərazilərdə geniş yayılmışdır.
Respublikamızda eroziya proseslərinin qarşısını almaq məqsədilə 24,5
min ha ərazidə meşə-mühafizə zolağının salınması, 10 min ha sahədə tarla
qoruyucu, 226 min ha sahədə yol və suvarma xətləri kənarları yarğan, çay
kənarları və su hövzələri ətrafı, 105 min ha sıldırım yamaclar, 30 min ha sa-
hədə scyrək meşəli yamac və dağ ətəklərində meşə zolaqlarının salınması
planlaşdırılmışdrr.
Kənd təsərrüfatında suvarma əkinçiliyinin inkişafi, suvarma
qaydalarına düzgün riayət olunmaması, suvarma kanallarının
betonlaşdınlmaması, torpaq kanallardan istifadə, ekoloji tarazlıq nəzərə
alınmadan düzənlik ərazilərdə su anbarlarının yaradılması və digər bu kimi
səbəblər torpağa çoxlu miqdarda su hopmasına şərait yaradır ki, bu da
minerallaşmış qurunt sularının səviyyəsini qaldırır və torpaqların
şoranlaşmasna səbəb olur.
Şoranlaşmış torpaq sahələri əsasən Kür-Araz ovalığı zonasında geniş
yayılmışdır. Şorlaşmış torpaqların ümumi sahəsi 500 min ha artıqdrr. Ən çox
176
şorlaşmış torpaqlar Ağdaşda 220 min ha, Kürdəmirdə 40 min ha,
Ağcəbədidə 38,4 min ha, Salyanda 32 min ha, Ağsuda 21,4 min ha, İmişlidə
26,6 min ha, Saatlıda 32 min ha, Sabirabadda 40 min ha təşkil edir.
Kür-Araz düzənliklərində 450 min ha artıq torpaq sahəsi
şoranlaşmışdır. Şoranlışmış torpaq sahəsinin 120 min ha güclü dərəcədə
şorlaşmışdır. Torpaqların suvarılma norma və rejiminin pozulması təkrar
şoranlaşmaya səbəb olmuşdur. Hazırda suvanlan torpaqlardan 83%-dən
çoxunun müxtəlif formalı meliorasiyaya ehtiyacı vardır.
Kür-Araz ovalığnda uzun müddətli suvarmalar nəticəsində torpağın su,
fiziki, kimyəvi, mexaniki xassələri dəyişilmiş, şoranlaşma, bataqlıqlaşma
sahələri genişlənmişdir. Həmin ərazilərin bərpası, torpaqların
məhsuldarhğının yüksəldilməsi üçün çoxlu əlavə maliyyə vəsaiti və əmək
sərfi tələb olunur.
Torpaq örtüyünün pozulmasına antropogen amillər daha çox təsir
göstərir. Torpaqlara mineral gübrələrin və zəhərli kimyəvi maddələrin elmi-
cəhətdən əsaslandırılmış norma üzrə verilməməsi nəticəsində torpaqların
kimyəvi çirklənməsi prosesi baş verir. Kimyəvi zəhərləyici maddələrlə
respublika üzrə 840 min ha, o cümlədən, herbisidlərlə 400 min ha torpaq
sahəsi dərmanlanmışdrr. Zəhərli kimyəvi maddələrlə ekoloji cəhətdən ən çox
çirklənmiş region Kür-Araz ovalığıdır. Bu regionun Muğan-Salyan
torpaqlarında herbisidlərin miqdarı yol verilən norma həddindən 9,0 dəfə
artıqdır. Torpaqlarımıza dünyada qəbul olunmuş normalardan 3-5 dəfə çox
pestisid səpilmişdir.
Şirvan və Salyan düzlərində 50 ha torpaq ncft məhsullari ilə çirklənmiş,
kanallar boyu 3 min ha torpaq tullantılarla, 12 ha karxanalarla, 6 ha ərazi
bərk məişət tullantıları ilə örtülmüşdür.
177
Lənkəran-Astara zonasında tərəvəzçiliyin inkişaf etdirilməsi
nəticəsində torpaqlara çoxlu miqdarda mineral gübrə, zəhərli kimyəvi
maddələr verilmiş və nəticədə torpaqların aqreqat halı dəyişmiş, onlarda
zəhərli kimyəvi maddələrin və ağır metalların normadan artıq toplanması
prosesi baş vermişdir. Ümumiyyətlə, torpaq örtüyündə ağır metalların
toplanması çox təhlükəlidir və onlar bərpa edilməz dəyişikliklərə səbəb olur.
Əhali məskunlaşma sahələrində yaradılan müxtəlif məqsədli . tikinti
sahələri, yolların, kanalların, süni göllərin yaradılması ilə əlaqədar indi
respublikada olan yararlı torpaqların 10%-i kənd təsərrüfatı dövriyyəsindən
çıxmışdır. Respublikada çirkləndirilmiş, dağıdümış və zibilləndirilmiş
torpaqlar 200 min ha artıq ərazi tutur. Belə torpaqlar Naxçıvan MR, Yuxarı
Qarabağ, Daşkəsən-Qazax, Abşeron regionlarında daha çoxdur. Təkcə neft
və qazçıxarma mədənlərinin tullantıları nəticəsində 50 min ha çox ərazi
yararsız hala düşmüşdür. Abşeron yarımadasında neft emalı, neft-qaz
istehsalı sahələrində yaranan tullantı suları ilə 7-8 min ha torpaq sahəsi
gölməçələrə çevrilmişdir.
Respublikamızın iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir və Əli-Bayramlı şəhərlərinin ətraf torpaq sahələrinin ağır və
əlvan metal qalıqları ilə çirklənməsi nəticəsində həmin torpaqlarda
qurğuşunun, misin, sinkin, flor, xlor, alüminium, benzopirenlər və kükürd
birləşmələrinin miqdarı yol verilən norma həddindən ayrı-ayrı ərazilərdə 10-
20 dəfəyə qədər yüksəkdir.
Respublikamızm iri yaşayış məntəqələri ətrafmda hər il 5 mln.ton bərk
məişət tullantısı toplanır ki, bunun da 50%-i Abşeron sənaye rayonunun
payına düşür. Bakı şəhəri ətrafında 400 ha, Sumqayıt ətrafında 120 ha ərazi
tutan tullantıların yalnız 10-12%-i emal edilir, qalan hissəsi isə ətraf mühitin
çirklənmə mənbələrindən biri olaraq qalırlar.
178
Şəhərlərdə fəaliyyət göstərən yüzlərlə zavod və fabriklərin ətraf mühitə
atdıqları sənaye tullantıları da müxtəlif yollarla torpaqlara qayıdır və əsas
çirklənmə mənbələrindən birinə çevrilirlər. Bütün bu tullantıların zərərli
təsirlərini aradan qaldırmaq üçün həmin tullantıların emalı, utilizasiyası və
zərərsizləşdirilməsini həyat keçirmək lazımdrr.
Abşeron sənaye zonasının müəssisələrində hər il tərkibində zəhərli
maddələr olan 97 min ton bərk formalı mllantı yaranrr ki, bunun da 47 min
tondan çoxu Sumqayıt şəhərinin payına düşür.
Respublikanın sənaye tullantıları ilə örtülmüş yararlı torpaqlarını
zibilliklərdən, sənaye və məişət tullantılarından, neft tullantılarından
təmizləmək yolu ilə əlavə olaraq 100 min ha, o cümlədən Abşeron
yarımadasında 40 min ha yaxın torpaq sahələrini kənd təsərrüfatı
dövriyyəsinə qaytarmaq olar.
Abşeron yarımadasının torpaqları neft mədənlərinin lay sularının
tərkibində olan radioaktiv elementlərlə də çirklənirlər. Abşeron
yarımadasının normal radioaktiv fonu Xəzəryanı ərazilərdə 3 mkr/saat,
textonik pozuntu sahələrində isə 9 mkr/saat təşkil edir. Lakin yarımadanın
bəzi neft istehsalı mədənlərinin yaxınlıqlarında 500-600 mkr/saat olan
çirkləndirilmiş zonalara da rast gəlinir. Belə sahələrin mövcudluğu ərazidə
yaşayan insanların həyatı üçün olduqca təhlükəlidir. Qeyd etmək lazımdır ki,
radioaktiv elementlərlə çirklənmiş torpaqların dezaktivizasiyası respublikada
müvafiq avadanlıq və texnologiyanın olmaması səbəbindən aparılmır.
Respublikanm torpaq fondundan səmərəli istifadə etmək və onun təbii
məhsuldarlığını qoruyub saxlamaq üçün müxtəlif səbəblərdən çirklənmiş,
dağılmış, korlanmış, zibillənmiş, eroziyaya uğramış və şorlaşmış torpaqların
məhsuldarlığını təbii və süni yollarla bərpa etmək, onları rekultivasiya
etmək, torpaq -iqlim şəraitinə uyğun növbəli əkin sistemini tətbiq etmək,
179
eyni zamanda təsərrüfat-təşkilati, aqrotexniki, hidrotexniki,aqromeliorasiya,
fitomeliorasiya və digər tədbirləri həyata keçirməklə torpaq mühafizə işlərini
həyata keçırmək ən vacib problem kimi qarşıda durur.
Nəzərə almaq lazımdır ki, eyni ərazilərə uzun ıllər boyu zəhərli
kimyəvi maddələrin normadan artıq səpilməsı, aqro-texniki qaydalara riayət
olunmaması, dövriyyəlı əkm sıstemınin aparılmaması, suvarma rejiminin
pozulması torpaq fonduna ağır ekoloji ziyan vurmuşdur.
XII FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA ƏTRAF
MÜHİTİN MÜHAFİZƏSİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ
Ekoloji Problemlərin həlli və ekoloji təhiükəsizliyin təmini məsələləri
Azərbaycan Respublikasmın Konstitusiyası və onun əsasında qəbul olunmuş
müvafiq qanunvericilik aktları ilə tənzim olunur.
Azərbaycan Rcspublikasının 1995-ci il noyabr ayının 27-də qüvvəyə
minmiş Konstitusiyasına Ekologiya üzrə aşağıdakı maddələr daxil edil
mişdir.
Maddəl4. Təbii ehtiyatlar. Təbii ehtiyatlar hər hansı fıziki və hüquqi
şəxslərin hüquqlarına və mənafelərinə xələl gəlmədən Azərbaycan
Respublikasına mənsubdur.
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ. I. Hər kəsin
sağlam ətraf mühitdə yaşamaq hüququ vardrr. II. Hər kəsin ətraf mühitin əsil
vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüququ pozma ilə əlaqədar
sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
Maddə 78. Ətraf mühitin qorunması. Ətraf mühitin qorunması hər
bir şəxsin borcudur.
Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi. Azərbaycan
Respublikasının Prezidenti təbii fəlakət, epidemiyalar, epizootiyalar, böyük
ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının
180
ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qıyama və ya dövlət
çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayət olunan
kütləvi ixtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud
dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr
meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində
fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat
müddətində Azərbay-can Respublikası Milli məclisinin təsdiqinə verir.
Respublika Konstimsiyasının müvafiq maddələri əsasında təsdiq
edilmiş Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasının
677İQ saylı Qanunu 8 iyun 1999-cu ildə təsdiq edilmişdir. Bu qanunun
məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi
dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su
obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləminin təbii
və antoropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq
üçün hüququ əsaslarını müəyyən etməkdir. Qanunun 4-cü maddəsi Ekoloji
təhlükəsizlik sahəsində dövlətin siyasətinin əsas istiqamətlərini müəyyən
edir. Burada nəinki respublika daxilində, həmçinin beynəlxalq miqyasda
ekoloji təhlükəsizlik tədbirlərinin işlənib hazırlanması və həyata
keçirilməsində əməkdaşlıqlar da nəzərdə tutulur.. Ekoloji təhlükəsizlik
sahəsində hüquq və sağlamlığa zərər vurma və ya təhlükə törədilməsi insan
hüquqlarınrn pozulması sayüır.
Ekoloji təhlükəsizlik haqqında qanunda həmçinin Ekoloji təhlükəsizlik
sahəsində dövlətin hüquq və vəzifələri, yerli özünüidarə orqanlarının
səlahiyyətləri, vətəndaşların və ictimai birliklərin hüquqları, təsərrüfat və
digər fəaliyyətlər üzrə məhdudiyyətlər, qanunvericiliyin pozulması
hallarında məsuliyyət, maliyyələşdirmə mənbələri və s. müəyyən edilmişdir.
181
Qanunun 11-ci maddəsində Təhlükəli ekoloji vəziyyətlərin
nəticələrinin aradan qaldırdmasının yerli icra hakimiyyətinin, yerli
özünüidarəetmə orqanlarının səlahiyyətinə aid olması göstərilir. Nəticələrin
aradan qaldırılması üçün maliyyə mənbələri qanunvericilikdə konkret olaraq
göstərilmişdir.
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ haqqında qanun 8 iyun 1999-cu
ildə Respublika prezidenti tərəfindən təsdiq edilmişdir(№6781Q).
Bu qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial
əsaslarnı müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının
mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsinidən, təbii
ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının
alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən
istifadənin səmərəli təşkilindən ibarətdir .Bu qanun ətraf mühitin
keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və
bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq
qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı
əlaqəsini tənzimləyir. Qanun 14 fəsildən ibarətdir. I fəsil ətraf mühitin
mühafızəsi üzrə terminlərə, anlayış və prinsiplərə həsr olunmuşdur.
Qanunun II fəsli ətraf mühitin mühafizəsi sahəsində hüquqlar və vəzifələrə
həsr olunmuşdur. Burada ətraf mühitin mühafizəsi sahəsində dövlətin,
vətəndaşların, ictimai birliklərin hüquq və vəzifələri, yerli özünüidarəetmə
orqanlarının səlahiyyətləri verilmişdir.
Qanunun III fəsli təbiətdən istifadəyə aid olunmuşdur. Bu qanunda
təbiətdən istifadəçilər müəyyən edilmiş və bununla əlaqədar limitlər və
kvotalar, təbiətdən istifadəçilərin hüquq və vəzifələri verilmişdir.
Ətraf mühitin Mühafizəsi Qanununun IV fəsli ətraf mühitin, təbii
ehtiyatların dövlət kadastrı və monitorinqi, standartlaşdırma və
182
sertifikatlaşdırmaya aiddir. Burada sahələr üzrə dövlət kadastrının aparılması
qaydalarının müvafiq icra hakimiyyəti orqanları tərəfındən təsdiq cdilmiş
əsasnamə əsasında müəyyən edilməsi göstərilmişdir. Bu qanunda həmçinin
ətraf mühitin mühafizəsi sahəsində standartaşdrrma və sertifıkasiya
obyektləri, məhsulları və tcxnologiya növləri müəyyən edilmişdir.
Qanunda həminin "Ətrat' mühitin ekoloji tarazlığının pozulması",
"Təsərrüfat və digər fəaliyyət sahələrinə ekoloji tələblər", "Ekoloji
ekspertiza", "Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təhsil,
tərbiyə, elmi tədqiqatlar, statistika və informasiya", "Fövqəladə ekoloji
şərait və ekoloji fəlakətlər zonaları", "Ətraf mühitin mühafizəsinə
nəzarət", "Ekoloji audit və onun həyata keçirilməsi", "Ətraf mühitin
mühafizəsi haqqında qanunçuluğun pozulmasına görə məsuliyyət,
mübahisələrin həlli", "Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq
əməkdaşlıq" üzrə qaydalar, normalar, tətbiq sahələri və s. normativ aktlar
verilmişdir.
Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan
Respublikasının qanunu 27 may 2001-ci ildə təsdiq olunmuşdur (№109-
İİQ). Bu qanun atmosfer havasının mühafizəsinin hüquqi əsaslarını müəyyən
etməklə əhalinin əlverişli ətraf mühitdə yaşamasına və ətraf mühit barədə
dəqiq məlumat almasına dair hüquqlarını həyata keçirməyə yönəldilmişdir.
Qanunda atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin
əsas prinsipləri, dövlətin vəzifələri, yerli özünüidarəetmə orqanlarının,
hüquqi və fıziki şəxslərin, qeyri hökumət təşkilatlarının hüquqları və
vəzifələri verilmişdir.
Qanunda həmçinin Respublikada ekoloji üstünlüyün göstərilməsi
prinsiplərini rəhbər tutaraq atmosfer havasının mühafizəsi üzrə beynəlxalq
əməkdaşlığın həyata keçirilməsi, qoşulduğu beynəlxalq müqavilələrdə
183
Azərbaycan Respublikasnın qanunvericiliyindən fərqli qaydalar
müəyyənləşdikdə, beynəlxalq müqavilələrin qaydalarının tətbiq edilməsinə
yol verilməsi öz əksini tapmışdır.
Su təchizatı və tullantı sular haqqında Azərbaycan Res-
publikasının qanunu 28 oktyabr 1999-cu ildə (N°723 - İQ) təsdiq
olunmuşdur. Qanunun məqsədi əhalinin, müəssisə, idarə və təşkilatların
dövlət standartlarının tələbinə cavab verən keyfıyyətli və lazımi miqdarda su
ilə təmin edilməsi və tullantı sularınn axıdılması sahəsində münasibətlərin
tənzimlənməsidir.
Qanunda su təchizatı müəssiselərinin vəziyyəti, məişət-içməli,
istehsalat, ictimai ehtiyaclar üçün lazım olan su ilə təchizat məsələləri, su
təchizatı üzrə sanitar mühafizə zonaları, su təchizatının sabitliyi, su
təchizatının keyfıyyəti, sudan istifadəyə müvəqqəti qaydalar və s. ətraflı şərh
edilmişdir.
Tullantı sularının axıdlması üzrə kanalizasiya müəssisələrinin
vəzifələri, yeni kanalizasiya qurğularının istismara verilməsi, ümumi
istifadədə olan kanalizasiya sistemlərinə qoşulma və tullantı sularının
axıdılması məsələlərinin razılaşdırılması, kanalizasiya sistemlərinin
istismarının dayandırılması,tullantı su müəssisələri ilə kanalizasiya
müəssisəsi arasında olan münasibətlər və s. bu qanunda öz əksini tapmışdır.
Torpağın münbitliyi haqqında Azərbaycan Respublikası qanunu
30 dekabr 1999-cu ildə (N9788-İQ) təsdiq olunmuşdur. Bu qanunda dövlət,
bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların münbitliyinin bərpasının,
artırılmasının və mühafizəsinin hüquqi əsasları verilmişdir.
Torpağın münbitliyinin mühafizəsinin təşkili, münbitliyi itirilən
torpağın təsərrüfat dövriyyəsindən çıxarılması və konservasiyası, torpağın
münbitliyinin bərpası, artırılması və mühafızəsi sahəsində ekoloji tələblər,
184
torpağın münbitliyinin təmin olunmasına dövlət himayəsi, torpaqların
münbitliyi haqqında, qanunvericiliyin pozulmasına görə məsuliyyət və
mübahisələrin həlli və s. hüquqi və təşkilati məsələlər qanunda aydın
verilmişdir.
Torpağın münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində
ekoloji tələblər üzrə qanunvericilikdə göstərilir ki, torpaqda aqrokimyəvi,
meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və digər tədbirlər həyata
keçirildikdə müəyyən olunmuş ekoloji təhlükəsizlik normativləri və ətraf
mühitin mühafizəsi tələbləri nəzərə alınmalıdır.
Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan
Respublikasmın 30 dekabr 1997-ci ildə qəbul etdiyi qanun (№423-İQ)
ralioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya
təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi
əsaslarını müəyyən edir.
Qanunda radiasiya təhlükosizliyinin təmin edilməsi sahəsində hüquqi
tənzimləmə, təhlükəsizliyin təmin olunmasının əsas prinsipləri,
təhlükəsizliyin təmin olunması və bu sahədə dövlət orqanlarının, yerli
özünüidarə orqanlarının vəzifələri verilmişdir. Qanunda həmçinin radiasiya
təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi, ionlaşdırıcı şüa mənbələri ilə iş
zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər, təbii
radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin təmin edilməsi, qida
məhsuları istehsalı və istifadəsi zamanı radiasiya təhlükəsizliyinin təmin
edilməsinə tələblər, tibbi rentgen-radioloji prosedurlar kecirilən zaman
əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, fərdi şüalanma dozasının
uçot və ona nəzarət və s. öz əksini tapmışdır.
185
İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Azərbaycan
Respublikası hüdudlarında şüalanmanın aşağıdakı əsas gigiyenik
normativləri müəyyənləşdirilmişdir:
— Əhali üçün illik yol verilən doza 0,001 zivertə bərabərdir. İnsan
ücün bütün hayatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul
olunur. Ardıcıl 5 il ərzində orta illik yolverilən doza 0,001 zivertdən artıq
olmamalıdır.
Radiasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02
zivertə və ya həyatının müəyyən fəaliyyəti dövründə (50il) yol verilən doza
1 zivertə bərabər götürülür.
Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02 zivertdən
böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən doza
0,05 zivertə çata bilər. Əhalinin müəyyən olunmuş dozadan artıq
şüalanmasına, həmçinin radiasiya qəzası ilə əlaqədar onların sağlamlığına,
əmlakına və həyatına dəyən zərərə görə maddi ödəniş almaq hüququ vardır.
Bu qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə
radiasiya fonunu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun
yaratdığı dozalar, habelə vətəndaşların (xəstələrin) diaqnostika və müalicə
zamanı rentgen-radioloji və digər mənbələrdən aldıqları dozalar daxil
edilmir. Şüalanma dozalarının qəbul olunmuş hədləri insan orqanizminin və
onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı yol verilə
bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər.
Qanunda eyni zamanda göstərilir ki, radiasiya qəzası şəraitində məhdud
zaman intervalında sanitariya-gigiyena norma və qaydaları ilə
müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilə bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası vətəndaşları ilə
yanaşı əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də radiasiya təhlükəsizliyi
186
hüququna malikdirlər. Radiasiya təhlükəsizliyinin təmin olunmasında
tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasınm qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və
cinayət məsuliyyətinə cəlb olunurlar.
İstehsalat və məişət tullantdarı haqqında Azərbaycan
Respublikasının Qanunu 30 iyun 1998-ci il tarixdə (№514-İQ) qəbul
olunmuşdur. Qanunda tullantdarla bağlı dövlət siyasətinin prinsipləri,
tullantılarla bağlı fəaliyyət münasibətlərinin tənzimlənməsi sahəsində
hakimiyyət orqanlarının vəzifələri,tullantılarla əlaqədar mülkiyyət
münasibətləri, tullantılarla bağlı istehsalat tələbləri, tullantıdan emal şərtləri,
tullantıarın yerləşdirilməsinə tələblər, yaşayış məntəqələrinin məişət
tullantılarından təmizlənməsinə tələblər, tullantıların daşınmasına tələblər,
tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti və s. öz əksini tapmışdır.
Qanuna əsasən istehsal prosesində fiziki və hüquqi şəxslər tullantilarla
bağlı fəaliyyətlərini xüsusi razılıq əsasında həyata keçirməli, az tullantılı
texnologiyalar tətbiq etməli, tullantılarla əlaqədar qəza hallarının qarşısını
almalı ekoloji tarazlığın pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda
və ya baş verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqarina və əhaliyə
məlumat verməlidirlər.
Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 247-261-ci
maddələri ekoloji cinayətlərə həsr olunmuşdur.
Cinayət məcəlləsində işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin
mühafizəsi (qorunması) qäydaların, ekoloji cəhətdən təhlükəli maddələrin və
tullantıların dövriyyəsi qaydalarını, baytarlıq qaydalarını və bitki xəstəliyinə
və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, su-
yun (su mənbələrini), atmosferin, dəniz mühitinin cirklənməsinə, torpağı
korlama, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma və s. üzrə
187
cavabdeh olan şəxslər üçün vurulan zərərin ağırlıq dərəcəsindən və
məsuliyyətin məzmunundan asdı olaraq müəyyən vəzifə və ya fəaliyyət
hüququndan məhrum edilmə və ya müəyyən edilmiş müddətə azadlıqdan
məhrum olma cəzası müəyyən edilmişdir.
Ətraf mühitin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası
aşağıdakı Beynəlxalq Konvensiyalara qoşulmaq üzrə qanun qəbul etmişdir.
— Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması
haqqında;
— Ətraf mühit ilə bağlı məsələlərdə məlumat əldə edilməsi,
ictimaiyyətin qərar qəbul edilməsində iştirak və ədalət məhkəməsinin
açıq keçirilməsi haqqında BMT-nin konvensiyası;
— BMT-nin "Bioloji müxtəliflik haqqında" konvensiyası;
— BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq
göllərin mühafizəsi və istifadəsi üzrə" konvensiya;
— Bitki mühafizəsi haqqında beynəlxalq konvensiya;
— Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişdirilməsi haqqında
Çərçivə Konvensiyasına dair Kioto Protokolu";
— YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi
beynəlxalq əhəmiyyəti olan sulu bataqlıq haqqında" konvensiya;
— BMT-nin "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və
kənarlaşdırılmasına nəzarət haqqmda Bazel konvensiya"sı;
— "Böyük məsafələrdə havanın transsərhəd çirklənməsi
haqqında" konvensiyası.
Bəzi Beynəlxalq Konvensiyalara qoşulmaq haqqında Azərbaycan
Respublikası qanunu olmadıqda belə onlardan əməli fəaliyyətdə istifadə
olunur.
188
Terminlər və ifadələr lüğəti
ABİOTİK MUHİT — işıq, od, minerai maddələr, su, qazlardan ibarət
olan fiziki və kimyəvi elementlərin toplusu.
Antropogen təsir — ətraf mühitə insanın təsiri. " Antropcgen təbii
resurslar — insanın bilavasitə iştirakı ilə yaradılan və ya bərpa edilən təbii
resurslar.
Atmösfer havası — ətraf mühiti əhatə edən atmosfer qazlarının təbii
qarışığı.
Atmosfer havasınm çitrklənməsi — atmosfer havasında zərərli
maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən artıq olması.
Atmosfer havasının transsərhəd çirklənməsi — mənbəyi bir dövlətin
ərazisində yerləşən zərərli maddələrin yayılması nəticəsində ölkənin
atmosfer havasının çirklənməsi.
Atmosfer havasına fiziki təsir anropogen mənşəli səsküy, vibrasiya,
ionlaşdırıcı süalar, clcklromaqnit dalğaları, hərarət, radiasiya və digər fıziki
amillərin insan sağlamlığına və ətraf mühitə zərərli təsir edərək atmosfcr
havasının fıziki xassələrini dəyişdirən təsir.
Atmosfer proseslərinə fəal təsir işləri — texniki vasitələrlə doluya
qarşı mubarizə, süni yağış yağdırma və təhlükəli təbii proseslərə qarşı digər
mübarizə tədbirləri.
Avtotraf orqanizmlər — ilkin produsentlər olub ilk məhsulun
səviyyəsini müəyyən edirlər.
Ber — rentgenin bioloji ckvivalcntidir.
Biosenoz — Eksosistemə yaxın və ya onun analoqu olan anlayışdır.
Burada yalnız canlı məskunlar nəzərə alınır.
Biosfer — Atmosfcrin aşağı hissəsini, hidrosfer və litosferin yuxarı
hissəsini əhatə edən aktiv həyat sahəsi.
189
Ekoloji faktor - * canlı orqanizmlərə təsir edən hər hansı bir mühit.
Ekoloji fəlakət — insanların həyati və fəaliyyəti şəraitində və ətraf
mühitdə dönməz dəyişikliklərlə səciyyələnən fövqoladə ekolqji vəziyyət.
Ekoloji krizis — Təbiətlə cəmiyyətin birgə fəaliyyətindu ekologiya və
iqtisadiyyat arasında yaranan kəskin ziddiyyət mərhələsi.
Ekoloji sistem — Bir-biri ilə və ətraf mühitlə daima qarşılıqlı təsirdə
olan müxtəlif bitki, heyvanat və mikrobların birliyi.
Ekoloji təhlükə — insanın və cəmiyyətin həyatı maraqlarına və ətraf
mühitə antropogen və təbii təsir edərək təhlükə yaradan vəziyyət.
Fotosintez — Yaşıl bitkilərin yarpaqlarında günəş şüaları təsirindən su
və atmosferin karbon qaznıın üzvi maddələrə çevrilməsi prosesi.
İnsan ekologiyası — Sosial ekologiyanın bir bölməsi olub insanların
dəyişən mühitə uyğunlaşması və mühitin insan sağlamlığna olan təsirini
öyrənir.
İonlaşdırıcı şüalanma — radioaktiv çevrilmələr və nüvə parçalanması
zamanı ətraf mühitlə qarşdıqlı təsir nəticəsində maddədə müxtəlif işarəli
ionlar yarada bilən şüalar.
Konsumentlər — üzvü maddələrlə qidalanan və bu maddələrdən enerji
mənbəyi və material kimi istifadə edən ekosistemin canlı və digər
orqanizmləri.
Müvəqqəti razılaşdırılmış tullantı — atmosfer havasının keyfiyyəti
və müvafiq ərazinin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla tullantının yol
verilən həddinə mərhələlərlə nail olmaq şərti ilə, stasionar mənbələr üçün
müəyyən edilən atmosfer havasına zərərli maddələrin atılmasının müvəqqəti
həddi;
190
Noosfera — Təfəkkür sperası - İnsan sivilizasiyasının başlanması,
formalaşması və inkişafı, insan təfəkkürünün yerin inkişafında əsas faktor
olduğu dövrə əlaqədar olan biosferin yüksək inkişaf mərhələsi.
Ozon qatı — Atmosferin Stratosfer qatı ilə Mezosfer qatı arasında
yerləşir. Buna bəzən ozon ekranı da deyirlər. Ozon qatı canlıları məhv etmək
qabiliyyətinə malik olan ultrabənövşəyi şuaların 95%-ni uda bilir.
Ozon yarığı — ozon qatında onun miqdarının 50%-dən aşağı olduğu
sahədir. Antarktida üzərində ən çox rast gəlinən sahədir.
Populyasiya — üzün müddət bir sahədə məskunlaşan bu sahəyə
bənzər sahədən izolə edilmiş formada yerləşən növün bir hissəsi.
Produsentlər — Fotosintez vasitəsilə qeyri üzvü maddələrin üzvü
vaddələrə çevrilməsini yaradan yaşıl bitki massivi.
Radioaktiv maddə — Xarici təsir olmadan atom nüvəsinin çevrilməsi
nəticəsində ionlaşdırıcı şua buraxan izotoplar (atomlar).
Radioaktiv maddələrin aktivliyi - radioaktiv maddənin nüvə
parçalanma sürətini xarakterizə cdən, vahid zamanda baş verən
parçalanmanın sayı (vahidi Bckkereld (Bk); Küri (Ku)).
Redusentlər — üzvü maddə qalıqlarının qeyri üzvü maddələrə
çevirərək ekosistemdə dövrü sistemi qapayan orqanizmlər (əsasən
göbələklər və bakteriyalar).
Rentgen — rentgen və qanuna şüalarının şualanma doza vahidi olub
normal şəraitdə 1 sm havada yaratdığı elektrik yükünün miqdarı.
Sanitar mühafizə zonası — yaşayış məntəqələrinin istehsalat
tullantılarından və şüa mənbələrindən mühafizə zonası.
Saprofaqlar — ölmüş orqanizmlərin çürümə prosesində iştirak edən
birinci qrup konsumentlər.
191
Su ehtiyatı — Su obyektlərində yerləşən istifadə edilən və ya istifadə
oluna bilən yerüstü və yeraltı suların həcmi.
Suksessiya — Ekosistemin və 'ya biosenozun dəyişməsi ilə nəticələnən
istiqamətlənmiş ckosistemin dinamiki inkşaf prosesi.
Sosial ekologiya -— sistemdə «Cəmiyyət-təbiət» arasında olan
qarşılıqlı münasibətləri, müxtəlif ekoloji sistemlərdə insanların spesifik
rolunu, bu rolun başqa canlılardan fərqini, insanla ətraf mühit arasındakı
qarşdıqlı münasibətlərin optimizasiyası ilə məşğul olan clmdir.
Təbii mühitin monitorinqi — Hava, su, torpaq mühitlərinin
vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdrrdması məqsədi ilə
onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji
xüsusiyyətlərini, fıziki xassələrini təyin edən müntəzəm müşahidə və
tədqiqatlar sistemi.
Təbii radiasiya fonu — kosmik şüalanmaların və təbii nüklidlərin
torpaqda, suda, havada, biosferin digər elementlərində, qida maddələrində,
habelə insan orqanizmində yaratdığı şüalanma dozası.
Texnogen dəyişdirilmiş radiasiya fonu — insan fəaliyyəti nəticəsində
təbii radiasiya fonunun dəyişdirilməsi;
Texnogen törəmələr — dağ-məden, emal və digər istehsal sahələrinin
yerin səthində və ya yerin təkində yığılan, tərkibində mineral maddə
saxlayan tullantdarı.
Trofika — qida kriteriyası (yunanca trophe-qida).
Tullantının buraxda bilən həddi (TBH) — stasionar mənbələrdən
zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji
normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir
mənbə üçün tallantının texniki normativlərini və fon çirklənməsini nəzərə
almaqla müəyyən edilən zərərli maddələrin atdmasının yol verilən həddi.
192
Yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su
obyektlərinin dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün
olan dərinliklərədək uzanan süxuriardan, mineral-xammal ehtiyatlarından,
enerji daşıyıcılarındlan (neft, qaz və s.), təbii və süni boşluqlardan, gcoloji
və texnogen törəmələrdən ibarət hissə.
Yolverilən radiasiya dozası — insan orqanizminin və onun ayrı-ayrı
orqanlarınıın radiohəssaslığın nəzərə almaqla şüalanmanın gələcəkdə
orqanizmdə mənfı nəticələr törəməsi ehtimalının inkar olunmasmı
təsdiqləyən təqvim ili ərzində ionlaşdırıcı şüalanmanın dozası.
Zivert (zv) — ekvivalent dozanın güc vahidi olub, 1 kq maddənin 1
saniyədə udduğu enerji.
İstifadə olunan ədəbiyyat
1. Azərbaycan Respublikasının ətraf mühitə dair qanunvericilik
toplusu. Bakı, 2002.
2. Azərbaycan Respublikasında ətraf mühit. Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin məcmuəsi. Bakı, 1999.
3. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsinin vəziyyəti.
Bakı, 1997.
4. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi. Azərbaycanın
statistik göstəricisi. Bakı, 2003.
5. Apycтамов Э.A. Природопользованиe .Москва, 2000.
6. Əsgərov Ə., H.Mahmudov. İnsan və təbiət. Bakı, 1992.
7. Fərzəliyev M. Torpaq-su resursları, onlardan səmərəli istifadə.
«Pambıqçılıq» jurnalı. N«12, Moskva, 1987.
8. Фомичева Е.Б. Экономика природаползования. Москва, 2003.
193
9. Xəlilov İ.B. Sənaye tullantlaraı vasitəsi ilə ətraf mühitin çirklənməsi.
Azərb. Resp. EA «Xəbərlər»i, 1987, N°3.
10. Xəlilov İ.B, Əliyeva Ə. BakI Buxtasının ekoloji vəziyyətinə dair
«Audit» jurnalı. Bakı, 2000.
11. Xəlilov İ.B. Sənaye müəssisələri və bitki örtüyü. «Azərbaycan
təbiəti» jurnalı, 1988, N»6.
12. Xəlilov İ.B. Gəncə şəhəri sənaye çirklənməsinin ətraf mühitə təsiri
və ona qarşı mübarizə tədbirləri. «Gəncə şəhərinin ekoloji problemləri»
elmi-praktiki konfransının materialları. Bakı, 1991.
13. Xəlilov İ.B. Gəncə şəhəri ətrafında torpaq və bitkilərdə texnogen
çirklənmə nəticəsində ağır metalların toplanması. Coğrafiya İnstitutu 50 ildə.
Bakı, 1995.
14. Xəlilov İ.B. Ekoloji monitorinq və onun vəzifələri. BAPQS-in
«Elmi xəbərlər»i Bakı, 2001.
15. Xəlilov İ.B. Azərbaycan Respublikasında ekoloji hərəkatın inkişafı.
BAPQS-in «Elmi xəbərlər»i II buraxılış. Bakı, 2003.
16. Xəlilov İ.B. «Əsrin müqaviləsi» və ətraf mühit. BAPQS-in «Elmi
xəbərlər»i III buraxılış. Bakı, 2003.
17. Keceльмaн T.C., Maxмудбеков Э..A. Защита окружаюшей среди
при добыче, транспорте и чранении нефти и газа. Москва,1991.
18. Mehdiyev İ. Tikinti və ekologiya, Bakı, 1999.
19. Mustafayev Q. Ekologiyadan konspekt. Bakı, 1993.
20. МУРАВЬЯ, Л. А. Экология и Безопасность жизнедеятельности.
Москва, 2000.
21. Nəbiyev N. İqtisadiyyat, cəmiyyət və ekoloji mühit.
194
Bakı, 2000.
22. НИКАНОРОВ А.М.,ХОРУЖАЯ Т.А. ЭКОЛОГИЯ. МОСКВА, 2000.
23. ОДУМ Ю. ЭКОЛОГИЯ Т. 1-2. МОСКВА, 1986.
24. Salmanov M. Tətbiqi ekologiyanın əsasları. Bakı, 1993.
25. Sadıqov A.S. Ətraf mühitin mühafızəsi. Bakı, 1992.
26. Şixəliyev F., Sadıqov A. və s. Əmək mühafızəsi, 1994.
27. ВОРОНКОВ Н.А. ОСНОВЫ ОБЩЕЙ ЭКОЛОГИИ. Mocквa, 1997.
28. Вернадиский В.И. Несколко слов о ноосфере. Mocквa 1994.
195
Mündəricat
Giriş.......................................................................................3
I Fəsil. Ümumi ekologiya.
1.1. Ekologiyanm predmeti...................................................5
1.2. Ekologiyanm inkişaf tarixi............................................8
II Fəsil. Ekoloji sistemlər və faktorlar.
2.1. Ekosistemin konsepsiyası...........................................11
2.2. Biosenoz......................................................................13
2.3. Ekosistemin strukturu..................................................15
2.4. Ekosistemin enerjisi.....................................................18
2.5 Ekosistemin inkişaf dinamikası. Suksessiya..
20 2.6. Ekoloji faktorlar....................................................22
III.Fəsil, Ekosistemdə maddələrin dövrctməsi.
3.1. Biosfer haqqmda ümumi məlumat..............................26
3.2. Biosferdə mafldəlorin dövretməsi.............................28
IV Fəsil. Sosial və tətbiqi ckologiya.
4.1. Sosial və tətbiqi ekologiyaıım prcdmeti.....................32
4.2. Sosial və tətbiqi ekologiyada istifadə olunan qanunlar,
qaydalar və prinsiplər............. ....................................36
V Fəsil. Urbanizasiyanm ekoloji problemləri......43
5.1.Ətraf mühit və şəhərlərdə əhalinin sağlamlığı.............45
5.2.Şəhərsalmaya ayrılan ərazinin zonalara
bölünməsi...........................................................................49
5.3. Şəhərlərin yaşşıllıq sahələri.....................................51
196
VI Fəsil. Ətraf mühiti çirkləndirən mənbələr
və maddələr.
6.1. Atmosferin çirkləndirilməsi................................53
6.2. Hidrosferin çirkləndirilməsi................................62
6.3. Litosferin çirkləndirilməsi...................................67
VII Fəsil. Ətraf mühitin tullantılardan mühafizəsi.
7.1.Tullantı qazlarmm təmizlənməsi və zərərsizləş
dirilməsi yolları.............................. ...................................72
7.2. İstehsalat sularının təmizlənməsi və zərərsizləşdiril
məsi yolları.........................................................................85
7.3. Bərk tullantı maddələrinin zerərsizləşdirmə
yolları...............................................................................91
VIII Fəsil. Ətraf mühitin monitorinqi.
8.1. Ekoloji monitorinq haqqmda ümumi məlumat və onun
vəzifələri............................................................................98
8.2. Monitorinqiri sjniflərə bölünməsi.............................99
8.3. Ətraf mühitin vəziyyətjnm qiymətləndirililməsi
kriteriyaları......................... .............................................102
8.4. Ekoloji auditor fəaliyyəti................. ....................104
IX Fəsil. Ekoloji pasportlaşdırma və ekspertiza.
9.1. İstehsal və qeyri-istehsal sahələri üzrə rriüəssisənin ekoloji
pasportlaşdınlması...............................................................107
9.2. Yaşayış sahələrinin ekoloji pasportlaşdı rılmasının xüsu
siyyətiəri...............................................................................110
9.3. Ekoloji ekspertiza..........................................................111
9.4. Təbiətdən İstifadə üçün lisenziya,müqavilə və
limitlər......................................... ..........................................116
197
9.5. Təbii resursların və çirkləndiricilərin
ekoloji-iqtisadi uçotu....................... .................................117
X Fəsil. Ətraf mühitm tnülıafızəsinin iqtisadiyyatı.
10.1. Ətraf mühitin mühafızəsinin iqtisadi mexanizmi.......120
10.2. Ətraf mühitin mühafizəsi üzrə
iqtisadi tənzimləmə...............................................................121
10.3. Ətraf mühitin çirkləndirilməsindən yaranan iqtisadi ziya
nın hesablanması................................................................ 122
10.4. Təbiətin mühafızəsi tədbirlərinin iqtisadi
səmərəliliyinin hesablanması......... .................................127
XI Fəsil. Azərbaycan Respublikasında otraf mühitin
mühafızəsi problemləri............................................................131
XII Fəsil. Azərbaycan Respublikasmda ətraf mühithın
mühafızəsinin dövlət tənzimlənməsi....................................165
Terminlər və ifadələr lüğəti................................................173
Ədəbiyyat................ ..... ..................................................177