azərbaycan respublikasının prezidenti yanında dövlət ... · motivasiyası və...

66
1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2015-ci il ərzində fəaliyyəti barədə HESABATI Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra Komissiya) fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2015-ci il ərzində davam etdirmişdir. Dövlət qulluğunda insan resurslarının potensialının inkişaf etdirilməsi Komissiyanın əsas prioritetlərindəndir. İnsan resurslarının idarə edilməsi zamanı dövlət qulluqçularının potensialının üzə çıxarılması artırılması, maraqları ilə karyeralarının uzlaşdırılması, motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi məsələlər diqqətdə saxlanılmışdır. Beynəlxalq təcrübələrdən yararlanaraq dövlət qulluqçularının təhsil və təlim tələbatlarının öyrənilməsi, onlar üçün təlimlərin təşkili keçirilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Peşəkar dövlət qulluqçularının formalaşdırılması üçün təcrübə mübadiləsi keçirilmiş, etik davranış qaydalarına riayətetmə istiqamətində maarifləndirmə işləri aparılmış, xidməti fəaliyyətin qiymətləndirilməsi qaydaları tətbiq edilmişdir. Hesabat ilində ixtisaslı və peşəkar kadrların, o cümlədən gənclərin və qadınların dövlət qulluğuna cəlb edilməsi üçün zəruri tədbirlər görülmüşdür. Əvvəlki illərdə həyata keçirilən tədbirlərin davamı olaraq Komissiyanın fəaliyyətində ictimaiyyətin iştirakının artırılması və vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq, idarəetmə və korrupsiyaya qarşı mübarizə mədəniyyətinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi kimi vəzifələrin icrası qarşıya qoyulmuşdur. Dövlət qulluğunun nüfuzunun və ona ictimai etimadın artırılması, dövlət qulluğuna qəbul prosedurlarının təkmilləşdirilməsi keyfiyyətinin yüksəldilməsi üçün İKT-nin tətbiqi imkanları genişləndirilmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi işi davam etdirilmiş, aşkar edilmiş pozuntuların, çatışmazlıqların təhlili aparılmış, onların aradan qaldırılması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmış “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinə daxil edilmişdir. Dövlət qulluğunda peşəkarlığın və keyfiyyətin artırılması məqsədi ilə dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiq

Upload: others

Post on 07-Sep-2019

25 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

1

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2015-ci il ərzində

fəaliyyəti barədə

HESABATI

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiya (bundan sonra Komissiya) fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması,

şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə

nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2015-ci il ərzində davam etdirmişdir.

Dövlət qulluğunda insan resurslarının potensialının inkişaf etdirilməsi Komissiyanın əsas

prioritetlərindəndir. İnsan resurslarının idarə edilməsi zamanı dövlət qulluqçularının

potensialının üzə çıxarılması və artırılması, maraqları ilə karyeralarının uzlaşdırılması,

motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması

kimi məsələlər diqqətdə saxlanılmışdır. Beynəlxalq təcrübələrdən yararlanaraq dövlət

qulluqçularının təhsil və təlim tələbatlarının öyrənilməsi, onlar üçün təlimlərin təşkili və

keçirilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Peşəkar dövlət qulluqçularının

formalaşdırılması üçün təcrübə mübadiləsi keçirilmiş, etik davranış qaydalarına

riayətetmə istiqamətində maarifləndirmə işləri aparılmış, xidməti fəaliyyətin

qiymətləndirilməsi qaydaları tətbiq edilmişdir. Hesabat ilində ixtisaslı və peşəkar

kadrların, o cümlədən gənclərin və qadınların dövlət qulluğuna cəlb edilməsi üçün zəruri

tədbirlər görülmüşdür.

Əvvəlki illərdə həyata keçirilən tədbirlərin davamı olaraq Komissiyanın fəaliyyətində

ictimaiyyətin iştirakının artırılması və vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq,

idarəetmə və korrupsiyaya qarşı mübarizə mədəniyyətinin yüksəldilməsi, innovativ

texnologiyaların tətbiqi kimi vəzifələrin icrası qarşıya qoyulmuşdur. Dövlət qulluğunun

nüfuzunun və ona ictimai etimadın artırılması, dövlət qulluğuna qəbul prosedurlarının

təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün İKT-nin tətbiqi imkanları

genişləndirilmişdir.

Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi işi davam

etdirilmiş, aşkar edilmiş pozuntuların, çatışmazlıqların təhlili aparılmış, onların aradan

qaldırılması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmış və

“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinə daxil edilmişdir. Dövlət qulluğunda peşəkarlığın

və keyfiyyətin artırılması məqsədi ilə dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiq

Page 2: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

2

edilməsi istiqamətində dövlət qulluqçularına və vətəndaşlara zəruri metodiki yardım

göstərilmişdir.

Hesabat ilində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında

nəzərdə tutulmuş tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün “Azərbaycanın dövlət

qulluğu islahatları Strategiyası (2016-2020)” layihəsinin ilkin variantı hazırlanmış və

dövlət orqanlarının müzakirəsinə verilmişdir. Konsepsiya və Strategiyada nəzərdə tutulan

tədbirlərin həyata keçirilməsi nəticəsində gələcəkdə dövlət qulluğunda peşəkarlığın,

səmərəliliyin, rəqabət qabiliyyətliliyin yüksəldilməsinə, dövlət orqanlarında idarəçilik

metod və mexanizmlərinin təkmilləşdirilməsinə nail olunacaq.

I. İnsan resurslarının idarə edilməsi və

dövlət qulluğuna kadrların seçilməsi istiqaməti üzrə

Dövlət qulluğuna kadrların seçilməsi sahəsində

Dövlət qulluğuna kadrların seçilməsi sahəsində Komissiyanın fəaliyyəti 2015-ci ildə

bir neçə istiqamət üzrə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143

nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun

olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” nəzərə alınmaqla yeni yaradılmış

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət

Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum

Nəzarəti üzrə Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Əmlak Məsələləri Dövlət

Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və

Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin ştat cədvəllərinə uyğun

5-7-ci təsnifat vəzifələrinin təlimatları tərtib edilmişdir. 19 dövlət orqanında aparılmış

struktur dəyişiklikləri nəzərə alınmaqla 280 vəzifənin vəzifə təlimatları yenidən işlənib

hazırlanmışdır. 2007-2015-ci illər ərzində 37 dövlət orqanının “Təşkilati-hüquqi sənədlər

və inzibati vəzifələr haqqında Məlumat Toplusu” hazırlanaraq Komissiya ilə

razılaşdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliklərində, Alternativ

və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində, Azərbaycan Respublikasının

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində

hesabat ili ərzində baş vermiş struktur dəyişiklikləri ilə əlaqədar onların vəzifə

Page 3: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

3

təlimatlarına yenidən baxılmış və razılaşdırılma üçün Məlumat Toplularının tərtibi işi

davam etdirilmişdir.

Hesabat dövründə Komissiya ilə əməkdaşlıq edən 154 dövlət orqanında mövcud

olan 14889 vəzifənin təyinatı və qulluq funksiyalarının oxşarlığı nəzərə alınmaqla ilkin

olaraq 16 əsas istiqamət üzrə qruplaşdırılması işi davam etdirilmişdir. Vəzifələrin

qruplaşdırılmasında əsas məqsəd gələcəkdə namizədlərin ixtisaslarına uyğun vəzifələr

qrupu daxilindən vəzifə seçməsi və seçdiyi vəzifəni dəyişə bilməsi, ehtiyat kadrların idarə

edilməsi, dövlət qulluqçularının rotasiyasının daha rasional təşkil edilməsidir.

Müsabiqə və müsahibə elanları üzrə sənəd qəbulu zamanı vəzifə təlimatına uyğun

olaraq namizədlərin seçimi aparılır. Vəzifə təlimatında vəzifənin adı, təsnifatı, vəzifə

maaşı, iş yerinin ünvanı, qulluq funksiyaları və digər məlumatlar əks olunur. Elanlarda

vəzifə təlimatına aid məlumatların təqdim edilməsi bir tərəfdən qəbul zamanı

meritokratiya prinsiplərinin gözlənilməsinə, digər tərəfdən vətəndaşlara potensiallarına

uyğun düzgün vəzifə seçimi etməsinə, dövlət orqanlarına isə tələblərinə uyğun

mütəxəssislər tapmasına şərait yaradır. Vəzifə təlimatında göstərilən qulluq funksiyaları

nəzərə alınaraq müsahibə proqramları hazırlanır. Bu da namizədlərin zəruri bilik və

bacarıqlarının vakant vəzifəyə uyğunluğunu müəyyənləşdirməyə imkan verir.

Hesabat dövrü ərzində dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli,

keyfiyyətli və peşəkarlıqla həyata keçirilməsini təmin etmək üçün İKT-dən istifadə

genişləndirilmişdir. “Namizədlər - DQMK” və Dövlət Qulluqçuları Reyestri İnformasiya

Sisteminin (DQRİS) qarşılıqlı inteqrasiyası nəticəsində dövlət orqanlarında olan vakant

vəzifələrin siyahısını daha operativ və dəqiq müəyyən etmək, müsabiqə və müsahibə

elanlarını daha qısa müddətə hazırlamaq imkanı yaradılmışdır. Bu isə elanlar əsasında

namizədlərə şəxsi (təhsil ixtisası, iş stajı və digər) məlumatları ilə vəzifə haqqında

məlumatları qarşılıqlı təhlil edərək vəzifə seçimi aparmağa şərait yaradır.

İl ərzində “Dövlət orqanları və onların strukturu haqqında məlumatların idarə

edilməsi”, “Vəzifələrin qeydiyyatı və idarə edilməsi”, “Vəzifələrin axtarışı”, “Vəzifələr

toplusu” və ”Müsahibə proqramları” altsistemlərinin istifadəsi davam etdirilmişdir. “Dövlət

orqanları və onların strukturu haqqında məlumatların idarə edilməsi” və “Vəzifələrin

qeydiyyatı və idarə edilməsi” altsistemləri DQRİS-lə inteqrasiya olunmuş şəkildə işləyir.

Bu isə Komissiyaya dövlət orqanlarında yaranmış vakant vəzifələrin müsabiqə və

müsahibələrə təqdim edilməsinə nəzarət etmək, namizədin seçdiyi meyarlar əsasında

ona uyğun olan vakant vəzifələrin axtarışını daha sürətli həyata keçirmək, dövlət

Page 4: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

4

orqanlarına vəzifə topluları və müsahibə proqramları bazalarında olan məlumatları

yeniləyərək təkmilləşdirmək imkanı verir.

Vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində

həyata keçirilən dövlət siyasəti çərçivəsində Komissiya tərəfindən tətbiq edilən “onlayn

sənəd qəbulu” elektron xidmətinin istifadəsi 2015-ci ildə davam etdirilmişdir. “Onlayn

sənəd qəbulu” vətəndaşlara müsabiqə və müsahibə elanından ixtisaslarına uyğun vakant

vəzifələri seçməyə və elan müddətində seçdiyi vəzifəni dəyişdirməyə imkan verir.

Namizədlərin hər elan üzrə qanunvericiliklə nəzərdə tutulan bir ay sənəd qəbulu

müddətində Komissiyaya gəlmədən internet üzərindən vəzifə seçməsi, bir neçə dəqiqə

ərzində qeydiyyatdan keçməsi və seçdiyi vəzifəni dəyişməsi təmin edilmişdir. 2015-ci ildə

elan edilmiş 10 müsabiqə elanında iştirak edən 17784 nəfərdən (2007-ci illə müqayisədə

namizədlərin sayı 5 dəfədən çox artmışdır) 16716 nəfəri (94%) Komissiya tərəfindən

həyata keçirilən “onlayn sənəd qəbulu” xidmətindən istifadə etmişdir. Sənəd qəbulunun

elektron təşkil edilməsi nəticəsində vaxta, kağız daşıyıcılarına və sənəd qəbulunu həyata

keçirən işçi qüvvəsinə qənaət edilmişdir.

Komissiyanın fəaliyyətinin əsas prioritetlərindən olan dövlət qulluğuna kadrların

seçilməsi sahəsində meritokratiya prinsiplərinin gözlənilməsi, əsasən də obyektivliyin və

şəffaflığın qorunması, ictimai nəzarətin artırılması istiqamətində aşağıdakı işlər davam

etdirilmişdir:

- test imtahanları və müsahibələrin proqramlarının, keçirilməsi vaxtının qrafiki və

nəticələrinin Komissiyanın internet saytında yerləşdirilməsi;

- test imtahanında nəticənin dərhal bilinməsi və namizədə test imtahanının sonunda

nəticələri haqqında bal arayışının verilməsi;

- Komissiyanın internet saytı vasitəsi ilə test imtahanlarının gedişinin canlı

izlənilməsi;

- müsahibə aparacaq qrup üzvlərinin və namizədlərin müsahibədən əvvəl bir-

birindən məlumatlı olmaması və bu məlumatın konfidensiallığının təmin edilməsi;

- QHT nümayəndələrinin və müstəqil mütəxəssislərin müsahibə qrupunun üzvü

kimi, QHT və KİV nümayəndələrinin test imtahanı və müsahibələrdə müşahidəçi kimi

iştirakının təmin edilməsi;

- namizədlərin razılığı ilə müsahibələrin video çəkilişinin aparılması;

- test imtahanının və müsahibənin nəticəsindən narazı qalan namizədlərin

müraciətlərinin hərtərəfli və operativ qaydada araşdırılması, müvafiq qərarın qəbul

edilməsi üçün Apellyasiya komissiyasının fəaliyyət göstərməsi;

Page 5: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

5

- “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin

keçirilməsi Qaydaları”nın tələblərinin gözlənilməsinə nəzarətin həyata keçirilməsi.

Hesabat dövrü ərzində müsabiqənin müsahibə mərhələsinin daha səmərəli və

peşəkar şəkildə aparılması üçün “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması

üçün müsahibənin keçirilməsi Qaydaları”nda edilən dəyişikliklərlə və müsahibələrin

keçirilməsi texnologiyaları ilə bağlı məlumatlandırma istiqamətində işlər davam

etdirilmişdir. Komissiya tərəfindən namizədlərin potensialının vakant dövlət qulluğu

vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin obyektiv və düzgün

aparılmasının təmin edilməsi üçün müsahibə qrupunun üzvü olacaq dövlət orqanlarının

nümayəndələrinə və müstəqil mütəxəssislərə, əsasən elm, təhsil müəssisələrinin

əməkdaşları və QHT nümayəndələrinə “Müsahibələrin keçirilməsi qaydaları və

texnologiyaları” mövzusunda təlimlər keçirilmişdir. 5 may, 19 və 22 iyul, 11 sentyabr, 26

və 27 oktyabr tarixlərdə keçirilmiş təlimlərə ümumilikdə 23 dövlət orqanının 95

nümayəndəsi cəlb edilmişdir. 2015-ci ildə müsahibələrə qrup üzvü kimi 60 müstəqil

mütəxəssis cəlb edilmişdir.

2007-2015-ci illər üzrə müsahibələrə qrup üzvü kimi cəlb edilmək üçün nəzərdə

tutulmuş 1364 mütəxəssis, o cümlədən 251 müstəqil mütəxəssis barədə məlumatlar

Komissiyanın “Müsahibə ekspertləri sistemi”ndə toplanmışdır. Hesabat dövründə

müsahibələrə qrup üzvü kimi cəlb edilən müstəqil mütəxəssislərin fəaliyyətinin

keyfiyyətinin artırılması və peşəkarlığının təhlil edilməsi üçün “Müsahibə ekspertlərinin

qiymətləndirilməsi sistemi” istifadə edilir. Hər bir müsahibə qrupu üzvünün müsahibələrin

aparılması qaydalarına riayət etməsi və müsahibə qrupu üzvü kimi tələblərə uyğunluğu

müxtəlif meyarlar əsasında qiymətləndirilir. Bu Komissiyaya müsahibələrin aparılması

qaydaları üzrə təlimlərin keçirilməsi zəruriliyini müəyyən etməyə və müsahibələrin

aparılması keyfiyyətini təhlil etməyə imkan verir.

Müsahibə zamanı namizədlərə təqdim edilən ümumi, dövlət orqanı və vəzifə üzrə

müsahibə proqramlarının təkmilləşdirilməsi mütəmadi həyata keçirilir. Bu proqramlar

vakant vəzifələr üzrə müsabiqə və müsahibə elanları ilə eyni vaxtda Komissiyanın

internet saytının “Müsahibə proqramları” bölməsində yerləşdirilir. Bu isə namizədlərin

müsahibələrə daha səmərəli və sistemli hazırlaşmasına, müsahibələrin daha peşəkar və

vəzifə yönümlü aparılmasına, eyni zamanda müsahibələrdə şəffaflığın və obyektivliyin

artırılmasına xidmət edir, namizədlər üçün bərabər imkanlar yaradır. Hesabat ilində

inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına aid 81 vəzifə üzrə müsahibə proqramları

təkmilləşdirilmiş və yeni yaranan 86 vakant vəzifə üzrə müsahibə proqramları işlənib

Page 6: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

6

hazırlanmışdır. Hazırda Komissiya ilə əməkdaşlıq edən 154 dövlət orqanının 14889

vəzifəsi üzrə müsahibə proqramlarının səmərəli idarə edilməsi üçün “Müsahibə

proqramlarının elektron idarə edilməsi sistemi” təkmilləşdirilmişdir.

Dövlət qulluğuna qəbul prosesinə ictimai inam və etimadın yüksəldilməsi, şəffaflığın

və obyektivliyin təmin edilməsi üçün namizədlərin razılığı ilə müsahibələrdə video çəkiliş

aparılır. Müsahibədə video çəkilişdən istifadə olunması həm də müsahibələrin

monitorinqinin aparılması üçün istifadə edilir. 2007-2015-ci illər üzrə aparılmış

müsahibələrin video çəkilişləri arxivləşdirilərək Komissiyada saxlanılır.

Komissiyada test imtahanının və müsahibənin nəticəsindən narazı qalan

namizədlərin müraciətlərinin hərtərəfli araşdırılaraq cavablandırılması üçün 2008–ci ildən

Apellyasiya komissiyası fəaliyyət göstərir. Test imtahanından narazı qalan namizədlərin

iştirakı ilə araşdırılma aparılır və müvafiq qərar qəbul edilir. Müsahibələrin nəticəsindən

narazı qalan namizədlərin müraciətlərinin araşdırılmasında müsahibələrin video

çəkilişindən istifadə olunur. Verilmiş apellyasiya şikayətlərinə 7 iş günü müddətində

namizədin iştirakı ilə baxılır. Apellyasiya komissiyası müsahibə qrupu üzvlərini, zərurət

olduqda müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsləri və müvafiq sahə üzrə

mütəxəssisləri apellyasiya şikayətinə baxılmasına dəvət edir. Apellyasiya şikayətinə

baxılması üçün Apellyasiya komissiyasına təqdim edilən müsahibənin video çəkilişi,

namizədin şəxsi işi, “Namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə

dair bal cədvəli”, “Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun

protokol”, habelə digər zəruri sənədlər və iştirakçıların dinlənilməsi əsasında müvafiq

qərar qəbul edilir. Hesabat dövründə Komissiyaya daxil olmuş apellyasiya şikayətlərinə

baxılması üçün “Apellyasiya məlumatlarının idarə edilməsi” altsistemi təkmilləşdirilmişdir.

Nəticədə apellyasiya şikayətlərinə aid sənədlərin tərtibi, apellyasiya şikayətlərinə

baxılması işi daha səmərəli və operativ təşkil edilmişdir.

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2014-cü il 26

sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərdə elan edilmiş müsabiqələr 2015-ci ildə

yekunlaşmışdır. Müsabiqəyə ümumilikdə 81 dövlət orqanının 783 vakant dövlət qulluğu

vəzifəsi üzrə 922 vakant yer çıxarılmışdır. Müsabiqədə 7769 nəfər qeydiyyatdan

keçmişdir. Test imtahanları 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar aylarında

keçirilmişdir. Həmin test imtahanlarında 5176 namizəd iştirak etmiş, onlardan 1720-si

müvəffəqiyyət qazanmışdır. Test imtahanlarının nəticələrindən narazı qalan 15 namizəd

Komissiyaya müraciət etmişdir. Aparılan araşdırmalara əsasən onlardan birinin müraciəti

təmin edilmişdir. Belə ki, həmin namizədlə eyni vəzifəyə iddialı olan bütün namizədlərin

Page 7: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

7

yekun test imtahanı balları yenidən hesablanmış və namizəd müsahibə mərhələsinə

buraxılmışdır. Müsahibə mərhələsində iştirak etmiş 1297 nəfər namizəddən 468-i

müsahibəni uğurla keçmiş, onlardan 319-u iddia etdikləri və digər vakant vəzifələrə təyin

olunmuş, qalan 149 namizəddən 44 nəfəri ehtiyat kadrlar siyahısından analoji vəzifələrə

təyin edilmiş, 1 nəfər qeyri-dövlət qulluğu vəzifəsinə təyin olunmuş və ehtiyat kadrlar

siyahısına düşməkdən imtina etmiş, 104 ehtiyat kadrın təyinatı ilə bağlı mütəmadi iş

aparılmışdır (Əlavə 1).

Hesabat dövrü ərzində dövlət qulluğuna qəbul ilə bağlı 10 müsabiqə elan edilmişdir.

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2015-ci ilin 15

aprel tarixində elan edilmiş müsabiqəyə ümumilikdə 31 dövlət orqanından 211 vakant

dövlət qulluğu vəzifəsi üzrə 243 vakant yer çıxarılmışdır. Müsabiqədə 2850 nəfər

qeydiyyatdan keçmişdir. Test imtahanları may-iyun aylarında keçirilmişdir. 1851 nəfər test

imtahanı mərhələsində iştirak etmişdir. 1851 nəfərdən 548-i test imtahanı mərhələsindən

müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxılmışdır. Test imtahanlarının

nəticələrindən narazı qalan 9 namizəd Komissiyaya müraciət etmişdir. Namizədlərin

iştirakı ilə aparılan araşdırmalara əsasən müraciətlərdən heç biri təmin edilməmiş və

yekun nəticələr qüvvədə saxlanılmışdır. Müsahibə mərhələsində iştirak etmiş 399 nəfər

namizəddən 120-si müsahibəni uğurla keçmiş, onlardan 59-u iddia etdiyi və digər vakant

vəzifələrə təyin olunmuş, 10 namizəd ehtiyat kadrlar siyahısından iddia etdiyi və digər

vakant vəzifələrə təyin edilmiş, 37 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilmişdir.

Hazırda 14 nəfər namizədin vakant vəzifələrə təyin edilməsi davam edir. (Əlavə 2).

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 6, 14, 28

avqust, 11, 18 sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixlərində elan olunmuş

müsabiqələrə ümumilikdə 114 dövlət orqanının 1061 vakant dövlət qulluğu vəzifəsi üzrə

1270 vakant yer çıxarılmışdır. Müsabiqədə 14934 nəfər qeydiyyatdan keçmiş və

sentyabr-dekabr aylarında keçirilmiş test imtahanlarında 9449 namizəd iştirak etmişdir.

2685 nəfər test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə

buraxılmışdır. Test imtahanlarının nəticələrindən narazı qalan 12 namizəd Komissiyaya

müraciət etmişdir. Aparılan araşdırmalara əsasən onlardan birinin müraciəti təmin

edilmiş, həmin namizədin yekun test imtahanı balı yenidən hesablanmış və o, müsahibə

mərhələsinə buraxılmışdır. Hazırda müsahibə mərhələsində iştirak üçün qeydiyyatdan

keçmiş namizədlərin müsahibələrinin keçirilməsi davam edir.

2015-ci il ərzində keçirilmiş müsahibələrin nəticələri üzrə ümumilikdə 155

apellyasiya şikayəti daxil olmuşdur. Onlardan 147-si araşdırılmış, 8-i isə 2016-cı ilin

Page 8: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

8

yanvar ayının ilk həftəsində araşdırılacaqdır. 147 apellyasiya şikayətinin 109-u təmin

olunmamışdır. 4 nəfərin müsahibə nəticəsi Apellyasiya komissiyasının qərarına əsasən

ləğv edilmiş və namizədlər vakant vəzifələrə uyğun hesab edilmişdir. 34 namizədin

müsahibə nəticələri Apellyasiya komissiyasının qərarı ilə ləğv edilmiş və onlarla yeni

müsahibə keçirilmişdir. Keçirilmiş yeni müsahibələr nəticəsində 14 namizəd vakant

vəzifələrə uyğun hesab edilmiş, 18 namizəd vəzifələrə uyğun hesab edilməmiş, 2

namizədlə isə yeni müsahibə 2016-ci ilin yanvar ayında keçiriləcəkdir.

2015-ci ildə “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi sistemi”

təkmilləşdirilmişdir. Nəticədə ehtiyat kadrların dövlət orqanlarında mövcud olan vakant

vəzifələrə uyğunluğunun müəyyən edilməsi asanlaşmış, ehtiyat kadrlarla bağlı görülən

işlərin uçotunun aparılması, dövlət orqanlarının və ehtiyat kadrların tələbləri nəzərə

alınmaqla vakant vəzifələrə təyin edilmə işlərinin keyfiyyəti artmışdır. “Dövlət qulluğunda

ehtiyat kadrların idarə edilməsi sistemi”ndə aşağıdakı ehtiyat kadrlar haqqında ətraflı

məlumatlar toplanmışdır:

- müsabiqədə uğur qazanmış, lakin vəzifəyə təyin edilməyib və ehtiyat kadrlar

siyahısına daxil edilmişlər;

- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət

Proqramı” üzrə təhsil alaraq məzun olmuş və adı ehtiyat kadrların siyahısına daxil

edilənlər;

- ləğv edilmiş dövlət orqanlarının ehtiyat kadrların siyahısına salınmış dövlət

qulluqçuları.

Müsabiqədən müvəffəqiyyətlə keçən, lakin vəzifəyə təyin edilməyərək iki il

müddətinə ehtiyat kadrlar siyahısına daxil edilən namizədlərin göstərilən müddət ərzində

dövlət orqanlarında yaranmış analoji vakant vəzifələrə təyin olunmaları üçün müvafiq iş

aparılmışdır. Komissiya tərəfindən 2015-ci ildə keçirilmiş müsabiqələr üzrə ehtiyat kadrlar

siyahısına daxil edilmiş 195 nəfərdən 54-ü dövlət orqanlarında analoji vakant vəzifələrə

təyin edilmişdir (Əlavə 3, Əlavə 4).

2007-2015-ci illərdə Komissiya tərəfindən keçirilmiş bütün müsabiqələr üzrə ehtiyat

kadrlar siyahısına daxil edilmiş 1273 nəfərdən 535-i dövlət orqanlarında analoji vakant

vəzifələrə təyin edilmiş, 418-i dövlət orqanlarında analoji vəzifənin olmaması və ehtiyat

kadrların siyahısında qalma müddətinin bitməsi səbəbindən ehtiyat kadrların

siyahısından çıxarılmışdır. Hazırda ehtiyat kadrların siyahısında olan 320 nəfərin analoji

vakant vəzifələrə təyinatı üzrə işlər davam etdirilir.

Page 9: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

9

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.9-cu

maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli

2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin

xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış və ehtiyat kadrlar

siyahısına 2015-ci il ərzində daxil edilmiş 62 namizəddən 6-sı dövlət orqanlarında vakant

dövlət qulluğu vəzifələrinə təyin edilmişdir. 2007-2015-ci illər ərzində bu Dövlət Proqramı

çərçivəsində təhsil almış 102 gəncdən 34-ü Komissiyanın xətti ilə müxtəlif dövlət

orqanlarında dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur, digərlərinin isə vakant dövlət

qulluğu vəzifələrinə təyin olunması üzrə işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı

ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə

maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə

uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan

Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata

keçirilməsi Qaydası”nın 5-ci hissəsinə uyğun olaraq ləğv edilmiş dövlət orqanının

bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət

qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Komissiyada ehtiyat kadr kimi saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanına

əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin əməkdaşlarının siyahısı 31 mart 2015-ci il tarixdə Komissiyaya təqdim

olunmuş və Komissiya sədrinin 17 aprel 2015-ci il tarixli Qərarı ilə 311 nəfər ehtiyat

kadrlar siyahısına daxil edilmişdir. Onlardan inzibati vəzifə üzrə adı ehtiyat kadrlarda olan

247 nəfərdən 29 nəfəri dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin

edilmişdir. 218 nəfər ehtiyat kadrın analoji vakant vəzifələrə təyinatı üzrə işlər davam

etdirilir.

Hesabat dövrü ərzində 8 ümumi müsahibə elan edilmişdir.

7 aprel tarixdə elan edilmiş ümumi müsahibəyə 6 dövlət orqanı üzrə 19 vakant

dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 40 namizəddən 9-u vakant vəzifələr

üzrə müsahibədən uğur qazanmış və onlardan 8-i həmin vakant vəzifələrə təyin

edilmişdir (Əlavə 5).

10 iyun tarixdə elan edilmiş ümumi müsahibəyə 8 dövlət orqanı üzrə 34 vakant

dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 63 namizəddən 17-si vakant vəzifələr

üzrə müsahibədən uğur qazanmış və onlardan 15-i iddia etdikləri vakant vəzifələrə təyin

edilmişdir (Əlavə 6).

Page 10: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

10

10 iyul tarixdə elan edilmiş ümumi müsahibəyə 4 dövlət orqanı üzrə 8 vakant

dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 16 namizəddən 7-si vakant vəzifələr

üzrə müsahibədən uğur qazanmış və onlardan 6-sı vakant vəzifələrə təyin edilmişdir

(Əlavə 7).

14 avqust tarixdə elan edilmiş ümumi müsahibəyə 6 dövlət orqanı üzrə 26 vakant

dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 47 namizəddən 23-ü vakant vəzifələr

üzrə müsahibədən uğur qazanmış və onlardan 20-si vakant vəzifələrə təyin edilmişdir

(Əlavə 8).

11 sentyabr tarixdə elan edilmiş ümumi müsahibəyə 7 dövlət orqanı üzrə 42

vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 34 namizəddən 14-ü vakant

vəzifələr üzrə müsahibədən uğur qazanmış və onlardan 12-si vakant vəzifələrə təyin

edilmişdir (Əlavə 9).

1 oktyabr tarixdə elan edilmiş ümumi müsahibəyə ümumilikdə 3 dövlət orqanı üzrə

14 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 33 namizəddən 7-si vakant

vəzifələr üzrə müsahibədən uğur qazanmış və onlardan 6 nəfəri vakant vəzifələrə təyin

edilmişdir (Əlavə 10).

3 noyabr tarixdə elan edilmiş ümumi müsahibəyə 3 dövlət orqanı üzrə 11 vakant

dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 10 namizəddən 2-si vakant vəzifələr

üzrə müsahibədən uğur qazanmış və hazırda təyinatlar davam edir (Əlavə 11).

10 dekabr tarixdə elan edilmiş ümumi müsahibəyə 6 dövlət orqanı üzrə 34 vakant

dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 52 namizədlə müsahibələr 2016-cı

ildə davam etdiriləcəkdir (Əlavə 12).

Hesabat ili ərzində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası

Qanununun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq 40 dövlət orqanında, o

cümlədən məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 161 vakant vəzifənin tutulması

üçün daxili müsahibələr keçirilmişdir. Müsahibələr üzrə qeydiyyatdan keçmiş 143

namizəddən 103 nəfəri iddia etdiyi vəzifələrə uyğun hesab edilmişdir. Onlardan 99 nəfəri

dövlət qulluğu vəzifələrinə təyin edilmişdir. 6 dövlət orqanında 23 inzibati vəzifə üzrə

daxili müsahibələrin keçirilməsi 2016-cı ildə davam edəcəkdir.

Ümumilikdə 2007-2015-ci illərdə (2015-ci ilin 6, 14, 28 avqust, 11, 18 sentyabr, 1,

28 oktyabr və 3 noyabr tarixlərdə elan edilmiş müsabiqələr hazırda davam etdiyi üçün bu

müsabiqələr üzrə məlumatlar nəzərdə tutulmur) 160 dövlət orqanında 14889 vakant

dövlət qulluğu vəzifəsi (11179-müsabiqə, 3710-ümumi müsahibə və müsahibə) üzrə elan

edilmiş müsabiqə, ümumi müsahibə və müsahibələrdə 69573 namizəd (66163-müsabiqə,

Page 11: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

11

3410-ümumi müsahibə və müsahibə) iştirak etmişdir. Namizədlərdən 6287 nəfəri

(4423-müsabiqə, 1864-ümumi müsahibə və müsahibə) vakant vəzifələrə uyğun hesab

edilmiş, 4947 nəfəri (3185-müsabiqə, 1762-ümumi müsahibə və müsahibə) müvafiq

vəzifələrə təyin edilmişdir. Ehtiyat kadrlar siyahısından 535 nəfər vakant dövlət qulluğu

vəzifələrinə təyin edilmişdir. 2007-2015-ci illər üzrə ehtiyat kadrlarla birlikdə 5482 nəfər

vakant dövlət qulluğu vəzifələrinə təyin edilmişdir (Əlavə 13).

2007-2015-ci illərdə Komissiya tərəfindən keçirilən müsabiqələr üzrə gənclərin

aktivliyi aşağıdakı parametrlər üzrə hesabata əlavə olunan qrafik və cədvəllərdə öz əksini

tapmışdır:

Gənc namizədlərin ümumi statistik göstəriciləri (Əlavə 14);

Gənc namizədlərin müsabiqənin bütün mərhələləri üzrə ümumi statistik göstəriciləri

(Əlavə 14.1);

Gənc namizədlərin bütün namizədlərin sayına nisbətinin göstəriciləri (Əlavə 14.2);

Gənc namizədlərin ayrı-ayrı müsabiqələr üzrə statistik göstəriciləri (Əlavə 14.3);

Gənc namizədlərin dövlət orqanları üzrə namizədlərin sayına nisbəti (Əlavə 14.4).

2007-2015-ci illərdə Komissiyanın keçirdiyi müsabiqələr üzrə qadın namizədlərin

aktivliyi aşağıdakı parametrlər üzrə hesabata əlavə olunan qrafik və cədvəllərdə öz əksini

tapmışdır:

Qadın namizədlərin ümumi statistik göstəriciləri (Əlavə 15);

Qadın namizədlərin müsabiqənin bütün mərhələləri üzrə ümumi statistik göstəriciləri

(Əlavə 15.1);

Qadın namizədlərin bütün namizədlərin sayına nisbətinin göstəriciləri (Əlavə 15.2);

Qadın namizədlərin ayrı-ayrı müsabiqələr üzrə statistik göstəriciləri (Əlavə 15.3);

Qadın namizədlərin dövlət orqanları üzrə namizədlərin sayına nisbəti (Əlavə 15.4).

Dövlət qulluqçularının peşəkarlığının artırılması sahəsində

Komissiya tərəfindən dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin

keyfiyyətinin artırılması üçün aşağıdakı istiqamətlərdə işlər davam etdirilmişdir.

Dövlət qulluqçularının peşəkarlığının artırılmasının əsas mexanizmləri olan dövlət

qulluqçularının təlim keçməsi və əlavə təhsilinin təşkilinə Komissiyanın fəaliyyətində

xüsusi yer verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli

2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7.2-ci bəndində Komissiyanın nəzdində

Page 12: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

12

ixtisaslaşmış Təlim Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Həmçinin Təlim

Mərkəzinin yaradılması Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Hərtərəfli

İnstitusional Quruculuq Proqramı üzrə “Azərbaycanda dövlət qulluğu təliminin

gücləndirilməsinə dair” 3-cü İnstitusional İslahat Planına (İİP3) da daxil edilmişdir. İİP3-ün

həyata keçirilməsi üzrə layihə 2013-cü il dekabrın 1-də başlamışdır. Təlim mərkəzinin

daxili prosedurlarının və təlim modullarının hazırlanması üzrə işlər Komissiyanın BMT-nin

İnkişaf Proqramı və GIZ ilə birlikdə həyata keçirdiyi layihələr çərçivəsində aparılır.

Təlim Mərkəzinin yaradılmasına dair təkliflər paketi Əmək və Əhalinin Sosial

Müdafiəsi, Ədliyyə, Maliyyə və Təhsil nazirliklərinin rəy və təklifləri nəzərə alınaraq

hazırlanmış və 10 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə təqdim edilmişdir. Lakin Təlim Mərkəzinin yaradılmasına dair indiyə qədər

qərar qəbul edilməmişdir. Bu isə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər

üçün Milli Fəaliyyət Planı”nın 7.2-ci bəndinin tam icra olunmamasına səbəb olmuşdur.

6 fevral tarixdə “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat

Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsinin icra vəziyyəti üzrə Birgə İşçi

Qrupun görüşü zamanı “Təlim Strategiyası”nın hazırlanması mövzusunda müzakirələr

aparılmışdır. Müzakirələrdə strategiyanın hədəflərinin müəyyən edilməsi və onların həlli

yollarının tapılması üçün təkliflər irəli sürülmüşdür.

17 noyabr tarixdə Birgə İşçi Qrupun növbəti görüşü keçirilmiş və görüş zamanı

“Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının potensialının artırılması,

təlimi və əlavə təhsili ilə bağlı müddəalara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı

layihənin hazırlanması üzrə xidmətlərin göstərilməsinə dair yekun Hesabat”, “Təlimlərin

İdarəedilməsi Sistemi üçün Texniki Tapşırıq”, “Resurs Mərkəzinin Konsepsiyası” və

“Təlim Mərkəzinin fəaliyyətinə cəlb ediləcək təlimçilər üçün vəzifə standartları” mözvuları

ətrafında müzakirələr aparılmışdır.

Komissiya tərəfindən hazırlanan “Dövlət qulluğu məcəlləsi” layihəsində dövlət

qulluqçularının əlavə peşə təhsili ilə bağlı xüsusi fəsil nəzərdə tutulmuşdur. Həmin fəsildə

əlavə təhsilin məqsədi və onun növləri, forması, həyata keçirilməsi (təşkili) və maliyyə

təminatı ilə bağlı münasibətlər tənzimlənir. Məcəllə layihəsində xidməti fəaliyyətin

qiymətləndirilməsi nəticəsində və rəhbər vəzifə tutan dövlət qulluqçularının peşə

hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi də nəzərdə tutulmuşdur.

Hesabat dövrü ərzində Komissiya tərəfindən dövlət qulluqçularının peşə hazırlığının

artırılması məqsədi ilə ölkə daxilində bir sıra təlimlər təşkil edilmişdir.

Page 13: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

13

Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə

həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda

təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanan standart

təlim modulları üzrə pilot təlimlərin keçirilməsi davam etdirilmişdir.

22, 23 yanvar və 27, 28 aprel tarixlərində 8 dövlət orqanının 27 əməkdaşına “Dövlət

qulluqçularının təlim tələbatlarının öyrənilməsi” mövzusunda təlim keçirilmişdir. Təlim

iştirakçılarına Azərbaycan Respublikasının dövlət orqanlarında tətbiq edilməsi nəzərdə

tutulan təlim tələbatlarının öyrənilməsi metodologiyası barədə məlumat verilmiş və

metodologiya ilə nəzərdə tutulan təlim tələbatlarının öyrənilməsinin müxtəlif alətlərindən

istifadə üzrə praktiki məsləhətlər verilmişdir. Təlimdə iştirak edən dövlət qulluqçuları əldə

etdikləri bilik və praktiki bacarıqlardan istifadə edərək gələcəkdə qulluq keçdikləri dövlət

orqanlarının əməkdaşlarının təlim tələbatlarını müəyyən edəcəklər.

1, 2 iyun, 18-20 və 23-25 noyabr tarixlərində peşəkar təlimçilərin hazırlanması

məqsədilə 8 dövlət orqanının əməkdaşları və digər təlimçilər daxil olmaqla 34 təlimçi

üçün “Təlimçilərin Təlimi/Yaşlıların Təlimi” mövzusunun modulu üzrə ilk pilot təlim

keçirilmişdir.

14, 15 iyul və 26, 27 noyabr tarixlərində “Münaqişələrin idarə edilməsi, danışıqların

aparılması və vasitəçilik bacarıqları” mövzusu üzrə təşkil edilmiş pilot təlimdə 12 dövlət

orqanının 18 əməkdaşı iştirak etmişdir.

11-16 və 18-23 may, 28-31 oktyabr tarixlərində Komissiyada çalışan 10 dövlət

qulluqçusuna “Vaxtın idarə edilməsi və effektiv iş bölgüsü”, “Təqdimat, natiqlik və

tədbirlərin moderasiyası bacarıqları”, “Münaqişələrin idarə edilməsi və danışıqlar”,

“İclasların təşkili və keçirilməsi”, ”İnsan resursları idarə edilməsinin əsasları”, “Təlimçilərin

təlimi”, “Liderlik bacarıqları”, “Komanda qurma və motivasiya”, “İşgüzar etika”

mövzularında, 17, 18, 20 iyunda və 4-6 noyabr tarixlərində 10 dövlət orqanının 25

əməkdaşına “Liderlik bacarıqları”, 29, 30 iyunda və 22, 23 oktyabrda 11 dövlət orqanının

27 əməkdaşına “Komanda qurma və motivasiya”, 23, 24 iyul və 14, 15 oktyabr

tarixlərində 9 dövlət orqanının 22 əməkdaşına “Vaxtın idarə edilməsi və iş bölgüsü”

mövzularında təlimlər keçirilmişdir.

14-18 sentyabr tarixlərdə Komissiya ilə əməkdaşlıq edən Koreya Respublikasının

İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə BMT-nin Asiya və Sakit

Okean Regionu üzrə Təlim Mərkəzinin “İKT və hərtərəfli inkişaf arasında əlaqə”, “E-

hökumətin tətbiqi”, “Nəzəriyyədə və təcrübədə İKT layihələrinin idarə olunması”, “İnternet

Page 14: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

14

idarəçiliyi” və “İnformasiya təhlükəsizliyi və toxunulmazlıq” modulları üzrə təlimlər

keçirilmişdir. Təlimlərdə 10-dan artıq dövlət orqanının nümayəndələri iştirak etmişdir.

9 oktyabr tarixdə Komissiyanın və GIZ-in birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda

qadın karyerası” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın keçirilməsində

məqsəd qadınların potensiallarının artırılması prosesinə təşəbbüs göstərmək, dövlət

qulluğunda onların şəbəkə yaratmaq bacarıqlarını gücləndirmək və yeni işgüzar əlaqələr

qurmaqda yardım etmək olmuşdur. 40 dövlət orqanının və 8 QHT-nin qadın

nümayəndələrinin iştirak etdiyi dəyirmi masada “Azərbaycan Respublikasının dövlət

qulluğunda qadınlar: mövcud vəziyyətin təhlili”, “Qadın rəhbərlərin dövlət qulluğu

sahəsində uğur əldə etmələrinə dəstək”, “Qadın dövlət qulluqçularının inkişafı üçün bilik,

bacarıq və səriştələr” və “Qadınların dövlət qulluğunda irəliləməsinə dəstək” mövzuları

ətrafında müzakirələr aparılmışdır.

Dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədi ilə 2015-ci il 8 iyunda 41

dövlət orqanında dövlət qulluqçularının reyestrinin aparılması üzrə məsul olan 40 şəxs

üçün Komissiya tərəfindən “Dövlət qulluqçularının reyestrinin aparılması üzrə məsul

şəxslər üçün Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin işləmə mexanizimləri”

mövzusunda təlim keçirilmişdir. Təlimin keçirilməsində məqsəd DQRİS-in işləmə

keyfiyyətini artırmaq və məlumatların düzgünlüyünü təmin etmək üçün reyestrə məsul

olan şəxslərin bu sahədə peşə bacarıqlarının təkmilləşdirilməsi olmuşdur.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi

üzrə Tədbirlər Planına uyğun olaraq dövlət qulluğunda çalışan gənclərə onların peşə

bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci il 25-27 may tarixlərdə 10 dövlət

orqanının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati

vəzifələrdə qulluq keçən 90 gənc dövlət qulluqçusu üçün “İnsan resurslarının idarə

edilməsi”, “Motivasiya” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında, 7

və 8 dekabrda 7 gənc dövlət qulluqçusu üçün “Danışıqlar və münaqişələrin idarə

edilməsi” mövzularında təlimlər keçirilmişdir.

İl ərzində Komissiya tərəfindən dövlət qulluqçularının peşə hazırlığının artırılması

məqsədi ilə“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Dövlət

qulluqçularının etik davranış qaydaları” mövzularında təlimlər də keçirilmişdir.

Komissiyanın əməkdaşları hesabat ili ərzində aşağıdakı təlim, seminar,

ixtisasartırma kurslarına və təcrübə proqramına cəlb edilmişlər:

11-15 may tarixlərində dövlət idarəçiliyi sahəsində Azərbaycan təcrübəsini təbliğ

etmək və digər iştirakçı dövlətlərin bu sahədə mövcud təcrübələri üzrə fikir mübadiləsi

Page 15: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

15

aparmaq məqsədi ilə Bakıda Çexiyanın Xarici İşlər Nazirliyi və Avropa İttifaqının Xarici

Fəaliyyət Xidmətinin birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı çərçivəsində yerli və

regional səviyyələrdə dövlət idarəçilik islahatları” mövzusunda seminara;

14 may tarixində Bakıda Komissiyanın və Avropa İttifaqının Xarici Fəaliyyət

Xidmətinin birgə təşəbbüsü ilə “Azərbaycan Respublikasının dövlət qulluğunda son

yeniliklər” mövzusunda seminara;

30 sentyabr tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa İttifaqı Şərq

Tərəfdaşlığı Proqramı çərçivəsində “Dövlət idarəçiliyində şəffaflıq, etika və bütövlük”

mövzusunda keçirilmiş seminara;

31 mart-2 aprel tarixlərdə Finlandiyanın paytaxtı Helsinki şəhərində “İştirakçı

demokratiya, açıq idarəçilik və səmərəli e-hökumət xidmətləri (PADOS)” layihəsi

çərçivəsində dövlət idarəçilik sistemi və liderlərə verilən dəstək, e-İdentifikasiya

islahatları, açıq məlumat siyasəti və məlumatların mühafizəsi, rəqəmsal xidmətlər və

digər mövzularda 2 günlük təlimlərə;

27-31 iyul tarixlərdə Latviya və Litva təcrübəsinin Azərbaycanda tətbiqi imkanlarının

öyrənilməsi məqsədi ilə bu ölkələrdə keçirilmiş təlimlərə;

26-30 oktyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyası tərəfindən “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr

siyasəti” mövzusunda təşkil edilən ixtisasartırma kursuna;

30 noyabr-11 dekabr tarixlərində Polşa Dövlət İdarəçilik Məktəbi və Polşa Xarici

İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Şərq tərəfdaşlığı ölkələrində dövlət

qulluğunda insan resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi” mövzusunda

təcrübə proqramına.

Komissiyanın rəsmi internet saytında “İş bölgüsü idarəetmə aləti kimi”, “Vaxtın idarə

edilməsi”, “Müsahibə proqramlarının hazırlanması”, “Müsahibələrin keçirilməsi qaydaları

və texnologiyası”, “Dövlət qulluğuna qəbul”, “Vəzifə təlimatları necə hazırlanır?”, “Dövlət

qulluqçularının etik davranış qaydaları” mövzularında video təqdimatlar, DQRİS-in işləmə

mexanizimlərini əhatə edən 8 yeni video təlimatlar DQRİS-in “Videolar” bölməsində

yerləşdirilmişdir. Bu video təqdimatlardan istifadə dövlət qulluqçularına peşə bacarıqlarını

təkmilləşdirməyə imkan verir.

İnsan resurslarının idarə edilməsi və Dövlət Qulluqçuları Reyestrinin

təkmilləşdirilməsi

İnsan resurslarının idarə edilməsi sahəsində İKT-nin və innovasiyaların tətbiqinin

genişləndirilməsi hesabat ilində Komissiyanın fəaliyyətində əsas hədəflərdən olmuşdur.

Page 16: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

16

2013-cü ildə istifadəyə verilmiş, 2014-cü ildən texnologiyaların tətbiqi ilə onlayn

rejimdə dövlət qulluqçuları haqqında məlumatların idarə edilməsində böyük imkanlar

yaradan Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin təkmilləşdirilməsi 2015-ci

ildə davam etdirilmişdir. Hesabat ilində Sistemdə aşağıdakı yeniliklər edilmişdir:

- istifadəçilər tərəfindən təşkilata aid məlumatların redaktə edilməsi və yeni tabeli

təşkilatın məlumatlarının daxil edilməsi,

- yeni məsul şəxsə aid məlumatların daxil edilməsi və əvvəlki məsul şəxslərə aid

məlumatların redaktə edilməsi;

- istifadəçilərə ştat cədvəlində redaktə və yeni ştat vahidinin yaradılması imkanının

verilməsi, məlumat axtarışının nəticələrinin hesabat şəklində alınması;

- müxtəlif yeni tipli hesabatların alınması və yadda saxlanılması, yaddaşda

saxlanılan hesabatlara baxmaq, müxtəlif parametrlərə görə axtarış etmək imkanının

yaradılması.

Yeniliklər nəticəsində DQRİS Komissiya və dövlət orqanları arasında məlumat

mübadiləsini də təmin edir. Komissiya tərəfindən dövlət orqanlarına məlumat xarakterli

bildirişlər göndərmək və bu bildirişləri idarə etmək imkanı verən altsistemi hazırlanmışdır.

Hesabat ili ərzində dövlət orqanlarında aparılımış struktur dəyişiklikləri DQRİS-də öz

əksini tapmışdır. DQRİS-in dövlət orqanları üzrə “Şəxsi kartlar” hissəsində dövlət

qulluqçuları barədə məlumatların yoxlanılaraq dəqiqləşdirilməsi həyata keçirilmişdir.

Ümumilikdə 215 dövlət orqanı, o cümlədən 40 mərkəzi icra hakimiyyəti orqanı, 79 yerli

icra hakimiyyəti orqanı, 96 məhkəmə hakimiyyəti orqanlarının strukturu və ştat cədvəli

üzrə dövlət qulluqçuları barədə məlumatlar yoxlanılmışdır. Hazırda dövlət qulluğunda

vəzifə tutan 20638 dövlət qulluqçusu, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları üzrə

12420, yerli icra hakimiyyəti orqanları üzrə 6779, məhkəmələr üzrə isə 1439 dövlət

qulluqçusu barədə məlumatlar Reyestrdə öz əksini tapmışdır. Əvvəllər dövlət

orqanlarında çalışmış və indi dövlət qulluqçusu vəzifəsi tutmayan 11372 dövlət

qulluqçusu barədə məlumatlar isə DQRİS-in arxiv bazasında toplanılmışdır.

II. Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqinin təmin

olunması istiqaməti üzrə

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqinə nəzarət

olunması sahəsində

Page 17: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

17

Hesabat dövrü ərzində Komissiya dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi

zamanı yaranan problemləri və onların səbəblərini müəyyən edərək qanunvericiliyin

təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür.

30 dekabr 2014-cü il tarixdə “Dövlət Qulluğu Məcəlləsi” layihəsinin son variantı

hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Dövlət

orqanları tərəfindən verilmiş rəy və təkliflər nəzərə alınaraq layihə 8 sentyabr 2015-ci il

tarixdə razılaşdırılması üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına göndərilmişdir.

“Dövlət Qulluğu Məcəlləsi” layihəsinin hazırlanmasında məqsəd dövlət qulluğuna

dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsidir. Dövlət qulluğu

münasibətlərini tənzimləyən müxtəlif normativ hüquqi aktlar sistemləşdirilərək yenidən

işlənmiş, dövlət qulluğu münasibətlərini tənzimləyən mövcud normalar təhlil edilərək

təkmilləşdirilmişdir. Eyni zamanda beynəlxalq təcrübə nəzərə alınaraq layihədə dövlət

qulluğu münasibətlərini tənzimləyən bir çox yeni müddəalar nəzərdə tutulmuşdur. Dövlət

qulluğuna dair əsas anlayışlar, dövlət qulluqçularının həvəsləndirmə növləri və formaları,

dövlət qulluğundan kənar edilmə halları və qaydaları, onun rəsmiləşdirilməsi, intizam

tənbehi tədbirlərinin tətbiqi əsasları, xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində

görülən tədbirlər, ehtiyat kadrların idarə edilməsi, ehtiyat kadrlar siyahısından çıxarılma

əsasları, qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif əsaslarla dövlət qulluğuna xitam

verilmə qaydaları, dövlət qulluğuna qəbul edilərkən dövlət qulluqçusu ilə bağlanılan əmək

müqavilələrinin və əmrlərin rəsmiləşdirilməsi qaydaları, dövlət qulluğuna xitam verilərkən

təminatlar, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət və dövlət qulluğuna

dair digər münasibətləri tənzimləyən yeni müddəalar Məcəllə layihəsinə əlavə edilmişdir.

Məcəllə layihəsinin hazırlanması prosesinə xarici ekspertlər və yerli mütəxəssislər cəlb

edilmişdir.

Hesabat dövründə Komissiya digər normativ hüquqi aktların layihələrini

hazırlamış və yaxud həmin layihələrin hazırlanmasında bilavasitə iştirak etmişdir.

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiya tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq

edilməsi haqqında” Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarının

“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın

aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası

Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi

barədə” Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2015-ci il tarixli 569 nömrəli

Page 18: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

18

Fərmanına uyğunlaşdırılmasını təmin etmək məqsədilə inzibati reqlamentlərdə müvafiq

dəyişikliklər edilmişdir.

Dövlət qulluqçularının əlavə təhsilini tənzimləyən qaydaların təkmilləşdirilməsi

məqsədi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət

qulluqçularının təlim keçməsi məsələləri ilə bağlı dəyişikliklər edilməsi barədə qanun

layihəsi hazırlanmışdır. Layihəyə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan

Respublikasının Qanununa 22-2-ci maddənin (Maddə 22-2. Dövlət qulluqçusunun təlim

keçməsi) əlavə edilməsi nəzərə tutulmuşdur. Qeyd edilən maddəyə əsasən dövlət

qulluqçularının təlim keçməsinin məqsədi, qısa-müddətli təlimlərin keçirilməsi və dövlət

qulluqçularının təlim tələbatlarının öyrənilməsi qaydalarının müəyyən edilməsi, dövlət

qulluqçularının qısamüddətli təlimlərdə iştirakı üçün əsaslar, ilk dəfə inzibati vəzifə üzrə

dövlət qulluğuna qəbul edilən şəxslərin, habelə ilk dəfə inzibati vəzifələrin üçüncü-

yeddinci təsnifatları üzrə rəhbər vəzifələrə təyin edilən dövlət qulluqçularının xüsusi təlim

kurslarından keçməsinin hüquqi əsaslarının müəyyən edilməsi nəzərdə tutulmuşdur.

Layihə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 438 nömrəli

Fərmanının 1.2-ci bəndinin icrası məqsədilə hazırlanmış “Dövlət qulluqçusunun

attestasiyasının keçirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin

Qərar layihəsinə müvafiq rəy və təkliflər verilmişdir. Qeyd olunan Qərar layihəsində

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin

tələblərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97

nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının

keçirilməsi Qaydaları”nın müvafiq müddəalarının nəzərə alınması və dövlət

qulluqçusunun attestasiyasını keçirən, tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına

yüksək ixtisaslı mütəxəssislərin, elmi ekspertlərin daxil edilməsi ilə bağlı təkliflər

verilmişdir.

“İxtisas dərəcəsi və xüsusi rütbə verilən dövlət qulluqçularının sağlamlıq

vəziyyətinə dair vahid tələblər və onların tibbi müayinədən keçirilməsi Qaydası”

layihəsinə dair müvafiq rəy və təkliflər verilmişdir. Layihənin “Normativ hüquqi aktlar

haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun tərtib

edilməsi, həmçinin, layihədə xüsusi növ hesab olunan dövlət orqanlarında, xüsusilə

fövqəladə hallar, daxili işlər, feldyeger rabitəsi orqanlarında, Ədliyyə Nazirliyinin

Penitensiar Xidmətində xüsusi rütbə verilən vəzifələrdə qulluq keçən dövlət

qulluqçularının sağlamlıq vəziyyətinə dair tələblərin həmin vəzifələrin spesifik

Page 19: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

19

xüsusiyyətləri nəzərə alınaraq, ixtisas dərəcəsi verilən vəzifələrdə qulluq keçən şəxslərin

sağlamlıq vəziyyətinə dair müəyyən edilən tələblərdən fərqləndirilməsi, ixtisas dərəcəsi

verilən dövlət qulluqçularının sağlamlıq vəziyyətinə dair daha yüngül tələblərin müəyyən

edilməsi, diplomatik rütbə verilən dövlət qulluqçularının sağlamlıq vəziyyətinə dair

tələblərin müəyyən edilməsi ilə bağlı təkliflər verilmişdir. Həmçinin dövlət qulluqçusunun

sağlamlıq vəziyyətinə dair tibbi müayinələrin dövlət qulluqçusunun iş yeri tərəfindən

müəyyən edilən müalicə-profilaktika müəssisələrində aparılmasını, sağlamlıq vəziyyətinə

dair tələblərin hazırda qulluq keçən dövlət qulluqçuları ilə yanaşı dövlət qulluğuna qəbul

edilən şəxslərə də tətbiq edilməsini nəzərdə tutan müddəaların müvafiq layihəyə əlavə

edilməsi barədə təkliflər verilmişdir.

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət

Planı”nda nəzərdə tutulmuş dövlət qulluğunda rotasiyanın tətbiqi üzrə pilot layihənin

həyata keçirilməsini təmin etmək məqsədilə “Rotasiya qaydaları” hazırlanmışdır.

Qaydalarda rotasiyanın tətbiq ediləcəyi vəzifələr, əsaslar, rotasiyanın müddəti, məcburi

və könüllü rotasiya və rotasiya ilə bağlı digər məsələlər nəzərdə tutulmuşdur. Həmin

qaydalara əsasən dövlət qulluqçusunun potensialından daha səmərəli istifadənin təmin

edilməsi və korrupsiya riski daha çox olan vəzifələr üzrə qeyd olunan risk halının aradan

qaldırılması məqsədilə rotasiyanın tətbiqi nəzərdə tutulmuşdur.

Vətəndaş cəmiyyəti institutları ilə Komissiyanın fəaliyyət istiqamətlərinə uyğun

əməkdaşlığın inkişaf etdirilməsi, təkmilləşdirilməsi, ictimaiyyətin məlumatlandırılması,

Komissiya tərəfindən qəbul edilən qərarlarda ictimaiyyətin iştirakının təmin edilməsi və

ictimai rəyin nəzərə alınması məqsədi ilə Komissiyanın yanında yaradılmış “Əməkdaşlıq

şurası”nın əsasnaməsi “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq

yenidən işlənilmiş, “Əməkdaşlıq şurası”na üzv olan qeyri-hökumət təşkilatlarına

göndərilmiş və onların təklifləri nəzərə alınmaqla Əsasnamə təkmilləşdirilmişdir. Bununla

da Komissiyanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığının fəaliyyət istiqamətləri,

“Əməkdaşlıq şurası”nda qərarların qəbulu prosesi, şuranın hüquqları və vəzifələri,

iclasları, fəaliyyətinin təşkili və s. məsələlər tənzimlənmişdir.

Dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət

edilməsi Komissiyanın əsas vəzifələrindəndir və bu vəzifəyə uyğun olaraq həmin

qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı müvafiq iş aparılmışdır. Müvafiq

qanunvericiliyin dövlət orqanlarında tətbiqi vəziyyəti Dövlət Qulluqçularının Reyestri

vasitəsilə öyrənilmişdir. Bir sıra dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair

qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən olunmuşdur.

Page 20: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

20

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci

maddəsinin birinci hissəsinə əsasən dövlət orqanının rəhbəri inzibati vəzifələrin beşinci-

yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində

müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar

qəbul etməlidir.

Hesabat dövrü ərzində bəzi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və

yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati

vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr olduğu halda,

qanunvericiliyə uyğun olaraq müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və

ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilmədiyi müəyyən edilmişdir.

Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci

maddəsinin birinci hissəsinin tələbləri pozulmuşdur.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı

maddəsinə əsasən dövlət orqanının rəhbəri namizədlərin vakant vəzifəyə təyin edilmək

üçün təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə

Komissiyaya məlumat verməlidir.

26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə elan edilmiş və 2015-ci

ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın

qəbul edilməsi bir sıra mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti

orqanlarının yanında yaradılan dövlət agentlik və dövlət xidmətləri, məhkəmələr

tərəfindən gecikdirilmişdir. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan

Respublikası Qanununun 28.6-cı maddəsinin birinci hissəsinin tələbləri pozulmuşdur.

Dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması,

baş vermiş pozuntu hallarının aradan qaldırılması Komissiyanın fəaliyyətində əsas olan

istiqamətlərdəndir. Dövlət orqanları tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin

tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülmüş,

mərkəzi icra hakimiyyəti, apellyasiya və birinci instansiya məhkəmə orqanlarına məktub

göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsi, bu

sahədə yol verilən pozuntu və nöqsanların aradan qaldırılması xahiş edilmişdir.

Qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilərkən bir yerli icra hakimiyyəti orqanı

tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci

maddəsinin və 29.2-ci maddəsinin dördüncü hissəsinin tələblərinin pozulması faktı

müəyyən edilmiş və pozuntunun aradan qaldırılması məqsədilə məktub göndərilmişdir.

Page 21: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

21

Bir mərkəzi icra hakimiyyəti orqanında olan vakant vəzifələrin dövlət qulluğuna dair

qanunvericiliyin tələblərinə uyğun olaraq tutulması ilə bağlı qərar qəbul edilmədiyi

müəyyən edilmişdir. Komissiya tərəfindən müvafiq məktub göndərilmiş və dövlət

qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması,

qanunvericiliyə uyğun olaraq mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə

bağlı müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Görülən tədbirlərin nəticəsində

həmin mərkəzi icra hakimiyyəti orqanı vakant vəzifələri növbəti müsabiqəyə çıxarmışdır.

Mərkəzi icra hakimiyyəti orqanının yanında yaradılan dövlət xidmətinin yerli

bölmələrində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilmiş və

müəyyən edilmişdir ki, həmin yerli bölmələrdə mövcud olan vakant dövlət qulluğu

vəzifələri müddətli əmək müqaviləsi əsasında tutulmuş, bir halda isə vəzifə vakant olaraq

saxlanılmış və həmin vəzifələrin dövlət qulluğuna dair qanunvericiliyə uyğun olaraq

tutulması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Bununla da “Dövlət qulluğu

haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri pozulmuş və bununla bağlı həmin

mərkəzi icra hakimiyyəti orqanına məktub göndərilərək qanunvericiliyə uyğun olaraq

müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.

Digər mərkəzi icra hakimiyyəti orqanında dövlət qulluğuna dair qanunvericiliyin

tətbiqi vəziyyəti öyrənilərkən müəyyən edilmişdir ki, həmin orqanın iki əməkdaşına

müvafiq vəzifələrdə müddətli əmək müqaviləsi əsasında çalışmalarına baxmayaraq,

ixtisas dərəcələri verilmişdir. Eləcə də, həmin orqanın mərkəzi aparatında mövcud olan

struktur bölmələrdən birində mövcud olan vakant dövlət qulluğu vəzifələri müddətli əmək

müqaviləsi əsasında tutulmuş və həmin vəzifələrin dövlət qulluğuna dair qanunvericiliyə

uyğun olaraq tutulması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Bununla da “Dövlət

qulluğu haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri pozulmuşdur. Dövlət orqanına

məktub göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması

hallarının aradan qaldırılması, qanunvericiliyə uyğun olaraq mövcud vakant dövlət

qulluğu vəzifələrinin tutulması ilə bağlı müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir.

Nəticədə həmin orqanda olan vakant vəzifələrin qanunvericiliyin tələblərinə uyğun olaraq

tutulması təmin edilmiş, müvafiq vəzifələr müsabiqəyə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli

Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin

aparılması Qaydaları”na əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin

Administrasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiya tərəfindən birgə aparılır. Həmin Qaydaların 14-cü hissəsinə

Page 22: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

22

əsasən aidiyyəti dövlət orqanları Dövlət Reyestrinə daxil edilmiş məlumatlarda baş

vermiş dəyişikliklər haqqında Komissiyaya hər ay rəsmi məlumat verməlidirlər. Hesabat

dövründə dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında

məlumatları Reyestrə vaxtında, tam və ya düzgün təqdim etməyən bəzi rayon (şəhər)

məhkəmələrinə 14 aprel 2015-ci il tarixində məktub göndərilərək məsul şəxslər tərəfindən

reyestrə məlumatların təqdim edilməsinin təmin edilməsi xahiş edilmiş, məlumatların

vaxtında, tam və ya düzgün verilməməsinə görə inzibati məsuliyyətlə bağlı xəbərdarlıq

edilmişdir. Daha iki məhkəməyə isə 26 fevral 2015-ci il tarixində məktub göndərilərək

müsabiqəyə təqdim edilən vakant vəzifə ilə Reyestrdə olan məlumatlar arasında olan

fərqliliyin aradan qaldırılması xahiş edilmiş və məlumatların Reyestrə düzgün daxil

edilməsi təmin edilmişdir.

Vətəndaş Komissiyaya müraciət edərək mərkəzi icra hakimiyyəti orqanının ləğv

edilməsi ilə əlaqədar onun əvvəllər qulluq keçdiyi şöbənin əsasında digər mərkəzi icra

hakimiyyəti orqanının aparatında yaradılmış yeni struktur bölmədə analoji vakant

vəzifəyə təyin edilmədiyini və bununla bağlı etdiyi müraciətlərin nəticəsiz qaldığını

bildirmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilərkən müəyyən

edilmişdir ki, həmin orqanın aparatında müvafiq analoji vakant dövlət qulluğu vəzifələri

mövcuddur. Qeyd edilənlərlə bağlı dövlət orqanına göndərilən məktubda dövlət qulluğuna

dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması tələb edilmişdir.

Nəticədə vətəndaş analoji vakant vəzifəyə təyin edilmişdir.

Komissiya dövlət proqramları ilə, o cümlədən “Korrupsiyaya qarşı mübarizəyə dair

2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş aidiyyəti bütün

tədbirlərin icrasını təmin etmiş və həmin tədbirlərin icrasına vətəndaş cəmiyyəti

institutlarını cəlb etmişdir. “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqinə əsasən Milli Fəaliyyət Planında

nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi səviyyəsinə görə Komissiya dövlət

orqanları arasında birinci olmuşdur.

Qeyd edilən monitorinq “Konstitusiya Araşdırmalar Fondu” və “Şəffaflıq

Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən həyata keçirilmiş və

2013-cü ilin sentyabr ayından 2014-cü ilin dekabr ayınadək olan müddəti əhatə etmişdir.

Aparılan monitorinqin nəticələri əsasında hesabat hazırlanmış və ictimaiyyətə təqdim

edilmişdir. Hesabatda “Milli Fəaliyyət Planı” ilə mərkəzi və yerli icra hakimiyyəti

orqanlarının və digər aidiyyəti orqanların qarşısına qoyulan tapşırıqların icra vəziyyətinin

qiymətləndirilməsi aparılmış və həmin tapşırıqların icra vəziyyəti faizlə göstərilmişdir.

Page 23: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

23

Hesabatda “Milli Fəaliyyət Planı” ilə Komissiyaya verilmiş tapşırıqların icra

vəziyyəti ən yüksək balla qiymətləndirilmişdir. Dövlət qulluğuna qəbulun müsabiqə və

şəffaflıq əsasında həyata keçirilməsi və dövlət qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsi qaydalarının qəbul edilməsi üzrə tapşırıqların ümumi icra vəziyyəti

97,43%, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv

araşdırılması mexanizmlərinin müəyyən edilməsi, etik davranış məsələləri üzrə tədris və

treninqlərin təşkili, dövlət orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi

bölmənin yaradılması üzrə tapşırıqların ümumi icra vəziyyəti 90 %, dövlət qulluğuna dair

qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi üzrə tapşırıqların ümumi

icra vəziyyəti isə 88,89% müəyyən edilmişdir.

Dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edilməsi və etik

məsələlər üzrə maarifləndirilmə sahəsində

Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına

qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik

davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək

Komissiyanın əsas vəzifələrindən biridir. Bu vəzifənin icrası ilə bağlı “Dövlət

qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu

ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsinə nəzarət və etik davranış

məsələləri üzrə maarifləndirmənin həyata keçirilməsi üzrə hesabat dövrü ərzində müvafiq

tədbirlər görülmüşdür. Etik məsələlər üzrə dövlət qulluqçularının maarifləndirilməsinin

təmin edilməsi, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi

Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına

(İFP) uyğun olaraq Azərbaycan höküməti üçün verilmiş etik məsələlər üzrə davamlı

təlimlərin təşkil edilməsi ilə bağlı tövsiyənin icrasını təmin etmək məqsədilə Komissiya

tərəfindən Tədbirlər Planı (2012-2015-ci illər üçün) təsdiq edilmiş və həmin planda

mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün

mütəmadi təlim və seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər Planına uyğun

olaraq hesabat dövrü ərzində müvafiq maarifləndirici təlimlər keçirilmişdir. Mərkəzi və

yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilərək mütəmadi təlimlər keçirilməsi

tövsiyə olunmuş və bu barədə məlumatların Komissiyaya təqdim edilməsi xahiş

edilmişdir. Təqdim edilmiş məlumatlar əsasında hesabat hazırlanmış və Azərbaycan

Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir.

Page 24: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

24

Bununla da mərkəzi və yerli icra hakimiyyəti orqanlarında mütəmadi olaraq müvafiq

təlimlərin keçirilməsi təmin edilmişdir. Tədbirlər Planına uyğun olaraq aşağıda göstərilən

tədbirlər keçirilmişdir.

16 mart tarixində Komissiyada “Dövlət qulluqçularının etik davranış qaydaları”

mövzusunda təlim keçirilmişdir. Təlimdə Komissiyanın şöbə müdirləri, şöbə müdirlərinin

müavinləri və sektor müdirləri iştirak etmişdir. Təlim etikanın anlayışı, dövlət qulluğunda

etik prinsiplər və onların əhəmiyyəti, loyallıq, korrupsiyanın qarşısının alınması, maraqlar

toqquşmasının qarşısının alınması, nizam-intizam və subordinasiya qaydalarına əməl

edilməsi və s. mövzuları əhatə etmişdir.

25-27 may tarixlərində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti

orqanlarının aparatlarında və həmin orqanların Bakı şəhəri üzrə yerli bölmələrində qulluq

keçən gənc dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları”

mövzusunda təlim keçirilmişdir. İştirakçılara vicdanlı davranış, ictimai etimad, insanların

hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət,

hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, mədəni davranış, maddi və qeyri-maddi

nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, hədiyyə alma

ilə əlaqədar məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, əmlakdan

istifadə, məlumatlardan istifadə və s. etik davranış qaydaları və prinsipləri barədə

məlumat verilmiş, həmin davranış qaydaları və prinsiplərini əhatə edən kazuslar üzrə

tapşırıqlar həll edilmişdir. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar

cavablandırılmışdır.

22, 23 sentyabr tarixlərində dövlət orqanlarında etik məsələlərə məsul olan

əməkdaşlar üçün “Etik qaydalar və antikorrupsiya” mövzusunda təlim keçirilmişdir. Təlim

dövlət qulluğunda etik qaydalar, beynəlxalq təcrübədə etik standartlar, etik

(antikorrupsiya) məsələlərə dair təlimlərin təşkili, təlimlərin metodologiyası və s.

mövzuları əhatə etmişdir. Təlimdə müxtəlif mərkəzi (Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsi, Dövlət Dəniz Administrasiyası, Dövlət Sosial Müdafiə Fondu, Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,

Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, Qiymətli Kağızlar

üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Şəhərsalma və

Arxitektura Komitəsi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Mülki

Aviasiya Administrasiyası) və yerli (Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Yasamal

Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Qaradağ Rayon İcra Hakimiyyəti, Abşeron Rayon

Page 25: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

25

İcra Hakimiyyəti) icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları iştirak

etmişdir.

27 oktyabr tarixində Dövlət Statistika Komitəsi Aparatında və Bakı şəhər Statistika

idarəsində qulluq keçən dövlət qulluqçuları üçün “Maraqlar toqquşmasının qarşısının

alınması”, “Etik davranış qaydalarının və prinsiplərinin, onlara əməl edilməsi ilə bağlı

hüquqi mexanizmlərin öyrənilməsi” mövzularında təlim keçirilmişdir. Təlim etik davranış

qaydalarının mahiyyəti, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması,

hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər və “Dövlət qulluqçularının etik davranış

qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı digər aktual

mövzuları əhatə etmişdir. Sonda etik məsələlərin aktual problemləri ətrafında müzakirələr

aparılmış və dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

3, 4 dekabr tarixlərində dövlət orqanlarında etik məsələlərə məsul olan əməkdaşlar

üçün “Etik məsələlər üzrə təlimçilər üçün təlim” keçirilmişdir. Təlim “Təlim kontekstinin və

ictimai etika ilə bağlı gələcək tələblərin icmalı”, “Aktual etika təliminin nəticələri ilə bağlı

qrup müzakirələri və rəylər”, “İstifadə ediləcək etika təlimi metodlarının seçilməsi və

adaptasiyası”, “Mühazirəyə necə hazırlaşmalı”, “İnteraktiv metodları necə və nə zaman

istifadə etməli”, “Təlimçinin texniki cəhətdən hazırlığı və alətlərə baxış”, “Dövlət

qulluğunda etik dilemmalar”, “Təlim nəticəsinin qiymətləndirilməsi alətləri” və s. məsələləri

əhatə etmişdir. Təlimdə Komissiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsi, Dövlət Dəniz Administrasiyası, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi,

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət

Şəhərsalma və Arxitektura Komitəsi, Energetika Nazirliyi, Azərbaycan Respublikası

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qulluq keçən dövlət

qulluqçuları iştirak etmişdir.

23, 24 dekabr tarixlərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Dövlət

qulluqçularının etik davranış qaydaları” və “Korrupsiyanın və maraqlar toqquşmasının

qarşısının alınması” mövzularında təlimlər keçirilmişdir. Təlimlər etik davranış qaydaları,

korrupsiya və maraqlar toqquşması sahəsində mövcud qanunvericilik, etikanın və

korrupsiyanın anlayışı, etik davranış qaydaları və prinsipləri, maraqlar toqquşmasının

növləri, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, həmin

hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti, korrupsiya ilə əlaqədar

hüquqpozmaların nəticələrinin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizəni həyata

Page 26: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

26

keçirən beynəlxalq qurumlar, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan

Respublikasının ixtisaslaşmış qurumları və s. mövzuları əhatə etmişdir.

Təlimdə iştirakçılara etik davranış qaydalarına və korrupsiya məsələlərinə dair

kazusların həlli ilə bağlı tapşırıqlar verilmiş və həmin kazusların həlli ilə bağlı qrup

müzakirələri aparılmışdır. Təlimlərdə Nazirliyin mərkəzi aparatında, Bakı Şəhər Baş

Səhiyyə İdarəsi və Sumqayıt Şəhər Səhiyyə şöbəsində qulluq keçən dövlət qulluqçuları

iştirak etmişdir.

Ümumilikdə dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı keçirilən

təlimlərdə dövlət orqanları üzrə (mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə

orqanları) 225 dövlət qulluqçusu iştirak etmişdir.

Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmənin

daha effektiv təşkil edilməsi və daha çox dövlət qulluqçusunu əhatə etməsi üçün “Dövlət

qulluğunda etika və korrupsiyanın qarşısının alınması” mövzusunda onlayn təlim kursu

hazırlanmışdır. Onlayn təlim kursu mətn formasında nəzəri məlumatları, video və

animasiyaları, test tapşırıqlarını və kazusları əhatə edir. Təlim kursu özündə “Ümumi

anlayışlar”, “Etik dilemma anlayışı və qrupları. Etik dilemmalar və həlli. Korrupsiya

məsələləri ilə bağlı kazuslar və onların həlli”, “Dövlət orqanlarında etik davranış

qaydalarına riayət (əməl) olunmasının təmin edilməsi və etik mədəniyyətin

gücləndirilməsi üzrə alətlər. Korrupsiyaya qarşı mübarizənin metod və alətləri”, “ Dövlət

qulluğunda etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizəyə dair qanunvericilik.

Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə üzrə nəzarət mexanizmləri” və

“Kursdan öyrəndiklərimizin ümumiləşdirilməsi” mövzularını əhatə edən 5 modulu

birləşdirir. Onlayn təlim kursunun hazırlanmasında məqsəd etik davranış qaydaları və

korrupsiya ilə bağlı məsələlərin nəzəri və praktiki cəhətdən öyrədilməsi, bu sahədə

mövcud biliklərin təkmilləşdirilməsi və sistemləşdirilməsindən, eyni zamanda təlimin

keçirilməsinə xərclənən vəsaitlərə qənaət etməklə və ən yeni informasiya

texnologiyalarından istifadə etməklə təlimlərdə iştiraka daha geniş auditoriyanın cəlb

edilməsindən ibarətdir.

Onlayn təlim kursunun sınaq tətbiqi keçirilmiş və Komissiyanın əməkdaşları həmin

kursda təlimçi olaraq iştirak etmişdir. Qeyd olunan onlayn təlim kursu Komissiyanın

saytında yerləşdirilmiş və növbəti ildən həmin təlim modulundan istifadə etməklə dövlət

qulluqçuları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Qanunvericilikdə müəyyən edilmiş etik davranış qaydalarının sadə və anlaşılan

dildə yazılmış variantının hazırlanması, bu sahədə daha çox dövlət qulluqçusunun

Page 27: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

27

maarifləndirilməsinin təmin edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq

edilməsi məqsədilə müvafiq iş aparılmış və Komissiya tərəfindən etik davranış məsələləri

ilə bağlı bələdçi sənədlər, etik davranış qaydaları üzrə bukletlər hazırlanmışdır. 2014-cü

ildə “Dövlət qulluğunda etika” mövzusunda hazırlanmış kitab mərkəzi, yerli icra

hakimiyyəti və məhkəmə orqanlarına paylanmışdır.

Dövlət orqanları tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl

edilməsi vəziyyəti, daha çox etik qaydaların pozulmasına yol verilmiş dövlət orqanları,

pozulmuş etik qaydalar, etik davranış qaydaları üzrə aparılmış maarifləndirilmə işi ilə

bağlı ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədilə Komissiya tərəfindən

mütəmadi tədbirlər görülür. Bu məqsədlə 27 fevral tarixində “Komissiyanın 2014-cü il

üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti

barədə illik hesabat” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbirin keçirilməsində

məqsəd Komissiyanın 2014-cü il ərzində fəaliyyəti və dövlət orqanlarında etik davranış

qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatı vətəndaş cəmiyyətinin

müzakirəsinə təqdim etməkdən ibarət olmuşdur. İctimaiyyətlə birbaşa ünsiyyət

formasında keçirilən görüşdə etik davranış qaydalarına əməl edilməsi vəziyyəti, daha çox

etik qaydaların pozulduğu dövlət orqanları, pozulmuş etik qaydalar, etik davranış

qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh

tədbirlərinin növləri və sayı, eləcə də dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları

üçün keçirilən təlimlər barədə məlumat verilmişdir. Həmin tədbirdə dövlət orqanlarının

nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının

nümayəndələri və müstəqil ekspertlər iştirak etmişlər.

Vətəndaşların etik davranış qaydaları ilə əlaqədar etdiyi müraciətin daha operativ

araşdırılmasının təmin edilməsi, müraciətlərin bilavasitə etik məsələlər üzrə məsul şəxsə

yönəldilməsi, etik davranış qaydaları üzrə maarifləndirmənin daha geniş auditoriyanı

əhatə etməsi, bu qaydalar barədə ətraflı məlumatın bir mənbədən əldə edilməsi

məqsədilə www.etik.az saytı yaradılmışdır. Saytda etik davranış qaydaları ilə bağlı təlim

modulları və metodoloji vasitələr, həmin sahəyə dair qanunvericilik, mərkəzi və yerli icra

hakimiyyəti orqanları üzrə etik məsələlər üzrə məsul şəxslər - etik müvəkkillər haqqında

məlumatlar və onlar üçün açılmış elektron ünvanlar öz əksini tapmışdır. Vətəndaşlar

saytın “müvəkillər” adlanan bölməsi vasitəsilə hər bir orqan üzrə etik müvəkkilin

qarşısında göstərilmiş e-poçt ünvanına daxil olmaqla açılan pəncərədə qeyd olunan

məlumatları doldurmaqla həmin etik müvəkkilə elektron formada müraciət edir. Dövlət

Page 28: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

28

orqanlarının internet saytı vasitəsilə qeyd edilən domenə çıxış imkanları yaradılmışdır.

Bununla da vətəndaşların dövlət orqanları üzrə müəyyən edilmiş etik müvəkkillərə

birbaşa elektron qaydada müraciət etmək imkanları yaradılmışdır. Bu sistem etik

məsələlər üzrə müraciətlərin araşdırılmasını nəzarətdə saxlamağa və etik davranış

qaydalarının pozulması ilə bağlı edilmiş şikayətlərin daha operativ araşdırılmasına imkan

verir.

Hesabat dövrü ərzində etik davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar

tərəfindən daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və

müddətdə baxılmışdır.

2015-ci il ərzində Komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı 22

müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 2-si Komissiyanın “Qaynar xətt”i

vasitəsilə edilmişdir. Müraciətlərdən 10-u Komissiyanın səlahiyyətlərinə aid olmadığından

baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilmiş (mərkəzi icra hakimiyyəti

orqanlarına 4 müraciət, yerli icra hakimiyyəti orqanlarına 2 müraciət, dövlət qulluğunun

xüsusi növü hesab olunan dövlət orqanlarına 3 müraciət, Məhkəmə Hüquq Şurasına 1

müraciət), 2-si məhkəmə icraatında olduğu üçün baxılmamışdır.

Komissiya tərəfindən baxılmış və araşdırılmış 10 müraciətdən 5-i mərkəzi icra

hakimiyyəti, 5-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularının

etik davranış qaydaları ilə bağlı olmuşdur.

Daxil olan 10 müraciətdə etik qaydalarla bağlı 22 pozuntunun olduğu qeyd

edilmişdir. Həmin müraciətlərdə 6 halda “Dövlət qulluqçularının etik davranış qaydaları

haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin (Loyallıq), 4 halda

8-ci maddəsinin (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və

işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət), 6 halda 9-cu

maddəsinin (Mədəni davranış), 1 halda 10-cu maddəsinin (Əmr, sərəncam və ya

tapşırıqların yerinə yetirilməsi), 1 halda 11-ci maddəsinin (Qərəzsizlik), 4 halda 12-ci

maddəsinin (Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə

edilməsinə yol verilməməsi) tələblərinin pozulması qeyd olunmuşdur.

Həmin müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma

aparılmış və nəticədə onlardan 6-sının əsassız, 4-nün isə əsaslı olduğu müəyyən

olunmuşdur. Əsaslı müraciətlərin hər 4-ü müsbət həll olunmuşdur.

Müsbət həll olunan müraciətlərdən 2-si mərkəzi icra hakimiyyəti orqanlarında, 2-si

isə yerli icra hakimiyyəti orqanında qulluq keçən dövlət qulluqçuları ilə bağlı olmuşdur.

Müsbət həll edilmiş müraciətlərin baxılması nəticəsində etik davranış qaydalarına dair

Page 29: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

29

qanunvericiliyin tələblərinin pozulması ilə qarşılaşmış vətəndaşlar müvafiq dövlət

orqanlarına dəvət edilmiş, vəzifəli şəxslər tərəfindən dinlənilmiş və müraciətlərində qeyd

etdikləri məsələlər üzrə qanunvericiliyə uyğun olaraq tədbirlər görülmüşdür.

Müsbət həll edilmiş müraciətlər aşağıdakılardır:

18 fevral tarixində vətəndaş müraciət edərək Kürdəmir Rayon İcra Hakimiyyətində

qəbulda olarkən İcra Hakimiyyəti başçısının Aparatında qulluq keçən dövlət

qulluqçusunun onunla kobud rəftar edərək “Dövlət qulluqçularının etik davranış qaydaları

haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9-cu maddələrinin tələblərini

pozduğunu bildirmişdir. Vətəndaşın müraciəti ilə bağlı Kürdəmir Rayon İcra

Hakimiyyətinə sorğu verilmişdir. Aparılmış araşdırma nəticəsində vətəndaş Rayon İcra

Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş və müraciətində qaldırdığı məsələ müsbət

həll olunmuşdur.

1 may tarixində vətəndaş müraciət edərək Qazax Rayon İcra Hakimiyyəti başçısının

Birinci Şıxlı kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən ona qarşı dövlət

qulluqçularının etik davranış qaydalarına dair qanunvericiliyin tələblərinin pozulduğunu

bildirmişdir. Vətəndaşın müraciətinə əlavə etdiyi sənədlərdən (Gəncə Apellyasiya

Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(104)-614/2014 nömrəli İcra vərəqəsi) dövlət

qulluqçusu tərəfindən ona qarşı dövlət qulluqçularının etik davranış qaydalarına dair

qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Komissiya Əsasnaməsinin

11.3-cü bəndinə uyğun olaraq Qazax Rayon İcra Hakimiyyətinə Birinci Şıxlı kənd inzibati

dairəsi üzrə nümayəndəsi barəsində etik davranış qaydalarına dair qanunvericiliyin

tələblərini pozduğu nəzərə alınaraq intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı

təqdimat verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən verilmiş məlumatda həmin dövlət

qulluqçusu barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun

25.2-ci maddəsinə əsasən töhmət tətbiq edildiyi bildirilmişdir.

14 iyul tarixində vətəndaş müraciət edərək Azərbaycan Respublikasının Təhsil

Nazirliyinin Zərdab rayon təhsil şöbəsinin müdirinin ona və həyat yoldaşına qarşı “Dövlət

qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun

8.2-ci və 9-cu maddələrinin tələblərini pozduğunu bildirmişdir. Vətəndaşın müraciəti ilə

bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə sorğu verilmişdir və aparılmış

araşdırmanın nəticəsində dövlət qulluqçusu tərəfindən etik davranış qaydası

pozuntusuna yol verildiyi müəyyən edilmiş və o, tutduğu vəzifədən azad edilmişdir.

6 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara

Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət”

Page 30: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

30

mərkəzində qulluq keçən dövlət qulluqçusu Komissiyanın inzibati binasına gələrək

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası

Qanununun 6.1-ci və 9-cu maddələrinin tələblərini pozaraq Komissiyanın əməkdaşları ilə

kobud rəftar edərək, onlara qarşı qeyri-mədəni davranış nümayiş etdirmiş və müraciət

etdiyi şöbənin iş rejimini pozmuşdur. Dövlət qulluqçusu tərəfindən etik davranış

qaydalarının pozulması və həmin pozuntuya görə müvafiq tədbirlərin görülməsi ilə bağlı

təqdimat verilmiş və Dövlət Agentliyi tərəfindən yaradılan xidməti yoxlama

komissiyasının rəyinə müvafiq olaraq dövlət qulluqçusu barəsində etik davranış

qaydalarını pozması nəzərə alınaraq intizam tenbeh tədbiri tətbiq olunaraq ona

töhmət verilmişdir.

Komissiya mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən etik davranış

qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların

ümumiləşdirilərək təhlil edilməsi ilə bağlı müvafiq iş aparmışdır. 3 dekabr 2015-ci il

tarixində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan

Respublikasının Qanununun 20.0.2-ci və 22.1.4-cü maddələrinə uyğun olaraq vicdanlı və

mədəni davranış, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə

hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və

digər etik davranış qaydalarını və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə

edən antikorrupsiya, etika məsələləri üzrə mütəmadi və davamlı təlimlərin keçirilməsi

tövsiyə edilmiş və il ərzində görülmüş maarifləndirmə tədbirləri (keçirilmiş treninqlər), etik

qaydaların pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh

tədbirləri barədə məlumatların Komissiyaya təqdim edilməsi barədə mərkəzi və yerli icra

hakimiyyəti orqanlarına məktublar göndərilmişdir. Yerli icra hakimiyyəti orqanlarına

göndərilmiş məktuba Ağcabədi Rayon İcra Hakimiyyəti, Hacıqabul Rayon İcra

Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti, Tovuz Rayon

İcra Hakimiyyəti, Xocalı Rayon İcra Hakimiyyəti, Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən

cavab verilməmişdir.

Qeyd edilən Qanunun 21-ci, 22.1.1-ci maddələrinə və Azərbaycan Respublikasının

Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.2-

ci bəndinin tələblərinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən

etik məsələlərlə bağlı məlumatların daha operativ qaydada Komissiyaya təqdim

edilməsinin təmin edilməsi məqsədilə “Etik davranış məsələləri üzrə məlumatın təqdim

edilmə Forması”nın elektron formada doldurulması üçün xüsusi proqram təminatı

Page 31: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

31

hazırlanmış və Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir. Dövlət orqanları bu

proqram təminatı vasitəsilə həmin orqanlarda keçirilmiş maarifləndirmə tədbirləri, etik

pozuntular və bu pozuntulara görə tətbiq edilmiş intizam tənbeh tədbirləri barədə

məlumatları Komissiyaya təqdim edirlər. Mərkəzi və yerli icra hakimiyyəti orqanları

tərəfindən etik məsələlər üzrə təqdim edilmiş məlumatlar təhlil edilmiş və

ümumiləşdirilmişdir.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan

Respublikasının Qanununa uyğun olaraq etik davranış qaydaları ilə bağlı 2015-ci il üzrə

ümumiləşdirilmiş məlumatlar hesabata əlavə edilir (Əlavə 16).

Xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci

maddəsinə əsasən Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli Qərarı ilə

təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”

inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun olan inzibati vəzifə tutan dövlət

qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarını müəyyən edir.

Xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədi dövlət qulluqçusunun təqvim ili

ərzində vəzifəsinin öhdəsindən gəlməsini və tutduğu vəzifəyə dair tələbləri yerinə

yetirməsini qiymətləndirməkdən, güclü və zəif cəhətlərini, həmçinin inkişafı üçün mövcud

potensialını aşkara çıxarmaq və gələcək inkişafını, təlimə olan tələbatlarını müəyyən

etməkdən, dövlət qulluqçusunun, onun qulluq keçdiyi dövlət orqanı və onun struktur

bölmələrinin fəaliyyətini təkmilləşdirməkdən ibarətdir.

Komissiyada qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüş, 2015-ci ilin

yanvarın 30-dək dövlət qulluqçularına qulluq funksiyalarına uyğun olaraq tapşırıqlar,

həmin tapşırıqlar üzrə meyarların mühümlük dərəcəsi müəyyən edilmiş və dekabrın 1-

dən isə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılmışdır.

Hesabat ilində dövlət orqanlarında xidməti fəaliyyətin qiymətləndirilməsinin

tətbiqinin daha səmərəli təşkil edilməsi, qiymətləndirilməni tətbiq edəcək dövlət

qulluqçularının bu sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq

tədbirlər görülmüşdür.

14, 15 yanvar tarixlərində Energetika Nazirliyində “Dövlət qulluqçusunun xidməti

fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə

Page 32: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

32

Nazirliyin mərkəzi aparatı üzrə şöbə müdiri və sektor müdiri vəzifəsində çalışanlar,

habelə kadr məsələlərinə məsul olan işçilər iştirak etmişdir. Təlimin ikinci günündə

Energetika Nazirliyinin tabeliyində olan Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz

Nəzarəti İdarəsinin yerli bölmələrinin rəhbərləri və kadr məsələləri üzrə məsul şəxsləri

iştirak etmişdir. Təlim xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri,

qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə

prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən

edilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar

çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə etmişdir. Təlimdə

dövlət qulluqçularının xidməti fəaliyyəti üzrə meyarların mühümlülüyü və dövlət

qulluqçularının xidməti fəaliyyətinə qiymət verilməsi ilə bağlı praktiki tapşırıqlar verilmiş,

təlim iştirakçıları tərəfindən həmin tapşırıqlar həll edilmiş, təlim iştirakçılarını

maraqlandıran suallar cavablandırılmışdır.

27 fevral tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə

Akademiyasında “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”

mövzusunda təlim keçirilmişdir. Təlim xidməti fəaliyyətin qiymətləndirilməsinin

məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili,

qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin)

müəyyən edilməsi, qiymətləndirmə meyarları və digər mövzuları əhatə etmiş, sonda təlim

iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Ümumilikdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı

keçirilən təlimlərdə dövlət orqanları üzrə (mərkəzi və yerli icra hakimiyyəti orqanları,

məhkəmə orqanları) 109 dövlət qulluqçusu iştirak etmişdir.

Xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə maarifləndirmənin daha effektiv təşkil

edilməsi və daha çox dövlət qulluqçusunu əhatə etməsi üçün “Dövlət qulluqçularının

xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn təlim kursu hazırlanmışdır.

Təlim kursunun hazırlanmasında məqsəd dövlət qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsi ilə bağlı məsələlərin nəzəri və praktiki cəhətdən öyrədilməsi, bu

sahədə mövcud biliklərin təkmilləşdirilməsi və sistemləşdirilməsindən, eyni zamanda

təlimin keçirilməsinə xərclənən vəsaitlərə qənaət etməklə və yeni informasiya

texnologiyalarından istifadə etməklə təlimlərdə iştiraka daha geniş auditoriyanın cəlb

edilməsindən ibarətdir.

Onlayn təlim kursu mətn formasında nəzəri məlumatları, video və animasiyaları, test

tapşırıqlarını və kazusları əhatə edir. Təlim kursu özündə “Xidməti fəaliyyətin

Page 33: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

33

qiymətləndirilməsi anlayışı, məqsədləri və sistemi”, “Xidməti fəaliyyətin qiymətləndirilməsi

prosesinin ilkin mərhələsi (tapşırıqların və meyarların mühümlük dərəcəsinin müəyyən

edilməsi)”, “Xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinin aralıq mərhələsi

(qiymətləndirmə dövrü)”, “Xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinin sonuncu

mərhələsi”, “Qiymətləndirmə ilə bağlı mümkün səhvlər” və “Təlimdən öyrəndiklərimizin

ümumiləşdirilməsi” mövzularını əhatə edən 6 modulu birləşdirir.

Onlayn təlim kursunun sınaq tətbiqi keçirilmiş və Komissiyanın əməkdaşları həmin

kursda təlimçi olaraq iştirak etmişdir. Qeyd olunan onlayn təlim kursu Komissiyanın

saytında yerləşdirilmiş və növbəti ildən həmin təlim modulundan istifadə etməklə dövlət

qulluqçuları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı”nın 8.4-cü bəndinə əsasən qiymətləndirmə sisteminin xüsusi proqram

təminatının yaradılması nəzərdə tutulmuşdur. Qeyd edilən bəndin icrasını təmin etmək

məqsədilə Komissiya tərəfindən xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin xüsusi

proqram təminatı yaradılmışdır. Proqram təminatına uyğun olaraq hər bir dövlət orqanına

istifadəçi adı və şifrə verilmişdir. Dövlət orqanları verilmiş istifadəçi adı və şifrədən istifadə

etməklə proqram təminatının “Tapşırıqlar” bölməsində həmin dövlət orqanında qulluq

keçən dövlət qulluqçusuna verilmiş tapşırıqları, onların verilmə tarixini və həmin

tapşırıqların icra müddətini, “Qiymətləndirmə və tədbirlər” adlanan digər bölməsində isə

qiymətləndirmə tarixini, xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə meyarların mühümlük

dərəcəsini, meyar üzrə fərdi qiyməti, xidməti fəaliyyət üzrə qiyməti, xidməti fəaliyyətin

qiymətləndirilməsinin nəticəsi əsasında dövlət qulluqçusu barəsində tətbiq olunması

nəzərdə tutulan tədbiri qeyd edir. Proqram təminatının üstün cəhəti ondan ibarətdir ki,

daxil edilmiş məlumatlar əsasında “Struktur bölmə üzrə qiymətləndirmənin nəticələri

barədə hesabat”ı (“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi

Qaydaları”na 2 nömrəli Əlavə) və “Qiymətləndirmənin nəticələrinə dair dövlət orqanı üzrə

yekun hesabat”ı (“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi

Qaydaları”na 3 nömrəli Əlavə) avtomatik olaraq əldə etmək mümkündür. Bununla da

qiymətləndirmə zamanı kağız daşıyıcılardan istifadə minimuma endiriləcək və

qiymətləndirmənin daha effektiv idarə edilməsi təmin olunacaqdır.

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın 9.6-cı

bəndinə uyğun olaraq dövlət orqanları üzrə qiymətləndirilmənin nəticələrinə dair yekun

hesabat mart ayının 1-dək Komissiyaya təqdim edilir. 2014-cü il üzrə dövlət orqanları

Page 34: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

34

üzrə qiymətləndirilmənin nəticələrinə dair yekun hesabatların 1 mart 2015-ci il tarixədək

Komissiyaya təqdim edilməsini təmin etmək məqsədilə 4 fevral 2015-ci il tarixdə mərkəzi

icra hakimiyyəti orqanları, onlara bərabər tutulan orqanlar, Nazirlər Kabineti yanında olan

icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına və məhkəmələrə məktublar

göndərilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, Nazirlər

Kabineti yanında olan icra hakimiyyəti orqanlarına göndərilmiş məktublara Energetika

Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Qiymətli

Kağızlar üzrə Dövət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu

üzrə Dövlət Komissiyası, Mərkəzi Seçki Komissiyasının Aparatı, Prezident yanında

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Müəllif Hüquqları

Agentliyi, Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən cavab verilməmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Alternativ və

Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Komissiyaya müraciət edərək

müəyyən obyektiv səbəblərdən 2014-cü il üzrə həmin orqanlarda qulluq keçən dövlət

qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılmasının mümkün

olmadığını, qiymətləndirmə prosesinin cari ildən tətbiq ediləcəyini bildirmişlər.

Yerli icra hakimiyyəti orqanlarına göndərilmiş məktublara Bərdə Rayon İcra

Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Hacıqabul Rayon İcra Hakimiyyəti, Kürdəmir

Rayon İcra Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyəti, Mingəçevir Şəhər İcra

Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti, Sabirabad

Rayon İcra Hakimiyyəti, Xankəndi Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra

Hakimiyyəti, Şamaxı Rayon İcra Hakimiyyəti, Şuşa Şəhər İcra Hakimiyyəti tərəfindən

cavab verilməmişdir. Qobustan Rayon İcra Hakimiyyəti Komissiyaya müraciət edərək

müəyyən obyektiv səbəblərdən 2014-cü il üzrə həmin orqanlarda qulluq keçən dövlət

qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılmasının mümkün

olmadığını, qiymətləndirmə prosesinin cari ildən tətbiq ediləcəyini bildirmişdir.

Məhkəmələrə göndərilmiş məktublara Bakı şəhəri Yasamal Rayon Məhkəməsi,

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsi, Bakı

şəhəri Sabunçu Rayon Məhkəməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi, Bakı şəhəri

Suraxanı Rayon Məhkəməsi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi, Ağsu Rayon

Məhkəməsi, Ağcabədi Rayon Məhkəməsi, Beyləqan Rayon Məhkəməsi, Biləsuvar Rayon

Page 35: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

35

Məhkəməsi, Daşkəsən Rayon Məhkəməsi, Zəngilan Rayon Məhkəməsi, Zərdab Rayon

Məhkəməsi, Yevlax Rayon Məhkəməsi, Kəlbəcər Rayon Məhkəməsi, Kürdəmir Rayon

Məhkəməsi, Goranboy Rayon Məhkəməsi, Masallı Rayon Məhkəməsi, Mingəçevir Rayon

Məhkəməsi, Neftçala Rayon Məhkəməsi, Saatlı Rayon Məhkəməsi, Sabirabad Rayon

Məhkəməsi, Salyan Rayon Məhkəməsi, Samux Rayon Məhkəməsi, Tərtər Rayon

Məhkəməsi, Tovuz Rayon Məhkəməsi, Füzuli Rayon Məhkəməsi, Xankəndi Şəhər

Məhkəməsi, Xocavənd Rayon Məhkəməsi, Xocalı Rayon Məhkəməsi, Hacıqabul Rayon

Məhkəməsi, Cəlilabad Rayon Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2

saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən

cavab verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, Bakı şəhəri Xəzər Rayon

Məhkəməsi, Quba Rayon Məhkəməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi və

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Komissiyaya müraciət edərək müəyyən obyektiv

səbəblərdən 2014-cü il üzrə həmin orqanlarda qulluq keçən dövlət qulluqçularının xidməti

fəaliyyətinin qiymətləndirilməsinin mümkün olmadığını, qiymətləndirmə prosesinin cari

ildən tətbiq ediləcəyini bildirmişlər.

Ümumilikdə 2014-cü il üzrə mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər

tutulan orqanlar, Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanları, yerli icra

hakimiyyəti orqanları və məhkəmələr üzrə inzibati vəzifələrin üçüncü-yeddinci

təsnifatlarına uyğun olan inzibati vəzifə tutan 8445 dövlət qulluqçusunun xidməti fəaliyyəti

qiymətləndirilmiş, onlardan 1449-nun fəaliyyəti əla, 5165-nin fəaliyyəti yaxşı, 1786-nın

fəaliyyəti qənaətbəxş, 45-nin fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirilmişdir.

Xidməti fəaliyyəti əla qiymətləndirilmiş 74 dövlət qulluqçusu barəsində növbəti ildə

də bu qiymətlə qiymətləndirildiyi və müvafiq vakant vəzifə mövcud olduğu halda daha

yuxarı vəzifəyə keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, 623 dövlət qulluqçusu

barəsində növbəti ildə də bu qiymətlə qiymətləndirildiyi halda barəsində həvəsləndirmə

tədbirlərinin görülməsi, 149 dövlət qulluqçusu barəsində növbəti ildə də bu qiymətlə

qiymətləndirildiyi halda rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil

edilməsi nəzərdə tutulmuşdur.

Xidməti fəaliyyəti yaxşı qiymətləndirilmiş 361 dövlət qulluqçusu barəsində növbəti 3

ildə də bu qiymətlə qiymətləndirildiyi və müvafiq vakant vəzifə mövcud olduğu halda daha

yuxarı vəzifəyə keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, 1837 dövlət qulluqçusu

barəsində növbəti 2 ildə də bu qiymətlə qiymətləndirildiyi halda barəsində həvəsləndirmə

tədbirlərinin görülməsi, 1395 dövlət qulluqçusu barəsində iş fəaliyyətinin və bacarıqlarının

daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Page 36: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

36

Xidməti fəaliyyəti qənaətbəxş qiymətləndirilmiş 1563 dövlət qulluqçusu barəsində iş

fəaliyyətinin yaxşılaşdırılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq

tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Xidməti fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilmiş 41 dövlət qulluqçusu barəsində

bu qiymətin növbəti qiymətləndirilmə zamanı dəyişmədiyi halda digər analoji vəzifəyə

keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlət orqanları tərəfindən qiymətləndirmə nəticəsində dövlət qulluqçularının

təlimlərə olan tələbatları müəyyən edilmiş və 508 halda xidməti fəaliyyətin

qiymətləndirilməsi, 328 halda normayaradıcılığı, 305 halda etik davranış qaydaları, 56

halda kargüzarlığın aparılması ilə bağlı olaraq bilik və bacarıqların təkmilləşdirilməsinə və

bununla əlaqədar təlimlərin keçirilməsinə ehtiyac olduğu qeyd olunmuşdur.

Mərkəzi icra hakimiyyəti orqanları, onlara bərabər tutulan orqanlar, Nazirlər Kabineti

yanında olan icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və məhkəmələr

tərəfindən Komissiyaya təqdim edilmiş 2014-cü il üzrə qiymətləndirilmənin nəticələrinə

dair yekun hesabatlar təhlil edilərək “2014-cü il üzrə dövlət qulluqçularının xidməti

fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı ümumi məlumat” hazırlanmışdır (Əlavə 17).

Məlumatlar öyrənilərkən dövlət qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsi zamanı aşağıdakı nöqsanlara yol verildiyi aşkar edilmişdir:

- qiymətləndirilmənin nəticələrinə dair yekun hesabatlar 1 mart 2015-ci il tarixədək

Komissiyaya təqdim edilməli olduğu halda bir sıra dövlət orqanları həmin

hesabatları daha gec tarixlərdə təqdim etmişdirlər;

- bir sıra hallarda bilavasitə rəhbərlər tərəfindən dövlət qulluqçularının xidməti

fəaliyyətinə qiymət verilərkən formal yanaşmalara yol verilmiş, dövlət orqanı üzrə

bütün dövlət qulluqçularının xidməti fəaliyyətinə yüksək qiymət verilmişdir. Bununla

da dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı bilavasitə

rəhbər tərəfindən həddindən artıq yumşaqlıq (Excessive Lenience) adlanan

mümkün səhvə yol verilmişdir;

- bir sıra hallarda dövlət orqanı üzrə bütün dövlət qulluqçularının xidməti fəaliyyəti

orta qiymətlə qiymətləndirilmişdir. Bununla da dövlət qulluqçusunun xidməti

fəaliyyətinin qiymətləndirilməsi zamanı bilavasitə rəhbər tərəfindən mərkəzi

tendensiya (Central Tendency) adlanan mümkün səhvə yol verilmişdir;

- bir sıra hallarda dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin

nəticəsinə uyğun olaraq onun barəsində tətbiq olunması nəzərdə tutulan tədbir

Page 37: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

37

həmin qiymətə dair “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi

Qaydaları” ilə müəyyən edilmiş tədbirlərə uyğun seçilməmişdir;

- bir sıra hallarda dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının

təkmilləşdirilməsinə ehtiyac olduğu qeyd olunsa da, təkmilləşdirilməli olan

bacarıqlar qeyd olunmamışdır;

- bir sıra hallarda isə dövlət qulluqçularının təkmilləşdirilməli olan bacarıqları onların

qulluq funksiyalarına uyğun müəyyən edilməmişdir (dövlət qulluqçusunun qulluq

funksiyaları çərçivəsindən kənara çıxmışdır).

2015-ci il üzrə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair

məlumatların müəyyən edilmiş müddətdə təqdim edilməsi üçün Komissiya tərəfindən

mərkəzi icra hakimiyyəti orqanları, onlara bərabər tutulan orqanlar, Nazirlər Kabineti

yanında olan icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və məhkəmələrə

30 noyabr tarixdə məktublar göndərilmişdir. Həmin məktublarda 2014-cü il üzrə

qiymətləndirilmənin nəticələrinə dair yekun hesabatların təhlili zamanı aşkarlanmış

xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə yol verilmiş nöqsanlar göstərilmiş, gələcək

fəaliyyətdə həmin nöqsanlara yol verilməməsi tövsiyə olunmuş, 2015-ci il üzrə xidməti

fəaliyyətin qiymətləndirilməsinə başlanılması, 2016-cı il üzrə tapşırıqların və meyarların

mühümlük dərəcəsinin müəyyən edilməsi xatırladılmışdır.

III.Vətəndaş müraciətlərinə baxılması sahəsində

Hesabat dövründə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”

Azərbaycan Respublikası Qanununa uyğun olaraq Komissiya tərəfindən vətəndaşların

müraciətlərinə baxılması və vətəndaşların qəbulu ilə bağlı zəruri tədbirlər görülmüşdür.

Vətəndaş müraciətlərinə baxılması və qəbulu zamanı 2015-ci il 30 sentyabr tarixli

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun və

“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın

aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası

Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi

barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələbləri də nəzərə alınmışdır.

Müraciətlərə baxılarkən “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin

təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 26 oktyabr tarixli 472 nömrəli Fərmanına uyğun olaraq Komissiya tərəfindən

təsdiq edimiş 2011-ci il 24 fevral 50 nömrəli əmrə əsasən vətəndaşlar tərəfindən daxil

Page 38: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

38

olan müraciətlər müəyyən olunmuş qaydada və müddətdə araşdırılaraq cavablandırılmış,

nəzarət qaydasında daxil olan və əlavə öyrənilməsi, yoxlanılması tələb edilməyən

müraciətlərin 5 gün ərzində araşdırılaraq cavablandırılması təmin edilmişdir.

Ümumilikdə Komissiyaya il ərzində 2029 müraciət daxil olmuşdur ki, onun 789-u

elektron müraciət və sorğudur. Daxil olan 789 elektron müraciət və sorğudan 518-i

müsabiqələrdə iştirak üçün vətəndaşların şəxsi məlumatları (CV), 80 sorğu dövlət

qulluğuna qəbul qaydaları ilə bağlı, qalan sorğular isə növbəti müsabiqənin, test və

müsahibə imtahanlarının tarixi, müsahibə proqramları və digər məlumatların alınması ilə

bağlı olmuşdur. Kağız daşıyıcılar vasitəsilə daxil olan 1240 yazılı müraciətdən 938-i ərizə,

302-si şikayət formasında olmuşdur. 1240 yazılı müraciətdən 24-ü Komissiyanın

səlahiyyətlərinə aid olmadığından, baxılması üçün aidiyyəti orqanlara göndərilmişdir.

Daxil olan müraciətlərdən 355-i müsahibədə iştirak etmək üçün sənədlərin təqdim

edilməsi, 183-ü işlə təmin olunma, 32-si pensiyanın hesablanması, 173-ü müsahibə

nəticəsindən şikayət, 27-si test imtahanı mərhələsinin nəticəsindən narazılıq, 59-u dövlət

məmurundan şikayət, 31-i işlədiyi müddətin dövlət qulluğu hesab edilməməsi və digər

məsələlərlə bağlı olmuş və həmin müraciətlərə müvafiq izahat verilmişdir. Müsahibə

nəticəsindən şikayət ilə bağlı daxil olan 34 müraciət müsahibələrin yenidən keçirilməsi ilə

bağlı qərar qəbul edilərək həll olunub. Daxil olan müraciətlərdən 45-i isə hal-hazırda

icraatdadır. Komissiyaya Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından

165 müraciət daxil olmuşdur. Qeyd edilən müraciətlərdən 9-u nəzarət qaydasında daxil

olan müraciətdir. Nəzarət qaydasında daxil olan vətəndaş müraciətləri araşdırılarkən

vətəndaşlar Komissiyaya dəvət edilmiş, onlara hüquqları və qanunvericiliyin tələbləri izah

edilmişdir. Nəzarət qaydasında daxil olan müraciətlər üzrə həm Prezidentin

Administrasiyasına, həm də vətəndaşlara müraciətlərinin araşdırılmasının nəticəsi barədə

yazılı cavab göndərilmişdir. Prezidentin Administrasiyasından Komissiyaya daxil olmuş

digər müraciətlər araşdırılarkən də vətəndaşlar Komissiyaya dəvət edilmiş, onlara

qanunvericiliyin tələbləri izah edilmiş və hüquqları barədə məlumat verilmişdir. Bəzi

vətəndaşlar regionlarda yaşadığı üçün qəbula gələ bilməyəcəyini bildirmiş, bir qismi isə

qəbula gəlməkdən imtina etmişdir. Daxil olan bütün müraciətlər üzrə vətəndaşlara

müraciətlərinin araşdırılmasının nəticəsi barədə yazılı cavab göndərilmişdir. Daxil olan

müraciətlərdən 15-i Komissiya tərəfindən nəzarətə alınmaqla baxılmışdır. Nəzarət

qaydasında daxil olan əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətlər 5

gün ərzində araşdırılaraq cavablandırılmışdır. Vətəndaş müraciətlərinin araşdırılması ilə

bağlı zəruri hallarda müvafiq orqanlara sorğu verilmiş və bu barədə vətəndaş dərhal

Page 39: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

39

məlumatlandırılmışdır. Eyni zamanda 2015-ci il ərzində vətəndaşların “Qaynar xətt”

xidməti vasitəsi ilə Komissiyaya etdiyi müraciətlərə operativ şəkildə baxılmış və

cavablandırılmışdır. “Qaynar xətt” vasitəsi ilə daxil olan şikayət xarakterli müraciətlərin

2-si dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməməsi ilə bağlı olmuşdur.

Komissiyada vətəndaşların qəbulu ilə də bağlı zəruri tədbirlər görülmüşdür. Komissiyanın

rəhbərliyi və digər vəzifəli şəxslərinin qəbul günləri və saatları barədə məlumat

Komissiyanın internet saytında və inzibati binasının girişində yerləşdirilmişdir. Komissiya

sədri əvvəlcədən məlumat verilən günlərdə və saatlarda vətəndaşları qəbul etmişdir.

Zəruri hallarda müraciət edən vətəndaşların qəbulu Komissiyanın sədri tərəfindən digər

günlərdə də həyata keçirilmişdir. Komissiya sədri tərəfindən il ərzində 57 vətəndaş qəbul

edilmişdir. Komissiyanın digər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu yalnız

əvvəlcədən müəyyən edilmiş günlərdə deyil, həftənin bütün iş günlərində həyata

keçirilmişdir.

IV. Dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlıq sahəsində

Komissiya dövlət qulluğu sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və

tətbiqi, milli dövlət idarəçiliyinin və Azərbaycan dövlət qulluğu modelinin təbliği

məsələsinə xüsusi önəm verir. Bu məqsədlə 2015-ci ildə Komissiya müxtəlif ölkələrin

dövlət qulluğu sahəsinə məsul olan qurumları və beynəlxalq təşkilatlar ilə əməkdaşlığını

davam etdirmiş, milli dövlət qulluğu modelinin üstünlükləri barədə beynəlxalq tədbirlərdə

ictimaiyyəti məlumatlandırmış, bu sahədə təcrübə və məlumat mübadiləsi həyata

keçirmişdir.

28 yanvar tarixində Komissiyanın sədri Almaniya Beynəlxalq Əməkdaşlıq

Cəmiyyətinin (GIZ) Azərbaycandakı nümayəndəliyinin sabiq direktoru, yeni təyin olunmuş

direktoru və layihə menecerindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür. Görüş

zamanı Komissiyanın fəaliyyət istiqamətləri və şəffaflığın təmin edilməsi barədə

qonaqlara ətraflı məlumat verilmişdir. Komissiya və GIZ arasında qarşılıqlı əməkdaşlıq və

tərəfdaşlıq üzərində qurulmuş münasibətlər, “Azərbaycanda dövlət qulluğu islahatlarına

dəstək” layihəsi çərçivəsində birgə uğurla həyata keçirilmiş tədbirlər, hazırda Avropa

İttifaqı tərəfindən maliyyələşdirilən və GIZ-in tərəfdaşı olduğu “İnstitusional İslahat Planı

3”-ün həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” layihəsi çərçivəsində əməkdaşlıq haqqında

fikir mübadiləsi aparılmışdır.

Page 40: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

40

27 mart tarixində Komissiyanın nümayəndəsi Rumıniyanın paytaxtı Buxarest

şəhərində “Dövlət idarəçiliyində etika” mövzusunda keçirilmiş beynəlxalq konfransda

iştirak etmişdir. Konfransda Azərbaycanla yanaşı Rumıniya, Böyük Britaniya, Fransa,

Serbiya, Polşa, Gürcüstan, Moldova və digər ölkələrin dövlət qulluğu məsələləri üzrə

ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak etmişlər. “Avropa İttifaqının üzvü olan

ölkələrin dövlət idarəçiliyində etik sistemlər”, “Avropa Komissiyasında etik sistem –

prosedurlar və alətlər” və “Davranış qaydaları və intizam icraatının həyata keçirilməsinə

nəzarət” mövzularında təqdimatlar edilmiş, iştirakçı ölkələrin nümayəndələri öz

təcrübələrini bölüşmüşlər. Konfransda Komissiyanın nümayəndəsi “Dövlət qulluğunda

etika – Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təqdimatla çıxış etmiş və

iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

31 mart - 2 aprel tarixlərdə Komissiyanın nümayəndələri Finlandiyanın paytaxtı

Helsinki şəhərində “İştirakçı demokratiya, açıq idarəçilik və səmərəli e-hökumət xidmətləri

(PADOS)” layihəsinin açılış konfransında və layihə çərçivəsində təşkil edilmiş təlim

səfərində iştirak etmişlər. Layihə Şərq Tərəfdaşlığı ölkələrində siyasi qərarların

qəbulunda vətəndaş iştirakçılığının təmin edilməsi, açıq idarəçilik mexanizmini

gücləndirəcək yeni alətlərin təqdim edilməsi, informasiya texnologiyalarının tətbiqində və

e-idarəçilik xidmətlərinin inkişafında dəstəyin göstərilməsi, potensial quruculuğu tədbirləri

vasitəsi ilə dövlət idarəçiliyi islahatlarının və açıq idarəçiliyin sürətləndirilməsi,

seminarların, qarşılıqlı təcrübə mübadiləsi platformalarının, yeni innovativ pilot model və

yanaşmaların təşkil edilməsi məqsədini daşıyır. Konfransda “Estoniyada e-hökumət və

açıq idarəçilik”, “Kibertəhlükəsizlik”, “Açıq və birbaşa iştirakçılıq: Finlandiyada inkişaf

üçün demokratik xidmətlər”, “Estoniyanın islahatları və tənzimləyici tədbirlər”,

“Finlandiyada mərkəzi idarəçilik islahatları” və digər mövzularda çıxışlar edilmişdir.

Konfransdan sonra 2 gün davam edən təlimlərdə Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq

qurumlarının nümayəndələri ilə yanaşı Estoniya və Finlandiyanın dövlət qulluqçuları və

ekspertləri də iştirak etmişlər. Nümayəndə heyətləri üçün layihənin komponentləri, dövlət

idarəçiliyi və dövlət qulluğu sistemində Finlandiyanın Dövlət İdarəçiliyi İnstitutunun

(HAUS) rolu və funksiyaları, dövlət idarəçiliyində liderliyin inkişafında fin təcrübəsi, dövlət

idarəçilik sistemi və liderlərə verilən dəstək, Finlandiya Maliyyə Nazirliyində son islahatlar,

Finlandiyada e-Hökumət siyasəti, məlumat mübadiləsi xidmətləri, bu sahədə Estoniya ilə

əməkdaşlıq, e-İdentifikasiya islahatları, rəqəmsal xidmətlər, açıq məlumat siyasəti və

məlumatların mühafizəsi mövzularında təqdimatlar edilmişdir.

Page 41: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

41

23, 24 noyabr tarixlərdə Bakı şəhərində Komissiya Finlandiya Dövlət İdarəçiliyi

İnstitutu ilə birlikdə “İştirakçı demokratiya, açıq idarəçilik və səmərəli e-hökumət xidmətləri

(PADOS)” layihəsi çərçivəsində dövlət qulluqçuları üçün seminar təşkil etmişdir.

Seminarın məqsədi vətəndaşların siyasi qərarların qəbul edilməsinə təsiri, şəffaf

idarəetmə və e-hökumət xidmətlərinin təşkili sahəsində Finlandiya və Estoniyanın

təcrübəsinin öyrənilməsi olmuşdur. Seminarda “PADOS layihəsi və Azərbaycandakı

seminar haqqında qısa məlumat”, “E-demokratiyanın və vətəndaş iştirakçılığının

çətinlikləri”, “Dövlət sektorunda islahatlarda və idarəçiliyin məhsuldarlığında olan

çətinliklər”, “ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə tanışlıq”, ”Dövlət idarələri arasında

məlumat və informasiya mübadiləsi”, ”Finlandiyada rəqəmsal xidmətlər üzrə milli

struktur”, ”Azərbaycanın dövlət qulluğu sistemi və Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti”, ”Finlandiyada dövlət

qulluğu sistemi və dövlət qulluğu təlimləri” mövzuları ilə bağlı təqdimatlar dinlənilmişdir.

1-6 may tarixlərdə Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin

nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Nazirliyin Cənubi

Qafqaz üzrə məsul mütəxəssisi və Almaniya Federativ Respublikasının Tbilisidəki

səfirliyinin İnkişaf üçün əməkdaşlıq şöbəsinin rəhbəri Komissiyanın və Almaniya

Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə həyata keçirdiyi “Avropa İttifaqı məsələləri

diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək”

layihəsinin ofisini ziyarət etmişlər. Layihə Avropa İttifaqı və Almaniya İqtisadi Əməkdaşlıq

və İnkişaf Federal Nazirliyi tərəfindən birgə maliyyələşdirilir. Nümayəndə heyəti layihə

çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmışdır. Qonaqlar layihənin

gedişatını, o cümlədən Komissiyanın layihə çərçivəsində işini müsbət qiymətləndirmişlər.

4-9 may tarixlərdə Komissiyanın Aparat rəhbərinin başçılığı ilə Azərbaycan

Respublikasının 5 dövlət orqanını təmsil edən 10 nəfərdən ibarət nümayəndə heyəti

Türkiyə Respublikasına səfər etmişdir. Səfər “Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət

Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”na

uyğun olaraq idarəçiliyin təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədi

ilə həyata keçirilmişdir. Nümayəndə heyəti Türkiyə Respublikasının Dövlət Kadrlar

İdarəsinin rəhbəri ilə görüşmüş və onlar üçün “Dövlət Kadrlar İdarəsinin təşkilati quruluşu,

vəzifə və səlahiyyətləri” və “Türkiyədə dövlət qulluğu sistemi” mövzularında təqdimatlar

edilmişdir.

Page 42: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

42

11-15 may tarixlərdə Bakıda Çexiyanın Xarici İşlər Nazirliyi və Avropa İttifaqının

Xarici Fəaliyyət Xidmətinin birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı çərçivəsində yerli və

regional səviyyələrdə dövlət idarəçilik islahatları” mövzusunda seminar keçirilmişdir.

Seminarda Şərq Tərəfdaşlığı Proqramının beş üzv ölkəsinin və Avropa İttifaqının üzv

ölkələrinin (Çexiya, Avstriya, Estoniya, Litva, Portuqaliya, Slovakiya və İsveç) mərkəzi,

yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, qeyri-hökumət təşkilatlarının, akademik

qurumların nümayəndələri də iştirak etmişdir. Seminar müddətində “Şərq Tərəfdaşlığı:

Proqram necə işləyir?”, “Avropa qonşuluğu aləti: Aİ layihəsinin maliyyələşməsi”, “Yerli

idarəetmədə islahatın konstitusional aspektləri, kazus 1: Çex Respublikası”, “Yerli

idarəetmə və yerli demokratiya: Portuqaliya təcrübəsi”, “E-hökumətin cari problemləri:

Avstriya təcrübəsində”, “Azərbaycanda yerli səviyyədə idarəetmənin islahatı”, “Rəqəmsal

medianın idarəetmədə rolu” və s. mövzularda təqdimatla çıxışlar olmuş, yerli və regional

səviyyələrdə Azərbaycan, Çexiya, Portuqaliya, İsveç, Avstriya, Estoniya təcrübələrində

dövlət idarəçilik islahatları barədə məlumatlar dinlənilmişdir.

12 may tarixində Komissiyanın sədri Qazaxıstan Respublikasının ölkəmizdəki

fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür. Görüşdə ölkələr arasında olan

əməkdaşlıq və dostluq münasibətlərinin yüksək səviyyədə olduğu bildirilmiş, iki ölkə

arasında təcrübə mübadiləsinin vacibliyi, dövlət qulluğunda antikorrupsiya və şəffaflıq

tədbirlərinin zəruriliyi, dövlət qulluğu sahəsi üzrə fəaliyyətin prioritet istiqamətləri müzakirə

edilmişdir. Dövlət qulluğuna qəbul prosesində Qazaxıstan Respublikasının təcrübəsinin

öyrənildiyini qeyd edən sədr Azərbaycanın bu sahədə əldə etdiyi uğurlardan danışmışdır.

Azərbaycanın dövlət qulluğu sahəsində daha irəli gedərək əldə etdiyi təcrübənin müsbət

nəticələrinin Qazaxıstanda böyük maraqla qarşılandığını nəzərə çatdıran səfir bu

təcrübənin, xüsusi ilə də dövlət qulluğuna qəbul prosesində obyektivlik və şəffaflığın

təmin edilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət

qulluqçularının etik davranış qaydaları, rotasiyası, əməyinin ödənilməsi, pensiya təminatı,

korrupsiyaya qarşı mübarizə və s. kimi məsələlərin öyrənilməsinin ölkələri üçün önəmli

olduğunu vurğulamışdır. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlət qulluğu

sahəsində iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri və digər məsələlər də

müzakirə olunmuşdur.

12 may tarixində Komissiyanın nümayəndəsi Fransanın Strasburq şəhərində

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində “Korrupsiyaya qarşı mübarizə

və səmərəli idarəçiliyin gücləndirilməsi; çirkli pulların yuyulmasına qarşı mübarizə”

regional layihəsinin açılışında iştirak etmişdir. Tədbirin keçirilməsində məqsəd regional

Page 43: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

43

layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planının müzakirəsi və

razılaşdırılması olmuşdur. Tədbirdə layihə mövzusunda təqdimat edilmiş, əməkdaşlıq

proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər planının müzakirəsi aparılmış,

iştirakçı dövlətlər üçün təklif olunan tədbirlər planı ilə bağlı təqdimatlar olmuşdur.

Tədbirdə “Azərbaycanda korrupsiyaya qarşı mübarizə və korrupsiyadan mühafizə

imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində etika və korrupsiyaya qarşı mübarizə

üzrə təlim modulunun təkmilləşdirilməsi, təkmilləşdirilmiş təlim modulu ilə bağlı pilot

layihənin ən azı 5 dövlət orqanında tətbiqi, etika və korrupsiyanın qarşısının alınması

mövzusunda broşürlərin hazırlanması və bu sahədə mövcud qabaqcıl təcrübənin

öyrənilməsi məqsədilə regional tədbirin keçirilməsi ilə bağlı təkliflər verilmişdir.

14 may tarixində Bakıda Komissiya və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin

birgə təşəbbüsü ilə “Azərbaycan Respublikasının dövlət qulluğunda son yeniliklər”

mövzusunda seminar təşkil edilmişdir. Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının

“Demokratiya, yaxşı idarəçilik və sabitlik Platforması”nın Dövlət Qulluğu İslahatları Paneli

çərçivəsində təşkil olunan bu tədbirdə Azərbaycanın dövlət orqanlarının nümayəndələri

ilə yanaşı Ukrayna, Belarus, Gürcüstan və Moldovadan dövlət qulluğuna məsul olan

dövlət qurumlarının və dövlət idarəçilik akademiyalarının nümayəndələri, Avropa

İttifaqının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və BMT-nin İnkişaf

Proqramının Azərbaycan Respublikasındakı nümayəndəliklərinin əməkdaşları iştirak

etmişlər. Seminarın keçirilməsində məqsəd dövlət idarəçiliyi və dövlət qulluğu, eləcə də

vətəndaşlara göstərilən keyfiyyətli və innovasiyalara əsaslanan dövlət xidmətləri

sahəsində Azərbaycan Respublikasının mövcud təcrübəsini Şərq Tərəfdaşlığı

Proqramının iştirakçı ölkələrinə çatdırmaq və bu sahədə fikir mübadiləsi aparmaq

olmuşdur. Seminarda digər ölkələrin dövlət qulluğu sahəsində mövcud təcrübələri də

iştirakçılara təqdim olunmuşdur. Tədbirdə “Azərbaycanda dövlət qulluğunun

səmərəliliyinin artırılması mexanizmləri”, “Aİ – Azərbaycan əməkdaşlığı, Aİ yardım

alətləri”, “Müasir innovasiyaların tətbiq edilməsi və şəffaflığın artırılması şəraitində dövlət

xidmətlərinin çatdırılmasında əldə olunan nailiyyətlər”, “Müasir problemlər şəraitində

Ukraynada dövlət qulluğunun islahatlarının innovativ prinsipləri” mövzularında təqdimatlar

edilmişdir.

19-22 may tarixlərdə Komissiya sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti

Qazaxıstan Respublikasında səfərdə olmuşdur. Səfərin məqsədi VIII Astana İqtisadi

Forumu çərçivəsində Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri və

Korrupsiya ilə Mübarizə Agentliyinin, Qazaxıstan Respublikasının Prezidenti yanında

Page 44: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

44

Dövlət İdarəçilik Akademiyasının və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə

“Meritokratiya və qulluq etikası effektiv dövlət qulluğunun əsas amilləri kimi” mövzusunda

keçirilən konfransda iştirak etmək və iki ölkə arasında dövlət qulluğu sahəsində

əməkdaşlıq istiqamətlərini müzakirə etməkdən ibarət olmuşdur. Konfrans çərçivəsində

Komissiya sədri “Meritokratiya: Azərbaycanda dövlət qulluğunun effektivliyinin

artırılmasının mexanizmləri” mövzusunda təqdimatla çıxış etmiş və bu sahədə

Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir. Sədr çıxışı zamanı Azərbaycanda

dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları, xidməti fəaliyyətin

qiymətləndirilməsi zamanı ortaya çıxan problemlər və onların aradan qaldırılması yolları,

xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində həyata keçirilməsi nəzərdə tutulan

tədbirlər barədə də danışmışdır. Konfrans müddətində Qazaxıstan Respublikasının

Dövlət Qulluğu Məsələləri və Korrupsiya ilə Mübarizə Agentliyinin sədri və BMT-nin

İnkişaf Proqramının Dövlət Qulluğu Sahəsində Sinqapur Bilik Mərkəzinin rəhbəri ilə

görüşlər keçirilmiş, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

23 may tarixində Komissiyanın nümayəndəsi Gürcüstanın paytaxtı Tbilisi şəhərində

Mərkəzi və Şərqi Avropa üzrə Dövlət İdarəçiliyi İnstitut və Məktəbləri Şəbəkəsinin

(NISPAcee) 23-cü illik Konfransında iştirak etmişdir. Konfransın keçirilməsində məqsəd

daxili və xarici resurslardan istifadənin dövlət qulluğu islahatlarına təsiri məsələləri üzrə

fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur. Tədbirdə müasir dövlət idarəetmə

problemləri və zamanın çağırışları, dövlət maliyyəsinin idarə edilməsi, ictimai təşkilatlarda

islahatların həyata keçirilməsi, ictimai xidmətlərin inkişafı və bir çox mühüm məsələlər

müzakirə olunmuşdur. Komissiyanın nümayəndəsi konfransın plenar sessiyalarında və

işçi qruplarında keçirilən müzakirələrdə iştirak etmiş və insan resurslarının idarə

olunması, kadrların seçilməsi, dövlət qulluqçularının işə qəbulu, etik davranış

qaydalarının hazırlanması və tətbiqi sahəsində Azərbaycan təcrübəsini konfrans

iştirakçılarının diqqətinə çatdırmışdır.

4 iyun tarixində Komissiyanın nümayəndəsi İsveçin paytaxtı Stokholm şəhərində

“Demokratiya, yaxşı idarəçilik və stabillik” adlı Platformanın Dövlət İdarəçiliyi İslahatları

Panelinin 8-ci iclasında iştirak etmişdir. Tədbirdə Şərq Tərəfdaşlığı ölkələri ilə yanaşı,

Çexiya Respublikası, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa, İsveç, Niderland, Avropa

Şurası, Avropa Xarici Fəaliyyət Xidməti, Regionlar Komitəsi, Avropa İttifaqının

nümayəndəliyi, Vətəndaş Cəmiyyəti Forumunun nümayəndələri iştirak etmişdir.

Komissiyanın nümayəndəsi Panelin birinci sahəsi üzrə (dövlət qulluğu, dövlət idarəçiliyi

təşkilatları və onların fəaliyyəti) 2014-2015-ci illərdə Azərbaycanda keçirilmiş tədbirlər və

Page 45: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

45

onların əhəmiyyəti barədə görüş iştirakçılarını məlumatlandırmışdır. Tədbir zamanı Şərq

Tərəfdaşlığı ölkələrində yüksək keyfiyyətli araşdırmaların aparılması (HIQSTEP)

Layihəsinin təqdimatı olmuş, “Şərq Tərəfdaşlığı ölkələrində yerli və regional səviyyələrdə

dövlət idarəçiliyi islahatları”, “Yerli idarəetmə sahəsində İsveçin fəaliyyəti”, “Holland qeyri-

rəsmi yanaşma modeli”, “Gürcüstanda dövlət xidmətlərinin çatdırılmasının əsas

aspektləri” kimi mövzular barədə məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

30 iyun-1 iyul tarixlərdə Komissiyanın nümayəndələri Gürcüstanın Batumi şəhərində

Qazaxıstan Respublikasının paytaxtı Astanada fəaliyyət göstərən Dövlət Qulluğu

sahəsində Regional Xabın və Gürcüstanın Dövlət Qulluğu Bürosunun birgə təşkilatçılığı

ilə “Korrupsiya ilə mübarizə və peşəkar vicdanlılıq: dövlət qulluğu sahəsində Regional

Xabın iştirakçı ölkələrinın təcrübəsi” mövzusundakı konfransda iştirak etmişlər.

Konfransın keçirilməsində məqsəd iştirakçı ölkələrin korrupsiyaya qarşı mübarizə

sahəsində təcrübələrini öyrənmək, bu sahədə birgə əməkdaşlıq və yeniliklərin tətbiqi

imkanlarının müzakirəsi olmuşdur. Tədbirdə Komissiyanın nümayəndəsi “Azərbaycan

Respublikasının antikorrupsiya sistemi” mövzusunda təqdimatla çıxış etmiş, ölkəmizdə

bu sistemin hüquqi əsasları və əsas mexanizmləri haqqında konfrans iştirakçılarına

məlumat vermişdir.

9,10 iyul tarixlərində Bakıda Komissiyanın, BMT-nin İnkişaf Proqramının və

Qazaxıstan Respublikasının paytaxtı Astanada yerləşən Dövlət Qulluğu sahəsində

Regional Xabın birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyi islahatları müddətində potensial

quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın keçirilməsində

məqsəd dövlət idarəçiliyi sistemində aparılan islahatlar nəticəsində dövlət qulluqçularının

peşəkarlığının artırılması sahəsində əldə edilən təcrübə mübadiləsi ilə bölüşmək

olmuşdur. Konfrans Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT-nin İnkişaf Proqramı və

Komissiya tərəfindən birgə həyata keçirilən “Hərtərəfli İnstitusional Quruculuq

Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan

Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək”

layihəsi çərçivəsində keçirilmişdir. Konfransda 25 ölkənin dövlət qulluğu sahəsində

ixtisaslaşmış qurumlarının və təlim mərkəzlərinin rəhbər vəzifəli şəxsləri, Azərbaycanda

akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, korrupsiyaya qarşı mübarizə üzrə

ixtisaslaşmış QHT-lərin rəhbərləri, Azərbaycan Respublikasının dövlət orqanlarının

nümayəndələri, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Almaniya Beynəlxalq

Əməkdaşlıq Cəmiyyətinin Bakı ofislərinin rəhbərləri və əməkdaşları olmaqla 120-dən

artıq nümayəndə iştirak etmişdir. Konfransda “Dövlət qulluqçularının potensialının

Page 46: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

46

inkişafına qoyulan investisiyaların geri qayıtması”, “Dövlət idarəçilik islahatları nəticəsində

dövlət qulluğunda mədəni dəyişikliklər” mövzusunda plenar sessiyalar keçirilmiş,

“Regional platformalar dövlət qulluqçularının potensialının artırılmasında alət kimi” və

“Dövlət idarəçiliyi islahatları çərçivəsində dövlət qulluğu üzrə təlim mərkəzlərinin

yaradılması” mövzusunda təqdimatlar olmuş, inzibati idarəçilikdə dövlət qulluqçularının

peşəkar inkişafı mövzuları ətrafında müzakirələr aparılmışdır. Konfrans iştirakçıları Fəxri

və Şəhidlər xiyabanlarını ziyarət etmişlər.

10 iyul tarixində Komissiyanın sədri Çin Xalq Respublikasının İnsan Resursları və

Sosial Təhlükəsizlik Nazirliyinin Dövlət Qulluğu üzrə Dövlət Administrasiyasının sədr

müavini ilə görüşmüşdür. Görüşdə iki dövlət arasında dövlət qulluğu və dövlət idarəçiliyi

məsələləri üzrə əməkdaşlıq və ənənəvi dostluq münasibətlərinin daha da

möhkəmləndirilməsi, dövlət idarəçiliyi və dövlət qulluğunda təkmilləşmə və müasirləşmə,

ikitərəfli əməkdaşlıq məsələləri üzrə təcrübə mübadiləsinin mövcud əlaqələrin

genişləndirilməsinə xidmət etdiyi qeyd edilmişdir.

10 iyul tarixində Komissiyanın sədri Rumıniyanın Dövlət Qulluqçularının Milli

Agentliyinin prezidenti ilə görüşmüşdür. Görüş zamanı Rumıniya ilə Azərbaycanın dost

ölkə olduğu, iki dövlət arasında dövlət qulluğu sahəsində əlaqələrin artan templə inkişaf

etdiyi qeyd edilmişdir. Görüşdə dövlət qulluğu sahəsində ölkələrin təcrübələrinin

öyrənilməsinə, hər iki təşkilat arasında əməkdaşlığın yüksəldilməsinə xidmət edəcək

“Komissiya ilə Rumıniyanın Dövlət Qulluqçularının Milli Agentliyi arasında

memorandum”un imzalanmasının zəruriliyi bildirilmişdir.

27-31 iyul tarixlərdə Komissiyanın və BMT-nin İnkişaf Proqramının Bakı ofisinin

əməkdaşları dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində Latviya və Litva təcrübəsinin

Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsi məqsədi ilə bu ölkələrdə təlim səfərində

olmuşlar. Təlim səfəri Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında imzalanmış

Hərtərəfli İnstitusional Quruculuq Proqramının 3-cü İnstitusional İslahat Planının icrası

məqsədi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı

tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil edilmişdir. Təlimlər Latviya Dövlət

İdarəçilik Məktəbinin, Latviyanın İqtisadiyyat və Mədəniyyət Universitetinin, Latviya

Respublikasının Dövlət Katibliyinin əməkdaşları tərəfindən “Latviya Dövlət İdarəçilik

Məktəbinin fəaliyyəti”, “Latviya dövlət administrasiyasında Avropa İttifaqı barədə təlimlər”,

“Dövlət İdarəçilik Məktəbinin təsis edilməsi və 2000-ci ilə kimi tarixi”, “Siyasətin

koordinasiya edilməsi – dövlət idarə etməsində islahatın əsas çağırışı”, “Latviyada yaxşı

idarəçilik prinsipləri – dövlət idarə etməsində struktur dəyişiklikləri” və “Dövlət idarə

Page 47: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

47

etməsində insan resurslarının inkişaf etdirilməsi siyasəti” mövzularında təqdimatlar

edilmişdir. Səfər çərçivəsində 29, 30 iyul tarixlərdə Komissiyanın və BMT-nin İnkişaf

Proqramının Bakı ofisinin əməkdaşları Litvanın paytaxtı Vilnüsdə Litva İdarəçilik

İnstitutunun ofisində İnstitutun və Litvanın Dövlət Qulluğu Departamentinin

nümayəndələrinin “İnstitutla tanışlıq: səlahiyyət və fəaliyyətə dair ümumi məlumat”,

“İnstitutda təlim tələblərinin qiymətləndirilməsi metodologiyası”, “İnstitutda təlimlərin

keyfiyyətinin qiymətləndirilməsi alətləri və təlimçilərin xidməti fəaliyyətinin

qiymətləndirilməsi sistemi”, “Təlimlərin təlimdə iştirak edənlərin iş keyfiyyətinə təsirinin

qiymətləndirilməsi”, “Avropa İttifaqına daxil olmamışdan öncə İnstitutun təlim təcrübəsi”,

“Litvanın dövlət qulluğu sisteminə ümumi baxış” və “Litvada dövlət qulluqçularının

inkişafının və təlimə cəlb edilməsinin qanunvericilik əsaslarına baxış” mövzularında

çıxışlarını dinləmişdir.

25, 26 avqust tarixlərdə Komissiyanın nümayəndəsi Qırğızıstanda “Dövlət

qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda keçirilmiş konfransda

iştirak etmişdir. Konfrans Qazaxıstan Respublikasının paytaxtı Astanada yerləşən Dövlət

Qulluğu sahəsində Regional Xabın və Qırğızıstan Respublikasının Dövlət Kadrlar

Xidmətinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Konfransın keçirilməsində əsas məqsəd

dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində üzv ölkələrin

təcrübələrini öyrənmək, bu sahədə yeniliklərin tətbiqi imkanlarını müzakirə etmək

olmuşdur. Azərbaycanla yanaşı konfransda Dövlət Qulluğu sahəsində Regional Xaba üzv

olan ölkələrin (Ukrayna, Belarus, Moldova, Tacikistan, Əfqanıstan) nümayəndələri də

iştirak etmişlər. Tədbirdə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”

mövzusunda təqdimat edilmiş və ölkəmizdə bu sistemin hüquqi əsasları, əsas

mexanizmləri haqqında konfrans iştirakçılarına məlumat verilmişdir.

30 sentyabr tarixində Komissiyanın nümayəndələri Avropa İttifaqı Şərq Tərəfdaşlığı

Proqramı çərçivəsində “Dövlət idarəçiliyində şəffaflıq, etika və bütövlük” mövzusunda

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş seminarda iştirak etmişlər. Seminarın

keçirilməsində məqsəd dövlət idarəçiliyində korrupsiyanın qarşısının alınması, şəffaflığın

təmin edilməsi, etik davranış qaydalarına əməl edilməsi ilə bağlı həyata keçirilən uğurlu

layihələrin və bu sahədə mövcud olan təcrübələrin müzakirə edilməsi olmuşdur.

Komissiyanın nümayəndələri tərəfindən dövlət idarəçiliyində həyata keçirilən islahatlar,

korrupsiyanın qarşısının alınması və etik davranış qaydaları ilə bağlı Azərbaycanda

görülmüş işlər barədə seminar iştirakçılarına məlumat verilmişdir.

Page 48: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

48

6-10 oktyabr tarixlərdə “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında

dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq

Protokolu” çərçivəsində hazırlanmış və 23 yanvar 2014-cü il tarixdə Bakıda imzalanmış

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər

üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən türkiyəli dövlət qulluqçuları

ölkəmizə səfərə gəlmişlər. Türkiyə Respublikasının 4 dövlət orqanını təmsil edən 9 nəfər

dövlət qulluqçusundan ibarət nümayəndə heyətinin ölkəmizə səfər etməsinin əsas

məqsədi hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasından

ibarət olmuşdur. Nümayəndə heyətinə “Azərbaycan Respublikasında dövlət qulluğu

sistemi”, “Komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul”, “Dövlət qulluğuna dair

qanunvericilik”, “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Dövlət qulluqçularının

xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Dövlət qulluqçularının peşəkarlığının

artırılması” və digər mövzularda təqdimatlar edilmişdir. Qonaqlar Mədəniyyət və Turizm,

Kənd Təsərrüfatı nazirliklərində və Dövlət Dəniz Administrasiyasında olmuş, onlara bu

qurumların fəaliyyəti və həyata keçirilən mühüm layihələr barədə məlumat verilmişdir.

21-23 oktyabr tarixlərdə Komissiyanın sədr müavininin rəhbərlik etdiyi nümayəndə

heyəti Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “Transformasiyanın praktiki tətbiqi:

Dialoqdan səmərəli fəaliyyətə keçid” mövzusunda təşkil edilmiş Forumda iştirak etmişdir.

Forum Malayziya Baş nazirinin ofisi yanında fəaliyyət göstərən Xidməti fəaliyyətin idarə

edilməsi və tətbiqi bölməsinin yardımçı müəssisələrindən biri olan Böyük və Sürətli

Nəticələr İnstitutunun və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilmişdir.

Forumun keçirilməsində əsas məqsəd hökumət başçıları, siyasətçilər, sənaye və qlobal

təşkilat rəhbərləri ilə görüşlərin keçirilməsi, onların transformasiya sahəsində

təcrübələrinin, biliklərinin və müşahidələrinin öyrənilməsi və səmərəli fəaliyyətin təşkili

üçün gələcəkdə bu məlumatların istifadə edilməsindən ibarət olmuşdur.

22 oktyabr tarixində Komissiyanın nümayəndəsi Litvanın paytaxtı Vilnüs şəhərində

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Dövlət İdarəçiliyi İslahatları Panelinin 9-

cu iclasında iştirak etmişdir. İclasda Azərbaycanla yanaşı Polşa, İsveç, Çexiya, Estoniya,

Litva, Latviya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və digər dövlətlərin, Avropa İttifaqı

və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), SIGMA (Avropa İttifaqı ilə İqtisadi

Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü olan) proqramının nümayəndələri,

dövlət idarəçiliyi üzrə mütəxəssislər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak

etmişdir. Görüş zamanı Şərq Tərəfdaşlığı Proqramının Dövlət İdarəçiliyi İslahatları Paneli

Page 49: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

49

çərçivəsində iştirakçı dövlətlər tərəfindən görülmüş işlər və Panelin gələcək fəaliyyətinə

dair planlar müzakirə edilmişdir. Tədbir iştirakçılarına Azərbaycanda dövlət qulluğuna

qəbul zamanı müsahibə qrupuna müstəqil ekspertlərin, o cümlədən QHT

nümayəndələrinin üzv kimi cəlb edilməsi, Komissiyanın nəzdində fəaliyyət göstərən QHT-

lərlə Əməkdaşlıq Şəbəkəsinin fəaliyyəti, “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin

hazırlanması istiqamətində görülən işlər, yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji

Liderlik Proqramı barədə məlumatlar verilmişdir.

12, 13 noyabr tarixlərində Kiyev şəhərində Ukraynanın Dövlət Qulluğu üzrə Milli

Agentliyinin təşkilatçılığı ilə İnstitusional Quruculuq üzrə IX İllik Regional Konfrans

keçirilmişdir. Konfrans Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının “Demokratiya,

yaxşı idarəçilik və sabitlik” adlı I çoxtərəfli Platformasının Dövlət İdarəçiliyi İslahatları

Paneli çərçivəsində təşkil edilmişdir. Tədbirdə Avropa İttifaqının İnstitusional Quruculuq

üzrə yardım alətləri olan Tvinninq, TAIEX və SIQMA-nın həyata keçirilməsi üzrə

təcrübələr bölüşülmüş, bu istiqamətdə son tendensiyalar, əldə edilmiş uğurlu nəticələr və

problemlər barədə müzakirələr aparılmışdır. İnstitusional islahatlar və dövlət qulluğunun

müasirləşdirilməsi üzrə Şərq Tərəfdaşlığı ölkələrinin və Avropa İttifaqına üzv olan

dövlətlərin təcrübələrini öyrənmək məqsədilə iştirakçı ölkələrin aidiyyəti qurumlarından

olan əməkdaşlarının təqdimatları dinlənilmişdir.

19 noyabr tarixində Komissiyanın Aparat rəhbəri və əməkdaşı Rumıniyanın Sibiu

əyalətində Rumıniyanın Dövlət Qulluqçularının Milli Agentliyinin təşkilatçılığı ilə keçirilən

“Dövlət qulluğunda innovasiya və keyfiyyət” mövzusunda VIII beynəlxalq konfransda

iştirak etmişdir. Konfransın keçirilməsində əsas məqsəd dövlət idarəçiliyinin inkişaf

etdirilməsi üçün innovativ mexanizmləri müzakirə etmək və bu sahədə iştirakçı dövlətlərin

uğurlu təcrübələrini bölüşdürməkdən ibarət olmuşdur. Tədbirdə Azərbaycanla yanaşı,

Fransa və Moldovanın dövlət qulluğu sahəsində məsul orqanların və yerli idarəetmə

orqanlarının nümayəndələri, Avropa Komissiyasının ekspertləri və Rumıniyanın dövlət

orqanlarının, yerli idarəetmə orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri

də iştirak etmişlər. Konfrans “Dövlət idarəçiliyinin keyfiyyətinin artırılması üçün innovativ

həllər” və “Dövlət idarəçiliyində bütövlüyün təşviqi üzrə yaxşı təcrübələr” adlı plenar

sessiyalardan, “Dövlət xidmətlərinin müasirləşdirilməsi üzrə beynəlxalq əməkdaşlıq”,

“Daxili kommunikasiyanın səmərəli təşkili mexanizmləri və ictimai imicin gücləndirilməsi”

və “İctimai həyatda vətəndaşların iştirakını stimullaşdırmaq üçün metodlar və təcrübələr”

mövzularında seminarlardan ibarət olmuşdur. Komissiyanın əməkdaşı “Azərbaycan

Respublikasında dövlət idarəçiliyinin modernləşdirilməsinin prioritetləri” mövzusunda

Page 50: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

50

təqdimatla çıxış etmiş, Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar və

Komissiyanın dövlət qulluğu sisteminin müasirləşdirilməsində rolu haqqında tədbir

iştirakçılarına məlumat vermişdir.

30 noyabr-11 dekabr tarixlərində Komissiyanın əməkdaşları Polşa Dövlət İdarəçilik

Məktəbi və Polşa Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Şərq tərəfdaşlığı

ölkələrində dövlət qulluğunda insan resurslarının idarə edilməsi sisteminin

təkmilləşdirilməsi” mövzusunda təcrübə proqramında iştirak etmişlər. Səfər çərçivəsində

Polşa Dövlət İdarəçilik Məktəbində, Polşa Parlamentində, Baş Nazirin Katibliyində

görüşlər təşkil olunmuşdur. Polşa Respublikası Baş Nazirinin Katibliyində baş tutan

yekun iclasda Komissiyanın əməkdaşları təqdimatla çıxış etmiş, dövlət qulluğunda insan

resurslarının idarə edilməsi sahəsində Azərbaycan təcrübəsi ilə Polşa təcrübəsinin

müqayisəli təhlilini aparmışlar. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim

edilmişdir.

1-4 dekabr tarixlərində Komissiyanın əməkdaşı Koreya Respublikasının İnçeon

şəhərində İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya

və Sakit Okean Təlim Mərkəzi (UN-APCICT) tərəfindən “Davamlı inkişaf üçün İKT”

mövzusunda təşkil edilmiş 6-cı görüşdə iştirak etmişdir. Görüşdə 25 ölkədən 60 nəfərdən

artıq hökumət nümayəndəsi iştirak etmiş, iştirakçı ölkələrin nümayəndələri tərəfindən yeni

təlim modulları üzərində müzakirələr aparılmış və illik planlar barədə məruzələr

dinlənilmişdir.

3, 4 dekabr tarixlərində Komissiya Avropa Komissiyası ilə birgə Avropa İttifaqının

TAIEX (Texniki yardım və informasiya mübadiləsi) aləti çərçivəsində “Dövlət qulluğunda

motivasiya və qulluqda qalma” mövzusunda seminar keçirmişdir. Tədbirin keçirilməsində

əsas məqsəd dövlət qulluğunda motivasiya sahəsində mövcud olan xarici təcrübənin

müqayisəli təhlil edilməsi və aktual problemlər ətrafında müzakirələrin aparılması

olmuşdur. Avropa İttifaqı üzvü olan Belçika, İspaniya və Portuqaliya ölkələrinin dövlət

qulluğuna məsul olan qurumlarının nümayəndələri və bu sahədə ixtisaslaşmış ekspertləri

“Motivasiya nədir və o dövlət qulluğunda səmərəliliyin artırılmasına necə təsir göstərir?”,

“Xidməti fəaliyyətin qiymətləndirilməsi, məvacib və motivasiya”, “Belçika Federal Dövlət

Qulluğu sistemində təlim və təhsil motivasiya vasitəsi kimi”, “Portuqaliyanın Dövlət

idarəçiliyində motivasiya və xidməti fəaliyyət”, “İqtisadi böhran zamanlarında xidməti

fəaliyyətin qiymətləndirilməsinin tətbiq edilməsinin çətinlikləri” və “Belçika Federal Dövlət

Qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi, qulluqda qalma və yüksəlmə”

mövzularında təqdimatla çıxış etmişlər.

Page 51: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

51

7-9 dekabr tarixlərində Komissiyanın və BMT-nin İnkişaf Proqramının Bakı ofisinin

əməkdaşları dövlət idarə edilməsi, dövlət qulluğu sahəsində təlim və inkişaf üzrə İrlandiya

təcrübəsinin və onun Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsi məqsədi ilə İrlandiya

Respublikasında təlim səfərində olmuşlar. Təlim səfəri Avropa İttifaqı ilə Azərbaycan

hökuməti arasında imzalanmış Hərtərəfli İnstitusional Quruculuq Proqramının 3-cü İİP-nin

icrası məqsədi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı

tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil edilmişdir. İrlandiya Dövlət İdarəçilik

İnstitutunun, İrlandiya Məhkəmələr Xidmətinin və İrlandiya Dövlət Xərcləri və İslahatlar

Nazirliyinin əməkdaşları tərəfindən təlimlər keçirilmişdir. Təlim səfərində İnstitutun

fəaliyyəti, dövlət qulluqçularının təlimə cəlb edilməsi, təlimlərin keyfiyyətinin və

nəticəliliyinin təmin edilməsi sahəsində görülən işlər barədə İrlandiya və Azərbaycan

təcrübəsi barədə fikir mübadiləsi aparılmış, dövlət qulluqçularının təlimə cəlb edilməsi və

təlimlərin qiymətləndirilməsi sahəsində müasir standartların tətbiqi yolları müzakirə

olunmuşdur.

7-11 dekabr tarixlərində Komissiyanın əməkdaşı Avropa İttifaqı sahəsində

Azərbaycanın dövlət qulluqçularının biliklərinin artırılması layihəsi çərçivəsində ADA

Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzinin və Estoniya Şərq

Tərəfdaşlığı Mərkəzinin birgə təşkilatçılığı ilə Estoniya Respublikasına təşkil edilmiş təlim

səfərində iştirak etmişdir. Təlim səfərinin təşkilində məqsəd təlimlərdə iştirak etmiş dövlət

qulluqçularının Aİ sahəsindəki biliklərini artırmaq və Estoniyanın dövlət idarəçilik

təcrübəsini öyrənmək olmuşdur. Səfər zamanı iştirakçılar Aİ-nin Estoniyadakı

nümayəndəliyinin rəhbəri ilə görüşmüş, Estoniyanın bəzi qurumlarına (Estoniya

Parlamenti, Milli Bank, E-Hökumət Akademiyası və s.) səfər etmiş, həmçinin Estoniyanın

təhsil sistemi ilə tanış olmaq üçün Tallin və Tartu Universitetlərində olmuşlar. Sonda

iştirakçılara sertifikatlar təqdim edilmişdir.

17 dekabr tarixdə Türkiyə və Orta Şərq Dövlət idarəçilik İnstitutunun “50-ci Çağırış

İctimai Diplomatiya Tədris”(KADEP) proqramı çərçivəsində Azərbaycan Respublikasında

səfərdə olan Türkiyə Respublikasının Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Müdafiə

Nazirliyi, Ətraf Mühit və Şəhərsalma Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya

Agentliyinin və digər dövlət orqanlarının təmsilçilərindən ibarət nümayəndə heyəti

Komissiyada olmuşdur. Səfərin əsas məqsədi Azərbaycanda dövlət qulluğu sistemi ilə

tanış olmaq, Komissiyanın funksiyaları və fəaliyyəti barədə məlumat əldə etmək

olmuşdur. Türkiyəli dövlət qulluqçularına Komissiyanın fəaliyyət istiqamətləri, dövlət

qulluğuna müsabiqə yolu ilə qəbulun təşkili və dövlət qulluğu sahəsində aparılan

Page 52: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

52

islahatlar barədə məlumat verilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar

cavablandırılmışdır.

V. İctimaiyyətlə əlaqələr sahəsində

Obyektivliyin və şəffaflığın təmin olunmasında ictimaiyyətlə əlaqələrin əhəmiyyətini

nəzərə alan Komissiya 2015-ci il ərzində gördüyü işlər barədə cəmiyyəti yaxından tanış

etmək, dövlət qulluğu və insan resurslarının idarə edilməsi sahəsində dövlət siyasətinə

ictimai etimadı artırmaq və vətəndaşların bu proseslərdə aktiv iştirakını təmin etmək

məqsədilə mütəmadi tədbirlər həyata keçirmişdir.

Komissiya fəaliyyəti barədə məlumatları mütəmadi olaraq özünün internet saytında

yerləşdirməklə, kütləvi informasiya vasitələri ilə təqdim etməklə, mətbuat üçün

açıqlamalar yaymaqla, mətbuat konfransları, beynəlxalq konfrans, seminar və təlimlər,

ictimai dinləmələr keçirməklə, habelə vətəndaşlarla birbaşa ünsiyyətdə olmaqla

ictimaiyyətə çatdırmışdır.

Hesabat dövrü ərzində Komissiyanın internet saytı yenilənərək təkmilləşdirilmişdir.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci

maddəsinə əsasən cəmiyyətin maraqlarını və çoxsaylı informasiya sorğularını daha asan

və daha operativ şəkildə təmin etmək məqsədi ilə malik olduğu və ictimaiyyət üçün

açıqlanması tələb olunan bütün məlumatlar Komissiyanın rəsmi internet saytının

“Açıqlanması tələb olunan məlumatlar” bölümündə yerləşdirilmişdir. Vətəndaşlar, media

və QHT nümayəndələri “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası

Qanununun tələblərinə uyğun olaraq ictimaiyyət üçün açıqlanması məcburi olan bütün

məlumatları Komissiyanın rəsmi saytının bir bölməsinə daxil olmaqla əldə edə bilirlər.

“Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na

əsasən “İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları” təsdiq edilmiş və 11 noyabr

2014-cü il tarixdən Komissiyanın rəsmi internet saytında yerləşdirilərək ictimaiyyətin

diqqətinə çatdırılır. Milli Fəaliyyət Planına uyğun olaraq informasiya azadlığı üzrə

müəyyən edilmiş məsul şəxs informasiya azadlığının təmin edilməsi məqsədi ilə 2015-ci il

18 dekabr tarixində Komissiyanın əməkdaşları üçün təlim keçmişdir və bu barədə

məlumat Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir.

Şəffaflığın və açıqlığın təmin edilməsi məqsədi ilə Komissiyanın fəaliyyəti barədə və

etik davranış qaydaları ilə bağlı illik hesabatlar, “Açıq Hökumətin təşviqinə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-

Page 53: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

53

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda, “2008-2015-ci illərdə Azərbaycan

Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda və

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda, “Azərbaycan

Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər

üçün Dövlət Proqramı”nda icrası Komissiyaya həvalə edilmiş tədbirlərlə bağlı qəbul

edilmiş Tədbirlər Planları və bu Planlarda göstərilən tədbirlərin həyata keçirilməsi ilə bağlı

hesabatlar Komissiyanın internet saytı vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Komissiya 2015-ci il ərzində keçirdiyi görüşlər, təşkil etdiyi beynəlxalq konfranslar,

seminarlar, təlimlər, səfərlər, dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsabiqə və

müsahibələr barədə (elan, vakant vəzifələr barədə ətraflı məlumat, sənəd qəbulunda

müsabiqə vəziyyəti, dövlət qulluğuna qəbul prosesinin test imtahanı qrafikləri və

nəticələri, müsahibə aparılması qrafikləri və nəticələri və s.) məlumatlar, keçirilmiş

müsabiqələrin nəticələrinin həm ümumi, həm də ali məktəblər üzrə təhlilləri, Komissiyanın

fəaliyyəti ilə bağlı digər statistik təhlillər davamlı olaraq internet saytda yerləşdirilmişdir.

Komissiyanın büdcəsi, maddi-texniki bazası üçün avadanlıqların və Komissiya

əməkdaşlarının fəaliyyətini təmin etmək üçün tələb olunan ləvazimatların alınması

məqsədi ilə elan edilən tender və kotirovka sorğuları, onların qalibləri barədə tam

məlumatlar mütəmadi olaraq internet saytında öz əksini tapmışdır.

Komissiya vətəndaşlarla ünsiyyəti daha çox özünün internet saytı vasitəsi ilə qurur.

2008-ci ildən indiyə kimi Komissiyanın internet saytında yerləşdirilmiş yazılara 11

milyondan çox baxış olmuşdur. Bunlardan 1 milyon 300 mindən çoxu 2015-ci il ərzində

olmuşdur. İnternet saytında qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 38400-ü

keçmişdir. Vətəndaşlar Komissiyaya müraciət etmək üçün rəsmi internet saytın “Elektron

müraciət” bölməsindən istifadə edirlər. Bu, vətəndaşlara vaxt itirmədən və kağız

daşıyıcılarından istifadə etmədən istədikləri məsələ ilə bağlı Komissiyaya müraciət

edərək informasiya əldə etmək imkanını verir. 2015-ci il ərzində Komissiyaya 1240 yazılı

müraciət, 789 elektron müraciət və sorğu daxil olmuşdur. Həm müraciətlər, həm də

sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılmışdır. Komissiyanın

internet saytının “Dövlət qulluğuna qəbul” bölməsinin “Statistik məlumatlar” və “Elektron

xidmətlərin statistikası” bölməsində həm yazılı müraciətlər, həm də onlayn müraciət və

sorğular barədə statistik göstəricilər öz əksini tapmışdır.

Hesabat dövründə Komissiyanın internet saytı vasitəsilə dövlət qulluqçuları

arasında dövlət qulluğu və idarəetmənin müxtəlif sahələri üzrə rəy sorğuları keçirilmiş və

nəticələri saytda yerləşdirilmişdir. Aparılan sorğuların nəticələri Komissiyada təhlil olunur

Page 54: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

54

və gələcək fəaliyyətində nəzərə alınır. Ümumiyyətlə keçirilən bütün rəy sorğuları internet

saytda yerləşdirilmişdir və ictimaiyyətin istifadəsi üçün açıqdır.

Vətəndaşların gündəlik həyatda sosial şəbəkələrə daha çox müraciət etdiklərini,

sosial şəbəkələrin Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin həyatındakı

rolunu nəzərə alaraq Komissiya “Facebook” və “Twitter” sosial şəbəkələri vasitəsilə də

vətəndaşlarla birbaşa ünsiyyət qurur. Hər iki sosial şəbəkədə Komissiyanın fəaliyyəti, o

cümlədən keçirilən müsabiqə və müsahibələr, təlim, konfrans, seminar və digər tədbirlər

barədə məlumatlar verilir, Komissiya rəhbərliyinin mətbuatdakı çıxışları təqdim olunur.

Eyni zamanda bu şəbəkələr vasitəsilə vətəndaşların Komissiyanın fəaliyyəti ilə bağlı

fikirləri də öyrənilir. Komissiyanın “Facebook” şəbəkəsinə daxil olan vətəndaş sorğuları,

müraciətləri dərhal araşdırılır və cavablandırılır. Komissiyanın rəsmi internet saytı,

“Qaynar xətt” xidməti, “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifəsi vasitəsilə,

habelə vətəndaşların Komissiya rəhbərliyi və əməkdaşları tərəfindən birbaşa qəbulu

zamanı daxil olan müraciət və sorğular təhlil olunur. Ən çox edilən müraciət və sorğular

cavabları ilə birlikdə internet saytında “Tez-tez soruşulan suallar” (FAQ) bölməsində öz

əksini tapır. Komissiya fəaliyyətinə dair bütün video görüntüləri “Youtube” video paylaşma

portalı vasitəsilə də ictimaiyyətə təqdim edir.

Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq

prinsipinə əsaslanır. Komissiyanın yenilənmiş saytında “QHT-lərlə Əməkdaşlıq Şəbəkəsi”

adlı bölmə yaradılmışdır. Burada Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr

2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair

2012-2015-ci illər üçün Milli Fəaliyyət Planından çıxarış, əməkdaşlıq şurasının

yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiya sədrinin əmri, vətəndaş cəmiyyəti institutları ilə “Əməkdaşlıq

Şurası” haqqında Əsasnamə və QHT-lərlə əməkdaşlıq şurasının strukturu

yerləşdirilmişdir.

Hesabat dövrü ərzində vətəndaş cəmiyyətini Komissiyanın fəaliyyəti və dövlət

qulluğu sahəsində aparılan islahatlarla yaxından tanış etmək, QHT və KİV ilə əlaqələri

daha da inkişaf etdirmək üçün Komissiyanın dəvəti ilə qeyri-hökumət təşkilatları və media

nümayəndələrinin dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin həm test

imtahanı, həm də müsahibə mərhələlərində müşahidəçi kimi iştirakı təmin edilmişdir.

QHT nümayəndələrinin müsahibə komissiyasının üzvü kimi namizədlərin dövlət

qulluğuna uyğunluğunun qiymətləndirilməsi prosesinə cəlb edilməsi hesabat ili ərzində də

davam etdirilmişdir. Ümumiyyətlə, obyektivliyin və şəffaflığın təmin edilməsi üçün

Page 55: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

55

Komissiyanın keçirdiyi bütün tədbirlərdə, o cümlədən beynəlxalq tədbirlərdə vətəndaş

cəmiyyəti üzvləri də iştirak etmişlər.

Görülən işlərin nəticəsidir ki, vətəndaş cəmiyyəti, ölkə mətbuatı və ölkə ictimaiyyəti

tərəfindən Komissiyanın fəaliyyətində şəffaflıq və obyektivlik səviyyəsi həmişə yüksək

qiymətləndirilmişdir. 2015-ci il 6 avqust tarixində Multimedia Mərkəzi tərəfindən dövlət

qurumlarının informasiya açıqlığı vəziyyətinin qiymətləndirilməsi məqsədilə “Dövlət

qurumlarının onlayn şəffaflığı: problemlər və perspektivlər” mövzusunda tədbir

keçirilmişdir. 73 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanlarının onlayn şəffaflıq

vəziyyətini əhatə edən monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq

cədvəlində Komissiya 76,3%-lə ikinci olmuşdur.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən həyata

keçirilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində “Konstitusiya”

Araşdırmalar Fondu tərəfindən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər

üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə hesabat hazırlanmış və 2015-ci il 1 may tarixində

Beynəlxalq Mətbuat Mərkəzində bu hesabatın açıqlanması ilə bağlı tədbir keçirilmişdir.

Hesabatda “Milli Fəaliyyət Planı” ilə Komissiyaya verilmiş tapşırıqların icra vəziyyəti ən

yüksək balla qiymətləndirilmişdir. “Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı” nın tələblərinə uyğun olaraq 2015-ci il 27 fevral tarixində Komissiya

tərəfindən Komissiyanın “2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış

qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat”ın ictimaiyyətə təqdim edilməsi

məqsədi ilə tədbir keçirilmişdir. Tədbirdə dövlət orqanlarının nümayəndələri,

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər iştirak

etmişlər. Tədbir iştirakçılarına hesabat ilində dövlət qulluğuna qəbulla bağlı keçirilmiş

müsabiqə və müsahibələrin nəticələri, obyektivliyin və şəffaflığın təmin edilməsi üçün

görülmüş tədbirlər, dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanı və müsahibə

mərhələsində Komissiyanın tətbiq etdiyi yeniliklər, dövlət orqanlarının fəaliyyətində dövlət

qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktları, QHT və KİV nümayəndələri

ilə əməkdaşlıq, etik davranış qaydalarına əməl edilməsi vəziyyəti, eləcə də dövlət

orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün keçirilən təlimlər barədə məlumat

verilmişdir. Hesabatdan sonra mətbuat konfransı keçirilmişdir. Komissiyanın illik hesabatı

barədə məlumat Azərbaycan, İctimai və Space televiziya kanalları, APATV və SƏSTV

onlayn televiziya kanalları, AzərTAC, Azadinform, APA, Publika, The First News və Səs

İnformasiya Agentlikləri, “Azərbaycan”, “Xalq qəzeti”,“Palitra” qəzetləri və digər dövrü

Page 56: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

56

mətbuat vasitəsilə, habelə Komissiyanın rəsmi internet saytı, Facebook və Twitter sosial

şəbəkəsindəki səhifəsi vasitəsilə ictimaiyyətə çatdırılmışdır.

Potensiallı gənclərin dövlət qulluğuna marağını artırmaq, onları bilik, bacarıq və

maraqlarına uyğun vəzifə seçiminə yönəltmək və qəbul prosesi ilə bağlı

maarifləndirmənin aparılması məqsədi ilə 2015-ci il ərzində Komissiyanın rəhbərliyi və

əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər.

18, 23, 24 və 25 fevral tarixlərində Dövlət Neft Akademiyasında, Azərbaycan Dövlət

Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan

Dövlət Milli Aviasiya Akademiyasında məzun olacaq 1000-dən artıq bakalavr və

magistrlərlə görüş keçirilmişdir.

20 fevral tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Komissiya, Gənclər

və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı

ilə tələbələr üçün “Dövlət qulluqçusu: milli dövlət quruculuğu istiqamətində kadr hazırlığı”

mövzusunda görüş keçirilmişdir. Görüşdə Azərbaycan Pedaqoji Universitetinin, Bakı

Dövlət Universitetinin, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin, Azərbaycan

Dövlət Neft Akademiyasının, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Bədən

Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Müəllimlər İnstitutunun və Kooperasiya

Universitetinin 100-dən artıq tələbə və magistrləri iştirak etmişdir.

27 fevral tarixində Komissiya ADA Universitetində təşkil edilmiş “2-ci Karyera

sərgisi”ndə, 30 aprel tarixində Azərbaycan Texniki Universitetində təşkil edilmiş

“Karyerada ilk addım” və 28 noyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində

təşkil edilmiş “Məzun-2015” adlı əmək yarmarkalarında iştirak etmişdir.

24 aprel tarixində “Açıq qapı - dövlət qulluğuna qəbul” forumu çərçivəsində

Komissiyanın, Sumqayıt Gənclər Evində Sumqayıt şəhər Gənclər və İdman Baş

İdarəsinin, 4 iyunda Tərtər rayon Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti və

Gənclər və İdman Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə gənclərlə maarifləndirici

görüş keçirilmişdir.

5 may tarixində Komissiya və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə

İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi

ilə “Dövlət qulluğuna qəbul prosesi, dövlət qulluğuna qəbulda şəffaflıq və korrupsiyaya

qarşı mübarizə məsələləri” mövzusunda seminar keçirilmişdir. Seminar gənclər arasında

idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən

maarifləndirici silsilə tədbirlərin davamı olmuşdur.

Page 57: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

57

30 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasında Komissiyanın, Akademiyanın və Azərbaycan Respublikasının Prezidenti

yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə

təşkilatçılığı ilə “İnnovativ idarəetmə görüşü” çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə

150-dən artıq “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş və hazırda

fəaliyyət göstərən gənclər, Dövlət İdarəçilik Akademiyasının yuxarı kurs tələbələri iştirak

etmişlər.

Komissiya tərəfindən keçirilən müxtəlif görüş, tədbir, sərgi və yarmarkalarda

məqsəd gəncləri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etmək, dövlət qulluğuna

qəbulun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırmaq olmuşdur. Görüşlərdə

Komissiyanın əməkdaşları Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında

duran vəzifələri, dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla

bağlı tətbiq olunan yeniliklər barədə məlumat vermiş, dövlət qulluğuna qəbulun müsabiqə

və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik

göstəricilərini özündə əks etdirən təqdimatlarla çıxış etmişlər.

Vətəndaşları, o cümlədən ali təhsil müəssisələrində təhsil alan tələbələri və məzun

olan bakalavr və magistrləri potensiallarına və maraqlarına uyğun vəzifə seçiminə

yönəltmək üçün onlara “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiyanın fəaliyyəti”, “Dövlət qulluğuna qəbul”, “Dövlət qulluqçularının

etik davranış qaydaları”, “Dövlət qulluğuna müsabiqə əsasında qəbul”, “Dövlət qulluğuna

qəbul zamanı vəzifə seçimini düzgün necə etməli”, “Dövlət qulluğunda korrupsiyaya qarşı

mübarizə: korrupsiya və onun aradan qaldırılması sahəsində tədbirlər”, “Dövlət

qulluğunda korrupsiyaya qarşı mübarizə: rüşvət yoxsa hədiyyə?”, “Dövlət qulluğunda etik

davranış qaydalarının əhəmiyyəti və onun formalaşdırılmasının xüsusiyyətləri” mövzuları

üzrə kitabça, broşüra, buklet şəklində hazırlanmış bələdçi qaydalar paylanılmışdır.

Komissiyanın internet saytında yerləşdirilmiş 11 bələdçi qayda nəşr edilərək bütün dövlət

orqanlarına və vətəndaşlara paylanmışdır. Komissiyanın fəaliyyəti barədə ingilis dilində

hazırlanmış bukletlər ölkə daxilində və xaricində keçirilən beynəlxalq tədbirlərdə

iştirakçılara təqdim edilmişdir.Dövlət qulluğu sistemi, dövlət qulluğu qanunvericiliyi və

dövlət qulluğunun müxtəlif sahələrini əhatə edən bələdçi qaydaların hazırlanması

istiqamətində işlər davam etdirilir.

Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin

2015-ci il 21 aprel tarixli 22 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının

peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən 2015-ci il 22 iyun

Page 58: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

58

tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasında Komissiya və Akademiyanın təşkilatçılığı ilə “Dövlət qulluğunda

meritokratiya, etika və innovasiyalar” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Elmi-praktiki konfransda Komissiyanın əməkdaşları, DİA-nın professor–müəllim heyəti və

müdavimləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli işçiləri iştirak

etmişlər.Tədbirdə “Meritokratiya, innovasiya və qulluq etikası effektiv dövlət qulluğunun

əsas amilləri kimi” və “Dövlət qulluqçularının yenidən hazırlanmasında innovativ

metodların tətbiqi” mövzularında məruzələr dinlənilmişdir.Tədbir Azərbaycan və İctimai

televiziya kanalları ilə yanaşı AzərTAC, APA, Salamnews, Azadinform və Səs

İnformasiya Agentlikləri, “Azərbaycan”, “Palitra”, “Həftə içi”, “İki sahil”, “Mövqe” qəzetləri,

habelə “Modern.az” xəbər portalı vasitəsilə ölkə ictimaiyyətinə çatdırılmışdır.

Hər il olduğu kimi 2015-ci il ərzində də Komissiya rəhbərliyinin və əməkdaşlarının

dövlət qulluğu sisteminin mahiyyəti, dövlət qulluğuna qəbul və bu sahədə tətbiq olunan

yeniliklər, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya

qarşı mübarizə ilə bağlı mütəmadi olaraq Azərbaycan, İctimai, Lider, ANS, Xəzər, Region

TV televiziya kanalları, APA TV və İnteraz TV onlayn televiziya kanalları, Modern.az

onlayn xəbər agentliyi, Qafqazinfo internet qəzeti, “Xalq qəzeti”, “Respublika”, “Həftə içi”

qəzetləri və digər dövrü mətbuat vasitələrində çıxışları olmuşdur.

VI. İnformasiya texnologiyaları və proqram təminatı istiqaməti üzrə

2015-ci il ərzində Komissiyada informasiya texnologiyalarının tətbiqi və inkişafı

sahəsində işlər davam etdirilmişdir.

Məlumat bazalarının yaradılması və proqram təminatı sahəsində

Komissiyada müxtəlif məlumat-axtarış sistemləri, onların proqram təminatı, verilənlər

bazaları və bu proqram təminatlarının istifadə edilməsi üçün avadanlıqlar mövcuddur. Bu

informasiya sistemləri, xidmət və onların verilənlər bazalarına aşağıdakılar daxildir:

- Namizədlər-DQMK sistemi;

- Dövlət Qulluqçuları Reyestri informasiya sistemi;

- Dövlət Qulluğuna Qəbul-Test İmtahanı sistemi;

- Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi sistemi;

- Test bankı ekspertləri sistemi;

Page 59: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

59

- Müsahibə ekspertləri sistemi;

- Etik davranışla bağlı görülmüş işlər barədə məlumatların qeydiyyatı sistemi;

- Sənəd dövriyyəsi sistemi;

- Vətəndaşların elektron müraciətləri xidməti;

- Müsahibə ekspertlərinin qiymətləndirilməsi sistemi;

- Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sistemi.

Yuxarıda sadalanan sistem və verilənlər bazalarından əlavə Komissiyanın vebsaytı,

veb portalları və elektron xidmətləri də vardır:

- Komissiyanın elektron xidmətləri – exidmet.csc.gov.az;

- DQRİS-in veb portalı– reyestr.csc.gov.az;

- Açıq Hökumət portalı – opengov.csc.gov.az;

- Dövlət qulluğu üzrə təlimlər portalı – elearning.csc.gov.az;

- Komissiyanın intranet portalı – portal.csc.gov.az;

- Etik davranış qaydaları ilə bağlı veb resurs – www.etik.az

- Etik müvəkillər üçün elektron poçt serveri – mail.etik.az

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron

xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq

edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr

tarixli 191 nömrəli Qərarına əsasən Komissiyada 7 elektron xidmətin göstərilməsi

nəzərdə tutulmuşdur. Komissiyanın internet saytında bu xidmətlərin göstərilməsi üçün

ayrıca bölmə və subdomen – http://eXidmet.csc.gov.az yaradılmışdır. Xidmətlərin inzibati

reqlamenti Komissiya sədrinin qərarı ilə təsdiq edilərək Azərbaycan Respublikasının

Hüquqi Aktların Dövlət Reyestrində və Elektron Xidmətlər Reyestrində qeydə alınmışdır.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər

haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndində nəzərdə

tutulan tədbirlərin yerinə yetirilməsi barədə hər ayın əvvəlində Azərbaycan

Respublikasının Nazirlər Kabinetinə məlumat verilmişdir.

Komissiyanın internet saytının elektron xidmətlər bölməsində aşağıdakı 7 elektron

xidmətin istifadəsi davam etdirilmişdir:

- Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu;

- Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi;

- Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi;

- Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi;

- Dövlət qulluğu stajı kalkulyatoru;

Page 60: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

60

- Onlayn sınaq test imtahanlarının keçirilməsi;

- Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin

qəbulu.

Bu xidmətlər üzrə istifadəçi sayı hesabat dövründə 118064 nəfər olmuşdur ki, bu da

2014-cü illə müqayisədə 1,7 dəfə çoxdur. Belə artıma səbəb 2015-ci ildə Komissiya

tərəfindən 114 dövlət orqanı üzrə 1513 inzibati vakant vəzifənin tutulması üçün verilən 10

müsabiqə elanı və "Onlayn sınaq imtahanı" elektron xidmətində test imtahanı

variantlarının çoxaldılması olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial

İnnovasiyalar üzrə Dövlət Agentliyinin 15 yanvar 2014-cü il tarixli, 1/1-01 nömrəli qərarı

ilə təsdiq edilmiş “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə

qiymətləndirmə Qaydaları”na uyğun olaraq Agentliyin işçi qrupu tərəfindən Komissiyada

elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə aparılmışdır (Əlavə 18).

Elektron xidmətlərdən qiymətləndirmə dövründə 5-nin göstərilmə səviyyəsi “əla”, 1-nin

göstərilmə səviyyəsi “yaxşı”, 1 elektron xidmətin göstərilmə səviyyəsi isə “qeyri-kafi”

qiymətləndirilmişdir. Qiymətləndirmə aparılmış 7 elektron xidmət üzrə aşağıdakı ümumi

nəticələr qeydə alınmışdır:

- “Elektronlaşma və əlaqəlilik səviyyəsi” meyarı üzrə 76%, elektron xidmətin

göstərilmə səviyyəsi –yaxşı;

- “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi” meyarı üzrə 100%, elektron

xidmətin göstərilmə səviyyəsi –əla;

- “İstifadə rahatlılığı səviyyəsi” meyarı üzrə 90%, elektron xidmətin göstərilmə

səviyyəsi - yaxşı.

Komissiyanın əməkdaşları, xidmət istifadəçiləri və Agentliyin işçi qrupunun rəyinə

əsasən 2015-ci ildə elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində aşağıdakı işlər

görülmüşdür:

- Elektron xidmətlərin statistika bölmələrinin yenidən layihələndirilməsi və

hazırlanması;

- Xidmətlərə müraciət zamanı sistem tərəfindən müraciətin qəbulu və cavab

məktubunun göndərilməsi barədə xəbərdarlıq və təsdiqetmə bildirişlərinin

göndərilməsinin təmin edilməsi;

- “Dövlət qulluğu stajı kalkulyatoru” və “Dövlət qulluqçularının etik davranış

qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” elektron xidmətləri üzrə

Page 61: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

61

xidmətin göstərilməsinin gedişatı barədə istifadəçilərin məlumat almaq imkanının

yenidən işlənməsi;

- Karyera planlaması elektron xidmətinin yaradılması.

Komissiyanın informasiya resurslarında digər dövlət orqanlarının informasiya

sistemlərinin istifadəsini təmin etmək üçün işlər görülmüşdür. Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən

əldə edilməsi” elektron xidmətinin DQRİS-də istifadəyə verilməsi nəticəsində dövlət

qulluqçularının cari iş yeri barədə məlumatlara da baxmaq imkanı yaradılmışdır. Təhsil

Nazirliyinin “Diplom haqqında məlumatlar” elektron xidmətinin verilənlər bazasına

“Namizədlər-DQMK” sisteminin veb servislər səviyyəsində inteqrasiya edilməsi üçün

nazirliyə müraciət edilmişdir. Hazırda Komissiyanın informasiya sistemlərində

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Tələbə-məzun”

sistemi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “İdarələrarası məlumat-

axtarış sistemi (İAMAS)”-indən alınan məlumatlar istifadə edilir.

Müraciətlərin obyektiv araşdırılması və cavablandırılması fəaliyyətinin

təkmilləşdirilməsi, təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi

məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50

nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin

təşkili qaydalar”na uyğun olaraq Komissiyada olan “Qaynar xətt”in yeni tələblərə uyğun

qurulması həyata keçirilmişdir. Belə ki, 2015-ci ildə Komissiya üçün yeni “1653” prefiks

nömrə alınmış və yeni çağrı mərkəzinin yaradılması üçün şirkətlərlə müqavilələr

bağlanılmışdır. Hazırda sistemin quraşdırılması və təkmilləşdirməsi işləri yekunlaşdırılıb

və sistem test rejimində işləyir. 2016-cı ilin fevral ayından çağrı mərkəzinin işinə start

veriləcəkdir. Yeni yaradılmış çağrı mərkəzinin Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin çağrı mərkəzi ilə inteqrasiya edilməsi də nəzərdə tutulmuşdur.

Komissiya sədrinin 2012-ci il 25 sentyabr tarixli 163 K nömrəli əmri ilə təsdiq edilmiş

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın

Komissiyada icrası ilə əlaqədar 2012-2015-ci illər üçün tədbirlər planına əsasən “Dövlət

orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi” tədbirinin icrası

sahəsində “Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün

müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması” və “İctimai maraq kəsb

edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi

kimi internet səhifələrindən istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin qəbul

Page 62: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

62

edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması və

s.)” yarımbəndləri ilə bağlı aşağıdakı işlər görülmüşdür:

- Sorğuların keçirilməsi üçün Komissiya Survey Monkey beynəlxalq onlayn sorğu

sisteminə illik abunə olmuşdur. Bu sorğu sistemi Komissiya tərəfindən sorğuların

keçirilməsini təmin edir.

- Komissiyanın rəsmi internet saytında interaktiv sual-cavab bölməsinin (onlayn

məsləhətçi) yaradılması üçün JivoSite onlayn çat servisinin illik abunəsi alınmışdır.

Bu onlayn çat servisi vətəndaşların suallarına interaktiv və operativ olaraq cavab

vermək üçün istifadə edilir.

Milli Fəaliyyət Planları ilə Komissiyaya verilmiş “Etik davranış qaydalarının

təkmilləşdirilməsi” tədbirinin icrası kimi “Komissiyanın internet saytında etik məsələlər

üzrə xüsusi bölmənin təkmilləşdirilməsi (qeyri-etik davranış barədə elektron şikayət etmə

mexanizmi, etik qaydalar, etik hesabatlar və s.)” tapşırığı da həvalə edilmişdir. Bu

tapşırığın icrası kimi “Etik davranışla bağlı görülmüş işlər barədə məlumatların qeydiyyatı

sistemi” hazırlanmış və əlavə olaraq 2015-ci ildə aşağıdakı yeni veb resurslar

yaradılmışdır:

- Etik davranış qaydaları ilə bağlı veb resurs – www.etik.az

- Etik müvəkillər üçün elektron poçt serveri – mail.etik.az

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün regionlarda yaşayan namizədlərlə

keçirilən test imtahanlarının rahat təşkili üçün “Dövət qulluğuna qəbul-Test imtahanı

sistemi”ndə təkmilləşdirilmə işləri aparılmışdır. Yeni yaradılmış sistem bu namizədlərə öz

regionlarında test imtahanında iştirak etmək imkanı verəcəkdir. Sistem Bakı Elektron

Hökumət Təlim-Tədris Mərkəzi və Sumqayıt Elektron Hökumət Təlim-Tədris Mərkəzində

sınaqdan keçirilmiş və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar

Nazirliyinin regionlarda yerləşən 17 Elektron Hökumət Təlim-Tədris Mərkəzlərində test

imtahanı təşkil etməyə imkan verəcəkdir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müraciətinə əsasən Şirvan

şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında vakant notarius

vəzifələrinin tutulması üçün 28 noyabr 2015-ci il tarixində 72 namizədlə test imtahanı

keçirilmişdir. Bununla əlaqədar olaraq “Dövlət Qulluğuna Qəbul-Test İmtahanı sistemi”nin

yeni versiyası hazırlanmış, sınaqdan keçirilmiş və istifadə edilmişdir.

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və

müsahibələrdə iştirak edən namizədlərlə bağlı ətraflı məlumatı özündə əks etdirən

“Namizədlər-DQMK” avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilmiş, müsabiqə və

Page 63: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

63

müsahibələrin bütün mərhələlərinin (elanın verilməsi, sənəd qəbulu, test imtahanı,

müsahibə, vəzifəyə təyinat və s.) daha səmərəli təşkili üçün sistemin funksional imkanları

və bu sistemə daxil olan hesabatların sayı artırılmışdır.

Komissiyanın əsas elektron poçt ünvanları - [email protected], [email protected],

[email protected] uyğun olaraq vətəndaşlar, dövlət orqanlarının DQRİS üzrə məsul

şəxsləri və elektron xidmət istifadəçiləri ilə əlaqə saxlamaq üçün istifadə edilir. Bu

elektron poçtlardan istifadə statistikası Əlavə 19-da göstərilir.

Dövlət orqanları və vakant vəzifələr üzrə sənəd qəbulunda müsabiqə vəziyyəti

haqqında statistik məlumatlar, müsabiqənin test imtahanı və müsahibə mərhələsinin

keçirilmə tarixi, vaxtı, yeri, nəticələri haqqında məlumatlar müsabiqə və müsahibə

dövründə Komissiyanın internet saytında gündəlik yenilənmişdir. Müsabiqənin test

imtahanı və müsahibə mərhələsinin keçirilmə tarixi, vaxtı və yeri haqqında məlumatlar

namizədlərə elektron poçt və SMS vasitəsilə bildirilmişdir.

Hesabat dövründə saytın imkanlarının artırılması işi davam etdirilmiş və sayt yeni

materiallarla zənginləşdirilmişdir. İl ərzində saytda 136 yeni xəbər yerləşdirilmiş və

həmçinin Survey Monkey beynəlxalq onlayn sorğu sistemi vasitəsilə 3 sorğu keçirilmişdir.

Saytın fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə olunan Google Analytics veb

servisindən alınan məlumatlara görə hesabat ilində sayt istifadəçiləri sayı 422528,

səhifələrə baxış sayı isə 1507965 olmuşdur. Coğrafi məkanına görə istifadəçilərin

94,78%-i Azərbaycan Respublikasından, qalan 5,22%-i isə xarici ölkələrdən olmuşdur.

Komissiyanın informasiya texnologiyaları sahəsində maddi-texniki bazası

gücləndirilmişdir. DQRİS-in texniki, o cümlədən şəbəkə avadanlığı yenilənmişdir. Bu

sistemin dayanıqlı, etibarlı işləməsi üçün tərtib olunmuş konfiqurasiyaya uyğun yeni

avadanlıqlar, Komissiya əməkdaşları üçün yeni müasir kompüter və notbuklar alınmışdır.

Həmçinin bir neçə serverin virtuallaşdırılması aparılmışdır.

2015-ci ildə “Namizədlər-Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (Namizədlər-

DQMK), Dövlət Qulluqçuları Reyestri İnformasiya Sistemi (DQRİS), Dövlət Qulluğuna

Qəbul-Test İmtahanı Sistemi (DQQ-TİS) və digər mövcud sistemlərin təkmilləşdirilməsi

və texniki dəstəyi, Komissiyanın fəaliyyəti ilə bağlı yeni sistemlərin layihələndirilməsi və

yaradılması üzrə” satınalma həyata keçirilmişdir.

Komissiyada dövlət qulluğuna qəbulun test mərhələsini həyata keçirmək üçün 116

kompüterdən ibarət 3 test mərkəzi fəaliyyət göstərir. Bu isə gün ərzində 232 namizədlə

test imtahanı keçirməyə imkan verir. Bu mərkəzlərin texniki təminatının işlək vəziyyətdə

olması üçün müvafiq tədbirlər görülmüşdür.

Page 64: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

64

Test tapşırıqları bazasının yaradılması və ekspertizası sahəsində

2015-ci ildə Komissiyanın Test Bankının zənginləşdirilməsi işləri davam

etdirilmişdir. Test Bankı ekspertləri tərəfindən “Məntiqi düşünmə qabiliyyətinin

yoxlanılmasıi”, “İnformasiya texnologiyaları”, “Qanunvericilik” test imtahanı blokları üzrə

yeni test tapşırıqları tərtib edilmiş, ekspertizadan keçirilmiş və Test Bankına daxil

edilmişdir. Bu bloklar üzrə test tapşırıqlarının sifarişi hazırlanarkən Test Bankında

müvafiq bölmələr üzrə test tapşırıqlarının sayı və ağırlıq dərəcələri, ədəbiyyat siyahısının

çeşid və keyfiyyəti nəzərə alınmışdır. Həmçinin tərtib edilən yeni test tapşırıqlarında

namizədlərin məntiqi düşünmə qabiliyyətinin müəyyənləşdirilməsi məsələsinə diqqət

yetirilmişdir.

2015-ci ildə “Qanunvericilik” blokuna daxil olan normativ hüquqi aktlarda (“Dövlət

qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət sirri haqqında”

Azərbaycan Respublikasının Qanunu, “İnformasiya əldə etmək haqqında” Azərbaycan

Respublikasının Qanunu, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında"

Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və

“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın

aparılmasına dair Təlimat”da) dəyişikliklər edildiyi üçün test proqramlarında və Test

Bankının müvafiq bölmələrində olan test tapşrıqları ekspertiza olunmuşdur. Ekspertiza

nəticəsində Test Bankında zəruri düzəlişlər edilmişdir. Həmçinin yenilənmiş normativ

hüquqi aktlar üzrə yeni test tapşırıqları tərtib edilərək ekspertizadan keçirilmiş və Test

Bankına əlavə edilmişdir.

İl ərzində test bankına 1356, o cümlədən “Qanunvericilik” bloku üzrə - 720,

“İnformasiya texnologiyaları” bloku üzrə - 400 və “Məntiqi düşünmə qabiliyyətinin

yoxlanılması” bloku üzrə isə - 236 test tapşırığı əlavə edilmişdir. Hazırda test bankında 20

mindən çox test tapşırığı vardır.

Hesabat ilində “Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması” test bloku üzrə cəlb

edilmiş mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda seminar-iclaslar keçirilmişdir.

Seminar-iclaslarda məntiq üzrə metodik vəsaitin təkmilləşdirilməsi imkanları və yeni tipli

test nümunələri müzakirə edilmiş, keçirilmiş test imtahanlarında təqdim olunan test

tapşırıqlarının namizədlər tərəfindən cavablandırılmasının statistikası təhlil edilmiş və

müvafiq təkliflər hazırlanmışdır.Test Bankının yeni test tapşırıqları ilə zənginləşdirilməsi

istiqamətində işlərin növbəti ildə davam etdirilməsi nəzərdə tutulmuşdur.

Page 65: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

65

E-hökumətin qurulması və vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin

yüksəldilməsi sahəsində həyata keçirilən dövlət siyasəti çərçivəsində Komissiya

tərəfindən yeni elektron xidmətin - “onlayn sınaq test imtahanı”nın tətbiqi 2015-ci ildə

davam etdirilmişdir. “Onlayn sınaq test imtahanı” elektron xidmətinin əsas məqsədi dövlət

orqanlarında vakant olan 5-7-ci təsnifat inzibati dövlət qulluğu vəzifələrinə qəbul olmaq

istəyən vətəndaşların test blokları üzrə biliklərinin yoxlanılmasını həyata keçirməkdir. Bu

elektron xidmət vasitəsilə təqdim olunan test tapşırığı nümunələri ilə namizədlərin

tanışlığı onların test imtahanlarına daha yaxşı hazırlaşmalarına imkan yaradır. Ödənişsiz

olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən

elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə

istifadə etmək olur.

Hesabat ilində “Onlayn sınaq test imtahanı” elektron xidmətinin funksionallığının

artırılması istiqamətində mühüm işlər davam etdirilmişdir. Belə ki, ilkin versiyada sınaq

imtahanları 5-ci və 6-7-ci təsnifatlar üzrə yalnız bir variantda həyata keçirilirdisə, 2015-ci

ilin birinci yarısında həm 5-ci, həm də 6-7-ci təsnifatlar üzrə variantların sayı 6-ya

çatdırılmışdır. Növbəti illərdə sınaq test imtahanlarının Test Bankının kəmiyyət və

keyfiyyət baxımdan zənginləşdirilməsi, variantların sayının artırılması nəzərdə

tutulmuşdur.

2015-ci ildə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün

10 müsabiqə elanı üzrə dövlət qulluğuna qəbul həyata keçirilmişdir. 2015-ci il 15 aprel

tarixli müsabiqə elanı üzrə test imtahanları may-iyun aylarında, 6, 14, 28 avqust, 11, 18

sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixləri üzrə test imtahanları sentyabr dekabr

aylarında keçirilmişdir. Müsabiqə elanları ərəfəsində bütün bloklar üzrə test proqramları

və məntiq üzrə metodik vəsait yenilənərək Komissiyanın rəsmi internet saytında

yerləşdirilmişdir.

VII. Dövlət proqramlarının və milli fəaliyyət planlarının icra edilməsi

sahəsində

Hesabat dövrü ərzində aşağıdakı dövlət proqramları və milli fəaliyyət planları ilə

Komissiyaya icrası həvalə edilmiş tədbirlərlə bağlı müvafiq işlər görülmüşdür:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında

Page 66: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi

66

yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (Hesabat əlavə edilir –

Əlavə 20 );

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli

Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli

Fəaliyyət Planı” (Hesabat əlavə edilir – Əlavə 21.1, Əlavə 21.2);

3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının

həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” (Hesabat əlavə edilir –

Əlavə 22);

4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”

(Hesabat əlavə edilir – Əlavə 23).