azerbaycan dili 8-9

64
Azərbaycan dili 8-9- cu siniflər üçün

Upload: gary-thompson

Post on 15-Apr-2017

315 views

Category:

Documents


8 download

TRANSCRIPT

Page 1: Azerbaycan Dili 8-9

Azərbaycan dili 8-9-cu siniflər üçün

Page 2: Azerbaycan Dili 8-9

Azərbaycan dilinin qramatikasında 6 əsas nitq hissələri var: isim, sifət, say, əvəzlik, fel, zərf. Bu nitq hissələrindən 5-i köməkçidir: 1. bağlayıcı (və, ki, lakin), 2. qoşma (tərəf, qədər, üçün), 3. ədəd (kaş, yalın, heç), 4. modal sözlər (bəlkə, şübhəsiz, həqiqətən) 5. nida (ax, uf, bəh-bəh).

Sözlərin cümlədə uyğunlaşması üçün mənsubiyyət şəkilçiləri üç şəxsə bölünür:

Birinci şəxs – im, m, ımız, mızİkinci şəxs – in, n, ımız, nızÜçüncü şəxs – ı, i, si, sı, (ları, ləri)

İsim

İsim əşyanın adını bildirir, kim? nə? hara? suallarına cavab verir. İsim hallara görə 6 hala bölünür:

1. Adlıq hal – kim? nə? hara?2. Yiyəlik hal – kimin? nəyin? haranın? (ın,in)3. Yönlük hal – kimə? nəyə? haraya? (a,ə)4. Təsirlik hal – kimi? nəyi? harayı? (ı, i)5. Yerlik hal – kimdə? nədə? harada? (da, də)6. Çıxışlıq hal – kimdən? nədən? haradan? (dan, dən)

Sifət

Sifət əşyanın necəliyini bildirir, necə? Nə cür? Hansı? Suallara cavab verir. İsimdən sifət düzəltmək üçün şəkilçilər də mövcuddur: lı, sız, dakı, cıl, -ı, (yı, yi), -ı, cı.

Say

Say əşyanın miqdarını bildirir, nəçə? nə qədər? neçənci? Suallara cavab verir.

Page 3: Azerbaycan Dili 8-9

Söz birləşməsi

Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir. Məsələn: yaşıl yamac, uca çinar, dağ qartalı, dünyanın əvvəli, məktubu təzəcə oxuyan, səhər evdən gələndə və s.

Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi (məsələn: bizə tərəf, evə sarı və s.) söz birləşməsi sayılmır.

Söz birləşməsi və söz

Söz birləşməsi də sözlər kimi, əşya və hadisələri adlandırır. Məsələn: stol – stolun ayağı, roman – macəra romanı, ev – evin qapısı, bulaq – bulağın suyu və s.

Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də cümlə üçün tikinti materialıdır; məsələn: evin qapısı açıq idi. – cümləsi bir sözün (açıq idi) və bir söz birləşməsinin (evin qapısı) iştirakı ilə yaranmışdır. Bu cür oxşar cəhətlərə baxmayaraq söz birləşmələri sözlərdən əsaslı şəkildə fərqlənir:

1. Söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər dilimizin lüğət tərkibində hazir şəkildədir, söz birləşməsi isə nitk prosesində sintaktik əlaqələrlə formalaşır.

2. Söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır.3. Sözün mənası ümumi və geniş olur; məsələn: kitab

dedikdə hər cür kitab, şəhər dedikdə hər cür şəhər nəzərdə tutuur. Lakin söz birləşməsi tərkibində sözün mənası xeyli konkretləşir. Bunu kita, şəhər sözlər ilə dərs kitabı, Bakı şəhəri birləşmələrini müqahisə etməklə də görmək olar.

Page 4: Azerbaycan Dili 8-9

Söz birləşməsi və cümlə

Söz birləşməsi cümlə ilə də oxşar və fərqli cəhətlərə malikdir. Hər ikisi (həm söz birləşməsi, həmdə cümlə) sözlərin müxtəlif şəkildə birləşməsindən əmələ gəlir; hər ikisi eyni nitk hissələrindən və eyni sintaktik əlaqədən yaranır; sözlərin sırası da bunlarda əsasən eyni cür olur.

Bu oxşar cəhətlərlə yanaşı, söz birləşmələri ilə cümlələrin mühüm fərqləri də vardır;

Cümlə ünsiyyətin əsas vahididir və bitmiş fikir ifadə edir. Lakin söz birləşməsi bitmiş fikir ifadə edə bilmir. Məsələn: gözəl həyat – həyat gözəldir, dağ havası – dağın havası sərindir və s. cümlənin özünəməxsus intonasiyası olur. Cümlədə söylənilən fikrə münasibət bildirilir.

Söz birləşməsindən fərqi olaraq, cümlə bir sözdən də ibarət ola bilir. Məsələn: Gecdir. Tezdir. Yoruldum. və s.

Söz birləşmələrinin növləri

Söz birləşmələri əsas və asılı tərəflərdən ibarət olur. Asılı tərəf əvvəl işlənir və sintaktik əlaqə üsullarından biri ilə (ikinci) əsas tərəfə tabe olur. Məsələn: Maraqlı kitab, məktubu oxumaq birləşmələrində maraqlı və məktubu sözləri asılı tərəf, kitab və oxumaq sözləri əsas tərəfdir.

Söz birləşmələrinin əsas tərəfi nitk hissələri ilə ifadə olunur. Məsələn: daş divar birləşməsinin əsas tərəfi (divar)

Page 5: Azerbaycan Dili 8-9

isimlə, divarı uçurmaq birləşməsinin əsas tərəfi (uçurmaq) fellə ifadə olunur.

Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə söz birləşmələri iki böyük qurupa bölünür:

1. İsmi birləşmələr2. Feli birləşmələr

İsmi birləşmələr

Əsas tərəfi adlarla (isim, sifət, say, əvəzlik və bəzi ərflərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. Məsələn: dəmir qapı, almanın qırmızısı, əldən iti və s.

İsmi birləşmənin növləri çoxdur; məsələn: yaşıl yarpaq, ağac yarpağı, yarpağın rəngi, yaşıl yarpaqlı və s. birləşmələrin hər biri öz yaranma üsuluna görə o birindən fərqlənir. Belə rəngarəng birləşmələrdən üç növü dilimizdə daha çox işlənir. Buraya, qırmızı çiçək, çəmənin ətri, bülbülün nəğməsi tipli birləşmələr daxildir. Asılı tərəfləri əsas tərəf izah etdiyindən belə birləşmələrə təyini söz birləşmələri deyilir.

Təyini söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə üç növə bölünür:

Birinci növ təyini söz birləşmələriİkinci növ təyini söz birlləşmələriÜçüncü növ təyini söz birləşmələri

Birinci növ təyini söz birləşmələri

Hal və mənsubiyyət şəkilçiləri olmadan yaranan birləşmələrə birinci növ təyini söz birləşmələri deyilir. Məsələn: sərin su, işıqlı otaq, yağışlı hava və s.

Page 6: Azerbaycan Dili 8-9

Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi isim, sifət, say, əvəzlik və feli sifətlə, əsas tərəfi isə isimlərlə (və isimləşmiş sözlərlə) ifadə olunur. Məsələn:

Birinci növ təyini söz birləşmələrinin əsas tərəfi cəm, mənsubiyyət və hal şəkilçiləri qəbul edə bilir. Məsələn: yaxşı şagird – yaxşı şagirdlər, yaxşı şagirdlərimiz, yaxşı şagirdlərdə.

Lakin bu şəkilçilər birinci növ təyini söz birləşmələrinin əlaməti deyildir, çünki belə birləşmələr həmin şəkilçilərin iştirakı olmadan əmələ gəlir.

Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi cümlədə təyin, ikinci tərəfi mübtəda, xəbər, tamamlıq və ya zərflik olur. Məsələn: Bu kitab həmin kitabdır. Sizi maraqlandıran həmin kitabdir cümlələrində bu kitab, həmin kitabdır birinci növ təyini söz birləşməsidir. Birləşmələrdə bu həmin sözləri təyin, kitab mübtəda, kitabdır – xəbərdir.

Bəzən birinci növ təyini söz birləşmələrinin tərəfləri birlikdə cümlələrin bir növü olur. Məsələn: Hər tərəf zil qaranlıq idi. Yaman gündə insan insana arxadır – cümlələrində hər tərəf – mübtəda, yaman gündə – zaman zərfliyidir.

İkinci növ təyini söz birləşmələri

Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinçi tərəfi mənsubiyyət şəkilçili (-ı, -i, -u, -ü) birləşmələrə ikinci

Page 7: Azerbaycan Dili 8-9

növ təyini söz birləşmələri deyilir. Məsələn: insan təbilləti, bildirçin yuvası, şəhər bağı, məktəb direktoru və s.

İkinci növ təyini söz birləşməsinin tərəfləri, başlıca olaraq, isimlərlə ifadə olunur (insan təbilləti, məktəb direktoru və s.). Lakin bəzən başqa başqa nitq hissələri də isimləşərək belə birləşmələrin tərəfləri kimi işlənə bilir. Məsələn: Gözəllər gözəli, yaxşılar yaxşısı və s.

İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında başqa söz artırmaq olmur.

Təyini söz birləşmələrinin bu növündə tərəflərdən biri cəmlənərək digər tərəf tək olur. Məsələn: Xalqlar dostluğu, qocalar evi, mədəniyyət sarayları və s.

İkinci növ təyini söz birləşməsinin tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvü olur. Məsələn: Yarış günü yaxınlaşırdı. Bu kitab sinif rəhbərinindir. Sinif rəhbəri Leyla müəlliməni alqışladılar. – cümlələrində yarış günü – mübtəda, sinif rəhbərinindir – xəbər, sinif rəhbəri – təyindir.

Üçüncü növ təyini söz birləşmələri

Bu birləşmə isə yiyəlik halı və mənsubiyyət şəkilçili olur. Birinci tərəf yiyəlik hal şəkilçili, ikinci tərəf mənsubiyyət şəkilçili olur. Məsələn: kürün daşması, sözün mənası və s.

Feli birləşmələrƏsas tərəfi fellərdən ibarət olan birləşmələrə feli

birləşmələr deyilir.Feli birləşmə dedikdə, əsas tərəfi feli sifət, feli bağlama

və ya məsdərdən ibarət olan birləşmələr nəzərdə tutulur. Məsələn: məktubu oxuyan, film izləyən; məktubu oxuyanda, film izləyəndə; məktubu oxumaq, film izləmək.

Göründüyü kimi feli birləşmə müstəqil sözlərin feli sifət, feli bağlama və ya məstərə tabe olur.

Page 8: Azerbaycan Dili 8-9

Feli birləşmələr cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə ayrılır:

1. məstər tərkibləri2. feli sifət tərkibləri3. feli bağlama tərkibləriTərkiblərdə sözlərin miqdarı adətən çox olur. Birləşmə

üçün iki, tərkib üçün çox söz səciyyəvi hesab olunsada, tərkib və birləşmə əslində sinonim terminlərdir.

Məsdər, feli sifət və feli bağlama tərkibləri

Məsdər tərkiblərinin əsas tərəfi məsdərdən ibarət olur. Məsələn: Sən olnara tatarca yazmaq öyrədirsən? – cümləsində tatarca yazmaq məztər tərkiblidir və tatarca sözünün yazmaq məstərinə tabe olması yolu ilə yaranmışdır.

Məsdər tərkibləri əksərən cümlənin mübtəda və tamamlığı vəzifəsində işlənir. Məsələn: Çox irəli getmək təhlükəli idi. İnsanı sevməyə ixtiyarım var – cümləsində çox irəli getmək mübtəda, insanı sevməyə birləşməsi tamamlıqdır.

Feli sifət tərkibinin əsas tərəfi feli sifətdən ibarət olur. Məsələn: Onun yeri hər bahar qızıl lalələrlə örtülən düzənlik oldu – cümləsində hər bahar qızıl lalələrlə örtülən sözləri feli sifət tərkibidir və əsas tərəfi örtülən – feli sifətdir.

Feli sifət tərkibləri cümlədə əksərən təyin vəzifəsində işlənir. Məsələn: Meşəyə gedənlər geri qayıtdılar. Yarışda birincilik qazananları təbrik etdilər – cümlələrində meşəyə gedənlər mübtəda, yarışda birincilik qazananları tamamlıqdır.

Feli bağlama tərkibinin əsas tərəfi feli bağlamadan ibarət olur. Məsələn: Məhəmməd atı dirəyə bağlayıb, ağanın yanına gəldi – cümləsində atı dirəyə bağlayıb feli bağlama

Page 9: Azerbaycan Dili 8-9

tərkibində, bağlayıb əsas tərəf, atı dirəyə sözləri əsas tərəfdir.

Feli bağlama tərkibləri cümlədə əksərən zərflik (zaman, tərzi-hərəkət, səbəb zərflikləri və s.) vəzifəsində işlənir. Məsələn:

Akif həyətdən çıxanda anası dalınca su atdı – cümləsində Akif həyətdən çıxanda feli bağlama tərkibi zaman zərfliyidir.

Sintaktik əlaqələr

Söz birləşmələrini və cümlələri təşkil edən sözlər arasında iki cür əlaqə olur:

1. Məna əlaqəsi2. Sintaktik əlaqəMəsələn: Sara Xatun heyranlıqla ona baxırdı; heyranlıqla

barırdı; sözlətri bir-biri ilə həm mənaca həm də sintaktik cəhətdən əlaqəlidir. Bu sözlərin arasındaki sintaktik əlaqələri belə göstətmək olar:

Sözlər arasındaki sintaktik əlaqələr iki cür olur:1. Tabesizlik 2. Tabelilik

Tabesizlik əlaqələri

Tabesizlik əlaqələrində tərəflər bərabər hüquqlu olur. Tərəflərdən biri o birinə tabe olmur, o birini aydınlaşdırır. Məsələn: Qəssablar qoyunları kəstilər, soydular. Aşbazlar manqalları hazırladılar, qazanları

Page 10: Azerbaycan Dili 8-9

hazırladılar. Bağımızda alma, armud, heyva, gilas ağacları var.

Tabesizlik əlaqəsi özünü cümlənin həmcins üzvləri arasında göstərir. Tərəflər ya sadalana intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Su altındaki ağ balıqqulaqları və çınqılları adamın xoşuna gəlirdi. Qara, qırmızı, sarı çınqıllar.

Birinci cümlədəki və bağlayıcısı, ikinci cümlədəki qara, qırmızı, sarı sözləri sadalama intonasiyası ilə əlaqələnmişdir.

Tabelilik əlaqələri

Tabəlilik əlaqəsində tərəflərdən biri o birindən asılı olur, o birini izah edir və aydınlaşdırır. Cümləni quran əsas əlaqə forması tabelilik əlaqəsidir.

Tabəlilik əlaqəsində tərəflərdən biri əsas, digəri asılı tərəf adlanir. Asılı tərəf əsas tərəfə tabe olur. Məsələn: Dəmir peç otağı bəkr qızdırırdı – cümləsini belə göstərmək olar:

Təbelilik əlaqəsinin üç növü var:1. Yanaşma əlaqəsi 2. Uzlaşma əlaqəsi 3. İdarə əlaqəsi

Yanaşma əlaqəsi

Asılı tərəfin heç bir şəiklçi qəbul etmədən əsas tərəfə yanaşıb ona mənaca bağlanmasına yanaşma əlaqəsi deyilir.

Page 11: Azerbaycan Dili 8-9

Yanaşma əlaqəsində əvvə asılı tərəf, sonra əsas tərəf işlənir. Uzlaşma əlaqəsində şəxs və şəkilçilərdən, idarə əlaqəsində hal şəkilçilərindən istifadə edildiyi halda, yanaşma əlaqəsinin heç bir şəkilçisi yoxdur. Yanaşma əlaqəsində bir söz heç bir sözdəyiş`dirici şəkilçiyə ehdiyac olmadan başqa bir sözə yanaşır və ona tabe olur. Məsələn: Qalın meşə sıx duman bürümüşdü – cümləsində qalın sözü meşə, sıx sözü duman sözünə yanaşır.

Uzlaşma əlaqəsi

Asılı tərəfin əsas şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir.

Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm də ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur.

Mübtəda ilə xəbər arasında uzlaşmada mübtəda əsas, xəbər asılı tərəfdir. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəxsin şəkilçisini qəbul edir və onunla uzlaşır. Məsələn:

Mən böyüyürəmBiz boy atırıqSiz gəncləşirsinizOnlar işləyirlər

I və II şəxslərdə xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə həmişə uzlaşır və uzlaşma pozulmur. III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşada bilir, uzlaşmaya da bilir. Məsələn: Qonaqlar gəldilər də deyilir, qonaqlar gəldi də deyilir.

İkinci təyini söz birləşməsinin birinci tərəfi həmişə III şəxsə olur, ona görə də ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşır:

Page 12: Azerbaycan Dili 8-9

Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi hər üç şəxsdə ola bilir, ona görə də uzlaşma hər üç şəxsdə olur:

İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında ad uzlaşma olur. Məsələn: məktəb binası, sənin məqsədin tipli birləşmələrdə ikinci tərəf birinci tərəf ilə uzlaşır.

İdarə əlaqəsi

Əsas tərəfin tələbi ilə asılı tərəfi müəyyən düşməsinə idarə əlaqəsi deyilir.

İdarə əlaqəsi ismin halları ilə bağlıdır. Adlıq haldan başqa, qalan beş haldan olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir. Məsələn:

Evin qapısı – təsirlikEvi təmizləyən – çıxışlıqEvə gələndə – yerlik – birləşmələrində evin, evi, evə

sözləri asılı tərəf, qapısı, təmizləyən, gələndə sözləri əsas tərəf, idarə edən tərəfdir.

İdarə əlaqəsində əsas tərəf əksərən fellərdən ibarət olur. Lakin başqa nitq hissələri də əsas tərəf ola bilir. Məs: anaya hörhət, şagirdlərdən bir neçəsi birləşməsində hörmət, bir neçəsi sözləri əsas tərəf, anaya, şagirdlərdən sözləri asılı tərəfdir.

Page 13: Azerbaycan Dili 8-9

CümləCümlə insanlar arasında fikir mübadiləsinin

vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.

Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.

Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, his-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.

Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. Məsələn: Nəsrin kolu qızılgül koluna oxşayır. Mən dram əsərlər oxumağı sevirəm. Hər şeyin öz vaxtı var.

Cümlə bir sözdən ibarət ola bilər. Məsələn: Gecdir. Yoruldum. Səhərdir. – misralarında cümlə intonasiyası tələffüz edilən Gecdir, Yoruldum, Səhərdir sözləri bimiş fikir ifadə edərək cümlə kimi formalaşmşdır.

Cümlələr quruluşca sadə və mürəkkəb olur. Sadə cümlələrin yalnız bir qramatik əsası olur. Məsələn:

Uşaqlar oturdular. Müəllim ayaq üstə durub sinfə göz gəzdirdi.

Mürəkkəb cümlələrin iki və daha çox qramatik əsası olur. Məsələn: Fırtına getdikcə şiddətlənir, gəmi ağır-ağır yırğalanırdı. Zəng təzəcə vurulmuş, müəllim sinfə daxil olmuş, dərs başlandı.

Page 14: Azerbaycan Dili 8-9

Cümlənin məqsəd və intonasiyaya görə növləri

Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Məsələn: Dostlar xeyli sakitcə dayandılar. Əşrəf, həddini aşma! – cümlələrində birincisində müəyyən bir iş haqqında məlumat verilir, ikinci cümlədə də danışanın idarəsi ifadə olunur, bir şey tələb olunur.

Deyiliş zamanı cümlə növlərinin fərqlənməsində intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə bu rəngarəngliyi yaratmaqla məqsədimizi aydınlaşdırır. Bu cəhətdən cüçlələr üç qrupa ayrılır

Nəqli cümlələrSual cümlələrƏmr cümlələr

1. Nəqli cümlə

Nəqli cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədilə işlənir. Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir. Xəbərdən əvvəlki sözün üzərində səs tonu bir qədər yüksəlir, sonra tədricən alçalaraq kəsilir. Məsələn: Dünyada əlli milyona qədər azərbaycanlı var. Onlardan doqquz milyonu Azərbaycan respublikasında yaşayır.

Nəqli cümlə başqa başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən nəqli cümlələr vasitəsilə ifadə edirlər.

Yazıda nəqli cümlələrin sonunda nəktə qoyulur. Hiss-həyəsac tələffüz edildikdə nida işarəsindən ( ! ) istifadə edilir.

Page 15: Azerbaycan Dili 8-9

2. Sual cümlələr

Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir. Yazıda sual cümləsinin sonunda sual işarəsi ( ? ) qoyulur. Məsələn: Ölkəmizin bayrağı neçə rəngdədir? Himnimizi kim yazıb?

Sual cümlələrin üç növü var:1. Sual əvəzliklərinin köməyi ilə yaranan sual

cümlələri. Məsələn: Qız qalası neçənci əsrdə tikilib? Ölkəmizin ilk paytaxtı hansı şəhər idi? Qarabağa hücum edən kim idi? Ata Türk haqqında nə bilirsiniz?

2. Sual ədatlarının köməyi ilə yaranan sual cümlələri. Məsələn: Siz günəşin çıxmasını seyr etmisinizmi? Bəs batmasını? Getmək istəmirsən ki?

3. Yalnız sual intonasiyası ilə əmələ gələn sual cümlələr. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri və sual ədatları iştirak edir. Belə cümlələr nəqli cümlələrə yaxın olub, nəqli cümlələrdən xəbərinin son hecasının bir qədər uzun tələffüz olunması ilə fərqənir. Məsələn: Sən şeri sevirsən? Himnimizi bilirsən? Qiymət almısan?

Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin cavabında ya həmin cümlələrin özləri (məsələn: Bu köhnə kitabdır? – sualına Bu köhnə kitabdır cavabını vermək olar) ya da onların bir hissəsini təkrar etmək (köhnə kitabdır deyə), yaxud da bəli, yox, xeyr kimi təstiq və inkar bildirən sözlərlə cavab vermək olar.

3. Əmr cümləsi

Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir. Əmr cümləsinin xəbəri felin əmr şəklində ifadə olunur. Bu, əmr cümləsi üçün qramatik göstərici hesab olunur.

Page 16: Azerbaycan Dili 8-9

Adi tonla tələffüz olunan əmr cümlələrinin sonunda yazıda nöktə qoyulur. Lakin əmr cümləsi yüksək tonla tələffüz edildikdə nida işarəsi qoyulur. Məsələn adi tonla: bəri bax. Ynımda qal. Yüksək tonla: Düzünü de! Cavab ver! Dayan!

Nida cümləsi

Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir. Məsələn: Azərbayca, Azərbaycan!

Nida cümlələri yeni cümlə növü deyildir. Nəqli, sual və əmr cümlələri hiss və həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir. Nida cümlələri əsasən iki yolla əmələ gəlir:

1. Yalnız intonasiya vasitəsilə əmələ gələnlər; Məsələn: böyüklərin sözünü kəsmək olmaz! Qoy bunu hamı bilsin!

2. Nidaların köməyilə əmələ gələnlər; Məsələn: Bəh-bəh necə ətirlidir! Oy, nə gözəl çiçəklənir, Çingiz!

Cümlə üzvləri

Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.

Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar və deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.

Page 17: Azerbaycan Dili 8-9

Cümlə üzvləri əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.

Nitq hissələri ilə ifadə olunan üzvlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb üzvlər adlanır.

Cümlənin beş üzvü var. Bu üzvlər cümlənin təşkilində roluna görə iki növə ayrılır.

1. Baş üzvlər: mübtəda, xəbər.2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.

Cümlənin baş üzvləri

1. Mübtəda

Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.

Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir.

Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.

2. Xəbər

Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.

Page 18: Azerbaycan Dili 8-9

Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.

Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.

Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.

Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.

Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.

Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.

Feli və ismi xəbər

Xəbər ifadə vasitələrinə görə iki cür olur: 1) feli xəbər; 2) ismi xəbər.

Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.

Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.

İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.

İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.

Page 19: Azerbaycan Dili 8-9

Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heçkim yoxdur.

Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.

İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.

Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması

Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn: Mən bədii kitabları çox oxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.

Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:

Mən oxuyuram, Biz oxuyuruq.Sən oxuyursan, Siz oxuyursunuz.O oxuyur, Onlar oxuyurlar.

III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:

1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.

2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.

Page 20: Azerbaycan Dili 8-9

3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.

Cümlənin ikinci dərəcəli üzvləri

Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri tamamlıq, təyin və zərflikdir.

İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.

Təyin əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.

1. Tamamlıq

Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.

İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.

İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.

Page 21: Azerbaycan Dili 8-9

Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.

Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.

Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.

Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.

Vasitəsiz və vasitəli tamamlıqlar

Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir. Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.

Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:

1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən

təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.

Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir. Məsələn: Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm.

Page 22: Azerbaycan Dili 8-9

Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir. Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.

Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.

2. Təyin

Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir.

Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.

Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.

İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.

Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.

Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.

Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.

Page 23: Azerbaycan Dili 8-9

3. Zərflik

Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.

Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.

Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.

Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.

Zərfliyin məna növləri

Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir. Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır.

1. Tərzi-hərəkət zərfliyi – işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.

2. Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.

3. Yer zərfliyi – işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.

4. Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.

5. Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.

Page 24: Azerbaycan Dili 8-9

6. Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.

Cümlə üzvlərinin əlavəsi

Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.

Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.

Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.

Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.

Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.

Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.

Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə də vergül qoyulur.

Həmcins üzvü cümlələr

Bildiyimiz kimi, cümlənin müxtəlif üzvləri arasında (xəbərlə mübtəda, zərfliklə xəbər, təyinlə təyinlənən arasında) tabelilik əlaqələri (uzlaşma, idarə və ya yanaşma) olur. Lakin cümlədə elə üzvlər də işlənir ki, onlardan biri digərinə tabe olmur. Bu cür üzvlər arasındakı

Page 25: Azerbaycan Dili 8-9

əlaqə tabesizlik əlaqəsi, bərabərhüquqlu əlaqədir. Məsələn: Yayda alma, armud, gilas və s. meyvələr yetişir.

Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlərə həmcins üzvlər deyilir.

Tərifdən göründüyü kimi, həmcins üzvlər eyni bir üzvə aid olur, eyni suala cavab verir. Məsələn: Dünən biz doyunca gəzdik, əyləndik, yedik, içdik, dincəldik.

Həmcins üzvlər ya təkcə sadalama intonasiyası ilə, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.

Həmcins üzvlər arasında bağlayıcılar

Həmcins üzvləri əlaqələndirən tabesizlik bağlayıcıları mənaca beş qrupa bölünür:

1. Birləşdirmə bağlayıcıları: və, ilə (-la, -lə); Məsələn: Bir azdan Əhməd ilə Məhəmməd gələcək.

2. Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud da, gah, gah da; məsələn: Havalar gah isti, gah da sərin keçirdi.

3. İştirak bağlayıcılar: həm, həm də, həm də ki, hətta, da, də; məsələn: Silah da, məşəl də, güc də bilikdir.

4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki; məsələn: Cabbar nə narahat, nə də acıqlı idi.

5. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin; məsələn: Səlim gəldi amma kitabları gətirmədi.

Həmcins üzvlərdə ümumiləşdirici sözlər

Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvü ümumiləşdirici söz adlanır. Məsələn: Hər tərəfdə: suda, quruda, uzaqda, yaxında zenit topları səs-səsə verirdi.

Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra iki nöqtə (:) qoyulur. Məsələn: Burada hər cür adam: fəhlə, kəndli, tacir, ruhani tapmaq olardı.

Page 26: Azerbaycan Dili 8-9

Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire (–) işarəsi qoyulur. Məsələn: Qadın, kişi, qoca, cavan – hamı tarlada idi.

Həmcins üzvlərdə şəkilçilərin və hissəciklərin ixtisarı

Sonuncusu saxlanılmaqla, həmcins üzvlərdə təkrar olunan bəzi sözdəyişdirici şəkilçilər və hissəciklər ixtisar oluna bilir. Əsasən hal və cəm şəkilçiləri, xəbərdə şəxs şəkilçiləri, idi, imiş hissəcikləri, ilə qoşması ixtisar olunur.

1. Sonuncusu saxlanmaqla, həmcins mübtədaların cəm şəkilçisi ixtisar oluna bilir.

2. Sonuncusu saxlanmaqla, həmcins tamamlıqların hal şəkilçisi ixtisar oluna bilər.

3. Sonuncusu saxlanmaqla, həmcins xəbərlərdə şəxs şəkilçiləri ixtisar oluna bilir.

4. Həmcins xəbərlər tək olarsa, idi, imiş hissəcikləri, cəm olarsa, hissəcik və cəm şəkilçisi ixtisar edilir.

5. Sonuncusu saxlanmaqla, həmcins üzvlərdən sonra gələn ilə (-la, -lə) qoşması ixtisar edilir.

Xəbərin həmcins mübtədalarla uzlaşması

Həmcins mübtədalar həm müxtəlif şəxs əvəzlikləri həmdə isimlərlə ifadə oluna bilir. Xəbərin onlarla uzlaşması belə olur:

1. Müxtəlif şəxslərdə olan həmcins mübtədalardan biri I şəxsdə olduqda xəbər I şəxsin cəmində olur. Məsələn:

Page 27: Azerbaycan Dili 8-9

2. Müxtəlif şəxslərdə olan həmcins mübtədalar arasında I şəxs olmazsa, həmcins mübtədalar II və III şəxslərdə olarsa, xəbər II şəxsin cəmində olur. Məsələn:

3. Həmcins mübtədalar III şəxsdə olan sözlərlə (əvəzlik və isimlərlə) ifadə edildikdən xəbər də III şəxsdə olur. Belə mübtədaların insanı, başqa canlıları və cansız varlıqları bildirməsindən asılı olaraq, xəbər cəmdə də ola bilir, təkdə də. Məsələn: Sonra Nərgiz və Aybəniz tarlaya getdilər.

Xitab və ara sözlər

Cümlə üzvlərindən danışarkən qeyd etdiyimiz kimi, bir sıra sözlər və birləşmələr daxil olduğu cümlənin üzvləri ilə mənaca əlaqələndiyi halda, qrammatik (sintaktik) əlaqədə olmur. Ona görə də belə sözlər və birləşmələr cümlə üzvü sayılmır. Məsələm: – Vaqif! Ey sərvərim, ey tacıdarım! – Nə var, nə deyirsən, vəfalı yarım?

Beləliklə, cümlə üzvləri kimi, xitablar və ara sözlər də ifadə olunur. Lakin onlardan fərqli olaraq, sintaktik əlaqədə olmadıqları üçün cümlə üzvü olmurlar. Cümlə üzvü olmasalar da, fikrin dəqiq şəkildə ifadəsində və müraciət obyektini bildirməsində onların rolu böyükdür.

Xitab

Cümlədə müraciət olunanı bildirən sözlərə və birləşmələrə xitab deyilir. Məsələn:

Durma, ey Nizami, iş zamanıdır,Fələk etibarsız, dünya fanidir.

Page 28: Azerbaycan Dili 8-9

Xitab adətən insana aid sözlərlə ifadə olunur, insana müraciətlə işlədilir. Adamları çağırmaq, oyatmaq kimi ifadə olunur. Məsələn: Ey insanlar, sülhə gəlin. Xanımlar və cənablar.

Başqa canlılara, hətta cansızlara da müraciət işlənilir. Belə xitablar, bir qayda olaraq, bədii dildə, xüsusən şerdə işlənir. Məsələn:

Keçən dövran, belə qalmaz,Şad ol, könül, nə məlulsan?!

Ara sözlər

Ara sözlər danışanın etdiyi fikrə münasibətini bildirir. Nəhayət, əl-ayaq yığışdırılanda kişi içəri girdi.

Ara sözlər söz, söz birləşməsi və ya cümlə şəklində olur.a) Söz formasında: Qısası, bu iş baş tutan deyil.

Demək, siz də bu fikirdəsiniz.b) Söz birləşməsi formasında: Sözün düzü, Lalə bu

məktubu səbirsizliklə gözləyirdi.c) Cümlə formasında: Qəribədir, görəsən o indi haradadır?

Mürəkkəb cümlənin növləri

Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.

Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.

Page 29: Azerbaycan Dili 8-9

Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.

Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.

Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.

Tabesiz mürəkkəb cümlələr

Mürəkkəb cümlələrin bir qismində tərəflər bərabərhüquqlu olur. Tərkib hissələr bir-birindən eyni dərəcədə asılı olur, fikrin ifadəsində eyni dərəcədə, bərabər şəkildə edir. Məsələn: Arabir göy guruldayır, yağış güclənir. Birdən Əlabbas kişi pəncərəni açdı, külək yağışı kişinin üzünə çırpdı.

Bərabərhüquqlu sadə cümlələrin birləşməsində əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlələrin hissələri ya yalnız intonasiya ilə ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bu tabesiz mürəkkəb cümlələrdən əvvəlki ikisinin tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə əlaqələnmişdir.

Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcıların köməyi ilə tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır.

Page 30: Azerbaycan Dili 8-9

Bağlayıcılı tabesiz mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün aşağıdakı bağlayıcılardan istifadə edilir.

1. Birləşdirmə bağlayıcısı: və2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin və

s. Məsələn: Dərsi öyrənmədim amma oxudum.3. İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da, də.

Məsələn: Yemək həm isti, həm də dadlı idi.4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Nə

o bilirdi, nə də mən.5. Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah da,

istər, istərsə də və s. Məs: O, gah danışır, gah da susurdu.6. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Qiymət

aldım, yəni beş aldım.Birləşdirmə, iştirak və inkar bağlayıcıları əsasən zaman

əlaqəli tabesiz mürəkkəb cümlələrdə işlənir.Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə bağlayıcıları

tabesiz mürəkkəb cümlələrin arasında ki, yazıda vergül (,) qoyulur.

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri

Tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında 6 məna əlaqəsi olur:

1. Zaman əlaqəsi2. Ardıcıllıq əlaqəsi3. Səbəb-nəticə əlaqəsi4. Aydınlaşdırma əlaqəsi5. Qarşılaşdırma əlaqəsi6. Bölüşdürmə əlaqəsi

Page 31: Azerbaycan Dili 8-9

1. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məsələn: Mən kəndə çatanda külək davam edir və küçələrə sel axırdı.

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr sadalama üsulu ilə qurulduğundan tərkib hissələrin sayı bəzən ikidən çox olur. Məsələn: Şahmarın ürəyi döyündü, qəlbi çırpındı, əlləri əsdi. – cümləsində üç tərkib hissədən ibarətdir.

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi olur. Məsələn: Şair olmayanda xəyala dalır.

Bu cür zərfliklər də tərkib hissələrdəki hadisələrin eyni zamanda baş verdiyini göstərir.

2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: İşıqlar söndü, kino verilişi başladı. Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.

Misallardan göründüyü kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin də tərkib hissələrinin sayı ikidən artıq ola bilir.

Page 32: Azerbaycan Dili 8-9

3. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məsələn: Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi.

Bu cümlədə birinci tərkib hissə səbəbi, ikinci tərkib hissə birincidən doğan nəticəni bildirir.

Zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr kimi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də ya intonasiya ilə, ya da və bağlayıcıları ilə əlaqələnir. Həmin cümlə növlərindən fərqli olaraq, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur.

4. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr

Aydınlaşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır. Məsələn: Ağız deyəni qulaq eşitmirdi. İyirmi-otuz adam üz-üzə, çiyin-çiyinə oynayırdı.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bir-birinə bağlıdır. Bəzi hallarda aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bildirən yəni bağlayıcısı işlənir. Məsələn: Səlim başını tərpətdi, yəni o razı idi.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir. Ümumilik bildirən hissədən sonra, əsasən, iki nöqtə qoyulur. Məsələn: Xəyal dərin fikrə getdi: bu işi kim etmiş olar?

Page 33: Azerbaycan Dili 8-9

Tərkib hissələrdən birində vergül olduqda, tərkib hissələrin arasında nöqtəli vergül qoyulur. Məsələn: Uzun qış axşamı idi; külək dəhşətli bir zırıltı ilə qanadlarını divara çırpır, üzü qılınc kimi kəsirdi.

5. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır. Məsələn: Mən çox dedim, o az eşitdi. Qapını itələdim, ancaq o açmadı.

Bəzən qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur, bəzən tərkib hissələrdəki fikirlər, iş və hadisələr sadəcə olaraq qarşılaşdırılır. Məsələn: Cilovu dartıb atı saxlamaq istəyirdim, at dayanmadı. İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq – cümlələrində birincisində ziddiyyət, ikincisində fərqləndirmə, qarşılaşdırma mənası verir.

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya ilə və (amma, ancaq, lakin) bağlayıcılar və antonim sözlərin köməyi ilə əlaqələnir.

6. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr ya növlər ilə bir-biri ilə əvəz edilir, ya da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Məsələn: Gah güclü yağış yağır, gah da gün çıxırdı. Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam – cümlələrindən birincisində müxtəlif hadisələrin (yağış, gün) növbə ilə bir-birini əvəz etdiyi görünür; ikinci cümlədə isə iki hadisədən birinin mümkünlüyünü ifadə edir.

Page 34: Azerbaycan Dili 8-9

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yalnız bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır. Gah, gah da, gah da ki bağlayıcılarından istifadə etdikdə hadisələr növbələşir, növbə ilə bir-birini əvəz edir. Məsələn: Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər əsirdi.

Ya, ya da, ya da ki, yaxud da bağlayıcıları işləndikdə hadisələrdən birinin mümkünlüyü ifadə olunur. Məsələn: Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam.

Tabeli mürəkkəb cümlənin sintaktik təhlil qaydası

Tabeli mürəkkəb cümlələr aşağıdakı qayda ilə təhlil edilir:

1. Cümlənin məqsəd və intonasiyaya görə növü müəyyənləşdirilir.

2. Baş və budaq cümlə müəyyən edilir.3. Budaq cümlənin növü (mübtəda, tamamlıq, təyin

budaq cümləsi olması və s.), baş cümlənin hansı vasitələrlə bağlandığını müəyyən edilir. Sonra baş və budaq cümlənin hər biri ayrı-ayrılıqda sadə cümlə kimi təhlil edilir.

Budaq cümlələrinin növləri

Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə fərqlənir. Budaq cümlələr cümlə üzvlərinə uyğun gəlir və cümlə üzvlərinə uyğun olaraq aşağıdakı 7 növə ayrılır:

I. Mübtəda budaq cümləsiII. Xəbər budaq cümləsiIII. Tamamlıq budaq cümləsiIV. Təyin budaq cümləsi

Page 35: Azerbaycan Dili 8-9

V. Zərflik budaq cümləsi (6 növə ayrılır)1) tərzi-hərəkət budaq cümləsi2) yer budaq cümləsi3) zaman budaq cümləsi4) kəmiyyət budaq cümləsi5) səbəb budaq cümləsi6) məqsəd budaq cümləsi

VI. Qarşılıqlı güzəşt budaq cümləsiVII. Şərt budaq cümləsi

Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr

Mübtəda budaq cümləsi, ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur, mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki, (nə?) payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki, (nə?) Çingizi xaricə göndərmək istəyir.

Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır. (İnsanın ürəyindən keçən (nə?) gizlində qalmalıdır.)

Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr

Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır. Baş cümlənin xəbəri adətən odur, budur, o idi, bu idi, elədir, belədir, oradadır, buradadır, onun üçündür, bunun üçündür

Page 36: Azerbaycan Dili 8-9

sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsilə izah edilir. Məsələn: İgid odur ki, (kimdir?) apardığını gətirsin.

Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır; baş cümlədə qarşılıq bildirən söz xəbər vasitəsilə işlənir. Məsələn: hər kim tez gələrsə, bu yer onundur. (Bu yer gələnindir)

Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr

Tamamlıq budaq cümləsi ya baş cümlənin tamamlığı vəzifəsində işlənir, ya da baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı izah edir. Məsələn: Hiss edirəm ki, (nəyi) siz zəhməti çox sevirsiniz. Onu da bilirəm ki, zəhməti sevən xoşbəxt olar.

Birinci misalda baş cümlədə tamamlıq yoxdur, tamamlığın baş cümlədən doğan sualına budaq cümlə cavab verir.

İkinci misalda baş cümlədə tamamlıq vəzifəsində əvəzlik (onu) sözü vardır. O söz budaq cümlə vasitəsilə izah edilib.

Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə aid olur. Məsələn: Heç onun ixtiyarı yoxdur ki, (nəyə) bir söz desin.

Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr

Təyin budaq cümləsi baş cümlədin isimlə (isimləşmiş sözlərlə) ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və necə? nə cür? hansı? suallarına cavab verir. Məsələn: Elə sürücü lazımdır ki, heç bir çətinlikdən qorxmasın.

Baş cümlədə işarə əvəzliyi işlənməyə də bilər. Məsələn: Nöqsan var ki, yüzlərlə adama zərər verir.

Page 37: Azerbaycan Dili 8-9

Təyin budaq cümləsi baş cümləyə heç bir başqa bağlayıcı vasitəsinin iştirakı olmadan, yalnız intonasiya ilə də bağlana bilir. Adam var heç nəyi bəyənmir (heç nəyi bəyənməyən adamlar var).

Zərflik budaq cümlələri

Zərflik budaq cümlələrinin bir sıra növləri var. Onlardan əsasları bunlardır: 1) Tərzi-hərəkət budaq cümləsi; 2) Zaman budaq cümləsi; 3) Yer budaq cümləsi; 4) Kəmiyyət budaq cümləsi; 5) Səbəb budaq cümləsi.

1. Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr

Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin necə icra olunduğunu bildirir.

Tərzi-hərəkət budaq cümləsi baş cümlənin feli xəbərinə aid olur, baş cümlədə işlənmiş elə, belə işarə əvəzliklərinin mənasını izah edir və necə? nə cür? suallarına cavab verir. Məsələn: Uşaqlar elə oxuyurdular ki, elə bil (sanki, elə bil ki), artistlər konsertdə çıxış edirlər.

Bəzən budaq cümlə ismi xəbərlə əlaqələnir və dərəcə çalarına malik olur. Məsələn: Hava elə isti idi ki, (o dərəcədə) nəfəs almaq olmurdu.

2. Zaman budaq cümləli tabeli mürəkkəb cümlələr

Zaman budaq cümləsi baş cümlədəki hərəkət və ya mətn zamanını bildirir. Nə vaxt?, nə zaman?, haçan?, suallarına cavab verir. Bir sıra budaq cümlələr kimi zaman budaq cümləsi də baş cümlədən həm sonra, həm də əvvəl işlənə bilir.

Page 38: Azerbaycan Dili 8-9

Zaman budaq cümləsi baş cümlədən sonra işləndikdə cümləyə ki bağlayıcısı ilə bağlanır; baş cümlədə o vaxt, o zaman, onda sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələ: Oğlan o zaman (o vaxt, onda) kəndə çatdı ki, iş-işdən keçmişdi.

3. Yer budaq cümləli tabeli mürəkkəb cümlələr

Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir. Haraya?, harada?, haradan? suallarına cavab verir.

Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir və baş cümləyə bəzən haraya (haraya ki,) harada (harada ki), haradan (haradan ki), bəzən də o yerə ki, o yerdə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki, bir yerdən ki və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə isə bunlara müvafiq olaraq, 3 halda – yönlük, yerlik, çıxışlıq hallarında qarşılıq bildirən oraya, orada, oradan sözlərindən biri işlənir və budaq cümlə vasitəsilə izah olunur. Məsələn: Haraya göndərsələr, orada da işləyəcəm.

4. Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr

Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir, nə qədər? sualına cavab verir.

Kəmiyyət budaq cümləsi də, yer budaq cümləsi kimi, baş cümlədən əvvəl işlənir və baş cümləyə nə qədər, hər nə qədər bağlayıcı sözləri ilə bağlanır. Baş cümlə də, həmin sözlərə müvafiq olaraq qarşılıq bildirən o qədər, o qədər də, bir o qədər sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələn: Nə qədər uzaq olsa, o qədər xoşdur.

Page 39: Azerbaycan Dili 8-9

5. Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr

Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə?, nə üçün?, nəyə görə?, nə səbəbə? Suallarına cavab verir.

Səbəb budaq cümləsi baş cümlədən sonra işlənir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Baş cümlə də, feli xəbərə aid olduqda hərəkətin, ismi xəbərə aid olduqda əlamətin səbəbini bildirir. Məsələn: Coşğunu bir həftəlik gəzintiyə göndərdilər, ona görə ki, o dərs əlaçısıdır (Dərs əlaçısı olduğu üçün, Coşğunu bir həftəlik gəzintiyə göndərdilər).

Bəzən cümlədə ona görə, ondan ötrü, o səbəbə qəlib sözlər işlənir, budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanılır.

6. Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr

Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir. Niyə?, nə üçün,? Nə məqsədlə?, suallarına cavab verir.

Məqsəd budaq cümləsi baş cümlədən sonra işlənir və ona ki bağlayıcısı ilə bağlanılır. Baş cümlədə məqsəd zərfliyi (qəlib söz) vəzifəsində ona görə, ondan ötrü sözləri işlədilə bilər. Məsələn: Biz zəhməti ona görə çəkirik ki, insan kimi yaşayaq.

Səbəb və məqsəd budaq cümlələri bir-birinə çox yaxındır. Fərqləndirmək üçün onların mənalarına fikir vermək lazımdır. Səbəb budaq cümləsi səbəb, məqsəd budaq cümləsi məqsəd bildirir. Ona görə də baş cümlə ilə bunların zaman münasibətində fərq var. Səbəb budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvəlinə,

Page 40: Azerbaycan Dili 8-9

məqsəd budaq cümləsinin ifadə etdiyi iş, baş cümlədəki işdən sonrasına aid olur.

Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr

Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir, hansı şərtlə? sualına cavab verir.

Şərt budaq cümləsi baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki, bağlayıcıları və -sa, -sə şəkilçiləri ilə (əksər hallarda yalnız -sa, -sə şəkilçiləri ilə) bağlanır. Məsələn: Əgər məni özünə əmi bilirsənsə oxumağına fikir ver.

Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin elə növü də var ki, baş cümlə əvvəl işlənir və baş cümlədə bu şərtlə, o şərtlə, bir şərtlə qəlib sözlərindən biri iştirak edir, budaq cümlə isə baş cümlədən sonra gəlib, ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Sizi o şərtlə özümlə apararam ki, yolda yoruldum deməyəsiniz.

Şərt budaq cümləsi baş cümləyə bəzən yalnız intonasiya ilə bağlanır. Məsələn: Get deyir, get. İşlə deyir, işlə.

Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr

Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmununu bir-biri ilə qarşılaşdırır.

Qarşılaşdırma budaq cümləsi baş cümlənin məzmunu ilə bağlı olur, baş cümlədəki hərəkətə qarşı duran hadisəni, vəziyyəti bildirir.

Budaq cümlənin bu növü baş cümlədən əvvəl işlənir, baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, -sə şəkilçisi və -da,

Page 41: Azerbaycan Dili 8-9

də, belə ədatları ilə bağlanır. Məsələn: Sən kəkliyi nə qədər sevsən də, xasiyyətini bilmirsən.

Bəzən belə cümlələrdə nə qədər bağlayıcı sözü işlənmir, budaq cümlə baş cümləyə -sa, -sə şəkilçisi və -da, -də ədatı ilə bağlanır. Məsələn: Hekayətim uzun olsa da, artıq danışıb başınızı ağrıtmayacam.

Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrin başqa bir növündə budaq cümlə baş cümləyə hərçənd, hərçənd ki, sözləri ilə bağlanır, qarşılaşdırma məqsədilə baş cümlənin əvvəlində amma, ancaq, lakin qarşılaşdırma bağlayıcısı işlənir. Məsələn: Hərçənd bir az tezdir, amma zərəri yoxdur.

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: a) vasitəsiz; b) vasitəli.

Vasitəsiz. Başqasının nitqi dəqiq şəkildə dəyişiklik edilmədən verilir. Məsələn: M. Qorki demişdir: məndə olan yaxşı cəhətlər üçün kitaba minnətdaram.

Vasitəli. Başqasının nitqinin məzmununu çatdırır. Məsələn: M. Qorki demişdir ki, onda olan yaxşı cəhətlər üçün o, kitaba minnətdardır.

Vasitəsiz nitq

Başqasının eynilə işlətdiyimiz sözlərə vasitəsiz nitq deyilir.

Bəzən ünsiyyət prosesində başqasının nitqini, onun bütün leksik və qrammatik formalarını olunduğu kimi saxlamaqla işlətmək lazımdır. Yalnız başqasının deyil, özümüzün də əvvəllər söyləmiş olduğumuz fikri eynilə

Page 42: Azerbaycan Dili 8-9

işlətmə mümkündür. Bu cür cümlələr iki hissədən – müəllifin sözlərindən və vasitəsiz nitqdən ibarətdir. Məsələn:

Müəllifin sözü Vasitəsiz nitqLoğman ded: Həyatın hər anı şirin olurMüəllifin sözü Vasitəsiz nitqO vaxt mən demişdim Biz yenə gələcəyik

Müəllifin sözləri çox zaman dedi, əmr etdi, düşündü, fikirləşdi, soruşdu və s. kimi sözlərlə – nitq felləri ilə bir, daha çox müəyyən şəxsi cümlə şəklində formalaşır. Vasitəsiz nitq isə bir, iki və daha çox cümlədən ibarət olub, müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur.

Yazıda vasitəsiz nitqi fərqləndirmək üçün dırnaq işarəsindən və ya tiredən istifadə edilir.

Vasitəsiz nitq beş vəziyyətdən işlənə bilir:1) Müəllimin sözlərindən sonra; məsələn: M. Qorki

demişdir: “Gələcək uşaqlara məxsusdur”.2) Müəllifin sözlərindən əvvəl; məsələn: “Sadə cümlənin

təhlil qaydası necədi? – deyə müəllim sual verdi”.3) Müəllifin sözlərinin arasında; məsələn: O, dəstəyi yerə

qoyub: “əmim sizi gözləyir” – dedi.4) Müəllif sözlərindən əvvəl və sonra; məsələn: “Vağzala

sür – dedi – pulunu verəcəyəm”.5) Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl olaraq növləşə də

bilər; məsələn: Paltarını geyinib: “Mən gec gələcəyəm” – dedi – “gəlsəm də sabah gələcəyəm”, deyə, Yusif əlini yellədi.

Vasitəli nitq. Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi

Başqasının nitqini eynilə deyil, öz sözümüzlə – dəyişilmiş şəkildə verilməsinə vasitəli nitq deyilir. Bu cür cümlələr müəllifin sözlərindən və başqasının nitqinin

Page 43: Azerbaycan Dili 8-9

məzmununundan ibarət olur. Məsələn: Südabə sevinclə dedi: “bu mənim üçün çox qiymətlidir” – cümləsində Südabənin sözləri eynilə - vasitəsiz nitq şəklində verilmişdir. Südabə sevinclə dedi ki, bu onun üçün çox qiymətlidir – cümləsində isə Südabənin nitqi eynilə verilməmişdir, yalnız məzmunu saxlanılmışdır.

Vasitəli nitq budaq cümlə şəklində formalaşır və nitqindən sonra işlənir.

Vasitəsiz nitqin vasitəli nitqə çevrilərkən ki bağlayıcısı istifadə olunur, dırnaqlar və tire qoyulmur. Məsələn:

Vasitəsiz VasitəliMüəllim dedi: “Sabah si- Müəllim dedi ki, o, sabah si-fətin dərəcələrini soruşa- fətin dərəcələrini soruşacaq.cağam.

Sitatlar

Öz fikrini əsaslandırmaq və aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarşlara sitat deyilir.

Sitat iki və daha çox sözlərdən, sadə və mürəkkəb cümlələrdən yarana bilir. Sərbəst şəkildə olur. Sitatlar müəllifin nitqinin tərkibinə də daxil ola bilir. Məsələn: H. Əliyev demişdir: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”.