avropa Şərqi tərəfdaşlıq məktəbinin orta təhsil …...7. * 1 sentyabr 2019-cu il...

7
AZƏRBAYCAN · BELARUS · ERMƏNISTAN · GÜRCÜSTAN MOLDOVA RESPUBLIKASI VƏ UKRAYNADAN OLAN TƏHSILALANLARDAN ƏRIZƏLƏRIN QƏBULU GÜRCÜSTANIN TBILISI ŞƏHƏRINDƏKI “NEW SCHOOL” MƏKTƏBINDƏ AVROPAŞÜNASLIQ TƏMAYÜLLÜ “BEYNƏLXALQ BAKALAVRIAT” DIPLOMU ƏRIZƏLƏRIN VERILMƏSI EDILMƏSI ÜÇÜN SON TARIX: 1 MART 2019-CU IL, GÜRCÜSTAN VAXTI ILƏ 12:00 (GÜNORTA, UTC+4.00) Supported by the European Union New School International School of Georgia Implementing partner Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil sahəsində illər üzrə təqaüd proqramı 2019-2020-ci

Upload: others

Post on 30-Dec-2019

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil …...7. * 1 sentyabr 2019-cu il vəziyyəti ilə * * ərizə təqdim edildiyi anda 6 İki yazılı sınaq keçiriləcəkdir:

AZƏRBAYCAN · BELARUS · ERMƏNISTAN · GÜRCÜSTANMOLDOVA RESPUBLIKASI VƏ UKRAYNADANOLAN TƏHSILALANLARDAN ƏRIZƏLƏRIN QƏBULU

GÜRCÜSTANIN TBILISI ŞƏHƏRINDƏKI “NEW SCHOOL”MƏKTƏBINDƏ AVROPAŞÜNASLIQ TƏMAYÜLLÜ“BEYNƏLXALQ BAKALAVRIAT” DIPLOMU

ƏRIZƏLƏRIN VERILMƏSI EDILMƏSI ÜÇÜN SON TARIX:1 MART 2019-CU IL, GÜRCÜSTAN VAXTI ILƏ 12:00(GÜNORTA, UTC+4.00)

Supported bythe European Union

New SchoolInternational School of Georgia Implementing partner

Avropa Şərqi TərəfdaşlıqMəktəbinin Orta təhsilsahəsində

illər üzrə təqaüd proqramı2019-2020-ci

Page 2: Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil …...7. * 1 sentyabr 2019-cu il vəziyyəti ilə * * ərizə təqdim edildiyi anda 6 İki yazılı sınaq keçiriləcəkdir:

2018-19-cu il tədris ilində Şərq Tərəfdaşlığı regionundan olan təhsilalanlar üçün ilk təqaüd proqramına uğurla start verdikdən sonra, Gürcüstanın Tbilisi şəhərində yerləşən “New School” Məktəbi Avropa İttifaqının və Beynəlxalq Bakalavriat (BB) təşkilatının dəstəyi ilə 2019-2020-ci il tədris ili üçün ikinci təqaüd proqramını məmnuniyyətlə elan edir. Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası* və Ukraynadan olan və qəbul tələblərinə cavab verən bütün 16-17 yaşlı təhsilalanlar ərizə verməyə dəvət olunurlar.

Regionda ən yüksək nəticə göstərən təhsilalanların arasından Avropaşünaslıq təmayüllü “Beynəlxalq Bakalavriat” diplomunu əldə etmək üçün 35 nəfər seçiləcəkdir.

* Bundan sonra “Moldova” adlanacaqdır.

16-17YAŞ

35MƏKTƏBLİ TƏQAÜDÜ

6AZƏRBAYCAN, BELARUS, ERMƏNISTAN, GÜRCÜSTAN, MOLDOVA RESPUBLIKASI VƏ UKRAYNADAN

ÖLKƏ

2

Page 3: Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil …...7. * 1 sentyabr 2019-cu il vəziyyəti ilə * * ərizə təqdim edildiyi anda 6 İki yazılı sınaq keçiriləcəkdir:

Avropa və Avropa ilə bağlı məsələləri ixtisaslaşmış şəkildə öyrənmək üçün unikal imkan yaradan Diplom Proqramı Beynəlxalq Bakalavriat təşkilatının standart tələblərinə uyğun olaraq iki illik tədris kursundan ibarət olacaqdır.

Avropa Məktəblərinin Baş Katibliyinin bələdçiliyi və dəstəyi ilə humanitar elmlər, dillər və ədəbi-yyat, incəsənət və tarix istiqamətləri üzrə kurslar “Avropa Bakalavriat” (AB) proqramına uyğun-laşdırılmış və spesifik Avropa nöqteyi-nəzəri ilə tamamlanmışdır. Beləliklə, təhsilalanlar öz araşdır-maları, esseləri və tədris məşğələlərində Avropa ilə bağlı məsələlər və mövzulara nəzər yetirmək imkanına malik olacaqlar.

Sinifdənkənar məşğələlər təhsilalanlara Aİ elm xadimlərinin və yüksək vəzifəli şəxslərin Avropa mövzularında təşkil etdikləri konfrans və tədbirlərdə iştirak etmək imkanı verərək, onların “New School” məktəbindəki təcrübəsinin Avropa aspektinin formalaşmasına əlavə töhfə verəcək. Təhsi-lalanların Avropa və onun əhalisi barədə biliyini artırmaq üçün Avropa institutlarına tədris səfərləri də təşkil oluna bilər.

“Beynəlxalq Bakalavriat” Diplom Proqramı Gürcüstanın Tbilisi şəhərində yerləşən, 2010-cu ildən rəsmi Beynəlxalq Bakalavriat Məktəbi kimi fəaliyyət göstərən və Avropa İttifaqının tərəfdaşı olan “New School” məktəbində həyata keçiriləcəkdir.

1 DIPLOM PROQRAMI

3

Page 4: Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil …...7. * 1 sentyabr 2019-cu il vəziyyəti ilə * * ərizə təqdim edildiyi anda 6 İki yazılı sınaq keçiriləcəkdir:

4

2 TƏQAÜD PAKETI

Təqaüd proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Təqaüd proqramı “Beynəlxalq Bakalavriat” Diplom Proqramının iki illik tədris dövrünü və müvafiq hallarda, yataqxana xərclərini əhatə edir.

Təqaüd birinci tədris ilində veriləcək və təhsilalanların 1-ci ili uğurla başa vurması şərti ilə avtomatik olaraq ikinci tədris ilində davam etdiriləcəkdir. Təhsilalanların ikinci il təqaüd almaq üçün yenidən müraciət etməsi tələb olunmur.

Təqaüdə aşağıdakılar daxildir:

Gürcüstanın Tbilisi şəhərində yerləşən “New School” məktəbində Avropaşünaslıq təmayüllü Beynəlxalq Bakalavriat Proqramının 2019-2020-ci tədris ili üzrə təhsil haqqı;

Gürcüstanın Tbilisi şəhərində qidalanma daxil olmaqla yataqxanada yaşayış. Təhsilalanlar yataqxanalarda yerləşdiriləcəklər. “New School” məktəbinin ərazisində artıq qəbul edilmiş yüksək keyfiyyət və təhlükəsizlik standartlarına riayət olunacaqdır;

İl ərzində dörd məktəb tətili zamanı Tbilisi ilə təhsilalanların ailələrinin yaşayış yerləri arasında gediş-gəliş səfərləri;

Gürcüstanın “Bank of Georgia” bankından verilmiş şəxsi debit kartına yüklənmiş yerli nəqliyyat üçün müavinət;

Proqram çərçivəsində dərslərini yerinə yetirmək üçün təhsilalanlara lazım olan tədris materialları və resursları (təhsil müddətində istifadə üçün kitablar, noutbuklar, kalkulyatorlar və smartfonlar);

Avropa İttifaqı tərəfindən maliyyələşən seminarlarda, konfranslarda, tədris-tanışlıq səfərlərində və digər tədbirlərdə iştirak;

Stomatoloji xidmət də daxil olmaqla tibbi sığorta.

Təqaüdə aşağıdakıları daxil deyil:

Təhsilalanlara və ya təhsilalanların ailələrinə pul vəsaitlərinin birbaşa köçürülməsi və ya nağd pulun verilməsi;

Təhsilalanların ailə üzvlərinin Tbilisiyə yaxud Tbilisidən daxili və ya beynəlxalq səyahəti;

Təhsilalanların geyim, tələbə şəhərciyindən kənarda alınan qida və içki xərcləri, Diplom Proqramının həyata keçirilməsi üçün təhsilalanlara təqdim edilənlər istisna olmaqla, mobil telefonlar və fərdi kompüterlər kimi şəxsi xərcləri.

AVROPA ŞƏRQI TƏRƏFDAŞLIQ MƏKTƏBININ ORTA TƏHSIL SAHƏSINDƏ 2019-2020-CI ILLƏR ÜZRƏ TƏQAÜD PROQRAMI

Page 5: Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil …...7. * 1 sentyabr 2019-cu il vəziyyəti ilə * * ərizə təqdim edildiyi anda 6 İki yazılı sınaq keçiriləcəkdir:

3

5

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna vətəndaşı olmaq və Gürcüstana səfər üçün beynəlxalq səyahət sənədlərini almaq imkanına malik olmaq;

Ərizəni verdiyi zaman Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukraynada yaşamaq;

Onların ölkəsi üçün təyin edilmiş aşağıda verilən sinif/yaş tələblərinə cavab vermək:

Ərizə verildiyi anda yuxarıda qeyd edilən altı ölkədən birində orta məktəbdə oxumaq;

Orta məktəbin əvvəlki və cari ilində ən azı 70% GPA (orta tədris balı) orta qiymətlər almaq;

Bundan əvvəl ingilis dilini öyrənmək və qeydiyyat zamanı məqbul səviyyədə ingilis dili bacarığını nümayiş etdirmək (B2 səviyyəsi və daha yüksək);

Daha bir Aİ dilini bilmək üstünlük hesab edilir.

Təqaüd üçün müsabiqə layiqlilik prinsipinə əsaslanır və tələblərə cavab verən ərizəçilərin iştirakı pulsuzdur.

Ərizə vermək hüququ olan şəxslər aşağıdakı tələblərə cavab verməlidir:

Qeyd: Məktəbin sonuncu sinfində hərbi xidmətə çağırılan təhsilalanlar iştirak hüququna malik hesab edilməyəcəklər.

3 PROQRAMA KIMLƏR ƏRIZƏ VERƏ BILƏR

16-17 9-10QƏBUL HÜQUQU VERƏN YAŞ * QƏBUL HÜQUQU VERƏN SINIFLƏR * *

16-17 9-10QƏBUL HÜQUQU VERƏN YAŞ * QƏBUL HÜQUQU VERƏN SINIFLƏR * *

16-17 10QƏBUL HÜQUQU VERƏN YAŞ * QƏBUL HÜQUQU VERƏN SINIFLƏR * *

ERMƏNISTAN

AZƏRBAYCAN

BELARUS

16-17 9-10QƏBUL HÜQUQU VERƏN YAŞ * QƏBUL HÜQUQU VERƏN SINIFLƏR * *

16-17 10QƏBUL HÜQUQU VERƏN YAŞ * QƏBUL HÜQUQU VERƏN SINIFLƏR * *

16-17 9-10QƏBUL HÜQUQU VERƏN YAŞ * QƏBUL HÜQUQU VERƏN SINIFLƏR * *

GÜRCÜSTAN

MOLDOVA

UKRAYNA

1.

2.

3.

4.

5.

6.

7.

* 1 sentyabr 2019-cu il vəziyyəti ilə * * ərizə təqdim edildiyi anda

Page 6: Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil …...7. * 1 sentyabr 2019-cu il vəziyyəti ilə * * ərizə təqdim edildiyi anda 6 İki yazılı sınaq keçiriləcəkdir:

6

İki yazılı sınaq keçiriləcəkdir: riyaziyyat üzrə və ingilis dili üzrə. Bütün sınaqlar ingilis dilində keçiriləcəkdir. Yazılı sınaqlar ilkin seçimdən keçmiş namizədlərin yaşadıqları ölkələrdə keçiriləcəkdir.

Riyaziyyat sınağı:

Minimum bacarıq səviyyəsi 40% olmalıdır (lakin daha yüksək nəticə göstərən təhsilalanlar seçim zamanı daha aşağı faiz göstəricisi olan təhsila-lanlara nəzərən üstünlüyə malik olacaqlar).

60% və ya daha yüksək nəticə göstərən təhsilalan-lara riyaziyyat, kimya və fizika üzrə daha yüksək səviyyəli kurslara yazılmağa icazə veriləcək.

Riyaziyyat sınağının mövzuları aşağıdakılardır: ədədlər, çoxluqlar və ədədlər, cəbr, triqono-metriya, həndəsə, koordinat həndəsəsi, statisti-ka və ehtimallar (ətraflı məlumat müraciət əsasında verilə bilər).

İngilis dili üzrə imtahan:

Sınaq iki hissədən ibarətdir. Oxu hissəsində təhsilalanlardan mətnləri oxumaq və verilən suallara cavab vermək xahiş ediləcək, bununla da onlar mətni nə dərəcədə başa düşdüklərini nümayiş etdirəcəklər.

Yazılı hissədə təhsilalanlardan mədəniyyət, sağlamlıq, asudə vaxt, elm və ya texnologiya ilə bağlı həqiqi və ya xəyali hadisə barədə mətnin (150-250 söz) yazılması xahiş ediləcəkdir.

Bütün yazılı sınaqlar üçün iştirakı və bərabər imkanları təmin etmək üçün, fiziki iştirak idarə altı ölkənin hər birində yerli səviyyədə akkreditasiya olunmuş tərəfdaş təşkilatlar tərəfindən idarə ediləcək. İmtahanlar altı ölkənin hamısında eyni vaxtda, 2019-cu ilin mart ayı ərzində keçiriləcəkdir.

Ərizələrin verilməsi üçün son tarix 1 mart 2019-cu il, Gürcüstan vaxtı ilə saat 12:00-dır (günorta, UCT+4.00).

Namizədlərdən ərizələrini təqdim etmək üçün “New School” məktəbinin internet saytında (www.eapeuropeanschool.eu) onlayn ərizəçi profili yaratmaları tələb olunur.

Gecikmiş və ya natamam şəkildə təqdim edilmiş ərizələr qəbul olunmur. Şəxsi məlumatlarını tam və uğurla daxil edildikdən sonra, ərizəçilər avtomatik olaraq elektron təsdiq məktubu alacaqlar

İlkin seçimdən uğurla keçən namizədlər yazılı sınaqlara dəvət olunacaqlar. .

4 SEÇIM VƏ QƏBUL PROSEDURU

Seçim prosesi zamanı qəbul tələblərinə cavab verən bütün ərizələr bərabərhüquqlu əsasda nəzərdən keçiriləcəkdir. Seçim prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

Peşəkar seçim komissiyası seçim prosesini obyektiv və şəffaf qiymətləndirmə üsullarından istifadə etməklə həyata keçirəcəkdir. Seçim Komissiyasının qərarları qətidir və onlardan şikayət verilə bilməz.

Namizədlərə sınaqların dəqiq tarixi və imtahan mərkəzlərinin yeri barədə məlumat veriləcəkdir.

Ərizələrin verilməsi

Riyaziyyat və ingilis dili üzrə yazılı sınaqlar

ƏRIZƏNIN VERILMƏSI

Ərizələrin verilməsi üçün son tarix 1 mart 2019-cu

YAZILI SINAQLAR

2019-cu ilin mart ayı ərzində

MÜSAHIBƏLƏR

2019-cu ilin aprel ayı ərzində

AVROPA ŞƏRQI TƏRƏFDAŞLIQ MƏKTƏBININ ORTA TƏHSIL SAHƏSINDƏ 2019-2020-CI ILLƏR ÜZRƏ TƏQAÜD PROQRAMI

Page 7: Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil …...7. * 1 sentyabr 2019-cu il vəziyyəti ilə * * ərizə təqdim edildiyi anda 6 İki yazılı sınaq keçiriləcəkdir:

7

Yazılı sınaqların nəticələri əsasında, uğurlu nəticə göstərən ərizəçilər “Skype” proqramı üzərindən müsahibəyə dəvət olunacaqlar və bu, seçim prosedurunun üçüncü və yekun mərhələsini təşkil edəcəkdir.

Müsahibə təhsilalanların kursa hazırlığının aşağıdakı elementlərini qiymətləndirəcəkdir:

“New School” məktəbinin heyəti ilə və qiymətləndirməni həyata keçirən digər şəxslərlə fərdi müsahibələrin 2019-cu ilin aprel ayında keçirilməsi planlaşdırılır.

Müsahibə zamanı Seçim Komissiyası təhsilalanların motivasiyasına, onların digər mədəni-yyətlərə açıqlığına və Avropa məsələlərinə göstərdikləri marağa xüsusi diqqət yetirəcəkdir.

2019-2020-ci il tədris ili üçün təqaüd alan resipiyentlərin siyahısı 2019-cu ilin may ayının ikinci yarısında elan ediləcəkdir.

Təqaüd üçün ərizələrin verilməsi prosesi bütünlüklə pulsuzdur. Bununla yanaşı, sınaqların keçirildiyi yerə səyahətlə bağlı xərclər ərizəçilərin özləri tərəfindən ödənilməlidir və onların əvəzi ödənilməyəcəkdir.

Ərizənin verilməsi prosesizamanı əlavə məlumat üçün:

[email protected] elektron poçtu ilə əlaqə saxlamağınız və ya

+ 995 32 225 70 06 (stasionar)+ 995 599 25 17 17 (mobil telefon)

nömrələrinə zəng etməyiniz xahiş olunur.

Yeni təhsil təcrübəsi əldə etməyə və mədəniyyətlər ilə tanış olmağa açıq olmaq;

Xarici ölkədə və ya evdən uzaqda (vəziyyətdən asılı olaraq) yataqxana həyatına hazırlıq;

Maraq və motivasiya;

Namizədin maraq göstərdiyi tədris möv-zuları və yazılmaq istədiyi kurslar;

Ünsiyyət və şifahi nitq bacarıqları, o cüm-lədən və bununla məhdudlaşmadan, ingilis dilində danışmaq bacarığı;

Sosial səriştələr və məktəbdənkənar fəali-yyətlərdə (idman, dərnəklər, müsabiqələr və s.) aktiv iştirak.

Müsahibə

Supported bythe European Union

APPLYNOW!

AVROPA ŞƏRQI TƏRƏFDAŞLIQ MƏKTƏBININ ORTA TƏHSIL SAHƏSINDƏ 2019-2020-CI ILLƏR ÜZRƏ TƏQAÜD PROQRAMI