“azərbaycan respublikasının vergi məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. ·...

64
BAKI-2020 “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının tarixli 29 noyabr 2019-cu il nömrəli Qanunu ilə təsdiq edilmişdir 1704-VQD .

Upload: others

Post on 23-Aug-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

BAKI-2020

“Azərbaycan RespublikasınınVergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikasının tarixli29 noyabr 2019-cu il

nömrəli Qanunu ilə təsdiq edilmişdir1704-VQD .

Page 2: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası
Page 3: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

MÜNDƏRİCAT

Әdalətli rəqabətin şərti olan bərabər vəşəffaf fiskal mühitin təmin edilməsi ........................................9

Vergi inzibatçılığının təkmilləşdirilməsi................................21

Sahibkarların inzibatçılıq yükününazaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi ................33

Sosial xarakterli güzəştlər vasitəsiləəhalinin maliyyə (vergi) yükünün azaldılması ..................43

Sahibkarlıq subyektlərininvergi yükünün azaldılması........................................................47

Vergitutma bazasının genişləndirilməsi..............................55

www.taxes.gov.az 1www.taxes.gov.az 1

Page 4: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az2 www.taxes.gov.az2

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində də -yişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə VergiMəcəlləsində aşağıdakı 7 əsas istiqamət üzrə mühüm də -yişikliklər edilib:

• Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi;

• Vergi inzibatçılığının təkmilləşdirilməsi; • Sahibkarların inzibatçılıq yükünün azaldılması və

sahibkarlıq fəaliyyətinin təşviq edilməsi;• Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi)

yükünün azaldılması: • Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması; • Vergitutma bazasının genişləndirilməsi;• Beynəlxalq məlumat mübadiləsi üzrə öhdəliklərin

yerinə yetirilməsi.

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskalmühitin təmin edilməsi vergidən yayınma hallarına qarşımübarizənin gücləndirilməsi, riskli və əmtəəsiz əməliyyatlaraparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsikimi istiqamətlərdə qanunverici dəyişiklikləri əhatə edir.

Əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşımübarizənin aparılması istiqamətində qanunvericiliyə edilmişdəyişikliklər əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidənyayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, ha-belə bu cür əməliyyatların vergiyə cəlb olunması ilə bağlı kom-pleks tədbirləri özündə əks etdirir.

Page 5: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 3

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əmtəəsizəməliyyatlar aparan vergi ödəyicilərinə qarşı bir sıra məh-dudiyyətlər tətbiq olunacaq:

• Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulacaq;

• Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab olunmayacaq;

• Əmtəəsiz əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV əvəzləşdirilməyəcək.

Riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi riskli vergiödəyiciləri üzrə meyarların müəyyən edilməsi ilə bağlı hüquqibazanın yaradılmasını nəzərdə tutur. Eyni zamanda, qanunveri-ciliyə edilmiş dəyişikliklər belə ödəyicilərə qarşı mübarizədə müx-təlif məhdudlaşdırıcı alətlərin tətbiqini nəzərdə tutur:

• Riskli vergi ödəyiciləri barədə məlumatlar kommersiya və ya vergi sirri olmayan məlumat hesab ediləcək;

• Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu, həmin ödəyicidə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas kimi müəyyən ediləcək;

• Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini ödənildiyi tarixədək hesablamaq hüququ müəyyən ediləcək;

• Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq;

• Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlərin vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılması müəyyən ediləcək;

• Riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirilməyə əsas verən sənəd hesab edilməyəcək.

Page 6: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az4

Vergidən yayınma hallarına qarşı mübarizənin güc lən di -rilməsi istiqamətində də Vergi Məcəlləsində dəyişikliklər edilib.Bu dəyişikliklər bir sıra yenilikləri özündə ehtiva edir.

• POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmasından və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyaları tətbiq ediləcək.

• ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim ediləcək.

• Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyasının tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələbləri dəqiqləşdiriləcək.

• Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizmi və vergi nəzarəti təkmilləşdiriləcək.

• Sabit qəbz almaqla fəaliyyət göstərən fiziki şəxsləri müvafiq qəbz əldə olunmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə maliyyə sanksiyası tətbiq ediləcək.

Vergi inzibatçılığının təkmilləşdirilməsi və ƏDV-nin kassametodu əsasında hesablanması qanunvericiliyə edilmiş sondəyişikliklərin ən mühüm istiqamətlərindən biri hesab oluna bilər.Dəyişikliyə qədər mövcud olan qayda ƏDV ödəyicilərinə inzi-batçılığın qurulmasında çətinliyin yaranmasına və maliyyə yüküilə üzləşməsinə səbəb olurdu. Belə ki, ƏDV tutulan əməliyyatınvaxtının müəyyən edilməsinin qanunla müəyyən olunmuş birneçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirirvə vergi ödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyənedilməsində çətinliklər yaradırdı. Eyni zamanda, bir çox hallarda

Page 7: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 5

təqdim edilmiş malların (işlərin, xidmətlərin) tam dəyəri alıcıtərəfindən ödənilmədiyi halda (və yaxud 30 gündən sonraödənildiyi hallarda), satıcı daxil olmayan pul vəsaitinə görə ƏDVhesablamağa və ödəməyə borclu idi ki, bu da vergi ödəyicisininmaliyyə yükünü artırmış olurdu. Yeni dəyişikliklər isə ƏDV ödəyi-ciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyənedilməsində inzibatçılığı əhəmiyyətli dərəcədə yüngül-ləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaətetməsinə gətirib çıxarır.

Bu istiqamət ƏDV inzibatçılığının, o cümlədən vergiyə cəlbolunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə)görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğuvaxtla müəyyən olunmasını özündə əks etdirən dəyişikliklərdənibarətdir.

• ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən ediləcək.

• ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi halları və vaxtı dəqiqləşdiriləcək.

• Ödənilmiş ƏDV-nin elektron qaimə-faktura əsasında əvəzləşdirilməsi mümkün olacaq.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahib -kar lıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə də VergiMəcəlləsində mühüm dəyişikliklər edilib.

• Elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz ediləcək.

• Vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankı elektronlaşdırılacaq.

• Agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin çevik tənzimlənməsi aparılacaq.

Page 8: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az6

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə(vergi) yükünün azaldılması məqsədilə Vergi Məcəlləsindəmövcud güzəştlər sisteminə yenidən baxılıb. Bir sıra güzəştlərintətbiq müddətləri uzadılıb, bəzi güzəştlərin tətbiq dairəsigenişləndirilib, həmçinin yeni güzəştlər əlavə edilib.

• Quş əti satışının ƏDV-dən azadolma müddəti daha 4 il müddətinə uzadılıb, habelə heyvan ətinin satışı 4 il ərzində ƏDV-dən azad edilib;

• Fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib;

• Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrlik sahəsi istisnasız olaraq vergidən azad edilib;

• Peşə təhsili müəssisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azad olunub.

• “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 1 il müddətinə ƏDV-dən azad edilib;

• Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi həmin fiziki şəxslərə geri qaytarılacaq.

Page 9: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 7

Vergi Məcəlləsində edilmiş dəyişikliklərin mühüm bir isti qa -mə ti də sahibkarlıq subyektlərinin vergi yükünün azaldılma -sı na yönəldilib. Bu dəyişikliklər, əsasən, müxtəlif sahələrdəfəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri iləbağlıdır.

• Sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddəti 7 ildən 10 ilədək artırılacaq;

• Sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə ödədikləri aylıq sabit məbləğ azaldılacaq;

• Heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad ediləcək;

• İxracın təşviqi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi vergidən azad olunacaq;

• Vergi ödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclər müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdiriləcək;

• Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştlər tətbiq ediləcək.

Vergitutma bazasının genişləndirilməsinə yönəlmiş dəyi -şikliklər, əsasən, aksiz dərəcələrinin artırılması və optimallaşdırıl-ması, aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi,bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmişvergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahidvergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqişəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahə -lə rinin təqdim edilməsinin notarius tərəfindən sadələş diril mişver giyə cəlb olunmasının ləğvi, bu əməliyyatların ƏDV-yə vəmənfəət vergisinə cəlb olunması kimi istiqamətləri əhatə edir.

Page 10: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az8

Dəyişikliklər qanunvericiliyin beynəlxalq məlumat mübadi -lə si üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müddəalarınıda əhatə edir. Bu dəyişikliklər, əsasən, Vergi MəcəlləsindəTransmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunmasını, ha-belə Transmilli Şirkətlər Qrupuna daxil olan və Azərbaycan Res -publikasının rezidenti olan müəssisə tərəfindən müəyyən şərtlərdaxilində vergi orqanına hesabat təqdim edilməsini nəzərdətutur.

Ümid edirik ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı hazır-lanmış bu sual-cavab kitabçası həm vergi ödəyiciləri, həm dəvergi orqanlarının əməkdaşları üçün faydalı olacaqdır.

Vergilər NazirliyininVergi siyasəti Baş İdarəsi

Page 11: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az

1Ədalətli rəqabətin

şərti olan bərabər və

şəffaf fiskal mühitin

təmin edilməsi

9

Page 12: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişmüddəalarına əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisiolub-olmaması haqqında məlumat vergi və şəxsi həyata dairməlumat hesab edilmir.

Əsas: Vergi Məcəlləsi, 30.2.9-cu maddə.

? 1. Müəssisəmiz digər vergi ödəyicisi ilə daşıma xid-mətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlamaqniyyətindədir. Xidmətləri təqdim edən vergi ödəyi-cisinin riskli vergi ödəyicisi olması barədə vergiorqanından məlumat əldə edə bilərikmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəs-miləşdirildiyi sənədlər Vergi Məcəlləsi ilə nəzərdə tutulmuşqaydada ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. Riskli vergiödəyicisinin, habelə riskli əməliyyatların meyarları AzərbaycanRespublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Əsas: Vergi Məcəlləsi, 175.11-ci maddə.

? 2. ƏDV məqsədləri üçün qeydiyyatda olan vergiödəyicisi riskli vergi ödəyicisindən riskli əməliyyatçərçivəsində Vergi Məcəlləsi ilə nəzərdə tutulmuşqaydada sənədləşdirilməklə malların alğı-satqısınıhəyata keçirib. Malları qəbul edən vergi ödəyicisimalların alışı zamanı Vergi Məcəlləsinin 175-ci mad-dəsinin tələblərinə əsasən ödədiyi ƏDV-ni əvəz -ləşdirə bilərmi?

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

www.taxes.gov.az10

Page 13: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onunfəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və ope -rativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.Eyni zamanda, Vergi Məcəlləsinin 83.7-ci maddəsinin müd-dəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergiorqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququvardır. Həmçinin, Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinəəsasən, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarıl-ması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olun-muş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergiyoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çat-dıqdan sonra tətbiq edilir. Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinin müd-dəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğuhalda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə,eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyitələb edə bilər.

Əsas: Vergi Məcəlləsi, 38.3.8-1-ci, 50.2.5-ci, 83,7-ci, 87.3-1 və 89.3-cü maddələr.

? 3. Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarınauyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəs-sisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirlərihəyata keçirilə bilərmi?

www.taxes.gov.az 11

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 14: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az12

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fizikişəxslərlə (ofisiantlarla) əmək müqaviləsi bağlandığı hallar istisnaolmaqla, həmin şəxslərin fəaliyyətə başlayanadək “Sadələş diril -miş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yeri -nə yetirilməsinə cəlb olunmasına görə işəgötürənə (vergiorqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvimili ərzində belə hala birinci dəfə yol verildikdə 2.000 manat, ikincidəfə yol verildikdə 4.000 manat, üç və daha çox dəfə yol veril -dikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Buna əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərənfiziki şəxslər (ofisiantlar) ilə əmək müqaviləsi bağlanmadıqdahəmin şəxslər yalnız “Sadələşdirilmiş vergi üzrə sabit məbləğinvə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqındaqəbz” olduğu halda işlərin yerinə yetirilməsinə cəlb edilməlidir.Belə şəxslərin müvafiq qəbz olmadan işlərin yerinə yetirilməsinəcəlb edilməsi vergi orqanında uçotda olan sifarişçiyə münasi-bətdə maliyyə sanksiyasının tətbiqinə əsas yaradır.

Əsas: Vergi Məcəlləsi, 58.10-cu maddə.

? 4. Şadlıq evlərinin fəaliyyətini təmin etmək məqsə -dilə cəlb olunan ofisiantlar tərəfindən “Sadələş diril -miş vergi üzrə sabit məbləğin və məcburi dövlətso sial sığorta haqqının ödənilməsi haqqında qəbz”alınmazsa, onları işə cəlb etdiyimizə görə bizəmaliyyə sanksiyası tətbiq edilə bilərmi?

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 15: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 13

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 okt -yabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallarquraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın1.2-ci bəndinə əsasən, şadlıq evləri həmin obyektlər sırasın-dadır. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmişdəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburiolan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulun-dan imtina edilməsinə görə: təqvim ili ərzində belə hallara birincidəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzindəbelə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində,təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdəisə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məlumat üçün bildiririk ki, POS-terminalların quraşdırılmasıməcburi olan obyektlər aşağıdakılardır:

• dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri(obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarix dən);

• dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);

? 5. Fərdi sahibkar kimi şadlıq evi işlədirəm və sadə -ləş dirilmiş verginin ödəyicisiyəm. Şadlıq evindəPOS-terminal quraşdırmalıyammı, əks halda, bunagörə maliyyə sanksiyası ilə üzləşə bilərəmmi?

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 16: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az14

• rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);

• hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;

• vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsum larının və haqlarının ödənişini qəbul edən dövlət orqanları;

Əsas: Vergi Məcəlləsi, 58.7-ci maddə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”.

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 17: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 15

? 6. Vergi orqanı tərəfindən keçirilən operativ nəzarəttədbiri zamanı marketdə həm POS-terminalınquraşdırılmaması, həm də nağd alınmış mala görənəzarət-kassa aparatının çekinin verilmədiyi aşkarolunub. Belə olan halda, vergi ödəyicisinə hansıməbləğdə maliyyə sanksiyası tətbiq ediləcək?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə buMəcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşmaqaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə,həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır vəmaliyyə sanksiyası bir dəfə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsi, 53.6-cı və 58.7-ci maddələr.

misal Fərdi sahibkara məxsus marketdən alış-veriş edən vətən-

daş aldığı malların dəyərini POS-terminal vasitəsilə ödəməkistəyir. Lakin fərdi sahibkar POS-terminalla vəsaitin qəbu-lundan imtina edir və əvəzində malların dəyərinin nağd qay-dada ödənilməsini tələb edir. Vətəndaş həmin mallarındəyərini nağd qaydada ödədiyi halda, fərdi sahibkar həminməbləği nəzarət-kassa aparatına mədaxil etmir və alıcıyakassa çeki vermir.

Qeyd: Fərdi sahibkar tərəfindən əhali ilə pul hesablaş-malarının aparılması qaydasının pozuntu halına təqvim iliərzində ikin ci dəfə yol veri lib.Yuxarıda qeyd olunan halda, fərdi sahibkara POS-termi-nalla vəsaitin qəbulundan imtina edilməsinə görə 3.000manat və alıcıya nəzarət-kassa aparatının çekinin ver-ilməməsinə görə 3.000 manat olmaqla, 6.000 manat deyil,hər iki pozuntu halına cəmi 3.000 manat məbləğindəmaliyyə sanksiyası tətbiq edilir.

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 18: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az16

? 7. Bina tikintisi fəaliyyəti ilə məşğul olan vergiödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinintəqdim olunması ilə bağlı vergi orqanına hansıməlumatı təqdim etməlidir?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan, 1 yanvar2020-ci il tarixdən sonra tikinti-quraşdırma işlərinə başlamış, ha-belə sadələşdirilmiş verginin ödəyicisi olmayan, 1 yanvar 2020-ci il tarixədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisibaşa çatmayan, həmçinin bina üzrə təqdim edilməmiş yaşayışvə qeyri-yaşayış sahələri olan şəxslər yaşayış və qeyri-yaşayışsahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə forması İqti-sadiyyat Nazirliyi tərəfindən təsdiq olunmuş məlumatı hər rübbaşa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanınatəqdim etməlidir.

Əsas: Vergi Məcəlləsi, 16.8-ci maddə.

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 19: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 17

? 8. Aldığım malların əksəriyyətini elektron qaimə-fak-tura ilə əldə edirəm. Lakin bəzi hallarda vergiuçotun da olmayan şəxslərdən də sənədsiz mallaralı ram. Bu zaman maliyyə sanksiyası tətbiqedilirmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəalarınəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdənalınmış mallara görə alış aktları tərtib edilir. Elektron alış aktı mal-ların alışı tarixindən 5 gün müddətində tərtib olunur. Səyyar vergiyoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisininsahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-fak-tura, alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsindəgöstərilmiş elektron alış aktları olmadıqda, alıcıya təqvim iliərzində belə hala birinci dəfə yol verdikdə alınmış mallarındəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və dahaçox dəfə yol verdikdə isə 40 faizi həcmində maliyyə sanksiyasıtətbiq edilir.

Əsas: Vergi Məcəlləsi, 58.8.2-ci və 71-2-ci maddələr.

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 20: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

? 9. İstehsal fəaliyyəti ilə məşğul olan müəssisəmizvergiyə cəlb olunan əməliyyatlarla yanaşı, vergidənazad edilmiş kənd təsərrüfatı məhsullarının is-tehsalı ilə də məşğul olur. Bu zaman hər iki fəaliyyətüzrə çəkdiyimiz xərclərin gəlirdən çıxılan xərclərəhansı formada aid edilməsini müəyyənləşdirməkmümkün olmur. Belə olan halda, gəlir və xərcinuçotu hansı formada aparılmalıdır?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilənəməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət(gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar da aparıldıqda,həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqdaaparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan vəvergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlbedilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliy -yatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərc -lərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergiödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyənolunur.

Əsas: Vergi Məcəlləsi, 108-ci maddə.

www.taxes.gov.az18

misal Ümumi gəlir = 10.000 manat;

Vergiyə cəlb olunan gəlir = 6.000 manat;Vergidən azad olunan gəlir = 4.000 manat;Bölüşdürülməsi mümkün olmayan xərclər = 2.000 manat.Vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlir-lərində xüsusi çəkisi 60 faiz (6.000/10.000×100%) təşkiledir. Bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılanməbləği = 1.200 manat (2.000×60%).

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 21: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 19

? 10. Müəssisəmiz əvvəlki il üzrə illik gəlirinin 180.000manat, işçilərinin orta siyahı sayının isə 9 nəfərdənibarət olması ilə əlaqədar mikro sahibkarlıq sub-yekti hesab edilir. Müəssisənin əvvəlki il üzrə ba -lansında qalıq dəyəri 2 milyon manat olan avadanlıqmövcuddur. Bu halda, mikro sahibkarlıq subyekt -lərinə tətbiq edilən güzəştlər cari ildə bizim müəs-sisəyə şamil olunurmu?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıqdəyəri 1.000.000 manatdan artıq olan mikro sahibkarlıqsubyekt lərinin əmlak vergisini ödəməkdən azad olunması istisnaedilib. Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas və-saitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıqolduğu halda, həmin müəssisə ümumi qaydada əmlak vergisinihesablayıb ödəməlidir.Göründüyü kimi, müəssisənizin balasında olan avadanlığınəvvəlki ilin sonuna qalıq dəyəri 1.000.000 manatdan artıqolduğundan, mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlakvergisi üzrə azadolma sizin müəssisəyə şamil olunmur.

Əsas: Vergi Məcəlləsi, 199.14-cü maddə.

Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi

Page 22: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az20

Page 23: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 21

2 Vergi inzibatçılığının

təkmilləşdirilməsi

Page 24: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az22

? 1. Eşitdiyimə görə, gələn ildən ƏDV-nin hesablan-ması kassa metodu əsasında həyata keçiriləcəkdir.Bu, doğrudurmu?

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliy -ya tın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçünödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmişmalların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsinəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdəntəqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-ninhesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-sizdəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulanəməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəməödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinəmütənasib qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsi, 166.1-ci, 166.5-ci və 166.7-ci maddələr.

Vergi inzibatçılığının təkmilləşdirilməsi

misal “A” MMC 10.01.2020-ci il tarixdə, ƏDV də daxil olmaqla,

dəyəri 11.800 manat olan məişət mallarını “B” MMC-yəsatıb və müvafiq olaraq elektron qaimə-faktura təqdimedib. “B” MMC alınmış malların dəyərini mart ayında “A”MMC-nin hesabına ödəyib. Bu halda, ƏDV tutulan əməliyyatın vaxtı ödəmənin aparıldığıvaxt, yəni mart ayı hesab olunur.

Page 25: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 23

? 2. Müəssisəmiz 15.01.2020-ci il tarixdə təhvil-təslimaktına əsasən qeyri-rezidentdən 100.000 manatdəyəri olan xidmətləri qəbul edib. Göstərilmiş xid-mətlərin dəyərini isə 2020-ci ilin mart ayındaödəmişik. Bu halda ƏDV-ni hansı ayda hesabla-malıyıq?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq olunduqda,vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxtsayılır. Buna əsasən, qeyri-rezidentdən alınmış xidmətlərə görəƏDV qeyri-rezidentə ödənişin aparıldığı ayda, yəni mart ayındahesablanır və büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsi 169.3-cü maddə.

Vergi inzibatçılığının təkmilləşdirilməsi

Page 26: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi inzibatçılığının təkmilləşdirilməsi

www.taxes.gov.az24

? 3. Cəmiyyətimiz topdansatış fəaliyyəti ilə məşğul-dur və ƏDV ödəyicisidir. 28.12.2019-cu il tarixdəelektron qaimə-faktura əsasında dəyəri 10.000manat olan avadanlıq satıb, lakin bu zaman elektronvergi hesab-fakturası təqdim edilməyib. Məlumolduğu kimi, yeni dəyişikliklərə əsasən, 1 yanvar2020-ci il tarixdən etibarən malların satışına görəyalnız elektron qaimə-faktura verilir. Bilmək istərdikki, 28.12.2019-cu il tarixdə təqdim etdiyimiz mallaragörə 2020-ci ilin yanvar ayında elektron vergihesab-fakturası təqdim etməliyikmi?

1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xid-mətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğvedilib. Həmin tarixdən etibarən təqdim edilmiş mallara (işlərə,xidmətlərə) görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektronqaimə-faktura təqdim olunur. 2020-ci ilin 1 yanvar tarixinədək təqdim edilmiş mallara (işlərə,xidmətlərə) görə isə elektron qaimə-faktura ilə yanaşı, elektronvergi hesab-fakturası da təqdim edilir. Belə ki, qanunvericiliyəəsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə,xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020-ci ilədək mövcud olan qaydada həyata keçirilir. Qeyd olunanlara əsasən, 2019-cu ilin dekabr ayında elektronqaimə-faktura əsasında təqdim edilmiş mallara görə mallarınalıcısına elektron vergi hesab-fakturası təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsi, 71-1-ci, 175.1-ci maddələr və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu , 2.1-ci maddə.

Page 27: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi inzibatçılığının təkmilləşdirilməsi

www.taxes.gov.az 25

? 4. ƏDV ödəyicisi olan müəssisəmiz 7 yanvar 2020-ci il tarixdə digər bir hüquqi şəxsə ofis mebelitəqdim edib və həmin gün elektron qaimə-fakturaverilib. Alıcı həmin mebelə görə müəssisəmizin de-pozit hesabına ödədiyi ƏDV-nin əvəzləşdirilməsiüçün elektron vergi hesab-fakturası tələb edir. Bu,doğrudurmu?

2020-ci ilin 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xid-mətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi “AzərbaycanRespublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsihaqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu iltarixli 1704-VQD nömrəli Qanunu qüvvəyə minənədək mövcudolan qaydada həyata keçirilir. Alınmış mallara (işlərə, xidmətlərə)görə ödənilmiş ƏDV-nin elektron qaimə-faktura ilə əvə-zləşdirilməsi 2020-ci il 1 yanvar tarixindən sonra aparılanəməliyyatlara münasibətdə tətbiq edilir.Qeyd olunanlara əsasən, 2020-ci ilin 1 yanvar tarixindənetibarən təqdim edilən mallara görə yalnız elektron qaimə-fak-tura verilir və alıcı tərəfindən malların alışı zamanı ödənilmiş ƏDVməbləği əldə edilmiş elektron qaimə-faktura üzrə əməliyyatındəyəri bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozithesabına ödənildikdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsi, 175-ci maddə.

Page 28: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi inzibatçılığının təkmilləşdirilməsi

www.taxes.gov.az26

? 5. Fərdi sahibkar 07.01.2020-ci ildə ƏDV ödəyicisiolan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıyamalın tam dəyərinə uyğun elektron qaimə-fakturatəqdim edib. Alıcı tərəfindən 05.02.2020-ci il tari xdəalınmış malın əsas dəyərinin 50.000 manatı satı cı -nın bank hesabına, 9 min manat ƏDV məbləği isəƏDV-nin depozit hesabına ödənilib. Bu halda, alıcıtərəfindən malın ƏDV daxil olmaqla tam dəyərininsatıcıya ödənilmədiyini nəzərə alsaq, 05.02.2020-ciil tarixdə ödənilmiş ƏDV məbləği əvəz əşdiriləbilərmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, ƏDV-nin əvəzləşdirilməsi vaxtı hesabat dövrüərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görül -mə sini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliy yatlarüzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xid-mətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tamödənildiyi vaxtdır. Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fərdisahibkar tərəfindən alınmış malların dəyərinin bir hissəsinin vəona mütənasib ödənilmiş ƏDV məbləği Vergi MəcəlləsindəƏDV-nin əvəzləşdirilməsi üçün müəyyən edilmiş şərtlər daxi lin -də, yəni malların alışı zamanı ödənilmiş əməliyyatın dəyərisatıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozithesabına ödənildiyindən, 05.02.2020-ci il tarixində ödənilmişƏDV məbləği fevral ayının ƏDV bəyannaməsində əks etdiril -məklə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsi, 175.1.1-ci maddə.

Page 29: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi inzibatçılığının təkmilləşdirilməsi

www.taxes.gov.az 27

? 6. Fərdi sahibkar kimi malların pərakəndə satışı iləməşğul oluram. 14.12.2019-cu il tarixdə ƏDV ödəyi-cisindən mallar alınıb və həmin mallara görə elek-tron vergi hesab-fakturası 19.12.2019-cu il tarixdətəqdim edilib, lakin ödəniş 19 yanvar 2020-ci ildəhəyata keçirilib. Bu halda, ödənilmiş ƏDV-ni elek-tron vergi hesab-fakturası əsasında əvəzləşdirəbilərəmmi?

1 yanvar 2020-ci il tarixədək alınmış mallara, işlərə və xidmətlərəgörə ödənilən ƏDV-nin əvəzləşdirilməsi “Azərbaycan Respub-likasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azər-baycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQDnömrəli Qanunu qüvvəyə minənədək mövcud olan qaydadahəyata keçirilir. Alınmış mallara, işlərə və xidmətlərə görəödənilmiş ƏDV-nin elektron qaimə-faktura ilə əvəzləşdirilməsi 1yanvar 2020-ci il tarixdən sonra aparılan əməliyyatlara münasi-bətdə tətbiq edilir.Buna əsasən, aldığınız mallara görə malları təqdim edən şəxstərəfindən təqdim olunmuş elektron vergi hesab-fakturasıəsasında malları təqdim edən şəxsin hesabına ödənilmiş ƏDV,Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla,2020-ci ilin yanvar ayında əvəzləşdirilir.

Əsas: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu, 2.1-ci maddə.

Page 30: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi inzibatçılığının təkmilləşdirilməsi

www.taxes.gov.az28

? 7. Pərakəndə satışla məşğulam və hüquqi şəxsləbağlanmış komissiya müqaviləsi əsasında onunmallarının satışını həyata keçirirəm. Malların sahibiilə aramızda hər ayın yekunu üzrə üzləşmə aktıbağlanılır və növbəti ayın 5-dək xidmət haqlarınağdsız qaydada bankdakı hesabıma ödənilir. Buəməliyyatlar üzrə ƏDV-ni nə zaman ödəməliyəm?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, komisyonçu üçün vergi tutulan əməliyyatın vaxtıMəcəllənin 166-cı maddəsi ilə müəyyən edilmiş vaxt sayılır.Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bu maddədəbaşqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatınvaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəməninaparıldığı vaxtdır. Buna əsasən, agentin, yəni ƏDV tutulanəməliyyatınızın vaxtı komitentə göstərdiyiniz xidmətlərə görə xid-mət haqqının sizə ödənildiyi vaxt hesab edilir. Bu zaman xidməthaqları hesabınıza daxil olduğu ayda ƏDV hesablanır və dövlətbüdcəsinə ödənilir.Məlumat üçün bildiririk ki, 1 yanvar 2020-ci il tarixədək agentingöstərdiyi xidmətlərə görə xidmət haqqının onun hesabınaödənilməsi tarixindən asılı olmayaraq, agent tərəfindən bu xid-mətlərin faktiki göstərildiyi vaxt ƏDV tutulan əməliyyatların vaxtısayılırdı.

Əsas: Vergi Məcəlləsi, 166.1-ci və 172.5.7-ci maddələr.

Page 31: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi inzibatçılığının təkmilləşdirilməsi

www.taxes.gov.az 29

? 8. Şirkət komissiya müqaviləsi əsasında mallarınkomisyonçu vasitəsilə satışını həyata keçirir. Buhalda, şirkətə münasibətdə ƏDV-nin məqsədləriüçün vergi tutulan əməliyyatın vaxtı nə vaxtdır?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, digər şəxs (sorğunuzda qeyd olunan halda - komi-tent) üçün vergi tutulan əməliyyatların vaxtı bu Məcəllənin 166-cımaddəsi ilə müəyyən edilmiş vaxtdır. Vergi Məcəlləsinin 166-cımaddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutul-mamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar(işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Bunaəsasən, vəkalət verən (digər şəxs) agentə verdiyi mallarındəyərinin ona ödənildiyi vaxtda (hesabat ayında) ƏDV-nihesablayıb büdcəyə ödəməlidir.Məlumat üçün bildiririk ki, 1 yanvar 2020-ci ilədək vəkalət verən(digər şəxs) üçün agentə verilən malların dəyərinin onunhesabına ödənilmə tarixindən asılı olmayaraq, ƏDV tutulanəməliyyatların vaxtı malların agentə verildiyi vaxt sayılırdı.

Əsas: Vergi Məcəlləsi, 166.1-ci və 172.4.2-ci maddələr.

Page 32: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi inzibatçılığının təkmilləşdirilməsi

www.taxes.gov.az30

? 9. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tikin -ti-quraşdırma işləri davam edən binadan mənzilinvətəndaşa satılması ilə bağlı müqavilə bağlayıb,lakin həmin müqavilə notariat qaydasında təsdiqedilməyib. Bu halda, vətəndaşla bina tikintisinihəya ta keçirən müəssisə arasında müqaviləninbağlanma tarixi mənzilin vətəndaşa təqdim edildiyivaxt sayılırmı?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərtərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydadatəsdiq edilməklə, habelə notarial qaydada təsdiq olunmadanbağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativiüzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsimalların təqdim edilməsi sayılır. Buna əsasən, notarial qaydadatəsdiq edilmədən vətəndaşla bina tikintisi fəaliyyəti ilə məşğulolan şəxs arasında müqavilənin bağlanması tarixi mənzilin təq -dim olunma vaxtı hesab edilir.

Əsas: Vergi Məcəlləsi, 13.2.10-cu maddə.

Page 33: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

Vergi inzibatçılığının təkmilləşdirilməsi

www.taxes.gov.az 31

? 10. Hüquqi şəxsin 2020-ci ilin 1-ci rübü üzrəməcburi dövlət sosial sığorta haqları üzrə borcuvar. Həmin borc hüquqi şəxs tərəfindən məhkəməqaydasında mübahisələndirilir. Hüquqi şəxs 2020-ci ilin 2-ci rübü üzrə məcburi dövlət sosial sığortahaqqı hesablayır və müvafiq hesabatı vergiorqanına təqdim edir. Bu zaman hüquqi şəxsinşəxsi hesab vərəqəsində həm 2020-ci ilin 1-ci rübü,həm də 2-ci rüb üçün sosial sığorta haqları üzrəborcu yaranır. Hüquqi şəxs 2-ci rüb üzrə hesablan-mış sosial sığorta haqqı həcmində Dövlət SosialMüdafiə Fonduna ödəniş edir. Bu zaman həminödəniş əvvəlki, yəni 1-ci rübdə yaranmış borcunödənilməsinə aid edilirmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, məcburi dövlət sosial sığorta üzrə yaranmış borcaşağıdakı sıra qaydası ilə ödənilir:

• cari rüb üzrə borc;• cari rübdən geriyə doğru (daha əvvəl) yaranmış

borclar (ardıcıl olaraq); • yaranma tarixi ardıcıllığı ilə hesablanmış

faizlərin məbləği;• yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş

maliyyə sanksiyalarının məbləği.

Qeyd edilənlərə əsasən, vergi ödəyicisinin əvvəlki dövr üzrəsosial sığorta haqqı üzrə borcunun olmasına baxmayaraq, vergiödəyicisi tərəfindən cari rüb üzrə hesablanmış sosial sığortahaqqı üzrə aparılan ödənişlər cari rübdə yaranmış öhdəliyin yeri -nə yetirilməsinə aid edilir.

Əsas: Vergi Məcəlləsi, 88.2-ci maddə.

Page 34: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az32

Page 35: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 33

3Sahibkarların

inzibatçılıq yükünün

azaldılması və

sahibkarlıq

fəaliyyətinin təşviqi

Page 36: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az34

? 1. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul oluram.Bir sıra hallarda vergi ödəyicisi kimi vergiorqanında uçotda olmayan kənd təsərrüfatı məh-sullarının istehsalçılarından müxtəlif növ kəndtəsərrüfatı məhsulları alıram. Alınmış mallar hansıqaydada sənədləşdirilməlidir?

1 yanvar 2020-ci ilədək vergi orqanında uçotda olmayan fizikişəxslərdən mallar alınarkən yalnız “Malların alış aktı” ciddihesabat blankı tərtib edilirdi. 1 yanvar 2020-ci il tarixdən VergiMəcəlləsində edilmiş dəyişikliyə əsasən, malların alış aktı elek-tronlaşdırılıb. Belə ki, vergi ödəyicisi tərəfindən tərtib olunmuşelektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayanfiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd mallarınalışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda ciddihesabat blankı olan “Malların alış aktı”nın tərtib edilməsinəzərurət yaranmır.Malların alışına görə ilkin olaraq kağız daşıyıcıda “Malların alışaktı” tərtib edildiyi halda, həmin alış aktı əsasında malların alışıtarixindən 5 gün müddətində elektron alış aktı tərtib olunur.

Əsas: Vergi Məcəlləsi, 71-2-ci maddə.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

Page 37: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 35

? 2. Şirkət əməkdaşının xarici ölkədə keçiriləcəkişgüzar iclasda iştirakı üçün ƏDV ödəyicisi olanturagentdən aviabilet alınıb. Həmin aviabiletə görəödənilmiş ƏDV şirkət tərəfindən əvəzləşdiriləbilərmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, agent ƏDV-nin məqsədləri üçün qeydiyyatdaolduğu halda, digər şəxsdən (vəkalət verəndən) qəbul etdiyimallar (işlər, xidmətlər) üçün həmin malların (işlərin, xidmətlərin)alıcılarına “agent (komisyonçu) tərəfindən malların alıcısınatəqdim edilən” elektron qaimə-faktura verir. Həmin elektronqaimə-faktura bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq,ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Buna əsasən, şirkət tərəfindən alınmış aviabiletə görə ƏDV qey-diyyatında olan agent tərəfindən təqdim edilmiş elektron qaimə-faktura əsasında agentin hesabına ödənilmiş ƏDV VergiMəcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəz -ləşdirilir.

Əsas: Vergi Məcəlləsi, 172.4.3-cü maddə.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

Page 38: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az36

? 3. Mən turagent kimi fəaliyyət göstərirəm. ƏDVödəyicisi deyiləm, lakin vəkalət verən (digər şəxs)ƏDV-nin məqsədləri üçün qeydiyyatdadır. Avia-biletlərin satışına görə alıcılara elektron qaimə-fak-tura təqdim etməliyəmmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, agent digər şəxsdən qəbul etdiyi mallar (işlər, xid-mətlər) üçün həmin malların (işlərin, xidmətlərin) alıcılarına“agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilənelektron qaimə-faktura" təqdim edir. Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadıqda alıcıtərəfindən alınmış malların dəyəri digər şəxsin (vəkalət verənin)hesabına nağdsız qaydada, ƏDV məbləği ƏDV-nin depozithesabına ödənildiyi halda, agent tərəfindən həmin mallarınalıcısına verilmiş elektron qaimə-faktura ödənilmiş ƏDV-ninəvəz ləşdirilməsinə əsas verir. Qeyd olunanlara əsasən, malların alıcısı agentdən, yəni sizdənaldığı elektron qaimə-faktura əsasında digər şəxsə (vəkalətverənə) malların dəyərini nağdsız qaydada, ƏDV məbləğiniƏDV-nin depozit hesabına ödədiyi halda, ödənilmiş ƏDVməbləğini əvəzləşdirir.

Əsas: Vergi Məcəlləsi, 71-1.5.5 və 172.4.3-cü maddələr.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

Page 39: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 37

? 4. Mallar təqdim edildikdə, xidmətlər göstərildikdəelektron qaimə-faktura hansı müddətdə verilmə-lidir?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdimedən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektronqaimə-fakturanı malların təqdim olunması zamanı mallargöndərilən vaxt, əvvəlcədən sifariş edilməyən malların təqdimolunması zamanı malların təhvil verilməsini təsdiq edən sənədinverildiyi tarixdən 5 gün müddətində, habelə işlərin görülməsi vəxidmətlərin göstərilməsi zamanı işlərin görüldüyü və xidmətləringöstərildiyi tarixdən 5 gün müddətində verilir.

Əsas: Vergi Məcəlləsi, 71-1.1-ci maddə.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

Page 40: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az38

? 5. Fərdi sahibkar kimi özümə məxsus təsərrüfatsubyektində (mağazada) pərakəndə ticarətfəaliyyəti qaydasında dəftərxana ləvazimatlarınınsatışı ilə məşğul oluram. Bəzi hallarda mallarınvergi ödəyicilərinə elektron qaimə-faktura təqdimetməklə satışını həyata keçirirəm. Belə olan halda,fəaliyyətimi sadələşdirilmiş verginin ödəyicisi kimidavam etdirə bilərəmmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, pərakəndə satış qaydasında malların təqdimedilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda top-dansatış qaydasında malların satışını həyata keçirdikdə, rübərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliy -yatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənargəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda,həmin vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiqetmək hüququnu saxlayır.

Əsas: Vergi Məcəlləsi, 218.6.1-ci maddə.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

misal Ümumi ticarət əməliyyatlarının həcmi = 40.000 manat;

Rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilmişəməliyyatların həcmi = 10.000 manat.Bu halda, rüb ərzində elektron qaimə-faktura ilə rəs-miləşdirilmiş əməliyyatların vergi ödəyicisinin ümumi ticarətəməliyyatlarında xüsusi çəkisi 25 faiz (10.000/40.000×100%)təşkil edir.Göründüyü kimi, rüb ərzində topdansatış qaydasında elek-tron qaimə-faktura təqdim etməklə həyata keçirilməli olanəməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satış-dankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çoxolmadığından, vergi ödəyicisi fəaliyyətini sadələşdirilmişverginin ödəyicisi kimi davam etdirə bilər.

Page 41: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 39

? 6. Fəaliyyətimizlə bağlı mütəmadi şəkildə vergiorqanlarında uçotda olmayan fiziki şəxslərdənişlənmiş şinlər alırıq və aldığımız malları alış aktı ilərəsmiləşdiririk. Vergi orqanında uçotda olmayanfiziki şəxslərdən alınmış mallara görə elektron alışaktı tərtib edildiyi halda, kağız daşıyıcıda da alış aktıtərtib olunmalıdırmı?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyəəsasən, vergi ödəyicisi tərəfindən tərtib olunmuş elektron alış aktıçap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxstərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiqedən sənəd hesab olunur və kağız daşıyıcıda alış aktı tərtibedilmir.

Əsas: Vergi Məcəlləsi, 71-2.3-cu maddə.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

Page 42: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az40

? 7. Ərzaq məhsullarının pərakəndə satışı ilə məşğuloluram. 2020-ci ilin yanvar ayının əvvəlində topdan -satış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisindən20.000 manat dəyərində mal almışdım. Həmin mal-ların alışı üzrə mənə elektron qaimə-faktura təqdimedilib. Aramızda olan razılaşmaya əsasən, yanvarayının sonlarında malların 500 manat məbləğindəolan hissəsini satıcıya geri qaytarmışam. Bu halda,sənədləşdirmə hansı qaydada aparılmalıdır?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, vergi ödəyicisi tərəfindən alınmış mallar geri qay-tarıldığı halda, malları qaytaran alıcı tərəfindən malları təqdimedən qarşı tərəfə malların qaytarılması barədə elektron qaimə-faktura təqdim edilir. Malların qaytarılması zamanı tərtib edilənelektron qaimə-fakturada malların zay və ya xarab olması, sonistehlak müddətinin bitməsi, yaxud satışa yararlı vəziyyətdə ol-ması barədə qeyd aparılmalıdır.

Əsas: Vergi Məcəlləsi, 71-1.5.2-ci maddə.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

Page 43: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 41

? 8. Şirkət təqdim etdiyi ərizə əsasında keçmiş tarixlə,yəni 01.01.2018-ci il tarixdən ƏDV-nin məqsədləriüçün qeydiyyata alınıb. Həmin tarixdən etibarənşirkət tərəfindən aparılmış əməliyyatlara görə ƏDV-nin ödənilməsi və həmin əməliyyatların təqdim olu -nacaq ilk bəyannamədə əks etdirilməsi nəzərdətutulur. Bilmək istərdik ki, həmin əməliyyatlar üzrəşirkət tərəfindən elektron qaimə-faktura da təqdimedilməlidirmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, bu halda vergi ödəyicisi bəyannamədə əks et-dirilmiş əməliyyatlar üçün Vergi Məcəlləsinin 71.1.5.9-cumaddəsində nəzərdə tutulmuş qaydada həmin Məcəllənin177.5-ci maddəsinə əsasən, elektron qaimə-faktura təqdimetmək hüququna malikdir.Belə ki, Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qey-diyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraqkeçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyəmindiyi tarixdən etibarən vergiyə cəlb olunan əməliyyatlar üzrəƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qay-dada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Mü-vafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birincibəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannaməninverildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Belə olanhalda, vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlarüçün bu maddənin məqsədləri üçün nəzərdə tutulmuş elektronqaimə-fakturaları təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsi, 71.1.5.9-cu və 177.5-ci maddələr.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

Page 44: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az42

? 9. Müəssisəmiz geyim mallarının istehsalı iləməşğuldur. Avadanlığın istehsal gücünün məhdudolması səbəbindən, daxil olmuş sifarişin vaxtındaicra edilməsi məqsədilə müxtəlif növ parçaları mü-vafiq müqavilə əsasında digər istehsalçıya təhvilveririk. O isə bizim xammaldan sifariş verdiyimizmalları istehsal edərək, hazır məhsul şəklində təhvilverir. Bu əməliyyatlar üzrə sənədləşdirmə hansıqaydada aparılmalıdır?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, malların emala verilməsi və emal prosesi keçmişmalların qaytarılması prosesinin sənədləşdirilməsi elektron-laşdırılıb. Belə ki, malları istehsalçıya təhvil verən müəssisəhəmin xammala görə malları emal edəcək müəssisəyə “mallarınemala verilməsi barədə” elektron qaimə-faktura göndərir. İs-tehsalçı tərəfindən alınmış xammaldan istehsal edilən hazır məh-sullar isə müəssisəyə “emal prosesi keçmiş malların qaytarılmasıbarədə” elektron qaimə-faktura əsasında qaytarılır.

Əsas: Vergi Məcəlləsi, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələr.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi

Page 45: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 43

4Sosial xarakterli

güzəştlər vasitəsilə

əhalinin maliyyə

(vergi) yükünün

azaldılması

Page 46: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az44

? 1. Dörd il yaşayış yeri üzrə qeydiyyatda olduğumevimi satışa çıxarmışam. Bilmək istərdim ki, satışzamanı məndən vergi tutulacaqmı?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, fiziki şəxslərin azı 3 təqvim ili ərzində yaşayış yeriüzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır. Bubaxımdan, 4 təqvim ili müddətində yaşayış yeri üzrə qeydiy -yatda olduğunuz mənzilin satışından alğı-satqı müqaviləsini təs-diq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmişvergi tutulmur. Məlumat üçün nəzərinizə çatdırırıq ki, 1 yanvar 2020-ci il tari -

xədək yaşayış sahəsini satan şəxsin vergidən azad edilməsiüçün azı 5 təqvim ili ərzində həmin mənzildə yaşayış yeri üzrəqeydiyyatın olması tələb edilirdi.

Əsas: Vergi Məcəlləsi, 218-1.1.5.1-ci maddə.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması

Page 47: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 45

? 2. 2017-ci il yanvarın 1-dən quş ətinin satışı ƏDV-dən azad idi. Bu sahədə yenilik varmı?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müd-dətinə ƏDV-dən azad edilib. Əlavə olaraq bildiririk ki, quş ətininsatışı ilə yanaşı, heyvan ətinin də satışı 2020-ci il yanvarın 1-dən4 il müddətinə ƏDV-dən azad edilib.Kəsilmiş və dondurulmuş heyvan və quş ətləri istisna olmaqla,emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinin təqdimedilməsinə ƏDV-dən azadolma şamil edilmir.

Əsas: Vergi Məcəlləsi, 164.1.37-ci maddə və 164.1.37-ci maddənin “Qeyd” hissəsi.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması

? 3. Məlum olduğu kimi, quş ətinin satışı ƏDV-dənazaddır. Müəssisəmiz quş əti istehsalçılarındanalınmış əti hisə verilmiş şəkildə istehsal edərəkqablaşdırır və topdan satır. ƏDV-dən azadolma hisəverilmiş quş ətinin satışına da şamil edilirmi?

Quş ətinin satışına tətbiq edilən ƏDV-dən azadolma, kəsilmə vədondurulma əməliyyatları istisna olmaqla, emal əməliyyatlarınaməruz qalan, o cümlədən hisə verilmiş şəkildə satışına münasi-bətdə tətbiq edilmir. Buna əsasən, hisə verilmiş quş ətinin satışıümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsi, 164.1.37-ci maddənin “Qeyd” hissəsi.

Page 48: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az46

? 4. Üç ildən az müddətdə qeydiyyatda olduğumevimi satan zaman mənə hər hansı vergi güzəşti tət-biq edilirmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayışsahələrinin bu şəxslərin yaşayış sahəsində yaşayış yeri üzrəqeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasındanasılı olmayaraq, həmin yaşayış sahəsinin təqdim edilməsi za-manı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad-dır. Buna əsasən, 3 ildən az müddətdə qeydiyyatda olduğunuzyaşayış sahəsi təqdim edilərkən həmin yaşayış sahəsinin 30kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadrat-metrinə sadələşdirilmiş vergi hesablanır və satıcıdan tutulur.

Əsas: Vergi Məcəlləsi, 218-1.1.5.3-cü maddə.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması

Page 49: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 47

5Sahibkarlıq

subyektlərinin

vergi yükünün

azaldılması

Page 50: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az48

? 1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərtərəfindən dövlətə ayrılan hissə üzrə mənzillərintəqdim edilməsi ƏDV-yə cəlb olunurmu?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərtərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılanhissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.Məlumat üçün bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olanşəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda dövlətə ayrılan yaşayış və qeyri-yaşayışsahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsi, 164.1.47-ci və 108-ci maddələr.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması

? 2. Bakı şəhərində fərdi qaydada foto xidmətlərigöstərirəm. Əldə etdiyim gəlirdən nə qədər vergiödəməliyəm?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar is-tisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçünsadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 15manata endirilib. Buna əsasən, fərdi foto xidmətləri göstərən fiziki şəxslər 15manat məbləğə Bakı şəhərində 2 əmsal tətbiq etməklə 30 manatsabit vergi ödəyir.

Əsas: Vergi Məcəlləsi, 220.10-cu maddə.

Page 51: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 49

? 3. Müəssisəmiz Sumqayıt Kimya Sənaye Parkınınre zi dentidir. Bilmək istərdik: son dəyişikliklərdəmüəs si sənin həmin sənaye parkındakı əmlakları vətor paqlarına tətbiq edilən əmlak və torpaq vergiləriüzrə güzəştlərin müddətinin uzadılması nəzərdə tu-tulurmu?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına uyğunolaraq yaradılmış sənaye, yaxud texnologiyalar parklarının rezi-denti olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadansahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə sənaye vətexnologiyalar parkındakı əmlaklarına və torpaqlarına tətbiqedilən əmlak və torpaq vergiləri üzrə güzəştlərin müddəti 7 ildən10 ilədək artırılıb.

Əsas: Vergi Məcəlləsi, 220.10-cu və 220.11-ci maddələr.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması

Page 52: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az50

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması

? 4. Marketimizdə istismarda olan 3 ədəd nəzarət-kassa aparatı mövcuddur. 10 yanvar 2020-ci il ta -rixdə həmin kassa aparatlarını Dövlət VergiXidmətinin elektron informasiya sisteminə qoşul-muş yeni nəsil nəzarət-kassa aparatları ilə əvəzetdik və köhnə aparatları qeydiy yatdan çıxardıq. Buhalda, yeni kassa aparatına görə güzəştdən yarar-lana bilərikmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetitərəfindən müəyyən edilmiş meyarlara cavab verən və İqti-sadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron in-formasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassaaparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri AzərbaycanRespublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddənəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergiöhdəlikləri ilə əvəzləşdirilir. Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasınaçəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

• nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixinədək quraşdırıldıqda;

• nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə;

• nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Page 53: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 51

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması

Qeyd olunanlara əsasən, sorğuda göstərilən hal üzrə 10 yanvar2020-ci il tarixdə marketinizdə quraşdırılmış yeni nəzarət-kassaaparatları köhnə kassa aparatlarını əvəz etdiyindən və İqti-sadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron in-formasiya sisteminə qoşulduğundan, həmin nəzarət-kassaaparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər qa-nunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəz -ləşdirilir.

Əsas: Vergi Məcəlləsi, 77.5-ci-77.7-ci maddələr.

Page 54: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az52

? 5. 15.01.2020-ci il tarixdə vergi uçotuna alınmışamvə pərakəndə ticarətlə məşğulam. ObyektimdəDövlət Vergi Xidmətinin elektron informasiya sis-teminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparat-ları quraşdırmışam. Bu halda, yeni kassa aparatınagörə güzəştdən yararlana bilərəmmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassaaparatlarının tətbiqi Qrafiki”nin “Qeyd” hissəsinə əsasən, buqrafik təsdiq edildikdən sonra yeni uçota alınmış təsərrüfat sub-yektlərində (obyektlərində) qrafikə uyğun quraşdırılacaqnəzarət-kassa aparatları Azərbaycan Respublikası NazirlərKabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azər-baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin elektron informasiya sisteminə real vaxt rejimindəqoşularaq istifadə edilməlidir.Bundan əlavə, nəzarət-kassa aparatı 2019-cu il yanvarın 1-dənsonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyənedilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olannəzarət-kassa aparatını əvəzləmədiyi halda, nəzarət-kassaaparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri iləəvəzləşdirilmir.Qeyd olunanlara əsasən, 1 yanvar 2020-ci il tarixdən vergi uço-tuna alınaraq sahibkarlıq fəaliyyəti göstərən şəxslərin ticarətobyektlərində quraşdırılmış və qanunla müəyyən edilmiş tələb -lərə cavab verən nəzarət-kassa aparatlarının alınmasına və qu -raş dırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəz ləş dirilmir.

Əsas: Vergi Məcəlləsi, 77.7-ci maddə.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması

Page 55: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 53

? 6. Müəssisəmiz heyvandarlıq və quşçuluq sahəsin -də ixtisaslaşıb. Bu sahədə hər hansı yenilik varmı?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadəedilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci ilyanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır. Heyvan və quşətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dənazad edilib.

Əsas: Vergi Məcəlləsi, 164.1.37-ci və 164.1.46-cı maddələr.

? 7. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərtərəfindən dövlətə ayrılan hissə üzrə təqdim edilənmənzillərin tikintisinə çəkilmiş xərclər gəlirdənçıxılırmı?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərtərəfindən dövlətə ayrılan hissə üzrə çəkilmiş məsrəflər gəlirdənçıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsi, 108-ci maddə.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması

Page 56: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az54

? 8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan müəssisətərəfindən binanın altında yerləşən torpağın alışınaçəkilən xərclər müəssisənin gəlirdən çıxılan xərc -lərinə aid edilirmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərtərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsiilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinəyetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikin-tisi üzrə çəkilən məsrəflər, o cümlədən torpaq sahələrininalınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.Buna əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərtərəfindən torpağın alınmasına çəkilən xərclər tikilən binanındəyərini təşkil edən xərc elementi olduğundan, həmin binadanyaşayış və qeyri-yaşayış sahələri təqdim olunarkən təqdimedilən sahələrin dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsi, 130.6-cı maddə.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması

Page 57: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 55

6 Vergitutma

bazasının

genişləndirilməsi

Page 58: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az56

Vergitutma bazasının genişləndirilməsi

? 1. Mənzil-tikinti kooperativi 10.01.2020-ci il tarixdəyeni yaşayış kompleksinin tikinti-quraşdırmaişlərinə başlamağı planlaşdırır. Yeni dəyişikliklərəəsasən, vergitutma metodu olaraq sadələşdirilmişvergitutma metodunu tətbiq etmək hüququmuzvarmı?

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərinsadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ləğv edilib.Buna görə də 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisifəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini ƏDV və mən-fəət vergisinin ödəyicisi kimi yerinə yetirirlər.

Əsas: Vergi Məcəlləsi, 154.6-cı və 218-ci maddələr.

Page 59: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 57

Vergitutma bazasının genişləndirilməsi

? 2. Mənzil-tikinti kooperativi 18.12.2019-cu il tarixdəyeni binanın tikinti-quraşdırma işlərinə başlayıb. Buhalda, müəssisə tikilən binaya görə yaranmış vergiöhdəliklərini sadələşdirilmiş vergitutuma metoduüzrə yerinə yetirə bilərmi?

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərinsadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ləğv edilib.Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinəbaşlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edənvergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qay-dada ödəyir.Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixdən başlamışvergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi ver-gitutma metodu barədə vergi orqanı tərəfindən müəyyən olun-muş məlumat formasını 2020-ci il 1 yanvar tarixədək təqdimetmədikdə, tikilən binalar üzrə yaranmış vergi öhdəlikləri 1 yan-var 2020-ci il tarixdən qüvvədə olan qaydada yerinə yetirilir.Qeyd olunanlara əsasən, 18.12.2019-cu il tarixdə tikinti-quraşdırma işlərinə başlanılmış bina üzrə yaranmış vergiöhdəliyini sadələşdirilmiş vergitutuma metodu üzrə yerinə yetir-mək istədiyiniz təqdirdə, 1 yanvar 2020-ci il tarixədək müvafiqməlumat forması qeydiyyatda olduğunuz vergi orqanına təqdimedilməlidir. Məlumat forması 2020-ci ilin 1 yanvar tarixinədəktəqdim olunmadıqda, yaranmış vergi öhdəlikləri ƏDV və mənfəətvergisi metodu ilə hesablanacaqdır.

Əsas: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 2.2-ci maddə.

Page 60: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az58

? 3. ƏDV ödəyicisi olan müəssisənin mülkiyyətindəkiqeyri-yaşayış sahəsi digər hüquqi şəxsə satılarkənmüəssisənin bu satışla bağlı hansı vergi öhdəlikləriyaranır?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış vəqeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindənsadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən,1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisətərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digərşəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi vəƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.

Vergitutma bazasının genişləndirilməsi

Page 61: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az 59

? 4. 2019-cu ilin iyul ayında çoxmənzilli binanın tikin -ti-quraşdırma işlərinə başlamış mənzil-tikinti ko -ope rativi vergitutma metodu olaraq sadələşdirilmişvergini seçib. Yeni dəyişikliklərə əsasən, kooperativ1 yanvar 2020-ci il tarixdən vergiləri hansı qaydadaödəməlidir?

Vergi qanunvericiliyinə əsasən, 1 yanvar 2020-ci il tarixədək ti -kin ti obyektinin tikinti-quraşdırma işlərinə başlamış vəsadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisihəmin işlər üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcudolan qaydada, yəni sadələşdirilmiş vergitutma metodu ilə ödəyir.

Əsas: Vergi Məcəlləsi, 154.6-cı və 218-ci maddələr və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu, 2-ci maddə.

Vergitutma bazasının genişləndirilməsi

Page 62: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası

www.taxes.gov.az60

? 5. Hüquqi şəxs digər hüquqi şəxsə onun mülkiy -yətində olan anbarın alınması ilə bağlı 2019-cu ilindekabr ayında müqavilə dəyərinin 40 faizi həcmindəavans ödəyib. Alğı-satqı əməliyyatı 2020-ci ilin yan-var ayında notarial qaydada təsdiq ediləcək və buzaman qalan məbləğ də ödəniləcəkdir. Bu əməliyyatnotarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olu -nur, yoxsa anbar binasını təqdim edən hüquqi şəxstərəfindən mənfəət vergisi ödənilməlidir?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişik-liyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış vəqeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindənsadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən,hüquqi şəxs tərəfindən təqdim edilən anbar binasına görə01.01.2020-ci il tarixədək avans alınmasından asılı olmayaraq,alğı-satqı müqaviləsi notarius tərəfindən 1 yanvar 2020-ci il tarix -dən sonra təsdiq edildiyindən, həmin əməliyyatda ödəmə mən-bəyində sadələşdirilmiş vergi tutulmur. Anbar binasını təqdim edən şəxs anbarın satışından əldə olunangəlirindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mənfəətvergisi ödəyir.

Əsas: Vergi Məcəlləsi, 104.1-ci və 218.4.3-cü maddələr.

Vergitutma bazasının genişləndirilməsi

Page 63: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası
Page 64: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər … · 2020. 1. 8. · Məcəlləsində mühüm dəyişikliklər edilib. • Elektron vergi hesab-fakturası