müəllimlərimizin müəllifi olduğu kitablarımız°ologİya-İzahl… · tədris mərkəzində...
Post on 25-Aug-2020
5 Views
Preview:
TRANSCRIPT
Müəllimlərimizin müəllifi olduğu kitablarımız:
XİDMƏTLƏRİMİZ
Online MİQ hazırlığı
- Dərslərin keyfiyyəti kursda keçirilən dərslərlə eynidir, tək fərq odur ki, dərsə
istədiyiniz yerdən qoşula biləcəksiniz.
- Bütün dərslərin videosu Facebook qrupunda qalacaq, qaçırdığınız və ya təkrar
etmək istədiyiniz istənilən dərsin videosuna baxa biləcəksiniz.
- Əlavə Whatsapp qrupunuz da olacaq, dərs zamanından əlavə suallarınızı qrupda
müəllimə ünvanlaya biləcəksiniz.
Qeydiyyat və ətraflı məlumat üçün əlaqə nömrəsi: +994 77 322 79 53
Tədris Mərkəzində MİQ hazırlığı
Biz vəd edirik:
- İxtisasının peşəkarı və 12 kitabımızın müəllifi olan müəllim kollektivi
- Endirimli qiymətə dərs kitabları
- Hər fəndən həftədə 2 dəfə dərs
- Hər dərs 90 dəqiqə
- Əlavə dərslər
- Qəbul səviyyəsində Ödənişsiz Sınaq İmtahanları
Qeydiyyat və ətraflı məlumat üçün əlaqə nömrəsi:
012 421 95 36
070 806 10 40
05.01.2020 tarixinə kimi endirimli qiymətlərlə qeydiyyatdan keçə bilərsiniz:
İZAHLI SINAQ 3 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
BİOLOGİYA ÜZRƏ TEST TAPŞIRIĞI
Sual:1. Yunancadan tərcümədə “oikos” nə deməkdir?
A) növ
B) ev, sığınacaq
C) torpaq
D) birlik
E) qida
İzahı:
Növ - eidos
Ev, sığınacaq – oikos
Torpaq – geo
Birlik – senos
Qida - trophe
Sual 2. Viruslara aid olanları seçin:
1. DNT –ləri vardır
2. RNT – ləri vardır
3. Sitoplazması vardır
4. Orqanoidləri vardır
5. Fermentləri vardır
6. Zülalları vardır
7. Antibiotiklərin təsirinə məruz qalmırlar
A) 1,2,3,6,7
B) 1,2,6
C) 1,2,6,7
D) 1,2,3,4,6
E) 1,3,5,6,7
İzahı: Bildiyimiz kimi DNT –si və RNT – si olan viruslar vardır. Xarici örtükləri zülaldır.
Bakteriyalar antibiotiklərin təsirinə məruz qalır, viruslar deyil. Hüceyrə quruluşlu
olmadıqlarına görə sitoplazmaları, orqanoidləri yoxdur. Fermentləri yoxdur.
Cavab:C
Sual 3. İlk dəfə oddan istifadə edərək bişmiş ətlə qidalanan insanlara aid olan xüsusiyyətlər
hansıdır?
A) Qalıqları 3 qitədə tapılmışdır, kəllə qutusunun eni və uzunu müasir insanlarınkı qədər olmuşdur
B) Qalıqları 3 qitədə tapılmış, ilk dəfə əmək bölgüsü getmişdir
C) Qalıqları 1 qitədə tapılmış, beynin sol hissəsi daha yaxşı inkişaf etmişdir, sağaxay olmuşlar
D) Qalıqları 4 qitədə tapılmış, qəbilə halında yaşamışlar
E) Qalıqları Azərbaycanda tapılmış, qazma üsulu ilə qurduqları ocaqdan istifadə etmişlər
İzahı:
İZAHLI SINAQ 4 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
A)Pitekantroplar ilk dəfə oddan istifadə etmişlər, və əti bişirib yemişlər. Qalıqları 3qitədə
tapılmışdır – Asiya, Afrika və Avropada. Kəllə qutusunun eni və uzunu insanınkı qədər
olmuşdur
B)Neandertalların qalıqları 3 qitədə tapılmış, ilk dəfə əmək bölgüsü getmişdir
C)Sinantropların qalıqları 1 qitədə tapılmış, beynin sol hissəsi daha yaxşı inkişaf etmişdir,
sağaxay olmuşlar
D)Kromanyonların qalıqları 4 qitədə tapılmış, qəbilə halında yaşamışlar
E)Azıxantropların qalıqları Azərbaycanda Füzuli rayonunda Azıx mağarasında tapılmış,
qazma üsulu ilə qurduqları ocaqdan istifadə etmişlər
Cavab: A
Sual 4: Endoderma qatından əmələ gəlmişdir:
A) Dayaq – hərəkət sistemi
B) Epidermis, dişin mina qatı
C) Limfa sistemi
D) Həzm kanalının daxili qatı
E) Dərinin piy qatı
İzahı:
A)Dayaq hərəkət sistemi – mezodermadan
B)Epidermis, dişin mina qatı – ektodermadan
C)Limfa sistemi – mezodermadan
D)Həzm kanalının daxili qatı – endodermadan
E)Dərinin piy qatı – mezodermadan formalaşmışdır
Cavab: D
Sual 5: Aşağıdakılardan hansı bütün heyvanlara aiddir:
A) Sinir sisteminə sahibdirlər
B) İkitərəfli simmetriyaya sahibdirlər
C) Eukariotdurlar
D) Həzm sisteminə sahibdirlər
E) Bütün heyvanların başı vardır
İzahı:
A)İbtidailərdə sinir sitemi yoxdur
BBağırsaqboşluqlularda şüalı simmetriyavardır
C)Bütün heyvanlar eukariotdurlar
D)Bəzi heyvanlarda məsələn, lentşəkilli qurdlarda həzm sistemi yoxdur
E)İkitaylı molyuskların başı yoxdur
Cavab: C
İZAHLI SINAQ 5 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
Sual 6: Adil “rəng korluğu” xəstəsidir. Ana hamilədir., X dölünün cinsiyyəti bəlli deyil. Bununla
bağlı aşağıdakılardan hansı doğru deyil?(ana daşıyıcıdır)
A) Doğulacaq uşağın qız və daşıyıcı olma ehtimalı 25% - dir
B) Rəng korluğu olub – olmayacağı dölün cinsiyyətinə görə dəyişə bilər
C) Rəng korluğu olan bir oğlanın doğulma ehtimalı 50% - dir
D) Uşağın qız və xəstə olma ehtimalı 25% - dir
E) Uşaq oğlan olursa sağlam olma ehtimalı 50% - dir
İzahı: Bildiyimiz kimi rəng korluğu x xromosomu vasitəsilə ötürülür. Adil xəstədirsə, demək
Adil - XxY
Ana daşıyıcıdırsa – XsX
x
Ata sağlamdırsa - XsY
sağlam sağlam daşıyıcı xəstə
qız oğlan qız oğlan
Və beləliklə sxemə əsasən deyə bilərikki:
A) Daşıyıcı olma ehtimalı 25% - dir
B) Rəng korluğu olub – olmayacağı dölün qız vəya oğlan olmasına görə dəyişir
C) Rəng korluğu olan bir oğlanın doğulma ehtimalı 50% - dir
D) Ata xəstə olmadığına görə qızın xəstə olma ehtimalı 0 – a bərabərdir
E) Uşaq oğlan olursa sağlam olma ehtimalı 50% - dir
Cavab: C
Sual7: Hansı doğrudur?
1. Allel genlərdən biri dominant, biri ressessiv olur
2. Bir əlamətin müxtəlif formalarının inkişafına səbəb olan genlərə allel genlər deyilir
3. Dominant əlamətin üzə çıxması ressessiv genin olub olmamasından asılıdır
4. Bəzi çarpazlaşdırmalarda F1 nəslində üzə çıxmayan əlamətlər F2 nəslində üzə çıxa bilər
A) 1,2,4 B) 1,2,3 C) 2,3,4
D) 2, 3 E) 1,3,4
İZAHLI SINAQ 6 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
İzahı:
A və a geni allel genlər sayılır.A dominant, a isə ressessiv gendir.
Dominant gen ressessiv əlamətin üzə çıxmasına imkan vermir.
A və a geni hər hansı bir əlamətin müxtəlif formalarını göstərir. Məsələn rəng əlaməti
– A sarı rəng, a yaşıl rəng.
Bəzi çarpazlaşmalarda F1 nəslində gizlənən əlamətlər F2 nəslində üzə çıxa bilər.
Məsələn;
Gördüyümüz kimi F1 nəslində üzə çıxa bilməyən yaşıl rəng (a) F2 nəslində üzə çıxdı.
Cavab: A
Sual8: Bəzi heyvanlar hermafrodit olmasına baxmayaraq, əmələ gətirdikləri erkək cinsiyyət
hüceyrələri başqa fərdin yumurta hüceyrəsini mayalandırır. Bu prosesin növ üçün üstünlüyü nədir?
A) Qısa bir vaxtda çoxlu nəsil verməsi
B) Nəsildə genetik müxtəlifliyi qorumaq
C) Nəsil qayğısına qalmanın valideynlər arasında bölüşdürülməsi
D) Valideynlərə bənzər balaların əmələ gəlməsi
E) Ana fərdə bənzər balaların əmələ gəlməsi
İzahı: Bəzi heyvanlar hermafrodit olsalar belə çarpaz mayalanma prosesi gedir.Bu növü
qoruyur, nəsildə genetik müxtəlifliyi qoruyur. Mənfi ressessiv mutasiyaların üzə çıxmasının
qarşısını alır.
Cavab:B
Sual 9: Mitoz bölünmə prosesinin düzgün ardıcıllığını seçin:
1. xromosomların ekvator boyunca düzülməsi
2. iy tellərinin əmələ gəlməsi
3. nüvə pərdəsinin əmələ gəlməsi
4. xromotidlərin əmələ gəlməsi
A) 2,1,4,3
B) 1,3,4,2
C) 1,2,3,4
D) 3,4,2,1
İZAHLI SINAQ 7 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
E) 1,3,2,4
İzahı:
Şəklə əsasən görürük ki ilk öncə iy telləri əmələ gəlir, sonar xromosomların ekvator boyunca
düzülməsi, xromatidlərin bir birindən ayrılaraq əmələ gəlməsi, sonda isə nüvə pərdəsinin
əmələ gəlməsi baş verir.
Cavab: A
Sual 10: İnsanın eşitmə orqanı ilə bağlı deyilənlərdən hansı doğru deyil?
A) Qulaq seyvanı səs dalğalarının tutulması funksiyası yerinə yetirir
B) Səs dalğalarının təsirində ilk titrəyən struktur təbil pərdəsidir
C) Eşitmə sümükləri səs dalğalarının ötürülməsində rol oynayır
D) Yevstaxi borusu orta qulaq ilə udlaq arasındadır
E) Səs yarım dairəvi kanallarda impulslara çevrilir
İzahı:
A) Yalnız məməlilərə xas olan qulaq seyvanı səs dalğalarının tuyulması funksiyasını yerinə
yetirir
B) Səs xarici qulaq keçəcəyindən keçərək ilk olaraq təbil pərdəsini titrədir
C) Orta qulaqda yerləşən 3 eşitmə sümüyü – çəkic, zindan, üzəngi səs dalğalarını
ötürülməsində rol oynayır
D) Yevstaxiborusu orta qulaq ilə udlaq arasında yerləşir
E) Səs yarımdairəvi kanallarda deyil ilbizdə impulslara çevrilir
Cavab: E
Sual 11: Uyğunluğu müəyyən edin:
1. Çiyin qurşağı 4 sümükdən ibarətdir
2. Çiyin qurşağı 7 sümükdən ibarətdir
3. Çiyin qurşağı 6 sümükdən ibarətdir
a. ev iti
b. yarasa
c. kərtənkələ
d. çöl göyərçini
e. göl qurbağası
A) 1 – b; 2 – e; 3 – d;
B) 1 – a,b; 2 – c,d; 3 – e;
C) 1 – b; 2 – a,c; 3 – d,e;
D) 1 – d,e; 2 – a; 3 – b,c;
E) 1 – a,c; 2 – b; 3 – d,e;
İzah: Ev itinin çiyin qurşağı 2 sümükdən, yarasa 4 sümükdən, kərtənkələ 6 sümükdən, çöl
göyərçini 6, göl qurbağası 7 sümükdən təşkil olunmuşdur.
Cavab: A
İZAHLI SINAQ 8 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
Sual 12: Kartof bitkisinin toxumu əkilərkən ilk olaraq nə əmələ gələr?
A) əsas kök
B) əlavə kök
C) gövdə
D) gövdə yumrusu
E) tumurcuq
İzahı:Bitki toxumdan əkilərkən ilk əvvəl toxumun rüşeym kökcüyündən əsas kök əmələ gəlir.
Cavab: A
Sual 13: Ulotriks yosununun cinsi çoxalması zamanı əmələ gələn qamçısız spor sayı n olarsa,
qamet sayı və ziqot sayını tapın:
A) 2n, 4n B) n/2, 4n C) n/2, n/4
D) 4n, 4n E) 2n, 4n
İzahı: Ulotriks yosununun cinsi çoxalması zamanı 2 qametin birləşməsin 1 ziqot, 1 ziqotdan
isə 4 qamçısız spor əmələ gəlir.
Qamçısız spor sayı qametdən 2 dəfə, ziqotdan 4 dəfə çoxdur.
Cavab: n/2, n/4
Sual 14: Heyva bitkisinin 12 buğumunda yerləşən yarpaqların sayı qədər qutucuğu olan quş mamırı
həmin sahədəki quş mamırlarının 20 faizini təşkil edir. Həmin sahədə cəmi neçə quş mamırı vardır?
A) 60 B) 40 C) 12 D) 20 E) 100
İzahı: Heyva bitkisində növbəli düzülüşə rast gəlinir. 12 buğumdursa hər birində 1 yarpaq
yerləşdiyinə görə, 12 yarpaq deməkdir. Yarpaq sayı qədər mamır qutucuğu 12 qutucuq edir.
Qutucuqlu bitkilər ümumi bitkilərin 20% - ni təşkil edir.
12--------20%
X--------100%
X = 60 qutucuq
Cavab: 60
Sual 15: 16 ədəd soğan toxumunun əmələ gəlməsində bilavasitə iştirak edən hüceyrələrin sayı
qədər bakteriya hüceyrəsinin əmələ gəlməsi üçün nə qədər vaxt lazımdır? (20 dəqiqədən bir
bölünmüşdürsə)
A) 1 saat B) 1saat 20 dəq C) 1saat 40 dəq
D) 2 saat C) 2saat 30 dəq
İzahı: Bir toxumun əmələ gəlməsində bilavasitə 4 hüceyrə (yumurta hüceyrə, mərkəzi
hüceyrə, 2 spermi) iştirak edir.
16 x 4 = 64 hüceyrə
64 bakteriya hüceyrəsinin əmələ gəlməsi üçün vaxt hesablayaq.
Düstür
Nt=N0*2n
n =
64 = 2n
İZAHLI SINAQ 9 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
n = 6
t/20 = 6
t = 20*6=120 dəq=2 saat
Cavab:D
Sual: 16. Qıjının qametofit nəslinin əmələ gəlməsində hansı bölünmə getmişdir?
A) mitoz
B) meyoz
C) şizoqoniya
D) sadə bölünmə
E) vegetative
İzahı: Qametofit nəslin əmələ gəlməsi üçün meyoz prosesi baş verir
Cavab: B
Sual:17. Çəkikimilər dəstəsinin nümayəndələrini seçin:
1. çapaq 2. çəki 3. kilkə
4. cökə 5. keta 6. şəmayı
A) 1,2,3 B) 1,2,6 C) 4,5,6
D) 2,5,6 E) 2,4,6
İzahı: çapaq, çəki, şəmayı çəkikimilər dəstəsindən,
cökə nərəkimilər dəstəsindən,
keta qızılbalıqkimilər dəstəsindəndir
Cavab: B
Sual:18. Hansı heyvanın ürəyində ancaq arterial qan vardır?
A) çay xanısı
B) göl qurbağası
C) kərtənkələ
D) göl ilbizi
E) yarasa
İzahı:
A) çay xanısının ürəyində ancaq venoz,
B) göl qurbağasının ürəyində qarışıq, venoz və arterial,
C) kərtənkələnin ürəyində qarışıq, venoz və arterial,
D) kiçik göl ilbizində ancaq arterial,
E) yarasada arterial və venoz qan olur
Cavab:D
Sual: 19. Protozoozlara aid deyil?
A) amöbiaz
B) lyamblioz
C) teniarinxoz
D) toksoplazmoz
İZAHLI SINAQ 10 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
E) triponosomoz
İzahı: Sualda bizdə bir hüceyrəli parazitlərə aid olmayanları soruşur. Teniarinxoz öküz
soliterinin insan orqanizmində törətdiyi xəstəlikdir.
Cavab: C
Sual:20. Yalnız virusların törətdiyi xəstəlikdir?
A) meningit
B) qarın yatalağı
C) tetanus
D) skarlatina
E) eczema (herpes)
İzahı:Sualda bizdən yalnız viruslar vasitəsilə törədilən xəstəlikləri soruşur
A) Meningit xəstəliyini həm bakteriya, həm viruslar törədir
B) Qarın yatalağı xəstəliyini bakteriyalar törədir
C) Tetanus xəstəliyini bakteriyalar törədir
D) Skarlatina xəstəliyini bakteriyalar törədir
E) Ekzema(herpes) xəstəliyini viruslar törədir
Cavab: E
Sual:21. Şerşevski – Terner sindromlu insan doğulmuşdursa, mayalanma zamanı qametlərdə
xromosomların kombinasiyası necə olmuşdur?
1. 22 + x
2. 22 + 0
3. 23 + x
4. 22 + xy
A) 1, 4
B) 2, 4
C) 3, 4
D) 1, 2
E) 1, 3
İzahı: Şerşevski Terner sindromu mayalanma zamanı erkək cinsiyyət qametində Y
xromosomunun olmamasıdır.Bu sindromlu insanda cinsiyyət xromosomları XO şəklində olur.
Əmələ gəlməsi üçün xromosomların kombinasiyası 22+x anadan,22+0 isə atadan keçir.
Cavab: D
Sual:22. AaBbCcDd genotipli fərdlər neçə sort qamet hazırlayar? ( iki əlamətə görə ilişiklilik
vardır)
A) 16
B) 32
C) 4
D) 8
E) 1
İzahı:2 əlamətə görə genlər ilişikli keçərsə, onda qamet sayı:
İZAHLI SINAQ 11 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
ABCD ABCd ABcD ABcd
abCD abCd abcD abcd
Cavab: D
Sual: 23. Hansı doğrudur?
A) vitamin çatışmazlığı zamanı bir vitamin digərini əvəz edə bilər
B) Fermentlərin miqdarı maddələr mübadiləsinə təsir göstərmir
C) Uşaqlarda mənfi, yaşlılarda isə müsbət azot balansı müşahidə edilir
D) Şəkərli diabet zamanı qanda suyun miqdarı azalır
E) Orqanizmdə vitaminin normadan çox olması hipovitaminozdur
İzahı:
A) vitaminlər bir birini əvəz edə bilmir
B) Fermentlərin miqdarı maddələr mübadiləsinə təsir göstərir
C) Uşaqlarda müsbət, yaşlılarda isə mənfi azot balansı müşahidə edilir
D) Şəkərli diabet zamanı qanda suyun miqdarı azalır
E) Orqanizmdə vitaminin normadan az olması hipovitaminozdur
Cavab: D
Sual:24. Kosmik gəmilərdə xlorella saxlanılmasının səbəbi nədir?
A) çünki tez çürümürlər
B) çünki sürətli tənəffüs edirlər
C) çünki Günəş enerjisinin 12% - dən istifadə edərək sürətli fotosintez həyata keçirirlər
D) çünki xemosintetikdirlər
E) çünki anaerob canlılardır
İzahı: Bitkilər Günəş enerjisnn 1% - dən, xlorella isə 12%-dən istifadə edərək sürətli
fotosintez prosesi həyata keçirir. Bu xüsusiyyətinə görə ondan kosmik gəmilərdə istifadə
edirlər.
Cavab: C
Sual:25. 2000 nukleotiddən ibarət olan DNT molekulunun II zəncirində 100 S, 300 Q, 400 A
nukleotidi vardır. Bu molekulun I zəncirində olan A nukleotidinin sayının bütün molekulda olan
dezoksiriboza karbohidratının sayına olan nisbəti neçədir?
A) 1 : 2 B)1: 3 C) 1 : 10 D) E)1:5
İzahı: II zəncirdə 100S vardırsa, ona komplementar olan I zəncirdə 100Q vardır, II zəncirdə
300Q – I zəncirdə 300S, II zəncirdə 400A – I zəncirdə 400T vardır.
100+100+300+300+400+400=1600
2000-1600=400
Deməli II zəncirdə 200T komplementardır I zəncirdə 200A
Hər bir nukleotiddə 1 karbohidrat olduğunu nəzərə alsaq
200:2000 = 1:10
Cavab:C
Sual: 26. Öküz soliterinin həzm sistemini olmamamsına səbəb nədir?
A) Buğumlarının çox olması
İZAHLI SINAQ 12 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
B) Həzm olunmuş qida ilə qidalanması
C) Buğumlarının çox olması
D) Nazik bağırsaqda yaşaması
E) Sormaclarının olması
İzahı: Öküz soliteri insanın nazik bağırsağında həll olmuş qida ilə qidalandığına görə
orqanizmində həzm prosesinin getməsinə ehtiyac yoxdur.
Cavab: B
Sual: 27. Dişilərində XO xromosomları olan canlı:
A) taxtabiti
B) quşlar
C) düzqanadlılar
D) güvələr
E) drozofildə
İzahı:
A) taxtabiti dişi XX, erkək XO
B) quşlar dişi XY, erkək XX
C) düzqanadlılar dişi XX, erkək XO
D) güvələr dişi XO, erkək XX
E) drozofildə dişi XX, erkək XYxromosom dəstinə malikdir
Sual: 28. Bitkilərdə idiadaptasiyaya misal olaraq göstərmək olar:
A) nektarlıqların olmasını
B) sporla çoxalmanı
C) toxumla çoxalmanı
D) ikiqat mayalanmanı
E) toxumaların yaranmasını
İzahı:
A) nektarlıqlar idioadaptasiya
B) sporla çoxalma aromorfoz
C) toxumla çoxalma aromorfoz
D) ikiqat mayalanma aromorfoz
E) toxumaların yaranması aromorfoz
Sual:29. Sinir tiplərinin xüsusiyyətlərini uyğunlaşdırın:
1. sanqvinik
2. fleqmatik
3. xolerik
4. melanxolik
a. geniş maraq dairəsinə malikdir, enerjili, soyuqqanlı
b. emosional, təmkinli, sakit, inadkar, daim müəyyən vərdişlərə meylli
c. enerjili, inadkar, qətiyyətli, lakin öz hərəkətlərinə fikir verməyən
d. passiv, tez küsən, depressiyaya meylli, qətiyyətsiz
A) 1-a, 2-b, 3-c, 4-d
İZAHLI SINAQ 13 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
B) 1-b, 2-a, 3-c, 4- d
C) 1-d, -2-a, 3-c, 4- b
D) 1-a, 2-c, 3-b, 4-d
E) 1-a, 2-b, 3-d, 4-c
İzahı:
1. sanqvinik - geniş maraq dairəsinə malikdir, enerjili, soyuqqanlı
2. fleqmatik - emosional, təmkinli, sakit, inadkar, daim müəyyən vərdişlərə meylli
3. xolerik - enerjili, inadkar, qətiyyətli, lakin öz hərəkətlərinə fikir verməyən
4. melanxolik - passiv, tez küsən, depressiyaya meylli, qətiyyətsiz olur
Cavab: A
Sual: 30. Şam ağacının yaşı n – dirsə, minimum neçə dəfə yarpaqlarını tökmüşdür?
A) n -2
B) n-3
C) n/3
D) n/2
E) n
İzahı: Şam ağacı yarpaqlarını 2 – 3 ildən bir tökür. Minimum yarpaqlarını tökmə soruşulursa
3 ildən bir götürürük, çünki 3 yaşından tökməyə başlayır.Əgər maksimum yarpaqtökmə
soruşulsaydı 2 yaşından tökməyə başladığını nəzərə almalıyıq.
Məsələn; 12 yaşlı şam ağacı minimum neçə dəfə yarpaqlarını tökmüşdür soruşularsa, deməli
3 yaşından tökməyə başlamışdır, 12- 3 = 9 olacaq. n yaşlı şam ağacı soruşduğuna görə n -3
olacaq
Cavab: B
Sual: 31. Ləpə yarpqaqlarının sayı 18 olan şam toxumlarının əmələ gəlməsi zamanı yumurtacığa
tozcuq borusu ilə neçə spermi çatmışdır?
A) 18
B) 6
C) 2
D) 3
E) 12
İzahı: Şam toxumlarında6 ləpə yarpağı olur. 18 ləpə yarpağı vardırsa, 18:6=3 toxum olar.
Çılpaqtoxumluların mayalanması zamanı yumurtacığa 2 spermi çatır, lakin biri
mayalanmada iştirak edir. Bizdəndə yumurtacığa çatanların sayı soruşulur.
3x2 = 6
Cavab:B
Sual: 31. Yosunlar haqqında verilənlərdən hansı doğru deyil?
A) parazit həyat keçirən növləri yoxdur
B) gübrə kimi istifadə olunan növləri vardır
C) bəzi növlərindən dinamit alınır
D) zəhərli növləri vardır
E) bəzi növləri su quşlarının qidasını təşkil edir
İZAHLI SINAQ 14 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
İzahı:
A) parazit həyat keçirən növləri vardır
B) gübrə kimi istifadə olunan növləri vardır
C) diatom yosunundan dinamit alınır
D) zəhərli növləri vardır
E) xara adlı növləri su quşlarının qidasını təşkil edir
Cavab: A
Sual:33. Onurğa beyninin arxa kökləri:
A) hərəki neyronların aksonlarından ibarətdir
B) hissi neyronların dendritlərindən ibarətdir
C) hissi neyronların aksonlarından ibarətdir
D) hərəki neyronların dendritlərindən ibarətdir
E) hissi neyronların cisimlərindən ibarətdir
İzahı: hissi neyronların aksonları onurğa beyninin arxa köklərini əmələ gətirir
Cavab: C
Sual:34. Uyğunluq pozulmuşdur:
A) kalmar – raketin reaktiv hərəkəti
B) termit – təyyarə
C) cüllütün dimdiyi – pinset
D) quşun möhkəm caynaqları – ekskavatorun novçası
E) yarasa – radar
İzahı: Termitlər öz yuvalarını xüsusi konstruksiya ilə soyudurlar. Bu iş prinsipi kondisionerə
uyğundur.
Termit – kondisioner
Cavab: B
Sual:35. Maskalanmadır:
A) adi gicitkənin xarici görünüşcə yandırıcı gicitkənə oxşaması
B) parabizənin parlaq rənglərinin olması
C) çöpcənin budağa oxşaması
D) ağac qurbalarının zəhərli maddə ifraz etməsi
E) qışda dovşanın ağ rəngdə olması
İzahı:
A) adi gicitkənin xarici görünüşcə yandırıcı gicitkənə oxşaması - mimikriya
B) parabizənin parlaq rənglərinin olması- xəbərdaredici rəng
C) çöpcənin budağa oxşaması- maskalanma
D) ağac qurbalarının zəhərli maddə ifraz etməsi – xəbərdarlıqedici
E) qışda dovşanın ağ rəngdə olması – mühitəuyğun rəng
Cavab: C
İZAHLI SINAQ 15 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
Sual:36. Konyuqasiya yolu ilə çoxalan göbələyə aid əlamətdir:
A) bir hüceyrəli, çox nüvəlidir
B) çox hüceyrəli bir nüvəlidir
C) şəkərli mühiti sevir
D) sporlar dik qalxan mitselilərin ucundakı salxımcıqlarda əmələ gəlir
E) bir hüceyrəli, bir nüvəlidir
İzahı: Konyuqasiya yolu ilə çoxalan göbələk ağ kif mukor göbələyidir, bir hüceyrəli və çox
nüvəlidir
A) bir hüceyrəli, çox nüvəlidir, mukor
B) çox hüceyrəli bir nüvəlidir, penisil
C) şəkərli mühiti sevir, maya
D) sporlar dik qalxan mitselilərin ucundakı salxımcıqlarda əmələ gəlir, penisil
E) bir hüceyrəli, bir nüvəlidir, maya
Cavab: A
Sual:37. Biopolimerdir:
A) qamış şəkəri
B) qalaktoza
C) qlikogen
D) süd şəkəri
E) riboza
İzahı:
A) qamış şəkəri - disaxarid
B) qalaktoza - monosaxarid
C) qlikogen – polisaxarid -biopolimer
D) süd şəkəri - disaxarid
E) riboza – monosaxarid
Cavab: C
Sual:38. Eyni valideynlərin dörd uşağının hər birinin qan qrupları bir birindən fərqlidir.
Valideynlərin qan qrupları necədir?
A) JAJ
A - J
BJ
B
B) JAJ
O - J
BJ
O
C) JAJ
B - J
AJ
B
D) JOJ
O – J
AJ
O
E) JAJ
O - J
AJ
B
İzahı:
Valideynlərin qan qrupları JAJ
O - J
BJ
O olarsa, uşaqlar J
AJ
O , J
BJ
O, J
AJ
B, J
OJ
O olacaqdır.
Cavab: B
İZAHLI SINAQ 16 ÜSİ 5
Neftçilər filialı
070 806 10 40 077 588 79 22 070 819 59 64
Nizami filialı Sumqayıt filialı
077 322 79 53
Onlayn hazırlıq
Sual:39. Bitki hüceyrəsi hansı erada yaranmışdır:
A) Arxey
B) Paleozoy
C) Proterozoy
D) Mezazoy
E) Kaynazoy
İzahı: Bitki hüceyrələri ilk dəfə proterozoy erasında yaranmışdır
Cavab: C
Sual:40. Ekologiya termininin müəllifi olan alim “Təbii yaradılış tarixi” adlı əsərin müəllifidir.
Meymun, insan və it rüşeymlərini müqayisə edərək onların eyni mənşədən yaranması fikrini
müdafiə etmişdir. Sözügedən alim kimdir?
A) F. Müller
B) Ç. Darvin
C) E. Hekkel
D) K. Linney
E) F. Engels
İzahı: Ekologiya termini ilk dəfə elmə gətirən və Təbii yaradılış tarixi adlı əsərin müəllifi
E.Hekkel olmuşdur. O meymun, insan və it rüşeymlərinin şəkillərini çəkir, onlar üzərində
müqayisələr aparır və onların eyni mənşədən yarandığını sübut etməyə çalışırdı.
Cavab: C
top related