6 sinif edebiyyat xan sarayi hazirladi -zumrud m

21

Upload: acu300

Post on 05-Jul-2015

386 views

Category:

Documents


4 download

TRANSCRIPT

SİNİF:

Tarix. 30 sentyabr 2013Məzmun xətti: Nəqletmə xarakterli əsərlərdə

hadisələrin ardıcıllığının müəyyən edilməsi.

Standart;1. Lüğətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını müəyyən

edir (1.1.1.)

2. Əsərin hissələrinə başlıq verir, plan tərtib edir, onların ardıcıllığını müəyyən edir. (1.1.3.)

3. Əsərin ideyasını müəyyən edir, fikirlərini əsaslandırır (1.2.4., 3.1.2.,)

4. Əsərlə bağlı fikirlərini bildirərkən obrazlı söz ifadələrdən istifadə

edir. (2.1.2)

5. Yoldaşları ilə ümumi rəyə gəlir. (2.2.1.)

6. Əsərin janr xüsusiyyətini müəyyənləşdirir. (1.1.4.)

• Lüğətlə iş• Hadisələrin müəyyən edilməsi.

• Əsərin ideyasının müəyyən edilməsi.

• Fikrin obrazlı ifadəsi

• Janr xüsusiyyətlərinin

müəyənləşdirilməsi

TƏLİM MƏQSƏDİ:

MÖVZU: “Xan sarayı”

İnteqrasiya: Az.tar.1.1.1., 1.1.2., İnf.1.2.1.,1.2.2. Təsəsviri incəsənət,

Texnologiya, Tarix

İş forması: Qruplarla iş, kollektivlə işİş üsulu: Müzakirə

Resurslar: Dərslik, iş vərəqləri, əlavə oxu materialı.

Dərsin gedişi: davamiyyəti yoxlayıram.

4. Məlumat müzakirəsi

və təşkili

2.Tədqiqatın aparılması

3. Məlumat mübadiləsi

1.Motivasiya

5. Nəticələrin çixarilmasi 6. Yaradıcı tətbiq etmə

7. QİYMƏTLƏNDİRMƏ-

Şagirdlərə “Xan sarayı”ının şəkilləri olan plakatlar

göstərirəm saray haqqında məlumatlarını yoxlamaq

üçün lövhədə sxem çəkirəm. Mövzuya aid şəkillər

asaraq lövhəyə şagirdlərdən – “şəkillərin hansı

qədim saray olduğunu” sual verirəm

I.Motivasiya -4dəq

Gəlin “Xan sarayı” əfsanəsini oxuyaq, görək həmin əsərdə hansı hadisələr baş verir.Diqqətli olaq görək yazıçı bizə həmin hadisələri hansı ardıcıllıqla təqdim edir.

Tədqiqat sualı: 1. Şəki “Xan sarayı”nın memarı kim idi?2.Xan nə üçün böyük tarixi abidə yaradan

sənətkarı öldürür?3.Azərbaycanda hansı qədim abidələrin

olduğunu bilirsiniz?

4.Sizcə müasir tipli binaları yoxsa qədim

abidələri qorumalıyıq?

Oxu başa çatdıqdan sonra şagirdləri 3 qrupa bölürəm.Şagirdlər hadisələrin ardıcıllığı ilə bağlı apardıqları qeydlərlə birlikdə qruplarda fəaliyyətlərini davam etdirirlər.

II. Tədqiqatın aparılması -15 dəq

I-XAN SARAYI

III-QIZ QALASI

II-ŞİRVANŞAHLAR

I-XAN SARAYI

1.Sarayı tikdirən kim idi?

2.“Binanın inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul

xərclənmişdir” cümləsinin izzahını yazın.

3. Xan sarayı neçənci ildə inşa edilmişdir?

II-ŞİRVANŞAHLAR

1.Çox vax onun tikilmə tarixi səhvən ................................... tikilmə tarixi iləqarışdırılır. Cümləni tamamla.

2. Ruslar Şəki xan sarayını hansı formaya salmış və nə üçün istifadə edirdilər?

3.Qalanın dörd küncündəki 4 böyük bürc dəruslar tərəfindən nə üçün inşa edilmişdir.

III-QIZ QALASI

1.”Qala biyar yolu ilə tikilmişdir. “ cümləsinin mənasını lüğətdən istifadə etməkə izzah edin.

2. Xan sarayı hansı xanın divanxanası idi?

3.”Qoca usta xana etiraz edir:-”Qızıl qiymət

ölçüsü deyil, mən istəyirən siz sənətə vəsənətkara qiymət qoyasınız.””

Xan ustanı razı salacaqmı?

III. Məlumat mübadiləsi- ( 5 dəq)

Qrup təqdimatları dinlənilir, nəticələr kollektiv

müzakirə edilir. Qrup işlərinin nəticələri

qiymətləndirilir.

VI. Məlumat müzakirəsi və təqdimatı -6 dəq

Şagirdlərə əlavə olaraq yönləndirici sual verirəm.

Hansı illərdə memar H.Q Rzayevin lahiyəsi və başçılığı ilə Xan sarayında geniş bərpa işləri aparılmış və abidə ilkin halına qaytarılmışdır?

V. Nəticənin çıxarılması -6 dəq

Şagirdlər əldə etdikləri bilgilərləSujetin beş hissəsinin xüsusiyyətlərini əsərdəki hadisələri süjet xətti üzrə yerləşdirirlər.

VI.Yaradıcı tətbiqetmə -6 dəq

Şagirdlərə “Əlavə oxu materiallarından”

öz marağına uyğun olan nəqletmə

xarakterli bədii nümunələrdən birini

seçib öyrənməyi və “Xan sarayı”na aid

şəkilləri internetdən filəşkarda

yazmalarını tapşırıram.

Sinifdə şagirdlər Qoca sənətkarın “-Sənə elə

gəlir ki, mənim əllərimi kəsmisən .Amma buna

sənin gücün çatmaz.İndi mənim əllərim

şəyirdlərimdədir.Məndən sonra onlar qurub

yaradacaqlar.” Ustanın sözləri haqqında nə

düşündüklərinizi qeyd edin.

QİYMƏTLƏNDİRMƏ( 3-dəq)

Qruplar

Bilik və bacarıqlar

(meyarlar)

I II III

Lüğətlə iş

Hadisələrin müəyyən edilməsi.

Əsərin ideyasının müəyyən

edilməsi.

Fikrin obrazlı ifadəsi

Janr xüsusiyyətlərinin

müəyənləşdirilməsi

Ümumi rəyə gəlmə

Əməkdaşlıq

Kompyuterdə yığdı:Zümrüd Məmmədova

Neftçala şəhəri: 2013