İ Ş Ç İ n İ n - mqsaze.mqs.com.az/files/documents/24bf0b6a-367d-4d6e-863a...imzaladıqdan sonra...

60
“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019 1 TƏSDİQ EDİLMİŞDİR. “MQS” MMC İdarə Heyətinin “03” İYUN 2019-cu il tarixli qərarı İ Ş Ç İ N İ N T Ə L İ M A T K İ T A B Ç A S I

Upload: others

Post on 25-May-2020

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

1

TƏSDİQ EDİLMİŞDİR. “MQS” MMC İdarə Heyətinin “03” İYUN 2019-cu il

tarixli qərarı

İ Ş Ç İ N İ N T Ə L İ M A T K İ T A B Ç A S I

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

2

Bakı - 2019

““MQS” MMC” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İDARƏ HEYƏTİNİN MÜRACİƏTİ

““MQS” MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “MQS” MMC)

Azərbaycan Respublikasında ümummilli tərəqqi və iqtisadi inkişaf naminə fəaliyyət

göstərməyi və bu amalla dünayanın aparıcı beynəlxalq neft şirkətləri və ictimai

təşkilatlar, dövlət qurumları və ayrılıqda hər bir fərdlə əməkdaşlığı özünə şərəf hesab

edir.

“MQS” MMC öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə və

fəaliyyət göstərdiyi sahələrdə beynəlxalq təcrübədə bərqərar omuş işgüzar adətlərə

əsaslanır və yüksək səviyyəli fəaliyyəti nəticəsində əldə etmiş olduğu nailiyyətlərini daha

da artırmaq əzmindədir.

Bütün bunlar ümumilikdə “MQS” MMC və onun hər bir əməkdaşı üzərinə böyük

sosial məsuliyyət qoymuş olur. Bu baxımdan şirkətimizin uğuru və onun əldə edəcəyi

nəticələr, onun dəyərləri və siyasətləri çərçivəsində hər birimiz tərəfindən işə

yönəltdiyimiz həvəs, bilik və təcrübədən çox asılıdır.

“MQS” MMC Sizi Şirkətimizin əməkdaşı olaraq bizim komandanın bir üzvü kimi

salamlayır və bizimlə uğurlu, məhsuldar və səmərəli əməkdaşlığınıza ümid bəslədiyini

bildirir. Kadrlarla iş istiqamətində “MQS” MMC-in siyasətini və prosedurlarını əks etdirən

bu Təlimat Kitabçası (bundan sonra Təlimat) Sizi gündəlik işinizdə dəstəkləmək və

yönəltmək məqsədilə hazırlanmışdır. Sizdən Əmək Müqaviləsinin ayrılmaz tərkib

hissəsi olan bu Təlimatı diqqətlə oxuyub mənimsəməyiniz və gündəlik işinizdə rəhbər

tutmağınız xahiş olunur.

“MQS” MMC işgüzar fəaliyyətin şəffaflığı, informasiya və məlumatların açıqlığı

(konfidensial məlumatlar istisna olmaqla) siyasətini dəstəkləyir və ona görə də, sizinlə

birgə işimizin və birgə səylərimizin səmərəsini artırmaq məqsədilə Sizi maraqlandıran

məsələlər barəsində sual və təkliflərinizlə İnsan resursları departamentinə müraciət edə

bilərsiniz.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

3

00.00.2019.

MÜNDƏRƏCAT səh.

I FƏSİL – ÜMUMI MÜDDƏALAR 1.1 . Giriş ............................................................................ 1.2. ““MQS” MMC” MMCın məramı ............................................................................ 1.3. Rəhbərlik və Idarəetmə Strukturu................................................... 1.4. Əsas Anlayışlar ........................................................................... II FƏSİL – İŞƏ QƏBUL ........................................................................ 2.1. Şəxsi Məlumatların Dəqiqliyi, Mühafizəsi və Dəyişikliklərin edilməsi ..................................................................................... 2.2. İşə Qəbul Prosedurları.................................................................... 2.3. İşə Qəbulun Məhdudlaşdırılması.................................................... 2.4 Sınaq Müddəti ........................................................................... 2.5. Tibbi Yoxlama..................................................................................

III FƏSİL – HÜQUQ VƏ ÖHDƏLİKLƏR 3.1. İşçilərin Məsuliyyəti ..................................................................... 3.2. İşçilərin Hüquqları ......................................................................... 3.3. ““MQS” MMC” MMCın

Öhdəlikləri......................................................................... 3.4. ““MQS” MMC” MMCın

Hüquqları........................................................................... IV FƏSİL- İŞÇİLƏRİN SƏRBƏSTLƏŞDİRİLMƏSİ ....................................... V FƏSİL – ƏVƏZÇİLİK ÜZRƏ İŞ.................................................................... VI FƏSİL - İŞ və İSTİRAHƏT VAXTI 6.1. İş Qrafiki ........................................................................................ 6.2. Natamam İş Vaxtı........................................................................... 6.3. Növbəli İş və Gecə Vaxtı İş........................................................... 6.4. İş Vaxtından Artıq İş...................................................................... 6.5. İstirahət, Bayram Günləri və Ümumxalq Hüzn Günü................. 6.6. Məzuniyyətlər ......................................................................... 6.6.1. Ümumi qaydalar ......................................................................... 6.6.2. Əmək məzuniyyətlərinin müddətləri ......................................... 6.6.3. Xüsusi məzuniyyət hüquqları ................................................... 6.6.4. Sosial məzuniyyətlər ..............................................................

6.6.5. Təhsil məzuniyyətləri .............................................................. 6.6.6. Ödənişsiz məzuniyyətlər ...................................................

6.6.7. Bayram və ümumxalq hüzn gününün əmək məzuniyyəti dövrünə düşdüyü hallarda əmək məzuniyyətinin müddətinin uzadılması

6.6.8. Əlavə Məzuniyyət Hüququ .......................................................................

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

4

VII FƏSİL - İŞƏ DAVAMİYYƏT VƏ DƏQİQLİK 7.1. Davamiyyət.................................................... 7.2. Absentizm........................................................................................ 7.3. Sərt Hava Şəraiti / Fövqəladə Hallarda İşin Dayandırılması........ VIII FƏSİL - SOSIAL YARDIMLAR: PROSEDURLAR VƏ MÜDDƏTLƏR....... 8.1. Əmək Qabiliyyətinin İtirilməsi və Sağlamlığın Qorunması.......... 8.2. Maddi Yardımlar................................................................................ 8.3. Tibbi Sığorta......................................................................................

IX FƏSİL - ƏMƏK HAQQI VƏ DİGƏR ÖDƏMƏLƏR 9.1. Vəzifə Maaşı /Baza Əmək Haqqı/.................................................... 9.2. Əmək Haqqına Əlavə Ödənişlər ................................................... 9.3. Əmək Haqqının Saxlanması ................................................... 9.4. Ödənişlər ....................................................................................... 9.5. Təchizat Xərcləri ............................................. X FƏSİL - İş Stajı .................................................... XI FƏSİL - ƏMƏK VƏ İCRA İNTİZAMI, ETİKET ............................................. 11.1. Nizam-İntizam ............................................. 11.2. Etik Davraniş ............................................. 11.3. Problem Çözümü ............................................. XII FƏSİL- EZAMIYYƏTLƏR ............................................. 12.1 Ümumi Qaydalar ............................................. 12.2 Ezamiyyə Xərclərinin Ödənilməsi ............................................ 12.2.1. Respublika daxilində ............................................ 12.2.2. Xarici ölkələrdə ............................................

XIII FƏSİL - İŞ YERLƏRİNİN ATTESTASİYASI ....................................... XIV FƏSİL - ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK ..........................

XV FƏSİL - HÜQUQİ TƏNZİMETMƏ VƏ QANUNAUYĞUNLUQ ................. 15.1 Ümumi Müddəalar .................................................. 15.2 Hüquqi Məsuliyyət .................................................. 15.3 İmic .................................................. 15.4. Ayrı-Seçkilik .................................................. 15.5. “MQS” MMC-də Məxfi Məlumatlar ....................................... 15.6. Maraqların Toqquşması və “İnsayder” Məlumatdan İstifadə 15.7. Hədiyyələr və Təşəkkür Təzahürləri ....................................... 15.8. Təşviqat, Təbliğat və Reklam ....................................... 15.9. Zərər, Oğurluq və ya İtki ....................................... 15.10. Silah ....................................... 15.11. Prosessual Hərəkətlər ....................................... 15.12. Nəzarət (Təftiş) .......................................

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

5

XVI FƏSİL - İXTİSASARTIRMA və TƏLİMLƏR ......................................

XVII FƏSİL - KADR SİYASƏTİNİN DİGƏR İSTİQAMƏTLƏR ÜZRƏ TƏNZİMLƏNMƏSİ ......................................

17.1. Vəzifə Təlimatları və Biznes Proseslər ...................................... 17.2. Əmək Fəaliyyətinin Nəticələrinin Qiymətləndirilməsi .............. 17.3. Cinsi Təzyiq və Digər Qanunsuz Sıxışdırma ........................... 17.4. Tütün Məmulatlarından İstifadə ........................... 17.5. Avadanlıqdan və Nəqliyyat Vasitələrindən İstifadə ................ 17.6. Telekommunikasiya Vasitələrindən İstifadə ................ 17.7. Kənar Şəxslərlə (Vizitorlar) Davranış ................ 17.8. Korporativ Geyim Qaydaları ................ 17.9. Alqı-Satqı Əqdləri ................ 17.10. Xronometraj ................ 17.11. İT Texnologiyalarından, İntеrnеtdən və Korporativ Еlеktron Poçtdan

İstifadə ................ 17.11.1. Ümumi müddəalar ................ 17.11.2. İnternet, intranet və korporativ elektron poçt (e-mail) ........ 17.11.3. İT təhlükəsizliyi ................ 17.11.4. Məsuliyyət ................ 17.11.4.1. Rəhbər işçilərin məsuliyyəti ................ 17.11.4.2. İşçilərin məsuliyyəti ................ 17.11.4.3. İnsan resursları departamentinin məsuliyyəti ......... ƏLAVƏ 2 - İş haqqında BİLDİRİŞ ..............

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

6

I FƏSİL ÜMUMI MÜDDƏALAR

1.1. GİRİŞ.

Biz inanırıq ki, “MQS” MMC-in hər bir əməkdaşı məhsuldar əməyi ilə şirkətin inkişafına öz töhfəsini verəcək və ümidvarıq ki, bizim komandanın üzvü olmaqdan şərəf duyacaqdır. İşçinin Təlimat Kitabçasının tərtib edilməsinin əsas məqsədi Sizin şirkətdəki işinizə aid olan və “MQS” MMC-in ümumi siyasət və prosedurları barədə və Sizin üçün nəzərdə tutulan prosedurlar haqqında məlumatlarla, kadr siyasəti, iş şəraiti və rejimi, işə qəbul və bir vəzifədən digərinə keçirmə və əmək fəaliyyətinə aidiyyəti olan digər məsələlər haqqında məlumatlarla təmin etməkdən ibarətdir. Bu Təlimat Kitabçası Azərbaycan Respublikası Əmək və Mülki Məcəllələrinin, ““MQS”” MMC-nin Nizamnaməsinin, “MQS” MMC-nin “İNSAN RESURSLARININ TƏMİN EDİLMƏSİ PROSEDURU”nın (SƏNƏD NO.: “MQS” MMC-QPI-012) və digər daxili normativ hüquqi sənədlərin müddəalarına əsasən, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır. Bu Təlimat Kitabçası İR siyasəti və prosedurlarını cəmləşdirir və işçiləri bu prosedurlara riayət etmək üçün lazım olan göstərişlərlə tanış edir. “MQS” MMC bütün əməkdaşlar arasında xoş işgüzar münasibətləri alqışlayır və buna görə də kadr siyasətinə, hər bir işçinin yararlana biləcəyi informasiyanın tam dolğunluğı ilə bütün işçilər arasında yayılması imkanlarının genişlənməsini dəstəkləyir. İşçinin Təlimat Kitabçasını “MQS” MMC-in İnsan resursları departamentindən əldə etmək olar. Eyni zamanda Təlimat Kitabçası elektron variantda mövcuddur və “MQS” MMC-in İR departamentindən əldə edilə bilər.

Kitabçanı əldə etmək, oxumaq, başa düşmək, qaydaları mənimsəmək və onlara riayət etmək məsuliyyətini işçi daşıyır. “MQS” MMC Sizin şəxsi və peşəkar inkişafınıza dəstək verən iş şəraiti ilə təmin edilməyinizə cavabdehdir.

Bu Təlimatın heç bir müddəası əməkdaşın mövcud qanunvericilik və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş hüquqi statusunu dəyişdirə bilməz. Təlimatın müddəaları əmək müqaviləsinin müddəalarını əvəz etmir. Mətnlərdə ziddiyyət yarandığı halda əmək müqaviləsinin mətninə üstünlük verilir. Təlimat əmək müqaviləsinin ayrılmaz rəsmi tərkib hissəsi hesab olunur və “MQS” MMC daxilində əmək fəaliyyətinin istiqamətləndirilməsi məqsədini güdür. Bu Təlimatın müddəaları “MQS” MMC-in əməkdaş qarşısında öhdəliyini müəyyənləşdirməyərək, “MQS” MMC-in öz işçiləri barədə yeritdiyi siyasətin izahını təşkil edir. Eyni zamanda Təlimatın müddəaları hər bir işçi üçün imperativ səciyyə daşıyır, burda təsbit olunmuş normaların pozulması intizam məsuliyyəti doğurur və intizam tənbehinin tətbiqi üçün əsasdır.

“İşçinin Təlimat Kitabçası” Sizin, “MQS” MMC-in işçisi olaraq yerinə yetirəcəyiniz mühüm öhdəlikləri də əks etdirir. Bu öhdəliklərə xidməti sirrin və konfidensial informasiyasının məxfiliyinin qorunması kimi vacib məsələlər də daxildir. Təlimatın müddəaları, əgər müəyyən istisnalar nəzərdə tutulmayıbsa, “MQS” MMC-in bütün əməkdaşlarına eyni dərəcədə şamil edilir. Hər hansı səviyyədə olan rəhbər işçi fərdi olaraq Təlimatın hər hansı müddəasını dəyişmək səlahiyyətinə malik deyildir. Təlimatın bu və ya digər müddəasını anlamaqda çətinliklə üzləşdikdə birbaşa rəhbərinizə və “MQS” MMC-in İnsan resursları departamentinə müraciət edə bilərsiniz.

Eyni zamanda “MQS” MMC beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyindən və şirkətin xarici ölkələrdə filialları olduğundan və Azərbaycan Respublikasının hüdudlarından kənarda da əmlaka, avadanlığa malik olduğundan o, çevik kadr siyasəti qurmalıdır. Bu təlimatda müəyyən edilmiş qayda və prosedurlar bütün filiallara,

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

7

nümayəndəliklərə, törəmə müəssisələrə və “MQS” MMC-in işçilərinə bütövlükdə tətbiq olunmaya bilər.

“MQS” MMC-in kadrlar siyasətində istisnalar zəruri hallarda edilə bilər, lakin bu istisnalar yalnız yazılı şəkildə və “MQS” MMC-in səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalandığı halda məcburi sayılacaqdır. “MQS” MMC-in kadrlar siyasətinə uyğun gəlməyən şifahi istisnalar, əvvəllər bir neçə dəfə təkrar olunduğu hallarda belə, bir daha belə istisnaya yol verilməsi üçün presedent və əsas ola bilməz. İşçi tərəfindən qaydaların pozulması və belə pozulma üstündə hər hansı bir inzibati cəza və ya intizam tənbehinin tətbiq edilməməsi sonralar bu siyasətin tətbiq edilməsini istisna etmir və digər işçi tərəfindən qaydaların pozulması üçün əsas ola bilməz. “MQS” MMC-in səlahiyyətli işçisi tərəfindən yazılı surətdə imzalanmış istisnalardan başqa Təlimatdan kənarlaşma barədə hər bir şifahi göstəriş “MQS” MMC-in siyasətinə etinasızlıq və onun pozulması kimi dəyərləndirilir.

“MQS” MMC, inkişaf etdikcə və dəyişdikcə, öz mülahizəsinə əsasən bu Kitabçada təsbit edilmiş normaları ləğv etmək, dəyişmək, onlara düzəlişlər və əlavələr etmək hüququna malikdir. Vaxtaşırı “MQS” MMC-in kadrlar siyasətində və proseduralarında müəyyən dəyişikliklər baş verərsə, Siz bu barədə xəbərdar ediləcəksiniz. Təlimat kitabçası yeni qəbul olunmuş əlavə və düzəlişləri əks edib-etdirmədiyindən asılı olmayaraq, həmin əlavə və düzəlişlər “MQS” MMC-in müəyyənləşdirdiyi tarixdən qüvvəyə minmiş, bu sahədə əvvəl qüvvədə olmuş aktlar isə həmin tarixdən etibarən qüvvədən düşmüş hesab olunur.

Bu “İşçinin Təlimat Kitabçası”nın müddəaları “MQS” MMC tərəfindən Sizə verilən hər bir əmlak və vəsaitləri, o cümlədən, maşınları və iş funksiyalarının yerinə yetirilməsi üçün tələb olunun digər texniki vasitələri də əhatə edir. Eyni zamanda, Təlimat işgüzar ezamiyyətlər də daxil olmaqla, “MQS” MMC adından bütün fəaliyyətinizə şamil edilir. Beləliklə, işçilərdən tələb olunur ki, Iş barəsində xəbərdarlığı (Əlavə 2) imzaladıqdan sonra onu İnsan resursları departamentinə qaytarsınlar və bununla “İşçinin Təlimat Kitabçası”nın şərtlərini oxuduqlarını və dərk etdiklərini təsdiq etsinlər.

Hazırkı “İşçinin Təlimat Kitabçası”ındakı məlumat yalnız daxili (xidməti) istifadə üçün nəzərdə tutulmuşdur. Bütövlükdə bu Kitabçanın və ya onun hər hansı bir hissəsinin surətləri, İdarə Heyəti sədrinin icazəsi olmadan, rəsmi tələb müqabilində məhkəmə və ya dövlət orqanları istisna olmaqla, ““MQS” MMC” MMCdan xaricdə heç bir şəxsə və ya təşkilata verilə bilməz.

Hamıya işində uğurlar arzulayır və hər bir işçinin qarşılıqlı səmərəli fəaliyyətinə ümid edirik. 1.2. “MQS” MMC-in MƏRAMI

“MQS” MMC 1998-ci ildə Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət olaraq dövlət qeydiyyatından keçmişdir. “MQS” MMC Qafqaz Enerji Quraşdırma trestinin qaynaq və sınaq işləri üçün Mərkəzi Əməliyyat Labaratoriyasının bazasında yaradılmışdır. “MQS” MMC keçmiş Sovet İttifaqının bütün ərazisindəki iri miqyaslı elektrik stansiyalarının tikintisində fəal iştirak etmişdir.

Hazırda “MQS” MMC şirkətinin əsas fəaliyyət sahələri Xəzər dənizi regionundakı neft, qaz, neft-kimya və enerji layihələridir. “MQS” MMC-in həyata keçirdiyi xidmətlər boru emalatı, ağır və yüngül strukturlu polad məmulatlar, təzyiq altında işləyən qablar, emal əyləc mexanizmləri, sahə və sivil işlərdən ibarətdir. Şirkətin “Müştəri məmnuniyyəti”,

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

8

“Biznes mükəmməlliyi” strategiyası, müxtəlif tərəfdaşlıqlar və birgə resurs idarə etməsi şirkətin inkişafına imkan verir. Bu siyasətin təşkilinin əsas məqsədi çevik, yüksək keyfiyyətli və xərclər baxımından səmərəli xidmətlər vasitəsilə müştəri gözləntilərini və tələblərini qarşılamaq və onu üstələməkdir.

“MQS” MMC çevik və müştəri yönümlü bir şirkətdir. “MQS” MMC neft və qaz sektorunda çalışan bir sıra yerli və Dövlət təşkilatları ilə əlaqələr qurmuşdur və Qərb şirkətləri üçün vacib layihələr həyata keçirir. Buna nail olmaq üçün “MQS” MMC Qərb üsullu idarəetmə sistemlərini tətbiq edir və beynəlxalq qaydalara və standartlara uyğun fəaliyyət göstərməkdədir. Layihə personalına qoyulan tələblərə əməl etmək üçün şirkətdə sahələr üzrə səriştəli işçilər çalışır. “MQS” MMC işçi heyəti baxımından 100% yerli işçilərdən komplektləşmiş İşçilərin əksəriyyəti ingilis dili biliklərinə malikdir. Şirkətin rəhbər və idarə edici personalı əhəmiyyətli təcrübə qazanmışlar və neft-qaz sənayesində ekspert biliklərə malikdirlər. Hal-hazırda “MQS” MMC Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir və qeyd olunan ölkələrdə peşəkar tikinti, mühəndislik strukturlarına, tam təchiz olunmuş ofislərə, idarəetmə sistemlərinə və müasir proqram təminatına malikdir. SƏTƏM və Keyfiyyətə nəzarət şöbələri geniş miqyaslı fəaliyyət sahələrində şirkətə dəstək göstərmək üçün yaradılmış və akreditasiyadan keçmişdir.

Fəaliyyət sahələri:

• Polad konstruksiya emalatı • Boru emalatı • Boyama və qumlama işləri • Borucuq və borular (nəzarət – ölçü cihazı) • Mexaniki və Qeyri dağıdıcı sınaq (NDT) xidmətləri • Sivil işlər • Sahə işləri • İxrac neft kəmərlərində atlı patrul xidməti • Sertifikatlaşıdrma və təlim

30 mart 2019-ci il tarixinə “MQS” MMC-in işçilərin sayı 418 nəfər olmuşdur. “MQS” MMC-in müştəriləri arasında BP, Worley Parsons, Wood Group, Gilan Holding, Azfen, Interchemservice, Subsea 7, Encotec, MHWirth kimi şirkətlər vardır.

“MQS” MMC-in fəaliyyəti 14 istiqamətdə tənzimlənir:

İNSAN RESURSLARI MÜHASİBATLIQ BIZNESIN INKIŞAFI TƏCHİZAT

TEXNIKI ƏMƏLİYYATLAR və İSTEHSALAT INFORMASİYA TEXNOLOGİYALARI QƏBUL və TƏHLÜKƏSİZLİK XİDMƏTİ

SƏTƏM KEYFİYYƏTİN TƏMİNATI və KEYFİYYƏTƏ NƏZARƏT CİZGİ BOYA NƏQLİYYAT

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

9

“MQS” MMC-in nəzdində 1 filial (GÜRCÜSTAN FİLİALI) və əlahiddə bölmə olan SƏNGƏÇAL zonası fəaliyyət göstərir.

“MQS” MMC respublikanın müxtəlif rayonlarınI əhatə edən geniş xidmət

coğrafiyasına malikdir. “MQS” MMC olaraq, biz öz fəaliyyətimizi Azərbaycan Respublikasının

qanunvericiliyinə tam uyğun surətdə qurur və inanırıq ki, şirkətimizin qüdrəti və imici, təkcə, onun qazandığı maliyyə uğurları ilə deyil, həm də onun bu nəticələrə, can atdığı məqsədlərə necə nail olması, biznesi hansı üsullarla idarə etməsi və bu zaman təmasda olduğu hər bir kəslə rəftarı ilə də ölçülür. Bizimlə əməkdaşlıq edən hər bir şəxs bilməlidir ki, şirkət öz dəyərlərini yüksək qiymətləndirir və onları qoruyub saxlamaq əzmindədir. Dəyərlərimiz, başlıca olaraq, aşağıdakılara əsaslanır: insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dəyərlərimizin və yaşadığımız mühitin qorunmasına görə gələcək nəsillər qarşısında məsuliyyət, səhmdarlar, tərəfdaşlar, əməkdaşlar və müştərilərlə münasibətlərdə saflıq və düzgünlük, ədalət prinsipinin uca tutulması. “MQS” MMC-in biznes siyasətinin əsas qayəsi ondan ibarətdir ki, “MQS” MMC ilə əlaqəsi olan hər kəs “MQS” MMC-in fəaliyyətinin nəticələrindən faydalana bilsin. Bu əlaqələr, qeyd olunduğu kimi, saflıq, düzgünlük və ədalət üzərində qurulur və hər kəs öz işi və hərəkətlərinə görə məsuliyyət daşıyır. “MQS” MMC indiyədək cəmiyyətdə qazanmış olduğu işgüzar imicini qoruyub saxlamaq əzmində olaraq qalır və əməkdaşların da bu məqsədə sədaqətlə xidmət edəcəkləri qənaətindədir. “MQS” MMC işçilərin şəxsi həyatına və işdən sonrakı məşğuliyyətlərinə hər hansı bir müdaxilə etmək fikrindən uzaq olmaqla yanaşı hesab edir ki, onların ictimai yerlərdə və xüsusən də ezamiyyətdə olarkən, davranışı “MQS” MMC-in imicinə bilavasitə təsir edən amillərdəndir. İşçinin istər “MQS” MMC-in daxilində işdə, istərsə də asudə vaxtlarında “MQS” MMC-dən kənarda qanunların və “MQS” MMC-in “İşgüzar Etika üzrə Təlimat”ının pozulması ilə müşaiyət olunan hər hansı bir hərəkəti “MQS” MMC-in imicinə zərər vurma hesab edilir. Buna görə də işçilər, xüsusən ezamiyyətdə olarkən, özlərinin qanunsuz hərəkətlərə sövq edilmələrinə yol verməməli, etika qaydaları və əxlaq normalarına uyğun davranmalı və “MQS” MMC-in imicinə xələl gətirməməlidirlər. “MQS” MMC öz çoxillik biznesi sayəsində zəngin təcrübə toplamış olsa da, yeni biliklər üçün açıqdır, innovasiya və yeni biliklərə yiyələnməni tərəqqinin mühüm amili hesab edir.

“MQS” MMC aşağıdakı prinsiplərə sədaqətini bir daha bəyan edir: • Qanunlara riayət, insan ləyaqəti və hüquqlarına hörmət; • Müştərilərin “MQS” MMC-ə etibar etmələri və hər zaman onunla işbirliyi

qurmağa can atmaları məqsədilə tərəf-müqabilləri ilə birlikdə cəlb olunduğu bütün biznes fəaliyyətlərində qarşılıqlı səmərə mövqeyindən çıxış etmək;

• Dəyərlərimizi, ənənələrimizi və ətraf mühiti qorumaq şərtilə biznesin insanlara və təbiətə zərərsiz şəkildə həyata keçirilməsi;

• Təsisçilər üçün “MQS” MMC-in dəyərinin maksimum artırılması istiqamətində fəaliyyət.

“MQS” MMC ümidvar olduğunu bildirir ki, hər bir əməkdaş bu prinsipləri öhdəlik olaraq qəbul edəcək və öz gündəlik fəaliyyətində onların lazımınca yerinə yetirilməsinə tam məsuliyyətlə yanaşacaqdır. Burada göstərilən qaydalar gündəlik iş prosesində

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

10

işçinin davranışını reqlamentləşdirərək bu və ya digər şəraitdə hansı qaydaların rəhbər tutulmalı olduğunu göstərir.

Əmək məhsuldarlığının artırılması məqsədilə “MQS” MMC-in inkişaf və əməliyyat planlarına müxtəlif səciyyəli və ölçülə bilən hədəflər və prosedurlar daxil edilir. Rəhbərlik əmək fəaliyyətinin, istər proses və istərsə də nəticələr baxımından, müzakirəsi üçün həmişə açıqdır və bunu fəaliyyətin stimullaşdırılması və məsuliyyətin artırılması üçün çox mühüm hesab edir. İşçilər onları narahat edən məsələlər barədə aşağıdan yuxarıya doğru bütün səviyyələrdə müzakirələr açmaq hüququna malikdirlər. Əgər burda yazılan qaydalar hər hansı bir halda tətbiq edilə bilməzsə, müəyyən hərəkəti etməzdən öncə rəhbərlikdən soruşulmalıdır. Bu məqsədlə “MQS” MMC-in telefon və digər kommunikasiya vasitələri hər bir işçinin ixtiyarındadır. Bu cür hallarda struktur bölmələrin rəhbərləri açıq dialoqa girməli, məsləhətləşmələr aparmalı və risklərin aradan qaldırılması üçün bütün tədbirləri görməlidirlər. Məqsəd narahatlıq doğuran hər bir məsələnin təhqiq və həll edilməsinə imkan yaradan açıq korporativ mədəniyyət mühitinin yaradılmasıdır.

1.3. RƏHBƏRLİK və İDARƏETMƏ STRUKTURU 1.3.1. Rəhbərlik: Məmmədov İsmayıl İmran oğlu İdarə Heyətinin sədri İdarə Heyətinin üzvləri Qasımov Ramiz Məmməd oğlu İdarə Heyəti sədrinin müavini – Baş Direktor

Məmmədov Vüqar İsmayıl oğlu İdarə Heyətinin üzvü – Biznesin inkişafı və Səngəçal zonası üzrə Baş Menecer

Rəsulova Səbinə Rasim qızı İdarə Heyətinin üzvü – İnsan Resurları departamentinin direktoru

Məmmədov Səbuhi Rasim oğlu İdarə Heyətinin üzvü – NDT üzrə əlaqələndirici

Məmmədov İmran İsmayıl oğlu İdarə Heyətinin üzvü

Qasımov Aqşin Ramiz oğlu İdarə Heyətinin üzvü

Struktur bölmə rəhbərləri Elnar Allahverdiyev Baş Direktorun müavini – NDT xidmətinin rəhbəri Sergey Silvestrov Baş Direktorun müavini – SƏTƏM departamentinin direktoru Zaur Nuraliyev Əməliyyatlar və İstehsalat sektorunun Meneceri Fatimə Bintəliyeva Baş Mühasib Yalçın Bağırov Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət departamentinin meneceri Nilufər Nəcəfova Təchizat şöbəsinin meneceri Samir Süleymanov Texnıkı şöbənin meneceri Hikmət Məmmədov Nəqliyyat departamentinin meneceri Mahir Nəcəfov Informasiya Texnologiyaları xidməti Ələddin Qasımov Qəbul və Təhlükəsizlik xidmətinin rəhbəri Alireza Sarşoh Gürcüstan filialının İcraçı Direktoru

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

11

1.3.2. “MQS” MMC İdarə Heyəti sədrinin təsdiq etdiyi 11.03.2019-cu il tarixli orqaniqrama əsasən struktur bölmələrinin idarə olunması sxemi (kurasiya) aşağıdakı kimi müəyyənləşdirilmişdir: İdarə Heyətinin sədri İ.Məmmədov: - Ümumi rəhbərlik - Səngəçal zonası; - Gürcüstan filialı;

- Əməliyyatlar və İstehsalat; - SƏTƏM; - NDT xidməti; - Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət; - Mühasibat; - İnsan resursları; - Biznesin inkişafı; - İnformasiya Texnologiyaları infrastrukturu.

İdarə Heyəti sədrinin müavini – Baş Direktor R.Qasımov:

- Texniki şöbə; - Təchizat şöbəsi; - Pul dövriyyəsinə nəzarət; - Nəqliyyat; - Mülki tikinti layihələri və tenderlər.

1.4. ƏSAS ANLAYIŞLAR: Işçi / Əməkdaş - “MQS” MMC tərəfindən Əmək Haqqı ödənilməklə və Əmək

Müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilən, daimi əsaslarla işə qəbul olunan / cəlb edilən şəxslər: tam, qısaldılmış və natamam iş vaxtı ərzində, habelə, növbəli iş rejimində və gecə vaxtı işləyənlər;

İR - İnsan resursları: əməkdaşlar; İşəgötürən - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq “MQS”

MMC-in işçisi ilə əmək müqaviləsini bağlamaq hüququna malik olan şəxs; Rəhbər işçilər – İdarə Heyətinin sədri və üzvləri, İdarə Heyəti sədrinin müavini; Digər rəhbər işçilər – Departament direktorları və şöbə müdirləri, menecerlər, bölmə

rəhbərləri; Birbaşa rəhbər – İşçinin subordinasiya əsasında bilavasitə tabe olduğu şəxs; İş Qrafiki - 1. ADİ İŞ QRAFİKİ - 5 günlük/həftədə 40 saatlıq iş qrafiki. Müəyyən

vəzifələrdə çalışan işçilərdən tələb oluna bilər ki, onlar müvəqqəti olaraq, əlavə işin haqqı ödənilməsi nəzərə alınmaqla, tənzimlənmiş iş qrafiki ilə, yəni, həftədə 6 gün və ya 48 saat və daha çox (60 saatadək) işləsinlər;

2. ARDICIL / NÖVBƏLİ İŞ QRAFİKİ - Ardı kəsilməyən iş qrafiki həftədə 7 gün 24 saat ərzində arası kəsilməyən işin/xidmətlərin icrası üçün nəzərdə tutulmuşdur. Bu halda işçinin adi iş qrafikində, bərabər vaxt müddətində növbədə işləməsi və bərabər vaxt müddətində istirahət etməsi təmin olunur;

3. QEYRİ-ADİ İŞ QRAFİKİ - Bu iş qrafiki işin/layihənin/xidmətin səciyyəvi tələblərindən irəli gələn, işçidən yüksək dərəcədə çeviklik tələb edən, müxtəlif

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

12

vaxtlarda və müxtəlif sahələrdə işlərin icra edilməsinin zəruriliyi və xüsusiyyətləri nəzərə alınmaqla rəhbərlik tərəfindən müəyyənləşdirilir;

İşçinin Təlimat Kitabçası - ““MQS” MMC” MMCın kadr siyasətini və proseduralarını əks etdirən hazırkı “İşçinin Təlimat Kitabçası”;

Əmək müqaviləsi, şəraiti, funksiyası, kitabçası, İş və İstirahət vaxti, şəraiti və rejimi, Məzuniyyət, Ezamiyyət, Əməyin ödənilməsi, Əmək və İcra intizami və onların pozulmasına, ziyana görə məsuliyyət, Əməyin mühafizəsi, Sığorta - Azərbaycan Respublukasının Əmək Məcəlləsi ilə müəyyənləşdirilmiş mənalarda istifadə edilir; İşçinin Vəzifə Borcları/Funksiyaları – işçi və “MQS” MMC arasında bağlanmış əmək

müqaviləsinə və Vəzifə təlimatına müvafiq olaraq işçinin “MQS” MMC qarşısında öhdəlikləri;

“MQS” MMC-in Avadanlığı – vasitəsilə iş görülən və/və ya kommunikasiya vasitələri kimi istifadə edilən, intеrnеt, müşahidə sistеmlərindən və korporativ еlеktron poçt sistеmlərinə giriş həyata kеçirilən, “MQS” MMC-in mülkiyyəti olan, icarəyə götürülmüş və/və ya sеrtifikasiya olunmuş kommunikasiya, sеrvеr və s. avadanlıqlar;

Korporativ Еlеktron Poçt –işçinin öz vəzifə borclarını və ya onların bir qismini intеrnеt şəbəkəsindən istifadə еtməklə yеrinə yеtirmək üçün ayrılmış еlеktron poçtun fərdi ünvanı və poçt sеrvеrində məkanı;

Fayl – proqram təminatı vasitəsilə yaradılmış еlеktron sənəd; Kənar Informasiya – “MQS” MMC-in iş fəaliyyəti ilə əlaqədar olmayan istənilən

еlеktron audio, vidеo, qrafik və mətn məlumatı, o cümlədən kağız üzərində ola bilən məlumatlar;

İdarə Heyətinin İT üzrə məsul üzvü - İT üzrə müəyyən səlahiyyətlərə malik olan İdarə Heyətinin üzvü;

İT Xidməti - İT üzrə avadanlıq və xidmətlərin tərtib olunması, quraşdırılması, istismarı və yaxud dəstəklənməsi;

İT sistemlərinin təhlükəsizliyi – İT sistemlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri və həmin tədbirlərin icrası üçün məsul şəxs(lər);

İş Yerinin Kodu – Iş yerinin identifikasiya nömrəsi nəzərdə tutulur; Struktur Bölmə –İşlərin görülməsi/xidmətlərin göstərilməsi üçün işçinin “MQS” MMC-də

çalışdığı departament, şöbə, sektor, filial və s. strukturlar nəzərdə tutulur; Struktur Vahidi – Struktur bölməsinin alt strukturu: departament daxilində şöbə, bölmə,

qrup, filialın bölmələri və şöbələri; Əmək Haqqı – Işçinin əmək müqaviləsi əsasında gördüyü işin müqabilində “MQS”

MMC tərəfindən ona ödənilən sabit aylıq məbləğ (vəzifə maaşı), habelə ona edilən əlavələrin, bonusların və digər ödənişlərin məcmusu;

Vəzifə Maaşı – Əmək haqqinin işin mürəkkəbliyi, əməyin gərginliyi, vəzifənin daşıdığı risklər və onun əhəmiyyətlilik dərəcəsindən asılı olaraq müəyyənləşdirilən əsas hissəsi;

Korporativ Idarəetmə - strateji vəzifələrin müəyyən edilməsini, bütün idarəetmə səviyyələrində dəqiq vəzifə bölgüsünün aparılmasını, idarəetmə orqanları üzvlərinin tutduğu vəzifələrə uyğunluğunu, risklərin səmərəli idarə edilməsi məqsədi ilə müfəssəl nəzarət sistemlərinin tətbiqini, habelə idarəetmənin şəffaflığına nail olmaq auditdən istifadəni təmin edən prudensial idarəetmə üsulu;

Əlaqədar Maraq - əlaqədar şəxslər arasında birgə maraq doğuran münasibətlər;

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

13

Strateji Baxış – təsisçilər arasında razılaşdırılmış və şirkətin bazar mövqeyinin möhkəmləndirilməsinə və dəyərinin artırılmasına hədəflənən uzunmüddətli fəaliyyət hədəfi;

Missiya Hesabatı - Strateji baxışın əsas prinsiplərinin qısa icmalı; Strateji Plan - Strateji baxışı aydın müəyyən edilmiş, ölçülə bilən məqsədlərə çevirən,

razılaşdırılmış tədbirlərlə əlaqələndirən dövri plan; Strateji Hədəf - strateji baxışa çatmaq üçün strateji dövrdə həyata keçirilməsi nəzərdə

tutulan hədəflər; Struktur Bölməsinin Hədəfləri - struktur bölməsinin plan ili ərzində şirkətin strateji

hədəflərindən irəli gələn və struktur bölməsinin səmərəliliyinin artırılmasına yönəldilmiş hədəfləri;

Işçinin Hədəfləri- işçinin plan ili ərzində struktur bölməsinin hədəflərindən irəli gələn və əməyinin səmərəliliyinin artırılmasına yönəldilmiş hədəfləri;

Əsas Maliyyə Məqsədləri - strateji hədəflərinin rəqəmlə ifadə olunan, şirkətin kapitalı, aktiv və passivləri, kapitalın və aktivlərinin gəlirlilik əmsallarını özündə əks etdirən əsas maliyyə hədəfləri;

Əməliyyat Planlaşması - strateji plandan irəli gələn hərəkətlərin, vaxt və insan resurslarının illik planlaşması;

Maliyyə Planlaşması - əsas maliyyə hədəfləri, balans, mənfəət və zərərlər hesabatı, büdcə və nağd pulun hərəkətinin planlaşması;

Layihə Rəhbəri - strateji hədəflərdən irəli gələn layihələrin yerinə yetirilməsi üçün məsul olan şəxs;

Balans - müəyyən dövrə aktivləri, passivləri və kapitalı özündə əks etdirən maliyyə hesabatı;

Mənfəət və Zərərlər Hesabatı - daxil olub-olmamasından asılı olmayaraq gəlirlərin və ödənilib-ödənilməməsindən asılı olmayaraq xərclərin müqayisəli vəziyyətini özündə müəyyən olunmuş formada qısa əks etdirən maliyyə hesabatı;

Filial “MQS” MMC-in hüquqi şəxs olmayan, onun olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün “MQS” MMC-in özünün məsuliyyət daşıdığı, şirkətin fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölməsi;

Reqlament: əsasnamə, daxili qaydalar və prosedurlar – idarəetmə orqanlarının və struktur bölmələrin məqsədlərini, funksiyalarını, səlahiyyətlərini, tabeliyini, digər struktur bölmələri ilə əlaqələrini, hesabat vermə sistemində mövqeyini və digər məlumatları əks etdirən daxili sənədlər toplusu;

Risklərin Idarə edilməsi - fəaliyyətə xas olan risklərin müəyyən edilməsi, qiymətləndirməsi, onlar barədə hesabatların hazırlanması, məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və risklərin azaldılması;

Risk Limiti - ehtimal olunan riskin məqbul göstəricisi; Maliyyə Əmsalları - fəaliyyətin nəticələrinin qiymətləndirilməsi üçün istifadə edilən və

maliyyə hesabatları əsasında hesablanan nisbi kəmiyyət göstəriciləri (kapitalın dinamikası, cari ilin xərclərinin cari ilin gəlirlərinə, cari ilin mənfəətinin kapitala və aktivlərə nisbəti və s.);

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

14

II FƏSİL

İŞƏ QƏBUL 2.1. ŞƏXSI MƏLUMATLARIN DƏQIQLIYI, MÜHAFIZƏSI VƏ DƏYIŞIKLIKLƏRIN EDILMƏSI 2.1.1. “MQS” MMC öz əməkdaşlarına etibar edir və onların işə qəbul prosesində təqdim etdikləri sənədlərin və məlumatların düzgün və dəqiq olması qənaətindədir. Şəxsi məlumatlarda yaxud onların təqdim edildiyi sənədlərdə sonradan hər hansı yanlışlıq, saxtalaşdırma və yaxud səhv olduğu aşkar edilərsə, bu həmin şəxsin qəbul prosesindən kənarlaşdırılması və ya əgər o, artıq, işə qəbul edilmişdirsə, onunla bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas verir. 2.1.2. “MQS” MMC-in hər bir əməkdaşı üçün “Şəxsi iş” açılır və onlar İnsan resursları departamentində saxlanılır. Əməkdaşın şəxsi işində 2.2.12-ci maddədə göstərilən sənədlər/onların müvafiq qaydada təsdiq edilmiş surətləri, eləcə də, işçi ilə bağlanmış Əmək Müqaviləsi, konfidensial məlumatların açıqlanmaması barədə Öhdəlik – (Əmək Müqaviləsinə 1№-li Əlavə), Iş barəsində xəbərdarlıq (Əmək Müqaviləsinə 2 №-li Əlavə), Vəzifə Təlimatları, Təlim və ixtisasartırma kurslarında iştirak barədə Şəhadətnamələrin surətləri, yerdəyişmə və məzuniyyətlər, habelə intizam tənbehinin tətbiqi haqda əmrlər/surətləri, ərizlər, struktur bölmələrin təqdimatları və müvafiq hallarda “Tam maddi məsuliyyət haqqında Müqavilə” saxlanılır. 2.1.3. Bütün “Şəxsi iş”lər “MQS” MMC-in mülkiyyətidir və konfidensial xidməti məlumat hesab edilir. “Şəxsi iş”lərdə saxlanılan məlumatların aidiyyəti olmayan kənar şəxslər tərəfindən əldə edilməsi qəti qadağandır. Bir qayda olaraq, yalnız işçinin birbaşa rəhbəri, çalışdığı struktur bölməsinin rəhbəri və İdarə Heyətinin üzvləri, qanuni əsaslar olduqda xidməti zərurətlə əlaqədar, “Şəxsi iş”dən məlumatlar tələb edə bilərlər. 2.1.4. İşçi öz şəxsi işinə baxmaq istədikdə İnsan resursları departamentinə yazılı müraciət etməlidir. İşçilər öz şəxsi işlərinə yalnız İnsan resursları departamentinin məsul işçisinin iştirakı ilə baxa bilərlər. Şəxsi işlərin saxlandığı yerdən kənara çıxarılmasına yol verilmir. 2.1.5. Şəxsi məlumatlarda olan hər hansı dəyişikliklər barədə dərhal xəbərdar edilməsi məsuliyyəti işçilərin üzərinə düşür. Yaşayış və qeydiyyat yerlərinin ünvanları, telefon nömrələri, birgə yaşadığı və ya himayəsində olan şəxslərin adları və say tərkibi, gözlənilməz fövqəladə hallar zamanı əlaqə saxlanılacaq şəxslər, ailə vəziyyəti, təhsili və digər bu kimi məlumatlar hər zaman dəqiq olmalı və mövcud vəziyyəti əks etdirməlidir. Şəxsi məlumatlarda hər cür dəyişikliklər barədə dərhal İnsan resursları departamentinə xəbər verilməlidir. 2.1.6. “MQS” MMC işçilərin işə qəbulundan əvvəl, işlədiyi vaxt və işdən çıxandan sonra bioqrafik məlumatlarını yoxlamaq hüququna malikdir. Bu yoxlamalara kreditlər haqqında hesabatlar, sürücülük vəsiqələri, məhkəmə qaydasında məsuliyyətə cəlb olunma, məhkəmə prosesləri, işçinin bütün əvvəlki işəgötürənlər və onlarla təmasları haqqında informasiya və digər məlumatlar daxildir. Bioqrafik məlumatların yoxlanılması məqsədilə işçilərin tərcümeyi-halı və fəaliyyəti haqqında müxtəlif informasiya mənbələrinin cəlb edilməsinə yol verilir. “MQS” MMC bir daha vurğulayır ki, yanlış bioqrafik məlumatların təqdim edilməsi müvafiq məsuliyyət doğurur. İnformasiya düzgün, həqiqətə uyğun olmalı və hazırkı mövcud vəziyyəti əks etdirməlidir. Bioqrafik məlumatların yoxlanması işə qəbul olunmanın şərtidir.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

15

2.1.7. İşçinin müraciəti əsasında ona vəzifəsi və aylıq vəzifə maaşı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, xasiyyətnamə verilir. 2.2. İŞƏ QƏBUL PROSEDURLARI 2.2.1. İşə qəbul könüllü xarakter daşıyaraq, hər hansı məcburiyyətə yol verilmədən yalnız namizədin iradə ifadəsi əsasında həyata keçirilir. Hər bir əməkdaş, Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələbləri gözlənilməklə, istədiyi vaxt, heç bir səbəb göstərmədən işdən çıxmaqda sərbəstdir. 2.2.2 “MQS” MMC işçi heyətin idarə edilməsində və qarşıya qoyulmuş məqsədlərə nail olunmasında ”insan amili”ndən istifadəyə böyük əhəmiyyət verir. Buradan çıxış edərək insan resurslarının idarə edilməsində 3R (right time, right position, right person) prinsipini rəhbər tutulur. “MQS” MMC-in uğurlu biznes həyata keçirməsi üçün lazımlı əməkdaşın öz vaxtında müvafiq vəzifəyə təyin edilməsi çox böyük əhəmiyyət kəsb edir. 2.2.3. Yeni açılmış vakansiyalara işçi qəbulu məqsədilə müsabiqə keçirilməsi üçün “MQS” MMC-in internet səhifəsində həmin vakansiyalar barəsində müəyyən müddətə elanlar yerləşdirilə bilər. Vakansiyaya təyinat barədə struktur bölmənin təqdimatı olarsa da, elan ən azı 1 (bir) həftəyədək qalmalıdır. Bu məqsədlə işə düzəltmə agentliklərinə də müraciət edilə bilər. 2.2.4. Anket məlumatları iddiaçıların müsabiqəyə buraxılmaları barədə qərar qəbul edilməsi üçün əsasdır. Bu məlumatların düzgünlüyü və tamlığı üçün iddiaçılar məsuliyyət daşıyırlar. Anket məlumatlarının natamamlığı səbəbindən müsabiqəyə buraxılmamaq barədə verilmiş qərarlardan şikayətlər qəbul edilmir. 2.2.5. “MQS” MMC müsabiqələrin keçirilməsini və testləşdirmə vasitəsilə istedadlı namizədlərin müəyyənləşdirilərək seçilməsini işə qəbul prosesinin ən mütərəqqi və günün tələblərinə cavab verən demokratik üsulu hesab edir, bu praktikanın davam etdirilməsinə və genişləndirilməsinə rəvac verir. 2.2.6. Namizəd yalnız Əmək Müqaviləsinin imzalanmasından və onun təyinatı barədə müvafiq əmr çıxdıqdan sonra işə qəbul olunmuş/başqa vəzifəyə keçirilmiş hesab edilir. 2.2.7. Əmək Müqaviləsi yalnız İşçi və “MQS” MMC-in səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan sonra müqavilədə göstərilmiş tarixdən qüvvəyə minmiş hesab edilir. 2.2.8. Əmək Müqaviləsi işçinin öhdəliklərini, əmək haqqını, işə cəlb edilməsi müddətini, əmək şəraitini və digər şərtləri müəyyən edir və işçinin ixtisasına, təhsilinə, ona verilmiş səlahiyyətlər çərçivəsində hazırlıq və təcrübəsinə əsaslanır. 2.2.9. İşçi işə qəbul olunarkən aşağıdakı sənədlər təqdim edilir:

• İşə qəbul edilmək / bir vəzifədən digərinə keçmək haqqında ərizələr; • Əmək kitabçası (əmək müqaviləsini ilk dəfə bağlayanlar, həmçinin

qanunvericilikdə nəzərdə tutulan digər hallar istisna olmaqla); • Şəxsiyyəti təsdiq edən sənəd; • Şəxsən doldurulmuş anket - Kadrların şəxsi uçot vərəqəsi; • Tərcümeyi-hal; • Təhsil haqqında sənəd; • Hərbi bilet; • 3*4 ölçüdə şəkil; • Tibb müəssisələrindən arayışlar (zərurət müqabilində).

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

16

2.2.10. Müəyyən kateqoriyalı (xəzinədar, sürücülər, ambardarlar, bahalı alətlərlə işləyənlər, göstərdiyi fəaliyyətlə əlaqəda öhdəsində qiymətli maddi nemətlər və sərvətlər olan əməkdaşlar və s.) işçilərlə bunlardan başqa, həmçinin, “Tam maddi məsuliyyət haqqında Müqavilə” də bağlanılır. 2.2.11. Əmək müqaviləsi, bir qayda olaraq, işçinin işləyəcəyi layihə müddətinə bağlanılır. Müqavilənin müddətinin uzadılması müvafiq stuktur bölmənin təqdimatı əsasında müqavilə müddətinin bitməsinə 2 (iki) həftə qalmış aparılır. 2.2.12. işə yeni qəbul edilmiş işçilərin ilk gündən özlərini komandanın tam səlahiyyətli üzvü kimi hiss etmələri, “MQS” MMC ilə müfəssəl tanışlığının, öhdəlik və funksiyalarının həyata keçirilməsinə hazırlıqlarının təmin edilməsi məqsədi ilə onların istiqamətləndirilməsi prosedurası həyata keçirilir. Prosedur əsnasında yeni işçilərə “MQS” MMC-in tarixi, korporativ dəyərləri, sosial məsuliyyəti, strateji baxışı və missiyası, eləcə də, yaxın və bir sıra uzaq perspektiv üçün “MQS” MMC-in təqib etdiyi məqsədlər barədə məlumat verilir. Bundan əlavə, yeni işçi “MQS” MMC-in öz əməkdaşlarına təqdim etdiyi sosial paket, əmək haqqı və ondan tutulan vergilər və d. ödənişlər, fəaliyyətin bir sıra texniki, hüquqi aspektləri, sağlamlığın və təhlükəsizliyin qorunması qaydaları ilə tanış edilir və bütün zəruri rəsmiləşdirmələr, o cümlədən işçi ilə bağlanmış müqavilənin müvafiq məlumat bazasına salınması və ona giriş etmək üçün kart verillməsi həyata keçirilir. Bu zaman işçilər onlara təqdim olunan “İşçinin Təlimat Kitabçası”nın şərtləri və “MQS” MMC-in digər normativ aktları və qaydaları ilə ilə tanış olmalıdırlar. Yeni işçinin işləyəcəyi struktur bölmənin rəhbəri (və ya onun tapşırığı ilə departamentin/filialın digər vəzifəli şəxsi) işçini kollektivə təqdim edir. İşçinin birbaşa rəhbəri onu Vəzifə təlimatı və həmin təlimat əsasında əmək fəaliyyətinin qiymətləndirilməsi prosesi ilə tanış edir, Vəzifə təlimatının işçi tərəfindən imzalanmasını təmin edir və vəzifə bölgüsü əsasında işçinin bilavasitə öz funksiyalarının icrasına başlamasına yardımçı olur, işçiyə tapşırılan işin mahiyyəti, əmək şəraiti, vəzifə funksiyaları, öhdəlikləri və səlahiyyətləri barədə məlumat verir, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, əmək gigiyenası, yanğından mühafizə və əməyin mühafizəsi üzrə digər qaydalar barədə təlimatlandırır. 2.2.13. “MQS” MMC bərabərlik prinsipinə sadiq qalaraq, işə qəbul prosesində bütün iddiaçılar üçün bərabər imkanlar yaradır. İşə qəbul haqda qərar, istisnasız olaraq, hər bir şəxsin ixtisas dərəcəsi, qabiliyyətləri və səriştəsinə istinadən qəbul edilir. İrqi, milli, əlamətlərə, dini əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarında və ya digər ictimai birliklərdə üzvlüyünə, ərazi, cinsi mənsubiyyətinə, sosial mənşəyinə, yaşayış yerinə, əmlak və ailə vəziyyətinə, həmçinin, yaşına və əlilliyə, eləcə də, veteranlıq statusuna görə ayrı-seçkiliyə yol verilmir. İşə qəbul edilmək haqqında qərarlar obyektiv seçki meyarlarına əsaslanaraq, tam bərabər imkanlar əsasında həyata keçirilir. 2.2.14. “MQS” MMC tələb olunan ixtisasa malik olan əlil şəxslərin işlə təmin edilməsi məqsədilə müəyyən tədbirlər həyata keçirir, bu şərtlə ki, bunlar “MQS” MMC üçün həddən ziyadə maddi məsrəflərə səbəb olmasın. Bu tədbirlər işə qəbul və iş prosesinin bütün aspektlərini, o cümlədən, seçmə, təyinat, əmək haqqı, intizam, müqavilənin ləğvi və işdən azad edilmə, təlimlər və mükafatlandırmanı əhatə edir. 2.3. İŞƏ QƏBULUN MƏHDUDLAŞDIRILMASI “MQS” MMC-də işləmək üçün, əsasən, Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. Nadir hallarda, xidməti zərurət müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq fərdi icazə (lisenziya) əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa hüququ çatan əcnəbilər “MQS” MMC-də işə cəlb edilə bilərlər.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

17

2.4. SINAQ MÜDDƏTI 2.4.1. “MQS” MMC-də vəzifələrə qəbul edilən hər bir işçi, onun işinin qiymətləndirilməsi və daimi olaraq təyin edildiyi vəzifədə çalışmasının məqsədəuyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə əvvəlcə 3 aylıq sınaq müddəti ilə işə qəbul olunur. 2.4.2. Sınaq müddəti ərzində İşçinin işinin keyfiyyəti qənaətbəxş və ya vəzifə təlimatına müvafiq olmadıqda və aşağıda göstərilən meyarlara uyğun gəlmədikdə üç gün əvvəlcədən yazılı xəbərdarlıq etməklə Əmək Müqaviləsi pozula bilər. 2.4.3. İşin keyfiyyətsiz yerinə yetirilməsi, iş zamanı təhlükəsiz davranış qaydalarına riayət edilməməsi, intizam tənbehinin tətbiqi və digər xoşagəlməz hallar işçinin “MQS” MMC-də işini davam etdirməsinə əngəl ola biləcək amillərdəndir. 2.4.4. İşçi aşağıdakı amillərə görə qiymətləndirilir: • Şəraitə uyğunlaşması; • Qavramaq və tez öyrənmək qabiliyyəti; • İşə davamiyyəti; • Dəqiqliyi; • Dinləmək və dərk etmək qabiliyyəti; • Təşəbbüskarlığı; • Komandada işləməsi; • Planlaşdırma və təşkilatçılıq qabiliyyəti; • Düzgünlüyü və “MQS” MMC-in mənafeinə sədaqəti; • Təhlükəsizliyə riayət etməsi; • Kompyuter sahəsində iş bacarığı; • Ətraf mühitin və əməyin mühafizəsinə qayğısı; Qiymətləndirmə qurtardıqdan sonra və 3 aylıq sınaq müddətinin başa çatmasına 1 həftə qalmış, işçinin birbaşa rəhbəri aşağıdakı təklifləri irəli sürə bilər: • İşçinin 3 ayldıq sınaq müddəti başa çatmamış və ya bu müddətdən sonra onun sınağının dayandırılması haqqında; • işçi ilə Əmək Müqaviləsinin ləğv edilməsi haqqında. 2.4.5. Sınağın dayandırılması və ya Əmək Müqaviləsinin ləğv edilməsi haqqında heç bir təklif olmadıqda işçi sınaqdan müvəffəqiyyətlə çıxmış hesab edilir. 2.4.6. Sınaqda olub-olmamasından asılı olmayaraq hər bir əməkdaş bu Təlimatda göstərilən qydalara tam riayət etməlidir. 2.5. TIBBI YOXLAMA Müəyyən vəzifələrə (sürücülər, təhlükəsizlik xidməti əməkdaşları və maddi məsul vəzifələrə: xəzinədar, ambardar, iaşə işçiləri və s.) işə qəbul edilən şəxslərdən həmin vəzifələrin tutulması üçün tibbi baxımdan yararlı olamalarını təsdiq edən arayışların müvafiq səhiyyə müəssisələrindən alınaraq təqdim edilməsi tələb oluna bilər.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

18

III FƏSİL HÜQUQ VƏ ÖHDƏLİKLƏR.

3.1. İŞÇILƏRIN MƏSULIYYƏTI 3.1.1. Əmək müqaviləsi ilə müəyyən edilmiş və Vəzifə təlimatında əks olunmuş əsas əmək funksiyalarını vicdanla və əzmkarlıqla yerinə yetirmək. 3.1.2. Öz fəalliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanununlarıa və onlara müvafiq qəbul edilmiş digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “MQS” MMC-in “İşgüzar Etika üzrə Təlimat”ına və digər əlaqədar və aidiyyəti normativ hüquqi aktlara, iş vaxtı rejiminə riayət etmək; 3.1.3. Əmək və icra intizamına, daxili intizam qaydalarına riayət etmək; 3.1.4. İş standartlarına, texniki tələblərə və təhlüəsizlik qaydalarına riayət etmək; 3.1.5. Mütəmadi olaraq, işin keyfiyyətini təkmilləşdirmək, bilik və ixtisası artırmaq; 3.1.6. Daima işçilərin təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində lazımi tədbirləri görmək. Təhlükəsizlik sahəsində “MQS” MMC-in siyasətinə riayət etmək. İş yerində təhlükəsiz davranmaq; 3.1.7. Rəhbərliyin əmrlərini, sərəncamlarını və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək; 3.1.8 İş vaxtını məhsuldar və səmərəli fəaliyyət üçün istifadə etmək; 3.1.9. Əmək fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşımaq; 3.1.10.Əməyin mühafizəsi normalarına, təhlükəsizlik texnikası, yanğından mühafizə və elektrik enerjisindən, su ehtiyaylarından istifadə qaydalarına əməl etmək; 3.1.11.İş yoldaşlarının hüquqlarını və qanuni mənafelərini pozmamaq, onların iş öhdəliklərinin yerinə yetirilməsinə mane olan hərəkətlərə yol verməmək; 3.1.12. “MQS” MMC-ə xələl gətirən, onun əmlakına və maliyyə vəsaitlərinə ziyan vuran hərəkətlərə yol verməmək, vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 3.1.13. “MQS” MMC-in hüquqlarını və qanuni mənafelərini səlahiyyətləri daxilində qorumaq; 3.1.14.«Konfidensial məlumatın və kommersiya sirrinin qorunması haqqında» öhdəlik sənədini imzalamaq və onun tələblərinə ciddi riayət etmək; 3.1.15. İş yoldaşları ilə davranışını “MQS” MMC-in mənafeyinə uyğun qurmaq. Əgər işçinin hansısa hərəkəti “MQS” MMC-in mənafeinə zidd olarsa və ya onun işgüzar nüfuzuna xələl gətirərsə, bu, işçinin tutduğu vəzifədən azad olunması üçün tutarlı əsas kimi qiymətləndiriləcəkdir. 3.1.16. İş yerini və təhkim olunmuş avadanlığı, maddi-texniki vəsaitləri səliqəli, təmiz və saz vəziyyətdə saxlamaq, onların qorunmasını, onlardan düzgün və səmərəli istifadə olunmasını təmin etmək; 3.1.17. Sənədlərin və maddi sərvətlərin saxlanılması və qorunması üzrə müəyyən olunmuş qaydalara riayət etmək; 3.1.18. İş vaxtı birbaşa rəhbərin icazəsi olmadan iş yerini tərk etməmək; 3.1.19. Xəstələnməsi ilə əlaqədar işə çıxmayacağı barədə məlumat vermək və sağalıb işə çıxdığı ilk iş günü xəstəlik vərəqəsini (bülleteni) müvafiq struktur bölməsinin rəhbərinə və ya İR departamentinə təqdim etmək. İşçinin bu tələbə əməl etməməsi onun intizam məsuliyyətinə cəlb olunması üçün tutarlı əsas kimi qiymətləndiriləcək. 3.1.20. Binalarda, onun dəhlizlərində, iş və yardımçı otaqlarda siqaret çəkməmək. Siqaret çəkməyə, yalnız, bunun üçün xüsusi ayrılmış sahələrdə icazə verilir;

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

19

3.1.21. İşə səliqəli, işgüzar geyimdə gəlmək tələb olunduğu halda müəyyənləşdirilmiş forma geymək və şəxsi mühafizə vasitələrindən (dəbilqə, eynək, əlcəklər və s.) istifadə etmək; 3.1.22. İşlədiyi otaqda digər əməkdaşların iş masası arxasında kənar şəxslərin işləməsinə, kompüterlərdən istifadəsinə icazə verməmək; 3.1.23. Fərdi kompüterlərə əmək fəaliyyətinə aidiyyəti olmayan proqramlar və ya oyunlar quraşdırmamaq, sosial şəbəkələrdə iştirak etməmək; 3.1.24. Əmək qanunvericiliyində nəzərdə tutulmuş digər tələblərə əməl etmək; 3.2. İŞÇILƏRIN HÜQUQLARI 3.2.1. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün rəhbərliyə müraciət etmək. 3.2.2. Vəzifə təlimatının dəqiqləşdirilməsi/yeniləşdirilməsi təşəbbüsü ilə çıxış etmək. 3.2.3. Qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə işdən asudə vaxtlarda məşğul olmaq. 3.2.4. Həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, həmçinin, belə şəraitin yaradılmasını tələb etmək. 3.2.5. Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq. 3.2.6. İş vaxtından artıq vaxtda, habelə iş günü sayılmayan günlərdə işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək. 3.2.7. Əmək müqaviləsi və Vəzifə təlimatı ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək. 3.2.8. Rəhbərlik qarşısında işə dair hər bir məsələni, eləcə də işin səmərəli və qüsursuz yerinə yetirilməsi məsələsini qaldırmaq. Məqsədlərə nail olmağa səfərbər edilmiş kollektiv işin əsasını təşkili edir və “MQS” MMC əlverişli iş mühiti yaratmaq və onu daima inkişaf etdirmək əzmindədir. Əgər müəyyən bir problem ortaya çıxarsa, işçilərdən problemi açıq müzakirəyə çıxarmaq gözlənilir və bu ““MQS” MMC” MMC tərəfindən dəstəklənir. İşçilər problemləri və sualları ilə birbaşa rəhbərlərinə və ya çalışdıqları struktur bölmənin rəhbərlərinə müraciət edə bilərlər. Əgər məsələ həll olunmamış qalarsa, daha yüksək səviyyələrdə müzakirə edilməlidir. 3.2.9. Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq. 3.2.10.Qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək. 3.2.11.Hər il qanunvericilikdə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək. 3.2.12.Peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq, treninq və kurslarda iştirak etmək. 3.2.13. Vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçün bütün səlahiyyətlərdən, qanunla qadağan olunmayan vasitə və mənbələrdən istifadə etmək. 3.2.14.Əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək. 3.2.15. Qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, habelə hər hansı başqa növ sığortadan istifadə etmək. 3.2.16.Qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə,

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

20

mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək. 3.2.17.Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq. 3.2.18.Rəhbərliyin göstərişinin yanlış olduğunu və ya məqsədəuyğun olmadığını hesab etdikdə, göstərişin mütləq yerinə yetirilməsi öhdəliyi saxlanmaqla, göstərişin yazılı şəkildə verilməsini tələb etmək və aidiyyəti üzrə yuxarı instansiyaya yazılı, yaxud şifahi surətdə rəyini bildirmək. 3.2.19.Əməyinin qiymətləndirilməsi nəticələri, ixtisasının artması, xidməti vəzifələrinin yerinə yetirilməsi keyfiyyəti nəzərə alınmaqla dərəcəsinin/kateqoriyasının, maaşının artırılması və karyerada irəli çəkilməsi barədə rəhbərliyə müraciət etmək. 3.2.20.Öz şəxsi işindəki materiallarla, şəxsi işinə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işinə daxil edilməsini tələb etmək. 3.2.21.Hüquqlarının, qiymətləndirmə prosedurlarının pozulduğunu, işgüzar nüfuza xələl gətirən halları aşkar etdikdə xidməti araşdırmanın aparılması barədə rəhbərliyə müraciət etmək. 3.2.22.Qanunvericiliklə müəyyən edilmiş hallarda və şərtlərlə (güzəştlərlə) pensiya təminatından, sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən istifadə etmək. 3.2.21.İşdən azad edildikdə qanunvericiliklə müəyyən olunmuş maddi təminat almaq. 3.2.23.İş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə müvafiq arayışlar almaq. 3.3. “MQS” MMC-in ÖHDƏLIKLƏRI 3.3.1. İşçi ilə bağlanmış və onun əmək funksiyalarını, əmək şəraitini, tərəflərin hüquq və öhdəliklərini və s. məlumatları əks etdirən əmək müqaviləsi üzrə şərtlərə və orada nəzərdə tutulan öhdəliklərə tam həcmdə əməl etmək. 3.3.2. İşçilər üçün Vəzifə təlimatlarını hazırlamaq və təsdiq etmək. 3.3.3. Əmək qanunvericiliyinin və əmək münasibətləri sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini yerinə yetirmək. 3.3.4. Biliyi, ixtisası və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla hər bir işçinin əmək fəaliyyətini düzgün təşkil etmək, onları münasib iş yeri, təhlükəsiz əmək şəraiti və işlək avadanlıq, əmək funksiyalarını icra etmək üçün zəruri maddi-texniki vasitələr ilə təmin etmək. 3.3.5. Zərurət müqabilində əmək müqavilələrinə yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək. 3.3.6. Əmək münasibətləri prosesində işçiyə dəymiş ziyana görə qanunvericiliklə müəyyənləşdirilmiş maddi məsuliyyət daşımaq. 3.3.7. Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək. 3.3.8. İşçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq. Şikayətlərə, iddialara və xahişlərə az vaxt ərzində baxılmalıdır. Suallar ilk növbədə işçinin birbaşa rəhbərinə ünvanlanır. Hər hansı bir məsələni rəhbərlik səviyyəsində müzakirəyə qaldırdığına görə işçi cəzalandırıla bilməz. Zəruri hallarda işçilər şikayət və tələblərini ən yüksək rəhbərlik səviyyəsində qaldıra bilərlər. 3.3.9. İşçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün zəruri və mümkün tədbirləri görmək. 3.3.10.Əməyin ödənilməsinin təşkilini daim təkmilləşdirmək, işçilərin öz şəxsi əməyinin nəticələrində və işin ümumi yekunlarında maddi marağının olmasını, əmək haqqı fondundan və mənfəətdən qənaətlə və səmərəli istifadə olunmasını təmin etmək, müəyyənləşdirilmiş vaxtda işçilərin əmək haqqını ödəmək.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

21

3.3.11.Əmək intizamına ciddi riayət olunmasını təmin etmək. 3.3.12.İşçilərin ixtisasartırmasını təşkil etmək, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaratmaq, iş karyerasını planlaşdırmaq və həyata keçirmək. 3.3.13. İşə girməzdən əvvəl əmək fəaliyyəti olmayan işçiləri müvafiq qaydada əmək kitabçaları ilə təmin etmək. 3.3.14. İşçilərin dərilərinin rəngindən, irqindən, milliyyətindən, yaşından, cinsindən, fiziki çatışmazlığından, veteranlıq statusundan, dinindən, sosial mənşəindən, əmlak və ailə vəziyyətindən, siyasi baxışlarından və ictimai görüşlərindən, əqidəsindən, ictimai və siyasi birliklərə mənsubiyyətindən, qulluq mövqeyindən asılı olmayaraq hamıya bərabər imkanlar yaratmaq və qərəzsiz münasibət bəsləmək. 3.4. “MQS” MMC-in HÜQUQLARI 3.4.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək 3.4.2. Qanunvericiliklə müəyyən edilmiş əsaslarla və qaydada əmək müqavilələrinə xitam vermək. 3.4.3. İşçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək. 3.4.5. İşgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək. 3.4.6. İşçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək. 3.4.7. İşçilərin ““MQS” MMC” MMCa vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək. 3.4.8. Qanunvericiliyin tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri yaratmaq və ləğv etmək. 3.4.9. Əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək. 3.4.10.Əmək müqaviləsi bağlayarkən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək.

IV FƏSİL

İŞÇİLƏRİN SƏRBƏSTLƏŞDİRİLMƏSİ 4.1. İsçinin tutduğu vəzifədən azad edilməsi onunla bağlanmış əmək müqaviləsinə qüvvədə olan qanunverciliklə nəzərdə tutulmuş əsasla xitam verilməsi yolu ilə həyata keçirilir. 4.2. Əmək müqaviləsinə xitam verilərkən işçiyə qanunvericilikdə nəzərdə tutulmuş müavinətlər ödənilir. İşçi işdən azad edilməsi səbəblərindən asılı olaraq, qüvvədə olan qanunvericiliyə əsasən, müvafiq müddət ərzində işdən azad edilməsi haqqında yazılı xəbərdarlıq və işdən çıxma müavinəti alır. Bu zaman, əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsinə xitam verilərkən işçinin təminatlarına riayət olunmasına “MQS” MMC tam zəmanət verir. 4.3. Əmək müqaviləsinə xitam verilməsi barədə daxili əmr rəhbərlik tərəfindən imzalanır və “MQS” MMC-in möhürü ilə təsdiqlənir. Bu əmrdə, habelə əmək kitabçasında aparılan qeydlərdə əmək müqaviləsinə xitam verilməsinin səbəbi Əmək Məcəlləsinin müvafiq maddəsinə istinadən yazılır. Həmin əmrin surəti, işçinin əmək kitabçası və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi,

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

22

işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilir. Müqaviləyə xitam verilən gün işçinin sonuncu iş günü sayılır. 4.4. İşçinin şəxsi işi, əmək kitabçasının surəti, tutduğu vəzifəsindən azad edilməsi haqda əmr və əmək müqaviləsinin bir nusxəsi “MQS” MMC-in İnsan resursları departamentində saxlanılır. 4.5. Əmək müqaviləsinə xitam verilməsi əsasları fərqli olsa da, “MQS” MMC onları iki əsas qrupda cəmləşdirir:

Əmək müqaviləsinə işçinin xahişi ilə xitam verilməsi – bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı şəkildə xəbərdar etməklə həyata keçirilir. Müstəsna və qanunla nəzərdə tutulmuş (yaşına, əlilliyə görə təqaüdə çıxdıqda, təhsili davam etdirmək üçün təhsil müəssisəsinə daxil olarkən, həmçinin yaşayış yerini dəyişdikdə, yaxud başqa yerdə işə keçdikdə və s.) hallarda işçinin ərizəsində göstərilən gün Əmək müqaviləsinə xitam verilə bilər. Bu zaman sərbəstləşmə müsahibələri təyin edilib keçirilməli, işçinin işdən çıxma səbəbləri araşdırılmalı və onun alacağı müavinətlər müəyyənləşdirilməlidir.

Əmək müqaviləsinə “MQS” MMC-in təşəbbüsü ilə xitam verilməsi –

qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və əsaslarla həyata keçirilir. İşçinin işdə olmadığı müddət ərzində - əmək qabiliyyətini müvəqqəti itirdiyi, məzuniyyətdə və ya ezamiyyətdə olduğu, kollektiv danışıqlarda iştirak etdiyi dövrdə “MQS” MMC əmək müqaviləsinin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmir. Bu zaman sərbəstləşmə müsahibəsi keçirilməli, qarşılıqlı pretenziya və öhdəliklər araşdırılmalıdır.

4.6. Əmək müqaviləsinə xitam verilməsi səbəbindən asılı olmayaraq, “MQS” MMC-də işdən çıxan hər bir əməkdaş yalnız bütün prosedurlar tam olaraq yerinə yetirildikdən sonra tutduğu vəzifədən və “MQS” MMC qarşısındakı öhdəliklərindən azad edilmiş sayılır. Bu prosedurlara “Dövriyyə vərəqəsi”nin “MQS” MMC-in bütün müvafiq strukturları tərəfindən imzalanması, işçinin öz vəzifələrini yerinə yetirməsi məqsədi ilə “MQS” MMC-in onun iştifadəsinə verdiyi bütün əmlakın lazımi keyfiyyətdə “MQS” MMC-ə qaytarılması və son haqq-hesab daxildir. 4.7. İşçinin sərəncamına verilmiş və qaytarılmayan əmlakın, o cümlədən, lazımi keyfiyyətdə qaytarılmayan əmlakın, həmçinin işçinin “MQS” MMC qarşısında maliyyə öhdəliklərinin məbləği son haqq-hesab zamanı işçiyə hesablanmış ümumi məbləğdən tutulacaqdır. İşçinin hüququ çatdığı bütün qalan və digər məbləğlər ona tam həcmdə ödəniləcəkdir. “MQS” MMC öz əmlakının qorunması və qaytarılması məqsədilə tələb olunan və qanunvericiliklə müəyyənləşdirilmiş bütün tədbirləri görmək hüququnu özündə saxlayır. 4.8. “MQS” MMC-in ləğvi və ya yenidən təşkili, habelə işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar sərbəstləşən işçilər qanunvericiliklə nəzərdə tutulmuş işdənçıxma müavinətləri alırlar. 4.9. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçinin ailəsinə, qanunvericiliklə nəzərdə tutulmuş müavinət ödənir. 4.10. Attestasiya nəticəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə sərbəstləşən işçilərə, əmək şəraitinin şərtlərinin dəyişməsi, hərbi və ya alternativ xidmətə çağırış və əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar sərbəstləşdirilən işçilərə qanunvericiliklə nəzərdə tutulmuş miqdarda müavinət verilir.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

23

4.11. Əmək şəraiti dəyişdirilməzdən 1 (bir) ay öncə “MQS” MMC işçiyə rəsmi xəbərdarlıq edir. İşçi yeni əmək şəraitində işləməyə razılıq verməzsə, o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə, əmək müqaviləsinə xitam verilir. 4.12. “MQS” MMC işə qəbul müsahibələri kimi işdən sərbəstləşmə müsahibələrinin də aparılması lehinədir. Bu müsahibələr “MQS” MMC və işçi arasında qarşılıqlı maliyyə öhdəlikləri, “MQS” MMC-in işçidə olan əmlakının qaytarılması, müxtəlif təkliflər, şikayətlər və hər iki tərəfi maraqlandıran digər sualların cavablandırılması, kadr axınına səbəb olan amillərin araşdırılması, müəyyənləşdirilməsi və aradan qaldırılması yollarının tapılması üçün konsruktiv şərait yaradır. 4.13. Sərbəstləşmə üzrə bütün prosedurlar həyata keçdikdən və qarşılıqlı öhdəliklər ödənildikdən sonra işçiyə işdən azad olunması haqda əmrin surəti verilir və Əmək kitabçası özünə qaytarılır.

V FƏSİL

ƏVƏZÇİLİK ÜZRƏ İŞ 5.1. “MQS” MMC-in əməkdaşları “MQS” MMC-in biznesi ilə birbaşa əlaqəsi olmayan və maraqların toqquşmasına gətirib çıxarmayan fəaliyyət növləri ilə əvəzçilik üzrə məşğul ola bilərlər, bu şərtlə ki, bu, onların “MQS” MMC ilə bağladıqları Əmək müqaviləsi əsasında öz üzərlərinə götürdükləri öhdəliklərin tam həcmdə və lazımi keyfiyyətlə yerinə yetirilməsinə maneçilik törətməyəcəkdir. 5.2. İşçinin əlavə iş yeri üzrə öhdəliklərinin həcmindən, icra vəziyyətindən və vaxtından asılı olmayaraq və onlara baxmayaraq, “MQS” MMC, xidməti zərurət müqabilində, işçidən onun əsas iş yeri üzrə öhdəliklərinin icrasını tələb edə bilər. 5.3. “MQS” MMC-in iş sahələri, avadanlığı, mal və materialları əlavə iş yeri üzrə öhdəliklərin icrası məqsədləri üçün istifadə edilə bilməz. 5.4. “MQS” MMC-dəki vəzifə öhdəliklərinin icra edilməsi prosesində yaradılmış məhsullar/göstərilmiş xidmətlərə görə kənar şəxslərdən bu və ya digər formada gəlir əldə edilməsi qadağandır və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət doğurur.

VI FƏSİL

İŞ və İSTİRAHƏT VAXTI 6.1. İŞ QRAFIKI 6.1.1. “MQS” MMC-də beş günlük iş həftəsi (bazar ertəsindən cümə gününədək) və gündəlik iş vaxtının müddəti 8 saat olmaqla həftədə 40 saatlıq iş rejimi aşağıdakı kimi müəyyən edilir: -işin başlanması - saat 08:00 və ya 09:00; -nahar fasiləsi - saat 12:00-dan 13:00-dək və ya 13:00-dan 14:00-dək; -işin qurtarması - saat 17:00 və ya 18:00. 6.1.2. Əməliyyat və xidməti zərurətlə əlaqədar olaraq ABB İdarə Heyətinin qərarı ilə ““MQS” MMC” MMCın müəyyən strukturları üçün həftəlik tam iş vaxtının müddəti çərçivəsində 6 (altı) günlük iş həftəsi müəyyən edilə bilər. Bu zaman gündəlik iş vaxtının norması ən çoxu 7 (yeddi) saat müəyyənləşdirilir.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

24

6.1.3. “MQS” MMC-in əməliyyat, istehsalat və digər strukturlarının fəaliyyətinin fasiləsiz iş rejimində təmin edilməsi məqsədi ilə bəzi işçilərin nahar fasiləsinin vaxtı, departament direktorunun (filial müdirinin) təsdiq etdiyi cədvələ uyğun olaraq, müddəti bir saat qalmaqla 14:00-dan 15:00-dək müəyyən edilə bilər. Əməliyyat/istehsal zərurəti nöqteyi-nəzərindən “MQS” MMC-in müəyyən xidmətləri/strukturları üçün nahar fasiləsi İdarə Heyəti sədrinin əmrilə 1 saatdan 30 dəqiqəyədək azaldıla bilər. Hər bir halda fasilə “MQS” MMC-in müştəriləri və partnyorları üçün problemlər törədə bilməyəcəyi tərzdə tənzimlənməlidir. Bu zaman, cədvəl bərabərlik və ardıcıllıq prinsipi əsasında tərtib edilməlidir. Fasiləsiz iş rejimində fəaliyyət göstərən “MQS” MMC-in istehsal və digər strukturlarının tərkibi İdarə Heyəti sədrinin müvafiq sərəncamı ilə müəyyən edilir. 6.1.4 Nahar fasiləsinin müddəti iş vaxtına daxil edilmir. 6.1.5. Struktur bölmələrinin rəhbərləri tabeliklərindəki əməkdaşların işə davamiyyətinə və əmək intizamına riayət etmələrinə ciddi fikir verməli və işçilərin işə gecikmə və iş yerlərini vaxtından tez tərk etmə halları barədə “MQS” MMC-in İnsan resursları departamentinə izahlı rüblük hesabat təqdim etməlidirlər. 6.1.6. “MQS” MMC-in rəhbərliyinin icazəsi olmadan iş vaxtı aşağıdakılar qadağan olunur: • işçiləri ictimai vəzifələrin yerinə yetirilməsinə və “MQS” MMC-in fəaliyyəti ilə bağlı olmayan müxtəlif səpkili tədbirlərə cəlb etmək; • ictimai işlərlə əlaqədar müşavirələr, iclaslar və digər yığıncaqlar təşkil etmək. 6.2. QISALDILMIŞ VƏ NATAMAM İŞ VAXTI 6.2.1. Ayrı-ayrı işçi kateqoriyalarının yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınmaqla, onlara qanunvericilikdə, habelə əmək müqaviləsinin şərtlərində göstərilmiş qaydada qarşılıqlı razılıq əsasında qısaldılmış və ya natamam iş vaxtı/iş həftəsi müəyyən edilə bilər. Belə iş vaxtı rejimi müvafiq işçi kateqoriyaları üçün AR Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli. 175 №-li Qərarına uyğun olaraq müəyyənləşdirilir. 6.2.2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın sürəkliliyi tərəflərin razılığı ilə müəyyənləşdirilir. 6.2.3. Əlil, hamilə, xroniki xəstə uşağı və ya digər ailə üzvü olan (müvafiq tibbi arayışla təsdiqləndiyi halda) işçilərə, habelə 14 yaşınadək, yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara onların tələbi ilə natamam iş günü/iş həftəsi müəyyənləşdirilir. 6.2.4. Natamam iş günü/həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib ödənilir. 6.3. NÖVBƏLI İŞ VƏ GECƏ VAXTI İŞ 6.3.1. Növbəli işdə və gecə vaxtı işləyən əməkdaşların iş rejimi müvafiq daxili normativ-hüquqi aktlar əsasında struktur bölmə rəhbərinin təsdiq etdiyi qrafiklər vasitəsi ilə tənzimlənir. 6.3.2. Növbə ilə iş işçi qarşısında qoyulan tələblərin və əmək müqaviləsi üzrə onun qəbul etdiyi öhdəliklərin bir hissəsi hesab edilir. İşçidən iş növbəsi ilə çalışma tələb olunursa, bu iş növbəsi 12 saatdan artıq ola bilməz. Bu zaman iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. 6.3.3. Gündəlik iş vaxtının azı yarısı gecə vaxtına - saat 22:00-dan 06:00-dək olan müddətə düşərsə, həmin müddətə düşən iş vaxtı 1 (bir) saat qısaldılır.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

25

6.4. İŞ VAXTINDAN ARTIQ İŞ 6.4.1. Xüsusi əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyi, işin fasiləsizliyi tələb edildiyi, əməliyyət, istehsal və xidməti zərurət müqabilində, eləcə də, qanunvericiliklə müəyyənləşdirilmiş digər müstəsna hallarda rəhbərliyin əmri ilə işçilərdən iş vaxtından artıq iş tələb oluna bilər. 6.4.2. İş vaxtından artıq iş birbaşa rəhbərlər və ya struktur bölmə rəhbərləri tərəfindən yazılı şəkildə əsaslandırılmalı və həmin sənəd razılıq alınması və müvafiq əmr verilməsi üçün ““MQS” MMC” MMC rəhbərliyinə təqdim edilməlidir. 6.4.3. Həftə ərzində 40 (qirx) saatdan artıq işlənmiş müddət müvafiq normalara əsasən ikiqat məbləğdə ödənilir. 6.4.4. Xidməti zərurət baxımından işçinin iş qrafikində dəyişikliklərin edilməsinə yol verilir. İş qrafikinə edilən dəyişkiliklər əsasında həyata keçirilən fəaliyyətin müddəti 1 (bir) ayı aşarsa, işçi ilə yeni əmək müqaviləsi bağlanılır. 6.4.5. İş vaxtından artıq sanksiyalaşdırılmamış iş müqabilində əlavə ödənclərin tələb edilməsi yolverilməzdir və intizam tənbehinin tətbiqi üçün əsasdır. 6.4.6. İş vaxtından artıq iş əlavə istirahət günü ilə əvəz edilmir. 6.5. İSTIRAHƏT, BAYRAM GÜNLƏRI VƏ ÜMUMXALQ HÜZN GÜNÜ 6.5.1. “MQS” MMC-də iki istirahət günü olan (şənbə və bazar günləri) iş həftəsi müəyyənləşdirilmişdir. 6.5.2. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri növbə cədvəli əsasında verilir. 6.5.3. İş rejimi 6 (altı) günlük iş həftəsi kimi müəyyənləşdirilmiş hallarda/bölmələrdə 1 (bir) istirahət günü – bazar günü təyin edilir. 6.5.4. Aşağıda siyahısı verilən bayram günləri iş günü hesab edilmir. Həmin günlər “MQS” MMC və onun bölmələri işləmir. Bəzi bölmələrin xidməti zərurət müqabilində və qanunvericilikdə nəzərdə tutulmuş hallarda işləməsinə yol verilir. 1-2 Yanvar - Yeni il; 8 Mart - Qadınlar Günü; 9 May - Faşizm üzərində qələbə günü; 28 May - Respublika günü; 15 İyun - Milli Qurtuluş günü; 26 İyun - Silahlı qüvvələr günü; 31 Dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü; Novruz bayramı - 5 (beş) gün; Qurban bayramı - 2 (iki) gün; Ramazan bayramı - 2 (iki) gün;

Son üç bayramın vaxtı hər il Nazirlər Kabineti tərəfindən ayrıca olaraq müəyyənləşdirilir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə, növbəti iş günü istirahət günü hesab edilir. 6.5.5. 20 Yanvar – ümumxalq hüzn günü iş günü hesab edilmir. 6.5.6. Bayramqabağı günlər və ümumxalq hüzn günündən əvvəlki gün iş gününün müddəti 1 (bir) saat qısaldılır. 6.5.7. Bayram günləri istirahət günlərinə təsadüf edərsə, istirahət günləri bayramdan sonrakı iş gününə keçirilir.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

26

6.5.8. Zəruri hallarda istirahət və bayram günlərində, həmçinin ümumxalq hüzn günü “MQS” MMC-in işçiləri İdarə Heyəti sədrinin əmri ilə işə cəlb oluna bilərlər. Bu zaman işə cəlb olunmuş işçilərə tərəflərin qarşılıqlı razılığı ilə digər istirahət günü verilir. 6.6. MƏZUNIYYƏT 6.6.1. Ümumi Qaydalar 6.6.1.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ Əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti onun ərizəsi əsasında “MQS” MMC rəhbərliyi ilə razılaşdırıldığı vaxtda, habelə işin ikinci və sonrakı illəri üçün–qarşılıqlı razlııqla müəyyən edilən vaxtda verilir. 3 (üç) aylıq sınaq dövrü qeyd edilmiş 6 (altı) aylıq müddətə daxildir. 6.6.1.2. “MQS” MMC-in hər bir işçisinə, bir qayda olaraq hər il, müvafiq iş ili üçün əmək məzuniyəti verilməlidir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin müvafiq günü başa çatır. 6.6.1.3. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilir. İşçi əmək məzuniyyətindən hər hansı bir səbəbə görə istifadə etmədikdə ona həmin iş ili (illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən edilmiş məbləğdə və qaydada kompensasiya ödənilməlidir. 6.6.1.4. İşçinin arzusu ilə əmək məzuniyyəti hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. 6.6.1.5. Müstəsna hallarda, təxirəsalınmaz işlərin görülməsi zərurəti yarandıqda əmək məzuniyyətində olan işçi, ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Bu zaman işçinin əmək məzuniyyətindən geri çağırılması “MQS” MMC rəhbərliyinin müvafiq əmri ilə rəsmiləşdirilir. 6.6.1.6. Əmək məzuniyyətindən geri çağırılan işçiyə işə başladığı gündən etibarən əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək verilir. Belə olan halda işçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilməlidir. Məzuniyyətin istifadə edilməmiş günləri iş ili bitənədək və ya təqvim ilinin sonunadək istifadə edilməzsə, işçiyə həmin günlərə görə maddi kompensasiya verilməlidir. 6.6.1.7. “MQS” MMC rəhbərliyinin mülahizəsinə əsasən ayrı-ayrı hallarda əmək məzuniyyətindən geri çağırılan və ya müvafiq əmək məzuniyyətindən öz vaxtında istifadə etməyən işçiyə, onun razılığı ilə istifadə edilməmiş məzuniyyət günlərinin əvəzinə əlavə istirahət günləri (əvəzgün) təqdim edilə bilər, lakin işçi bu əlavə istirahət günlərini (əvəzgün) həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək istifadə etməlidir. 6.6.1.8. Əmək münasibətlərinə xitam verilərkən işçi məzuniyyətdən istifadə etmək istəmədikdə ona qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

27

görə pul əvəzi ödənilməlidir. Amma işçinin “MQS” MMC qarşısında maliyyə öhdəliyinin olduğu hallar istisna təşkil edir. 6.6.1.9. İşçi “MQS” MMC-in bir struktur bölməsindən digər struktur bölməsinə keçirildikdə (Baş idarənin daxilində keçirilən işçilər istisna olmaqla), onunla əmək münasibətləri davam etdirilir və məzuniyyət hüququ saxlanır. 6.6.1.10. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ olan işçilərin siyahısı, onların uçotu qaydası və s. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilir. “MQS” MMC-in işçilərinə əmək məzuniyyətlərinin verilməsinin nizama salınması və daha məqsədyönlü şəkildə həyata keçirilməsi məqsədilə “MQS” MMC İdarə Heyəti işçilərlə razılaşdırılmış və rəhbərlik tərəfindən təsdiq edilmiş məzuniyyət qrafiklərinin tətbiqini məqsədəuyğun hesab edir. Bölmə və filial rəhbərləri ilin birinci ayının sonunadək il üçün məzuniyyət qrafiklərini tərtib edir və təsdiq edilmiş məzuniyyət qrafiklərinin bir nüsxəsini həmin müddətədək İnsan resursları departamentinə təqdim edirlər. 6.6.1.11. Bayram günləri və ya ümumxalq hüzn günü əmək məzuniyyəti dövrünə düşdükdə əmək məzuniyyətinin günləri bu günlərin sayı qədər haqqı ödənilmədən uzadılır. 6.6.1.12. Əmək məzuniyyəti dövründə işçi xəstələnərsə, xəstəlik barədə tibbi arayış (bülleten) təqdim edilməsi şərtilə məzuniyyət müddəti işçinin xəstə olduğu və məzuniyyətdən istifadə edə bilmədiyi günlərin sayı qədər uzadılır. “MQS” MMC-in belə işçini əlavə tibbi müayinə aparılması məqsədi ilə özünün seçdiyi tibb müəssisəsinə göndərmək hüququ vardır. 6.6.1.13 Işçilər məzuniyyət verilməsi məqsədi ilə məzuniyyətin başlanmasına ən azı 10 iş günü qalmış İdarə Heyəti sədrinə ərizə ilə müraciət edilrlər. Ərizə əvvəlcə işçinin işlədiyi struktur bölmənin rəhbərinə təqdim edilir. Struktur bölmənin rəhbəri işçinin məzuniyyətə çıxmasına dair etirazı olmadıqda ərizədə işçinin işdə olmayacağı müddətdə onun kim tərəfindən əvəz ediləcəyi barədə qeydlər edir və sonra ərizə struktur bölmənin kurasiyasını həyata keçirən İdarə Heyəti sədrinə və ya onun müavininə viza alınması üçün təqdim olunur. Bundan sonra ərizə İnsan resursları departamentinə təqdim edilir. İnsan resursları departamenti müvafiq əmr layihəsini hazırlayır və sənədin İdarə Heyətinin sədri tərəfindən imzalanmasını təmin edir. 6.6.1.14. Məzuniyyətin başlanmasına 5 gün qalmış işçiyə məzuniyyətin verilməsi barədə əmr təqdim olunur. 6.6.1.15. Məzuniyyət pulu işçinin məzuniyyətə getdiyi gündən azı 3 (üç) gün əvvəl ödənilir. 6.6.1.16. Məzuniyyət təqvim ilinin sonunda götürülərsə, onun əsas hissəsinin növbəti ilə düşüb-düşməməsindən asılı olmayaraq, müvafiq iş ilndə istifadə edilmiş hesab olunur. 6.6.1.17. İnsan resursları departamenti hər işçinin hüququ çatdığı, istifadə edilmiş və edilməmiş məzuniyyət günlərinin hesablanmasının düzgünlüyü üçün məsuliyyət daşıyır. 6.6.1.18. İstifadə edilmiş və edilməmiş məzuniyyət günlərinin, eləcə də, məzuniyyət pulu üzrə qalıq məbləğlərinin dəqiqləşdirilməsi məsuliyyətini işçi daşıyır. 6.6.2. Əmək Məzuniyyətlərinin Müddətləri 6.6.2.1.İşçilərin fasiləsiz əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə əmək məzuniyyətinə çıxmaq hüquqları vardır: a) texniki işçilər: fəhlələr, ustalar, boyaqçılar, qaynaqçılar, ambardarlar, sürücülər, yeməkxana işiçiləri, xadimələr və s. müvafiq işçilər:

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

28

Əsas məzuniyyət – 21 gün; 5 ildən 10 ilədək əmək stajı olduqda – 23 gün; 10 ildən 15 ilədək əmək stajı olduqda – 25 gün; 15 ildən çox əmək stajı olduqda – 27 gün.

b) Digər işçilər

Əsas məzuniyyət – 30 gün; 5 ildən 10 ilədək əmək stajı olduqda – 32 gün; 10 ildən 15 ilədək əmək stajı olduqda – 34 gün; 15 ildən çox əmək stajı olduqda – 36 gün.

6.6.2.2. 6.6.2.1-ci maddədə təsbit olunan məzuniyyət müddətləri 14 yaşınadək 2 uşağı olan qadınlar/uşaqlarını təkbaşına böyüdən atalar üçün 2 (iki) gün, həmin yaşda 3 və daha çox uşağı olan və 16 yaşınadək əlil uşağı olan qadınlar/uşaqlarını təkbaşına böyüdən atalar üçün 5 gün uzadılır. 6.6.3. Xüsusi Məzuniyyət Hüquqları Xüsusi məzuniyyət hüquqları aşağıdakı kimi müəyyənləşdirilir:

⇒ Əlil işçilərə – 42 gün; ⇒ Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün

müdafiəsi ilə bağlı xəsarət və dövlət təltifləri almış işçilərə – 46 gün;

Bu maddədə təsnifləşdirilmiş xüsusi məzuniyyət hüquqları olan şəxslər hər hansı digər əsas və əlavə məzuniyyət hüquqlarına malik deyildirlər. 6.6.4. Sosial Məzuniyyətlər 6.6.4.1. Uşağın doğulması ilə əlaqədar olaraq qadınlara 126 təqvim günü (hamiləlik dövründə 70 gün və uşağa qulluq üçün 56 gün/doğuş çətin olduqda 70 gün) ödənişli məzuniyyət verilir. 6.6.4.2. Doğuşdan sonrakı məzuniyyət dövrünün doğuşdan əvvəlki məzuniyyət dövrü hesabına artırılmasına yol verilmir; 6.6.4.3. Uşağa qulluq edən valideyn/ailənin başqa üzvü uşaq 3 (üç) yaşına çatanadək ona qulluq etmək məqsədilə qismən ödənişli sosial məzuniyyət almaq (tam və ya hissə-hissə) hüququna malikdir. 6.6.5. Təhsil Məzuniyyətləri 6.6.5.1. İşçi rəhbərliyin icazəsi ilə iş yerinin saxlanılması və əmək haqqının ödənilməməsi şərti ilə təhsil almaq üçün ödənişsiz məzuniyyətə buraxıla bilər. Belə olan halda təhsil müddəti bitdikdən sonra işçi 10 gün ərzində işə qayıtmağı barədə “MQS” MMC rəhbərliyinə ərizə ilə müraciət etməlidir. Bu zaman həmin işçi çalışdığı və ya buna bərabər tutulan iş yeri ilə təmin edilə bilər. 6.6.5.2. Doktorantura, aspiranturada/fəlsəfə doktoru elmi dərəcəsi üçün təhsil alan işçilərə tərəflərin qarşılıqlı razılığlı əsasında 1 təqvim ayınadək ödənişsiz məzuniyyət verilə bilər;

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

29

6.6.5.3. Ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə tərəflərin qarşılıqlı razılığlı əsasında 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilə bilər; 6.6.6. Ödənişsiz Məzuniyyətlər 6.6.6.1.Ödənişsiz məzuniyyətlər qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı, ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçilərə onların rəhbərlərinin icazəsi ilə “MQS” MMC-in mövcud iş həcminə uyğun olaraq, aşağıdakı hallarda və müddətlərdə, lakin bunlarla məhdudlaşdırılmayaraq, verilə bilər: 6.6.6.1.1. Xroniki xəstəliyi olan uşaq 4 yaşına çatanadək valideynlərdən birinə, yaxud ailəin ona qulluq edən digər üzvünə həkim məsləhət komissiyasının rəyi əsasında; 6.6.6.1.2. Arvadı doğuşla əlaqədar məzuniyyətdədirsə, ərinə - 14 təqvilm gününədək; 6.6.6.1.3. 16 yaşınadək uşağı olan analara, tək valideynlərə, qəyyumlara, himayədarlara, qazanılmış immunçatışmazlığı sindromu (AİDS) olan və ya insanın immunçatışmazlığı virusuna (HİV) yoluxmuş uşağı olan, eləcə də, 16 yaşınadək əlil uşağı olan valideynlərə, habelə ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - 14 təqvim gününədək; 6.6.6.1.4. Əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə - 1 təqvim ayınadək; 6.6.6.1.5. Döyüşən ordunun tərkibində müharibədə iştirak etmiş şəxslərə - 14 təqvim

gününədək; 6.6.6.1.6. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi

zamanı xəsarət almış şəxslərə -14 təqvim gününədək; 6.6.6.1.7. İxtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə

ilkin tətbiqi zamanı müəllifə - 14 təqvim gününədək. 6.6.6.2. Ödənişsiz məzuniyyət almaq məqsədi ilə bu Təlimatın 6.6.1.13-cü maddəsində göstərilən tələblərin yerinə yetirilməsilə yanaşı, İdarə Heyəti sədrinin adına yazılan ərizədə tələb edilən məzuniyyətin müddəti göstərilməli, səbəbi izah edilməli, ərizəyə müvafiq təsdiqləyici sənədlər (tibbi arayış, ölum və ya doğum haqqında şəhadətnamə, təsdiqlənmiş teleqram, dövlət orqanının çağırış vərəqəsi və s.) əlavə edilməlidir (əgər varsa). Ərizələr baş verməsi gözlənilən hadisələrlə bağlı ən azı 3(üç) gün əvvəl, gözlənilməz hadisələrlə bağlı isə mümkün qədər tez bir zamanda təqdim edilməlidir. Vəziyyətin dəyişməsi ilə əlqədar məlumatlar dərhal işçinin birbaşa rəhbərinə, struktur bölmənin rəhbərliyinə və İnsan resursları departamentinə çatdırılmalıdır. 6.6.6.3. Müddətindən asılı olaraq ödənişsiz məzuniyyət aşağıdakı qaydada verilir: 6.6.6.3.1. Bir ayadək – birbaşa rəhbərin/sturktur bölmə rəhbərinin razılığı ilə; 6.6.6.3.2. Üç ayadək – struktur bölmənin kurasiyasını həyata keçirən İH sədri/onun

müavininin razılığı ilə; 6.6.6.3.3. Bir ilədək - İdarə Heyəti sədrinin razılığı ilə. 6.6.6.4. Ödənişsiz məzuniyyət təsdiq edilmiş müddətdən artıq sürməməli və işçi işə

çıxmaq üçün təyin edilən gün işdə olmalıdır. 6.6.6.5. İşçi ödənişsiz məzuniyyət müddəti bitdikdən sonra təyin olunmuş gündə işə çıxmadıqda öz xahişi ilə işdən azad edilmiş hesab olunacaqdır. 6.6.7. Bayram və Ümumxalq Hüzn Gününün Əmək Məzuniyyəti Dövrünə Düşdüyü

Hallarda Əmək Məzuniyyətinin Müddətinin Uzadılması Rəsmi və ənənəvi bayram və ya ümumxalq hüzn günləri (qeyri-iş günləri) işçinin illik əmək məzuniyyəti dövrünə düşüb-düşməməsindən asılı olmayaraq, illik ödənişli

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

30

əmək məzuniyyətinin bir hissəsi kimi hesaba alınmır və həmin günlər əmək məzuniyyəti dövrünə düşdükdə, əgər şənbə və bazar günlərinə düşməzlərsə, əmək məzuniyyətinn müddəti bu günlərin sayı qədər haqqı ödənilmədən uzadılır. 6.6.8. Əlavə Məzuniyyət Hüququ AR Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli, 92 №-li Qərarə ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"na daxil edilmiş istehsalatlarda/peşələrdə və vəzifələrdə çalışan işçilərə, həmin siyahı ilə nəzərdə tutulmuş sayda əlavə məzuniyyət günləri verilir. “MQS” MMC-də işləyən qaynaqçılara, NDT operatorlara zərərli iş şəraitinə görə 6 gün əlavə məzuniyyət verilir.

VII FƏSİL

İŞƏ DAVAMİYYƏT VƏ DƏQİQLİK 7.1. DAVAMIYYƏT 7.1.1. “MQS” MMC hər bir əməkdaşına etibar edərək, onlardan işə davamiyyətdə şüurlu intizam və dəqiqlik gözləyir. Bu təhlükəsiz və məhsuldar əmək şəraitinin saxlanmasında vacib şərtdir. İşçilər işə Əmək müqaviləsində və ya qrafikdə göstərilən vaxtda gəlməlidirlər. İşçi hər iş günü müəyyənləşdirilmiş vaxtda artıq iş yerində və işə başlamaq üçün hazır olmalıdır. Absentizm (işə gəlməmək) və işə gecikmək, eləcə də, iş yerini icazəsiz vaxtından tez tərk etmək digər əməkdaşların iş yükünün artmasına səbəb olur və son nəticədə “MQS” MMC-in bütov fəaliyyətini çətinləşdirir. 7.1.2. İşçinin müəyyənləşdirilmiş vaxtda işdə olmaması işə gəlməmək kimi qiymətləndirilir. 7.1.3. Işə gecikmə halları və işçinin işdə olmadığı günlər əsas inzibati binada mərkəzləşdirilmiş qaydada avtomatlaşdırılmış sistem vasitəsilə qeydiyyata alınır. Baş ofisdən kənarda yerləşən digər struktur bölmələrdə isə işə gecikmə halları və işçinin işdə olmadığı günlər davamiyyət cədvəllərində əks etdirilməlidir. 7.1.4. Ofisdə işləyən əməkdaşlar tərəfindən giriş kartının unudulması və kartın sistemdə avtomatik qeydiyyatdan keçməməsi bu maddənin məqsədləri üçün öz nəticələrinə görə işə gecikməyə bərabər tutulur. 7.1.5. 3 (üç) dəfə üzürsüz səbəbdən işə gecikmə əməkdaşa intizam tənbehi verilməsi üçün əsasdır. 7.1.5. İnsan resursları departamenti əməkdaşların işə davamiyyətini nəzarətdə saxlayır və bu məqsədlərlə vaxtaşırı baş ofisdən kənarda yerləşən sahələrə qəfil reydlər keçirir. 7.2. ABSENTIZM 7.2.1. Bu və ya digər üzürlü səbəb ilə əlaqədar işçinin gəlməməsi işə gəlməmək kimi dəyərləndirilmir. İşçilər işə gələ bilməyəcəkləri barədə birbaşa rəhbərlərini yaxud struktur bölmə rəhbərlərini iş günü başlananadək əvvəlcədən xəbərdar etməli və əlavə hər gəlməyəcəkləri gündən əvvəl də bu haqda məlumat verməlidirlər. 7.2.2. İşə çıxmamaq barədə xəbərdarlıq edilməsi “MQS” MMC-ə Sizin müvəqqəti olaraq işdə olmayacağınız müddət ərzində öhdəliklərinizin başqa işçi tərəfindən icrasını təşkil etməyə və digər əlaqədar əməkdaşlara öz vəzifələrini normal rejimdə həyata keçirməyə imkan verər.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

31

7.2.3. Sizin 2 (iki) ardıcıl iş günü ərzində işə çıxa bilməməyiniz və “MQS” MMC-i bu barədə xəbərdar etməməyiniz Sizin “MQS” MMC ilə olan əmək münasibətlərinizə son qoyulması anlamına gəlir və 3-cü gündən etibarən Sizə əmək haqqı hesablanması dayandırılır. 7.2.4. İşə gəlməmək barədə icazəni rəhbərlik verməlidir. Rəhbərliyi işə gəlməyəcəyiniz haqda vaxtında xəbərdar etməməyiniz intizamın pozulması kimi qiymətləndirilir və Sizin işdən azad olunmağınızla nəticələnə bilər. Təkrar işə gəlməməyiniz Sizinlə bağlanmış Əmək müqaviləsinin ləğvinə səbəb ola bilər. Sizin iki dəfə Rəhbərliyi xəbərdar etmədən ardıcıl olaraq işə çıxmamağınız Sizinlə bağlanmış Əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 7.2.5. Rəhbərlərdən tələb olunur ki, tabeliklərində olan işçilərə qarşı diqqətli olsunlar və onların işə çıxmayacaqları təqdirdə müvafiq tədbirlər görsünlər. 7.2.6. Əgər Siz bu və ya digər səbəbdən bir müddət adi iş rejimində işləyə bilmirsinizsə və Sizin həmin müddət ərzində iş rejiminizi müəyyən qədər dəyişməyə böyük ehtiyac yaranmışsa, azı 1 (bir) həftə öncə rəhbərliyə müraciət edilməlidir. Bu zaman belə bir müraciətin əsaslandırılması tələb oluna bilər. Hər bir belə müraciətə, işçinin ehtiyacları və “MQS” MMC-in maraq və mənafeləri nəzərə alınmaqla, əlahiddə baxılacaqdır. Bu zaman iş saatları rəhbərliyin mülahizəsinə əsasən 1 (bir) saatdan çox olmayan müddətə irəli və ya geri çəkilə bilər. Adi iş rejiminin bu cür dəyişdirilməsinin ümumi məcmu müddəti il ərzində 1 (bir) aydan çox ola bilməz. Belə müraciətlərin hər zaman təmin ediləcəyinə zəmanət verilmir. 7.2.7. İş günü ərzində işçinin iş yerini tərk edərək şəxsi təxirəsalınmaz problemləri ilə məşğul olmaq zərurəti meydana çıxarsa, rəhbərinə müraciət edilməli, münasib müddət müəyyənləşdirilməli və işin fasiləsizliyi təmin edilməlidir. 7.2.8. İstehsalat və xidmət sahələrində hər hansı bir işçinin işə çıxmaması, yaxud işdən getməsi həmin sahənin işinə və xüsusən də, işin/xidmətin keyfiyyətinə mənfi təsir göstərməməlidir. 7.2.9. Dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi hallarda məhkəmənin və ya digər dövlət orqanının verdiyi çağırış vərəqi əsasında işçi iş yeri, vəzifəsi və orta əmək haqqı saxlanmaqla müvafiq müddətə vəzifə öhdəliklərinin icrasından azad edilir. Bu maddənin müddəaları donor olan işçilərin tibbi müayinədən keçdikləri, qan və qan komponentləri verdikləri hallara, tibbi müayinədən keçən zaman işçilərin tibb müəssisələrində olduğu vaxtlara və ixtira və səmərələşdirici təkliflərinin “MQS” MMC-dən kənar sınağı və tətbiqi işlərində iştiraklarına da şamil edilir. Bu zaman Təlimatın 7.2.2 və 7.2.8-ci maddələrinin tələblərinə əməl edilməlidir. 7.2.10. “MQS” MMC əməkdaşlar üçün ixtisasartırmanın xüsusi əhəmiyyətini qeyd edərək, onların treninq və təlim proqramları əsasında müəyyən müddətə işdən buraxılmalarını məqbul sayır. Bu zaman Təlimatın 7.2.2, 7.2.8 və 7.2.9-cu maddələrinin tələblərinə əməl edilməlidir. 7.2.11.İşə davamiyyətlə bağlı 7.1.və 7.2-ci maddələrin tələblərinə əməl ediməməsi intizam tənbehinin tətbiqi və hətta Əmək müqaviləsinin birbaşa ləğvi üçün əsasdır. 7.3. SƏRT HAVA ŞƏRAITI / FÖVQƏLADƏ HALLARDA IŞIN DAYANDIRILMASI 7.3.1 Sərt hava şəraiti, yanğınlar, təbii fəlakət, kütləvi iğtişaşlar, qəza hadisələri və operativ şəkildə qarşısı alına bilməyən sair fövqəladə hallar “MQS” MMC-in işində müəyyən fasilələr yarada bilər. Belə hallarda işin dayandırılması haqda qərar İdarə Heyəti sədrinn və ya onun müvəkkil etdiyi səlahiyyətli vəzifəli şəxsin sərəncamına əsasən yalnız həmin sərəncamda göstərilən strukturlar üzrə həyata keçirilir. Sərəncamda işin dayandırılması müddətləri (müəyyənləşdirilə bilərsə) göstərilir. 7.3.2 Aidiyyətli strukturlar işin dayandırılması haqda rəsmi formada xəbərdarlıq alırlar.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

32

7.3.3 İşin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.

VIII FƏSİL

SOSIAL YARDIMLAR: PROSEDURLAR və MÜDDƏTLƏR 8.1. ƏMƏK QABILIYYƏTININ İTİRILMƏSİ VƏ SAĞLAMLIĞIN QORUNMASI 8.1.1. Əgər iş vaxtı Sizin səhhətiniz kəskin şəkildə pisləşmişsə və iş yerini iş günü başa çatmadan tərk etmək məcburiyyətindəsinizsə, rəhbərinizi məlumatlandırmalı və rüxsət almalısınız. Bu fizioloji vəziyyətin, hamiləlik də daxil olmaqla, digər uzun sürən dəyişikliklərinə də aiddir. 8.1.2. İş yerində işçinin kəskin xəstələnməsi, xroniki xəstəlik nəticəsində səhhətinin pisləşməsi, zədə alması və ya tibbi yardım tələb edilən digər hallarda dərhal rəhbər və tibb məntəqəsi bu barədə məlumatlandırılmalı, eyni zamanda, müvafiq tədbir görülməsi məqsədilə müvafiq sığorta şirkəti sığorta hadisəsinin baş verməsi barədə xəbərdar edilməli və zərurət müqabilində təcili yardım tələb olunmalıdır. İmkan dairəsində, işçinin yaxın qohumlarına da bu barədə xəbər verilməlidir. 8.1.3. Tibbi yardıma ehtiyacı olan işçinin tibb müəssisəsinə aparılmasına yalnız təcili yardım avtomobilində pesəkar həkim nəzarəti altında yol verilir. Müstəsna hallarda bu məqsədlər üçün “MQS” MMC-in nəqliyyat vasitəsindən istifadə edilə bilər. Bu zaman “MQS” MMC-in tibbi personalı işçini müşaiyət etməlidir. İşçinin “MQS” MMC-in digər əməkdaşının müşaiyəti ilə kənar nəqliyyat vasitəsində aparılması yolverilməzdir. 8.1.4. “MQS” MMC-in işçisi xəstəlik səbəbindən işə çıxa bilmədikdə aşağıdakı məlumatlandırma proseduruna əməl etməlidir: Rəhbərini və ya uyğunluğa nəzarət işçisini əmək qabiliyyətinin müvəqqəti

itirilməsi faktı barədə məlumatlandırmaq; İmkanları daxilində xəstəlik və sağalmanın təxmini gözlənilən müddəti barədə

məlumat vermək; İşdə olmayacağı müddət ərzində olduğu yerin ünvanı və telefon nömrəsini (əgər

yataq rejimində öz evində deyildirsə) çatdırmaq; Xəstəlikdən sonra işə çıxdığı ilk gün rəhbərinə ətraflı məlumat vermək; Əmək qabiliyyətinin itirildiyi bütün dövr üçün təsdiqlənmiş xəstəlik vərəqəsi

(bülleten) təqdim etmək;

8.1.5. Əmək qabiliyyətinin itirilməsinin hər bir ayrıca halı müvafiq xəstəlik vərəqəsi (bülleten) ilə təsdiq edilməlidir. Müvafiq tibb müəssisəsinin işçinin işə çıxması barədə qeydiyyatı olan təsdiqlənmiş xəstəlik vərəqəsinin təqdim edilməsi işçinin öz vəzifə öhdəliklərini yerinə yetirmək iqtidarında olduğunu bildirir. Əks halda bu, iş yerində üzürsüz olmamaq (absentizm) kimi qiymətləndiriləcəkdir. 8.1.6. İşçinin xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətini müvəqqəti itirdiyi bütün dövr üçün qanunvericiliklə müəyyənləşdirilmiş məbləğdə və qaydada əmək haqqı saxlanılır. 8.1.7. “MQS” MMC işçidən onun tərəfindən müəyyənləşdirilmiş tibb müəssisələrində əlavə müayinə keçməsini tələb etmək hüququnu təsbit edir. 8.1.8. İşçi fasiləsiz olaraq əmək qabiliyyətini 6 aydan çox müddətə itirərsə, “MQS” MMC-in işçi ilə bağlanmış Əmək müqaviləsinə xitam vermək hüququ əmələ gəlir. 8.1.9. İşçilər ailə vəziyyəti ilə bağlı və ya digər fövqəladə hallarda ödənişli məzuniyyət

günlərindən də istifadə edə bilərlər.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

33

8.2. MADDİ YARDIMLAR 8.2.1. “MQS” MMC-in işçilərinə hər iş günü pulsuz nahar verilir. 8.2.2. “MQS” MMC-in işçisi vəfat etdikdə, onun ailə üzvlərinə mərhumun orta aylıq əmək haqqının üç misli miqdarında müavinət verilir. 8.2.3. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində “MQS” MMC-in tam və ya qismən təqsiri olarsa, şikət həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmaqla ödəyir (Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada “MQS” MMC tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur). 8.2.4. Rəhbərliyin mülahizəsinə əsasən müxtəlif hallarda digər maddi yardımlar da edilə bilər. 8.2.5. Qaydaların bu maddəsində nəzərdə tutulan bütün ödənişlər ödənişi əhatə edən dövr üzrə işçilərin son vəzifə maaşına əsasən hesablanır. 8.3. TİBBİ SIĞORTA 8.3.1. “MQS” MMC öz işçilərini hər il yeniləşdirilən tibbi sığorta paketi ilə təmin edir. 8.3.2. “MQS” MMC-in işçiləri peşə kateqoriyasına və vəzifə maaşına uyğun olaraq müvafiq sığorta proqramı əsasında sığortalanır (məbləğlər dəyişkəndir). 8.3.3. Sığorta proqramına uyğun olaraq tibbi xidmətlər sığorta şirkətinin tibbi xidmət barədə müqavilə bağladığı tibb müəssisələri tərəfindən ödənişsiz təmin edilir. Bu xidmətlər aşağıdakılar əhatə edir: 8.3.3.1. Stasionar şəraitdə tibbi xidmət; 8.3.3.2. Ambulator-poliklinika xidmətləri; 8.3.3.3. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri; 8.3.4. Tibbi sığorta hadisəsi baş verdiyi zaman işçi telefon vasitəsilə siğorta şirkətinin dispetçerinə ya da sığorta müqaviləsinə qoşulan siyahı üzrə tibb müəssisələrindən birinə müraciət edə bilər. Telefonlar sığorta müqavilələrinin saxlandığı mühasibat bölməsindən və ya İR departamentindən alına bilər.

IX FƏSİL

ƏMƏK HAQQI VƏ DİGƏR ÖDƏMƏLƏR 9.1. VƏZIFƏ MAAŞI / BAZA ƏMƏK HAQQI 9.1.1. Müvafiq iş vaxtı ərzində Əmək müqaviləsi ilə müəyyənləşdirilimiş və yerinə yetirilmiş funksiyaların kəmiyyətinə və keyfiyyətinə görə “MQS” MMC tərəfindən işçiyə pul formasında əmək haqqı/vəzifə maaşı ödənilir. 9.1.2. “MQS” MMC-in bu sahədə siyasəti işçilərin əmək haqlarının onların gördükləri işlərin fərdi qiymətləndirilməsi əsasında ədalətli və düzgün hesablanması və ödənilməsindən ibarətdir. Bu məqsədlə “MQS” MMC-in işçilərinə mövcud qanunvericiliyə tam uyğun şəkildə, “MQS” MMC-in bərabər imkanlar təmin edilməsi prinsipinə sadiqliyini əks etdirən və mövcud əmək bazarında rəqabətədavamlı əmək

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

34

haqları ödənilməkdədir. “MQS” MMC əmək haqlarıma vaxtaşırı yenidən baxaraq onları mövcud şəraitə uyğunlaşdırır. . 9.1.3. “MQS” MMC istedadlı işçilərin cəlb edilməsinin və kadr axınının qarşısının alınmasının ümumi işimizin uğuru üçün çox önəmli amil olduğunu dərk edərək, əməkdaşlarına onların vəzifələri üzrə qoyulmuş tələblərə və daşıdıqları məsuliyyətə uyğun gələn və ölkədə fəaliyyət göstərən digər müəssisələrdə analoji vəzifələrdə çalışan şəxslərin aldıqları əmək haqları ilə müqayisə edilə biləcək əmək haqqı ödənilməsinə çalışır. 9.1.4. Vəzifə maaşı müxtəlif amillər, o cümlədən, vəzifələrin müvafiq ünsürlər üzrə təhlili və qiymətləndirilməsi, vəzifə üzrə məsuliyyət, əsas öhdəlik və funksiyalar, digər təşkilatların iştirakı ilə keçirilmiş əmək haqqı sorğusunun məlumatları nəzərə alınmaqla, fəaliyyətin nəticələrinə əsasən müəyyənləşdirilir. 9.1.5. Stimullaşdırıcı mükafatlar ““MQS” MMC” MMCın fəaliyyətinin maliyyə nəticələri və ümumi gəlirliliyinə, eləcə də, hər bir işçinin ““MQS” MMC” MMCa verdiyi fayda və ““MQS” MMC” MMC qarşısında xüsusi xidmətlərinə istinadən müəyyənləşdirilir. 9.1.6. Aylıq əmək haqqı hər işçiyə Əmək Müqavilələrində müəyyən olunduğu kimi, lakin tutulacaq məbləğlərin çıxılması şərtilə, ödənilir. 9.1.7. Vəzifə maaşları “MQS” MMC-in maliyyə durumundan, fəaliyyət nəticələrindən, eləcə də, ümumi iqtisadi vəziyyətdən və ölkə üzrə gəlirlərin səviyyəsindən asılı olaraq, o cümlədən, aşağıda göstərilən hallarda azaldıla və ya artırıla bilər: 9.1.7.1. İşçiyə həvalə olunmuş vəzifə öhdəliklərinin və iş yükünün çoxalması və ya azalması halında (əmək şəraitinin dəyişməsi səbəbindən yeni müqavilə bağlanması yolu ilə); 9.1.7.2. İldə bir dəfə “MQS” MMC tərəfindən yenidən baxılması halında; 9.1.7.3. İşçinin “MQS” MMC-ə gətirdiyi dəyərə/mənfəətə və ya “MQS” MMC qarşısında digər əhəmiyyətli xidmətlərinə görə; 9.1.7.4. İşçinin intizamı tez-tez və ya kobud pozduğu, xidmətinin, işinin keyfiyyəti pisləşdiyi halda (intizam tənbehinin tətbiqinə əlavə olaraq). Əgər bu, intizam tənbehinə əlavə tədbir kimi həyata keçirilərsə, ən azı 3 (üç) aydan sonra müsbət nəticələr əldə edilən təqdirdə əvvəlki maaş bərpa oluna bilər; 9.1.7.5. işçinin vəzifəsi dəyişmədən ixtisası və kateqoriyası artdığı halda. 9.1.8. Vəzifə maaşına artımların müəyyənləşdirilməsi işçinin daxili qaydalara, icra intizamına riayət etməsi, Vəzifə təlimatı üzrə öhdəliklərinin icrası keyfiyyətinin müəyyənləşdirilmiş standartlara hansı dərəcədə cavab verməsi, qoyulmuş hədəflərə hansı səviyyədə nail olmasının, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi əsasında həyata keçirilir. 9.1.9. Vəzifə maaşlarına artımlar mövcud şəraitə istinadən həyata keçirilsə də, “MQS” MMC onların həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq miqdarda olmasına zəmanət vermir. 9.1.10. İşçilər əmək haqqı və onun ödəmələri barədə onları maraqlandıran və narahat edən suallarla işlədikləri struktur bölmənin rəhbərlərinə, İnsan resursları departamentinə və mühasibat bölməsinə müraciət edə bilərlər. 9.2. ƏMƏK HAQQINA ƏLAVƏ ÖDƏNIŞLƏR 9.2.1. İşçi müəyyən edilmiş iş vaxtı ərzində eyni zamanda Əmək müqaviləsi ilə nəzərdə tutulmuş öz vəzifə funksiyaları ilə yanaşı digər vəzifələr üzrə əmək funksiyalarını tam və ya qismən icra etdikdə onun əməyi daha yüksək vəzifə maaşları səviyyəsində hesablanır və onun əmək haqqına əlavələr ödənilir.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

35

9.2.2. İşə çıxmayan işçini müvəqqəti əvəz edən əməkdaşın maaşlar arasındakı fərqin ödənilməsini, əvəz edilənin maaşı onun maaşından az və ya buna bərabər olduqda isə öz maaşına əlavə ödənilməsini tələb etmək hüququ vardır. 9.2.3. Müəyyən səbəbdən 15 (on beş) gündən çox müddətdə yerində olmayan işçinin əmək funksiyasının başqa işçi tərəfindən icrasına (müavinlikdən başqa) tərəflərin razılığı ilə yol verilir. 9.3. ƏMƏK HAQQININ SAXLANMASI Yeni məhsullarının buraxılışının / xidmətlərinin göstərilməsinin / layihələrin icrasının başlandığı gündən onların tam tənzimlənərək mənimsənildiyi vaxtadək məhsuldarlığın düşməsi qeydə alınarsa və bu əmək haqlarının miqdarının azalmasına səbəb olarsa, işçilərin əvvəlki orta əmək haqqı saxlanılır. Bu halda əmək haqqının saxlandığı dövrün müddəti və onun tətbiq edildiyi işçilərin dairəsi İdarə Heyəti tərəfindən müəyyən edilir. 9.4. ÖDƏNİŞLƏR 9.4.1. Əmək haqları aylıq olaraq ödənilir və işçinin fərdi ““MQS” MMC” MMC hesabına köçürülür. Hər bir işçi işdə, ezamiiyyətdə və yaxud məzuniyyətdə olmasından asılı olmayaraq, əmək haqqını plastik ““MQS” MMC” MMC kartı vasitəsilə əldə etmək imkanına malikdir. 9.4.2. Aylıq əmək haqqı hər ayın sonunda, adətən hər ayın 20-si ödənilir. Əgər həmin gün həftəsonuna, yaxud bayram gününə (qeyri-iş günləri) təsadüf edərsə, o zaman əmək haqlarının ödənilməsi ilk sonrakı iş günü həyata keçirilir. 9.4.3. “MQS” MMC, heç bir halda, istər nağd, istərsə də köçürmə yolu ilə vaxtından əvvəl əmək haqqı ödənişlərini həyata keçirmir, belə ki, əmək haqqı fondu hesabına bu cür ödənişlər işçilərə fərdi borc verilməsi kimi başa düşülür və “MQS” MMC ilə işçi arasında belə münasibətlərə yol verilmir. Yalnız dəfn mərasiminə yardım istisna hal olaraq nəzərdən keçirilə bilər. 9.4.4. Yeni işçiyə, müvafiq formanı doldurduqdan sonra, ayın sonunadək fərdi ““MQS” MMC” MMC hesabı açılır və plastik kart təqdim edilir. Əgər onun işə başlaması ayın son həftəsinə təsadüf etmişdirsə bu növbəti aya keçirilə bilər. 9.4.5. Əmək haqları odənilərkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir vergisinin, Dovlət Sosial Müdafiə Fonduna ayırmaların və məbləğləri əmək haqqı məbləğindən tutulur. 9.4.6. Əmək haqqının hesablanmasında səhvə yol verilməsi halları istisna olmaqla, işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ-hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən, eləcə də, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlər işçidən tutula bilməz. 9.4.7. “MQS” MMC işçilərin öz əmək haqlarını düzgün və müəyyən edilmiş vaxtda almaları məqsədilə bütün gərəkli tədbirləri görməkdədir. Ödənişlərin məbləğində səhv aşkar edildiyi halda, müvafiq düzəlişlərin tez bir zamanda aparılması üçün, məbləğ fərqi barədə dərhal Mühasibat bölməsinə bildirilməlidir.

9.5. TƏCHIZAT XƏRCLƏRI 9.5.1. “MQS” MMC-də təchizat mərkəzləşdirilmiş formada, əvvəlcədən rəhbərliyə təqdim edilən və müvafiq razılaşdırmalardan sonra tələbnamələr əsasında ixtisaslı personal vasitəsilə həyata keçirilir. 9.5.2. Vəzifə öhdəliklərinə təchizat məsələləri daxil edilməyən hər hansı işçi qabaqcadan yazılı/şifahi göstəriş və ya razılıq olmadan “MQS” MMC-i üçüncü şəxslər

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

36

qarşısında təmsil etmək, “MQS” MMC-in və ya öz adından vəsait xərcləyərək “MQS” MMC-in adına əmlak əldə etmək və bununla da “MQS” MMC-i hər hansı bir öhdəliklə özünün və yaxud üçüncü şəxslər qarşısında yüklü etmək hüququna malik deyildir.

X FƏSİL İŞ STAJI

10.1. İşçilərin “MQS” MMC-dəki iş stajı iş illərinə uyğun olaraq hesablanır. 10.2. İşçinin iş ili onun işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.

XI FƏSİL ƏMƏK VƏ İCRA İNTİZAMI, ETİKET

11.1. NİZAM-İNTİZAM 11.1.1. Daxili intizam qaydalarının təsbit edilməsindən əsas məqsəd iş yerində məqbul sayıla bilməyən davranışa görə qərəzsiz və adekvat intizam tənbehinin tətbiqi sahəsində “MQS” MMC-in mövqeinin göstərilməsidir. Bununla bərabər “MQS” MMC bir daha vurğulayır ki, bütün səviyyələrdə ən yaxşı intizam tədbiri məcburiyyətə yer qoymayan düşünülmüş rəhbərlik və ədalətli idarəçilikdən ibarətdir. 11.1.2. Daxili intizam qaydalarının tətbiqində “MQS” MMC-in mənafei ondan ibarətdir ki, intizam tənbehləri bütün səviyyələrdə bütün işçilər barəsində eyni dərəcədə dolğun və ləngidilmədən tətbiq edilsin. İşçilərə vəzifə öhdəliklərini icra etməyə maneə törədən və onların əhvali-ruhiyyəsinə və ya “MQS” MMC-in biznesinə mənfi təsir edən hər hansı bir davranış və rəftar inzibati tənbeh üçün əsasdır. 11.1.3. Hər bir intizam tənbehinin tətbiqindən məqsəd əməkdaşın cəzalandırılması yox, mövcud problemin aradan qaldırılması, analoji halların gələcəkdə əmələ gəlməsinin qarşısının alınması və işçinin sonrakı fəaliyyətinin düzgün istiqamətə yönəldilməsidir. Adi halda, intizam tənbehinin tətbiqindən öncə onun üçün əsas olmuş səbəb işçi ilə müzakirə edilməli və vəziyyətin sağlamlaşdırılması məqsədilə görüləcək bütün lazımi tədbirlər müəyyənləşdirilməlidir. 11.1.4. Işçinin davranışında intizam tənbehinin tətbiqinə səbəb ola biləcək qeyri-məqbul halların hamısının təsviri verilərək siyahıya alınması mümkün olmasa da, aşağıda göstərilən davranış tərzləri, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də daxil olmaqla, intizam tənbehinin tətbiqi üçün əsas ola bilər: ♦ Alkohollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş

vəziyyətdə işə gəlmək, yaxud onları iş yerinə gətirmək, habelə işə gələndən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmaq və belə vəziyyətdə “MQS” MMC-in avadanlığından istifadə etmək və ya “MQS” MMC-in texnikasını idarə etmək;

♦ Əmək fəaliyyəti zamanı təqsirli hərəkətləri(hərəkətsizliyi), yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənə, müəssisəyə və ya mülkiyyətçiyə maddi ziyan vurmaq yaxud onun/onların mənafeyinə ciddi xələl gətirmək;

♦ Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirmək;

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

37

♦ Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmək;

♦ Istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanması üzrə öhdəliklərin yerinə yetirilməməsi;

♦ “MQS” MMC-in əmlakının oğurlanması, müvafiq qaydada razılaşdırılmadan və sanksiyalaşdırılmadan kənara daşınması və ya hər hansı digər formada mənimsənilməsi;

♦ Əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, 6 (altı) ay ərzində təkrarən əmək funksiyasını pozması;

♦ Iş vaxtı ərzində bilavasitə iş yerində inzibati hüquqpozmalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi;

♦ Hər hansı bir məlumatın saxtalaşdırılması; ♦ Iş yerində dava salmaq, savaşmaq və ya zor işlətmək, söyüş söymək və başqa

təhqiramiz ifadələr demək, digər işçilərin ləyaqətini hər hansı bir formada alçaltmaq; ♦ Işçilər arasında söz gəzdirmək, təfriqə salmaq, intriqalar aparmaq və s. xoşagəlməz,

etikadan uzaq davranış və ya rəftar; ♦ Yüksək tonda uca səslə danışmaq, qışqırıqlarla müşaiyət edilən həddən ziyadə

həyəcanlı və əsəbi rəftar, əməkdaşları işdən yayındıran destruktiv və ya kobud davranış;

♦ Subordinasiyanın pozulması və digər hörmətsizlik halları; ♦ Qadağan olunmuş yerlərdə siqaret çəkmək; ♦ Cinsi və ya hər hansı digər qanunsuz yaxud arzuolunmaz təzyiq; ♦ İş yerinə partlayıcı, radioaktiv, zəhərli və digər təhlükəli maddələrin, o cümlədən,

sanksiyalaşdırılmamış odlu və ya soyuq silahın və sursatın gətirilməsi; ♦ “MQS” MMC-in mülkiyyəti olan telefonlardan, elektron və adi poçt sistemlərindən və

digər kommunikasiya və nəqliyyat vasitələri, avadanlıqdan təyinatından kənar məqsədlər üçün və ya sanksiyalaşdırılmamış istifadə, İT təhlükəsizliyi və İnternetdən istifadə prosedurlarının və standartlarının pozulması;

♦ “MQS” MMC-in fəaliyyəti və bilavasitə öz vəzifə öhdəlikləri ilə əlaqədar olmayan kommersiya fəaliyyəti, siyasi və ya dini təbliğat və təşviqatla və yaxud işə aidiyyəti olmayan kənar fəaliyyətlə məşğul olduqda;

♦ Rəhbərliyin sərəncamını vaxtında və lazımi ketfiyyətlə yerinə yetirmədikdə, icra intizamını pozduqda;

♦ Vəzifə təlimatının tələblərinə əməl etmədikdə və ya onları pozduqda, Vəzifə təlimatı ilə müəyyənləşdirilmiş öhdəliklərini yerinə yetirə bilmədikdə;

♦ “MQS” MMC-ə ziyan vuran digər hərəkətlərə yol verdikdə. 11.1.5. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda “MQS” MMC-in rəhbərliyi ona aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər: • töhmət vermək; • sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; • işdən kənarlaşdırma; • əmək müqaviləsini qanunvericiliyə müvafiq olaraq ləğv etmək. 11.1.6. Qaydaların 11.5-ci bəndində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

38

11.1.7. İntizam tənbehi verilməmişdən əvvəl işçidən yazılı izahatın verilməsi tələb edilir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 11.1.8. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 11.1.9. İntizam xətasının törədildiyi gündən 6 (altı) ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. “MQS” MMC-in maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. 11.1.10. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə yalnız işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə, həmçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 11.1.11. İntizam tənbehi İdarə Heyəti sədrinin (filial və nümayəndəliklərdə filial müdiri və nümayəndəliyin rəhbərinin) əmri ilə verilir. İşçi həmin əmrlə tanış edilir və onun tələbi ilə əmrin surəti ona təqdim olunur. 11.1.12. İntizam tənbehi verilən gündən 6 (altı) ay müddətində qüvvədə olur. 11.1.13. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, daxili əmək və intizam qaydalarını pozmazsa intizam tənbehi İdarə Heyəti sədrinin əmri ilə işdə fərqləndirilmə qaydasında vaxtından əvvəl ləğv edilə bilər. 11.2. ETİK DAVRANIŞ 11.2.1. “MQS” MMC işçilərin bir-birinə hörmət bəslədiyi və bir-birilə nəzakətlə rəftar etdiyi iş mühitinin yaradılmasını və saxlanmasını öz əsas məqsədlərindən biri hesab edir. Elə hallar ola bilər ki, işçi, özü də axıradək dərk etmədən, qeyri-iradi olaraq başqalarına qıcıqlandırıcı təsir edən və işdən yayındıran, bununla da ümumi mənafeyə zərər vura biləcək hərəkətlərə yaxud rəftara yol versin. Gündəlik yarana biləcək belə halların böyük əksəriyyəti nəzakətlə işçiyə müraciət edərək onun diqqətini mövcud problemə yönəltməklə həll edilə bilər. Əksər hallarda bu cür problemlərin aradan qaldırılması yollarını sağlam düşüncənin özü göstərir. “MQS” MMC bütün işçilərdə sağlam tənqidə açıq olan təfəkkürü alqışlayır, bunu dəstəkləyir və hər bir işçini başqalarına mane ola biləcək, insanların diqqəti cəmləşdirərək məhsuldar işləmək qabiliyyətinə neqativ təsir edə biləcək davranışı dəyişmək haqda müraciət və xahişləri rəğbətlə qarşılamağa çağırır. 11.2.2. Bütün arzuolunmaz rəftar nümunələrinin siyahıya alınması mümkün olmasa da, aşağıda göstərilən davranış formalarına riayət tövsiyə olunur. Lakin hətta əgər işçinin hərəkətləri həmin müddəalar çərçivəsindən kənara çıxsa da belə, bu “Təlimat Kitabçası”nın 11.1-ci maddəsinin tələblərindən fərqli olaraq, intizam tənbehinin tətbiqi üçün əsas ola bilməz. Bunlar, daha çox, iş yerində müvafiq şəraitdə işçinin daha şüurlu olması və mümkün münaqişələrin qarşısının alınması məqsədilə tövsiyə olunan qaydalardır:

Işçiyə başqalarının yanında irad tutulmamalı və o kəskin şəkildə tənqid edilməməməlidir. İşçi ilə ya təklikdə danışılmalı ya da onun birbaşa rəhbərinə müraciət edilməlidir;

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

39

Digər işçilərin iş yerinə, otağına və ya kabinetinə getmək əvəzinə, mümkün olduqca, onunla telefon və ya e-mail vasitəsilə əlaqə saxlanmasına üstünlük verilməlidir;

Danışarkən səsin yüksək tonda olamamasına fikir verilməli, mükalimələrdə, söhbətlərdə, o cümlədən telefonla, mümkün qədər aşağı səslə danışmağa səy göstərilməlidir;

Ünsiyyət minimum həddə olmalı və şəxsi şöhbətlər qısa zaman ərzində və heç kəsə mane ola bilməyəcək yerlərdə və tərzdə aparılmalıdır. Otaqların astanasında, pilləkənlərdə, dəhlizlərdə ixtilata girərək gediş-gəliş yollarını qapamaq olmaz;

Söhbət əsnasında başqalarının eşidə biləcəyi kəskin ifadələr işlədilməməlidir; Şəxsi həyata aid olan məsələlər aidiyyəti olmayan şəxslərin, toplumun

müzakirəsinə çıxarılmamalıdır; Mobil telefonların, kompüterlərin və d. elektron cihazların səsinin zəruri minimal

səviyyədə saxlanmasına daim nəzarət edilməlidir; Hər bir işçi öz iş yerini və ətrafını təmiz və səliqəli saxlamalı, sənədlər və tullantı

kağızlar yığışdırılmalıdır .

11.3. PROBLEM ÇÖZÜMÜ 11.3.1. “MQS” MMC öz işçiləri üçün mümkün olan ən yaxşı əmək şəraiti yaradılması məqsədilə bütün tədbirləri görür. Bu tədbirlərdən biri də hər bir problemin, şikayətin, təklifin və ya sualın bütün səviyyələrdən olan rəhbərlər tərəfindən tez bir zaman ərzində həll olunmasını təmin edən açıq və səmimi işgüzarlıq ab-havasının yaradılmasıdır. 11.3.2. “MQS” MMC bütün işçilərilə ədalətli və vicdanlı rəftar prinsipinə sadiqdir və işçilərldən, o cümlədən rəhbər işçilərdən qarşılıqlı hörmət əsasında davranış gözləyir. Pozitiv və konstruktiv tənqid alqışlanır. 11.3.3. Əgər işçi “MQS” MMC-in mövcud qaydaları, prosedurları, yürütdüyü siyasət, bu və ya digər sahədə formalaşmış təcrübə baxımından hər hansı bir müddəa və ya təzahür ilə razılaşmırsa və yaxud həmin müddəa digərləri ilə müqayisədə onun hüquqlarını məhdudlaşdırırsa və hər hansı bir əlamət əsasında ayrı-seçkiliyə səbəb olursa, müvafiq prosedurları gözləməklə öz narazılığını ifadə edə bilər. Düşünülmüş, əsaslandırılmış və işgüzar şəkildə qaldırılmış hər hansı belə bir məsələ və ya verilmiş şikayətə görə işçinin rəsmi yaxud qeyri-rəsmi formada intizam tənbehinə yaxud digər təzyiqlərə məruz qalmayacağına tam zəmanət verilir. 11.3.4. Işçilər öz şikayət və təkliflərini, onları narahat edən məsələlər barədə mülahizələrini anonim şəkildə də təqdim edə bilərlər. Bu zaman anonimliyin təmin ediləcəyinə tam zəmanət verilir. 11.3.5. İşçilərə bilavasitə aidiyyəti olan və onların əmək şəraitinə, karyerasına, əmək haqlarına birbaşa təsir göstərən qərarların qəbul edilməsi zamanı ədalət, bərabərlik və qərəzsizlik prinsiplərinin pozulduğuna, ayrı-seçkiliyə yaxud proteksionizmə yol verildiyinə əmin olan işçi bu “Təlimat”ın III fəslinin müddəalarından istifadə edərək aşağıda göstərilən proseduranı başlaya bilər: 11.3.5.1. Əmək fəaliyyəti ilə bağlı problem, sual və ya şikayəti olan işçi əvvəlcə adi iş qaydasında öz birbaşa rəhbərinə yazılı və ya şifahi müraciət edir. Adətən, məhz bu səviyyədə məsələnin tez və sadə həlli tapıla bilər. 11.3.5.2. Birbaşa rəhbər məzuniyyətdə, ezamiyyətdə ya da əmək qabiliyyətini müvəqqəti itirmiş olarsa, yaxud işçi bu barədə birbaşa rəhbərinə müraciət etməyi lazım bilməzsə, İnsan resursları, Hüquq və Uyğunluğa nəzarət bölmələri, Baş Direktora və yaxud da onun müavinlərinə müraciət edə bilər.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

40

11.3.5.3. Birbaşa rəhbər müraciətə dərhal cavab verməli və səlahiyyətləri daxilində problemi həll etməlidir. Məsələnin həlli əlavə araşdırma tələb edərsə, eləcə də, müraciətin cavablandırılması və problemin çözümü onun səlahiyyətləri xaricində olarsa, 5 (beş) iş günü ərzində Hüquq və ya Uyğunluğa nəzarət bölmələri və yaxud İnsan resurları departamentinə müraciət edilməli və problemin çözüm yolları araşdırılmalıdır. 11.3.5.4. Məsələnin həll edilməsi üçün müvafiq səviyyədə qərar verilməsi məqsədilə İnsan resursları departamenti və Hüquq və Uyğunluğa nəzarət bölmələri işçini məsələnin həll edilməsinə səlahiyyəti olan vəzifəli şəxsə yönəldir və 10 iş günü müddətində araşdırma apararaq öz təkliflərini təqdim edirlər. 11.3.5.5. İşçi onu narahat edən məsələni və bu yaxud digər qərar barədə etirazlarını yazılı formada təqdim etməlidir. Yazılı müraciət düşünülmüş və əsaslı olmalı və bütün mümkün sənəd və dəlillərlə müşaiyət edilməlidir. 11.3.5.6. Problemin normativ və ya institusional qaydada həllinə zərurət yarandıqda məsələ müvafiq vəzifəli şəxs tərəfindən İH-nin müzakirəsinə çıxarıla bilər. 11.3.5.7. Şikayətçiyə qəbul edilmiş qərar barəsində 30 iş günü ərzində yazılı məlumat çatdırılır. 11.3.6. “MQS” MMC rəhbərliyi bütün problemlərin hamını qane edəcək həllinin olmadığının işçilər tərəfindən anlaşıldığına ümid bəslədiyini bildirərək bir daha vurğulayır ki, rəhbərlik və işçilər arasında səmimiyyət və qarşılıqlı inam olması üçün bütün mövcud və meydana çıxan problemlərin müzakirələr və qarşılıqlı anlaşma yolu ilə həll edilməsinin tərəfdarıdır. Bu hər kəsin sabahkı günə əminliyinin artması, işindən məmnun qalması və “MQS” MMC kimi şaxələnmiş bir şirkətin effektiv, ahəngdar və işlək fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən bir amildir.

XII FƏSİL

EZAMİYYƏTLƏR 12.1. ÜMUMİ QAYDALAR 12.1.1. Ezamyyə səfəri, bütovlükdə, xidməti ehtiyaclara və məqsədlərə uyğun planlaşdırılmalı, müvafiq departament direktoru/filial müdiri və kuratorla razılaşdırılmalıdır. 12.1.2. “MQS” MMC xüsusi tapşırıqların yerinə yetirilməsi məqsədilə işçinin adi iş yerindən uzağa ezamiyyətə getdiyi zaman çəkdiyi xərclərin qanunvericiliyə uyğun olaraq ödənilməsinə tam zəmanət verir. 12.1.3. Bütün ezamiyyə səfərləri müvafiq struktur bölmənin kurasiyasını həyata keçirən İH sədrinn müavininin razılığı və “MQS” MMC-in İdarə Heyəti sədrinin əmri ilə olmalıdır. “MQS” MMC-in işçiləri işləri elə təşkil etməlidirlər ki, mümkün olduqca lazımsız səfərlərdən çəkinsinlər və ezamiyyət xərclərini azaldıb minimuma çatdırsınlar. Bütün səfərlər qənaətlə və sərfəli təşkil ediməlidir. 12.1.4. Telefon hesabının böyük məbləğli ödəmələri olmaması üçün ezam olunan işçilər rabitəyə sərf edilən xərclərə nəzarət etməli, e-mail-dən, telefon kartlarından və digər vasitələrdən maksimum istifadə etməlidirlər. 12.1.5. Ezam olunan işçilər şirkətin ezamiyyətlərə dair qayda və proseduralarına əməl etməlidirlər. 12.1.6. İşçi ezamiyyətdə olarkən xərclər rasional hədlərdə saxlanmalı və ezamiyyə məqsədləri yerinə yetirilərkən rentabellik tələbləri gözlənməlidir. 12.1.7. Respublika daxilində bütün ezamiyyə səfərlərinin yerüstü nəqliyyatla həyata keçirilməsi məqsədəuyğundur.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

41

12.1.8. Ölkədən kənara ezamiyyə səfəri müvafiq qaydada təsdiq edilmiş işçi getdiyi ölkənin səfirliyində, əvvəlcədən, gərəkən vizaları almalı, mehmanxana sifarişi etməli və bütün digər zəruri rəsmiləşdirmələri həyata keçirməlidir. 12.1.9. Təyyarə biletlərinin və vizaların alınmasında yardım məqsədilə “MQS” MMC-in katibinə müvafiq müraciət edilə bilər. 12.1.10. Ezamiyyətə hazırlıq işləri görüləkən, o cümlədən, 12.1.5. və 12.1.6-cı maddələrdə nəzərdə tutulmuş hərəkətlər edilərkən “görünməyən əlavə xərclər”in ödənilməsinə yol verilmir. 12.1.11. Ezamiyyətdə olarkən işçilərin sanatoriya-kurort və lüks tipli mehmanxanalara düşməsinə yol verilmir. Otellər biznes sinif olmalıdır. Adi standart 1 (bir) nəfərlik otaqlar sifariş edilməlidir. Qidalanmada, ölkədaxili yerli nəqliyyatdan, kommunikasiya vasitələrindən istifadədə və asudə vaxtın keçirilməsində etidal prinsipləri nəzərə alınmalı və israfçılığa yol verilməməlidir. Ezamiyyə məqsədlərinə qulluq etməyən və qeyri-adi məsrəflər ödənilmir (məs: limuzindən, masaj xidmətlərindən, delikates yeməklərdən, içkilərdən istifadə xərcləri ödənməyən izafi xərclərdir). 12.1.12. İşçilərə rabitə vasitələrindən istifadədə xüsusilə diqqətli olmaq tövsiyə olunur. Mehmanxanaların bahalı kommunikasiya xidmətlərindən deyil, imkan dairəsində ““MQS” MMC” MMCa məxsus rabitə vasitələrindən, elektron poçtdan, telefon kartlarından və s. istifadə məsləhət görülür. 12.1.13. Ezamiyyətə gedən şəxslərin tibbi sığortası işçilərin tibbi sığorta proqramı çərçivəsində təmin olunur. 12.1.14. Ezamiyyətdə olarkən qəzaya uğramış işçi bu barədə dərhal öz birbaşa rəhbərini məlumatlandırmalıdır. 12.1.15. Ezamiyyə xərclərinə dair hesabat 15 təqvim günü ərzində müvafiq departament direktoru tərəfindən təsdiq edilmiş şəkildə ““MQS” MMC” MMCın Maliyyə menecmenti departamentinə təqdim edilməlidir. Hesabata işçinin ezamiyyətdə olduğu müddət ərzində çəkdiyi bütün xərcləri təsdiq edən ilkin maliyyə sənədləri tikilməlidir. 12.1.16. Əvvəlcədən razılaşdırmaq şərtilə və əgər bu, ezamiyyə məqsədlərinin müvəffəqiyyətlə yerinə yetirilməsinə mane olmursa, ezamiyyə səfərində işçini onun ailə üzvü və yaxud dostu müşaiyət edə bilər. Bir qayda olaraq, müvafiq qaydada təsdiq edilmişsə və xidməti məqsədlərə uyğundursa, işçinin xidməti məqsədlər üçün ezamiyyə səfəri ilə şəxsi məqsədlər üçün səfərini birləşdirməyə yol verilir. Bu zaman çəkiləcək əlavə məsrəflər işçinin öz hesabına aid edilir. Eyni zamanda, işçini səfər zamanı ailə üzvü və ya dostu müşaiyət edərsə, həmin şəxslərə çəkiləcək bütün xərclər, istisnasız olaraq, işçinin üzərinə düşür. 12.1.17. Xidməti ezamiyyətdə olarkən təmsilçilik xərcləri, rəsmi qaydada müvafiq səlahiyyətlər verilmiş işçi tərəfindən çəkilmişdirsə, ezamiyyətin məqsədlərinə çatmağa xidmət edirsə, yüksək əxlaqi davranış normalarına tam uyğundursa və ağlabatan hədləri aşmırsa, ödənilir. 12.1.18. Ezamiyyət qaydalarının pozulması, o cümlədən, ezamiyyə xərcləri haqda hesabatın saxtalaşdırılaraq ezamiyyə xərclərinin süni surətdə artırılması əmək müqaviləsinə xitam verilməsi tədbiri də daxil olmaqla intizam tənbehinin tətbiqi üçün əsasdır. 12.2. EZAMİYYƏ XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ 12.2.1. “MQS” MMC-in işçilərinin xidməti ezamiyyətləri ilə bağlı xərclərinin ödənilməsi ilə əlaqədar aşağıdakı limitlər müəyyənləşdirilmişdir: 12.2.1.1. İdarə Heyətinin sədri və üzvlərinin, İdarə Heyəti sədrinin müavininin xidməti ezamiyyətlə bağlı şəxsi xərcləri təqdim edilən hesabat sənədlərinin əsasında tam həcmdə ödənilir.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

42

12.2.1.2. Struktur bölmə rəhbərləri, filial müdiri/nümayəndəlik başçısı və digər işçilərin ezamiyyyə xərcləri Azərbaycan daxilində 30.00 man. həddində ödənilir. 12.2.1.3. Digər işçiırə ezamiyyyə xərcləri Azərbaycan daxilində 24.00 man. həddində ödənilir. 12.2.1.4. Mehmanzana və yemək təmin edilmir. 12.2.1.5. Gürcüstana ezam olunmuş işçilər üçün gündəlik qidalanma və gecələmə “MQS” MMC tərəfiNdən təmin olunur. Əlavə olaraq işçiyə 15.00 USD cib xərcliyi ödənilir. 12.2.2. Xidməti ezamiyyət zamanı şəxsi nəqliyyat vasitəsindən istifadə olunduqda

marşrut üzrə istifadə olunmuş yanacaq xərcləri (100 km-ə 10 l hesabı üzrə) təsdiqedici sənədlərin təqdim edilməsi faktı üzrə tam həcmdə ödənilə bilər.

XIII FƏSİL

İŞÇİLƏRİN İŞ YERLƏRİNİN ATTESTASİYASI 13. İŞ YERLƏRİNİN ATTESTASİYASI 13.1. “MQS” MMC Əməyin xarakterinin və şəraitinin dəyişməsi ilə əlaqədar olaraq, iş yerlərinin attestasiyasını həyata keçirir. 13.2. İş yerlərinin attestasiyasından məqsəd:

o əmək şəraiti, mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət edilməsinin təmin olunması, bu sahədə gələcək fəaliyyət üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;

o işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoya biləcək avadanlıqların istismarının dayandırlması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;

o işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə daxil edilməsi; o iş yerlərində işçilərin əmək şəraitinə qoyulan tələblərlə tanışlığının təmin

edilməsi; o əmək məhsuldarlığının və işin səmərəsinin artırılması, əməyin təşkilində ən

mütərəqqi üsulların, o cümlədən yeni texnika və texnologiyanın tətbiqi; o əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyənləşdirilməsi;

13.3. Yeni texnika və texnologiyaların tətbiqi, köklü struktur dəyişiklikləri və bunun əsasında əmək proseslərinin köklü surətdə dəyişdirilməsi (reengineering) zamanı iş yerinin attestasiyasının keçirilməsi mütləqdir. 13.4. İş yerlərinin attestasiyasının keçirilməsi məqsədilə “MQS” MMC-in İdarə Heyəti sədrinin əmri ilə attestasiya komissiyası yaradılır. Komissiyanın tərkibinə əməyin mühafizəsi və təşkili üzrə mütəxəssislər, SƏTƏM üzrə mütəxəssislər, hüquqşünaslar və İR idarə edilməsi üzrə mütəxəssislər daxil edilir. Attestasiya nəticələri müvafiq qaydada rəsmiləşdiririlir.

XIV FƏSİL ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK

14.1. Hər bir işçi “MQS” MMC-ə aid olan iş yerlərində insanların təhlükəsizliyinə səbəb ola biləcək yaxud onların səhhətinə mənfi təsir göstərə biləcək bu və ya digər

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

43

təhlükə / hadisə / şərait barədə dərhal öz birbaşa rəhbərinə məlumat verməlidir. “MQS” MMC-in heç bir işçisi təhlükəsizlik tələblərinə cavab verməyən və sağlamlığa mənfi təsir edə biləcək şəraitdə fəaliyyət göstərməməlidir. “MQS” MMC-ə aid bütün iş yerlərində, attestasiyadan keçirilməsindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş əməyin mühafizəsi və təhlükəsizliyi normalarına uyğunluq təmin edilməlidir. 14.2. İş yerində əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı şəraitin təkmilləşdirilməsi barədə işçilərin təklifləri alqışlanır. Təkliflərin rəhbərliyə çatdırılması üçün bütün vasitələrdən istifadə edilə bilər. Bunun təkliflə çıxış edən şəxs üçün hər hansı bir mənfi nəticəyə səbəb olmayacağına “MQS” MMC zəmanət verir. Bu qəbildən olan təkliflər anonim şəkildə də verilə bilər. 14.3. İşçi bütün təhlükəsizlik qaydalarına riayət etməli və təhlükəsiz davranmalıdır. Təhlükəsizlik qaydalarını pozan, iş yerində ətrafdakıların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlər yaradan, təhlükəli vəziyyətlər barədə rəhbərliyi məlumatlandırmayan, mümkün olduğu halda təhlükəni aradan qaldırmayan şəxslərə, əmək müqaviləsinə xitam verilməsi də daxil olmaqla intizam tənbehi tətbiq edilə bilər. 14.4. İş yerində qəza baş verdikdə, ağır və ya yüngüllüyündən asılı olmayaraq, işçilər bu barədə dərhal öz birbaşa rəhbərlərini məlumatlandırmalıdırlar. İşçilər, xəsarət çəkdikləri halda, bu “Təlimat kitabçası”nın 8.3.4-cü maddəsinin müddəalarına uyğun olaraq hərəkət edilməlidirlər. 14.5. İşçilər bədbəxt hadisələr, insanların sağlamlığına xəsarət yetirilməsi, əmlakın oğurlanması, itirilməsi və ya ona digər şəkildə ziyan vurulması və məsuliyyət əmələ gətirən digər halların qarşısını almaqda “MQS” MMC-ə yardım etməli və ilk növbədə aşağıdakı hallar barədə dərhal ierarxiya üzrə rəhbərliyə məlumat çatdırmalıdırlar: a) “MQS” MMC-in əmlakının oğurlanması, itirilməsi və ya əmlaka ziyan vurulması və ya əmlakın belə hallara məruz qoyulması; b) “MQS” MMC-ə məxsus ərazilərdə digər şəxslərin və onların əmlakının (“MQS” MMC-in işçiləri də daxil olmaqla) xəsarət alması, əmlakının oğurlanması və ya itirilməsi yaxud onların belə təhlükəyə məruz qalması; c) “MQS” MMC-ə məxsus ərazilərdə təhlükəli əmək şəraitinin mövcudluğu və ya belə şəraitin yaranması ehtimalının yüksək olması; ç) qanunun və daxili normativ aktların pozulması ilə müşayiət olunan davranış, o cümlədən qanunsuz təzyiqlər, hədələmə və qeyri-qanuni olaraq ayrı-seçkiliyə məruz qoyma; d) “Etik davranış Qaydaları” normalarının pozulması ilə müşaiyət olunan qeyri-etik davranış; e) müqavilə üzrə hüquq və öhdəliklərin pozulması; f) “MQS” MMC-in normativ sənədlərində əks olunmuş prosedurlarına əməl edilməməsi. 14.6. İşçilərdən heç birinə “MQS” MMC-in faydası və ya onun əmlakının qorunması məqsədilə öz sağlamlığına və əmlakına yaxud digər işçinin sağlamlığına və əmlakına ziyan vuracaq şəkildə davranmaq səlahiyyəti verilmir. İşçilər hər şeydən öncə özlərinin və digər işçilərin sağlamlığını qorumalı və əmək fəaliyyəti prosesində həyat və sağlamlıq üçün təhlükəli olan risklərə yol verməməlidirlər. 14.7. Hər bir işçi özünün və ətrafdakı iş yerlərinin və avadanlıqların təhlükəsizliyi üçün məsuliyyət daşıyır. İş yerini sonuncu tərk edən şəxs öz səlahiyyət və öhdəlikləri çərçivəsində bütün kompüterləri, printerləri, hava qızdırıcı/soyuducu cihazları və d. avadanlıqları, işıqlandırma sistemini (təhlükəsizlik məqsədləri üçün yanar vəziyyətdə qalan işlqlar istisna olmaqla), dəzgahları, əl alətlərini, maşın-mexanizmləri və digər texnikanı söndürməli, qapı və pəncərələrin, şlaqbaumların, darvazaların və digər

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

44

qapayıcı vasitələrin bağlı olmasından, həyəcan və müşahidə sistemlərinin işlək vəziyyətə gətirildiyindən tam əmin olmalıdır. 14.8. “MQS” MMC-ə məxsus ərazilərə keçmək üçün açarlara, həyəcan sistemlərinə giriş kodlarına malik olan işçilər həmin vasitələrin başqa şəxslər tərəfindən istifadəsinə yol verməməlidirlər. Belə şəxslər açar və kodların mühafizəsi və saxlanması üçün şəxsi məsuliyyət daşıyırlar. 14.9. Rəhbərliyin müvafiq razılığı/göstərişi olmadan iş vaxtından sonra və qeyri-iş günlərində “MQS” MMC-ə məxsus ərazilərdə olmaq qadağandır. 14.10. Işçilər, “MQS” MMC-in işçisi olub-olmamasından asılı olmayaraq, aidiyyəti olmayan şəxslərin “MQS” MMC-in qapalı xidmət sahələrinə girmələrinə imkan verməməlidirlər. “MQS” MMC-dən kənar şəxslərin yalnız “MQS” MMC işçisinin müşaiyəti ilə “MQS” MMC-in xidmət, ambar və istehsal sahələrinə girməsinə yol verilir. 14.11. Bütün işçilər öz fəaliyyətlərini həyata keçirərkən ətraf mühitin mühafizəsi barədə qanunlara riayət etməlidirlər. “MQS” MMC öz fəaliyyətini ətraf mühitin mühafizəsi qanunlarına müvafiq olaraq qurur.

XV FƏSİL

HÜQUQİ TƏNZİMETMƏ VƏ QANUNAUYĞUNLUQ 15.1. ÜMUMİ MÜDDƏALAR İşçilər Azərbaycan Respublikasının, eləcə də, “MQS” MMC-in biznes fəaliyyətinin olduğu bütün digər olkələrin yurisdiksiyasına tabe olmalı və “MQS” MMC-ə, onun işçisinə və biznesinə tətbiq edilə biləcək qanunları pozmamalıdırlar. “MQS” MMC-in işçiləri “MQS” MMC qarşısında öz öhdəliklərini icra edərkən qanun pozuntusuna səbəb ola biləcək hər hansı fəaliyyətdən və hərəkətlərdən çəkinməlidirlər. 15.2. HÜQUQİ MƏSULIYYƏT İşçilər cinayət və ya inzibati məsuliyyətə, o cümlədən istər mülki, istər cinayət prosesinə preses iştirakçısı qismində cəlb olunduqları halda iyerarxiya üzrə şirkətin rəhbərliyinə, İnsan resursları və Hüquq bölmələrinə xəbər verilməlidir (sürücülərin yol hərəkəti qaydalarını pozarkən ölümlə nəticələnməyən hallara görə məsuliyyətə cəlb olunması istisnadır). 15.3. İMİC 15.2.1. “MQS” MMC, biznes aparldığı cəmiyyətdə yaxşı ad qazanmalıdır. Baxmayaraq ki, “MQS” MMC işçilərin şəxsi işlərinə qarışmaq niyyətində deyil, rəhbərlik hesab edir ki, işçilərin ictimai davranışı, xüsusilə “MQS” MMC-in işi ilə əlaqədar olduğu zaman, “MQS” MMC-in biznesinə təsir edə bilər. 15.2.2. Harada baş verməsindən asılı olmayaraq, istər işdə, istər işdən kənar yerdə “MQS” MMC öz işçisinin qanunsuz hərəkətlərinə “MQS” MMC-in siyasətinin pozulması kimi baxır. Əgər qanunsuz hərəkətlər nəticəsində hər hansı bir şəxs və o cümlədən, “MQS” MMC maddi, mənəvi və ya fiziki ziyana məruz qalarsa, bu fakt işçinin dərhal işdən azad edilməsi üçün əsas ola bilər. 15.2.3. İşçilər “MQS” MMC-in tapşırığı ilə ezamiyyətdə olarkən qanunsuz hərəkətlərə yol verməməli, özlərini layiqli aparmalı, “MQS” MMC-in və onun işçilərinin şərəfini uca tutmalıdırlar. İşçilər işgüzar ezamiyyətdə olarkən özlərini şərəfli, dərrakəli aparmalı, həm özünə və həm də digərlərinə hörmətlə yanaşmalıdırlar. Bütün

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

45

vəziyyətlərdə “MQS” MMC-in “İşgüzar Etika üzrə Təlimat”ında nəzərdə tutulan qaydalar rəhbər tutulmalıdır. Qanunsuz hərəkət edən şəxs, öz hərəkətlərinə görə hüquqi məsuliyyətə cəlb edilməsə də, onun qanunsuz hərəkətləri aşkar edilə bilər. Belə hallarda “MQS” MMC-in etibar və etimad əsasında qurulan siyasəti “MQS” MMC-ə təqdim olunan və mötəbərliyi şübhə doğurmayan dəlillərə istinad edəcək. 15.4. AYRI-SEÇKILIK 15.4.1. “MQS” MMC-in yeritdiyi kadr siyasəti işçilərin dərilərinin rəngindən, irqindən, milliyyətindən, mənşəindən, o cümlədən sosial mənşəindən, yaşından, cinsindən, fiziki çatışmazlığından, veteranlıq statusundan asılı olmayaraq həyata keçirilir. İşçiyə və ya işə qəbul edilən şəxsə qarşı hər hansı diskriminasiya, o cümlədən irqinə, dininə görə, tətbiq olunarsa, eləcə də, cinsi xarakterli təzyiqlər baş verərsə, hər bir belə məsələyə əlahiddə baxılacaq və müvafiq inzibati və intizam tədbirləri görüləcəkdir. Ayri-seçkiliyin hər hansı təzahürü barədə əməkdaşları narahat edən məsələlərin rəhbərlik qarşısında qaldırılması alqışlanır və bu həmin əməkdaşlar üçün hər hansı bir neqativ nəticəyə səbəb olmayacaqdır. Ayrı-seçkilik qanunun pozulması olmaqla, bunda təqsirli şəxsin intizam məsuliyyətinə (əmək müqaviləsinin ləğv edilməsinədək) cəlb edilməsi üçün əsasdır. 15.4.2. İşçilərin iş yerində ayri-seçkiliklə bağlı narahatlıq doğuran məsələlər və sualları öz birbaşa rəhbərlərinin nəzər-diqqətinə çatdırmaları alqışlanır. Birbaşa rəhbərlər, öz növbələrində, bu məsələləri ierarxiya üzrə “MQS” MMC-in rəhbərliyinə çatdırmalıdırlar. Buna görə işçilərin heç bir təzyiqə məruz qalmayacaqlarına “MQS” MMC tam zəmanət verir. Tutduğu vəzifədən asılı olmayaraq hər hansı bir əməkdaşın qanunları pozaraq digərlərinə qarşı ayrı-seçkilik əməlləri törətməsində ifşa edilməsi həmin şəxslər barəsində intizam tənbehinin (əmək müqaviləsinə xitam verilməsi də daxil olmaqla) tətbiq edilməsinə əsas verir. 15.5. KOMMERSİYA SİRRİ və MƏLUMATLARIN MƏXFİLİYİ 15.5.1. Kommersiya sirrinin və konfidensial xidməti məlumatların məxfiliyinin qorunub saxlanması “MQS” MMC-in müvəffəqiyyətli biznes aparması, maraq və mənafelərinin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə konfidensial informasiya, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, aşağıdakıları ehtiva edir:

Əmək haqları barədə məlumat; “MQS” MMC-in maliyyə vəziyyəti barədə məlumatlar; “MQS” MMC-in marketinq strategiyaları barədə məlumatlar; Gerçəkləşdirilməkdə olan layihələr haqda məlumat; “MQS” MMC-in inkişaf planları; “MQS” MMC-in göstərdiyi xidmətlər/gördüyü işlər/istehsal/təchizat və digər

biznes proseslər barədə informasiya; “MQS” MMC-in informasiya və idarəetmə sistemlərinə giriş kodları; “MQS” MMC-in əməkdaşları, müştəriləri və tərəfdaşları barədə məlumat; “MQS” MMC-də xidmət əsnasında mənimsənilmiş və “MQS” MMC-in biznesinə

təsir edə biləcək hər hansı digər işgüzar informasiya. 15.5.2. Konfidensial məlumat ehtiva edən hər hansı sənəd, müəyyən müddət üçün təhlükəsiz saxlanma rejimi tətbiq olunmursa, məhv edilməlidir. 15.5.3. “MQS” MMC ilə əmək müqaviləsi bağlayan və yuxarıdakı 15.5.1-ci bənddəki məlumatlar ilə öz xidməti borcuna görə işləyən hər bir əməkdaş əmək

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

46

müqaviləsi ilə yanaşı kommersiya sirrinin və məxfi xidməti məlumatların açıqlanmaması barədə “Öhdəlik” imzalamalıdır. 15.5.4. “MQS” MMC-in heç bir əməkdaşı onun “MQS” MMC-də tutduğu vəzifə ilə əlaqədar olaraq əldə etdiyi məxfi və konfidensial xidməti məlumatdan şəxsi qazanc əldə etməsi məqsədi ilə istifadə edə bilməz. 15.5.5. “MQS” MMC-in heç bir əməkdaşı onun “MQS” MMC-də tutduğu vəzifə ilə əlaqədar olaraq əldə etdiyi məxfi və konfidensial xidməti məlumatın açıqlanmasını tələb və yaxud buna sövq edə biləcək “MQS” MMC-dən kənar hər hansı başqa bir vəzifədə işə keçərsə, sonrakı fəaliyyətilə əlaqədar “MQS” MMC-də əldə etdiyi məlumatlardan istifadə/sui-istifadə etməməlidir. 15.5.6. Kommersiya sirri və konfidensial xidməti məlumatları açıqlayan yaxud onlardan namünasib tərzdə istifadə edən əməkdaşlara onlarla bağlanan əmək müqaviləsinin ləğv edilməsi də daxil olmaqla sərt intizam tənbehi tədbiri tətbiq ediləcəkdir. Eyni zamanda, həmin əməkdaşlar, əgər hətta onlar açıqlanmış məlumatdan əslində heç bir qazanc əldə etməmişlərsə də belə, hüquqi məsuliyyətə də cəlb olunacaqlar. 15.6. MARAQLARIN TOQQUŞMASI və “İNSAYDER” MƏLUMATDAN İSTİFADƏ

15.6.1. Bu maddənin müddəaları “MQS” MMC-in biznesinin əsaslandığı və beynəlxalq təcrübədə hamılıqla qəbul edilmiş mühüm bir prinsipin açıqlanması məqsədini daşıyır. 15.6.2. Üçüncü şəxslərlə qarşılıqlı əlaqələr “MQS” MMC-in normativ aktları ilə müəyyənləşdirilmiş çərçivələrdə və rəhbərliyin nəzarəti altında qurulmalıdır. Həmin şəxslərlə bağlanan əqdlər həddən artıq qazanca səbəb olmamalıdır. Əqdin bir yaxud hər iki tərəfinin həddən ziyadə qazanc əldə etməsi rüşvət, əsassız varlanma, xüsusi xidmət müqabilində mükafatlandırma, əlavə güzəştlər, müəyyən bazar seqmentində qiymətlərin gözlənilmədən süni surətdə endirilməsi / qaldırılması - inhisar anlamına gəlir. Qeyri-adi üstün gəlirlərə səbəb ola biləcək inkişaf, stimullaşdırma, yardım və s. planlar rəhbərlik səviyyəsində müzakirə və təsdiq edilməlidir. 15.7. HƏDIYYƏLƏR VƏ TƏŞƏKKÜR TƏZAHÜRLƏRİ 15.7.1. Heç bir işçi “MQS” MMC-dəki fəaliyyəti ilə əlaqədar digər şəxslərdən və ya “MQS” MMC ilə işgüzar əlaqələri olan şirkətlərdən (yaxud bu əlaqələri yaratmaq niyyətində olan şirkətin vəzifəli şəxsinin yazılı razılığı olmadan) dəyəri 100 manatdan çox olan hər hansı hədiyyə, yaxud səyahət, əyləncələr və ya əşyalar da daxil olmaqla digər təşəkkür təzahürlərini qəbul etməməlidir. 15.7.2. Heç bir işçi, dəyərindən asılı olmayaraq, onun rəsmi öhdəliklərinin icrasına əhəmiyyətli dərəcədə təsir edə biləcək və yaxud təsir etmək məqsədi ilə verildiyi məlum olan və ya ehtimal edilə bilən hər hansı hədiyyə, yaxud səyahət, əyləncələr və ya əşyalar da daxil olmaqla digər təşəkkür təzahürlərini qəbul etməməlidir. 15.7.3. Heç bir işçi, dəyərindən asılı olmayaraq, tender keçirilməsi və ya kotirovka sorğusu prosesində yaxud bunlarla əlaqədar olaraq hər hansı hədiyyə, yaxud səyahət, əyləncələr və ya əşyalar da daxil olmaqla digər təşəkkür təzahürlərini qəbul etməməlidir. 15.7.4. Heç bir işçi öz rəsmi səlahiyyətlərini həyata keçirdiyinə və ya öz rəsmi öhdəliklərini yerinə yetirdiyinə görə heç kəsdən hər hansı bir fayda gözləməmli, bunu təmənna, tələb və qəbul etməməlidir. 15.7.5. Heç bir işçi, onun ailə üzvləri yaxud onlarla birlikdə yaşayan adamlar tərəfindən bu qəbildən olan hədiyyələr qəbul edilməməlidir. 15.7.6. Dəyəri 30 manatdan çox olan bütün hədiyyələrdən gəlir vergisi tutulacaqdır.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

47

15.8. TƏŞVIQAT, TƏBLİĞAT və REKLAM. “MQS” MMC-in iş sahələrində “MQS” MMC-in fəaliyyətinə aid olmayan məqsədlər üçün aparılan hər cür təşviqat və təbliğat qadağandır. Reklam materiallarının, ədəbiyyatın bütün növlərinin, o cümlədən, dövri mətbuatın “MQS” MMC-in iş sahələrində yayılması qadağandır. 15.9. ZƏRƏR, OĞURLUQ VƏ YA İTKİ Aşağıda göstərilən hadisələr haqqında dərhal iyerarxiya üzrə rəhbərlik xəbərdar edilməlidir:

“MQS” MMC-in əmlakının və ya “MQS” MMC tərəfindən istifadə olunan əmlakın oğurlanması və ya itməsi; “MQS” MMC-in əmlakının zədələnməsi və ona vurulan zərər; “MQS” MMC-in ərazisində olan və ya “MQS” MMC üçün iş görən şəxsə (hüquqi və ya fiziki) vurulan zərər və zədə; “MQS” MMC-in işçisi tərəfindən səhlənkarlıq və ya hər hansı digər hərəkət nəticəsində hər hansı bir şəxsə vurulan zərər, itki və zədə (zərərçəkmişin müraciəti əsasında).

15.10. SILAH. Odlu və ya soyuq silahların “MQS” MMC-in ərazisinə gətirilməsi qadağandır. 15.11. PROSESSUAL HƏRƏKƏTLƏR

15.11.1. “MQS” MMC-in və onun filialının fəaliyyətinə təsir göstərə biləcək hər hansı məhkəmə hökmləri, qərarları, qərardadları, əmrləri, qadağaları, ölkədə və yaxud onun xaricində hüquqi tədqiqatların, məhkəmə araşdırılmalarının (mülki və ya cinayət) ola bilməsi və ya başlanması, işçilər barəsində cinayət təqibinin başlanması, cinayət mühakimə icraatının aparılması, ittiham irəli sürülməsi, onların təqsirləndirilən və ya şübhəli şəxs qismində məsuliyyətə cəlb edilməsi, saxlanması, tutulması, həbsə alınması və ya digər qətimkan tədbirlərinin tətbiqi, “MQS” MMC-ə məxsus ərazilərdə baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə), əmlak və sənədlər üzərinə həbs qoyulması və ya götürülməsi və şəxsi toxunulmazlıq hüququnu pozan və ya mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsi və ya bu barədə çıxarılmış qərarlar haqda dərhal iyerarxiya üzrə rəhbərliyə məlumat çatdırılmalıdır. 15.11.2. “MQS” MMC-in ərazisində “MQS” MMC-in işçiləri və ya onun əmlakı üzərində axtarış aparılması yolverilməzdir. Buna yalnız qanunla nəzərdə tutulmuş qaydada sanksiyalaşdırıldığı və qanunla bunun üçün səlahiyyət verildiyi şəxslər tərəfindən həyata keçirildiyi halda yol verilə bilər. 15.11.3. Xidməti binalara baxış, orada axtarış, sənədlərin və əmlakın götürülməsi və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlərin məcburi həyata keçirilməsi barədə məhkəmə qərarının mövcudluğu halında belə hərəkətlərin dərhal həyata keçirilməsi tələbi ilə qüvvə tətbiq edilməsi təhlükəsi qarşısında həmin hərəkətlərin edilməsinə maneçilik törədilməməli və bu barədə dərhal rəhbərliyə məlumat çatdırılmalıdır.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

48

15.12. NƏZARƏT (TƏFTİŞ) 15.12.1. “MQS” MMC narkotik və partlayıcı maddələr, odlu və soyuq silah kimi mülki dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əşyaların, o cümlədən, alkohollu içkilərin qanunsuz olaraq iş yerlərinə gətirilməsi, onların satılması, digər şəxslərə ötürülməsi və onlardan istifadə edilməsinə yol verməmək məqsədilə nəzarət hüququnu özündə saxlayır. “MQS” MMC ümidvar olduğunu bildirir ki, bütün əməkdaşlar bu cür halların qarşısının alınmasında rəhbərliklə yaxından əməkdaşlıq edəcəklər. 15.12.2. “MQS” MMC, adətən, işçilərinə iş yerlərində və digər yerlərdə tam nəzarət etmir, lakin öz işçilərini, cəmiyyəti və öz imicini, hüquq və mənafelərini müdafiə etmək, həmçinin işçinin “MQS” MMC-in siyasətinə və prosedurlarına əməl etməsini yoxlamaq məqsədilə xəbərdarlıqla yaxud xəbərdarlıq etmədən bu nəzarət hüququndan qanunun imkan verdiyi tam həcmdə istifadə edə bilər. 15.12.3. İşçilər öz gündəlik vəzifələrinin icrası məqsədilə müxtəlif əşyaların və məlumatların saxlana biləcəyi vasitələrlə təmin olunurlar. Bütün bu vasitələr: stollar, şkaflar, rəflər, kompyuterlər, dəzgahlar, alətlər, texniki vasitələr, maşın-mexanizmlər və s. avadanlıq işçilərin istifadəsində olsa da, “MQS” MMC-in əmlakı olaraq qalmaqdadır və buna görə də, həmin əşyalar və onlarda saxlanılan hər hansı digər əşya, ləvazimat və ya məlumat, o cümlədən elektron formatda, “MQS” MMC-in müvafiq səlahiyyətli nümayəndəsi tərəfindən istənilən vaxt xəbərdarlıq edilmədən yoxlanıla bilər. Ərazi və əmlak, “MQS” MMC tərəfindən istifadə olunan və onun ərazisində olan bütün avtomobillər, mənsubiyyətindən asılı olmayaraq fayllar, kompyüter məlumatları, kağızlar, stollar, rəflər və digər əşyalar nəzarət və yoxlama obyekti ola bilər. 15.12.4. Bununla bərabər, “MQS” MMC öz işçilərinin, müştərilərinin, “MQS” MMC-ə gələn digər şəxslərin əmlakının oğurlanmasının və ya digərlərinin qanunsuz sahibliyinə keçməsinin qarşısını almaq məqsədilə daima müvafiq tədbirlər həyata keçirir. Bu tədbirlərin icrası prosesində “MQS” MMC və ya onun səlahiyyətli nümayəndələri təkcə “MQS” MMC-ə məxsus ərazilərdə yerləşdirilmiş avadanlıq və nəqliyyat vasitələrini deyil, eyni zamanda, həm də “MQS” MMC-ə məxsus ərazilərə girən və oradan çıxan şəxsləri, onlara aid olan və onların daşıdıqları ləvazimatları, eləcə də, onlara məxsus nəqliyyat vasitələrini təftiş edə bilərlər. Xoşagəlməz və lüzumsuz araşdırmalardan yayınmaq məqsədilə əməkdaşlar bilavasitə işlərinə aid olmayan əşyaların işə gətirilməsi fikrindən daşınmalıdırlar. 15.12.5. “MQS” MMC nəzərinizə çatdırır ki, bütün qeyd olunan səlahiyyətlər qanun çərçivəsində həyata keçirilməlidir və qanuni hədləri aşarsa, bütün işçilər öz şəxsiyyətlərini müdafiə etmək hüququna malikdirlər.

XVI FƏSİL

İXTİSASARTIRMA və TƏLİMLƏR

16.1. “MQS” MMC işçilərin bacarıq və vərdişlərinin biznesin uğurlu inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini etiraf edərək, əməkdaşlar üçün müxtəlif mövzularda ixtisasartırma və təlim kursları təşkil edir. Bunlar işçi heyətin şəxsi peşəkar inkişafı, iş

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

49

bacarıqlarının cilalanmasına yardım məqsədləri ilə həyata keçirilir. Bu isə öz növbəsində işçilərin əməyinin səmərəsinin və loyallığın artırılmasına xidmət edir. 16.2. İşçilərin ixtisasının artırılması və təlim kurslarının təşkili ilə bilavasitə İnsan resursları departamenti müvafiq struktur bölmələrin rəhbərliyi ilə birgə məşğul olur. İşçinin bu ya digər kursda iştirakı, öncədən, çalışdığı departamentin rəhbərliyi ilə razılaşdırılmalı və ya struktur bölmə tərəfindən sifariş edilməlidır. 16.3. İnsan resursları departamenti işçilərin razılaşdırılmış qrafik əsasında təlimlərdə iştirakına nəzarət edir. 16.4. “MQS” MMC təlimlərdə iştirak etmiş şəxslərdən təlimlərin nəticələri üzrə innovativ təkliflər gözləyir. 16.5. “MQS” MMC işçilərin akademik təhsillərini davam etdirməsi zərurətini etiraf edir. Bir qayda olaraq belə hallar rəhbərliklə razılaşdırılmalıdır. 16.6. Təlimin bir növü olaraq, “MQS” MMC iş yerində təlim üsullarından da faydalanmanı alqışlayır. Bu, vərəsəliyin və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə yeni işçilərin təcrübəli işçilərlə bir yerdə işləməsini və eləcə də, işçilərin rotasiyası metodlarından geniş istifadəni nəzərdə tutur.

XVII FƏSİL KADR SİYASƏTİNİN DİGƏR İSTİQAMƏTLƏR ÜZRƏ

TƏNZİMLƏNMƏSİ 17.1. VƏZİFƏ TƏLİMATLARI və BIZNES PROSESLƏR 17.1.1. “MQS” MMC-in, onun işçilərinin və müştərilərinin maraq və mənafelərini qoruyacaq məhsul və xidmətlərinin təqdim olunmasının və istehsal və emal proseslərinin və digər əməliyyatlarının icrasının yüksək keyfiyyətinin təmin edilməsi və bu məqsədlə uyğun əmək şəraitinin yaradılması üçün “MQS” MMC-in hər bir əməkdaşından əmək fəaliyyəti, əməyin mühafizəsi, təhlükəsizlik, iş yerində davranış qaydaları, xidməti məlumatların konfidensial və məxfi saxlanması üzrə müvafiq standartlara riayət etməsi gözlənilir. Əksərən, bu standartlar öz əksini daxili normativ-hüquqi akt sayılan Vəzifə Təlimatlarında tapır. 17.1.2. Vəzifə təlimatları həm də, eyni zamanda, işə yeni qəbul edilmiş işçilərin iştiqamətləndirilməsi, işdə effektivliyin artırılması, vəzifələrə və onları tutan şəxslərə irəli sürülən tələblərin, işə qəbul meyarlarının müəyyənləşdirilməsi, əmək fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi üçün standartlar və indikatorlar sisteminin qurulması, eləcə də, əlilliyi olan şəxslərin işlə təmin edilməsi məqsədilə lazımi şəraitin yaradılması üçün imkanların araşdırılmasına xidmət edir. 17.1.3. “MQS” MMC ştat cədvəlindəki hər bir vəzifə üçün dəqiq və aydın başa düşülən vəzifə təlimatlarının yaradılması və onların günün tələblərinə cavab verən səviyyədə saxlanması məqsədilə bütün lazımi tədbirləri görür. 17.1.4. Hər bir işçinin öz vəzifəsinə və ya ixtisasına görə yerinə yetirməli olduğu vəzifə öhdəlikləri işlədiyi struktur bölməsinin Əsasnaməsinə uyğun olaraq, həmin bölmənin rəhbəri tərəfindən təsdiq edilən Vəzifə təlimatı ilə müəyyən olunur. 17.1.5. Hər bir vəzifə təlimatında vəzifənin adı kateqoriyası və xüsusiyyətləri, struktur vahidinin adı, tabeçilik, əvəzetmə və hesabatvermə əlaqələri, işçinin yerinə yetirməli olduğu öhdəliklərin siyahısı, vəzifəni tutan işçiyə irəli sürülən tələblər, o cümlədən, ixtisas tələbləri, işçinin səlahiyyətləri və məsuliyyəti göstərilir.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

50

17.1.6. Struktur bölmələrdə açılan yeni vəzifələr üçün vəzifə təlimatlarının hazırlanması həmin struktur bölmənin rəhbərliyi tərəfindən təmin edilir. Mövcud vəzifə təlimatları da vaxtaşırı yeniləşdirilməli və günün tələblərinə uyğunlaşdırılmalıdır. Bütün əməkdaşlardan yerinə yetirdikləri öhdəliklərin vəzifə təlimatlarında dolğun və dəqiq əks etdirilməsinin təmin olunmasında yaxından iştirakı təvəqqe edilir. 17.1.7. Vəzifə təlimatları xırda və sistematik səciyyə daşımayan öhdəlikləri ehtiva etməyə bilər. Xidməti zərurət müqabilində işçiyə vəzifə öhdəliklərində əks olunmayan vəzifələrin də tapşırılması istisna olunmur. 17.1.8. “MQS” MMC-in İdarə Heyəti sədrinin vəzifə öhdəlikləri “MQS” MMC-in Nizamnaməsi ilə müəyyən edilir. 17.1.9. “MQS” MMC-in İdarə Heyəti sədrinin müavininin-Direktorun, onun müavinlərinin daxili struktura uyğun olaraq müəyyən edilmiş vəzifə öhdəlikləri İdarə Heyətinin sədrinin əmri ilə müəyyən olunur. 17.1.10. “MQS” MMC-in departament direktorlarının, şöbə və filial müdirlərinin yerinə yetirməli olduğu vəzifə öhdəlikləri İdarə Heyəti sədrinin əmri ilə təsdiq edilən Əsasnamələrlə müəyyən olunur. 17.2. ƏMƏK FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ və ƏMƏYİN MOTİVASİYASI 17.2.1. İşçilər üçün aydın başa düşülən əmək funksiyalarının müəyyənləşdirilməsini, işçilərin Vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsi səviyyəsinin, bacarıqlarının müəyyən edilməsini, əmək məhsuldarlığının, işin səmərəsinin və əməkdaşların məsuliyyətinin artırılmasını təmin etmək məqsədi ilə əməkdaşların əməyinin qiymətləndirilməsi həyata keçirilir. 17.2.3. “MQS” MMC rəhbər və işçi arasında dialoq şəklində həyata keçirilən ötən müddət ərzində əmək fəaliyyətinin nəticələrinin qiiymətləndirilməsi fonunda yeni dövr üçün hədəflərin müəyyənləşdirilməsini qarşıda duran vəzifələri birlikdə müzakirə etmək, işçinin fəaliyyətində və davranışında olan müsbət cəhətlərin inkişaf etdirilməsi və nöqsanların aradan qaldırılmasına diqqət yönəltmək, gələcək hədəflərin yerinə yetirilməsi üçün əhəmiyyət kəsb edən məqsədyönlü yanaşma formalarını müəyyənləşdirmək, subordinasiya-tabeçilik əlaqələri daxilində rəhbər-işçi münasibətlərində maksimum səmimiyyətə nail olmaq üçün əvəzedilməz vasitə hesab edir. Qiymətlndirilmə nəticəsində işçilər fəaliyyətin ardıcıl inkişafı üçün stimul əldə edirlər və proses bütovlükdə işçilərin səlahiyyət və məsuliyyət dairəsinin dəqiqləşdirilməsinə xidmət edir. 17.3. CİNSİ TƏZYİQ və DİGƏR QANUNSUZ SIXIŞDIRMA 17.3.1. “MQS” MMC ayrı-seçkiliyin, eləcə də, sıxışdırıcı, məcburedici, təhrikedici, kobud və qaba, o cümlədən, cinsi təzyiq hesab edilə biləcək davranış tərzinin hər cür təzahüründən azad olan iş ab-havasının yaradılması və qorunub saxlanması əzmində olaraq, fərdin cinsi, seksual təmayülü, irqi, milli və sosial mənşəi, dərisinin rəngi, yaşı, fiziki qüsurları, dini və siyasi baxışları və ya hər hansı digər qanunla qorunan əlamətləri əsasında təhqirləri, alçaldıcı hərəkət və ifadələri (zarafat xarakteri daşısa da belə), dedi-qoduları və şayiələrin yayılmasını yolverilməz hesab edir və bütün bu cür hallarda təqsirkar şəxslərə qarşı, işdən azad edilmə də daxil olmaqla, ən ciddi tədbirlər görüləcəkdir. 17.3.2. “Cinsi təzyiq” məfhumu əks cinsdən olan digər şəxs barəsində seksual təcavüz səciyyəli arzuolunmaz davranış, ifadələr, eyhamlar və ya nəvaziş təzahürləri kimi başa düşülür. Bu məfhumun şamil edilə biləcəyi bütün hallar siyahıya alına bilməsə

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

51

də, aşağıda “Cinsi təzyiq” anlayışının əhatəsinə düşən əsas halların natamam mündərəcəsi verilir: ~ nəvaziş yönümlü arzuolunmaz və yersiz ifadələr və hərəkətlər, yaxud təkliflər; ~ seksual təhriklərə rədd cavabı müqabilində təqiblərə məruz qoyma və ya bununla hədələmə; ~ cinsi əlaqə nəzərdə tutan eyhamlar, pornoqrafik mündərəcəli mətbu nəşrlərin, elektron formatda şəkillərin, açıqcaların və s. nümayişi; ~ şəxsiyyətin ləyaqətini alçaldan təhqiredici ifadələrin işlədilməsi, ləqəb və adlar qoyulması, insanı onun bədən əzalarının müxtəlif əlamətləri üzrə lağa qoyan materilların şifahi və yazılı şəkildə, o cümlədən elektron formatda yayılması ilə müşaiyət olunan davranış; ~ Yersiz toxunma, tutma, hərəkətlərin məhdudlaşdırılması və təcavüz xarakterli digər davranış; 17.3.3. Işdə müəyyən faydalanma müqabilində seksual rəğbət təmənna edilməsi, söz və ya hərəkətlə ifadə olunan arzuolunmaz seksual nəvaziş, yaxınlıq etmək iddiaları və s. şəhvani səciyyə daşıyan davranış aşağıdakı hallarda cinsi təzyiq hesab edilir:

1) belə davranışın qəbul edilməsi açıq yaxud eyham şəklində ifadə edilməsindən asılı olmayaraq, işə təyinatın və ya işdə qalmağın bir şərti kimi irəli sürülmüşsə;

2) bu cür davranışın qəbul və ya rədd edilməsi işə təyinat və ya işdə qalma barədə qərarın qəbul edilməsi üçün əsas rolunu oynamışsa;

3) bu cür davranış əmək fəaliyyətinə mane olmaq yaxud qeyri-sağlam əsəbi və dözülməz iş mühitinin yaradılması məqsədini güdmüşsə ya da həmin sadalanmış nəticələrə gətirib cıxarmışsa.

17.3.4. Əgər Siz cinsi təzyiq və ya digər qanunsuz sıxışdırılmaya məruz qalmış olduğunuzu hesab edirsinizsə və ya hər hansı digər bir işçinin belə basqılara məruz qaldığının şahidi olmuşsunuzsa, dərhal birbaşa rəhbərinizə müraciət edə bilərsiniz. 17.3.5. Əgər birbaşa rəhbər müvəqqəti olaraq həmin vaxt iş yerində olmasa və yaxud bu məsələ barəsində ona müraciət etməyi namünasib hesab edərsinizsə, o zaman Hüquq və ya İnsan resursları bölmələrinə də müraciət edilə bilər. Eyni zamanda birbaşa olaraq, Uyğunluq Komissiyasına (Compliance Committee) da müraciət yönəldilə bilər. 17.3.6. Cinsi təzyiq və ya digər qanunsuz sıxışdırma halları barədə daxil olan bütün siqnallar ən qısa zaman ərzində müfəssəl şəkildə, lakin ehtiyatla və düşünülmüş surətdə, tam məxfiliyin saxlanması şərtilə araşdırılacaqdır. Sizin, şahidlərin, eləcə də, təpkilərin edilməsində şübhəli bilinən şəxsin maksimum dərəcədə məxfiliyinin saxlanması, həmçinin, ümumilikdə, belə bir halın özünün açıqlanmaması məqsədilə lazım olan bütün tədbirlərin vaxtlı-vaxtında görüləcəyinə “MQS” MMC tam zəmanət verir. Araşdırma başa çatdıqdan sonra Siz onun nəticələri barədə xəbərdar ediləcəksiniz. 17.3.7. Hər hansı cinsi təzyiq və ya digər qanunsuz sıxışdırma halları barədə məlumatı olan birbaşa rəhbərlər həmin halların qısa bir zamanda və konfidensial şəkildə araşdırılması məqsədi ilə dərhal Hüquq və ya İnsan resursları bölmələrinə, habelə Uyğunluq Komissiyasına müraciət etməlidirlər. Sonuncular məsələ barədə yekun qərarın qəbul edilməsi üçün onu İH sədri və ya onun müavini səviyyəsində müzakirəyə çıxarmalıdırlar. 17.3.8. Cinsi təzyiq və ya digər qanunsuz sıxışdırma, günahkar şəxsə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi də daxil olmaqla, ciddi intizam tənbehinin tətbiqi üçün əsasdır.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

52

17.4. TÜTÜN MƏMULATLARINDAN İSTİFADƏ 17.4.1. “MQS” MMC-in bütün iş sahələrində sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə tütün məmulatlarından istifadəyə, bunun üçün xüsusi ayrılmış yerlər istisna olmaqla, icazə verilmir. 17.4.2. Istisnasiz olaraq bütün işçilər bu qaydaya əməl etməlidirlər. Qaydanın pozulması “MQS” MMC-in rəhbər tutduğu təhlükəsizlik qaydalarının kobud pozuntusu kimi qiymətləndirilərək ciddi intizam tənbehinin tətbiqi üçün əsas ola bilər. 17.4.3. Bu qaydalar eyni dərəcədə ““MQS” MMC” MMCın işçilərinə, müştərilərinə, tərəfdaşlarına və “MQS” MMC-in ərazisinə daxil olan kənar şəxslərə də şamil edilir. 17.5. AVADANLIQDAN və NƏQLİYYAT VASİTƏLƏRİNDƏN İSTİFADƏ 17.5.1. Avadanlıq və nəqliyyat vasitələri “MQS” MMC-in biznesinin aparılmasında mühüm əhəmiyyət kəsb edir. Onların əldə edilməsinə, işlək və saz vəziyyətdə saxlanmasına kifayət qədər böyük məbləğlər sərf edilir. Texniki vasitələrin xarab olub siradan çıxması “MQS” MMC-in iş ahənginin normal axımının pozulmasına gətirib çıxarır və həmin avadanlığın təmiri və yaxud yenisi ilə əvəz edilməsi müvafiq vaxt, maliyyə və insan resurslarının məsrəfləri ilə bağlıdır. Buna görə də əmlakdan istifadə edilərkən ehtiyatla davranmalı, avadanlığa texniki xidmət qaydalarına əməl olunmalı, texniki vasitələrdən iştifadə haqqında təlimatlara (User Manual), o cümlədən təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. 17.5.2. Avadanlığın, nəqliyyat vasitələrinin nasazlığı, onlarda aşkar edilən nasazlıqlar barədə, onların təmirə yaxud yenisi ilə əvəz edilməyə ehtiyacın olması barədə birbaşa rəhbərə bildirilməlidir. Tələb olunan texniki xidmətin göstərilməsi və aşkar olunmuş nasazlığın vaxtında aradan qaldırılması əmlakın tez sıradan çıxmasının qarşısını almaqla yanaşı, bir çox hallarda təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edərək qəza hallarının, işçi heyətin mümkün yaralanması və zərər çəkməsi təhlükəsini də aradan qaldırır. Birbaşa rəhbərlər işçilərin texniki vasitələrdən istifadə, onlara texniki baxış və xidmət qaydaları haqda suallarına ətraflı cavablar vermək iqtidarında olmalıdırlar. 17.5.3. İşçilərə şəxsi məqsədlər üçün surətçıxarma maşınlarından, faks aparatlarından (yalnız lokal göndərişlər üçün) və digər ofis avadanlığından məhdud istifadəyə (müəyyən olunmuş iş vaxtı ərzində) icazə verilir. Işçilərin şəxsi məqsədlər üçün adi iş vaxtı bitdikdən sonra “MQS” MMC-in iş sahələrindən, avadanlığından və digər təchizatından istifadəsi yol verilməzdir. Həmiçinin “MQS” MMC-ə məxsus mal və materialları, avadanlığı və əmlakı şəxsi istifadə məqsədləri ilə “MQS” MMC-dən çıxararaq başqa yerə aparmaq qadağandır. Əmlak və avadanlıqdan ailə üzvlərinin və ya dost və tanışların ehtiyacları üçün istifadə, o cümlədən “MQS” MMC-in biznesindən kənar məqsədlər üçün istifadə, eləcə də şəxsi məqsədlər üçün işçinin öz əmək funksiyalarının tam iş vaxtı ərzində normal icrasına mane ola biləcək həcmlərdə istifadəsinə yol verilmir. Avadanlıq və digər əmlakdan istifadəyə dair sualların meydana çıxdığı təqdirdə işçilər, ilk olaraq, öz birbaşa rəhbərləri ilə bu barədə məsləhətləşməlidirlər. 17.5.4. Texniki avadanlıq və nəqliyyat vasitələrindən istismar qaydalarının pozulması ilə müşaiyət olunan, səliqəsiz, ziyanverici şəkildə istifadə, eləcə də onlardan ehtiyac və zərurət olmadan həddən ziyadə istifadə, nəqliyyat vasitələrinin istismarı zamanı yol hərəkəti qaydalarının, o cümlədən “MQS” MMC-ə məxsus ərazilərdə və onlara bitişik sahələrdə nəqliyyat vasitələrinin saxlanması qaydalarının pozulması əmək

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

53

müqaviləsinə xitam verilməsi də daxil olmaqla ciddi intizam tənbehinin tətbiqi üçün əsas sayılır. 17.6. TELEKOMMUNİKASIYA VASITƏLƏRINDƏN İSTIFADƏ 17.6.1. “MQS” MMC-in telefon sistemi onun müştərilərinə xidmət göstərilməsi məqsədilə “MQS” MMC-in biznesinin aparılması üçün nəzərdə tutulmuşdur. 17.6.2. Telefonlardan şəxsi məqsədlər üçün istifadə mümkün qədər məhdudlaşdırılmalıdır. Yalnız fövqəladə hallarda “MQS” MMC-in telefonlarından səxsi məqsədlər üçün məhdud istifadəyə yol verilir. Bu halda da, telefon kanallarının yüklənərək gərginlik altında qalmaması məqsədilə, mükalimələr çox qısa şəkildə aparılmalıdır. Bu zaman yalnız yerli şəhərdaxili nömrələrə zəng açılmasına icazə verilir. 17.6.3. İşçilərdən telefonlardan şəxsi məqsədlər üçün istifadəyə görə “MQS” MMC-in çəkdiyi xərclərin ödənilməsi tələb edilə bilər. 17.6.4. Digər işçilərin hüquqlarının qorunması və telefon xətlərinin yüklənməsinin qarşısının alınması məqsədilə işçilər öz ailə üzvlərini, dost və tanışlarını iş vaxtı telefonla onlara müraciətlərini məhdudlaşdırmaları barədə məlumatlandırmalıdırlar. 17.6.5. Telefonla bizneslə əlaqədar danışıqlar apararkən işçilər ədəb-ərkanla və peşəkarcasına danışmalıdırlar. Telefon zəngi gələrkən işçi əvvəlcə işlədiyi struktur bölmənin adını və öz familiyasını bildirməli, hər hansı məlumatı alarkən məlumatın alınmasını təsdiqləməlidir. Zəng edən şəxs dəstəyi asmayınca mükalimənin işçi tərəfindən kəsilməsinə yol verilmir. 17.6.6. Bu qaydaların pozulmasında ifşa edilən şəxslərə müvafiq intizam tənbehi tətbiq ediləcəkdir. 17.7. KƏNAR ŞƏXSLƏRLƏ (VİZİTYORLAR) DAVRANIŞ 17.7.1. “MQS” MMC-in iş sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə iş yerlərinə kənar şəxslərin sərbəst şəkildə keçməsinə yol verilmir. “MQS” MMC-in iş sahələrinə sanksiyalaşdırılmamış girişin qadağan edilməsi “MQS” MMC-in və işçilərin əmlakının oğurluqdan qorunmasına, xidməti sirrin və konfidensial məlumatların məxfiliyinin saxlanmasına və işçilərin işdən yayındırılmasının qarşısının alınmasına imkan verir. 17.7.2. İşçinin yanına gəlməli olan şəxs barədə əvvəlcədən Qəbul şöbəsinə gəlişin məqsədi və gələnin şəxsiyyəti barədə məlumat verilməlidir. Nəzarət postuna gələn şəxs barədə məlumatın şifahi formada şəxsən və ya telefonla bildirilməsinə yol verilir. 17.7.3. Gələn şəxs işçi tərəfindən nəzarət postunun yanında qarşılanmalı və imkan daxilində, məsələ gələn şəxs içəri keçirilmədən oradaca yerində həll edilməlidir. Bu mümkün olmadıqda gələn şəxs əməkdaşla birlikdə onun iş yerinə getməlidir. Bunun üçün o, nəzarət postunda müvafiq qeydiyyatdan keçməli və baş ofisin binasında, əlavə olaraq, ona qonaqlar üçün nəzərdə tutlmuş giriş kartı verilməlidir ki, bu kart da “MQS” MMC-in ərazisində olduğu bütün müddət ərzində qonağın paltarına döş nişanı kimi taxılı halda olmalıdır. 17.7.4. “MQS” MMC-in iş sahələrinə daxil olan şəxsi qarşılayan olmadıqda o, nəzarət postunda olan işçilərdən birinin müşaiyəti ilə nəzərdə tutulan yerə keçə bilər. Bundan sonra o heç zaman tək buraxılmamalı və ərazilərdə onunla təmasda olan işçi tərəfindən müşaiyət edilməlidir.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

54

17.7.5. Hər bir işçi onun yanına gəlmiş kənar şəxsin davranışı və təhlükəsizliyinə görə məsuliyyət daşıyır. 17.7.6. İşçilər “MQS” MMC-in iş sahələrində kənar və “MQS” MMC-ə girişi sanksiyalaşdırılmamış şəxs(lər) gördükdə bu bərədə birbaşa rəhbərlərinə ya da Qəbul və nəzarət bölməsinin nümayəndələrinə xəbər verməli və yaxud da, zərurət müqabilində, həmin şəxs(lər)i nəzarət postuna yönəltməlidirlər. 17.8. ALQI-SATQI ƏQDLƏRİ 17.8.1. Məqsədlər İş, xidmət, mal-material, məhsulların əldə edilməsinə dair alqı-satqı əqdləri ilk növbədə “MQS” MMC-in, onun törəmə müəssisələrinin, filial və nümayəndəliklərinin biznes məqsədləri nəzərə alınmaqla bağlanmalı və həyata keçirilməlidir. 17.8.2. Keyfiyyət Alqı-satqı əqdləri bağlanarkən sərf edilən hər bir manata yalnız ən yüksək keyfiyyətə malik mal və xidmətlərin alınmasına xüsusi diqqət verilməlidir. 17.8.3. Hədiyyələr və Minnətdarlıq Alqı-satqı əqdlərinin gerçəkləşdirilməsinə cəlb olunmuş əməkdaşlar “MQS” MMC-lə bu sahədə biznes əlaqələrinə girmiş olan fərdlərdən və ya şirkətlərdən/müəssisələrdən onların “MQS” MMC qarşısındakı müqavilə öhdəliklərinə hər hansı bir tərzdə təsir edə biləcək heç bir hədiyyə yaxud digər minnətdarlıq əlamətlərini qəbul etməməlidirlər. 17.8.4. Əqdlərin bağlanması şərtləri Maliyyələşdirmə mənbəyindən asılı olmayaraq bütün iş, xidmət, mal-material, məhsullar alınmasına dair alqı-satqı əqdləri, bir qayda olaraq, qüvvədə olan qanunvericilik və “MQS” MMC-in daxili normativ-hüquqi aktlarına uyğun olaraq bağlanmalıdır. 17.8.5. Pozuntular barədə məlumatlandırma Bu maddədə göstərilən prosedurların pozulması halında pozuntu barədə məlumat dərhal iyerarxiya üzrə rəhbərliyə çatdırılmalıdır. Pozuntunu bilən yaxud bilməli olan şəxs bu barədə müəyyənləşdirilmiş qaydada məlumat verməzsə, pozuntuda təqsirkar olan şəxslərlə barabər pozuntuya görə Qanun və “MQS” MMC qarşısında tam məsuliyyət daşıyır. 17.9. XRONOMETRAJ 17.9.1. Adi iş rejimində “MQS” MMC-də işçilərin əmək fəaliyyətinin xronometrajı keçirilmir. Lakin tələb olunarsa müəyyən şəraitlərdə, o cümlədən, biznes proseslərin reinjinirinqi, təşkilati struktur dəyişiklikləri, işçilərin əməyinin qiymətləndirilməsi nəticələri üzrə konflikt hallarında, işçilərin əməyinin səmərəliliyinin ölçülməsi və artırılması, səmərəsiz və ya ziyanla işləyən sturkturlarda bunun səbəbərinin araşdırılması, vəzifə maaşlarına təshihlərin edilməsi məqsədilə və s. hallarda xronometraj tətbiq edilə bilər. 17.9.2. Vəzifə funksiyalarının yerinə yetirilməsi üzrə xronometrajın tətbiq edildiyi vəzifəni tutan işçi bütün iş günü ərzində yerinə yetirdiyi əmək funksiyalarının, icra etdiyi tapşırıqların və gördüyü digər işlərin zaman və müddətlər üzrə tam dəqiqliklə qeydə alınmasına görə məsuliyyət daşıyır. Bu zaman işçi işə başladığı və işini qurtardığı, nahar fasiləsinə çıxdığı və fasiləni bitirib yenidən işə başladığı, şəxsi məqsədlər üçün ödənişli və ya ödənişsiz məzuniyyətə çıxdığı və məzuniyyətdən qayıtdığı və ya

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

55

rəhbərliyin icazəsi ilə işdən kənarlaşdığı, bir iş yerindən və ya vəzifədən digərinə keçirildiyi vaxtları dəqiqliklə qeydə almalıdır. İş vaxtından artıq görülən iş də, rəhbərlik təsdiq edirsə, eyni qaydada, qeydə alınmalıdır. 17.9.3. İşçi xronometraj qeydlərinin düzgünlüyünü və dəqiqliyini öz imzası ilə təsdiq etməlidir. Bundan sonra xronometraj qeydləri işçinin rəhbəri tərəfindən baxılmalı və imza edilməklə təsdiq olunmalıdır. Yalnız bundan sonra xronometrajın nəticələri əmək haqqının hesablanması və ödənilməsi məqsədilə mühasibata təqdim edilə bilər. 17.9.4. Xronometraj qeydlərinə əlavə və düzəlişlərin edilməsi halında bu dəyişikliklər həm işçi və həm də onun rəhbəri tərəfindən imzalanaraq təsdiq edilməlidir. Bu zaman həmin dəyişikliklərin edilməsi səbəbləri barədə yazılı və ya şifahi izahat tələb oluna bilər. 17.9.5. Xronometraj qeydlərinin özbaşına birtərəfli dəyişdirilməsi, məlumatların saxtalaşdırılması, xronometraj qeydlərinin digər işçinin xronometraj qeydləri əsasında aparılması, qeydlərdəki məlumatların şişirdilməsi və xronometrajdan digər şəkildə sui-istifadə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də daxil olmaqla ən ciddi intizam tənbehi tədbirlərinin tətbiqi üçün əsasdır.

17.10. İT TEXNOLOGIYALARINDAN, INTЕRNЕT ŞƏBƏKƏSINDƏN VƏ

KORPORATIV ЕLЕKTRON POÇTDAN ISTIFADƏ 17.10.1. Ümumi Müddəalar 17.10.1.1. İnformasiya Texnologiyaları sistemləri “MQS” MMC-in biznesinin ayrılmaz tərkib hissəsi olaraq, biznesin təhlükəsizliyinin təmin edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. “MQS” MMC bu sistemlərin yaradılması və onların funksiyalarının lazımi səviyyədə icrasının təmin edilməsi məqsədi ilə əsaslı kapital qoyuluşlaları həyata keçirmiş və investisiyalar yönəltmişdir. 17.10.1.2. Bu maddənin müddəaları İT sistemlərinə qoyulmuş investisiyaların qorunması, həmin sistemlərdə mövcud olan məlumatların toxunulmazlığının təmin edilməsi, “MQS” MMC-in əmlakının korlanmasının və/və ya intеrnеt şəbəkəsindən və korporativ еlеktron poçtdan səriştəsiz və ya qəsdən ziyankarlıqla istifadənin mənfi təsiri nəticəsində “MQS” MMC-ə (“MQS” MMC-in müştərisi və ya tərəfdaşına) maddi, еləcə də mənəvi ziyan vurulmasının qarşısının alınması, biznes, əməliyyat risklərinin azaldılması, “MQS” MMC-in qazandığı imicinin saxlanması məqsədi ilə “MQS” MMC-də İT sistemlərindən, xüsusi proqramlardan, intеrnеt şəbəkəsindən və korporativ еlеktron poçtdan istifadə qaydalarının izahlı şərhindən ibarətdir. 17.10.2. İnternet, İntranet və Korporativ Elektron Poçt (E-Mail) 17.10.2.1. İnternetə çıxış işşilərə “MQS” MMC-in biznesinin daha səmərəli aparılması və ümundünya şəbəkəsində mövcud olan mühüm məlumat bazalarından istifadə edilməsi məqsədi ilə verilir. 17.10.2.2. Bu və ya digər işçiyə İnternet şəbəkəsinə çıxışın verilməsi məqsədi ilə işçinin çalışdığı struktur bölməsinin rəhbəriliyi tərəfindən “MQS” MMC-in İT Sistem Administratoruna yazılı müraciət edilməlidir. Müvafiq bölmənin rəhbəri tərəfindən təsdiqlənmiş yazılı müraciət əsasında İT Sistem Administratoru İnternet və Korporativ Elektron Poçt (E-Mail) şəbəkələrinə və digər sistemlərə çıxışları təmin, ləğv və ya onlarda dəyişikliklər edir. Çıxışın ləğv edilməsi yazılı müraciətin göndərilməsindən öncə müvafiq bölmənin şifahi tələbi əsasında da həyata keçirilə bilər.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

56

17.10.2.3. Hər bir işçi İnternetdən istifadəyə şüurlu yanaşmalı və bilməlidir ki, o, İnternet şəbəkəsinə çıxarkən anonim deyildir və onun şəxsində “MQS” MMC təmsil olunur. İnternet vasitəsilə göndərilən bütün məlumat – istər mətn, istər şəkillər, ünvana çatanadək digər şəxslər tərəfindən görülə bilər. Elektron və ya adi KİV-lərdə açıqlanmasını və ya barəsində məhkəmə qarşısında izahat vermək istəməyəcəyiniz heç bir məlumat, mətn və ya şəkil İnternet vasitəsilə ötürülməməlidir. 17.10.2.4. Aşağıda göstərilənlər, lakin bunlarla məhdudlaşmayaraq, yolverilməz hesab olunur:

Çat və birbaşa mesaj proqramlarından (ICQ, mIRC, MSN Messenger, Yahoo Messenger və s.) istifadə;

Audio və video faylların personal kompüterə yüklənməsi; Sosial şəbəkələrdə ünsiyyət, onlarda hər hansı materialın paylaşılması və ya

təqdir edilməsi; “MQS” MMC-in “Biznes Etika Qaydaları”nın müddəalarına, eləcə də, ümumiliklə

qəbul olunmuş əxlaq normalarına zidd material və saytların müşahidəsi; Onlayn Radio və Televiziya kanallarından istifadə.

17.10.3. İT təhlükəsizliyi 17.10.3.1. Personal kompüterlərin, serverlərin və onlarda istifadə edilən proqram təminatının səriştəsiz və ya qanunsuz istifadəsi, oğurlanması, İT sistemləri, serverlər və digərlərinin personal kompüterlərə sanksiyalaşdırılmamış girişdən, eləcə də, onların fiziki təsirlərdən qorunması İT təhlükəsizliyinin məğzini təşkil edir. 17.10.3.2. İT sistemləri ilə əlaqədar istifadədə olan bütün praqram təminatı müəlliflik hüquqlarının və intellektual mülkiyyətin qorunması haqda yerli qanunvericilik və beynəlxalq hüququn bütün norma və tələblərinə uyğun olmalıdır. Bütün proqramlar istifadə hüquqlarının verilməsi/güzəşti barədə lisenziya sazişləri əsasında istifadə olunmalıdır. Quldur, oğurluq, qaçaq(mal) və “crack” (müdafiə sistemi sındırılmış) proqramlarından istifadə olunmamalıdır. “MQS” MMC və onun işçiləri proqram təminatından istifadə üçün müvafiq lisenziya sazişləri ilə bağlıdırlar. Sazişlərlə əhatə olunan müqavilə şərtlərinin pozulması “MQS” MMC-in və onun müvafiq məsul işçilərinin mülki, inzibati və/ya cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. İT Sistem Administratoru “MQS” MMC-in malik olduğu bütün proqram təminatı üzrə istifadə hüquqlarının qeydiyyatını aparır və kompüterlərdə yalnız qanunla istifadəsinə icazə verilən proqram təminatı vasitələrindən istifadə edilməsinə əminlik məqsədi ilə vaxtaşırı olaraq (ildə 1 dəfədən az olmayaraq) kompüterlərdə yerləşdirilmiş proqram təminatını yoxlayır və lazım gələrsə, onları yenləşdirir (update). 17.10.3.3. Eləcə də, “MQS” MMC-in əməkdaşları “MQS” MMC-in mülkiyyəti olan proqram təminatından qanunsuz istifadəyə yol verməməli və bunun qarşısının alınması məqsədilə qanunla qadağan olunmayan bütün tədbirləri görməlidirlər. “MQS” MMC tərəfindən alınmış, lisenziya sazişi ilə “MQS” MMC-in istifadəsinə verilmiş və “MQS” MMC-in əmlakının istifadəsi vasitəsilə yaradılmış bütün poqram təminatı “MQS” MMC-in mülkiyyəti sayılır. 17.10.3.4. Bütün kompyüterlər onlardan istifadə edən işçilərə və onların birbaşa rəhbərlərinə məlum olan giriş parolu ilə təmin olunmalıdır. Parol məxfi saxlanmalı və təhlükəsizlik nöqteyi-nəzərindən zəruri hesab edilən müddətlərdə (ən azı hər 3 ayda (rübdə) bir dəfə) dəyişilməlidir. Parollar digərlərinə açıqlana bilməz. Parolları digər şəxslərin bilməsinə şübhə halında onlar dərhal dəyişdirilməli və yazılaraq digərlərinin

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

57

rahatlıqla əldə edə biləcəyi yerlərdə saxlanmamalıdır. Parollar başqalarının asanlıqla düşünüb tapa biləcəyi sözlər olmamalıdır. 17.10.3.5. Bütün kompyüterlər antivirus proqramla təmin edilməli və işə salındığı zaman avtomatik olaraq virusların mövcudluğuna yoxlanmalıdır. Yadda saxlamaq lazımdır ki, kompüter viruslarının sistemə daxil olmasına imkan verməmək sonradan sistemi onlardan təmizləməkdən daha asan və səmərəlidir. İT Sistem Administratoru antivirus proqramlarının “MQS” MMC-in bütün komtüter və serverlərində quraşdırılmasının məsuliyyətini daşıyır. İT Sistem Administratoru bütün virus həmlələrindən sistemləri qorumalı, aşkarlanmış virusları məhv etməli və hər bir belə həmlənin qeydiyyatını aparmalıdır. 17.10.3.6. Hər kompyüter şəbəkə üçün nəzərdə tutulmuş və digər ehtiyat “backup” (kompüterdəki məlumatların təsadüfən silindiyi və ya itdiyi təqdirdə onların bərpasına imkan verən) proqramlar ilə təmin ediməli və həmçinin cərəyan mənbəyində olan sıçrayışlardan mühafizə olunmalıdır. 17.10.3.7. İT Sistem Administratoru işçilərə İT sistemlərindən istifadə və onların təhlükəsizliyi rejiminə riayət etmələri məqsədilə yardım və dəstək verir. 17.10.4. Məsuliyyət 17.11.4.0. Bu maddə ümumi məsuliyyətə əlavə olaraq İT Sistem Administratoru /İdarəedicisi/ və müxtəlif səviyyəli istifadəçilər üçün spesifik məsuliyyət formaları müəyyənləşdirir. 17.10.4.1. Rəhbər işçilər aşağıdakılara məsuliyyət daşıyırlar:

17.10.4.1.1. Tabeliyində olan bütün işçilərin bu maddənin tələblərinə uyğun olaraq fəaliyyət göstərmələrinə; 17.10.4.1.2. Tabeliklərində olan bütün işçilərin struktur bölmənin fəaliyyət istiqamətinə uyğun olan müvafiq fəaliyyət standartlarının yaradılması, nəzarət prosedurlarının planlaşdırılması və planauyğun şəkildə həyata keçirilməsinə;

17.10.4.2. İşçilərin məsuliyyəti (tutduğu vəzifədən asılı olmayaraq bütün işçilərə şamil

edilir): 17.10.4.2.1. İşçilər İnternet vasitəsilə göndərmiş olduqları hər bir mətn, audio və video fayl üçün şəxsi məsuliyyət daşıyırlar. “MQS” MMC-in bütün əməkdaşları elektron məktublarında standart elektron imzadan istifadə etməlidirlər

Nümunə:

Azərbaycan dilində:

Adı, soyadı Iş yeri Fəaliyyət göstərdiyi struktur bölmə Vəzifə Ünvan Telefon: əlaqə telefon nömrəsi Faks: faks nömrəsi e-mail:elektron poçt ünvanı

Məmmədov Məmməd Azərbaycan Beynəlxalq ““MQS” MMC” MMCı İnformasiya Texnologiyaları Departamenti Baş mütəxəssis Nizami küç.67, Bakı, Azərbaycan, AZ1005 Telefon: 99412 4930091 (dax.9999) Faks: 99412 4930092 e-mail: [email protected]

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

58

İngilis dilində:

Name, surname Position Department or branch International ““MQS” MMC” MMC of Azerbaijan Address Phone: phone number Fax: fax number e-mail: corporate e-mail number

Mammad Mammadov Chief specialist İnformation Technologies Department International ““MQS” MMC” MMC of Azerbaijan 67, Nizami str, AZ1005 Baku, Azerbaijan Phone: 99412 4930091 (ext.9999) Fax: 99412 4930092 e-mail: [email protected]

17.10.4.2.2. Müəlliflik hüququ ilə qorunan materiallar hüquq sahibinin icazəsi olmadan Korporativ Elektron Poçtdan istifadə edilməklə İnternet vasitəsilə göndərilməməlidir. 17.10.4.2.3. Xidməti və “MQS” MMC-in müştərilərinə aid məlumatın Korporativ Elektron Poçtla İnternet vasitəsilə göndərilməsindən, imkan dairəsində, yayınmaq lazımdır. Əgər belə bir zərurət meydana çıxarsa, işçilər göndərilən məlumatın məhz nəzərdə tutulan ünvanda həmin məlumatdan istifadə etmək hüququ olan lazımi şəxs tərəfindən qəbul ediləcəyinə əmin olmalı və bunun üçün gərəkən bütün tədbirləri qabaqcadan görməlidirlər. 17.10.4.2.4. İnternet vasitəsilə gəlmiş formatından asılı olmayaraq hər bir faylın kompüterdə açılmasından öncə antivirus proqramı ilə yoxlanmalıdır. Mənşəyi məlum olmayan disklər və yaddaş “flash” kartları da, onlardakı informasiya açılmazdan öncə antivirus proqramları ilə yoxlanmalıdır. Həmçinin kütləvi istifadədə olan kompüterlərə (İnternet kafelərdə, çapxanalarda, kitabxanalarda, studiyalarda və s.) salınmış disklər və yaddaş “flash” kartları “MQS” MMC-in kompüterlərinə qoşularkən ilk öncə virusların mövcudluğuna yoxlanmalıdır. Yalnız bundan sonra həmin informasiya daşıyıcılarındakı məlumatlardan istifadə edilə bilər. 17.10.4.2.5. İşlədiyi kompüterə virus düşdüyündən şübhələnən hər bir işçi dərhal kompüteri söndürməli və İT Sistem Administratoruna bu barədə məlumat verməlidir. 17.10.4.2.6. Virusların yayılması təhlükəsi barəsində xəbərdarlıq almış işçi bu faktı dərhal İT Sistem Administratorunun nəzər-diqqətinə çatdırmalıdır. 17.10.4.2.7. Disklər və yaddaş “flash” kartları istifadə edilmədikdə gözdən uzaq yerdə saxlanmalıdır. Əgər həmin informasiya daşıyıcılarındakı məlumatlar məxfi və konfidensial xarakter daşıyırsa, açarla bağlana bilən yerlərdə saxlanmalıdır. 17.10.4.2.8. Disklər və yaddaş “flash” kartları atmosfer təsirinə, o cümlədən, birbaşa günəş şüaları, istilik, rütubət və maqnit sahəsinin təsirinə məruz qoyulmamalıdır. 17.10.4.2.9. Zəruri quraşdırma, modifikasiya, bağlantı və yerdəyişmə işlərinin İT mütəxəssisi tərəfindən görülməsi nəzərdə tutulduğuna görə işçilər bu qəbildən olan işlərə cəlb edilməməlidirlər. Amma zəruri ilkin konfiqurasiyanın mütəxəssis tərəfindən aparıldığı daşınabilən kompüterlər istisna təşkil edir. 17.10.4.2.10. İşçilərin şəbəkəyə qoşulmuş daşınabilən “notebook”(laptop) tipli kompüterləri özləri ilə “MQS” MMC-in ərazilərindən kənara çıxarmasına yalnız struktur bölmənin rəhbərinin razılığı əsasında yol verilir. Rəhbərliyin razılığı o deməkdir ki, icazəni verən rəhbər şəxs (departament direktoru, şöbə/filial müdiri) məhz hansı

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

59

avadanlığın çıxarılmasını, həmin avadanlıqda hansı informasiyanın yerləşdiyini və avadanlığın və oradakı məlumatın hansı məqsədlərlə istifadə ediləcəyini bilir. 17.10.4.2.11. İşçilər onların istifadəsinə verilmiş avadanlığı ehtiyatla işlətməlidirlər, belə ki, hər kəs işlədiyi avadanlığın salamatlığına və kənar təsirlərə məruz qalmamasına, eləcə də, avadanlığa dəymiş ziyan barəsində vaxtında lazımi instansiyaları xəbərdar etməyə görə məsuliyyət daşıyır. İşdən azad olunan işçiyə verilmiş avadanlığın vəziyyəti İT mütəxəssisi tərəfindən yoxlanmalı, onun “MQS” MMC-in İT sistem və şəbəkələrinə olan çıxışı bağlanmalı, korporativ poçt ünvanı ləğv edilməlidir. 17.10.4.2.12. Hər bir işçi öz iş kompüterində yazdığı, yaratdığı, istifadə, ixtisar, əlavə və ya emal etdiyi yaxud başqa şəkildə dəyişdirdiyi ya da digər formaya/formata saldığı hər hansı elektron formatda olan fayl üçün şəxsi məsuliyyət daşıyır və bu zaman daxili normativ aktlarla təsbit edilmiş prosedurlara və qaydalara riayət etməyə borcludur. 17.10.5. İnsan resursları departamentinin məsuliyyəti “MQS” MMC-in İnsan resursları departamenti işçilərin iş yerlərinin dəyişməsi və yaxud əmək müqavilələrinin ləğv edilməsi barədə İT Sistem Administratorunu dərhal məlumatlandırmalıdır.

ƏLAVƏ 1.

İş haqqında BILDIRIŞ Aşağıdakı paraqraflarda işçi üçün vacib məlumatlar var. Hər bir işçi imza

etməzdən əvvəl “İşçinin Təlimat Kitabçası”nı və bu Bildirişi diqqətlə oxumalıdır. “İşçinin Təlimat Kitabçası”na dəqiqləşdirmələr: Mən, “MQS” MMC və “MQS”

MMC-in biznesi haqqında vacib məlumatlar olan “İşçinin Təlimat Kitabçası”nı aldım və oxudum. Mən “İşçinin Təlimat Kitabçası”nı başa düşürəm və anlayıram ki, “İşçinin Təlimat Kitabçası”nda toxunulmayan bütün suallar haqqında məlumat almaq üçün birbaşa rəhbərimə müraciət etməliyəm.

“MQS” MMC-in və struktur bölmənin əsas məqsədləri və vəzifələri ilə, habelə “MQS” MMC-də qəbul edilmiş daxili normativ qaydalar və daxili intizam qaydalarinin müddəaları ilə tanış olmuşam.

Düzəlişlər: Mən anlayıram ki, “İşçinin Təlimat Kitabçası”nda yazılmış informasiya, siyasət və prosedurlar dəyişilə bilər. Məni agah etmişlər ki, bu cür dəyişikliklər “İşçinin Təlimat Kitabçası”na düzəlişlər və yaxud xəbərdarlıq şəklində təqdim olunacaq və mən başa düşürəm ki, yeni əlavə və dəyişikliklər “İşçinin Təlimat Kitabçası”nın qüvvədə olan müddəalarını ləğv edə və dəyişdirə bilər.

Qaydalara riayət: Mən başa düşürəm ki, “İşçinin Təlimat Kitabçası”nı, Əmək müqaviləsini və ona edilən düzəlişləri oxumalıyam və orada göstərilən qaydalara riayət etməliyəm.

“MQS” MMC-ITK-001 Rev.0 03.06.2019

60

Mənə tapşırılan işin mahiyyəti, əmək şəraiti, əməyin ödənilməsi şərtləri barədə məlumatım vardır, Vəzifə təlimatını, öz funksiyalarımı, öhdəliklərimi və səlahiyyətlərimi bilirəm;

Təhlükəsizlik texnikası, istehsalat sanitariyası, əmək gigiyenası, yanğından mühafizə və digər əmək mühafizəsi qaydaları barədə təlimatlandırılmışam.

Əmək müqaviləsi: “İşçinin Təlimat Kitabçası”nı oxuduqdan sonra, mən könüllü surətdə “MQS” MMC-də işə başlayıram. Mən əmək müqaviləsinə əlavə olan “İşçinin Təlimat Kitabçası”nı tam oxuduqdan sonra, əmək müqaviləsinin standart fomasını imzaladım.

Bioqrafik və digər məlumatların yoxlanması: Mən “MQS” MMC tərəfindən hal-hazırda və gələcəkdə mənim şəxsi və bioqrafik məlumatlarımın düzgünlüyünün yoxlanmasına öz razılığımı verirəm. Bu yoxlamalara daxıldir: alınmış kreditlərin, işlənmiş cinayətlərin, məhkəmə proseslərinin yoxlanması, zəmanətlərin və qanuni surətdə əldə edilmiş digər informasiyaların yoxlanması. Ona görə də mən “MQS” MMC-ə, onun əməkdaşlarına, tərəfdaşlarına, səhmdarlarına, nümayəndələrinə, podratçılarına, agentlərinə bu cür tədqiqat işləri apardıqlarına görə hər hansı bir iddiam olmayacaqdır.

Eyni zamanda, “MQS” MMC tərəfindən bu “İşçinin Təlimat Kitabçası”nın müddəalarının və onun prosedur və yoxlamaların mənim barəmdə həyata keçirilməsinə heç bir etirazım yoxdur.

Rəqabət: Mən etiraf edirəm ki, mən “MQS” MMC-də xüsusi vərdişlərə və biliklərə yiyələnəcəyəm. Mən etiraf edirəm ki, bu biliklər məxfi informasiya təşkil edir. Mən etiraf edirəm ki, gizli informasiya “MQS” MMC üçün dəyər kəsb edir və “MQS” MMC onun qanuni surətdə qorunmasında maraqlıdır. Mən iltizam verirəm ki, “MQS” MMC-də işlədiyim dövrdə və işdən çıxdıqdan sonra da xidməti sirr, məxfi və konfidensial informasiya təşkil edən məlumatları açıqlamayacağam, o cümlədən: a) “MQS” MMC ilə bağlanan əmək müqaviləsinin ləğvindən keçən 6 ay müddətində, b) mənim “MQS” MMC-dən getdiyim andan - Əmək müqaviləsinin ləğvindən sonra 2 il müddətində “MQS” MMC-də işlədiyim dövrdə öyrəndiyim və xidməti sirr, məxfi və konfidensial informasiya təşkil edən məlumatları açıqlamayacağam.

Məm anlayıram ki, mənimlə “MQS” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra “MQS” MMC-ə rəqib təşkilatda işə qəbul olunduğum halda mən yuxarıda göstərilən bənddəki kimi hərəkət etməliyəm, bu halda rəqabət qadağan olunmuş sayılmayacaqdır. “MQS” MMC-dən işdən çıxdıqdan sonra bir il müddətində mən “MQS” MMC-in digər işçisi ilə iş birliyi qurmayacağam. Mən, burada göstərilən rəqabətin məhdudlaşdırılması şərtləri ilə razılaşıram və onları məqbul hesab edirəm.

İşçinin imzası ________________________ Tarix