ə alovlu dÖyÜŞ arabalarialamoministries.com/content/azerbaijani/17500azer.pdf · 2020. 2....

8
1 Ümumdünya Kils ə l ə ri Yeni Yerus ə lim Dünyaya X ə b ə r M ə ktubu ALOVLU DÖYÜŞ ARABALARI Toni Alamo saylı n ə şr 17500 Pastor Toni Alamo Alamo Xristian Xalqı (Davamı səhifə 2-də) “Araba” sözünü eşidəndə insanlar düşünür ki, onun yalnız bir mənası var: “Qədim dövrlərdə müharibələrdə, yarışlarda, və s. məqsədlərlə istifadə olunan, ata qoşulan, iki təkərli araba”. Vebster lüğətində həmçinin bu söz üçün (“bax MAŞIN”) qeyd olunur ki, o MAŞIN mənasını da daşıyır. “Maşın” sözünə baxdıqda isə biz görürük ki, bu söz Latın dilində “carrus” sözündən irəli gəlir, onun mənası isə “araba” deməkdir. Araba sözünün digər mənaları bunlardır: “(1) təkərləri olan istənilən nəqliyyat; (2) tramvay və ya vaqon kimi dəmir yolu üzərində hərəkət edən nəqliyyat vasitəsi; (3) avtomobil; və (4) liſt kabinası.” Bu sözün müasir tərifinə isə təyyarə, UNO, uçan boşqablar, və insanların, mələklərin və s. daşınması üçün istifadə olunan istənilən digər nəqliyyat vasitəsi daxildir. İbrani dilində “araba” sözü “izdiham” və ya “furqon” mənasında işlənir. Gördüyümüz kimi, bu söz çoxmənalı sözdür. 2 Padşahlar kitabının 6-cı fəslinin 15- ci bəndində deyilir ki, ALLAH adamının (Elişa) qulluqçusu (xidmətçisi) səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü (bu, alovdan döyüş arabaları deyildi, çünki onların içində yalnız insanlar var idi). O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?» O dedi: “Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur”. Sonra Elişa dua edib dedi: “Ya RƏBB! Onun gözlərini aç ki, görsün”. RƏBB qulluqçunun gözlərini açdı və o gördü ki, dağ odlu atlar və alovlu döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı. Bu arabalar Suriyalıların arabalarından seçilirdi, çünki bu arabaların içində mələklər var idi. Bu, adi insanın gözünə görünməz olan “alovlu arabalar” idi və yalnız ALLAH onları insan gözünə görünən edə bilər. Bu gün O, səmavi uçan boşqabları görmək üçün daha çox insanın gözlərini açır. Bu uçan boşqablar İSANIN ikinci gəlişindən əvvəl yer kürəsinə nəzər yetirirlər və insanlar ALLAHA qarşı küfr etdiklərinə, bütpərəstlikdə yaşadıqlarına və bir çox digər günahlı yollara düşdüklərinə görə, onlar ALLAHIN əmri ilə yer kürəsinin müxtəlif nöqtələrində fəlakətlər törədirlər. 1 Bəzi insanlar güman edirlər ki, xilas olmaq üçün “İSA MƏSİH” sözlərinə inanmaq kifayətdir. Lakin ALLAH deyir ki, biz RƏBB İSANIN ÖZ BƏDƏNİ, yəni ÖZ Kilsəsi, ÖZ Gəlini vasitəsilə dediyi, etdiyi və hələ də etməkdə olduğu hər şeyə iman etməliyik. Buna görə O, Vəhy kitabında bizə fədakarcasına ONUN ardınca getməli olduğumuzu deyir. 2 Bir çox insanlar bəyan edir ki, onlar ONUN adına iman edir, amma iblis də ONUN adına inanır və bu ad qarşısında “tir-tir” əsir (Yaqub 2:19). İSA isə deyir ki, bizdən ONUN ardınca getmək və ONUN bütün əmrlərini canla-başla yerinə yetirmək tələb olunur! 3 Əgər biz ONUN hər hansı bir əmrini pozarıqsa, bu, ONUN bütün əmrlərini pozduğumuz anlamına gələr, çünki canımızın sonsuz Cəhənnəmə və əbədi olaraq Odlu Gölə göndərilməsi üçün ONUN bir əmrini pozmağımız kifayətdir. 4 Məhz buna görə İSA dediyi sözlərin ciddiliyi haqqında bizi xəbərdar edir. O, deyir: “Sənin Pastor Alamo və onun mərhum həyat yoldaşı Süzan beynəlxalq televiziya proqramlarında. Qrand Ole Opri verilişindən yazılış - Nəşvil şəhəri, Tennessi ştatı. 1975-ci ildə çəkilmiş fotoşəkil 1. Yar. 19:1-25, Say. 22:1-35, 25:1-9, 2 Şam. 24:1-17, 2 Padş. 19:35, 1 Salnam. 21:9-30, 2 Salnam. 32:19-22, Vəhy 7:1-2, 8-ci fəsil, 9:1-5, 13-21, 14:8-11, 15-20, 16-cı fəsil, 18:1-2, 21, 19:17-21, 20:1-3, 21:9 2. Mat. 3:7-10, 7:13-23, Yəh. 14:12, 15, 21-24, 15:1-14, Rom. 12:5-21, Qal. 5:14-26, Ef. 4:20-32, Tit. 2:11-15, İbr. 2:1-3, Yaq. 1:21-27, 1 Pet. 4:7-8, 2 Pet. 1:3-11, 1 Yəh. 2:3-11, 15-17, 3:4-12, Vəhy 3:14-22 3. Vəhy 3:14-22 4. Yaq. 2:10-11 Toni Alamo Xristian Xidm ə ti

Upload: others

Post on 02-Jan-2021

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

1

Ümumdünya KilsələriYeni Yerusəlim

Dünyaya Xəbər MəktubuDünyaya Xəbər Məktubu

ALOVLU DÖYÜŞ ARABALARIToni Alamo

saylı nəşr 17500Pastor Toni Alamo Alamo Xristian Xalqı

(Davamı səhifə 2-də)

“Araba” sözünü eşidəndə insanlar düşünür ki, onun yalnız bir mənası var: “Qədim dövrlərdə müharibələrdə, yarışlarda, və s. məqsədlərlə istifadə olunan, ata qoşulan, iki təkərli araba”. Vebster lüğətində həmçinin bu söz üçün (“bax MAŞIN”) qeyd olunur ki, o MAŞIN mənasını da daşıyır. “Maşın” sözünə baxdıqda isə biz görürük ki, bu söz Latın dilində “carrus” sözündən irəli gəlir, onun mənası isə “araba” deməkdir. Araba sözünün digər mənaları bunlardır: “(1) təkərləri olan istənilən nəqliyyat; (2) tramvay və ya vaqon kimi dəmir yolu üzərində hərəkət edən nəqliyyat vasitəsi; (3) avtomobil; və (4) lift kabinası.” Bu sözün müasir tərifinə isə təyyarə, UNO, uçan boşqablar, və insanların, mələklərin və s. daşınması üçün istifadə olunan istənilən digər nəqliyyat vasitəsi daxildir. İbrani dilində “araba” sözü “izdiham” və ya “furqon” mənasında işlənir. Gördüyümüz kimi, bu söz çoxmənalı sözdür.

2 Padşahlar kitabının 6-cı fəslinin 15-ci bəndində deyilir ki, ALLAH adamının (Elişa) qulluqçusu (xidmətçisi) səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü (bu, alovdan döyüş arabaları deyildi, çünki onların içində yalnız

insanlar var idi). O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?» O dedi: “Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur”. Sonra Elişa dua edib dedi: “Ya RƏBB! Onun gözlərini aç ki, görsün”. RƏBB qulluqçunun gözlərini açdı və o gördü ki, dağ odlu atlar və alovlu döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı. Bu arabalar Suriyalıların arabalarından seçilirdi, çünki bu arabaların içində mələklər var idi. Bu, adi insanın gözünə görünməz olan “alovlu arabalar” idi və yalnız ALLAH onları insan gözünə görünən edə bilər. Bu gün O, səmavi uçan boşqabları görmək üçün daha çox insanın gözlərini açır. Bu uçan boşqablar İSANIN ikinci gəlişindən əvvəl yer kürəsinə

nəzər yetirirlər və insanlar ALLAHA qarşı küfr etdiklərinə, bütpərəstlikdə yaşadıqlarına və bir çox digər günahlı yollara düşdüklərinə görə, onlar ALLAHIN əmri ilə yer kürəsinin müxtəlif nöqtələrində fəlakətlər törədirlər.1

Bəzi insanlar güman edirlər ki, xilas olmaq üçün “İSA MƏSİH” sözlərinə inanmaq kifayətdir. Lakin ALLAH deyir ki, biz RƏBB İSANIN ÖZ BƏDƏNİ, yəni ÖZ Kilsəsi, ÖZ Gəlini vasitəsilə dediyi, etdiyi və hələ də etməkdə olduğu hər şeyə iman etməliyik. Buna görə O, Vəhy kitabında bizə fədakarcasına ONUN ardınca getməli olduğumuzu deyir.2

Bir çox insanlar bəyan edir ki, onlar ONUN adına iman edir, amma iblis də ONUN adına inanır və bu ad qarşısında “tir-tir” əsir (Yaqub 2:19). İSA isə deyir ki, bizdən ONUN ardınca getmək və ONUN bütün əmrlərini canla-başla yerinə yetirmək tələb olunur!3 Əgər biz ONUN hər hansı bir əmrini pozarıqsa, bu, ONUN bütün əmrlərini pozduğumuz anlamına gələr, çünki canımızın sonsuz Cəhənnəmə və əbədi olaraq Odlu Gölə göndərilməsi üçün ONUN bir əmrini pozmağımız kifayətdir.4 Məhz buna görə İSA dediyi sözlərin ciddiliyi haqqında bizi xəbərdar edir. O, deyir: “Sənin

Pastor Alamo və onun mərhum həyat yoldaşı Süzan beynəlxalq televiziya proqramlarında. Qrand Ole Opri verilişindən yazılış - Nəşvil şəhəri, Tennessi ştatı. 1975-ci ildə çəkilmiş fotoşəkil

1. Yar. 19:1-25, Say. 22:1-35, 25:1-9, 2 Şam. 24:1-17, 2 Padş. 19:35, 1 Salnam. 21:9-30, 2 Salnam. 32:19-22, Vəhy 7:1-2, 8-ci fəsil, 9:1-5, 13-21, 14:8-11, 15-20, 16-cı fəsil, 18:1-2, 21, 19:17-21, 20:1-3, 21:9 2. Mat. 3:7-10, 7:13-23, Yəh. 14:12, 15, 21-24, 15:1-14, Rom. 12:5-21, Qal. 5:14-26, Ef. 4:20-32, Tit. 2:11-15, İbr. 2:1-3, Yaq. 1:21-27, 1 Pet. 4:7-8, 2 Pet. 1:3-11, 1 Yəh. 2:3-11, 15-17, 3:4-12, Vəhy 3:14-22 3. Vəhy 3:14-22 4. Yaq. 2:10-11

Toni Alamo Xristian Xidməti

2

(Əvvəli səhifə 1-də)əməllərindən xəbərdaram (O, dediyimiz və etdiyimizin hamısını bilir). Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın! İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam. (Vəhy 3:15-16).

ALLAH bizim söylədiyimiz və etdiyimiz hər şeydən necə xəbərdar olur? Biz bilirik ki, bizim söylədiyimiz və etdiyimiz və ya söyləyəcəyimiz və edəcəyimiz hər şey bir kitaba yazılır.5 Biz bilirik ki, ALLAH hər yerdə mövcud OLANDIR və kainat ONU məhdudlaşdıra bilməz.6 O, həmçinin bütün qüdrətə malik OLANDIR, yəni, O, hədsiz gücə və səlahiyyətə malikdir. O, hər şeyə qadirdir.7 O, hər yerdə mövcud OLANDIR, yəni, eyni anda hər yerdə mövcuddur.8 ALLAH asanlıqla söylədiyimiz və etdiyimiz hər şeyi bilir, və O, yalan danışa bilməz (İbranilərə 6:18).

İSA söylədiyimiz hər boş sözə görə cavab verməli olacağımızı dedikdə, ONA inanmağımız şərtdir.9 Matta 12:36-da belə deyilir: “MƏN sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər.” Vəhy kitabı 20:11-12-də isə yazılıb: “Böyük ağ taxt və onun üstündə OTURANI gördüm. Yer və göy ONUN önündən qaçdı və onlara yer tapılmadı. Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.”

Əsərlərimin birində artıq yazdığım kimi ALLAH ÖZ mələklərini göndərir ki, allahsızları və günahla dolu yerləri məhv etsin.10 Vəhy kitabında günahla dolu dünyanı dağıtmaq üçün mələklərin Yer üzünə tökdüyü yeddi bəlanın birinci və ikinci dəsti haqqında məlumat verilir (Vəhy 8:6-dan başlayaraq 9:21, 11:14-19, 16:1-21-ə kimi).

Mələklərdən biri bir gecə içində Sanxerivin 185 min nəfərlik ordusunu darmadağın etdi. “O gecə RƏBBİN mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min [185000] nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb” (2 Padşahlar 19:35).11 Davud ALLAHIN iradəsinə məhəl qoymayaraq İsrail xalqını siyahıya almaqla günah işlətdikdə, ALLAH mələklərindən biri vasitəsilə İsrail oğullarına bəla göndərdi və onlardan 70000 nəfəri həlak oldu (2 Şamuel 24:15).

Hər yerdə mövcud olan və eyni anda hər yerdə zühur edən ALLAH ONUN ordusunu təşkil edən mələkləri Yer üzünə göndərir ki, allahsızları lənətləyib məhv etsin. Lakin mələklər həm də Məryəm və Elizavet kimi insanlara xoş xəbər gətirən ALLAHIN elçiləridir.12

Həvari Peterin 2-ci məktubu 3:7-14-də həvari ALLAHIN yağdırdığı od alovdan bəhs edir: “İndiki yer və göylər isə həmin KƏLAMLA oda təslim olmaq üçün təyin olunub, allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, RƏBB üçün bir gün min il kimidir, min il isə bir gün kimidir [Bu sadəcə o deməkdir ki, sizi və məni mühakimə etmək üçün ALLAH tələsməməlidir. Bəli bizim həyatımız çox qısadır13, lakin ALLAH əbədidir, ONUN həyatı sonsuzdur.14 O bilir ki, siz və mən bir-iki göz qırpımı keçər-keçməz, ONUN önündə duracağıq.15 ONUN yetərincə vaxtı var. Zaman öz gücünü itirəndə ALLAH sizinlə və mənimlə üzbəüz görüşəcək – lap az qalıb.]. Bəziləri bunu gecikmə sayar, amma RƏBB vədini [ÖZ hökmünü] yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin [mühakimə günündən öncə bu bir və ya iki göz qırpımı qədər vaxt içində] tövbə etməsini istəyir.

RƏBBİN günü isə gecə yarısı oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanıb

əriyərək məhv olacaq. Yer üzü və onun üstündə hər şey yanıb külə dönəcək. Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. ALLAHIN zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. Amma biz ALLAHIN vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, ALLAHIN önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.

Yuxarıda qeyd olunan od-alovdan fərqli olan, bütün Yer üzünü və göyləri yandırıb külə döndərən ALLAHIN alovu da vardır. Burada belə alovun bir neçə nümunəsi verilir. Vəhy kitabı 1:13-14-də deyilir ki, yeddi kilsəni təcəssüm etdirən yeddi çıraqdan arasında BİR ŞƏXS var idi: “Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış BƏŞƏR OĞLUNA [İSAYA] bənzər BİRİ var idi. ONUN başı, saçı yun və qar kimi ağappaq [bu ONU tövbə edənlərin hamısının günahlarına görə dünya yaranmazdan əvvəl boğazlanmış ALLAHIN QUZUSU olaraq simvolizə edir16], gözləri isə ODLU ALOV kimi idi…”

“Birdən RƏBBİN mələyi ona [Musaya] bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yandığını gördü” (Çıxış 3:2).

“RƏBB onların [İsrail xalqının] önündə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də irəliləyə bilsinlər.” (Çıxış 13:21).

“RƏBBİN izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü.” (Çıxış 24:17).

Matta 3:11-də Vəftizçi Yəhya belə deyir: “Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra GƏLƏN [İSA] məndən daha qüdrətlidir. Mən

5. Qanun. Təkr. 31:21, 1 Padş. 8:39, 2 Padş. 19:27, 1 Salnam. 28:9, Əyyub 31:4, 34:21-22, 25, Zəb. 44:21, 69:5, 139:1-16, 23-24, Yeş. 29:15-16, Yez. 11:5, Luk. 16:15, Həv. İş. 15:18, İbr. 4:13, 1 Yəh. 3:20, Vəhy 20:12-13 6. 1 Padş. 8:27, 2 Salnam. 2:6, Zəb. 139:7-16, Məs. 15:3, 11, Yer. 23:23-24 7. Yar. 17:1, 35:11-12, 1 Salnam. 29:11-12, 2 Salnam. 20:6, Əyyub 42:2, Zəb. 104:1-32, Yeş. 26:4, 40:12-18, 21-28, Mat. 19:26, 24:30, 28:18, Luk. 1:37, Yəh. 17:2, Həv. İş. 26:8, Ef. 1:19-22, Kol. 1:12-19, 2:10, İbr. 1:1-12, Vəhy 4:11, 16:9, 19:6 8. Zəb. 139:3-10, Yer. 23:23-24, Həv. İş. 7:48-49, 17:24 9. Zəb. 19:14, Mat. 12:36-37 10. “Allahın Səmavi Qüvvələri (Nəzər yetirənlər),” “Səmavi Mələklər Planetimizin Üzərində”, Yar. 19:1-25, Çıx. 33:1-3, 2 Şam. 24-cü fəsil, 2 Padş. 6:8-17, 19:1-35, 2 Salnam. 20:1-24, 32:1-22, Zəb. 34:7, 35:4-6, Zək. 1:7-21, Mat. 13:36-43, 47-50, 16:27, Həv. İş. 12:21-23, Yəhuda 14-15, Vəhy 7:1-2, 8-ci fəsil, 9:1-5, 12-21, 14:8-11, 15-20, 15:1, 16-cı fəsil, 18:1-2, 21, 19:17-21, 20:1-3, 21:9 11. 2 Salnam. 32:19-21, Yeş. 37:36 12. Yar. 16:6-15, 21:14-21, Hakim. 13-cü fəsil, 1 Padş. 19:1-8, Dan. 6-cı fəsil, Mat. 1:18-25, 28:1-8, Luk. 1:5-20, 26-38, 2:7-16, Həv. İş. 1:9-11, 10:3-6, 12:1-11, 27:9-44 13. 1 Salnam. 29:15, Job 4:17-21, 7:6-10, 9:25-26, Zəb. 22:29, 39:4-6, Yeş. 2:22, 40:6-7, Yaq. 1:10-11, 4:14, 1 Pet. 1:24 14. Çıx. 15:18, Qanun. Təkr. 32:39-40, Əyyub 36:26, Zəb. 9:7, 10:16, 29:10, 45:6, 90:1-4, 93:2, 102:12, 24-27, 146:10, Yeş. 44:6, Mərs. 5:19, Dan. 4:34, Luk. 1:33, İbr. 1:10-12, 1 Tim. 1:17, 6:15-16, Vəhy 1:8, 17-18, 4:8-11 15. Zəb. 73:18-19, Vaiz 12:13-14, Dan. 7:9-10, Həv. İş. 17:30-31, Rom. 2:5-13, 16, 14:10-12, 1 Kor. 15:52, 2 Kor. 5:10, İbr. 10:26-31, Vəhy 11:18, 20:11-15 16. Yeş. 53:4-12, Yəh. 1:29, 1 Pet. 1:18-19, Vəhy 5-ci fəsil, 6:16, 7:9-17, 12:11, 13:8, 14:1-4, 15:3, 17:14, 19:7-9, 21:9-27

ALOVLU DÖYÜŞ ARABALARI

3

ONUN çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi MÜQƏDDƏS RUHLA və ODLA vəftiz edəcək.”

“İSA onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. Bu anda onların gözləri açıldı və onlar İSANI tanıdılar. Amma İSA onlar üçün görünməz oldu. Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?” (Luka 24:30-32).

2-ci Padşahlar kitabı 6:17-də Elişa ALLAHA dua etdi ki, ALLAH qulluqçunun gözlərini açsın: “Ya RƏBB, onun gözlərini aç ki, görsün. RƏBB qulluqçunun gözlərini açdı və o gördü ki, dağ ODLU atlar və ALOVLU [eyniyyən MÜQƏDDƏS RUH kimi, göylərdən qüdrət bizim üzərimizə enəndə İSANIN bizi vəftiz etdiyi OD-ALOV, o an ki biz MÜQƏDDƏS RUH və ODLA vəftiz oluruq] döyüş arabaları [daşıyıcılar, UNO-lar, uçan boşqablar] ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.”

Həvarilərin İşləri kitabı 1:7-9-da İSA ÖZ şagirdlərinə belə dedi: “ATANIN hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. Amma MÜQƏDDƏS RUH üzərinizə enəndə siz qüvvət [ALOV və CƏSARƏT] alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə MƏNİM şahidlərim olacaqsınız. İSA bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İSANI götürüb onlardan gizlədi.”

MÜQƏDDƏS RUH İSANI Göylərə (Cənnətə) apardı. Məhz bu cür MÜQƏDDƏS RUH içində mələklər olan UNO-ları, uçan boşqabları və ALOVLU döyüş arabalarını idarə edir. Onlar başqa planetdən gəlməyib. Onlar – zamanın sonuna az qalmış dövrdə İSANIN yer üzünə qayıdışından əvvəl yer üzünə nəzər yetirən Göylərdən gələn səmavi məxluqlardır. Onlar həmçinin Mattanın yazdığı Müjdənin 24-cü fəsilində İSANIN bəhs etdiyi məşəqqətin başlanğıcını həyata keçirir. İSA bu barədə belə deyir: “Ehtiyatlı

olun, qoy sizi heç kim aldatmasın. Çünki MƏNİM adımla çox adam gəlib “MƏSİH mənəm” deyərək çoxlarını aldadacaq. Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq, yoluxucu xəstəliklər [yoluxucu xəstəlik ölümlə nəticələnən epidemik xəstəlikdir; bəladır; hər hansı bir zərər vuran zədədir] və zəlzələlər olacaq. Bütün bunlar böyük məşəqqətin başlanğıcıdır.” (Matta 24:4-8).

Sizə elə gəlmirmi ki, biz artıq məşəqqət dövrünün başlanğıcını çoxdan keçmişik? 9-cu bənd belə deyir: “O zaman sizi əziyyətə təslim edib [ALLAH və ONUN mələkləri isə bütün bunları görür!] öldürəcəklər [Uako qətliyamında onlar kişi və qadınları, eləcə də onların övladlarını qətlə yetirdikləri kimi – ALLAH və ONUN mələkləri isə yenə də bütün bunları görür. Canet Reno və Bill Klinton milli televiziyadan çıxış edərək hər ikisi bu faciəyə görə tam məsuliyyəti öz üzərilərinə götürdüklərini demişdilər. Bill Klinton əlavə edərək bildirmişdi: “Bu, heç bir sektaya qoşulmamaları üçün insanlara ibrət dərsi olacaq”. Həmin bəyanat Bill Klintonun ABŞ-ın Konstitusiyasına edilən Birinci Dəyişikliyə qarşı atılan qeyri-qanuni, qeyri-konstitusional addımı idi – o bunu öz dili ilə dedi]. MƏNİM adıma görə bütün millətlər sizə [həqiqi xristianlara] nifrət edəcək

[İSA MƏSİHİ sevdiyinizə görə. İSA və Göylərdən nəzər yetirənlər isə yer üzündə baş verən hər şeyi görürlər.]. Onda bir çoxu imandan büdrəyərək [həqiqi xristian (qeyri-katolik) olduqlarına görə qarşılaşdığı təqiblər ucbatından] bir-birini təslim edəcək [artıq ediblər] və bir-birinə nifrət edəcək [indi də nifrət edirlər]. Bir çox yalançı peyğəmbərlər [Şeytanın törəmələri] törəyib çox adamı aldadacaq. [Vəhy kitabı 12:9-da bu barədə belə deyilir ‘O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı (Göylərdən), mələkləri də onunla birgə atıldı.’] Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. Amma axıracan dözən xilas olacaq. [ALLAH və ALOVLU döyüş arabaları bütün bunlara nəzər yetirir və hər şeyə qulaq asır.] Səmavi Padşahlığın bu Müjdəsi [bu həqiqət sözləri] bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin [dünyanın] axırı gələcək. Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyi gördüyünüz zaman Müqəddəs məkanda möhkəm durun – (qoy oxuyan bunu anlasın).” (Matta 24:9-15).

Bütün dünyaya viranəlik gətirən iyrəncliyin baş verdiyi məqam isə Roma Papası Roma şəhərində, yəni Vatikanda vəhşi heyvan olan Vahid Dünya Hökumətini, Yeni Dünya Qaydasını formalaşdırmaq üçün bütün ölkə

(Davamı səhifə 4-də)

QanaƏziz Pastor Toni Alamo,

Hələ də millətlər üçün etdiyiniz xeyirxah işlərinizə görə qoy Allah Sizə bol-bol xeyir-dua versin. Mənim kilsəm Qanada “The Grace Hour” Beynəlxalq Xidmət adını daşıyır. Biz Mafi-Kumasi vilayətinin ətraf şəhərciklərinə müjdəni yaymaq üçün getmişdik və orada beş mindən çox adama Toni Alamonun Dünyaya Xoş Xəbər ədəbiyyatını payladıq. Xoş Xəbəri bölüşdüyümüz insanlardan beş yüz nəfəri Məsihi ürəklərinə qəbul etdi və biz razılaşdıq ki, hər həftənin ikinci və bazar günləri görüşüb Allahın Kəlamını araşdıracaq və Toni Alamo Xidməti üçün dua edəcəyik. Bu il keçirəcəyimiz tədbirlərin mövzusunu da artıq seçmişik. Mövzumuzun adı 2013-cü il İlahi Uğur İlidir (1 Padşahlar 8:56). Qrupun direktoru kimi istərdim fürsətdən istifadə edib Sizdən bizə iyirmi min ədəd ruhani ədəbiyyat göndərmənizi xahiş edim. Bizə qrupumuzun yeni rəhbərləri üçün əlli ədəd Müqəddəs Kitab nüsxəsi, eləcə də 11-20 fevral 2013-cü il tarixində açıq havada keçirəcəyimiz müjdəçilik tədbiri üçün Məsih adlı kitabınızın üç yüz ədəd nüsxəsi lazım olacaq. Onları göndərməyinizi Sizdən rica edirəm. Allaha dua edirik ki, O dualarımızı eşidib Pastor Alamonu həbsxanadan azad etsin.Stefen Kvabla Qbeve Volta bölgəsi, QanaALAMO MINISTRIES ONLINE

www.alamoministries.com

4

başçılarını yığan zamana təsadüf edir. Bu isə, Şeytan ruhunun əməlləridir.

Qarşımızda “Aktivist Post” saytında 10 dekabr 2012-ci ildə yerləşdirilmiş və müəllifi Endryu Puhanik olan Vatikanın pres-relizinə dair məqalə var: “Vatikan Dünya Hökumətinin və Yeni Dünya Qaydasının yaradılmasına çağırır. “Katolik kilsəsinin (sektanın) lideri Papa XVI Benedikt Dünya Hökumətinin və Yeni Dünya Qaydasının yaradılmasına çağırıb. 3 dekabr 2012-ci ildə keçirilmiş Ədalət və Sülh üzrə Pontifik Şurada etdiyi çıxışında Roma Papası “bəşər ailəsinin ortaq xeyrinə” xidmət etməsi üçün “müvafiq səlahiyyətli ümumdünya icmasının qurulmasına” səsləyib.”

Ortaq xeyir? Vəhy kitabı 16:1-2-də, ALLAH deyir ki, bu vəhşi heyvan kimi, bu Vahid Dünya Hökuməti, Yeni Dünya Qaydası kimi hər hansı lənətə gəlmiş təşkilata üzv olmaqla, biz öz taleyimizi qabaqcadan müəyyən etmiş oluruq: “Mən məbəddən yeddi mələyə «gedin, ALLAHIN hiddətinin yeddi nimçəsini

yer üzünə boşaldın» deyən uca bir səs eşitdim. Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan [yenə də qeyd edirəm ki, bu Vahid Dünya Hökuməti, Yeni Dünya Qaydasının damğasıdır], onun surətinə səcdə edən adamlarda [burada, aldanmış və xilas olmamış insanlardan ibarət bütün dünya nəzərdə tutulur] pis və ağrılı yaralar əmələ gəldi.”

Vəhy 19:20-də deyilir: “Vəhşi heyvan [Romanın başçılığı altında olan Vahid dünya Hökuməti, Yeni Dünya Qaydası17] yaxalandı; onun önündə əlamətlər göstərmiş [Məryəmin zühur etməsi, çarmıxda asılan İSAYA həsr olunmuş heykəldən tökülən qan, əllərindən qan sızan Məryəm ananın heykəli kimi yalançı möcüzələr], bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri [onun hökumətinə xidmət edənləri və gördükləri işə görə bu hökumətdən maaş alanları] aldatmış yalançı peyğəmbər də [bu Roma Katolik kilsəsi adını daşıyan sektadır] yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı.”

Roma Papasının sözləri və əməlləri aldadılmış insanların əlləri və alınlarında

vəhşi heyvanın damğasını tezliklə qəbul etməsinə gətirib çıxarır. Bu damğanı qəbul edən bütün insanlar MÜQƏDDƏS RUHA qarşı küfr edənlər kimidir, Roma Papası isə sülh və əmin-amanlıq naminə çoxlarını aldatmaqla məşğuldur.18 Vəhy kitabı 13:16-17-də belə yazılır: “İkinci vəhşi heyvan [Roma Papası, onun yalançı kilsəsi, onun Yeni Dünya Qaydası və Vahid Dünya Hökuməti simasında təcəssüm edən Şeytan] hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın. Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir.”

Press-relizdə Roma Papası əlavə edir ki, bu, “dünyada sülhün və ədalətin müdafiəsi vasitələridir”. [“Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır” (Yəhya 8:44)]. Çox güman ki, Roma Papası Dünya Hökumətinin və Yeni

(Əvvəli səhifə 3-də)

ALOVLU DÖYÜŞ ARABALARI

KaliforniyaƏziz Alamo Kilsəsi,

Bu yaxınlarda göndərdiyiniz bir qutu dolu ədəbiyyata görə sizə təşəkkürümü bildirirəm. Daha bir qutu göndərsəniz yaxşı olardı, sonuncudan yalnız üç nüsxə qalıb.

Çoxlu sayda maşın görəndə gedib onları maşınların qabaq şüşələrinin üzərinə qoyuram! Pastor Alamonun səpilən toxum haqqında vəzi həyatıma böyük təsir göstərib. Orada Pastor Toni belə demişdi: “Hələ ki vaxt var işlə məşğul olun.” Dünən Lüteran kilsəsinin qarşısında çoxlu maşın gördüm, sonra bir kollec rastıma gəldi, ondan sonra isə Seal Beach çimərliyi ərazisinə baş vurdum və budur, payladığım ədəbiyyatdan qalmadı. Rəbb mənə gözəl gün bəxş elədi, mən sevdiyim idmandan, yəni “iblisi təpikləyərək qovmaqdan” ləzzət aldım. Pastor Toni dediyi kimi, “bundan böyük zövq alıram”. Bir çox insanlar Toni haqqında bildiyiniz kimi Vatikanın nəzarəti altında fəaliyyət göstərən mətbuat vasitələrindən eşidirlər. Bu adamlara bizim ədəbiyyatı paylayanda isə əminəm ki, onlar Pastor Alamo haqqında həqiqəti eşidirlər. Pastor Toninin adını qaralamaq məqsədini daşıyan kampaniyalar bütövlüklə yalan üzərində əsaslanıb, çünki Şeytanın sektası və Vatikanın əsl üzünü aşkar etməkdə Toni Alamo

onların bir nömrəli düşməni sayılır və onlar ona nifrət edirlər (İsaya nifrət edildiyi kimi).

Pastor Alamo dediyi kimi dünyada informasiya müharibəsi gedir, bu Allahın həqiqəti ilə Şeytanın yalanı arasında gedən bir mübarizədir. Ədəbiyyatı payladığım insanların bir çoxu Alamo xidməti haqqında həqiqəti eşitmək imkanı qazanırlar. Tonini nə qədər təqib edəcəklərsə, bir o qədər də onun Rəbdən olduğunu biləcəyik. Toni Alamonun Allahın həqiqi peyğəmbəri olduğunu bilmək üçün onun vəzlərinə qulaq asmaq kifayətdir. Əziz Pastor Toni, Göylərdə Sizi böyük mükafat gözləyir, çünki Siz Öz həyatınızı bütövlüklə Allaha həsr etmisiniz ki, başqaları da xilas olub əbədi həyata qovuşsun və əbədiyyəti Cəhənnəm alovunda keçirməkdənsə məskənləri Cənnət olsun! Sizi hətta qətlə yetirsələr də, əminəm ki, başladığınız xeyirxah işi dayandıra bilməyəcəklər və əbədi Müjdə bütün dünyaya davamlı şəkildə vəz olunacaq! Şeytan Allahın gördüyü işi dayandıra bilməz! Həbsxanada olmağınıza baxmayaraq, ədəbiyyatınız vasitəsilə Müjdə gündən-günə daha da böyük qüdrətlə vəz olunur. Əziz Pastor, Sizin kimi sədaqətli və fədakar xristianlar bu Müjdəni

bütün dünyaya yayırlar. Şeytan məğlub olunmuş düşməndir. Allaha izzət olsun!

Böyük fahişə adını daşıyan Vatikan heç də dəyişilməyib, heç dəyişilməyəcək də! Dua edirəm ki, Allah Pastor Alamonu şeytani vəhşi heyvandan qorusun, əminəm ki, belə də olacaq! “Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq.” Nə gözəl vəddir bu! “Məsh etdiklərimə dəyməyin, peyğəmbərlərimə pislik etməyin.” Vəhy kitabı 18:24-də belə yazılıb: “Peyğəmbərlərin, müqəddəslərin və Yer üzündə kəsilənlərin hamısının qanı o şəhərdə [Vatikanda] üzə çıxdı”. Lakin, axırda kimin qalib gələcəyini yaxşı bilirik! Əlbəttə ki, iblis məğlub olacaq! Ey kilsə, ey Toni davam edin, davam edin! Bilirəm ki, siz davam edəcəksiniz! Toni dediyi kimi, “Əminəm ki, nifrət haqqında yeni qəbul edilən qanun barədə eşitmisiniz – eyni cinslilərin nikahına qarşı çıxış etsəniz cinayət törətmiş sayılacaqsınız”. Tezliklə bunu həyata keçirəcəklərinə şübhəm də yoxdur.

Bir daha Sizə hər şeyə görə təşəkkür edirəm. Yeni ədəbiyyatı tezliklə göndərəcəyinizi gözləyirəm ki, Şeytana yeni hücumlar endirim. Rəbbə şükür olsun!V. D. Leykvud, Kaliforniya

17. Vəhy 17:1-9, 15-18, 18:1-10, 15-19, 24, 19:1-3

5

Dünya Qaydasının qurulmasına yeni superdövlətin yaradılması vasitəsilə deyil, qərarların qəbul edilməsində məsuliyyət daşıyanlara (hiyləgər siyasətçilərə) mühakimə etmə meyarları və təcrübi tövsiyələr təqdim edən yeni İdarəetmə Orqanının [məhkum edilmiş, xilas olunmamış dünya üçün (lakin müqəddəslərin oradan qurtarılması şərtilə)] yaradılması vasitəsilə nail olmağa çalışır. Roma Papasının sözləri bu cür qələmə alınıb: “Təklif edilən orqan (Dünya Hökuməti) digər insanlar üzərində yüksəlmiş, zəifləri istismar edən bir qrup insanın əlində cəmləşmiş super güc olmayacaq” [Lakin bu, məhz elə onların etməyi planlaşdırdıqları və hal-hazırda etdikləridir]. Bundan əlavə, Roma

Adım Süzet Braundur və təxminən beş ildir ki, Toni Alamo Xristian Xidmətinin üzvüyəm. Bunlar həyatımın ən gözəl beş ili olub. Pastorum, Toni Alamonun verdiyi təlim vasitəsilə mən dua etməyi, Rəbbə yaxınlaşmağı, dua münasibətilə Müqəddəs Kitabı oxumağı və başqa insanlara Müjdəni çatdırmağı öyrənmişəm. Toni Alamo Xris-tian Xidmətinə minnətdarlığım hədsizdir, çünki xilas hədiyyəsini qəbul edəndən son-ra bütün ürəyimlə Allaha xidmət etmək və həyatımı Ona həsr etmək istəyərkən məhz bu kilsə öz qapılarını mənə açdı.

Çox gənc yaşlarımdan bəri mən müxtəlif xristian kilsələrinə gedib orada böyümüşəm. Balaca olanda Allahı tərənnüm edən mahnılar xoşuma gəlirdi. Əmim Mayk pastor idi və beş yaşım olanda o mənə Cəhənnəm haqqında, Odlu Göl və əbədi iztirablar haqqında danışmışdı. Əmimdən xilas olmağın yolunu soruşmuşdum, o da mənimlə birlikdə dua etmişdi. Həmin o dua sözlərini indiyə qədər xatırlayıram: “Ya Rəbb, inanıram ki, Sən çarmıxda mənim günahlarıma görə canını qurban vermisən və üçüncü gün ölümdən dirilmisən. Rəbb İsa, xahiş edirəm ürəyimə gələsən!” Mənə heç vaxt İsa Məsihin qanının gücü haqqında danışmamışdılar, deməmişdilər ki, o qan günahlarımı yumaq gücünə ma-likdir. Allahın əmrlərini də yerinə yetirməli olduğumu bilmirdim. Əmim demişdi ki, mən artıq xilas olmuşam və xilasımı itirə

bilmərəm. İnanırdım ki, “bir dəfə xilas olan, həmişəlik xilas olur” və heç kim ka-mil ola bilməz. Getdiyim kilsələr məni buna öyrətmişdi, mən də həqiqətən düşünürdüm ki, xilas olmağım üçün təkcə o duanı deməli və İsanın çarmıxda mənim günahlarıma görə öldüyünə iman etməli idim. Belə ki, beş yaşımdan bəri mən xilas olduğuma inanırdım.

Orta məktəbin sonuncu siniflərində oxuyanda getdiyim kilsə Cənub Vəftizci Kilsəsi idi. Oradakı pastor və musiqi rəhbəri günahlar işlətdiyinə görə mən xristianlıqdan üz döndərdim. Düşünmürdüm ki, mən onlardan daha yaxşıyam, çünki özümün də günahkar olduğumu bilirdim. Lakin kilsəyə daha getmədim.

Orta məktəbdə sonuncu ilimi oxuyarkən mən şənlənmək və məşhur olmaq istədim. Məktəbdə aldığım qiymətlər isə əla idi. Sonuncu ilimdə pis adamlara qoşuldum və metamfetaminə aludə oldum. Hər gün onu qəbul etməyə başladım. Sonra fikir verdim ki, artıq yalan danışıram, oğurluq edirəm və narkotik maddələr satıram. Həyatım burulğanla üzüqoylu çuxura gedirdi. Başımı itirmişdim və güclü depressiya altında idim. Özümü çox boş və tənha hiss etdim. Oğlan dostumla yaşamaq xətrinə ata-ana evimi tərk etdim. Dostum isə narkotik satmaqla məşğul idi. Özümü çox bədbəxt hiss edirdim. Kollecdən çıxdım, işimi atdım və həyatım tamamilə narkotiklərə bağlandı.

Süzet Braunun şəhadəti

(Davamı səhifə 6-də)

(Davamı səhifə 8-də)

Həyatımın səkkiz ilini metamfetamin qəbul etdim. Heç vaxt istəməzdim ki, nəyəsə asılılığım yaransın, aludə olum, lakin Şeytan məni ələ almışdı, mən isə dayana bilmirdim.

11 Sentyabr hadisələrindən iki il sonra “Xırda pul” (Loose Change – orijinal adı) adlı sənədli filmə baxdım. Orada Əkiz Qüllələrin necə yerlə yeksan olduğunu göstərirdilər. Mən bilirdim ki, bu tapşırıq əsasında yerinə yetirilmiş bir əməliyyat idi. 11 Sentyabr hadisələrini araşdırmağa başladım. Mən həqiqəti, bu hadisələrdə kimin əli olduğunu bilmək istəyirdim. Hökumətimizin dediyi sözə inanmırdım. Apardığım araşdırmaya 4-5 il vaxt – minlərlə

Süzet Braun bacı

Papası öz yanaşmasını “düzgün səbəbdən irəli gələrək təsir gücünü göstərən “əxlaqi (əxlaqsız) qüvvə”, və ya əxlaqi (əxlaqsız) hakimiyyət” kimi təsvir etmişdi [əgər o, bu qədər əxlaqidirsə, nəyə görə hökumət dövlət məktəblərində və ya məhkəmə kimi hökumət binalarında ALLAHIN On Əmrinin yerinə yetirilməsinə icazə vermir?] – bu, müvafiq yurisdiksiyada qanunla məhdudlaşdırılmış müştərək hakimiyyət olacaq.19

ALLAH bizə Şeytanın hər hansı təşkilatından və elə ilk növbədə Yeni Dünya Qaydası üzərində Şeytandan hakimiyyət almış Vahid Dünya Hökumətindən uzaq durmağı tapşırır.20 Siz kimə inanırsınız – ALLAHA yoxsa Vatikanda bərqərar olmuş Şeytanın Roma

Katolik Sektasına və Roma Papasına? Şeytanın törəməsi olan Roma Papasına inanmağın heç bir faydası yoxdur. Ona inananların və onun arxasınca gedənlərin axırı – Odlu Göldür.

Başqa heç bir planetdə həyatın olmadığını açıq-açığına deyən ALLAHA iman edin. Həmçinin, inanın ki, UNO-lar – Göylərdən gəlmiş mələklərdir, Nəzər Yetirənlərdir, və HƏR ŞEYƏ QADİR, hər yerdə mövcud olan, yəni eyni anda hər yerdə olan ALLAHA iman edin.

Seçiminiz ALLAHDIRSA, onda bu dua sözlərini deyin. Sonra da ATA, OĞUL və MÜQƏDDƏS RUH naminə suya tam şəkildə batırılıb çıxarılmaqla su vəftizindən keçin.21 Müqəddəs

18. Yer. 6:13-14, 8:11, Yez. 13:9-10, Mat. 10:34, 1 Salon. 5:1-9 19. İngilis dilində həmin məqalənin linki http://www.activistpost.com/2012/12/vatican-calls-for-world-government-and.html 20. 2 Kor. 6:14-18, 2 Salon. 2:3-12, Vəhy 2:18-25, 14:8-11, 16:1-2, 10-11, 17-ci fəsil, 18:1-8, 19:1-3, 17-21, 20:4, 10 21. Mat. 28:19-20, Yəh. 3:5, Həv. İş. 2:38, 19:3-5

6

saat getdi. Bu araşdırma sanki öz həyatımdan qaçıb uzaqlaşma idi. Bu mənim üçün bir vəsvəsə olmuşdu. Həyatımın bu dövründə mən narkotikdən qəbul edib hallanardım və bu cür araşdırmalarımı aparardım. Bir gün oturub nə isə oxuyurdum və bilirdim ki, oxuduğum yalandır. Kompüterimin qarşısında oturmuşdum və başladım belə dua etməyə: “Ya Rəbb, xahiş edirəm ki, mənə 11 Sentyabr hadisələri barədə həqiqəti göstərəsən. Mən həqiqəti bilmək istəyirəm, ürəyimdən sanki ağır daş asılıb məni narahat edir. Bütün bu araşdırmaları apardım. Xahiş edirəm, mənə həqiqəti göstər və yalanı yox eylə.” Rəbb dərhal duama cavab verdi. Qarşıma o saat Yezuitlər və Vatikan barədə məlumatlar çıxmağa başladı. Qabaqlar Katolik kilsəsi haqqında heç bir xəbərim yox idi. Alberto Riveranın (keçmiş yezuit olub) onlayn video lentinə baxdım, orada o 1984-cü ildə Toni Alamo Xristian Xidmətinə gəlib nitqlə çıxış edirdi. Mən də özümdə sarı rəngli yapışqan kağızda “Toni Alamo Xristian Xidməti” adını qeyd etdim, sonra da kağızı qoydum kənara və Toni Alamo Xristian Xidməti haqqında araşdırma

aparmağı tam unutdum. Mən Yezuitlər və Vatikan haqqında araşdırmağa başladım. O vaxt mən Böyük Məşəqqət dövründən əvvəl Məsihə iman edənlərin Göylərə qalxmasına (Cənnətə getməsinə) inanırdım, ona görə düşündüm ki, Vahid Dünya Hökuməti yaranmadan qabaq mən artıq yer üzündə olmayacağam. Allah mənə bu mövzu barədə anlayış verməyə başlamışdı, indi mən anlayırdım ki, biz son zamanlarda yaşayırıq və bütün iyrəncliyin Anası məhz Vatikanın özüdür. Buna inanmaq istəmirdim.

Bu ərəfədə oğlan dostum bir gün mənə gəlib dedi ki, Məsihə iman edənlərin göyə qalxması söhbəti doğru deyil. Mən hirsləndim, lakin Müqəddəs Kitabda bu barədə nə yazıldığını bilmirdim, ona görə də inandığım dəyərləri qorumaq üçün Müqəddəs Kitabdan onun cavabını verə bilmədim. Mattanın Müjdəsi 24:29-30-da yazılanları oxudum. Orada belə deyilirdi: “Amma o günlərin məşəqqətindən dərhal sonra günəş tutulacaq, ay nurunu saç-mayacaq, ulduzlar göydən töküləcək, səma cisimləri lərzəyə gələcək. O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları fəryad qopara-

caq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək.” Başladım fikirləşməyə: “Rəbb məşəqqətdən əvvəl yox, sonra gələcək!” Müqəddəs Kitabı oxumaqda davam et-dim və orada yazılmışdı ki, biz diqqət yetirək, çünki Rəbbin gələcəyi vaxtı bilm-irik. Rəbdən duada soruşdum: “Ya Rəbb, əgər xilası itirə bilməriksə, onda niyə görə şagirdlərinə tapşırırsan ki, diqqətli və hazır olsunlar? Biz nəyə diqqət verməliyik?” Rəbb düz ürəyimə danışdı və dedi: “Çünki sən xilasını itirə bilərsən.” Bunu eşidəndə o kilsələrə çox qəzəbləndim. Sən demə mənə bütün bu illər yalan deyiblər və məni aldadıblar. Mən bir daha kilsəyə getmək istəmirdim.

O vaxt mən hələ də yolumu azmış vəziyyətdə və günahlarıma görə ruhən ölü idim, metamfetamindən asılılığım davam edirdi. Yezuitlər barədə araşdırmalarımı dayandırdım, çünki qorxuya düşmüşdüm. Bunları ağlımdan çıxarmaq istəyirdim. Bir gün öz qonaq otağımda yenə də narkotik qəbulundan sonra hallı vəziyyətdə idim ki, birdən məni vahiməyə gətirən və xəcalət içinə salan bu əqidə üzərimə gəldi. Rəbbin hüzurunu öz otağımda hiss edə bilirdim. Özümdən asılı olmayaraq

(Əvvəli səhifə 5-də)

Süzet Braunun şəhadəti

Almaniya

Cənubi AfrikaYaqubun Allahı, bizim Diri və Müqəddəs Allahımız necə də ecazkardır!

Hər zaman Allaha Sizin xidmətinizə görə şükür edirəm! Siz insanları Al-laha gətirirsiniz ki, onlar da sizin kimi bütün ürəkləri, canları və gücləri ilə Allaha xidmət etsinlər. Pastor Toni Alamo, minnətdaram Sizə! Allahın lütfü və mərhəməti Sizin və xidmətinizin üzərindən əskik olmasın.Qift Limban NanqvaleYohanesburq, Cənubi Afrika Respublikası

Əziz Pastor Alamo,Rəbbin adı ilə Sizi salamlayıram. İnternet səhifənizi oxuyub böyük xeyir-

dua aldım. İstərdim Sizdən xahiş edim ki, mənə həm ingilis, həm də alman dillərində bəzi əsərlərinizi göndərəsiniz. Yüz nəfərlik material göndərə bilsəniz çox gözəl olardı, çünki istəyirəm ki, kilsəmdə hər kəs Sizin Məsih adlı kitabınızı oxuya bilsin. Mümkündürsə əlli nüsxəni alman dilində, digər əllisini isə ingilis dilində göndərəsiniz. Bir də ki, bizə ya ingilis dilində, ya da ki alman dilində Müqəddəs Kitabdan on nüsxə və min nəfərlik müjdəçi dəvətnamələr lazımdır ki, onları müjdəçilik tədbirimizdə istifadə edək. Bizə Allahdan uzaq düşmüş insanları Məsihə gətirmək yolunda kömək etdiyiniz üçün qoy Allah Sizə bol-bol xeyir-dua versin! Tezliklə cavabınızı gözləyəcəyəm.Məsihdə,Andre C. Şoen Köln, Almaniya

UqandaƏziz Pastor Toni Alamo

Sizi Rəbbimiz İsa Məsihin adı ilə salamlayıram. Mənim adım Pastor Embvata Yamunqudur, mən Sizin ədəbiyyatınızı Uqandanın Kampala şəhərində yayıram.

Sizin ədəbiyyatınız vasitəsilə Allahın gördüyü işə görə Allaha şükür etmək istəyirəm. Nakivubonun Orta Məktəbi və Şəhər Mərkəzi Kollecində müjdəçi ədəbiyyatınızı paylayarkən otuzdan çox tələbə xilası qəbul etdi. Konqo Demokratik Respublikada isə xilası qəbul edənlərin sayı on beş nəfərdir.

Xahiş edirəm mənə daha çox müjdəçi ədəbiyyat və Müqəddəs Kitabdan 20 nüsxə ingilis dilində, 20 nüsxə fransız dilində, daha sonra Məsih adlı kitabınızdan 20 nüsxə fransız dilində, 20 nüsxə ingilis dilində, Uqanda və Konqoda xidmət edən qrupumuza isə xidmətinizi təmsil edən 25 ədəd köynək göndərəsiniz.Məsihdə,Pastor Embvata YamunquKampala, Uqanda

7

hönkür-hönkür ağlamağa başladım. Rəbb qarşısında diz çökdüm və bütün ürəyimlə Ona fəryad edib dedim: “Ya Rəbb, əgər hələ də günahlarımda davam edirəmsə mən necə deyə bilərəm ki, “Səni sevirəm”? Əgər hələ də günahlarımda davam edirəmsə mən necə özümə xristian deyə bilərəm?” Ürəyim milyon yerə parçalanmışdı. Özümü çox xəcalətli hiss edirdim, dağılmışdım, heç olmuşdum. Rəbb mənə göstərdi ki, mən hələ də xilas olmamışdım və yolum üzüqoylu Cəhənnəmə gedirdi. Rəbdən rica etdim ki, mənə Ona gəlməyim üçün yol göstərsin. Hara müraciət etməyimi Ondan soruşdum. Rəbbə dedim ki, bütün kilsələr mənə yalan deyib, amma yenə də Rəbbə yaxın olmağım üçün gedəcək bir yerin olduğuna inanırdım. Mən Cəhənnəmə getmək istəmirdim, artıq narkotiklərdən canımı qurtarmaq istəyirdim, amma dayana bilmirdim. Artıq günah işlətmək də istəmirdim, lakin dayana bilmirdim.

Birdən gözümə sarı yapışqanlı kağızda bir neçə ay bundan əvvəl yazdığım qeyd sataşdı – “Toni Alamo Xristian Xidməti”. İnternetdə bu xidmətin səhifəsini tapıb ora-dan Müjdəçi ədəbiyyatı oxumağa başladım. Oxuyub doya bilmirdim. Bütün əsərlər Müqəddəs Ruhla dolu idi və sarsılmış canım üçün onlar sanki şəfa verən sular idi. Gecə və gündüz o əsərləri oxuyurdum. Onlar çox qüdrətli idi. “Roma Papasının sirləri”, “Va-hid Dünya Hökumətinin agentləri özlərini ABŞ agentləri kimi qələmə verir”, və “Daha bir Pörl Harbor faciəsi” adlı əsərləri oxudum və bildim ki, bizim pastor həqiqəti bilən adamdır.

Şənbə gününü xatırlayıram, o gün axşam oğlan dostum məni San-Fransiskodakı liman ərazisindən maşınla oraya apardı. Bazar günü iki dəfə kilsə toplantısına getdim. Orada Müqəddəs Ruhu hiss etdim. Bilirdim ki, Rəbb mənim burada olmağımı istəyir, amma mən hazır deyildim. Evə qayıtdım və üç həftə ərzində Rəbb içimdə Öz işini

apardı. Hələ də narkotiklərə və dostuma bağlılığım var idi. Bir gün “Qüdrətə aparan yol” adlı əsəri oxuyurdum və birdən diz çökmək üçün içimdə bir inanc yarandı. Şeytan qulağıma pıçıldayırdı ki, mən onsuz da narkotiklərə qayıdacağam, ona görə də günahlarımdan tövbə duasını demək istəmirdim. Lakin bu səfər məni buxovda saxlayan

zəncirlər qırıldı. Mən bütün ürəyimlə iman etdim ki, Rəbb canımı bütün günahlardan və narkotiklərdən qurtaracaq. Tövbə duasını sidq ürəkdən dedim və özümə qərar verdim: “Mən bütün ürəyimlə Rəbbə xidmət edəcəyəm və bir daha günahlı həyata qayıtmayacağam.” Mehmanxanada otağımda dizlərim üstə dua edirdim və İsa Məsih məni azad etdi. İndi bilirdim ki, xilas olmuşam. İsa Məsihin Müqəddəs Ruhunun içimə gəldiyini və Onun qanının məni bütün günahlarımdan yuyub təmizlədiyini hiss edirdim. Mən çox xoşbəxt idim, gözlərimdən sevinc göz yaşları axırdı. İstəyirdim qaçım və başıma nələrin gəldiyini bütün insanlara danışım. Narkotiklər və günahlar artıq məni özünə çəkə bilmirdi. İstədiyim bir şey var idi, o da Müqəddəs Kitabı oxumaq və Rəbbə xidmət etmək idi. Xilas olduğum gündən iki gün sonra, 11 Yanvar, 2008-ci il tarixində mən bu xidmətə qoşuldum. İki çantaya əşyalarımı yığıb qatara mindim və gəldim bura. Hələ heç vaxt bu qədər xoşbəxt olmamışdım. Mən narkotiklərdən azadam. Müqəddəs Ruh ilə vəftiz olmuşam və yer üzündəki həyatımın sonuna qədər Rəbbə xidmət etmək istəyirəm, həyatımı Ona vermək istəyirəm, çünki O Öz canını mənə görə Qolqotadakı çarmıxda fəda etdi. Rəbb həqiqətən də sizi xilas etməyə qadirdir və günaha qalib gəlməyiniz üçün sizə qüdrət verə bilər. O bunu mənim üçün etdi və Ona səmimi və tövbə edən ürəklə yaxınlaşsanız sizin üçün də edə bilər.

Cozef Banda qardaş Pastor Alamonun müjdəçi ədəbiyyatını Çipata şəhər mərkəzində paylayarkən - Çipata, Zambiya

Filippin

FloridaSizə dərin minnətdarlığımı bildirirəm!

İstəyirəm Pastor Alamo bilsin ki, onun bir çox vəzlərinə qulaq asmaq üçün onları internetdən yükləyib özüm üçün CD-yə yazmışam. Vəzlərə qulaq asdıqca radiodakı şou proqramlar mənim üçün artıq maraqsız olub (2003-cü ildən bəri televiziya proqramlarına ümumiyyətlə baxmıram). Həmişə Pastor Alamonun vəzlərinə qulaq asıram və Allahın KƏLAMINDAN çox şeyi öyrənə bilmişəm. Bu vəzlər mənə böyük xeyir-dua verib!Yeşuanın məhəbbətində!Hank KristenSt. Petersburq, Florida

Müjdəçi Toni Alamo,Bu məktubu Sizə bir qızın köməyi

ilə yazıram. O, müdirimin doğma qızıdır mənim üçün isə balaca bacım kimidir. İngilis dilində yaxşı yaza və danışa bilmədiyimə görə o mənə kömək edir. Mənim on doqquz yaşım var, Filippində Antik adlı vilayətin orta məktəb məzunuyam. Artıq bir ildir ki, bu gözəl ailə məni öz evlərinə qulluqçu kimi işə qəbul edib.

Bu ailə Sizin “Toni Alamo Xidmətləri” adlı radio proqramınıza hər Bazar günü qulaq asır, məni də qulaq asmağa həvəsləndiriblər. Bəzən ingilis dilini zəif bildiyimə görə nə isə başa düşməyəndə bu insanlar mənə radio proqramda söhbətin nədən getdiyini

başa salır. Başa düşdükcə vəzləriniz üzərində düşünməyə başlayıram və bu mənim çox xoşuma gəlir.

Ümid edirəm ki, radio vasitəsilə Allahın məhəbbətini paylaşmaqda davam edəcəksiniz. Qoy Allah Sizə daha da çox güc versin. Xahiş edirəm ki, dualarınızda məni yada salasınız, xüsusilə də ailəmin sağlamlığı üçün dua edəsiniz. Lütfən, məni işə qəbul etmiş bu ailə üçün də dualarınızı əsirgəməyin. Onlar mənimlə çox gözəl davranır və mənə öz doğma qızları kimi baxırlar. Salamat po (salamat qalın).Liezzle EsponillaQuezon şəhəri, Filippin

8

22. 2 Tim. 2:15, 3:14-17, Yaq. 1:22-25, Vəhy 3:18 23. Zəb. 51:5, Rom. 3:10-12, 23 24. Mat. 26:63-64, 27:54, Luk. 1:30-33, Yəh. 9:35-37, Rom. 1:3-4 25. Həv. İş. 4:12, 20:28, Rom. 3:25, 1 Yəh. 1:7, Vəhy 5:9 26. Zəb. 16:9-10, Mat. 28:5-7, Mar. 16:9, 12, 14, Yəh. 2:19, 21, 10:17-18, 11:25, Həv. İş. 2:24, 3:15, Rom. 8:11, 1 Kor. 15:3-7 27. Luk. 22:69, Həv. İş. 2:25-36, İbr. 10:12-13 28. 1 Kor. 3:16, Vəhy 3:20 29. Ef. 2:13-22, İbr. 9:22, 13:12, 20-21, 1 Yəh. 1:7, Vəhy 1:5, 7:14 30. Mat. 26:28, Həv. İş. 2:21, 4:12, Ef. 1:7, Col. 1:14 31. Mat. 21:22, Yəh. 6:35, 37-40, Rom. 10:13 32. İbr. 11:6 33. Mat. 28:18-20, Yəh. 3:5, Həv. İş. 2:38, 19:3-5 34. Qanun. Təkr. 4:29, 13:4, 26:16, Yeşua 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, Yaq. 1:22-25, Vəhy 3:18

Kitabı (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsini) oxuyub tədqiq edin və orada deyilənə əməl edin.22

Ey RƏBB ALLAHIM, mən günahkara rəhm eylə.23 Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.24

İnanıram ki, O, çarmıxda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.25 Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə26 İSANI ölülərdən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir.27 Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə.28 Qolqotadakı çarmıxda cəza yerimi tutmaqla axıtdığın əziz qanınla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.29 RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir.30 SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan.31 Ona görə də bilirəm ki, SƏN duamı eşitdin

və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.18 RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm.32

İSA deyib ki, xilası qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.33 Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.34

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içinizdə yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilinizdə nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız. MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüşün.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondabirləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondabirlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilası qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhani qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).

(Əvvəli səhifə 5-də)

ALOVLU DÖYÜŞ ARABALARI

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:

Tony Alamo, World Pastor, Tony Alamo Christian Ministries Worldwide • P.O. Box 2948, Hollywood, CA 9007824 saatlıq dua və məlumat xəttimiz: (661) 252-5686 • Faks (661) 252-4362

www.alamoministries.com • [email protected] Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək

istəyənlərin hamısını ABŞ-daki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.Kilsə xidmətləri hər axşam saat 8-də və Bazar günləri günorta saat 3-də və axşam saat 8-də Los Anjeles ərazisindəki Kilsədə keçirilir:

13136 Sierra Hwy., Santa Clarita, CA 91390, (661) 251-9424Pulsuz nəqliyyat kilsə xidmətinə və xidmətdən sonra geriyə aşağıdakı ünvandan və saatlarda təmin edilir:

Hollywood Blvd. & Highland Ave., Hollywood, CA, hər gün axşam saat 6:30-da, Bazar günləri günorta saat 1:30-da və axşam saat 6:30-da.Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları axşam saat 8-də və digər ünvanlarda gecələr keçirilir.

Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723. YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.

Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun. Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

Kim isə Sizdən bu ədəbiyyata görə pul ödənişi almaq istəsə, xahiş edirik bizə bu nömrəyə zənq vurasınız: (661) 252-5686BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR (Həvarilərin İşləri 4:12).

BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜNBaşqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz. Yenidən çap

edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:© Fevral 2013 Bütün hüquqlar qorunub Ümumdünya Pastor Toni Alamo ® Qeydiyyatdan keçmə tarixi Fevral 2013

AZERBAIJANI—VOLUME 17500—CHARIOTS OF FIRE